10
inforex WEEKLY №82 NOYABR 2014 ANALIZ+ PROQNOZ+ STRATEGIYALAR+ FIKIRLƏR+ ANALITIKA+ XƏBƏRLƏR+ Inforex Proqnoz 03 Texniki Analiz 01 Dalğa Analizi 08

Inforex Weekly#82

  • Upload
    inforex

  • View
    232

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#82: treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#82

inforexWEEKLY

№82 NOYABR 2014

ANALIZ+ PROQNOZ+ STRATEGIYALAR+ FIKIRLƏR+ ANALITIKA+ XƏBƏRLƏR+

Inforex Proqnoz03Texniki

Analiz01 Dalğa Analizi08

Page 2: Inforex Weekly#82

INFOREX WEEKLY | TEXNIKI ANALIZ

BANKLARIN ortamüddətli perspektiv üçün proqnozlar

Barclays-Britaniya funtunun bu həftə ticarətlərdə mövqeyi barədə

Barclays Capital: «Britaniya funtu İngiltərə Bankının infliyasiya hesabatı,FRS,AMB və Yaponiya Banklarının monetar siyasətlərinə dair vacib xəbərlər fonunda diqqət mərkəzində ola bilər.İngiltərə Bankı monetar siyasəti dəyişilməz saxlasa da,infliyasiya hesabatı vəziyyətə aydınlıq gətirə bilər.Proqnozlar qısamüddətli infliyasiyanın zəifləyəcəyini deyir.Biz GBP-ni enişlərdə almağı tövsiyyə edirik,çünki AMB QE-ni artıq 2015-ci ilin yanvarından başlamağı planlaşdırır.»

01

JP Morgan -Həftənin ən vacib xəbəri cümə günü açıqlanacaq yenidən baxılmış ÜDM olacaq

JPMorgan Group bildirir ki,Avrozonaya aid ən mühüm xəbər cümə günü dərc olunacaq ÜDM rəqəmidir,eyni zamanda İngiltərə Bankı da faiz dərəcələrini qaldırmayaraq artım proqnozunu aşağı salacaq. Bundan başqa çərşənbə , cümə axşamı və cümə günü Avrozonada dərc olunacaq istehlak qiymətləri indeksi,İngiltərə Bankının rüblük infliyasiya hesabatı diqqət mərkəzində olacaq.Analitiklər Böyük Britaniyada işsizlik səviyyəsinin aşağı düşəcəyini və əməkhaqlarında kiçik artım olacağını gözləyirlər.

JP Morgan avro/dolların perspektivləri barədə

JP Morgan valyuta strateqləri avro/dollarda qalxış korreksiyasının yarana biləcəyi ehtimalının güclü olduğunu qeyd edirlər.Amma onlar «trend is your friend» (trend sınin dostundur) ifadəsinə əsaslanaraq eniş hədəfinin 1.2220 və 1.2042 oloduğunu da nəzərə çatdırırlar.Cütlük 1.2520 səviyyəsindən aşağıda ticarət apardıqca eniş ehtimalının güclü olduğu qeyd edilir.Əgər bu səviyyə yuxarı qırılarsa, 1.2875 ətrafı yoxlana bilər.

Morgan Stanley-dən həftəlik ticarət tövsiyyələri

USD: Qalxış trendiƏsas xəbərlər:topdan satış ehtiyatları,pərakəndə satışlar. Biz dollarda artım əlamətlərini görürük.Dolların bahalşması davam edə bilər.

EUR: Eniş trendi.Əsas xəbərlər: Sənaye istehsalı,İstehlak qiymətləri indeksi,ÜDM.

Draqi yenə də çıxış edərək bazara avronu satmaq ismarıcı verib.O Mərkəzi Bankın balansının artırılacağını şərh edərək qeyd edib ki,balans qarşıdakı 2 ildə artırılacaqdər.BU avronu təzyiq altına salmalıdır. GBP: neytral.Əsas xəbərlər: əmək bazarı hesabatları.İngiltərə Bankının infliyasiya hesabatı .

İngiltərə Bankı faiz dərəcələrini bazarın gözlədiyindən daha sponra artıra bilər.Bu funtu dollar qarşısında zəiflədə bilər.

Page 3: Inforex Weekly#82

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 02

Qızıl

Texniki baxımdan 1180.00-1200.00 səviyyəsi ən yaxın müqavimət sayıla bilər.Bununla əlaqədar olaraq bu ərazidə eniş trendinin yenilənməsi və 1130.00 ,1100.00 və 1000.00 yaxınlığına eniş gözləmək olar. Davamlı qalxışın yenilənməsi üçün 1200.00 səviyyəsindən yuxarıda möhkəmlənmə lazımdır ki, bu da 1255.00 yaxınlığına qalxışa yol açacaq.

«QNH -(Qəbul et,Nəticə çıxar,Hərəkət et)» metodunun foreksdə tətbiqi

Foreksdə uğurlu ticarət aparmağın prinsiplərindən biri də zərərli əməliyyatları ticarətin bir hissəsi kimi qəbul etməkdən ibarətdir.Bu,zərərləri sevmək eyil,sadəcə qəbul edib nəticə çıxrmaq və irəli addımlamaq deməkdir.Bir dəfə mən bir professional treyderlə söhbətimdə onun ardıcıl zərərdə olan nə qədər əməliyyatı olub-olmadığını soruşdum.Və o bu suala belə bir cavab verdi:»

Foreksdə gəlirin 90%-i açılmış əməliyyatların yalnız 10%-dən alınır,bu da o deməkdir ki,əməliyyatların əksəriyyəti ya itkisiz zonaya çəkilmiş zonada,ya da kiçik stop-losslarda bağlanır.Bu bütün treyderlərin diqqətində olmalı əsas və vacib məqamdır.»

Bu söhbət mənə sonrakı fəaliyyətimdə çox kömək etdi və maaliyyə bazarlarına yanaşma tərzimi dəyişdirdi.Əksər yeni başlayan treyderlər üçün foreks ağrı və sarsıntılarla dolu bir yoldur.Amma siz bazara bu münasibətinizi dəyişdirsəniz və düzgün yanaşsanız ,bu sizə maraqlı və cəlbedici səyahət yolları açacaq.

Treyderin gündəliyindən

Page 4: Inforex Weekly#82

Eur/usd cütlüyü D qrafikində eniş trendində hərəkət edir.Diqqət mərkəzində olan səviyyələr müqavimət olaraq 1.25 fiquru və 1.2520 ətrafıdır,bu zonanın yuxarı qırılması 1.2653-1.2850 yaxınlığına yol açacaq.Əsas dəstək hazırda 1.2330 ətrafıdır buradan aşağıda möhkəmlənmə 1.2150 yaxınlığına yol açacaq.BU həftə ticarətlərin dinamikasını Avrozonada İstehlak qiymətləri indeksi-infliyasiya səviyyəsi və İngiltərə Bankının infliyasiya hesabatı təyin edəcək.

SABINA MƏMMƏDQIZIekspert-analitik

INFOREX WEEKLY | TEXNIKI ANALIZ03

Page 5: Inforex Weekly#82

Ötən həftə makroiqtisadi rəqəmlər,rəsmilərin şərhləri və gözləmələr fonunda olduqca volatil keçdi.Bazra ertəsi avro elə də güclü hərəkət etmədi,amma çərşənbə axşamı Reuters bildirdi ki,Avropa MB-ları sədrlərini M.Draqinin iş tərzi təmin etmir,bu da bazarda gözlənilən QE barədə ehtimalları zəiflətdi və avronun qalxışına səbəb oldu.Çərşənbə günü ABŞ-da Konqressə seçkilərdə respublikaçıların qalib gəlməsi avronun yenidən təzyiq altına düşməsinə səbəb oldu.Cümə axşamı M.Draqinin çıxışı avroya əlavə təzyiq göstərdi,amma cümə günü ABŞ əmək nazirliyi hesabatı fonunda dolların avro qarşısında ucuzlaşması müşahidə olundu.

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 04

Britaniya funtu ilk iki həftə diapazonda ticarət apardı,amma sonra mövqelərini kəskin itirdi.Həftənin əvvəlində tikinti sektoruna dair pozitiv rəqəmlər funta dəstək verdi,həftənin ortasında isə ABŞ Konqressinə dair məlumat fonunda valyuta ucuzlaşdı.Cümə axşamı funt enişi davam etdirərək yeni minimum təyin etdi.

Page 6: Inforex Weekly#82

Kanada dolları Amerika dolları qarşısında kəskin ucuzlaşaraq yeni 5 illik minimum təyin etdi.

INFOREX WEEKLY | TEXNIKI ANALIZ05

Trend potensialının təyin edilməsi.Həftəlik icmal.Neft

Həftəlik qrafik: Eniş trendinin lokal gərginlik olduğu təstiq olunur- həddindən artıq satış zonasındadır.Hazırda Over&Under patternindən korreksiyanın inkişafını gözləmək olar.Göründüyü kimi potensial sapma zonası 99 səviyyəsinə qədər davam edə bilər.(Bollincerin orta xətti).

Page 7: Inforex Weekly#82

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 06

EUR/USD

Cütlük nisbətən qalxıb,amma 1.2500 yaxınlığında müqavimətlə qarşılaşa bilər.Əgər cütlük 1.2500 səviyyəsini yuxarı qıra bilməzsə,yenidən trend xətinə dönüş mümkündür.Eyni zamanda bu trend xəttinin qırılması nisbətən çətin ola bilər və buna görə də 1.3000 ətrafına qalxışı istisna etməmək olmaz.Amma bunun üçün cütlük 1.2500 səviyyəsini birbaşa qırmalıdır.

Əsas cütlüklərə texniki baxış

GBP/USD

Cütlük hələ ki , 1.5850 səviyyəsindən aşağıda möhkəmlənə bilməyib,bu da 1.6200 ətrafına qalxış ehtimalını gündəmə gətirib. 1.5850 səviyyəsinin aşağı qırılması isə 1.5500 ətrafına yol açacaq.

Page 8: Inforex Weekly#82

INFOREX WEEKLY | TEXNIKI ANALIZ07

USD/JPY

Qalxış trendi inkişaf etməkdədir.Potensial hədəf kimi 124.15 nöqtəsi götürülə bilər.Cütlük 115.00 səviyyəsini qırmağa nail olarsa 118.00 aralıq müqavimətinə çata bilər.

AUD/USD

Cütlük 0.8660 dəstəyini qırmağa cəhd edir,bu da 0.8065 ətrafına yol açır.İndi istənilən qalxış cəhdləri 0.8660 ətrafında müqaviməıtlə qarşılaşacaq.

Page 9: Inforex Weekly#82

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 08

Dalğa analizi

EUR/USD

Mümkün variantlardan birinə görə (E) of [B] son eniş dalğası inkişaf edir və ziqzaq formasını ala bilər. B of (E) qalxış korreksiyası formalaşır .

GBP/USD

Qalxış (С) diaqonalının 4 of (C) eniş impulsunun formalaşçması ehtimal olunur və o daha mürəkkəb forma ala b ilər. [b] of 4 dalğası ilkin klini və ya impuls formasında başa çatır.

Page 10: Inforex Weekly#82

INFOREX WEEKLY | TEXNIKI ANALIZ09

USD/CHF

Mümkün variantlardan biri E son dalğasının inkişaf etdiyini ehtimal edir. [a] of E qalxış impulsu formalaşır, [a] of E korreksiyası başa çatır və [b] of E eniş korreksiyası yarana bilər.

USD/JPY

(A) son dalğası başa çatır.Hazırda onun 5 of (A) son qalxış impulsu formalaşır.