344

Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

  • Upload
    others

  • View
    52

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,
Page 2: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Elmi redaktor:

Rəyçilər:

Ə.X.Nuriyev,

AMEA-mn müxbir üzvü, iqtisad elmləri doktoru, professor

T.Ş.Şükürov, Azərbaycan Kooperasiya Universitetinin ümumi işlər üzrə prorektoru, “Marketinq və turizm xidməti" kafedrasının dosenti, if.d.

M.Q.Əkbərov,

Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarət" kafedrasının müdiri, if.d., dosent

Ç.A. İbrahimli, M.M.Häseynov. “Kommersiya fəaliyyətinin əsaslan’

Təhsil”, 2015. 344 səh. Dərs vəsaiti. Bakt: “Elm və

Dərs vəsaitində kommersiya fəaliyyətinin iqtisadi kateqoriya kimi mahiyyəti açılır, firmalarda kommersiya fəaliyyətinin təşkili və idarə edilməsinin başlıca aspektləri, kommersiya fəaliyyətinin həyata keçirilməsi mexanizmləri şərh olunur.

Müasir dövrün tələbləri nəzərə alınmaqla dərs vəsaitində kommersiya fəaliyyətində informasiya-kommunikasiya texnologiyalanndan istifadə, elekfron kommersiya, kommersiya fəaliyyətində reklam, kommersiya fəaliyyətində risklər, kommersiya fəaliyyətinin dövlət tənzimlənməsi məsələlərinin şərhinə də yer ayrılmışdır.

Kommersiya fəaliyyətinin müasir inkişaf xüsusiyyətlərinə kompleks və sistemli şəkildə yanaşmanı əks etdirən dərs vəsaitinin məzmunu kommersiya fəaliyyətinin təşkili sahəsində meydana çıxan problemlərin həllinin nəzəri və praktiki aspektləri ilə tanışlığat imkan yaradır. Vəsait ali məktəb müəllimləri,' tələbələr və elm sahəsmcb alışanlar üçün nəzərdə tutulmuşdur. Bununla yanaşu pqdan?:k6mnierslya f^liyyəti ilə məşğul olan mütəxəssislər, sahibkarlar da istifadə edə bilərlər.

Page 3: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

MÜNDƏRİCAT

GİRİŞ ................................................................................. 7

II FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNİN

MAHİYYƏTİ, PRİNSİP VƏ VƏZİFƏLƏRİ .. 10

1.1. Kommersiya fəaliyyəti iqtisadi kateqoriya kimi. ........ 10

1.2. İstehsal firmalarında (müəssisələrində)

kommersiya fəaliyyətinin mahiyyəti .................................. 17

1.3. Kommersiya fəaliyyətinin əsas prinsip və vəzifələri. 21

1.4. Kommersiya fəaliyyətinin funksiyaları ........................... 23

II FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNİN OBYEKT VƏ SUBYEKTLƏRİ ........................ 30

2.1. Əmtəə - kommersiya fəaliyyətinin obyekti kimi ......... 30

2.2. Kommersiya fəaliyyətinin subyektləri ............................ 32

2.2.1. Kommersant və onun peşəkar fəaliyyət

istiqamətləri ................................................................... 32

2.2.2. Kommersiya təşkilatları .............................................. 35

m FƏSİL. FİRMALARDA (MÜƏSSİSƏLƏRDƏ)

KOMMERSİYA STRATEGİYASININ

FORMALAŞDIRILMASI ................................. 39

3.1. Firmalarda kommersiya strategiyasının

formalaşmasına təsir göstərən amillər ............................. 39

3.2. Əmtəə bazarında kommersiya maraqlarının

reallaşması ........................................................................ 45

3.3. Firmanın (müəssisənin) kommersiya fəaliyyətinin

təşkili strategiyası ............................................................. 52

3

Page 4: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

IV FƏSİL. FİRMALARDA (MÜƏSSİSƏLƏRDƏ) KOMMERSİYA FƏALİYYƏTİNİN İDARƏ EDİLMƏSİ .................................... 61

4. L Kommersiya fəaliyyəti idarəetmə obyekti kimi ............ 61 4.2. Firmalarda kommersiya fəaliyyətinin təşkilat i strukturunun

formalaşdırılmasmın əsas prinsipləri... 64 4.3. Firmalarda kommersiya fəaliyyətinin təşkilat i

strukturunun əsas formaları ......................................... 71 4.3.1. Tədarük şöbələrinin vəzifələri və təşkili

prinsipləri .................................................................. 79 4.3.2. Satış şöbələrinin vəzifələri və təşkili prinsipləri.... 83 4.4. İxtisaslaşdırılmış firma mağazalarının təşkili. .......... 90

V FƏSİL. FİRMALARDA KOMMERSİYA FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ MEXANİZMLƏRİ ........................................ 96

5.1. Xammal və maddi ehtiyatların tədarükünün forma və növləri ................................................................... 96

5.2. Hazır məhsulların satışının əsas forma üsul və növləri ....................................................................... 101

5.3. Françayzinq - kommersiya fəaliyyətinin xüsusi formasıdır. ..................................................................... 110

VI FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNDƏ REKLAM ........................................................... 115

6.1. "Reklam ” anlayış ı və onun mahiyyəti ...................... 115 6.2. Reklamın məqsədi, vəzifələri və funksiyaları ............. 125 6.3. Reklamın növləri ............................................................ 122 6.4. Reklam vasitələrinin təsnifatı ......................................... 132 6.5. Reklam müraciətinin məzmunu, forması və

strukturu ........................................................................... 142 6.6. Reklamın ictimai-psixoloji əsasları 150 6.7. Reklam fəaliyyətinin hüquqi tənzimlənməsi və bu

sahədə dövlət nəzarəti. ................................................. 159

Page 5: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

VII FƏSIL. KOMMERSİYA FƏALİYYƏTİNDƏ MARKETİNQ VƏ LOGİSTİKA ............... 166

7.1. Marketinq müasir kommersiya fəaliyyətinin

uğurunun əsas amili kimi ................................................. 166

7.2. Tədarük (sənaye) marketinqi .......................................... 170

7.3. Satış marketinqi .............................................................. 175

7.4. Logistika - kommersiya fəaliyyətində maddi və informasiya

axınlarının idarə edilməsi vasitəsi kimi. 178

7.5. Logistik sistemlər. ........................................................... 184

vm FƏSİL. KOMMERSİYA RİSK10Rİ9 _____________ 188

8.1. Risk anlayışının mahiyyəti .............................................. 188

8.2. Kommersiya risklərinin növləri 194

8.3. Risk dərəcəsinə (səviyyəsinə) təsir göstərən amillər. 200

8.4. Kommersiya riskinin idarə edilməsi ............................... 203

8.5. Kommersiya riski ilə bağlı strategiyanın seçilməsi... 208

8.6. Riskin dərəcəsinin təyin edilməsi və azaldılması

üsulları ............................................................................. 210

8.7. Kommersiya əməliyyatlarına risk amilinin təsiri ........ 217

IX FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNİN DÖVI.ƏT TƏNZİMLƏNMƏSİ ........................ 224

9.1. Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

mahiyyəti və zəruriliyi ..................................................... 224

9.2. Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

normativ-hüquqi əsasları ................................................. 236

9.3. Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

təşkilati-iqtisadi mexanizmləri. ..... .................................. 260

Page 6: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

X FƏStL. MÜASİR ŞƏRAİTDƏ KOMMERSİYA

FƏALİYYƏTİNİN TƏŞKİLİ XÜSUSİYYƏTLƏRİ

............................................................................. 282

10.1. Kommersiya fəaliyyətində informasiya-

kommunikasiya texnologiyalarından istifadənin

əsas istiqamətləri. ......................................................... 282

10.2. Elektron kommersiya - kommersiya fəaliyyətinin

innovativ forması kimi. .................................................. 284

10.3. E-kommers iy anın modelləri və növləri....................... 288

10.4. E-kommersiyada ödəniş sistemləri ............................... 296

10.5. Azərbaycanda İKT-nin inkişafı vƏ

e-kommers iy anın müasir vəziyyəti .............................. 307

10.6. E-kommers iy anın inkişafperspektivləri ...................... 318

ƏDƏBİYYAT SİYAHISI ...................................................... 332

Page 7: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

GtRtŞ

Bazar mexanizminin müasir dövr üçün öyrənilməsi vacib

olan tərəflərindən biri kommersiya fəaliyyətidir. Biz gündəlik

həyatımızda, kütləvi informasiya vasitələrinin məlumatlannda,

qanunvericilik aktlannda, hüquqi sənədlərdə, iqtisadi

ədəbiyyatlarda “kommersiya” anlayışı ilə əlaqədar olan bir çox

ifadələrlə rastlaşınq. “Kommersiya fəaliyyəti”, “kommersiya

prosesləri”, “kommersanf’, “kommersiya təşkilatı”, “kommersiya

bankı”, “kommersiya krediti”, “kommersiya hesabı”,

“kommersiya əməliyyatlan”, “kommersiya riski”, “kommersiya

sövdələşməsi”, “kommersiya müqaviləsi”, “kommersiya hüququ”,

“elektron kommersiya” - bütün bunlar kommersiyanın iqtisadi

kateqoriya kimi cəmiyyətin həyatına geniş şəkildə daxil olmasını

sübut edir.

Bazar münasibətləri şəraitində kommersiya istehsal firma və

müəssisələrinin səmərəli fəaliyyəti və inkişafının mütləq şərtidir.

Müasir dövrdə müəssisələrin bu sahədəki fəaliyyətinin vacibliyi

heç kəsdə şübhə doğurmur.

Ölkənin sivil bazara döğru hərəkətinin səviyyəsindən asılı

olaraq kommersiya fəaliyyətinin təşkili və idarə edilməsi

problemləri istehsal və ticarət-vasitəçi müəssisələrin rəhbərləri

üçün getdikcə daha vacib xarakter alır. Əmtəə mübadiləsi

proseslərini əhatə edən fəaliyyət sahəsinin genişləmnəsi ilə

əlaqədar olaraq meydana çıxan problemlər bir çox cəhətdən

oxşardırlar. Buraya səmərəli təşkilati strukturun qurulması, yeni

məhsul və bazarlann mənimsənilməsi, məhsul növləri üzrə tədarük

və satışın təşkili, tələbin proqnozlaşdıniması, qiymətlərin

planlaşdıniması, keyfiyyətli məhsul istehsalmda liderlik və s.

aiddir.

Müəssisələrin xammal və satış bazarlannda kommersiya

sahəsindəki davranışları onlann davamlı fəaliyyət uğrunda

mübarizəsində əsas təyinedici amil kimi çıxış etməklə yanaşı,

Page 8: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M, Hüseynov

həm də onların iqtisadi müstəqilliyinin səviyyəsini

qiymətləndirməyə imkan verir. Hazırda respublikamızın bütün

müəssisələri mülkiyyət formasından və ölçülərindən asılı

olmayaraq müstəqil şəkildə daxili və xarici bazarlarda kommersiya

fəaliyyəti ilə məşğul olmaq imkanına malikdirlər.

Firma və müəssisələrdə kommersiya fəaliyyətinin nəzəri-

təcrübi cəhətlərinin öyrənilməsi ilə bağlı məsələlər Müstəqil

Dövlətlər Birliyi (MDB) məkanında, xüsusilə Rusiyada

L. V.Osipova, E.V.Minko, S.N.Tretyak, R.İ.Bu-neyeva,

E.N.Kiselyova, O.Q.Budanova və başqalarının dərslik və dərs

vəsaitlərində öz əksini tapmışdır.

Respublikamızın iqtisadçı alimlərindən K.P.Paşayevin,

M. Q.Ağamahyevin, M.M.'Məmmədrzayevin, P.O.Fərhadinin,

M.Q.Əkbərovun və digərlərinin əsərlərində əsasən ticarət

müəssisələrində kommersiya fəaliyyətinin təşkili məsələləri

öyrənilir. Bununla yanaşı, T.Ə.Hüseynovun, M.Ə.Axundovun,

Z.S.Abdullayevin, Z.Ə.Bağırovanın başqalanmn əsərlərində isə,

kommersiyanın satış, maddi-texniki təchizat (tədarük) kimi tərkib

elementlərinin, habelə marketinq fəaliyyətinin müxtəlif nəzəri və

praktiki aspektləri əks olunmuşdur. Beləliklə də, ölkəmizdə

istehsal firma və müəssisələrində kommersiya fəaliyyətinin təşkili,

idarə edilməsi və həyata keçirilməsi ardıcıllığının sistemli şəkildə

öyrənilməsini təmin edən dərs vəsaitlərinə ehtiyac qalmaqda

davam edir.

Təqdim edilən dərs vəsaitinin məqsədi - firma və

müəssisələrdə kommersiya fəaliyyətinin təşkili və idarə

edilməsinin müasir nəzəriyyə və təcrübəsi haqda təsəvvür

formalaşdırmaqdan ibarətdir. Əmtəə-pul mübadiləsini təmin edən

kommersiya münasibətləri ilə bağlı məsələlərin öyrənilməsində

Azərbaycan və xarici ölkələrin müəssisələrinin təcrübəsi nəzərə

alınmışdır. Təqdim olunan dərs vəsaitində firma və müəssisələrdə

kommersiya işinin

8

Page 9: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

təşkilinin müasir problemlərinə və onların həll edilməsində yeni

yanaşmalara xüsusi diqqət yetirilmişdir.

Bu sahəyə aid ölkəmizdə nəşr olunmuş dərs vəsaitlərindən

fərqli olaraq, təqdim olunan vəsaitdə kommersiya strategiyasının

formalaşdın İmasına təsir göstərən amillər və firmanın

(müəssisənin) kommersiya fəaliy-yətinin təşkili strategiyası

öyrənilmişdir.

Bununla yanaşı, dərs vəsaitini bu sahədə nəşr olunmuş

anoloji vəsaitlərdən fərqləndirən cəhətlərdən biri də kommersiya

fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından

istifadənin əsas istiqamətlərinin, kommersiya fəaliyyətinin

innovativ forması kimi elektron kommersiyanın model və

növlərinin, ödəniş sistemlərinin, habelə Azərbaycanda İKT-nin

ümumi inkişafı fonunda e- kommersiyanın müasir vəziyyətinin

öyrənilməsidir.

Müxtəlif sxem və cədvəllər dərs vəsaitinin “Kommersiya

fəaliyyətinin əsaslan” kursunun ayrı-ayrı mövzularının

öyrənilməsi sahəsində əyani vəsait kimi istifadə edilməsinə şərait

yaradır.

Dərs vəsaitinin praktiki cəhətlərinin istehsal firma və

müəssisələrin kommersiya fəaliyyətinin təşkili və idarə

edilməsinin təhlili üçün əsas olması, onu ali tədris müəssisələrinin

müvafiq ixtisas üzrə təhsil alan tələbələri ilə yanaşı, həm də bu

sahənin mütəxəssisləri, müəssisə rəhbərləri üçün zəruri edir.

Page 10: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M.M. Hüseynov

I FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNİN MAHİYYƏTİ, PRİNSİP VƏ VƏZİFƏLƏRİ

1.1. Kommersiya fəaliyyəti iqtisadi kateqoriya kimi 1.2. İstehsal firmalarında (müəssisələrində) kommersiya

fəaliyyətinin mahiyyəti 1.3. Kommersiya fəaliyyətinin əsas prinsip və vəzifələri 1.4. Kommersiyanın funksiyaları

1. 1. Kommersiya fəaliyyəti iqtisadi kateqoriya kimi

“Kommersiya” (commercium) - latın mənşəli söz olub, hərfi tərcüməsi “ticarət”, “ticarət əməliyyatları” mənasını verir. “Kommersiya” sözünün bu ilkin mənası çox zaman onun “ticarət” anlayışı ilə eyniləşdirilməsinə səbəb olmuşdur. Belə ki, alman dilindəki “kommerz” sözü tərcümədə “kommersiya” və ya “ticarət”, fransız dilindəki “commerce” sözü “ticarət” və ya “alver”, ingilis dillindəki “commerce” sözü isə “ticarət” mənasını verir.

Kommersiya - dünyada ən qədim məşğuliyyət növlərindən biri sayılır. Bununla yanaşı, kommersiyaya münasibət heç də həmişə birmənalı olmamışdır. Məsələn, Qədim Romada əhalinin o qədər də hörmət etmədiyi kommersant, tacir və satıcılann havadarı (arxası, hamisi) kələkbazlıq və ticarət allahı “Merkuri” hesab olunurdu.

Kommersiya, kommersiya münasibətləri ayrı-ayrı dövrlərdə alimlərin tədqiqat obyekti olmuşdur. 1680-1734-cü illərdə yaşamış irland iqtisadçı, tacir və bankiri Riçard Kantilyonun 1755-ci ildə London şəhərində fransız dilində nəşr olunmuş “Kommersiyanın ümumi təbiəti haqqında oçerk” (“Essai sur la nature du commerce en general”) əsərində bildirilirdi ki, "feodalizm cəmiyyətində mənfəət götürmək məqsədilə digərlərindən məhsulu müəyyən qiymətə

10

Page 11: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

alaraq bazarda özünə hələ də məlum olmayan qiymətə satmağa çalışan insanlar qrupu - sahibkarlar yarandı

İqtisad elminin klassiklərindən olan A.Smit (1723-1790) tərəfindən 1776-cı ildə nəşr edilmiş “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı məşhur əsərində '‘''mənfəət götürmək məqsədilə kommersiya ilə bağlı hər hansı bir ideyanı reallaşdırmaq^' sahibkann əsas fuksiyalarından biri kimi səciyyələndirilmişdir.

Rusiya “Azad İqtisadi Cəmiyyəf’inin üzvü, tarixçi və iqtisadçı P.İ.Rıçkov (1712-1777) “İki dostun kommersiya barəsində yazışmaları” əsərində göstərmişdir ki, iqtisadi həyatda və siyasətdə rəhbər prinsip kimi kommersiya haqqında ideya çıxış etməlidir. P.İ.Rıçkov əsas vəzifəsi sərvət yaratmaq olan kommersiyanın əhatə dairəsini həm ticarətə, həm də sənaye sahələrinə aid edirdi.

1740-I789-CU illərdə yaşamış hüquq doktoru S.E.Desniski (Rusiya) öz əsərlərində iqtisadiyyatı kommersiya ilə eyniləşdirmiş, A.Smit kimi iqtisadi inkişafin ovçuluq, maldarlıq, əkinçilik və kommersiya mərhələlərinin olduğunu göstərirdi. O, kommersiya mərhələsini əmək bölgüsü və bazar münasibətlərinin inkişafı ilə əlaqələndirirdi. S.E.Desniski hesab edirdi ki, kommersiya mərhələsi iqtisadiyyatın inkişafına və sərvət yaratmağa imkan verir.

I Pyotr tərəfindən 1723-cü ildə (bəzi mənbələrdə 1716-cı il göstərilir) yaradılmış Kommersiya Kollegiyasının katibi, tarixçi, emoqraf və iqtisadçı M.D.Çulkov (1743-1793) 7 cild və 21 kitabdan ibarət “Rusiya kommersiyasının tarixinin təsviri” (1781-1788-ci illər) əsərinin müəllifidir. M.D.Çulkov kommersiyanın bütövlükdə sənayenin, ticarətin, nəqliy>'atın, rabitənin, kredit və pul dövriyyəsinin və s. inkişafı üçün zəruri olan fəaliyyət növü olduğunu göstərmişdir.

K.Marks kommersiya haqda belə yazmışdır; "Kommersiya, o cümlədən satış fəaliyyəti istehsalçının əlavə əməliyyatı deyil, indi o, müstəsna xüsusi növ əməliyyatdır

11

Page 12: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M.M. Hüseynov

Kommersiya və satışın idarə edilməsi sahəsində bu gün istifadə edilən əksər üsullar müasir satış sənətinin banisi sayılan amerikalı C.H.Patterson (1844-1922) tərəfindən işlənib hazırlanmışdır. Bu üsullar “Satıcının əlifba kitabı” məcmuəsində dərslik şəklində çap olunmuşdur.

Azərbaycanın görkəmli maarifçi və ziyalısı olan H.B.Zərdabi də kommersiya fəaliyyətinə böyük qiymət verərək ümumilikdə siyasi iqtisadı - “elmi dadistel” və ya “kommersiya haqqında elm” adlandırmışdır.

Digər tərəfdən isə, Londonda “Vestminster Bank”ın direktoru olmuş J.W.Gilbart qeyd edir ki, “kommersiya” və “möhtəkirlik” bir çox hallarda bir-birləri ilə elə sıx bağlıdırlar ki, kommersiyanın harada qurtardığı və möhtəkirliyin harada başladığını demək çox çətindir.

Keçmiş Sovet İttifaqında “Yeni İqtisadi Siyasət” (rusca “HoBaa oKOHOMHHecKaH nojiHTHKa” - “HƏIl”) dövrü istisna olmaqla kommersiyaya münasibət o qədər də yaxşı sayla bilməzdi. Hüquqi baxımdan 1921-l931-ci illəri əhatə edən “YİS” illərində əmtəə-pul münasibətlərinin, təsərrüfat hesablaşmalarının inkişafı ilə əlaqədar olaraq kommersiya fəaliyyətində canlanma yarandı. Təbiidir ki, bu cəhət kommersiya fəaliyyətinə olan münasibətə təsir etməyə bilməzdi. 1926-cı ildə N.S.Belenki və Q.İ.Natanson tərəfindən tərtib olunmuş (prof N.Q.Filimonovun ümumi redaktəsi ilə) “Kommersiya sorğu-lüğəti’ndə “kommersiya - ticarət və sənaye sahəsində şüurlu və plana uyğun fəaliyyət üçün zəruri olan biliklərin məcmusu” kimi təqdim olunur.

Lakin “YİS” tez bir şəkildə inzibati-amirlik metodları ilə əhatələndi. Buna görə idarəetmə və planlaşdırmanın sərt şəkildə mərkəzləşdirilməsi kommersiya münasibətlərini, təsərrüfatın iqtisadi metodlarını sıxışdırmağa başladı. 1953- cü ildə nəşr olunmuş Böyük Sovet Ensiklopediya-sında “Kommersiya, geniş mənada - kapitalizm cəmiyyətinin mənfəət götürülməsinə yönəldilmiş fəaliyyət” kimi təqdim edilirdi.

12

Page 13: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Bu tərif 1981-ci ildə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasında da olduğu kimi saxlanılmışdı.

Yalnız bazar münasibətlərinə keçid dövründə, yəni XX əsrin 80-ci illərinin sonundan etibarən keçmiş Sovet İttifaqında və geosiyasi dəyişikliklərin nəticəsi kimi 90-cı illərin əvvəllərindən postsovet məkanında kommersiya fəaliyyətinin getdikcə inkişaf etməsi ilə yanaşı, elmi ictimaiyyət arasında da onun əhəmiyyəti etiraf olunmağa başladı.

1958-ci ildə Harvard Biznes Məktəbində kommersiya fəaliyyəti anlayışına belə bir münasibət bildrilmişdir: “Kommersiya fəaliyyəti mənfəət əldə edilməsi ilə istehlakçıların tələblərinin ödənilməsi üçün mövcuddur”. Bunu, məntiqi cəhətdən əmtəələrin bazarın tələbatının ödənilməsi və mənfəətin əldə edilməsinə doğru istiqamətlənmiş alqı-satqısı kimi təsəvvür etmək olar.

XX əsrin 60-cı illərindən etibarən mütəxəssislər tərəfindən kommersiya fəaliyyətinə müxtəlif təriflər verilməyə başlandı. Nəzərə almaq lazımdır ki, kommersiya fəaliyyəti yalnız bəsit alqı-satqı münasibətlərini əks etdirmir. Bu, hər şeydən əvvəl, onunla izah oluna bilər ki, həm də tarixi kateqoriya olan kommersiya fəaliyyəti daima dəyişməkdədir. Məsələn, 1992-ci ildə nəşr olunmuş T.S.Vəliyev, S.A.İbadov, A.B.Məmmədov və b.-nm müəllifləri olduqları “İqtisadi nəzəriyyə” dərsliyində qeyd edilir ki, biznesmenlərin işində kommersiya fəaliyyəti xüsusi yer tutur. Kommersiya (ticarət) işilə məşğul olanların... əsas məqsədi ticarət, alqı-satqı, mübadilə vasitəsilə mənfəət (qazanc) əldə etməkdir [40, s. 121]. 2001-ci ildə nəşr olunmuş “İqtisadi nəzəriyyə” dərs vəsaitində isə, AMEA-nın müxbir üzvü, prof. T.S.Vəliyev və başqaları qeyd edirlər ki, "kommersiya fəaliyyəti” anlayışını yalnız "ticarət” ilə eyniləşdirmək düzgün deyil və məsələyə bu şəkildə yanaşma "...iqtisadi fəaliyyətin bu formasının rolunu və əhəmiyyətini tam əks etdirmir, əksinə, onu xeyli məhdudlaşdırır” [57, s. 256].

13

Page 14: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

Müasir dövrdə kommersiyanın ölkə iqtisadiyyatının inkişafında necə əhəmiyyətli bir rol oynaması heç kəsdə şübhə doğurmur. Bu isə, kommersiyanın iqtisadi təbiətinin öyrənilməsinə daha geniş prizmadan yanaşmaq zərurətini ortaya çıxanr. Beləliklə, kommersiya fəalİ5^ətinin əsaslannı şəkil İ.İ.-dəki kimi təsvir etmək mümkündür:

Şəkil L L Kommersiya fəaliyyətinin əsaslan.

Şəkil /.7.-dən də göründüyü kimi, kommersiya fəaliyyətinin

həyata keçirilməsində əsas məqsədlərdən biri ayrı-ayrı

sahibkarların (kommersantların) şəxsi marağına uyğun gəlir - bu,

ilk növbədə mənfəət əldə edilməsidir. Bununla yanaşı, kommersiya

fəaliyyəti sosial (ictimai) missiyanın həyata keçirilməsində də

mühüm əhəmiyyətə malikdir. Buraya, istehlakçıların məhsullara

olan tələbatlanmn ödənilməsindən tutmuş, ölkə əhalisinin işlə

təminatı və dövlət büdcəsinin gəlirlərinin formalaşmasında

kommersiya təşkilatlanmn oynadığı əhəmiyyətli rolu aid etmək

olar. Məs., 2014-cü ildə ölkəmizdə dövlət büdcəsinə vergi və digər

ödənişlərdən daxilolmalarda (7,1 mlrd manat)

14

Page 15: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya foaliyyəünin əsaslan

hüquqi şəxslərin mənfəət vergisinin payı 32,37 % (2,3 mlrd manat)

təşkil etmişdir [168].

Müasir dövrdə ayn-ayrı mütəxəssislər tərəfindən kommersiya

fəaliyyəti həm də biznes və sahibkarlıq fəaliyyəti ilə

əlaqələndirilir. Belə ki, “kommersiya təşkilatlan” və ya

“kommersiya firmalan”nın gəlir əldə etmək istiqamətindəki

fəaliyyəti “biznes” adlandınlır. Bu fikri doğru hesab etmək olar;

kommersiya fəaliyyəti biznes işinin mühüm elementlərindən biri

olmaqla onun daha səmərəli və uğurla həyata keçirilməsinin ilkin

şərtlərindən sayılır.

S.N.Tretyak (Rusiya) “Komersiya fəaliyyəti” dərs vəsaitində

qeyd edir ki, “kommeriya fəaliyyəti əmtəə bazarında sahibkarlıq

fəaliyyətinin bir hissəsi olmaqla, ondan yalnız əmtəələrin

hazırlanması və ya xidmətlərin göstərilməsi prosesini əhatə

etməməsilə fərqlənir.

F.Q.Pankratov və T.K.Seryoqina (Rusiya) bu fikir üzərində

dayanırlar ki, “kommersiya fəaliyyətinin məqsədi alqı-satqı

aktlarının həyata keçirilməsi yolu ilə mənfəət əldə edilməsidir”.

V.A.Abçuk bildirir ki: “kommersiya alqı-satqı

fəaliyyətini təmin edən fəaliyyət sahəsi olmaqla hüquqi normalar

əsasında maksimum gəlir əldə etmək üçün hesablamalann

apanimasından ibarətdir”.

Q.L.Baqiyev və başqalannın kommersiya fəaliyyətinə

verdikləri təriflərdən birinə görə: “Kommersiya fəaliyyəti - ticarət

təşkilat və müəssisələrinin, ayn-ayn sahibkarlann və ya

biznesmenlərin marketinq fəlsəfəsinə əsaslanan, eyni və ya

müxtəlif ərazilərdə istehsal olunaraq regional, milli və beynəlxalq

bazarlara çıxarılan əmtəə və (və ya) xidmətlərin alqı-satqısı

proseslərinin təşkili və həyata keçirilməsinə istiqamətlənmiş

operativ-istehsal və strateji fəaliyyətidir”.

15

Page 16: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Prof. A.S.Bulatovun ümumi redaktorluğu ilə 2002-ci ildə

nəşr olunmuş “Ekonomika” dərsliyində “...kommersiya fəaliyyəti

- kommersiya mənfəəti (qazancı) əldə edilməsi məqsədilə üçüncü

(fiziki və hüquqi) şəxsə əmtəə istehsalı və onlara xidmətlər

göstərilməsi üzrə fəaliyyət” şəklində ifadə edilir.

Prof K.P.Paşayev kommersiyanın “...bütövlükdə ictimai

fəaliyyət anlayışına daxil olan sahələri də ehtiva etdiyini”

bildirərək, onu, ümumilikdə “...gəlirin idarə edilməsi” şəklində

təqdim edir.

S.M.Vinoqradova və O.V.Piçunova (Belarus)

kommersiyanın “geniş və mürəkkəb anlayış” olduğunu qeyd

edərək, onu “...alqı-satqının baş verdiyi bütün hallarda özünə yer

tapan xüsusi fəaliyyət növü” kimi təqdim edirlər.

l.M.Sinyayeva və L.V.Osipova kommersiya fəaliyyətinin

“sahibkarlığın tərkib hissəsi olmaqla istehlakçı tələbatının

ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə əmtəələrin

alqı-satqısına istiqamətlənmiş proses və əməliyyatlann

məcmusunun ifadəsi” olduğunu bildirirlər.

İ.e.d., prof T.Ə.Hüseynov “...xarici ölkədə yerləşən

anbarlardan məhsullann satışı üzrə sövdələşmələrin bağlan-

ması”nı nəzərdə tutan “kommersiya ticarəti” anlayışının olduğunu

qeyd edir. Göründüyü kimi, bu halda “kommersiya” və “ticarət”

anlayışları bir-birindən fərqləndirilir.

Beləliklə, kommersiya fəaliyyətinə verilən tərifləri aşağıdakı

şəkildə ümumiləşdirmək olar:

1) “Kommersiya” - sahibkarlığın və ya biznesin bir növüdür;

2) “Kommersiya” - mənfəət əldə edilməsi üçün alqı- satqı

aktlarının təşkili və həyata keçirilməsi ilə əlaqədar

proseslərdir;

Page 17: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

3) “Kommersiya” - ticarət və ya ticarət vasitəçiliyi,

əmtəələrin satışında və xidmətlərin göstərilməsində

iştirakdır;

4) “Kommersiya” - əmtəə tədavülü sahəsində fəaliyyət,

əmtəələrin və ya xidmətlərin istehsalçıdan istehlakçıya

doğru hərəkətidir;

5) “Kommersiya” - ticarət texnologiyalarının məcmusudur.

Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki,

kommersiya ticarətdən daha geniş bir məfhumdur. Çünki istənilən

ticarət proseslərinin əsasında kommersiya dayandığı halda, həyata

keçirilən hər kommersiya fəaliyyətini yalnız ticarətə aid etmək

olmaz. Əksər hallarda ticarət, alqı-satqı, ticarət vasitəçiliyi, əmtəə

birjası kommersiyanın (kommersiya sahibkarlığının) tərkib hissəsi

kimi göstərilir [49; 62].

1.2. İstehsal firmalarında (müəssisələrində) kommersiya

fəaliyyətinin mahiyyəti

Məlumdur ki, istehsalda bu və ya digər ictimai tələbatlann təmin olunması üçün lazım olan maddi rifah və müxtəlif xidmətlər yaradılır. Bazarla qarşılıqlı təsərrüfat əlaqələrinin formalaşması və inkişafında alqı-satqı proseslərinin əhəmiyyəti istehsal müəssisələrində kommersiya fəaliyyətinin xüsusiyyətlərinin daha geniş öyrənilməsini zərurətə çevirir. Prof İ.Feyzullabəylinin bildirdiyi kimi, “istehsal münasibətlərinin kamilliyi istehsal proseslərində və bazar fəaliyyətində iştirak edən adamlann aı-asında obyektiv iqtisadi-maddi və alqı-satqı münasibətlərinin səviyyəsi ilə xarakterizə edilir”.

İstehsal müəssisəsində kapitalın ardıcıl surətdə bir formadan başqasına çevrilməsi və 3 mərhələni əhatə edən hərəkəti kapitalın dövranı adlanır. İstehsal fəali}fyəti-> prosesində müəssisədə kapitalın 3 rp}ilndləüəıı ibarət dövram

17

Page 18: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

baş verir və onu ümumi şəkildə aşağıdakı kimi təsvir etmək olar; iq . , .

p - ə< İv

İv İ

Burada, P -pul kapitalı; Ə - əmtəə - istehsalda istifadə olunan xammal və

maddi ehtiyatlar; İq - iş qüvvəsi;

- istehsal vasitələri; •• istehsal prosesi; “ satış üçün nəzərdə tutulan hazır məhsul - əmtəə; - məhsul satışından əldə olunan puldur.

Kapitalın dövranının birinci mərhələsində istehsalın zəruri maddi ehtiyatlarla təchizatı (tədarükü) üçün əmtəə (xammal, material) əldə edilir, daha doğrusu kapital pul formasından əmtəə formasına keçir. İkinci mərhələ istehsal prosesini əhatə edir ki, bunun da nəticəsində öz dəyərinə görə istifadə olunmuş ehtiyatlann dəyərindən yüksəkdə duran yeni məhsul (əmtəə) yaradılır.

Nəhayət, üçüncü mərhələdə kapitalın dövranı başa çatır, daha doğrusu hazır məhsul satışı nəticəsində gəlir əldə edilir və kapital əmtəə formasından yenidən pul formasına keçir. Göründü}/ü kimi, kapital dövranının hər 3 mərhələsi bir- birindən asılıdır. Kapitalın dövranının birinci və üçüncü mərhələlərini tədavül, daha doğrusu, məhsulların alqı-satqısı prosesləri təşkil edir. Beləliklə, sənaye kapitalının dövranı 2 ümumi prosesin - istehsal və tədavül proseslərinin vəhdətindən ibarətdir.

Kapitalın ümumi dövriyyə vaxtı istehsal vaxtı və tədavül vaxtından irəli gəlir. İstehsal vaxtına - istehsal ehtiyatlan formasında olma mərhələsi (ehtiyatların saxlanılması vaxtı), istehsal prosesi (iş) vaxtı, istehsal prosesində aravermələr (təbii fasilə vaxtı) daxildir. Tədavül vaxtı isə, kapitalın əşya

y V 8

Page 19: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

elementlərinin (yeni maşınlar, avadanlıqlar, xammal, materiallar və.s.) alqışı və hazır məhsulun pula çevrilməsi, daha doğrusu yeni məhsulların istehlakçılara satılması mərhələlərindən ibarətdir.

İstehsal firma və müəssisələrinin fəaliyyətinin əsasında müəyyən mənfəət əldə etmək məqsədi durur. Mənfəət əldə etmək üçün firma və müəssisələr əwəla, zəruri istehsal amilləri əldə edir, ikincisi, məhsul istehsal edərək təqdim edir və ya xidmət göstərir, üçüncüsü, istehsal edilmiş mal və xidmətləri realizə edir və ya satırlar. Bu zaman onlar bazarla qarşılıqlı təsərrüfat əlaqəsinə girirlər, İstehsal və bazar ayrılmazdır, onlar qarşılıqlı əlaqədə mövcud olur, inkişaf edirlər.

'''•••i N ̂ Al I

, / .......... ... ... ....................... —" •». » Alıcılar ' \ / < Konunersiyaəməliyyatlan baxan • \

I İstehsal N; "f'/ —'•"'Bazaıır ' firması ,<; \j. /

\ / ....................... .. ........... —^ \ ' Satıcılar ' / I Kommersiya \ bazan / /

\ A.! .......................... 1/

Şdkil 1.2. Bazarda alıcı və satıcı rolunda çıxış edən istehsalJirması.

Şəkil 1.2.-dən göründüyü kimi, bazarda həm alıcı, həm də satıcı rolunda çıxış edən istehsalçı firma və ya müəssisə onunla malgöndərənlər və istehlakçılar vasitəsilə ikitərəfli əlaqə qurmaq imkanına malik olur.

Beləliklə, sənaye müəssisəsi (firması) - mənfəət əldə edilməsi və ictimai tələbatın Ödənilməsi məqsədilə məhsul istehsal edən, bu və ya digər iş və xidmətlər yerinə yetirən, qanunda nəzərdə tutulmuş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir.

Alqı-satqı prosesləri istehsaldan kənarda, mıiəssisənin təşkilati strukturuna daxil olan müvafiq bölmələri tərəfindən həyata keçirilir. İstehsal müəssisəsi tərəfindən həyata keçirilən

19

Page 20: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

kommersiya fəaliyyəti müəssisənin xarici mühitlə, mövcud olan əlaqələrinin əsasında durur. İstehsal-sənaye firmalannda kommersiya fəaliyyətinin obyekti əmtəələrin alqışı və satqısı ilə bağlı proseslərdir. Bütövlükdə, bazar münasibətləri şəraitində kommersiya fəaliyyəti istehsal firmalarının təsərrüfat fəaliyyətinin ayrılmaz, zəruri hissəsi olub, dəyər formalarının dəyişməsi ilə bağlı alqı-satqı proseslərini əhatə edir və son nəticədə təkrar istehsalın uğurla başa çatdırılmasına xidmət edir.

İstehsal firmalannda kommersiya fəaliyyətinin iqtisadi mahiyyəti şəkil 7.i.-də göstərilən sxemdəki kimi təsvir edilir.

Şəkil 1.3. Kommersiya fəaliyyəti: istehsal prosesində prosesin

gedişatı.

Şəkil 1.3.-də əks olunmuş sxemin açıqlaması belədir: məhsul

satışından əldə edilən mənfəətin həcmi xammal və materialların

qiymətindən, tədarükün həcmindən, satış xərclərindən, satışın

həcmindən və satış qiymətinin səviyyəsindən asılıdır.

20

Page 21: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Belə bir nəticəyə gəlirik ki, istehsal firma və ya

müəssisələrində kommersiya fəaliyyəti - tədarük və satış

fəaliyyətini həyata keçirmək üçün hüquqi və iqtisadi normalar

çərçivəsində daxili və xarici bazarlarda aparılan bütün işlərinin

məcmusudur.

1.3. Kommersiya fəaliyyətinin əsas prinsip və vəzifələri

Kommersiya münasibətləri bazar vasitəsilə işgüzar əlaqədə

olan subyektlərin iqtisadi müstəqilliyi şəraitində inkişaf edə bilər.

İqtisadi müstəqillik bazar münasibətləri şəraitində kommersiya

fəaliyyətinin həyata keçirildiyi mühitin müəyyənedici əlamətidir.

İqtisadi müstəqillik təsərrüfat subyektlərinin yalnız bu və ya

digər fəaliyyət növü ilə sərbəst şəkildə məşğul olmaq imkanını əks

etdirmir. Təsərrüfat subyektlərinin iqtisadi müstəqilliyinə

aşağıdakılar da aid edilə bilər:

• kapitala sahib olma və maliyyəni idarə etməyi bacarmaq;

• yaranmış şəraitdə təsərrüfat fəaliyyətini maksimum mənfəət

əldə etməyə və onu əlverişli üsul və vasitələrlə yenidən

kapitala çevrilməsinə doğru istiqamətləndirmək;

• kommersiya riskini ölçülə bilən səviyyədə saxlamaq;

• kommersiyanın dəyişən şərtlərə uyğunlaşmağa imkan verən

təşkilati strukturunun formalaşdırılması;

• bazarda olan tələb-təklif göstəricilərinə tez reaksiya

vermək;

• işgüzar tərəf müqabillərinin tam bərabərliyi.

21

Page 22: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrakimlif M,M, Hüseynov

Doğrudur, kommersiya fəaliyyətini həyata keçirən bazar

subyektlərini iqtisadi cəhətdən tam müstəqil hesab etmək olmaz.

Çünki kommersiya fəaliyyətində bir sıra hallarda hər hansı bir

strateji məqsədə nail olmaq üçün tərəf müqabillərinə müəyyən

güzəştə getmək lazım gəlir.

Bundan başqa, qarşılıqlı kommersiya münasibətlərinin

müstəqilliyi xarici mühitin obyektiv şərtləri, o cümlədən qiymət,

vergi siyasəti, kommersiya sirri və digər amillərlə məhdudlaşa

bilər. Belə ki, hazırda heç bir ölkədə xüsusilə də iqtisadiyyatın

ümumi inkişafına və sosial sahədə vəziyyətə təsir göstərə bilən

sahələrində ‘ qiymətin müəyyən edilməsində tam azadlıq mövcud

deyil.

İstehsal müəssisəsinin kommersiya fəaliyyətində aşağıdakı

prinsiplərin nəzərə alınmasını məqsədəuyğun hesab edilir:

• Kommersiya fəaliyyətinin uğurla nəticələnməsi üçün

müəssisə tərəfindən daima marketinq tədqiqatlarının

həyata keçirilməsi;

• Kommersiya fəaliyyətinin çevik olması, bazar

konyukturasını nəzərə almağa doğru istiqamətlənməsi;

• Müxtəlif səbəblərdən yarana biləcək kommersiya

risklərini proqnozlaşdırmağı və nəzərə almağı bacarmaq;

• Kommersiya fəaliyyətində prioritetlərin müəyyən

edilməsi;

o Şəxsi təşəbbüskarlığın üzə çıxarılmasına diqqət yetirilməsi;

22

Page 23: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

• Alqı-satqı sövdələşmələrinin nəticəsi olaraq qəbul edilmiş

öhdəliklərin yerinə yetirilməsinə yüksək nəzarətin həyata

keçirilməsi;

• Son nəticəyə, yəni müəssisənin təsərrüfat fəaliyyətinin

nəticəsi - mənfəətin əldə edilməsinə doğru

istiqamətlənmək və s.

İstehsal firmasının (müəssisəsinin) kommersiya fəaliyyətinin

vəzifələrinə başlıca olaraq aşağıdakılar aid edilməlidir:

• Bazarın öyrənilməsi;

• Xammal və maddi ehtiyatlann tədarükü;

• Hazır məhsulun realizə edilməsinin (satışının) təşkili;

• Kommersiya proseslərinin idarə edilməsi.

Bazarın öyrənilməsi kommersiya fəaliyyətinin əsas vəzifəsi

olmaqla, həm də müəssisədə məhsullann hansı kəmiyyət və

keyfiyyətdə istehsal ediləcəyini, yeni texnologiya və məhsullann

layihələndir!Iməsini müəyyən edir.

1.4. Kommersiyanın funksiyaları

Bazar münasibətləri şəraitində məhsul istehsalı ilə məşğul

olan sahibkar üçtərəfli iş yerinə yetirir:

1. Əmək, kapital və təbii amillərdən (istehsal amilləri)

istifadə;

2. Kommersiya işi - satmaq və almaq;

3. Riskə görə məsuliyyət daşımaq.

Sahibkann bu işlərinə aşağıdakı fbnksiyalar uyğun gəlir:

• Məhsul istehsalı funksiyası;

• Kommersiya funksiyası;

• İstehsal amillərinin istifadə edilməsinə aid qəbul edilən

qərarlara və riskə görə məsuliyyət funksiyası.

23

Page 24: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Göstərilənlərdən başqa müəssisədə həmçinin təhlükəsizliyin

təmin olunması; inzibati; hesablama; nəzarət; heyətin idarə

edilməsi; bazarın öyrənilməsi funksiyaları da yerinə yetirilir.

Kommersiya fəaliyyəti kommersiya funksiyalannın köməyi

ilə həyata keçirilir. Kommersiya çərçivəsində baş verən proses və

əməliyyatlann iki növü vardır:

• Xalis kommersiya (və ya ticarət - dəyər formasının

dəyişməsi ilə əlaqədar alqı-satqı prosesləri);

• İstehsal (və ya texnoloji - buraya, əmtəə tədavülü

sahəsində sənaye istehsalının davamı, yəni hazır məhsul

ehtiyatlarının idarə olunması, saxlanması, satışdan əvvəl

və sonrakı xidmət və s. aid edilir)

Yuxanda göstərilənlərlə yanaşı, alqı-satqı əməliyyatlarının

normal apaniması üçün vacib olan aralıq kommersiya xidmətləri

də mövcuddur. Onlara aşağıdakılar aiddir: o məhsula olan alıcı

tələbatının öyrənilməsi; o satıcılarla alıcılar arasında kommersiya

əlaqələrinin təşkili;

o tərəf müqabillərinin seçimi və sazişlərin bağlanması; o

reklam işinin təşkili;

® alıcılardan sifarişlərin qəbulu; o

məhsulların istehlakçılara çatdırılması;

® məhsulların sığortalanması və s.

İstehsal müəssisəsində kommersiya fəaliyyəti istiqamətində

həyata keçirilən funksiyaların strukturu şəkil 7.-^.-də göstərilən

formada təsvir edilə bilər

Şəkildən göründüyü kimi, burada kommersiya funksiyaları

ümumi olaraq növünə görə tədarük və satış, xarakterinə görə

kommersiya və texnoloji, roluna görə isə əsas və köməkçi şəklində

qruplaşdırılır.

24

Page 25: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya faaliyyətinin əsasları

Kommersiya fəaliyyətində ən mühüm və ilkin

funksiyalardan olan bazann öyrənilməsi isə tədarük və satış

istiqamətində marketinq funksiyalan vasitəsilə yerinə yetirilir.

İstehsal müəssisələrində kommersiya fəaliyyəti yalnız

bilavasitə tədarük və satış fəaliyyətinin (o cümlədən icarənin)

kommersiyaya aid funksiyaları ilə eyniləşdirilməməlidir.

Kommersiya fəaliyyəti müxtəlif xarakterli və məzmunlu, daha

geniş spektri əhatə edən funksiyaların yerinə yetirilməsini nəzərdə

tutur.

Növünə \ ^\görə Tədarük (maddi-texniki təchizat) istiqamətində

Satış istiqamətində

\ Xarak- \ lerinə \ görə

Rolun görə \

es ;s w

u ^ ^ 5 E CQ İ « o

Ü* "S % 2

01 >> ;S U U ̂

B n i«

'İ* e 2 ” 2

Osaü 1. Alqı 2. İcarə

1 .Çatdırılma 2.Saxlanma

1. Satqı 2. İcarə

1 ,Sa.\lanma 2. Bölgü 3. Çatdırılma Köməkçi 1. Mar

ketinq 2. Bağlanmış sazişlərin hüquqi müşayiəti

İstehsal prosesinə hazırlıq

1. Marketinq 2. Bağlanmış sazişlərin hüquqi müşayiəti

Satışdan əwəl və sonrakı hazırlıq və xidmət

Şəkil 1.4. İstehsal müəssisəsində kommersiya fəaliyyəti

istiqamətində həyata keçirilən funksiyaların strukturu.

VƏ Buraya, məhsula olan ələbin öyrənilməsi

formalaşdırılması, müştərilərin axtarışı, seçimi və onlarla

müqavilələrin bağlanması, məhsulun bilavasitə istehlakçıya

çatdırılması, habelə həm bütövlükdə kommersiya

fəaliyyətinin, həm də ayrı-ayrı kommersiya proseslərinin

idarə edilməsi aiddir.

25

Page 26: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M, Hüseynov

S.N.Tretyak müasir dövrdə kommersiya xidmətinin işinin

təşkili dedikdə, başlıca olaraq bu fəaliyyət növünün iqtisadi

əsaslarından başlayaraq zəruri sənədləşməyə qədər bir çox

özünəməxsus xüsusiyyətlərin nəzərdə tutulduğunu qeyd edir.

Bu baxımdan, kommersiya funksiyaları şərti olaraq bir neçə

qrup üzrə formalaşdırılır və həyata keçirilir. İstehsal müəssisəsinin

(firmanın) kommersiya xidmətinin yerinə yetirdiyi funksiyalar

şəkil 7.5.-də göstərilən kimi təsvir edilə bilər.

Marketinq

1. Əmtəə bazarının

təhlili və

proqnozlaşdınl-

mast

2. Məhsu

llarm bazara

yeridilişi və

reklam

3.Satışın

həvəsləndin Iməsi

4. Qiymə

t və əmtəə

siyasətinin

apanimast

5. Market

inq planımn

hazırlanması

Satış

I.Alıcılarla

qarşılıqlı

kommersiya

əlaqələrinin

qurulması

2.Sirarişlər

portfelinin

formalaş- dınlması

3.Satışın

planlaşdırılması

4. Məhsullann

alıcılara

göndərilməsi

qraftklə- rinin

tərtibi

5. Məhsulun

alıcılara

göndərilmək üçOn

yOk- lənməsi

ö.Məhsulların

satışı üzrə

kommersiya işləri

Mal alışı

1.

Xammal və

material bazan- nın

öyrənilməsi

2. Malgöndərən-

lərlə qarşılıqlı

kommersiya

əlaqələrinin

yaradılması

3. Mal alınması

planının tərtib

olunması

4. Mal

alışının

təşkili

5.

İstchsala

hazırl

ıq vəziyyətinin

təhlili

Xarici iqtisadi fəaliyyət

1. İdxal-ixrac

sazişlərinin

bağlanması

2. Gömr

0k funksiyaları

Şəläl 1.5. Müəssisədə kommersiya xidmətinin əsas Junksiyaları.

26

Page 27: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Göründüyü kimi, firmanın kommersiya xidmətinin əsas

funksiyaları ümumi şəkildə aşağıdakı kimi qruplaşdınlır:

• Marketinq - əmtəə bazarının təhlili və proqnozlaşdınlması,

məhsullann bazara yeridilişi və reklam, satışın həvəsləndirilməsi,

qiymət və əmtəə siyasətinin aparılması, marketinq planının

hazırlanması;

• Satış - alıcılarla qarşılıqlı kommersiya əlaqələrinin

qurulması, sifarişlər portfelinin formalaşdırılması, satışın

planlaşdıniması, məhsullann alıcılara göndərilməsi qrafiklərinin

tərtibi, məhsulun yüklənməsi, məhsullann satışı üzrə kommersiya

işləri;

• Mal alışı - xammal və material bazannın öyrənilməsi,

malgöndərənlərlə qarşılıqlı kommersiya əlaqələrinin yaradılması,

mal alınması planının tərtib olunması, mal alışının təşkili, istehsala

hazırlıq vəziyyətinin təhlili;

• Xarici iqtisadi fəaliyyət - idxal-ixrac müqavilələrinin

bağlanması, gömrük fUnksiyalan.

Dünya ölkələri arasında iqtisadi inteqrasiyanın ildən-ilə

dərinləşməsi sənaye müəssisələrinin xarici iqtisadi fəaliyyət

sahəsində kommersiya flınksiyalannın əhəmiyyətini xeyli

artırmışdır. Kommersiya funksiyalarının müxtəlifliyi və onların

yerinə yetirilməsinin səmərəliliyi kommersiya təşkilat və

müəssisələrinin təsərrüfat fəaliyyətinin nəticələrinə əhəmiyyətli

təsir göstərir.

Beləliklə, kommersiya flınksiyalan qapalı bir halqanı əks

etdirir: istehlakçılarla başlayır və onlarla da yekunlaşır.

Planlaşdırma, inzibati və nəzarət kommersiya fUnksiyalan

dairəsinə aşağıdakılar daxildir:

1. İnsanların müəyyən məhsullara olan tələbatının

öyrənilməsi;

27

Page 28: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli^ M.M. Hüseynov

2. Firmanın öz siyasətini nəzərə almaqla istehlakçıların

tDİəbatlannm ödənilməsi imkanlarının müəyyən edilməsi;

3. İstehlakçıların tələbatlarının ödənilməsi üçün istehsal

imkanları nəzərə alınmaqla məhsulun istehsalının

planlaşdırılması;

4. İstehsal olunan məhsul haqqında istehlakçılarda müəyyən

assosiasiyaların formalaşdırılması;

5. Məhsulun əlverişli qiymətə satılması.

Bir-biri ilə qarşılıqlı əlaqədə olan bütün bu əməliyyatlar

firmanın əsas məqsədinə çatmasında vacib rol oynayır.

Yoxlama üçün suallar:

♦ "Kommersiya" sözü hansı mənşəlidir və mənası nədir?

♦ Kommersiya ilə bağlı ilk tədqiqatlar kimlər tərəfindən

aparılmışdır?

♦ Kommersiya və satışın idarə edilməsi sahəsində bu gün

istifadə edilən əksər üsullar kim tərəfindən işlənib

hazırlanmışdır və hansı dərslikdə öz əksini tapır?

♦ Müxtəlif dövrlərdə kommersiyaya münasibətin əsas

cəhətlərini necə qiymətləndirmək olar?

♦ Harvard Biznes Məktəbində kommersiya fəaliyyətinə

verilən tərif necədir?

♦ Müasir dövrdə kommersiyanın ölkə iqtisadiyyatının

inkişafındakı rolunu necə qiymətləndirmək olar?

♦ istehsal firma və müəssisələrində kommersiya

fəaliyyətinin mahiyyətini açıqlayın.

♦ Təsərrüfat subyektlərinin iqtisadi müstəqilliyinə nələr aid

edilir?

♦ Kommersiya fəaliyyətinin əsas prinsipləri hansılardır?

28

Page 29: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

istehsal firmasının (müəssisəsinin) kommersiya

fəaliyyətinin vəzifəsinə nələr daxildir?

Bazar münasibətləri şəraitində məhsul istehsalı ilə

məşğul olan sahibkar hansı işləri yerinə yetirir?

Kommersiya çərçivəsində baş verən proses və

əməliyyatların hansı növləri var?

Aralıq kommersiya xidmətləri hansılardır?

Firmanın kommersiya xidmətinin əsas funksiyalarını

ümumi şəkildə necə qruplaşdırmaq mümkündür?

29

Page 30: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M»M. Hüseynov

II FƏStL. KOMMERStYA FƏALİYYƏTİNİN

OBYEKT VƏ SUBYEKTLƏRİ

2.1. Əmtəə - kommersiya fəaliyyətinin obyekti kimi

2.2. Kommersiya fəaliyyətinin subyektləri

2.2.1. Kommersant və onun peşəkar fəaliyyət istiqamətləri

2.2.2. Kommersiya təşkilatları

2.1. Əmtəə - kommersiya fəaliyyətinin obyekti kimi

Kommersiya fəaliyyətinin mexanizmini öyrənərkən ilk

növbədə onun obyekti və subyekti barədə məlumat vermək

lazımdır.

Kommersiyanın obyektləri kimi aşağıdakılar çıxış edir:

• əmtəə və məhsullar;

• istehsal və xidmət sahələrində binalar;

• nəqliyyat vasitələri;

• istehsal vasitələri;

• xidmətlər;

• qiymətli kağızlar;

• sifariş işləri;

• ideya və ixtiralar və s.

Göründüyü kimi, gündəlik rastlaşdığımız və istifadə

etdiyimiz bir çox məhsullar, nemətlər, xidmətlər və s. kommersiya

fəaliyyətinin obyektinə aid edilir.

Əmtəə - bazar üçün, satış üçün istehsal edilən əmək

məhsuludur. Əmtəə qismində sərbəst şəkildə özgəninkiləşdirilə

bilən və alqı-satqı prosesində satıcıdan alıcıya keçə bilən,

dövriyyəsi məhdudlaşdınimayan istənilən əşya çıxış edə bilər.

Əldə edilmə məqsədlərinə görə, əmtəələri 2 qrupa bölmək

olar:

30

Page 31: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

1. İctimai istehlak təyinatlı əmtəələr (məhsullar) - sahibkarlıq

fəaliyyəti ilə bağlı olmayan və əhalinin şəxsi, ailə, məişət

ehtiyaclarının ödənilməsi üçün onlara satılan əmtəələrdir;

2. İstehsal təyinatlı əmtəələr (məhsullar) - müxtəlif təşkilatlar

və fərdi sahibkarlar tərəfindən təsərrüfat fəaliyyətində istifadə

edilmək məqsədinə xidmət edirlər. Belə əmtəələrə texnoloji

avadanlıqlan, tikinti-yol texnikasmı, ümumi istifadə üçün nəzərdə

tutulan nəqliyyat maşınlarını, yanacaq-xammal məhsullanni və s.

misal göstərmək olar.

Bütün əmtəələr texniki, fiziki, kimyəvi və s. kimi istehlak

xüsusiyyətinə malikdirlər. Yəni, onlar istehlakçının bu və ya digər

ehtiyacını ödəyirlər. Bu baxımdan ərzaq və qeyri-ərzaq

məhsullarını aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

- gündəlik tələbat malları - bir və ya ən çoxu bir neçə dəfə

istifadə üçün nəzərdə tutulur;

- əvvəlcədən seçilən mallar - eyni əlamətlərə malik

məhsullar, istifadə prosesində istehlakçılar tərəfindən bu məhsullar

parametrlərinə, etibarlılıqlarına, qiymətlərinə, xarici görünüşünə

və s. görə müqayisə edilirlər;

- xüsusi tələbatı təmin edən mallar - adətən, istehlakçının

əlavə vəsait xərcləməyə hazır olduğu müəyyən xarakterik və ya

nadir xüsusiyyətlərə malik olurlar;

- passiv tələbat mallan - bu məhsulların alqışı üçün

istehlakçı çox düşünmür, onlar təsadüfi ehtiyacın nəticəsi kimi əldə

olunurlar.

Əmtəənin istehlak xüsusiyyətlərinin məcmusu ilə onun

keyfiyyəti müəyyən olunur. Əmtəənin keyfiyyəti onun

faydalılığını müəyyən edən ölçüdür. Buna görə də, istehlakçıların

məhz keyfiyyətli əmtəələrlə təmin edilməsi istehsal və ticarət

müəssisələrinin əsas məqsədlərindən biridir. Beləliklə,

kommersiya təşkilatlarının müvafiq

31

Page 32: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimlif M.M. Hüseynov

xidmətləri alınan əmtəə istehsalçıları ilə daima əlaqə saxlamalı,

məhsul çeşidini artırmaq və onu təkmilləşdirmək üçün

istehsalçılara təsir göstərməlidirlər.

Digər tərəfdən, bazarda daha üzün müddət ərzində qalmağı

nəzərdə tutan istehsal müəssisələri buraxılan məhsulların yüksək

keyfiyyətli olmasına çalışmalıdırlar. Buna görə də, əmtəələrin

keyfiyyətli şəkildə saxlanılması üçün, onların daşınması, qəbulu,

saxlanılması və bu kimi texnoloji əməliyyatların düzgün təşkili

böyük əhəmiyyət daşıyır. Əmtəələrin keyfiyyətinə onların hərəkəti

və yerdəyişməsi, saxlanması və satışa hazırlanması üçün müasir

avadanlıqların tətbiq edilməsi də böyük təsir göstərir.

Bu və ya digər əmtəə ilə bağlı kommersiya işinin məzmunu

bir çox hallarda həmin əmtəənin bazara çıxarılması vaxtından,

istehlakçıya nə dərəcədə tanış olmasından asılıdır. Yəni,

kommersiya fəaliyyətinin təşkili prosesində əmtəələrin həyat

dövrünün nəzərə alınması zərurəti mövcuddur. Əmtəələrin həyat

dövrü konsepsiyası istehlak xassələrindən asılı olmayaraq,

istənilən məhsulun bazarda tez və ya gec digər, daha təkmil məhsul

tərəfindən “sıxışdırılıb” çıxan İmasından irəli gəlir. Bu isə, ona

gətirib çıxanr ki, tələbin azalması nəticəsində məhsulun

realizəsindən əldə edilən mənfəət aşağı düşür və onun gələcək

alqı-satqısı iqtisadi cəhətdən səmərəsiz olur.

2.2. Kommersiya fəaliyyətinin subyektləri

2.2.1. Kommersant və onun peşəkar fəaliyyət

istiqamətləri

“Kommersiya” məfhumu ilə yanaşı, “kommersant” anlayışı

da məlumdur. Adətən kommersant dedikdə istehsal edilmiş

məhsulun satılmasını təşkil edən şəxs nəzərdə

32

Page 33: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya foaliyyəünm əsasları

tutulur. Sovet İttifaqı dövründə “kommersant” dedikdə - “kapitalist

ölkələrində ticarət fəaliyyəti ilə məşğul olan şəxs, tacir” başa

düşülürdü.

Kommersiya fəaliyyətinin ölkə iqtisadiyyatındakı rolunun

əhəmiyyətinin açıq etiraf olunmasına, XX əsrin 90- cı illərindən

etibarən keçmiş SSRİ-də onun iqtisadçılar tərəfindən fəal şəkildə

tədqiq edilməsinə rəğmən ilk dövrlərdə kommersant haqqında o

qədər də düzgün olmayan fikirlər formalaşırdı. Məsələn, 1992-ci

ildə nəşr olunmuş “İqtisadi nəzəriyyə” dərsliyində

kommersantların əsasən kommersiya dükanları, ticarət və xidmət

dairələrindəki kiçik müəssisə və dükanlar vasitəsilə fəaliyyət

göstərdikləri bildirilirdi. Çox təəssüf ki, bir çox hallarda

“kommersant” anlayışı “alverçi”, hətta “möhtəkir” anlayışı ilə

eyniləşdirilir [35, s. 656].

Lakin aydındır ki, müasir dövrdə “kommersant”

məfhumunun bu şəkildə izahı heç də düzgün hesab edilə bilməz.

Kommersant adı altında sövdələşmələrin bağlanması və bazar

münasibətlərinin müstəqil subyekti şəklində sahibkar qismində

digər təsərrüfat əməliyyatlarını həyata keçirən şəxs başa düşülür.

Fərdi kommersant - kommersiya fəaliyyətinin ən sadə

forması olmaqla güclü motivasiya, operativlik və elastikliklə

şərtlənir. Fərdi kommersantlara müəssisə mülkiyyətçisi olmaqla

sahibkar şəklində fəaliyyət göstərən, adətən təsərrüfat

fəaliyyətində iri kapital qoyuluşu tələb olunmayan sahələri əhatə

edən (kiçik istehsal və ticarət, xidmət, ticarət vasitəçiliyi və s.)

fiziki şəxslər aid edilir. Fərdi sahibkar olmaqla kommersant

öz-özlüyündə təşəbbüskar fəaliyyət üçün güclü stimul olan bütün

gəliri mənimsəyir [55].

Kommersant kateqoriyasına (iqtisadçı-kommersant) əsasən

aşağıdakılar aid edilir:

- Kommersiya ilə məşğul olan şəxs;

33

Page 34: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlif M.M. Hüseynov

- Kommersiyanın və ya istehsal vasitələrinin, istehlak mallan

və xidmətlərin ticarətinin təşkili və idarə edilməsi

variantlarının iqtisadi təhlili, iqtisadi əsaslandırılması ilə

məşğul olan mütəxəssis;

- Mövcud və perspektiv bazarlarda əmtəə və xidmətləri

realizə etmək məsələlərinin sosial-iqtisadi əsaslandınimasını

həyata keçirmək sahəsində biliyə, bacanğa və qabiliyyətə

malik olan mütəxəssis.

Bununla yanaşı, biznes aləmində kommersantları aşağıdakı

kimi də adlandırırlar:

- ticarət agentləri;

- əlaqələndiricilər;

- ticarət məsləhətçiləri;

- satış üzrə mütəxəssislər;

- yerli nümayəndələr;

- agentlər;

- xidmətlər üzrə agentlər;

- marketinq agentləri.

Bazar iqtisadiyyatı şəraitində kommersantlar xüsusi növ

fəaliyyət sahələrində (məsələn, əmtəə və qiymətli kağızlann əldə

edilməsi və satışı, sığorta, nəqliyyat, bank, vasitəçi- ticarət və digər

əməliyyatların həyata keçirilməsi və s.) ixtisaslaşmaqla təsərrüfat

fəaliyyətini xüsusi peşəkarlıqla həyata keçirirlər. S.N.Tretyak qeyd

edir ki, “.. .Kommersantın peşəkar fəaliyyəti istehsal və əmtəə

tədavülü sahəsində həyata keçirilir və müəssisənin sahəvi, regional

və buraxılan məhsul çeşidinin xüsusiyyətləri nəzərə alınmaqla

kommersiya işinin səmərəli təşkili məqsədilə bütün

təşkilati-hüquqi formalardan olan müəssisələrin fəaliyyət

göstərməsinin təmin olunmasına istiqamətlənir”.

Kommersantın əsas peşəkarlıq fəaliyyətinə aşağıdakı işlər aid

edilir:

-təşkilati (kommersiya sahəsində);

34

Page 35: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

- əmtəəşünaslıq-ekspertiza;

- marketinq;

- ticarət-iqtisadi;

-təhlil;

- ticarət-tədarük;

- xarici ticarət.

Müasir anlamda kommersant dedikdə, mənfəət əldə etmək

məqsədi ilə iqtisadiyyatın müxtəlif sahələrində kommersiya işinin

səmərəli təşkili və idarə olunması variantlarını təhlil edərək ən

optimal variant seçən, lazım gəldikdə isə onu iqtisadi cəhətdən

əsaslandıra bilən mütəxəssis başa düşülə bilər.

Burada belə bir prinsipial məsələyə diqqət yetirilməlidir ki,

əgər ayn-ayn şəxslər lazımi xammal və materiallar əldə etməklə öz

istifadəsi üçün əmtəələrin istehsalı ilə məşğul olurlarsa, onlar

sadəcə olaraq istehlakçı sayılırlar. Lakin əgər resurslar cəlb

etməklə onun üçün zəruri olan tələbatdan artıq və öz dəyərinə görə

istifadə edilən resurslardan yüksəkdə duran məhsul istehsal

olunaraq, mübadilə edilir və ya satılırsa, yalnız onda bu fəaliyyət

növü kommersiya hesab edilir.

Kommersiya fəaliyyətini istər fərdi şəxslər, istərsə də

kommersiya müəssisə və təşkilatlan həyata keçirirlər.

2.2.2. Kommersiya təşkilatları

Müasir dövrdə “kommersiya təşkilatı” dedikdə, öz

fəaliyyətindən gəlir götürmək üçün yaradılan hüquqi şəxs başa

düşülür. Bir çox hüquqi şəxslər sonradan alqı-satqı prosesləri

vasitəsilə mənfəət əldə etmək üçün kommersiya fəaliyyəti

çərçivəsində bir sıra işlərin (istehsal, inşaat, sərmayədarlıq və s.)

həyata keçirilməsi ilə məşğul olurlar.

35

Page 36: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlif M. M, Hüseynov

Bazarda alıcı qismində kommersiya fəaliyyəti prosesində

iştirak edən bazar subyektlərinin qruplaşdırılması bir sıra cəhətlər

üzrə həyata keçirilir. Burada əsas məsələlərdən biri alıcının hansı

fəaliyyət sahəsinə aid olması və onun maliyyələşmə mənbələrinin

müəyyənləşdirilməsidir. Maliyyələşmə mənbəyi baxımından

bazardan məhsul alan bütün müəssisə və təşkilatlan 3 əsas qrupa

ayırmaq olar:

1. Kommersiya strukturları və ya istehsal və ticarət

firmalarının (birliklərinin) məcmusu;

2. Qeyri-kommersiya təşkilat və idarələri, müxtəlif ictimai

qurumlar;

3. Mərkəzi və yerli hakimiyyət orqanlarının (bələdiyyələrin)

tabeliyində olan müəssisə, təşkilat və idarələr.

Hansı sahəyə aid olması baxımından bütün müəssisələr belə

qruplaşdırıla bilərlər:

1. Təbii mənbələrdən sənaye və ərzaq xammalı hasilatı

(dağ-mədən, neft-qaz hasilatı, meşə və balıq təsərrüfatı);

2. İlkin sənaye emalı;

3. Xammal və materialların sənaye emalı, daha doğrusu,

hazır məhsulun istehlak bazarında satış üçün istehsalı;

4. İstehsal infrastrukturu və ya bazara xidmət edən sahə və

fəaliyyət sahələrinin məcmusu (yük daşıma, informasiya

təminatı və rabitə, topdan ticarət vasitəçi fırmalan, kredit

hesablaşma sistemi, işgüzar risklərin sığotalanması);

5. Sosial məişət infrastrukturu və ya qeyri-maddi istehsal

sahələrinin və fəaliyyət növlərinin məcmusu.

Qeyd edilən alıcı qrupları bazardakı davranışlarına görə də

fərqlənirlər.

36

Page 37: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Müasir iqtisadi ədəbiyyatda "firma" (italyan sözü olub

“imza” mənasını verir) və "müəssisə" anlayışlarından geniş istifadə

olunur. Bəzi hallarda onlar hətta sinonim kimi qəbul olunurlar.

Bunun əsas səbəblərindən biri də əksər hallarda firmanın bir

müəssisədən ibarət olmasıdır. Lakin firma - özündə eyni və ya

müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə

istehsal-kommersiya fəaliyyəti ilə məşğul olan iqtisadi subyektdir.

Müəssisənin firma adı alması üçün əsas şərt - onun vasitəçilərlə

deyil, birbaşa bazara çıxışıdır.

Firmalar istehsal fəaliyyəti ilə yanaşı ticarət, nəqliyyat, bank,

auditor və s. kimi sahələrdə də uğurla çalışırlar.

Tərkibinə daxil olan istehsal müəssisələrinin birləşmə

formaları baxımından firmaların aşağıdakı növləri məlumdur:

1. Məhsulunun iqtisadi təyinatı eyni olan müəssisələri

birləşdirməklə yaradılan firmalar. Buraya adətən yüngül sənaye

firmaları aiddir;

2. Təkrar istehsalın müxtəlif mərhələlərinə mənsub

müəssisələrin birliyi. Məsələn, dəmir filizi hasil edən, emal edən,

polad, çuqun və prokat (yayma polad) istehsal edən metallurgiya

firmaları;

3. Müxtəlif sahələrin müəssisələrini birləşdirən firmalar.

Buna misal olaraq telefon və teleqraf avadanlıqlan, çörək-bulka

məmulatları, tədris materialı istehsallarını, otellərin istismarını və

sığorta xidmətini özündə birləşdirən ABŞ-ın məşhur konqlomeratı

- “İTT” firmasını göstərmək olar [38].

Firma - müəyyən mülkiyyətə və hüquqi şəxs səlahiyyətlərinə

malik, məqsədi mənfəət əldə etmək olan bir və ya bir neçə

müəssisədən ibarət olan, məhsulun istehsalı və satışını idarə edən

təşkilatı-təsərrüfat vahididir. Firma, müəssisədən fərqli olaraq

bazarın ilkin həlqəsidir və bazarda qiymət siyasətini məhz o həyata

keçirir, rəqabət mübarizəsini aparır, mənfəətin bölüşdürülməsində

iştirak edir. Firmaya

37

Page 38: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

daxil olan müəssisələrin idarə olunması, onların inkişaf

istiqamətləri onun (firmanın) idarəetmə orqanları tərəfindən həyata

keçirilir.

Kommersiya - istehsal ilə məşğul olan sahibkarlıq

subyektlərinin də əsas fəaliyyət istiqamətlərindən biridir. Buna

görə də müəssisə-sahibkar ümumi (həm alıcı və həm də satıcı)

funksiyalı kommersant hesab edilə bilər.

Yoxlama üçün suallar:

Kommersiya fəaliyyətinin obyektləri hansılardır?

Kommersiya fəaliyyətinin subyektləri hansılardır? Əldə

edilmə məqsədlərinə görə əmtəələri necə qruplaşdırmaq

olar?

♦ İstehlakçıların bu və ya digər ehtiyacını ödəmək

baxımından əmtəələr necə qruplaşdırılır?

♦ “Kommersant" kimdir?

♦ “Kommersant ’iar daha necə adlandırılırlar?

♦ Kommersantın əsas peşəkarlıq fəaliyyətinə hansı işlər aid

edilir?

♦ “Kommersiya təşkilatları" və “qeyri-kommersiya

təşkilatları ’’ necə fərqləndirilir?

♦ Maliyyələşmə mənbəyi baxımından bozardan məhsul alan

müəssisə və təşkilatları necə qruplaşdırmaq olar?

♦ Hansı sahəyə aid olması baxımından müəssisələri necə

qruplaşdırmaq olar?

♦ “Firma" ilə “müəssisə"nin əsas fərqli cəhətini göstərin.

♦ istehsal müəssisələrinin birləşmə formalarına görə

firmaların hansı növləri fəaliyyət göstərirlər?

38

Page 39: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

III FƏSİL. FİRMALARDA (MÜƏSSİSƏLƏRDƏ)

KOMMERSİYA STRATEGİYASININ

FORMALAŞDIRILMASI

3.1.

3.2.

3.3.

(müəssisələrdə) formalaşmasına

kommersiya təsir

göstərən Firmalarda

strategiyasının

amillər

Əmtəə bazarında

reallaşması

Firmanın (müəssisənin) kommersiya fəaliyyətinin təşkili

strategiyası

kommersiya maraqlarının

3.1. Firmalarda (müəssisəbrdə) kommersiya

strategiyasının formalaşmasına təsir göstərən

amillər

Kommersiya fəaliyyətinin təşkili və inkişafı üçün müəyyən

şərtlərin olması zəruridir. Bu zərurət kommersiya fəaliyyətinə təsir

edən amillərin öyrənilməsini ön plana çıxanr.

Müəssisə kommersiya fəaliyyəti prosesində xaıici mühit ilə

qarşılıqlı əlaqəyə girir. Müəssisəni əhatə edən xarici mühit

amilləri onun fəaliyyətinə böyük təsir göstərmək qabiliyyətinə

malikdir. Müəssisənin bazardakı kommersiya mövqeləri xarici və

daxili mühit amillərinin təsiri altında təşəkkül tapır. Xarici

mühitdə daima baş verən dəyişikliklər müəssisənin daxili

strukturuna və kommersiya fəaliyyətinin nəticələrinə təsir edə

bilir.

Müəssisələrin kommersiya fəaliyyətinə çoxsaylı xarici mühit

amilləri təsir edir. Məs., Y.N.Kiselyova və O.G.Bu- danova

müəssisələrin kommersiya fəaliyyətinə təsir edən xarici mühit

amillərinə aşağıdakıları aid edirlər:

39

Page 40: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İhrahimliy M.M. Hüseynov

• iqtisadi meyllər;

• sosial mühit;

• istehlakçılar;

• malgöndərənlər;

• rəqiblər;

• banklar;

• dövlət aktlan və s.

V.K.Falsman istehsal firma və müəssisələrinin təsərrüfat

fəaliyyətinə təsir edən xarici mühit amillərinə ümumilikdə

aşağıdakıları aid edir:

• iqtisadiyyatın ümumi (makroiqtisadi) vəziyyəti;

• xammal bazası;

• daxili siyasi və demoqrafik amillər;

• dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər;

• ekoloji şərait;

• rəqiblərin davranışı və s. [114, s. 7].

L.V.Osipova istehsal müəssisəsinin təsərrüfat-

kommersiya fəaliyyətinə bu və ya digər şəkildə təsir göstərə bilən

əsas xarici mühit amillərini ümumiləşdirilmiş formada aşağıdakı

şəkil İ./.-dəki kimi təsvir edir;

Beləliklə, müəssisənin təsərrüfat-kommersiya fəaliyyətinə

təsir göstərən xarici amilləri aşağıdakı kimi ayırmaq olar:

1. Birbaşa təsir amilləri - buraya, dövlət, rəqiblər,

malgöndərənlər və istehlakçılar aiddir;

2. Dolayı təsir amilləri - buraya, siyasi, iqtisadi, elmi-

texniki və sosial amillər aiddir.

Bütün qeyd edilən amillər bir-biri ilə qarşılıqlı əlaqədədirlər.

Lakin hər bir konkret şəraitdə bu amillərin qarşılıqlı təsir səviyyəsi

müxtəlif ola bilər.

Müəssisələr istehlak bazarını əmtəələrlə təchiz etməklə

istehlakçıları əmtəələrin xüsusiyyətləri - onların etibarlılığı,

40

Page 41: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

zəmanət müddətləri, qiymətləri, satış şərtləri və s. kimi zəruri

informasiya ilə təmin edirlər.

Şakil 3.1. Müəssisənin təsərrüfat-kommersiya fəaliyy>ətinən təsir

edən əsas xarici mühit amilləri.

Müəssisə bazardan rəqabətə girən əmtəələr, istehlakçıların

ehtiyac və imkanları, əmtəələrin satış həcmləri və templəri

haqqında əks məlumat alır. Nəticədə müəssisənin xarici mühit ilə

qarşılıqlı fəaliyyətdə olduğu və vahid şəkildə fəaliyyət göstərən

qapalı rabitə (əlaqə) sistemi meydana gəlir.

Müəssisələrin kommersiya fəaliyyətinə təsir edən daxili

mühit amillərinə isə, istehsal, texniki, iqtisadi və s. ehtiyatlar,

funksional xidmətlər və s. daxildir. Xarici və daxili amillərin

müxtəlifliyini qarşılıqlı əlaqədə və bütöv halda nəzərdən keçirmək

lazımdır. İstənilən fəaliyyətə yalnız onun müəssisə tərəfindən

qarşıya qoyulmuş məqsədə nail olmağa kömək etdiyi halda haqq

qazandırmaq olar.

41

Page 42: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimliy M.M, Hüseynov

Təşkilatın (müəssisənin) xarici işgüzar mühitinin tərkib

hissələri şəkil 5.2.-dəkı kimi təsvir edilir [120, s. 49].

Şəkil 3.2, Müəssisənin (firmanın, şirkətin, təşkilatın və s.) işgüzar

mühiti.

Aydındır ki, müəssisənin (firmanın, təşkilatın) xarici işgüzar

mühitinin öyrənilməsini maddi, enerji və digər ehtiyatların

təchizatçılarından (mal göndərənlərdən) başlamaq lazımdır.

Müəssisənin təçhizatçılardan asılılığı kifayət qədər

böyükdür.Ehtiyatlann lazımi vaxtda çatdırılmaması, çatdınlan

ehtiyatlann keyfiyyətsiz olması, bir ehtiyatın digəri ilə əvəz

olunması, ehtiyatlann qiymətinin süni olaraq qaldırılması və s. -

bütün bunlar müəssisəni

42

Page 43: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

təchizatçılardan asılı vəziyyətə salaraq böyük çətinliklər yaradır.

Buna görə də müəssisənin vəzifələrindən biri - ehtiyatların

səmərəli idarə edilməsinin təşkilidir.

İşgüzar mühitin növbəti tərkib hissəsi rəqiblərdir. Yəni,

bazarda analoji məhsulu realizə edən və ya analoji xidmətlər

göstərən rəqib müəssisələrdir. Müəssisə rəhbərliyinin vəzifəsi -

rəqiblərin imkanlarını müəyyən edərək özünü onlar tərəfindən

yaradıla bilən mümkün və potensial təhlükələrdən qorumaq üçün

müvafiq tədbirlər görməkdir. Bu vəziyyətdə optimal variant kimi

daha keyfiyyətli və yüksək istehlak xüsusiyyətlərinə malik yeni

məhsullann işlənməsi və istehsalı məqsədə müvafiq hesab olunur.

Başqa sözlə, rəqiblərlə mübarizədə “müdafiə” deyil, “hücum”

mövqeyinin olması zəruridir.

Müəssisənin işgüzar mühitinin tərkibində vacib yerlərdən

birini də məhsul və xidmətlərin istehlakçıları tutur. Fərdi alıcı və

müştərilərdən başqa buraya topdan və pərakəndə firma mağazaları,

mağazalar, ticarət agentləri, rəsmi distribyuterlər də aiddir.

Məhsul və xidmətlərin istehlakçılarının tərkibi bir çox

amillərdən asılı olur:

• müəssisənin məhsul və xidmətlərinin özünəməxsusluğu;

• məhsul və xidmətlərin həcmi;

• məhsul və xidmətlərin satış bazan və s.

Son dövrlərdə məhsul və xidmətlərin istehlakçıları sırasında

istehlakçıların hüquqlarının müdafiəsi sahəsində müxtəlif

cəmiyyətlər, nəzarət təşkilatları, ekoloji mühafizə və digər bu kimi

təşkilatlar daha böyük rol oynamağa başlamışlar. Onlar məhsul

istehsalçıları və istehsal olunan məhsulun keyfiyyəti, ekoloji

tələblərin gözlənilməsi və s. ilə bağlı xidmətlər göstərən

təşkilatlarla bilavasitə əlaqə saxlayırlar. Məhsul və xidmətlərin

istehlakçılannın

43

Page 44: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M. Hüseynov

müəssisənin fəaliyyətinə təsiri böyükdür. Bu təsir özünü məhsul və

xidmətlərin keyfiyyətinə xüsusi tələblərin irəli sürülməsi,

məhsulların texniki xüsusiyyətlərinə tələblər, qiymət səviyyəsinin

təyini və s. kimi formalarda göstərir. Eyni zamanda, istehsalçıların

da istehlakçılara əks təsirini qeyd etmək lazımdır. Buraya, məhsul

və xidmətlərin yüksək keyfiyyətli olmasına zəmanətin verilməsi,

məhsul və xidmətlərə daha aşağı və sabit qiymətlərin təyin

edilməsi və s. göstərmək olar.

Müəssisənin işgüzar mühitində infrastruktur da əhəmiy>'ətli

yerlərdən birini tutur. Buraya, aşağıdakılar aiddir:

• banklar;

• fond birjaları;

• məşğulluq xidmətləri və kadr agentlikləri;

• sığorta şirkətləri;

• audit və konsaltinq (məsləhət) firmaları;

• müxtəlif nəqliyyat təşkilatları və s.

İşgüzar mühitə daxil olan bu təşkilatlar müəssisəyə geniş

spektrdə müxtəlif xidmətlər göstərirlər. Buraya, müəssisənin

maliyyə, əmək resursları ilə təmin olunmasından tutmuş,

informasiya texnologiyaları, strateji planlaşdırma, maliyyə

idarəetməsi, heyətin seçilməsi və idarə edilməsi, marketinq və s.

sahələrdə müxtəlif məsləhət və audit xidmətlərinin, habelə

nəqliyyat xidmətlərinin göstərilməsi aid edilə bilər.

Müəssisənin işgüzar mühitinə həmçinin dövlət və bələdiyyə

təşkilatları, habelə hökümət orqanları təsir göstərir. Dövlət

qurumlarının, regional və yerli icra hakimiyyəti orqanlarının, vergi

qurumlarının və b.-nm müəssisəyə təsiri müxtəlifdir. Bu təsirlər

aşağıdakı formalarda təzahür edir;

• sahibkarlığın hüquqi bazasını müəyyən edən qanun və

digər normativ aktların qəbul edilməsi;

44

Page 45: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

• müəssisənin fəaliyyətinin lisenziyalaşdırılması;

• vergilərin yığılması və onların ödənilməsi üzərində nəzarət

və s.

Müasir şəraitdə işgüzar mühitin bu hissəsinin müəssisənin

fəaliyyətinə olan təsiri çox böyükdür. Belə ki, o, tez-tez, bəzən isə

qabaqcadan görülə bilməyən dəyişikliklərə məruz qalır ki, bu da

müəssisənin fəaliyyətini çətinləşdirir. Nəhayət, müəssisənin

fəaliyyətinə işgüzar mühitin beynəlxalq sektoru da təsir göstərir.

Bu, özünü birgə müəssisələrin yaradılmasında, müştərək

layihələrin reallaşdırılmasmda, ölkə xaricindən məhsulların

çatdırılmasında və yerli müəssisələrin xarici ölkə bazarlarına çıxışı

və s.-də xüsusilə qabarıq göstərir. Beynəlxalq sektorda yerli

müəssisələrin digər ölkələrin müəssisələri ilə qarşılıqlı fəaliyyəti

bir çox hallarda birincilərin rəqabətə davam gətirməmələri ilə

nəticələnir. Bu isə, müəssisə rəhbərləri qarşısında bu rəqabətə

davam gətirmək kimi mühüm bir vəzifə qoyur. Eyni zamanda, milli

məhsulların keyfiyyətinin və texniki xüsusiyyətlərinin hərtərəfli

yüksəldilməsi, dövlət tənzimlənməsi tədbirlərinin hazırlanması,

yeni qaydaların, müasir menecmentin özünəməxsus fəndlərinin

hazırlanması və həyata keçirilməsi kimi vəzifələr də qarşıya çıxır.

3.2. Əmtəə bazarında kommersiya maraqlarının reallaşması

Bazar iqtisadiyyatının təkamülü ilə bərabər kommersiya

istiqamətində fəaliyyət də inkişaf edir, onun məzmunu və forması

dəyişir, tətbiq sahəsi genişlənir. Cəmiyyət inkişaf etdikcə mübadilə

prosesi ilə məşğul olanların hamısı onu təkmilləşdirməyi öyrənir,

bu sahədə daha böyük peşəkarlıq qazanmağa can atırlar.

45

Page 46: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlif M.M. Hüseynov

İnkişaf etmiş bazar infrastrukturu əmtəə iqtisadiyyatının

vacib atributlanndan biridir və ictimai məhsulun təkrar istehsalı

prosesində bu iqtisadiyyata uyğun istehsal, bölgü, tədavül və

istehlak mexanizmi xasdır. Məlum olduğu kimi, kapitalist istehsal

üsulunun mövcud olması üçün inkişaf etmiş və daim inkişaf edən

əmtəə tədavülü əsas şərtdir. Başqa sözlə, ekvivalent bazar

mübadiləsi də yalnız əmtəə və xidmətlərinin mövcudluğu halında

mümkündür. Ona görə də cəmiyyətin vahid iqtisadi mexanizminin

formalaşması bazann bütün subyektlərinin mövcudluğunu və

qarşılıqlı əlaqəsini zəruri edir. Bazar, öz infrastrukturunun

aşağıdakı vacib elementlərinin inkişafının zəruriliyini diktə edir:

- müasir maliyyə-kredit və hesablaşma mexanizmi, ölkədə

fasiləsiz pul dövriyyəsini təmin edən çoxşaxəli bank sistemi;

- müxtəlif xammal-əmtəə məhsulunun, qiymətli kağızların

bazar qiymətlərini və birja dövriyyələrini, daşınmaz əmlakın,

valyuta vasitələrinin alqı-satqısını, əmək və digər resursların

təsərrüfat fəaliyyətinə cəlb edilməsini təmin edən, səmərəli işləyən

ixtisaslaşdırılmış birja və hərrac sistemləri;

- biıjadankənar topdan və pərakəndə mal dövriyyəsini təmin

edən geniş şaxələnmiş tədarük-alış, kontrakt və ticarət-

kommersiya sistemləri;

- bazar dövriyyəsinin bütün mərhələlərində müxtəlif

kommersiya risklərinin sığortalanmasını təmin edən etibarlı

sığortalanma sistemi;

- bazann bütün subyektlərinin (hüquqi və fiziki şəxslərin)

dövlət büdcəsi ilə qarşılıqlı əlaqəsini təmin edən və onlann

istehsalat və təsərrüfat fəaliyyətinin inkişafını və səmərəliliyini

artıran dəqiq təşkil olunmuş vergi sistemi;

46

Page 47: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyatinin osaslan

- müasir xüsusi informasiya kanallannı və digər

kommunikasiya vasitələrini özündə cəmləşdirən analitik-

informasiya sistemi;

- özünün mexanizmləri, formaları və metodları ilə bazar

dəyişmələrinə asan uyğunlaşan çevik “pablik rileyşnz”

(“ictimaiyyətlə əlaqələr”) sistemi.

Bazarı təmin edən sistemlərə həm də hüquqi sistemi

(həmçinin, məhkəmə-arbitraj strukturlannı) də aid etmək lazımdır.

Bunsuz normal bazar, sadəcə olaraq, mövcud ola bilməz. Bazar

haqqında tam təsəvvürün əldə edilməsi onun abstrakt və konkret

təsviri nəticəsində mümkündür. Qeyd edilən məsələyə birinci

yanaşma bazarı - mübadilə xüsusunda təşəkkül tapan

ictimai-iqtisadi münasibətlərin məcmusu kimi nəzərdə tutur.

Bununla əlaqədar olaraq, bir çox hallarda bazar dünyanın ən geniş

yayılmış ictimai- iqtisadi quruluşlarından biri olan kapitalizmlə

eyniləşdirilir.

Bazar - öz təyinatına uyğun olaraq əmtəələrin alqı- satqısınm

və mübadiləsinin həyata keçirildiyi, istehlakçıların ehtiyacı olduğu

məhsulları əldə etdiyi proseslərin məcmusudur. Qeyd edilən

proseslərin əsasında əmtəə bazan modeli dayanır, {şəkil 3.3)

Şakil 3.3. Əmtsə bazarı modelinin tərkib hissələri [83 s.3].

47

Page 48: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

Göründüyü kimi, bu modelin tərkib hissələri ağağıdakılardır:

• Tələbat;

• Tələb;

• Təklif;

• Məhsul;

• Qiymət;

• Sövdələşmə;

• Mübadilə.

Bazar modelinin elementləri öz aralarında müvafiq asılılıqda

olurlar. Tələbatlar konkret istəkləri formalaşdırır. İstəklər isə, təklif

və istehlakçılann maddi imkanları nəzərə alınmaqla əmtəələrə olan

tələbə çevrilirlər. Alqı-satqı həyata keçirilir, ticarət-kommersiya

sövdələşməsi və mübadiləsi rəsmiləşdirilir. Bazar - istənilən

müəssisə və ya firmanın məhsul istehsalı həcminin və məhsul

çeşidi siyasətinin formalaşmasının təminatçısı kimi çıxış edir.

Buraya, istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə

məhsulların konkret bazarlar arasında bölgüsü, qiymətqoyma,

satışın həvəsləndirilməsi aid edilə bilər. Beləliklə, istənilən

mülkiyyət formasına aid olan müəssisənin başlıca vəzifələrindən

biri yerinə yetirilir: kommersiya fəaliyyətinin inkişafına və bazarın

maraqlarına cavab verən təsərrüfat qərarları qəbul edilir.

Müəssisənin kommersiya fəaliyyəti onun işinin

səmərəliliyinin və inkişafının mütləq şərtidir. Təbiidir ki,

müəssisənin kommersiya fəaliyyətini sosial-iqtisadi məsələlərin

geniş spektrini əhatə edən xarici mühitlə bağlılıqda nəzərdən

keçirmək lazımdır. Kommersiya fəaliyyəti bazarın Azərbaycanda

formalaşmış modelinə, iqtisadi amillərə və təşəkkül tapmış bazar

münasibətlərinə əsaslanmalı, iqtisadiyyatın real vəziyyəti ilə

uzlaşmalıdır.

48

Page 49: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Məlumdur ki, ticarətin əsasını əmtəələrin mülkiyyət

formalarının dəyişməsi ilə şərtlənən alqı-satqı prosesləri təşkil

edir. Lakin malgöndərənlərdən əmtəələrin kommersiya əsasında

qurulmuş alqı-satqı prosesi kommersiya fəaliyyəti proseslərinin

bütün tərəflərini bitib-tükəndirmir. Kommersiya fəaliyyəti

kompleks xarakter daşıyır və məhsulun istehsalı, yeridilməsi,

bölgüsü və satışı mərhələlərini əhatə edir. Ticarət və kommersiya

fəaliyyəti bir-birləri ilə sıx bağlı olduqlarından ticarət

texnologiyasında baş verən dəyişikliklər kommersiya

fəaliyyətindəki dəyişikliklərlə müşayiət olunur.

Kommersiya - istehlak bazarının hərəkətverici amilidir.

Kommersiya strategiyası məhsulların kommersiya hərəkəti və

əməliyyatlarının müşayiəti ilə istehlakçılara çatdırılmasına

istiqamətlənməlidir. Kommersiya hərəkəti və əməliyyatlarının

müşayiətinin əsas taktiki məqsədi cari xərclərin azaldılmasıdır.

Kommersiya prosesləri kommersiya işini təşkil edən kommersiya

xidmətləri ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidr.

Bazar mübadilə və əmtəə-pul münasibətləri kateqoriyası

olmaqla, tələb və təklif arasında qarşılıqlı münaqsibətlərin

mövcudluğunu nəzərdə tutur. Bazarda baş verən proseslərin

mahiyyəti bu qarşılıqlı münasibətlərlə açılır. Daha doğrusu,

tələb-təklif münasibətləri bazar mexanizmi və ya əsas fəaliyyət

prinsipi kimi çıxış edir.

Özlüyündə tələb və təklif arasındakı asılılıq dialektik məna

kəsb edir. Bazarda tələb təbii şəkildə əmtəə və xidmətlərin

təklifinin təşəbbüskarı rolunu oynayır. Təklifin kəmiyyət

parametrləri qiymətin köməyi ilə tələblə uyğunlaşır. Qiymət həm

də tələbi fəal surətdə tənzimləyir. Təshih edilmiş tələb yenidən

təklifin parametrlərini müəyyən edir. Bu zaman sərbəst

qiymətəmələgəlmə prinsipinə əməl

49

Page 50: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M.M, Hüseynov

edilmə və ya dövlətin qiymət təyin etmə məsələlərinə qarışmaması

vacib əhəmiyyət kəsb edir. {§9kil 3.4.).

Taklİf

Taklif

Şəkil 3.4. "Tələb - təklif’ qarşılıqlı əlaqəsinin dialektikası.

Bazarın cəmiyyətdə və iqtisadiyyatda münasibətlərdəki

tənzimləyici rolu yaxşı məlumdur. Bununla bərabər, bazarın bütün

kommersiya münasibətləri sistemi üçün əhəmiyyətini müəyyən

edən bir neçə konkret funksiyalarını qeyd etmək lazımdır:

• Bazar əmtəələrin istehsalına sərf edilən əməyin ictimai

əhəmiyyətinin qiymətləndirilməsi üçün şərtləri formalaşdınr.

Bazarda “əmtəə - pul” sxemi üzrə həyata keçirilən mübadilə aktı

onu göstərir ki, bu əmtəənin istehsalçısının əməyi ictimai

baxımdan faydalıdır. İstehlakçı tərəfindən onun üçün zəruri olan

əmtəənin və onun satıcısının real seçim imkanı da buna zəmin

yaradır;

• Bazar əmtəə istehsalı üzrə ictimai-zəruri məsrəflərin

ölçüsünü tənzimləyir. Mübadilə prosesində bu və ya digər

məhsulun istehsalına sərf olunan ictimai-zəruri əmək məsrəflərinin

səviyyəsi haqda dəqiq təsəvvür əldə edilir. Bu zaman bazar

bilavasitə müəssisənin iqtisadi göstəricilərinə, xüsusilə maya

dəyəri və mənfəətə təsir göstərir: zərərlə işləyən müəssisə bazardan

çıxır;

• Bazar ictimai məhsulun tərkibi və strukturunu,

iqtisadiyyatın əsas nisbətlərini formalaşdırır. Bunun əsas səbəbi

kimi sahibkarların ilk növbədə tələb olunan məhsullar istehsal

edərək satmağa can atmalarını göstərmək olar. Başqa

50

Page 51: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

sözlə, kapital tələbin parametrlərinin təkliflə daha tez üz-üzə

gəldikləri sahələrdə toplanır.

Bazar məfhumu ba2Lar mühiti, daha doğrusu satıcı və

alıcılann kommersiya maraqlannın daima toqquşduğu xüsusi

fəaliyyət sahəsi ilə sıx surətdə əlaqədardır. Bu zaman bazar

münasibətləri iştirakçılanmn fəaliyyəti dəqiq istiqamətlənmə ilə

xarakterizə olunur. Hər bir subyekt bazardakı rolu ilə bağlı

özünəməxsus xüsusiyyətə malik olur. Belə ki, satıcılar alıcılan öz

məhsullanna cəlb etməyə çalışdıqlanndan öz aralarında rəqabət

aparırlar. Nəticədə, bazarda alıcı fəallığı artır. Alıcılar isə, öz

vəsaitlərini səmərəli surətdə elə xərcləməyə çalışırlar ki, mövcud

alıcılıq qabiliyyətini bazarlıqdan əldə edilən fayda ilə əlaqələndirə

bilsinlər.

Bu maraqların reallaşmasına olan ehtiyac bazar və onun

konkret təzahürləri haqda aydın təsəvvür əldə edilməsini nəzərdə

tutur. Yuxarıda qeyd edilən abstrakt tərifdən fərqli olaraq bazarı

konkret şəkildə də təsvir etmək olar. Bu zaman yalnız müəyyən

eyninövlü məhsullardan ibarət olan bazar və ya satış bazan haqda

danışmaq olar. Bu nöqteyi-nəzərdən bazar dedikdə, ilk növbədə

müəyyən əmtəə alıcılannm məcmusu, ikincisi, bu əmtəənin

satıcılannın məcmusu başa düşülür.

Satış bazarının əsas xüsusiyyətlərinə aşağıdakılar daxildir:

• alıcılar məcmusu üçün - əmtəə üzrə bazar tutumu və

tələbin elastikliyi;

• satıcılar məcmusu üçün - satışların ümumi həcmi və

ayrı-ayn satıcılann ümumi həcmdə xüsusi çəkisi.

Bazar tutumu - müəyyən zaman ərzində bu və ya digər

əmtəənin satış bazannda alışının maksimal həcmini ifadə edir.

Bazar tutumu son nəticədə iki əsas amildən asılı olur. Bir tərəfdən

bu, əmtəənin istifadəsinin obyektiv şəkildə mövcud olan həddi,

digər tərəfdən, tələbin elastikliyi nəzərə

51

Page 52: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

alınmaqla əmtəə istehlakçılarının alıcılıq və ya ödəmə

qabiliyyətinin həddi amilləridir.

Satış bazarının satıcıların məcmusu şəklində müəyyən

edilmiş həcm xüsusiyyətləri xarici və daxili amilərin təsiri altında

mövcud olurlar. Belə ki, bazar tutumu məcmu satışların həcmini

(əmtəə təklifini tənzimləyən xarici amil) birbaşa olaraq

məhdudlaşdınr. Bu həcmlərin müxtəlif satıcılar üzrə konkret

hissələrə bölgüsü isə, güclü rəqabətin (daxili amil) təsiri

nəticəsində baş verir. Buna görə də, konkret satış bazarına yeni

satıcının yeridilməsi imkanları həmişə çox çətin olur. Çünki müasir

beynəlxalq iqtisadi inteqrasiya şəraitində bazarın kifayət qədər

ödəməqabniyyətli tələb mövcud olan mənimsənilməmiş sahələri

demək olar ki, qalmamışdır.

3.3. Firmanın (müəssisənin) kommersiya

fəaliyyətinin təşkili strategiyası

Bazar münasibətləri şəraitində idarəetmə mexanizmi xarici

mühitin dəyişməsi ilə əlaqədar firmanın (müəssisənin)

məqsədlərinin mütəmadi olaraq dəqiqləşdirilməsi və ya dəyişməsi

ilə xarakterizə olunur.

Müasir dövrdə istehsal və idarəetmə sisteminin dəyişən

şəraitə uyğunlaşması üçün xarici mühitin dəyişməsinə dair

proqnozlar əldə olunmalı və məqsədlər bu proqnozlara uyğun

dəqiqləşdirilməlidir. Bu, strateji idarəetmə prinsiplərinə əsaslanır

və onların vasitəsilə həyata keçirilir. Strategiya - kifayət qədər

uzun müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklərinin və

səmərəliliyin artırılması əsasında sabit iqtisadi göstəricilərə və bu

göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin,

fəaliyyət qaydaları və normalarının məcmusudur.

52

Page 53: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

2010-cu ildə nəşr olunmuş “Kommersiya fəaliyyətini

əsasları” dərsliyində “kommersiyanın strategiyası - müəssisənin

istehsal, bölgü və malların satışı, o cümlədən son nəticədə

mənfəətin artırılmasına yönəldilən dəyişikliklər üzrə bir ildən çox

dövr üçün nəzərdə tutulan siyasəti” şəklində ifadə edilir [43, s.

156].

İstənilən bir fəaliyyət növü, o cümlədən kommersiya

fəaliyyəti qarşıya qoyulmuş müəyyən məqsədlərə nail olmaq üçün

təşkil edilir. XX əsrin idarəetmə sahəsində görkəmli mütəxəssisləri

olan M.Porter və D.Stok “kommersiyanın təsirinin ənənəvi dar

çərçivədən çıxaraq strateji əhəmiyyət” daşıdığını vurğulayırlar.

Onlar “kommersiya qarşısında duran vəzifələrin həll edilməsində

strateji yanaşmanın” zəruri olduğunu qeyd edirlər [139].

Kommersiya fəaliyyətinin təşkilində məqsəd - istehlakçıların

tələbatlarının ödənilməsi şərti ilə müəssisənin mənfəət əldə

etməsidir.

Dəqiq müəyyən edilmiş məqsəd olmadan kommersiya

fəaliyyətini təşkil etmək, onun strategiyasını hazırlamaq və

səmərəliliyini qiymətləndirmək mümkün deyil. Kommersiya

fəaliyyətinin vəzifəsi - müəssisənin məqsədlərinin həyata

keçirilməsi, onların müəyyən edilməsi və kommersiya

fəaliyyətinin müəssisə qarşısında duran müvafiq vəzifələrə uyğun

istiqamətləndirilməsidir. Kommersiya fəaliyyətinin təşkilində əsas

cəhət - onun layihələndirilməsi prinsiplərini, məqsədlərini və

inkişaf strategiyasını bir-biri ilə uyğunlaşdıran kompleks

yanaşmanın mövcud olmasıdır.

İqtisadi amillər və müəssisənin məqsədindən asılı olaraq

kommersiya fəaliyyətinin üzərinə aşağıdakı funksiyaların yerinə

yetirilməsi vəzifəsi düşür:

1. Kommersiya siyasətinin formalaşdırılması - kommersiya

fəaliyyətinin cari və perspektiv məsələlərinin,

53

Page 54: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A, İbrahimli, M,M. Hüseynov

onlann həll edilməsi qaydalanmn müəyyən edilməsi. Dəqiq

müəyyən olunmuş vəzifələr olmadan müəssisənin uğurlu fəaliyyət

göstərməsi mümkün deyil. Kommersiya siyasətinin əsas

vəzifələrinə aşağıdakılar aid edilir; • Bazara təsirin gücləndirilməsi;

• Yeni bazar seqmentlərinin aşkara çıxarılması və uyğun

həcmdə məhsutəmin edilməsillarla ;

• Məhsulların çeşid siyahısının genişləndirilməsi;

• Rəqabət qabiliyyətinin və xidmət səviyyəsinin

yüksəldilməsi.

2. Kommersiya fəaliyyətinə kompleks yanaşma —

müəssisənin kommersiya həlqələrinin formalaşması. Bu qurumlar

malgöndərənlərlə sıx əlaqədə olmaqla, bazar daxilində tələbatı

nəzərə almaqla, əmtəənin bazara - istehlakçılara doğru

yürüdülməsin! idarə etməklə vahid və uzlaşdınimış mexanizm

kimi işləməlidirlər.

3. Əmtəə və xidmətlərin alqı-satqısının kommersiya

əsasında idarə edilməsi - kommersiya sövdələşmələrinin,

kommersiya əməliyyatlarının, əmtəə-pul mübadiləsinin

aparılması.

4. Əmtəə bazarlarının inkişafı. Buraya aşağıdakılar

daxildir:

• Daima bazarın vəziyyətinin öyrənilməsi;

• İstehlakçıların zəruri məhsullara olan tələbatının

səbəblərinin müəyyən edilməsi;

• Bazarın genişlənməsinin (inkişafının) potensial

imkanlarını aşkara çıxarmağa imkan yaradan

ödəməqabiliyyətli tələbin, onun artmasına zəmin yaradan

şəraitin öyrənilməsi.

5. Kommersiya fəaliyyətinin xarici mühitin dəyişikliklərinə

uyğunlaşması. Kommersiya fəaliyyətinin

54

Page 55: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

təşkili strategiyası dəyişkən iqtisadi siyasətin və xarici mühit

şərtlərinin təsiri altında dövri olaraq təshih edilməklə müəssisənin

inkişaf strategiyası ilə bilavasitə əlaqədardır.

6. Kommersiya fəaliyyəti ilə əlaqədar məsrəflərin

hesablanmasının təmin edilməsi. Bu, məhsullann istehlakçılara

çatdıniması ilə bağlı əməliyyatlara çəkilən xərclərin azaldılmasına

imkan yaradır.

Kommersiya fəaliyyətinin təşkilinin məqsədlərinə

müəssisənin bazar payının artırılması və tədavül xərclərinin

azaldılması daxildir. Bazar münasibətləri şəraitində kommersiya

fəaliyyətinin təşkili strategiyasının aynimaz cəhəti isə, məhsul

satışından əldə edilən mənfəətin artırılmasıdır.

Hazırlanmış strategiyanın müəssisə tərəfindən praktiki olaraq

həyata keçirilmək üçün onun əsas müddəaları nəzərdə tutulan

məqsədli proqramda əks olunur. Kommersiya fəaliyyətinin təşkili

strategiyasının formalaşması mürəkkəb bir prosesdir. Belə ki, o,

müəssisənin vəzifələri ilə bağlanmış təsir amillərinin hərtərəfli

təhlili və qiymətləndirilməsini tələb edir. Strategiyanın inkişafında

müəyyən çətinlik həm də xarici mühit şərtlərinin dəyişməsi və

bazarda tələbatın yaranması ilə şərtlənir. Aşağıda təqdim edilən

şəkil İ.5.-də müəssisənin kommersiya fəaliyyəti strategiyasının

formalaşması modeli təqdim olunmuşdur [83 s. 8].

Kommersiya fəaliyyəti strategiyası əsasən modeldə qeyd edilən amillər nəzərə alınmaqla qurulur.

Müəssisədə kommersiya fəaliyyətinin təşkili və müvəffəqiyyətlə həyata keçirilməsi bir sıra amillərdən asılıdır. Bu amilləri bir-birləri ilə qarşılıqlı əlaqədə və bütöv halda nəzərdən keçirmək lazımdır.

55

Page 56: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

Şəkil 3.5, Müəssisənin kommersiya fəaliyyəti

strategiyasının formalaşması.

Müəssisədə kommersiya fəaliyyətinin təşkili prosesinin

modeli aşağıdakı şəkil 3.6.-da təqdim edilmişdir [83 s. 9].

Göründüyü kimi bu modeldə ilkin mövqelər kimi aşağıdakılar

qəbul edilmişdir:

• xarici və daxili mühit amilləri;

• kommersiya fəalİ5^ətinin strategiyası;

• kommersiya xidmətinin təşkili;

• maddi-texniki bazanın inkişafı;

• məqsədli bazarların genişlənməsi;

• informasiya təminatı üzrə məlumat bankının yaradılması.

56

Page 57: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Şəkil 3.6. Müəssisədə kommersiya fəaliyyətinin təşkili prosesinin modeli.

57

Page 58: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

Kommersiya fəaliyyəti sahəsində strateji vəzifələrin səmərəli

şəkildə yerinə yetirilməsi məqsədilə aşağıdakılar zəruri hesab

edilir:

• biznes və müasir mərhələdə məhsulların bazara

yeridilməsinin xüsusiyyətləri haqda dəqiq təsəvvürə

malik olmaq;

• firmanın (müəssisənin) güclü və zəif tərəflərini bilmək;

• bazar və onun imkanlan haqqında informasiyaya malik

olmaq;

• daima istehlakçılarla əlaqə saxlamaq;

• əmtəə və ya onları istehsal edən firmalar haqqında yaxşı

imicin formalaşdıniması məqsədilə məlumatın

ötürülməsinin kütləvi informasiya vasitələrindən istifadə

etmək;

kommersiya müəssisəsində məhsul satışı və digər bu kimi

vəzifələrin realizə olunması üçün əvəzi ödənilən məlumatların

yayılması işinin təşkili və s.

Mövzuya dair misal: *‘Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyəti 1935-ci

ildən Volodarski adına Tikiş Fabriki (Sənaye-Ticarət Birliyi) kimi fəaliyyətə başlamışdu. 1980-1990-cı illərdə müəssisədə 4000 nəfərə yaxın işçi çalışırdı. SSRİ dövründə müəssisə əsasən geniş istehlak mallarının (kişi və qadın paltoları, həmçinin demisezon paltolar, qadınlar üçün qış paltosu, kişilər üçün plaş, kostyum, şalvar, gödəkcə və s.) istehsalını həyata keçirirdi. Müəssisə xammalla əsasən respublikadaxili müəssisələr tərəfindən təchiz edilirdi.

SSRİ-nin dağılması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və satış bazannm itirilməsi müəssisənin çətin vəziyyətə düşməsinə səbəb oldu. Bu vəziyyətdə müəssisə qarşısında öz gələcək fəaliyyət istiqamətini müstəqil şəkildə müəyyən etmək kimi strateji bir vəzifə dururdu. Yaranmış vəziyyətdən çıxmaq üçün

58

Page 59: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

müəssisə rəhbərliyi tərəfindən aşağıdakı variantlardan biri seçilməli idi:

1) Əsasən yerli əhali üçün nəzərdə tutulan geniş istehlak mallarının istehsalının davam etdirilməsi;

2) Azərbaycanın güc nazirlikləri, dövlət orqanları tərəfindən daxil olan sifarişlər əsasında fəaliyyət göstərilməsi.

Bu variantlardan hansının daha əlverişli olması istiqamətində aparılmış araşdırmaların nəticəsi olaraq müəssisə rəhbərliyi ikinci varianta, yəni sifariş əsasında məhsul istehsal etməyə üstünlük verdi. Bu dövrdə müəssisənin strategiyasının bu şəkildə formalaşmasına aşağıdakı amillər təsir etmişdir:

•Müəssisənin rentabelli işləməsi üçün istehsal olunan məhsulların realizə edilə biləcəyi istehlak bazan mövcüd deyildi;

•Azərbaycan Ermənistan tərəfindən zorla müharibəyə cəlb edildikdən sonra, müəssisə 1991-ci ildən respublikanın ordu quruculuğunda fəal şəkildə iştirak etməyə başamışdır. Belə ki, hələ SSRİ dövründə hərbi geyimlər istehsal edən sexin istehsal gücünün artırılması yolu ilə müəssisə Azərbaycan Milli Ordusunun əsgər və zabitlərini müxtəlif çeşidlərdə geyimlərlə təmin etmək sahəsində ixtisaslaşmışdır;

•Respublikanın güc nazirliklərindən daxil olan sifarişlər əsasən sabit xarakter daşıyır və müəssisənin öz fəaliyyətini davam etdirməsi üçün əlverişli imkanlar yai’adırdı.

Ermənistan ilə atəşkəs əldə olunduqdan sonra da müəssisə Azərbaycanın güc nazirlikləri üçün müxtəlif çeşidlərdə geyimlər hazırlamaqla öz fəaliyyətini uğurla davam etdirdi. 1999-cu ildə özəlləşdirilərək “Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrilmiş müəssisə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Prezident Qvardiyasının əsgər və zabit heyəti və Dövlət Gömrük Komitəsinin geyim təminatı ilə əlaqədar keçirilən bütün tenderlərində iştirak etmişdir. Öz fəaliyyətində yüksək keyfiyyət siyasəti, qəbul edilmiş öhdəliklərin vaxtında və vicdanla yerinə yetirilməsi kimi məsələləri daima diqqət mərkəzində saxlayan müəssisə artıq özünü sifarişçi təşkilatlar üçün etibarlı tərəfdaş kimi təsdiq etməyə nail olmuşdur. Respublikanın ən iri yüngül sənaye

59

Page 60: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M,M. Hüseynov

müəssisələrindən biri olan “Bakı Tikiş Evi” ASC-də 25-30 adda məhsul (kursantlar üçün demisezon palto, kitel, qısaqol köynək, şalvar, məktəb şagirdləri üçün geyimlər və s.) istehsal edilir.

Yoxlama üçün suallar:

Müəssisələrin kommersiya fəaliyyətinə hansı xarici mühit

amilləri təsir edir?

Kommersiya fəaliyyətinə birbaşa və dolayı təsir göstərən

xarici mühit amilləri hansılardır? Müəssisələrin

kommersiya fəaliyyətinə təsir edən daxili mühit amilləri

hansılardır?

Əmtəə bazarı modelinin tərkib hissələrinə nələr daxildir?

Bazarda tələb və təklif arasındakı dialektik asılılığı izah

edin?

Bazarın bütün kommersiya münasibətləri sistemi üçün

əhəmiyyətini müəyyən edən funksiyaları hansılardır?

Satış bazarının əsas xüsusiyyətlərinə nələr daxildir?

İqtisadi amillər və müəssisənin məqsədindən asılı olaraq

kommersiya fəaliyyətinin üzərinə hansı funksiyaların

yerinə yetirilməsi vəzifəsi düşür? Kommersiya siyasətinin

əsas vəzifələri hansılardır? Kommersiya fəaliyyətinin

strategiyasını müəyyən edən amillər hansılardır?

Müəssisədə kommersiya fəaliyyətinin təşkili prosesinin

modeli üçün ilkin mövqeləri göstərin.

60

Page 61: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

IV FƏSİL. FİRMALARDA (MÜƏSSİSƏLƏRDƏ)

KOMMERSİYA FƏALİYYƏTİNİN İDARƏ

EDİLMƏSİ

4.1. Kommersiya fəaliyyəti idarəetmə obyekti kini i

4.2. Firmalarda kommersiya fəaliyyətinin təşkilati

strukturunun formalaşdırılmasımn əsas prinsipləri

4.3. Firmalarda kommersiya fəaliyyətinin təşkilati

strukturunun əsas formaları

4.3.1. Tədarük şöbələrinin vəzifələri və təşkili prinsipləri

4.3.2. Satış şöbələrinin vəzifələri və təşkili prinsipləri

4.4. İxtisaslaşdırılmış firma mağazalarının təşkili

4.1. Kommersiya fəaliyyəti idarəetmə obyekti kimi

Kommersiya fəaliyyətinin idarə edilməsi menecmentin

prinsiplərinə əsaslanır. Kommersiya fəaliyyətində menecment

dedikdə kommersiya fəaliyyətinin idarə edilməsində prinsip,

forma, metod, üsul və digər idarəetmə vasitələrinin məcmusu,

habelə heyətin idarə edilməsi başa düşülür. Bununla yanaşı,

kommersiya fəaliyyətində idarəetmə, idarəetmə elminin bu sahədə

əldə edilmiş nailiyyətlərinə əsaslanır. Kommersiya sahəsində

menecmentin əsas məqsədi - satışda yüksək səmərəliliyə nail

olmaqdır.

Məlum olduğu kimi, idarəetmə planlaşdırma, təşkiletmə,

motivləşdinnə və nəzarət prosesidir. Kommersiya fəaliyyətinin

idarə edilməsi - kommersiya fəaliyyətinin altsistemlərində

sadalanan funksiyaların yerinə yetirilməsidir.

Kommersiya fəaliyyətində qarşıya qoyulan məqsədlərə nail

olmaq üçün idarəetmə ehtiyatlarının düzgün formalaşdırılması və

təmin edilməsi tələb olunur. İdarəetmə

61

Page 62: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

proseslərinin silsiləsi baxımından aydındır ki, planlaşdırma

mərhələsindən sonra təşkilati struktur məsələlərinin həll edilməsi

gəlir. Bununla yanaşı, plan nə qədər mükəmməl olsa da,

kommersiya fəaliyyətinin strukturunun formalaşdıniması olmadan

onun reallaşdınlması zamanı bir çox “mənasız” məsrəflər meydana

çıxır.

Firmalarda (istehsal müəssisələrində) kommersiya

fəaliyyətinin məzmunu və funksiyalanndan çıxış edərək

idarəetmənin təşkilində idarəetmə sisteminin aşağıdakı

kateqoriyalanndan istifadə edilir:

- firmanın məqsəd və vəzifələri;

- firmanm strukturu;

- məqsədli altsistemlər: tədarük, istehsal, əmtəə hərəkəti,

marketinq, satış, xidmət;

-idarəetmə metodlan: strateji planlaşdırma,

qiymətəmələgəlmə, heyətin həvəsləndirilməsi;

-bazarın strukturu;

-rəqabət mühiti;

- elmi-texniki və sosial mühit;

- dövlət tənzimlənməsi və s.

Ümumiyyətlə, idarəetmə fəaliyyəti üçün məqsədlərin

qoyuluşu bu sahədə istiqamətləri aydınlaşdınr. Bu cür fəaliyyət

üçün təşkilatın mövcudluğu tələb olunur. Təşkilat idarəetmə

sahəsində məqsədlərə çatmaq üçün vasitə rolunu oynayır.

Başqa sözlə, məqsədlər idarəetmənin təbiətini müəyyən edir

və bunun üçün təşkilat tələb olunur [111, s.

140]. Firmanın əsas strategiyasının (məqsədlərinin)

reallaşdırılması üçün bütün kommersiya işçilərinin səylərinin

birləşdirilməsinə imkan verən müvafiq təşkilati struktur

qurulmalıdır.

Müasir şəraitdə fırmalann, müəssisə və təşkilatlann

təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi həm də

62

Page 63: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

onlarda idarəetmənin təşkili səviyyəsi ilə müəyyən olunur. Eyni

zamanda, müasir beynəlxalq iqtisadi inteqrasiya şəraitində,

firmaya uzunmüddətli rəqabət mübarizəsində xarici təzyiqlərə

davam gətirməyə imkan verən strateji idarəetmənin əhəmiyyəti

kifayət qədər artmışdır. Bütün şirkətlər diqqətlərini şirkətin

işlərinin daxili vəziyyəti üzərində cəmləşdirməli və işgüzar

mühitdə baş verən dəyişiklikləri izləmək imkanı verə biləcək

uzunmüddətli davamlı strategiya işləyib hazırlamalıdırlar.

Bazar münasibətləri şəraitində kommersiya fəaliyyətinin

uğurla həyata keçirilməsi bir çox amillərin (məsələn, əmtəənin

yürüdülməsi sisteminin, peşəkar işçi heyətinin mövcudluğu və s.)

kompleks şəkildə istifadə edilməsi halında mümkündür. Bu

amillərdən istənilən birinin olmaması isə, yekun nəticədə

müəssisənin inkişafını ləngidə bilir. Bu məqsədlə müəssisələrdə

kommersiya (o cümlədən, tədarük, maddi ehtiyatların idarə

edilməsi və satış) fəaliyyətinin idarə olunmasının səmərəliliyinin

yüksəldilməsinə kompleks şəkildə və elmi cəhətdən yanaşmaq

zəruridir.

Bazar münasibətləri şəraitində firmanın fəaliyyət göstərməsi

xarici mühitlə, yəni satış bazarlan və bütün növ ehtiyatlarla

qarşılıqlı əlaqə nəticəsində mümkün olur.

Firmanın təşkilati strukturu həm də firma ilə onun müştəriləri

və təchizatçıları (malgöndərənləri) arasındakı qarşılıqlı (şaquli və

üfüqi) münasibətləri əks etdirir. İstehsal müəssisəsinin

kommersiya fəaliyyətinin idarə edilməsinin təşkilati strukturu da

əsas etibarilə sahibkar-kommersantın strateji məqsədlərinin

alıcılar, malgöndərənlər, digər müəssisələr və s. ilə qarşılıqlı

əlaqəsinə uyğun formalaşır. Əmtəənin və xidmətin keyfiyyətinə

olan tələbat, normativ baza, vergi siyasəti, bir sıra digər xarici və

daxili amillər daima dəyişdiyindən müəssisə miqyasında

idarəetmənin

63

Page 64: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M, Hüseynov

təşkilati formalarının yaradılması və təkmilləşdirilməsi prosesi

daimi xarakter daşıyır. Beləliklə, firmalarda kommersiya

fəaliyyətinin təşkili kimi özünəməxsus xüsusiyyətlərə malik bir

sahəyə aid nəzəri və metodiki məsələlər, bazardakı vəziyyət nəzərə

alınmaqla, tədarük və satış fəaliyyətinin təşkili və planlaşdırılması,

kommersiya fəaliyyətinin təşkilinin səmərəliliyinin

qiymətləndirilməsi metodlarının öyrənilməsini tələb edir.

Digər tərəfdən, kommersiya fəaliyyətinin idarə edilməsi

məhsulların istehlakçılara çatdırılması ilə bağlı proseslərin

mahiyyəti, bazarın vəziyyəti və inkişafı xüsusiyyətləri, bazarın

vəziyyətinin qiymətləndirilməsi və baş verə biləcək proseslərin

qabaqcadan görülməsi sahəsində müvafiq biliklərin olmasını tələb

edir.

Bu baxımdan, əlahiddə şəkildə götürülmüş hər hansı bir

istehsal müəssisəsinin səmərəli inkişafını təmin etmək üçün

müəssisədə kommersiya fəaliyyətinin dəqiq strategiyası müəyyən

edilməli və o, mütərəqqi idarəetmə üsullarından istifadə edilməklə

həyata keçirilməlidir. Bu zaman müəssisənin kommersiya

fəaliyyətini həyata keçirən xidmətinin işçilərinin ixtisas səviyyəsi,

onların yerinə yetirdikləri işə münasibəti və öz əməklərinin

nəticələrinə olan maraqlarının müəssisənin mənafeyi ilə uzlaşması

böyük əhəmiyyətə malikdir.

4.2. Firmalarda kommersiya fəaliyyətinin təşkilati

strukturunun formalaşdırılmasının əsas prinsipləri

Firmalar, o cümlədən istehsal müəssisələri üçün strateji

əhəmiyyət kəsb edən problemlərdən biri kommersiya fəaliyylətinin

təşkilati strukturunun formalaşdırılmasıdır. İstehsal

müəssisələrində kommersiya fəaliyyətinin təşkili

64

Page 65: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

dedikdə adətən iki istiqamətdə fəaliyyətin həyata keçirilməsi

nəzərdə tutulur:

1. Müəssisənin istehsal üçün zəruri xammal və materialların

tədarükünün və məhsulun satışı istiqamətində

fəaliyyətinin təşkili;

2. Kommersiya işini həyata keçirən heyətin idarəetmə

strukturunun təşkili.

İnkişaf etmiş qərb ölkələrindən fərqli olaraq Müstəqil

Dövlətlər Birliyi (MDB) məkanında bazar iqtisadiyyatı sisteminin

formalaşmasına həmin ölkələrin müəyyən özünəməxsus

xüsusiyyətlərinin də böyük təsiri vardır [113, s. 8]. Bu baxımdan

müəssisənin rəhbərliyi tərəfindən kommersiya fəaliyyətinin idarə

edilməsi sahəsində qəbul edilən qərarların müəyyən qismi (məs.,

yeni xidmət və bölmələrin yaradılması, tədarük və satış

şəbəkələrinin işinin optimallaşdırılması, yeni satış bazarının əldə

olunması və s.) ümumilikdə idarəetmə prosesinə də birbaşa təsir

göstərə bilir.

İnkişaf etmiş ölkələrdə kommersiya fəaliyyətinin idarə

edilməsi üçün aşağıdakıların həyata keçirilməsi zəruri hesab edilir: • satış əməliyyatlarının qeyri-mərkəzləşdirilməsi; • yeni bazarların axtarışı; • əlaqələndirmə və nəzarət üçün inzibati vasitələrdən

istifadənin maksimum məhdudlaşdıniması;

• satış problemlərinin həllində firma rəhbərlərinə ən geniş

səlahiyyətlərin verilməsi;

• müəssisənin bütün əmtəə dövriyyəsinin strukturunun idarə

olunması və s.

Bazar iqtisadiyyatı şəraitində istehsal müəssisəsində

kommersiya fəaliyyətinin idarə edilməsinin təşkili prosesi özündə

aşağıdakı əsas elementləri birləşdirir: ♦ vəzifələrin dəqiq müəyyən edilməsi;

65

Page 66: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

♦ vəzifələrə uyğun ayrı-ayrı idarəetmə həlqələrində yerinə

yetirilən fiınksiyalann müəyyən edilməsi;

♦ istehsal və kommersiya şərtlərinin mümkün dəyişmələrinə

uyğunlaşmağa qadir olan mütərəqqi təşkilati strukturun

qurulması;

♦ qəbul edilən qərarların, verilən göstərişlərin ünvanına

düzgün və vaxtında çatdırılması;

♦ idarəetmə prosesində nəzarət və əlaqələndirmənin

(koordinasiya) səmərəliliyinin təmin edilməsi və s.

Göründüyü kimi, istehsal müəssisələrində kommersiya

fəaliyyətinin idarə edilməsinin təşkilinin əsas elementlərindən biri -

onun təşkilati strukturudur.

Sənaye müəssisəsinin kommersiya fəaliyyəti ilə məşğul olan

xidmətləri, daha doğrusu, tədarük və satış şöbələri müəssisə ilə

malgöndərənlər və istehlakçılar arasında əlaqələndirici bir qurum

kimi fəaliyyət göstərirlər. İstehlak (tədarük) və satış baz.ariarının

mövcud tələb və təklif göstəricilərinin öyrənilməsi əsasında

müəssisə məhsul istehsalı planını, sifarişlər portfelini

formalaşdırır, eyni zamanda istehsal üçün tələb edilən maddi

ehtiyatlara sifarişləri, hazır məhsula olan tələbatı müəyyən edir. Bu

sahədə fəaliyyət ya müstəqil şəkildə, ya da bu sahədə ixtisaslaşmış

bir çox təchizat-satış təşkilatlarının köməyi ilə həyata keçirilir.

Bazar iqtisadiyyatı şəraitində istehsal müəssisələrində

kommersiya fəaliyyətinin təşkilinin əsas nəzəri-metodoloji

prinsipləri aşağıdakı kimi qəbul edilə bilər:

♦ Elmi yanaşma - müasir elmi tədqiqatlann nəticələrinin

nəzərə alınması;

♦ Sistemlilik - kommersiya fəaliyyətinin sistem kimi qəbul

edilməsi;

♦ Kompleks yanaşma - kommersiya proseslərində bütün

texniki-texnoloji, təşkilati, psixoloji, sosial,

66

Page 67: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

ekoloji və iqtisadi amillərin kompleks halda nəzərə

alınması;

• Sahənin özünəməxsus xüsusiyyətlərinin nəzərə alınması;

• Optimallıq - kommersiya fəaliyyətinin təşkili zamanı

müxtəlif variantlardan daha məqəsədəuyğun variantın

seçimi;

• Fərdi və kollektiv maraqlann ümumdövlət mənafeyi ilə

uzlaşdırılması;

• Səmərəlilik - hər bir konkret halda seçilmiş variantın ilkin

olaraq iqtisadi səmərəlilik cəhətdən əsaslandıniması;

• Mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi.

Yuxarıda sadalanan prinsiplərə son nəticə kimi

baxılmamalıdır, çünki təcrübədən də məlumdur ki, mövcud bazar

iqtisadiyyatı şəraitində yeni prinsiplərin yaranması imkanları geniş

və çoxşaxəlidir.

Qeyd olunan nəzəri-metodoloji prinsiplər nəzərə alınmaqla,

müasir dövrdə istehsal müəssisələrində kommersiya fəaliyyətinin

təşkilati strukturunun formalaşdırılmasına aşağıdakı tələblər

qoyula bilər:

1. Dəqiq məqsədin müəyyən edilməsi;

2. Çeviklik;

3. Kommersiya fəaliyyətində idarəetmənin az həlqəli

olması;

4. Vahid tabeçilik;

5. İdarəetmə prosesində ayrı-ayrı həlqələr arasında

funksiyaların dəqiq müəyyənləşdirilməsi;

6. Fəaliyyətin əlaqələndirilməsi;

7. Rabitə (kommunikasiya) sisteminin mövcudluğu və s.

Kommersiya fəaliyyətinin təşkilati strukturunun

formalaşdırılmasına qoyulan tələblər üzərində bir qədər geniş

dayanaq:

67

Page 68: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimliy MM. Hüseynov

• Struktur yaradılarkən məqsədlər müəssisənin vəsaitləri,

xarici amillər və uzaqgörənlik əsasında tərtib oluna bilər.

Məqsədlər lazımi qədər detallaşdırılmalıdır. Əgər onlar bir-birləri

ilə uyğun gəlirlərsə və ən əsası, müəssisənin əsas məqsədinə zidd

deyillərsə, səmərəlilik əldə oluna bilər. Məsələn, müəssisə

tərəfindən məhsul satışında 10%-ə qədər artıma nail olmaq üçün

kommersiya xidmətinin aşağıdakı məqsədləri ola bilər:

-bazarın yeni seqmentinə keçidlə əlaqədar alıcıların sayının

artırılması;

-bir sifarişə uyğun gələn satışın həcminin artıniması;

-xammalın alınmasına çəkilən xərclərin aşağı salınması və s.

• Müəssisənin kommersiya fəaliyyətinin təşkilati strukturu

daima dəyişən bazar şəraitlərinə, mövcud tələb və təklif

göstəricilərinə uyğunlaşmağı bacarmalıdır. Bazar dolğun olduqda,

kommersiya xidmətinin əhəmiyyəti artır.

• Kommersiya fəaliyyətinin idarəetmə sistemi çox

həlqələrdən ibarət olmamalıdır. Müəssisədə idarəetmə həlqələrinin

yaradılması təkcə əməkdaşların rəhbərlik üçün rahat olan qruplara

bölünməsi vacibliyi ilə diqtə edilmir, müəssisə rəhbərinin

fikirlərinin dəqiqləşdirilməsi və inkişaf etdirilməsinə can atmaq da

nəzərə alınır. Lakin belə proses yanlış anlamalara və

kənarlaşmalara gətirib çıxara bilər. Odur ki, rəhbəri icraçıdan

uzaqlaşdıran idarəetmə mərhələlərinin sayının artmasından kənar

olmaq çox vacibdir. Əgər idarəetmə sistemi 4-5-dən artıq həlqədən

ibarət deyilsə, qarşılıqlı kommersiya əlaqələri sadələşir.

• Vahid tabeçiliyin mahiyyəti ondan ibarətdir ki, eyni

səlahiyyətlərə malik iki rəhbərin mövcud olması yolverilməzdir.

Bu prinsipin yerinə yetirilməməsi tabeliyin ikiləşməsi və işdə

qaydanın pozulmasına səbəb olur.

68

Page 69: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

• Müasir bazar münasibətləri şəraitində qərarların

şaquli və üfüqi istiqamətlərdə ötürülməsini və

əlaqələndirilməni təmin edən informasiya kanalları və

mexanizmlərinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Kommersiyada istifadəsi mümkün olan fəaliyyətin

əlaqələndirilməsinin beş üsulu mövcuddur:

1. qarşılıqlı razılıq;

2. bilavasitə nəzarət;

3. əmək proseslərinin standartlaşdırılması;

4. əməyin nəticələrinin standartlaşdırılması;

5. ixtisaslaşmanın standartlaşdırılması.

Qarşılıqlı razılıq zamanı iş üzərində nəzarəti əməkdaşlar

özləri yerinə yetirilər.

Fəaliyyət üzərində bilavasitə nəzarəti rəhbər həyata keçirir.

Əmək proseslərinin standartlaşdırılması - fəaliyyətin

əlaqələndirilməsi iş proqramına daxil edildiyi zaman əmək

prosesinin proqramlaşdırılması deməkdir. Əmək proseslərinin

standartlaşdırılması zamanı artıq nəzarətə ehtiyac qalmır.

Əməyin nəticələrinin standartlaşdırılması — fəaliyyətin

nəticələrinin dəyər formasında vaxtından əvvəl müəyyən olunması

və planlaşdırılmasıdır.

İxtisaslaşmanın standartlaşdırılması - işçilərin təhsilinin və

ixtisaslaşmasının əvvəlcədən müəyyən edilməsidir.

Hər bir halda kommersiya xidməti şöbələri fəaliyyətin

əlaqələndirilməsinin bir və ya bir neçə üsullarını seçə bilərlər.

• Kommersiya fəaliyyətinin təşkilati strukturunun

formalaşdırılmasına qoyulan sonuncu tələb - geriyə doğru

istiqamətdə əlaqəyə malik, müasir informasiya sistemləri və

69

Page 70: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

texnologiyası ilə təmin olunan səmərəli əlaqə (rabitə) sisteminin

mövcud olmasıdır.

Müəssisədə kommersiya fəaliyyətinin təşkilati strukturunun

fəaliyyət göstərməsi üçün əmək bölgüsünü həyata keçirən təsiredici

dəstəklərin mövcudluğu vacib amil hesab edilir. Bu dəstəklər

qismində aşağıdakılardan istifadə edilə bilər;

1. Vəzifə prinsipi (iş yerinin ixtisaslaşması). İnsanın əmək

fəaliyyətinin istənilən növü, o cümlədən kommersiya iki

istiqamətdə ixtisaslaşır:

• Üfüqi ixtisaslaşma - iş yerində yerinə yetirilən məsələlərin

sayı ilə müəyyən edilən işin genişliyi;

• Şaquli ixtisaslaşma - işin dərinliyi.

2. Davranışın formallaşdırılması - imkan olan bütün hallarda

qaydalann reqlamcntləşdirməsi və vəzifə təlimatları vasitəsilə

əməkdaşların fəaliyyətinin tənzimlənməsi.

3. Təhsil alma və sosiallaşma. Təhsil alma - müəyyən bir

vəzifə (və ya iş yeri) tutan mütəxəssisə təqdim olunan peşəkar bilik

və tələblərin məcmusudur. Sosiallaşdırma - əməkdaşın müəssisənin

həyat stili və təmas normalarına cəlb edilməsidir.

tş yerlərinin ixtisaslaşması ilə yanaşı, şöbələrin (bölmələrin)

ixtisaslaşması və onların ölçülərinin müəyyən edilməsi də mühüm

rol oynayır.

Kommersiya xidmətinə daxil olan şöbələrin təşkilati

strukturunun formalaşmasına ümumi şəkildə aşağıdakı

istiqamətlərdə qruplaşdır ilan bir sıra “strateji” amillər təsir edir:

1. Texniki amillər - texnika, texnologiyaların və sahə

strukturlarının təsirini, istehsal olunan məhsulun və istifadə edilən

maddi-texniki ehtiyatların təyinatı və kəmiyyətini müəyyən edirlər.

Buraya aşağıdakılar daxildir:

70

Page 71: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya foaliyyəiinin əsasları

• elmi-texniki tərəqqinin və bazar konyukturasınm

vəziyyətinin təsiri ilə istehsal olunan məhsulun çeşidinin

genişlənməsi; • məhsulun təyinatı və mürəkkəbliyi; ® nəqliyyat-anbar təsərrüfatı ilə təchiz olunma və s.

2. İqtisadi amillər. Buraya aşağıdakılar aiddir:

• istehsal olunan məhsula olan tələbat;

• istehsal olunan məhsulun həcmi;

• göndərilən (satılan) məhsullara və alınan maddi- texniki

ehtiyatlara görə hesablaşma formalan; • kiçik və tranzit olmayan yük partiyalarının həcmi; • istehsal olunan məhsullann ümumi həcmində xarici

ölkələrə məhsul ixracının payı və s.

3. İstehsalın təşkili amilləri. Buraya aşağıdsıkılar aid

edilir:

• istehsal növü (fərdi, kiçik seriyalı, seriyalı, çox seriyalı və

kütləvi istehsal);

• ixtisaslaşma səviyyəsi;

• istehsal və anbarların ərazi üzrə yerləşməsi və s.

Sənaye müəssisələrinin kommersiya xidmətinin

quruluşuna təsir göstərən amillərin sayınm çoxalması, bu xidmətə

aid olan şöbələrin (marketinq, satış, tədarük) də təşkilati struktur

sxemlərinin müxtəlifliyi, kəmiyyətcə artması ilə nəticələnir.

4.3. Firmalarda kommersiya fəaliyyətinin təşkilati

strukturunun əsas formaları

Perspektivdə müvəffəqiyyət əldə olunması baxımından,

istehsal müəssisəsinin kommersiya xidmətinin hansı prinsip üzrə

təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Bu sahədə tam eynilik

prinsipi yoxdur və adətən istehsal müəssisəsinin

71

Page 72: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M. M. Hüseynov

kommersiya xidmətinə aid təşkilati strukturları öz müxtəlifliyi ilə

diqqəti cəlb edir.

Müəssisələrdə kommersiya fəaliyyətinin təşkilati strukturları

ayrı-ayn ölkələrin təcrübəsində öz müxtəlifliyi ilə diqqəti cəlb edir.

Məsələn, Almaniyada bir sıra hallarda müəssisələrdə kommersiya

fəaliyyətini həyata keçirən xidmət ayrıca bir təşkilati struktur kimi

göstərilmir [121, s. 369]. İstər funksional, istər divizional (obyekt,

əmtəə), istərsə də digər təşkilati modellər (regional, matris və s.)

əsasında qurulmuş təşkilati strukturlarda isə təchizat və satış

şöbələrinin rəis və ya müdirləri (şöbələrin tərkibindəki bölmə və

ya qruplarla birlikdə) ayrı-ayrılıqda birbaşa olaraq müəssisə

rəhbərinə tabe olurlar.

Funksional prinsip əsasında təşkil olunmuş müəssisənin

fəaliyyətinin ümumi istiqamətlərindən asılı olaraq rəhbərliyə

birbaşa tabe olan təchizat şöbəsi maddi ehtiyatların alqışı və

anbarlaşdırma funksiyalarını həyata keçirirlər. Satış şöbəsi isə

satışın hazırlığı, realizə, satışa nəzarət funksiyalarını yerinə yetirir.

Bundan başqa, zərurət yarandığı halda logistika sahəsi də mövcud

modelə əlavə edilir. Funksional model qərarların qəbul edilməsinə

münasibətdə əsasən mərkəzləşdirici xarakter daşıyır. Buna görə

də, belə hallarda qərarlar daha çox müəssisənin yuxan idarəetmə

strukturları tərəfindən qəbul edilir.

Divizional prinsip əsasında qurulmuş bölmələrdə, funksional

bölmənin əksinə olaraq, yuxarı idarəetmə səviyyəsində gərginlik

azalır və əsas diqqət strateji idarəetməyə yönəldilir. Bu halda

müəssisənin bazarla ikitərəfli qarşılıqlı münasibətdə olan,

divizional prinsip üzrə təşkil edilmiş təchizat və satış bölmələrinə

yüksək muxtariyyət verilir. Bu bölmələrin fəaliyyəti

müəssisədaxili təsbit edilmiş hesablaşma qiymətlərindən asılı

olmur. Onlar müstəqil şəkildə bazardan maddi ehtiyatlar əldə edir

və hazır

72

Page 73: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

məhsulu bazar qiymətlərinə uyğun şəkildə reallaşdırırlar. Odur ki,

bu bölmələrin işi mövcud bazar amillərinin əsasında idarə edilir və

nəzarət altında olur.

Nəzərə alınmalıdır ki, müxtəlif ölkələrdə hər bir müəssisə

özünəməxsus şəraitdə fəaliyyət göstərir ki, bu da

qeyri-mərkəzləşdirmənin (diversifıksiya və ya divizionalizm)

dərəcəsini müəyyən edir. Məsələn, Yaponiyanın bir çox iri

müəssisələrində ayrı-ayrı şöbələrin (o cümlədən, satış şöbəsinin)

işinə nəzarət edilməsi məqsədilə inzibati qərargahlar (komitələr

sistemi) formalaşdırılır. Bu zaman məhsul növləri üzrə ayrı-ayrı

divizional şöbələr yaradılır. Funksional bölmələrlə sıx şəkildə

əlaqədə olan komitələr ayda bir neçə dəfə iclas keçirirlər.

Komitələr bölmələrə tapşırıqlar verir, satış, istehsal və

maddi-texniki təchizata aid daxil olan məlumatları ümumi strateji

vəzifələr kontekstində müzakirə edirlər [107, s. 52].

Bazar iqtisadiyyatı şəraitində kommersiya xidmətinin

təşkilati strukturunun formalaşmasında iki yanaşma üstünlük təşkil

edir. Müəssisədə istehsal olunan məhsulun növündən, çeşidindən,

həcmindən, habelə qarşıya qoyulan strateji məqsədlərdən asılı

olaraq əsasən aşağıdakı formalardan biri seçilir;

1. Funksional prinsip üzrə ixtisaslaşma;

2. Məhsul (obyekt, əmtəə və ya divizion) prinsipi üzrə

ixtisaslaşma.

Funksional prinsip üzrə ixtisaslaşma zamanı bölmələrin

(qrup, büro, şöbə) qruplaşdın İması onlar tərəfindən yerinə

yetirilən funksiyalara əsasən həyata keçirilir. Funksional prinsip

üzrə ixtisaslaşmanın üstünlüyü rəhbərlərin bir sıra xüsusi

məsələlərin həllindən azad edilməsindən, geniş profilli

mütəxəssislərə tələbin azalmasından ibarətdir. Bu formanın

çatışmayan cəhəti - əməkdaşlann konkret olaraq yalnız öz

funksiyalarının yerinə yetirilməsinə diqqətinin

73

Page 74: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

artırılmasıdır. Bu, müəssisənin perspektiv fəaliyyət

istiqamətlərinin əhatə dairəsinin daralmasına gətirib çıxara bilər.

Odur ki, bu formanın tətbiqi zamanı ayrı-ayrı bölmələrin

fəaliyyətinin daha yaxşı əlaqələndirilməsi tələb olunur.

Məhsul (obyekt, əmtəə və ya divizion) prinsipi üzrə

ixtisaslaşma zamanı bölmələrin məhsullara və ya əmtəələrə görə

qruplaşdıniması həyata keçirilir. Məhsul üzrə ixtisaslaşmanın

üstünlüyü ondan ibarətdir ki, bölmə daxilində razılaşdırılmış

fəaliyyət və işin nəticələrinin qiymətləndirilməsi əhəmiyyətli

dərəcədə asanlaşır. Bu formanın çatışmazlığı isə böyük həcmdə

maliyyə vəsaitlərinin və çoxlu sayda əmək ehtiyatlarının

istifadəsidir. Xüsusilə də keçmiş Sovet İttifaqı ölkələrində istehsal

müəssisələrinin kommersiya xidmətlərinin yeni təşkil edilmiş

strukturlannın bazar iqtisadiyyatı şəraitinin tələblərinə cavab verə

bilməyən təşkilati sxemlərinə daha çox rast gəlinir. Belə ki, kiçik

müəssisələrdə tez-tez həm maliyyə, həm də satış funksiyalarını

yerinə yetirən maliyyə-satış şöbələrinə rast gəlinir. Bundan başqa,

tədarük və satış fəaliyyətlərinə daha yaxşı nəzarət edilməsi üçün

bəzi müəssisələrdə kommersiya əməliyyatlanmn baş mühasib

tərəfindən idarə edilməsi hallan da mövcuddur.

MDB ölkələrində əksər hallarda müəssisənin kommersiya

xidməti aynca bir təşkilati struktur kimi fəaliyyət göstərir. Lakin bu

xidmətin tərkibinə daxil olan bölmələrin sayı və fimksiyalannda

bəzi müxtəlifliklər müşahidə olunur. Məsələn, müxtəlif növ və

çeşiddə məhsul istehsalı ilə məşğul olan müəssisələrdə

kommersiya xidməti, adətən, özündə marketinq, satış, tədarük

(maddi-texniki təchizat), xarici iqtisadi fəaliyyət şöbələrini

birləşdirir. Bəzi müəssisələrdə (xüsusilə də maşınqayırma

sahəsində) kommersiya xidmətinə xarici kooperasiya və

dəstləşdirmə

74

Page 75: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

şöbəsi də daxil olur. Kommersiya xidmətinin bu strukturunda

nəqliyyat bölməsi (şöbəsi) nəzərdə tutulmur.

Halbuki, tipik quruluşa malik olan kommersiya xidməti

aparatı, kommersiya məsələləri üzrə direktor müavini və ona

tabe olan şöbələrdən ibarət qurum kimi təsvir oluna bilər

(şəkil 4. L).

Şəkil 4.1. İstehsal müəssisələrində kommersiya xidmətinin ümumi

(tipik) quruluşunun sxemi.

Sxemdən göründüyü kimi, müəssisənin kommersiya

əməliyyatlarının səmərəliliyi dolayısı ilə həm də nəqliyyat

şöbəsinin uğurlu işindən asılıdır. Müəyyən dəyişikliklər (məs.

tədarük və satış şöbələrinin fəaliyyətini ayn-ayrı məhsullar üzrə

gücləndirməklə) apanlmaqla bu təşkilati strukturu sənayenin

istənilən sahəsinə aid istehsal müəssisəsi üçün əsasən normal

hesab etmək olar.

Doğrudur, bəzi müəssisələrdə kommersiya fəaliyyətini

həyata keçirən xidmət, yəni maddi-texniki təchizat, satış, təsərrüfat

bölmələri və nəqliyyat təsərrüfatı şöbələri təchizat və satış üzrə

direktor müavininə tabe olur [45, s. 144; 59, s. 172]. Lakin

göründüyü kimi, bu halda marketinq şöbəsinin təşkilati

strukturdakı yeri göstərilmir (şəkil 4.2.)

Kommersiya fəaliyyətinin idarə edilməsinin müasir

mərhələsində bazarın tələblərinə müvafiq olaraq,

75

Page 76: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

müəssisənin təşkilati strukturu və idarəetmə texnologiyasının

yenidən qurulması problemi xüsusi aktuallığa malikdir. Buna görə

də, müasir dövrdə kommer-siya fəaliyyətinin idarə edilməsi

məsələlərinə diqqətin artması bəzi müəssisələrdə ənənəvi təşkilati

strukturda müəyyən dəyişikliklərin həyata keçirilməsinə gətirib

çıxarır. Təchizat və satış

üzrə (və ya

təchizat äzrə)

direktorun müavini

Maddi-texniki təchizat şöbəsi

Satış şöbəsi

Təsərrüfat bölmələri

J V

Nəqliyyat təsərrüfatı

y V

Şəkil 4.2. İstehsal müə.ssisələrinin idarəetmə strukturunda

kommersiya fəaliyyəti göstərən xidmətin quruluşu.

Belə ki, tədarük və satış fəaliyyəti ilə yanaşı, müəssisənin

əmtəə dövriyyəsi strukturunun idarəetmə məsələlərinin də

kommersiya fəaliyyətinə aid edilməsi müşahidə olunur.

Məsələn, hazırda bir çox şirkətlərdə kommersiya məsələləri

üzrə direktor müavininin müştərilərlə və tədarükçülərlə bağlanan

bütün müqavilələrdə iştirak etməsi ilə yanaşı, həm də müəssisə

daxilində kommersiya fəaliy>'ədnin idarə edilməsi ilə bağlı

istənilən məsələni həll etməsi vacib sayılır. Məsələn, hazırda bir

çox Rusiya şirkətlərində kommersiya məsələləri üzrə direktor

müavininin müştərilərlə və tədarükçülərlə bağlanan bütün

müqavilələrdə iştirak etməsi ilə yanaşı, həm də müəssisə

76

Page 77: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

daxilində kommersiya fəaliyyətinin idarə edilməsi ilə bağlı

istənilən məsələni həll etməsi vacib sayılır [103].

Qeyd edək ki, İsveçrənin Bazel Universitetinin professoru

H.Şirenbek müəssisədə funksional model əsasında qurulmuş

təşkilati strukturda təchizat və satış şöbələri ilə yanaşı

“kommersiyanın idarə edilməsi” şöbəsinin də mövcudluğunu qeyd

edir.

Nisbətən uğurlu təşkilati strukturda kommersiya məsələləri

üzrə direktor müavini tədarük (və ya satınalma), məhsul satışı

şöbələrinə rəhbərlik etməli, bu şöbələr tərəfindən kommersiya

fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsini təmin etməlidir.

Müəssisənin ölçüsündən və sahəvi xüsusiyyətlərindən asılı olaraq

zərurət yarandığı halda “marketinq-logistika”, reklam şöbələri və

nəqliyyat xidməti də buraya aid edilə bilər. Misal üçün, iri istehsal

müəssisələrində kommersiya xidmətinin təşkilati strukturunu

aşağıdakı sxemdəki kimi təsvir etmək olar (şəkil 4.3.)

Sxemdən do göründüyü kimi, bu strukturda marketinq-

logistika şöbəsinə planlaşdırma və təhlil, istehlakçıların (alıcıların)

tələb və sifarişlərinin tədqiqi, rəqiblərin, o cümlədən ölkəmizdə

anoloji məhsullarla çıxış edən xarici firmaların, ayrı-ayrı

sahibkarların (kommersantların) təkliflərinin öyrənilməsi, xammal

və materiallar bazarının öyrənilməsinin təşkili ilə məşğul olan

bölmələr, habelə reklam və İnternet bölmələri daxildir.

Planlaşdırma və təhlil bölməsi bazarla bilavasitə əlaqədə olan

bölmələrdən daxil olan məlumatlan təhlil etməklə yanaşı, hazır

məhsul üçün müxtəlif anbar sistemlərindən istifadə variantlarının

texniki-iqtisadi müqayisəsi, istehlakçılara hazır məhsulun

çatdırılması üçün daha optimal variantın seçimi və s. bu kimi

məsələləri araşdırır və alınan nəticələri marketinq-logistika

şöbəsinin müdirinə təqdim edir.

77

Page 78: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Kommersiya məsələlm

üzrə direktor müavini

Marketinq-logUlika

föbəsinin müdiri

Planhşdırma və

təhlil bölməsi

İstehlakçılar

bozannın tədqiqi

bölməsi

Xammal və material

bazarın U) tədqiqi

bölməsi

Reklam və İnternet

bölməsi

r ' 1 1

TedarOk (satınalma) föbəsinin

müdiri Sabf föbədnln müdiri ,

1 1

L. 1 Material (təbii lif, parça, boyaq

və s. fizrə) bölməsi

Operativ-satış bölməsi

1 1

Sifariş (müştərilərlə əlaqə)

bölməsi 1 h-

Dəstlaşdirici materiallar

bölməsi

1 1

1» C 1 İstehsal avadardqhğı bölməsi Digər (məhsulun

çeşidindən asılı olaraq) 1 1 bölmələr 1 Digər (yanacaq və s.) bölmələr

1

Regional (ərazi) satış

mərkəzləri 1 L Regional (ərazi) tədarük

mərkəzləri

(bcn?marketinq) bölməsi

Şəkil 4.3. İri müəssisələrdə kommersiya xidmətinin

təşkilati strukturunun sxemi.

Beləliklə, marketinq-logistika şöbəsi müəssisənin tədarük,

istehsal və satış fəaliyyətinin bütün mərhələlərində məkan və

zaman üzrə fiziki yerdəyişmə problemlərini üzə çıxararaq onları

həll edə bilən, müəssisənin kommersiya fəaliyyətinin strateji (cari

və perspektiv) istiqamətlərini müəyyənləşdirən qurumdur.

Müəssisənin kommersiya xidmətinin ümumi strukturunun

təşkili hələ uğurlu fəaliyyət üçün kifayət etmir. Burada qarşıya

çıxan mühüm problemlərdən biri də onun tərkibinə daxil olan

tədarük və satış şöbələrinin strukturlarının yerinə yetirilən

funksiyalara uyğun şəkildə təşkil edilməsidir.

78

Page 79: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

4.3. L Tədarük şöbələrinin vəzifələri və təşkili

prinsipləri

Bazar münasibətləri şəraitində firmalarda (sənaye

müəssisələrində) tədarük (təchizat) şöbəsi müəssisənin müstəqil

şəkildə fəaliyyət göstərən bir bölməsi olmaqla, bilavasitə

kommersiya məsələləri üzrə direktor müavininə tabe olur. Şöbənin

strukturu və ştatı müəssisənin rəhbəri tərəfindən idarəetmə

aparatının tipik quruluşuna uyğun olaraq təsdiq edilir. Bu zaman

mütəxəssislərin və işçilərin say normativləri, yerinə yetirilən işin

həcmi, istehsalın miqyası və xüsusiyyətləri, ixtisaslaşma səviyyəsi

və s. nəzərə alınır.

Tədarük şöbəsinin əsas vəzifələrinə aşağıdakılar aid edilir:

• Müəssisənin (hər bir sexin, bölmənin və iş yerinin) normal

və ahəngdar fəaliyyəti üçün onun vaxtında kompleks və

dəqiq şəkildə maddi ehtiyatlarla təmin edilməsi;

• İstehsalatın istifadə üçün daha əlverişli formada olan maddi

ehtiyatlarla təmin edilməsi;

• İstehsalat bölmələrində maddi ehtiyatlann buraxılması və

sərf olunmasına ardıcıl nəzarətin həyata keçirilməsi [90, s.

289].

Bununla yanaşı, müəssisələrin tədarük şöbəsinin əsas

vəzifələrinə bir sıra digər funksiyalar da aiddir;

- maddi resurslann ehtiyat normativlərinin hazırlanması;

- maddi ehtiyatlara olan tələbatın planlaşdırılması və onun

istehsal planı və ehtiyat normativləri ilə əlaqələndirilməsi;

- malgöndərənlərin axtarışı, təklif edilən variantların

qiymətləndirilməsi və keyfiyyət, qiymət, ödəmə şərtləri və

s. meyarlar üzrə malgöndərənlərin seçimi;

79

Page 80: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

- müqavilələrin bağlanması;

- maddi ehtiyatlar üzrə çatdınnaların təşkili;

- maddi ehtiyatlann qəbulu işinin təşkili və s.

Qe)'d edək ki, müəssisənin ölçüsündən, kommesiya

xidmətinin təşkilati quruluşundan, iş bölgüsündən və s. asılı olaraq

bu funksiyalardan bəziləri marketinq şöbəsi tərəfindən yerinə

yetirilə bilər.

Müəssisələrin maddi-texniki təminatının (tədarük

fəaliyyətinin) idarə olunmasının təşkilində aşağıdakı formalardan

istifadə olunur:

• mərkəzləşdirilmiş (vahid rəhbərliyin yaradılması, maddi

ehtiyatların tədarükünün əlaqələndirilməsi, onların müəssisəyə

çatdırılması və ehtiyatlar üzərində nəzarət);

• qeyri-mərkəzləşdirilmiş (müəssisə müstəqil şəkildə

özünü istehsal üçün zəruri olan maddi ehtiyatlarla təmin edir);

• qarışıq.

İnkişaf etmiş ölkələrdə, xüsusilə də ABŞ-da XX əsrin 70-ci

illərinə qədər maddi-texniki təchizat fəaliyyətinin

qeyri-mərkəzləşdirilmiş forması geniş yayılmışdı. Sənaye

firmasına daxil olan hər bir müəssisə müstəqil şəkildə istehsal üçün

zəruri olan maddi ehtiyatlarla özünü təmin edirdi [92, s. 75].

1980-ci illərdə ABŞ-da sənaye firmalarında maddi

ehtiyatların idarə olunmasının yeni konsepsiyası geniş vüsət aldı.

Bu konsepsiya aşağıdakıları nəzərdə tuturdu; • firmada vahid rəhbərliyin yaradılması;

• maddi ehtiyatların tədarükünün əlaqələndirilməsi;

• maddi ehtiyanların müəssisəyə çatdırılması;

• ehtiyatlar üzərində nəzarət olunması.

Yeni konsepsiya əsasında firmalarda maddi ehtiyatların

(materialları) idarə edilməsinə nəzarəti həyata keçirən xüsusi bir

vəzifə yarandı. O, maddi ehtiyatların firmanın

80

Page 81: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

müəssisələrinə daşınması funksiyalarına nəzarət etməyə başladı.

Əvvəllər isə bu işlər istehsal aparatı tərəfindən həyata keçirilirdi.

Bu cür dəyişən təşkilatlanma nəticəsində maddi ehtiyat

axınının operativ şəkildə idarə olunmasına başlandı. Firmanın

müəssisələrinə maddi ehtiyatların çatdırılma müddətləri və maddi

ehtiyatların həcmlərinin 20-40% azaldılması baş verdi, habelə

onların dövriyyəsinin sürətlənməsi yaxşılaşdı.

Qarışıq forma - müəssisələrdə şəraitə uyğun olaraq tətbiq

edilir və adından da göründüyü kimi, özündə əvvəlki iki formanı

birləşdirə bilər.

Bununla yanaşı, müəssisələrin maddi-texniki təminatının

idarə olunmasının təşkilində həmçinin aşağıdakı prinsip əsasında

qurulmuş sistemlərdən istifadə olunur: • funksional;

• əmtəə;

• kombinələşmiş.

Fərdi və kiçik seriyada, məhdud nomenklaturada və az

həcmdə məhsul istehsal edən müəssisələr üçün funksional prinsip

əsasında qurulmuş mərkəzləşdirilmiş tədarük xidməti strukturu

xarakterikdir. Bu halda planlaşdırma funksiyaları, habelə

operativ-hazırlama, anbar əməliyyatlan ayrıca istehlak əşyaları və

materialların nomenklaturası üçün mərkəzləşdirilmiş şəkildə

həyata keçirilir. Məsələn, toxuculuq sənayesi müəssisəsində

tədarük şöbəsinin funksional prinsip əsasında qurulmuş təşkilati

strukturunun sxemi şəkil 4.4.-də göstərildiyi kimi ola bilər:

İri seriyada, nisbətən geniş nomenklaturada, böyük həcmdə

məhsul istehsal edən kütləvi istehsal tipli müəssisələrdə isə tədarük

xidmətinin əsasən əmtəə və ya qeyri-mərkəzləşdirilmiş idarəetmə

strukturu tətbiq edilir {şəkil 4.5.).

81

Page 82: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,
Page 83: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

planlaşdırılması və resurs növlərinin təchizatını təşkil edən

ixtisaslaşmış qruplar yaradıla bilər.

Bundan əlavə, bu cür struktura mərkəzləşdirilmiş

planlaşdırma və uçot, dispeçer, anbar binalannın istismanna texniki

nəzarət qrupu (qruplan) da daxil edilir.

Kombinələşdirilmiş tədarük xidməti isə istehsal

müəssisələrində ayrı-ayrı maddi ehtiyatlar üzrə bütün fimksiyalan

həyata keçirən müəyyən bölmələrin olmasım nəzərdə tutur.

Beləliklə, müəssisədə tədarük fəaliyyətini həyata keçirən

şöbənin vəzifələri və təşkili prinsipləri aşağıdakılara uyğun olaraq

formalaşır:

• istehsalın profili;

• istehsalın miqyası və xüsusij'yətləri;

• yerinə yetirilən işin həcmi;

• mütəxəssislərin və işçilərin say normativləri;

• mütəxəssislərin və işçilərin ixtisaslaşma səviyyəsi və s.

4.3.2. Satış şöbələrinin vəzifələri və təşkili prinsipləri

Müəssisədə həyata keçirilən satış fəaliyyəti kommersiya xidmətinin nəzdində dövrün tələblərinə cavab verə bilən mükəmməl satış şöbəsinin (aparatının) mövcudluğunu zərurətə çevirir. Satış şöbəsi istehsal müəssisəsinin müstəqil fəaliyyət göstərən struktur bölməsi olmaqla, bilavasitə kommersiya üzrə direktor müavininə tabe olur. Bazar iqtisadiyyatında firmaların məhsul satışı üzrə aparatının təşkilati quruluşu, onların ölçülərindən, təmsil etdikləri sahənin xüsusiyyətindən və ixtisaslaşma səviyyələrindən asılı olaraq müəyyənləşir [39, s. 438].

Bir sıra hallarda satış şöbəsinin tərkibinə tələbatın öyrənilməsi və reklam, planlaşdırma, həmçinin ayn-ayn hazır məhsul növləri üzrə dispetçer, anbarlaşdırma bölmələri (sektor, büro, qrup və s.) daxil edilir. İstehsal müəssisələrinin satış xidməti aşağıdakı əsas funksiyaları yerinə yetirir:

83

Page 84: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M. M. Hüseynov

® müəssisənin satış fəaliyyətini planlaşdırmaq;

• istehsal olunmuş məhsulların satışını təşkil etmək;

• istehlakçılarla vaxtında müqavilələr bağlamaq;

• hazır məhsulları istehlakçılara vaxtında, əvvəlcədən

razılaşdırılmış kəmiyyət və keyfiyyətdə çatdırmaq;

• müəssisə anbarlarındakı hazır məhsul ehtiyatlarını

müəyyənləşdirmək;

• satılmamış hazır məhsul qalıqları üzrə hesablamalar

aparmaq;

• istehsalı daima yeni sifarişlərlə təmin etmək və s.

Müəssisənin satış şöbəsinin yerinə yetirdiyi funksiyalar

sırasına aşağıdakılar aid edilir:

> sifarişlər portfelinin formalaşdırılması;

> məhsulun alıcılara göndərilmək üçün yükləmə

cədvəllərinin tərtibi;

> məhsulun alıcılara göndərilmək üçün yüklənməsi;

> məhsulların şəxsi satış şəbəkəsində satışının təşkili [92, s.

62].

İstehsal firmasının satış aparatının fəaliyyəti aşağıdakı

strukturlar şəklində təşkil edilə bilər:

• funksional vəzifələrə görə;

• alıcıların tipinə görə;

• obyektə (məhsula, çeşidə) görə;

• coğrafi (regional) əlamətə görə;

• sahə əlamətinə görə; • kombinə edilmiş. Hər bir firma öz fəaliyyətinin xüsusiyyəti baxımından satış

xidmətinin təqdim edilən bu və ya digər təşkilati strukturunu seçə bilər. Məsələn, satış şöbəsinin funksional modelə əsaslanan təşkilati strukturu kiçik bazara və az sayda əmtəə çeşidinə malik olan istehsal müəssisələri üçün, dayanıqlı istehsalın mövcud olduğu halda daha məqsədəuyğun və səmərəlidir.4.6.)

84

Page 85: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Satış şöbəsinin müdiri

f ^

f

Sifarişlər qrupu

Planlaşdırma qrupu

Əməliyyat- satış

qrupu

Dispetçer qrupu

Hazır məhsul

anbarları

Şəkil 4.6. İstehsal müəssisəsinin satış şöbəsinin funksional

strukturunun sxemi.

Geniş olmayan çeşiddə, iri və ya orta həcmdə məhsul buraxan müəssisələrin satış şöbəsinin strukturunu funksional struktur kimi qiymətləndirmək olar.

Satış xidmətinin funksional strukturu digər strukturlar üçün əsas rolunu oynaya bilər. Lakin məhsulun çeşidinin genişlənməsi halında bu strukturun səmərəliliyi aşağı düşür. Çünki müəssisənin xarici mühitində şərtlərin dəyişməsinə olan qarşılıqlı əks-təsir müddəti artır.

İstehsal müəssisəsinin satış şöbəsinin alıcıların tipinə görə təşkil edilmiş strukturunun sxemi şəkil 4.7. ə k s olunmuşdur.

Şəkil 4.7. İstehsal müəssisəsinin satış şöbəsinin alıcıların tipinə görə

təşkil edilmiş strukturunun sxemi.

85

Page 86: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M,M. Hüseynov

Göründüyü kimi bu sxemdə satış şöbəsinin müdiri pərakəndə satış şəbəkəsinə, topdan əməliyyatlar üzrə satış qrupuna, dövlət müəssisələri ilə əməliyyatlar üzrə satış qrupunna və özəl ticarət firmaları ilə əməliyyatlar üzrə satış qrupuna ümumi rəhbərliyi həyata keçirir.

Böyük həcmdə müxtəlif növ məhsul istehsal edən, xüsusi istehsal və satış şərtləri tələb edən müəssisələr üçün satış xidmətinin obyekt (əmtəə və ya divizional) prinsipi üzrə təşkili daha məqsədəuyğundur. Bu zaman istehsal edilən hər bir məhsul üzrə (məsələn, A, B, S, D) xüsusi satış qrupu yaradılır. {Şəkil 4.8.)

Şəkil 4.8. Saiif nöhəsimn obyekt və ya əmtəələr üzrə

təşkilat i strukturunun sxemi.

Satış şöbəsinin bu prinsiplə təşkil olunmuş strukturunda işçi

sayının çox olması səbəbindən o, müəssisəyə funksional struktura

nisbətən baha başa gəlir. Divizional struktur inkişaf etmiş ölkələrin

iri şirkətlərində geniş yayılmışdır və hər bir bölmə konkret bir

əmtəə (və ya əmtəə çeşidi) satışında ixtisaslaşır.

Çox çeşidli və böyük həcmdə məhsul istehsal etmək imkanına

malik olan iri müəssisələrdə isə satış şöbəsinin strukturu ya

buraxılan məhsulun çeşidinə, ya da funksiya və məhsullara görə təşkil edilə bilər.

86

Page 87: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Sonuncu halda satış şöbəsinin qarışıq təşkilatı strukturu

özünə yer tapır. Bu zaman buraxılan məhsulun hər bir çeşid qrupu

çərçivəsində bütün satış funksiyalan yerinə yetirilir.

Bu strukturda satış şöbəsinin rəisinə sifarişlər və

planlaşdırma, dispeçer, məhsul çeşidi üzrə ixtisaslaşmış bürolar,

tara qablaşdırma, ekspedisiya və hazır məhsulun

yüklənib-göndərilməsi sexləri, məhsul ixracı qrupu tabe olur.

Əgər müəssisə tərəfindən xarici iqtisadi fəaliyyət yerinə

yetirilirsə ixrac və idxal müqavilələrinin bağlanması, gömrük

funksiyalarım yerinə yetirən müvafiq şöbə yaradılır. Yaxud da

satış şöbəsinin tərkibində ixrac qrupu ola bilər və bu halda eyni

funksiyanı yerinə yetirən şöbə aynlıqda mövcud olmur.

Öz məhsullarını (ələlxüsus da əgər məhsullar xüsusi qulluq

lələb edirlərsə) müxtəlif çeşidli məhsulların üstünlük təşkil etdiyi

ayrı-ayrı bazarlarda satan müəssisələrin satış xidməti strukturunun

bazara görə təşkili daha məqsədəuyğundur.

Bu zaman bazar rolunda sənaye sahəsi, yaxud da uyğun

alıcılar seqmenti çıxış edə bilər. Bu halda hər bir bazar seqmenti

üçün müvafiq satış strategiyası hazırlanmalıdır.(iŞ'aÄ:// 4.9.)

Şəkil 4.9, Satış xidmətinin sahələr üzrə ixtisaslaşdırılmış təşkilati

strukturunun sxemi.

87

Page 88: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Satış xidmətinin regionlara və ya coğrafi əlamət üzrə təşkil

olunmuş strukturunun sxemi şəkil 4.10-ddi təsvir edilir.

Şəkil 4.10. Satış xidmətinin regionlar üzrə təşkilat i strukturunun

sxemi.

Satış xidmətinin kombinə edilmiş > funksiyalara və əmtəələrə, funksiyalara və bazarlara, funksiyalara və regionlara istiqamətlənmiş digər strukturları da mövcuddur. Lakin MDB ölkələrində əksər hallarda onlardan istifadə olunmur.fl^aÄ^/V 4.11.)

Yeni satış layihələri, proqramları hazırlayan istehsal müəssisələrində isə satış xidmətinin matris strukturundan istifadə etmək daha məqsədəuyğundur.

Adi funksional bölmələrdən fərqli olaraq matris strukturu satış proqramlarının rəhbərlərinin başçılıq etdikləri xüsusi qrupların yaradılmasını nəzərdə tutur. Bu qrupların formalaşması yalnız yeni götürülmüş əməkdaşların deyil, həm də digər fünksional bölmələrin işçilərinin cəlb olunması hesabına həyata keçirilir. Bu işçilər layihənin (proqramın)

88

Page 89: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

yerinə yetirilməsindən sonra yenidən öz əvvəlki şöbələrinə qayıdırlar.

ŞokU 4.11. Satış xidmətinin kombinə edilmiş (funksiyalar və

əmtəələr üzrə) təşkilati strukturunun sxemi

Bazar münasibətlərinin təcrübəsi göstərir ki, idarəetmənin təşkilati strukturları dəyişən şərtlərə cavab olaraq formalaşmalıdırlar. Bazar münasibətləri əsasında fəaliyyət müəssisənin bütün xidmətləri tərəfindən böyük operativlik və çeviklik tələb edir. Lakin təşkilati strukturlarının formalaşmasına olan standart yanaşmalar müəssisənin xidmət və bölmələri arasında münaqişələr doğura bilər. Misal üçün, istehsalat sahəsi məhsulun buraxılışının həcmini artırmağa, maliyyə şöbəsi məsrəfləri azaltmağa, satış şöbəsi isə, yalnız tələb olunan məhsulu satmağa çalışır. Bu cəhətdən müəssisə ilə bazar arasında əlaqə yaratmaq vəzifəsi marketinqin üzərinə düşür.

89

Page 90: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlif M.M. Hüseynov

4.4. İxtisaslaşdırılmış firma mağazalannın təşkili

Məhsul satışı mərkəzləşdirilmiş və qeyri-mərkəzləş- dirilmiş iqtisadi sistemlərdə, istənilən mülkiyyət formasında fəaliyyət göstərən hər bir müəssisənin daimi problemlərindəndir. Müasir dövrdə mövcud olan dinamik, qeyri-sabit iqtisadi vəziyyət bir çox firmalan öz strategiyalannı daima və radikal şəkildə dəyişməyə məcbur edir. Buna cavab olaraq firmalar müəyyən strateji tədbirlər həyata keçirirlər:

> firma mağazalarının yaradılması; > məhsul çeşidi və satışının coğrafi zonasının

genişləndirilməsi; > məhsullann bazarda başqa cür yerləşdirilməsi; > yeni məqsədli bazarlara diqqətin yönəldilməsi və s. [106,

s. 3]. Qeyd edilən bu tədbirlərin içərisində firma mağaza- lannın

yaradılması xüsusi yer tutur. İstehsal firmaları ardıcıl olaraq öz məhsullanni vasitəçilərə - ticarət müəssisələrinə satmağa çalışmaqla yanaşı, eyni zamanda həm də müstəqil şəkildə bu məhsullann satışı ilə məşğul olurlar. Hazırda inkişaf etmiş ölkələrdə xüsusilə də geniş tələbat mallarının istehsalı ilə məşğul olan iri firmalar öz məhsullannm realizəsi üçün xüsusi satış kanallan kimi ixtisaslaşmış firma mağazaları yaradırlar.

Vaxtilə inkişaf etmiş ölkələrdə ixtisaslaşdınimış firma mağazalannın yayılması adətən bir-iki universal və çoxlu sayda ixtisaslaşdınimış mağazalardan ibarət ticarət mərkəzlərinin sayının sürətlə artması ilə əlaqədar olmuşdur [118, s. 246].

Universal mağazalardan, supermarketlərdən və s. fərqli olaraq ixtisaslaşmış firma mağazalarında istehlakçılar tərəfindən daha mühüm və riskli hesab olunan satınalmalar həyata keçirilir. Adətən burada geniş mal təklifi əsasında seçimdə səhv etməmək arzusu, peşəkarlann məsləhəti, həm

90

Page 91: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

çinin yaxşı təşkil edilmiş xidmət ön planda durur. İxtisaslaşdırılmış firma mağazalan yüksək dərəcədə zənginliyi olan dar əmtəə çeşidinin təklifi ilə seçilirlər. Təklif olunan mal çeşidi baxımından adətən ixtisaslaşdınlmış mağazaları aşağıdakı kimi qruplaşdırılır:

• xüsusiləşdirilmiş tam çeşid mağazaları - məs. paltar mağazası;

• məhdudlaşdırılmış çeşid mağazası - kişi paltarı mağazası; • dar ixtisaslaşdırılmış mağazalar - sifarişlə tikilən

köynəklər mağazası [44, s. 322]. Yüksək məsrəfləri nəzərə alan iri ticarət müəssisələri (məs.

univermaqlar) adətən daha baha qiymət tətbiq etməyə məcbur olurlar. Firma mağazalannda isə, bir qayda olaraq, təklif olunan mallar nisbətən ucuz qiymətə satılır. Digər tərəfdən, adətən firma mağazalarında satılan mallar daha yeni və son dəbə uyğun olurlar. Beləliklə də, firma mağazaları pərakəndə satış sahələrində ən inkişaf edən sahəyə çevrilməklə məhsullarını bəzən 50% aşağı qiymətlə təklif edirlər [24, s. 370]. Firma mağazalan istehlakçılara birbaşa xidmət göstərməklə məşğul olurlar. Bu cəhət isə, mövcud istehlakçı tələbatına daha konkret və obyektiv qiymətin verilməsinə, müəyyən şəkildə satışda (o cümlədən, pərakəndə satışda) ticarət inhisarını aradan qaldıraraq qiymətlərin aşağı düşməsinə səbəb olur.

İstənilən firma mağazasında satılan mallann düzgün yerləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Adətən mağazaya daxil olan alıcıların 80-90%-i sağ divar boyu hərəkət edirlər. Buna görədir ki, adətən mağazanın giriş hissəsində bütün satışların 60%-i həyata keçirilir. Odur ki, mağazanın sağ tərəfində adətən yeni məhsullar, yeni kolleksiyalar, nisbələn ucuz məhsullar isə mağazanın dərinliklərində yerləşdirilir. Bununla da müştərilər hərəkət edərkən ilk növbədə daha yaxşı məhsulları nəzərdən keçirərək düzgün seçim edə bilirlər [158].

91

Page 92: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

İstehsal fıntıalan, xüsusilə də xalq istehlakı malları istehsal edən müəssisələr bazara öz məhsullarını və ya məhsul kombinasiyalarını təklif edərkən bu coğrafi və ya demoqrafik baxımdan çox vaxt yalnız bir bazar olmur. Adətən müəssisə filiallar yaratmaq yolu ilə bir neçə yeni (yerli və xarici) bazarlara müraciət edir. Misal üçün, çox zaman tikiş müəssisələri öz firma mağazalarında kişi və qadınlar üçün nəzərdə tutulmuş paltarların satışı ilə yanaşı, eyni zamanda əlavə alıcı qruplarının (seqmentinin) axtarışı ilə məşğul olur, bu məqsədlə də uşaq geyimləri şöbəsi açırlar.

Bir sıra hallarda müəssisənin regional (ərazi və ya coğrafi) prinsip əsasında təşkil edilmiş satış xidməti onun ümumilikdə kommersiya fəaliyyətinin həyata keçirilməsində əhəmiyyətli dərəcədə böyük rola malik olur. Bu baxımdan bəzən istehsal müəssisələrinin (firmaların) satış aparatının işçilərinin 70%-dən çoxu, yəni böyük əksəriyyəti regionlardakı satış xidməti agentliklərinin payına düşür [38, s. 438].

Bu halda müəssisənin ümumi satış xidmətinin müəyyən bir bölməsinin hər hansı bir region daxilində, hətta başqa dövlətlərdə (satış ərazisi) fəaliyyət göstərmək, müəssisədə istehsal olunan bütün əmtəə çeşidlərinin satışı üçün müstəsna hüquq verilir. Belə təşkilati quruluş bir sıra vacib üstünlüklərə malikdir. Məsələn, bu sahədə fəaliy>'ət göstərən müəssisə əməkdaşlarının (və ya müstəqil mütəxəssislərin) vəzifələri dəqiq müəyyənləşdirilir.

Geniş olmayan çeşiddə məhsul buraxılmasında ixtisaslaşmış bir çox iri şirkətlər şaquli inteqrasiyaya üstünlük verirlər. Şirkətin strukturuna tədarük və satış əməliyyatlarını yerinə yetirən müəssisələr daxil edilir. Bu zaman satış bölmələri ərazi baxımından səpələnmiş olur və onların fəaliyyəti yalnız məhsul realizəsi ilə məhdudlaşmır. Satış bölmələri bir sıra digər funksiyaları (məsələn, məhsul nümunələrinin nümayiş etdirilməsi və s.) da yerinə yetirirlər.

92

Page 93: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Satış şəbəkəsinin bu şəkildə təşkil edilməsi nəticəsində aşağıdakılar təmin edilir:

> pul vəsaitlərinin tez daxil olması; > məhsul ehtiyatlarının vəziyyətinə dəqiq nəzarət edilməsi; > vacib regional bazarlardakı vəziyyət haqqında

məlumatların şirkətin ofisinə daimi axım və s. Xarici ölkələrdə kifayət qədər yüksək xərc tələb edən şəxsi

satış şəbəkəsinin yaradılması üçün müəssisə ilk növbədə bazan yaxşı tanımalıdır. Digər tərəfdən, bu ölkələrdə müəssisənin məhsullarına yaxşı bələd olan, lazım gəldikdə onun maraqlarını müdafiə edə bilən daimi nümayəndəliyi olmalıdır. Şəxsi satış şəbəkəsinin üstünlüyü bundadır ki, müəssisə bazar haqqında kifayət qədər ətraflı məlumata sahib olmaqla burada məhsullann realizəsinin səviyyəsini nəzarətdə saxlaya bilər. Adətən xarici bazarlara daxil olmaq üçün iri şirkətlər bazarın mənimsənilməsinin ilkin mərhələsində müstəqil vasitəçilərlə müqavilələr bağlamaqla satış şəbəkələri yaradırlar. Artıq növbəti mərhələlərdə onlar şaquli marketinq sistemlərini formalaşdırmaqla müstəqil satış sistemini idarə edilən vasitəçilərə çevirməyə çalışırlar. Qeyd edək ki, bu, ixracatçı- müəssisə üçün xüsusilə vacib olan bazarların mənimsənilməsi zamanı daha böyük əhəmij^yət kəsb edir.

Dünya təcrübəsi tanınmış ticarət nişanlama malik sənaye müəssisələrinin şəxsi firma mağazalarının yaradılmasında nə qədər maraqlı olduqlarını sübut edir.

Çox zaman fıma mağazalarında realizə olunan məhsulun həcmi ümumi satılan məhsulda 80% təşkil edir. Ayrı-ayrı sənaye müəssisələrinin təcrübəsi göstərir ki, düzgün təşkil edilmiş kommersiya işi və firma mağazalarının yaradılması məhsulların satışı həcminin il ərzində 20-30%-ə qədər artmasına gətirib çıxara bilər.

93

Page 94: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. ibrahimli, M.M. Hüseynov

Mövzuya dair misal: “TextileWirtschaft” jurnalının məlumatına görə, Almaniyanın bir çox

firmalan Çin Xalq Respublikasında öz mağazalannı və digər mağazalarda bölmələrini (“shop-in-shop” - ingiliscədon tərcümədə “mağazada mağaza”) açırlar. “Shop-in-shop” üsulunda universal mağazalar daimi məsrəfləri örtmək məqsədilə satış üçün götürdükləri əmtəədən əldə edilən vəsaitin 30%-ni özlərinə götürürlər. Satılmayan mallar istehsalçıya qaytanlır. Diqqət çəkən məsələ budur ki, onlann bəziləri hal-hazırda zərərlə işləsələr də, bazarda

qalmaq üçün bu mağazaları maliyyələşdirməkdə davam etməkdədirlər [81]. Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən

“Pervomayskaya Zarya” Qapalı Səhmdar Cəmiyyəti (qadın geyimləri istehsalı) qərb şirkətlərinin təcrübəsini öyrənərək hələ keçən əsrin 90'Ci

illərinin sonlarında öz firma mağazalannı təşkil etmişdir. Artıq 2003-cü ildən etibarən müəssisənin istehsal etdiyi məhsulun ümumi həcminin təxminən V*-ə qədəri Sankt-Peterburq, Moskva və digər şəhərlərdəki şəxsi firma şəbəkələri (“Befree”) tərəfindən realizə olunur [91].

İtaliyanın Milan Toxuculuq və Tikiş Sənaye Konserni 2006-cı ildə məhsul satışının həcmini 780 mlyn. avroya, xalis mənfəətini isə 60,3 mlyn. avroya çatdırmışdır. Konsernin xalis mənfəəti 2005-ci illə müqayisədə 20,3% artmışdır ki, bunun da %-ü geyim əşyalannın satışının payına düşür. “TextileWirtschaft” jurnalı (2007-ci il, XsS) konsernin rəhbərliyinin məlumatlanna istinadən təkcə pərakəndə ticarətdə müşahidə edilən 16,3%-lik artıma 41 yeni açılan firma mağazasının hesabına nail olunduğunu yazır. Bununla da konsernin 2006-cı ilin sonuna 60 Ölkədə (o cümlədən Çin, Argentina, Almaniya, Yaponiya, ABŞ və s.) fəaliyyət göstərən firma mağazalarının sayı 501-ə çatmışdır [82].

Yoxlama üçün suallar: ♦ Firmalarda idarəetmənin təşkilində idarəetmə sisteminin

hansı kateqoriyalarından istifadə edilir? ♦ Firmanın kommersiya fəaliyyətinin idarə edilməsinin

təşkilati strukturu nəyə əsasən formalaşır? ♦ Kommersiya fəaliyyətinin idarə edilməsinin təşkili

prosesinin əsas elementləri hansılardır? ♦ Kommersiya fəaliyyətinin təşkilinin əsas nəzəri-

metodoloji prinsiplərini göstərin. ♦ Kommersiya fəaliyyətinin təşkilati strukturunun

formalaşmasına hansı tələblər qoyulur?

94

Page 95: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

♦ Kommersiya fəaliyyətinin təşkilati strukturunun fəaliyyət göstərməsi üçün əməyin bölgüsünü həyata keçirən təsiredici dəstəklər hansılardır?

♦ Kommersiya xidmətinə daxil olan şöbələrin təşkilati strukturunun formalaşmasına təsir edən "strateji” amilləri göstərin.

♦ Kommersiya xidmətinin funksional və divizional prinsip əsasında qurulmuş təşkilati struktularmın fərqli cəhətlərini göstərin.

♦ Tədarük şöbəsinin əsas vəzifələri hansılardır? ♦ Müəssisələrin maddi-texniki təminatının idarə

olunmasının təşklində hansı formalardan istifadə olunur? ♦ Maddi-texniki təminatın idarə olunmasının təşkilində

istifadə edilən prinsipləri göstərin. ♦ Funksional, əmtəə və kombinələşmə prinsipi əsasında

qurulmuş tədarük xidməti strukturlarının fərqli cəhətlərini açıqlayın.

♦ Tədarük şöbəsinin vəzifələri və təşkili prinsipləri nəyə uyğun formalaşır?

♦ Firmaların satış xidməti hansı əsas funksiyaları yerinə yetirir?

♦ Firmanın .satış aparatı hansı strukturlar şəklində təşkil edilə bilər?

♦ Satış xidmətinin (şöbəsinin) ayrı-ayrı təşkilati strukturlarının fərqli cəhətlərini göstərin.

♦ İstehsal firmaları üçün ixtisaslaşmış mağazaların yaradılmasının əhəmiyyəti nədən ibarətdir?

95

Page 96: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

V FƏSİL. FİRMALARDA KOMMERSİYA FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ MEXANİZMLƏRİ

5.1. Xammal və maddi ehtiyatların tədarükünün forma və növləri

5.2. Hazır məhsulların satışının əsas forma, üsul və növləri 5.5. Françayzinq - kommersiya fəaliyyətinin xüsusi

formasıdır

5.1. Xammal və maddi ehtiyatların tədarükünün forma və növləri

Firmalarda kommersiya fəaliyyətinin həyata keçirilməsi mexanizmlərinə malgöndərənlər və istehlakçılar ilə kommersiya əlaqələrinin formalaşmasını təmin edən tədarük və satış sistemləri (o cümlədən, növ, üsul, vasitə və kanallar) aid edilir.

İstehsal firma və müəssisələrində nəzərdə tutulan istehsal prosesinin normal, ardıcıl şəkildə həyata keçirilməsi üçün, ilk növbədə, onlar maddi ehtiyatlarla zəruri miqdar, keyfiyyət və çeşiddə təmin olunmalıdırlar. Bu məqsədlə istehsal müəssisəsi istehsal üçün zəruri olan xammal və maddi ehtiyatlan malgöndərənlər və əmtəə bazanmn digər subyektləri vasitəsilə əldə edir. Müəssisənin tədarük istiqamətində həyata keçirilən fəaliyyətini qiymət, keyfiyyət, vaxt və digər amillər də nəzərə alınmaqla ümumi formada şəkil 5./.-dəki kimi təsvir etmək olar.

İstehsal firma və ya müəssisəsinin xammal və maddi ehtiyatlara olan tələbinin müəyyən edilərək ödənilməsi istiqamətindəki fəaliyyəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:

• Xammal və materiallara olan tələbatın müəyyən edilməsi;

96

Page 97: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

• Təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtib edilməsi; • Mümkün (mövcud və potensial) malgöndərənlər siyahısının

dəqiqləşdirilməsi; • Daha əlverişli malgöndərənin (təchizatçınm) seçilməsi; • Seçilmiş malgöndərənlə danışıqların aparılması;

• Müqavilənin bağlanması;

• Malgöndərənlə alıcının tədarük prosesindəki qarşılıqlı

fəaliyyəti;

• Xammal və materiallara olan tələbatın ödənilməsi [92, s.

62].

Ş^kil 5.1. Sənaye müəssisələrində tədarük prosesinin sxemi.

Bir çox hallarda müəssisə rəhbərliyi tərəfindən malgöndərənin

işinin qiymətləndirilməsi və gələcəkdə ona yenidən

97

Page 98: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimlif M.M. Hüseynov

müraciət edilib-edilməməsi haqqındakı qərarın qəbulu da tədarük

prosesinə aid edilir.

Sənaye müəssisələrinin istehsal-texniki təyinatlı məhsullarla

təminatının iki başlıca iqtisadi-təşkilati forması məlumdur:

1. tranzit;

2. anbar təchizatı [38, s. 255].

Tranzit forma nisbətən ucuz başa gəlir və əmtəənin

istehsalçıdan bilavasitə istehlakçıya çatdırılması müddəti daha

sürətli olur. Bu formanın seçilməsi zamanı tranzit və sifariş

normalan əsas götürülür.

Tranzit norması - istehsalçı müəssisədən bir sifarişlə bir

istehlakçıya göndəriləcək məhsulun ümumi həcmini ifadə etməklə

istehlakçı müəssisə ilə nəqliyyat təşkilatının münasibətlərini

tənzimləyən hüquqi normativ aktdır.

Sifariş norması - istehlakçının istehsalçıya bir dəfəyə

göndərmək üçün öhdəsinə götürdüyü material həcminin minimum

miqdarıdır. İstehsalçı müəssisə istehlakçıdan götürdüyü sifarişi

öznün maraqları həddində qəbul edir.

Tranzit və sifariş normalannm tranzit formasının seçilməsinə

imkan vermədiyi halda maddi-texniki təminatın anbar forması

seçilir. Bu formada materiallar regionda olan anbarlara göndərilir.

Tranzit formada müəssisədə yaradılan istehsal ehtiyat- lannın

həcmi anbar formasına nisbətən çox olur. Bununla yanaşı, hazırda

bu formalardan hansının daha səmərəli olması haqda alimlər

arasında yekdil bir fikir mövcud deyil. Eyni zamanda, bu formalar

arasında ən optimal variantın müəyyənləşdirilməsi və onların

şəraitə uyğun təkmilləşdirilməsi yekun nəticədə müəssisənin

xərclərinin həcmi səviyyəsinin aşağı salınmasına imkan verir.

Müəssisədə bu formaların istifadə edilməsində əhəmiyyətli

98

Page 99: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya foaliyyətinin osasları

rol oynayan başlıca, həlledici amillərdən nəqliyyat və tədarük

(anbar və ya saxlanma) xərcləri göstərilir.

Sənaye müəssisələrində tələb olunan materialların müəyyən

edilmiş həcmindən asılı olaraq istifadə ediləcək tədarük növü təyin

olunur və tədarük fəaliyyəti həyata keçirilir.

Xammal və materialların tədarükünün aşağıdakı növləri

məlumdur:

1. Birbaşa istehsalçılardan satınalmalar - bu növdən bir qayda

olaraq, iri həcmdə maddi ehtiyatlann əldə olunması zamanı istifadə

edilir;

2. Birja, hərrac və ya vasitəçilərdən satınalmalar -* bu növ

daha geniş yayılmışdır. Bu zaman sənaye müəssisələri kəskin

mövsümi və şəraitə uyğun qiymət enib-qalxmalanna malik xammal

almaq imkanına malik olurlar. Bu növdən daha çox yeyinti,

gön-dəri və toxuculuq sənayesi müəssisələri istifadə edirlər;

3. Pərakəndə satış firmalanndan (mağazalardan) satınalmalar

- bu növdən xammalın kiçik hissələrlə alqışı və ya istehsalın

ardıcıllığının təmin edilməsi üçün təcili tədarük fəaliyyətində

istifadə edilir. Çünki vasitəçilər məhsulu ünvanına daha tez

çatdırmaq imkanına malikdirlər;

4. Sərbəst ticarət yolu ilə tədarük növü - bu, daha çox iri

xammal partiyaları tədarükündə geniş yayılmışdır. Bir çox hallarda

hər hansı bir növ məhsul almaq haqqında qərar qəbul etmiş alıcılar

(adətən, iri müəssisələr, o cümlədən dövlət müəssisələri) tərkibinə

ekspertlər daxil olan tender komitələri və ya komissiyaları

yaradırlar.

Tender komitələri al qı-satqı işinin apanimasını təşkil edir,

yəni alqı-satqı haqqında elanlar nəşr etdirir, iştirakçılar arasında

alqı-satqı şərtlərini elan edir, potensial satıcılann təkliflərini

yoxlayır və nəhayət sifariş verilməsi haqqında qərar qəbul edir.

Beləliklə, alıcı müəssisə, malgöndərənlər

99

Page 100: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, MM. Hüseynov

arasında əvvəlcədən təyin edilmiş şərtlərə əsasən, ona lazım olan

məhsul üçün müsabiqə elan edir. Təqdim olunmuş təkliflərin

müqayisəsindən sonra alıcı müəssisə daha sərfəli məhsul satıcısı ilə

müqavilə bağlayır.

Tədarük zamanı müəssisənin müvafiq şöbələri tərəfindən

tədarük strategiyası hazırlanmalıdır. Tədarük strategiyasında tələb

olunan malların ölkə daxilindən, yoxsa ölkədən kənarda alınacağı

da müəyyən edilməlidir. Bu istiqamətdə qəbul edilən qərar elmi və

iqtisadi səmərəlilik baxımından əsaslandınimalı, hesablamalar yolu

ilə dalıa səmərəli variant seçilməlidir. Bu zaman bazarın mövcud

vəziyyəti, qiymətlərin səviyyəsi, müəssisənin özünün istehsal

imkanları təyinedici rol oynayır.

Hər bir xammal və maddi ehtiyat növü üçün müvafiq tədarük

növü seçilə, həmçinin şəraitdən asılı olaraq bu növlərin müxtəlif

kombinasiyaları da tətbiq edilə bilər. Məsələn, alman iqtisadçısı

E.Trosman şəraitdən asılı olaraq istehsal üçün zəruri olan hər bir

xammal və material növü üçün alternativ kombinasiyaların (icarə,

lizinq, kirayə, həmçinin mallann səmərəli çatdmlmasmm digər

formalan) da mövcud olduğunu qeyd edir [121, s. 587].

İnkişaf etmiş ölkələrdə (məs. ABŞ-da) əmtəə və xidmətlərin

alqı-satqısı prosesində tədarük şöbəsinin işçisi hər birinin

özünəməxsus xüsusiyyətləri olan bir sıra alət və üsullardan istifadə

edir.

Buraya aşağıdakılar aiddir:

• mal çatdırmalan üzrə sifarişlər; • tədarük müqavilələri; • icarə (lizinq) müqavilələri.

Tədarük fəaliyyətinə müəssisə rəhbərliyi tərəfindən daima

nəzarət edilir. Yəni heç bir halda bağlanmış hər hansı müqavilənin,

apanimış sövdələşmənin müəssisənin (firmanın, şirkətin)

maraqlarına cavab verməsinə şübhə belə

100

Page 101: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

olmamalıdır. Bununla əlaqədar olaraq, bəzi firmalarda təsərrüfat

əməliyyatlarının həyata keçirilməsi və sövdələşmə zamanı fınna

əməkdaşlannın riayət etməli olduqlan etik norma və qaydalan

özündə əks etdirən müəyyən sənədlər mövcud olur.

5.2. Hazır məhsulların satışının əsas forma, üsul və

növləri

İstehsal müəssisələrinin kommersiya fəaliyyətinə daxil olan

satış işinin əhəmiyyətini də xüsusi olaraq qeyd etmək vacibdir. İlk

baxışdan bəsit bir fəaliyyət sahəsi kimi görünən satış işi əslində

kifayət qədər mürəkkəb və çoxtərəfli bir prosesdir.

Satış ~ müəssisənin qarşısına qoyulan strateji məqsədlərə

çatmaq, məhsulların pula çevrilməsi, həmçinin istehlakçıların

zövq və tələbatlarının aşkar edilərək ödənilməsi üçün hazır

məhsulun realizə edilməsi prosesidir.

Müəssisə ancaq məhsulu satmaqla və mənfəət əldə etməklə

son məqsədə nail olur, yəni istifadə olunmuş kapital yenidən öz

dövriyyəsini başlaya biləcəyi pul formasını qəbul edir.

Bazar iqtisadiyyatı şəraitində sənaye müəssisəsinin satış

istiqamətindəki kommersiya fəaliyyətinə aşağıdakılar daxil edilir:

• Alıcılarla (fərdi kommersantlar, kommersiya təşkilatları,

o cümlədən topdansatış müəssisələri) alqı- satqı

müqavilələrinin bağlanması ilə yekunlaşan kommersiya

əlaqələrinin yaradılması;

• Satış proqramının hazırlanması;

• Məhsullann göndərilməsi cədvəllərinin tərtib edilməsi və

müqavilədə nəzərdə tutulduğu halda onlann alıcılara

çatdırılması üçün yüklənməsi;

101

Page 102: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimlif M.M. Hüseynov

• Satılmış məhsula görə alıcılarla hesablaşmalann

apaniması;

• Alıcılarla hesablaşmalara, onlann ödəmə

qabiliyyətliliyinə nəzarət edilməsi.

Müəssisədə hazır məhsulun sexlərdən qəbulu və yüklənərək

alıcılara göndərilməsi mərhələsi əksər hallarda operativ-satış

fəaliyyəti adlandırılır. Məhsulun çatdıniması üzrə vəzifə və

öhdəliklərin dəqiq, vaxtında və tam şəkildə yerinə yetirilməsi

vacibdir. Bunun üçün müəssisə rəhbərliyi tərəfindən satış

fəaliyyəti haqqında dəqiq məlumat əldə edilməli, təsərrüfat

şəraitindəki dəyişikliklər, müxtəlif xarici və daxili amillərin təsiri

nəzərə alınmalıdır.

Hər bir müəssisənin operativ-satış fəaliyyətinin buraxılan

məhsulun təyinatı, satışın idarə edilməsinin strukturu, müəssisənin

sahəvi xüsusiyyətləri və s. ilə bağlı özünəməxsus cəhətləri

mövcuddur. Bu baxımdan sənaye müəssisəsinin operativ-satış

fəaliyyəti aşağıdakılan nəzərdə tutur:

-hazır məhsulun alıcılara çatdıniması ilə bağlı plan-

qrafiklərin hazırlanması;

- məhsulun sexlərdən qəbul edilərək göndərilməyə

hazırlanması;

- alıcılara göndərilmənin təşkil edilməsi və göndərilmə ilə

bağlı sənədlərin tərtib edilməsi;

- alıcılann sifarişlərinin yerinə yetirilməsinə, onlann ödəmə

qabiliyyətli olmalanna nəzarət edilməsi;

-müəssisənin nəqliyyat vasitələrinə olan tələbatının müəyyən

edilməsi və s.

Son dövrlərdə bütün dünya miqyasında iqtisadi inteqrasiya

proseslərinin güclənməsi, ölkələr arasında iqtisadi-ticarət

əlaqələrinin genişlənməsi müəssisələrin öz imkanlannı daha

düzgün qiymətləndirmələrini tələb edir. Bu isə, satışın

planlaşdınimasına diqqətin artınimasını mühüm bir vəzifə

102

Page 103: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

kimi qarşıya qoyur. Satışın planlaşdırılmasına əsasən aşağıdakılar

daxildir:

> müəssisənin satış planının (proqramının) tərtib edilməsi;

> sifarişlər portfelinin formalaşdıniması;

> məhsul satışının daha səmərəli kanallannın seçilməsi;

> əmtəə satışının həcminin regionlar üzrə bölgüsü.

Sənaye müəssisələrində məhsul satışının əlverişli forma,

üsul (sistem) və növlərinin tətbiq edilməsi böyük əhəmiyyətə

malikdir. Eyni zamanda ayrı-ayn məhsullar üçün müvafiq satış

kanalının uzunluğunun seçimi də vacibdir.

Sənaye müəssisələrində məhsul satışının əsasən iki - topdan

və pərakəndə satış formalarından istifadə edilir. Bundan başqa,

bəzən topdan və pərakəndə satış mərhələləri ayrı-ayrılıqda öz

funksiyalarını yerinə yetirməklə eyni bir müəssisə daxilində vahid

rəhbərlikdə birləşdirilə billərlər [121, s. 706].

Məlumdur ki, müəssisələr məhsul ehtiyatının yaradılması,

onun saxlanması, satışı ilə əlaqədar böyük xərclərlə qarşılaşırlar.

Buna baxmayaraq, çox zaman iri müəssisələr istehlak bazarında

məhsul satışım qismən nəzarətdə saxlamağa və rəqiblər üzərində

üstünlüyə malik olmağa can atırlar. Bu məqsədlə sənaye

müəssisələri topdan satış forması ilə yanaşı, özünəməxsus

pərakəndə satış formalarından da istifadə edirlər. Buraya

aşağıdakılan misal göstərmək mümkündür:

> reklam vasitəsilə satış;

> şəxsi filiallar;

> şəxsi çatdırılma xidmətləri;

> anbar müəssisələri;

> distribyutor-müştərilər;

> poçt göndərişləri;

> kataloq üzrə sifarişlər;

103

Page 104: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M,M. Hüseynov

> birbaşa marketinq;

> françayzinq (və ya franşiza) sistemi;

> İnternet vasitəsilə satış (elektron kommersiya);

> telefon-telemarketinq;

> ticarət avtomatları vasitəsilə satış və s. [24, s. 368;

69].

S.N.Tretyak qeyd edir ki, Fransada hazır paltar və ayaqqabı

istehsalçıları öz nümayəndələri vasitəsilə bilavasitə pərakəndə

ticarətçilərlə əməkdaşlıq etməyə meylli olurlar. Çünki bu sahədə

dəb amili böyük əhəmiyyət kəsb edir.

Bir sıra Amerika mütəxəssisləri tərəfindən reklam vasitəsilə

satış forması “vasitəçisiz satış” şəklində də təqdim edilir. Bu

forma aşağıdakı əsas üstünlük elementlərinə malikdir:

-interaktiv sistemlərdən istifadə;

-çoxsaylı kütləvi informasiya vasitələrinin iştirakı;

-istehlakçıların reaksiyasının ölçülə bilmə imkanı;

-satışın istənilən yerdən həyata keçirilə bilməsi [106].

Topdan və pərakəndə satış formaları məhsulun istehlakçılara

çatdıniması üçün istifadə edilən satış üsullarının, növlərinin və

kanallarının başlıca xüsusiyyətlərini müəyyən edir.

Müəssisə öz məhsulunu satmaq üçün adı çəkilən satış

formaları çərçivəsində bir sıra satış üsullarından istifadə edir.

İstehlakçılarla əlaqə baxımından aşağıdakı satış üsullan

məlumdur:

^ birbaşa - vasitəçisiz və ya şəxsi satış (müəssisənin

əməkdaşları - satış xidməti, mağazalar, agentlər, satış sərgiləri,

yarmarkalar və müəssisənin ştat cədvəlinə daxil olmayan

müvəqqəti işçi qüvvəsi - ticarət nümayəndələri, komissionerlər,

dəllallar);

104

Page 105: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

^ dolayı - vasitəçilərlə (çox zaman istehsalçıdan asılılığı

olmayan müstəqil ticarət təşkilatlan və ya nümayəndəlikləri

vasitəsilə);

müştərək - göstərilən hər iki sistemi uzlaşdırmaq yolu ilə

(müştərək satış firmalan, müştərək satış haqda razılaşmalar, satış

assosiasiyalan və birlikləri vasitəsilə).

Müəssisənin satış agentinin üstünlüyü - satılan məhsulu yaxşı

tanıması, müstəqil ticarət nümayəndəsinin üstünlüyü isə,

müştərilərlə yaxşı qurulmuş əlaqələrdir. Satışın müəyyən bir

həddinə qədər ticarət nümayəndəsinin saxlanılmasına çəkilən

xərclər agentin xərclərindən az olur. Lakin satışın həcminin

artması ilə ticarət nümayəndəsinin komisyon xərclərinin məbləği

də artır. Odur ki, satışda müəyyən həcm əldə olunduqdan sonra

agentə malik olmaq daha sərfəlidir [113, s. 70].

Birbaşa və dolayı satış üsullannın hər birinin konkret şəraitdə

öz müsbət və çatışmayan cəhətləri var. Buna görə də onlardan

hansının daha səmərəli olması haqqında eyni bir yanaşma mövcud

deyil. Məs., qeyd edilir ki, birbaşa satış maksimum nəzarəti təmin

etsə də baha başa gəlir və bir sıra funksiyaların yerinə

yetirilməsində çevik deyil [77, s. 428].

Dolayı satış üsulunun üstünlük və çatışmazlıqlannı təyin

etmək daha çətin hesab edilir. Bu, aşağıdakılarla izah edilir:

> bazar iqtisadiyyatı şəraitində əmtəə bazan müstəqil və

əksər hallarda demək olar ki, idarə olunmazdır;

> müəssisə tərəfindən bazann mövcud şəraitinə uyğun

strategiyanın hazırlanması və ya şəraitə uyğun

dəyişdirilməsi çox vaxt apanr;

> əmtəələrin çatdırılmasına zəmanət vermək demək olar ki,

qeyri-mümkündür;

> müştərilərlə birbaşa təmas mövcud deyil.

Müasir dövrdə hər bir sənaye müəssisəsinin qarşısında daha

əlverişli satış (bölgü) kanalının seçimi və ya bir neçə

105

Page 106: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M.M, Hüseynov

satış kanallarının mümkün kombinasiyalarından istifadə edilməsi

vəzifəsi də durur.

Satış (bölgü) kanalı dedikdə, konkret bir əmtəənin

istehsalçıdan istehlakçıya doğru hərəkəti yolunda mövcud olan və

ya bu prosesin həyata keçirilməsində iştirak edən müəssisə və ya

ayrı-ayrı şəxslərin məcmusu başa düşülür.

Müəssisənin fəaliyyətinə təsir edən xarici və müəssisədaxili

şərtlər həmişə dəyişdiyindən uzun müddət üçün səmərəli satış

kanalı seçmək mümkün deyil. Satış kanalının seçimi bir çox

amillərdən asılı olur. Bu baxımdan satış kanalı aşağıda təqdim

edilən meyarlar vasitəsilə qiymətləndirilə bilər:

> müəyyən dövr ərzində kanal üzrə satışın həcmi;

> salış kanalından əldə edilən mənfəət;

> istehsalçının məsrəfləri;

> satışın həcminin artma templəri;

> reklam, xidmət, eneji daşıyıcıları və s.-yə çəkilən xərclərin

artması;

> xarici mühit amillərinin (məs. dövlətin vergi və gömrük

siyasətinin) dəyişməsi;

> nəqliyyat tariflərinin dəyişməsi;

> satış kanalında istehlakçılara göstərilən xidmətlərin

növləri;

> sifarişin yerinə yetirilmə sürəti və s. İstehsal firma və müəssisələrində əsasən şəkil 5.2.-də təqdim

edilən satış kanallarından istifadə olunur. Sıfır səviyyəli və ya “birbaşa marketinq” kimi təqdim edilən

satış kanalı əmtəənin istehsalçıdan birbaşa istehlakçıya, yəni vasitəçisiz çatdırılmasıdır.

Bu satış kanalından daha çox istehsal vasitələrinin satışında istifadə olunur. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə birbaşa satış kanalında əsasən 3 vasitədən istifadə edilir: səyyar ticarət; bağlama göndərişləri və istehsalçıya mənsub olan mağaza vasitəsilə.

106

Page 107: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

s

C)

Page 108: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M. Hüseynov

Göstərilən kanallardan başqa təcrübədə çoxsəviyyəli kanallar mövcud olsa da əksər hallarda istehsalçılar belə kanallardan istifadə etməkdən çəkinirlər. Çünki istehsalçı nöqteyi nəzərindən çoxlu sayda səviyyələrin mövcudluğu nəzarətin itirilməsi və kanalın mürəkkəb olması deməkdir.

Satış kanalının seçilməsi ilə yanaşı hər bir məhsulun satış və ya çatdınima növü də nəzərə alınmalıdır. Çünki satış növünün seçimindən hər bir kanalın məhsulun alıcıya çatdıniması ^nksiyalannm yerinə yetirməsi, çatdırılma üçün tələb olunan xərclərin həcmi, məhsulun yerləşdirilməsinə nəzarət səviyyəsi asılı olur.

Müasir kommersiya təcrübəsində əsasən 3 satış növü və ya strategiyalanndan istifadə edilir:

1. intensiv (məhsul satışında böyük sayda müxtəlif vasitəçilərdən istifadə edilməsi);

2. selektiv və ya seçmə (məsələn, bazarda nüfiıza malik firmaların məhsullannın satışında ticarət vasitəçilərinin sayının məhdudlaşdıniması);

3. xüsusi imtiyaz və ya müstəsnahq hüququ əsasında (müəyyən bölgə və ya bazarda satış üçün məhdud sayda ticarət müəssisələrinə, dilerlərə, agentlərə və s. müstəsna hüquq verilməsi).

Xüsusi imtiyaz əsasında fəaliyyət göstərən ticarət müəssisələri, dilerləri və s.-dən rəqib firmaların əmtəələrinin satışı ilə məşğul olmama tələb edilir.

ABŞ-ın Çikaqo universitetinin professoru R.X.Qertner və “Lexecon” şirkətinin əməkdaşı R.S.Stillmanın araşdırmalarına görə, “Abercrombie & Fitch”, “Eddie Bauer”, “The Gap”, “J.Crew”, “Lands’ End”, “The Limited”, “L.L.Bean” və b. şirkətlər satış üçün eksklüziv (xüsusi) hüququn verilməsi hesabına hətta firma mağazalanna sahib olan tanınmış şirkətlərə (“Calvin Klein”, ‘TSlautica”, “Polo Ralph Lauren”, “Tommy Hilfıger” və b.) nisbətən daha çox gəlir əldə edə bilirlər [150].

108

Page 109: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Müasir şəraitdə əmtəələrin bazara yürüdülməsi prosesində bölgü kanalının uzunluğunun müəyyənləşdirilməsi də vacib əhəmiyyət kəsb edir. Satış (bölgü) kanalının uzunluğu və istehsal-satış prosesinə nəzarət baxımından istehsal müəssisələri tərəfindən əsasən aşağıdakı satış üsullarından istifadə olunur:

^ korporativ (istehsaldan satışadək bütün mərhələlərin nəzarətə götürülməsi);

^ sifariş (və ya müqavilə); “azad bazar”.

Məhsullarını “əvvəlcədən məlum olan bazar”, daha doğrusu uzunmüddətli müqavilələr, dövlət sifarişləri üzrə istehsal edən və çatdıran istehsal müəssisələri sifarişlər portfelini formalaşdırırlar.

Sifarişlər portfeli müqavilələr əsasında müəy>ən bir müddət ərzində istehsal edilərək istehlakçılara satılmalı olan məhsulun kəmiyyətini əks etdirir və müəssisəyə bu müddət ərzində edilən bütün sifarişlərin dəyəri ilə müəyyən olunur.

ABŞ-da bütün pərakəndə satış ticarətinin ümumi həcminin təxminən V^-\ bu sxem üzrə həyata keçirilir.

“Azad bazar” üçün məhsul istehsal edən müəssisələr isə satış planının (proqramının) hazırlanmasında maraqlı olmalıdırlar. Satış planı - planlaşdırılan dövr (müddət) ərzində məhsul satışından əldə edilməsi gözlənilən mədaxili nəzərdə tutur. Satış planı bazann tələbat və xüsusiyyətlərinin, həmçinin müəssisənin istehsal imkanlanmn araşdırılması əsasında tərtib edilir.

Azad satış istehsalçını məcbur edir ki, bazarı hərtərəfli öyrənsin, istehlakçı ilə birbaşa əlaqə yaratsın, bazarın hər bir seqmentinə müntəzəm surətdə nəzarət etsin. Beləliklə də, istehsalçıya bazarda öz məhsuluna olan tələb və təklif arasındakı mövcud asılılığı bilmək zəruridir.

Məhsul təklifi onun qiyməti, digər anoloji mallann qiymətləri, istehsalda tətbiq edilən texnologiya, vergi və dotasiyaların səviyyəsi, təbii-iqlim şəraiti ilə müəyyən edilir.

109

Page 110: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahintUj M.M. Hüseynov

Məhsula olan istehlakçı tələbatı isə, əsasən, məhsulun qiymətindən, alıcılann gəlirlərinin səviyyəsi və həyat şəraitindən, zövqlərindən, onlann əmtəəyə münasibətlərindən, məhsulun istifadəsinin mövsümiliyindən də asılı olur.

İstehsalçı ilə bazarın maraqlarının uzlaşdırılması üçün müəssisədə yeni məhsul çeşidinin planlaşdıniması satış və marketinq şöbələrinin qarşılıqlı əlaqəsi vasitəsilə yerinə yetirilməli, məhsulun həyat tsikli (dövrü) nəzərə alınmalıdır.

5.3. Françayzinq - kommersiya fəaliyyətinin xüsusi

formasıdır

Hazırda ABŞ, Kanada, Yaponiya, Avstraliya, Fransa, Almaniya və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə “françayzinq” və ya “franşiza” əsasında sahibkarlıq fəaliyyətinin təşkilinə böyük diqqət yetirilir.

Beynəlxalq Françayzinq Assosiasiyasının verdiyi tərifə əsasən, “françayzinq - françayzerlə françayzi arasında birincinin biliyi, imici, uğuru, istehsal üsulları və marketinq tədqiqatlannm ikinciyə hər iki tərəfin maraqlannın təmin olunması hesabına ötürülməsi əsasında yaradılmış daimi münasibətlər sistemidir”.

Sadə desək, bu biznesin təşkilinin elə bir formasıdır ki, bu zaman iri şirkət müqavilə əsasında hüquqi və ya fiziki şəxsə şirkətin məhsulunu satmaq və ya xidmətlər göstərmək hüququ verir.

Orta əsrlərdə İngiltərədə yaranmış françayzinq yalnız XIX əsrin ortalanndan ABŞ-da geniş istifadə olunmağa başladı [135]. İlk olaraq “Singer Sewing Machine Company”-də françayzinqdən istifadə edilməyə başlandı. Bu şirkətin uğuru françayzinqin “McDonald’s”, “Holiday Inn”, “Budget-Rent-a-Car” və s. kimi məşhur firmalarda istifadəsinə yol açdı.

110

Page 111: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

XX əsrin 30-cu və 70-ci illərində ABŞ-da baş vermiş iqtisadi böhranlar dövründə də françayzinq öz səmərəliliyini subuta yetirdi [31, 507].

“Mr.Doors Home Inc.” firmasının məlumatlarına əsasən, ABŞ-da kiçik müəssisələrin 77%-i 5 il, 82%-i isə 10 ildən artıq fəaliyyət göstərə bilmədiyi halda, firançayzinq- müəssisələrin müvafiq olaraq 92%-i 5 ildən artıq və 90%-i 10 ildən artıq müddətdə öz fəaliyyətini davam etdirə bilir [137].

Hazırda ABŞ-da pərakəndə əmtəə dövriyyəsinin 40%- dən çoxu, Avropa ölkələrində isə 5-30%-i françayzinq sisteminin payına düşür. ABŞ-da françayzinq əsasında fəaliyyət göstərən müəssisələrin pərakəndə satışmm həcmi təqribən 1,5 trilyon dollar təşkil edir.

Bu gün beynəlxalq françayzinq bazarı böyüyür və ən perspektivli sahələrdən hesab olunur. Françayzinqdən 75 biznes sahəsində istifadə olunur. Hazırda 80-ə yaxın ölkədə Ümumi Milli Məhsulun təqribən 13%-i (ABŞ-da 15%) françayzinq firmaları tərəfindən yaradılır. Beynəlxalq Françayzinq Assosiasiyası gələcəkdə françayzinq sisteminin pərakəndə ticarətdə böyük paya ( təxminən satışın 50%-i) sahib olacağını proqnozlaşdırır [102].

Dünyada təxminən 16500 ffançayzer və 165500-dən artıq fi-ançayzi fəaliyyətdədir. Fransa Françayzinq Federasiyasının məlumatlarına görə, xüsusilə hazır geyim əşyalarının satışında françayzinqin rolu əhəmiyyətli dərəcədə böyükdür. Ölkədə bu sahə üzrə 5000-ə yaxın satış məntəqəsi fəaliyyət göstərir. Almaniya Françayzinq Assosiasiyası isə, françayzi obyektlərinin XXI əsrin ilk onilliyində hər il 10- 15% artacağını proqnozlaşdırmışdır.

Öz fəaliyyət istiqamətlərinə görə aşağıdakı françayzinq sistemləri məlumdür: əmtəə;

^ texnoloji; hazır biznes formatı;

111

Page 112: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A, İbrahimliy M.M. Hüseynov

servis; xidmət sahələrində servis; məlumat-marketinq-texnoloji;

^ “tam”. Françayzer müqaviləsinin predmetini bir şirkət (françayzer)

tərəfindən digər şəxs və ya şirkətə (ffançayzi) tam bir biznes sisteminin ötürülməsi təşkil edir. Biznes sisteminə aşağıdakılar aid edilə bilər: ticarət nişanı;

^ dizayn; ^ şirkətin standartlan; ^ marketinq siyasəti; ^ idarəetmə üsulları; ^ heyətin təlimi və s. Sənaye müəssisələri tərəfindən çox zaman ffançayzaya

əsasən aşağıdakı istiqamətlərdə kömək göstərilir: -ticarət nişanından (markasından) istifadə etmək hüququnun verilməsi;

-ticarət nişanından istifadə hüququna görə satışdan gələn gəlirdən faizin (royalti) tutulmaması;

- ətraflı biznes-planın tərtib edilməsi; -mağazanın firmanın konseptual modelinə əsaslanan dizayn-layihəsinin hazırlanması;

-ticarət avadanlığının hazırlanması və yerləşdirilməsi (və ya ticarət avadanlığının dəyərinin sonradan hissələrlə ödənilməsi şərtilə satışı);

-mağazanın açılışı ərəfəsində müəyyən məsləhətlərin (vitrin tərtibatı, məhsulun düzgün yerləşdirilməsi və reklam işinin təşkili) verilməsi üçün firma tərəfindən mütəxəssislərin ezam olunması;

-mağazanın satış heyətinin təlimatlandırılması (lazım gəldikdə müəssisənin digər apancı firma mağazalarında təcrübələrin təşkili);

-yeni məhsullann təqdim olunma mərasimlərində iştirak;

112

Page 113: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya foaliyyaänin əsaslan

- qəbul edilmiş sifarişlərin hazırlanması; -sifarişlərin hazırlanması zamanı müvafiq təlimatlan- dırma işlərinin aparılması;

- faizsiz məhsul kreditlərinin təqdim edilməsi imkanlan; - şəhərin müəyyən hissəsində, bir və ya bir neçə şəhərdə firma mallan ilə xüsusi ticarət hüquqlanmn verilməsi

- regional nümayəndəlik hüquqlanmn verilməsi və s. Bütün bunlarla yanaşı, firma tərəfindən ffançayziyə

müəyyən tələblər də qoyulur: - şəxsi və ya uzunmüddətli ticarət meydançalarının, satış məntəqəsi açmaq üçün kifayət qədər maliyyə vəsaitlərinin mövcudluğu;

-planlaşdınlmış məhsul dövriyyəsinin və perspektiv inkişaf planlarının yerinə yetiriməsi;

- müqavilənin maliyyə və digər şərtlərinə əməl edilməsi; - françayzer tərəfindən verilən kreditlərə bank zəmanətinin təqdim edilməsi və s.

Azərbaycan Republikasımn Mülki Məcəlləsində françayzinq müqavilələri haqqında maddə (Maddə 723) nəzərdə tutulmuşdur. Lakin ölkəmizdə yerli müəssisələr tərəfindən françayzinq müqavilələrindən istifadə o qədər də geniş yayılmamışdır və əsasən xarici sahibkarlar onu tətbiq edirlər.

Yoxlama üçün suallar: ♦ Firma və ya müəssisənin xammal və maddi ehtiyatlara

olan tələbinin müəyyən edilərək ödənilməsi istiqamətindəki fəaliyyəti hansı ardıcıllıqla həyata keçirilir?

♦ Firmaların istehsal-texniki təyinatlı məhsullarla təminatının başlıca iqtisadi-təşkilati formaları hansılardır?

♦ Xammal və materialların tədarükünün hansı növləri məlumdur?

113

Page 114: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

Müəssisənin satış istiqamətindəki kommersiya fəaliyyətinə nələr aiddir? Operativ-satış fəaliyyətinin məzmunu nədən ibarətdir? Satışın planlaşdırılmasına nələr daxildir? Məhsul satışının əsas formalarını açıqlayın. ”Reklam vasitəsilə satış forması ” nədir və hansı əsas üstünlük elementlərinə malikdir? istehlakçılara əlaqə baxımından əsas satış üsullarını göstərin. Satış agentinin üstünlüyünü izah edin. Birbaşa və dolayı satış üsullarının əsas üstünlükləri və çatışmayan cəhətlərini açıqlayın. Satış kanalı nədir? Satış kanalı hansı meyarlar vasitəsilə qiymətləndirilə bilər? Firma və ya müəssisələrdə hansı satış kanallarından istifadə olunur? Əsas satış növü və ya strategiyalarını göstərin və fərqli cəhətlərini açıqlayın. Satış kanalının uzunluğu və satış prosesinə nəzarət baxımından hansı satış üsulları məlumdur? Sifarişlər çantası və satış planının fərqli cəhətlərini göstərin. Françayzinq nədir və hansı françayzinq sistemləri var? Françayzer tərəfindən Jrançayziyə ötürülən biznes sisteminə nələr daxildir?

114

Page 115: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

VI FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNDƏ

REKLAM

6.1. “Reklam ” anlayışı və onun mahiyyəti

6.2. Reklamın məqsədi, vəzifələri və funksiyaları

6.3. Reklamın növləri

6.4. Reklam vasitələrinin təsnifatı

6.5. Reklam müraciətinin məzmunu, forması və strukturu

6.6. Reklamın ictimai-psixoloji əsasları

6.7. Reklam fəaliyyətinin hüquqi tənzimlənməsi və bu sahədə

dövlət nəzarəti

6.1. “Reklam” anlayışı və onun mahiyyəti

İstənilən şirkətin kommersiya fəaliy>^ətinin əsasında öz

məhsulları üçün müştərilərin cəlb edilməsi və mümkün olduğu

halda onlarla uzunmüddətli münasibətlərin qurulması durur.

İstehsal finnası (müəssisəsi) öz məhsullannm satışının həcmini

artırmaq üçün yalnız alıcılann sayının öz-özünə artmasım

gözləmir. Firma özünün (məhsullarının) alıcılar tərəfindən daha

yaxşı tanınması üçün reklama müraciət edir. Yəni, reklam

potensial istehlakçıların əmtəə və xidmətlərin reklam verənə

müraciət etmək yolu ilə əldə edilməsi və ya sifariş olunması üçün

məlumatlandırma aləti kimi çıxış edir.

Bazar münasibətlərinin və sahibkarlığın inkişafı ilə

kommersiya fəaliyyətinin prinsip və üsulları da köklü

dəyişikliklərə məruz qalır. Hər bir müəssisə öz fəaliyyətini

əlahiddə şəkildə deyil, konkret xarici mühit şəraitində həyata

keçirir. Rəqabət firma və şirkətləri yalnız yeni məhsullar deyil,

həm də yeni yeridilmə texnologiyalarının yaradılması sahəsində

səylərin gücləndirilməsinə məcbur edir.

Müasir bazar münasibətləri şəraitində heç bir firma və ya

müəssisə reklam texnologiyalarından istifadə etmədən

115

Page 116: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M. Hüseynov

kommersiya fəaliyyətinin təşklində uzunmüddətli uğura nail ola

bilməz. Məhsulun yaradılmasından tutmuş onun satışına qədər olan

hər bir mərhələ reklam fəaliyyəti ilə fəal müşayiət edilməlidir.

“Reklam” müasirliyin parlaq təcəssümüdür: o hər yerə nüflız edir,

hər yerdə mövcuddur, eyni zamanda xüsusi peşəkarlıq tələb edir.

Reklamm köməkliyi ilə əmtəə bazarı müxtəlif zövq və

tələbatlara, ayn-ayn pul gəlirləri səviyyəsinə, istehlak ənənələrinə

malik alıcılar üçün daha aydın və əl çatan olur.

Bu cəhətdən, müasir dövrdə kommersiya üzrə mütəxəssis

reklamşünaslıq sahəsində geniş biliyə, bacarıqlara və təcrübəyə

malik olmalıdır.

“Reklam” sözü latın mənşəli olub (“reklamera”) “ucadan

çığırmaq” və ya “məlumat vermək” mənasını verir. Belə ki, hələ

bizim eradan əwəl Qədim Yunanıstan və Romanın bazar və

meydanlannda satıcılar tərəfindən müxtəlif məhsullar ucadan

təriflənirdi. Bu termin də elə buradan yaranmışdır.

ABŞ və bir sıra inkişaf etmiş ölkələrdə “reklam” (advertising)

termini yalnız kütləvi informasiya vasitələrində (mətbuat, radio,

televiziya, reklam lövhələri) reklam elanlanm nəzərdə tutur. Bu

termin satışlara kömək edən tədbirlərə (sales promotion),

cəmiyyətin xeyirxah münasibətlərinin əldə edilməsinə

istiqamətlənmiş nüfuzlu tədbirlərə (public relations), həmçinin son

dövrlərdə reklam fəaliyyətinin güclü inkişaf edən xüsusi sahəsinə -

istehsalçının istehlakçıyla birbaşa əlaqəsinə (direct- marketing)

şamil edilmir.

“Kütləvi informasiya vasitələrində reklam”, “sales

promotion”, “public relations” (PR) və “direct-marketing”in fərqi

onlann məqsədlərindədir. [65]

116

Page 117: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Reklamın məqsədi - firma, əmtəə haqqında təsəvvürün

yaradılması, potensial alıcılann məlumatlandmlmasına nail

olunmasıdır;

“Sales promotion”un məqsədi - alışın həyata keçirilməsinə

sövq etmə, əmtəə istehsalı şəbəkəsinin işinin həvəsləndirilməsidir;

“Public relations”un məqsədi (PR) - firmanın

cəmiyyətdə yüksək nüfuza nail olunmasıdır;

“Direct-marketing”in məqsədi - istehsalçı ilə istehlakçı

arasında uzunmüddətli ikitərəfli əlaqənin qurulmasıdır.

Qeyd edilməlidir ki, yalnız “direct-marketing” göstərilən

digər anlayışlardan fərqli olaraq fərdi (individual) xarakterə

malikdir.

Reklam - əhalinin əmtəə haqqında məlumatlandırılması,

onunla tanışlığı, onu almağın zəruriliyinə inandırılması prosesidir.

Bununla bərabər, müasir reklamın xarakterik cəhəti onun

sənaye və xidmət firmalarında istehsal-satış fəaliyyətlərinin idarə

edilməsi prosesinə cəlb edilməsi ilə əlaqədar rolunun artmasıdır.

Bazar münasibətləri kommersiya fəaliyyətinin səmərəli

surətdə təşkili üçün müəssisənin kommunikasiya strategiyasının

yüksək səviyyədə formalaşdınimasmı şərtləndirir.

İnkişaf etmiş qərb ölkələrində çoxdan qəbul edilmiş

inteqrasiya olunmuş marketinq (IMKK) kommunikasiyalan

kompleksinin əsas məqsədi əmtəə və xidmətlərin satışının

həvəsləndirilməsidir. İMKK-nin mahiyyəti marketinq

kommunikasiyalannm “kütləvi informasiya vasitələrində reklam”,

“sales promotion”, “public relations” (PR) və “direct-marketing”

kimi elementlərinin öz aralannda yaxşı əlaqələndirilməsi, qarşılıqlı

surətdə uzlaşdmlmasıdır. Yalnız marketinq kommunikasiyalarının

müxtəlif elenmentlərinin

117

Page 118: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

düzgün sintezi nəticəsində istehlakçıya maksimal təsir effekti əldə

edilə bilir. (Şəkil 6.1.)

Şəkil 6.1. inteqrasiya olunmuş marketinq kommunikasiyaları kompleksi.

Göründüyü kimi, marketinq kommunikasiyalan

kompleksinin hər bir alətinin malik olduğu üstünlüklər digərlərinin

təsirini gücləndirməklə yanaşı, həm də çatışmayan cəhətləri

kompensasiya edə bilir.

Firma həvəsləndirmə kompleksinin hazırlanması prosesində

aşağıdakı amilləri nəzərə almalıdır:

• məhsul və ya bazann tipi;

• məhsulun yeridilməsi və istehlakçının cəlb edilməsi

strategiyası;

• alıcının hazırlıq dərəcəsi;

• məhsulun həyat tsikli mərhələsi.

Reklam - çox vacib və incə bazar alətidir. Yüksək rəqabətin

mövcud olduğu və hər bir satıcının istehlakçının tələbatının

maksimum surətdə ödəməyə can atdığı şəraitdə reklam rəqabət

mübarizəsində həlledici amil kimi çıxış edir. Belə ki, reklam

fəaliyyətinin son məqsədi satış həcminin artırılması və daha çox

mənfəətin əldə edilməsidir.

Reklam uzun əsrlər boyu primitiv formalarda mövcud olsa

da, yalnız XIX əsrin ortalanndan etibarən mətbuata nüfuz etməyə,

geniş ictimaiyyətin diqqətini cəlb etməyə başlamışdır.

118

Page 119: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyatinin əsasları

Reklam fəaliyyəti ən müxtəlif sahələrə (iqtisadiyyat, ticarət,

məişət xidmətləri, siyasət, tamaşa və s.) təsir edir. Reklam

fəaliyyətinin aşağıdakı sahələrini ayırırlar:

• ticarət reklamı (əmtəə və xidmətlərin reklamı);

• siyasi reklam (namizədlərin seçkilərdə təbliğatı,

nümayişlər, mitinqlər);

• elmi reklam (maarifləndirici istiqamətli reklam, vərəqə və

plakatlarda elmi tanıtma);

• dini reklam (dini plakatlar, ayinlərə dəvət);

• hüquqi reklam (itkin düşənlər haqqında elanlar,

cinayətkarların axtarışı, məhkəmə prosesinə dəvət);

• ailə reklamı (nikah elanları, tanışlığa dəvətlər) və s.

Reklam fəaliyyətinin daha geniş yayılmış sahəsi ticarət

reklamıdır. Ticarət reklamının predmetini əmtəələr, ticarət

müəssisələri, bu müəssisələr tərəfindən həyata keçirilən xidmətlər

təşkil edir.

Mahiyyət etibarilə ticarət reklamı - əmtəələrin istehlak

xassələri və bu əmtəələrin satışını müşayiət edən xidmətlər

haqqında məlumatların məqsədyönlü şəkildə yayılması, onların

tanıdılması, istehlakçıların diqqətinin bu məhsullara yönəldilməsi

və onlann realizasiyasının artırılması üçün həyata keçirilən

tədbirlərdir.

Reklamın adi məlumatlardan fərqi odur ki, o, bu və ya digər

məhsulu (xidməti) əldə etmək üçün insana nəsihətamiz

(öyüdverici) təsir funksiyasını yerinə yetirir. Bazar marketinqinin

bir hissəsi olmaqla, reklamın vəzifəsi istehsal olunmuş məhsulun

satışının aramsızlığmm təmin edilməsidir.

Reklam bazar marketinqinin bir hissəsidir. O, əmtəə və

xidmətlərin keyfiyyəti, xüsusiyyətləri, çeşidi, istismar üsulları

haqqında və başqa məlumatlarla istehlakçını düzgün şəkildə

məlumatlandırmalıdır. Onun tərtibatı müasir estetik tələblərə

cavab verməli və ona sərf olunan xərclər nöqteyi-

119

Page 120: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

nəzərindən rasional olmalıdır. Onun köməyilə alıcılar əmtəə və

xidmətlərin əldə edilməsinə daha az vaxt sərf etməlidirlər. O,

ticarət işçilərinin əməyinin məhsuldarlığının artmasına yol

açmalıdır.

Ticarət reklamına qarşı irəli sürülən ən mühüm tələblərə

aşağıdakılan aid etmək lazımdır:

- düzgünlük;

- konkretlik;

- məqsədyönlülük;

- humanizm;

- səriştəlilik.

Reklamın düzgünlüyü onda yalnız həqiqətə uyğun gələn

informasiyalardan istifadə olunmasını nəzərdə tutur.

Reklamın konkretliyimr\ təmin olunması üçün inandırıcı

dəlillər və rəqəmli məlumatlardan istifadə etmək lazımdır.

Reklam məqsədyönlü xarakter daşımalıdır, yəni onun obyekti

istehlakçı, çıxış nöqtəsi isə reklam edilən əmtəə, xidmət və s.

olmalıdır.

Reklamın humanizmi şəxsiyyətin ahəngdar inkişafına şərait

yaradılmasını ifadə edir. O, vətəndaşları zorakılığa, təcavüzə, fiziki

şəxslərin sağlamlıqlarına zərər vura bilən və ya onlann

təhlükəsizliyini hədələyən əməllərə sövq etməməlidir.

Səriştəlilik reklamın incəsənətin, elmin (psixologiyanın və s.)

ən yeni nailiyyətlərinə əsaslanmasıdır.

Müasir reklamın bir çox yeni forma, növ, məqsəd, vasitə,

üsul, funksiya, vəzifə və xüsusiyyətləri mövcuddur.

Reklam müraciətinin reklam olunan mala uyğun gəlməsi mal

haqqmda tam və obyektə uyğun olan informasiyanın mövcud

olması deməkdir. Bu informasiya, həm təklif olunan malla tanış

olma üçün, həm də bu malı almaq haqqında qərarın qəbul olunması

üçün kifayət etməlidir.

120

Page 121: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Malın müstəsnalılığım qeyd eləyən şəhadətlərin olması,

rəqiblərin malı ilə müqayisədə firmanın malınm prinsipial

cəhətdən yeni olması, təkrarolunmazlığı və üstünlüyü haqqında

reklamın doğruluğunu istehlakçıya hiss etdirməkdən ibarətdir.

Reklam müraciətinin mətnini formalaşdırarkən onun ümumi

ahəngini: pozitiv (müsbət), neqativ (mənfi) və ya neytral

xarakterini, ciddi və yaxud yumoristik üslubda olmasını, dil

xüsusiyyətlərini müəyyən etmək lazımdır.

Bununla belə reklam ağıllı olmalıdır - bu, yadda qalmanın və

deməli reklamın uğurlu olmasının ən vacib şərtlərindən biridir.

6.2. Reklamın məqsədi, vəzifələri və funksiyaları

Bir qayda olaraq, reklamın məqsədi - potensial alıcılan

əmtəənin faydalılığına inandırmaqdan və onlan bu əmtəəni

almağın zəruri olduğu fikrinə gətirməkdən ibarətdir. Bununla

yanaşı, reklam qarşısında kommunikasiya və satış ilə bağlı

müxtəlif konkret məqsəd və vəzifələr qoyula bilər. Bu reklamın nə

üçün nəzərdə tutulması ilə əlaqədardır. Belə ki, reklam

məlumatlandırıcı, nəsihətverici və ya xatırladıcı xarakterli ola

bilər.

Reklamverən şirkətin məqsədlərinin formalaşmasına bir sıra

amillər təsir edir. Bu amillərə aşağıdakılar aiddir:

• Marketinq strategiyası; • Müəssisənin ehtiyatlan (resursları);

• İstehlakçılann məlumatlılıq səviyyəsi;

• Rəqiblərin davranışı.

Qeyd olunan amillərin təsiri ilə və konkret şəraitdən asılı

olaraq reklamın əsas məqsədləri aşağıdakılardan biri və ya bir

neçəsi ola bilər: • Potensial alıcının diqqətinin cəlb olunması;

121

Page 122: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

♦ Əmtəə və xidmətin əldə olunması ilə alıcının nə qazana

biləcəyini təsvir etmək;

♦ Alıcıya əmtəə haqında əlavə məlumat alma imkanının

təqdim edilməsi;

♦ İstehlakçılarda əmtəə və ya xidmət haqqında müəyyən

səviyyədə bilik formalaşdırmaq;

♦ İstehlakçılar və ya işgüzar tərəfdaşlarda istehsalçı firma,

ticarət və ya sənaye nişanı (markası) haqqında müsbət

təsəvvürün formalaşdıniması;

♦ Əmtəə və ya xidmətə tələbatın formalaşdırılması;

♦ Firma haqqında müsbət münasibətin formalaşdırılması;

♦ Potensial alıcının əmtəəni rəqib firmalardan deyil məhz

reklam edilən firmadan əldə etməyə həvəs oyatmaq; ♦ Əmtəə və xidmətin satışının həvəsləndirilməsi;

♦ Əmtəə dövriyyəsinin sürətinin artmasına nail olmaq;

♦ İstehlakçının reklam edilən firmanın daimi alıcısına

çevrilməsinə nail olmaq;

♦ Digər firmalann nəzərində etibarlı tərəfdaş surəti

formalaşdırmaq;

♦ Firma və onun məhsullarını istehlakçılara xatırlatmaq.

Adətən təcrübədə reklam tək bir məqsəd daşımır. Bir qayda

olaraq reklam kampaniyası bir neçə məqsədi nəzərdə tutur. Bu

məqsədlərdən asılı olaraq onun formaları və vəzifələri müəyən

edilir. Reklamın vəzifələrinə aşağıdakılar aid edilir:

1. Müştərilər üçün yeni olan əmtəə və ya xidmətlərin

reklamı;

122

Page 123: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

2. Himayəedici reklam flınksiyalannın həyata keçirilməsi

(müştəriyə artıq məlum olan əmtəə və xidmətlərin

reklamı);

3. Rəqib müəssisələrə nisbətən daha çox mənfəət əldə etmək;

4. Reklamçı ustalığını nümayiş etdirmək.

Reklamın flınksiyalan onun məqsəd və vəzifələri ilə

müəyyən olunur. Bu cəhətdən reklam aşağıdakı flınksiyalan yerinə

yetirir:

1. Məlumatlandırma (praqmatik) •• əmtəə, xidmət və

istehsalçılar haqında zəruri məlumatlann yayılması;

2. İqtisadi (utilitar) - satış həcminin və pul vəsaitlərinin

dövriyyəsinin artması, mənfəət əldə olunması;

3. Marketinq (kommersiya) - məhsul və ya ideyanın bazara

yeridilməsi, məhsul və onun istehsalçısının eyniləşdirilməsi;

4. Ünsiyyət (ideoloji) - kütləvi auditoriyaya təsir;

5. Tərbiyəvi (sosial) - kütlənin şüuruna təsir;

6. Təhrikedici - əmtəənin əldə edilməsinə həvəs oyatmaq,

tələbin formalaşdırılması.

Reklam məhsulun bazara yeridilməsi üsullarından biridir.

Reklam o zaman məna kəsb edir ki, ona çəkilən xərclər satışın

həcminin artması hesabına bağlansın. Bu cəhətdən reklam

aşağıdakı kimi olmalıdır:

- həqiqi və inandırıcı;

- müasir və qüsursuz;

- aydın və gəlirli;

- aqressiv və emosional.

Yalnız qeyd olunan şərtlər daxilində reklam istehlakçını öz

vərdişlərini, zövq və hətta tələbatlarını dəyişdirməsinə nail ola

bilər.

Reklam aşağıdakı hallarda zəruridir:

- yeni, heç kəsə məlum olmayan firma meydana çıxanda;

123

Page 124: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

- alıcıya hələ məlum olmayan məhsul təklif olunduqda;

- bazarda eynitipli məhsullar mövcud olduqda və satıcıya

diqqəti məhz onun məhsuluna yönəltmək tələb olunduqda;

- satışın həcmi aşağı düşdükdə.

Aşağıdakı hallarda reklam zəruri olmur:

- satış bazannda inhisarçı-əmtəə hakim mövqedə olduqda;

- məhsul reklamsız da yaxşı satıldığı halda (qıt və ya ajiotajlı

tələb şəraitində);

- satışın həcminin artımının reklam olmayan və daha ucuz

üsullarla stimullaşdırmaq mümkün olduqda;

- satıcı hansısa səbəblərə görə satışın həcminin artmasını

istəmədiyi hallarda;

- əhalinin az gəlirli təbəqəsinin reklama ehtiyacı olmadıqda.

Xırda və orta ölçülü müəssisələrdə reklam işinin həyata

keçirilməsi ilə adətən marketinq və ya satış şöbəsinin reklam üzrə

mütəxəssisi məşğul olur. İri firma və şirkətlərdə reklam üzrə xüsusi

şöbələr yaradılsa da, bu şöbələr reklam kampaniyalannin

hazırlanması və həyata keçirilməsini ixtisaslaşmış reklam

agentlikləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirirlər.

Digər tərəfdən, əksər iri firmalar reklam agentliklərinə müraciət

etməli olurlar. Bu, bir neçə səbəbdən irəli gəlir:

1. İxtisaslaşmış reklam agentliklərinin mütəxəssisləri

bu sahədə daha yüksək peşəkarlığa malik olurlar;

2. Reklam agentlikləri firmaya reklam üzrə hər hansı bir

təkliflər verərkən illər boyu digər firmalarla əldə etdikləri

təcrübəyə əsaslanırlar;

3. Reklam agentliklərinin kütləvi informasiya vasitələri ilə

əməkdaşlığı daha səmərəli xarakterə malikdir və nisbətən ucuz

başa gəlir.

124

Page 125: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Reklam prosesinə tam nəzarət baxımından ixtisaslaşdınimış

reklam agentliklərinin xidmətindən istifadənin müəyyən zəif

cəhətləri olsa da, iri firmalar onlann təcrübəsindən, bilik və

bacarıqlanndan istifadəyə daha çox üstünlük verirlər.

6.3. Reklamın növləri

Müasir dövrdə reklamın müxtəlif göstəricilər baxımından

təsnifləşdirilən bir çox növləri vardır.

Reklam ümumilikdə aşağıdakı növlərdə tətbiq oluna bilər:

- informasiya xarakterli (rubrika formasında);

- təbliğat-izahedici;

- malın nişanı (markası);

- nüfuzlu (prestijli);

- satış.

İnformasiya xarakterli reklam - potensial alıcılar arasında

satışa təklif olunan mallar və yaxud xidmətlər haqqında

məlumatların yayılması üçün nəzərdə tutulur.

Təbliğat-izahedici reklam - müəyyən bir istehlakçı üçün

nəzərdə tutulan əmtəə və yaxud xidmətin konkret üstünlüklərinin

geniş təsvirini həyata keçirir.

Malın nişanının reklamı - alıcının diqqətini konkret əmtəəyə

deyil, əmtəəni (xidməti) istehsal edən firmanın nişanına yönəldir.

Prestijli reklam - uzun müddət üçün nəzərdə tutulmaqla

əmtəənin və onu buraxan firmanın cəlbedici simasının

formalaşdırılmasına xidmət edir.

Satış reklamı - malın endirimlə satışı haqqında məlumat verir.

Reklamverənin kim olması baxımından reklamın

aşağıdakı növləri mövcuddur:

125

Page 126: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M, Hüseynov

- istehsalçının adından;

-topdan və pərakəndə ticarətlə məşğul olanlann adından;

- fərdi şəxslərin adından;

-hökumət, ictimai institutlar və qurumlar adından.

İstehsalçı və ticarət vasitəçilərinin adından təqdim olunan

reklamlann böyük əksəriyyəti kommersiya xarakterli olmaqla

müstəqil surətdə və ya ümumi məqsədlərin olduğu hallarda birgə

həyata keçirilir.

Fərdi şəxslər tərəfindən verilən reklam adətən alqı-satqı

elanlan, əlamətdar hadisələr və s. formasında reallaşdmlır.

Hökumət və ictimai institutların adından verilən reklam

qeyri-kommersiya xarakteri daşımaqla ictimai həyatda müəyyən

məqsədlərə nail olmaq, həmçinin müəyyən siyasi ideyalann,

partiyalann, ictimai xadimlərin tanınmasına imkan yaradır.

Reklamın müxtəlif yayım formaları mövcuddur. Kütləvi

informasiya vasitələrində təqdim olunmasından asılı olaraq

reklamı aşağıdakı kimi təsnifləşdirmək olar:

- mətbuatda (qəzet, jurnal, kitab və s.) reklam;

- televiziya reklamı;

- radioreklam;

- kinofilmdə (dolayı) reklam;

- telefonda reklam;

- kompüter vasitəsilə reklam;

- İnternetdə reklam;

- xarici reklam.

Qəzet və jurnalları ümumi və xüsusi mətbuata ayırmaq olar.

Bundan başqa, yayılma yerinə və əhatə etdiyi əraziyə görə onlar

yerli və mərkəzi mətbuata bölünürlər. Qəzetləri həm də yaydıqlan

informasiyanın xarakterindən asılı olaraq aşağıdakı növlərə

ayırmaq olar:

1) məlumat-xəbər qəzeti (burada əsasən reklamın xüsusi

çəkisi az olur).

126

Page 127: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

2) kommersiya qəzeti (burada adətən reklamın xüsusi çəkisi

yüksək olur - biznes problemləri, valyuta məzənnələri, birja

məlumatları, məhsullar və qiymətlər barədə məlumatlar dərc

edilir).

3) reklam-kommersiya qəzetləri (burada əsasən yalnız

reklam elanları verilir).

Qəzetlərin bu cür növlərə bölünməsi təqribi xarakter daşıyır.

Belə ki, oxucu kütləsinin sayı qəzetlərin satıldığı ərazidən və

onların istiqamətindən asılı olur.

Televiziyada reklam müasir dövrdə ən bahalı və yüksək

səmərə verən kütləvi reklam forması hesab edilir. Televiziyada

müxtəlif xarakterə malik olan, əhalinin müxtəlif təbəqələri

tərəfindən müxtəlif səviyyədə baxılan çoxlu sayda kütləvi və siyasi

verilişlər, filmlər yayılır. Reklamların yayımı bu verilişlərin,

filmlərin xüsusiyyətləri və müxtəliflikləri, baxılma səviyyəsi

nəzərə alınmaqla həyata keçirilməlidir. Məsələn, kütləvi tələbat

malları haqqmda reklamların yüksək izləyici reytinqinə malik olan

verilişlərdə və filmlərdə, istehsal-texniki təyinatlı məhsullara aid

reklamın isə, xüsusi mövzuya aid verilişlərdə yerləşdirilməsi daha

məqsədəuyğundur.

Radioda reklam radionun geniş imkanlanndan, musiqi

proqramlarından, müxtəlif verilişlərdən və səslərdən istifadə

edilməklə hazırlanmış radio-kliplərin yayımına əsaslanır.

Yayılma miqyasma görə reklam aşağıdakı kimi

təsnifləşdirilir:

-qlobal (şəbəkəli, ümumdünya);

- çoxmillətli;

- ümumxalq;

- regional;

- şəhərdaxili;

- lokal (yerli).

127

Page 128: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M.M. Hüseynov

Hissiyyat orqanlarına təsirə görə reklam aşağıdakı kimi

təsnifləşdirilir:

- görmə (vizual);

- eşitmə (şifahi);

- iybilmə;

- dadbilmə;

- hissetmə (lamisə) və s.

Həmçinin reklam məlumatlarmı aşağıdakı kimi

təsnifləşdirmək olar:

- alıcıya təsir üsulu baxımından;

- ifadə olunma üsulu baxımından;

- əsas məqsəd və vəzifələr nöqteyi-nəzərdən;

- reklam istifadəçisi ilə əks əlaqənin mümkünlüyü

nöqteyi-nəzərdən.

İstehlakçıya təsir üsulu baxımından reklam aşağıdakı

növlərə aynlır:

- rasional;

- emosional.

Rasional (obyekt) reklam potensial alıcının dərrakəsinə

dəlil və sübutlarla müraciət etməklə, onu məlumatlandınr.

Emosional (assosiativ) reklam təsəvvürlər (təsvirlər)

vasitəsilə şüuraltı hisslərə və təəssüratlara müraciət edir. Onun ən

effektiv vasitəsi kimi şəkil və rəng, az dərəcədə isə, səs çıxış edir.

Bəzi reklamlar sırf rasional, digərləri isə, sırf emosional olur.

Bununla yanaşı, əksər reklam məlumatlan bu iki reklam növünün

kombinasiyasından ibarət olur. İfadə olunma üsuluna görə reklamlar aşağıdakı növlərə

ayrılır:

- “sərt”; - “mülayim ” (“yumşaq”).

128

Page 129: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

“Sərt” reklam qısamüddətli məqsədə malik olur. Bu zaman

obyektə xüsusi cəlbedici elanlarla elə təsir olmalıdır ki, bu, onu

məhsulu tez almağa sövq etsin.

“Mülayim” reklam yalnız məhsul və onun nişanı (markası)

haqda məlumat vermək məqsədi güdmür. Bu cür reklamın məqsədi

həm də məhsul haqqında əlverişli təsəvvür yaratmaqdan ibarətdir.

Bu, adətən emosional reklam olur və potensial alıcını tədricən

hansısa məhsulu əldə etməyə hazırlayır.

Əsas məqsəd və vəzifələr nöqteyi-nəzərdən aşağıdakı

reklam növləri təsnifləşdirilir:

- tanıdıcı (və ya informasiya xarakterli) reklam;

- həvəsləndirici reklam;

- sabitləşdirici reklam;

- fırmadaxili reklam;

- məhsul satışının artırılması üzrə reklam;

- məsləhətverici reklam;

- müqayisəedici reklam;

- xatırladıcı reklam;

- möhkəmləndirici reklam;

- məlumatlandırıcı reklam;

- qabaqlayıcı reklam [26].

Tanıdıcı reklam əsas etibarilə tərəf müqabilləri və alıcıların

firma və əmtəə haqqında yaxşı təsəvvür yaradılmasına doğru

istiqamətlənir. Burada əsas diqqətin firmanın fəaliyyətinin

sabitliyinə, habelə müştəriyə münasibətdə etibarlılığa,

səmərəliliyə, xeyirxahlığa yönəldilməsi vacibdir. Tanıdıcı

reklamın potensial məhsul alıcıları və ya xidmət istifadəçilərinə

məhsulun təyinatı, onun xüsusiyyətləri, həmçinin müştərini məhz

bu əmtəəni əldə etməyə cəlb edən üstünlükləri barədə məlumat

verməkdə kifayət qədər böyük rolu var. Bu cür reklam məhsul və

ya firma haqqında yaxşı təəssürat yaratmaqda da kifayət qədər

129

Page 130: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M. Hüseynov

böyük rola malikdir. Bütövlükdə tanıdıcı reklamın əsas təyinatı

məhsul və ya firma haqqında əhalinin şüurunda müsbət fikrin

möhkəmləndirilməsidir.

Bir qayda olaraq tanıdıcı reklam digər reklam növlərindən

fərqli olaraq daha geniş fəaliyyət sahəsinə malikdir. Bu növ reklam

bir çox cəhətdən faydalıdır. O, yalnız bilavasitə alıcılar deyil, daha

geniş auditoriya üçün nəzərdə tutulur. Burada məqsəd - firma

əmtəə çeşidini və fəaliyyət sahəsini genişləndirdiyi zaman yeni

məhsul haqda alıcılarda əvvəlcədən müsbət təəssürat

formalaşdırmaqdır. Bu isə, ayrı-ayrı reklam şirkətlərinə firmanın

məhsulunun reklamındakı uğursuzluğu aradan qaldırmaqda

köməklik edə bilər.

Həvəsləndirici reklamın əsas məqsədi alıcıları məhz bu

firmanın məhsullarını əldə etməyə həvəsləndirməkdən ibarətdir.

Həvəsləndirici reklamda firmanın məhsullarının digər analoji

məhsullarla müqayisədə əsas üstünlüklərinin və müsbət

keyfiyyətlərinin göstərilməsi vacibdir. Həvəsləndirici reklam

məhdud təmayüllüdür. Belə ki, o, yalnız məhsul istehlakçıları və

ya istifadəçilərinə ünvanlanmalıdır.

Bununla yanaşı, bəzən nisbətən geniş alıcı və ya istifadəçi

auditoriyasına müraciət qaçılmazdır. Belə ki, bir çox hallarda

konkret potensial alıcı təbəqəsini müəyyənləşdirmək kifayət qədər

çətin olur.

Ən geniş yayımış reklam növü olamaqla həvəsləndirici

reklamın əsas məqsədi əmtəənin əldə olunmasına və ya xidmətin

istifadəsinə tələbi həvəsləndirməkdir. Adətən kiçik və orta

firmaların gündəlik tələbat məhsullarına aid həvəsləndirici

reklamlarda tanıdıcı reklamın müəyyən elementlərindən də

istifadə edilir. Çünki bu firmalar bir qayda olaraq ayrıca tanıdıcı

reklamı təqdim etmək imkanına malik olmurlar.

130

Page 131: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Sabitləşdirici reklam əsasən alıcı və tərəfdaşlan firmanın

bazardakı sabit vəziyyəti və fəaliyyətinin nəticələri barədə

məlumatlandırmağa istiqamətlənir. Sabitləşdirici reklamın

məqsədləri aşağıdakılar ola bilər:

- istehlakçıları məhz bu firmanın məhsullarına müraciət

etməyə həvəsləndirmək;

- istehlakçını məhz bu məhsulu almağa, firmanın daimi

müştərisinə çevirməyə can atmaq.

Firmadaxili reklam əməkdaşda öz çalışdığı müəssisəyə inam

hissini aşılamağa istiqamətlənir. Firmadaxili reklamın əsasən

aşağıdakı vasitələri məlumdur:

- firmanın qəzeti (jurnal, buklet və s.);

-rəhbərliklə əməkdaşlar arasında yaxşı qarşılıqlı

münasibətlər;

- əməkdaşlar üçün çoxsaylı müxtəlif sosial güzəştlərin

təqdim olunması və s.

Məhsul satışının artırılması məqsədilə istifadə olunan şəxsi

reklam fəaliyyəti başlıca reklam növlərindən hesab olunur.

Məsləhətverici reklam alıcını məhsul və xidmətləri

rəqiblərdən deyil, məhz ondan almağa inandırmağa istiqamətlənir.

Miiqayisəedici reklam məsləhətverici reklamın bir növüdür.

O, reklam olunan məhsul və ya xidmətin rəqiblərin təklif etdiyi

məhsul və xidmətlərdən fərqinin göstərilməsinə yönəlir.

Xatıriadıcı reklam potensial alıcılara bazarda müəyyən

xüsusiyyətlərə malik əmtəənin və ya firmanın olmasını xatırlatmaq

üçün mövcuddur.

Möhkəmləndirici reklam xatıriadıcı reklamın bir növüdür. O,

artıq əmtəəni əldə etmiş alıcını ruhlandırmaq, onu etdiyi seçimin

doğruluğuna inandırmaq vəzifəsini yerinə

131

Page 132: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

yetirir. Bu reklam alıcını daimi müştərilər cərgəsinə qatılmasına

istiqamətlənir.

Məlumatlandırıcı reklam firma haqqında, onun məhsullannm

xüsusiyyətləri, üstünlükləri, yenilikləri barədə məlumatların

təqdim olunmasına xidmət edir.

Qabaqlayıcı reklam reklam fəaliyyətinə böyük məbləğdə

vəsait sərf edə bilməyən rəqiblərin bazardakı mövqelərini

sarsıtmağa yönəlir.

Təbiidir ki, vəziyyətdən asılı olaraq bu və ya digər konkret

reklam eyni zamanda özündə bir neçə reklam növünü birləşdirə

bilir.

6.4. Reklam vasitələrinin təsnifatı

Reklam vasitəsi dedikdə reklam məlumatının yayılmasına

xidmət edən və zəruri reklam effektinə nail olmağa imkan yaradan

vasitə başa düşülür. Reklam verən reklam vasitələrinin köməyi ilə

reklam obyektinin potensial istifadəçilərinə bu və ya digər təsir

göstərməyə və onları məhsul almağa vadar etməyə can atır.

Reklam vasitələrindən hər hansı birinin seçimi haqqında qərar

qəbul edərkən, reklam üzrə mütəxəssis aşağıdakı üç suala cavab

tapmalıdır:

1. Reklamın görünmə tezliyi necə olmalıdır?

2. Reklam auditoriyasının əhatə olunma dərinliyi necə

olmalıdır?

3. Reklamın auditoriyaya təsiri necə olmalıdır? [43].

Reklam vasitələri göstərilən suallara cavabdan asılı

olaraq seçilir:

İqtisadi ədəbiyyatda əks olunan əsas reklam vasitələri

aşağıdakılardır:

-mətbuatda (qəzet, jurnal, kitab və s.) reklam;

- radioreklam;

- televiziyada reklam;

132

Page 133: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

-birbaşa poçt reklamı (göndərişi);

-birbaşa ünsiyyətdə əmtəənin (xidmətin) təqdim edilməsi;

- telefonda reklam;

- satış yerində reklam;

- İnternetdə reklam;

- sərgi və yarmarkalar;

-xarici reklam;

- nəqliyyat vasitələrində reklam (tranzit reklamı).

Yuxarıda qeyd edilən reklam vasitələri ilə yanaşı,

istehlak malları üzərində reklam forması da məlumdur. Bu,

mallann, onların yerləşdirildiyi taraların, qablann, paketlərin

üzərində reklam mətnlərinin yerləşdirilməsini nəzərdə tutur. Bu

cəhətdən, kütləvi tələbat mallan üzərində reklam, ümumilikdə

firma üçün səmərəli reklam vasitəsi hesab edilir.

XX əsrin 90-cı illərindən başlayaraq İnternetdə kommersiya

sektorunun payı böyük sürətlə inkişaf etməkdədir. İqtisadiyyatın

bütün sahələri üzrə işgüzar fəallığın tədricən qlobal informasiya

şəbəkəsinin üzərinə yerini dəyişməsi müşahidə edilir. Dünya

reklam verənləri tərəfindən İnternet artıq reklamın yeni yayım

kanalı kimi qəbul edilmişdir. “Microsoft”, “IBM”, “General

Motors” və digər iri şirkətlər İnternetdən istifadəni özlərinin

uzunmüddətli bazar strategiyalarının vacib tərkib hissəsi olduğunu

bildirirlər.

İnternet daima ənənəvi KİV-ni əvəz edərək və tamamlayaraq

PR kampaniyalarının, reklam və informasiya tədbirlərinin həyata

keçirilməsi üçün yeni səmərəli və nisbətən ucuz kanal kimi

təşəkkül tapır. İnternetdə reklam bazarı hələ təşəkkül mərhələsində

olsa da, tam əminliklə demək olar ki, gələcəkdə qlobal informasiya

şəbəkəsi əmtəə və xidmətlərin yeridilməsi üzrə marketinq

proqramlarının həyata keçirilməsində əvəzedilməz alət olacaqdır.

Hazırda

133

Page 134: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

İnternet vasitəsilə reklam bazan dinamik inkişaf edir. 1996- cı ildə

İnternetdə əmtəə və xidmətlərin reklamına çəkilən xərclərin həcmi

200 mln. dollardan çox idi. Media və İnternetdə reklam bazarı

sahəsində ixtisaslaşmış “Group M” şirkətinin tədqiqatlarına görə,

2012-ci ildə İnternetdə reklamın həcmi əvvəlki ilə nisbətən 16%

artaraq 99 mlrd, dollardan artıq olmuşdur. Bununla da, 2012-ci

ildə İnternetdə reklam dünya üzrə cəmi reklam xərclərinin

19,5%-nı təşkil etmişdir 2012-ci il üçün ən böyük "onlayn” reklam

bazarlan 38 mlrd, dollarlıq, 30 mlrd, dollarlıq, 24 mlrd, dollarlıq

göstəricilərlə müvafiq olaraq ABŞ, Sakit Okean və Asiya regionu

və Qərbi Avropa müəyyən olunmuşdur. “Group M” şirkətinin

proqnozlarına əsasən, 2013-cü ildə İnternetdə reklamın həcmi 113

mlrd, dollarlıq həddi keçəcək və dünya üzrə cəmi reklam

xərclərinin 22%-nı təşkil edəcəyi gözlənilirdi [153].

Elektron {"onlayn”) reklam bazannın əsas iştirakçıları

aşağıdakılardır:

• reklam verənlər;

• reklam meydançalarının tanınmış təchizatçıları;

• axtarış sistemləri;

• virtual ticarət mərkəzləri;

• iri nəşriyyatların elektron analoqları;

• əyləncə serverləri;

• reklam materiallarını tanınmış Veb-səhifələrdə yerləşdirən

reklam agentlikləri.

İnternet texnologiyası zəruri informasiya resurslarının

məqsədyönlü axtarışını həyata keçirmək imkanlan təqdim edir.

İnternet kütləvi kommunikasiya vasitəsi kimi müasir cəmiyyətin

həyatının praktiki olaraq istənilən hər bir sahəsində (elm, təhsil,

kommersiya, siyasət, istirahət və əyləncə və b.) hədsiz imkanlara

yol açır. Hazırda dünyanın bütün iri informasiya agentlikləri,

beynəlxalq fondlar, sənaye

134

Page 135: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

korporasiyaları, banklar, turizm şirkətləri, habelə hökumət

qurumlan, KİV və b. öz məlumatlanm Veb-serverlərdə

yerləşdirirlər.

İnternet-reklamın əsasında çox yığcam və maksimum

dərəcədə məlumatlı mətn (reklam-məqalə, xəbərlər, əmtəənin

texniki təsnifı, prays-vərəqə və s.) dayanır. Yayılma dərəcəsinə

görə ikinci reklam növü - qrafik təsvirdir. Bu kateqoriya

reklamlara şəkillər, sxemlər, göstəricilər, düymələr, fotoşəkillər və

digər şəkillər aiddir. Qrafik internet-reklamın böyük hissəsini

“banner”lər (adətən 468x60 px ölçüdə özünəməxsus reklam

zolaqlan) təşkil edir. Düyməni “banner” üzərinə sıxmaqla İnternet

istifadəçisi müvafiq server və ya səhifəyə daxil olur.

Bununla yanaşı, İnternet-reklamın digər perspektivli növləri

də geniş yayılmışdır. Məs., “bayrik” - əsas brauzerin üstündə

pəncərə şəklində açılan kiçildilmiş Veb-səhifədir. “Bayrik’Mə

mətn, təsvir və s. yerləşdirmək olar.

İnternet-reklamın digər növü - “qaçan sətir”lərdir. Onun

mətni rəngli, ölçüsü isə, böyük və ya kiçik ola bilər.

Mətn, qrafika və “qaçan sətir”lərlə birlikdə səsli bildirişlər və

müxtəlif melodiyalar reklam məlumatlarının qəbul edilmə

qabiliyyətini yüksəldə bilər.

İnternetdə video-reklam hazırda digər reklam növləri ilə

müqayisədə o qədər də geniş yayılmasa da, onun gələcəkdə inkişaf

edəcəyi şübhəsizdir.

Qeyd edək ki, əksər marketoloqlar tərəfindən nəqliyyat

vasitələrində reklam, xarici reklamın bir növü kimi göstərilir.

Xarici reklam əmtəə və xidmətlərin reklamının ən köhnə və həm də

hazırda ən çox yayılmış formalanndan biridir. Xarici reklamın əsas

funksiyalanndan biri - digər KİV-də yerləşdirilmiş reklamın

möhkəmləndirilməsi və tamamlanmasıdır. Xarici reklam

auditoriyanın böyük hissəsinə hesablanmaqla insanların

diqqətini küçədə.

135

Page 136: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M,M, Hüseynov

nəqliyyat vasitəsində getdiyi zaman cəlb etməsi ilə seçilir. Xarici

reklamın imkanlan müəyyən qədər məhduddur: onun təsir müddəti

bəzən hətta ani olduğundan, o yalnız insanlara məhsullan, firmanı

xatırlatmalıdır, onu inandırmağa cəhd etməməlidir. Xarici reklam

daha çox ABŞ, Yaponiya, İtaliya, Belçika və Fransada geniş

yayılmışdır.

Xarici reklam üçün 5 əsas qayda mövcuddur:

1. Gözə tez sataşsm;

2. Diqqəti özünə cəlb etsin;

3. Məzmunca qısa və yadda qalan olsun;

4. Yol gedərkən oxumaq çətinlik törətməsin;

5. Məzmunu aydın olsun.

Nəqliyyat vasitələrində reklam məlumatları aşağıdakı kimi

yerləşdirilə bilər:

• nəqliyyat vasitələrinin üzərində; • nəciliyyat vasitələrinin daxilindəki salonlarda; • vağzallarda, perronlarda, dayanacaq məntəqələrinin

platformalarında, dəmir yollanmn ötürücü zolaqlannda,

dəniz limanlarında, gəmilərin yan alma körpülərində, hava

limanlarında, şəhər nəqliyyatının dayanacaqlarında.

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa

(maddə 16.1.) əsasən, nəqliyyat vasitələrində reklamın yayılması

nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr

və müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata

keçirilir.

Nəqliyyat vasitələrində reklam forması əsasən kütləvi tələbat

mallannm və xidmətlərin reklam edilməsində daha səmərəli hesab

edilir. Nəqliyyat vasitələrində reklamın bir forması kimi metroda

reklam metronun keçidlərində, gözləmə zallannda, vaqonlarda

reklam löbhələrinin yerləşdirilməsini nəzərdə tutur. Bununla

yanaşı, metrolarda radio (audio) reklamdan da istifadə edilir. Bu

zaman

136

Page 137: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

mağazaların, malların və ayn- ayrı xidmətlərin reklam edilməsi

daha məqsədəuyğun hesab edilir.

Hava şarlarında reklam xüsusi reklam forması olmaqla

adətən kütləvi gəzintilərin, şənliklərin keçirildiyi vaxtlarda tətbiq

edilir.

Sərgilərdə reklam forması yalnız firmanın öz məhsullarmı

reklam etdirmək məqsədi daşımır. Bu zaman həm məhsul satışı və

göndərilməsi üzrə müqavilələr bağlanması həyata keçirilir, həm də

rəqiblərin məhsullan ilə tanış olmaq, onları öyrənmək imkanı

yaranır. Sərgi seçilmiş mövzuya uyğun, düzgün təşkil olunduqda

həm məhsulun, həm də bütövlükdə firmanın tanınmasına geniş

imkan yaranır.

Birbaşa poçt reklamı vətəndaşlann ixtisaslan, maraqlan,

zövqləri və digər xüsusiyyətləri üzrə məlumatlar olmadığı hallarda

kütləvi tələbat mallannın reklamının həyata keçirilməsi məqsədi

daşıyır. Bu zaman reklam məlumatlarının kütləvi surətdə satış

zonasına yaxın olan ərazilərdə yerləşən poçt qutulanna qoyulması

həyata keçirilir. Bu, alıcılara təsir etmənin ən səmərəli üsullarından

hesab edilir.

Hazırda reklam vasitələrinin vahid təsnifatı olmasa da,

iqtisadi ədəbiyyatda bir sıra müxtəlif əlamətlər üzrə təsnifatlar

mövcuddur. Reklamın qeyd olunan vasitələrindən hər hansı birinin

seçilməsi firmanın reklam üzrə qarşıya qoyduğu məqsəd və

vəzifələrdən, maliyyə vəziyyətindən, reklam etdiyi malın

xüsusiyyətlərindən və digər amillərdən asılı olaraq həyata keçirilir.

Reklam vasitələrindən hər biri müəyyən üstünlüklərlə yanaşı, bir

sıra özünəməxsus qüsurlara da malikdirlər.

Məsələn, radio - başqa reklam vasitələri ilə müqayisədə ucuz

olması ilə yanaşı, istənilən təkrarlama tezliyinə, auditoriyanın

geniş əhatə olunmasına, müəyyən regionlara və

137

Page 138: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

əhali qruplarına istiqamətlənməsi kimi üstünlüklərlə fərqlənir.

Bununla bərabər, radio vasitəsilə reklamın qüsuru - onun ancaq

audio (səs) vasitələri ilə məhdudluğu, auditoriya ilə əlaqənin

qısamüddətli olmasıdır.

Reklam üzrə mütəxəssis reklamın tələblərinə uyğun olan

vasitələri təhlil edərək, firmanın rəhbərliyinə özünün tövsiyələrini

verir və rəhbərlik də öz növbəsində reklam vasitələrinin və

formalarının seçilməsi haqqında prinsipial qərar qəbul edir.

Firma rəhbərliyinin qərarı əsasında reklam üzrə mütəxəssis

konkret reklam daşıyıcılarım seçir və bu vasitələrdən istifadə

olunması qrafikini onlarla razılaşdırır.

Reklam daşıyıcılannın müqayisəli qaydada

qiymətləndirilməsi üçün, inkişaf etmiş qərb ölkələrinin reklam

agentliklərinin təcrübəsinə əsasən, konkret daşıyıcının reklamının

dəyəri 1000 nəfərdən ibarət auditoriya hesabı ilə müəyyən olunur.

Reklam vasitələrinin təsnifatını həyata keçirməyə imkan

verən əsas əlamətləri nəzərdən keçirək:

1. tnsanın hiss orqanlarına təsir üsuluna görə:

- insanın görmə qabiliyyətinə təsir edən vizual reklam

vasitələri (çap reklam vasitələri, sərgilər, vitrinlər, işıq

reklamlan);

- insanın eşitmə qabiliyyətinə təsir edən audio (akustik)

reklam vasitələri (radioreklam, şifahi reklam, ayrı-ayrı

məhsullann reklamının səslə müşayiət edilməsi);

- eşitmə və görmə orqanlanna eyni zamanda təsir göstərən

audio-vizual reklam vasitələri (telereklam, kinoreklam, dəb

nümayişi);

- vizual-lamisə reklam vasitələri (əl ilə toxunmaqla hiss

etmək üçün alıcılara verilən parça nümunələri, korlar üçün

xüsusi şriftlərlə çap olunmuş elanlar);

138

Page 139: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

- vizual-iybilmə reklam vasitələri (şüşələrdə ətir

nümunələri);

- vizual-dadbilmə reklam vasitələri (ərzaq məhsullannm

dequstasiyası).

2. Texniki əlamətlərinə görə:

- çap vasitələri (plakatlar, afişalar, kataloqlar, qəzet və

jurnallarda elanlar və məqalələr, qablaşdıncı materiallar);

- radioreklam (radioda reklam verilişləri);

- kino-, video- və lelereklam (qısametrajh reklam filmləri);

- işıq reklamı (işıq göstəriciləri, tablolar, işıq lövhələri);

- bədi i-qrafiki təsvir vasitələri (panno, plakat, küçə

transparantları, qiymət vərəqələri, göstəricilər, mağaza

lövhələri);

- digər reklam vasitələri (yarmarkalar, sərgilər,

təqdimatlar).

Reklam lövhələri - məhsulun və ya firmanın obrazını

yaratmağa və yadda saxlamağa imkan verən yerüstü lövhələrdən

istifadə edilməsini nəzərdə tutur. Reklam lövhələri onlann

yanından piyada və nəqliyyat vasitələrində keçib gedən insanların

diqqətini cəlb etməyə ünvanlanır. Bu reklam növünə əsasən

lövhələr, elektron tablolar, “qaçan sətirlər” formasında işıq

reklamı və s. aid edilir.

3. Tətbiq edildiyi yerə görə:

- mağaza daxili reklam vasitələri (göstəricilər, qiymət

vərəqələri, yaddaş dəftərçələri, məhsullarda əlavə

vərəqələr, geyimlərin nümayişi);

- xarici reklam vasitələri (qəzet və jurnallarda elanlar və

məqalələr, küçə transparantları, mağaza lövhələri).

4. Ünvanlandığı obyektə təsir xüsusiyyətinə görə:

-fərdi reklam vasitələri (qəzetlərdə əlavələr, kataloqlar,

kitabçalar);

139

Page 140: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

-kütləvi reklam vasitələri (elanlar, vərəqələr, telefilmlər).

5. Əhatə etdiyi əraziyə görə:

- lokal reklam (konkret satış yerlərini, əlahiddə yaşayış

məntəqəsinin ərazisini əhatə edir);

- regional reklam (ölkənin müəyyən bölgəsini əhatə edir);

- ümumxalq reklamı (dövlət və ya ölkə miqyasında);

- beynəlxalq reklam (bir neçə ölkələr miqyasında).

6. Reklam predmetinə görə:

- əmtəə (xidmət) reklamı;

- firmanın (müəssisənin) reklamı.

Dünya təcrübəsində adətən əmtəə (xidmət) ilə yanaşı, eyni

zamanda əmtəə nişanını və ya firma nişanını da reklam edirlər.

7. Vəzifələrindən asılı olaraq aşağıdakı reklam vasitələri

məlumdur:

- tələbi həvəsləndirən reklam vasitələri;

- tələbi formalaşdıran reklam vasitələri.

Habelə bütün qeyd olunan reklam vasitələrini aşağıdakılara

ayırmaq olar:

- əks əlaqəsi olmayan vasitələr;

- əks əlaqəsi olan vasitələr.

Əks əlaqəsi olmayan vasitələrə aşağıdakı kütləvi reklam

vasitələri aiddir:

- qəzetlər;

-jurnallar;

- radio;

- televiziya;

- lövhələr;

- plakatlar;

- elan lövhələri və s.

Əks əlaqəsi olan vasitələrə aşağıdakılar aiddir:

140

Page 141: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

- sorğular;

- şəxsi məktublar;

- telefonla reklam və s.

Reklam mütləq ehtimal edilən bazara müvafiq olmalı və

məqsədli auditoriyanın psixoloji xüsusiyyətlərinə uyğun nəzərdə

tutulmalıdır. Burada alıcının cinsi, yaşı, təhsili, psixolojji

xüsusiyyətləri aktual əhəmiyyət kəsb edir. Həm reklamın

hazırlanması, həm də onun yerləşdirilməzi zamanı bütün bunlar

bilmək vacibdir.

Reklam kommunikasiyalannın planlaşdırılması zamanı hər

şeydən əvvəl məqsədli auditoriyanın məhsul və ya təşkilat

haqqında sahib olduğu məlumatlann səviyyəsinin müəyyən

edilməsi zəruridir. Belə ki, auditoriyanın məhsul barədə heç bir

məlumatı olmaya da bilər və ya məhsulun yalnız adı məlum ola

bilər. Əgər auditoriyanın böyük hissəsi məlumatlı deyilsə, onda

məhsulun heç olmasa adının tanıdılması kimi vəzifə qarşıya

qoyulur.

Bir qayda olaraq məhsul alıcıları 3 mərhələdən keçirlər:

1. dərk etmə;

2. təəssürat;

3. davranışın təzahürü.

Kommersiya firmasının vəzifəsi istehlakçının hansı

mərhələdə olmasını aşkara çıxarmaq, onun növbəti mərhələyə

keçməsi üçün kommunikasiya tədbirləri hazırlamaqdan ibarətdir.

Reklam auditoriyasını aşağıdakı əlamətlərə görə seqmentlərə

ayırmaq olar;

1. Demoqrafik xüsusiyyətlər - müştərinin doğulduğu yer,

onun yaşı, cinsi, ailə vəziyyəti haqqında göstəricilər;

2. Coğrafi xüsusiyyətlər - bazarın müştərilərin yaşayış

yerindən (şəhər, qəsəbə, kənd) asılı olaraq müxtəlif coğrafi

vahidlərə bölünməsi;

141

Page 142: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Sosial-iqtisadi - istehlakçılann gəlirlərinin səviyyəsi,

məşğuliyyət növü, təhsil səviyyəsi baxımından ayrılması;

Psixoqrafık seqmentləşdirmə - bazann istehlakçılarının

sosial sinif, həyat tərzi və ya şəxsi

keyfiyyətləri

bölünməsi;

Davranışın

istehlakçıların

xüsusiyyətləri

baxımından müxtəlif qruplara

seqmentləşdirilməsi- bazann

bilik səviyyəsi, məhsuldan istifadə

və ya ona reaksiyasından

(münasibətindən) asılı olaraq bölünməsi.

Qeyd edilən seqmentləşdirmə meyarları əsasında potensial

istehlakçının “portreti” təsvir edilir. Bu zaman təkcə alış haqqında

qərar qəbul edən şəxs deyil, həm də ona bu və ya digər şəkildə təsir

göstərən şəxsin (məs., uşaqlann valideynlərə olan təsiri) müəyyən

olunması zəruridir.

6.5. Reklam müraciətinin məzmunu, forması və

strukturu

Reklam prosesinin mərkəzi elementi kimi reklam müraciəti

çıxış edir. Məhz reklam müraciəti vasitəsilə əmtəə (xidmət)

məqsədli auditoriyaya, potensial alıcılara təqdim edilir. Reklam

müraciətində reklam kommunikasiyasının əqidəsi, kodlaşdırma,

müraciət mənbəyi, ünsiyyət kanalı və s. cəmlənir. Reklam

müraciətini reklam fəaliyyətinin məqsədinə nail olmaq

istiqamətində əsas vasitə, başlıca alət kimi qəbul etmək olar.

Reklam müraciəti - konkret ünsiyyət kanalının köməyi ilə

konkret mətnə, vizual, simvolik formaya malik məlumatın onu

qəbul edən şəxsə təqdim edilməsi vasitəsidir. Reklam müraciətləri

öz formalanna görə, muzdlu carçıların çağmşlanndan reklam

videokliplərinin televiziya ilə

142

Page 143: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

beynəlxalq peyk yayımına qədər çox müxtəlif olurlar. Reklam

müraciətinin məzmunu, forma və quruluşu çox vacibdir. Reklam

müraciətinin hazırlanması - yaradıcı prosesdir. Reklam

müraciətinin müəllifləri inkişaf etmiş təxəyyülə, fantaziyaya, bədii

istedada malik olmalı, onlar özlərini istehlakçının yerinə qoymağı,

reklamın ona etdiyi təəssüratı qiymətləndirməyi bacarmalıdır.

Reklam müraciətnaməsinin ən vacib tərəfi - onun

məzmunudur. Reklam müraciətinin əsas ideyalannın mənbəyi

istehlakçılardan, satıcılardan, dilerlərdən, ekspertlərdən daxil olan,

həmçinin rəqiblərdən əldə olunan ümumiləşdirilmiş

informasiyalardır. Reklam müraciəti sadələşdirilmiş şəkildə ifadə

edir: “Əgər siz bunu alsanız, hər hansı fayda əldə edəcəksiniz

Reklam müraciətinin forması maksimal dərəcədə reklam

verənin qarşıya qoyduğu məqsədlərə nail olmasına uyğun

gəlməlidir. O, aydın və məqsədli auditoriya üçün qəbul edilən

olmalı, həmçinin reklam müraciətini tam şəkildə reallaşdırmağa

imkan verməlidir.

Eyni reklam motivini (məs., konkret sığorta cəmiyyətinin

reklamında mənfəətlilik motivi) ən müxtəlif reklam

daşıyıcılarından (vərəqələr, video çarxlar, reklam lövhələri,

nəqliyyat vasitələrinin üzərində yazılar və s.) istifadə etməklə

reallaşdırmaq olar. Reklam müraciətinin formasının seçilməsi

zamanı aşağıdakıların nəzərə alınması zəruridir:

1. Müraciətin tonu. Məsələn, ton sərt və quru ola bilər, bu

halda reklamı qəbul edəni “silkələmək”, ona problemin

kəskinliyini dərk etməkdə köməklik göstərmək lazımdır.

Müraciətin tonu yumşaq, inandırıcı, həmçinin, yumoristik də ola

bilər.

2. Müraciətin üslubu. Müraciətin üslubu reklam şirkətinin

məqsədləri, reklam daşıyıcısının növü, reklam

143

Page 144: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M,M. Hiis^nov

olunan məhsulun və məqsədli auditoriyasının xüsusiyyətləri ilə

müəyyən edilir. Müraciətin üslubu ilə əlaqədar qərarların qəbuluna

aid bir çox variantlan misal göstərmək olar:

- Reklam müraciəti yalnız firmanın adı və ya şüardan ibarət

olur. Belə müraciət formalarından əsasən təqdimat və xatırladıcı

reklamlarda istifadə olunur. Məs., “Seldom” firmasının reklamı -

“Sadə yox, çox sadə”;

- Konkret məhsul haqqında qısa məlumat. Müraciət sadə

(rubruka formasında) elandan ibarət olur;

- Malın yüksək standartı və onun faydalılığı haqqında

istehlakçıların şahidliyinin göstərilməsi. Reklam müraciəti

potensial alıcıya malı “sınamış” və ondan razı qalmış konkret

istehlakçını təqdim edir. Bu zaman reklam edənin şəxsiyyətinə

xüsusi diqqət yetirilir: bu, özündə rəğbət və inam doğuran cazibəli

adam olmalıdır. Adətən bu rola tanınmış adamları: aktyorları,

alimləri, idmançıları və s. cəlb edirlər;

- '‘Həyatdan səhnələr”. İstehlakçıya malın müxtəlif

şəraitlərdə istifadə olunması, tətbiqi, istehlakı nümayiş etdirilir.

Əgər məhsul avtomobildirsə - onu yolda, ərzaq məhsuludursa -

mətbəx masası arxasında, geyim və ayaqqabıdırsa - cəlbedici

model üzərində, mebeldirsə - qonaq otağının müasir interyerində

nümayiş etdirmək lazımdır;

- Sirli atmosferin, intriqanın yaradılması. İlkin məlumat

verildikdən yalnız müəyyən müddət (1-2 həftə) keçdikdən sonra

məqsədli auditoriya reklam edilən məhsul haqda tam məlumat alır;

- Xəyali, ekzotik və romantik şəraitin yaradılması. Məs.,

“Baunti” şokoladının reklamı;

- Reklam olunan əmtəənin şəxsləndirilmiş surətinin

(simasının) yaradılması. Məs., “Mariboro” siqaretinin

reklamındakı “kovboy” {ingiliscə, “cowboy”) surəti;

144

Page 145: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

- Mütəxəssisin, alimin məsləhəti. Bunlar, malların yaxşı

cəhətlərinin tanınmış şəxslər tərəfindən qiymətləndi rilməsinə

əsaslanan reklam müraciətləri, elmi təşkilatların verdikləri rəylər,

müsabiqələrdə, yarmarkalarda və sərgilərdə alınan yüksək

mükafatlar, sertifikatlar, diplomlar və şəhadətnamələr və sairədir.

Məs., tanınmış stomatoloqlar müxtəlif video çarxlarda “Dirol”

saqqızını, “Colgate” diş pastasmı təqdim edirlər;

- İstehlakın nüfuzluluğu və səviyyəsinin sübutu. Mal elə bir

şəraitdə nümayiş etdirilir ki, bunlar da onun tətbiqinin nüfuzlu

olmasını və istehlakçıya yüksək səviyyə təmin etməsini göstərir.

Məs., həyat tərzini xüsusi olaraq nəzərə çarpdırmaq: yaxtaların,

nüfuzlu avtomodil markalanmn reklamı;

- Tarixi-vətənpərvərlik mövzularında kompozisiyalar. Bəzən

varislik motivindən, bəzi hallarda isə, vətənpərvərlik motivindən

istifadə edilir;

- Reklam edilən məhsul haqda sonradan xoş assosiasiya

oyadan müəyyən müsbət əhval-ruhiyyənin yaradılması. Reklam

birbaşa malı almağa çağırmaqla deyil, istehlakçıda bu malın

alınmasından yaranan müsbət hisslərin aşılanması yolu ilə təşkil

olunur. Mal zövq oxşayan interyer, təbiət, bədii əsər və s.

mühitində sanki ötəri nümayiş etdirilir;

- Teatrlaşdırılmış reklam. Reklam müraciəti dram və yaxud

komediya janrında olan kiçik tamaşa formasında yerinə yetirilir.

Bəzən bu, kiçik musiqi, televiziya və ya audio-klip olur. Bu

tamaşalar ya bütövlükdə malın reklam olunmasına həsr edilə bilər,

ya da fraqment, əsas mətnə əlavə kimi reklam materialı formasında

ola bilər. Bundan başqa, musiqili səhnə - myüzikldə bir və ya bir

neçə personaj reklam edilən əmtəə haqda nəğmə oxuyurlar. Bəzən

bu zaman bir neçə animasiya fəndlərindən (məs., məhsulların

145

Page 146: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

insan cizgiləri əldə etmələri - “antropomorfızm”) istifadə edilir;

- Reklam edilən məhsulun ‘'istifadədən əvvəl və sonra ”

prinsipi əsasında nümayiş edilməsi effekti;

- Müqayisəli reklam. Rəqiblərin məhsullarının

çatışmazlıqlarının göstərilməsi Beynəlxalq reklam təcrübəsi

məcəlləsinə görə pislənir. Buna görə də, bir çox ölkələrdə bu

reklam növü qadağan olunmuşdur. Eyni zamanda bu üsuldan

reklam olunan məhsulun nadir xüsusiyyətlərinin diqqətə

çatdırılması üçün istifadə edilir;

- Yüksək məqsədə nail olmaq imkanı. Reklam qeyd edir ki,

məhz bu malın əldə olunması həyatda, biznesdə müvəffəqiyyətləri,

zahiri cəlbediciliyi təmin edir;

- Belletristik (bədii ədəbiyyat) reklam. Reklam müraciəti

malı təsvir edən və ondan istifadənin sevincini nümayiş etdirən

hekayə və yaxud şer formasında verilir;

- Firmanın nailiyyətlərinin, peşəkar təcrübənin reklam

olunması. Reklam müraciətində konkret mal deyil, firmanın

nailiyyətləri vurğulanır. Reklam müraciətinin bu növü tanınmış,

bazarda artıq təsdiq olunmuş firmalar üçün xarakterikdir. Adətən

çoxillik təcrübə və firmanın işgüzar aləmdə və istehlakçılar

arasında uğurları qeyd edilir. Məs., “Samsunq” - illərlə yoxlanılmış

keyfiyyət;

- Müxtəlif rəmzlərdən istifadə ediməsi. Rəmz kimi müəyyən

real və yaxud bədii təxəyyülün məhsulu olan personajlar,

heyvanlar və yaxud əşyalar istifadə oluna bilər. Reklam olunan

malla müəyyən musiqi, səs və ya işıq effektləri əlaqələndirilir.

Reklam verən reklam müraciətinin bir neçə variantlannı

aldıqdan sonra reklam üzrə mütəxəssislə birlikdə bu variantlar

arasından uyğun gələn son işçi variantını seçirlər. Bir qayda

146

Page 147: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyotinin əsaslan

olaraq, yuxarıda göstərilən variantların heç birindən tək şəkildə

istifadə edilmir.

3. Reklamın təsviri. Rəngli reklam ağ-qara reklama nisbətən

diqqəti daha tez cəlb etməklə, həm də yaddaşda daha uzun müddət

ərzində qalması ilə fərqlənir. Bu zaman sarı fon üzərində qara

hərflər, ağ fon üzərində yaşıl və qırmızı hərflər daha yaxşı qəbul

edilir. Ağ fon üzərində qara hərflər bu sıralamada yalnız altıncı

yeri tutur.

Psixoloji tədqiqatların nəticələrinə görə, qırmızı rəng

insanlarda istilik hissi, mavi və göy rənglər isə, sojmqluq və

sərinlik hissi oyadırlar. Narıncı və qara rənglərin uzlaşması insanın

diqqətini daha tez cəlb edilir, lakin şüuraltmda həyəcan hissi

oyadıır. Mavi rəng insana sakitlik hissi gətirir. Onun istifadəsi

həmçinin insanda həcmin böyüməsi xülyası yaradır. San və ağ

rənglərdə də bu belə olur. Kvadratlara bölünmüş ağ sahə isə,

əksinə daha kiçik görünür və s.

Psixoloqlar təsdiq edirlər ki, insanların əks olunduğu şəkillər,

cansız əşyaların əks olunduğu rəsmlərə nisbətən diqqəti 23% çox

cəlb edirlər. Reklam müraciətlərinin personajları arasında

auditoriyanın rəğbətini daha çox uşaqlar və itlər qazanırlar,

Reklam müraciətinin strukturu onun tərkib kompozisiyasının

hazırlanmasıdır. Reklam müraciətinin strukturuna aşağıdakı tərkib

hissələri aiddir:

- başlıq;

- sloqan və ya reklam şüan;

- başlanğıc;

- məlumat bloku;

- arayış məlumatları;

- əks-səda ibarəsi.

Qeyd edilməlidir ki, göstərilən bu bölgü kifayət qədər

şərtidir. Bəzi müraciətlərdə bu və ya digər element olmaya

147

Page 148: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M.M. Hüseynov

da bilər. Adətən başlıq mətndə əsas cəlb edici element kimi çıxış

edir. Başlıq 6 funksiya yerinə yetirir:

1. Diqqəti cəlb etməlidir;

2. Öz oxucusunu seçməlidir. Bu səbəbdən auditoriya

müəyyən əlamətlərə (məs., yalnız gənclər, qadınlar,

varlılar və s.) görə təsnifləşdirilir;

3. Oxucunun diqqətini mətnin əsas hissəsinə doğru

istiqamətləndirməlidir;

4. Başlıqda reklam müraciətinin əsas fikri (ideyası) əks

olunmalıdır. Başlıq əhval-ruhiyyə və surət yaradır,

məhsulu almağı təklif edir və məhsulun adını göstərir;

5. Başlıq istehlakçıya məhsulun alışından fayda gələcəyini

vəd etməlidir;

6. Başlıqda məhsulda oxucunu maraqlandıran yenilik əks

olunmalıdır.

Belə ki, alıcını həmişə yeni məhsullar, köhnə məhsullann

tətbiq olunmasında yeni üsullar və ya təkmilləşdirmələr

maraqlandırır. Buna görə də, “təkmil”, “təkmilləşdirilmiş”,

“inqilabi”, “indicə əldə edilmiş”, “irəliyə doğru mühüm addım” və

s. bu kimi sözlər və ifadələrdən istifadə edilməsi müraciətin

oxunaqlığını artırır.

Sloqan və ya reklam şüarı reklam müraciətinin mütləq

elementlərindəndir. İdeal halda o, əmtəə nişanının mahiyyəti və ya

xüsusiyyətlərini ifadə edən qısa fikirdən ibarət olur. Məsələn,

“Filips” firması şirkətin “Həyatı yaxşılığa doğru dəyişək!” şüan ilə

reklam materiallan silsiləsi yaratmışdır. Sloqan - adətən, reklam

müraciətini qabaqlayan qısa reklam şüan, çağınş, başlıq, kəlamdır.

Bu, auditoriyanın diqqət və marağını cəlb etmək üçün istifadə

edilən əsas vasitələrdən biridir. Firmanın şüan firmanın əldə etdiyi

nailiyyətləri əks etdirə və vurğulaya bilər. Məs., “Soni”

korporasiyasının “Bu - “Sonidir” şüannı göstərmək olar. Xüsusilə

də, digər

148

Page 149: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

elementlərin (şəkillərin, rənglərin) olmadığı hallarda onun rolu

daha da artır. Sloqana qoyulan əsas tələblərə onun qısalığı və

tələbatlann ödənilməsi ilə bağlı əminliyin verilməsi aiddir.

Müəyyən olunmuşdur ki, sloqanı oxuyan insanların sayı reklam

mətnini oxuyanlardan 5 (bəzi hallarda 7) dəfə çoxdur. Sloqan “açar

sözlər”ə əsaslanır və aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Dostluq və xeyirxahlığa əminlik;

- Vaxta qənaət;

- Keyfiyyət;

- Dəb;

- Üslub.

Beləliklə, uğurlu sloqan:

1. Asan oxunmalı və yadda qalmalı;

2. Orijinal olmalı;

3. Maraq oyatmalı;

4. Nadir ticarət (kommersiya) təklifinə (NTT) malik olmalı;

5. Xeyir, fayda, mükafat boyun olmalıdır.

Seçilmiş KİV-dən asılı olmayaraq dəqiq şüar bütün elanlarda

təkrar olunur. Bununla bərabər, təbiidir ki, TV və ya radio

verilişinin özünəməxsus cəhətləri də nəzərə alınır. Sloqan

özünəməxsus musiqi haşiyəsinə də malik ola bilər.

Başlanğıc - müraciətin sloqanı açıqlayan və məlumat

blokunu qabaqlayan hissəsi.

Məlumat bloku - həm də əsas mətn adlandmlmaqla, alıcının

motivləndirilməsində və lazımi məlumatların ona çatdınimasında

əsas yükü öz üzərinə götürür. İnsanlar özləri üçün lazımlı

informasiya (xüsusilə də bahalı mallara aid) olduğu halda bəzən

hətta böyük mətnləri də oxumağa hazırdırlar.

Arayış məlumatları - özündə reklam verənin ünvanı, telefonu

və onlarla etibarlı rabitənin digər yollannı

149

Page 150: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. ibrahimli, M.M. Hüseynov

birləşdirir. Bu blokda reklam olunan əmtəənin alışı ilə bağlı

prinsipial vacib şərtlərin (ödəmə forması və valyutası, minimal

partiyanın həcmi, əsas çatdırılma şərtləri və s.) əks olunması

məqsədəuyğundur.

Müraciət əks-səda ibarəsi ilə yekunlaşa bilər. Bu ibarə

sloqanı eynilə təkrarlaya və ya onun mənasını, əsas motivini ifadə

edə bilər. Onun tətbiqi müraciətin kifayət qədər böyük olduğu

hallarda daha səmərəli olur.

Qeyd edilməlidir ki, hər reklam müraciəti özündə bütün

sadalanan elementləri birləşdirmir. Onlardan hər hansı birinin

bildirişə daxil edilməsinin məqsədəuyğunluğu mövcud

vəziyyətdən asılıdır.

Reklamın məqsədlərinə və nəzərdə tutulan auditoriyaya

müvafiq olaraq reklam müraciətinin əsas 3 modeli daha geniş

yayılmışdır:

1. Al - Hiss et - Tanı (AHT) - yenilik həvəskarlarına

ünvanlanmış model;

2. Tanı - Hiss.et - Al (THA) - ilkin təhlilə, təklif olunan

məhsulun rəqib məhsullarla müqayisəsinə meylli olan tələbkar

alıcılara ünvanlanmış model;

3. Hiss et - Al - Tanı (HAT) - daimi alıcılara ünvanlanmış

model.

6.6. Reklamın ictimai-psixoloji əsaslan

Reklamın obyekti kimi insan çıxış edir, buna görə də

reklamın təsiri ilk növbədə insana psixoloji təsirdən ibarətdir.

Reklam, onun istehlakçısının maraqları, reklam olunan malın

istehlakçının tələbatlarının ödənilməsi baxımından

qiymətləndirilir. Bacanqla təşkil olunmuş reklam nəticəsiz qala

bilməz. Tədqiqatlara görə, ABŞ-ın özünəxidmət mağazalarındakı

bütün alışların demək olar ki, 40%-ni “impuls alışları” təşkil edir.

Bu o deməkdir ki, mağazada

150

Page 151: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya faaliyyəiinm 9saslan

olan insan bəzən mağazaya daxil olmazdan, hətta məhsulu

görməzdən əvvəl almağı planlaşdırmadığı əmtəələri alır.

Bəs beh qəfil alışların səbəbi nədir?

Bu suala cavabı sövqedici motivlərin tədqiqi nəticəsində

almaq mümkündür. Bu tədqiqatların məqsədi kütləvi alıcının

psixologiyasının açılmasından, onun davranışlannı, ani qərarlarını

idarə edən gizli motivlərin dərk edilməsindən ibarətdir.

Beləliklə, reklam müraciətinin məzmununun

formalaşdırılması reklamın ünvanlandığı şəxsin müəyyən mənada

motivləndirilməsini nəzərdə tutur. Reklam müraciətinə arzu edilən

cavab reaksiyası yalnız müraciətdə istifadə edilən motivin reklam

istifadəçisinin ehtiyaclan ilə üst-üstə düşərək onda müəyyən maraq

yaratdığı halda mümkündür. Ümumi şəkildə motiv - şəxsiyyəti

hərəkətə gətirən daxili psixoloji vəziyyət kimi nəzərdən keçirilə

bilər. Motivin əsasında elə bir məqsəd durur ki, ona nail olunması

ilə müəyyən ehtiyac və tələbatlar ödənilir. Başqa sözlə, motiv

ümumilikdə insanın hərəkət və davranışının “mühərriki” rolunda

çıxış edir.

Bu cəhətdən motivləşdirmə əmtəə alışının

məqsədəuyğunluğunun əsaslandırılması kimi qəbul olunur. Nəticə

etibarıilə, alış motivlərini insanların sosial-məişət mühiti, onların

şəxsi ailə həyatı, ünsiyyət dairəsi, intellekti, maraqlan, kollektivin

ictimai və istehsal həyatında iştirakı aspektlərindən nəzərdən

keçirmək olar. Bu ilkin şərtləri nəzərə almadan insan şəxsiyyətinin

formalaşdığı konkret sosial-təbii mühit haqqında danışmaq olmaz.

Göründüyü kimi, yuxarıda qeyd olunan motivlər vərdişlərlə,

ənənələrlə sıx surətdə bağlıdır. İstehlakçılar adətən zamanla

sınanmış, öz ölkəsində, peşəkar mühitdə ənənəvi olan və s. malları

istehlak etməyə üstünlük verirlər.

151

Page 152: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Vərdiş motivləri ilə alışın dəb (moda), prestijlik motivi də

uyğun gəlir. Bu motivlər bəzən işgüzar mülahizələrə zidd olsa da

onlann rolu çox böyükdür.

Reklam müraciətlərində istifadə edilən motivlər şərti olaraq

aşağıdakı 3 böyük qrupda birləşdirilirlər:

1. Rasional;

2. Emosional;

3. Əxlaqi.

Rasional motivlərə aşağıdakılar aid edilə bilər:

• gəlirlilik motivi və ya iqtisadi motiv - bir çoxlannın

varlanmaq, malik olduqları vəsaitlərdən məqsədyönlü şəkildə

istifadə etmək, qənaət etmək kimi təbii istəklərinə əsaslanır;

• sağlamlıq motivi - keyfiyyətli ərzaq məhsullarının, idman

mallarının, şəxsi gigiyena vasitələrinin reklamında istifadə edilir;

• etibarlılıq və təminatlılıq motivi - bank və sığorta işində

müəyyənedici amildir. Bununla yanaşı, istehsalatda və məişətdə də

insan özünü qabaqcadan görülməyən təhlükələrdən qorumaq

istəyir;

• rahatlılıq və əlavə üstünlük motivi - fəaliyyətin müəyyən

qədər asanlaşdınimasmı, məişətdə və istehsalatda əlavə rahatlığın

yaradılmasını, müəyyən dəyişikliklərin apaniması zamanı

əhəmiyyətli üstünlüklərin əldə edilməsini nəzərdə tutur.

Emosional motivlərə aşağıdakılar aid edilə bilər:

• qorxu motivi - Beynəlxalq Reklam Məcəlləsində, reklam

təcrübəsində məhdudlaşdırılmasına baxmayaraq müxtəlif

antireklamlarda (siqaret çəkməyə qarşı, QİÇS-ə qarşı mübarizə və

s.) istifadə edilir;

• əhəmiyyətinik və özünü təsdiq etmə motivi - insanın təbii

olaraq öz ətrafı tərəfindən qəbul edilməsi, öz sosial

152

Page 153: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

statusunu yüksəltmək, müəyyən nüfuza nail olmaq istəyinə və s.

əsaslanır. Bu motivi bahalı avtomobil modellərinin reklamına aid

etmək olar;

• azadlıq motivi - insanın öhdəliklərdən müstəqilliyə can

atması, həyatın müxtəlif sahələrində öz azadlığınm müdafiəsinə

çalışması ilə müəyyən edilir. Bu motivdən fermer təsərrüfatları

üçün nəzərdə tutulan xammal emalı avadanlıqlarının reklamında

və s. fəal şəkildə istifadə edilir;

• aşkar etmə motivi - insanın maraqlanmaq və yeniliyə qarşı

sevgi kimi xüsusiyyətlərini aşkara çıxarır. Bu motivlərdən “Fərqi

hiss edin...”, “Özünüz üçün...kəşf edin”, “Sınayın, peşman

olmayacaqsınız” və s. kimi çağınşlarda istifadə edilir;

• sevgi motivi - ən çox hədiyyələrin (kişi və qadın

əşyalarının), oyuncaqların, uşaqlara qulluq vasitələrinin və s.

reklamında istifadə edilir;

• iftixar (fəxr etmək) və vətənpərvərlik motivi;

• sevinc və yumor hissi motivi.

Əxlaqı və son illərdə geniş yayılmış sosial motivlərə əsasən

aşağıdakılar aid edilir:

• ədalətlilik motivi - xeyriyyə fondlarının, ictimai

təşkilatların, siyasi kampaniyalann reklamında istifadə edilir;

• ətraf mühitin mühafizəsi motivi - hazırda bir çox təşkilatlar

tərəfindən istifadə edilir;

• düzlük (saflıq, alicənablıq) motivi - düzgünlük,

vicdanlılıq, saflıq, xeyirxahlıq, təmizkarlıq kimi başlıca mənəvi

dəyərlərə əsaslanır;

• şəfqət (rəhm, mərhəmət) motivi - insanın ətrafdakılarm

çətinliklərinə canıyananlığı ilə müəyyən olunur.

153

Page 154: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimlii M.M. Hüseynov

İnsana təsir baxımından reklamın vəzifələri olduqca

mürəkkəbdir. Reklamçı tanımadığı çoxlu sayda insanla iş

gördüyündən bəzən onun reklam müraciətlərinin qəbul olunacağı

şəraiti nəzarətdə saxlaya bilmir.

İnsanın davranışı və ətraf informasiyanı qəbul etməsi

qabiliyyəti daimi olaraq dəyişir. Davranışlar, ani qəbul edilən

qərarlar müəyyən andakı qıcıqlandırıcılar kompleksinin təsiri

altında formalaşır. Reklam mühitində insanın davranış prosesinə

həm xarici, həm də daxili amillər təsir göstərir. (Şəkil 6.2.)

Ş^kil 6.2. Xarici və daxili amillərin (qıcıqlandırıcılarm) insanın

davranışına təsiri

Xarici amillər verilmiş zaman anında bizim ətrafımızda baş verən hadisə və proseslərdir. Buraya ətrafda yaşayan İnsanları, hava şəraitini və s. aid etmək olar.

DaxUi amillər bizim daxilimizdə baş verənlərdir. Məsələn, müxtəlif şeylərə olan münasibətimiz, sağlamlığmız, baxışlarımız, keçrmiş təcrübəmiz və s.

Reklam fəaliyyətində daxili və xarici amillərin, onların fəaliyyət istiqamətlərinin başa düşülməsi mühüm əhəmiyyət

154

Page 155: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

kəsb edir. Bu, reklamın məqsədyönlü təsiri prosesində insan

psixikasını idarə etməyə imkan yaradır.

Başqa sözlə, bu daxili və xarici amillər müəyyən psixoloji

əhval-ruhiyyə yaradır ki, o da son nəticədə insanın müəyyən

davramşlannda təzahür edir. Beləliklə, reklam informasiyasını

qıcıqlandırıcılar kompleksi kimi nəzərdən keçirmək olar. İnsana

hər zaman çoxsaylı qıcıqlandırıcılar təsir göstərir və bunların hər

biri özündə müəyyən informasiya daşıyır. Bu qıcıqlandırıcılara

rəngləri, reklam müraciətinin təsviri formalarını, təzadlığını,

həcmini, intensivliyini və s. aid etmək olar.

Nəticə etibarilə reklamın təsirinin güclü olub-olmaması

reklam qıcıqlandırıcısından asılıdır. Misal üçün, yolun kənarında

yerləşdirilən reklam lövhəsinin daşıdığı informasiya insanın sinir

sisteminə təsir göstərən digər bu tip tip informasiyalarla rəqabətə

girir. Buna görə də daha rəqabət qabiliyyətli olmaq və yoldan

keçənlərin diqqətini cəlb etmək üçün bu reklam lövhəsi ətrafdakı

lövhələrə nisbətən daha parlaq və nəzərə çarpan olmalıdır. Reklam

qıcıqlandıncılannm belə təsiri plakatlann, afişaların, pannolann

hazırlanması zamanı nəzərə alınır. Bu məqsədlə parlaq, işıq verən

boyalardan, gözə tez çarpan orijinal cizgilərdən istifadə olunur.

Bazarın əmtəələrlə doyması ilə bağlı olaraq sahibkarın

qarşısında satış problemi daha kəskin şəkildə ortaya çıxır. Bu halda

təkcə əmtəənin istehlak dəyəri kifayət etmir. Əmtəəni uğurla

satmaq üçün xüsusi cazibədarlıq, simvolik dəyər, yəni imic

yaratmaq lazımdır ki, bunun vasitəsilə də insanı əmtəəni almağa

həvəsləndirmək olar. Məsələn, “Marlboro”

siqaretlərinin adi siqaret olmadıqlarını, “əsl kişi”lərin siqareti

olduğunu göstərmək: “Marlboro”nun reklam plakatlarında

qolunda döymə olan orta yaşlı, cəsur kovboy təsvir edilir. Başqa

bir misal: “Mersedes” avtomobili sadəcə olaraq bahalı avtomobil

deyil, işində uğurlu olan insanlann avtomobilidir və s.

155

Page 156: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Reklam biznesində əmtəələrin “imicini” təcəssüm etdirən xüsusi simvolların yaradılması məsələsi ortaya çıxmışdır.

ABŞ-da imicin yaradılması təkcə əmtəələr üçün yox, həm də siyasi fəaliyyət, ideya və ictimai xadimlərin təşviqi üçün də reklam-informasiya biznesinin aynimaz hissəsinə çevrilmişdir. Həyat təcrübəsini qidalandıran xülyaların yaradılması ABŞ-da reklam biznesinin ən mühüm hissəsini təşkil edir. Məsələn, ABŞ-da avtomobilin reklamında əsas diqqət onun texniki xüsusiyyətlərinə deyil, onun imicinə, yəni rənginə, formasına, salonun tərtibatına, rahatlıqlarına verilir, bu avtomobilin alıcısının uğurlu, zəngin insanlara məxsus olduğu qeyd olunur. Beləliklə, sahibin təsəvvüründə satın alınmış avtomobilin imici onu cəmiyyətin nüfuzlu sosial təbəqəsinə aid edir.

Reklam, konkret məhsulu istehlaka həvəsləndirmə şəraitini yaradaraq, müəyyən sosial təbəqədən olan insana təlqin edir ki, o, öz mövcud mövqeyini əldə edəcəyi əşyanın istehlak xüsusiyyətləri ilə möhkəmləndirə bilər. Məsləhətləri effektiv təlqinetmə vasitəsi olan məşhur aktyorlar, yaxud tanınmış nüfuzlu şəxslərin çıxışı əmtəəyə əlavə psixoloji dəyər verir.

Reklam müraciətinin tərkibi reklamın əsas problemidir, çünki öz təsiri prosesində o, insanın rəy və davranışlanna təsir göstərir və müvafiq olaraq da onun tərəfindən qəbul olunur və ya rədd edilir. Bununla bərabər, reklamın təsirinin effektivliyi çox halda reklamda insan psixikasının nə dərəcədə nəzərə alınmasından asılı olur. Söhbət reklamda təlqinetmə və inandırma metodlanndan istifadə edilməsindən gedir.

Müraciətin qeyri-tənqidi qəbuluna əsaslanan təsir üsulu kimi təlqinetmə - hansısa fikrin möhkəmlənməsi, hansısa fikrin isə, sübuta ehtiyac olmadan rədd edilməsini əks etdirir. Təlqinetmə insanlarda informasiyanı təkcə sübutlar əsasında yox, mənbələrin nüfiızluğu əsasında qəbul edilməsi

156

Page 157: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

qabiliyyətinin olmasını nəzərdə tutur. İki cür təlqinetmə fərqləndirilir:

1) Mahiyyəti qeyri-tənqidi qəbul əsasında informasiya ilə razılaşmağa hazırlıqdan ibarət olan ilkin (psixomotor) təlqin etmə. Misal olaraq, “Biz meyvə yox, sağlamlıq alırıq” şüarı;

2) Yüksək nüfuzlu mənbədən əldə edilən informasiyanın təsiri altında fikrin dəyişməsini ifadə edən nüfuzlu təlqinetmə. Misal olaraq, “Seyfqard” sabununun keyfiyyət zəmanəti F.Erisman adına Gigiyena İnstitutu tərəfindən təsdiqlənmişdir” şüarı.

İnandırma kütləvi kommunikasiya kanallan vasitəsilə ictimai rəyin formalaşdınlmasnın daha obyektiv metodudur. İnandırma insanın bu və ya digər baxışlannı, münasibətlərini dəyişmək, yaxud yeni baxış və münasibətlərin yaradılması məqsədilə onun təfəkküründəki rasional momentlərə müraciət edilməsidir. Beləliklə, inandırma fakt və sübutlarla möhkəmləndirilmiş fikrin məntiqi qəbul olunma üçün hesablanmış birbaşa çatdırılması formasıdır. Şəxs nə qədər ünsiyyətcildirsə, onun inandırma üsullannın köməyilə həyata keçirdiyi reklam, bir o qədər səmərəlidir.

Potensial istehlakçıya müraciət edərkən, əmr cümlələrindən istifadə etmək düzgün deyil. İnsanlann əksəriyyəti onlara əmr edilməsindən xoşlanmırlar. Bunu alış haqqında qərar qəbul etməzdən əvvəl uzun müddət tərəddüd edən qərarsız alıcılara münasibətdə nəzərə almaq xüsusilə vacibdir. Reklam bu subyektiv xüsusiyyətləri nəzərə almalıdır.

Ancaq reklam sahəsinin mütəxəssisləri tez-tez özlərinə belə suallar verirlər: reklam məqsədi nə dərəcədə açıq-aydın olmalıdır? Reklamın emosional təsir gücü nə qədər olmalıdır? Bu suallara cavablan alıcıların psixologiyasının öyrənilməsi verir.

Reklam təsirinin gücü informasiyanın təkrarlanması amilindən asılıdır. “Təlqinetmə effekti”nə nail olmaq üçün

157

Page 158: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M. Hüseynov

informasiyanı yalnız bir dəfə vermək kifayət etmir. Çalışmaq lazımdır ki, təlqin edilən məlumat bir neçə dəfə təkrarlansın, həmçinin hər dəfə onda nə isə yenilik əmələ gəlsin, tərkibinin nəzərə çatdırılmasının forma və üsulları dəyişsin.

Məlumdur ki, reklam müraciəti birinci dəfədən nadir hallarda sona qədər oxunur. Onun birinci dəfə oxunuşdan sonra mənimsənilməsi və yadda qalması isə daha nadir hallarda baş verir. Buna görə də reklamla ilk tanışlıq zamanı insan ondan güclü psixoloji təsir impulsu almalıdır. Əks təqdirdə, reklam müraciətinin qəbulu prosesi ümumiyyətlə dayana bilər.

Reklam müraciətinin təsirinin intensivliyi informasiyanın unudulması ilə sıx əlaqədədir. Belə ki, insanın qəbul edilən informasiyanın yalnız çox məhdud hissəsi yaddaşda qalır. İnformasiyanın əhəmiyyətli hissəsi qısa müddət ərzində cari fəaliyyət üçün yadda qalır. Bu, operativ yaddaşdır.

Reklam müraciətləri, bir qayda olaraq, cari fəaliyyətə aid olmadığından, onlar çox vaxt qəbul olunduqdan sonra unudulurlar. Buna görə də ilkin dövrdə vaxt vahidi ərzində daha çox asan mənimsənilən (emosional formada) informasiya vermək lazımdır. Sonradan reklam verilməsinin intensivliyini müəyyən optimal səviyyəyə qədər azaltmaq olar.

Tədqiqatlara görə, insanın ehtiyac və təlabatlarına cavab verən məlumatlar yaddaşda daha möhkəm qalır. Yerdə qalan informasiya şüursuz olaraq kifayət qədər uzun müddət ərzində yaddaşda qala bilər. Tərkibində insanın təlabatı ilə reklamiaşdınlan əmtəənin xüsusiyyətləri arasında daxili bağlılıq olan informasiya da asan yadda qalır. İnsan reklam müraciətində nə qədər çox belə məna əlaqələri tapırsa, həmin reklamın məzmununu da bir o qədər asan yadda saxlayır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, reklam müraciəti dərhal insanın diqqət sferasına düşməyə də bilər.

158

Page 159: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Buna görə də reklam üzrə mütəxəssisin vəzifəsi reklam mətninin obrazlı şəkildə yadda qalmasına şərait yaradan ötürülmə metodları tapmaqdan ibarətdir. Tədqiqatlar göstərir ki, ilkin məlumat ünvanlandığı şəxslərin 30-50%-nin diqqət sferasına düşür. Məlumatın istehlakçıların əksəriy>'ətinin diqqətini cəlb etməsi üçün onu, ən azı üç dəfə nəşr etdirmək lazımdır. Bu cəhətdən reklam vasitəsinin, materialın ötürülməsi metodlarının və nəşr vaxtının seçilməsi mühüm rol oynayır. Reklam məlumatının təkrar nəşrlərinin optimal sayı ilkin ötürmə anından bütün reklam dövrünün sonuna qədər zaman intervallarının vaxtlarından asılı olaraq müəyyən edilir. Məs., psixoloqlar reklam mətninin başa düşülməsi və yadda saxlanması məqsədilə nəşrlərin aşağıdakı cədvəlindən istifadə etməyi tövsiyə edirlər;

• İkinci nəşr - birincidən 2 gün sonra:

• Üçüncü nəşr - birincidən 5 gün sonra;

• Dördüncü nəşr - birincidən 10 gün sonra;

• Beşinci nəşr - birincidən 20 gün sonra;

• Sonrakı nə.şrlər - əvvəlkindən 20 gün sonra [43]. Digər tərəfdən, reklam müraciətini həddən artıq tez-tez

təkrarlamaq, habelə bu müraciətin ötürülməsinin eyni üsullarından istifadə edilməsi tövsiyə olunmur. Məlumatın fasilələrlə, rəngarəng musiqilərin müşayiəti altında təqdim edilməsi daha təsirli effekt verə bilər,

6.7. Reklam fəaliyyətinin hüquqi tənzimlənməsi və bu

sahədə dövlət nəzarəti

Reklam təkcə istehlakçıları yeni əmtəələr, xidmətlər və ya qiymətlər haqqında məlumatlarla təmin edən özünəməxsus vasitə deyil. Reklam həm də vətəndaş hüquqi nöqteyi-nəzərindən alqı-satqı müqavilələrinin bağlanması zamanı kommersiya təklifi funksiyasını da yerinə yetirə bilər.

159

Page 160: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət bazarında həyata keçirdikləri kommersiya fəaliyyətində reklam ilə bağlı, başqa sözlə, reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətlər 3 oktyabr 1997-ci il tarixli, 376- IQ Xs -li “Reklam haqqında” Qanunla tənzimlənir.

Qanuna görə, “reklam — fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiyadır.” Beləliklə, reklam, hər şeydən əvvəl, maraq formalaşdırmaq və ya bu marağı dəstəkləmək məqsədilə fiziki və ya hüquqi şəxslər, əmtəələr, ideyalar və təşəbbüslərin reallaşdınlmasma yol açan informasiyalann yayılmasıdır. Bu informasiyalar ölkə qanunvericiliyi ilə qadağan edilməyən istənilən formada, istənilən vasitələrin köməyilə yayıla bilər.

Qanun reklam prosesinin həyata keçirilməsində aşağıdakı subyektlərin iştirakını nəzərdə tutur:

• reklam istehlakçısı; • reklam sifarişçisi; • reklam istehsalçısı; • reklam yayıcısı; • reklam agentliyi; Reklam istehlakçısı - nəticə etibarilə ona təsir edən, yaxud

edə bilən reklam məlumatı nəzərinə çatdınlan fiziki və ya hüquqi şəxsdir.

Reklam sifarişçisi - reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir.

Reklam istehsalçısı - reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir.

Reklam yayıcısı - əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə

160

Page 161: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən (yayan) fiziki və ya hüquqi şəxsdir.

Reklam agentliyi - hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilatdır.

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə ərazisində reklam sifarişi, istehsalı və yayımı ilə məşğul olan hüquqi şəxslərə (onlann filial və nümayəndəliklərinə) və fiziki şəxslərə şamil edilir. Eyni zamanda bunu da qeyd etmək lazımdır ki, bu qanun qeyri- kommersiya xarakterli reklama - siyasi reklama, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil edilmir. Qanunda “sosial reklam” anlayışı da öz əksini tapır. Maddə 19.1.-ə görə, “sosial reklam ictimai və dövlət maraqlarına xidmət edir və xeyriyyəçilik məqsədi daşıyır. Sosial reklamda kommersiya təşkilatlannın, fərdi iş adamlarının adlan, onların əmtəələrinin konkret markalan, yeni zamanda qeyri-kommersiya təşkilatlannın sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəənin markaları (modelləri, artikullan) göstərilə bilməz.”

“Reklam haqqında” Qanun reklama qarşı ümumi və xüsusi tələbləri müəyyən edir. Qanunda haqsız, qeyri-dəqiq, qeyri-etik, bilərəkdən yalan və gizli reklamın başlıca əlamətləri ifadə edilmişdir. Bununla bərabər. Qanınıda ayrı- ayrı əmtəə növlərinin reklamı, sponsorluq, habelə reklamların istehsalında, yerləşdirilməsində və yayımında həddi-büluğa çatmamış şəxslərin hüquqlarının müdafiəsi, reklamın yerləşdirilməsi və yayılması ilə bağlı xüsusiyyətlərinə və s. diqqət ayrılmışdır.

Qanunun xüsusi fəsli reklam verənlərin, reklam istehsalçılarının və reklam yayanların hüquq və öhdəliklərinə həsr olunmuşdur. Belə ki, reklam istehsalçısı və reklam yayanın reklam informasiyasını tələb etmək hüququ var, reklam verən isə həmin informasiyanı təqdim etməyə borcludur. Əgər reklam verənin fəaliyyəti

161

Page 162: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M, Hüseynov

lisenziyalaşdır!İmalıdırsa, onda müvafiq əmtəənin, habelə reklam verənin özünün reklamlaşdınİması zamanı sonuncu müvafiq lisenziyam və ya onun təsdiq olunmuş surətini təqdim etməlidir. Reklam istehsalçısı və reklam yayanın isə müvafiq sənədi tələb etməyə hüququ vardır. Qanunda reklam prosesində iştirak edən tərəflərin başqa hüquq və öhdəlikləri də ifadə edilmişdir.

“Reklam haqqında” Qanunda reklam sahəsində dövlət nəzarəti üzrə müvafiq icra hakimiyyəti orqanlannın öz səlahiyyətləri çərçivəsində hüquqlan, reklam fəaliyyətinə özünə nəzarəti həyata keçirən reklamçılann peşəkar cəmiyyətləri, birlikləri, assosiasiyalann fəaliyyət istiqamətləri göstərilir. Habelə burada reklam haqqında qanunun tələblərinin pozulması faktının müəyyən olunması halında əks reklamın verilməsi qaydası və müvafiq reklama görə məsuliyyət də müəyyən olunmuşdur.

Azərbaycan Respublikasında reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlər ölkəmizdə qüvvədə olan digər qanunvericilik aktlan ilə tənzimlənir. Məs., Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (maddə 197.1.) görə, özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adma oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda 1000-5000 AZN miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 197.2. -yə görə isə, eyni əməllər külli miqdarda ziyan vurduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandınlır [148].

AR Cinayət Məcəlləsinin 198-ci maddəsinin 1-ci bəndinə əsasən, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onlann istehsalçıları (icraçılan, satıcdan) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda 1000-5000 AZN miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri ilə

162

Page 163: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda (maddə 198.2.) 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandınlır.

Beynəlxalq Ticarət Palatasının Reklam fəaliyyəti Məcəlləsi 1937-ci ildə Parisdə qəbul edilmiş, 1949, 1955, 1966 və 1973-cü illərdə ona yenidən baxılmışdır. Bu məcəllə Beynəlxalq Ticarət Palatasının mövcud siyasətinə müvafiq olaraq ayn-ayrı ölkələrin qanunvericiliyinə və beynəlxalq hüquqa əsaslanır [131].

Məcəllədə göstərilir ki, sənaye və ticarət, habelə reklam fəaliyyəti ilə əlaqədar olan bütün tərəflər cəmiyyət və istehlakçılar qarşısında öz məsuliyyətini qəbul edir, həmçinin kommersiya təşkilatları ilə istehlakçıların maraqlan arasında ədalətli tarazlığın bərqərar edilməsinə çalışırlar.

Məcəllənin təsir dairəsi istənilən əmtəə və xidmətlərin reklamının bütün növlərini, o cümlədən tanıdıcı (imic) reklamnı əhatə edir. Məcəllə Beynəlxalq Ticarət Palatasının marketinq fəaliyyəti haqqında aşağıdakı məcəllələri ilə birgə tətbiq edilməlidir:

• Marketinq tədqiqatları məcəlləsi; • Satışın həvəsləndirilməsi (stimullaşdınlması) üzrə

fəaliyyət məcəlləsi; • Birbaşa poçt göndərişləri və kataloqlar üzrə ticarət

məcəlləsi; • Birbaşa satışlar məcəlləsi.

Məcəllə reklam fəaliyyətinə aid olan bütün tərəflərin (reklam verənlər, reklam istehsalçılan, KİV və digər reklam daşıyıcıları) riayət etməli olduğu etik davranış standartlannı müəyyənləşdirir.

Reklamda müxtəlif kütləvi informasiya vasitələrindən (mətbuat, televiziya, radio və digər elektron vasitələr, xarici reklam, filmlər, birbaşa poçt göndərişləri) istifadə olunması ona gətirib çıxanr ki, informasiya vasitələrindən biri üçün normal qəbul edilən reklam digər bir informasiya vasitəsi üçün yol verilməz ola bilər. Məcəllə reklamın sözlər və

163

Page 164: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

rəqəmlər (yazılı və şifahi şəkildə), vizual təsvir, musiqi və səs effektləri daxil olmaqla bütün məzmununa aid edilir.

Məcəllə aşağıdakı başlıca prinsiplərə riayət olunmasını əsas göttırür:

® Reldam qanuni, ədəbli, vicdanlı və düzgün olmalıdır; • Reklam ictimaiyyət qarşısında lazımi məsuliyyət hissi ilə

hazırlanmalı və kommersiya fəaliyyətində hamı tərəfindən qəbul edilmiş vicdanlı rəqabət prinsiplərinə uyğun olmalıdır;

® Reklam ictimaiyyətin reklam fəaliyyətinə olan etibarına mənfi təsir göstərməməlidir.

Məcəllənin tərkibinin əsasına ədalətlilik, doğruluq və s. kimi ən mühüm reklam normalan qoyulmuşdur.

Məcəllədə riayət edilməsi vacib olan qaydalar da əks olunur. Buraya, ədəb, vicdan, düzgün təsəvvür, müqayisə, dəlil, böhtan, sirrlərin qorunması, etibardan istifadə, təqlid etmə, reklamın eyniləşdirilməsi, təhlükəsizliyə münasibət, məsuliy>'ət və s. aiddir.

Bununla yanaşı. Məcəllə uşaqlara aid reklamın (o cümlədən, pulsuz reklamın) normalarını da müəyyən edir. Burada diqqəti yetirilməsi vacib olan 7 başlıca norma özünə yer tapır: identifıkasiya (eyniləşdirmə), təzyiq (zorakılıq), ümumi insanlıq (ictimai) dəyərləri, təhlükəsizlik, malların sırınması (inandırma), dürüst təqdim etmə, qiymət.

Yoxlama üçün suallar:

İnteqrasiya olunmuş marketinq-kommunikasiya

kompleksinin əsas tərkib hissələrini və xüsusiyyətlərini

göstərin.

Firma həvəsləndirmə kompleksinin hazırlanması

gedişində hansı amilləri nəzərə almalıdır? “Reklam

” anlayışının mahiyyətini açıqlayın. Reklamın əsas məqsəd, vəzifə və funksiyaları hansılarıdır?

164

Page 165: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

♦ Ticarət reklamına qarşı irəli sürülən ən mühüm tələbləri göstərin.

♦ Reklamın zəruri olduğu va olmadığı şəraitlərin xüsusiyyətlərini açıqlayın.

♦ Reklam fəaliyy>əti hansı sahələrə aid ola bilər?

♦ Reklamverən şirkətin məqsədlərinin formalaşmasına

hansı amillər təsir edir? ♦ Aşağıdakı reklam növlərinin xüsusiyyətlərini açıqlayın: - reklamverənin kim olması baxımından; - hissiyyat orqanlarına təsirə görə; ■‘yayılma miyasına görə; - alıcıya təsir üsuluna görə; - ifadə üsuluna görə; - əsas məqsəd və vəzifələr nöqteyi-nəzərdən; - reklam istifadəçiləri ilə əks əlaqənin mümkünlüyü baxımından. ♦ Reklam vasitələrindən hər hansı birinin seçimi haqqında

qərar qəbul edərkən hansı suallara cavab tapılmalıdır?

♦ Əsas reklam vasitələrini göstərin.

♦ Reklam müraciətinin tərifini verin.

♦ Məhsul alıcıları hansı mərhələlərdən keçirlər?

♦ Reklam auditoriyasım hansı əlamətlər üzrə

seqmentləşdirmək olar?

♦ Reklam müraciətinin forma və strukturunu açıqlayın.

♦ Reklam başlığı hansı funksiyaları yerinə yetirir?

♦ Reklam müraciətlərində sitifadə edilən motivlər şərti

olaraq neçə qrupa bölünür?

♦ Reklam mühitində insanın davranış prosesinə təsir edən

xarici və daxili amilləri göstərin.

♦ Azərbaycan Respublikasında reklam fəaliyyəti necə

tənzimlənir?

165

Page 166: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M,M. Hüseynov

VII FƏSIL. KOMMERSİYA FƏALİYYƏTİNDƏ

MARKETİNQ VƏ LOGİSTİKA

7.1. Marketinq müasir kommersiya fəaliyyətinin uğurunun

əsas amili kimi

7.2. Tədarük (sənaye) marketinqi

7.3. Satış marketinqi

7.4. Logistika - kommersiya fəaliyyətində maddi və

informasiya axınlarının idarə edilməsi vasitəsi kimi

7.5. Logistik sistemlər

7.1. Marketinq müasir kommersiya fəaliyyətinin

uğurunun əsas amili kimi

“Market” - ingiliscədən tərcümədə “bazar” mənasını verir.

XX əsrin əvvəllərində (əksər mənbələrdə 1901-ci il göstərilir)

ABŞ-da yaranmış “marketinq” anlayışı ilk vaxtlar mübadilə

prosesi, əmtəə-pul münasibətlərinin meydana gəlməsi, satış

formalarının, istehsalçıların məhsul istehlakçılan ilə qarşılıqlı

fəaliyyətinin, əmtəə və xidmətlərin inkişafı ilə bağlı idi. XX əsrin

ortalarından, daha doğrusu 50- ci illərin əvvəllərindən başlayaraq

istehsal edilən əmtəələrin təklifi onlara olan tələbatı üstələməyə

başladı. Bununla əlaqədar olaraq marketinq anlayışının öz

məhsullarına alıcılar tapmağa cəhd göstərən satıcılarla (firma,

müəssisə və s.) əlaqələndirilməsinə üstünlük verildi.

XX əsrin 90-cı illərində bir çox şirkətlərdə, xüsusilə satış və

marketinq arasında inteqrasiyanın olmaması ciddi problemlər

yaradırdı. Belə ki, marketinq tədbirlərinin tez-tez istehsalatdan

ayrılıqda həyata keçirilməsi yekunda ona gətirib çıxanr ki,

istehlakçılar əmtəəni başqa firma və şirkətlərdən əldə edirlər [105,

s. 67; 106].

166

Page 167: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyaiinin əsasları

Çox zaman belə hesab edilir ki, marketinqə ehtiyac, yalnız

istehsalın və bazarın inkişafının müəyyən mərhələsində yaranır.

Lakin müasir dövrdə bu fikri o qədər də doğru hesab etmək olmaz.

Hazırda istehsal müəssisələrində satış istiqamətində həyata

keçirilən kommersiya fəaliyyətinin səmərəliliyinin

yüksəldilməsində marketinqin rolu xüsusilə böyükdür. Bazann

marketinq tədqiqatları əsasında öyrənilməsi hələ müəssisənin özü

yaranmamışdan xeyli əvvəl həyata keçirilir.

Amerika Marketinq Assosiasiyasının məlumatlanna görə,

ümumilikdə “marketinq” anlayışına 2500-dən çox tərif verilmişdir.

Xüsusilə də marketinqin satış fəaliyyəti ilə sıx əlaqəsi bir sıra

yerli və xarici ölkə iqtisadi ədəbiyyatlarında marketinq və satış

fəaliyyətlərinin eyniləşdirilməsi hallannın meydana gəlməsinə

səbəb olmuşdur.

Müasir dövrdə iqtisadçılar qarşısında duran başlıca

vəzifələrdən biri də, istehsal müəssisələrində marketinq və satış

fəaliyyəti istiqamətində yerinə yetirilən fiınksiyalann bölgüsü,

onların dəqiq sərhədlərinin müəyyən edilməsinin

metodologiyasının düzgün şəkildə aparılması olmalıdır.

Marketinqi yalnız satış fəaliyyəti ilə əlaqələndirmək və eyni

zamanda satış fəaliyyətinin marketinqin tərkib hissəsi kimi

göstərilməsi düzgün deyil.

İstehsal müəssisəsində marketinq fəaliyyəti -

kommersiya fəaliyyətinin müxtəlif aspektlərinin

əlaqələndirilməsi, tələb-təklif göstəricilərinin təhlili əsasında

müəssisənin tədarük və satış fəaliyyətinin həyata keçirilməsinin

səmərəliliyini təmin edəbilən kompleks

tədbirlər sistemidir.

Marketinq tədqiqatları hər bir sahənin özünəməxsus

xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir. Məsələn, yüngül

sənaye sahəsində marketinq tədqiqatları əsasən dəb

167

Page 168: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimlif M. M. Hüseynov

və məhsullara olan tələb arasında qarşılıqlı asılılığın öyrənilməsi və

qiymətləndirilməsini, məhsullarına olan tələbə milli, sosial,

demoqrafik, iqlim və s. amillərin təsirini əhatə edir.

Əmtəə bazannın kompleks və dolğun şəkildə öyrənilməsi

əsasında məlumat aldıqdan sonra müəssisə buraxılan məhsulun

siyahısını (nomenklaturasmı) planlaşdırmalıdır. Bu, gələcəkdə

satılacaq hazır məhsullann əsaslandırılmış şəkildə .seçilməsi,

həmçinin onların bütün xüsusiyyətlərinin istehlakçılann

tələbatlanna uyğunlaşdınimasıdır. Beynəlxalq təcrübə göstərir ki,

məhsulun satış bazarının formalaşması, hələ əmtəənin satışa

çıxanlmasıhdan xeyli əvvəl baş verməlidir. Bu o deməkdir ki,

müəssisə istehsal etdiyi məhsula lazımi tələbatın təmin edilməsi

üçün əvvəlcədən bir sıra tədbirlər həyata keçirməlidir. Bu çətin və

məsuliyyətli məsələdir, lakin nəzərə alınmalıdır ki, onun uğurla həll

edilməsi istehlakçılar tərəfindən müəssisənin əmtəələrinin uzun

müddət ərzində alqışı üçün inandıncı səbəblər yarada bilər.

Müəssisələrin idarə olunmasının yüksək səviyyədə təşkili

üçün, onların daxili və ya xarici bazara doğru istiqamətlənmiş

konkret marketinq ideologiyası olmalıdır. Deməli marketinq

mahiyyət etibarı ilə həm də böyük biznesin rəqabət mübarizəsinin

ən səmərəli alətidir və odur ki, marketinqin strategiya və taktikası

bazarın müxtəlif vəziyyətinə uyğunlaşmalıdır [56, s. 31].

Marketinqin idarə olunması dedikdə, müəssisədə müəyyən

məqsədlərə, məsələn, mənfəət götürülməsinə, satış həcminin

genişləndirilməsinə və s. nail olmaq üçün məqsədli alıcılarla

əlverişli mübadilənin yaradılmasına, möhkəmləndirilməsinə və

mühafizəsinə yönəldilmiş tədbirlərin planlaş- dınlması, təhlili və bu

işlərin həyata keçirilməsinə nəzarət başa düşülür.

168

Page 169: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

İnkşaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, müasir iri

sənaye müəssisələrində marketinq fəaliyyəti istehsal bölmələrinin

tərkibindəki (hər məhsul üzrə) marketinq şöbələri, bu şöbələrin

işinin əlaqələndirilməsi isə müəssisənin “mərkəzi marketinq

xidməti” tərəfindən həyata keçirilir.

Bazar iqtisadiyyatı şəraitində müvafiq bölgü kanalının

seçilməsi, bu kanala daxil olan vasitəçi ticarət firmalan arasında

əlaqələrin yaradılması və möhkəmləndirilməsinə görə ilk növbədə

istehsalçı firmaların özləri məsuliyyət daşıyırlar [46, s. 172]. Buna

görə də, onlar tərəfindən müasir satış üsul və formalarının, bölgü

kanallannm düzgün seçilməsinə, həmçinin onların uğurlu fəaliyyət

göstərmələrinə xüsusi fikir verilməlidir. Yəni, təkcə marketinq

şöbəsini yaratmaqla iş bitmir, bu şöbənin səmərəli fəaliyyət

göstərməsi üçün müəssisənin dəqiq, elmi cəhətdən əsaslandırılmış

müvafiq strategiyası olmalıdır.

Marketinq tədqiqatları bazann real vəziyyəti haqqında

hərtərəfli, dolğun məlumatın əldə edilməsi məqsədilə həyata

keçirir. Beləliklə də, marketinq nəticədə kommersiya işinin

səmərəliliyinin yüksəldilməsinə xidmət edir.

Marketinq fəaliyyətinin əsas vəzifələrinə aşağıdakılar aid

edilir:

• bazarın, tələbatın strukturu və dinamikasının öyrənilməsi;

• istehlakçıların zövq və istəkləri haqqında səhih informasiya

toplamaq;

• cari və perspektiv tələbata müvafiq əmtəələrin istehsalını

təşkil etmək;

• müxtəlif yarmarka və sərgilərin keçirilməsi;

• reklam, güzəştlər və qiymət siyasətinin həyata keçirilməsi; • servis xidməti göstərilməsi;

169

Page 170: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

• zəmanətlər vasitəsi ilə məhsulun satışı üçün əlverişli şərait

yaratmaq və s.[23, s. 29].

Nəzərə almaq lazımdır ki, istehsal müəssisəsində marketinq

xidmətinin formalaşdırılmasında əsas məqsəd müəssisənin

təsərrüfat-kommersiya fəaliyyətinin bazarın inkişaf qanunlarına

tabe etdirilməsindən ibarətdir.

7.2. Tədarük (sənaye) marketinqi

İnkişaf etmiş ölkələrdə, xüsusilə ABŞ-m istehsal

müəssisələrində marketinqdən geniş şəkildə istifadə edilməsi,

marketinq strategiyasının formalaşdırılması kommersiya

fəaliyyətinə xüsusi yanaşma qaydasının əmələ gəlməsinə, satış

işinin təşkili sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur.

Ölkə iqtisadiyyatında çalışan işçilərinin təxminən 25%-i marketinq

tədqiqatlarının aparılmasına cəlb olunur [94, s. 533].

Müasir dövrdə ABŞ-da sənaye, ticarət və xidmət sahəsi

şirkətlərinin 90%-i, Almaniya və Böyük Britaniyada isə müxtəlif

sahələrə aid firma və şirkətlərin 75%-i müntəzəm olaraq bazar

tədqiqatları apanrlar [18, s. 237].

Əksər ədəbiyyatlarda istehsal müəssisələrində tədarük

istiqamətində aparılan marketinq işi demək olar ki, nəzərə alınmır.

Bunun əsas səbəblərindən biri kimi, tədarük və ya sənaye

marketinqi ilə bağlı məsələlərin yanız son illərdə nəzəri

tədqiqatların predmeti olması göstərilə bilər. Marketinq əslində

kifayət qədər mürəkkəb bir anlayış olsa da, nisbətən dar çərçivədə

o, özündə satış ilə bərabər təchizatın (tədarükün) da idarə

olunmasını ehtiva edən bir idarəetmə sistemidir [68].

Ümumi marketinq funksiyasının bir hissəsi kimi tədarük

marketinqi bir çox əlamətlərinə görə satış marketinqi ilə oxşar olsa

da ondan fərqlənir. Alman alimi E.Trosmanın

170

Page 171: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

fikrincə, “...tədarük marketinqi özündə müəssisənin

malgöndərənlər bazarı ilə olan bütün əlaqələrini, həmçinin

bu əlaqələrin təhlili əsasında qərarlann qəbul edilməsini

birləşdirir” [121, s. 594].

Marketinq proqramında müəssisənin malgöndərənlərlə

olan qarşılıqlı əlaqəsini nəzərə almaq lazımdır.

MDB məkanında nəşr olunmuş bir sıra ədəbiyyatlarda

tədarük prosesinin mütləq marketinq tədqiqatlan əsasında

həyata keçirildiyi qeyd olunur. R.A.Fatxuddinov isə,

müəssisənin maddi-texniki təchizat şöbəsinin tərkibində

“maddi ehtiyatlar üzrə malgöndərənlərin marketinqi

bürosu”nun fəaliyyət göstərdiyini bildirir.

Onun fikrincə, bu zaman marketinq bürosunu ya ehtiyat

qrupları, ya da marketinq funksiyaları üzrə ayırmaq olar.

Ehtiyat qruplarına aşağıdakılar aid edilə bilər:

^ avadanlıqlar üzrə qrup;

texniki vasitələr üzrə qrup;

^ xammal üzrə qrup;

^ materiallar üzrə qrup və s.

Marketinq funksiyaları üzrə qruplara aşağıdakılar aid

edilir:

informasiya təminatı;

malgöndərənlərin xüsusiyyətlərinin öyrənilməsi;

malgöndərənlərin rəqabətqabiliyyətliliyinin tədqiqi;

malgöndərənlərin məhsullannm tədqiqi;

qiymətlər üzrə qruplar;

ictimaiyyətlə əlaqələr üzrə qruplar.

Marketinq sahəsində görkəmli mütəxəssis F.Kotlerin

sözlərinə görə: “Marketinq adətən satıcıların nəsibi hesab

edilsə də, onunla alıcılar da məşğul olurlar...Aztapılan

malları axtararkən, firmanın təchizatçısı satıcdan tapmağa və

onlara cəlbedici sövdələşmə şərtləri təklif etməyə məcbur

olur” [44,17], Müəssisə xammal bazarını, həmçinin istehsal

171

Page 172: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

təyinatlı məhsullar satan ayrı-ayn müəssisələri daha ucuz maddi

ehtiyatlar almaq imkanı əldə etmək məqsədilə öyrənir. Müəssisə

maddi ehtiyatlan qənaətlilik baxımından əsaslandınimış hissələrlə

almaq, böyük hissələrin alqışı zamanı güzəştlər əldə etmək üçün

məlumat toplaya bilər.

Müəssisə tərəfindən tədarük istiqamətində apanlan marketinq

tədqiqatlanna aşağıdakıları aid etmək olar:

1. Xammal və maddi ehtiyatlar bazarının öyrənilməsi. Bu, öz

növbəsində aşağıdakılan nəzərdə tutur:

a) Bazann tədqiqi. Bazardakı potensial malgöndərənlər,

maddi ehtiyatlann siyahısı, istehlakçı üçün vacib olan materiallann

yeni hazırlanma texnologiyalan, xammaların, maddi ehtiyatların,

yanacağın, yanmfabrikatlann qiymətləri haqqında məlumatlann

toplanması, sistemləşdirlməsi, emalı, təhlili və qiymətləndirilməsi;

b) Nəqliyyat şəraitinin öyrənilməsi. Buraya maddi

ehtiyatlann daşınmalannın dəyəri, yükləmə-boşaltma işlərinin

mexanikləşdirilməsinin dəyəri və səviyyəsi, çatdırılmanın xüsusi

şərtləri, xammal və maddi ehtiyatlar vahidinin satış qiyməti

(gətirilmə xərcləri nəzərə alınmaqla) aiddir;

v) Aparılmış tədqiqatlann nəticəsində əldə edilmiş məlumatın

qorunması;

q) Dəqiq “təchizat strategiyası”nın hazırlanması. Xammal və

maddi ehtiyatlar bazannm öyrənilməsinin nəticəsi olaraq

müəssisənin təchizat strategiyası hazırlanır. Daha doğrusu, digər

strateji əhəmiyyətli məsələlərlə yanaşı, müəssisənin bu və ya digər

materiallan, detalları, dəstləş- dirici məmulatlan

malgöndərənlərdən alacağı, yoxsa özü istehsal edəcəyi məsələləri

həll edilir. Bu zaman bazarın mövcud vəziyyəti, qiymətlərin

səviyyəsi, müəssisənin özünün istehsal imkanlan “təyinedici amil”

rolunda çıxış edir [87, s. 292].

172

Page 173: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Xammal və materiallar bazannın ö)o-ənilməsi zamanı birbaşa

və dolayı metodlar tətbiq edilə bilər. Məlumatın əldə olunmasını

birbaşa olaraq bazarın ilkin tədqiqi adlandınrlar. Aşağıdakı 4

mənbə onun üçün baza rolunu oynayır: • malgöndərənlərlə müqavilələr; • vasitəçilərlə müqavilələr; • yarmarka və sərgilərdə iştirak: bu zaman yarmarka və

sərgi kataloqlarından istifadəyə imkan yaradılır; texniki

təkmilləşdirmələr, əmtəələrin qiymətləri, keyfiyyəti haqqında

geniş məlumat əldə olunur;

• mal çatdıran müəssisələrə səfərlər, onlara baxış

keçirilməsinin təşkili. Bu da müəssisənin sifarişləri yerinə- yetirmə

qabiliyyəti, xidmət göstərmə sahəsində texniki imkanları haqda

müəyyən bir nəticəyə gəlməyə şərait yaradır.

Xammal və materiallar bazannın dolayı (ikinci dəfə)

öyrənilməsi birincidən (birbaşa) fərqli olaraq artıq əldə olunmuş

sənədlərdən istifadəni nəzərdə tutur. Bu üsul birincidən daha ucuz

başa gəlir. Bazarın öyrənilməsi üçün yekun göstəricilər qismində

aşağıdakılar çıxış edirlər:

• bazarın vəziyyəti səviyyəsinin görünüşü, özündə

qiymətlərin dəyişməsi barədə məlumatları əks etdirən birja

bülletenləri;

• jurnallar, qəzetlər, radio, televiziya;

• ticarət - sənaye palataları, həmçinin malgöndərənlər

(gətirənlər) tərəfindən buraxılan firma jumallan. Onlarda yeni

təkmilləşmələr və texnologiyalar haqqında məlumatlar əks olunur;

• xüsusi jurnallarda və kataloqlarda, kitabçalarda, elanlarda

olan satış haqda təkliflər;

• sahə ünvan kitabları, texniki məlumat kitabçaları.

Xammal və materiallar bazannın öyrənilməsi zamanı

idxala görə alış (tədarük) imkanlan hazırlanır. Bu zaman bir

173

Page 174: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M, Hüseynov

məsələ də nəzərə alınmalıdır ki, ancaq iri firmalar vasitəçiləri cəlb

etmədən ölkədən xaricdə öz maraqlanm müdafiə etməyə

qabildirlər və yalnız onlar digər ölkələrdə xüsusi

nümayəndəliklərini saxlaya bilirlər.

Xarici hazırlayıcılarla müqavilə sövdələşmələri özündə digər

ölkələrdə fəaliyyətdə olan gömrük məhdudiyyətləri və beynəlxalq

ticarət qaydalarını əks etdirir. Bundan başqa, bu da nəzərə

alınmalıdır ki, xarici firmalardan alınmış maddi ehtiyatlann

daşınması yüksək risq və böyük xərclərlə bağlıdır. Odur ki,

xaricdən ancaq o növ xammal və materialların alışı daha

məqsədəuyğundur ki, onlar böyük miqdarda hazırlanır və onların

xaricdən əldə edilməsi xərclərdə əhəmiyyətli dərəcədə uduşa

imkan verir.

Xammal və materialların bu sahədə ixtisaslaşmış idxalçının

vasitəçiliyi ilə kiçik və orta müəssisələr üçün xaricdən əldə

edilməsi (buna ehtiyac varsa) daha səmərəlidir.

Xammal və materiallar bazarının öyrənilməsi aşağıdakı

suallara cavab verməyə icazə verir: • Daxili və xarici bazarlara kim və nə çatdınr?

• Potensial malgöndərənlər hansılandır?

• Malgöndərənlər xammal və materialları hansı qiymətə

satır?

• Alıcılar arasında rəqabət necədir?

• Alıcılardan kim eyni növ maddi ehtiyatlan daha ucuz

qiymətə əldə edir?

• Bir növ xammal və materiallann digərləri ilə səmərəli

şəkildə əvəz olunması imkanları mövcuddurmu?

• Maddi ehtiyatların əldə edilməsinin potensial kanallan

hansılardır?

• Hansı yeni texnologiyalar var?

2. Konkret malgöndərənin öyrənilməsi. İstehsal müəssisəsi

potensial malgöndərənlər! tədqiq etməklə yanaşı, konkret

malgöndərən müəssisənin ümumi sosial-iqtisadi

174

Page 175: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

vəziyyəti haqqında da mümkün olduğu qədər dəqiq və ətraflı

məlumata malik olmalıdır. Malgöndərənin sifarişlər portfeli

haqqında toplanmış məlumat sifarişçi-müəssisə tərəfindən

gələcəkdə güzəştli çatdınlma və hesablaşma şərtləri, həmçinin bir

sıra endirimlər əldə etmək üçün istifadə oluna bilər.

Bu vəzifənin yerinə yetirilməsi üçün adətən müəssisənin

marketinq şöbəsində hər bir malgöndərən üçün qovluq (roster)

tərtib edilərək serifikatlaşdırma apanlır. Yeni sifarişlərin əldə

edilməsi bu əməliyyatlann nəticələrindən asılı olur [74, s. 419].

Sertifikatlaşdırmada malgöndərən firmanın tələblərə

uyğunluğu baxımından aşağıdakılar öz əksini tapır: firmada müasir

texnologiyalann mövcudluğu; sifarişçi firmanın texniki və satış

şöbələri tərəfindən bəyənilmiş idarəetmə sisteminin istifadəsi;

məmulatların keyfiyyətinin yüksəldilməsi imkanları; keyfiyyətsiz

məmulatların istehsalına gətirib çıxaracaq səbəblərin aradan

qaldıniması və s.

7.3. Satış marketinqi

Hazırda bütün dünyada bir çox məhsullar üzrə təklif tələbi

üstələdiyindən sənaye müəssisələri tərəfindən satış istiqamətində

apanlan marketinq tədqiqatlannın əhatə dairəsi daha da

genişlənmişdir. Bunlara aşağıdakıları aid etmək olar:

1. İstehsal olunan əmtəənin (məhsulun) öyrənilməsi.

Müəssisədə elə məhsullar istehsal olunmalıdır ki, onlar

istehlakçılann tələbatını maksimal şəkildə ödəməli və yüksək

mənfəət gətirməlidirlər;

2. Müəssisənin məhsulunun mövcud bazar tutumunun

müəyyən olunması. Bu, hər buraxılan məhsul növü üçün onun

bazarda hansı paya malik ola biləcəyini müəyyən etməyə imkan

verir;

175

Page 176: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A, İbrahimli, M.M. Hüseynov

3. Bazar konyxınkturunun təhlili. Bu, müəssisəyə istehsal

etdiyi məhsulları əlverişli qiymətə satmağa, məhsul istehsalının

bazardakı tələb və təklifə uyğun təşkilinə şərait yaradır;

4. Rəqiblərin fəaliyyətlərinin təhlili. Bu, rəqiblərin istifadə

etdikləri rəqabət mübarizəsinin xarakterik cəhətlərinə, iqtisadi

artım templərinə, güclü və zəif tərəflərinə, elan olunmuş

strategiyalarına görə qiymətləndirilmələrinə imkan yaradır. Bu,

yaranmış vəziyyət və rəqib müəssisələrin gələcək, mümkün inkişaf

istiqamətləri haqqında nəticələr çıxaniması üçün əsas rolunu

oynayır. Müəssisənin real rəqabət qabiliyyətliliyinin vəziyyətinin

öyrənilməsi onun artım imkanları, alıcıların sayı, bazar üçün

nəzərdə tutulmuş məhsullann əvəzedicilərinin mövcudluğu, bazara

mümkün iştirakçılann daxil olması haqqında məlumat almağa

imkan yaradır;

5. Məhsul satışının əsas növ və üsullannm (bölgü

kanallannın) müə>7ən edilməsi. Belə ki, məhsul istehsalçısı

istehlakçılar üçün yalnız malgöndərən rolunda çıxış etməli deyil, o,

həm də satışın səmərəliliyinin təhlilini aparmalı, yeni satış

formaları hazırlamalı və həyata keçirməlidir;

6. Satışın həvəsləndirilməsi sisteminin tədqiqi. Buraya

müəssisə tərəfindən istehlakçılann onlarla alver etməsinə

istiqamətlənmiş həvəsləndirmə tədbirlərinin, həmçinin

müəssisənin məhsulunun satıcılannın və vasitəçilərin işinin

səmərəliliyinin artınimasma yönəldilmiş məqsədyönlü işin təhlili

aiddir. Əksər mənbələrdə bu, “tələbatın formalaş- dınlması və

satışın həvəsləndirilməsi” kimi (FOSSTİS - “formirovaniye sprosa

i stimulirovaniye sbıta”) qeyd olunur. Başqa sözlə, kommersiya

fəaliyyəti tələbi passiv şəkildə müşayiət etməməlidir. Bazann necə

dərindən öyrənilməsinə baxmayaraq tələb və onun formalaşması

mexanizminə fəal surətdə təsir göstərilmədikdə, habelə bazarın

potensialından

176

Page 177: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

kifayət qədər istifadə edilməməsi səbəbindən məhsulların satışında

çətinliklərin yaranması labüddür.

7. Reklam işinin həyata keçirilməsi. Buraya müəssisənin

məqsədinin, istehsal etdiyi məhsulun reklam proqramının, reklam

kampaniyasının büdcəsinin planlaşdırılması və bu istiqamətdə

həyata keçirilən işlərin tədqiqi daxildir. Öz xarakterinə görə

reklam işinin tərkibinə daxil edilə biləcək tədbirlər də vardır.

Bunlara aşağıdakılar aiddir:

a) Satışın himayə edilməsi. Buraya qısa müddət ərzində

satışın həvəsləndirilməsinə əlverişli imkan yaradan tədbirlər aid

edilir:

- müxtəlif müsabiqələrin (oyunlann) təşkili;

- güzəştlər edilməsi;

- pulsuz nümunələrin (və ya talonlann, kuponlann)

paylanılması;

- məhsullann qaytaniması imkanının yaradılması və s.

b) İctimaiyyətlə əlaqələr - müəssisənin fəaliyyəti haqqında

ictimaiyyət arasında yaxşı əhval-ruhiyyənin, müsbət imicin

yaradılması tədbirləridir.

Bu istiqamətdə fəaliyyət əslində qədimlərdən yaranmış və

bəşəriyyətin bütün tarixi boyu onu müşayiət etmişdir. Buna

baxmayaraq, ictimaiyyətlə iş anlayışı 1807-ci ildə ABŞ-da

meydana gəlmiş “Public Relations” ifadəsi (ingilis dilindən

tərcümədə “ictimaiyyətlə iş”, “ictimaiyyətlə əlaqələr”, “ictimai

fikrin öyrənilməsi və formalaşdınlması”) şəklində qəbul edilmişdir

[92, s. 563].

İctimaiyyətlə işin reklamdan fərqi başlıca olaraq aşağıdakı

vasitələrdən istifadə edilməsi ilə izah olunur:

^ mətbuatla, radio və televiziya ilə əlaqələrin təşkili;

^ müəssisəyə ekskursiyalann təşkili;

^ illik hesabatların dərc edilməsi;

^ cəmiyyətlərin, klublann yaradılması və s.

177

Page 178: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Aynca “Public Relations” şöbəsinin yaradılması yalnız bəzi

iri müəssisələrdə mümkün olduğundan bir çox müəssisələr bu

sahədə ixtisaslaşmış müstəqil qurumlara müraciət etməyə üstünlük

verirlər.

Bu gün, müəssisənin və ya firmanın tədarük-satış siyasəti

marketinq tədqiqatları əsasında həyata keçirilməlidir.

Müəssisələrin istehsal-satış fəaliyyətinin marketinq prinsipləri

əsasında təşkili idarəetmənin təşkilati strukturunda, təsərrüfat

rəhbərliyinin düşüncə tərzində, iş xüsusiyyətlərində gedən

dəyişikliklərlə müşayiət olunmalıdır.

7.4. Logistika - kommersiya fəaliyyətində maddi və

informasiya axınlarının idarə edilməsi vasitəsi kimi

Müasir dövrdə istehsal müəssisəsinin müvəffəqiyyət

qazanması üçün yalnız marketinq tədqiqatlarından istifadə kifayət

etmir. Marketinq tədqiqatlan nəticəsində müəyyən edilmiş tələb

tez və dəqiq surətdə ödənməlidir. Qərb ölkələrində çox zaman “tez

cavab texnologiyası” şəklində ifadə edilən bir termindən istifadə

edilir. Praktikada belə hal məlum deyil ki, bazar məqsədlərinə nail

olmaq üçün yalnız bir marketinq alətinin köməkliyi ilə bazar

iştirakçılarının davranışına təsir etmək mümkün olsun. İstifadə

edilən alətləri biri-biri ilə optimal şəkildə elə kombinə etmək

lazımdır ki, onlar məcmu şəklində bazar iştirakçılan arasında

uyğun münasibətlərin qurulmasına və arzu edilən istiqamətdə

inkişafına gətirib çıxarsın. Burada adekvat marketinq alətləri dəsti

nəzərdə tutulur [69].

Müasir dövrdə müəssisələrin maddi ehtiyatlarla təminatı

məsələlərinə marağının artması müşahidə edilir. Lakin

müəssisənin maddi-texniki təminat sahəsindəki problemləri

178

Page 179: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya faaliyyotinin əsaslan

təchizat, istehsalın müxtəlif mərhələləri, satış kimi ayn-ayrı

fazalarda təhlil olunur. Beləliklə də, bütün təminat məsələlərini

kompleks şəkildə əhatə edən “logistika”ya böyük ehtiyac

yaranmışdır.

Son illərin tədqiqatlarında istehsal firma və müəssisələrinin

kommersiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca

vacib cəhətlərindən biri kimi “logistik idarəetmənin tətbiqi”

göstərilir [68]. Sənaye müəssisələri rəqabət mübarizəsində

müvəffəqiyyət əldə etmək üçün logistik idarəetməyə müraciət

etməli olurlar.

“Logistika” - yunan sözü olub, tərcüməsi “hesablama,

mühakimə yürütmək sənəti” mənasını verir. Yunan dilindəki

“logizesthai” felinin “oxumaq”, “hesablamaq”, “yadda saxlamaq”

kimi mənalarının olduğu bildirilir [42, s. 9].

Doğrudur, H.Şmalen (Almaniya) “logistika” anlayışını

fransız dilindəki “loger” sözü ilə də əlaqələndirir ki, bu da

“yerləşdirmək”, “yerbəyer etmək” mənasını verir.

Logistikanın yaranma dövrü uzaq keçmişə təsadüf edir. Hələ

qədim Roma imperiyası dövründə “logist” və ya “logistik” titulu

daşıyan məmurlar mövcud idilər ki, onlar əsasən ərzaq

məhsullarının bölgüsünü həyata keçirirdilər.

Bizans imperatoru VI Leonun (Leontos) dövründə (865-

912-ci və ya 886-911-ci illər) logistika haqda məlumatların

olduğunu bildirilir. İmperator özünün “Müharibə bacarığının

ümumi təhlili” əsərində logistikanın əsas vəzifəsinin ordunun

silahlanması, onun hərbi avadanlıq və ya sursatla təchiz

edilməsindən ibarət olduğunu göstərmişdir [88, s. 11; 73, s. 34].

Dərin tarixi köklərə malik olsa da, logistika nisbətən cavan

elm sahəsi sayılır və onun bir elm kimi formalaşmasında hərb

sənətinin böyük rolu olmuşdur. Təsadüfi deyil ki, logistika

sahəsində ilk fundamental elmi əsərlərin müəllifi kimi fransız hərbi

mütəxəssisi, baron Alfons Jomininin adı

179

Page 180: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

çəkilir. 1670-ci ildə fransız ordu qərargahının yeni strukturunda

təchizat, daşınma, düşərgə seçimi və yürüşlərin həyata

keçirilməsinə görə məsuliyyət daşıyan “logistika üzrə böyük

mıarşal” vəzifəsi yarandı [87, s. 21].

Artıq XIX əsrin ortalanndan başlayaraq logistikanın bir elm

kimi formalaşmasına başlandı. İkinci Dünya Müharibəsi dövründə

ABŞ ordusunun Avropada yerləşən hissələrində logistika fəal

şəkildə tətbiq olunmağa başladı. Hərb sənayesinin, ön və arxa

cəbhələrin tədarük bazaları və nəqliyyat sisteminin dəqiq,

ölçülmüş hərəkəti ordunu silah, yanacaq-sürtgü materialları və

ərzaq məhsullan ilə vaxtında, ardıcıl şəkildə, lazımi kəmiyyətdə'

təmin etməyə imkan yaradırdı.

Logistikanın hərb sahəsində istifadəsi zamanı əldə edilən

müvəffəqiyyətlər artıq 50-ci illərin əvvələrindən bir çox qərb

ölkələrində onun iqtisadiyyatda maddi axınların səmərəli idarə

olunması sistemi kimi tətbiqinə yol açdı. İlk vaxtlar logistika

əmtəə-material ehtiyatlarının idarə olunmasının realizəsi haqqında

yeni nəzəriyyə kimi tədavül sahəsində istifadə olunurdu. XX əsrin

70-ci illərdə isə, onu sənaye istehsalmda tətbiq etməyə başladılar.

80-ci illərdə logistikanın iqtisadiyyatın bütün sahələrində rolu

əhəmiyyətli dərəcədə artmağa, ayn-ayrı müəssisələrdə logistika

qruplan, daha sonralar isə logistika şöbələrinin yaradılmasına

başlandı. ABŞ və Avropanın apancı ali təhsil məktəblərində

logistika sahəsində mütəxəssislərin hazırlanması təşkil edildi.

Logistikanın sənayedə daha fəal şəkildə istifadə edilməsi

onun elm sahəsi kimi metodologiyasının, nəzəri əsaslannin

formalaşmasını sürətləndirmişdir.

Almaniyanın “TextileWirtschafl” jurnalı (2007-ci il, Xs5)

yazır ki, Münxen Toxuculuq Agentliyinin 25 illik iş təcrübəsi

parça biznesində müvəffəqiyyətin əldə edilməsinin

180

Page 181: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

əsas amillərindən birinin istehlakçı ilə sıx təmasda fəaliyyətə şərait

yaradan logistika olduğunu təsdiq etmişdir [82].

İnkişaf etmiş ölkələrdə logistikanın bir elm sahəsi kimi

əhəmiyyəti daha yaxşı dərk edilir və istehsal müəssisələrində geniş

tətbiq edilir. Təsadüfi deyil ki, Almaniyada iqtisadiyyatın

sahələrindən asılı olaraq müəssisələrdə logistikaya çəkilən

xərclərin həcmi ümumi dövriyyənin 10- 30%-ni təşkil edir [64, s.

401].

Avropa İttifaqı ölkələrində vahid norma və qaydalann tətbiq

edilməsi, bu sahəyə real tələbin yaranması ilə bir çox logistik

cəmiyyətlər, firma və assosiasiyalar yaradılmışdır.

Hazırda Avropada “Avropa logistika assosiasiyası”, ABŞ-da

isə “Mühəndis-logistlər cəmiyyəti” fəaliyyət göstərir. Keçmiş

SSRİ-də 1991-ci ildə yaradılmış “Ümumittifaq logistika

assosiasiyası”nın əsasında 1993-cü ildə Rusiyada “Logistik

tədqiqatlar fondu” təşkil edilmişdir. Bununla yanaşı, bir sıra

ölkələrdə logistikanın inkişafını nəzərdə tutan dövlət proqramları

qəbul edilmişdir. Məsələn, 2008-ci ilin avqust ayında Belarus

Respublikası Nazirlər Kabineti tərəfindən “2015-ci ilə qədər

Belarus Respublikasında logistik sistemin inkişafı Proqramı”

təsdiq edilmişdir. Dövlət Proqramı Belarus Respublikasında 52,

xaricdə 15 logistik mərkəzlərin yaradılmasını nəzərdə tutur.

Proqramın əsas məqsədi aşağıdakılardır:

- Respublikada logistik sistemin əsas inkişaf istiqamətlərinin

hazırlanması;

- ölkə daxilində və xaricdə logistik mərkəzlərin yerləşməsinin

təşkilati sxemlərinin yaradılması;

- logistik sistemin obyekt və inffastrukturlannm

yaradılmasına investisiyaların cəlb olunması üçün əlverişli

şəraitin formalaşdırılması [78].

Hələlik logistika elmi tam sistem halında

formalaşmadığından bəzi iqtisadçılar onun prinsiplərini yalnız

istehsalın

181

Page 182: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

ilkin maddi ehtiyatlarla təmin edilməsi, hazır məhsulun satışına

olan münasibət kimi qəbul edir. Digərləri isə, belə düşünürlər ki, o,

marketinq, əmtəə bölgüsü, istehsal və kommersiya idarəetməsi

sahələrini də özündə əks etdirməlidir.

R.A.Fatxuddinov logistikaya daha böyük qiymət verərək

ümumilikdə istehsalın maddi-texniki təminatını “logistikanın

komponenti” kimi təqdim edir.

Əslində, istehsal müəssisələrində həyata keçirilən logistik

əməliyyatlar bir tərəfdən müəssisə daxilində və xaricində maddi

ehtiyatlann, əmtəə axınının optimallaş- dırılmasını, xərclərin

azaldılmasını nəzərdə tutur. Digər tərəfdən, müasir dövrdə onun

əsas vəzifələrindən biri də istehlakçılann maraqlarının təmin

edilməsidir. Belə ki, logistika sahəsində həyata keçirilən bütün növ

fəaliyyətlər yekun nəticədə bir məqsədə - “logistikanın altı

qaydası”nın reallaşmasına xidmət edir.

Bu qaydalar aşağıdakılardır:

1. mal - lazım olan mal;

2. keyfiyyət - lazımi keyfiyyət;

3. kəmiyyət - lazımi kəmiyyət;

4. yer - lazım olan yerə;

5. vaxt - lazım olan vaxtda;

6. xərclər - minimal xərclər.

Əsas istifadə istiqamətlərinə görə logistikanın aşağıdakı

növləri məlumdur:

• informasiya (kompüter);

• tədarük (təchizat);

• istehsal prosesləri;

• satış (bölgü);

• anbar;

• nəqliyyat;

• ehtiyatlann logistikası;

182

Page 183: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

• servis xidməti logistikası;

• logistik idarəetmənin təşkili.

İnformasiya, əslində bütün növ logistik əməliyyatlann əsasında

durur. İstehsalın müvəffəqiyyətlə həyata keçirilməsinin başlıca

şərtlərindən biri - müəssisənin tədarük, istehsal, nəqliyyat, anbar

təsərrüfatı, bölgü (satış) və s. istiqamətindəki fəaliyyətini vahid

şəkildə əlaqələndirən informasiya sisteminin təşkili və onun idarə

edilməsidir. İctimai istehsalın müasir inkişaf səviyyəsi də təsdiq edir

ki, informasiya (məlumat) müəssisələrin rəqabətqabiliy- yətliliyinin

möhkəmləndirilməsi üçün geniş imkanlar yaradan müstəqil istehsal

amilidir. Belə ki, informasiya logistikası müəssisədaxili informasiya

axmlanmn təşkili ilə yanaşı, həm də lazım olduqda müxtəlif

informasiya ötürücüləri (məs., peyk rabitəsi) vasitəsilə logistik

proseslərin bir-birindən uzaqda yerləşən iştirakçıları arasında

informasiya mübadiləsini nəzərdə tutur.

İnformasiya logistikası maddi axınlan müşayiət edən məlumat

axınlanm yaratmaqla, həm də onlann ötürülməsi və işlənməsinin

texniki və proqram təminatını həyata keçirən səmərəli informasiya

sistemlərinin formalaşdıniması və idarə edilməsi ilə məşğul olur.

İnformasiya logistikası müəssisənin fəaliyyətinin bazann tələblərinə

doğru istiqamətlənməklə istehsalın təşkilinin səmərəli sistemini

yaratmağa imkan verir.

İstehsal müəssisələrində logistik zəncirin tədarük, istehsal, satış,

nəqliyyat və s. kimi həlqələrinə onun özünəməxsus elementləri də

daxildir ki, onlar da cəm halında logistik proseslərin həyata

keçirilməsində əhəmiyyətli rol oynayırlar. Bunlara ixtisaslaşdınimış

nəqliyyat vasitə və avadanlıqlan, anbar təsərrüfatı, rabitə, hesablama

texnikası, idarəetmə vasitələri də daxildir. Bir çox istehsal

müəssisələrində yaradılan logistika şöbələri mövcud analitik.

183

Page 184: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

statistik xidmətləri, həmçinin xarici ölkələrə məhsul satışı ilə məşğul

olan müəssisələrdə gömrük şöbələrini özündə birləşdirir. Logistika

şöbəsi müəssisəyə adı çəkilən bu şöbələrin hər birinin aynhqda

verdiyi xeyirdən çox xeyir gətirmək imkanına malikdir, çünki onun

imkanlan planlaşdırma, təhlil və s.-dən daha genişdir.

H.Şmalen qeyd edir ki, müəssisədə “logistik zəncir” daxilində

maddi axınların planlaşdıniması və həyata keçirilməsi müştəri və

istehsalçı arasında satış şöbəsi, istehsalçı və malgöndərən arasında isə

tədarük şöbəsi tərəfindən yerinə yetirilir. Bununla bərabər, istehsalın

planlaşdıniması və operativ idarəetmə şöbəsi vasitəsilə müəssisə

daxilində maddi və informasiya axınlan əlaqələndirilir.

Belə bir ümumiləşdirici nəticəyə gəlmək olar ki, logistika -

məhsulun və onu istehsal və mübadilə sferasında müşayiət edən

informasiya axınlarının müəssisə daxilində və müəssisədən kənarda

hərəkətinin səmərəliliyinin təhlilinin nəzəriyyə və praktikasının

məcmusudur.

7.5. Logistik sistemlər

Son 25-30 ildə inkişaf etmiş ölkələrdə ehtiyatlann idarə edilməsi

sahəsində çoxsaylı modellər, logistik sistemlər hazırlanmışdır. Qeyd

edək ki, “logistik sistem”ə ayn-ayn mütəxəssislər tərəfindən müxtəlf

təriflər verilmişdir.

“Logistik sistem” haqqında ümumi şəkildə qəbul edilmiş tərif

belədir: “Logistik sistem - bu və ya digər logistik funksiyalann yerinə

yetirilməsini təmin edən, müəyyən şəraitə uyğunlaşan qarşılıqlı

əlaqəli sistemdir”.

Ərazi-istehsal kompleksləri, sənaye və ticarət müəssisələri və s.

logistik sistem kimi götürülə bilər. Bu baxımdan “logistik sistem”

dedikdə, müəssisə daxilində

184

Page 185: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

maddi və informasiya axınlarının idarə edilməsi üçün nəzərdə

tutulan və öz aralarında qarşılıqlı əlaqədə olan elementlərin

məcmusu nəzərdə tutula bilər.

Bazar iqtisadiyyatı ölkələrində ən geniş yayılan çevik logistik

sistemlərdən “Dəqiq vaxtında” və “Kanban” sistemlərini

göstərmək olar. Bu sistemlərdən hələ 70-ci illərdə Yaponiyada

məhsul istehsalının təşkili metodu olan “Toyota” sisteminin

(“Toyota Mptor Korporeyşn” konserni) həyata keçirilməsi üçün

istifadə edilirdi. 1973-cü ildən başlayaraq bir sıra Yapon firmaları

tərəfindən bu sistemlər qəbul edilmişdir.

“Dəqiq vaxtında” adlanan logistik sistem ABŞ və Qərbi

Avropa ölkələrində daha geniş yayılmışdır. Bu sistemin mahiyyəti

ondan ibarətdir ki, burada əsas diqqət hazır məhsul ehtiyatlarının

anbara daxil olmadan birbaşa istehlakçıya çatdırılmasına

yönəldilir. Ənənəvi idarəetmə üsullarından fərqli olaraq, “dəqiq

vaxtında” üsulunda mərkəzləşdirilmiş planlaşdırma yalnız logistik

zəncirin axırıncı həlqəsinə, yəni hazır məhsul anbarına şamil

edilir. Nəticədə müəssisədə ehtiyat hissələrinin saxlanmasına

ehtiyac qalmır və anbar ehtiyatları, binalar ləğv edilərək kapitalın

dövriyyəsi sürətləndirilir. Digər istehsal və təchizat vahidləri isə

bilavasitə logistik zəncirin axırıncı həlqəsinə daha yaxın olan

növbəti həlqədən göstərişlər alırlar.

“Kanban” sisteminin mahiyyəti ilkin maddi ehtiyatların

kəmiyyətcə istehsal prosesinin ilkin mərhələsinin tələbatına uyğun

gəlməsi ilə əlaqədardır. Kanban logistikası - müəssisədə material

axınlarının istehsal prosesində idarə edilməsi üzrə kompleks

tədbirləri əhatə edir [121, s. 607].

Bu sistemdən istifadə edilməklə ardıcıl və vaxtında həyata

keçirilən çatdırmalar müəssisənin əməliyyat xərclərini azaltmaqla

tələb olunan ehtiyat səviyyəsini azaltmağa icazə verir. Hazır

məhsulun anbarlara yerləşdirilməsinə gəldikdə

185

Page 186: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimlif M.M. Hüseynov

isə, onun həcmi istehsal prosesindəki hər bir əməliyyatın yerinə

yetirilmə vaxtının qısaldılması hesabına azaldılır. XX əsrin 80-ci

illərdən başlayaraq “Kanban” sistemindən istifadə Almaniyanın

istehsal müəssisələrində daha geniş şəkil almağa başladı [113, s.

78].

Əvvəllər marketinq və logistikadan ayrı-ayrılıqda, həm də

zərurət yarandığı hallarda onların yalnız müəyyən

elementlərindən istifadə edilirdi. İstehsal müəssisələrində həyata

keçirilən logistik fimksiyalar tələb və məhsul təklifinin

uzlaşdırılması ilə sıx surətdə əlaqədardır. Belə ki, “marketinq

tələbi formalaşdınr, logistika isə onu reallaşdınr” formulu müasir

dövrdə daha ciddi qəbul edilməlidir [62, s. 21]. Logistika

istehlakçını, nəqliyyatı və malgöndərəni vahid bir texnoloji

sistemdə birləşdirməklə əslində marketinqi tamamlayır və inkişaf

etdirir. Müasir dövrdə logistikanın istehsala tətbiqi ayrı-ayrı

firmalann beynəlxalq bazarda rəqabət qabiliyyətliliyinin

artmasında mühüm amillərdən birinə çevrilir.

Belə bir nəticəni doğru hesab etmək olar ki, istehsal

müəssisələrində kommersiya fəaliyyəti sahəsində nəzərdə tutulan

vəzifələrin marketinq və logistika ilə əlaqəli şəkildə həyata

keçirilməsi ilə daha yüksək nəticələrin əldə edilməsinə nail olmaq

mümkündür.

Yoxlama üçün suallar:

♦ "Marketinq" anlayışı harada, nə vaxtyaranmişdır və

mənası nədir?

♦ Marketinqə ehtiyac nə vaxt yananır?

♦ Marketinqin idarə edilməsi dedikdə nə başa düşülür?

♦ Marketinq fəaliyyətinin əsas vəzifələri hansılardır?

♦ Tədarük marketinqi nəyi nəzərdə tutur?

♦ Tədarük istiqamətində aparılan marketinq tədqiqatlarına

nələr aid edilir?

186

Page 187: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

♦ Bazarın öyrənilməsi zamanı tətbiq edilən birbaşa

metodlar hansılardır?

♦ Bazarın öyrənilməsi zamanı tətbiq edilən dolayı metodlar

hansılardır?

♦ Malgöndərən firmanın tələblərə uyğunluğu

baxımındansertifkatlaşdırmada nələr əks olunur?

♦ Satış istiqamətində marketinq tədqiqatlarına nələr

aiddir?

♦ “Logistika " sözünün mənası nədir?

♦ Logistika sahəsində ilk fundamental elmi əsərlərin müəllif

kim olmuşdir?

♦ Logistikanın iqtisadiyyatda tətbiqi nə vaxtdan

başlamışdır?

♦ İnkişaf etmiş ölkələrdə logistikanın əhəmiyyəti necə

qiymətləndirilir?

♦ Logistikaya bir elm sahəsi kimi əsas yanaşmalar nədən

ibarətdir?

♦ Logistikanın altı qaydasını göstərin.

♦ Əsas istifadə istiqamətlərinə görə logistikanın hansı

növləri məlumdur?

♦ Logis tik s istem nədir ?

♦ Hansı logistik sistemlər məlumdur?

187

Page 188: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

FƏSİL vm. KOMMERSİYA RİSKLƏRİ

•8.1. "Risk ” anlayışının mahiyyəti

8.2. Kommersiya risklərinin növləri

8.3. Risk dərəcəsinə (səviyyəsinə) təsir göstərən amillər

8.4. Kommersiya riskinin idarə edilməsi

8.5. Kommersiya riski ilə bağlı strategiyanın seçilməsi

8.6. Riskin dərəcəsinin təyin edilməsi və azaldılması üsulları

8.7. Kommersiya əməliyyatlarında risk amilinə diqqətin

artırılması

8.1. “Risk” anlayışının mahiyyəti

Kommersiya fəaliyyətinin səmərəli təşkili sahibkardan

xüsusi qabiliyyət, bazar şəraitində düzgün istiqamət seçmək

bacarığı, işgüzarlıq, fərasət və düşünülmüş risk tələb edir.

Müəssisələr üçün kommersiya fəaliyyəti sahəsində vacib

prinsiplərdən biri - kommersiya riskinin səviyyəsinin əvvəlcədən

təyin edilməsi və onun ölçülə bilən səviyyədə saxlanılmasıdır.

İstənilən fəaliyyət sahəsində risk - arzu edilməyən vəziyyətin

meydana gəlməsi imkanlarını və ya uğursuz fəaliyyətin

(istehsal-təsərrüfat, maliyyə, innovasiya və s.) nəticələrini əks

etdirən iqtisadi kateqoriya kimi qəbul edilir

“Risk” anlayışının müxtəlif tərifləri mövcuddur, ümumi

mənada risk dedikdə, itkilərin baş verməsi və ya proqnozlaşdırılan

variantla müqayisədə gəlirlərin tam olaraq əldə edilməməsi

ehtimalı başa düşülür. “Risk” anlayışının mahiyyətinin tam

açılması üçün “itki” anlayışına diqqət yetirilməsi vacibdir.

Kommersiya fəaliyyətində risk nəticəsində qarşıya çıxa bilən

itkilərin aşağıdakı növləri məlumdur:

188

Page 189: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

• Material itkiləri - layihədə nəzərdə tutulmayan əlavə

xərclərdə və ya avadanlıqlann, əmlakın, məhsulların, xammalın,

enerjinin və s. birbaşa itkisində təzahür edir. Adları çəkilən hər bir

itki üzrə qiymətləndirmədə onların öz ölçü vahidlərindən (fiziki

vahidlərdə, çəki, həcm, sahə və s.) istifadə olunur. Ancaq müxtəlif

vahidlərdə ölçülən itkiləri bir kəmiyyətlə ifadə etmək üçün onlann

dəyər ifadəsində və pul vahidləri ilə hesablanması qaçılmazdır.

Bunun üçün fiziki ölçüdə olan itkilər müvafiq material resursunun

qi>Tnət vahidinə riyazi vurulması yolu ilə dəyər ifadəsinə gətirilir;

• Əmək itkiləri - təsadüfi, gözlənilməz şəraitlərlə əlaqədar

ortaya çıxan iş vaxtı itkisini əks etdirir. Birbaşa ölçülmədə əmək

itkiləri “insan-saaf’larda, “insan-gün”lərdə və ya “iş vaxtı”

itkilərində ifadə olunur. Əmək itkilərinin dəyər ifadəsinə

gətirilməsi “əmək-saaf’lann bir saatın qiymətinə (dəyərinə) riyazi

vurulması yolu ilə həyata keçirilir;

• Maliyyə itkiləri -

gözlənilməz ödənişlərin,

cərimələrin, əlavə vergilərin ödənilməsi, pul vəsaitlərinin və

qiymətli kağızların itirilməsi ilə bağlı olan birbaşa pul zərəridir.

Bundan başqa, maliyyə itkiləri nəzərdə tutulan mənbələrdən

pulların tam şəkildə və ya ümumiyyətlə əldə edilə bilinməməsi,

borcların qaytarılmaması, catdınimış mala görə alıcının ödəniş

etməməsi, reallaşdınlan məhsul və xidmətlər üzrə qiymətlərin

aşağı düşməsi ilə əlaqədar qazancın azalması ilə də bağlı ola bilər.

Pul itkilərinin xüsusi növü inflyasiya, manatın valyuta

məzənnəsinin dəyişməsi, müəssisə vəsaitlərinin qanuniləşdirilmiş

şəkildə dövlət büdcəsinə (respublika və yerli) keçirilməsi ilə

bağlıdır. Həmişəlik (qaytarıla bilməyən) itkilərlə yanaşı, hesablann

dondurulması, vəsaitlərin vaxtlı-vaxtında verilməməsi,

borcların möhlətlə ödənilməsi ilə şərtlənən müvəqqəti maliyyə

itkiləri də baş verə bilər;

189

Page 190: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M,M, Hüseynov

• Zaman itkiləri - sahibkarlıq fəaliyyətinin nəzərdə

tutulduğundan daha yavaş getdiyi zaman mövcud olur. Belə

itkilərin birbaşa qiymətləndirilməsi nəzərdə tutulan nəticənin saat,

gün, həftə və aylar ifadəsində gecikməsi ilə ifadə olunur. Zaman

itkilərinin dəyər ifadəsində qiymətləndirilməsi üçün təsadüfi

zaman itkilərinin sahibkarlığın hansı gəlir, mənfəət itkilərinə yol

açdığını təyin etmək lazımdır;

• Xüsusi növ itkilər - insanların həyat və sağlamlığına, ətraf

mühitə, sahibkarın nüfuzuna zərər vurulması, habelə digər

əlverişsiz sosial və mənəvi-psixoloji hadisələr nəticəsində baş

verir. Çox vaxt itkilərin xüsusi növlərini kəmiyyət və dəyər

ifadəsində qiymətləndirilməsi çətin olur. Hər bir itki növü üçün

onların baş verməsi mümkünlüyü və kəmiyyətinin yekun

qiymətini, ayları, illəri, biznesin fəaliyyət müddətini bütünlükdə

əhatə edən müəyyən vaxt üçün hesablayırlar.

Riskin qiymətləndirilməsi üçün ehtimal olunan itkilərin

kompleks təhlilinin həyata keçirilməsi lazımdır. Bu zaman təkcə

riskin bütün mənbələrini təyin etmək yox, hansı mənbələrin

üstünlük təşkil etdiyini aşkar etmək də vacibdir.

Ehtimal olunan itkiləri aşağıdakı kimi ayırırlar: • müəyyənedici itkilər; • kənar itkilər.

Birbaşa hesablana və proqnozlaşdırıla bilinməyən, buna

görə də sahibkarlıq layihəsində nəzərə alınmayan təsadüfi itkilər

də məlumdur. Əgər itkiləri əvvəldən görmək mümkündürsə, onda

onlar “itkilər” kimi yox, “qaçılmaz məsrəflər” kimi nəzərdən

keçirilir. Belə ki, qiymətlərin, vergilərin əvvəldən görünən

hərəkəti, təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı onların

dəyişməsi sahibkar tərəfindən biznes-planda nəzərə alınır.

190

Page 191: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Risk - bu, nəticənin qeyri-müəyyənliyi səvi>'yəsidir. Risk

özündə “bəxti gətirəcək - gətirməyəcək” prinsipi üzrə xoşbəxt

sonluğa yönəlmiş fəaliyyəti əks etdirir. Riskdən tam kənar olmaq

praktiki cəhətdən mümkün olmasa da, itkilərin mənbəyini bilərək

kommersant onların təhlükəsini azalda və əlverişsiz amillərin

təsirini zəiflədə bilər.

Çox zaman ədəbiyyatda “risk” və “qeyri-müəyyənlik”

anlayışları arasında fərq qoyulmur. Bununla belə, “risk”in fərqi,

onun kəmiyyət baxımından (məs., itkilərin hesablanması,

kommersiya fəaliyyətinin yekun nəticələrinin əvvəlcədən

planlaşdınimış göstəricilərə uyğun olmaması)

qiymətləndirilməsindədir. “Qeyri-müəyyənlik” isə, kommersiya

fəaliyyətinin yekun nəticələrinə təsir edən bütün amillərlə

şərtləndiyinə görə bir anlayış kimi daha geniş məna kəsb edir. Bu

səbəbdən naməlum hadisələrin baş verməsinin əvvəlcədən

ehtimal edilməsi mümkün deyil. Beləliklə, qeyri- müəyyənliyi

ölçmək praktiki olaraq mümkün deyil.

Adətən müəssisə təsərrüfat fəaliyyətində bir sıra risklərlə

qarşılaşır:

Təbii-iqlim;

Siyasi;

Texniki;

İstehsal;

Bazar;

İnvestisiya;

Maliyyə;

Kommersiya və s.

Kommersiya riski anlayışı barədə alimlər arasında prinsipial

fikir ayrılığı yoxdur. Kommersiya riski - kommersiya işində

mümkün olan itkilərdir. O, kommersiya fəaliyyətində yanlış

qərar və onun reallaşması zamanı çəkilən xərclər nəticəsində

ortaya çıxmış itkilərin məbləğini ifadə edir.

Sahibkar-kommersant alqı-satqı aktlarının təşkilinin və

191

Page 192: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlii M.M. Hüseynov

həyata keçirilməsi zamanı təkcə gözlənilən mənfəətin əldə

edilməməsi təhlükəsi ilə deyil, hətta əldə etdiyi hər şeyi itirmək

təhlükəsi ilə də qarşılaşır.

Ş9kil 8.1. Müəssisənin təsərrüfat fəaliyyətində üzləşdiyi risklər

Kommersiya riskləri aşağıdakı səbəblərdən yarana bilər:

- ölkədə qeyri-sabit sosial-siyasi vəziyj'ət;

- inflyasiya;

- iqtisadiyyatda dövri dəyişikliklər;

-gözlənilməyən cərimə, rüsum və ödəmələrin meydana

çıxması;

-məhsula olan tələbin aşağı düşməsi;

-müəssisənin maliyyə vəziyyətinin pisləşməsi;

-riskli sövdələşmə müqaviləsinin bağlanması;

-tərəfdaşların müqavilə öhdəliklərini yerinə yetirməməsi;

-rəqiblərin əks fəaliyyəti;

-daşınma zamanı yüklərin korlanması, itməsi və ya məhvi;

- müəssisə (firma) işçilərinm mümkün qeyri-düzgünlüyü;

- metodologiyanın qeyri-mükəmməlliyi;

192

Page 193: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

- müəssisənin satış şəbəkəsinin qeyri-səmərəli işi;

-yeni məhsulun bazara uğursuz çıxarılması;

-dünya bazarında hazır məhsulun və xammalın qiymətinin

dəyişməsi və b.

İstənilən müəssisənin kommersiya sahəsində fəaliyyəti

risklərlə müşayiət olunur. Kommersiya fəaliyyəti risklərsiz

mümkün deyil. Buna görə də kommersiya fəaliyyətinin

planlaşdıniması zamanı kommersiya riskinin təsirini nəzərə almaq

lazımdır. Riskin əvvəlcədən “ölçülmüş” olması üçün aşağıdakılar

vacibdir;

- işçi heyətinin diqqətlə seçilməsi;

-əmtəə bazarının hərtərəfli tədqiqi;

-toplanmış məlumatın maksimum həcmdə istifadəsi;

- kommersiya fəaliyyətinin maliyyə nəticələrinin hərtərəfli

təhlili;

-tərəfdaşlıq əlaqələrinin səmərəliliyi və s. [91, s. 19].

Kommersiya riskinin mövcudluğu - iqtisadi azadlığın əks

tərəfidir, bir növ iqtisadi azadlığın əvəzinə olan ödəmədir. Sərbəst

bazar münasibətləri şəraitində iqtisadi azadlıq bazarın bütün

subyektlərinə təqdim edilir. Bir kommersanta təqdim edilən

azadlıq eyni zamanda digər satıcılara və istehlakçılara təqdim

edilən iqtisadi azadlıqlarla müşayiət olunur. Buna görə də bazar

münasibətlərinin inkişafı ilə yanaşı qeyri-müəyyənlik və

kommersiya riski də artır.

Bununla belə, risk amilinin mövcudluğu - həm də müəssisə

tərəfindən qəbul edilən kommersiya qərarlarına, vəsait və

ehtiyatlara qənaət edilməsinə məsuliyyətin artması üçün güclü

stimul, hərəkətverici qüvvədir.

193

Page 194: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlif MA/. Hüseynov

8.2. Kommersiya risklərinin növləri

Kommersant öz fəaliyyəti prosesində müxtəlif növ risklərlə

üzləşə bilər. Mümkün risklərin təsnifləşdirilməsinin əsas

prinsiplərini risklərin əmələ gəlmə amilləri və mənbələri,

həmçinin mümkün nəticələr təşkil edir.

Adətən, müəssisənin fəaliyyət göstərdiyi mühitdən asılı

olaraq və ya əmələ gəlmə amilinə görə meydana çıxan risklər ən

ümumi şəkildə 2 növə aynlır:

• Təbiət qüvvələrinin təsiri ilə yaranan - təbii-iqlim (zəlzələ,

daşqın, qasırğa, epidemiya və s.);

• İnsanın məqsədyönlü fəaliyyəti ilə əlaqədar olaraq

yaranan risklər. Buraya siyasi, təsərrüfat, texniki,

istehsal, kommersiya, maliyyə və investisiya riskləri

aiddir [95, s. 72].

Təsərrüfat riskləri •* əlahiddə müəssisənin fəaliyyəti ilə

əlaqədar olan risklərdir. Bunlara aşağıdakılar aiddir:

- Əmlakın təsadüfi məhvi ilə əlaqədar risk qəza, yanğın,

oğurluq, saxlanma şərtlərinə əməl olunmama, təxribat

nəticəsində müəssisənin əmlakının (bina, tikili, avadanlıq,

məhsul ehtiyatlan və s.) mümkün itkisi ilə əlaqədardır. Adətən

sadalanan səbəblər əhəmiyyətli itkilərə gətirib çıxanr;

- Müqavilə öhdəliklərinin yerinə yetirilməməs i ilə bağlı

risklər kommersiya tərəfdaşlannın qeyri-düzgünlüyü, üzərlərinə

götürdükləri öhdəliklərə əməl etməmələri və ya

ödəməqabiliyyətli olmamalan ilə müəyyən olunur. Müasir

şəraitdə demək olar ki, hər bir kommersiya müəssisəsi bu cür

risklə qarşılaşır;

- İqtisadi risk müəssisənin iqtisadi fəaliyyətinin

gedişatının pozulması və planlaşdınimış iqtisadi göstəricilərə

(məs., əmtəələrin realizəsi həcmi və ya mənfəətin həcmi) nail

olunmaması nəticəsində yarana bilər. O, bazarda vəziyyətin

194

Page 195: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

dəyişməsi, həmçinin müəssisənin menecerlərinin hesablamalarda

müəyyən yanlışlığa yol vermələri ilə əlaqədar ola bilər.

Müəssisələrin fəaliyyətində riskin bu növünə daha çox təsadüf

olunur;

- Qiymətlə bağlı risk ən təhlükəli risklərdən biri hesab

olunur. Çünki o, bilavasitə kommersiya müəssisəsinin gəlir və

mənfəətinin itirilməsinə səbəb ola bilər. Qiymətlə bağlı olan risk

əmtəə istehsalçılannm buraxılış qiymətlərinin, vasitəçi

təşkilatlann topdansatış qiymətlərinin səviyyəsinin yüksəlməsi,

digər təşkilatlann xidmət tariflərinin (məs., enerji daşıyıcıları,

nəqliyyat xərcləri, icarə ödənişi və s.) qiymətinin yüksəlməsi,

avadanlığın dəyərinin artması zamanı yarana bilər. Qiymətlə bağlı

risk daima müəssisənin təsərrüfat fəaliyyətini müşayiət edir;

- Marketinq riski bazar davranışının səhv strategiyasının

seçilməsi ilə əlaqədardır. Bu, əmtəə istehlakçılarına düzgün

olmayan istiqamətlənmə, çeşid seçimində səhvlər, rəqiblərin

düzgün qijmıətləndirilməməsi və s. ilə bağlıdır;

- Valyuta riski əsasən xarici iqtisadi fəaliyyət sahəsində

həyata keçirilən kommersiya əməliyyatlarına xasdır. Bu növ risk

bir valyutanın məzənnəsinin digərinə nisbətən dəyişməsi ilə

əlaqədar valyuta itkisi təhlükəsini əks etdirir. Məhsul idxal

edərkən xarici valyutanın yerli val>'utaya münasibətdə mövcud

dəyişmə məzənnəsinin yüksəlməsi halında müəssisə uduzur.

Əksinə, bu məzənnəsinin aşağı düşməsi məhsul ixracı zamanı

itkilərə səbəb olur;

- İnflyasiya ilə bağlı risk inflyasiyanın səviyyəsinin artması

nəticəsində əldə edilən pul gəlirlərinin çox tez bir zamanda

qiymətdən düşməsi ilə əlaqədardır. Bu zaman həm də müəssisənin

kapitalının real dəyəri də qiymətdən düşəcəkdir;

195

Page 196: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

- İnvestisiya riski müəssisənin investisiya fəaliyyəti

prosesində əvvəlcədən nəzərə alınmayan maliyyə itkilərinin

əmələ gəlməsi imkanlarını (digər müəssisələrin yaradılması,

müəssisənin genişlənməsi və ya yenidən qurulması üçün kapital

qoyuluşu və ya qiymətli kağızların alınması) xarakterizə edir;

- Ödəməqabiliyyətsizliyi ilə bağlı risk müəssisənin öz

öhdəlikləri üzrə hesablaşmaq imkanına malik olmadığı vəziyyəti

əks etdirir. Bu riskin yaranma səbəbinə pul vəsaitlərinin daxil

olması və xərclənməsinin müddət və həcminin qeyri-düzgün

planlaşdınlması ola bilər. Maliyyə nəticələri baxımından bu risk

müəssisənin iflas olması haqqında qərann verilməsi ilə yekunlaşa

bildiyindən onu daha təhlükəli risklərə aid edirlər;

- Nəqliyyat riski əmtəələrin daşınması zamanı onların

itirilməsi və ya xarab olması ilə bağlı olan riskdir.

Sadalananlardan başqa təsərrüfat riskinin digər növləri də

mövcuddur. Lakin onların nəticələri müəssisənin fəaliyyəti üçün

o qədər də təhlükəli sayılmır. Bunlara aşağıdakılar aid edilə bilir:

-mağazalarda alıcıların oğurluq etmələri ilə əlaqədar olaraq

məhsulların yoxa çıxması;

- saxlanma müddəti və şərtlərinin pozulması nəticəsində

məhsullann itirilməsi;

-kommersiya bankının uğursuz seçimi ilə əlaqədar olaraq

hesablaşma əməliyyatlarının vaxtında aparılmaması

nəticəsində maliyyə itkiləri;

-müəssisənin əməkdaşları tərəfindən maliyyə sənədlərinin

dəyişdirilməsi və s.

Təsir etmə müddətinə görə risklər aşağıdakı kimi

təsnifləşdirilir:

196

Page 197: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

- Müvəqqəti - daha doğrusu, kommersiya fəaliyyəti

iştirakçıları üçün müəyyən zaman ərzində təhlükəli ola bilən

(məs., nəqliyyat riski);

- Daimi - daha doğrusu, kommersiya fəaliyyəti üçün həmişə

təhlükəli ola bilən (məs., hər hansı bir coğrafi regionda daşımalar

zamanı).

Əmələ gəlmə təbiətinə (mənbələrinə) görə risklərin

aşağıdakı növləri var:

- Təsərrüfat - bilavasitə müəssisənin təsərrüfat fəaliyyəti ilə

əlaqədar olan risk;

- Kommersantm şəxsi keyfiyyətləri (etibarlılıq, bilik, səriştə,

təcrübə, davranış) ilə əlaqədar olan risk;

- Xarici mühit haqqında informasiyanın çatışmazlığı ilə

əlaqədar olan risk - bu nisbətən vacib hesab edilir. Çünki tərəf

müqabillərinin, malgöndərənlərin maliyyə vəziyyəti, bazarın

mövcud vəziyyəti, rəqiblərin vəziyyəti haqda məlumatın azlığı

kommersiya fəaliyyətinin iştirakçıları üçün itki mənbəyi ola bilər.

Yaranma sahəsinə görə risklərin növləri aşağıdakılardan

- Daxili - bu növ riskin yaranma mənbəyi kimi müəssisənin

özü (onun idarəetmə sistemindəki qeyri- mükəmməllik) çıxış edir;

- Xarici - bu növ riskin yaranma mənbəyi kimi kommersiya

fəaliyyətinin iştirakçılarının təsir göstərə bilmədiyi, nəticələrinin

qabaqcadan görünməsi və nəzərə alınması mümkün olmayan

xarici mühit göstərilir.

Sığortalanma imkanına görə risklər aşağıdaki növlərə

bölünür;

- Sığortalanan - baş verdiyi halda sığortalanmanın həyata

keçirilməsi mümkün olan hadisə və ya hadisələrin məcmusu

(əmlakın məhvi ilə bağlı risk, yanğın və qəzaların

197

Page 198: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

nəticələri, işçilərə üz vermiş bədbəxt hadisələr və s.). Sığortalanan

risklər aşağıdakılarla bağlı ola bilər:

• təbiət hadisələrinin təsiri ilə (daşqın, zəlzələ, hava şəraiti və

s.);

• əmtəənin hərəkəti gedişində insanın məqsədyönlü fəaliyyəti

nəticəsində (texnogen risklər).

- Sığortalanmayan - zərərə məruz qala biləcəklərindən

ehtiyat etdiklərindən çox zaman sığorta şirkətləri bu riskləri öz

üzərlərinə götürmürlər. Buna görə də kommersiya fəaliyyətinin

iştirakçılan adətən sığortalanmayan risklər üçün xüsusi sığorta

fondlan yaradırlar. Riskli hadisə baş vermədiyi halda bu fond

müəssisənin mənfəət mənbəyi rolunu oynayır.

Miqyasına görə aşağıdakı risk növləri məlumdur:

- Lokal - müəssisə səviyyəsində yaranır;

- Qlobal - ölkədə və dünyanın ayn-ayn bölgələrindəki iqtisadi

vəziyyəti əks etdirir.

Gözlənilən nəticələrə görə aşağıdakı risklər məlumdur:

- Xalis (sadə) - yalnız mənfi və ya sıfır səviyyəli nəticənin

yaranması imkanını (təbii-iqlim, siyasi və bəzi təsərrüfat riskləri)

göstərir. Xalis risklər öz növbəsində itkinin tipinə görə aşağıdakı

risklərə bölünürlər:

♦ şəxsi;

♦ əmlak;

♦ məsuliyyətlə bağlı (bir müəssisənin fəaliyyəti digər

subyektə zərər vurur).

- Dinamik (möhtəkirlik) - həm müsbət, həm də mənfİ

nəticələrin yaranması imkanını əks etdirir (təsərrüfat risklərinin

əksəriyyəti). Məs., əgər əmtəənin alış (tədarük) qiyməti

inflyasiyadan yavaş artırsa bu hətta real gəlirin artmasına səbəb ola

bilər.

Mümkünlük səviyyəsinə görə aşağıdakı risklər məlumdur:

198

Page 199: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

- Yolverilən - kommersiya fəaliyyəti nəticəsində

müəssisənin gəlirinin məhdud səviyyədə itirilməsi təhlükəsi

yaradır. Daha doğrusu, itkilər mümkün olsa da, onlar gözlənilən

mənfəətdən çox deyil;

- Kritik (böhran səviyyəli) - mənfəətin bir hissəsinin əldə

olunmaması ilə xarakterizə olunur. Bu cür risk itkilərin gözlənilən

mənfəəti üstələmək təhlükəsi yarada bilir;

- Fəlakət səviyyəli - müəssisənin iflas olmasına, daha

doğrusu onun bütün vəsaitlərinin itirilməsinə gətirib çıxara bilər.

Əsaslandırılma səviyyəsinə (daha mühüm əlamətə) görə

aşağıdakı risklər məlumdur:

- Qanunla tənzimlənə bilən;

- Qeyri-qanunla tənzimlənməyən.

Qanuni risklərə qanun, nizamnamə, əsasnamə və digər

normativ sənədlərə müvafiq olaraq qanuni fəaliyyət nəticəsində

meydana çıxan risklər aiddir. Bu fəaliyyət hətta mənfi nəticələrə

səbəb olsa da, belə risklərə həmişə bəraət qazandınlır. Belə ki,

kommersant müəyyən riskli qərar qəbul etməklə əlverişsiz

nəticələrə səbəb olsa da, təqsirkar sayılmır və onun fəaliyyəti

qanuni hesab olunur. Risk aşağıdakı şərtlərin olduğu hallarda

qanuni sayılır:

♦ risk nail olunması nəzərdə tutulan məqsədə uyğun

olmalıdır;

♦ nəzərdə tutulan məqsədə adi, riskli olmayan vasitələrlə

nail olmaq mümkün olmayanda;

♦ risk bilərəkdən ziyan gətirmədikdə;

♦ risk obyekti insanın həyat və sağlamlığı deyil, yalnız

maddi amillər ola bilər.

199

Page 200: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç»A, İbrahimli, MM. Hüseynov

8.3. Risk dərəcəsinə (səviyyəsinə) təsir göstərən amillər

Sahibkarlar (kommersntlar) görülən işin səmərəliliyinin

təmin edilməsi üçün risklərin səviyyəsinə təsir göstərən amilləri

aşkara çıxararaq onlan təhlil etməlidirlər. Risk həm subyektiv,

həm də obyektiv əsasa malikdir. Belə ki, təsərrüfat fəaliyyəti ilə

bağlı qərarlar həm kommersant tərəfindən müstəqil surətdə, həm

də xarici mühitin təsirləri altında qəbul edilir.

Xarici amillərə kommersantın dəyişə bilmədiyi, eyni

zamanda nəzərə almağa məcbur olduğu şərtlər aid edilir.

Kommersiya riskinin səviyyəsinə təsir göstərən xarici amillər

birbaşa və dolayı təsir amillərinə ayrılır. Birbaşa təsir amillərmo

aşağıdakılar aiddir:

kommersiya fəaliyyətini tənzimləyən qanunlar; hökumət

qurum və idarələrinin ilkin olaraq nəzərdə tutulmayan

fəaliyyəti; vergi sistemi;

tərəf müqabillərin ilə qarşılıqlı münasibətlər; rəqiblərin

fəaliyyəti; korrupsiya və reket.

Dolayı təsir amillərini aşağıdakılar aiddir:

siyasi şərait;

^ ölkədə iqtisadi vəziyyət;

beynəlxalq hadisələr;

^ fors-major hadisələr.

Daxili amillərə aşağıdakılar aid edilir:

^ təşkilatın strategiyası (müəssisə tərəfindən

məqsədlərin səhv seçilməsi; xarici mühitin təsirinin səhv

proqnozlaşdırılması; müəssisənin potensialının səhv

qiymətləndirilməsi və s.);

y

200

Page 201: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya faaliyyatinin asasları

müəssisədə əmək, maddi, maliyyə ehtiyatlarının idarə

edilməsində aşağı keyfiyyət və yalnış idarəetmə

qərarlarının qəbulu (əməkdaşların fəaliyyətində qarşılıqlı

razılıq olmaması, təcrübəsizlik, yalnış maliyyə

hesablamaları, əməyin pis təşkil olunması və s.)

səbəbindən;

alqı-satqı proseslərinin qeyri-düzgün təşkili (müqavilə

etikasına əməl edilməməsi, malgöndərənlərin səmərəsiz

seçimi, əmtəə dövriyyəsinin səmərəsiz tətbiqi, xidmət

siyasətinin seçimində səmərəsizlik);

^ maliyyə vəsaitlərinin mövcudluğu (kreditlərin alınmasında

çətinliklər, yüksək kredit faizləri, zəruri maddi

ehtiyatlarının olması);

müəssisənin işçilərinin ehtiyatsızlığı səbəbindən

məhsulların itirilməsi;

işçilərin peşə və əxlaqi keyfiyyətlərinin aşağı səviyyəsi;

kommersiya işçilərinin qeyri-peşəkarlığı səbəbindən

riskli sövdələşmələrin bağlanması; müəssisənin işgüzar

fəallığının azalması.

Bununla yanaşı, daxili amillərə həm də aşağıdakılar aid

edilir:

kommersiya sirrinin qorunmasının səviyyəsi;

kommersiya fəaliyyəti iştirakçılarının iqtisadiyyat,

menecment, marketinq, reklam və kommersiya

sahələrində bacarıqları, onların şəxsi xüsusiyyətləri;

^ bazarın vəziyyəti, rəqabət mühiti, malgöndərənlərin və

istehlakçıların fəaliyyətinin öyrənilməsi üzrə marketinq

tədqiqatlarının həyata keçirilməsi; kommersiya fəaliyyəti

sahəsində qanunvericiliyə ciddi surətdə əməl olunması;

^ realizə olunan məhsulların çeşidi və keyfiyyəti;

201

Page 202: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimliy M,M, Hüseynov

istifadə olunan avadanlıq;

müəssisənin xərclərinin

səviyyəsi;

^ arzu edilən (planlaşdınlan) mənfəət norması və s.

Riskin miqyasına təsir səviyyəsinə görə aşağıdakı amillər

fərqləndirilir: ♦ əsas; ♦ qeyri-əsas (köməkçi)

Əsas amillərin təsiri altında risk səviyyəsi əhəmiyyətli

şəkildə dəyişdiyi halda, qeyri-əsas amillər risk səviyyəsinə zəif

təsir edir. Bu bölgü kifayət qədər şərtidir və əsasən riskin

növündən asılıdır. Belə ki, məs., əmlakın təsadüfi məhvi zamanı

əsas amillər kimi məhsullann saxlanma şərtləri, yanğın

təhlükəsizliyi qaydalarına əməl edilməsi, mühafizə

siqnalizasiyasınm mövcudluğu və keyfiyyəti nəzərdən keçirilir.

Eyni zamanda, bütün bu sadalanan amillərin inflyasiya və ya

valyuta riskinin təhlili zamanı o qədər də böyük əhəmiyyət kəsb

etmir.

İdarə olunma dərəcəsinə görə risk amillərinin növləri

aşağıdakılardan ^ idarə olunan;

^ çətin idarə olunan;

idarə olunmayan.

İdarə olunan amillərə daha çox müəssisənin işinin

keyfiyyətindən asılı olan amillər daxildir. Buraya aşağıdakılar aid

edilir:

-müəssisədə idarəetmə işinin keyfiyyəti;

-əməyin təşkili səviyyəsi;

-ehtiyatlann idarə olunmasının səmərəliliyi.

Çətin idarə olunan amillərə əvvəldən mövcud olmuş və

tədqiq olunan dövrdə təsirə çətin “uyğunlaşan” amillər daxildir.

Buraya aşağıdakılar aid edilir:

- müəssisənin yerləşdiyi bina;

-heyətin ixtisası və sayı;

202

Page 203: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

-kollektivdaxili münasibətlər.

İdarə olunmayan amillər - dəyişilməsi mümkün olmayan,

yalnız nəzərə alınması mümkün olan amillərdir. . Bunlara

aşağıdakılar aid edilə bilər:

- iqlim şəraiti;

- siyasi vəziyyət;

-valyuta kurslan və s.

Riskə təsir göstərən əhəmiyyətli amillərdən biri də,

kommersantm şəxsi yetənək\'3>n6\x. Bu olunla şərtlənir ki, risk

şəraiti alternativlərin mövcudluğu, müxtəlif mümkün davranış

variantlarından birinin seçilməsinin zəruriliyi ilə bağlıdır.

Variantın seçimi bir çox halda kommersantm xarakterindən, onun

cəsarətindən, şəraiti, risk dərəcəsini düzgün qiymətləndirmək və

vaxtında zəruri qərarlar qəbul etmək bacanğından asılıdır.

8.4. Kommersiya riskinin idarə edilməsi

Risk - kommersiya fəaliyyətinin müasir qeyri-

müəyyənliliyi şəraitində idarəçilərin (menecerlərin) diqqət

yetirməli olduqlan başlıca sahələrdən biridir. Bazar

münasibətləri şəraitində istehsalçılar, satıcılar və alıcılar rəqabət

mühitində müstəqil olaraq (öz məsuliyyət və riskləri ilə birlikdə)

fəaliyyət göstərirlər. Bu səbəbdən onlann fəaliyyətinin maliyyə

nəticələri gələcəyi bəzən gözlənilməz olur. Hazırda beynəlxalq və

yerli bazarlarda vəziyyət getdikcə daha çox qeyri-sabit xarakter

alır. Eyni zamanda belə şəraitdə riskli qərarlardan çəkinən idarəçi

də təşkilat üçün təhlükəli olur, onu durğunluğa, rəqabət

qabiliyyətliliyinin azalmasına doğru apanr. Risk-menecment -

idarəetmənin obyektiv zəruri və kifayət qədər əhəmiyyətli

elementi, işgüzar uğurun ən mühüm ilkin şərti kimi çıxış edir.

203

Page 204: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahintliy M.M. Hüseynov

Risk müxtəlif problemləri əhatə edən çox geniş anlayışdır.

Bu sahədə kommersantın əsas vəzifələri ümumi şəkildə aşağıdakı

kimi qruplaşdırılır:

• aşagı (yüksək) risk sahəsini aşkar etmək;

• risk haqqında xəbərdarlıq edən tədbirləri işləyib

hazırlamaq və həyata keçirmək;

• zərərə uğradıqda onun optimal şəkildə əvəz olunması

üçün tədbirlər görmək;

• risklərin təhlili və əvvəlcədən onlar haqqında xəbər

verilməsi və s.

Təcrübə göstərir ki, yüksək səviyyəli risk ən müxtəlif

şəraitlərdə mövcud ola bilər. Buraya xüsusilə aşağıdakılar aid

edilir:

- qeyri-düzgün idarəetmə qəran qəbul olunduqda;

-tabelikdə olanlann öz tapşırıqlarını qeyri-qənaətbəxş

şəkildə yerinə yetirdikləri zaman;

- icraçı uğursuz olaraq seçildikdə;

- marketinq proqnozunda səhv olduqda;

-rəhbərlik menecerin radikal təklifini qəbul etməkdən imtina

etdikdə.

Riskli hadisənin baş verməsini müəyyən qədər

proqnozlaşdırmağa və riskin dərəcəsini vaxtlı-vaxtında azaltmağa

imkan yaradan müxtəlif vasitələrin köməyilə riski idarə etmək

olar. Riskin dərəcəsi və kəmiyyətinə maliyyə mexanizmi vasitəsilə

təsir etmək mümkündür. Risk-menecment - riskin idarə

edilməsinin özünəməxsus mexanizmi kimi çıxış edə bilər.

Risk-menecmentin əsasında riskin aşkar edilməsi və dərəcəsinin

azaldılması üzrə işlərin təşkili durur.

Risk-menecment risklə əlaqədar ortaya çıxan iqtisadi (hər

şeydən əvvəl, maliyyə) münasibətlərinin idarə edilməsi sistemidir.

Risk-menecment riskin qiymətləndirilməsi, habelə biznes

prosesində ortaya çıxan riskin və maliyyə münasibətlərinin idarə

edilməsi sistemini əks etdirir. Buraya,

204

Page 205: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

həmçinin risklə bağlı idarəetmə fəaliyyətlərinin strategiya və

taktikası daxildir.

İdarəetmə sistemi kimi, risk-menecment iki alt sistemdən

ibarətdir;

• idarə olunan alt sistem - idarəetmə obyekti kimi riskli

kapital qoyuluşu və riskin reallaşdırılması prosesində

təsərrüfat subyektləri arasındakı iqtisadi münasibətlər

hesab olunur. Buraya, sığortalayan və sığortalanan,

sığortalayan və kreditor, sahibkarlar, rəqiblər və s.

arasındakı əlaqələr aid edilir.

• idarə edən alt sistem - idarəetmə subyekti, bu müxtəlif

təsir variantları vasitəsilə idarəetmə obyektinin

məqsədyönlü fəaliyyət göstərməsini həyata keçirən

rəhbərlər qrupudur. Buraya maliyyə meneceri, sığorta

üzrə mütəxəssis və b. aiddir.

Bu proses yalnız idarəetmənin obyekt və subyekti arasında

lazımi informasiyanın dövr etməsi şərtilə həyata keçirilə bilər.

Göstərilən informasiyaya aşağıdakılar aid edilir:

- bu və ya digər sığorta halının və ya hadisəsinin baş vermə

ehtimalı haqqında məlumatlar;

- əmtəələr və kapital üzrə tələbin mövcud olması və

kəmiyyəti haqqında məlumatlar;

- müştərilərin, tərəf müqabillərinin, rəqiblərin və s. maliyyə

dayanıqlığı və ödəmə qabiliyyətliliyi haqqında

məlumatlar.

Kommersantlar riskə aid müəyyən funksiyaları yerinə

yetirirlər. Bunlar aşağıdakılardan ibarətdir:

1. İdarəetmə obyektinin funksiyaları - riskə yol verilməsi;

2. Riskli kapital qoyuluşlarının, riskin dərəcəsinin

azaldılması üzrə işlərin, riskdən sığortalanma

205

Page 206: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A* İbrahimli, M,M, Hüseynov

prosesinin, təsərrüfat prosesinin subyektləri arasındakı

iqtisadi münasibət və əlaqələrin təşkili;

3. İdarəetmə subyektinin funksiyalan

proqnozlaşdırma, təşkiletmə, koordinasiya, tənzimləmə,

stimullaşdırma və nəzarət.

Riskin idarə edilməsinin hazır “resept”ləri olmur və ola da

bilməz. Buna baxmayaraq, onun üsullannı və həlli yollannı bilərək

konkret situasiyada nəzərə çarpan uğura nail olmaq olar. Riski

hesablamaq qeyri-mümkün olduqda, riskli qərarların qəbulu

evristikamn köməyilə həyata keçirilir. Evristika - özündə həqiqətin

nəzəri olaraq tədqiqi və tapılmasının məntiqi üsulları çoxluğunu

əks etdirir. Risk- menecment risk şəraitində qərar qəbul etmək

üçün özünün evristik üsullar sisteminə malikdir. Buraya

aşağıdakılar aiddir:

1. şəxsi kapital yol verdiyindən daha çox risk etmək olmaz;

2. hər zaman riskin nəticələri haqqında düşünmək lazımdır;

3. müsbət qərar yalnız şübhənin olmadığı halda qəbul

olunur;

4. az üçün çoxla riskə getmək olmaz;

5. şübhə olduqda mənfi qərar qəbul olunur;

6. elə düşünmək olmaz ki, hər zaman yalnız bir yol var, ola

bilsin, başqa variantlar da mövcuddur.

Risk-menecmentin ayrılmaz elementi nəzərdə tutulmuş

proqramın yerinə yetirilməsi üzrə tədbirlərin təşkilidir. Buraya,

nəzərdə tutulmuş işlərin maliyyələşdirilməsi üzrə tədbirlərin,

maliyyələşdirmənin həcmi və mənbələrinin, yerinə yetirilmə

müddətlərinin müəyyən edilməsi və s. aiddir. Eyni zamanda,

nəzərdə tutulmuş proqramın yerinə yetirilməsi üzərində nəzarət,

seçilmiş riskli qərar variantının

206

Page 207: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyəänin əsaslan

təhlili və nəticələrinin qiymətləndiriməsi risk-menecmentin

təşkilinin mühüm mərhələsidir.

Kommersiya riskinin təşkili riskin idarə edilməsi orqanının

müəyyən edilməsini nəzərdə tutur. Bu, maliyyə meneceri, risk üzrə

menecer və ya müvafiq idarəetmə aparatı, məsələn, riskli kapital

qoyuluşlan şöbəsi ola bilər.

Bu qurum aşağıdakı funksiyaları həyata keçirməlidir:

- qüvvədə olan qanunvericiliyə və təsərrüfat subyektinin

nizamnaməsinə müvafiq olaraq riskli sərmayələr (vençur və

portfel investisiyaları) qoymalı;

- riskli investisiya fəaliyyəti proqramını işləyib hazırlamalı;

- mövcud şərait haqqında informasiya toplamalı, onu təhlil

etməli, işləməli və saxlamalı;

- risklərin dərəcə və dəyərini, riskin idarə edilməsi strategiyası

və üsullarını müəyyən etməli;

- riskli qərarlar proqramını işləyib hazırlamalı və onun yerinə

yetirilməsini təşkil etməli, o cümlədən, nəzarət və nəticələrin

təhlilini aparmalı;

- sığorta fəaliyyətini həyata keçirməli, sığortalama və yenidən

sığortalama müqavilələri bağlamalı və bu sahədə əməliyyatlar

aparmalı;

- sığortalama və yenidən sığortalamanm şərtlərini işləyib

hazırlamalı, sığorta əməliyyatlan üzrə tarif dərəcələrini təyin

etməli;

- tapşırıq üzrə milli və xarici şirkətlərə zəmanətlərin

verilməsi, onların hesabına zərərlərin əvəzinin ödənilməsi, başqa

şəxslərə analoji funksiyalann xaricdə icra edilməsinin tapşırılması;

- riskli kapital qoyuluşlan üzrə müvafiq mühasibat, statistik və

operativ hesabatın aparılması.

207

Page 208: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

8.5. Kommersiya riski ilə bağlı strategiyanın

seçilməsi

Sahibkar-kommersant öz təsərrüfat fəaliyyəti prosesində ona

risk dərəcəsini azaltmağa imkan verə biləcək strategiyanı seçməyə

borcludur. Kommersiya riskinin strategiyası - təsərrüfat

fəaliyyətinin qeyri-müəyyənliyi şəraitində riskin

proqnozlaşdırılmasına və onun dərəcəsinin azaldılmasının

müxtəlif üsullarına əsaslanan riskin idarə edilməsi sənətidir.

Kommersiya riskinin strategiyasına aşağıdakı qaydalar tətbiq

edilir:

1. Maksimum uduş. Bu qaydanın mahiyyəti riskli kapital

qoyuluşunun mümkün variantlarından sərmayəçi üçün əlverişli

risk dərəcəsində daha səmərəli nəticəni təmin edən variantın

seçilməsindədir;

2. Nəticənin optimal ehtimalı. Bu zaman mümkün

qərarlardan eləsi seçilir ki, ehtimal olunan nəticə sərmayəçi üçün

əlverişli olur. Adətən təcrübədə bu qayda nəticənin optimal

tərəddüdü qaydasına uyğun şəkildə tətbiq edilir;

3. Nəticənin optimal tərəddüdü. Bu qaydanın mahiyyəti eyni

riskli kapital qoyuluşu üçün “udmaq” və “uduzmaq” ehtimalı ən

aşağı fərqə malik olan variantın seçimindədir;

4. Uduş və riskin kəmiyyətinin optimal uyğunlaşdırılması

(əlaqələndirilməsi). Bu zaman ilk növbədə menecer uduşun və

riskin gözlənilən kəmiyyətlərini qiymətləndirir. Bundan sonra

böyük riskdən qaçmağa imkan yaradan layihəyə kapital qoyuluşu

haqqında qərar qəbul edilir. Riskli kapital qoyuluşu haqqında qərar

qaydası qərar variantının müxtəlif seçim üsulları ilə tamamlanır.

Sonuncu seçim variantlarına aşağıdakiları misal göstərmək

olar:

- Riskli təsərrüfat fəaliyyəti vəziyyətlərinin mümkün

ehtimallarının məlum olması şərtilə qərar variantı. Bu halda

208

Page 209: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

hər bir variant üzrə qoyulmuş kapital üzrə mənfəət normasının

gözlənilən orta qiyməti müəyyən edilir və ən böyük mənfəət

normasına malik olan variant seçilir;

- Təsərrüfat fəaliyyətinin vəziyyətlərinin mümkün

ehtimallarının məlum olmaması və onların nisbi qiymətlərinin

mövcud olması şərtilə qərar variantı. Bu halda ekspert

qiymətləndirməsi yolu ilə təsərrüfat fəaliyyətinin vəziyyətlərinin

dəyişmə ehtimalının qiyməti təyin edilir və qoyulmuş kapital üzrə

gözlənilən orta mənfəət norması hesablanır;

- Təsərrüfat fəaliyyətinin vəziyyətlərinin potensial

ehtimalının məlum olmaması və nəticələrin qiymətləndirilməsi

istiqamətlərinin məlum olması şərtilə qərar variantı. Bu halda

kapital qoyuluşunun nəticəsinin qiymətləndirilməsinin üç

istiqaməti mövcud olur:

1) minimal kəmiyyətdən maksimal nəticənin seçilməsi;

2) maksimal risklərdən riskin minimal kəmiyyətinin

seçilməsi;

3) nəticənin orta kəmiyyətinin seçilməsi.

Riskin qiymətləndirilməsi və kapital qojmIuşunun optimal

variantının seçilməsi üzrə hesablamalar riyazi metodlar vasitəsilə

həyata keçirilir. Bu, ekonometriya, maliyyə menecmenti və

iqtisadi təhlil kimi fənlər tərəfindən öyrənilir.

Münaqişəli vəziyyətlərdə strategiyanın seçilməsi üçün riyazi

aparat oyunlar nəzəriyyəsi tərəfindən verilir. Bu,

sahibkara-kpmmersanta və ya menecerə rəqabət şəraitini daha

yaxşı başa düşməyə və risk dərəcəsini minimuma endirməyə

imkan verir. Oyunlar nəzəriyyəsinin üsullarının köməyilə aparılan

təhlil sahibkarı həm öz fəaliyyətinin bütün mümkün

alternativlərini, həm də tərəf müqabili və rəqiblərin

strategiyalarını nəzərdən keçirməyə vadar edir. Oyunlar

nəzəriyyəsi yalnız problemin öz şərtlərindən ortaya çıxan.

209

Page 210: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M.M. Hüseynov

bəzi məhdudiyyətləri olan ən yaxşı vəziyyətin seçilməsi və

müəyyən edilməsi ilə bağlı bir çox iqtisadi problemləri həll etməyə

yardımçı olur. Nəticə etibarilə, risk itkinin baş verməsinin riyazi

ifadə olunmuş ehtimalı kimi çıxış edir və statistik məlumatlara

istinad edir. Bu zaman risk kifayət qədər yüksək dəqiqliklə

hesablana bilər.

. Bu gün hətta beynəlxalq bazarlarda fəaliyyət göstərməyən

şirkətlər belə valyuta əməliyyatları ilə bağlı riskə məruz qalır.

Çünki onların daxili satış bazarları xarici malgöndərənlərə

istiqamətləndirilə bilər. Şirkətlərin əksəriyyəti bu və ya digər

dərəcədə beynəlxalq biznesə cəlb olunmuşdur. Buna görə də

şirkətin aktiv və vəsaitlərinin qiymətləri xarici valyutalara

münasibətdə dəyişikliyə məruz qalırlar.

Hazırda bir çox ölkələrdə xüsusi sığorta təşkilatları var ki,

onlar sənaye müəssisələrində həyata keçirilən kommersiya

əməliyyatlanm risklərdən sığortalayırlar. Bundan başqa, onlar

yüklərin daşınması, yanğından, soyğundan və maddi sərvətlərin

itirilməsinə gətirib çıxaran digər hadisələrin sığortası ilə məşğul

olurlar.

8.6. Riskin dərəcəsinin təyin edilməsi və azaldılması

üsulları

Təsərrüfat subyektinin qarşısına qoyduğu məqsədə uyğun

olaraq kommersiya fəaliyyətini ən yaxşı formada həyata keçirmək

üçün kommersiya riskinin obyektiv şəkildə qiymətləndirilməsinə

ehtiyac vardır. Təcrübədə risk kəmiyyətcə kapital qoyuluşundan

maksimal və minimal gəlirin (zərərin) gözlənilən ölçüsünün

subyektiv qiymətləndirilməsi ilə xarakterizə olunur. Maksimal və

minimal gəlir (zərər) arasındakı diapazon nə qədər çoxdursa, risk

dərəcəsi də bir o qədər yüksəkdir. Təsərrüfat şəraitinin

210

Page 211: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

qeyri-müəyyənliyi, siyasi və iqtisadi şəraitin, habelə şəraitin

dəyişmə perspektivlərinin naməlumluğu və s, riskli qərarların

qəbulunu qaçılmaz edir. Qərar qəbul edərkən təsərrüfat şəraitinin

qeyri-müəyyənliyi nə qədər yüksəkdirsə, risk dərəcəsi də bir o

qədər yuxarı olur.

Riskin qiymətləndirilməsi üçün aşağıdakılar həyata keçirilir:

1. Bazar haqqında məlumata və kifayət qədər maliyyə

vəsaitinə malik olan tərəfdaşlann axtanşi. Lakin müvəffəqiyyət

əldə olunduğu halda gəlirin bir hissəsini onlarla bölüşmək lazım

gələcəkdir;

2. Kənar məsləhətçi - ekspertlərin xidmətlərinə müraciət

etmək. Məsələn, qiymətlərin, tələbin, rəqiblərin fəaliyyətinin

dəyişməsi istiqamətində elmi cəhətdən əsaslandırılmış

proqnozların verilməsi üçün [93, s. 12].

Riskin dərəcəsini təyin etmək üçün əsasən 2 üsuldan istifadə

olunur: • Statistik üsul; • Ekspert üsulu.

Statistik üsulun əsasında riyazi statistika fəndləri

(müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin göstəricilərinə

əsasən variasiyalar, dispersiyalar və standart kənarlaşmalar) durur.

Maliyyə-təsərrüfat fəaliyyətinin göstəriciləri qismində adətən

mənfəətin xərclərə və ya investisiyalara nisbəti (rentabellik

göstəricisi) istifadə olunur.

Statistik üsul nisbətən dəqiq olmaqla yanaşı, həm də

müəyyən çatışmazlıqlara malikdir. Belə ki, bu zaman keçmiş

(retrospektiv) göstəricilərin həcminin lazımi səviyyədə olması

tələb edilir. Lakin bu üsul müəssisələrin investisiya siyasətində

kəskin dəyişiklikləri və xarici amillərin təsirini nəzərə almır.

Bu çatışmazlıqların aradan qaldırılması üçün ekspert

üsulundan istifadə olunur. Bu üsul ayrı-ayn ekspertlər

211

Page 212: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

tərəfindən kommersiya riskinə verilən qiymətlər üçün ortaq

göstəricilərin formalaşdın İmasına əsaslanır.

Bir qayda olaraq təsərrüfat fəaliyyətində aşağıdakı risk amili

qruplan meydana çıxır:

-Mümkün risklər - sahibkara yaxşı məlum olan və gözlənilən

vəziyyətlər;

-Qismən mümkün olan risklər - ortaya çıxma səviyyəsi çox

az olan;

-Təsadüfi risk amillər - ekspertlər tərəfindən nəzərə

alınmayan.

Təhlil gedişində ekspertlər müxtəlif həcmdə itki (pul və ya

faizlə) əmələ gəlməsi, yol verilən və kritik riskin mümkünlüyünü

qiymətləndirə bilərlər.

Təsərrüfat subyekti risklərin neytrallaşdırılması və onların

nəticələrinin təsirinin azaldılması məqsədilə müvafiq siyasət

hazırlamalıdır. Risk siyasətinin əsas istiqamətlərinə aşağıdakılar

aid edilir:

-riskə yol verməmək siyasəti;

-riskin qəbul edilməsi siyasəti;

-risk səviyyəsinin azaldılması siyasəti.

Riskə yol verməmək siyasəti konkret təsərrüfat riskinin tam

istisna edilməsinə imkan verən tədbirlərin hazırlanmasını əks

etdirir. Bu, əsasən risk səviyyəsi yüksək olan təsərrüfat

əməliyyatlarının yerinə yetirilməsindən imtina edilməsi yolu ilə

əldə edilir. Bu siyasət daha sadə olsa da, həmişə səmərəli olmur,

çünki müəssisə risklərdən yayınmaqla kifayət qədər yüksək

mənfəət əldə etmək imkanını itirir. Bu baxımdan riskdən yayınma

- kommersiya fəaliyyətində risklərin təsirinin azaldılması

üsullarından biridir. Kommersiya təşkilatı təsərrüfat fəaliyyətinin

həyata keçirilməsi zamanı yüksək risklə bağlı maliyyə

əməli)^atlarından boyun qaçıra bilər. Belə hallarda həmişə

212

Page 213: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

gözlənilən yüksək nəticələrə nail olunmasa da, bəzən potensial

itkilərdən yayınmaq mümkündür.

Qabaqcadan müəyyən olunmuş risklərdən yayınma haqqında

qərarlar həm ilkin, həm də sonrakı mərhələlərdə qəbul edilə bilər.

Lakin çox zaman bu qərar ilkin mərhələdə qəbul olunur. Çünki

kommersiya fəaliyyətini davam etdirməkdən boyun qaçırmaq

böyük maliyyə və digər itkilərə səbəb ola bilər. Buna görə də

riskdən aşağıdakı hallarda yayınırlar:

-əgər bir növ riskdən yayınma digər risklərin yaranmasına

səbəb olmursa;

-əgər riskin səviyyəsi kommersiya sövdələşmələrindən əldə

edilə biləcək gəlirin səviyyəsindən daha yüksək olarsa;

-əgər müəssisə müəyyən risk növü üzrə yarana biləcək böyük

maliyyə itkilərini öz maliyyə vəsaitləri hesabına örtmək

imkanına malik deyilsə.

Lakin müəssisə kommersiya risklərinin bütün növlərindən

yayına bilməz və çox zaman o, bilərəkdən riskə gedir. Bəzi riskli

qərarlar qaçılmaz olduğu, digərləri isə, daha çox mənfəət əldə

etmək imkanı verdiyi üçün qəbul edilir.

Riskin qəbul edilməsi siyasəti xüsusi vəsait hesabına riskin

örtürülməsi istəyi və imkanını əks etdirir. Bu cür siyasət

müəssisənin sabit maliyyə vəziyyəti, onun öz fəaliyyətinin

genişləndirməsi zamanı münasibdir. Lakin bu, əsassız itkilərə də

yol aça bilər. Risklərin təsirinin azaldılması üsulları və

istiqamətləri müəssisənin fəaliyyət sahəsindən, xarici və daxili

amillərdən, habelə bu sahədə qərar qəbul edən şəxsin fərdi

xüsusiyyətlərindən asılı olaraq müxtəlif olur. Əgər riskli fəaliyyət

qaçılmaz olarsa, ağılla risk etmək zəruridir.

Risk səviyyəsinin azaldılması siyasəti itkilərin mümkünlüyü

və həcminin azaldılmasını nəzərdə tutur.

213

Page 214: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Kommersiya fəaliyyətində risklərin azaldılmasına imkan

verən üsul və fəndlər mövcuddur. Risklərin qarşısının

alınması və azaldılmasının səmərəli və geniş yayılmış

üsullanna aşağıdakılar aid edilir:

- sığortalama;

- diversifıkasiya;

- məhdudlaşdırma (limitləmə).

Nəticələrinə görə nisbətən təhlükəli sayılan kommersiya

risklərinin neytrallaşdırıİması əsasən sığortalama yolu ilə

həyata keçirilir. Sığortalama əsasən 2 yerə bölünür:

- Xarici sığortalama;

-Daxili sığortalama.

Xarici sığortalama - müəyyən

müqabilində riskin (mənfi nəticələrə

digər təşkilatlara (sığorta şirkətinə)

müəssisənin əmlakının, daşınma

əməkdaşlann bədbəxt hadisələrdən

sığortal amanın digər növləri ola bilər.

Müasir dövrdə sığorta bazamda təqribən 3 minə yaxın

sığorta şirkəti fəaliyyət göstərir. Kommersiya təşkilatı

sığortalamaya müraciət edərkən sığorta müdafiəsinin təmin

edilməsi zəmri olan risk növləri dəqiq müəyyən edilməlidir.

Sığorta şirkətinin seçimi zamanı müəyyən meyarlar nəzərə

alınmalıdır. Buraya aşağıdakılar aid edilir:

- lisenziyanın mövcudluğu;

- nizamnamə kapitalı və şəxsi vəsaitlərin həcmi;

- sığorta şirkətinin istifadə etdiyi tariflərin ölçüsü;

- sığorta şirkətinin maliyyə dayanıqlığı və s.

Müəssisə ilə sığorta şirkəti arasındakı qarşılıqlı

münasibətlər sığorta müqaviləsinə - sığortaçı ilə sığorta edən

idarə arasında ayn-ayn kommersiya risklərinin sığortalanma

şərtləri üzrə qarşılıqlı hüquq və vəzifələri tənzimləyən

müqavilə-sazişə əsaslanır.

mükafatlandırılma

görə məsuliyyətin)

ötürülməsidir. Bu,

zamanı yüklərin,

sığortalanması və

214

Page 215: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

25 dekabr 2007-ci il tarixində ölkə Prezidenti tərəfindən

imzalanmış 519-IIIQ saylı “Sığorta fəaliyyəti haqqında”

Azərbaycan Respublikasının Qanununa (Maddə 1.1.10.) görə,

^"sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi

müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı

itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin

müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin

sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit

edildiyi razılaşma”dır.

Maddə 1.1.18.-ə əsasən “sığorta riski və ya risk - sığorta

obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan

hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu

ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik”dir.

Maddə 1.1.19.-a görə, “sığorta hadisəsi - qanunvericiliyə və

ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta

olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan,

sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən

hadisə və ya yaranan haldır”.

Kommersiya fəaliyyətində rast gəlinən sığorta hadisəsi

qeyri-həyat sığortası və ya ümumi sığortanın (maddə 14.3. ) tərkib

hissəsi kimi göstərilir. Qanunda bu sığorta siniflərinə əmlakın

yanğından və digər risklərdən sığortası (14.3.2.1.), yüklərin

(nəqliyyat) sığortası, kreditlərin sığortası (14.3.4.1.), əmlakın

bazar dəyərinin düşməsi riskindən sığorta (14.3.5.1.), sığortalının

kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində baş verən

fasilə ilə əlaqədar işin dayanması ilə bağlı risklərdən sığorta

(14.3.5.2.) və b. aid edilir.

Daxili sığortalama - müəssisənin öz daxilində həyata

keçirilir. O, zərərin yerinin doldurulması üçün xüsusi fondların

yaradılması yolu ilə həyata keçirilir. Bu cür

215

Page 216: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

fondlann siyahısı və onlara ayırmalann həcmi müəssisənin

nizamnaməsində müəyyən olunur. Onların mənbəsi kimi

müəssisənin mənfəəti çıxış edir. Sığortalanma müəssisənin

əmlakının yalnız müəyyən bir hissəsinə şamil edilir. Bu cür

sığortalanma müəssisə üçün sığorta şirkətinin cəlb olunmasından

daha sərfəli hesab edilir.

Diversiflkasiya - kommersiya risklərinin aşağı salınmasının

üsullarından biridir. Diversiflkasiya - latıncadan tərcüməsi

“diversis”* - “müxtəlif’, “fasio” - “edirəm” mənasını verir.

Diversiflkasiya dedikdə “dəyişiklik”, “müxtəliflik”, əmtəələrin

çeşidinin, fəaliyyət sahələrinin genişlənməsi də başa düşülür.

Beləliklə, diversiflkasiya dedikdə bir-biri ilə bilavasitə əlaqəsi

olmayan müxtəlif obyektlər arasında vəsaitlərin bölgüsü prosesi

nəzərdə tutulur. Bu riskin azaldılmasına imkan yaradır. Belə ki,

riskli vəziyyətin eyni zamanda bütün obyektlərdə meydana

gəlməsini güman etmək çətindir.

Diversifıkasiyanm bir neçə formasını ayınrlar.

Diversiflkasiyanın təsərrüfat fəaliyyəti ilə bağlı olan növləri

gəlir və mənfəət əldə etmənin müxtəlif imkanlarından istifadəni,

daha doğrusu, vəsaitlərin eyni zamanda bir neçə müxtəlif

müəssisələrdə yatırılmasını, müxtəlif regional filialların

yaradılmasını və s. nəzərdə tutur.

Malgöndərənlərin diversifıkasiyası - əmtəələrin daxil olma

mənbələrinin çox olmasını nəzərdə tutur.

Çeşidin diversifıkasiyası - müəssisədə tələbat baxımından

müxtəlif olan əmtəələrin istehsalını nəzərdə tutur. Bu, ayrı-ayrı

əmtəələrə tələbatın müvəqqəti olaraq azalması dövründə iqtisadi

riski azaltmağa şərait yaradır.

Əmtəə istehlakçılarının diversifıkasiyası - bazarın

sərhədlərinin ərazi və seqmentlər baxımından genişləndirilərək

əmtəə dövriyyəsinin artmasını nəzərdə tutur.

216

Page 217: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Depozit portfelinin diversifıkasiyası - müvəqqəti sərbəst pul

vəsaitlərinin müxtəlif banklarda yerləşdirilməsini nəzərdə tutur ki,

bu da bankların iflası zamanı pul vəsaitlərinin itirilməsi riskini

azaldır.

Məhdudlaşdırma (limitləmə) - sövdələşmənin böyüklüyünə

məhdudiyyətlər sisteminin təyin edilməsini nəzərdə tutur. Bu,

aşağıdakılar ola bilər:

- bir tərəf müqabili ilə sövdələşmənin maksimal həcminə

olan məhdudiyyətlər;

- əmtəə ehtiyatlarının maksimal həcminə olan

məhdudiyyətlər;

- bir alıcıya təqdim olunan kreditin maksimal həcminə olan

məhdudiyyətlər;

- bir banka pul qoyuluşunun maksimal həcminə olan

məhdudiyyətlər və s.

Riskin azaldılmasının istənilən formasının öz qiyməti

(əvəzi) var. Məs., xarici sığortalamada riskin azaldılmasının

qiyməti sığorta ödənişlərinin çox olmasıdırsa, daxili

sığortalamada bu, ehtiyat fondlarının yaradılmasına çəkilən

xərclərdir. Diversifıkasiya və məhdudlaşdırmadan istifadə, adətən

hər bir gəlir mənbəyindən daxil olan mənfəətin azalması ilə

nəticələnir. Beləliklə, riskin aşağı salınması üsulunu seçərkən

onun dəyəri və məqsədəuyğunluğunu nəzərə almaq lazımdır.

8.7. Kommersiya əməliyyatlarına risk amilinin təsiri

Bazar iqtisadiyyatı sisteminin vacib prinsiplərindən biri də

mövcud resurslardan daha səmərəli istifadə etməkdir. Bu

cəhətdən, əslində sahibkarın-kommersantın özü kimi heç kim

səmərəli axtarışlar aparmaq marağında ola bilməz.

Dünyanın ayrı-ayrı məşhur firmalarının təcrübəsi də göstərir

ki, inkişaf strategiyasının düzgün seçimi nəticədə

217

Page 218: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimlif M. M. Hüseynov

maksimum mənfəət əldə edilməsinə səbəb olur. Şübhəsiz ki,

müəssisə tərəfindən bu və ya digər məhsul (əmtəə) üçün inkişaf

strategiyasının hazırlanması zamanı onun həyat silsiləsinin

müə)^ən mərhələləri (yaranma, tez yüksəliş, yüksəlişin yavaşıması,

dolğunluq, enmə) də nəzərə aimmalıdır. Çünki ayn-ayn

mərhələlərdə məhsulun istehsal olunmasında istifadə edilən

ehtiyatlann (o cümlədən, xammalın), həmçinin bu məhsulun

bazarda realizə olunmasından əldə edilən mənfəətin tərkibi və

həcmi müxtəlif olur. Beləliklə, müəssisələrin kommersiya xidməti

qarşısında duran başlıca vəzifələrdən biri də yuxarıda göstərilmiş

mərhələlərin hər biri üçün konkret vəzifələr işləyib hazırlamaq və

onları müəssisənin ümumi inkişaf strategiyası ilə sıx şəkildə

əlaqələndirməkdir.

Bununla yanaşı, müasir dövrdə satış şöbəsinin müəssisənin

istehsal etdiyi məhsulların hamısını realizə etmək imkanına malik

olmasını gözləmək mümkün deyil. Beynəlxalq standartlara uyğun

məhsul istehsal edən müəssisənin anba- nnda hazır məhsul ehtiyatı

minimum səviyyədə olmalıdır. Qeyd edilən məsələlərin uğurla həll

edilməsi, yekun nəticədə mənfəətin yüksəlməsinə imkan yaradır,

onun daxili və xarici bazarlardakı mövcud rəqabət mübarizəsindəki

mövqeyini möhkəmlənməsinə, daha \mm bir müddət ərzində öz

fəaliyyətinin davam və inkişaf etdirməsinə səbəb olur.

Hazırda bir çox sənaye müəssisələrinin rəhbərliyi qarşısında

məhsul satışı ilə bağlı məsələlər müəyyən qədər ön sıraya

keçmişdir. Müəssisələr öz fəaliyyətlərini, qiymət siyasətlərini,

məhsul çeşidini daha çox pərakəndə ticarətin sifarişləri -

istehlakçılann tələbləri əsasında formalaşdınrlar. Yəni, hazırda

istehsal daha çevik xarakter almaqla istehlakçıların fərdiləşmiş

tələbatlarının ödənilməsinə, kiçik həcmli satış bazarlanna, ayrı-ayrı

seqmentlərə doğru istiqamətlənmişdir.

218

Page 219: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Geniş istehlak mallan bazannda yeni məhsullann 40%-i özünü

doğrultmur [19, s. 149]. Bunun aşağıdakı səbəbləri var:

- bazarın həcminin düzgün qiymətləndirilməməsi;

- yeni məhsulun pis reklam edilməsi;

- yeni məhsula həddindən artıq yüksək qiymət qoyulması;

- yeni məhsulun işlənib hazırlanmasına və istehsalına çəkilən

xərclərin nəzirdə tutulduğundan qat-qat yüksək olması;

- bazarda rəqiblərin “cavab zərbəsi”nin gözlənildiyindən

güclü olması və s.

Sözsüz ki, burada mövcud olan dəb amili, mövsümilik də

böyük rol oynamaqdadır.

İstehsal müəssisələrində həyata keçirilən kommersiya

fəaliyyəti çevik olmalı, bazann həmişə dəyişən tələblərini nəzərə

almağa doğru istiqamətlənməlidir. Beləliklə, bazar iqtisadiyyatı

şəraitində istehsal müəssisələri bazarla əlaqəli şəkildə fəaliyyət

göstərməli, tələbat olmayan məhsulların istehsalından çəkinməli,

məhsul buraxılışını bazarın tələb- təklif göstəriciləri nəzərə

almaqla həyata keçirməlidirlər. Hazırda respublikanın sənaye

müəssisələri tərəfindən həyata keçirilən satış siyasətinin əsasında

başlıca olaraq, məhsulun qiymətinin rəqib müəssisələrin istehsal

etdikləri məhsulların (o cümlədən, xarici analoqlarının)

qiymətlərinə nisbətən mümkün qədər aşağı salınması durmaqdadır.

Lakin unutmaq lazım deyil ki, bu halda keyfiyyət aşağı düşür,

bazar çox həcmdə ucuz, lakin eyni tipli və keyfiyyətsiz məhsullarla

dolur. Digər tərəfdən, bu gün bazarlardakı müvəffəqiyyətin başlıca

amillərindən biri kimi məhsul çeşidinin daima genişləndirilməsi

çıxış edir. Bununla da bazann eyni seqmentində fəaliyyət göstərən

ənənəvi istehsalçılar bazardan sıxışdırılıb çıxarılırlar. İstehsal

firma və

219

Page 220: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimlif M.M. Hüseynov

müəssisələrində məhsul çeşidinin genişləndirilməsi, tələbin

formalaşdırılması və satışın həvəsləndirilməsi tədbirlərinin (hazır

məhsulun nümayiş etdirilməsi, dilerlərin həvəsləndirilməsi və s.)

həyata keçirilməsi məsələləri daima gündəlikdə durmalıdır.

Bunu nəzərə alaraq, istehsal müəssisələrinin marketinq

tədqiqatları ilə məşğul olan əməkdaşları tərəfindən ardıcıl olaraq

daha çox tələb olunan məhsullann siyahısı hazırlanmalıdır. Yalnız

hərtərəfli təhlildən sonra istehsal ediləcək məhsulun həcmi və

çeşidi haqqında yekun qərar qəbul edilə bilər. Müasir dövrdə hansı

istiqamətdə - sifariş və ya “azad bazar” üçün məhsul istehsalı ilə

məşğul olmasına baxmayaraq müəssisənin kommersiya fəaliyyəti

ilk növbədə istehlakçıların tələblərinin öyrənilməsi əsasında təşkil

edilməlidir.

Müxtəlif statistik üsul, model və fəndlərdən, mütəxəssislərin

təcrübəsindən, müasir hesablama texnikasından istifadə etməklə

sahibkar kommersiya əməliyyatları zamanı yarana biləcək

risklərin azaldılmasına nail ola bilər. Kommersiya işinin

planlaşdırılması zamanı risklərin təsirini nəzərə almaq lazımdır.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prosesində

bütün müsbət tərəflərlə bərabər, həm də firma və müəssisələr bir

sıra kommersiya riskləri ilə qarşılaşa bilərlər. Azərbaycanın

ÜTT-na qəbulundan sonra respublikamızın istehsal firmalarının

üzləşə biləcəkləri kommersiya riskləri aşağıdakı səbəblərdən

yarana bilər;

-dünya iqtisadiyyatında gedən inteqrasiya prosesləri;

-ayrı-ayrı sahələrin vəziyyətinin ümumilikdə pisləşməsi;

- haqsız rəqabət;

-xammal təminatında və satış işinin təşkilində çətinliklər;

-konkret mallara olan tələbin azalması;

220

Page 221: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

-peşəkar kommersiya heyətinin çatışmazlığı və s. Təəssüf ki,

Azərbaycanda hazırkı dövrdə heç də bütün istehsal firmaları

kommersiya risklərini sığortalamırlar. Halbuki, bu gün xüsusilə

xarici şirkət və təşkilatlarla əlaqələr quran firma və müəssisələr

kommersiya riskləri ilə daha çox rastlaşırlar.

Bazar iqtisadiyyatı şəraitində sifariş əsasında məhsul

istehsalı və satışı yalnız ayrı-ayrı təşkilatlardan daxil olan

sifarişlərin həcminin tədricən artması zamanı daha səmərəli üsul

hesab oluna bilər. Lakin bütün müsbət cəhətlərlə yanaşı,

müəssisədə geniş istehlak bazarına çıxış istiqamətində əlavə

tədbirlərin həyata keçirilməməsi gələcək inkişaf perspektivləri

baxımından düzgün qərar sayıla bilməz. Başqa sözlə, gələcəkdə

bir sıra obyektiv və ya subyektiv səbəblərdən bu sifarişlərin daxil

olmaması müəssisənin çıxılmaz bir vəziyyətdə qalmasına səbəb

ola bilər.

Çünki verilən sifarişlər əsasında məhsul istehsalı və satışı

müəyyən dövr ərzində sabit gəlir əldə olunmasım təmin etsə də,

sifarişlərin həcminin dəyişmədiyi halda bu üsul müəssisəyə

kifayət qədər inkişaf vəd etmir. Əgər müəssisənin işləri yaxşı

gedir, o böyük mənfəət əldə edirsə, bu 0 demək deyil ki, əldə

olunmuş müvəffəqiyyət gələcəkdə də mütləq saxlanılacaqdır. Ona

görə də sərmayələrin bugünkü iqtisadi səmərəlilik və mənfəətin

yüksəldilməsinə deyil, satış bazarları uğrunda mübarizədə gələcək

perspektivlərin əldə olunmasına doğru istiqamətlənməsi üstünlük

təşkil etməlidir [112, s. 64].

Yarana biləcək kommersiya riskinin nəzərə alınması, onun

mümkünlüyünü azaltmaq üçün aşağıdakı tədbirlərin həyata

keçirilməsi daha məqsədəuyğun sayılır:

• qiymətlərin, tələbin, rəqiblərin fəaliyyətinin dəyişməsi

istiqamətində elmi cəhətdən əsaslandırılmış

221

Page 222: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimliy M.M. Hüseynov

proqnozların verilməsi üçün kənar məsləhətçilərin xidmətlərinə

müraciət etmək;

• mümkün kommersiya risklərindən özünü sığorta- lamaq

üçün gəlirin bir hissəsi hesabına daima xüsusi ehtiyat fondlannin

yaradılması;

• kommersiya fəaliyyətinin sığortası yolu ilə riskin bir

hissəsinin digər şəxs və təşkilatlara ötürülməsi. Qeyd edək ki,

hazırda bir çox ölkələrdə xüsusi sığorta təşkilatları var. Onlar

sənaye müəssisələrində həyata keçirilən kommersiya

əməliyyatlannı risklərdən sığortalayırlar.

Yoxlama üçün suallar:

♦ Kommersiya fəaliyyətində risk nəticəsində hansı itkilər

qarşıya çıxa bilər?

♦ Müəssisə təsərrüfat fəaliyyətində hansı risklərlə üzləşə

bilər?

♦ Kommersiya riskləri hansı səbəblərdən yarana bilər?

♦ Risklərin aşağıdakı növlərinin xüsusiyyətlərini açıqlayın;

- fəaliyyət göstərdiyi mühitdən asılı olaraq;

- təsir etmə müddətinə görə;

- əmələ gəlmə təbiətinə görə;

- yaranma sahəsinə görə;

- sığortalanma imkanına görə;

- miqyasına görə;

- mümkünlük səviyyəsinə görə;

- əsaslandırılma səviyyəsinə görə.

♦ Kommersiya riskinin səviyyəsinə təsir göstərən birbaşa və

dolayı xarici təsir amilləri hansılardır?

♦ Kommersiya riskinin səviyyəsinə hansı daxili amillər təsir

göstərir?

♦ idarə olunma dərəcəsinə görə hansı risk amilləri məlumdur?

222

Page 223: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Kommersiya riskinin idarə edilməsi sahəsində

kommersantın əsas vəzifələrinə nələr daxildir?

“Risk-menecment “ nəyi əks etdirir?

“Evristika” nədir və evristik üsullar sisteminə nələr

aiddir?

Riskin idarə edilməsi orqanı hansı funksiyaları yerinə

yetirməlidir?

Kommersiya riskinin strategiyası nəyi ifadə edir?

Risk dərəcəsi hansı üsullarla təyin edilir?

Risk siyasətinin hansı əsas istiqamətləri məlumdur?

Diversifikasiya və məhdudlaşdırma (limitləmə)

anlayışlarını izah edin.

223

Page 224: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimlif M,M. Hüseynov

IX FƏSİL. KOMMERSİYA FƏALİYYƏTİNİN

DÖVLƏT TƏNZİMLƏNMƏSİ

9. L Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

mahiyyəti və zəruriliyi

Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

normativ-hüquqi əsasları

Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

təşkilati-inzibati və iqtisadi mexanizmləri

9.2

9.3

9.1. Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin mahiyyəti və zəruriliyi

Kommersiya fəaliyyətinə birbaşa olaraq təsir göstərən xarici

təsir amillərindən birincisi və ən başlıcası dövlətdir. Bəşəriyyətin

inkişaf tarixinin müxtəlif dövrlərində ayrı-ayrı dövlətlərdə

iqtidarın kommersiyaya münasibəti birmənalı olmamışdır.

Bununla yanaşı, dövlətin ümumilikdə iqtisadiyyata və onun

başlıca subyektlərindən olan istehsal müəssisəsinə olan təsiri

məsələsi bütün dövrlərdə öz aktuallığı ilə seçilmişdir. İnkişaf

etmiş bütün ölkələrdə dövlət daim istehsal və kommersiya

fəaliyyətini nəzarətdə saxlamağa çalışmışdır.

Hələ 1272-ci ildə İngiltərə kralı III Henrinin

“...Florensiya ilə kommersiya əlaqələrinin yüksək səviyyədə

olmasından razı qalması” haqda tarixi sənədlərin olması

məlumdur.

Tarixçilər 1327-1377-ci illərdə ticarətə himayədarlıq

fəaliyyətinə görə İngiltərənin digər bir kralı - III Edvardı “İngiltərə

kommersiyasının atası” adlandırmışlar [170].

Rusiya imperatoru I Pyotr kommersiya fəaliyyətinə böyük

qiymət vermiş, ölkədə daxili və xarici ticarətin inkişafının təmin

edilməsi, habelə “...ölkənin iqtisadi

224

Page 225: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

fəaliyyətində gəlirli sahələrə diqqət yönəltmək və onları inkişaf

etdirmək” məqsədilə 1723-cü ildə Kommersiya Kollegiyasının

yaradılması barədə fərman imzalamışdır [52].

1801-1809-cu illərdə ABŞ-ın prezidenti olmuş Tomas

Ceferson Amerika üçün xarici siyasətin libertarian prinsiplərindən

birini “...bütün millətlərlə...kommersiya əlaqələrinin qurulması...”

şəklində ifadə etmişdir.

1933-1945-ci illərdə ABŞ prezidenti olmuş, “Yeni Kurs”

siyasətinin banisi F.D.Ruzvelt “azad sahibkarlıq və kommersiyanı

Amerika cəmiyyətinin inkişafı və çiçəklənməsinin təbii mənbəyi”

hesab edirdi [100].

Ölkənin sosial-iqtisadi inkişafının, iqtisadi təhlükəsizliyinin

təmin edilməsi baxımından dövlətin kommersiya subyektlərinin

fəaliyyətinə olan təsiri problemi həmişə aktual olmuşdur.

Ayrı-ayrı ölkələrin tənzimləmə siyasətləri də ənənələri və siyasi

fəlsəfəsindən asılı olaraq bir-birindən kəskin şəkildə fərqlənir.

Müxtəlif iqtisadi sistemlərdə müəssisələrin kommersiya fəaliyyəti

fərqli şəkildə yerinə yetirilir.

Bəzi ölkələrdə, sahibkarlıq (o cümlədən, kommersiya)

fəaliyyəti üzərində sərt hakimiyyət nəzarətini tətbiq etməyə

çalışırlar. Bu cür ölkələrdə istehsalat haqqında qərarlar dövlətin

planlaşdırma təşkilatlan tərəfindən qəbul edilir. Belə ki,

inzibati-amirlik sistemində planlı-direktiv və normativ

modellərdən istifadə səciyyəvi xarakter daşıyırdı. Bu sistemin

hökm sürdüyü ölkələrdə mərkəzləşdirilmiş qiymət sistemi

mövcuddur və resursların mərkəzləşdirilmiş bölgüsü həyata

keçirilir [57, s. 154].

Bir vaxtlar Azərbaycanın da tərkibində olduğu Sovet

İttifaqında planlı iqtisadiyyat modelindən istifadə edilirdi. Vahid

xalq təsərrüfatı kompleksinin “əsas həlqəsi” olan istehsal

müəssisələrində təchizat və satış işi dövlətin mərkəzi planlaşdırma

və nəzarət orqanlarının, müvafiq

225

Page 226: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

nazirliklərin göstərişləri əsasında həyata keçirilirdi [75, s. 17].

SSRİ-də dövlət istehsal bölməsi və kooperativ-kolxoz

bölməsi arasında mal (məhsul) mübadiləsi qoyulmuş dövlət

qiymətləri əsasında - alqı-satqı vasitəsilə həyata keçirilirdi. Bu

zaman dövlət bölməsi daxilində, həmçinin dövlət və

kolxoz-kooperativ bölmələri arasında istehsal vasitələrinin

tədavülü nağdsız, xalq istehlakı məhsullarının tədavülü isə, əsasən

nağd formasında həyata keçirilirdi. Xalq istehlakı mallanna verilən

sifarişlər əsasında müəssisə və təşkilatlar aşağı (sənaye və ticarət

müəssisələri arasında) və yuxan (Azərittifaq ilə sahə nazirlikləri

arasında) səviyyələrdə təsərrüfat əlaqələri qururdular. Onlar

müqavilələr bağlayır, eyni zamanda mallann vaxtında təyinatı üzrə

öz yerlərinə çatdınimasına nəzarət edirdilər. Belə ki, istehsal

edilən məhsullar müvafiq respublikalann ticarət nazirliklərinin

topdan ticarət bazalan vasitəsilə pərakəndə ticarət müəssisələrinə

göndərilirdi. Çox az həcmdə məhsul istehsalçılann firma

mağazaları və birbaşa müqavilələr əsasında iri universal

mağazalarda (univermaq) satılırdı.

Xalq təsərrüfatının planlı, sistem şəkildə idarə olunduğu

şəraitdə hər bir müəssisə dəqiq bilirdi ki, kim onu nə ilə təmin edir

və həmçinin, o, özü kimi nə ilə təmin edir. Lakin bu sistemin mənfi

cəhətləri də mövcud idi.

İstehsal müəssisələrində maddi-texniki təchizatla yanaşı,

satışın planlaşdıniması və ona nəzarət edilməsi də SSRİ Dövlət

Təchizatı orqanları (Dövlət Təchizat Komitəsi) tərəfindən verilən

direktivlərə əsaslanırdı [45, s. 153]. Bu isə, çox zaman satış

fəaliyyətini nisbətən “arxa plana” keçirirdi. Geniş istehlakçı

tələbatının öyrənilməsi və ödənilməsi ilə bağlı məsələlər dövlət

ticarəti subyektləri tərəfindən həyata keçirildiyindən

istehsal-sənaye müəssisələri əsasən buraxılan məhsulun sonrakı

taleyi ilə maraqlanmırdılar. Nəticədə,

226

Page 227: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

ticarətin sifarişləri də bir çox məhsul növləri üzrə yerinə

yetirilmirdi [34, s. 47].

XX əsrin 80-ci illərinin ortalarından xalq təsərrüfatının idarə

edilməsində planlı-direktiv və normativ modellərin əvəzinə

iqtisadi metodlardan istifadə edilməsinə üstünlük verildi. 1987-ci

ildə “Dövlət müəssisəsi (birliyi) haqqında” Sovet Sosialist

Respublikalan İttifaqının Qanunu qəbul edildi. İstehsal

müəssisələrində təsərrüfat-kommersiya fəaliyyətinin idarə

edilməsi də bu Qanun (5, 6, 10, 15-ci maddələr və 16-cı maddənin

3-cü və 4-cü bəndləri) əsasında həyata keçirilirdi [9; 71].

Ölkədə həyata keçirilən islahatlar 90-cı illərin əvvəllərində

SSRİ-də müəssisələrin maddi-texniki təchizatının onilliklər boyu

mərkəzləşdirilmiş sisteminin tamamilə dağılmasına gətirib çıxardı.

Belə ki, 01.09.1990-cı il tarixinə olan məlumatına görə, ölkədə

maddi-texniki təminat sistemində fəaliyyət göstərən 11 mindən

çox müəssisə və təşkilatlardan yalnız 10%-dən də azı SSRİ Dövlət

Təchizatı tərəfindən idarə edilirdi [92, s. 288].

1991-ci ildə keçmiş SSRİ hökuməti tərəfindən qiymət və

tariflərin liberallaşdınlması, mərkəzləşdirilmiş

planlaşdırmadan, maddi-texniki, maliyyə, habelə əmək

resurslarının bölgüsü sistemindən imtina edildi. Bu isə,

müəssisələrin tam kommersiya hesabında, yəni, iqtisadi fəaliyyət

azadlığı, öz xərcini ödəmə, özünümaliyyələşdirmə, özünü

idarəetmə əsasında fəaliyyət göstərməsi və mənfəətin əldə etməsi

prosesini sürətləndirdi.

Beləliklə, iqtisadiyyatın bütün sahələrində bazar

münasibətləri formalaşmalı, istehsal müəssisələri yeni şəraitdə

fəaliyyət göstərməli idilər. Lakin uzun müddət ərzində bu sistemdə

yaşamış Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərdi ki,

iqtisadi fəaliyyətin liberallaşdınlması səmərəli bazar

mexanizminin

227

Page 228: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, MM Hüseynov

formalaşması üçün kifayət edən şərt deyil. Bu ölkələrdə həyata

keçirilən islahatlar institusional dəyişikliklərin daha vacib

olduğunu nümayiş etdirdi [76].

Bəşəriyyətin ən mühüm nailiyyətlərindən biri hesab olunan

bazar iqtisadiyyatı qanunlar, norma və qaydalar çərçivəsində

təsərrüfat fəaliyyətini həyata keçirən kommersiya subyektlərinin

hüquq və mənafelərinin təmin edilməsinə əsaslanır. Dövlət və

sahibkarlar arasında işgüzar münasibətlər bazar infrastrukturunun

inkişaf səviyyəsinə müsbət təsir edir. Bazar iqtisadiyyatında

dövlətin kommersiya fəaliyyətinə olan təsiri, iqtisadiyyatın

dövlət tənzimlənməsinin tərkib hissəsidir.

Bu baxımdan kommersiya fəaliyyətinin dövlət

tənzimlənməsinin mahiyyətini izah etmək üçün ilk növbədə

dövlətin iqtisadiyyata təsiri məsələsinə diqqət yetirilməlidir.

Müxtəlif dövrlərdə dövlətin bazar münasibətlərinə müdaxiləsinə

müxtəlif cür yanaşmalar mövcud olmuşdur.

Bəzi ölkələrdə əksəriyyət qərarların bazar tərəfindən qəbul

edildiyi haqda “antietatik” yanaşmalar mövcuddur.' Əlbəttə,

klassik bazar iqtisadiyyatı nöqteyi nəzərindən bu yanaşma

düzgün hesab edilə bilər. Əslində, bazar münasibətləri şəraitində

kommersiyanın əsas tənzimləyiciləri bazar mühiti, bazarda tələb

və təklifin vəziyyətidir. Bazar iqtisadiyyatı ölkələrində istənilən

mikroiqtisadi çətinlik yaranan zaman bir çoxları düşünürlər ki,

bazar özü müstəqil şəkildə bu çətinliyi həll etmək bacarığına

malikdir. Lakin, P.Samuelsonun qeyd etdiyi kimi: “bəzən bazarın

tələb və təkliflə əlaqədar qəbul etdiyi qərarlannda hakimiyyətin

bir sıra dəyişikliklərə əl atması zəruri olur” [99, s. 320].

' “Etatizm” (fransızca “etoi" - dövlət) - bəzi hallarda cəmiyyətin iqtisadi

həyatında dövlətin rolunun gücləndiyini göstərmək üçün işlədilən termindir.

“Etatizm” terminini (dövlətin mərkəzləşdirilməsi mənasında) ədəbiyyata XIX

əsrin sonunda İsveçrə buijua liberalı N.Dro gətirmişdir.

228

Page 229: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Bəzi amerika iqtisadçıları etiraf edirlər ki, bazar sistemi

təkmil deyil. Əgər kapitalizmə uğurla inkişaf etməyə imkan verən

iqtisadi qüvvələr nəzarətsiz fəaliyyət göstərərsə, onlar ayrı-ayrı

şəxslər və ya əhali qrupu üçün ciddi çətinliklər yarada bilərlər. Bu

çətinliklərin həlli isə, əksər hallarda dövlətin iştirakım tələb edir

[105].

Məlumdur ki, bazar iqtisadiyyatı ölkələrində XIX əsrin

sonlarına qədər iqtisadiyyat əsasən, bazar mexanizminin və xüsusi

mülkiyyətin "lassez faire " prinsipi əsasında fəaliyyət göstərməsi

hesabına inkişaf etmişdir [86]. Yalnız XX əsrdə bir sıra obyektiv

və subyektiv səbəblərdən dövlət iqtisadiyyatın idarə edilməsi

sahəsində öz üzərinə daha böyük məsuliyyət götürməyə

başlamışdır. Buraya aşağıdakıları aid etmək olar:

sosial yönümlü dövlət xərclərinin artması;

^ istehsalat infrastrukturunun formalaşdırılması;

^ sahibkarlığa aid qanunvericilik bazasının yaradılması;

vergi sisteminin formalaşdırılması; istehsalçıya dotasiya

ayrılması vasitəsilə kömək göstərilməsi;

məşğulluğun təmin olunması;

elmi tədqiqatların və dövlət müəssisələrinin inkişafı və s.

İqtisadiyyatın inkişafının təmin edilməsində elə amillər

vardır ki, dövlətin təsiri olmadan onları qaydaya salmaq mümkün

deyil. Bazar özünütənzimləmə və iqtisadiyyatın inzibati-amirlik

və idarəetmə mexanizmləri prinsipcə bir- birinə uyğunlaşa

bilməzlər. Lakin bazar münasibətlərinə çoxdan keçmiş Ölkələrdə

bazar özünütənzimləməsi ilə yanaşı, digər işlək tənzimləmə

mexanizmləri də mövcuddur.

Dövlətin bazar iqtisadiyyatında makro- və mikrosəviyyədə

tənzimləmə formalarını ayırmaq olar. Bunu aşağıdakı sxemdən

aydın görə bilərik:[92, s. 442]

229

Page 230: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

Şəkil 9.1. Bazar təsərrüfatının dövlət tənzimlənməsi sistemi.

Sxemdən də göründüyü kimi, makrosəviyyədə tənzimləmə

iqtisadi artım, regionlar və dövlətlər arası əlaqələr, investisiyalar,

elm və təhsilin inkişafı, əhalinin sosial müdafiəsi, xarici iqtisadi

əlaqələr, müdafiə qabiliyyəti və təhlükəsizlik, pul dövriyyəsi,

dövlətin gəlir və xərcləri kimi makroiqtisadi problemləri əhatə

edir.

Mikrosəviyyədə tənzimləmə isə, təsərrüfat sistemləri və

təsərrüfatlararası əlaqələrin təşkili, perspektiv və cari

planlaşdırma, istehsalın səmərəliliyinin artırılması və artımın

230

Page 231: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

stimullaşdınlması, əməyin təşkili və ödənilməsi, maliyyə,

marketinq fəaliyyətləri və s. əhatə edir.

Makro- və mikrosəviyyədə tənzimləmənin forma və

istiqamətləri müxtəlif ölkələrdə bir-birindən xeyli fərqlənir.

Təcrübə göstərir ki, bəzi məsələlərin həllini tamamilə ayrı- ayrı

istehsal müəssisələrinin öhdəsinə buraxmaq özünü doğrultmur.

Çünki əksər hallarda təsərrüfat subyektləri daha tez qazanc əldə

etməyə imkan verən sahələrə kapital yönəltməyə üstünlük verirlər.

Halbuki, kommersiya fəaliyyəti ilkin olaraq tənzimləndikdə, elmi

texnologiyaya uyğun əsaslandırıldıqda, istehsalla qarşılıqlı

münasibətlər yaradıldıqda daha yüksək inkişaf əldə edilə bilir [35,

s. 591]. Bunu nəzərə alaraq, ABŞ-da hər il federal hakimiyyət

bütün ölkə üzrə elmi-tədqiqat və təcrübə-konstruksiya işlərinə

(ETTKİ) olan xərclərin təqribən 50%-ni ödəyir. Bundan əlavə, bir

sıra xarici ölkələrdə məhsul istehsalçısı rəqabət qabiliyyətli

məhsul yarada bilmədiyi halda ixrac olunan məhsulların

hazırlanması üçün ETTKI-nə olan xərclər, federal büdcə hesabına

sığortalanır. Lakin hazırlayıcılann məsuliyyətsizliyinə yol

verməmək üçün bu sığortalar faktiki xərclərin yalnız 60-80%-ni

ödəyir [101, s. 624].

C.Helbreytin sözlərilə desək, əgər dövlət xüsusi layihələrin

maliyyələşdirilməsi və yaxud da texniki baxımdan öndə gedən

sahələrin istehsal etdiyi məhsul üçün bazar yaratmağa zəmanət

verirsə, istehsalat xərcləri və onlarla bağlı olan risk daha çox

ixtisar oluna bilər [92, s. 401].

ABŞ-da, xüsusilə, mikroiqtisadiyyatın tənzimlənməsi

istiqamətində dövlət tərəfindən müxtəlif qaydaların və

məhdudiyyətlərin tətbiq edilməsinə geniş yer verilir. Əlbəttə

dövlətin bu sahədə tətbiq etdiyi məhdudiyyətlər heç də hamı

tərəfindən müsbət qarşılanmamışdır. Çünki bazar iqtisadiyyatı

şəraitində bilavasitə dövlət tənzimlənməsi

231

Page 232: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M. Hüseynov

məqsədəuyğun hesab edilir. Buraya aşağıdakılar aid edilə bilər:

biznesin (sahibkarlığın) qanunvericilik və hüquqi

bazasının formalaşması;

^ büdcənin formalaşdırılması;

^ vergi sisteminin təşkili;

milli sahibkarlığın rəqabət qabiliyyətliyinə kömək;

iqtisadi artımın və maliyyə sabitliyinin həvəsləndirilməsi

və s.

Dövlət tənzimlənməsi sistemi özündə iqtisadiyyatın dövlət

tənzimlənməsinin birbaşa və dolayı forma və metodlannın

kompleks məcmusunu əks etdirir. Tənzimləmə iqtisadiyyatın

balanslaşdırılması və sabitləşdirilməsini, həmçinin xarici

bazarlarda əmtəələrin rəqabət qabiliyyətliliyini təmin edir.

Birbaşa dövlət tənzimlənmasinm başlıca istiqamətləri

aşağıdakılardan ibarətdir:

1. Birbaşa büdcə maliyyələşməsi özündə ölkə müəssisələri

və əraziləri üzrə büdcə subvensiyalarının, dotasiyalarının və

subsidiyaların ayrılmasını əks etdirir.

♦ "Subvensiya" anlayışı latınca “subvenisa” (“köməyə

gəlmək”) sözündən götürülmüşdür. Subvensiya özündə dövlət

tərəfindən ölkə müəssisələri və ərazilərinin sağlamlaşdıniması

məqsədilə dövlət tərəfindən təqdim edilən məqsədli pul yardımı

növünü əks etdirir.

♦ “Dotasiya" latınca “dotatio” (“vergi”, “qurbanvermə”)

sözündən götürülmüşdür. Dövlət tərəfindən mərkəzi və yerli

büdcələrdən dotasiyaların ayrılması müəssisə və firmalara

məhsulların istehsal və tədavül xərclərini ödəməyən qiymətlərlə

reallaşdırılması zamanı üzləşdukləri itkilərin qarşılanmasını

nəzərdə tutur. Adətən, əhali üçün böyük əhəmiyyətə malik

əmtəələr (məs., çörək, süd, ət, elektrik enerjisi, nəqliyyat və s.)

dotasiyalaşdırılır.

232

Page 233: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

♦ “Subsidiya ” latınca “subsidium” (“dəstək”) sözündən

götürülmüşdür. Ölkədə fövqəladə hallar baş verdikdə və ya dövlət

cəmiyyətdə bəzi sosial təbəqələrin dəstəklənməsinin zəruri

olduğunu hesab etdiyi təqdirdə iqtisadiyyatın ayrı-ayrı sahələrinə

və ərazilərinə subsidiyalar formasında əvəzsiz maliyyə yardmı

göstərir.

2. Əmtəə-pul münasibətlərinin tənzimlənməsi sahəsində

dövlət siyasətində əsas yeri dövlət sifarişi, kvotalaşdırma və

lisenziyalaşdırma tutur.

♦ Dövlət sifarişi - müəssisələrin təsərrüfat fəaliyyətinin

maliyyələşdirilməsinin özünəməxsus formasıdır. Bu zaman dövlət

bir sıra mühüm məhsulların istehsalını sifariş edir və alıcı rolunda

çıxış edir. Bir qayda olaraq, belə sifarişlər hərbi-sənaye kompleksi

sahələrinə, yeni əmtəələr istehsal edən, sosial əhəmiyyətli və

innovasiya xarakterli texnologiyalarının hazırlayan müəssisələrə

verilir.

♦ Dövlət kvotalaşdırma yolu ilə müəyyən dövr üçün ciddi

nəzarət və kəmiyyət məhdudlaşdırılması hesabına daxili ticarət

dövriyyəsinin səmərəli balansına nail olunması üçün idxal və

ixrac əməliyyatlanmn tənzimlənməsini həyata keçirir.

♦ İdxal və ixracın lisenziyalaşdırılması - müəyyən əmtəə

axınlarının ciddi uçotunun və lazım gəldikdə, məhdudiyyətlərin

müəyyən olunması vasitəsilə idxal və ixrac sazişlərinin həyata

keçirilməsi üzərində dövlət nəzarəti sistemidir.

3. Proqram-məqsədli metodlar ölkə və regional səviyyələrdə

qəbul olunan kompleks məqsədli proqramların reallaşdırılmasına

istiqamətlənmiş tədbirlər və mexanizmləri əks etdirir. Bu

proqramların məqsədi bazar mexanizmini inkişaf etdirməkdən,

təbii ehtiyatlardan səmərəli istifadə etmək və onları mühafizə

etməkdən, cəmiyyət üçün zəruri olan əmtəə və xidmətlərin (hətta

bəzən sərfəli olmasa da)

233

Page 234: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

istehsalını həvəsləndirməkdən və iqtisadiyyatı sabitləşdirməkdən

ibarətdir.

4. Dövht sahibkarlığı dövlətin tələbatlannı təmin edən bazar

subyektlərinin işinin ardıcıllığının və səmərəliliyinin təmin

edilməsi üçün kommersiya fəaliyyətinin təşkil olımmasmda

təzahür edir. Dövlət iqtisadiyyatın bir sıra apancı sahələrində

səhmlərin nəzarət paketinə sahib olmaqla iri bazar iştirakçısı kimi

çıxış edir.

Dövht tənzimlənməsinin dolayı metodlarının məqsədi bazar

mexanizminin bütün iştirakçılarına münasibətdə məcmu

tədbirlərin işlənib hazırlanması və reallaşdırılmasından ibarətdir.

Bü metodlara əsasən aşağıdakılar aid edilir:

1. Pul-kredit siyasəti;

2. Gömrük siyasəti;

3. Vergi siyasəti;

4. Qiymətlərin dövlət tənzimlənməsi [43, s. 373-377]

İnkişaf etmiş ölkələrdə korporasiya (birlik), firma və

müəssisələrin istehsal-texniki təyinatlı əmtəələrlə təmin

edilməsində indikativ planlaşdırmanın tərkibi hesab edilən

kontrakt sistemi müstəsna rola malikdir. Kontraktlar birliklərin

firmadaxili planlarını əlaqələndirməklə istehsal vasitələri ilə planlı

“qidalandırma” sistemi yaradır. Beləliklə, dövlətin nə inzibati, nə

də digər buna bənzər formalarda onların fəaliyyətinə müdaxilə

etməsinə ehtiyac qalmır [39, s. 411].

İqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətləri arasında

xüsusi yerlərdən birini, ənənəvi olaraq ixrac yönümlü istehsalın

inkişafının stimullaşdmlması, milli rəqabətqabiliyyətli məhsul

istehsalçısının müdafiəsi tutur. Bu stimullaşdırma tədbirləri

dövlətin ümumi makroiqtisadi inkişafına səbəb olur. Bununla

yanaşı, həm də

234

Page 235: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya faaliyyətinin əsaslan

mikroiqtisadiyyat - yəni, sənaye-istehsal firmalan səviyyəsində

inkişafın təmin olunmasını nəzərdə tutur.

Dövlət sənaye istehsalının səmərəliliyinin və rəqabət

qabiliyyətliyinin artırılması istiqamətində kompleks tədbirlər

həyata keçirir. Bununla da, dövlət sənayenin daha səmərəli

strukturunn formalaşmasını təmin edir. Mikrosəviyyədə

rəqabətqabiliyyətlik - inkişaf etmiş iqtisadiyyatda əsasən ayrı-ayrı

əmtəələr üzrə qiymətlərin tənzimlənməsi kimi başa düşülür.

Qiymətlərin tənzimlənməsi keyfiyyətin və çeşidin

təkmilləşdirilməsini, həmçinin hissedilən amilləri - çatdınlma

şərtləri, etibarlılıq, kreditin əldə olunması və s.-ni əks etdirir [115].

Digər sahibkarlıq fəaliyyəti növləri kimi kommersiya

fəaliyyətinin də dövlət tərəfindən tənzimlənməsinə ehtiyac vardır.

Dövlətin kommersiya fəaliyyətinin tənzimlənməsi sahəsində

fəaliyyətinin əhəmiyyətini azaltmaq çox böyük səhv olardı. Çünki

bu tədbirlər yalnız ayn-ayrı müəssisələrin təsərrüfat fəaliyyətinə

deyil, bəzən ümumilikdə ölkə iqtisadiyyatının inkişafına böyük

təsir göstərir. Bu cəhətdən R.İ,Buneyevanın kommersiyaya verdiyi

tərif xüsusi maraq doğurur: “Kommersiya azad əmtəə-pul

mübadiləsi şəraitində bazarda həyata keçirilən, əmtəələrin tələb və

təklifi arasında proporsiyalarla müəyyən olunan və iqtisadi

alətlərin köməyi ilə dövlət tərəfindən tənzimlənən sahibkarlıq

fəaliyj'ətinin bir növüdür” [85, s. 229].

Kommersiya fəaliyyətinin tənzimlənməsinin zəruriliyi ilk

növbədə istehlakçıların hüquqlarının müdafiəsi, onlara təqdim

edilən əmtəə və xidmətlərin keyfiyyətinin təmin edilməsi ilə

şərtlənsə də, burada əmtəə dövriyyəsindən dövlət büdcəsinə daxil

olan pul vəsaitlərinin həcminə nəzarət də mühüm əhəmiyyət kəsb

edir.

Beləliklə, kommersiya fəaliyyətinin dövlət tənzimlənməsi

ölkənin milli maraqları nəzərə alınmaqla kommersiyanın (o

235

Page 236: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

cümlədən ticarətin) inkişafının səmərəliliyinin təmin edilməsinə

istiqamətlənmiş, makro- və mikroiqtisadiyyat səviyyələrində

həyata keçirilən kompleks tədbirləri əhatə edir.

Dünya ölkələri arasında regional-iqtisadi inteqrasiya

getdikcə dərinləşir. Transmilli korporasiyaların fəaliyyəti ildən-ilə

daha da genişlənir. Bu nöqteyi-nəzərdən, müasir dövrdə ayrı-ayrı

təsərrüfat subyektlərinin istehsal- kommersiya fəaliyyətinin

onların təmsil olunduğu dövlətin maraqlarına nə dərəcədə uyğun

olması prinsipial əhəmiyyət kəsb edir.

Müasir dövrdə bu məsələnin aktuallığı daha da artmış, bazar

iqtisadiyyatında ən prinsipial məslələrdən birinə çevrilmişdir.

Çünki bütün müsbət cəhətlərlə yanaşı, bəzən dünyanın fövqəl

gücə malik dövlətlərinin kommersiya siyasətləri digər ölkələr

üçün ciddi maneələr də yarada bilir. Nobel mükafatı laureatı

C.Stiqlitzin bildirdiyi kimi: “Bir çox hallarda kommersiya maraq

və dəyərləri ətraf aləmə qayğını, demokratiyaya, insan hüquqları

və sosial ədalət ilə bağlı məsələləri arxa plana keçirmişdir” [109, s.

38].

Müstəqillik illərində Azərbaycanda kommersiya

fəaliyyətinin dövlət tənzimlənməsi istiqamətində müəyyən

müvəffəqiyyət qazanılsa da ölkələrarası inteqrasiya proseslərinin

inkişaf meyli bu sahədə təkmilləşdirmənin aktuallığını daha aydın

şəkildə göstərməkdədir.

9.2. Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin normativ-hüquqi əsasları

Kommersiya münasibətlərinin dövlət tərəfindən

tənzimlənməsinin normativ-hüquqi əsasları öz əksini Kommersiya

və ya Ticarət Məcəllələrində, kommersiya fəaliyyəti ilə əlaqədar

qəbul edilmiş xüsusi qanunlarda.

236

Page 237: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

mərkəzi hakimiyyət orqanları və ya müvafiq nazirliklərin xüsusi

qərar və sərəncamlarda, beynəlxalq müqavilələrdə və s. tapır.

Avropada ticarət (kommersiya) hüququ XI-XIX əsrlərdə

inkişaf etmişdir. Ticarət hüququnun 3 əsas mərhələsini ayırmaq

mümkündür:

Ticarət hüququnun inkişafının İtaliya mərhələsi (XI- XV

əsrlər) - kapitalist münasibətlərinin əmələ gəlməsi dövrünü əhatə

edir. Bu zaman İtaliya dövləti dünya ticarətinin mərkəzinə

çevrilmiş, Genuya, Florensiya və digər şəhər-dövlətləri

yaranmışdı. Bu cür şəhər-dövlətlərin iqtisadiyyatının əsasını

ticarət təşkil edirdi. Ticarət hüququnun formalaşmasının əsas

elementlərindən biri də gəmiçilik ənənələrinə əsaslanan gəmiçilik

hüququdur. Gəmiçilik hüququnun məhz İtaliyada

formalaşmasının əsas səbəblərindən biri də budur ki, İtaliya

dövləti ticarət əlaqələrini əsasən dəniz yollan vasitəsilə həyata

keçirməyə məcbur olmuşdur. XI-XV əsrlərdə ticarət hüququnun

formalaşması əmək münasibətlərini tənzimləyən xüsusi

qanunların qəbul edilməsinə səbəb olmuşdur [96, s. 43].

Fransa mərhələsində (XVI-XVII əsrlər) Fransanın ticarət

dövləti kimi rolu artır. Bu mərhələdə Fransada güclü, dövlət

tərəfindən dəstəklənən ticarət zümrəsi formalaşır. XVII əsrdə

Fransada kodifikasiyaya (qanunların sistemə salınması) cəhd

edildi: ticarət münasibətlərini tənzimləyən ümumdövlət

kodifıkasiyalaşmış hüquqi akt (Ticarət ordonansı - 1673-cü il)

nəşr olundu. 1807-ci ildə isə. Ticarət məcəlləsi (Code de

Commerce) qəbul edildi. Əslində Mülki Məcəlləni tamamlayan

Ticarət məcəlləsi o qədər də təkmil bir sənəd deyildi. Burada

alqı-satqı məsələlərinə cəmi bir maddə həsr olunmuşdu. Bununla

belə, Fransanın Ticarət məcəlləsi XIX əsrdə bir çox digər

ölkələrdə (İtaliya, Belçika, Hollandiya, İsveçrə) ticarət hüququnun

inkişafı ilə

237

Page 238: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İhrahimlif M.M. Hüseynov

nəticələndi. Qeyd edək ki, Fransada 2000-ci ildə yeni Ticarət

məcəlləsi qəbul edilmişdir [156].

Almaniya mərhələsində (XVIII əsr - XX əsrin əvvəli)

Avropada və bütün dünyada ticarət hüququnun inkişafına alman

dövləti böyük təsir göstərmişdir. 1961-ci ildə hələ pərakəndə halda

olan alman dövlətləri tərəfindən ümumi Ticarət məcəlləsi qəbul

edilir. 1871-ci ildə alman dövlətlərinin vahid Almaniyada

birləşdirilməsindən sonra 1896-cı ildə ümumalman Mülki

məcəlləsinin qəbulu Ticarət məcəlləsinin 1897-ci ildə yenidən

qəbulunu zəruri etdi. Bu, Almaniyanın sonrakı iqtisadi inkişafına

səbəb olmaqla yanaşı, həm də digər dövlətlərdə Ticarət

məcəlləsinin qəbul edilməsinə gətirib çıxardı. Məs., 1899-cu ildə

Yaponiyada Ticarət məcəlləsi qəbul edildi.

Müasir dövrdə dünya ölkələrinin ticarət-kommersiya

sahəsindəki qanunvericiliyi öz müxtəlifliyi ilə diqqəti cəlb edir.

ABŞ, Almaniya, Fransa, Yaponiya, habelə bir çox Qərbi A\TOpa,

Latın Amerikası və Uzaq Şərq ölkələrinin təcrübəsi milli

iqtisadiyyat və ticarətin inkişafı üçün kommersiya məcəlləsinin

necə səmərəli ola biləcəyini göstərir [94, s. 24].

Hazırda bəzi ölkələrdə kommersiya münasibətlərinin

tənzimlənməsi üçün mülki məcəllə kommersiya və ya ticarət

məcəllələri ilə yanaşı fəaliyyət göstərir.

Almaniya Federativ Respublikasmın Mülki və Ticarət

məcəllələrinə görə, istehsal (sənaye) və ticarət fəaliyyəti ilə

məşğul olan sahibkarlar “kommersant” (“Kaufinann”)

adlandınlırlar [118, s. 58].

Qeyd edək ki, bir çox hallarda “kommersant” anlayışı

""sahibkar” anlayışı ilə də eyniləşdirilir. Bu cəhət digər ölkələrin

(məs., Estoniya) müvafiq məcəllələrində də müşahidə edilir.

Həyata keçirilən kommersiya fəaliyyətinin xarakterinə görə,

həmçinin ölkənin ümumi Ticarət

238

Page 239: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

reyestrində qeydiyyata düşüb-düşməmək baxımından

Almaniyanın Ticarət Məcəlləsində sahibkarlıq fəaliyyətinin

aşağıdakı tipləri müəyyən edilir:

1) “Der Muskaufmann ” - ticarət hüququna uyğun olaraq

əsas fəaliyyət istiqaməti ticarət (topdan və pərakəndə ticarət) olan

və ya bu işi sığorta, bank sistemi, nəqliy>'at və s. sahələrdə yerinə

yetirən kommersant;

2) “Vollkaufmann” - “tam kommersant” ölkə

qanunvericiliyinə uyğun olaraq bütün hüquqlardan istifadə edən

kommersant;

3) “Minderkaufmann” - istehsal etdiyi məhsulu özü realizə

edən şəxs - “kiçik kommersant”;

4) “Der Solkaufrnann” - ticarət reyestrinə qeydiyata

alınması vacib hesab edilən, sahibkarlıq və ya digər kommersiya

fəaliyyəti ilə məşğul olan kommersant. Bu halda kommersiya

fəaliyyəti əsas fəaliyyət növü hesab edilməsə də eyni zamanda

müvafiq kommersiya (ticarət) müəssisəsinə ehtiyac yaranır;

5) “Der Kannkaufmann” - kommersiya ilə əlavə fəaliyyət

sahəsi kimi məşğul olan şəxs və ya mümkün, potensial

kommersant. Kənd və meşə təsərrüfatı sahələrində fəaliyyət

göstərən müəssisələr Ticarət reyestrində qeydiyyata

düşüb-düşməmək barədə qərarı özləri verirlər və yalnız bu

hüquqdan istifadə halında onlar kommersant hesab edilirlər.

Almaniyada ticarət sahəsində münasibətləri, o cümlədən

topdan və pərakəndə ticarətdə qiymətləri tənzimləyən xüsusi

normativ-hüquqi akt yoxdur. Eyni zamanda, AFR-da milli istehlak

bazarının tənzimlənməsinə cavabdeh olan vahid mərkəzi qurum da

fəaliyyət göstərmir. Müvafiq səlahiyyətlər federal nazirliklər,

idarələr, yerli icra hakimiyyəti orqanlan arasında bölünmüşdür.

Belə ki, Almaniyada iqtisadiyyat sahəsinə aid qanunvericilik

aktlarının 70%-i daxili bazann tənzimlənməsi məsələləri ilə

əlaqədardır.

239

Page 240: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimlif M.M. Hüseynov

Yaponiyada Almaniyada olduğu kimi Mülki Məcəllə (1898)

və Ticarət Məcəlləsi (1899) fəaliyyətdədir. Yaponiya Ticarət

məcəlləsi - Almaniya Ticarət Qanunlar külliyatının nisbətən

modernləşdirilmiş variantı olmaqla Mülki məcəlləyə münasibətdə

xüsusi qanun rolunu oynayır.

Ticarət Məcəlləsi aşağıdakı 4 kitabdan (hissədən) ibarətdir:

1. “Ümumi hissə”də - “kommersant” anlayışının mənası

açıqlanır, ticarət qeydiyyatına, ticarət adına, ticarət

kitabının tərtibinə olan tələblər əks olunur, həmçinin

ticarət işçilərinin və ticarət agentlərinin statusu

nizamlanır;

2. “Ticarət yoldaşlıqları” kitabına “tam yoldaşlıq” və

“kommandit yoldaşlığı”nın hüquqi vəziyyətini

tənzimləyən normalar daxildir. Bu hissədə “səhmdar

cəmiyyəti” statusuna və “xarici şirkəf’in hüquqi

vəziyyətinin nizamlanmasına xüsusi bölmələr həsr

olunur;

3. “Ticarət sövdələşmələri” kitabı ticarət

sövdələşmələrinin ayrı-ayrı növlərinin

nizamlanmasına həsr olunur;

4. “Ticarət gəmiçiliyi” [161].

Yaponiya Ticarət məcəlləsində zəruri hallarda dəfələrlə

müəyyən dəyişikliklər həyata keçirilmişdir. Bununla yanaşı, əlavə

qanunların qəbulu təcrübəsinə daha çox üstünlük verilmişdir.

Məsələn, 1963-cü ildə “Ticarət qeydiyyatı haqqında Qanun” qəbul

edilərək Ticarət məcəlləsinə daxil edildi.

Yaponiya Ticarət məcəlləsinə əsasən, “kommersant - öz

adından sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir”.

Kommersantın fəaliyyətinin predmetini ticarət sövdələşmələri

təşkil edir. Bununla bərabər, mağazada və ya digər bu kimi

müəssisədə məhsul satışını yerinə yetirən şəxs

240

Page 241: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

və ya hasilat sənayesində sahibkarlıq fəaliyyətini həyata keçirən

şəxs (əgər ticarət sövdələşmələri onun fəaliyyət predmetini təşkil

etmədiyi halda belə) də kommersant hesab edilir. Kommersantlar

Qeydiyyat Bürosu tərəfindən Ticarət reyestrində sahibkarlıq

fəaliyyətinin həyata keçirildiyi yer üzrə qeydiyyata alınır.

Reyestrin göstəriciləri ictimaiyyət üçün açıqdır və nəşr olunur.

Kommersant dövriyyəyə ticarət udi ilə daxil olur.

Yaponiyada qarşıya mənfəət götürülməsi kimi məqsəd

qoyan hüquqi şəxslər yalnız şəxsi maraqları güdürlər: onların

mənfəətləri hüquqi şəxslərin üzvləri arasında bölünür. Qarşıya

mənfəət götürülməsi kimi məqsəd qoyan 2 növ hüquqi şəxslər

mövcudun

1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində

mənfəət əldə edən hüquqi şəxslər (ticarət məcəlləsi ilə müəyyən

edilmiş ticarət şirkətləri);

2. Kommersiya fəaliyyətinə aid olmayan digər fəaliyyət

sahələri vasitəsilə mənfəət əldə edən hüquqi şəxslər

(vətəndaş-hüquqi şirkətlər, kənd təsərrüfatı şəxsləri, dağ- mədən

təsərrüfatı və s.).

Bu hüquqi şəxslərin hüquqi vəziyyəti Ticarət

məcəlləsinin normaları ilə müəyyən edilir. Ticarət şirkətlərinə

“tam yoldaşlıq”, “kommandit yoldaşlığı” və “səhmdar şirkətlər”

aiddir.

Bir sıra Avropa ölkələrində olduğu kimi, Yaponiyada da

“nümayəndəlik” (“müvəkkillik”) institutu geniş yayılmaqla fərdi

kommersantlar və şirkətlər tərəfindən kommersiya əsasında

peşəkar surətdə yerinə yetirilən kommersiya fəaliyyəti növü kimi

nəzərdən keçirilir.

Yaponiya Ticarət məcəlləsi müxtəlif nümayəndəlik növlərini

nəzərdə tutur. Bunlar arasında əmək müqaviləsi (razılaşması)

əsasında nümayəndəlik fəaliyyəti göstərən

241

Page 242: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, M.M. Hüseynov

ticarət müəssisəsinin işçiləri (xidmətçiləri, qulluqçuları) xüsusi yer

tutur.

Kommersiya nümayəndəsi ticarət agenti adlanır. Məcəllədə

ticarət agenti dedikdə işçi olmadan müəyyən kommersant adından

sahibkarlıq sövdələşmələrində onun nümayəndəsi və ya vasitəçisi

kimi fəaliyyət göstərən şəxs başa düşülür. Ticarət agenti vasitəçi

kimi istənilən sövdələşmə fəaliyyəti yerinə yetirdiyi zaman

maraqlannı təmsil etdiyi kommersanta məlumat verməlidir.

Kommersantm icazəsi olmadan ticarət agenti özü və ya

üçüncü şəxs üçün kommersantm məşğul olduğu sahibkarlıq

fəaliyyətinə aid olan hər-hansı bir sövdələşməni həyata keçirmə

hüququna malik deyil.

Yaponiyanın Ticarət məcəlləsinə əsasən, agentin növlərindən

biri də öz adından yüklərin daşınması üzrə agentlik fəaliyyətini

həyata keçirən əmtəə-ekspeditor agentidir. Yaponiyanın Ticarət

məcəlləsi vasitəçini də öüsusi olaraq qeyd edir. Məcəlləyə görə,

bu, öz sahibkarlıq fəaliyyətini digər şəxslərin ticarət

sövdələşmələrində vasitəçi qismində həyata keçirən şəxsdir.

Vasitəçilik şəxslər və ya ticarət kommersantı kimi müəyyən

olunmuş şəxslərdən ibarət birliklər tərəfindən peşəkarlıq əsasında

həyata keçirilir. Vasitəçinin əsas vəzifəsi - ehtimal olunan

müqavilələrdə kontragentlərin yaxınlaşmasına yardımçı olmaq və

müqavilələrin bağlanması üçün şəraitin hazırlanmasında iştirak

etməkdir.

Vasitəçilər bir tərəfin xeyrinə digər tərəfin ziyana düşməsinə

səbəb ola biləcək hərəkətlərdən çəkinməlidirlər. Əks halda onların

vasitəçilik fəaliyyəti etibarsız sayıla bilər. Vasitəçi müəyyən hallar

(adətlər) istisna olmaqla sövdələşmələr ilə əlaqədar tərəflərin

adından hər hansı ödənişi və ya yerinə yetirilməsi nəzərdə tutulan

öhdəliyi qəbul etməməlidir.

242

Page 243: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyotinin əsaslan

Tərəflər arasında sövdələşmənin bağlanması zamanı vasitəçi

yubanmadan müvafiq sənədləri hazırlamalı və onlar

imzalandıqdan sonra hər bir tərəfə təqdim etməlidir.

Keçmiş Sovet İttifaqının tərkibində olmuş Estoniya

Respublikasında 15.02.1995-ci ildə Kommersiya Məcəlləsi qəbul

edilmiş və 01.09.1995-ci il tarixində qüvvəyə minmişdir.Sonradan

bu məcəllə 2004-cü ildə yeni redaksiyada qüvvəyə minmişdir

[149; 162]. Kommersiya məcəlləsi Estoniya ərazisində

kommersiya strukturlarının təsis edilməsi və fəaliyyəti ilə əlaqədar

məsələləri tənzimləyən əsas qanunvericilik aktıdır. Kommersiya

strukturları qeyri-kommersiya strukturlanndan onunla fərqlənirlər

ki, kommersiya strukturlarında əldə olunan mənfəət iştirakçılar

(səhmdarlar, payçılar) və digər mülkiyyətçilər arasında bölünür,

qeyri-kommersiya strukturlarında isə bölünmür. Buna görə də,

bütün sahibkarlıq strukturlan kommersiya strukturu hesab edilir.

Estoniya Respublikasının Kommersiya Məcəlləsində (Maddə

1.) “sahibkar” dedikdə əsas (daimi) fəaliyyət növü məhsul satışı və

xidmətlər göstərilməsi olan fiziki şəxslər və hüquqi şəxslər

(“kommersiya yoldaşlıqlan”) başa düşülür.

Kommersiya məcəlləsində “sahibkarlıq fəaliyyəti” və

“sahibkar” anlayışlannm mahiyyəti, kommersiya strukturlarının

təşkilati-hüquqi formalan, firma adı və onun müdafiəsi, həmçinin

kommersiya reyestri, onun ümumi müddəaları, məzmunu və

sahibkarın fəaliyyət zamanı qarşılaşdığı məsələlər haqda

məlumatlar əks olunur.

Estoniyada kommersiya yoldaşlhğmm aşağıdakıa formaları

var:

♦ “Täisühing ” - tam yoldaşlıq;

♦ ‘'Usaldusühing" - inam (etimad) üzərində yoldaşlıq;

♦ “Osaühing ” - pay əsasında yoldaşlıq;

♦ "Aktsiaselts ” - səhmdar cəmiyyəti;

243

Page 244: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlif M. M. Hüseynov

♦ “Tulundusühistu ” - gəlirlərə əsaslanan yoldaşlıq.

Kommersiya yoldaşlıqları mütləq Kommersiya reyestrində

qeydiyyata düşməlidirlər.

Kommersiya məcəlləsi sahibkarlıq fəaliyyəti üçün möhkəm

qanunvericilik bazası yaratmaqla yanaşı, həm də vahid qaydaları

və mülkiyyət formaslarını dəqiq bölgüsünü müəyyən edir.

Məcəllənin əsas məqsədlərindən biri - müəssisə rəhbərliyinin

təsərrüfat fəaliyyətinə və öz hərəkətlərinə görə məsuliyyətinin

atrınlmasıdır.

Estoniya Respublikasında hüquqi və fiziki şəxslərin

təsərrüfat fəaliyyətini tənzimləyən qanunları 2 qrupa ayırmaq olar;

1) hüquqi fəaliyyət “forması”m (idarə, qeydiyyat, rəhbərlik)

tənzimləyən xüsusi-hüquqi qanunlar;

2) fəaliyyətin “məzmunu”nu (lisenziya, fəaliyyətə icazə və

s.) tənzimləyən ictimai-hüquqi qanunlar.

Amerika Birləşmiş Ştatlarında qüvvədə olan Vahid Ticarət

Məcəlləsi öz mahiyyətinə görə model (nümunəvi) qanun rolunu

oynayır. Belə ki, onun əsasında hər bir ştatın öz ticarət məcəlləsi

qəbul edilir. Vahid Ticarət Məcəlləsi mütəmadi olaraq tamamlanır

və dəqiqləşdirilir ki, bu da onun əhəmiyyəti və aktuallığını sübut

edir. Vahid Ticarət Məcəlləsinin tərtib edilməsi 1944-1951-ci

illərdə həyata keçirilsə də onun rəsmi şəkildə qəbul edilməsi

1962-ci ildə başa çatmışdır. Çünki ayrı-ayrı ştatlarda Vahid

Ticarət Məcəlləsi hüquqi səlahiyyətlərin müstəqilliyinə qarşı

yönəlmiş bir sənəd kimi qəbul edilirdi. İlkin olaraq Vahid Ticarət

Məcəlləsi Massaçusets və Pensilvaniya ştatlarında, sonradan isə.

Luizianadan başqa bütün ştatlarda qəbul edildi. Bununla belə

1974-cü ildən etibarən Luiziana ştatında da onun ayrı-ayrı

bölmələri fəaliyyət göstərir.

244

Page 245: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyatinin əsaslan

Vahid Ticarət Məcəlləsi daxili və xarici ticarətlə bağlı geniş

spektrli məsələləri əhatə edir. Bu Məcəllə 400 maddəni əhatə edən

aşağıdakı 9 bölmədən ibarətdir:

1. Ümumi müddəalar;

2. Satış;

3. Ticarət sənədləri;

4. Bank depozitləri və inkassa əməliyyatlan;

5. Akkreditivlər;

6. Kompleks özgəninkiləşdirilmə;

7. Anbar şəhadətnamələri, konosamentlər və məhsullsa

bağlı digər sərəncamverici sənədlər;

8. İnvestisiya qiymətli kağızları;

9. Sövdələşmələrin təmin edilməsi [94, s. 22].

Amerikanın Vahid Ticarət Məcəlləsinə (maddə 2-104.)

əsasən, “kommersant - müəyyən növ məhsullarla əməliyyatlar

yerinə yetirən, və ya hansısa digər şəkildə öz məşğuliyyətinin

xarakterinə görə sövdələşmə predmeti olan əməliyyat və əmtəələrə

münasibətdə özünün bu sahədə xüsusi bilik və ya təcrübəyə malik

olduğunu nümayiş etdirən, həmçinin özünün xüsusi bilik və ya

təcrübəyə malik olduğunu göstərən digər agent, broker və ya

vasitəçinin xidmətlərindən istifadə etdiyinə görə bu bilik və ya

təcrübəyə malik olduğu qəbul edilən şəxsdir.” [74, s. 27].

Bəzi ölkələrdə ticarət məcəllələrinin yoxluğu adətən bu

sahədə xüsusi qanunların qəbul edilməsi ilə kompensasiya edilir.

Məs., İngiltərədə XX əsrin 70-80-ci illərində ticarət hüququna aid

19 qanun qəbul edilmişdir. Bunlardan “Ədalətli ticarət haqqında

Qanun” (1973), “Qeyri-vicdanlı ticarət şərtləri haqqında Qanun”

(1977), “Alqı-satqı haqqında Qanun” (1979) və b. göstərmək olar

[110].

Hazırda bir sıra Şərqi Avropa ölkələrində (məs., Latviya,

Çexiya, Bolqarıstan və s.) “Kommersiya fəaliyyəti haqqında” və

ya “Kommersiya haqqında” Qanunlar, Türkiyə

245

Page 246: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A. İbrahimli, MM Hüseynov

Cümhuriyyətində isə 2011-ci ildə yeni Ticarət qanunu qəbul

edilmişdir [156].

Sovet İttifaqı süquta uğradıqdan sonra Rusiya

Federasiyasında uzun müddət kommersiya fəaliyyətinin dövlət

tənzimlənməsi Mülki məcəllə, Mülki prosessual məcəllə və

Ticarət gəmiçiliyi məcəlləsi vasitəsilə həyata keçirilirdi. Qeyd

edək ki, Azərbaycan Respublikasında da buna bənzər modeldən

istifadə edilir.

Lakin hazırda Rusiya Federasiyasında bu sahədə müəyyən

dəyişikliklər gedir. Belə ki, 28 dekabr 2009-cu il tarixli

(>f2381-03) “Rusiya Federasiyasında ticarət fəaliyyətinin dövlət

tənzimlənməsinin əsaslan haqqında” Federal Qanun qəbul

edilmişdir. Qanuna görə, (maddə 3.) ticarət münasibətlərinin

hüquqi tənzimlənməsi aşağıdakılarla həyata keçirilir:

1) RF-nm Mülki Məcəlləsi;

2) RF “İstehlakçılann hüquqlannın müdafiəsi haqqında” 7

fevral 1992-ci il tarixli (Ka 2300-1) Qanun, digər

qanunlar və onlara müvafiq qəbul edilən normativ-

hüquqi aktlar;

3) RF subyektlərinin qanunları və digər normativ-hüquqi

aktlar [98].

Artıq qeyd edildiyi kimi, kommersiya fəaliyyətinin dövlət

tənzimlənməsini həyata keçirməyə imkan verən sənədlərdən biri

də kommersiya reyestridir. Kommersiya reyestri dedikdə,

kommersiya prinsiplərinə uyğun ticarət, istehsal və digər növ

iqtisadi fəaliyyət göstərən şirkətlərin rəsmi qeydiyyatı başa

düşülür.

Ayn-ayrı ölkələrdə qanunvericilik adətən kommersantlar

üçün onlann fəaliyyətinin təşkilati-hüquqi şərtlərinə aid olan

müəyyən öhdəliklər müəyyən edir. Bunlara aşağıdakıları aid

etmək olar:

246

Page 247: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

• Ticarət reyestrində qeydiyyata durmaqla özü haqqında

məlumat dərc etdirmək;

• Müəyyən olunmuş vergi ödəməklə təsərrüfat fəaliyyətinin

həyata keçirilməsinə icazə (patent, lisenziya və ya

franşiza) almaq;

• Ticarət (mühasibat) kitabının açılması; • Şəxsi bank hesabının açılması; • Təsərrüfat dövrİ5^əsində müəyyən firma adı ilə iştirak

etmək və s.

Estoniyanın Kommersiya Məcəlləsinə (Maddə 22.1.) görə,

qəsəbə (uyezd) və şəhər məhkəmələrinin qeydiyyat şöbələri

onlann xidmət göstərdikləri ərazi sərhədlərində fəaliyyət göstərən

sahibkarların - fiziki şəxslərin və kommersiya yoldaşlıqlannm

kommersiya qeydiyyatını həyata keçirirlər. Hər bir kommersiya

yoldaşlığı fəaliyyətə başlamazdan əvvəl kommersiya reyestrində

müəssisənin yerləşdiyi ərazi üzrə qeydiyyətə düşməlidir.

Kommersiya reyestri - qanunla tələb olunan müvafiq sənədlər

əsasında sahibkarı qeydiyyata alan şöbədir.

Qeydiyyat şöbələrinin səlahiyyətinə daxil olan ərizələrə

baxılması və qeydiyyatın apaniması ilə bağlı qərarlann çıxarılması

aiddir. Kommersiya reyestri eston dilində tərtib edilir. Əgər

sənədlər digər dildə tərtib ediliblərsə, qeydiyyat şöbəsinə eston

dilinə tərcümə edilmiş və notarius tərəfindən təsdiq edilmiş

sənədlər tərtib edilməlidir. Kommersiya reyestrində olan qeydlər

hamı üçün açıqdır. Hər kəsin kommersiya yoldaşlığının kartoteka

reyestri və işi ilə tanış olmaq, həmçinin işdə olan qeydiyyat

kağızları və sənədlərinin surətini əldə etmək hüququ var. Bununla

yanaşı, nəzarəti həyata keçirən dövlət orqanlan və əsaslandınimış

marağı olan şəxslər qeydiyyat işləri ilə tanış ola bilərlər.

Çexiya Respublikasında kommersiya şirkətləri haqqında

hüquqi normalar qanunda (>(2513/1991 toplu) və ya

247

Page 248: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

kommersiya məcəlləsində öz əksini tapır. Hüquqi şəxs olan

kommersiya.şirkətlərinin Çexiya Respublikasının ərazisində

fəaliyyət göstərmək hüquqları bu şəxslərin kommersiya

reyestrində qeydiyyata düşdüyü gündən başlayır. Əcnəbilərin

bilavasitə kommersiya şirkəti kimi sahibkarlıq fəaliyyəti

göstərmələri üçün onlara bu ölkədə 90 gündən artıq yaşamağa

imkan verən viza almaq məqsədilə ərizə verməlidirlər.

Kommersiya şirkətləri, kooperativlər, digər hüquqi şəxslər və

xarici şəxslər kommersiya reyestrində qeydiyyatdan keçirlər.

Kommersiya reyestri - kommersiya şirkətinin yerləşdiyi ərazi üzrə

vilayət məhkəməsinin (reyestr məhkəməsi) tabeçiliyində olan

siyahıdır [154]. Hər kəs bu siyahını nəzərdən keçirərək onun

surətini və ondan çıxarış formasında sənəd əldə edə bilər. Bu

siyahıda kommersiya şirkətləri haqqında qanunla təsbit edilmiş

göstəricilər öz əksini tapır.

Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsini həyata

keçirməyə imkan verən normativ-hüquqi aktlara ayrı- ayn

ölkələrin mərkəzi hakimiyyət orqanları və ya müvafiq

nazirliklərin qəbul etdikləri xüsusi qərar və sərəncamlar aiddir.

Məs., Özbəkistan Respublikasının Nazirlər Kabineti tərəfindən 12

avqust 2004-cü il tarixində (>f23 87) “Kommersiya fəaliyyəti

üçün nəzərdə tutulmuş məhsullar gətirən fiziki şəxslərin

qeydiyyata alınmasının qaydaya salınması tədbirləri haqqında”

Qərar qəbul edilmişdir [133]. Qərara əsasən, fiziki şəxslər

idxal-ixrac əməliyyatlarını və pərakəndə ticarəti həyata keçirmək

huququna malik olan fərdi sahibkarlar şəklində rayon və ya şəhər

dövlət vergi idarələrində qeydiyyata alınırlar. Yalnız bundan sonra

onlar xaricdən gətirilmiş məhsulların pərakəndə ticarəti ilə məşğul

ola bilərlər.

Rusiya Federasiyası Hökumətinin qərarı ilə 27 iyun 2007-ci

il tarixində “Rusiya Federasiyasının xarici ölkədə

248

Page 249: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

ticarət nümayəndəliyi haqqında Əsasnamə” (K2401) qəbul

edilmişdir. Əsasnamə 4 bölmədən ibarətdir:

1. Ümumi müddəalar;

2. Ticarət nümayəndəliyinin əsas vəzifələri;

3. Ticarət nümayəndəliyinin əsas funksiyaları;

4. Ticarət nümayəndəliyinin fəaliyyətinin təşkili.

Əsasnaməyə görə, Rusiya Federasiyasının xarici ölkədə

ticarət nümayəndəliyi Rusiya Federasiyasının həmin ölkədə

xarici-iqtisadi maraqlarını təmin edən dövlət qurumudur. Ticarət

nümayəndəliyi Rusiya Federasiyası ilə müvafiq xarici dövlət

arasında bağlanmış müqavilə əsasında təsis edilir [166].

Ticarət nümayəndəliyinin əsas vəzifələrinə yerləşdiyi ölkədə

RF-nm xarici-iqtisadi siyasətinin həyata keçirilməsinin təmin

olunması, Rusiyanın əmtəə və xidmətlərinin ixracının

genişlənməsi və diversifıkasiyasma köməklik göstərmək,

yerləşdiyi ölkədə RF-nm rəqabət üstünlüklərinin həyata

keçirilməsi üçün şəraitin yaradılması, RF-nm nümayəndəliyin

yerləşdiyi ölkə ilə xarici-iqtisadi münasibətlərinin vəziyyətinin

təhlili və proqnozlaşdırılması və bu sahədə təkmilləşdirici

təkliflərin hazırlanması daxildir.

Bununla bərabər, nümayəndəliyin əsas vəzifələrinə RF ilə

yerləşdiyi ölkə arasında ticarət-iqtisadi münasibətlərdə

mürəkkəbləşmələrin olmamasına çalışmaq, yarandığı hallarda isə,

onları operativ şəkildə tənzimləmək, yerləşdiyi ölkədə rusiya

iqtisadiyyatı və investisiya mühiti haqqında məlumatların

yayılması və s. daxildir.

Ticarət nümayəndəliyinin, habelə onun yerləşdiyi ölkədə

şöbələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə

qərar RF hökuməti tərəfindən RF-nm beynəlxalq müqavilələrinə

əsasən qəbul edilir. Ticarət nümayəndəliyi onun qarşısına

qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçun müəyyən olunmuş

qaydada öz adından sövdələşmələr və

249

Page 250: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M.M, Hüseynov

digər hüquqi hərəkətlər həyata keçirə bilər. Ticarət

nümayəndəliyinin fəaliyyətinə rəhbərlik RF İqtisadi İnkişaf

Nazirliyi tərəfindən həyata keçirilir.

Bazar iqtisadiyyatı ölkələrinin əksər firmalannda

təsərrüfat-kommersiya əməliyyatlannın həyata keçirilməsi və

sövdələşmələrin bağlanması zamanı əməkdaşlann riayət etməli

olduqlan müəyyən etik norma və qaydalan özündə əks etdirən

sənədlər mövcud olur. Məsələn, ABŞ-da “Maddi- texniki təchizat

xidməti rəhbərlərinin Milli Assosiasiyası” tərəfindən təchizat

fəaliyyətinin prinsip və normalan qəbul edilmişdir [106].

Bu sənəddə alqı-satqı sövdələşmələrində assosiasiya

üzvlərinin riayət etməli olduqları başlıca prinsiplər və bu

prinsiplərdən irəli gələn etik normalar öz əksini tapır. Bu prinsiplər

aşağıdakılardan ibarətdir:

o öz şirkətinə sədaqət;

• sövdələşmə üzrə tərəf müqabillərinə ədalətli münasibət;

« öz peşənə bağlılıq.

Qeyd olunan prinsiplərdən irəli gələn etik normalar isə

aşağıdakılardır:

tərəf müqabillərinə münasibətdə istənilən qeyri-etik və ya

şübhəli məqsəd və hərəkətlərdən kənar olmaq; rəhbərlik

tərəfindən verilən göstərişlərin ciddi şəkildə yerinə

yetirilməsi;

təqdim edilmiş səlahiyyətləri aşmamaq; şirkətin

maraqlanna zidd olan şəxsi bizneslə məşğul olmaqdan

daşınmaq;

maddi-texniki təchizat sahəsində fəaliyyəti tənzimləyən

qanunların qayəsini başa düşmək və onlara riayət etmək;

alqı-satqı haqqında qərarların mümkün hüquqi

nəticələrinin ola biləcəyini daima yadda saxlamaq və s.

250

Page 251: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Azərbaycan Respublikasında sənaye-istehsal müəssisələrinin

kommersiya istiqamətindəki fəaliyyətinin təşkilati və

normativ-hüquqi əsaslan bilavasitə ölkə qanunvericiliyində öz

əksini tapır.

15 dekabr 1992-ci il tarixində “Sahibkarlıq fəaliyyəti

haqqında” .-Azərbaycan Respublikasının Qanunu (>T2405) qəbul

edilmişdir. Bundan başqa, 1 iyun 1994-cü il tarixində “Müəssisələr

haqqında” Azərbaycan Respublikasmın Qanunu (K2847) və 12 iyul

1994-cü il tarixində “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan

Respublikasının Qanunu (XsSSO) qəbul edilmişdir.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan

Respublikasının Qanununun 6-cı maddəsində sahibkann

kommersiya istiqamətindəki fəaliyyətinin hüquqi tərəfləri

müəyyən şəkildə açıqlanır: “Sahibkar...təsərrüfat-maliyyə

fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və

istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını

seçmək, dövlət ehtiyaclan üçün müqavilə əsasında iş görmək və

məhsul göndərmək;...öz məhsulları (işləri, xidmətləri) üçün

qiymətlər (tariflər) müəyyənləşdirmək;...xarici iqtisadi

münasibətlərdə iştirak etmək” və s. hüquqlara malikdir [17].

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası,

2002-ci ildə isə yeni Mülki Məcəllə qəbul edilmişdir. Bununla da,

uzun illər ərzində mövcud olan və mülki dövriyyəni tənzim edən

normalar keyfiyyətcə dəyişmiş və onlara yeni məzmun veri

İmişdir. [4] Hazırda respublikamızın sənaye müəssisələrinin

kommersiya fəaliyyəti, habelə bu fəaliyyətə nəzarət əsasən

Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan

Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Vergi

Məcəlləsi, Gömrük Məcəlləsi, Milli Məclis tərəfindən qəbul

edilmiş bir çox digər qanunlar, ölkə prezidentinin fərman və

sərəncamları.

251

Page 252: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A, İbrahimli, M.M. Hüseynov

Nazirlər Kabinetinin qərar və sərəncamları vasitəsilə həyata

keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasına

(maddə 59) görə, “Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz

imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə

edərək təkbaşına və ya başqalan ilə birlikdə azad sahibkarlıq

fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi

fəaliyyət növü ilə məşğul ola bilər”.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (maddə

43.5. ) görə, hüquqi şəxslər əsas

məqsədi mənfəət

götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas

məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən

mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya

hüquqi şəxsləri) qurumlar ola bilər [8, s. 35].

Maddə 44.2-yə görə isə, “Kommersiya hüquqi şəxsləri

qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata

keçirmək üçün zəruri mülki hüquqlara malik ola və vəzifələr

daşıya bilərlər”.

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai

birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə

qanunvericilikdə nəzərdə tutulan digər formada yaradıla bilər.

Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız

o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması

zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin.

Sahibkalıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya

hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda

iştirak edə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (64-cü

maddə) uyğun olaraq ölkə ərazisində kommersiya təşkilatlan

aşağıdakı təşkilati hüquqi formalarda fəaliyyət göstərirlər;

- təsərrüfat ortaqlıqları (tam və ya kommandit);

252

Page 253: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

- cəmiyyətlər (məhdud və ya əlavə məsuliyyətli, açıq

səhmdar və ya qapalı səhmdar);

- kooperativlər.

Ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ilə

əlaqədar müəssisələrin idarə edilməsində, onların təşkilati- hüquqi

formalarında ciddi dəyişikliklər baş vermişdir. Respublikamızın

müəssisələrinin fəaliyyəti tədricən bazar münasibətlərinə

uyğunlaşmışdır.

Bütün qeyd edilən kommersiya təşkilatları öz fəaliyyətlərini

təsdiq edilmiş nizamnamə əsasında qururlar. Bununla yanaşı

ayrı-ayrı kommersiya təşkilatlarının kommersiya istiqamətindəki

fəaliyyəti müəyyən

özünəməxsusluqlarla səciyyələnir. Belə ki, müəssisələrin

təsərrüfat kommersiya müstəqilliyinin səviyyəsi bir çox cəhətdən

onların mülkiyyətçilərlə qarşılıqlı münasibətlərinin hüquqi

aspektləri ilə müəyyən edilir.

Misal üçün, əsasən təsisçilərinin sayı az olan təsərrüfat

ortaqlıqlan, məhdud və əlavə məsuliyyətli cəmiyyətlərdə

təsərrüfat müstəqilliyinin səviyyəsi kifayət qədər yüksək

olduğundan onlar kommersiya fəaliyyəti sahəsində daha geniş

səlahiyyətlərə malik olurlar.

Kapitalın birləşməsi olan səhmdar cəmiyyətlərdə təsərrüfat

subyekti strateji əhəmiyyətli qərarların qəbul edilməsində

səhmdarların yığıncağına tabe olsa da kommersiya fəaliyyətinin

həyata keçirilməsində səhmdarlann iştirakı tələb olunmur.

Nəticədə, səhmdar cəmiyyət olan təsərrüfat subyekti xammal və

materialların əldə olunması, məhsulun satışının təşkili kimi cari

məsələlərlə əlaqədar operativ qərarların qəbul edilməsində kifayət

qədər geniş səlahiyyətlərə malik olur.

Bu gün kommersiya fəaliyyəti Azərbaycan iqtisadiyyatının

müxtəlif (sənaye, ticarət, bank işi, nəqliyyat və s.) sahələrinin

uğurlu işinin əsas göstəricisinə çevrilmişdir. Buna baxmayaraq

Mülki Məcəllədə “kommersiya fəaliyyəti”

253

Page 254: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M,M. Hüseynov

anlayışının dəqiq tərifi yoxdur. Yalnız Azərbaycan Respublikasının

Vergi Məcəlləsində (Maddə 13.2.27) kommersiya fəaliyyətinin

tərifi dolayı yolla aşağıdakı kimi verilir: “Qeyri-kommersiya

fəaliyyəti - məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri

yalnız qeyri- kommersiya məqsədləri, o cümlədən öz nizamnamə

məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan

edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət

Izommersiyafəaliyyəti sayılıf^^, s. 681].

Respublikamızda bilavasitə kommersiya fəaliyyəti ilə

əlaqədar Qanun olmasa da sənaye müəssisələrində kommersiya

fəaliyyətinə nəzarəti bu və ya digər dərəcədə həyata keçirməyə

imkan verən qanun və digər normativ-hüquqi aktlara aşağıdakılan

misal göstərmək olar:

• “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan

Respublikasmm Qanunu (qəbul edilmə tarixi 4 mart

1993-cüil,Jffi526);

• “İstehlakçıların hüquqlannm müdafiəsi haqqında”

Azərbaycan Respublikasının Qanunu (19 sentyabr

1995-ci İ1,N2İ113);

® “Azərbaycan Respublikasında xarici ticarətin daha da

liberallaşdıniması haqqında” 24 iyun 1997-çi il tarixli 609

saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasında idxal-ixrac əməliyyatlarının

tənzimlənməsi Qaydalan”;

• “Reklam haqqında” Qanun (3 oktyabr 1997-ci il,

Jf2376-IQ);

• “Kommersiya sirri haqqında” Qanun (4 dekabr 2001- ci il,

əlavə və dəyişikliklər 28 sentyabr 2004-cü il);

• “Dövlət rüsumu haqqında” Qanun (4 dekabr 2001-ci il,

Jfo223-IIQ);

254

Page 255: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

• “Dövlət satınalmaları haqqında” Qanun (27 dekabr

2001-ci il,' K2245-IIQ, 12 fevral 2010-cu il tarixli əlavə

və dəyişikliklərlə);

• “Tənzimlənən qiymətlər haqqında” Qanun (30 may

2003-cü il);

• “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri

haqqında” Qanun (12 dekabr 2003-cü il, 3 dekabr 2004-cü

il və 28 iyun 2005-ci il tarixli əlavə və dəyişikliklərlə);

• “Elektron ticarət haqqında” Qanun (10 may 2005-ci ildə

qəbul edilib);

• “Sahibkarlıq sahəsində aparılan yoxlamalann

tənzimlənməsi və sahibkarların maraqlannın müdafiəsi

haqqında” Qanun (2 iyul 2013-cü il, 714- IVQ) və s.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri

haqqında” Qanuna (Maddə 4.1.) görə, “Kommersiya təşkilatları,

habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları

yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə

bilərlər” [7].

Beləliklə, əsas məqsədi mənfəət əldə etməkdən ibarət olan

bütün hüquqi şəxslərin müstəqil şəkildə kommersiya fəaliyyəti

göstərməsi üçün müvafiq qanunvericilik bazası yaradılmışdır.

Bazar iqtisadiyyatı şəraitində qarşılıqlı iqtisadi əlaqələrin

nizamlanmasının əsas üsulu kimi müqavilə çıxış etməkdədir.

Məhsul istehsal edən, xidmətlər göstərən müəssisələr öz qaşıhqlı

münasibətlərini (o cümlədən xammal alınması, hazır məhsulun

satılması və s.) müqavilə bağlamaq yolu ilə rəsmiləşdirirlər.

Mülki-hüquqi müqavilələr tərəflərə imkan verir ki, onlar öz

mənafelərini, məqsədlərini dəqiq müəyyən etsinlər və onu

qarşılıqlı surətdə razılaşdırsınlar.

255

Page 256: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimli, M,M, Hüseynov

Azərbaycanda müqavilələrin ölkə iqtisadiyyatındakı rolu

xeyli artmışdır. Bu, əsasən aşağıdakılarla əlaqədardır:

^ iqtisadi sistemin yenidən qurulması;

^ iqtisadiyyatda inzibati-amirlik metodlarının aradan

qaldıniması;

xüsusi mülkiyyət münasibətlərinin bərqərar olması;

^ mülki dövriyyənin daha çox sərbəstləşdirilməsi;

iştirakçıların hüquqlarının genişləndirilməsi və s. Hazırda

ölkəmizdə alqı-satqı müqaviləsinin tətbiqi sahəsi xeyli

genişlənmişdir. Firmalarda məhsul istehsalı əsasən bazar

alqı-satqı münasibətlərinin xüsusiyyətlərindən asılı olaraq

formalaşır. Bununla da firmaların müstəqil şəkildə kommersiya

fəaliyyəti göstərməsi üçün geniş imkanlar yaradır.

Azərbaycan Respublikasında istənilən xarakterli alqı- satqı

müqavilələrinin bağlanmasında Mülki Məcəllənin müəyyən etdiyi

norma və qaydalar əsas götürülür. Azərbaycan Respublikasının

qanunvericiliyinə görə, Mülki Məcəllə respublikamızda alqı-satqı

proseslərini tənzimləyən əsas mənbə kimi müqavilə azadlığı

prinsipini elan edir. Bununla yanaşı, Mülki Məcəllə həmçinin

müqavilələrin həyata keçirilməsi üçün zəruri təminat da yaradır.

“Müqavilənin bağlanması - hər bir tərəfin iradə ifadəsinin əks

olunması və bu iradə ifadəsinin üst-üstə düşməsidir” [48, s. 4].

Lakin istənilən hər bir halda tərəflərin hüquq və vəzifələrinin

müəyyən edilməsi qanuna əsaslanmalıdır.

Sahibkarlıq fəaliyyəti sahəsində ən geniş yayılmış

mülki-hüquqi sənəd kimi alqı-satqı müqaviləsi göstərilə bilər. Bu

müqavilənin əhəmiyyəti onunla şərtlənir ki, bu müqavilə

əmtəə-pul dövriyyəsinin ən universal' formasıdır. Buna görə də

sahibkarlar ondan geniş surətdə istifadə edirlər [21, s. 6].

256

Page 257: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Hazırda geniş tətbiq edilən müqavilələrdən biri də, alqı- satqı

müqaviləsinin xüsusi bir növü olan mal göndərmə (malların

göndərilməsi) müqaviləsidir. Mülki Məcəlləyə (627.1-ci maddə)

görə, mal göndərən - istehsal etdiyi və ya satın aldığı malları

sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür

istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə

edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə

alıcıya verməyi öhdəsinə götürən fərdi sahibkar və ya kommersiya

təşkilatı olan xüsusi subyektdir - satıcıdır.

Beləliklə, bu müqavilə bir tərəfdən mal göndərənlər

tərəfindən istehsal olunan və ya satın alınan mallann satışına

imkan verir. Digər tərəfdən, müqavilə istehlakçıları xammal,

material, avadanlıqla təmin etməyə, həmçinin əhaliyə pərakəndə

ticarət yolu ilə satmaq üçün malları təchiz etməyə şərait yaradır.

Müqaviləyə görə, malın göndərilməsini öz üzərinə götürən

vətəndaş və ya hüquqi şəxs (satıcı) mütləq sahibkarlıq fəaliyyətini

həyata keçirən şəxs olmalıdır. Eyni zamanda müqavilə mal

göndərənin istehsal etdiyi və ya satın aldığı malların, gəlir

götürmək məqsədilə satılmasına xidmət edir.

Mal göndərmə müqaviləsinin əsas fərqləndirici

əlamətlərindən biri müqavilənin bağlanması vaxtı ilə malın

verilməsi vaxtının uyğun gəlməməsidir. Bu, bir çox hallarda

göndərilməli olan malın satıcıda hazır olmaması ilə bağlıdır. Bir

çox hallarda göndəriləcək mal və materiallar partiyalarla

(hissələrlə) uzun müddət ərzində göndərilir. Mal göndərən mal və

materialları müqavilədə göstərilən dövrlərdə (həm də malların

göndərilməsi cədvəli - on günlük, günlük, saatlıq və i.a. əsasında)

və qaydada, tam miqdarda, lazımi keyfiyyətdə göndərməlidir.

Yuxanda qeyd edilən müqavilələrlə yanaşı. Mülki Məcəllədə

aşağıdakı müqavilələr də nəzərdə tutulur: • françayzinq;

257

Page 258: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

• brokerlik və ya vasitəçilik; • ticarət nümayəndəsi (agent).

Françayzinq müqaviləsinə əsasən (Maddə 723.) müstəqil

müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə

malm istehsalma, satışına və xidmətlərin göstərilməsinə kömək

etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.

Brokerlik və ya vasitəçilik müqaviləsi (Maddə 787.1.)

sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı muzd

müqabilində müxtəlif fiziki və hüquqi şəxslərin köməyindən

istifadə edilməsini nəzərdə tutur.

Ticarət nümayəndəsi (agent) haqqında müqavilə isə, (Maddə

789.1.) müstəqil fəaliyyətlə məşğul olan şəxsə alqı- satqı

müqavilələrinin və s. bağlanmasında hər hansı istehsalıçının və s.

adından və hesabına vasitəçilik xidmətləri göstərmək imkanı

yaradır.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının

ildən-ilə gücləndiyi hazırkı dövrdə bu müqavilələrdən istifadənin

genişləndirilməsi ölkəmiz üçün aktual əhəmiyyət kəsb edən

məsələlərdən biri hesab olunur. Dünyada iqtisadi inteqrasiya

proseslərinin ildən-ilə güclənməsi ilə əlaqədar olaraq

kommersiyanın ölkələrin iqtisadiyyatlanndakı rolu getdikcə

artmaqdadır və bu meylin davam edəcəyi proqnozlaşdınlır. Belə

ki, 1990-cı ildən etibarən Avropa İttifaqının 15 ölkəsində yalnız

ticarətin ÜDM-dəki payı 15%- ə qədər artmışdır [127].

Qeyd edək ki, Azərbaycanda ticarət qanunvericiliyinin

formlaşması digər ölkələrlə ticarət əməkdaşlığının genişlənməsinə

şərait yaratmışdır. Məsələn, Azərbaycan Respublikasınm

Prezidentinin 14 may 2010-cu il tarixli “Azərbaycan

Respublikasında idxal-ixrac əməliyyatlannm tənzimlənməsi

qaydalannın təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər

haqqında” Fəımanı ilə yerli müəssisələrin xarici bazarlara çıxışı

müəyyən qədər asanlaşdın İmişdir [2].

258

Page 259: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Kommersiya fəaliyyətində diqqət çəkən məsələlərdən biri də kommersiya sirri ilə bağlıdır. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə (Maddə 2.I.), “Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onlann qanuni maraqlarına ziyan vura bilən məlumatdır” [7, s. 750]. Qanuna (Maddə 5.1.) görə, “Kommersiya sirri rejimini müəyyən etmək, dəyişmək və ləğv etmək kommersiya sirri sahibinin hüququdur”. Maddə 6.1.-ə əsasən, “...kommersiya sirrini müəyyən edən şəxs...kommersiya sirrinin əldə edilməsi və açıqlanması şərtlərini, kommersiya sirrini təşkil edən məlumatın qorunması üsullarını, ötürülməsi vasitələrinin seçilməsini, istifadə olunma şərtlərini sərbəst müəyyənləşdirir”.

Digər tərəfdən, 11 dekabr 2005-ci il tarixində qüvvəyə minmiş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa (Maddə 34.4.) görə, “mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatlann, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoulan...kommersiya...sirləri, habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır” [13].

Hazırda respublikanın firma və müəssisələrinin təsərrüfat-kommersiya istiqamətindəki fəaliyyətlərinin təhlili, çətinliklərin aşkara çıxanlması və bu sahədə perspektiv imkanların qiymətləndirilməsi yolunda müəyyən maneələr meydana çıxır. Başlıca maneələrdən biri də budur ki, bir çox müəssisə rəhbərləri kommersiya fəaliyyətinin həyata keçirilməsi formaları və onun nəticələrini gizli saxlamaq üçün bütün vasitələrdən istifadə edirlər. Təəssüf ki, mövcud “Kommersiya sirri haqqında” Qanunun bəzi müddəaları da bunun üçün müəyyən imkanlar yaradır.

259

Page 260: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA, İbrahimlif M.M. Hüseynov

9.3. Kommersiya fəaliyyətinin dövlət

tənzimlənməsinin təşkilati-inzibati və iqtisadi

mexanizmləri

Müasir dövrdə dövlət kommersiya fəaliyyətinin

tənzimləməsi üçün çoxsaylı üsul və vasutələrə malikdir.

Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin forma və

üsullan müxtəlif ölkələrdə bir-birindən xeyli fərqlənməklə daima

təkmilləşdirilir.

Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

təşkilati-inzibati cəhətləri ilk növbədə özünü kommersiya

fəaliyyəti ilə əlaqədar qanunvericilikdə göstərir. Qanunvericilik

adətən kommersantlar üçün onların fəaliyyətinin təşkilati-hüquqi

şərtlərinə aid olan bir sıra öhdəliklər (məs., ticarət reyestrində

qeydiyyata durmaq, təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə

icazə - patent, lisenziya və ya franşiza almaq, şəxsi bank hesabının

açılması və s.) müəyyən edir.

Əksər ölkələrdə kommersiya, o cümlədən daxili və xarici

ticarət ilə bağlı məsələlərin həlli Ticarət və ya Kommersiya

Nazirliyi (və ya Departamenti) kimi vahid təşkilati orqanlarda

mərkəzləşdirilir. Bəzi hallarda isə, bu qurumlar daha geniş

səlahiyyətlərə malik olurlar. Məsələn, ABŞ-da Ticarət

Departamentinin (the United States Department of Commerce)

fəaliyyət sahəsinə ölkədə iqtisadi artım, bütün dünya üzrə ABŞ-ın

azad ticarətinin təmin edilməsi, beynəlxalq iqtisadi vəzifələr,

innovasiyaların dəstəklənməsi, dəniz ehtiyatlarının idarə edilməsi

və hava haqqında məlumatlarla təmin etmək kimi məsələlər

daxildir. Departamentin strukturu 9 müvafiq agentlik, büro, şöbə

və idarələrdən (məs., Minority Business Development Agency,

Bureau of Industry and Security, International Trade Admin-

260

Page 261: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

istration, Economic Development Administration) ibarətdir [138].

Çin Xalq Respublikasının Kommersiya Nazirliyi

(Ministry of Commerce of the People’s Republic of China) daxili

və xarici ticarətin və beynəlxalq iqtisadi əməkdaşlığın inkişaf

səviyyəsinə uyğun olaraq 25 funksional orqandan ibarətdir.

Nazirlik dövlətin bu sahədəki strategiyasını, istiqamətlərini və

siyasi məqsədlərini, onlann hüquqi əsaslarını hazırlayır. Nazirlik

ölkədə vahid, açıq,

rəqabətqabiliyyətli, nizamlanmış sağlam bazar sisteminin

formalaşdırılması üçün inhisarçılığın və ərazi məhdudiyyətinin

aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir və

şəraitə uyğun təkmilləşdirmələr aparır. Bunun üçün Nazirliyin

müvafiq qurumlan tərəfindən bazar, tədavül dövriyyəsi öyrənilir.

Bu cəhətdən Nazirliyin təşkilati strukturunda “Kommersiya

islahatları və inkişafı

Departamenti” mühüm yer tutur [165].

Rusiya Federasiyasının Sənaye və Ticarət

Nazirliyinin (MHHHCxepcTBO npOMbiuuıeHHOCTH H ToproBjm

PoccHHCKOH Oe/tepauHH) strukturuna 19 departament və 18

ərazi üzrə orqan daxildir. Bunlardan birbaşa ticarət fəaliyyəti ilə

əlaqədar olan departamentlərə aşağıdakılar aiddir:

♦ Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi

Departamenti;

♦ Daxili ticarət, yüngül sənaye və istehlak bazarının dövlət

tənzimlənməsi Departamenti [160].

Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi

Departamentinin əsas vəzifələrinə gömrük-tarif tənzimləməsi və

Rusiya Federasiyasının Ümumdünya Ticarət Təşkilatına

qoşulması ilə bağlı məsələlər istisna olmaqla aşağıdakılardan

ibarətdir:

261

Page 262: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

1) xarici ticarətin dövlət tənzimlənməsi sahəsində dövlət

siyasətinin formalaşması ilə əlaqədar təkliflərin

hazırlanması;

2) xarici ticarətin dövlət tənzimlənməsi sahəsində

normativ-hüquqi aktların hazırlanması.

Daxili ticarət, yüngül sənaye və istehlak bazarının dövlət

tənzimlənməsi Departamentinin əsas vəzifələrinə

aşağıdakılar daxildir:

1) daxili ticarət, ictimai iaşə və məişət xidməti sahələrində

(bundan sonra “daxili ticarət”) dövlət siyasətinin və

normativ-hüquqi tənzimləmənin formalaşması və həyata

keçirilməsi istiqamətində təkliflərin hazırlanması;

2) daxili ticarətə aid sahələrdə sahibkarlıq fəaliyyətinin və

rəqabətin inkişafına kömək məqsədilə aşağıdakı istiqamətlərdə

təkliflərin hazırlanması:

♦ istehlak bazarı

iştirakçılannın maraqlarının

müdafiəsi;

♦ səmərəli rəqabət mühitinin yaradılması;

♦ daxili ticarətə aid sahələrdə infrastrukturun inkişafı;

♦ daxili ticarətə aid sahələrin inkişafına investisiyaların cəlb

olunması üçün şəraitin yaradılması.

3) daxili ticarətə aid sahələrin vəziyyətinin kompleks təhlili,

inkişafının proqnozlaşdıniması və əsas inkişaf göstəricilərinin

hazırlanması;

4) daxili ticarətə aid sahələrdə dövlət siyasətinin

formalaşması və həyata keçirilməsi məqsədilə Nazirliyin RF- nın

dövlət hakimiyyəti orqanlan subyektləri ilə birgə fəaliyyətinin

əlaqələndirilməsi üzrə qarşılıqlı işinin təmin edilməsi.

Müstəqillik illərində Azərbaycanda kommersiya fəaliyyətinin

dövlət tənzimlənməsinin təçkilati strukturunun təkmilləşdirilməsi

istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Ilk növbədə

qeyd etmək lazımdır ki,

262

Page 263: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya foaliyyətinin əsaslan

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 607

nömrəli Fərmanı ilə Azərbaycan Respublikasımn Ticarət Nazirliyi

yaradılmışdı. Lakin dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi

məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30.04.2001-ci il

tarixli 475 nömrəli fərmanına əsasən İqtisadi İnkişaf Nazirliyinin

(hazırda İqtisadiyyat və Sənaye Nazirli>i) yaradılması üçün ləğv

edilən nazirliklərdən biri də Ticarət Nazirliyi olmuşdur. Bununla da

ticarət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək

İqtisadi İnkişaf Nazirliyinin əsas vəzifələrindən biri kimi müəyyən

edilmişdir [142].

Bazar iqtisadiyyatı ölkələrində dövlətin kommersiya

fəaliyyətinə göstərdiyi iqtisadi təsir mexanizmləri bir sıra incə

məqamlar ilə diqqəti cəlb edir. Dövlət, bir sıra iqtisadi mexanizmlərin

vasitəsilə istehsal müəssisələrinin kommersiya fəaliyyəti şəraitini

dəyişdirməklə onun səviyyəsini tənzimləməyə çalışır. Bu

mexanizmlərə aşağıdakılar aiddir:

^ kommersiya fəaliyyətinin a>Ti-ayn növlərinin

lisenziyalaşdıniması;

^ düzgün olmayan rəqabət və ya inhisar fəaliyyətinin qarşısının

alınması;

gömrük və hüquqi nəzarət vasitəsilə əmtəə mübadiləsinin

tənzimlənməsi;

ayrı-ayn sahələrə müəyyən qadağalar qoyulması (məsələn,

dövlətin spirtli içkilərlə ticarət sahəsində inhisan);

sənaye siyasətinin hazırlanması;

^ vergi qanunvericiliyinin qəbul edilməsi;

vergi güzəştlərinin növlərinin müəyyənləşdirilməsi və

yaxud əksinə, ayn-ayn sahələrə yüksək vergilərin təyin

edilməsi;

263

Page 264: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, ibrahimli, M.M. Hüseynov

^ yerli istehsalçıların məhsullannm dövlət tərəfindən alqışının

(tədarükünün) təşkili;

^ məhsul ixracı zamanı dövlətin özəl şirkətləri valyuta və siyasi

risqIərdən sığortalaması; məhsullann sertifıkatlaşdınlması;

enerji daşıyıcılarının qiymətlərinin və nəqliyyat tariflərinin

nizamlanmasını həyata keçirilməsi;

^ valyuta tənzimlənməsi; ekoloji nəzarət;

beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına kömək edilməsi

və s.

Qeyd edilməlidir ki, bir çox hallarda göstərilən ilk 2 mexanizm

kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin inzibati

mexanizmlərinə aid edilir.

Tənzimləmə iqtisadiyyatın balanslaşdırıİması və sabit-

ləşdirilməsini, həmçinin xarici bazarlarda əmtəələrin rəqabət

qabiliyyətliliyini təmin edir. Dövlət pul və kredit siyasəti vasitəsilə

bazarda investisiya təklifi və tələbinin nisbət və strukturunun

dəyişməsinə təsir göstərə bilir. Bu da bazarda səhmdarlann

davranışını müəyyən edir.

Əslində, bazar iqtisadiyyatı ölkələrində qiymətin səviyyəsinə

bir sıra daxili və xarici amillər təsir edi. Buraya aşağıdakılar aid edilə

bilər: tələb və təklif;

^ əmtəə istehsalına xas olan varlanmaq hərisliyi;

süni surətdə əmtəə qıtlığı yaratmaq meyli;

^ qiyməti qaldırmaq meyli və s.

Digər tərəfdən, istehsal firma və müəssisələrinin kommersiya

fəaliyyətinə təsir edən qiymət təyin (təsbit) etmə, qiymətlərin dövlət

tənzimlənməsi və istehsalın həvəsləndirilməsi amilləri böyük

əhəmiyyətə malikdirlər.

Demək olar ki, bütün ölkələrdə dövlət qiymətəmələgəlməyə

tənzimləyici təsir göstərir və ya birbaşa

264

Page 265: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

olaraq qiymətlərin son həddi və onlara nəzarəti həyata keçirir.

Beləliklə, qiymətlərin müəyyən olunmasında müəssisələrə verilən

sərbəstlik təkcə istehlak tələbi ilə, bazar qiyməti ilə və əmtəə

hərəkəti kanallarının iştirakçıları ilə deyil, həm də müəyyən

dərəcədə dövlətin təsiri ilə məhdudlaşdırılır [37, s. 13].

Sübut olunmuşdur ki, qiymətin əmələ gəlməsini yalnız

istehsalçı və istehlakçının bazar sövdələşməsinə etibar etməklə bu

prosesi bütövlükdə başlı-başına buraxmaq xüsusilə

yolverilməzdir [50, s. 93]. Bu məqsədlə bir çox ölkələrdə

tənzimləmənin qanunlar, sərəncamlar, qərarlar şəklində hüquqi

bazası yaradılmışdır. Digər tərəfdən, onların hamısında bir qayda

olaraq xüsusi dövlət inzibati qurumlar fəaliyyət göstərir. Dövlətin

qiymət tənzimlənməsi funksiyası iqtisadiyyatın səviyyəsinə

uyğun olaraq inkişaf edir. Bu, daha çox özünü ölkədə qiymətlərin

ümumi səviyyəsinə və iqtisadiyyatın sosial sektorunda

vəziyyətinə təsir edən sahələrdə göstərir. Buraya enerji ehtiyatları,

dərmanlar, poçt- teleqraf, telefon qiymətləri və dəmir yol tarifləri

aiddir.

Qiymətlərin dövlət tənzimlənməsi adətən dəyişkən, güzəştli

kreditləşmə sistemi və vergi qoyulması, həmçinin ayrı-ayrı

istehsal sahələrinə birbaşa dotasiyalar ayrılması ilə tamamlanır.

Məsələn, ABŞ-da qiymətlərin təqribən 10%-i tənzimlənir. Kənd

Təsərrüfatı Nazirliyi və bir sıra digər dövlət orqanları tərəfindən

kənd təsərrüfatı məhsulları, enerji daşıyıcıları, başqa sosial

məhsul və xidmətlərin qiymətləri tənzimlənir [101, s. 623].

Avropa İttifaqı ölkələrində də bəzi məhsulların qiymətləri

tənzimlənir. Buraya aşağıdakılar aiddir:

♦ kənd təsərrüfatı məhsulları;

♦ kömür sənayesi məhsulları;

♦ qara metallurgiya məhsulları;

♦ toxuculuq sənayesi məhsulları;

265

Page 266: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

♦ minik avtomobilləri;

♦ proqram idarəetməli dəzgahlar;

♦ elektronika məhsullan;

♦ dərman məhsullan və s.

Xarici ticarətin tənzimlənməsi sisteminin əsas parametrləri

Avropa İttifaqı Komissiyası tərəfindən müəyyən olunur. Ərzaq

məhsullannm xarici ticarətinin əsas tənzimləmə alətləri kimi

kompensasiya yığımları və gömrük rüsumları çıxış edir. Bunlar

daxili bazarı xaricdən idxal oluna biləcək daha ucuz məhsullardan

qoruyur. Kompensasiya yığımlarının səviyyəsi dünya qiymətlərinə

tərs mütənasib olaraq təyin edilir və hər il dəyişdirilə bilir. Bəzi

əsas məhsullar (un, yarma, bitki yağı və s.) üzrə kompensasiya

yığımları daimi və dəyişkən olur. Bununla yanaşı, bir sıra

məhsullar (məs., donuz əti, quşçuluq məhsullan, meyvə və tərəvəz,

şərab, mal əti və balıq məhsullan) üçün əlavə alətlərdən də istifadə

edilir. Eyni zamanda xaric üçün nəzərdə tutulan məhsullar (buğda

və süd məhsullan) ixrac subsidiyaları ilə möhkəmləndirilir. İxracın

subsidiyalaşdırılmasmın mühüm meyarlanndan biri kənd

təsərrüfatı məhsullannm ehtiyatlarının artınlmasıdır. Bəzi hallarda

müvəqqəti olaraq xarici ticarətdə embarqo, ixrac vergisi, idxal

subsuduyaları, idxal və ixrac lisenziyalan kimi alətlərdən istifadə

edirlər [157].

Yaponiyada 70-ci illərin əvvəllərindən qiymətlərin

tənzimlənməsi ilə Hökumətin İqtisadi Planlaşdırma İdarəsinin

Qiymətlər Bürosu məşğul olur və bu ölkədə istehlak qiymətlərinin

təxminən 20%-i tənzimlənir [101].

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28

sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri

(tarifləri) dövlət tərəündən tənzimlənən malların (işlərin,

xidmətlərin) Siyahısı”na müvafiq olaraq Tarif (qiymət) Şurası

ölkəmizdə qiymətlərin dövlət

266

Page 267: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

tənzimlənməsini həyata keçirir. Bu siyahıya iqtisadiyyatın müxtəlif

sahələri üzrə təbii inhisar, dövlət inlıisan və inhisarçı təsərrüfat

subyektlərini əhatə edən 39 istiqamət (elektrik enerjisi, xam neft və

neftdən emal olunan əsas məhsullar, təbii qaz, dövlət mənzil

fondunun yaşayış sahələrindən sosial kirayə və ya kirayə

müqavilələri üzrə istifadəyə, həmin sahələrin saxlanması və

təmirinə görə haqlar, içməli və texniki su, istilik eneıjisi, bütün növ

nəqliyyat və rabitə xidmətləri və s.) daxil edilmişdir [148].

Yanacaq-enerji sahələri istisna olmaqla, sənayenin digər

sahələrində və aqrar sektorda topdan və pərakəndə satış

qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi aparılmır.

Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin əsas

istiqamətlərindən biri də məhsul ixracı zamanı dövlətin özəl

şirkətlərin valyuta və siyasi risklərdən sığortalanmasında

iştirakıdır.

Bu cür sığortalanma əsasən qeyri-sabit iqtisadiyyata,

qeyri-sabit siyasi rejimlərə və korrupsiyaya qurşanmış idarəetmə

sisteminə malik olan ölkələrə məhsul ixracı zamanı tətbiq edilir.

İxracın sığortalanması bir çox inkişaf etmiş ölkələr tərəfindən

tətbiq edilir və onlann digər ölkələrə məhsul ixracının ilhaqının

güclü stimulu kimi başa düşülür. İxrac sığortalanmasını dövlətin

maliyyə və digər köməyindən istifadə edə bilən iri şirkətlər həyata

keçirirlər. Bu cür şirkətlərə misal olaraq, Almaniyanın “Hermes”

şirkətini. Böyük Britaniyanın “İxrac Kreditlərinin

Zəmanətləndirilməsi Departamenti”ni, ABŞ-nın 7 iri

sığorta şirkətini,

Yaponiyanın - Dövlət Sığorta Şirkətini göstərmək olar.

Bu şirkətlərə dövlətin köməyi ondan ibarət olur ki, ixrac

sığortalanması çox aşağı vergi stavkalan ilə həyata keçirilir. Məs,

Yaponiya dövlət şirkətinin stavkası kommersiya ixrac kreditinin

məbləğinin cəmi 0,3%-ni təşkil edir [101]. Sığorta şirkətlərinin

itkilərinin kompensasiyası ayrı-ayrı ölkələrdə

267

Page 268: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

müxtəlifdir. Bununla yanaşı, bəzi ölkələrdə bu, aşağıdakı şəkildə

təzahür edir:

^ dövlət büdcəsindən birbaşa dotasiyalar;

sığortalanmanın bütün növlərinə görə vergilərin aşağı

salınması;

^ sığorta şirkətlərinə güzəştli şərtlərin yaradılması və s.

Digər vacib məsələlərdən biri də yerli məhsulların

(xidmətlərin) dövlət tərəfindən satın alınmasının təşkilidir. Demək

olar ki, bütün inkişaf etmiş ölkələrdə dövlət daxili bazarda mühüm

sifarişçi rolunda çıxış edir. Dövlət ölkə istehsalçılarını müdafiə

məqsədi ilə onlardan istehsal olunan məhsulların müəyyən bir

qismini satın alır.

Dövlət satınalmalarının səmərəliliyi əsas etbarilə

aşağıdakılarla təmin olunur: ♦ satınalma prosedurlarının şəffaflığı; ♦ büdcə vəsaitlərinin qənaətlə xərclənməsi; ♦ satınalmalara görə cavabdeh olan şəxslərin yüksək

məsuliyyətililiyi;

♦ bütün malgöndərənlərin dövlət sifarişlərinə çıxışının

təmin olunmasında ədalətlilik.

Dünya təcrübəsi göstərir ki, dövlət satınalınmasının qeyd

edilən bütün prinsiplərinin daha səmərəli yerinə yetirilməsi üçün

tətbiq olunan üsullardan biri - ictimai müsabiqələrdir.

İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin təsnifatına görə

tədarük orqanlarının müstəqillik səviyyəsi baxımından

müsabiqələr aşağıdakı kimi qruplaşdırılır:

♦ avtomatik - bu zaman müqavilənin əsas şərtləri (tədarük

müddəti, ödəniş şərtləri, texniki təfsilləşdirmə sənədi və s.)

açıqlanır. Bütün qoyulmuş şərtlərə əməl etməyə zəmanət verən və

daha az qiymət təklif edən firma müqaviləni əldə edir. Başqa

sözlə, müqavilənin verilməsi avtomatik xarakter daşıyır;

268

Page 269: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

♦ diskresion - müqavilənin yalnız bəzi şərtləri əvvəlcədən

açıqlandığından tədarük orqanları malgöndərənlərin seçimində

azadlıq əldə edirlər.

Əksər ölkələrdə (ABŞ, Yaponiya, Almaniya, Fransa, İtaliya,

Hollandiya, İspaniya və b.) tədarük (satınalma) siyasəti xüsusi

qanunlarla, digərlərində isə, qayda və ya təlimatlarla tənzimlənir.

ABŞ-da Federal tədarük agentlikləri tərəfindən həyata

keçirilən bütün satınalmalar l984-cü ildə Konqres tərəfindən

təsdiq edilmiş Dövlət Tədarük Qaydaları Məcəlləsi (Federal

Acquisition Regulation, FAR) vasitəsilə nizamlanır. Məcəllədə

bağlanan dövlət müqavilələrinin planlaşdırmadan başlayaraq

idarəetmə məsələlərinə qədər olan bütün mərhələləri təsvir edilir.

Məcəllənin təsdiq edilməsində məqsəd - federal dövlət ehtiyacları

üçün satınalmalarla məşğul olan bütün agentliklər tərəfindən

vahid siyasətin həyata keçirilməsi və vahid tədarük qaydalarının

istifadə olunmasıdır [67, s. 27].

ABŞ qanunvericiliyinə müvafiq olaraq dövlət tədarük

siyasətinin hüquqi müşayiəti və dövlət satınalmalarının müqavilə

sisteminin formalaşması, habelə bu sahədə ümumi əlaqələndirmə

fəaliyyəti Federal Tədarük Siyasəti İdarəsi (Office of Federal

Procurement Policy) həyata keçirir. İnzibati-büdcə idarəsinin

bölmələrindən biri olan bu qurum 1988-ci ildən müstəqil və daimi

fəaliyyət göstərən hökumət orqanına çevrilmişdir. Bu sahədə

tənzimləmə siyasətini həyata keçirməyə imkan verən

qanunvericilik fəaliyyəti ilə yanaşı, qurum federal tədarük

qaydalarına daxil olan direktivlər də qəbul edir.

Məcəlləyə uyğun olaraq ABŞ-da dövlət sifarişi aşağıdakı

prosedur formalarından istifadə edilməklə həyata keçirilir: ♦ açıq hərraclar;

269

Page 270: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M» Hüseynov

♦ ikimərhəbli hərraclar; ♦ d;inışıqlann aparılması; ♦ sadələşdirilmiş tədarük üsullan.

Dövlət idarəetməsinin iqtisadiyyata əhəmiyyətli dərəcədə

təsir etdiyi ölkələrdə (AFR, Fransa və s.) dövlət satınalmalannın

payı yüksək olur. Qeyd edilməlidir ki, keçid iqtisadiyyatlı

ölkələrdə dövlət satınalmalarının milli büdcənin xərc hissəsindəki

payı 50%-ə qədər yüksələ bilir [67].

ABŞ-da dövlət satınalmalarının həcmi milli büdcənin

xərclərinin təqribən 15%-lik hissəsini təşkil edir [63]. Federal

hökumət tərəfindən satın alınan əmtəə və xidmətlərin böyük hissəsi

müdafiə ehtiyaclan üçün nəzərdə tutulmaqla Ümum Milli

Məhsulun xərclərində təqribən 7% təşkil edir. Ştatlann hökumətləri

və yerli özünüidarəetmə orqanları tərəfindən satın alınan əmtəə və

xidmətlər isə, əksinə, əsasən təhsil, yollann tikintisi, polis və

səhiyyənin saxlanılmasına sərf olunur. Ümumilikdə, dövlət sektoru

ölkədə istehsal olunan məhsulun təqribən 20%-ni satın alır [67].

Bunu da qeyd etmək lazımdır ki, dövlət tərəfindən bu

istiqamətə ayrılan xərclər müharibə dövrlərində həmişə daha

yüksək həddə çatmışdır. Məsələn, ABŞ-da 1991-ci ildə federal və

yerli hakimiyyət orqanları özəl sektorda istehsal olunmuş məhsul

və xidmətlərə 1,2 trilyon dollar xərcləmişlər ki, bu da həmin il üçün

ÜMM-un 21%-dən çox olmuşdur [129].

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may

tarixli, 583 nömrəli Fərmanına əsasən, ölkəmizdə Satmalmalar

üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasında

əsas məqsəd - dövlət vəsaitləri hesabına mallann (işlərin və

xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin həyata

keçirilməsidir. Azərbaycan Respublikasında 2012-ci il ərzində

respublikanın dövlət

270

Page 271: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

müəssisə və təşkilatlan tərəfindən müsabiqə yolu ilə 4 mlrd 428

mln 143,11 min manatlıq 14169 satınalma həyata keçirilmişdir.

Bununla da, satınalma predmetinin ehtimal olunan qiymətinin

6,39%-nə qənaət edilmişdir. O cümlədən, dövlət büdcəsinin vəsaiti

hesabına apanlan satmalmalarda 2 mlrd 704 mln 456,6 min manat

məbləğində 13088 müsabiqə keçirilmiş və dövlət vəsaitinin

4,86%-nə qənaət olunmuşdur [169]. Beləliklə də 2012-ci ildə

dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmaların həcmi

büdcə xərclərinin (17 mlrd 476,5 mln AZN) 15,5%-ni təşkil

etmişdir [167].

Dövlət tərəfindən həyata keçirilən ekoloji nəzarət sənaye

müəssisələrinin istehsal və kommersiya fəaliyyətinə böyük təsirə

malikdir. Bu nəzarət istehsal olıman məhsullann ölkə əhalisi üçün

faydalı xarakter daşımasının qanunauyğunluğunu təmin edir. Eyni

zamanda, bu, firma və müəssisələrin istehsal istiqamətlərini

müəyyənləşdirir və onların kommersiya fəaliyyətlərinin

səviyyəsini nizamlayır.

Hazırda ölkəmizdə hakimiyyət orqanlannm xüsusi biznes

subyektləri ilə qarşılıqlı fəaliyyətinin təşkilati formalarının

təkmilləşdirilməsi, dövlət və bazar tənzimləmə mexanizmlərinin

uzlaşdırılmasının təmin edilməsi prosesi gedir. Müasir mərhələdə

dövlətin öz fiınksiyalannın yerinə yetirilməsində inzibati

metodlardan iqtisadi və hüquqi (istehsal-kommersiya sahəsində

iqtisadi münasibətləri tənzimləyən müvafiq qanunvericiliyin

formalaşdırılması) metodlara keçid baş verir.

2003-cü ilin əvvəlindən başlayaraq ölkəmizdə vergilərin

diferensiasiyasına dövlət tərəfindən diqqət yetirilməsi müşahidə

edilir. Belə ki, iqtisadi fəaliyyətin artıniması və sahibkarlığın

dinamik inkişafı məqsədilə mənfəət vergisinin dərəcəsi

2002-2010-cu illərdə 27%-dən 20%-ə qədər azaldılmışdır [53].

Hazırda hüquqi şəxs yaradılmadan sahibkarlıq fəaliyyəti ilə

məşğul olan fiziki şəxslər üçün gəlir

271

Page 272: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M, Hüseynov

vergisinin maksimal məbləği 20%-dir. Əlavə dəyər

vergisinin dərəcəsi 18 faizdir. İllik dövriyyəsi 150 min manat

təşkil edən hüquqi şəxslər və illik dövriyyəsi 90 min manat

olan fiziki şəxslər sadələşdirilmiş vergi sisteminə (Bakı

şəhəri üzrə 4%, bölgələr üzrə 2%) daxil olurlar. Fiziki və ya

hüquqi şəxslər tərəfindən bu hədd keçildikdə, onlar 10 gün

ərzində Vergilər Nazirliyində ƏDV ödəyicisi qismində

qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ilk növbədə sahibkarlıq fəaliyyətinə qarşı

yersiz müdaxilələrin qarşısım almaq üçün Azərbaycan

Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 954 saylı Fərmanı

ilə “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə

edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilmişdir. Bu

siyahıya Azərbaycan Respublikasının Vergilər naziri, onun

müavini, habelə Nazirliyin bir sıra idarə və departament

rəisləri daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-

cu il tarixli 357 nömrəli Fərmanı ilə “Kommersiya (vergi)

sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli

şəxslərin siyahısı” yeni redaksiyada verilmişdir:

1. Vergilər naziri;

Vergilər nazirinin birinci müavini;

Vergilər nazirinin müavinləri;

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji

araşdırmalar baş idarəsinin rəisi;

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş

idarəsinin rəisi;

Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi;

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin

dövlət qeydiyyatı və iqtisadi təhlil baş idarəsinin

2. 3.

4.

5.

3. 7.

rəisi;

8. Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti

Departamentinin rəisi;

272

Page 273: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

9. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin

rəisi;

10. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai

Araşdırılması Departamentinin rəisi;

11. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai

Araşdırılması Departamentinin iqtisadi sahədə

mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi

[5].

Ölkə qanunvericiliyinə uyğun olaraq mallara gömrük

rüsumları tutulduğu vaxt əlavə dəyər vergisi də tutulur. Ölkə

Prezidentinin 2008-ci il 11 noyabr tarixli Fərmanına əsasən,

2009-cu il yanvarın 1-dən Azərbaycan Respublikası dövlət

sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və

nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi

tətbiq edilir. Bu sahədə vahid dövlət orqanının səlahiyyətləri

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə

olunmuşdur.

Azərbaycan qanunvericiliyi Azərbaycana idxal olunan

əmtəələrə bir neçə gömrük rejimi tətbiq edir. Bunlardan xarici

investorlar üçün vacib olanları tranzit, gömrük saxlanılması,

gömrük anbarı, müvəqqəti idxal, gömrük zonalarına giriş və çıxış

rejimləridir.

Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur

(advalor rüsumu - 0-15% - ədəd və ölçü rüsumuna uyğundur).

Aksiz vergisi bəzi növ əmtəələrə (tütün və alkoqol məmulatları)

tətbiq olunur. Azərbaycan məqsədli ƏDV prinsipini qəbul edib ki,

bu da hazırda hər hansı əmtəənin gömrük dəyərindən 18%

həcmində tutulmanı ifadə edir (tətbiq olunan gömrük rejimindən

asılı olaraq, idxal rüsumu və aksiz vergisi). Bəzi kateqoriyalara və

əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq

olunur[140].

273

Page 274: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

İxrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır.

Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və

neft-qaz boru kəməri layihələri üzrə sazişlər çərçivəsində fəaliyyət

göstərən podratçılar və subpodratçılar idxal rüsumunu ödəmədən

və neft-qaz sənayesi təyinatlı əmtəələri məhdudiyyətsiz

Azərbaycana idxal və yenidən ixrac edə bilərlər, “ixrac məqsədli

neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqmda”

Qanuna əsasən, neft-qaz sahəsində podratçılann və

subpodratçılann ixrac məqsədli fəaliyyətinə, eyni zamanda HPBS

rejimli idxala ƏDV 0% dərəcəsi ilə tətbiq olunur.

Hazırda Azərbaycandakı idxal rüsumları beynəlxalq

standartlar baxımından nisbətən aşağı hesab edilə bilər. Məsələn,

Polşada tarif dərəcələrinin maksimum həddi 22%, bütövlükdə

Mərkəzi və Şərqi Avropa ölkələrində isə, 30%- dir [28, s. 57].

Azərbaycan Respublikası Prezidenti tərəfindən 25 oktyabr

2007-ci il tarixli “Sahibkarlıq fəaliyyəti subyektlərinin

fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi

tədbirləri haqqında” Sərəncam (X22458) imzalanmışdır.

Sərəncama əsasən ölkə üzrə vahid dövlət qeydiyyatı orqanı

Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmiş

və 2008-ci il 1 yanvar tarixindən onun tətbiqinə başlanılmışdır.

"Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə

başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt

30 gündən 3 günə endirilmişdir. Hazırda ölkədə əlverişli biznes

mühitinin yaradılması məqsədilə beynəlxalq təcrübənin

öyrənilməsi davam etdirilir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri

haqqında” Qanuna (Maddə 7-1.) görə, “Hüquqi şəxs statusunu

almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici

kommersiya hüquqi şəxslərinin nümayən

274

Page 275: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

dəlik və filiallarının dövlət qeydiyyatı 5 gündən gec olmayaraq

həyata keçirilməlidir” [7].

4 dekabr 2001-ci il tarixli, 223-IIQ>fo-li “Dövlət rüsumu

haqqında” Azərbaycan Respublikasının Qanununa (maddə

20-1.3.) görə, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı

rüsumsuz aparılır [6]. Bundan başqa, nizamnamə kapitalmın

əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial

qaydada təsdiqlənməsi artıq tələb olunmur.

Hüquqi şəxslərin qeydiyyatının daha da təkmilləşdirilməsi

nəticəsində onların elektron qeydiyyatının həyata keçirilməsinə

başlanılmışdır [142]. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı

adi (yəni 3 gündən gec olmayaraq) və ya sürətli elektron dövlət

qeydi>7atı qaydasında həyata keçirilir. Sürətli elektron dövlət

qeydiyyatı dedikdə (hüquqi ünvanı yeganə təsisçi kimi çıxış edən

fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli

investisiyalı cəmiyyətin real vaxt rejimində aparılan elektron

dövlət qeydiyyatı başa düşülür. Elektron dövlət qeydiyyatının

həyata keçirilməsi üçün Vergilər Nazirliyinin "İnternet vergi

idarəsi"ndə yerləşdirilmiş elektron ərizə forması doldurularaq

gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Qeydiyyat

zamanı Vergilər Nazirliyinə yanlış məlumatların verilməsinin

qarşısını almaq məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə əsasən

belə hallara yol vermiş fiziki şəxslərin 700 manat, hüquqi şəxslərin

isə 4000 manat cərimə olunması nəzərdə tutulur.

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün

qeydiyyatı aparan müvafiq vergi orqanına forması və doldurulma

qaydası Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən

müəyyən edilən "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı

haqqında ərizə"si ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə

təsisçi olduqda isə bütün

275

Page 276: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimliy M.M. Hüseynov

təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs

tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

2002-ci ilə qədər sahibkarlıq-kommersiya fəaliyyətinin

240-dan çox növlərinin həyata keçirilməsi üçün müxtəlif dövlət

orqanlarından xüsusi lisenziyalar almaq tələb olunurdu. Bütün

bunlar ölkədə sağlam rəqabət mühitinin formalaşması,

sahibkarlığın inkişafı və istehlakçıların hüquqlarının qorunması

sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsinə mane olan

inzibati-bürokratik əngələ çevrilmişdi. Azərbaycan Respublikası

Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanına əsasən,

kommersiya fəaliyyətinin əksər növləri üçün lisenziyalaşdırma

ləğv olunmuşdur və hazırda lisenziyanın alınması bank işi, sığorta,

audit, daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət və s. üçün tələb

olunur. Lisenziyanın uzadılma müddəti 5 ildir.

Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi digər

məsələlərlə yanaşı, bu sahədə dövlət tənzimlənməsinin əsas

istiqamətlərini işləyib hazırlayır, dövlət orqanlan və təsərrüfat

subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə

riayət edilməsinə nəzarət edir, lisenziyalaşdırma qaydalarının

tətbiqinə dair izahatlar verir, lisenziya verən dövlət orqanlarına

metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirir.

Nazirliyin lisenziyalaşdırma məsələləri üzrə sərəncamı mərkəzi

icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və yerli

özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburi

xarakter daşıyır.

Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf

səviyyəsindən asılı olmayaraq müəssisələrin kiçik, orta və iri

sahibkarlığa aid edilməsi demək olar ki, bütün bazar iqtisadiyyatı

ölkələrində həyata keçirilir. Həm də bu zaman əsas meyar kimi

işçilərin sayı qəbul edilir.

276

Page 277: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20

aprel tarixli 57 nömrəli qərarı ilə “İqtisadi fəaliyyət növləri üzrə

kiçik sahibkarlıq subyektlərinin

müəyyənləşdirilməsi meyarlarının hədləri” təsdiq edildi.

Beləliklə də, 2005-ci ildən etibarən işçilərinin sayı 40

nəfərdən və illik dövriyyəsi 200 min manatdan az olan sənaye

müəssisələri kiçik, işçilərinin sayı 40 nəfər və daha çox olan və

illik məhsul (xidmətlər) istehsalının həcmi 200 min manatdan çox

olan sənaye müəssisələri isə, iri və orta sahibkarlıq subyektləri

hesab olunurdular.

“Kiçik sahibkarlığa dövlət köməyi haqqında”

Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin

icrasını təmin etmək məqsədi ilə Azərbaycan

Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli

Qərarı ilə iqtisadi fəaliyyət növləri üzrə kiçik

sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının

hədləri yeni redaksiyada təsdiq edilmişdir. Qərara əsasən,

işçilərinin sayı 50 nəfərdən az və illik dövriyyəsi 500 min

manatadək olan sənaye müəssisələri kiçik sahibkarlıq subyektləri

hesab olunurlar/CaJva/ 9.1.)

Azərbaycan Respublikasında iqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi

meyarlarının hədləri Cədvəl 9.1.

Sahibkarlıq kateqoriyası İşçilərin orta

siyahı sayı (nəfər)

İllik dövriyyə (ƏDV, aksiz daxil olmadan)

Sənaye və likinii <50 < 500 min manat Kənd təsərrüfatı <25 < 250 min manat

Topdansatış ticarət < 15 < 1 mln. manat Pərakəndəsatış ticarət,

nəqliyyat, xidın.-)! və digər iqtisadi fəaliyyət növləri < 10 < 250 min manat

277

Page 278: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli^ M,M. Hüseynov

Beləliklə də, inkişaf etmiş ölkələrin təcrübəsinə və

beynəlxalq qurumların tövsiyələri nəzərə alınmaqla ölkəmizdə

yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il

müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin sayı əsas

götürülür. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə

məşğul olan fiziki şəxslərin kiçik sahibkar kimi

müəyyənləşdirilməsində isə, illik dövriyyə əsas götürülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel

2010-cu il tarixli 72 saylı qəranna əsasən 2005-ci il 20 iyun tarixli

108 nömrəli qərar ilə təsdiq edilmiş "Kommersiya təşkilatlannm

(kredit təşkilatlanndan, sığorta şirkətlərindən, investisiya

fondlarından, qeyri-dövlət (özəl) sosial fondlanndan, qiymətli

kağızlan fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa)

ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar

göstəriciləri" aşağıdakı kimi müəyyən edilmişdir: • İllik gəlir - 120 mln. manat; • Hesabat ili ərzində işçilərin orta hesabla sayı - 1500 nəfər;

• Balansın yekun məbləği - 300 mln. manat [141].

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il

15 aprel tarixli 80 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında

ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət

göstərilməsi) Qaydalan təsdiq edilmişdir. Qaydalarda aşağıdakı

bölmələr öz əksini tapır:

1. Ümumi müddəalar;

2. Mallann qəbulu, saxlanması və satışa hazırlanması;

3. Malların satışı;

4. Alıcı və sifarişçilərlə hesablaşma;

5. İctimai iaşə sahəsində fəaliyyət göstərən obyektlərdə

istehsalın və istehlakçılara xidmətin təşkilinin

xüsusiyyətləri;

278

Page 279: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

6. Məişət və digər xidmət obyektlərində istehlakçılara

göstərilən xidmətlərin (yerinə yetirilən işlərin) bəzi

xüsusiyyətləri;

7. Təsərrüfat obyektlərinin saxlanmasına və onun işçilərinə

dair sanitar tələblər;

8. Bu qaydalara riayət edilməsinə nəzarət və onlann

pozulmasına görə məsuliyyət [148].

Bu Qaydalar Azərbaycan Respublikası ərazisində

tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün

hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti

ilə məşğul olan fiziki şəxslərin (sonradan hüquqi və fiziki şəxslər),

onlann ticarət (topdan, pərakəndə və ictimai iaşə), məişət və digər

növ xidmət obyektlərinin (fəaliyyətin birbaşa həyata keçirildiyi

yer) fəaliyyətlərini tənzimləyir.

Ticarət, məişət və digər xidmət obyektlərinin işçiləri bu

Qaydaları bilməli və onlara riayət etməlidirlər. İctimai iaşə, məişət

və digər xidmət sahələrində ticarət, istehsal, xidmət fəaliyyətlərini

həyata keçirən hüquqi və ya fiziki şəxslərlə onlann xidmət etdiyi

sənaye obyektləri, firmalar, idarə və təşkilatlar arasında qarşılıqlı

münasibətlər müvafiq müqavilələrlə müəyyən edilir.

Belə ki, topdansatış ticarət obyektlərindən mallar hüquqi

şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə

məşğul olan fiziki şəxslərə bağlanmış müqavilələr əsasında satılır.

Topdansatış ticarəti ilə məşğul olan obyektlərdə malların

pərakəndə satışı qadağandır. Pərakəndə satış obyektlərindən

malların topdansatışı, topdansatış qaydaları göstərilməklə müvafiq

sənədləşmə əsasında apanla bilər.

Beynəlxalq iqtisadi inteqrasiyanın hazırkı inkişaf

mərhələsində kommersiya fəaliyyətinin tənzimlənməsi sahəsində

dövlət siyasətinin qarşısında müəyyən vəzifələr durmalıdır.

Bunlardan biri, ölkədə daxili istehlak bazannın

279

Page 280: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. tbrahimlU M. M. Hüseynov

inkişafı üçün zəruri şəraitin yaradılması prosesində mümkün

xarici iqtisadi təsirlərin nəzərə alınması ola bilər. Bu vəzifənin

yerinə yetirilməsi üçün müvafiq dövlət orqanları tərəfindən yerli

istehlak bazarında cərəyan edən proseslərə, təsərrüfat

subyektlərinin iqtisadi təşkilatlarla qlobal və regional səviyyədə

işgüzar münasibətlərə diqqətin artırılması vacibdir.

Yoxlama üçün suallar:

♦ Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

mahiyyətini izah edin.

♦ Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinə olan

yanaşmaları açıqlayın.

♦ Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

zəruriliyi nə ilə izah edilir?

♦ Dövlətin bazar iqtisadiyyatında makro- mikro səviyyədə

tənzimləmə formalarının əsas istiqamətlərini göstərin.

♦ Birbaşa dövlət tənzimlənməsinin başlıca istiqamətləri

hansılardır?

♦ Dövlət tənzimlənməsinin dolayı metodlarına nələr aid

edilir?

♦ Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

normativ-hüquqi əsasları öz əksini hansı sənədlərdə

tapır?

♦ Avropada ticarət hüququnun əsas mərhələlərinin

xüsusiyyətlərini izah edin.

♦ Almaniya, Yaponiya, Estoniya, ABŞ və Rusiya

Federasiyasında kommersiya fəaliyyətinin dövlət

tənzimlənməsinin normativ-hüquqi əsaslarının fərqli

xüsusiyyətlərini göstərin. ♦ Kommersiya reyestri nədir?

280

Page 281: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Kommersiya reyestrində hansı öhdəliklər nəzərdə

tutulur?

Ayrı-ayrı ölkələrdə kommersiya fəaliyyətinin dövlət

tənzimlənməsinin təşkilati strukturlarının əsas

xüsusiyyətlərini göstərin.

Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin

iqtisadi mexanizmlərinə nələr aiddir?

Dövlət satınalmmasında tətbiq olunan ictimai

müsabiqələr tədarük orqanlarının müstəqillik səviyyəsi

baxımından necə qruplaşdırılır?

Azərbaycan Respublikasında kommersiya fəaliyyətinin

dövlət tənzimlənməsinin xarakterik xüsusiyyətlərini

açıqlayın.

Azərbaycan Respublikasında iqtisadi fəaliyyət növləri

üzrə kiçik sahibkarlıq subyektlərinin hədləri necə

müəyyənləşdirilmişdir?

281

Page 282: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimliy M,M. Hüseynov

X FƏSIL. MÜASİR ŞƏRAİTDƏ KOMMERSİYA

FƏALİYYƏTİNİN TƏŞKİLİ

XÜSUSİYYƏTLƏRİ

10.1. Kommersiya fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadənin əsas istiqamətləri

10.2. Elektron kommersiya - kommersiya fəaliyyətinin innovativ forması kimi

10.3. E-kommersiyanın modelləri və növləri 10.4. E-kommersiyada ödəniş sistemləri 10.5. E-kommersiyanm inkişaf perspektivləri 10.6. AzərbaycandaİKT-nin inkişafıfonunda

e-kommersiyanm müasir vəziyyəti

10.1. Kommersiya fəaliyyətində informasiya-

kommunikasiya texnologiyalarından istifadənin əsas

istiqamətləri

İstehsal müəssisəsi bazara məhsul göndərməklə yalnız pul (həmin məhsulun dəyəri) deyil, həm də gələcək fəaliyyəti üçün çox qiymətli olan məlumat - informasiya əldə edir.

Müasir dövrdə istehsal müəssisəsi yalnız o zaman müvəffəqiyyət qazana bilər ki, onun rəhbərliyi təsərrüfat fəaliyyətinin bütün istiqamətləri üzrə kifayət qədər tam, real və vaxtında daxil olan informasiyaya malik olsun.

İnformasiya-kommunikasiya texnologiyalanndan (İKT) istifadə şirkətdaxili strukturlarda kommersiya fəaliyyətinin təşkili və idarə edilməsi sahəsində köklü dəyişikliklərə səbəb olmuşdur. İKT-dən istifadə etməklə müəssisə rəhbərliyi kommersiya fəaliyyətinin nəticələrindən daha tez xəbərdar olur. Bu isə, yaranan problemlərin vaxtında aradan qaldırılmasına və səmərəliliyin əldə olunmasına köməklik edir. Müasir dövrdə kommersiya fəaliyyətində İKT-dən istifadə edən firmaların sayı ildən-ilə artmaqdadır.

İKT-dən aşağıdakı istiqamətlərdə istifadə etmək mümkündür:

282

Page 283: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

y y y

y

y

y tədarük və satış proseslərində mümkün variantların yoxlanılması (proqnozlaşdırma); satışın planlaşdırılması; marketinqin planlaşdırılması; reklamın planlaşdırılması; əldə edilən nəticələrə nəzarət edilməsi; məhsulların anbarlaşdıniması; sazişlərin bağlanılması və s.

İKT-nin mühüm tərkib hissəsi kimi İnternet şəbəkəsinin müasir kommersiya proseslərində, xüsusilə də beynəlxalq kommersiya fəaliyyətində rolu böyükdür. Son illərdə dünya miqyasında qloballaşma, elektron rabitə və informasiya sistemlərinin inkişafı istehsal müəssisələrinin əməkdaşlıq və alıcılara qarşı münasibət haqqında baxışlannı da qismən dəyişdirmişdir. Nəticə etibarilə, beynəlxalq kommersiyanın xüsusiyyətlərini formalaşdıran yeni sahibkarlıq modeli meydana gəlmişdir.

Qlobal şəbəkə iqtisadiyyatı “Networks Economy” adı almışdır. Bu sahəni “New Economy” (“Yeni İqtisadiyyat”) və ya “Internet Economy” (“İnternet İqtisadiyyatı”) kimi də adlandırırlar. Şəbəkə iqtisadiyyatının cəlbediciliyi və səmərəliliyi elektron fəaliyyəti mümkün edən iqtisadi subyektlərin sayından və elektron infrastrukturun inkişafından asılıdır. Elektron biznes aşağıdakılardan ibarətdir:

• elektron kommersiya (e-commerce); • elektron tədarük və ya alqılar (e-procurement);

• sifarişçilər üçün elektron xidmət (e-care for customers);

• işgüzar tərəfdaşlar üçün elektron xidmət (e-care for Business

Partners);

• əməkdaşlar üçün elektron xidmət (e-care for employees);

• nüfuzlu insanlar üçün elektron xidmət (e-care for influenc- ers).

283

Page 284: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli^ M,M. Hüseynov

10.2. Elektron kommersiya - kommersiya fəaliyyətinin

innovativ forması kimi

İnternet vasitəsilə aparılan sahibkarlıq fəaliyyətinin əsas

növlərindən biri kimi, elektron kommersiya və ya “e-kommersiya” adı

altında informasiya şəbəkələrinin köməkliyi ilə həyata keçirilən istənilən

işgüzar sövdələşmə formaları və alqı-satqı əməliyyatları başa düşülür.

Bu sövdələşmələrin yerinə yetirilməsi nəticəsində tərəflər (fiziki və

hüquqi şəxslər) arasında heç bir fiziki mübadilə və ya fiziki əlaqə

olmadan maddi əmtəə və ya xidmətin mülkiyyət hüququ və ya onlardan

istifadə hüququnun ötürülməsi prosesi baş verir.

“Elektron kommersiya” anlayışı internetdə ticarətdən (e- ticarət)

daha genişdir, çünki ona elektron kommersiya fəaliyyətinin bütün

növləri daxil olur. E-kommersiya çoxcəhətli olması ilə səciyyələnir.

E-kommersiyanın yayılma sahələrinə aşağıdakılar daxildir:

- marketinq, satış və satışlara yardım;

- satışöncəsi fəaliyyət, ilkin razılaşmalar, çatdırılmalar;

- maliyyələşdirmə və sığortalama;

- kommersiya əməliyyatları: sifariş, əldə etmə, ödəniş;

- satışdan sonrakı xidmət;

- məhsulun birgə hazırlanması;

- birgə istehsal;

- ümumi və şəxsi xidmətlərdən istifadə;

-biznes inzibatçılığı (müqavilələr, icazələr, vergilər, gömrük və s.);

- nəqliyyat, daşınma və təchizat üsulları;

- ümumi alqılar;

- elektron məhsullarla ticarət;

- mühasibat uçotu;

- mübahisəli məsələlərin həll edilməsi.

284

Page 285: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Elektron kommersiya - müəssisələr, təşkilatlar və fərdi şəxslər

arasında olan münasibətlərin bir formasıdır. Bu zaman məhsulların

göndərilməsi üzrə təsərrüfat əlaqələri tərəflər arasında sərbəst olaraq

elektron şəbəkələrin köməyi ilə formalaşdırılır.

E-kommersiyanın ilk sistem və üsullarının yaranmasında

aviabiletlərin satışının avtomatlaşdırılması texnologiyasının, plastik

kartların və müəssisələrdə ehtiyatların idarə edilməsinin

avtomatlaşdırılmış sistemlərinin meydana gəlməsinin böyük rolu

olmuşdur.

1960-cı ildə “American Airlines” və “IBM” şirkətləri

aviareyslərdə yerlərin əvvəlcədən sifariş verilməsinin

avtomatlaşdırılması sisteminin yaradılması üzrə işlərə başladılar.

Beləliklə, “SABRE” (Semi-Automatic Business Research Environment)

sistemi sərnişinlərə tarif və reyslər haqqında dolğun məlumat verməklə

hava uçuşlarını onlar üçün daha əlverişli etdi. Hesablaşmaların

avtomatlaşdınlması, nəticə etibarilə, həm də xidmətlərin dəyərini də

aşağı saldı. Bunu elektron kommersiyanın ilk sistemi olaraq qəbul etmək

olar. Artıq 1964-cü ildə sistem gün ərzində 26 min sərnişin üçün yerlər

saxlanılmasına imkan yaradırdı. Ölkənin 50-dən artıq şəhərində

“American Airlines” şirkətlərinin telefon xətləri vasitəsilə “SABRE”

sisteminə qoşulmuş terminalları fəaliyyət göstərirdi.

İqtisadiyyatın digər sahələri ilə müqayisədə e-kommersiyanın

inkişaf tarixi çox azdır. E-kommersiya bazarının dinamik inkişafı son

20-25 ilə təsadüf edir. Bu, aşağıdakılarla şərtlənir:

• internet-istifadəçilərin sayının kəskin şəkildə artması;

• sosial şəbəkələrin və digər interaktiv “onlayn” platformaların

təsirinin çoxalması;

• elektron ödəmə sistemlərinin dinamik inkişafı;

• aparıcı veb-servislərin Web 1.0 texnoloji platformasından Web

2.0 platformasına keçidi və s.

E-kommersiya bir vaxtlar telefon, telegörüntü, faks, elektron

məktub və s. vasitələr kimi bizim adət etdiyimiz ənənəvi biznes

285

Page 286: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

dünyasını dəyişdirir. Misal üçün, əvvəllər yalnız beynəlxalq (transmilli)

şirkətlər öz məhsul və xidmətlərini bir çox ölkələrdə satışa çıxarmaq

imkanından faydalanırdılar. Hazırda isə, e- kommersiya inkişaf

səviyyəsindən fərqli olmayaraq istənilən bir ölkənin kiçik və orta

sahibkarlıq subyektlərinə malları və xidmətlərini dünya bazarına

çıxarmağa imkan verir. Bütün bunlar beynəlxalq ticarət-kommersiya

əməliyyatlanmn iştirakçılarının (şirkətlərin və istehlakçılann) sayını

xeyli artırmışdır. Eyni zamanda, beynəlxalq ticarət-kommersiya

əməliyyatlarının inkişafı ilə əlaqədar olaraq, istehlakçıların ödənişlərinin

də beynəlxalq əhəmiyyəti artır.

İnternet vasitəsilə adətən aşağıdakı kommersiya əməliyyatlan

həyata keçirilir:

• kommersiya tərəf müqabillərinin (malgöndərənlərin və yaxud

müştərilərin) axtaniması; ® yeni tədarük və satış üsullarının axtarıb tapılması; • dilerlərlə aparılan əməliyyatlann avtomatlaşdırılması;

• pərakəndə internet-mağazaların yaradılması və onlan inkişaf

etdirilməsi və s.

İnternet vasitəsilə apanlan sahibkarlıq fəaliyyətinə əsasən

aşağıdakılar daxildir:

® Məhsullann, o cümlədən elektron məhsulların. (proqram

təminatı və s.) təqdim edilməsi və xidmətlərin göstərilməsi;

® Elektron maliyyə fondlarının yaradılması, köçürülməsi və

istifadə edilməsi;

® Qiymətli kağızların və digər maliyyə alətlərin "onlayn" ticarəti;

® Elektron məlumatlann satışı, mübadiləsi və təhlili və bunlarla

bağlı digər əməliyyatlar.

E-kommersiya mahiyyətcə həm istehsal vasitələri, həm də istehlak

predmetləri olan mal resurslarının bütün toplusunu əhatə edir.

E-kommersiya pərakəndə internet-mağazalar çərçivəsi ilə

məhdudlaşmır. Artıq istehsal müəssisələri, habelə xammal və

286

Page 287: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

material təchizatçıları kommersiya əlaqələrinin bu növünə müraciət

edirlər. Bu gün internet-kommersiyanın əhatə dairəsi daşınmaz əmlak

bazarından tutmuş qiymətli kağızlar bazannadək olan mühiti əhatə edir.

E-kommersiya aşağıdakı məqsədlərə xidmət edir:

- firma və yaxud məhsullar (xidmətlər) barədə xoş təəssüratın

formalaşdın İması;

-internet istifadəçilərinin firma və yaxud məhsul (xidmət) barəsində

daha dolğun informasiyaya malik olmasına şərait yaradılması;

-qrafika, səs, animasiya, videotəsvir və bir çox digər vasitələrdən

istifadə etməklə məhsul haqqında tam məlumat verilməsi;

-bazarda olan vəziyyətə operativ qaydada münasibət bildirilməsi:

prays-vərəqlərdə olan göstəricilərin təzələnməsi, firma, və yaxud şirkətin

mallan barəsində məlumatlara olan əks əlaqənin vaxtında

dəqiqləşdirilməsi;

-məhsulun internet vasitəsilə satışı ilə yeni ticarət nöqtələrinin

açılmasına ehtiyacın azaldılması, başqa sözlə, bir virtual nümayəndəliyin

mövcudluğu ilə korporativ xərclərin azaldılması və gəlirlərin artırılması

və s.

E-kommersiyanın 3 əsas tərkib hissəsi var:

1. iştirakçılar;

2. proseslər;

3. şəbəkələr.

E-kommersiyanın qeyd edilən tərkib hissələrinin bir-biri ilə

qarşılıqlı əlaqələrini şəkil 10. L- dəki sxemdə göstərildiyi kimi təsvir

etmək olar:

Ənənəvi kommersiya sövdələşmələrinin tərkibinə daxil olan

proseslər (bazarın tədqiqi, kommersiya tərəfdaşmm axtanşı,

hesablaşma-ödəmə əməliyyatlan, risklərin sığortalanması və s.) e-

kommersiya üçün də xarakterikdir. Sifarişlər, daşınma, məhsulu əldə

etmə, hesablaşma dövriyyəsi və s. daxil olmaqla kommersiya

sövdələşmələri elektron üsulla həyata keçirilə bilər.

287

Page 288: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Şəkil 10. L E-kömmersiyanm tərkib hissələri.

Alqı-satqı sövdələşməsini həyata keçirmək məqsədilə konkret

e-mağazaya daxil olan alıcı aşağıda təqdim edilən bir sıra mərhələlərdən

keçir:

• mağazaya giriş və vitrinlərinin nəzərdən keçirilməsi;

• kataloqa baxış;

• məhsulların seçimi;

• sifarişin verilməsi;

• məhsula görə ödənişin həyata keçirilməsi / məhsulun əldə

edilməsi;

• zəmanət xidməti.

10.3. E-kommersiyanın modelləri və növləri

E-kommersiyanın 2 modeli məlumdur; 1. üfüqi model; 2. şaquli model. Üfüqi model biznes təşkilatının aşağıdakı tərkib hissələri var: 1. Bazarın tədqiqi;

288

Page 289: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

2. Satışlar; 3. Məhsul çatdırmalan; 4. Ödəmələr. Praktiki nöqteyi-nəzərdən üfıiqi model özündə elektron mühit

mərhələlərini əhatə edir. Modelin son 3 elementlərindən (müqavilə, məhsul çatdırılması və ya ödəmə) hətta 2-si belə şəbəkədə təqdim olunarsa, onlardan biri mütləq elektron sövdələşmədə iştirak edəcəkdir.

Üfüqi modelin quruluşu aşağıdakı şəkildəki kimi təsvir edilir:

Zəruri alətlər

Veb-sayt

^ E-kommersiya Veb- saytlarla işləmək imkanı vermişdir

► Rəqəmsal çatdırma (məs. ,informasiya məhsulu) və ya www vasitəsilə malgöndərlə əlaqə

Şəkil 10.2. E-kommersiyamn üjuqi modeli.

E-kommersiyanın şaquli modeli müxtəlif iştirakçı tərəflərin

(dövlət və hökumət qurumları, müəssisələr) e-kommersiyanın inkişafı

üçün şəraitin yaradılmasında əməli rolunu göstərir. Ona aşağıdakı

səviyyələr daxildir:

• telekommunikasiya infrastrukturu;

• elektron məlumat;

289

Page 290: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

• əsas qaydalar;

• müxtəlif sahələr üzrə qaydalar;

• korporativ strategiyalann tətbiqi və reallaşması.

Şaquli modelin əsas xüsusiyyətləri aşağıdakı cədvəldə əks olunur: E-kommersiyanın şaquli modelinin əsas xüsusiyyətləri

Cədvəl 10.1.

Şaquli modelin səviyyəsi

Diqqət mərkəzi

Əsas alətlər (dilerlər)

Əlavə alətlər (köməkçilər)

Korporativ strategiyalann tətbiqi və reallaşması

Sistemlərdə təcrübi tətbiq olunma (B2B, B2C, B2G)

Müəssisələr və dövlət

UNCNAD, Dünya Bankı (WB), İTC (ixracın həvəsləndi- rilməsi, ictimai təminat)

Müxtəlif sahələr üzrə qaydalar

Sahəvi qaydalar, xüsusi təlimatlar, sahənin inkişafı üzrə siyasət və strategiya

Sahəvi biznes qruplan, ÜTT, xüsusi təşkilatlar (nəqliyyat, turizm, bank)

UNCNAD (trendlər, təcrübə mübadiləsi, təhlil), Dünj'a Bankı, OECD, tCC və s.

Əsas qaydalar E-kommer- siyamn inkişafı sahəsində ümumi q^da, göstəriş və siyasət

ÜTT (ticarət), WIPO (intellektual mülkiyyət), UNCİTRAL

(tipik qanunlar), ICANN (internet)

UNCNAD (inkişaf məsələləri, təhlil, ticarət məsələləri), OECD (istehlakçılann müdafiəsi, vergilərin həcmi), biznes qruplar

Elektron məlumat

Standartlaşdın İmiş normalar

ISO, UNECE/CEFA CT, İTU

UNCNAD (İrəlilədilmə məsələləri), milli və regional institutlar

Telekommuni kasiya infiastruktunı

İnfrastruktur və avadanlıq

İTU, WB, özəl sektor, hakimiyyət

UNCNAD (məlumatın ötürülməsi və mübadiləsinin tənzimlənməsi məsələləri)

290

Page 291: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

E-kommersiyanm şaquli modelinə əsasən, e-kommersiyanın öz

əsasında inkişafı üçün zəruri olan ilkin tələblər internetin inkişafı üçün

olan tələblərlə eynidir. Onlar modelin birinci səviyyəsini, daha doğrusu,

telekommunikasiya infrastrukturunu təmsil edirlər. Buraya aşağıdakılar

aiddir: • xüsusi proqram təminatı; • telekommunikasiya və rabitə;

• transaksiyaların təhlükəsizlik sistemləri;

• xüsusi ödəmə sistemləri və s.

Adətən, e-kommersiyanı istehlakçılann məqsədli qruplan

baxımından ayn-ayn növlərə ayınrlar!

B2B və ya biznes — biznes (ingilis dilində Business to- Business)

sxemi. Bu zaman qarşılıqlı əlaqənin həyata keçirilməsi prinsipi çox

sadədir: müəssisə digər müəssisə ilə ticarət əlaqəsinə girir. B2B —

müasir dövrdə elektron kommersiyanın daha perspektivli və fəal inkişaf

edən istiqamətlərindəndir. E-ticarətin təxminən 80%-i bu növ

əməliyyatlar təşkil edir. İnternet- platformalar bütün mərhələlərdə

əməliyyatlann apanimasını əhəmiyyətli şəkildə sadələşdirməyə, ticarəti

daha operativ və şəffaf etməyə imkan yaradır. Belə hallarda sifarişçi

tərəfin təmsilçisi tez- tez satıcının göstəricilər bazası ilə işləməklə

sifarişlərin yerinə yetirilməsi prosesinə interaktiv nəzarət imkanı əldə

edir. B2B sövdələşməsinə misal olaraq şirkət tərəfindən digər şirkətlərdə

istifadə edilmək üçün internet saytlar üçün şablonlann satışım göstərmək

olar. Sözsüz ki, buraya həm də əmtəələrin topdan çatdırılmasını və ya

analoji sifarişlərin yerinə yetirilməsini nəzərdə tutan istənilən qarşılıqlı

fəaliyyət aid edilir.

B2B bazarının iki ilkin komponenti mövcuddur:

1. E-ffastruktur - əsasən aşağıdakı əməliyyatlan təşkil edir:

• daşınma, saxlanma və bölüşdürülmə (Procter and Gamble

şirkəti);

• proqram-aparat resurslarının təchizatı (Oracle and Linkshare);

291

Page 292: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlif M.M. Hüseynov

• real vaxtda auksionların təşkili (Moai Technologies and

OpenSite Technologies);

• qiymətli kağızların "on-line" ticarəti (eShare, NetSales, İXL

Enterprises).

2. E-bazar - alıcıların və satıcıların bir-biri ilə əlaqələrin

qurulmasına və əməliyyatların aparılmasına imkan verən internet

saytları bildirir. Burada IBM, Hewlett Packard (HP), Cisco və Dell kimi

məşhur şirkətlərin təcrübələrini^ qeyd etmək olar. Məs., “Cisco” şirkəti

məhsullarının 90%-ni internet vasitəsilə verilmiş sifarişlər əsasında

təqdim edir.

• B2C və ya biznes - istehlakçı (Business-to-Customer) sxemi. Bu

zaman müəssisə birbaşa olaraq müştəri ilə (fiziki şəxslə) ticarət aparır.

Adətən, burada söhbət əmtəələrin pərakəndə satışından gedir. Bu üsul

müştəriyə alqı prosedurunu sadələşdirmək və tezləşdirmək imkanı

yaradır. Ona lazım olan əmtəəni seçmək üçün mağazaya getmək lazım

gəlmir: malgöndərənin internet saytında əmtəənin xüsusiyyətlərini

nəzərdən keçirmək, uyğun məhsulu seçərək onu sifariş etmək kifayətdir.

İnternetin imkanlan kommersanta operativ surətdə tələbi izləməyə

imkan yaradır. Ticarətin bu növünə misal olaraq bilavasitə məqsədli

əmtəə istehlakçı qruplarına istiqamətlənmiş ənənəvi İnternet

mağazalarını göstərmək olar. Məhsulların şəbəkə vasitəsilə pərakəndə

satışının aşağıdakı sistemləri misal göstərilir:

- elektron ticarət mağazalar sırası (supermarketlər);

- internet vitrinlər;

- internet mağazalar;

- internet hərraclar [122, s. 128].

İnternet-mağazanın strukturu adi mağazaların quruluşundan çox az

fərqlənir. Daimi müştərilərin mövcudluğu internet-mağaza üçün də çox

vacibdir, çünki onun dövriyyəsinin yarısı “təkrar alıcılar” vasitəsilə

təkrarlanıb çoxalır. İnternet-mağazanın uğurlu işinin əsasını planauyğun

və səmərəli qaydada həyata keçirilən

292

Page 293: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

marketinq və reklam tədbirləri təşkil edir. E-kommersiya müəssisəsinin

texnoloji prosesinə aşağıdakı xüsusiyyətlər xasdır:

məlumatlandırılma - potensial alıcıların məhsul haqqında

məlumatları rahat əldə etməsi, səmərəli axtarış sisteminin mövcudluğu,

mallar haqqında əlavə məlumatların olması, operativlik, məhsullar

haqqında məlumatların daima yenilənməsi;

regionluq - regionların əhatə olunmasının genişliyi və onlarda

məhsulların çatdırılması sisteminin səmərəliliyi;

^ pərakəndə halqa - elektron satış sisteminin konkret alıcılara

doğru istiqamətləndirilməsi;

^ sifarişin rahatlığı - malın alış üçün seçiminin sadəliliyi və

əyaniliyi, sifarişin yerinə yetirilməsi mərhələsi haqqında məlumatın

mövcudluğu və operativliyi;

çeşid - əhalinin müxtəlif tələbatlarının daha dolğun ödənilməsi

və istehsal proseslərinin optimallaşdırılması;

ödənişin rahatlığı - ödəniş mexanizminin müştərilər üçün

operativ və əlverişli olması, ödənişlərin eyniləşdirilmə imkanı,

kreditləşdirmə, sığortalanma üzrə əlavə xidmətlər və s.

sifarişin alınması - xidmət olunan regionda müştərilərə malın

çatdırılması imkanları və operativliyi;

^ müştərilər ilə əks əlaqə - xidmətin keyfiyyətini qiymətləndirməyə

imkan verir, daimi alıcılara əlavə güzəştlər verir, sabit alıcı qruplarını

formalaşdırır və satış bazarım genişləndirir.

E-kommersiya müəssisələrindəki texnoloji proseslərə aid

göstərilən xüsusiyyətlər şərtidir. Bu xüsusiyyətlər bazardakı konkret

şəraitə və müəssisə qarşısında duran vəzifələrə uyğun olaraq dəyişir.

2000-ci illərin sonlarında sosial kommersiya və ya sosial

şəbəkələrdə əmtəə və xidmətlərin satışı adlanan sahə inkişaf etməyə

başladı.

C2B və ya istehlakçı - biznes (Customer-to-Business) sxemi.

Elektron kommersiya bazarının bu sahəsi fiziki şəxslərlə hüquqi

293

Page 294: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

şəxslər (müəssisələr, təşkilatlar) arasında həyata keçirilən kommersiya

münasibətlərini nəzərdə tutur. Bu sahəyə aid elektron kommersiya

sistemlərində satıcı və ya xidmət göstərən subyekt qismində fiziki

şəxslər, alıcı qismində isə, hüquqi şəxslər (müəssisələr, təşkilatlar) çıxış

edirlər. C2B sahəsi üzrə elektron kommersiya sisteminə misal olaraq

tərəfdaşlıq proqramlarını göstərmək olar.

C2C və ya istehlakçı — istehlakçı (Customer-to-Customer) sxemi.

Elektron kommersiyanın həyata keçirilməsinin bu üsulu heç biri hüquqi

baxımdan sahibkar olmayan iki istehlakçı arasında sövdələşmələri

nəzərdə tutur. Bir qayda olaraq, İntemet-hərraclann saytlannda həyata

keçirilən C2C sxemi üzrə kommersiya getdikcə daha çox yayılmaqdadır.

Bu cür sistemlərin müştəriləri üçün başlıca rahatlıq kimi əmtəənin

mağazadakına nisbətən aşağı qiyməti göstərilir.

Göstərilən sxemlərlə yanaşı, elektron kommersiyanın digər

sxemləri də mövcuddur.

Mobil kommersiya - "m-commerce” - mobil elektron qurğuların:

cib telefonlarının, cib kompyuterlərinin (PDA - personal digital assistant)

və s. istifadəsi yolu ilə əmtəələrin alqı- satqısı, xidmətlərin göstərilməsi

və digər kommersiya fəaliyyətinin həyata keçirilməsini nəzərdə tutur.

Hazırda o qədər də geniş yayılmayan, müxtəlif özünəməxsus

hallarda tətbiq olunan sxemlər də mövcuddur. Sahibkarlann və

istehlakçıların dövlət qurumları ilə, dövlət qurumlarının öz aralannda

qarşılıqlı fəaliyyətini ifadə edən sxemlər buna misaldır. Son dövTdə vergi

tutumu, sifariş üçün anketlərin, formalarm doldurulması, gömrük ilə işlər

İnternet-texnologiyaların köməkliyi ilə həyata keçirilməkdədir. Bu, bir

tərəfdən dövlət qulluqçularının işini asanlaşdırır, digər tərəfdən isə,

ödəyicilərin müəyyən süründürməçilikdən azad olmalarına imkan

yaradır. Bu sxemlərə aşağıdakıdan misal olaraq göstərmək olar.

294

Page 295: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

B2G və ya biznes - hökumət (Business-to-Goverment) sxemi.

Elektron kommersiya bazarının bu sahəsi hüquqi şəxslərlə (müəssisələr,

təşkilatlar) hökumət qurumları arasında həyata keçirilən kommersiya

münasibətlərini nəzərdə tutur. Bu sahəyə aid elektron kommersiya

sistemlərində satıcı və ya xidmət göstərən subyekt qismində hüquqi

şəxslər (müəssisələr, təşkilatlar), alıcı qismində isə, hökumət qurumları

çıxış edirlər. B2G sahəsi üzrə elektron kommersiya sisteminə misal

olaraq dövlət ehtiyaclan üçün satınalmalar üzrə ixtisaslaşdırılmış ticarət

meydançalanm göstərmək olar.

C2G və ya istehlakçı — hökumət (Customer-to-Goverment) sxemi.

Elektron kommersiya bazannm bu sahəsi fiziki şəxslərlə hökumət

qurumları arasında həyata keçirilən kommersiya münasibətlərini əks

etdirir. Bu sahəyə aid elektron kommersiya sistemlərində satıcı və ya

xidmət göstərən subyekt qismində fiziki şəxslər, alıcı qismində isə,

hökumət qurumları çıxış edirlər. C2G sahəsi üzrə elektron kommersiya

sisteminə misal olaraq ölkə vətəndaşlannın elektron hökumət

texnologiyalan vasitəsilə hökumət qurumlarının sifarişi əsasında

elmi-təcrübi tədqiqatlarda iştirakını göstərmək olar.

G2B və ya hökumət - biznes (Goverment-to-Business) sxemi.

Elektron kommersiya bazarının bu sahəsi hökumət qurumları ilə hüquqi

şəxslər arasında həyata keçirilən kommersiya münasibətlərini əks etdirir.

Bu sahəyə aid elektron kommersiya sistemlərində satıcı və ya xidmət

göstərən subyekt qismində hökumət qurumları, alıcı qismində isə, hüquqi

şəxslər (müəssisələr, təşkilatlar) çıxış edirlər. G2B sahəsi üzrə elektron

kommersiya sisteminə lisenziya, güzəştli kreditlər və s. təqdim olunması

üzrə ixtisaslaşdırılmış elektron meydançaları misal kimi göstərmək olar.

G2C və ya hökumət - istehlakçı (Goverment-to-Customer) sxemi.

Elektron kommersiya bazarının bu sahəsi hökumət qurumları ilə fiziki

şəxslər arasında həyata keçirilən kommersiya münasibətlərini əks etdirir.

Bu sahəyə aid elektron kommersiya

295

Page 296: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

sistemlərində satıcı və ya xidmət göstərən subyekt qismində hökumət

qurumları, istehlakçı qismində isə, fiziki şəxslər iştirak edirlər. G2C

sahəsi üzrə elektron kommersiya sisteminə misal olaraq elektron

hökumət texnologiyaları vasitəsilə fiziki şəxslərə təqdim edilən sosial və

kommunal xidmət sistemlərini göstərmək olar.

G2G və ya hökumət - hökumət (Goverment-to-Goverment) sxemi.

Elektron kommersiya bazarının bu sahəsi hökumət qurumlarının öz

aralarında həyatä keçirilən kommersiya münasibətlərini əks etdirir. G2G

sahəsi üzrə elektron kommersiya sisteminə misal olaraq elektron

hökumət texnologiyaları vasitəsilə hökumət qurumları arasında məhsul

təchizatı və ya xidmətlər göstərilməsini göstərmək olar.

10.4. E-kommersiyada ödəniş sistemləri

E-kommersiyanın infrastrukturunun əsas elementlərindən biri də

ödəniş sistemləridir. E-kommersiya sistemlərində satış təcrübəsinin

təkmilləşdirilməsi, daha etibarlı, rahat və səmərəli ödəniş sistemlərinin

tətbiq edilməsini əhəmiyyətli dərəcədə şərtləndirmişdir. İnternet ödəniş

sistemi dedikdə, normativ aktların, müqavilə sənədlərinin, maliyyə və

informasiya-texniki vasitələrin, həmçinin internetdə hər cür qarşılıqlı

maliyyə hesablaşmaları sisteminin fəaliyyət göstərməsinə imkan

yaradan iştirakçıların (banklar, ticarət və xidmət müəssisələri, sığorta

şirkətləri) məcmusu başa düşülür.

İnternet hələ yenicə formalaşdığı vaxtlarda işgüzar istifadəçilər

şəbəkədə ticarəti genişləndirməyin vacibliyini tez dərk etdilər. 1992-ci

ildə World Wide Web (WWW) termini yarandı, artıq 1994-cü ildə isə,

ödəniş vasitəsi kimi maqnit zolaqlı kartlardan istifadə edilməsi təklif

olundu. Hollandiyanın “DigiCash"’ şirkəti tərəfindən elektron pullar

(Ecash) vasitəsilə

296

Page 297: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

hesablaşmalar texnologiyasının hazır olması barədə məlumat yayıldı.

İlk illərdə tərəflər arasında müəyyən anlaşılmazlıqlarla müşayiət

olunan ödənişlərin internetdə təhlükəsizliyinin təminatı uğrunda

mübarizə başlandı. Ancaq ötən dövr ərzində çox meyarlar dəyişsə də,

əksər inkişaf etmiş ölkələrdə kredit kartları e- kommersiyanın əsas

ödəniş aləti olaraq qalmaqda davam edirlər. Bununla yanaşı, pulların

“hərdənbir hara isə itməsi” elektron pulların bazasında daha mükəmməl

ödəniş internet-sistemlərin (ÖİS) yaradılması istiqamətində işləri

gücləndirdi. Digər tərəfdən, kredit kartlarının istifadəsinin elektron

pullarla müqayisədə baha başa gəlməsi alternativ ödəniş

texnologiyalannın inkişafını zərurətə çevirdi.

1995- ci ildə İngiltərənin Mondex şirkəti ilk elektron çoxvalyutalı

“pul kisəsi”nin istifadəyə verilməsi haqqında məlumat verdi. İlk sınaqlar

İngiltərəmin Suindon şəhərində keçirildi. Həmin ildə Amerikanın “Mark

Twain Bank”ı isə dünyada ilk dəfə olaraq elektron pulların DigiCash

texnologiyası ilə emissiyasına başladı.

1996- cı ildə Beynəlxalq Hesablaşmalar Bankı (Bazel) elektron

pullar üzrə ilk sistemləşdirilmiş rəsmi tədqiqatları çap etdirir. VISA,

MasterCard və Europay kimi iri şirkətlər tərəfindən mikroprosessor

kartlarının hazırlanmasına dair vahid tələblər (EMV-spesifıkasiya)

işlənilir. Amerikanın E-Gold ödəniş sistemi öz işinə başlayır.

1997- ci ildə MasterCard, VISA şirkətləri tərəfindən Netscape,

IBM, Verisign və digər şirkətlərin yardımı ilə SET (Secure Electronic

Transaction) protokolu işlənib hazırlandı. “Cardinal Bankshares” (ABŞ)

tərəfindən internet vasitəsilə bütün bank xidməti növləri təklif olunan ilk

virtual bank - Security First NetWork Bank təsis edilir.

1998- ci ildə MasterCard şirkəti Mondex elektron pullarla ilk

beynəlxalq transaksiyanı həyata keçirir. Amerikanın “PayPal” ödəniş

sistemi öz işinə başlayır.

297

Page 298: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

1999- cu ildə CyberPlat, İnstant, 2000-ci ildə isə, E-Port,

Eaccess, Cashew sistemləri öz işlərinə başlayırlar.

İnternetdə Ödəniş sistemlərinin inkişafının 4 mərhələsi məlumdur:

1. Məlumatların təhlükəsiz ötürülməsini təmin edən rabitə əlaqəsi

seansı protokolları. İnternet vasitəsilə malların ödənişinin birinci və ən

sadə üsulu - açıq mətnlə mübadilədir. Öz mahiyyətinə görə onu heç

ödəniş sistemi də adlandırmaq olmaz. Ödənişin bu üsulunda alıcı heç bir

təhlükəsizlik tədbirləri görmədən telefonla sifarişdə olduğu kimi özünün

kredit kartları haqqında məlumatını və digər informasiyanı açıq mətnlə

verir. Bu üsulun çatışma2;lığı göz qabağındadır: informasiyanı xüsusi

fİltrlər vasitəsilə ələ keçirmək və ondan başqa məqsədlər üçün istifadə

etmək mümkündür. Bu üsuldan hazırda demək olar ki, istifadə olunmur.

Onun əvəzinə mübadiləni şifrləyən sistemlərdən istifadə edilir.

Ödənişlər, verilən məlumatlann şifflənməsini təmin edən təhlükəsiz və

qorunan rabitə əlaqəsi protokolları vasitəsilə həyata keçirilir. İlkin

mərhələdə Netscape şirkəti tərəfindən yaradılmış Secure Socket Layer

Protocol (SSL) ən yayılmış əlaqə seansı protokolu oldu. Öz mahiyyətinə

görə ödəniş sistemi olmayan SSL- in əsas mahiyyəti internet vasitəsilə

ödənişlərin və bütün digər məlumatların təhlükəsiz və qorunmuş formada

ötürülməsini təmin etməkdən ibarətdir. Hazırda onun əvəzinə daha

təhlükəsiz protokol olan SET tətbiq edilir;

2. Plastik kartlar əsasında sistemlər. Mövcud ödəniş sistemləri

arasında lider yeri kredit kartlarından istifadə edilən sistemlər tutur.

Plastik kartlann internetdə hesablaşmalarda geniş istifadə olunmasının

əsas səbəblərindən biri, bu ödənişin real həyatdakı ödənişlərə uyğun

olması ilə bağlıdır. Hazırda internetdə aparılan transaksiyaların çox

hissəsi məhz bu ödəniş növü vasitəsilə həyata keçirilirsə də, bu üsul bir

sıra çatışmazlıqlara da malikdir. Transaksiya vaxtı məlumatın digər

şəxslərə aşkar olması praktiki olaraq mümkün olmasa da, məlumatın

satıcının serverində

298

Page 299: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

saxlanılmasına olan laqeyd münasibət ona kənar şəxslərin müdaxiləsi

təhlükəsini artırır. Bundan basqa, ticarət edənlərin həqiqiliyinin və

istifadəçinin şəxsiyyətinin (identifity) həm satıcılar, həm də alıcılar

tərəfindən saxtalaşdırmaq və yaxud dəyişdirmək təhlükəsi mövcuddur.

Firma özü haqqında düzgün olmayan məlumat verə bilər, alıcı isə alışı

edib sonradan onun pulunu ödəməkdən imtina edə bilər. Digər tərəfdən,

alıcının imzasının olmaması səbəbindən kartdan məhz onun istifadə

etməsini sübut etmək çox çətindir. Bunlan nəzərə alaraq, 1997-ci ildə

MasterCard, VISA şirkətləri tərəfindən Netscape, IBM, Verisign və

digərlərin yardımı ilə bu çatısmazlıqlan aradan qaldıran yeni texnologiya

- SET (Secure Electronic Transaction) protokolu işlənib hazırlandı. SET

spesifikasiyasının əsasında açıq açarlardan və rəqəmli sertifikatlardan

istifadə edilən kriptoqrafıya durur. Texnologiyaya əsasən şəbəkə

vasitəsilə verilən ticarət vərəqəsinin nömrəsi müştərinin elektron

imzasından istifadə etməklə şifflənir. Şifrlərin açılmasını ancaq ticarət

vərəqəsi üzrə tranzaksiyaların işləniİməsini həyata keçirən müvəkkil

banklar və şirkətlər yerinə yetirə bilər.

SET dörd elementdən ibarətdir:

1) Kart sahibinin pul kisosi (Cashholder Wallet) on-line rejimində

işləyərək qorunan ödənişləri etməyə imkan verir.

2) Satıcının server hissosi (Merchant Server) ödəniş kartlarının

avtorizəsini (avtorizasiyası, ixtiyar verilməsi, vəkil edilməsi) və

işlənilməsini yerinə yetirir.

3) Öd^nişhrin keçid şlüzhri (Payment Gateway) satıcını və ödəniş

təlimatlarını avtorizə edir və maliyyə şəbəkələri ilə qarşılıqlı əlaqədə

olur.

4) Sertifikatların buraxılışı m^rk^zi (Certifikate Authority)

rəqəmli sertifikatlar buraxır və onlan tutuşdurub yo.xlayır.

SET protokolunun qüsurlarından biri - onun bütün iştirakçılarının

özlərində müvafiq proqram təminatının quraşdırmalı olmasıdır ki, bu da

onlardan kifayət qədər

299

Page 300: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

investisiyalar tələb edir. Bundan başqa, şifrlənmə əməliyyatlarının

həyata keçirilməsi səbəbindən transaksiyaların əməliyyatlarının

aparılma sürətinin lazımi qədər yüksək olmaması haqqında fikirlər də

yürüdülür.

3. Smart-kart əsasında protokollar. Müasir smart-kart prosessorlu,

yaddaşlı, proqram təminatlı və informasiyanın daxil giriş/çıxış sisteminə

malik olan kiçik kompyuterdir. Smart-kartın üstünlüklərindən biri - onun

çoxfunksiyalı olmasıdır, yəni eyni bir kartdan müxtəlif maliyyə

əməliyyatlarında və kommunikasiya infrastrukturlarında istifadə etmək

mümkündür. Smart-kart bazasında nağd elektron pulların olması lazımi

məxfilik səviyyəsini təmin etməyə və ödənişin təsdiqlənməsi üçün

mərkəzlə əlaqə yaratmamaga imkan verir. Bu isə, transaksiyaların

dəyərini sıfra endirir. Lakin smart-kartların internet vasitəsilə ödəniş

aləti kimi tətbiqinə fərdi kompyuterlər üçün oxuyan periferik qurğuların

geniş yayılması mane olur.

4. Elektron pullar əsasında protokollar. İnternetdə

hesablaşmaların yeni növü - elektron pullardır. “Elektron pullar” termini

nağd pulların üstünlüklərini real dünyadan internet dünyasına

köçürməyə can atan elektron ödəniş sistemlərinin kateqoriyasını

müəyyən edir. Avropa Birliyinin 2000-46-EU nömrəli direktivinə

əsasən: “elektron pullar - emitentə qarsı qoyulan tələbi əks etdirən və

elektron qurğuda saxlanılan pul dəyəridir; buraxılan pul dəyərindən az

olmayan ölçülərdə vəsaitləri aldıqdan sonra emissiya olunur; emitentdən

fərqli olan digər müəssisələr tərəfindən ödəniş vasitəsi kimi qəbul edilir”

[33].

Daha tez-tez rastlaşan digər tərif: “elektron pul kimi çip kart tipli

qurğuya və yaxud fərdi kompyuterin sərt diskinə elektron şəklində

yerləşdirilən dəyər başa düşülür”.

“Consumer Advisory Board” (ABŞ-ın Federal Ehtiyatlar Bankı)

elektron pulu - “elektron formada ötürülən pullar” kimi müəyyən edir.

300

Page 301: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Elektron pullar özlüyündə böyük sayda rəqəmlərdən və yaxud pul

nişanələri rolunu oynayan fayllardan ibarətdir. Digər ödəniş

sistemlərindən fərqli olaraq bu fayllar pullar haqqında yazılışı deyil, elə

onların özlərini əks etdirir. Elektron pullardan istifadə olunması ilə

kriptoqrafıyanın müasir metodları: açıq açarla kriptoqrafıya

aiqoritmiəri, elektron imzalar sistemin etibarlı işini təmin edir. Bu

sistemlərin fəaliyyəti üçün çəkilən xərclər minimaldır.

Avropa Birliyi dövlətlərində kredit idarəsi olmayan müəssisələrə

və şəxslərə elektron pulların emissiyasının həyata keçirilməsi qadağan

edilir. Buna görə də “kredit idarəsi” ifadəsinin mənası genişləndirilərək

oraya “elektron pullar sahəsində idarələr” daxil edilib. Öz növbəsində

“elektron pullar sahəsində idarələr” - “elektron pullar formasında ödəniş

vasitələrini buraxan müəssisə və yaxud istənilən digər hüquqi şəxslər”

kimi izah edilir.

Elektron ödənişlər özlüyündə sifarişləri telefonla qəbul edən adi

mağazalarda istifadə olunan ödənişlərə bənzəyir. Elektron ödənişlərin

fərqli cəhəti odur ki, malın alınmasına görə ödəniş prosesi sifarişçinin

kompyüteri və malın satıcısınin Web- serverindən istifadə olunmaqla

həyata keçirilir. Bu zaman malın alıcısı brauzer, yəni proqram təminatı

vasitəsilə öz sifarişini və malın haqqının ödənişi barədə informasiyanı

(elektron çek, bank kartı və s.) satıcının serverində yerləşdirir.

Brauzerdən informasiya satıcının serverinə daxil olur, orada işlənilir və

məlumat bazasına əlavə olunur. İnformasiya satıcının serverinə daxil

olduqdan sonra bu serverin proqram təminatı autentifıkləşməni

(oxşarlığı, eyniliyi) yoxlayır və pulların bankdan köçürülməsi razılığını

alır. Razılığın alınması bir qayda olaraq, şlüz vasitəsilə həyata keçirilir

ki, bu da öz növbəsində internet vasitəsilə bankla əlaqəyə girir. Şlüz -

müxtəlif protokoldan istifadə edən iki şəbəkəni birləşdirən, onlar

arasında məlumat mübadiləsinin həyata keçirilməsini təmin edən

proqramdır. Bir şəbəkədən digərinə məlumatların verilməsi üçün

proqram onların çevrilməsini və protokolların bir-birilərinə uyğun

301

Page 302: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

gəlmələrini təmin edir. Elektron ödənişin son mərhələsi avtorizə və

satınalma üzrə hesablaşmaların apanimasıdır (yəni, pulların alıcının

hesabından satıcının hesabına köçürülməsidir).

İnternetdə elektron ödəniş sistemlərini 4 növə bölmək olar:

1. Anonim və qeyri-anonim sistemlər;

2. Bank kartlarından və şəbəkə məhsullarından istifadə olunması;

3. Pullann elektron daşıyıcıda birbaşa saxlanılmasının təmin

olunması;

4. Bank hesabına məsafədən daxilolma imkanı verən ödənişlər

sistemi.

Elektron ödəniş sistemlərinə aşağıdakı tələblər qoyulur:

“ Məxfilik. İnam, yəni məlumatın yayılmaması deməkdir. Satıcıya

bildirilən hesabın və bank kartının nömrələri məxfidir və yalnız onu

bilmək hüququna malik olana, məsələn, bank-emitentə məlumdur.

- İnformasiyanın bütövlüyü. İnformasiya bütövlükdə, tam olaraq

saxlanılmalidər. Alınan mal və alışın məbləği heç kimə məlum

olmamalıdır.

- Autentifikləşdirmə. Ödənişdə iştirak edən digər tərəfin

həqiqiliyini təsdiq edir. Yəni, nağd deyil, məsələn, bank kartı vasitisilə

hesablaşmalar zamanı satıcı alıcıdan şəxsiyyət vəsiqəsini təqdim etməyi

xahiş edir və yaxud onun imzasını nümunə ilə tutuşdurur.

' Avtorizə. Bu, alıcının bankdakı hesabının yoxlanılması deməkdir.

Avtorizə satıcıya, alıcının bank hesabında lazım olan pul məbləğinin

olub-olmamasını yoxlamağa imkan verir.

- Təhlükəsilik. Ödənişlər üzrə əməliyyatların qorunması.

Oğruların (hakerlərin) internet şəbəkəsinə müdaxilə etməsi qarşısında

maneə və sədlərin yaradılması və informasiyanın məxfiliyinin və

bütövlüyünün saxlanılması üsullarını nəzərdə tutur.

- Geniş çeşiddə ödəmə alətlərinin dəstəklənməsi.

302

Page 303: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

- Transaksiyalann maya dəyərinin azaldılması. Əmtəə və

xidmətlərin əldə edilməsinə görə transaksiyalann emalına ödənilən vəsait

onların dəyərinə daxil edilir. Buna görə də transaksiyanın qiymətinin

azalması satıcının rəqabətqabiliyyətliliyini artınr.

- Arbitraj və audit imkanları. Ödəyən şəxs üçüncü tərəfə ödənişin

həyata keçirildiyini sübut etmək və ödəmə predmeti haqqında

göstəriciləri təqdim etmək imkanı əldə etməlidir.

İnformasiyanın qorunmasının müxtəlif üsulları mövcuddur.

Məsələn, hipermətnin ötürülməsinin qorunan protokolu (SHTTP -

Secure Hyper Text Transfer Protocol) — serverlərin və brauzerlərin

həqiqiliyini müəyyən etməyə (autentifikləşdirməyə) imkan yaradan və

brauzerin Web-server ilə birləşdirilməsi zamam məlumatların

məxfiliyinə və bütövlüyünə təminat verir.

Elektron ödəniş sistemləri özündə aşağıdakı hesablaşma

formalarını cəmləşdirir:

1. Bank kartı;

2. Elektron çeklər;

3. Rəqəmli pullar;

4. Elektron pullar.

Bank kartlarından adətən iri və orta ödənişlərdə istifadə olunur.

Elektron çekləri və rəqəmli pullar adətən təcili xırda ödənişlərdə istifadə

olunur. Pul vəsaitlərinin köçürülməsini nəzərdə tutan elektron pullar iri

ödənişlərdə istifadə olunur. Qeyd etmək lazımdır ki, ödəmə kartlanndan

istifadə etməklə həyata keçirilən nağdsız əməliyyatların payı, habelə

ödəmə üsulları ayrı- ayrı ölkələrdə müxtəlifdir. Məs., ölkənin ÜDM-də

ödəmə kartlanndan istifadə etməklə həyata keçirilən nağdsız

əməliyyatlann payı ABŞ-da 40%-dirsə, Rusiya Federasiyasında bu

göstərici 2,5% təşkil edir. Digər tərəfdən, Almaniyada və Skandinaviya

ölkələrində İnternet vasitəsilə satınalmaların 20%- dən azı ödəmə kartları

vasitəsilə həyata keçirilirsə. Böyük Britaniya, Fransa və İtaliyada əksinə,

bu göstərici xeyli yüksəkdir.

303

Page 304: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlif M.M, Hüseynov

Belə ki, təkcə Böyük Britaniyada “onlayn” ödəmələrin 90%-i kartlar

vasitəsilə aparılır [171].

Plastik kart adlandırılan bank kartı onun sahibinin hesabına

ödəniş üçün nəzərdə tutulan hesablaşma və digər sənədlərin tərtib

olunması vasitəsidir. Bank kartlan üç növdə olur:

1) Maqnit zolağı olan kart - debet (latınca, debet - o, borcludur)

kartı olmaqla maqnit zolağa malikdir və bu kartda onun sahibinə

(əmanətçiyə) məxsus məbləğ kodlaşdınimışdır. Debet kartları vasitəsilə

ödəniş kart sahibinin (ödəyicinin) hesabından maqnit zolağında

kodlaşdırılmış puldan birbaşa silinməsi yolu ilə həyata keçirilir.

2) Mikroprosessor ilə kart - smart-kart (ing. smart - ağıllı) və

yaxud çip kart. Mikroprosessor onun sahibi və hesabı haqqında böyük

miqdarda informasiya saxlaya bilər. Bundan basqa, smart texnologiyalı

kartda onu hər hansı bir hiylə və fırıldaqlardan qoruyan daxili

kriptoqrafık mexanizmlərin olmasını da nəzərdə tutur. Smart-kart

emitent bank ilə telefon əlaqəsini nəzərdə tutmadığından yüksək

hesablaşma sürətinə (ödəniş vaxtı 30 san.) malikdir.

3) Adi bank kartı - təsbit olunmuş alıcılıq qabiliyyəti olan kartdır.

Onun üz tərəfində istehsalçının firma nişanı ilə indeksi (adı), kart

sahibinin adı və onun eyniləşdirilmə nömrəsi, arxa tərəfində isə, kart

sahibinin imzası olur.

Kredit təşkilatları fiziki və hüquqi şəxslər üçün bank kartlan

buraxırlar. Həm rezident, həm də qeyri-rezident fiziki şəxslərə

hesablaşma kartı və kredit kartı, hüquqi şəxslərə isə, korporativ

hesablaşma kartları və korporativ kredit kartları verilə bilər. Əgər bank

kartının sahibinə transsərhəd ödənişləri etmək hüququ verilmişdirsə, bu

əməliyyatlar ancaq səlahiyyətli banklar tərəfindən yerinə yetirilə bilər.

Transsərhəd ödənişləri - dövlətin ərazisindən kənar yerlərdə və onların

ərazisində emissiya olunmuş xüsusi bank kartları vasitəsilə həyata

keçirilən əməliyyatlar üzrə ödənişlərdir.

304

Page 305: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya faaliyyotinin əsaslan

Bank kartlarının emissiyası kredit təşkilatlan - rezidentlər

tərəfindən həyata keçirilir. Rezidentlər tərəfindən digər emitentlərin

kartlarının və qabaqcadan ödənilmiş maliyyə məhsullarının (American

Express, Diners Club, Visa Travel Money, VISA CASH, Mondex,

çeklər və onlara bənzər çekİər) emissiyası ancaq Mərkəzi Bankın xüsusi

razılığı ilə həyata keçirilə bilər. Müştəriyə bank kartının verilməsi

onunla bağlanılan müqavilə əsasında həyata keçirilə bilər. Bank kartında

emitentin eyniləşdirmə adı və onun loqotipi olmalıdır.

Elektron çek (kommersiya qiymətli kağızının növü) elə bir

sənəddir ki, burada ödəyici öz bankına pullann köçürülməsi haqqında

göstəriş verir. Elektron hesablaşma çeki adi kağız hesablaşma çekinin

xüsusiyyətlərinə malikdir. Elektron çeklə alıcı tərəfindən elektron poçtla

pul ödənişi satıcıya ötürülür. Satıcı bank çeki təqdim edir və onunla

pulunu alır. Bundan sonra çek alıcıya qaytarılır və ödəniş faktını sübut

edən sənəd tərtib olunur. Satıcı malı alıcının evinə çatdırır.

Elektron pullar elektron poçt və yaxud birbaşa internet səbəkəsi

vasitəsilə çatdırıla bilər. Hər bir halda satınalma üçün hesablaşma

mövcud bank kanalları və yaxud şəbəkələri vasitəsilə həyata keçirilir.

Elektron hesablaşma çeki adi kağız çekindən onunla fərqlənir ki, ödəyici

şəxsi bank açıq açan ilə özünün hesabının nömrəsini kodlaşdırmaqla onu

satıcıdan (pulu alandan) gizlədə bilər.

Rəqəmli pullar (digital cash) - kağız nağd pulların elektron

analoqudur. Onlar pul işarələrinə malikdirlər. Rəqəmli pullar özlüyündə

kuponların, dəsti kimidirlər. Kuponlar - pulun müəyyən miqdarını əks

etdirən rəqəmlər zəncirindən ibarətdir. Emissiya edən bank hər bir

kuponu rəqəmli imza ilə təsdiq edir. Rəqəmli pullar bank tərəfindən

təsdiq olunmuş kuponlar formasında olmaqla bank tərəfindən buraxılan

və ödənilən 6/71ər zəncirindən ibarətdir. Bit (ingiliscə “bit”, “binary” -

“ikili” və “digit” -

305

Page 306: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M,M. Hüseynov

“rəqəm” sözlərindən götürülüb) informasiyanın miqdarının vahididir.

Bank bit zəncirini təqlid edə və müştərinin hesabını artıra və yaxud

azalda bilər: oraya kuponlann bir hissəsini, yəni müştərinin bank

hesabındakı adi pullann məbləğinə ekvivalent olan məbləği əlavə edə (və

ya çıxarda) bilər.

Bank kuponları pul alanın kompyuterinə ötürməzdən əvvəl onlan

özünün rəqəmli imzası ilə təsdiqləyir. Əgər alıcı rəqəmli nağdı pulların

saxlanıldığı bankdan kənar mağazada rəqəmli nağd pullan xərcləmək

istəyirsə, o, sadəcə olaraq tələb olunan sayd^ kuponlan satıcıya verir.

Satıcı onları yoxlanılmaq və ödənilmək üçün banka təqdim edir.

Elektron pullar - pul vəsaitlərinin hesabdan hesaba

köçürülməsinin, əmanətlər üzrə faizlərin hesablanmasının və s.-nin kağız

dasıyıcılannın iştirakı olmadan elektrik siqnallannın ötürülməsi yolu ilə

həyata keçirilməsidir. Banklararası pul köçürmələri adi bank

şəbəkələrindən istifadə olunmaqla bas verir

İri beynəlxalq ödəniş sistemləri tərəfindən e-ödənişlərdə

təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi və satınalmalann həyata

keçirilməsinin asanlaşdınlması sahəsində işlər daima davam etməkdədir.

Məs., 2013-cü ilin oktyabr ayında “MasterCard”, “Visa” və “American

Express” tərəfindən ödənişlərdə təhlükəsizliyin səviyyəsinin

yüksəldilməsi və mobil telefon, planşet, personal kompüter və b.

vasitələrlə satınalmaların həyata keçirilməsinin asanlaşdınlması üçün

hazırlanmış yeni beynəlxalq standart layihəsi təqdim edilmişdir [146].

Bu standart ənənəvi hesab nömrəsinin xüsusi olaraq mobil və “onlayn”

transaksiyalar üçün nəzərdə tutulmuş rəqəmli ödəniş nişanı ilə

əvəzlənməsinə imkan yaradacaqdır. Belə ki, təqdim edilən yenilik

istifadəçilərin İnternet vasitəsilə məhsulun alınması zamanı hesab

nömrəsini daxil etmələrinə ehtiyacı aradan qaldıracaqdır. Beləliklə də,

rəqəmli nişanlar əlavə müdafiə səviyyəsi təqdim etməklə, İnternet-

ticarət zamanı ticarət edənlərin, rəqəmli “pul kisələri”nin

306

Page 307: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

operatorlarının və digər əməliyyat iştirakçılarmm hesab nömrələrini yadda

saxlamaq zərurətini istisna edir. Bu standartın bütün dünya üzrə qəbul

edilməsi məqsədilə, təklif edilən standartın sahə üzrə mövcud standartlara

əsaslanmaqla bütün ödəniş şəbəkələri və ödəniş prosesinin bütün iştirakçılan

üçün əlçatan olması nəzərdə tutulur.

10.5. Azərbaycanda İKT-nin inkişafı və

e-kommersiyanın müasir vəziyyəti

XX əsrin 90-cı illərində bir çox dövlətlər milli informasiya

infrastrukturunun inkişafimn strateji əsaslanmn formalaşdın İmasına

başladırlar. Bu isə, informasiyamn artıq müasir cəmiyyətin həyatında xüsusi

rol oynamağa başladığından xəbər verirdi. Dünyanın müasir inkişaf

prinsiplərinin elektron texnologiyalar üzərində qurulduğu artıq sübut

olunmuşdur.

XXI əsrin əvvəllərində Azərbaycan dövləti bu sahədə müvafiq

strategiyamn hazırlanmasına başladı. 17 fevral 2003-cü il tarixində

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan

Respublikasının inkişafı naminə İnformasiya Kommunikasiya

Texnologiyalan üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilmişdir.

Milli Strategiyamn qarşısında duran əsas vəzifələrdən biri də “...elektron

ticarətin formalaşdıniması və inkişaf etdirilməsi” kimi müəyyən edilmişdir.

Milli Strategiya ölkədə İKT-nin inkişaf səviyyəsini dövlətin

sosial-iqtisadi potensialının göstəricisi kimi təqdim edir. Bu sahədə dövlət

bir sıra məsələlərin həllini öz üzərinə görməli idi. Buraya aşağıdakılar

aiddir:

^ qanunvericilik bazasının formalaşdıniması və mütəmadi olaraq

təkmilləşdirilməsi;

ölkə daxilində informasiya texnologiyalannm tətbiqi ilə bağlı

fəaliyyətin təhlili və tənzimlənməsi;

■/ müasir informasiya və kommunikasiya texnologiyalannm

iqtisadiyyatın bütün sahələrində tətbiqi üçün əlverişli şəraitin yaradılması

[3].

307

Page 308: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A, İbrahimlij M.M. Hüseynov

Azərbaycanda İKT sahəsində qanunvericilik bazasının

möhkəmləndirilməsi, bir sıra qanunlann qəbul edilməsi dövlətin bu sahənin

inkişafina böyük marağı olduğunu nümayiş etdirdi. Məs., 9 mart 2004-cü il

tarixində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan

Respublikasının Qanunu və 10 may 2005-ci il tarixində “Elektron ticarət

haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən

İKT sahəsində verdiyi sərən'camlar da bu sahə üzrə təkmil qanunvericilik

bazasının yaradılmasına xidmət etmişdir. Bunlara aşağıdakılan misal

göstərmək olar:

♦ “Azərbaycan Respublikasında rabitə və informasiya

texnologiyalannın inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət

Proqramf’nın (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında;

♦ “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron

hökuməf’in formalaşdıriması üzrə Fəaliyyət Proq- ramf’nın təsdiq edilməsi

haqqında;

♦ “Azərbaycan Respublikasında rabitə və informasiya tex-

nologiyalannm inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proq- ramf’nm

(Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında və b.

Azərbaycan Respublikasında e-ticarətin təşkili və həyata

keçirilməsinin huquqi əsaslan, onun iştirakçılarının huquq və vəzifələri,

habelə e-ticarət haqqında qanunvericiliyin pozulmasına gorə məsuliyyət

“Elektron ticarət haqqında” Qanunla tənzimlənir. Maliyyə bazan, o

cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun

Azərbaycan Respublikasında butun digər sahələrdə həyata keçirilən

e-ticarətə şamil olunur.

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa

(maddə 1.0.1.) görə, “Elektron ticarət - informasiya sistemlərindən istifadə

etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi

üzrə həyata keçirilən fəaliyyət”dir. Qanunun 4-cü maddəsinə əsasən,

elektron ticarətin əsas prinsiplərini aşağıdakılar təşkil edir:

308

Page 309: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

iştirakçıların hüquq bərabərliyi, iradə sərbəstliyi, əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı; müqavilə azadlığı;

^ sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi; ^ azad və ədalətli rəqabət;

malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti; hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi [54].

Azərbaycan Respublikasının Mulki Məcəlləsində elektron ticarət haqqında əsas məqamlar “Əqdlər haqqında umumi müddəalar” {maddə 331.5 - Yazılı əqd), “Öhdəliklər haqqında umumi müddəalar” {maddə 386.4 - Öhdəliklərin əmələ gəlməsi əsasları) və “Öhdəliklərin icrası” {maddə 430.4 - Öhdəliyin icrasından imtina) fəsillərində nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (240.1-ci maddə) də elektron ticarətlə bağlı məsuliyyət məsələləri nəzərdə tutulmuşdur [47].

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən kompüter, internet və digər elektron şəbəkələr, elektron poet və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi uzrə əməliyyatlar həyata keçirildiyi işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer sayılır.

Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi”nə (maddə 290.3. ) əsasən “Fiziki şəxslərin ünvanına qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə əməl olunmaqla beynəlxalq poçt göndərişləri ilə göndərilən, istehsal və kommersiya məqsədlərinə istifadə üçün nəzərdə tutulmayan mallar gömrük rüsumlarından və vergilərdən, habelə ticarət siyasəti tədbirlərinin tətbiqindən azad edilir”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük

309

Page 310: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. Ibrahimliy M.M. Hüseynov

sərhədindən keçirilməsi Qaydaları”nın 2.1.2. yanmbəndinə əsasən “fiziki şəxslər beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollanna ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan mallan aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər”.

Bir qayda olaraq, Azərbaycanda e-ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq tələb olunan fəaliyyət sahələrində e-ticarət apanidıqda isə, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada razılıq almalıdır. E-ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətin İKT-nin inkişafına olan diqqətini həmişə xüsusilə vurğulayır. Təsadüfi deyil ki, 2007-ci il fevralın 13-də “Gülüstan” sarayında keçirilən konfransdakı çıxışında o, bildirmişdir: “...mən informasiya-kommunikasiya texnologiya-larmm Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm...Bu, gələcəkdir, gələcəyin inkişafıdır” [29].

Qeyd edilməlidir ki, Azərbaycanda “Elektron ticarət haqqında” Qanun 2005-ci ildə qəbul olunsa da bu sahədə fəaliyyət 2008-ci ildə başladı. Bunun ən əsas səbəblərindən biri müvafiq infrastrukturun - internet üzərində ödəmə sisteminin olmaması idi. 2 dekabr 2008-ci il tarixində yerli “Silverkey” şirkəti tərəfindən Azərbaycanda ilk onlayn ödəmə sistemi - "GoldenPay'* istifadəyə verildi. Bu, ölkədə e-ticarətin təşkili istiqamətində mühüm addım olmuşdur. Şirkət 15O-dən çöx dövlət və özəl şirkətlərin xidmətləri üzrə onlayn ödənişləri elektron kommersiya texnoloğiyaları əsasında və bank kartlan vasitəsi ilə qəbul edir [151].

“GoldenPay” şirkətinin xidmətlərinə “Visa” və “MasterCard” tərəfindən nəzarət edilir. Belə ki, “GoldenPay” sistemi bu şirkətlər tərəfindən müvafiq olaraq “Verifıed by Visa” və “MasterCard SecureCode” lisenziyalannı almışdır. Bununla yanaşı, sistemin təhlükəsizliyinin təmin edilməsi üçün “VeriSign SSL” şifrələnməsi istifadə edilir.

310

Page 311: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fdaliyyəünin əsasları

2008-ci ildə təsis edilmiş “Komtec Ltd” şirkəti (“MilliÖN” ticarət nişanı) hazırda Azərbaycanda tanınmış elektron ödəniş sistemlərindən biridir. “MilliÖN” şəbəkəsinə 60-dan artıq kütləvi xidmət müəssisələri qoşulmuşdur. Şirkətin abunəçiləri mobil operatorlar, internet provayderlər, kabel televiziyası, şəhər telefonları, mənzil kommunal təsərrüfatı (su, işıq, qaz), bank, alış- veriş və s. xidmətlərin ödənişini həyata keçirirlər. “MilliÖN” ödəniş köşkləri əsasən ticarət və biznes mərkəzlərində, banklarda, dövlət idarələri və şöbələrində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, Bakı və digər şəhərlərin vağzallannda quraşdınlıb. “MilliÖN” şəbəkəsi Azərbaycanın bütün bölgələri üzrə 5000 ödəniş nöqtəsinə malikdir və onlann siyahısı get-gedə artır [159].

Azərbaycanda 2006-cı ildə 2070 ədəd, o cümlədən Bakıda 1719 ədəd, regionlarda isə, 351 ədəd POS terminal quraşdırıldığı halda, 2013-cü ilin sentyabr ayı üçün müvafiq olaraq bu göstəricilər 35152 ədəd, 31068 ədəd və 4084 ədədə qədər artmışdır. Beləliklə, ölkədə quraşdırılmış POS terminallann ümumi sayı artsa da, ümumilikdə quraşdırılmış avadanhqlann sayında Bakı şəhərinin payı artmış, regionların payı isə, 17%-dən 11,6%-ə qədər azalmışdır [136]. Bu cəhət regionlarda elektron ödəmə sistemlərindən istifadənin genişlənməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini göstərir.

Son illər İKT ölkəmizin sosial-iqtisadi həyatına ciddi şəkildə nüfuz etmiş, onun əhəmiyyəti xeyli artmışdır. İKT-dən istifadə cəmiyyət həyatının demək olar ki, bütün sahələrində - hökumət orqanlarında, təhsildə, səhiyyədə, mədəniyyət müəssisələrində, ev təsərrüfatlarında, biznes və kommersiya əməliyyatlannda öz yüksək inkişaf səviyyəsi ilə diqqəti cəlb edir. 2003-2013-cü illər ərzində sektorda orta illik artım tempi 20-25% təşkil etmiş, sahə üzrə gəlirlərdə özəl sektorun payı 67,4%-dən 80,0%-ə yüksəlmişdir. Bu müddət ərzində sektora təqribən 2,5 milyard dollar investisiya yatırılmışdır [151].

Artıq, ölkəmizdə sahibkarlıq fəaliyyəti “onlayn” qeydiyyata alınır, elektron vergi və gömrük bəyannamələri təqdim edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə

311

Page 312: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M, Hüseynov

lisenziyaların, icazələrin verilməsi elektron formada həyata keçirilir. Rəsmi məlumatlara görə, ölkə əhalisinin 70%-i internet istifadəçisi, 50%-i isə genişzolaqlı xidmət istifadəçisidir.

Təkcə 2012-ci ildə İKT sektorunda fəali>7ət göstərmiş müəssisələr tərəfindən 869,4 mln manatlıq və ya əvvəlki illə müqayisədə 10,5% çox əlavə dəyər yaradılmışdır. Bununla yanaşı, iqtisadiyyatın butun sahələrində işləyən muzdlu işçilərin 1,4%-i və ya 19,0 min nəfəri İKT sektorunda çalışmışdır. 2012-ci il ərzində İKT sektoruna yönəldilmiş investisiyaların həcmi 307,3 mln manat olmuşdur [27, s. 14].

2012- ci ildə İnternetdən istifadə etmis müəssisələrin fəaliyyət göstərən müəssisələrdə xususi çəkisi 40,9% olsa da, veb səhifəsi və ya saytı olan müəssisələrin fəaliyyət göstərən müəssisələrdə xüsusi çəkisi cəmi 9,2% təşkil etmişdir. Bununla yanaşı, 2007-2012-ci illərdə İnternet vasitəsilə sifariş vermiş müəssisələrin xüsusi çəkisi 0,9%-dən 5,9%-ə qədər artmışdır.

2013- cü ilin Azərbaycan Respublikasında “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli Sərəncamı ölkəmizdə bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Ölkəmizdə İKT-nın inkişafı və genişləndirilməsi istiqamətində icra olunan işlər bir çox beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki. Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46- cı yeri, “Şəbəkələşmə hazırlığı indeksi”nə görə 56-cı yeri tutmuşdur. Hesabatda internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir, internetin əlçatanlığı göstəricisinə görə isə dünyada 20-ci yerdədir.

Qeyd olunanlar Azərbaycanda informasiya cəmiyyətinin və informasiya iqtisadiyyatının inkişaf meylinin ardıcıl olaraq ölçülməsini zəruri edir. Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyasının təmin edilməsi üçün ticarətin, o cümlədən e-

312

Page 313: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

kommersiyanın ümumi inkişaf meylləri nəzərə alınmalıdır. Hazırda

Azərbaycanda e-kommersiyanın inkişafı və tənzimlənməsini zəruri

edən bir sıra mühüm amillər

formalaşmışdır. Bunlara aşağıdakıları aid etmək olar:

♦ ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının səviyyəsinin

yüksəldilməsi; ♦ dünya bazarlarında Azərbaycan mallarının

rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məqsədilə ticarət xərclərinin azaldılması;

^ ♦

♦ iqtisadi inteqrasiyanın dərinləşməsi ilə əlaqədar iqtisadi

preseslərin idarə edilməsinə diqqətin artırılması;

♦ dövlət büdcəsinə daxilolmaların artırılması məqsədilə fıskal

funksiyanı yerinə yetirən orqanlar tərəfində ticarət

əməliyyatlarının tənzimlənməsi; ♦ ölkədə e-kommersiyanın dinamik inkişafına şərait yaradan

texnoloji bazanın, portativ kompüterlərin və yeni nəsil mobil telefonların sayının artması;

♦ ölkədə banklar tərərfındən uzaqdan xidmət əməliyyatları

göstərməyə imkan yaradan avadanlıqlardan istifadənin

genişlənməsi; ♦ ticarət münasibətlərin iştirakçılarının informasiya

təhlükəsizliyini təmin edə bilən texniki vasitələrin mövcudluğu və s.

E-kommersiya vasitəsilə mobil telefonların satışı və şanvari rabitə operatorlarının xidmətləri üzrə təcrübə Azərbaycanda da yayılmışdır. Kommersiya fəaliyyətinin bu növü istehlakçılar üçün sərfəli olmaqla yanaşı, həm də şirkətlər üçün də geniş imkanlar yaradır.

Müşahidə edilən bütün yüksək müsbət cəhətlərlə bərabər, Azərbaycanda e-kommersiyanın inkişaf meylləri dünya göstəricilərindən xeyli aşağıdır. Buna səbəb ölkəmizdə e- kommersiyanın inkişafına təsir edən ciddi mənfi amillərin mövcud olmasıdır. Ölkəmizdə e-kommersiyanın dövriyyəsinin artmasının ləngiməsinin əsas səbəblərinə aşağıdakıları aid etmək olar:

313

Page 314: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç,A, İbrahimli, M,M. Hüseynov

♦ çeklər və bank kartları üzrə ödəniş mexanizmlərinin az inkişaf

etməsi;

♦ internetin milli şəbəkə istifadəçiləri auditoriyasının hələ azsaylı

olması;

♦ ölkə əhalisinin informasiya savadının aşağı səviyyədə olması;

♦ əhali arasında “elektron pullar”a etibarın aşağı səviyyədə olması; ♦ normativ-hüquqi təminatın qeyri-kamiİliyi; ♦ ticarət münasibətləri iştirakçıları tərəfindən qarşılıqlı

öhdəliklərin pozulması; ♦ vahid, nizama salınmış alış və çatdınima sisteminin olmaması; ♦ avadanlığın dəyərinin və ixtisaslı texniki heyətə çəkilən

xərclərin daxil olduğu ilkin kapital qoyuluşunun yüksək olması və s. ^

Müasir dö\Tdə ölkəmizdə bazar münasibətləri etikasının aşağı səvi>yəsi, ayrı-ayrı məmurların və əhalinin bu sahədə məlumatsızlığı, əmtəə bazarlarının (xüsusilə regionlarda) informasiya strukturunun zəif olması e-kommersiyanın inkişafına maneələr yaradır,

Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanda e-ticarətin həcmi 2012-ci ildən acıqlanır. Ölkəmizdə xüsusilə geniş istehlakçı tələbatını ödəyən firma və müəssisələrin əhalinin diqqətini istehsal etdiyi məhsullara cəlb edilməsində İnternetin nə kimi rol oynaya biləcəyi hələ də lazımi səviyyədə dərk edilmir. Bunu ölkə üzrə statistik göstəricilərdən də açıq-aydın şəkildə müşahidə etmək olar.

Belə ki, 2013-cü il yanvarın 1-nə olan məlumata görə Azərbaycanda pərakəndə əmtəə dövriyyəsində (17,5 mlrd manat) e-ticarət dövri>'yəsinin həcmi 1599,8 min manat təşkil etmişdir. E- ticarətin 1278,2 min manatlıq hissəsi 79,8%-i hüquqi şəxslər və 321,6 min manatlıq hissəsi və ya 20,l%i fiziki şəxslər tərəfindən həyata keçirilmişdir. Beləliklə də, pərakəndə ticarət şəbəkəsində əhaliyə satılmış malların ümumi həcmində e-ticarətin payı cəmi 0,009%-dir [167].

314

Page 315: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

Hazırda İnternet şəbəkəsinin kommersiya fəaliyyətində istifadə

imkanlannm xeyli geniş olmasına baxmayaraq Azərbaycan müəssisələrində

bu imkanlardan istifadənin çox aşağı olması diqqəti cəlb edir. Belə ki,

2005-2012-ci illərdə müəssisələrin təsərrüfat fəaliyyətinin həyata

keçirilməsində mülıüm vəzifələrdən biri olan bazann konyukturasımn

öyrənilməsinin payı 17,0%-dən 3,5%-ə qədər azalmışdır.

Bununla yanaşı, 2012-ci ildə müştəri xidmətlərinin təmin edilməsinin

xüsusi çəkisi 4% təşkil etmişdir.10.2.)

2005-2012->ci illərdə Azərbaycan müəssisələrində

İnternetdən istifadənin məqsədləri

Cədvəl 10.2.

Göstəricilərin adı 200 5

200 8

200 0

201 1

201 2

Müəssisələrin İnternetdən

istifadə məqsədlərinin

bölgüsü, yekuna nisbətən 100 100 100 100 :oo faizlə .0 ,0 .0 ,0 .0 0 cümlədən,

bank və maliyyə xidmətləri 16. 16. 16. göstərmək 23 15 7 3 9

17,

təlim və təhsil 5 8.1 7.4 5.4 5 bazarın konyukturasımn

öyrənilməsi 17 6 5.7 3.9 3.5 əmtəə və xidmətlər haqqında 12. 11.

informasiya 4 5 7.7 6.7 dövlət orqanları ilə əlaqə

(elektron məktubların 19. 28. 22, 22. göndərilməsi və alınması) 4 29 4 9 8 başqa informasiya axtarışları 14.

və ya tədqiqat fəaliyyəti 7 11 8.3 7.9 müştəri xidmətlərinin təmin

edilməsi 3.6 3,4 3.7 4 23. 11. 15. 31. 33,

digər 1 2 8 8 2 Mənbə: “Azərbaycanda informasiya cəmiyyəti” İnformasiya və kommunikasiya

texnologiyaları statistikası (statistik məcmuə), Bakı, 2013. s.64.

315

Page 316: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Əmtəə və xidmətlər haqqında informasiya üzrə ən yüksək göstərici

(13,9%) ticarət, avtomobillərin və motosikletlərin təmirində, ən aşağı

göstərici isə, təhsil sahəsində (3,7%) rası gəlinir,

2012-ci ildə İnternetdən istifadənin məqsədlərində Azərbaycanın

ayrı-ayrı sahələrinə aid müəssisələrində kommersiya fəaliyyəti ilə bu və ya

digər şəkildə əlaqədar bəzi məqsədlərin xüsusi çəkisi fərqlənir.

Məsələn, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bazarın

monitorinqi üzrə ən yüksək göstərici (6,8%) maliyyə və sığorta

fəali>^ətində, ən aşağı göstərici isə, su təchizatı, çirkli suların və

tullantıların təmizlənməsi sahəsində (1,0%) müşahidə edilir [167].

2012-ci ildə müştəri xidmətlərinin təmin edilməsi üzrə ən yüksək

göstərici informasiya və rabitədə (13%), ən aşağı göstərici isə, dövlət

idarəetməsi və müdafiə, icbari sosial təminat sahəsində (1,3%) müşahidə

edilir.

Qeyd olunan göstəricilər ölkənin mədənçıxarma sənayesi üçü.ı

müvafiq olaraq 5,3%, 11,4% və 5,0%, emal sənayesi üçün 5,6%, 10,4% və

5,3%, nəqliyyat sahəsi üçün 3,6%, 8,8% və 7,9% təşkil etmişdir.

Göründüyü kimi, ölkə iqtisadiyyatının əsas etibarilə kommersiya işi ilə

bağlı olan fəaliyyət sahələrində bazarın monitorinqi, əmtəə və xidmətlər

haqqında informasiya, müştəri xidmətlərinin təmin edilməsi üzrə orta

göstəricilər müşahidə edilir. Yalnız ticarət, avtomobillərin və

motosikletlərin təmirində əmtəə və xidmətlər haqqında informasiya üzrə ən

yüksək göstərici (13,9%) mövcuddur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə,

2007-2012-ci illərdə İnternetdə Veb-səhifəsi (Web Sitc, Web Page) olan

emal müəssisələrinin sayı 69-dan 126-ya, Veb səhifəsi Azərbaycan ser\

erlərində yerləşdirilmiş müəssisələrin sayı isə, 57- dən 97-yə qədər

artmışdır [27, 132].

316

Page 317: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

2012-ci ildə İnternetdə veb səhifəsi olan sənaye müəssisələrinin

sayı 172 olmuşdur ki, bu da ölkə üzrə fəaliyyət göstərən sənaye

müəssisələrinin (2514) ümumi sayında cəmi 6,8% təşkil etmişdir.

Digər tərəfdən, İnternet istifadəçilərinin İnternetdən istifadə

məqsədlərinin bölgüsündə əmtəə və xdmətlərin sifarişi və ya satışı

2005-ci ildə 1,3%-dən, 2006-cı ildə 1,7%-ə qədər artdığı halda, 2012-ci

ildə 1,4%-ə qədər azalmışdır [167].

2005-2012-ci illər ərzində ümumilikdə ölkə üzrə İnternetə çıxışı

olan müəssisələrin sayında Bakı şəhərinin payı (qəsəbələrlə birgə)

75,3%-dən (Abşeron iqtisadi rayonu ilə birgə 80,9%) 58,2%-ə (Abşeron

iqtisadi rayonu ilə birgə 62,4%) qədər azalmışdır [27,97].

Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar ölkənin

regionlarında İKT-nın inkişafı sahəsində ardıcıl tədbirlərin həyata

keçirildiyini göstərsə də, regional müəssisələrin İnternetə çıxışının hələ

də aşağı səviyyədə olduğunu nümayiş etdirir. Eyni zamanda, 8 il

ərzində müşahidə edilən 17,% (Abşeron iqtisadi rayonu ilə birgə

18,5%) azalma perspektivdə bu sahədə daha yüksək nailiyyətlərin əldə

olunması imkanlarının mövcudluğunu göstərir. Əlbəttə, Azərbaycanda

fəaliyyət göstərən müəssisələrin veb səhifələrinin xüsusilə də hazırda

inkişaf etmiş ölkələrdə gündəlik həyat atributuna çevrilmiş onlayn

rejimində sifarişlərin həyata keçirilməsi imkanlarının məhdudluğu da

burada az rol oynamır.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, onun gələcəkdə

ÜTT-na üzvlüyü perspektivləri respublikamızın istehsal firma və

müəssisələri tərəfindən İKT-dən istifadənin genişlənməsini tələb edir.

Azərbaycanda ümumilikdə İKT-nin yüksək inkişafı fonunda

e-kommersiyanın inkişaf meylləri ölkəmizin dünya iqtisadi sisteminə

inteqrasiyası üçün hələ kifayət edici səviyyədə deyil. Bu cəhətdən

kommersiya fəaliyyətində İKT- nin tətbiqi günümüzün ən aktual və

vacib məsələlərindən biridir.

317

Page 318: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A, İbrahimli, M.M. Hüseynov

10.6. E'kommersiyanın inkişaf perspektivləri

Qlobal internet şəbəkəsinin inkişafı və e-kommersiyanın meydana

gəlməsi həm bütövlükdə dünya iqtisadiyyatında, həm də ayn-ayn firma

və müəssisələrin fəaliyyətində heyrətamiz dəyişikliklərə səbəb

olmuşdur. Bu dəyişiklildər iqtisadiyyatın yeni əsas alətlərinin

yaranmasına səbəb olmaqla, bəzən hətta iqtisadi nəzəriyyə və təcrübədə

uzun illər ərzində mövcud olan ənənəvi fikir və müddəalardan

bəzilərindən imtina edilməsinə gətirib çıxarmışdır.

1990-cı ilə qədər ABŞ-da İnternetdən kommersiya məqsədilə

istifadə “Milli Elm Fondu” (National Science Foundation, NSF)

tərəfindən müəyyən edilmiş müvafiq reqlamentlə qadağan olunmuşdu.

Lakin 1990-cı ildə iri xüsusi korporasiyalara İnternetin himayə edilmə.si

və istifadəsinə icazə verildi. Bundan sonra ABŞ hökuməti federal

strukturların sərəncamında olan İnternetin inzibati idarəetmə

funksiyalarını xüsusi strukturlara ötürdü. Bu addım, əhaliyə İnternet

xidmətini təklif edən kommersiya strukturlarının və xidmət

istifadəçilərinin sayının bütün dünya üzrə artmasına gətirib çıxardı.

Artıq 1992-ci ildə ABŞ Konqresi İnternet şəbəkəsinin

kommersiyalaşmasını təsdiq etdi. 1994-cü ilin avqust aymda ABŞ-da

İnternet vasitəsilə ilk məhsul (kompakt disk - CD) əldə edilmişdir [

147].

İnternetdən alqı-satqı əməliyyatlarında fəal şəkildə istifadə

olunmağa başhmması bir çox şirkətlər üçün dönüş nöqtəsi oldu. Rəqabət

mübarizəsində məğlub olmamaq üçün şirkətlər İnternet- strategiyanın

hazrlanmasma başladılar. Bu zaman onlardan bəziləri veb-saytlann

yaradılmasına, bəziləri isə, həm də məhsul satışı sisteminin təşkilindəki

zəif cəhətləri nəzərə almağa üstünlük verdilər.

İnternet vasitəsi ilə həyata keçirilən kommersiya əməliyyatlarının

həcmi daima artmaqdadır. “Coopers&Lybrand” şirkətinin

məlumatlarına əsasən 1995-ci ildə İnternet vasitəsilə

318

Page 319: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

alqı-satqı dövriyyəsinin həcmi təxminən 300 mln. dollar olmuşdur,

“ActiveMedia” şirkətinin məlumatlarına görə, dünya üzrə e-

kommersiya sistemləri çərçivəsində əməliyyatların ümumi həcmi

1996-cı ildə 2,7 mlrd, dollara, 1998-ci ildə isə, 73,8 mlrd, dollara

çatmışdır [164].

Kompyuter avadanlığı istehsal edən iri firmalann arxasınca

şəbəkəyə ənənəvi mallann satışını həyata keçirənlər daxil olmağa

başladılar. Çoxlu sayda kitab mağazaları, kompakt-disklərin və

videokassetlərin satışı üzrə mağazalar şəbəkəsi yaranmışdır.

1998-ci ildə ABŞ-da İnternet üzrə e-ticarətin həcmi 50 mlrd, dollar

təşkil etmişdir [97]. 1998-ci ilin dekabnnda amerikalıların təkcə

“Amazon” satış sistemi vasitəsilə əldə etdikləri bayramqabağı

hədiyyələrin məbləği 1 mlrd, dollar təşkil etmişdir. Həmin ildə ABŞ-ın

iri provayderi olan “AOL” şirkəti də 10 həftəlik bayramqabağı ticarətin

nəticəsi olaraq 1,2 mlrd, dollar gəlir əldə etmişdir [152].

“Boston Consulting Group” (BCG) şirkətinin məlumatlanna görə,

1999-cu ildə e-kommersiya sistemləri vasitəsilə yerinə yetirilən

əməmliyyatlann illik artım tempi Avropa üçün təxminən 2 dəfə (200%),

ABŞ üçün isə, 145% təşkil etmişdir.

“eMarketer” analitik şirkətinin hesabatının göstəricilərinə əsasən,

2000-ci ildə e-kommersiyanm dünya üzrə dövriyyəsinin həcmi artıq

185 mlrd, dollara qədər yüksəlmişdir. Bunun 79,2%-i e-kommersiyanm

B2B sisteminin payına düşmüşdür. “İDC” tədqiqat mərkəzinin

məlumatlarına görə, Avropanın B2B sistemi ilə çalışan şirkətlərinin

gəliri 2000-ci ildə 61 mlrd, avro (57,3 mlrd, dollar) təşkil etmişdir.

“Boston Consulting Group” şirkətinin hesabat məlumatlanna

əsasən B2C sektorunda satışın həcmi 2000-ci ildə 44,5 mlrd, dollar və

ya bütün pərakəndə ticarətin 1,7 %-ni təşkil etmişdir [164].

İnternet vasitəsilə həyata keçirilən elektron satınalmaların

strukturunda da mütəmadi dəyişikliklər baş verir. Məsələn, 1998-ci ildə

elektron satınalmaların struktum aşağıdakı kimi olmuşdur:

319

Page 320: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimlit M,M. Hüseynov

• kompyuterlər və onlann dəstləşdirici məmulatlan — 44 %;

• aviabiletlərin satışı — 23 %;

® kitablar—14%;

• musiqi daşıyıcıları — 5 %;

• proqramlar — 5 %;

• digər — 9%.

“Morgan Stanley Research” analitik agentliyinin tədqiqatlarına

görə, 2012-ci ildə dünya üzrə internet vasitəsilə məhsul əldə edənlərin

53%-i kitab, 46%-i məişət texnikası, 42%-i idman geyimi, 40%-i idman

əşyaları, 39%-i ayaqqabı, 37%-i paltar, 36%-i ofis ləvazimatları və

zərgərlik əşyaları, 28%-i şəxsi gigiyena vasitələri alıcılarıdır [130].

Son illər ərzində informasiya-kommunikasiya texnologiyalarında

müşahidə edilən irəliləyiş elektron-təchizat (e- procurement) adlanan

“onlayn” satınalmaların çox böyük sürətlə inkişaf etməsinə səbəb

olmuşdur. Biznes alıcılarının ən azı 75%-i bəzi malları İnternet

vasitəsilə əldə edirlər [24, s. 176]. Elektron təchizat alıcıların yeni

təchizatçılara, daha aşağı tədarük qiymətlərinə çıxışını, sifarişlərin

qəbulunu və çatdırılma prosedurlarını sürətləndirir. Eyni zamanda, bu,

ənənəvi rəsmi tələbnamələrin və alqı-satqı prosedurlan ilə bağlı kağız

sənədləşmə işlərinin aradan qaldırılmasına səbəb olur. Bütün bunların

nəticəsidir ki, şirkətlərin çoxu təchizatçını tapmaq üçün İnternetə

müraciət etməklə aldıqları məhsulların qiymətini orta hesabla 15- 20%

azalda bilirlər.

Xammal və dəstləşdirici məmulatların satışını İnternet-birja yolu

ilə həyata keçirdikləri halda iri özəl müəssisələrin gəliri 25- 30% təşkil

edir. Məsələn, 2000-ci ilin təkcə 9 ayı ərzində ABŞ-da “General

Electric’Mn korporativ satınalmaların internet vasitəsilə həyata

keçirilməsi nəticəsində 5 mlrd dollara qənaət olunmuşdur [143].

İstehsal olunan məhsul üçün yeni bazarların tapılması bazar

münasibətləri şəraitində hər bir müəssisə rəhbərinin, kommersiya

320

Page 321: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

xidmətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu nöqteyi-

nəzərdən İnternet şəbəkəsi etibarlı tərəfdaş kimi beynəlxalq və

ölkədaxili kommersiya əməliyyatlarının səmərəliliyinin

yüksəldilməsində mühüm nailiyyətlər əldə etməyə imkan yaradır.

Hər şeydən əvvəl bu, aşağıdakılarla bağlıdır:

İnternetin istehsalçı və istehlakçılar üçün digər üsullara

nisbətən əlverişli olması;

nisbətən ucuz başa gəlməsi;

potensial tərəf müqabillərinin daha geniş sərhədlər daxilində

yerləşə bilmələri;

məhsulun istehsalçıdan istehlakçıya daha tez çatdırılması və s.

Eyni zamanda, tezsatılan mallar üzrə internet-mağazanın quruluşu

təkcə potensial müştərilərin geniş dairəsini əhatə etməklə deyil,

həmçinin sahibkarların bir sıra öhdəliklərdən azad olunması ilə bağlıdır.

Buraya aşağıdakılar aid edilə bilər: ticarət sahələrinin saxlanılması;

^ kommunal məsrəflərin ödənişi;

işçi heyətinin təliminə və əmək haqqına çəkilən xərclər; anbar

kompleksinin təşkil olunması və s.

İstehsal firma və müəssisələrində e-kommersiyanın istifadə

edilməsi bir neçə mərhələdən ibarətdir:

1 .Veb səhifə və ya saytın yaradılması (adətən burada firmanın

fəaliyyəti haqqında 1-2 səhifəlik məlumatlar yerləşdirilir, əsas

axtarış sistemləri və mövzu üzrə İnternet- kataloqlarda

qeydiyyata alınır);

2. Müəssisə haqqında daha çox informasiya təqdim edə biləcək

məlumat saytının yaradılması (əksər firmalar saytlarını öz

ticarət markalarının reklam edilməsi üçün istifadə edirlər);

3. İnformasiya saytının informasiya portalına çevrilməsi (burada

müsabiqələr, elektron sorğular keçirilir, analitik şərhlər,

press-relizlər və s. yerləşdirilir).

321

Page 322: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

Bir çox firmalar adi kommersiya fəaliyyətini İnternet şəbəkəsi ilə

əvəz etməyə imkan verən üsullardan, məsələn, sifarişin birbaşa olaraq

veb-sayt vasitəsilə qəbul edilməsindən yararlanırlar.

Malların təqdim edilməsində və xidmətlərin göstərilməsində

yeni-yeni imkanlar yaradan e-kommersiya bir çox üstünlüklərə malikdir

ki, bunlar da adətən ölkənin iqtisadi inkişafının real səviyyəsinə uyğun

olur. Sağlam e-kommersiya bazannm inkişafı sayəsində bir çox

üstünlüklər əldə etmək mümkündür.

E-kommersiyanın üstünlükləri və çatşmayan cəhətlərini nəzərdən

keçirərkən belə bir məsələni diqqətdən kənarda qoymaq olmaz: bu sahə

ilə yaxından tanışlığı olmavan bəzi iqtisadçı alimlər tərəfindən

e-kommersiyanın inkişafının dövlət üçün əhəmij^ətinin olmaması ilə

bağlı fikirlər də irəli sürülür.

Əslində, qlobal miqyasda e-ticarət əməliyyatlannm vergiyə cəlb

edilməsində vergi və gömrük orqanlarının qarşılaşdığı çətinliklər bu

mülahizələrə rəvac verir. E-kommersiyanın fistün və çatışmayan cəhətləri

Üstün cəhətlər Çatışmayan cəhətlər

Təşkilatlar üçün

• Qlobal miqyas

• Xsrchrin azalması

• Çatdırılma zancirinin yaxşılaşdırılması

• Biznes hamişə açıqdır (24/7/365)

• Far dilik

• Əmtaanin bazara tez çıxarılması

• Raqamla ifada olunmuş mahsulların

fınformasiyanın) yayılmasında aşağı xarclər

• informasiyanın alda olunmasında (xüsusan

beynalxalq amaliyyatlar zamanı) operativlik

• Mahsulun planlaşdırılmasından istehsalınadak

vaya sifarişindan satışınadak olan müddətin

azalması

• Sənədlərin har dəfə təkrar hazırlanmasına ehtiyac

duyulmur

• informasiyanın məqsədli qaydada

göndərilməsi hesabına alternativ satış kanallarının

yaradılması ________________________________

• Bu və ya digər layihənin şirkətə mənsub olması barədə tərəflər arasında mümkün şübhələr • Müəssisənin internetdə fəaliyyətinin həyata keçirilməsi və qanuniləşdirilməsində bəzi çətinliklər

322

Page 323: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

İstehlakçılar Qçfin

• Hər yerdə olmaq • Anonimlik • Əmtəə və xidmətlərdə böyük seçim • Fərdilik • Daha ucuz əmtəə və xidmətlər • Operativ çatdırılma • Elekrton sosiallaşma • Məhsul (xidmət) haqqında asan və tez məlumat alma

• İstehlakçıların internet vasitəsilə

satdan xidmətlərə olan etibarsızlığı • Əmtəənin əl ilə yoxlanmasınm

mümkünsüzlüyü • Əldə edilmiş əmtəənin

çatdırılmasını gözləmək

Cəmiyyət üçün

• Təqdim edilən xidmətlərin geniş siyahısı (məs., təhsil,

səhiyyə, komunal xidmətlər) • Həyat səviyyəsinin yidcsəlməsi • Milli təhlükəsizliyin yüksəlməsi • “Rəqəmsal" uyğunsuzluğun azalması • Əmtəələrin/xidmətlərin "onlayn"satışı/sifarişi

avtomobil sıxlığını və ətrırfmühitin çirklənməsini azaldır

• Dələduzluq üçün cəlbedici

platforma (şəbəkə təhlükəsizliyinin

azalması) • Onlinefəaliyyət gös-tərə bilməyən

kommersiya müəssisələrinin

bazardan sıxışdınlıb çıxarılması

Dövlət uçün

• Mülkiyyət formasından asılı obnayaraq bütün yerli

müəssisələrin inkişafı; • Dövlət ehtiyacları üçün satınalmalarda tenderlərin

şəffirf keçirilməsi imkanı, büdcə vəsaitlərinin

xərclənməsində şəffc^ığın təmin edilməsi: • Süründürməçiliyin və kağız dövriyyəsinin azalması

hesabına iqtisadi səmərəliliyin əldə edilməsi; • İdarəetmə orqanlarında aşkarlığın və şəffaflığın yniksəldilməsi; • Korrupsiyaya qarşı mübarizənin yeni keyfiyyət

mərhələsinə qədəm qoyması ; • E-ödəmələrdə vergi ödənişlərinin artması və s.

• Dövlət büdcəsinə vergi

ödənişlərinin daxil olmaması

Məlum olduğu kimi, e-satıcılardan hər hansı dövlətdə xüsusi bir sahibkarlıq yerirv^ malik olmalan tələb edilmir. Bundan başqa, e-satıcılar asanlıqla sahibkarlıq yerlərini aşağı vergi dərəcələri olan ölkələrə keçirə bilirlər.

Bəzi dövlətlərdə aşağı vergi dərəcələrinin olması buraya e- satıcıları cəlb edərək digər dövlətlərin vergi gəlirləri üçün ciddi

323

Page 324: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. ibrahimli, M. M. Hüseynov

təhlükə yarada bilər. Beləliklə də, adi ticarətdən fərqli olaraq e- ticarətdə

vergitutma məsələləri həm də ölkənin iqtisadi təhlükəsizliyi baxımından

böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, adi beynəlxalq

ticarət-kommersiya əməliyyatlarında gömrük orqanları idxal və ya ixrac

edilən malları yoxlaya bilir. E- kommersiya əməliyyatlannda isə,

gömrük orqanlarının müdaxiləsi fiziki baxımdan mümkün deyil.

Beləliklə, e-kommersiya bəzən vergidən yayınma halları ilə də

nəticələnə bilər. Ayrı-ayrı mütəxəssislərin araşdırmaların nəticələri üzrə

hazırlamış tövsiyələr isə bu əməliyyatları müəyyən çərçivəyə salsa da,

vergitutma ilə bağlı problemləri hələ də tam həll etmək iqtidarında deyil.

Bununla belə, bu sahədə olan problemlərin öz həllini tapacağının

yalnız zaman məsələsi olması şübhəsizdir. Belə bir fakt diqqəti cəlb edir

ki, əgər hazırda e-ticarət əməliyyatları Avropa Birliyi ölkələrində

aparıldığı və ya mallar (və ya xidmətlər) vergi ödəyicisi olmayan

istehlakçıya təqdim edildiyi hallarda (başqa sözlə, B2C əməliyyatları)

ƏDV malları və ya xidmətləri təqdim edənin (satıcının) dövlətində

tutulur. E-ticarət əməliyyatları Avropa Birliyi xaricində aparılırdığı və

ya mallar (və ya xidmətlər) vergi ödəyicisi olan istehlakçıya təqdim

edildiyi hallarda (B2B) ƏDV malları və ya xidmətləri alanın dövlətində

tutulur.

Beynəlxalq təcrübədə e-ticarətin vergiyə cəlb edilməsinin başlıca

fundamental prinsipləri aşağıdakılardır: • Bitərəflik prinsipi. Çatdırılma metodundan asılı olmayaraq,

alınmış mallara və xidmətlərə eyni vergi rejiminin tətbiq edilməsi.

• Sadəlik və əminlik prinsipi. Vergi qaydaları sadə və aydın olmalıdır. Belə ki, vergi ödəyiciləri əməliyyatlar aparmazdan əvvəl vergiləri necə, harada və nə vaxt hesablamalı və ya ödəməli olduqlarını bilsinlər.

• Ədalətlilik və effektivlik prinsipi. Düzgün vergi məbləğlərinin düzgün vaxtda hesablanması və vergidən yayında qaçma potensialının minimuma endirilməsi.

324

Page 325: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

• Çeviklik prinsipi. E-ticarəti vergiyə cəlb edən sistemin çevik olması, texnoloji və kommersiya inkişafı ilə birgə getməsi.

• Vergiləri məcburi alınması prinsipi. Vergilərin yığılmasına dair iqtisadi təhriflərdən azad olan sadə və texnoloji sistemin yaradılması [168].

Doğrudur, e-komınersiyanın inkişafı potensial risklərdən də kənar deyil. Buraya mümkün dələduzluq hallan, maliyyə sövdələşmələrinin təminatının olmaması, tərəfdaşın etibarlığının yoxlanılmasının mürəkkəbliyi və s. aid edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu risklər yalnız e-kommersiva ücün devil ənənəvi kommersiya (ticarət) ücün də xarakterikdir. Qeyd olunan risklər realdır və e-kommersiyanm inkişafı səviyyəsinə uyğun olaraq daha müxtəlif formalar ala bilər. Lakin hazırda ayrı-ayrı ölkələrin hökumətləri və şirkətləri tərəfindən bu proseslər tənzimlənir.

Bu sahənin mütəxəssisləri də e-kommersiyanın inkişafında dövlətin maraqlı olmasını tövsiyə edirlər. Belə ki, “Interactive Media in Retail Group”un (IMRG - Böyük Britaniya) rəhbəri Aad Vininq (Aad Weening) qeyd edir: "...Güclü inkişaf edən ölkələrdə biz hətta dövlət tərəfindən elektron kommersiyanın himayə olunduğunu müşahidə edirik. Bu addımları atan hakimiyyətlər müdrikcəsinə və düzgün hərəkət edirlər - internet hazırda istənilən ölkənin iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilir və bununla hesablaşmaq lazımdır”[\44].

ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa və s. kimi inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində yeni texnologiyaların inkişafı həmişə dövlət qayğısı ilə müşayiət olunur. Ona görə də, bu ölkələrdə İKT-nin səviyyəsi kifayət qədər yüksəkdir.

Dövlət e-kommersiyanın inkişafında daha çox maraqlı olmalıdır. E-kommersiyanın inkişafı dövlətin bu sahədə inkişaf mexanizmlərini daha diqqətlə nəzərdən keçirməyə vadar edir. E- kommersiya əməliyyatları ildən-ilə daha geniş vüsət almaqdadır. “Onlayn” ticarət üzrə dövriyyə milyardlarla dollarla ölçülür.

325

Page 326: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimliy M.M, Hüseynov

Amerika Ticarət Evinin məlumatlarına görə də, “onlayn” satışın artım sürəti ənənəvi ticarətdən təqribən 19 dəfə çoxdur [32].

E-kommersiyanın inkişaf perspektivlərini nəzərdən keçirərkən onun əsas iştirakçılannm - istehlakçıların bu sahəyə daima artan marağını göstərmək lazımdır. ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) 2013-cü ildə aparılmış tədqiqatlara görə, alıcılann məhsul almaq üçün internetə müraciət etmələrinin 7 ən başlıca səbəbləri aşağıdakılardar:

1. daha əlverişli qiymət; 2. mağaza sutkanın 24 saat ərzində açıqdır; 3. pulsuz çatdırma; 4. tez zaman ərzində çatdırma; 5. sadəlik; 6. geniş çeşid; 7. bütün dünya üzrə məhsul sifarişi [134]. Hazırda dünya üzrə ən böyük İnternet-ticarət bazarı ABŞ, Böyük

Britaniya, Yaponiya və Çin Xalq Respublikasındadır. Böyük Britaniyanın elektron pərakəndə ticarət Assosiasiyasının (“Interactive Media in Retail Group” - IMRG) məlumatlanna əsasən, 2011-ci ildə dünya üzrə elektron kommersiya sahəsində satışın həcmi 2010-cu ilin göstəricilərinə nisbətətn 20% artaraq 690 mlrd, avro və ya 961 mlrd, dollar təşkil etmişdir. Assosiasiyanın mütəxəssisləri tərəfindən dünya üzrə internetdən istifadəçilərin sayının 2011-2013-cü illərdə 2,2 mlrd nəfərdən 3,5 mlrd nəfərə qədər artacağı, e-kommersiyanın ümumi həcminin isə 1,25 trln. dollara çatacağı proqnozlaşdırılırdı [134].

Nüfuzlu “e-Marketer” analitik şirkətinin məlumatlarına əsasən, artıq 2012-ci ilin sonuna dünya üzrə e-kommersiyanın (B2C) həcmi 1 trln. dolları keçmişdir və 2013-cü il üçün proqnozlar 1,3 trln. dollar həcmində qiymətləndirilmişdir. E- bazann liderləri kimi Şimali Amerika (365 mlrd, dollar və ya təqribən 14%-lik illik artım) və Asiya-Sakit okean hövzəsi regionu (332 mlrd, dollar və ya 33%-lik illik artım) ölkələri çıxış edir. Daha böyük artım Çin, Hindistan və İndoneziyada müşahidə

326

Page 327: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaİiyyətimn əsaslan

edilməkdədir və növbəti illərdə e-kommersiyanın həcminə görə liderliyin Asiya ölkələrinə keçəcəyi proqnozlaşdınhr [145].

Bununla yanaşı, 2016-cı ilə qədər e-kommersiya bazarının şəksiz liderinin ABŞ olacağı gözlənilir. Son bir neçə ildə, ABŞ-da e-kommersiyanın artımı təqribən illik 17% təşkil etməkdədir.

Avropada e-kommersiyanın artımı 2011-ci ildə 19% (307 mlrd, dollar) təşkil etmişdir. Təkcə Böyük Britaniyanın ÜDM-də internet-iqtisadiyyatın həcmi 6%-dir (130 mlrd, dollar və ya 82 mlrd funt-sterlinq). Mütəxəssislərin hesablamalanna görə, qlobal elektron şəbəkəyə qoyulan hər 1 funt sterlinq 5 funt sterlinq gəlir gətirir və Böyük Britaniyada 2015-ci ilə qədər internetdə olan əməliyyatlann həcmi indiki göstəricilərlə müqayisədə 37% artacaqdır [134].

Fransız onlayn-sahibkarlann ticarət dövriyyəsi 2012-ci ildə əvvəlki ilə nisbətən 19% artaraq 45 mlrd, dollar təşkil etmişdir.

Çində 2011-ci ildə e-kommersiya 130%-ə qədər artmış, 2012- ci ildə isə, Çində internet vasitəsilə pərakəndə ticarətin həcmi 161 mlrd, dollar təşkil etmişdir.

İnternet vasitəsilə ticarətin həcmi Hindistanda da ildən ilə artmaqdadır. “Boston Consulting Group”un proqnozlarına görə, 2010-2016-cı illərdə bu ölkədə internet ticarətin həcmi 7 mlrd, dollardan 84 mlrd, dollara qədər, başqa sözlə 12 dəfə artacaqdır. Bu isə, bütün pərakəndə ticarətdə e-ticarətin həcminin 4,5%-ni təşkil edəcəkdir.

Bütün bunlar onu göstərir ki, hazırda İnternet demək olar ki, bütün ölkələrin iqtisadiyyatının aynimaz tərkib hissəsinə çevrilir. Elektron pərakəndə ticarət qlobal xarakter almaqdadır və getdikcə bütün dünya üzrə məhsulların onlayn alqı-satqısına etibann artması müşahidə olunmaqdadır.

İnternet ticarətin ənənəvi formalarını da dəyişir. Məsələn, adətən əntiq malların, markaların, sikkələrin, komiks və köhnə valların alqı-satqısına istiqamətlənmiş hərraclar ildən-ilə öz fəaliyyət istiqamətlərini genişləndirirlər. Proqnozlara görə, yaxın gələcəkdə e-kommersiyanın potensialını lazımınca qiymətləndirə bilməyən şirkətlər İKT-nin imkanlarından daha səmərəli istifadə

327

Page 328: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli^ M.M. Hüseynov

edən rəqiblərinin təzyiqi altında öz mövqelərini itirməyə məcbur olacaqlar. Belə ki, Fransanın “LSA” ixtisaslaşdırılmış mətbu orqanının 2013-cü ilin aprel ayında apardığı araşdırmalara görə, dünya internet şəbəkəsində hər 30 saniyədə əmtəə və xidmətlər təklif edən yeni sayt yaradılır.

Digər tərəfdən, İngiltərənin məşhur “Jones Lang La Salle” şirkətinin mütəxəssislərinin hesablamalarına görə, internet vasitəsilə ticarət edən müəssisələr üçün hər il orta hesabla ən azı 5 mln m^ ərazisi olan yeni ixtisaslaşmış logistik mərkəzlərin istifadəyə verilməsi qaçılmazdır.

Sonuncu dünya maliyyə böhranı fonunda ənənəvi ticarətin çətinliklərlə üzləşdiyi bir dövrdə də e-kommersiya yüksək inkişaf templərini saxlamaqda davam etmişdir və bu proses getməkdədir. Hətta inkişaf etməkdə olan ölkələrdə e-kommersiya hər il ikirəqəmli göstəricilərlə artır. İnternet-ticarətin lideri olan “Amazon” şirkətinin yaradıcısı və rəhbəri C.Bezos bunu hələ “...ilk gün...” kimi qiymətləndirir. “Morgan Stanley Research” analitik agentliyinin tədqiqatlarına görə, dünya üzrə internet-ticarətin ümumilikdə pərakəndə ticarətdəki həcmi 2008-2012-ci illərdə 4%- dən 6,5%-ə qədər atrmışdır və bu göstəricinin 2016-cı ildə 9,3%-ə çatacağı proqnozlaşdırılır [130].

Qeyd edək ki, 2012-ci il üçün bu göstərici ABŞ-da və Böyük Britaniyada 10,1%-ə, ÇXR-da 5,1%-ə, Rusiya Federasiyasında artıq 2%-ə çatmışdır. Proqnozlara görə, Rusiya Federasiyasında bu rəqəm 2015-ci ildə 4,5%-ə, 2020-ci ildə isə, 7%-ə qədər yüksələcəkdir [163].

Bütün bu qeyd edilənlər İnternetin kommersiya əməliyyatlarındakı rolunun ildən-ilə artmasının əyani sübutudur. E-kommersiya - ənənəvi kommersiyanın səmərəliliyinin artırılmasının mənbələrindən biridir. O, işgüzar tərəf müqabillərin səmərəli qarşılıqlı əlaqələrinin təmin olunması məqsədilə və əlavə gəlir mənbələrinin yaradılması üçün informasiya texnologiyalarından istifadə olunmasına yönəldilmişdir. Cəmiyyətin hazırkı inkişaf mərhələsində reallıq bundan ibarətdir ki, bir çox hallarda e-kommersiyanın sosial-iqtisadi mahiyyəti

328

Page 329: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

təkcə onun mənfəətli olması baxımından dəyərləndirilmir. Belə ki, bir çox şirkətlər tərəfindən e-kommersiya həm də real mövcud olan ticarət salon və mağazalarına diqqətin artırılması - reklam vasitəsi kimi istifadə olunur.

Ənənəvi satış kanalları da İnternet vasitəsilə satış üsulunun yayılmasında iştirak edirlər. Məs., firma mağazasından məhsul alan şəxsin əlindəki polietilen torbanın üzərində internet ünvanın yazılması bu satış kanalının reklam edilməsinə xidmət edir.

“E-kommersiya” termini getdikcə sahibkarların şüuruna daha möhkəm daxil olur. İnternet-mağazalara olan marağın yüksəlməsi təkcə onlayn mağazaların sayının artması ilə bağlı deyil. Bu, həm də istifadəçilər və ənənəvi ticarətçilərin biznesin yeni növünə olan marağının qarşısıalınmaz bir şəkildə artması ilə şərtlənir.

E-kommersiya texnologiyası biznesin aparılmasının ən yaxşı üsullarını aşkara çıxarmağa imkan verir. O, müasir beynəlxalq münasibətlər sistemində makroiqtisadi aspektdə müsbət təsirə malikdir. E-kommersiya beynəlxalq əmək bölgüsünə, kapitalın beynəlxalq hərəkətinə, işçi qüvvəsinin miqrasiyasına və s. kifayət qədər böyük təsir göstərir.

Müasir dövrdə qlobal miqyasda e-kommersiyanın qarşısında duran əsas vəzifələr aşağıdakılardan ibarətdir:

- bazarın, istehsalat-texniki təyinatlı məhsullara və kütləvi istehlak məhsullarına olan tələb və təklifin marketinq tədqiqatları əsasında öyrənilməsi;

- əmtəələrin istehlakçı üçün lazım olan çeşid, kəmiyyət və keyfiyyətdə istehsal olunması;

- vasitəçilərin, pərakəndə ticarət müəssisələrinin, istehlakçıların geniş çeşiddə mallarla vaxtında, dolğun və ahəngdar təchiz olunması;

- mal göndərişinin planauyğunluğunun və ahəngdarlığının təmin olunması əsasında mal ehtiyatlarının saxlanılmasının təşkili;

- mal göndərənlər, vasitəçilər, istehlakçılar arasında bütün qarşılıqlı münasibətlər sisteminin nizamlanmasında iqtisadi metodlardan geniş istifadə;

- ənənəvi ticarət münasibətlərində əmtəənin istehsalçılardan

329

Page 330: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

istehlakçılara doğru hərəkəti ilə bağlı olan məsrəflərin aşağı salınması. E-kommersiya həm də regionlar və sahələr arasında kommersiya

əlaqələri sisteminə də təsir göstərir. E-kommersiya mallarm ölkə üzrə yerinin dəyişilməsinin yeni-yeni yollarını müəj'yən edir ki, bunun da nəticəsində əməyin ərazi üzrə bölgüsü təkmilləşdirilir, regionların inkişafında mütənasiblik əldə olunur. E-kommersiyanı inkişaf etdirilməsi ölkəmizin gələcəkdə dünya iqtisadiyyatında layiqli yer tutması üçün kifayət qədər mühüm əhəmiyyətə malikdir.

Yoxlama üçün suallar:

E-kommersiyanın son illərdəki inkişafım şərtləndirən cəhətlər

hansılardır?

E-kommersiya hansı məqsədlərə xidmət edir? E-kommersiyanm

hansı tərkib hissələri var? E-kommersiyanın hansı modelləri

var?

E-kommersiyanın şaquli modelinə əsasən e-kommersiyanın

inkişafına hansı tələblər qoyulur? İstehlakçıların məqsədli

qrupları baxımından e-kommersiyanın növlərini açıqlayın.

B2B bazarının ilkin komponentləri hansıdır?

Məhsulların şəbəkə vasitəsilə pərakəndə satışının hansı

sistemləri məlumdur?

E-kommersiya müəssisəsinin texnoloji prosesinə xas olan

xüsusiyyətləri göstərin.

İnternet ödəniş sistemi nədir?

İnternet ödəniş sistemlərinin inkişafının mərhələlərini göstərin.

internetdə elektron ödəniş sistemlərinin hansı növləri

məlumdur?

Elektron ödəniş sisteminə qoyulan tələbləri açıqlayın. Elektron

ödəniş sistemlərinin özündə birləşdirdiyi hesablaşma

formalarının j'ərqli cəhətlərini göstərin.

330

Page 331: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyotinin əsaslan

♦ İstehsal firma və müəssisələrində e-kommersiyadan istifadənin

hansı əsas üstünlüklərə və çatışmayan cəhətlərə malikdir?

♦ Müasir dövrdə qlobal miqyasda e-kommersiyamn qarşısında

hansı vəzifələr durur?

♦ E-kommersiyanın inkişaf perspektivlərini göstərin.

♦ Azərbaycanda e-kommersiyanın inkişaf meyllərini necə

qiymətləndirmək olar?

♦ "Elektron ticarət haqqında” Azərbaycan Respublikasının

Qanununda e-ticarətin əsas prinsipləri necə

müəyyənləşdirilmişdir?

331

Page 332: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

ÇA. İbrahimli, M.M. Hüseynov

ƏDƏBİYYAT SİYAHISI

Azərbaycan dilində

1. Azərbaycan Respublikasının Konstitusiyası. B.: «Qanun» 2002.

2. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının

tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə

tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin

Fərmanı, “Respublika” qəz., 15 may 2010-cu il. .N-2 103(3818).,

3. Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya

Kommunikasiya Texnologiyaları üzjə Milli Strategiya (2003-

2012-ci illər).

4. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu.

Azərbaycan Respublikası Prezidentinin nəşri, KeS, 31 may

2002-ci il. səh. 886.

5. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

Azərbaycan Respublikası Prezidentinin nəşri, Ks 11, 2010-cu il,

maddə 973.

6. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012- ci il,

Ka 1, maddə 4.

7. Azərbaycan Respublikasının Qanunlar Külliyatı, III c., B.,

“Digesta”, 2002. s. 1016-1028.

8. Azərbaycan Respublikasının Məcəllələr Külliyatı. II cild. Bakı,

«Digesta», 2003.

9. Dövlət müəssisəsi (birliyi) haqqında Sovet Sosialist

Respublikaları İttifaqının Qanunu.-B.: Azəməşr, 1987.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu,

4 dekabr 2001-ci il, JSfo223-IIQ.

11. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu,

“Respublika” qəzeti, 20 iyul 2005-ci il.

12. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”

Azərbaycan Respublikasının Qanunu, Azərbaycan

332

Page 333: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsaslan

Respublikasının Qanunlar Külliyatı, III cild, Bakı, “Digesta”

nəşriyyatı, 2002. səh. 1016-1028.

13. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının

Qanunu, “Azərbaycan” qəz., 11 dekabr 2005-ci il.

14. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının

Qanunu. Azərbaycan Respublikasının Qanunlar Külliyatı, III

cild, Bakı, “Digesta”, 2002. səh. 750-755.

15. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə

bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 23 oktyabr

2003-cü il, Ko 954.

16. “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanunu, 1

iyun 1994-cü il, K9847.

17. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının

Qanunu. Azərbaycan Respublikasının Qanunlar Külliyatı, I cild,

Bakı, “Digesta” nəşriyyatı, 2001. səh. 308-315.

18. Abdullayev Z.S., Bağırova Z.Ə. Müəssisənin iqtisadiyyatı:

dərslik. Bakı, 2003.

19. Abdullayev Z.S., Nağıyev Ə.H. “İstehsalın təşkili”. Bakı;

Çaşıoğlu, 2000.

20. Ağamalıyev M.Q., Məmmədrzayev M.M. Kommersiya

fəaliyyətinin təşkili. Dərslik, Bakı “Səda” nəşriyyatı, 2004.

21. Axundov M.Ə. Müəssisə iqtisadı (dərs vəsaiti). Bakı, Azəməşr,

2002.

22. Allahverdiyev S.S. Azərbaycan Respublikasının mülki hüququ. II

cild, dərslik. Bakı, «Digesta», 2001.

23. Axundov Ş.Ə. Marketinqin əsasları. Bakı “Əbilov, Zeynalov və

oğulları” 2001.

24. Armstronq Q., Kotler F. Marketinq; İlk addım. 7-ci nəşr. Bakı,

2005.

25. Aslanov S.X. Sahibkarlıq hüququ. Bakı, «Digesta», 2005.

333

Page 334: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Ç.A. İbrahimli, M.M. Hüseynov

26. Aşurov S. Marketinqin kommunikasiya sistemi / Dərs vəsaiti.

Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2008.

27. “Azərbaycanda informasiya cəmiyyəti” İnformasiya və

kommunikasiya texnologiyaları statistikası (statistik məcmuə),

Bakı, 2013.

28. Azərbaycan və dünya ticarət təşkilatı = Azerbaijan and WTO. -

Bakı: CBS Polygraphic Production, 2006.

29. “Azərbaycan” qəz., 14.02.2007.

30. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, V cild, Bakı 1981.

səh. 461-462.

31. Biznesin əsaslan. Bakı, “Nurlan”, 2005.

32. Eldaroğlu Ə. E-dövlətə doğru / Yeni dünyada yeniləşən

Azərbaycan iqtisadiyyatı (məqalələr toplusu). “QASİM”, Bakı

2006.

33. Əkbərov M.Q. Elektron kommersiya /Ali məktəb tələbələri üçün

dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2011.

34. Ələsgərov F.N. İstehlak malları bazarı: idarəetmə formalan və

metodları. B.: Azəməşr, 1993.

35. Əliyev M.T. Azərbaycan iqtisadiyyatının formalaşması və inkişaf

problemləri. Bakı, “Mütərcim”, 2001.

36. Feyzullabəyli İ.Ə. “Real bazara doğru”, Azəməşr 1993.

37. Hüseynova A.C. “Qiymətlərin dövlət tənzimlənməsi” Dərs

vəsaiti. Bakı: Çaşıoğlu, 2001.

38. Hüseynov T.Ə. Müəssisənin iqtisadiyyatı. Dərslik. Bakı, “Səda”,

2005.

39. Hüseynov T.Ə. Sənayenin iqtisadiyyatı (dərslik). Bakı, Azəməşr,

2000.

40. İqtisadi nəzəriyyə: Dərs vəsaiti (Vəliyev T.S., İbadov S.A.,

Məmmədov A.B. və b.). - Bakı: Bakı Universiteti nəşriyyatı,

1992.

41. “İqtisadi təlimlər tarixi”. Dərslik. i.e.d., prof M.X.Meybullayevin

ümumi redaktəsi ilə. Bakı, 2002.

334

Page 335: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

42. İmanov T.İ. Logistikanın əsaslan: istehsal və mübadilə sferasında

material axmlannm logistik idarə edilməsi. - B.: Təhsil NPM, II h.

2005.

43. “Kommersiya fəaliyyətinin əsaslan”. Dərslik. Bakı: “İqtisad

Universiteti” nəşriyyatı, 2010.

44. Kotler F. Marketinqin əsasları. Bakı, “Ergün” 1993.

45. Quliyev T.Ə. Menecmentin (idarəetmənin) əsasları. B.:“Nağıl

evi”, 2001.

46. Məmmədov X., Mirzəyev S. Marketinqin əsaslan. Bakı,

“QAPP-POLİQRAF” Nəşriyyat-Poliqrafiya Korporasiyası, 2001.

47. Musayev A.F., Qarayev İ.Ə. Elektron kommersiya və vergitutma

// “Azərbaycanın vergi jurnalı”, 2013, Jf«2, səh.

77.

48. Müqavilə hüququ: şərhlər və nümunələr. Bakı, “Patronat-S”,

2003.

49. Niftullayev V.M. Sahibkarlığın əsasları. Bsıkı, “Zaman”

nəşriyyatı, 2002.

50. Nuriyev Ə.X. “Azərbaycan Respublikasının böhran

vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri”, Bakı

Azərb. DNA-nın nəşri. 1992.

51. Nuriyev Ə.X., İbrahimli Ç.A. Dövlət tənzimlənməsində

mikroiqtisadi səviyyə: sənaye müəssisələrinin kommersiya

fəaliyyətinin tənzimlənməsi // Audit, 2004, 2-3. səh. 40-

47.

52. Paşayev K.P. Kommersiyaya struktur funksional yanaşma //

İqtisad elmləri: nəzəriyyə və praktika, Bakı, 2004, X® 3-4, s.

72-80.

53. Regionların sosial-iqtisadi inkişafı. Statistik məcmuə. Bakı,

ARDSK, iyun-2012.

54. “Respublika” qəz., 06.05.2005-ci il; 20.07.2005-ci il;

25.10.2007-ci il.

335

Page 336: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,
Page 337: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

337

Page 338: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

338

Page 339: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

339

Page 340: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

340

Page 341: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,
Page 342: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

QA, İbrahimli, M,M, Hüseynov

109. Smith A. An Inquiry into the Nature and Causes of the Wealtlı

of Nations. London: Methuen and Co., Ltd., ed. Edwin Cannan,

1904. Fiflh edition. Liberty Fund, Inc. 2000.

110. Survey of Current Business. Washington, D.C.: GPD, Sep-

tember 1991. p 3, 8.

İnternet resursları

111. http://www.ain.ua

112. http://www.advertology.ru

113. http://www.aup.ru

114. http://www.bir.uz

115. http://'vww.bizhit.ru

116. http://www.biznesinfo.ru

117. http://^vww.cbar.az

118. http://www.colins.ru

119. http ://www.commerce. gov

120. http ://www.conf. susu.ru

121. http://www.customs.gov.az

122. http://www.dejure.az

123. http:// www.economy.gov.az

124. http://www.e-commerce.ru

125. http://www.el-business.ucoz.ru

126. http://www.emarketer.com

127. http://www.e-moneynews.ru

128. http://www.e-news.com.ua

129. http://'vww.e-qanun.az

130. http://www.estlex.com

131. http://www.e-xecutive.ru

132. http://^vww.ict.az

133. http:/Avww.google.az

134. http://www.groupm.com

135. http://^vww.justice.cz/org

342

Page 343: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Kommersiya fəaliyyətinin əsasları

153. http://www.groupm.com

154. http://www.justice.cz/org

155. http://www.klubok.net

156. http://www.kommercheskoe-pravo-edu.blogspot.com

157. http://www.konspekt.wordpress.com

158. http://www.legprom.biz

159. http://www.million.az

160. http://www,minpromtorg.gov.m

161. http://www.mir.zavantag.com

162. http://www.nvtc.ee

163. http://www.oborot.ru

164. http://www.ono.org.ua

165. http://www.russian.china.org.cn

166. http://www.rustrade.cz

167. http://www.stat.gov.az

168. http://www.taxes.gov.az

169. http://www.tender.gov.az

170. http://www.textileclub.ru

171. http://www.towave.ru

343

Page 344: Elmi redaktor: Ə.X.Nuriyev,lib.bbu.edu.az/files/book/445.pdf · kommersiya ə məliyyatlan, kommersiya riski, kommersiya sövdələməsi´, kommersiya müqaviləsi, kommersiya hüququ,

Nəşriyyatın direktoru

professor Nadir MƏMMƏDLİ

KoıvınuTCp aıi3aMHepıı: Zahid Məmmədov

Çapa imzalanmış 02.02.2015.

Şərti çap vərəqi 15. Sifariş JVs 138.

Kağız formatı 60x84 1/16. Tiraj 500.

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya

müəssisəsində səhifələnib çap olunmuşdur.

E-maii: nurlan [email protected]

Tel: 497-16-32 511-37-82; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.