23
Bəxtiyar Tuncay RADİKAL İSLAMÇI TƏŞKİLATLAR VƏ ÜMUMDÜNYA İSLAM DÖVLƏTİ PLANI (“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça) Əl-Qaidə və “Ümumdünya İslam dövləti” planı Türkcə “Quruluş” anlamına gələn “Əl-Qaidə” ( دة اع ق لا) adı ilə tanınan bütün dünya miqyasında fəaliyyət göstərən, yaxşı təşkilatlanmış İslamçı silahlı təşkilatın kökləri Əfqanıstanda müsəlmanların işğalçı rus-sovet qoşunlarına qarşı apardığı dövrlərə qədər uzanmaqdadır. Qurum adını bütün dünyaya 11 sentyabr 2002-ci il tarixində Nyu-Yorkdakı əkiz qüllələrə gerçəkləşdirdiyi hücumdan sonra duyura bildirmişdir. İlk lideri ABŞ tərəfindən “1 №-li terrorist elan edilən Hüsamə ben Laden olmuş, onun öldürülməsindən sonra təşkilatın başına Əymən əz-Zəvahiri keçmişdir. Əfqanıstanın Sovet İttifaqı tərəfindən işğalı və əfqan xalqının işğalçılara qarşı qəhrəmanlıq savaşı başlar-başlamaz, dünyanın bir çox yerindən, o cümlədən ərəb ölkələrindən Əfqanıstandakı müsəlmanlara yardımçı

bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

Bəxtiyar Tuncay

RADİKAL İSLAMÇI TƏŞKİLATLAR VƏ ÜMUMDÜNYA İSLAM DÖVLƏTİ PLANI

(“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça)

Əl-Qaidə və “Ümumdünya İslam dövləti” planı

Türkcə “Quruluş” anlamına gələn “Əl-Qaidə” ( القاعدة) adı ilə tanınan bütün dünya miqyasında fəaliyyət göstərən, yaxşı təşkilatlanmış İslamçı  silahlı təşkilatın kökləri Əfqanıstanda müsəlmanların işğalçı rus-sovet qoşunlarına qarşı apardığı dövrlərə qədər uzanmaqdadır.  Qurum adını bütün dünyaya 11 sentyabr 2002-ci il tarixində Nyu-Yorkdakı əkiz qüllələrə gerçəkləşdirdiyi hücumdan sonra duyura bildirmişdir. İlk lideri ABŞ tərəfindən “1 №-li terrorist elan edilən Hüsamə ben Laden olmuş, onun öldürülməsindən sonra təşkilatın başına Əymən əz-Zəvahiri keçmişdir.

Əfqanıstanın Sovet İttifaqı tərəfindən işğalı və əfqan xalqının işğalçılara qarşı qəhrəmanlıq savaşı başlar-başlamaz, dünyanın bir çox yerindən, o cümlədən ərəb ölkələrindən Əfqanıstandakı müsəlmanlara yardımçı olmaq məqsədi ilə minlərlə müsəlman bu ölkəyə gəlmişdi. Eyni zamanda Pakistan və Səudiyyə Ərəbistanı əfqan mücahidlərinə silah və maliyyə dəstəyi verməyə başladı. Eyni zamanda, beynəlxalq aləmdə SSRİ-nin bir nömrəli rəqibi olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) vasitəsilə mücahidlərə dəstəyin təşkil edilə bilinməsi üçün “Siklop Əməliyyatı” adlı bir proqram hazırladı. 1979-1989 – illər arasında yürüdülən bu proqram çərçivəsində, Pakistanın xüsusi xidmət teşkilatı (İSİ) və Pakistan Silahlı qüvvələri tərəfindən mücahidlərə təlim, maliyyə və silah dəstəyi təmin edildi. 

Bənzər dəstək Səudiyyə Ərəbistanı tərəfindən də həyata keçirilməkdə. Səudiyyədən mücahidlərə göndərilən maliyyə və silah dəstəyinin çatdırılmasında əsas vasitəçiliyi Əfqanıstana gələn mücahidlərdən Abdullah Əzzəm və Hüsamə

Page 2: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

ben Laden edirdilər. Onlar bu məqsədlə “Məktəb əl-Xidəmat” (Xidmətlər Bürosu) adlı bir büro qurmuşdular. Abdullah Əzzəm büroya rəhbərlik edir, Hüsamə ben Laden isə daha çox maliyyə işləri ilə məşğul olurdu.

1986-cı ildə Abdullah Əzzəmlə arası dəyən Hüsəma ben Laden Əfqanıstanın Paktiya əyalətində “Əl-Masada” (Aslan Yuvası), adlı hərbi təlim düşərgəsi qurdu. 1988-ci ildə o, “Məktəb əl-Xidəmat”a olan dəstəyinə son verərək, oradan ayrıldı. 

14 aprel 1988-ci il tarixində BMT-nin təşəbbüsü ilə Cenevrədə  imzalanan Cenevrə sazişinin qərarına uyğun olaraq, işğalçı rus-sovet qoşunları mayın 15-dən etibarən Əfqanıstandan çıxmağa başladı. 

Rusiya üzərində möhtəşəm qələbəndən sonra mücahidlərin nə etməli olduğu məsələsi gündəmə gəldi. Belə olan halda, 1988-ci ilin 11 avqustunda Abdullah Əzzəmin çağrışı ilə Peşəvərdə böyük bir toplantı təşkil edildi  və həmin toplantıya Mühəmməd Arif, Seyyid İmam əl-Şərif, Əbu Übeydə əl-Bənşiri, Mühəmməd Loay Bəyazid, Məmduh Mahmud Salim və Vael Həmzə Əbdülfəttah ilə yanaşı, Hüsəma benLaden də qatıldı. Toplantının mövzusu cihadın və mücahidlərin gələcəyi məsələsi idi, sovet hərbi qüvvələrinin məğlub olaraq ölkədən ayrılmasından sonra da cihada davam edilməsi qərarlaşdırıldı. Həmin toplantının sənədlərindən belə məlum olur ki, artıq həmin dövrdə Əl-Qaidə mövcud idi.

Əl-Qaidenin əski xəzinədarlarından Mədani əl-Tayyib bu təşkilatın 11 avqustdaki toplantıdan öncə də var olduğunu, Ben Laden tərəfindən 17 may tarixində özünün də iştirak etdiyi gizli bir toplantıda təsis edildiyini təsdiqləmişdir. Beləliklə, Əl-Qaidənin yarandığı tarix 17 may 1988-ci il tarixidir. 

Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan edilmiş, əsas düşmən qismində isə ABŞ və İsrail müəyyənləşdirilmişdi. Odur ki, Əl-Qaidənin guya ABŞ tərəfindən yaradıldığı və yönləndirildiyi barədə söylənilənlərin heç bir əsası yoxdur. Bu qurumun üzvləri Əfqanıstan savaşında iştirak etmiş, yüksək səviyyədə hərbi təlim görmüş

Page 3: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

insanlardan ibarət idi. Təşkilat mücahidlərin ən yaxşılarını seçir və öz sıralarına qatırdı.

Abdullah Əzzəmin 24 noyabr 1989-cu ildə Peşəvərdə, cümə namazına gedərkən arvadı və iki övladı ilə birlikdə rus KQB-si tərəfindən terror edilməsindən sonra “Məktəb əl-Xidəmat” tədricən dağıldı və onun üzvlərinin çoxu Əl-Qaidəyə qatıldı.

2 avqust 1990-ci ildə İraqın Küveyti işğal etməsindən sonra Hüsamə ben Laden Səudiyyə Ərəbistanına gəldi, burada kral Fəth və müdafiə naziri Sultan ilə görüşərək, yaranmış təhlükə qarşısında ABŞ-a müraciət etməyə ehtiyac olmadığını, Əl-Qaidənin Səudiyyəni ehtimali təhlükədən qorumaq gücündə olduğunu söylədi və öz xidmətini təklif etdi. Fəqət kral bu təklifi qəbul etmədi. Nəticədə Səudiyyənin dəvəti ilə ABŞ hərbi hissələri ölkəyə yerləşdirildi.

Müsəlman olmayan Amerikalıların Məkkə və Mədinənin yerləşdirdiyi müqəddəs torpaqlara ayaq basmasına şiddətlə qarşı çıxan Hüsəma ben Laden kral Fəthin əmri ilə ev həbsinə məhkum edildi. Daha sonra bəzi işləri həll etmək üçün Pakistana getməli olduğunu söylədi və ev həbsindən azad edilərək, Pakistana getdi. 1991-ci ilin dekabrında ailəsinə məktub göndərərək bir daha Səudiyyəyə dönməyəcəyini yazdı.

Hüsəma ben Laden Səudiyyə Ərəbistanın böyük bir iş adamlarında biri idi. Milyonlarla ölçülən sərvəti var idi. O özünün iş tərəfdaşlarını da Əl-Qaidəyə cəlb edə və bu yolla təşkilata yetərincə maliyyə qaynağı yaratmağı bacarmışdı. Odur ki, təşkilatın heç bir maliyyə problemi yox idi. Təşkilata yüzlərlə şirkətdən maliyyə axmaqda idi.

Sudanda Milli İslamçı Cəbhənin dəstəyi ilə hərbi çevrilişin gerçəkləşməsindən sonra Sudana gələn və ailəsi ilə birlikdə 1991-ci ilin iyun ayında ölkənin paytaxtı Xatuma yerləşən Hüsəma ben Laden buradan Əfqanıstandakı təlim düşərgələrində Əl-Qaidə üçün yeni-yeni mücahidlərin yetişdirilməsinə bilavasitə özü rəhbərlik edir, hər şeyi ciddi nəzarət altında saxlayırdı. Bu azmış kimi, o, ən etibarlı adamlarından Əbu Übeydə və Əbu Hafizi Sudana çağırtdıraraq burada da təlim kampları qurdu, adamlarını bütün ölkələrə yerləşdirməyə başladı. Onların vəzifəsi Əl-Qaidənin digər ölkələrdə də şöbələrini yaratmaq idi. Bu işdə ona Sudanın xüsusi xidmət təşkilatı da dəstək verməkdə idi. Beləcə, təşkilat genişlənir və güclənirdi. Əvəzində isə təşkilatın yerlərdəki özəkləri Sudan hökuməti üçün kəşfiyyat məlumatları toplayırdı.

Hüsəma ben Laden daha sonra Əbu Übeyda və Əbu Hafizi təşkilatın yerli özəyini qurmaq məqsədilə Somaliyə göndərdi. Bundan da sonra o, Eritreya İslami Cihad təşkilatı ilə əlaqə qurdu. Onlar üçün təlim düşəgələri qurmaq və maliyyə dəstəyi xəttlərini təşkil etmək üçün Əbu Übeydə Efiopiyaya getdi. Özü isə 1992-ci ilin dekabrında Somaliyə gələrək, buradan Yəməndə ABŞ əskərlərinin yerləşdiyi “Gold Mohur Hotel” və “Ədən Mövenpick Hotel” adlı iki hotelə bombalı həmlə təşkil etdi. Fəqət artıq gec idi, Amerikalı əskərlər bu hotelləri tərk etmişdi. Odur ki, həmlə hədəfinə çatmadı.

1990-cı illərin başında, Əl-Qaidənin Bosna-Hersekdə də yerli özəyi təsis edildi və bu özək1992-ci ilin martında baş verən Bosna-Hersek savaşında yaxından iştirak etdi, müxtəlif müsəlman ölkələrdən olan mücahidlərin Bosna

Page 4: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

müsəlmanlarına yardıma getməsini təşkil etdi və bunun, eləcə də Türkiyədən gələn hərbi və mali yardımlar sayəsində Bosna müsəlmanları ruslar tərəfindən dəstəklənən serb faşistlərinin hucumlarının qarşısını almağı və yerli müsəlmanların büsbütün məhv edilməsini önləməyi bacardılar.

1993-cü ilin 26 fevralında Əl-Qaidə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə (əkiz qüllələrə) ilk bombalı hücumunu təşkil etdi. Bu həmlə içi partlayıcı maddələrlə dolu yük maşını vasitəsilə gerçəkləşdirildi. Bu hücumun məqsədi maşının daşıdığı partlayıcıyla Quzey Qülləsindən keçib, Güney Qülləsinə çatararaq, partlayış törətmək və qüllələrin hər ikisinin yıxılmasına nail olmaq və bu yolla on minlercə yəhudi bankir və iş adamının məhvini təşkil etmək idi. Lakin plan istənilən kimi baş tutmadı. Hücum sadəcə 6 nəfərin ölümü və 1.042 nəfərin də yaralanması ilə nəticələndi. 

Bu arada Somalidə vətəndaş müharibəsi gedirdi. Bundan istifadə edən Ben Laden ölkənin güneyində bir neçə təlim düşərgəsi quruldu və bu düşərgədə yetişdirilən mücahidlər müharibədə İslamçı qruplar tərəfində ən fəal şəkildə iştirak etməyə başladı. Ben Ladenin 1993-1994 - cü illərdə Somalidəki İslamçılara həm silah, həm döyüşçü, həm də maliyyə dəstəyi verdiyi bilinməkdədir. O da məlumdur ki, 3-4 oktyabr 1993-cü il tarixində ölkənin paytaxtı Moqadişuda baş verən savaş zamanı Somaliyə göndərilmiş BMT həbi hissələrinə hücum təşkil edənlər içərisində Əl-Qaidə üzvləri və Əl-Qaidə tərəfindən təlimə cəlb edilərək hazırlanmış döyüşçülər də yer almışdılar. 

Amerikalı analiklərin araşdırmalarına görə, 1994-cü ilin yanvarından etibarıyla Ben Laden Sudanda ən azı üç əskəri təlim düşərgəsi quraraq, fərqli ölkələrdən gələn üsyançılara təlim verməyə başlamışdı. O, 1995-ci ildə kral Fəhdə yazdığı açıq məktubda, Amerika qüvvələrinin Səudi Ərəbistanı tərk edənə qədər çeşidli hücumlar gerçəkləşdirəcəyini bildirməkdəydi. Bu hədənin nəticəsi özünü çox gözlətmədi və 13 noyabr 1995-ci il tarixində Ər-Riyadda  bulunan, Amerika həbçilərinin nəzarətində olan “Səudiyyə Ərəbistanı Milli Mühafizləri” adlı təlim mərkəzinə bomba yüklü maşınlarla hücum  düzənlendi. 7 nəfərin hayatını itirdiyi hücumu gerçəkləşdirənlər arasında olduğu söylənilən dörd nəfər aprel 1995-ci ildə televizİyada yayınlanan etiraflarında Ben Ladendən təsirləndikdiklərini ifadə etdilər. Ben Laden isə verdiyi müsahibələrində bu aksiya ilə hər hansı bir əlaqəsinin olmadığını, ancaq baş verən hadisədən məmnuniyyət duyduğunu dilə gətirdi. 

1995-ci ilin 26 iyununda Efiopiyaya səfəri sırasında Misir diktatoru Hüsnü Mübarəkə sui-qəsd cəhdi oldu. Belə hesab edilir ki, bu sui-qəsdin arxasında Əl-Qaidə ilə eyni xətdə olan, onunla birlikdə fəaliyyət göstərən “İslam Camaatı”  ilə “Misir İslam Cihadı” təşkilatları durmaqda idi və bu aksiyanın təşkilatçısı Sudanın xüsusi xidmət təşkilatı idi. Bu hadisədən sonra ABŞ-ın təzyiqi ilə üzləşən Sudan Hüsəma ben Ladeni ölkədən xaric etməyə məcbur oldu. Belə olan halda Hüsəma ben Laden 1996-cı ilin mayında Sudanı tərk etmək və Əfqanistana döbmək məcburiyyətində qaldı. Burada o, Cəlalabad şəhrində məskunlaşdı.

Deyilənlərdən başqa, 1995-ci ilin yanvar ayında Filippinin paytaxtı Maniladadaki bir evdə çıxan yangından sonra başladılan istintaq zamanı “Bojinka planı” adlı bir plan üzə çıxdı. Əl-Qaidə ilə əlaqəli şəxslər tərəfindən tərtib edilmiş

Page 5: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

bu planda Papa II İohan Paula  sui-qəsd, Asiya ilə ABŞ arasında səfər edən on bir sərnişin təyyarəsinin partladılması və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Virciniya ştatındakı mərkəzinə təyyarə ilə hücum yer almaqda idi.

Həm “Səudiyyə Ərəbistanı Milli Mühafizləri” adlı təlim mərkəzinə bomba yüklü maşınlarla hücum, həm Hüsnü Mübarəkə təşkil edilən sui-qəsd cəhdi, həm də Filippindən əldə edildiyi plan barədə mətbuatda çox saylı məqalələr yazılıb-pozulsa da, onların Əl-Qaidə bağlılığını sübut edən dəqiq faktlar ortaya qoyula bilmədi. Eyni sözləri 25 iyun 1996-cı il tarixində Səudiyyə Ərəbistanın Əl-Huber şəhərində ABŞ və digər koalisiya güçləri zabitlərinin məskunlaşdığı qonaq evi kompleksinə bomba yüklü maşınla düzənlənən və 19 Amerika hərbiçisinin ölümünə və 400 nəfərin yaralanmasına səbəb olan hücum barədə də söyləmək olar. Bu aksiyanı da kütləvi informasiya vasitələrində Əl-Qaidə ilə əlaqələndirməyə çalışdılar. Fəqət yenə də ortaya heç bir təkzibedilməz sübut qoyulmadı. 

Bununla belə, 1996-cı ilin 23 avqustunda Londonda ərəb dilində nəşr olunan “Əl-Qüds əl-Ərəbi” qəzetində Ben Ladenin adından bir bəyanat yayınlandı. Bu bəyanatda müsəlmanlara qarşı düşmən mövqeyi səbəbindən Səudiyyə Ərəbistanındakı ABŞ hərbi qüvvələrinə, eləcə də ümumilikdə ABŞ dövlətinə qarşı cihad elan edilməkdə, əsas hədəfin Amerika hərçilərini Ərəbistan yarımadasından çıxartmaq, Səudiyyənin ABŞ nökəri olan rəhbərliyini devirmək, İslamın müqəddəs yerlərini xilas etmək və dünyadakı bütün İslami İnqilabi təşkilatları dəstəkləmək olduğu ifadə edilməkdə idi. 

1998-ci ilin sentyabrından Əfqanıstanın paytaxtı Taliban tərəfindən ələ keçirdikdən sonra Hüsəma ben Ladin Əfqanıstan İslam Əmirliyini qurdu və Talibanın himayəsi altında rahat yaşamağa başladı. O, Talibanın elit hissələrindən hesab edilən “055 batalyonu”nu maliyyələşdirməyə və onların təlimi təşkil etdi.

23 fevral 1998-ci ildə Ben Laden və Əz-Zəvahiri “Əl-Qüds əl-Ərəbi”də fətva yayınladılar. Fətvada Əl-Əqsa məscidi və Məkkəni azad etmək üçün Amerikalıları və onların müttəfiqlərini mümkün olan hər yerdə vurmağın hər bir müsəlmanın vəzifəsi olduğu vurğulanır, müsəlmanlar yəhudi və xristianlara qarşı cihada çağırılırdı.  1996-cı ildəki çağrışdan fərqli olaraq, bu dəfəki fətva bir çox İslami

Page 6: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

təşkilatlar və müsəlman ziyalılar, o cümlədən elm adamları tərəfindən də müsbət qarşılandı, fətvanın altına daha beş fərqli İslamçı təşkilat lideri də imza adtı və fətva Dünya İslam Cəbhəsi adıyla yayınlandı.

