10
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°107 MAY 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 2 3 DALĞA ANALİZİ 8

Inforex Weekly#107

  • Upload
    inforex

  • View
    228

  • Download
    5

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#107: treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#107

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°107 MAY 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ2 3 DALĞA

ANALİZİ8

Page 2: Inforex Weekly#107

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Treydinqdə ov yox, ovçu olmaq...Treydinq zamanı özünüzü gözəgörünməz bir qüvvənin ovu kimi hiss etmək sizə tanışdırmı? Treydinq dünyasına daxil olarkən biz ovçularla dolu olan bir maaliyyə cəngəlliyinə daxil oluruq.Ola bilsin ki,siz bu sənətə yeni gəlmisiniz və özünzü qurban kimi hiss edirsiniz,amma zaman keçdikcə düzgün ticarət planı və nizam intizamlı ticarət,başlıcası isə daxili ruh yüksəkliyi sizi ovdan ovçuya çevirəcək.

Siz professional treyderlərin çox olduğu bir dünyadasınız və burada bazar tərəfindən udulmaq təhlükəsini gözə alaraq gəlmisiniz.Amma nəzərə alaq və hər zaman yadda saxlayaq ki,hətta bazarda iri pullara malik olan əsas güc sahibləri də səhv edə bilirlər və bundan sadəcə istifadə etmək yetərlidir.

Forex bazarının belə bir həqiqəti var:Sənin necə treyder olmağın ən son açdığın orderin ilə ölçülür.

Treydində ovçu odur ki,nə zamansa özünün də strategiyadan kənara çıxdığını ,emosional ticarət apardığını yadından çıxarmır və bunun hansı nəticələrə səbəb olduğunu yaxşı bilir.Əgər bazarda qalmaq istəysinizsə,demək öz səhvlərimizdən nəticə çıxarmağı qısa zamanda öyrənməlisiniz.

Məsələn,əgər siz yaxşı siqnallar görür və buna uyğun əməliyyat açırsınız,amma stop-losslar sizi tezliklə bazard-an çıxarır,bundan sonra isə görürsünüz ki,qiymət sizə lazım olan istiqamətə gedir.

Bu bir neçə dəfə təkrar olunursa siz artıq ruhdan düşür və özünüzü “ov” kimi tələdə hiss edirsiniz.Diqqətlə orderlərinizi analiz edin,bəlkə siz stop-lossları çox yaxında təyin edirsiniz və ya vəsaitinizin dözə biləcəyindən artıq həcmdə əməliyyat açırsınız?!

Başqa bir səhv-bazara gec daxil olmaq.Order açırsınız,amma bir də görürsüz ki,siz bazara girən kimi qiymət sizin əksinizə hərəkət edir.Bu zaman siz özünüzü şənliyə gecikmiş adam kimi hiss edirsiniz.Bu halda strategiyanızı nəzərdən keçirin,ola bilsin ki,siz faktlara əsaslanaraq deyil,necə gəldi bazara daxil olursunuz və bazar da sizi bu səhvə görə cəzalandırır.

Özünüzü qurban kimi hiss etməmək üçün öz üzərinizdə daim işləməyə çalışın.

Hər kəsə uğurlu treydinq arzuları ilə...Redaktordan

01

Page 3: Inforex Weekly#107

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

EurUsd cütlüyü qalxışa cəhd etməyə davam edir.Qiymətin vacib dəstəkdən yuxarıda olması qalxış tendensiyasının davam edəcəyi barədə danışmağa əsas verir.Hal hazırda ilk qalxış hədəfi 1.1334,növbəti hədəf isə 1.1520/30 nöqtələrində ola bilər.Yaz trendlərinə məxsus olan xüsusiyyət onların qəfildən gözlənilməyən istiqamətə dönüşüdür və bu da istisna deyil,amma ki,qiymət 1.05/1.0480 səviyyəsindən yuxarıda qaldıqca tendensiyanın qalxış istiqamətli olacağını gözləyə bilərik.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Page 4: Inforex Weekly#107

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

“Brent” neftinin və qızılın hərəkət potensialının təyini

Bir qayda olaraq treyder fleti artıq sona çatarkən görür. Bu faktdır.Və olduqca qəmli faktdır,axı məhz bu hərəkət zamanı depozitlər yuyulur və qazanılmış vəsait əldən çıxır! Mümkündürmü ki, flet başlandığı vaxt müəyyən edil-sin və bundan ticarətlərimizdə necə istifadə edə bilərik? Belə məlum olub ki, bunu etmək mümkündür. İlk olaraq bunu deməliyik ki,Forexdə qiymət bu ardıcıllıqla hərəkət edir.İmpuls,korreksiya,impuls,korreksiya .... Flet, konsolidasiya,sapma-bunlar hamısı korreksiyaya daxildir. Trendi ən asanlıqla biz H1 periodunda tapa bilərik.Göstərilmiş skrinə baxaq.Biz burada 3 buğa şamının impulsiv qalxış hərəkətini müşahidə edirik.Bir qayda olaraq impulsun sonu iri şamla başa çatırsa,treyder bazarın flet vəziyyətinə daxil ola biləcəyini gözləməlidir.Onun diapa-zonu məhz fletin diapzonu olacaq.Bu şamı biz ölçü şamı adlandıracağıq.....

Ardı növbəti sayda..

Page 5: Inforex Weekly#107

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

“Brent” neftinin və qızılın hərəkət potensialının təyini

Neft

Qiymətin yuxarı Bollincer xəttiylə necə davranacağına baxacağıq. (68.83). Bu səviyyə güclü müqavimət zonasıdır. 62.29 səviyyəsi dəstəkdir.

Qızıl

Ola bilsin ki, 1135.46 (aşağı Bollincer xətti) səviyyəsi qırılmaq üçün yoxlanar və buna nail olunarsa, 1032.24 səviyyəsinə yol açılacaq. Yoxlama dəstəyi 1177.90-dır. Əgər o davam gətirərsə, 1212.57 səviyyəsinə qalxış görə bilərik. Qırılma isə 1135.46 və 1032.24 səviyyələrinə enişə yol açacaq.

04

Page 6: Inforex Weekly#107

Nomura: dolların texniki şəkli dumanlıdır

«Biz dolları düşəcəyi barədə hələ FOMC -un mart iclasının nəticələri açıqlanarkəın bildirmişdik,amma avro/yena və avro/dollardakı korreksiya perspektivlərinə barmaqarası yanaşdıq.Biz dolların əsas valyutalar və avro qarşısında ucuzlaşacağını gözləyirdik,amma avro dollar qarşısında güclü impuls aptrendi formalaşdırdı.Hələ ki,vəziyətin necə davam edəcəyi qeyri-müəyyəndir,spekulyantların orderlər də qarışıq siqnallar yaradır,ola bilsin ki,Amerika sttatistikası 2-3 aydan sonra yaxşılaşacaq,amma bunu ticarətlərdə nəzərə almaq hələ ki,tezdir».

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

BANKLARINortamüddətli perspektiv

üçün proqnozlar

Ikiqat Stop-loss

Bu uzunmüddətli trend strategiyasıdır və burada sadə və hamıya tanış olan alətlər-sadə -SMA,MACD və stop-loss istifadə olunur. İşlədəcəyimiz qrafik-günlük qrafikdir,orta dəyişənin periodu 5. SMA (5) həftə ərzində qiymətin orta hərəkətini bizə təqdim edir. MACD-ın rəqəmlərinin SMA-a uyğun olması üçün MACD-da parametrləri bu ardıcıllıqla yazmaq laızmdır:8-17-9.əməliyyata daxil olmaq qaydası:ALIŞ-MACD indi-katoru 0 səviyyəsini aşağıdan yuxarı qırır;Bu zaman orta dəyişən ya yuxarı baxır ya da üfüqi mövqedədir.SATIŞ-1.MACD 0 səviyyəsini yuxarıdan aşağı kəsir.2.Orta dəyişən SMA ya aşağı yönəlib,ya da üfüqidir.Pozisiyadan çıxma qaydası:1.MACD 0 səviyyəsini əks istiqamətdə kəsirsə;2.Bu zaman istiqamətin dəyişilməsini texniki səviyyələr təstiq etməlidir.Burada istifadə olunan prinsip -MACD + Texniki səviyyələrin bir birini təstiq etməsi hesabdakı vəsaiti qorumağa kömək edir.Belə ki,qrafikə əsaslanaraq təyin olunmuş stop-loss kəskin hərəkətlər nəticəsində yarana biləcək zərərdən sığortalanmağa,MACD-ın dönüşündən alınmış stop-loss siqnalı isə qiymətin tədricən dönərək trend istiqamətinin dəyişməəsindən yarana biləcək zərərlərin qarşısəını almağa kömək edir.

Diqqət mərkəzində: Böyük Britaniyada seçkilər, ABŞ əmək bazarına dair hesabat, səhmdarların Berkshire Hathaway toplantısı

İnvestorları xəbərlərlə zəngin həftə gözləyir:Böyük Britaniyada cümə axşamı seçkilər keçiriləcək,cümə günü isə Ştatlar ənənəvi əmək bazarı NFP rəqəmərini təqdim edəcək.Yunanıstan isə kreditorlarla yenidən razılaşma əldə etməyə cəhd edəcək.

Bunlara qısaca ayrılıqda nəzər salaq:Böyük Britaniyada seçkilər

Böyük Britaniyanı tariix boyu ən nəticəsi təxmin edilə bilməyən seçkilər gözləyir;Seçicilər öz iradələrini 7 mayda artıq bildirəcəklər ,amma hələ indiyə qədər kimin üstün olması məlum olmayıb.Son sorğulara görə Britaniyanı “asılmış parlament” və məcburi koalisiya gözəlyir.Funt seçkilər ərəfəsində təzyiq altına düşübvolatillik isə məntiqə uyğun olaraq artıb.

ABŞ NFP rəqəmləri

Ehtimal edilir ki,ölkədə əmək bazarı dirçəlib .İqtisadçıların fikrincə ,225 min yeni iş yerləri açılıb ,işsizlik səviyyəsi isə 10 b.p azalaraq 5.4%-ə çatıb.Baxaq,real rəqəmlər gözləmələri doğruldacaqmı?

05

Page 7: Inforex Weekly#107

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Binar opsionlarda gəlirli ticarət strategiyası

Bəzi qaydalara əməl edilərsə, Binar Opsionlarda ticarət aparmaq heç də şətin deyil. Bu gün biz binar opsionlarda ticarət aparmaq üçün istifadə edilən strategiya barədə danışacağıq.

Strategiya “Buratino“ adlanır. Adətən bu strategiya binar opsionlarda istifadə edilir, amma bunu digər bazarlara da tətbiq etmək olar.

Bu patterni təşkil edən 3 şeyi yadda sxalayın:

1.Əgər siz barlarla işləyirsinizsə,bu model 3 barla yaranacaq.2.Sol barın bağlanma səviyyəsi orta barın açılış nöqtəsi ilə,orta barın bağlanış nöqtəsi isə sağ barın açılış nöqtəsi ilə bərabər olmalıdır.3.Orta bar -onu hərdən əsas bar da adlandırırlar-çox uzun kölgəyə malik olmalıdır və onun sonluğu sol və sağ bardan kənara çıxmalıdır-bu Buratinonun burnu olacaq.

Strategiya

Binar opsionu sağ bar orta barın kiçik kölgəsini kəsən zaman almaq lazımdır.Qrafikdə bu səviyyə punktirlə göstərilib. Biz qrafikə baxsaq görərik ki, qiymət həmin səviyyəni qırdıqdan sonra qalxışa davam edib. Amma binar opsionun əsas üstünlüyü ondadır ki, bizim öz gəlirimizi götürməyimiz üçün kiçik qalxış və ya eniş kifayət edir.

Strategiyaya riayət edərək ticarət aparmazdan öncə qrafiklərdəki tarixçədə bu patternin yaranmasını öyrənmək lazımdır.

Berkshire Hathaway illik iclası

Bu həftə sonu Omaxuda,Nebrask ştatında toplanacaqlar ki, Berkshire Hathaway səhmdarlar iclasını ziyarət etsinlər.Holdinqin başçısı və baş direktoru Uorren Baffet fəaliyyətinin 50 illiyini qeyd edəcək və bu posta uyğun namizəd olaraq kimi gördüyünü açıqlayacaq.

Yunan ödəmələri

Ötən həftə yunan istiqrazları üzrə gəlirlilik kəskin azalıb,amma investorlar həyəcanla Afinanın kreditorlarla danışıqlarının nəticələrini gözləyirlər.Ölkə müavinətlərin ödənilməsi üçün lazım olan məbləği düzəldib.amma qeyri-rəsmi mənbələrin məlumatına görə 6 mayda ödəməli olduğu BVF borcunu vermək üçün pulu çatmaya-caq.

Gəlirlər barədə hesabat

ABŞ-da maaliyyə hesabatlarının dərc mövsümü kulminasiyadadır və onların sırasında Loews Corp, Walt Disney,Mylan, Kellogg, Electronic Arts, Fossil, Chesapeake Energy, Motorola Solutions, Twenty-First Century Fox, Whole Foods Market, Priceline və Monster Beverage kimi adlar var.

06

Page 8: Inforex Weekly#107

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Mayda satıb bazardan çıxmalı?

May gəldi, Uoll-Stritdə isə belə bir deyim var: ”May gəldisə sat və bazardan çıx”

Bu qayda tarixi müşahidələrin mğvsümi titrəyişlərdən uzaq olmaq üçün maydan payıza qədər bazardan kənarda qalmağın yaxşı olduğunu göstərməsi nəticəsində yaranıb.

Amma əslində bu periodda bazar düşmür, sadəcə bu zaman müşahidə olunan qalxış elə də nəzərə çarpan olmur,amma mənfi də olmur.

FBN Securities-dən C.O”Xara bazardakı son 20 ildə baş vemriş dəyişiklikləri müşahidə edərək qrafik qurub.

«Satmaq itkilərdən qaçmaq üçün yox, yaxşı gəlir əldə etməyin mümkünsüzlüyündən yaranır,» - o belə yazır.

«Biz investorları bu qaydaya əməl etməyə çağırmırıq, çünki bazarın perpektivəlri ilə bağlı optimist əhvaldayıq.Qrafiklərdən göründüyü kimi yay ayları satışlardan qazanmaq üçün bazarda imkan olmayıb.»

Qısa desək,tarix – sadəcə oriyentirdir və ona kor təbii əməl etmək ağıllı iş deyil. Ola bilsin ki, bu yay bizi qalxışla təəccübləndirəcək, ola bilsin ki,süqutla. Kim bilir?

07

Page 9: Inforex Weekly#107

INFOREX WEEKLY

Dalğa analizi EURUSD

(2) of [С] dalğası daxilindəki hamarlığın [iii] of C of (2) dalğası ilə başa çatması ehtimal olunur.

08DALĞA ANAlİZİ

Page 10: Inforex Weekly#107

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal