7
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°96 FEVRAL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 YAPON ŞAMLARI 5

Inforex Weekly#96

  • Upload
    inforex

  • View
    236

  • Download
    5

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#96 : treyderler ucun heflelik pulsuz online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#96

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°96 FEVRAL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 YAPON

ŞAMLARI5

Page 2: Inforex Weekly#96

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Vahid valyuta son 4 həftə qalxışa meylli ticarət aparır.Ötən həftə avro 1.1270-1.1442 diapazonunda ticarət aparıb və hələ ki,1.14 fiquru üzərində ticarət aparır.Texniki baxımdan (Həftəlik qrafikdə) o,qalxış cəhdlərini davam etdirə bilər, Avrozona problemləri diqqət mərkəzində olmaqda davam edir. Həftə xəbər baxımından o qədər də zəngin olmayacaq,rəsmilərin şərhləri vəziyyətin dəyişməsinə səbəb ola bilər.Günlük qrafik də zəif qalxış nümayiş etdirir,amma bu cəhdlər hələ ki,olduqca zəifdir.

Page 3: Inforex Weekly#96

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Barclays Capital: avro/yenanı bu həftə satın

“Bu həftə investorlara avro/yenanı satmağı tövsiyyə edə bilərik,belə ki,cütlüyün eniş üçün həm fundamental, həm də texniki əsası vardır. Biz orada ayıların tərəfindəyik və hesab edirik ki,siyasi risklər ona təzyiq göstərəcək. Əgər Yunanıstan Avroqrup-dan güzəşt almağa nail ola bilərsə,bu avro üçün neqativ faktor olacaq,ona görə ki,Yunanıstanın ardınca İspaniya bunu etməyə çalışacaq. Hadisələrin başqa cür inkişafı,yəni Yunanıstanın zona tərkibindən çıxması həmçinin avronu zəiflədəcək.Biz avro/yenanı istənilən qalxış cəhdində satmağı tövsiyyə edirik və qalxışın Y137.65 ətrafında bitəcəyini gözləyirik. Y130.15 səviyyəsinin aşağı qırılması Y128.00/50 və Y125.00 yaxınlığına yol açacaq. Y137.65 səviyyəsinin yuxarı qırılması Y140.00 səviyyəsinin yoxlanmasına gətirib çıxara bilər,amma eniş yenidən bərpa olunacaq”, - deyə Barclays Capital ekspertləri yazırlar.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

«Yaxın 6 ayda USD möhkəmlənəcək - Danske»

Danske Bank analitikləri yaxın 6 ayda FRS-in faiz dərəcələrinin artırılma gözləmələrinin dəyişəcəyi və faiz dərəcələrinin iyunda qaldırıla biləcəyini nəzərə alaraq dolların möhkəmlənəcəyini gözləyirlər.

Karni elə bilir ki, Avrozona problemlərini həll etmək yolunu bilir, amma o səhv edir.

Avronun xilası üçün siyasi birlik və ya möhkəm əməkdaşlıq lazımdır.Bir neçə gün öncə İngiltərə Bankının sədri Mark Karni Avrozonaya dərs vermək üçün Dublinə getdi.Karni avro monetar birliyinin struktur quruluşuna diqqət yönəltməklə düz edir,amma o bununla nə etmək lazım olduğu barədə yalnış düşünür.Onun əsas ideyası Avrozonanın bütün ölkələrinin zərbəni paylaşdırmasına əsaslanır.Avro bütün zərbələri özü qarşılamamalıdır.Buna Karinin fikrincə ,bəzi dövlət xərclərinin dövlət üzəri büdcədən maaliyyələşən “transfert birliyi” ilə nail olmaq olar. Karni əgər bu kimi tədbirlərin Avrozona defektlərini həll edəcəyinə inanırsa,o səhv edir.Avronu xi-las etmək üçün Avropa irəli gedərək tam siyasi birlik yaratmağa -Birləşmiş Avropa Birliyi kimi,bu isə az ehtimalla baş tutan məsələdir,və ya geriyə gedərək Maastrixt razılaşmasında nəzərədə tutulan və əksər Avropa ölkələrinin qarşı çıxdığı möhkəm partnyorluq qurmalıdırlar. 1990-cı illərdə əksər Alman iqtisadçıları hesab edirdilər ki,valyuta birliyi yalnız siyasi birlik olduğu zaman çalışa biləcək.

2010-cu ilin əvvəlində Yunan defoltundan güclə qurtardıqdan sonra A .Merkel yenə də Maastrixt razılaşmasını bərpa etməyə çalışdı.Onun hökuməti yunan borcunun restrukturizasiya etməyə nail oldu və ölkənin avrodan imtina etməsi məsələsinə nəzər saldı.O zaman avro zonası tərkibindən çıxmaq heç bir ölkə üçün mümkün hes-ab edilmirdi,çünki bu qərar o demək idi ki,bazar artıq heç bir dövləti ağılı siyasət aparmağa məcbur etməyəcək.

O dövrdə görülən tədbirlər kömək etmədi.Yunanıstandan başlayan və Fransada bitən ölkələr suverenitetlərinə istənilən müdaxiləyə razı deyillər və sərt valyuta siyasətlərinə uyğun fəaliyyət göstərmək istəmirlər.AMB buna görə də öz mövqeəlrini zəiflətməyə məcburdur.O monetar siyasətə iqtisadi resursları avrozona üzvləri arasında bölüşdürmək üçün dövriyyə kanalı kimi istifadə etməyə icazə verib,ölkə liderəri isə fiskal mexanizməri təqdim etməkdən imtina ediblər.Bu Almaniyanın ən qorxulu yuxusudur.Bəs bu vəziyyəti necə həll etmək olar.100 il əvvəl Avstriya iqtisadçısı və maaliyyə naziri Oyqen Bem Baverk bildirib ki,iqtisadiyyat qanunları si-yasi qanunlardan üstündür.Almanlar bildirirlər ki,möhkəm valyuta -iqtisadi dəyərlər sisteminin əsas hissəsidir.Əgər hər iki tərəf haqlıdırsa,ölkələr Almaniyanın avro zonası tərkibindən çıxmağının qarşısını ala bilməyəcəklər.

Page 4: Inforex Weekly#96

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

16- 20 fevral-həftəyə fundamental baxış

Həftənin ikinci günü Böyük Britaniya istehsal qiymətləri indeksini təqdim edəcək.Almaniyada iqtisadi əhval-ruhiyyə indeksi rəqəmləri də bazarda müəyyən təsir yarada bilər.Ştatlar Empire Manufacturing istehsal indek-sini, həmçinin NAHB daşınmaz əmlak indeksini təqdim edəcək.

Çərşənbə günü həftənin ən informativ günü olacaq.Günü Yaponiya Bankı mətbuat konfransı ilə açacaq.Böyük Britaniya işsizlik müavinətləri ,orta aylıq əmək haqqı,məşğulluq səviyyəsi rəqəmlərini təqdim edəcək ,BOE mon-etar siyasət barədə iclas protokollarını açıqlayacaq.ABŞ istehsal qiymətlərini açıqlayacaq,axşam Fedrezervin iclas protokolları məlum olacaq.

Cümə axşamı elə də çox xəbər dərc olunmayacaq.Yaponiya iqtisadi aktivlik indeksini,Böyük Britaniya sənaye sifarişlərini,Almaniya xidmət sektoru aktivlyi indeksini dərc edəcək.Amerikada istehsal sektoru indeksini dərc edəcək.

Cümə günü statistika orta olacaq.Avropa ölkələri xidmət və istehsal sektorunda işgüzar aktivlik indeksini açıqlayacaq.İngiltərə pərakəndə satışlar,Kanada həmçinin pərakəndə satışlar,Amerika istehsal sektorunda işgüzar aktivlik indeksi açıqlayacaq.

Ticarət üçün uğurlu və uğursuz vaxtlar

Forex bazarı digər investisiya bazarlarından çox böyük üstünlüyə malikdir.O həftənin 5 günü 24 saat işləyir.Dünyada çoxlu maaliyyə mərkəzlərinin olması elə məqamlar yaradır ki, iki və ya daha çox bazarın iş saatları bir birinin üzərinə düşür. Belə saatlar adətən ticarətlər üçün əlverişlidir,çünki likvidlik ən yüksək səviyyədə olur. Bunlardan başqa digər uğurlu nməqamlar mövcuddur:Həftənin ortası -hərəkət və dəyişiklilərin ən çox olduğu vaxtlar.3 ən iri bazarların -LOndon,Nyu-York və Tokio -fəaliyyət vaxtı

Ticarət üçün ən uğursuz vaxtlar

Cümə günü-ən qeyri-müəyyən gün iqtisadi hesabatların dərc olunma anı-volatillik və ani dəyişikliklərin olduğu vaxtlar Bayramlar ərəfəsində-likvidliyin ən aşağı olduğu vaxtlar Saat 01.00- 03.00 arası-ən ucuz bazar vaxtı

Page 5: Inforex Weekly#96

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Neft “Brent”

Günlük qrafik: lokal up trend müşahidə olunur və 72.10 zonası güclü təzyiq altında qala bilər.

Günlük qrafik: Lokal up-trend müşahidə olunur. Mümkün alış zonası lokal trend xəttində , 1200.00 psixoloji nöqtəsinin yaxınlığındadır.

Minimal qalxış hədəfi 1264.94 (Bollincerin orta xətti) səviyyəsindədir.

Trend potensialının müəyyən edilməsi

Page 6: Inforex Weekly#96

INFOREX WEEKLY05 DALGA ANALIZI

Dalğa analizi EUR/USD, GBP/USDEUR/USD

Qiymət kritik və təstiqedici səviyyələr arasındadır və hazırki qiymət sahəsinin dalğa sıralanması üçün çox sayda variantlar yaradır.Əsas ssenariyə görə eniş (v) of [iii] dalğası daxilində davam edə və 1,0900 səviyyəsi əldə oluna bilər.

GBP/USD

4 of (1) dalğası yəqin ki, daha dərin olacaq.İkiqat ziqzaq hələ başa çatmayıb və ona görə də yaxın vaxtlarda qiymət [y] of 4 of (1) dalğası daxilində qalxa bilər.

Page 7: Inforex Weekly#96

INFOREX WEEKLY 06DALGA ANALIZI

FACEBOOK SƏHIFƏSI

USD/CAD

(4) of [3] dalğasının başa çatması ehtimal olunur və ziqzaq formasını alır. 2? of (5) of [3] dalğası daxilində lokal korreksiyadan sonra qalxışın davamı mümkündür.

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal