Azərbaycan Respublikasının Dövlət Bayrağı

Preview:

DESCRIPTION

Azərbaycan Respublikasının Dövlət Bayrağı

Citation preview

Dünyanını ən hündür bayrağı

Azərbaycandadır !

Azərbaycan Respublikasının Dövlət bayrağı

• Azərbacan Respublikasının Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq

Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.

• Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olması ilə bağlıdır.

• Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni ifadə edir.

• Yaşıl rəng –islam dininə mənsubluğu ifadə edir

Dövlət Bayrağı Günü

• 2009-cu il noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Dövlət Bayrağı Meydanı• Dövlət Bayrağı

Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət

parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi

qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

• 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın

hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir.

Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı

2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu

təsdiq edib.

Recommended