7 avqust 1998-ci ildə Əl-Qaidə və “Misir İslam Cihadı” qurumu tərəfındən Tanzaniyanın Darüssəlam şəhəri və Keniyanın paytaxtı Nayrobidəki Amerika konsolluqları bomba yüklü maşınla hücuma məruz qoyuldu. Bu aksiyada  224 nəfər öldü, 4.000-dən çox adam isə yaralandı.  Buna cavab olaraq ABŞ avqustun 20-də Xartumdakı “Əş-Şəfa” farmokologiya fabrikini və Əfqanıstandakı bəzi təlim düşərgələrini bombaladı. Fabrikanın bombalanması orada kimyəvi silah istehsal edilməsi bəhanəsilə gerçəkləşdirildi. Halbuki o fabrikada tibbi dərmanlar istehsal edilirdi. Bunu sonralar Amerikalı mütəxəssislər də etiraf etməyə məcbur oldular.

2000-ci ilin 1 mart tarixində Əl-Qaidə üzvləri tərəfindən İordaniyadakı dörd fərqli nöqtədə - paytaxt Ammandakı “Radisson Hotel”də, İsrail-İordaniya sərhəddində, xristianlar üçün müqəddəs sayılan Nibu dağında və Həzrət Yəhyanın (ə) Həzrət İsanı (ə) vəftiz  etdiyinə inanılan Şeri çayı shilindəki bir yerdə, eləcə də ABŞ-ın Los-Anceles şəhərindəki Beynəlxalq hava limanında partlayışlar törədilməsinin, Yəmənin Ədən şəhərində lövbər atmış ABŞ-a bağlı “USS The Sullivans (DOG-68) gəmisinin hücuma məruz qalmasının planlaşdırıldığı, fəqət bunlardan heç birinin baş tutmadığı iddi edildi. Bu iddia mediada geniş təbliğ edildi və həmişəki kimi ortaya yenə də heç bir sübut qoyulmadı. 12 oktyabr 2000-ci il tarixində “USS The Sullivans (DOG-68) gəmisinə gerçəkdən də hücum təşkil edildi, 17 Amerikalı əskər öldü, 39 əskər də yaralandı.

2001-ci ilin 11 sentyabrında ABŞ-da daxili xəttlər üzrə uçuş gerçəkləşdirən dörd təyyarə qaçırıldı. “Airlines 11” və “Airlines 175” xətləri ilə səfər edən iki təyyarə qısa arayla Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldılar və qüllələrin hər ikisi darmadağın oldu. “Airlines 77” xətti üzrə səfər edən təyyarə isə özünü Pentaqonun binasına çırpdı və binaya böyük xəsarət yetirdi. Konqrüs bunasına və ya Ağ evə çırpılması planlaşdırılan “Airlines 93” marşrutlu dördüncü təyyarə isə ABŞ-ın havadan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildi. Bu aksiya nəticəsində təyyarələri qaçıran 19 nəfər də daxil olmaqla, 2.996 nəfər öldü, 6.000-dən çax adamsa yaralandı. 16 sentyabr günü Ben Laden tərəfindən verilən bəyanatda sözügedən hadisənin ona aidiyyatı olmadığı bildirildi. 3 il sonra, daha dəqiq desək, 29 oktyabr 2004-cü il tarixində yayınlanan videosunda isə o ilk dəfə 11 sentyabr aktını özünün təşkil etdiyini iddia etdi. FBİ tərəfindən yürüdülən araşdırma nəticəsində hücumu təşkil edən adamların Əl-Qaidə ilə əlaqələri olduğu “təsdiqləndi”. Hüsəma ben Laden 1 №-li terrorist elan edildi.

11 sentyabr hadisəsi ABŞ-a çoxdan planlaşdırdığı “Böyük Orta Şərq” planını həyata keçirmək üçün bəhanə verdi. Planın “Terrorizmə qarşı mübarizə” adı altında gerçəkləşdirilməsi qərara alındı. 7 oktyabr 2001-ci ildə, Əfqanıstandakı Taliban və Əl-Qaidə hədəflərinin ABŞ və Britaniya hava qüvvələri tərəfindən bombalanmasıyla Əfqanıstan müharibəsi rəsmən  başlamış oldu. “Şimal İttifaqı” ilə birlikdə hərəkət edən koalisiya güçləri, 2001-ci ilin noyabrında paytaxt Kabili işğal edərək, Əfqanıstan İslam Əmirliyinə son qoydu, fəqət Talibanı yıxmaq mümkün olmadı. Bu işğal əfqan xalqını Talibana rəğbətlə yanaşmağa sövq etdi və

Page 7: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

əfqanlar, əsasən pəştular Taliban başçılığında ABŞ və müttəfiqlərinə qarşı müqəddəs cihada başladılar.

O gündən 19 il keçməyinə baxmayaraq, əfqan xalqına qalib gəlmək mümkün olmayıb. Bu azmış kimi, ABŞ hakimiyyəti dünənə qədər “terrorist” adlandırdığı Talibanla sülh danışıqlarına başlamaq və masa arxasına oturmaq məcburiyyətində qalıb.

Əfqanıstanın işğalından təqribən iki il sonra, daha dəqiq desək, 2003-cü ilin 20 martında ABŞ və müttəfiqləri Səddam Hüseyni devirmək məqsədilə İraqın işğalına başladılar, beləcə, “Böyük Orta Şərq” planının ikinci mərhələsi başlamış oldu.

İslam dövləti (İŞİD), “Ümumdünya İslam xilafəti” planı və Hzərət Mehdi (ə) inancı

1999-cu ildə Əbu Mssab əz-Zərkavi tərəfindən İordaniyada qurulan və 2001-ci ildə başlayan Əfqanıstan savaşı sonrasında İraqa hərəkət edərək fəaliyətlərini burada davam etdirən “Tövhid və Cihad Camaatı” adlı təşkilat 2003-cü ilin martında İraqın işğalı ilə başlayan müharibə sırasında işğalçı qüvvələrə qarşı silahlı fəaliyyətə başladı. 17 oktyabr 2004-cü ildə təşkilat İnternet üzərindən yayınladığı bəyanatda Əl-Qaidəyə bağlılıq andı içərək, “İraq Əl-Qaidəsi” adını aldı. İşğalçı qüvvələrlə yanaşı, onlarla birlikdə hərəkət edən, onlara dəstək verən və əksər hissəsi İrandan idarə edilən şiə həbi birlikləri, eləcə də bölgədə ABŞ-ın dəstəyi ilə bir kürd dövlətinin yaranmasına çalışan kürdlər yeni yaranmış təşkilatın əsas hədəfinə çevrildilər.

“Böyük Orta Şərq” planına görə İraqın üç hissəyə parçalanması öngörülürdü. Şimalda kürd dövlətinin, mərkəzi bölgələrdə sünni, cənub bölgələrdə isə şiə dövlətlərinin qurulması nəzərdə tutulmaqda idi. Buna nail olmağın yolu ölkədə məzhəblərarası savaşı qızışdırmaqdan, eləcə də kürd-ərəb qarşıdurması yaratmaqdan keçirdi, bu yolla həm də İraqın işğalçılara qarşı müqavimət gücünü zəiflətmək istənirdi. Bu mənfur planda “Şiə hilalı” yaratmağı və bu yolla Sasani imperatorluğunu bərpa etməyi hədəfləyən İrana xüsusi bir rol ayrılmışdı.

Page 8: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

2005-cı ilin 15 yanvar tarixində Əl-Qaidənin İraq üzrə sözçüsü Əbu Meysərə əl-İraqi tərəfindən,"Iraqı işgaldan qurtarmaq, bütün mücahidləri tək bir çətir altında toplamaq, birlikdə hərəkət etmələrini təmin etmək, İslam və Sünnə bayrağını ucaltmaq" məqsədi ilə, İraq Əl-Qaidəsinin də aralarında olduğu altı təşkiltaın birleşərək, “Mücahid Şura Məclisi” adlı koalisiya təşkilatının qurulduğu bəyan edildi. Həmin ilin iyun ayının 7-də ABŞ təyyarələri Əz-Zərkavinin də iştirakçısı olduğu bir toplantının keçirildiyi evi bombardıman etdi və Əz-Zərkavi öldürüldü. Bu hadisədən sonra təşkilatın liderliyi Əbu Əyyub əl-Misriyə keçdi.

15 oktyabr 2006-cı il tarixində təşkilat yayınladığı bir videoyla İraqın Bağdad, Ənbar, Diyala, Kərkük, Səlahəddin və Mosul əyalətlərinin tamamını və Babil əyalətinin bir qismini əhatə edən geniş ərazidə İraq İslam dövlətinin qurduğunu açıqladı. Bunun ardınca İraq İslam dövlətinə bağlı kürd hərbi birlikləri ABŞ-ın İraqın şimalında qurduğu “Kürd muxtariyyəti”nə qarşı savaşa başladılar.

Əl-Misrinin 18 aprel 2010-cu il tarixində ABŞ-ın təşkil etdiyi bormbardıman nəticəsində öldürülməsindən sonra Əbu Bəkr əl-Bağdadi  təşkilatın və İraq İslam dövlətinin yeni lideri oldu. O, 8 aprel 2013-cü ildə verdiyi bir açıqlamada, Əl-Qaidəyə bağlı olan və Suriyada fəaliyət göstərən ƏN-Nüsra Cəbhəsi ilə birləşdiklərini və beləcə İraq və Şam İslam dövlətini (İŞİD) qurduqlarını bəyan etdi. Buna qarşılıq olaraq, Əl-Qaidə tərəfindən 3 fevral 2014-cü ildə bəyanat yayınlanaraq, bu addımın onlarla məsləhətləşilmədən və Əl-Qaidənin razılığı alınmadan atıldığı bildirildi. Bəyanatda Əl-Qaidə rəhbərliyinin bu addımdan məmnun qalmadığı, yeni dövlətin qurulmasının rəhbərlik tərəfindən dəstəklənmədiyi , İŞİD-in Əl-Qaidə ilə hər hansı bir bağnının qalmadığı ifadə edilməkdə idi.

İŞİD-lə Əl-Qaidə arasında əsas fikir ayrılığı İslam Xilafətin bərpa edilməsi məsələsinə görə yaranmışdı. Əl-Qaidə hesab edirdi ki, Xilafətin elan edilməsinin vaxtı hələ gəlməyib. Bunun elan edilə bilməsi üçün mücahidlər hər hansı bir müsəlman ölkəsində hakim duruma gəlməli və Xilafət yalnız bundan sonra həmin dövlətin ərazisində elan edilməlidir. Əl-Qaidənin İraq və Suriya şöbələrinin, yəni dəqiq İraqda fəaliyyət göstərən “Mücahid Şura Məclisi”  və Suriyada fəaliyyət

Page 9: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

göstərən Ən-Nüsra Cəbhəsinin fikri isə fərqli idi. Onlar bunun üçün İraq və Suriyanın əllərində tutduqları geniş ərazilərində İslam Dövlətini qurmaqla orada Xilafəti bərpa etməyin mümkün olacağını düşünməkdə idilər. İraq və Şam İslam dövlətinin elan edilməsi də bu məqsədlə həyata keçirilmişdi.

İŞİD-in qurulması həm ABŞ-ın “Böyük Orta Şərq” planı, həm də İranın “Şiə hilalı” proqramı üçün böyük təhlükə törətməkdə idi. Təhlükə daha çox ondan qaynaqlanırdı ki, bu dövlət İraq və Suriyanın yerli sünni-müsəlman xalqları tərəfindən, eləcə də İraqdakı ABŞ və İran işğalçılarına və Suriyadakı əliqanlı Bəşər Əsəd rejiminə qarşı savaşda onlara yardım üçün İraq və Suriyaya dünyanın dörd bir yanından axışaraq gəlmiş mücahidlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmaqda idi.

Ruh yüksəkliyinin yaranmasının başqa bir səbəbi də bir çox müsəlmanların İŞİD-in simasında “Xorasan (Əfqanıstan) tərəfdən gələcək Qarabayraqlılar”ın zühurundan bəhs edən hədislərin gerçəkləşdiyini düşünmələri idi. Söhbət Hzərət Mehdinin (ə) zühuru ilə əlaqəli hədislərlərdən gedir.

Həmin hədislər aşağıdakılardır:“Həqiqətən də Şərqdən bəzi insanlar çıxar ki, Axırzaman Mehdisi (ə) üçün

zəmin hazırlayarlar” (Fetava-i Hadîsiyye, İbn-i Hacer-i Heytemi, 40).Məlum olduğu kimi, Əfqanıstan İraq və Suriyadan şərqdə yerləşir və Əl-Qaidə

təşkilatı da məhz Əfqanıstanda yaranmış və orada fəaliyyət göstərməkdə idi. Əl- Qaidənin törəmə təşkilatlarının İraq və Suriyada qurduqları İŞİD-in rəhbər və döyüşçülərinin əksəriyyəti, o cümlədən Əl-Bağdadi daha öncə Əfqanıstanda savaşmışdılar. Bu fakt İŞİD tərəfdarları tərəfindən sözügedən hədisin Əl-Qaidə və İŞİD-ə işarə olduğu kimi yozulmaqda idi.

Nəzərə alsaq ki, həm Əl-Qaidənin, həm də İŞİD-in bayraqları qara rəngdə idi, aşağıdakı hədisdə də məhz onlara işarə edilməkdə olduğu sanıldı:

“Xorasan tərəfdən çıxan qara bayraqlıları gördüyünüzdə, qar üzərində sürünərək olsa belə, onlara gedin. Çünki onların içində Allahın xəlifəsi Mehdi (ə) vardır” (Fetava-i Hadîsiyye, İbn-i Hacer-i Heytemi, 40).

Qeyd edək ki, Xorasan vilayəti Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistanın müəyyən bölümlərini əhatə edən böyük bir vilayətdi və onun şərq hissəsi Əfqanıstan ərazisindədir. Elə bu da bir çoxlarına hədisin bilavasitə Əl-Qaidə və İŞİD-ə aid olduğunu düşünməyə əsas verirdi.

Termizinin Əhməd bin Hənbələ istinadın anlatdığı hədislərdə belə deyilir:“Xorasandan qara bayraqlılar çıxar və bayraqlarını İlyaya (Qüdsə)

taxana qədər onları kimsə durdura bilməz” (Celâleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s. 61, hədis №: 7.3).

“Şərqdən qara bayraqlılar çıxar. Onları ürəkləri dəmir kimidir. Kim onlar barədə eşidərsə, qar üzərində sürünərək də olsa, getsin və onlara biət etsin”.

Daha bir həsidə isə belə deyilməkdədir: “Onun (qara bayraqlıların) başçısının əskərlərinin saçları və bığları çox

uzun olacaq, libasları qaradır və onlar qara bayraqların adamlarıdır” (Ğaybeti Numani, s. 303).

Page 10: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

“Onlar (özlərinə qarşı çıxanları) heç bir fərq qoymadan toplu şəkildə qətlə yetirəcəklər”.

Həzrət Əlinin (r) oğullarından Mühəmməd bin Hənəfiyyədən nəql edilin başqa bir hədisdə belə deyilir:

“... Qara bayraqlılar ortaya çıxacaq. Sonra əmmamələri qara və libasları ağ olan başqa qara bayraqlılar da ortaya çıxacaqlar... Süfyaninin dostlarını məğlubiyyətə uğradacaqlar. Nəhayət, Beytül-Məqdisə varacaqlar. Oranı Mehdi (ə) üçün hazırlayacaqlar (Mücəm-ül Əhadis-i İmam Mehdi. Cilt 3, s. 270; Ət Təşrif-i bil Mənun, s. 117).

İŞİD-in tərəfdarlarının fikrincə, bu hədisdəki birinci qara bayraqlılar Əl-Qaidə, ikincilər isə, İŞİD-dir. İŞİD-in Suriya qolunu təmsil edən Ən-Nüsra Cəbhəsinin tərafdarları isə ikinci qara bayraqlıların özləri olduqları fikrindədirlər. Məlumat üçün bildirək ki, Ən-Nüsranın da bayrağı qara rəngdədir və Əl-Qaidənin bayrağından çox cüzi fərqlənir. İŞİD-in ortadan qaldırılmasından sonra bu fikirdə olanların sayı artıb.

Bu tip hədislərin sayı olduqca çoxdur. Onlardan daha birində Süfyaninin adı keçir. Bir çoxları hədislərdəki Süfyaninin Suriya diktatoru Bəşər Əsəd olduğunu düşünürlər:

“Böyük bir savaş olacaq. Nəticədə qara bayraqlılar qalib gələcək. Süfyaninin qüvvələri qaçacaq. Bax, o zaman insanlar Mehdini (ə) təmənnə edəcək və ərəblər Mehdinin itaəti altına girəcəklər” (Celâleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s.61, hədis №: 7.26).

Əhl-i Sünnə qaynaqlarından Naim bin Hammadıın "Kitab-ül Fitən" sdlı kitabında, "Fi Xüruci Bəni-i Abbas" bölümündə nəql edilən hədis belədir:

"... Əli bin Əbi Talib (r) belə dedi: "Qara bayraqları gördüyünüzdə yerə qapanın, ellerinizi və ya ayaqlarınızı oynatmayın. Sonra zəif bir topluluq çıxar ki, (əvvəl) onlara etina edilməz, qəlbləri dəmir parçaları kimi (qatıdır), dövlət iddiasıyla ortaya çıxarlar, əhdə vəfa göstərməz, sözləşməyə uymazlar, haqqa çağırırlar, amma özləri haqq əhli deyildirlər, adları künyədir,

Page 11: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

nisbətləri məmləkətləridir, saçları qadın saçı kimidir, sonra aralarında ixtilafa düşərlər və Allah haqqı istədiyinə bəxş edər”.

Burada məhz İŞİD-dən söhbət getdiyi düşünülür. Çünki dövlət qurmaq iddiasıyala ortaya çıxmış, İraq və Şam İslam dövlətini elan etmişdilər. Adları gerçəkdən də künyə, yəni ləqəbdir, nisbətləri də məmləkətlərinin adından qaynaqlanır (Əbu Əyyub əl-Misri, Əbu-Bəkr əl-Bağdadi və s.). Hazırda İŞİD-çilərin aralarında fikir ayrılığı çıxdığı, Ən-Nüsra Cəbhəsinin artıq ayrıca, yəni müstəqil çıxış etdiyi bilinməkdədir. “Haqq bunlardan birinə verilib”. Belə iddia edilir ki, həmin haqq sahibi İŞİD-dən fərqli olaraq, hələ də ayaqda qalan və mücadiləsini Suriyada davam etdirən Ən-Nüsra Cəbhəsidir. Yəni birinci qara bayraqlılar Əl-Qaidə yox, İŞİD-dir, ikincisi isə Ən-Nüsradır.

Birinci və ikinci qara bayraqlılarla bağlı daha bir hədis də var:“Əbdürrəhman ibni əl Ğaz ibni Rəbia əl Cərşinin belə dediyi eşidildi:

Eşitdim ki, Rəsulullahın (s) dostu əmr ibni Mürrə əl Cəmli belə deyirdi: Əlbəttə, Xorasandan qara bayraqlar çıxacaq. Belə ki, atlarını bu zeytun ağaçlarına bağlayacaqlar. Dedik ki: Bu dediyin yerlərdə zeytun ağacı görmürük. Dedi: Buralara zeytun ağacı əkiləcək, bu bayraqlılar oraya enəcəklər və atlarını onlara bağlayacaqlar. Əbdürrəhman ibni Süleyman bu rəvayəti söyləyincə, Abdullah ibni Adəm, belə dedi: Ancaq, birincinin ardından, ikinci olaraq çıxan qara bayraqlılar atlarını buraya bağlayacaq. Onlar buraya enincə, üzərlərinə bu bölgə əhlindən olan xaricilər gelər, ilk qara bayraqlılar gizlənməkdən başqa çarə tapmazlar” (Naim bin Hammad Kitab-ul Fiten).

8 aprel 2013-cü ildə İraq və Şam İslam dövlətinin (İŞİD) qurlmasının bəyan edilməsindən sonra İŞİD-lə Suriya kürdləri, daha dəqiq desək, PKK-nın Suriya qolu olan, ABŞ tərəfindən silahlandırılan, mərkəzi Eyn əl Ərəbdə (Kobanidə) yerləşən PYD (Partiya Yekitiya Demokrat) arasında savaş başladı. Bu savaşın başlaması ilə yaddaşlara daha bir hədis düşdü. Həmin hədisdə sarı bayraqlılarla qara bayraqlıların savaşından bəhs edilməkdə idi:

“Muğayrə bin Səid belə deyir: İmam Mühəmməd həzrətləri belə buyurdu: “Əmirülmöminin (Həzrət Əli (r)) şöyle buyurdu: Şamdakı bir zəlzələdə yüz min adam öləcək. Allah bu zəlzələni möminlərə rəhmət, kafirlərə isə əzab olaraq göndərəcəkdir. Belə olunca, qara-ağ və qulağı kəsik atlara minən süvarilərə və sarı bayraqlara baxın ki, onlar qərbdən gələrək Şama ulaşacaqlar. O sırada ən böyük dəhşət və qırmızı ölüm gerçəkləşəcək. Sonra Şam yaxınlarındaki Heresta kəndi toprağın altına girəcək. Tam o sırada ciyərlər yeyən qadın quraq çöllərdən ortaya çıxacaq və Şam minbərinə hakim olacak. Belə olunca, Mehdinin zühurunu gözləyin” (Gaybeti Numani).

Hədislərdə qara bayraqlılar ilə sarı bayraqlıların Suriyda savaşacaqları, qara bayraqlıların öz aralarında ixtilafda olacağı, bu fitnə və ixtilaflar əsnasında Süfyaninin, sonra da Həzrət Mehdinin (ə) çıxacaqları bildirilir. 

Bəri başdan qeyd edək ki, PYD-nin bayrağı sarı rəngdədir və təşkilatı iki rəhbərindən biri (Ayşə Hiso) qadındır. Hədisdə adı keçən Heresta kəndi Əsədə bağlı təyyarələr tərəfindən bombardıman edilərək xarabalığa çevrilmişdir.

Page 12: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

Maraqlıdır ki, Şamın (Dəməşqin) şərqində yerləşən həmin kənddə nə az, nə çox, eynən hədisdə deyildiyi kimi, 100 min adam yaşayırdı.

İŞİD 29 iyun 2014-cü il tarixində Xilafət yaradıldığını bəyan etdi və Əbu Bəkr əl-Bağdadi xəlifə elan edildi.

Qeyd edək ki, Bu qurum həm BMT tərəfindən, həm də dünyanın əksər ölkələri tərəfindən rəsmən terrorçu qurum elan edilmişdir.

İŞİD ideoloqları Hakim, Əhməd və Tabərani sayəsində dövrümüzədək yetişən aşağıdakı hədisin də onlara işarə etdiyi fikrindədirlər:

“Avf bin Malik əl-əşcainin belə dediyini eşitdim:Təbük gazvəsində Rəsulullahın (s) yanına gəldim. O, dəridən bir çadırın içindəydi.

Mənə:-Ey Avf! Qiyamətdən öncə bu altı şeyi say: Mənim ölümüm, sonra Beytül

Məqdisin fəthi, sonra koyunların ani ölümlərinə səbəb olan bir xəstəlik kimi aranızda sürətlə yayılan ölümlər, sonra aranızda malın, birinizə yüz dinar verilsə, əsəbiləşəcəyi qədər çoxalması, sonra ərəblərın evlərindən girmədiyi heç bir ev buraxmayan bir fitnə, sonra sizlərlə Bəni-Əsfər (sarı irqin oğulları) arasında baş verəcək və onlar tərəfindən (hər bir sancaq altında) on iki min adamın olacağı səksən sancaq altında üzərinizə gəlib darmadağın edəcəkləri bir andlaşma, - buyurdu”.

Buradakı “Bəni-Əfsər” (sarı irqin oğulları) ifadəsi ABŞ, Avropa və Rusiya əhalisinə aid edilir. Belə hesab edilir ki, “Bəni-Əfsər tərəfindən müsəlmanlara qarşı onların darmadağı ediləcəkləri səksən sancaq altında savaş” ABŞ-ın İŞİD-ə qarşı qurduğu beynəlxalq koalisiyaya işarədir. Məsələ burasındadır ki, həmin dövrdə dünya mətbuatında, o cümlədən Azərbaycan mətbuatında həmin koalisiyaya 80 dövlətin daxil olduğu bildirilməkdə idi. Məsələn, “Xalq Qəzeti”ndə dərc edilmiş “Donald Tramp: Ərazilər gələn həftə azad oluna bilər” başlıqlı məqalədə (http://xalqqazeti.com/az/news/15181) belə deyilməkdədir:

“İŞİD terror qruplaşmasının Suriyada və İraqda zəbt etdiyi ərazilər gələn həftə 100 faiz azad oluna bilər. Çox güman ki, biz bu barədə gələn həftə bəyan edəcəyik. Bu bəyanatı ABŞ Prezidenti Donald Tramp səsləndirib. Məlumatı “Reuters” yayıb.

Mənbə yazır ki, bu sözləri Prezident Donald Tramp İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya üzvlərinin toplantısında deyib. D.Tramp, həmçinin xəbərdarlıq edib ki, bunun üçün rəsmi məlumat veriləcək.

ABŞ hərbçiləri və kəşfiyyatçıları bəyan ediblər ki, İŞİD antiterror əməliyyatları başlamamışdan qabaq da zəbt etdiyi ərazilərdən çıxa bilər.

Donald Tramp İŞİD-in təbliğat mexanizmindən, bu terror qruplaşmasına Avropadan və digər regionlardan terrorçuların cəlb edilməsindən də danışıb. “Uzun müddətdir ki, onlar internetdən bizdən yaxşı istifadə ediblər. Lakin bu, artıq belə deyil”, - deyə D.Tramp əlavə edib.

ABŞ dövlət katibi Mayk Pompeo, öz növbəsində deyib ki, ölkəsi ordunu Suriyadan çıxarsa da, İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

Page 13: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

Qeyd edək ki, 2014-cü ildə yaradılmış İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya 80-nə yaxın dövlət daxildir”.

“Kaspi” qəzetinin 7 fevral 2019-cu il tarixli sayında dərc edilmiş “İŞİD-in zəbt etdiyi ərazilər gələn həftə azad oluna bilər” başlıqlı məqalədə də təqribən eyni şeylər qeyd edilib (http://kaspi.az/az/isid-in-zebt-etdiyi-eraziler-gelen-hefte-azad-oluna-biler):

“AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Donald Tramp İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya üzvlərinin toplantısında deyib. D.Tramp, həmçinin xəbərdarlıq edib ki, bunun üçün rəsmi məlumat veriləcək.

ABŞ hərbçiləri və kəşfiyyatçıları bəyan ediblər ki, İŞİD anti-terror əməliyyatları başlamamışdan qabaq da zəbt etdiyi ərazilərdən çıxa bilər.

Donald Tramp İŞİD-in təbliğat mexanizmindən, bu terror qruplaşmasına Avropadan və digər regionlardan terrorçuların cəlb edilməsindən də danışıb. "Uzun müddətdir ki, onlar internetdən bizdən yaxşı istifadə ediblər. Lakin bu, artıq belə deyil”, - deyə D.Tramp əlavə edib.

ABŞ dövlət katibi Mayk Pompeo, öz növbəsində deyib ki, ölkəsi ordunu Suriyadan çıxarsa da, İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ildə yaradılmış İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya 80-ə yaxın dövlət daxildir”.

“1news.az” xəbər saytının 5 sentyabr 2016-cı il tarixində “Fərat Qalxanı” Rusiya, Türkiyə və ABŞ-ı birləşdirəcəkmi?” adı altında dərc etdirdiyi bir müsahibədə aşağıdakı məlumat yer almaqdadır:

“İŞİD-lə mübarizəyə koalisiya demək olar ki, iki qrupa bölünüb. Birinci qrupa ABŞ başda olmaqla 80 Avropa dövləti, ikinci qrupa isə Rusiya, Suriya və İran daxildir. Baxmayaraq ki, bu əməliiyatın başlıca strategiyası İŞİD-lə mübarizə səslənsə də, koalisiya üzvləri arasında qarşılıqlı anlaşma çox aşağı, effektsiz səviyyədədir” (https://1news.az/az/news/f-rat-qalxan-rusiya-t-rkiy-v-ab---birl-dir-c-kmi).

Sonradan adı “İslam dövləti” olaraq dəyişdirilən İraq və Şam İslam dövlətinin qurucularından biri, artıq qeyd edildiyi kimi, Ən-Nüsrə Cəbhəsi (  النصرة جبهة

الشام (ألهل idi. Əl-Qaidənin Suriya və Livan ərazisindəki qolu kimi 23 yanvar 2012-ci il tarixində təsis edilən bu təşkilat, eynən İŞİD kimi BMT və bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınmaqdadır. Bu səbəbdən də təşkilat 2014-cü ildə ABŞ və müttəfiqlərinin “İŞİD-ə qarşı savaş” çərçivəsində endirdiyi aviazərbələrin hədəfi olmuşdur. Bir neçə dəfə adını dəyişdirmiş, 2015-ci ildən etibarən “Ceyş əl-Fəth”in tərkibinə daxil olmuş, 2016-cı ilin iyulunda adı Cəbhət Fəth əş-Şam (جبهة

الشام .Şamın Fəthi Cəbhəsi) kimi dəyişdirilmişdir // فتحQruplaşmanın tərkibində Suriyalılardan başqa, bir çox ölkədən, o cümlədən

Səudiyyə Ərəbistanı, İraq, Pakistan, Livan, Rusiya, Fransa, Böyük Britaniyadan və s. gəlmiş döyüşçülər də savaşmaqdadır. 2013-cü ildə təşkilat Suriyanı Bəşər Əsəd rejimindən azad etdikdən sonra əsas hədəfinin İsrail olduğunu bütün dünyaya bəyan etmişdir.

Suriyada gedən vətəndaş müharibəsi zamanı sayları ən sürətlə artan və ən barışmaz təşkilat kimi tanınmağa başlayan Ən-Nüsra Cəbhəsi Suriyada 2011-

Page 14: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

2013-cü illərə qədər Suriya əskərlərinə və hərbi obyektlərinə qarşı düzənlənmiş 70 hücumdan 57-sinin məsuliyyətini öz üzərinə götürmüşdür. Onu ən çox əsirlərlə, xüsusən də işğalçı İran əskərləri və İran tərəfində savaşan muzdlu döyüşçülərlə çox pis davrandığına və onlara işkəncələr verdiyinə görə tənqid edirlər.

Hələb uğrunda savaşda müxalif Azad Suriya Ordusu ilə birlikdə fəaliyyət göstərdiyi bilinən bu təşkilat 2013-cü ildə Ayman əz-Zəvahiri tərəfindən Əl-Qaidənin Suriyadakı yeganə təmsilçisi elan edildi və bu da Azad Suriya Ordusunun öz yolunu Ən-Nüsra Cəbhəsindən ayırmasına gətirib çıxartdı.

Hazırda Ən-Nüsra Cəbhəsi (Cəbhət Fəth əş-Şam) bir çox radikal İslamçı təşkilatlarla birlikdə Həyat Təhrir-i əş-Şam koalisiyasına daxildir. Bu koalisiya 2017-ci ilin fevralında yaradılıb və Əl-Qaidəylə bütün əlaqələri kəsdiyini bəyan edib. Bu gün Suriyanın İdlib əyalətinin böyük bir hissəsi sözügedən qurumun nəzarəti altındadır.

Quruma aşağıdakı qruplaşmalar daxildir:1. Cəbhət Fəth əş-Şam2. Cəbhət Ənsar əl-Din3. Liva əl-Haqq4. Ceyş əl-Sünnə5. Kafavil Şühada6. Liva Abbas7. Mərkəzi dağın azad insanları8. Saraya əl-Əqsa9. Kətibə Əsvad əl-Hərb10. Rəhmanın aslanları briqadası11. Camaat Fursan əl-Sünnə12. Camaati Alban13. Liva Təmkin14. Kətibə Əhməd Əfsan15. Kətibə Taliban 16. Liva şəhid Mühəmməd əl- Asfaruh17. Əssəd əl-Xiləfə18. Liva Əbu İslam

Page 15: bextiyartuncay.files.wordpress.com  · Web view2020-03-28 · Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan

19. Liva əl-Xəttab20. Liva Hüzəyfa ibn əl-Yaman21. Kətibə Fursan əl-Şam22. Kətibə Riya əl-CənnətQurumun başında Əbu Mehəmməd əl-Colani durur. Onun 1981-ci ildə Əl-

Küneytrədə doğulduğu, əsil adının Əhməd Hüseyn əş Şaraa olduğu, Dəməşq Unuversitetində təhsil aldığı, ABŞ və müttəfiqlərinin İraqı işğal etdiyi sırada təhsilini yarımçıq ataraq, İraq müsəlmanlarının işğalçılara qarşı mübarizəsinə dəstək vermək və onlarla birlikdə savaşmaq üçün İraqa yola düşdüyü, orada İraq və Şam İslam dövlətinin qurulmasında yaxından iştirak etdiyi, Ən-Nüsra Cəbhəsinin, daha sonra Cəbhət Fəth əş-Şam təşkilatının lideri olduğu, ABŞ-ın onun başına 10 milyon dollar mükafat təyin etdiyi məlumdur.