24
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°50 MART 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 3 DALĞA ANALİZİ 21

InForex Weekly#50

  • Upload
    inforex

  • View
    220

  • Download
    0

Embed Size (px)

DESCRIPTION

InForex Weekly: Treyderler ucun online heftelik Forex icmali

Citation preview

Page 1: InForex Weekly#50

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°50 MART 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 3 DALĞA

ANALİZİ21

Page 2: InForex Weekly#50

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Avro/dollar cütlüyündə qiymət trendin aşağı sərhədinə çata bilər.Müqavimət olaraq 1.3804, dəstəklər isə 1.3670,1.3544 səviyyələri götürülə bilər. Fundamental baxımdan həftənin zəngin olması bazarda güclü volatil-lik yarada bilər.

Page 3: InForex Weekly#50

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

MAVLET BAGİYEVekspert - analitik

02

Avro/Dollar

EUR/USD cütlüyü 1,3735 dəstəyində stabilləşməyə çalışır, onun qırılması 1,3680-45 yaxınlığına yol açacaq.Dönüş 1,3930 ətrafına yol açacaq.

Funt/Dollar

GBP/USD kiçik konsolidasiya kanalındadır. 1,6636-11 və 1,6550-20 səviyyələrinə diqqət yetirilməlidir.

Page 4: InForex Weekly#50

Ötən həftə Avrozonadan zəif rəqəmlərin dərc edilməsi avro/dolları təzyiq altına saldı.Həftənin əvvəlində Almani-yadan 2 vacib reliz dərc olundu-istehsal sektorunda PMİ indeksi, IFO işgüzar əhval-ruhiyyə indeksi və hər iki indeksdə eniş müşahidə edildi.Belə məlum olur ki,almanlar bütün Avrozonanın iqtisadiyyatını daşımağa çətinlik çəkirlər. Ştatlar isə əksinə,investorları pozitiv rəqəmlərlə sevindirdilər - Conference Board istehlakçıların inam indeksində və uzunmüdətli məhsul sifarişlərində başlamış artım ölkə iqtisadiyyatının güclənməsindən xəbər verir.AMB rəsmisi Makuş mətbuat konfransında məlumat verib ki,avropa requlyatoru regionu bürüməkdə olan deflyasiya ilə mübarizə tədbirləri hazırlayır.Bundan istifadə edən “ayılar” hücum şanslarını yoxlamağa başlayıblar.Avro üçün bu 1.37-ci fiqur ətrafına enişlə nəticələnib.

GBP/USD cütlüyü Böyük Britaniyada infliyasiya təzyiqinin sıxılmasına baxmayaraq həftə ərzində 1% artım nümayiş etdirib.Pərakəndə satış qiymətlərinin azalması ölkənin pul-kredit siyasətinin sərtləşdirilməsini sual altına salır., несмотря на сжатие инфляционного давления в Великобритании в феврале до 1.7% в годовом исчислении.

USD/JPY ötən həftəni əsasən orta templi eniş tendensiyasında keçirib.Dünya fond bazarlarındakı vəziyyət cütlüyü ardınca aşağı salıb

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Ötən həftə avro/dollar təzyiq altında qalıb

Bazar xəbərlərlə zəngin həftəyə hazırlaşır - həftə üçün gözlənilən fundamental xəbərlər

03

Maaliyə bazarları ötən həftə rübün bitməsi ilə əlaqədar olaraq volatiilik artımı nümayiş etdirdi və açıq orderlərin bağlanması müşahidə edildi,iştirakçılar isə bu həftənin vacib hadisələrinə hazırlaşdılar.ABŞ-da 4 spreldə məşğulluq hesabatı dərc olunacaq ki,bu da bazarda əsas gözlənilən xəbərlərdəndir və əsas hərəkət drayverlərindən olacaq.Ekspertlər yeni yaradılan iş yerlərinin sayının orta hesabla 200 000 olacağını gözləyirlər.Bundan başqa cümə axşamı Avropa MB-nın iclas nəticələri də bazarın diqqət mərkəzində olacaq. Yaponiyada 1 apreldən istehlak vergisi artırılır bu da yenanı diqqət mərkəzinə gətirəcək.

ABŞ-da məşğulluq hesabatından başqa Çikaqo PMİ ,İSM indeksləri məlum olacaq.Əgər ABŞ relizləri optimist olarsa,bazarda FRS-in faiz dərəcələrini gələn il artıra biləcəyi barədə fikir güclənəcək.Avstraliya Rezerv Bankının iclası 1 apreldə,İngiltərə Bankının iclası 3 apreldə nəzərdə tutulur.Bu MB-ların monetar siyasətdə hər hansı dəyişiklik edəcəyi gözlənilmir.

Page 6: InForex Weekly#50

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Eniş kanalının ilk sərhədi. Dalğa analizi USD/CAD

Qiymət ehtimal olunan (D) eniş ziqzaqının [i] of A of (D) diaqonalını formalaşdırıb.Bu ehtimala üstünlük verilərsə [ii] of A of (D) lokal korreksiyasından sonra enişin [iii] of A of (D) impulsu şəklində davam edəcəyini gözləmək olar.

05

REKLAM

Page 7: InForex Weekly#50

06INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Trendin potensialının təyin edilməsi - 3 əsas cütlük üçün həftəlik icmal

EUR/USD

Aylıq qrafik: Hal hazırda hər şey pinbarın formalaşmasına aparır,bu da avronun ən azı Bollincerin orta xəttinə enişini təmin edə bilər (1.3230).Əgər indikator tendensiyasını qiymətləndirərsək,up-trendin qırılması haqqında danışmağın tez olduğunu və həm ADX, həm Bollincerin ya qalxış tendensiyasının davamına meylliliyini ,ya da dönüş formalaşdırmaqda ləngidiyini görərik .

Həftəlik analiz: görürük ki,avronun son 3 həftədə müşahidə edilən qalxışı ossilyatorda divergensiya yaradıb. Ona görə də əsas dəstək hazırda Bollincerin orta xətti (1.3661) və müqavimət 1.3906 kimi götürülə bilər. Ola bilsin ki, avro bu iki səviyyəni yoxlayaraq aşağı xəttə düşər (1.3391).

Page 8: InForex Weekly#50

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Nəticə: beləliklə, avro/dollarda dominant tendensiya 1.3391 və 1.3230 ətrafına eniş dinamikasıdır. Eyni zamanda biz yenidən 1.3914 zonasına da qalxış gözləyə bilərik. Bu həm hazırki səviyyələrdən, həm də 1.3684 dəstəyindən başlaya bilər. Ticarət qərarı kimi, qiymətin 1.3914 səviyyəsinə çatacağı halda hədəflər 1.3390 və 1.3230 olmaqla satışlara başlamaq olar (ortamüddətli diapazonda).

GBP/USD

Aylıq qrafik: Mürəkkəb 200 punktluq 1.6835-1.7051 pivot müşahidə olunur. Buğalar bu divarı aşa bilərlərsə, 1.91 ətrafına yol açılacaq.hələ ki, ehtimal olunan hərəkət 1.5923 ətrafına sapmadır. Bu arada hər variant cütlüyün şimal istiqamətini dəstəkləyir.

Həftəlik analiz: Strateji dəstək zonası olan 1.6427 hələ ki,özünü doğruldur. Buğalar Bollincerin yuxarı xəttini nəzarətə ala bilərlər (1.6835), ADX işarə edir ki,funt buradan yuxarı qalxmağa çətinlik çəkəcək.

Page 9: InForex Weekly#50

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

AUD/USD

Aylıq qrafik: Bollincerin orta xəttinə (0.9717) hərəkətin plana uyğun getdiyini müşahidə edirik. Eyni zamanda hərəkət xarakterinin korreksiya yönümlü olduğunu görmək olar. Hazırda əsas ssenari kimi cütlüyün 0.8418 ətrafına hərəkət edəcəyini gözləmək olar. Alıcılar qiyməti 0.9717 səviyyəsindən yuxarı qaldıra bilsələr, 1.0764 yaxınlığına hərəkət mümkündür.

Nəticə: beləliklə, avro/dollarda dominant tendensiya 1.3391 və 1.3230 ətrafına eniş dinamikasıdır. Eyni zamanda biz yenidən 1.3914 zonasına da qalxış gözləyə bilərik. Bu həm hazırki səviyyələrdən, həm də 1.3684 dəstəyindən başlaya bilər. Ticarət qərarı kimi, qiymətin 1.3914 səviyyəsinə çatacağı halda hədəflər 1.3390 və 1.3230 olmaqla satışlara başlamaq olar (ortamüddətli diapazonda).

Həftəlik qrafik: Hərəkət buğa konvergensiyasını xatırladır, amma nə dönüş gücü, nə də 0.8661 dəstəyi özünü doğrultmur. 0.8661 - 0.9717 aralığında müxtəlif istiqamətli ticarətlər mümkündür. Diapazonun həm yuxarı, həm aşağı qırılması ehtimalları eynidir.

Nəticə: əsas ssenari - 0.9066 ətrafına eniş və 0.9717 yaxınlığına qalxış.Alternativ variant - 0.9066 səviyyəsinnin qırılması və 0.8661 zonasına eniş.

Page 10: InForex Weekly#50

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Texniki Analiz

Eur/Usd

Cütlük gözləmlər uyğun olaraq enişi davam etdirib və 50 günlük SMA ərazisinə çatıb. Bu ma hazırda dəstək rolunu oynaya və dönüş başlaya bilər.Ehtimal olunan hərəkət 1.3640 dəstəyinə eniş , ardınca 1.4000 ətrafına qalxış versiyasıdır. 1.3640 səviyyəsinin aşağı qırılması 200 günlük sma ətrafına ( 1.3475 ) enişə səbəb olacaq

Gbp/Usd

Cütlük ola bilsin ki, 50-günlük SMA ətrafını qırmağa nail olarsa 1.6750 səviyyəsini yoxlayacaq buranı qırmağa nail olarsa 1.7040 nöqtəsi növbəti hədəf olacaq. 100-günlük SMA yaxın dəstək rolunu oynayır. Yalnız əminliklə qırılma 1.6200 yaxınlığına enişə yol açacaq. Amma enişin davamı sual altındadır.

Page 11: InForex Weekly#50

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 10

Usd/Jpy

Cütlük 102.40-102.80 müqavimətindən aşağıda konsolidasiya edir. Eyni zamanda 100.00-100.60 səviyyəsinə eniş dalğası başlaya bilər

Aud/Usd

Cütlük 0.9140-0.9165 müqavimətini qırmağa nail olub və hazırda 0.9450 ətrafına qalxış mümkündür.

Page 12: InForex Weekly#50

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

EUR/USD ortamüddətli periodda qiymətin 1,345 səviyyəsindən yuxarıda qalması buğa tendensiyasını təstiqləyir və hədəflər 1,405, 1,4245 olmaqla alışa üstünlük vermək olar. 1,345 dəstəyinin aşağı qırılması 1,33 və 1,299 ətrafına yol açacaq.

Dəstək - müqavimət zonaları:

1,454 1,4245 1,405 1,375 1,345 1,33 1,299

EURUSD

EUR/USD

11

Page 13: InForex Weekly#50

12INFOREX WEEKLYTEXNIKI ANAlİZ

GBP/USD ortamüddətli periodda qiymət 1,62 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 1,704 və 1,74 olmaqla alışa üstünlük vermək olar. 1,62 dəstəyinin aşağı qırılması 1,587 və 1,56 ətrafına yol açacaq.

Əsas dəstək-müqavimətlər:

1,79 1,74 1,704 1,66 1,62 1,587 1,56

GBPUSD

GBP/USD

Page 14: InForex Weekly#50

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

USD/JPY ortamüddətli periodda qiymət 100,3 səviyyəsindən yuxarıda ticarət apardıqca hədəflər 103,7 , 105,45 olmaqla alışa üstünlük vermək olar. 100,3 dəstəyinin aşağı qırılması 97,7 və 96 ətrafına yol açacaq.

Əsas dəstək-müqavimətlər :

107,5 105,45 103,7 102,78 100,3 97,7 96

USDJPY

USD/JPY

13

Page 15: InForex Weekly#50

14INFOREX WEEKLYTEXNIKI ANAlİZ

AUD/USD ortamüddətli periodda qiymət 0,89 dəstəyindən yuxarıda qalması qalxış tendensiyasını təstiqləyir və hədəflər 0,954 ,0,976 olmaqla alışa üstünlük vermək olar. 0,89 səviyyəsinin aşağı qırılması 0,857 və 0,83 yaxınlığına enişə səbəb olacaq.

Vacib dəstək-müqavimətlər:

0,997 0,976 0,954 0,927 0,89 0,857 0,83

AUDUSD

AUD/USD

Page 16: InForex Weekly#50

Citigroup avronu dollar qarşısında 1.3731 ətrafında satıb

Tom Fispatrik başda olmaqla Citigroup ekspertləri avro/dollarda 1.3731 ətrafında satış orderi açılması barədə məlumat veriblər. Bu orderdə hədəf 1.2750, qoruyucu stop isə 1.4045 nöqtəsində təyin olunub. Ekspertləri bildirirlər ki, cütlük ilin sonunda 1.2000/1.2100 ətrafını yoxlayacaq.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

15

GBP/USD Fibonaççi səviyyəsindən dəstək olaraq istifadə edir - Commerzbank

Commerzbank analitiki qeyd edir ki, GBP/USD cütlüyü 61.8%-lik Fibo korreksiyasından -1.6470 ətrafından yuxarıda möhkəmlənib. Əsas tezislər: “Krossun rallisi 1.6667 yaxınlığında dayanıb.Hazırda 1.6822 ətrafına qalxış mümkündür .Yalnız 1.6470 səviyyəsinin aşağı qırılması 1.6259/29 dəstəyinə yol açacaq”.

Citi avstraliya dollarının artımını gözləyir

Citi analitikləri bildirirlər ki,aud/usd cütlüyündə 200 günlük ma-nın qırılması $ 0.95 yaxınlığına qalxışa yol açacaq

EUR/USD cütlüyündə əhval necədir? – Commerzbank və OCBC Bank

EUR/USD cütlüyü kritik 1.3700 səviyyəsindən yuxarıdadır. Commerzbank texniki analitiki K.Cons bildirir ki, «TD perfected indikatoru kiçik sapma mümkünlüyünü göstərir.Cütlük 1.3643,1.3476 və 1.3467 ətrafını yoxlaya bilər». OCBC Bank analitiki Emmanuel Nq qeyd edir , «55-günlük МА 1.3712 nöqtəsindən keçir və bu səviyyə bazarın diqqət mərkəzində olacaq ».

TREYDERLƏR ÜÇÜN FORUM

Page 17: InForex Weekly#50

16INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Carry Trade strategiyası (davam)

Misala baxaq.Hesab eək ki,brokerdə ki hesabımız 1000 dollardır və broker bizə 1:100 kredit çiyni təklif edir.Başqa sözlə,ilkin 1000 usd girov qoymaqla istənilən valyutadan 100 000 dollar həcmində almaq imkanı yaradır.100 000 dollara biz 1usd=106 yena məzənnəsi ilə 10 600 000 yena borc götürə bilərik.Aldığımız yenalara biz 208 yena=1 funt məzənnəsi ilə 50 961 funt sterlinq alırıq.

Bu əməliyyatın mahiyyətində faiz dərəcələrinin fərqliliyi durur.Təsəvvür edək ki,yena hazırda 0.8% illik faizlə borc verilir,aldığımız funtu 5.45% illiklə banka qoya bilərik.Belə alınır ki,biz ildə yena üçün 10 600 000 : 100 * 0.8 = 84 800 yena və ya 84800 : 106 = 800 dollar ödəməliyik.Eyni zamanda funt sterlinqdən aldığımız gəlir : 50961 :100 * 5.45 = 2777 funt və ya 2777 : 1.955 = 5540 dollar olacaqdır.

Beləliklə, gəlir ildə 5540 ,çıxar isə 800 dollar olur. Əldə olunan gəlir 4740 dollar, və ya ilkin depozitə nəzərən 474% olur .Hər şey çox sadə görünür.Amma!Heç bir halda yaddan çıxarmaq olamz ki,yapon yenasının kredit götürülməsi üçün depozit girov qoyulmalıdır.Bu da o deməkdir ki,gəlir götürmək əvəzinə depozitin tam itirilməsi riski də mövcuddur.

Carry Trade: risklər

Baxdığımız misalda götürülə bilən ən yüksək kredit həcmi göstərilib.Amma qeyd etmək lazımdır ki,valyutaların məzənnəsi stabil qalmır,1 dollar 120 yena da,99 yena da ola bilər.

Deyilənlər funta da aiddir.Əgər aldığımız funtun qiyməti 1000 dollar aşağı düşsə,hesab bağlanacaq və biz depoz-itimizi itirəcəyik.Nəzərə alsaq ki,biz 50961 funt almışıq,qiymətin 0.02 dollar (2 sent) enişi də bizi müflis edəcək.Funtun məzənnəsi bildiyimiz kimi hər gün 2 sent dəyişir,bu da depoziti qoruya biləcəyimizi sual altına salır.

Amma yenə də сarry trade strategiyası praktiki olaraq təminatlı gəlir əldə etmək üsulu kimi istifadə edilir və edilməlidir.Yuxarıda göstərdiyimiz misal bunu təstiq etmək üçün yararsızdır. İnvestorun əsas düşməni maksimal mümkün gəlir əldə etməkdir.Rsiki azaltmaq üçün müəyyən tədbirlər görülməlidir:

Ardı növbəti sayda...

Carry Trade strategiyası

Page 19: InForex Weekly#50

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

GBP/USD “Funt - Dollar”

GBPUSD, ТF W – Tenkan və Kijun “qızıl xaçın” təsiri altındadır (1), İşimoku buludu yüksəlir (2), gecikən Çinkou indikatoru qrafik üzərində, qiymət xətlərdən aşağıdadır. Tenkanın dəstək olacağını və qiymətin М Sinkou В - M Kumonun yuxarısərhədinə qalxacağını gözləmək olar.

İşimoku indikatoru analizi GBP/USD və GOLD 31.03 - 04.04.2014

18

GBPUSD, ТF D – Tenkan və Kijun Kumo üzərində «ölü xaçla »ayrılıblar, İşimoku buludu (2) sıxılmadan sonra yüksəlir. Gecikən Sinkou indikatoru qrafik üzərində , qiymət Kijun üzərindədir. Qısamüddətli olaraq Sinkou A - W Tenkanın dəstək olacağını və qiymət artımını gözləmək olar.

Page 20: InForex Weekly#50

INFOREX WEEKLY TEXNIKI ANAlİZ19

GOLD “Qızıl” (xauusd)

XAUUSD, ТF W. İndikatoun siqnalları: Tenkan və Kijun Kumodan aşağıda «qızıl xaçla» (1) ayrılıblar, amma Sinkou В aşağı istiqamətlənib. İşimoku buludu aşağı meyllənir (2), gecikən Çinkou indikatoru qrafik üzərində, qiymət Tenkan-Kijun kanalındadır. Qısamüddətli olaraq Kijunun dəstək olacağını və Sinkou A-nın müqavimət olacağını gözləmək olar.

XAUUSD, ТF D. Tenkan və Kijun Kumo üzərində «ölü xaçla» (1) ayrılıblar, Sinkou B-dən başqa bütün xətlər enişə meyllidir. İşimoku buludu yuxarı istiqamətlənir (2), geecikən Çinkou indikatoru ağ şamı qırıb və qrafikdən aşağı düşüb, qiymət Kumonun yuxarı sərhədindədir. Qısamüddətli periodda (D) Sinkou A-nın dəstək, Tenkanın müqavimət olacağını və qiymətin buludda möhkəmlənməyə cəhd edəcəyini gözləmək olar.

Page 21: InForex Weekly#50

20INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Aud/Usd

Cütlük diapazonda ticarət aparır və 0.9140-0.9165 müqaviməti qalxışı ,0.8890-0.8920 səviyyəsi isə enişi məhdudlaşdırır.Hələ ki,risklər neytraldır və növbəti dinamika diapazonun qırılmasından sonra məlum olacaq.

Gold (Xau/Usd)

Texniki baxımdan qızıl qalxış kanalını tərk edib və hazırda 1300.00 səviyyəsini yoxlamaq ehtimalı gündəmdədir .Ardınca əgər metall deyilən dəstəkdən yuxarıda möhkəmlənə bilərsə,qalxış davam edə və əsas müqavimət zonası olan 1435.00 səviyyəsi yoxlana bilər. Amma 200 günlük sma-dan aşağı qırılma və möhkəmlənmə qalxış tendensiyasının dönüşünə və 100 günlük sma-nın keçdiyi 1270.00 səviyyəsinə enişə səbəb olacaq.

Page 22: InForex Weekly#50

“Elliot Dalğaların Analizi”

EUR/USD, GBP/USD, USD/CHF, USD/JPYMart-Aprel 2014-cü il

EUR/USD

(D) of [B] qalxış ziqzaqının C of (D) of [B] impulsu ilə başa çatması ehtimal olunur.

INFOREX WEEKLY DALĞA ANAlİZİ21

GBP/USD

(D) of [B] qalxış ziqzaqının C of (D) of [B] impulsu ilə başa çatması ehtimal olunur.

Page 23: InForex Weekly#50

INFOREX WEEKLYDALĞA ANAlİZİ

USD/CHF

D of (4) eniş ziqzaqının [c] of D impulsu ilə başa çatması və ardınca E of (4) son qalxış ziqzaqının yaranması ehtimal edilir.

USD/JPY

(А) qalxış impulsunun başa çatması ehtimal olunur.Bu ehtimala üstünlük verilərsə,iri (B) eniş korreksiyasının ziqzaq formasında yaranmasını gözləmək olar.

22

Page 24: InForex Weekly#50

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal