13
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°67 IYUL 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 10

Inforex Weekly#67

  • Upload
    inforex

  • View
    222

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

InForex Weekly#67: treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#67

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°67 IYUL 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ10

Page 2: Inforex Weekly#67

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Günlük qrafikdə dəstək 1.3382 ,müqavimət 1.3460 /1.35 səviyyəsindədir.Həftə ərzində dolların müqəddəratını təyin edəcək xəbərlər istiqaməti təyin edəcək.Texniki baxımdan cütlük trendin aşağı sərhədini yoxlaya bilər.Əksəriyyət avro/dolların 1.34/1.3380 ətrafından qalxış dinamikasına başlayacağını gözləyir.

Hər bir halda hesab edirəm ki,cütlük pozitiv ABŞ xəbərləri fonunda deyilən 1.3380 ətrafını qırmağa nail olarsa, 1.3330,1.33 yaxınlığına düşəcək.Qalxış üçün 1.3460 səviyyəsindən yuxarıda möhkəmlənmə görməliyik.

Page 3: Inforex Weekly#67

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Lloyds Bank Lloyds Bank mütəxəssilərinin fikrincə Almaniyada IFO rəqəmlərinin gözləniləndən zəif olması avro/dolları yeni illlik minimuma göndərdi.Bazardakı əməliyatların həcminə görə avroda satışlar 2012-ci ilin noyabrından indiyə qədər ən maksimal səviyyəyə çatıb. Lloyds Bank hesab edir ki,bu satışların həcmi dayanmadan arta-caq.Bu həftə avro zonasında vəziyyəti dəyişirə biləcək xəbərlərin az olması neqativ əhvalı gücləndirir. İstehlak qiymətli indeksi rəqəmi diqqət cəlb edə bilər,amma çətin ki bu AMB siyasətinə təsir edər,ona görə də avronun Avrozo zonasına dair xəbər əsasında qalxış səbəbi bu həftə az olacaq.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Barclays

Barclays analitikləri hesab edirlər ki,FRS gözlənilməz addımlar atmayacaq və QE əvvəlki kimi aylıq $10 mlrd həcmində aparılacaq.

«Britaniyada faiz dərəcələrinin qaldırılması zamanı addım-addım yaxınlaşır- ING»

ING bildirir ki,Britaniyada istehsal həcmləri böhrandan əvvəlki səbviyyəyə qayıdıb,sentyabrın sonunda isə ÜDM-ə qalxış əhvalında yenidən baxılacaq.Bu ,Britaniyanın iqtisadi güclərinin istifadəsinin artmasını göstərir və faiz dərəcələrinin yaxın zamanda qaldırılacağı ehtimalını gücləndirir.

« GBP/USD cütlüyünün qalxışı 1.7035 ətrafında başa çatacaq – Commerzbank»

Commerzbank-dan K.Cons bildirir ki,funtun 1.7195 ətrafını qıra bilməməsi buğa əhvalının başa çatmasını xatırladır.Onun fikrincə qısamüddətli periodda 1.6955/55 yaxınlığından qalxış sapmalarının olması mümkündür,amma qalxış impulsu 1.7035 səviyyəsi ilə məhdudlaşdıracaq.1.6900 səviyyəsinin aşağı qırılması qiymətin 1.6694/30 və 1.6280/53 səviyyələrinə istiqamətlənməsinə səbəb olacaq.

Goldman Sachs qızılın gələcəyinə neqativ yanaşır

Goldman Sachs qızılın yaxın 12 ay üçün perspektivlərinə neqativ yanaşır.Eyni zaman-da bank 2014 год və 2015-ci il üçün aktivin müvafiq olaraq $1.195 və $1.200 ətrafında ticarət aparacağını gözləyir . “Qızılın real qiymətinin stabilliyi infliyasiyaya qarşı hecləşdirmək üçün əlverişlidir.Ona görə də qızılın nominal qiymətinin artması infliyasiyanın neqativ təsirini kompensasiya edir “, - bankda bildirlir.

Page 4: Inforex Weekly#67

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Qızılın məzənnəsində son qalxış Avropadakı və Yaxın Şərqdəki gərginliyin artması və buna görə də onun sığınacaq aktiv kimi marağın çoxalması ilə bağlı idi.Amma bu faktorlar qalxış trendinin saxlanması üçün kifayət deyil. Texniki baxımdan məzənnə güclü 1280.00-1300.00 səviyyəsindən aşağıda möhkəmlənməyə çalışır, buna nail olarsa,eniş trendi təstiq olunacaq və 12400 ,1200.00 ətrafının yoxlanması mümkün olacaq. Amma əgər 1280.00-1300.00 dəstəyi enişin qarşısını alarsa,və ya 1280.00 səviyyəsinin qırılması yalnış qırılma olarsa, 1345.00 və 1392.00 ətrafına istiqamətlənmiş hərəkət başlaya bilər.

Bu həftə dolların taleyi FRS-in monetar siyasəti müzakirə edəcəyi iclas nəticələrindən ,ABŞ ÜDM və NFP rəəqmlərindən asılı olacaq.

FOMC iclası yəqin ki,elə də diqqət cəlb etməyəcək,belə ki,iclasın ardınca mətbuat konfransı təyin edilməyib.Əlbəttə,həmişəki kimi müşaiyət edici açıqlama həmişəki kimi,təqdim olunacaq və bazar QE proqramı barədə məlumatları gözləyir.İnvestorların diqqət mərkəzində əmək bazarındakı vəziyyət olacaq.Nəzərə alaq ki,məhz bu məlumatlar faiz dərəcələrinin qaldırılma vaxtı barədə fikir formalaşdıracaq.Qeyd etmək lazımdır ki,məşğulluq sektoruna dair son rəqəmlər qarışıq siqnallar yaradıb və buna görə də FRS-in ritorikasında dəyişiklik etməyəcəyini gözləmək olar.Bu halda dollar dolların mövqelərini itirməsi mümkündür. Non Farma gəlincə,proqnozlara görə yeni yaradılan iş yerləri 230 000 olmalıdır.Faktiki rəqəmin proqnozdan yüksək olacağı halda bazarda FRS-in faiz dərəcələrini vaxtından əvvəl artıracağı barədə ehtimallar güclənə bilər.

Həftənin ən gözlənilən hadisələri-FRS iclası NFP rəqəmləridir

Qızıl enişi davam etdirib-texniki analiz

Page 5: Inforex Weekly#67

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

İqtisadiyyatı pullarla yükləmək lazım deyil,faiz dərəcələrini qaldırmaq lazımdır

Davamlı ultra akkomodasion monetar siyasətin plandan kənar nəticələri artmaqdadır.Faiz dərəcələrini məhz indi qaldırmaq lazımdır.Rəsmi faiz dərəcələri iqtisadiyatda əsas göstəricidir və aktivlərin dəyərinə,resursların yerləşməsinə,istehsal strukturlarına birbaşa təsir edir.

Amma hazırki siyasət belə görünür ki,onsuz da çiçəklənən iqtisadiyyata süni olaraq pul yüklənməsi ilə məşğuldur ki,bu da hazırki vəziyyətdə mənasız məşğuliyyətdir.Bu hal davam etdikcə ,vəziyyətdən çıxış da mürəkkəb olur.

Amerika və Böyük Britaniya artıq ultra-akkomodosion siyasətin nəticələrini artıq görürlər ,ona görə də artıq qəti addım atmalıdırlar.Hesab edirik ki,hazırki iqti-sadi vəziyyətdə ABŞ FRS və İngiltərə Bankı faiz dərəcələrinin qaldırılması barədə düşünməlidirlər .

“The Independent” materiallarına əsasən

Ötən həftə icmalı

Ötən həftə Amerikia dolları üçün uğurlu olub.Dollar AUD -dan başqa digər əsas valyutalar qarşısında qalxıb. Ötən həftə çıxan xəbərlər:daşınmaz əmlak qiymətləri həcmi 5 milyona yaxın oldu,işsizliyə görə müraciətlərin sayı gözləmlərdən yaxşı olaraq aşağı düşdü,daşınmaz əmlakın ilkin bazarda satış həcminin 406 min çoxaldığı məlum oldu.

Dolların qalxışı üçün elə də ciddi bir drayver yox idi:infliyasiya göstəriciləri gözləmələrdən aşağı olaraq güclü reaksiya yaratmadı.Uzunmüddətli qiymətli kağızların da gəlirliliyi minimal səviyyəyə düşüb və bu da dollar üçün neqativ dinamika yaratmalı idi.

Amma bunlara baxmayaraq dollar bahalaşıb və bu qalxışın FRS-in faiz dərəcələrini qaldıracağı barədə bazarda möhkəmlənən fikirlər fonunda olması ehtimalını güclənir.

Page 6: Inforex Weekly#67

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Trendin potensialının təyin edilməsiEur/usd-avronun yuxarı dönüş ehtimalı güclüdür

Günlük qrafik:biz Bollincer konvertlərinin cənub istiqamətinə meyllənməsini və çox güclü ADX görürük.Eyni zamanda cütlük həddindən çox satıldığı üçün enişin davamı məhdud ola bilər .Buna görə də dönüş və enilş ehtimalları bərabərdir.Buğaların hədəfi - orta Bollincer (1.3570),ayıların hədəfi 33-cü fiqurdur

Gbp/usd-dəstək 1.6943,müqavimət 1.6997

Günlük qrafik:Bollincerin aşağı xəttindən keçən dəstək (1.6980) satıcıların hücumlarını məhdudlaşdırır,amma biz ADX-in çox aktiv olduğunu görürük ki,bu da həm dönüş,həm də enişin davamı kimi qəbul edilə bilər. Vizual olaraq buğalar dəstəkdən orta xəttə sıçraya bilərlər (1.7094).

Page 7: Inforex Weekly#67
Page 8: Inforex Weekly#67

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Texniki baxışEUR/USD

Cütlük nisbətən aşağı düşüb,həddindən artıq satış zonasında olmasını nəzərə alsaq cütlüyün 1.3300 və 1.3100 ətrafına enişinin elə də asan olmayacağını hesab edə bilərik.Eyni zamanda qiymətin 1.3475-1.3500 səviyyəsindən yuxarıda möhkəmlənməsi də mümkündür ki,bu da 1.3700 ətrafına yol aça bilər.

GBP/USD

Cütlüyün enişi hələ ki, 1.6920-1.6970 dəstəyi ilə məhdudlaşır.Bu dəstəyin itirilməsi 100 günlük SMA-nın keçdiyi 1.6690 yaxınlığına yol açacaq. Daha dərin korreksiya ehtimalı kiçikdir.

Page 9: Inforex Weekly#67

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

AUD/USD

Cütlük hələ ki,güclü 0.9310-0.9330 dəstəyindən və 100-günlük SMA-dan yuxarıda ticarət aparır və bu vəziyyət davam etdikcə risklər 0.9500 səviyyəsinə qalxışı istisna etmir və buradan da yuxarıda möhkəmlənmənin 0.9760 ətrafına yol açacağını gözləmək olar. Eyni zamanda 0.9310-0.9330 dəstəyindən aşağıda möhkəmlənmə daha güclü dəstək olan 0.9175-0.9210 yaxınlığına yol açır.

TREYDERLƏR ÜÇÜN FORUM

Page 10: Inforex Weekly#67
Page 11: Inforex Weekly#67

Dalğa+Fibo analizi

EUR/USD

Cütlük .3420 səviyyəsinə düşməklə1 iyuldan başlayan trendin eniş sahəsinin dalğa struktrunu çox mürəkkəbləşdirib .Belə ehtimal etmək olar ki, EUR/USD bu trendin C daxilində 5-ci dalğasını formalaşdırıb. Əgər bu ehtimala üstünlük verilsə,MACD-da güclü divergensiya nəzərə alınmaqla 3-cü dalğanın artıq daxili dalğa strukturunu pozmayacağını vəqiymətin əlıdə olunmuş minimumdan və ya 34-cü fiqur yoxlandıqdan sonra yuxarı sıçrayacağını gözləmək olar.

Eniş dalğası hədəfləri:

1,3387 – 200,0% Fibo səviyyəsi1,3300

Qalxış dalğası hədəfləri:

1,3479 – 127,2% Fibo səviyyəsi

Ehtimal olunan dalğa strukturu mürəkkəb şəkil ala və uzana bilər .

INFOREX WEEKLY 10DALGA ANALIZI

Page 12: Inforex Weekly#67

INFOREX WEEKLYDALGA ANALIZI11

GBP/USD

Eniş dalğasının davamı üçün işarələr olmasına baxmayaraq GBP/USD kiçik diapazonda ticarət aparıb.

Eyni zamanda cütlük trendin eniş sektorunda 4-cü dalğanı yaratmaqdadır.Bu ehtimala üüstünlük verilərsə enişin 1,6840 ətrafına qədər davam edəcəyini gözləmək olar.

Enişl dalğası hədəfləri:

1,6939 – 100,0% -Fibo səviyyəsi1,6896 – 127,2% -Fibo səviyyəsi

Qalxış dalğası hədəfləri:

1,7050 — 1,7100

Ehtimal olunan 5 dalğası uzanmış və mürəkkəb forma alıb,amma başa çatmış kimi görünür.Aşağı sərhədin qırılması cütlüyün eniş dalğa strukturunu yarada biləcəyi ehtimlını gündəmə gətirir.

Page 13: Inforex Weekly#67

INFOREX WEEKLY 14DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal