11
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + INFOREX PROQNOZ DALGA ANALİZI 1 9 N°151 MART 2016 TEXNİKİ ANALİZ 4

Inforex Weekly#151

  • Upload
    inforex

  • View
    228

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#151: treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#151

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

INFOREX PROQNOZ

DALGA ANALİZI1 9

N°151 MART 2016

TEXNİKİ ANALİZ4

Page 2: Inforex Weekly#151

01

Avro yenidən 1.10-1.08 diapazonuna qayıdıb, dinamikanı M.Draqi və FRS rəsmilərinin çıxışı müəyyən edəcək.

ekspert - analitikSƏBİNƏ MƏMMƏDQIZI

INFOREX WEEKLYTEXNIKI ANALİZ

Page 3: Inforex Weekly#151

02

MAVLET BAGIYEVekspert - analitik

Xoş gördük.

Funt 1.4020 səviyyəsini qırıb və 1.4200 səviyyəsini texniki olaraq yoxlayıb. Bu səviyyənin yoxlanmasından sonra funt 1.4370 səviyyəsinə qalxa bilər. Avro bu həftə impulsiv hərəkətlərsiz qeyri-müəyyənlikdə ala bilər. Səviyyələr rafkdə göstərilib.

Hər kəsə bol profitlər arzuayıram.

INFOREX WEEKLY TEXNIKI ANALİZ

Page 4: Inforex Weekly#151

03 INFOREX WEEKLYTEXNIKI ANALİZ

HƏFTƏLIK PROQNOZ - MORGAN STANLEY

EUR: …İstiamət-AYIAvroya dair ayı mövqeyindəyik və siyasi risklərin avronun zəifləməsinə səbəb olacağını hesab edirik.

JPY: .istiqamət-AYI116/118 səviyyəsinə hədəflənmişik…

GBP: İqstiqamət-AYI.GBPUSD dair ayı mövqeyindəyik ama siyasi risklərin güclü olduğunu görürük.… GBPUSD «şok fazasından» ayılıb və indi diqqətlər cəmiyyətdəki sorğu nəticələrinə yönələcək.

NZD: Neytral….Yeni Zellandiya Bankının öz monetar siyasətində dəyişiklik etməyəcəyi gözlənilir- yumşaq ton yəqin ki elə də davam edəcək.

Page 5: Inforex Weekly#151

04INFOREX WEEKLY TEXNIKI ANALİZ

BANKLARIN üçün proqnozlarortamüddətli perspektiv

Citigroup: AMB-nin 10 iclasından nə gözləyək? Citigroup iqtisadçıları hesab edirlər ki, AMB depozit faiz dərəcəsini 10 b.p azaldaraq -0.4%-ə şatdıracaq. Citi ekspertləri hesab edirlər ki, aktivlərin alışı qarşıdakı 6 ayda 75 milyard avroya çatdırılacaq. Daha sonra AMB məcbur olacaq ki: 1. depozit faiz dərəcələrini daha da aşağı salsın ( -0.5%),

2. çoxsəviyyəli faiz dərəcələri sisteminə keçsin. (İsveçrə, Danimakra, Yaponi-ya kimi)

3. Gələn ilin martında akti alışları proqramının yenidən genişlənəcəyi barədə açıqlama versin. Citinin hazırladığı bu tədbirlər siyahısına görə nəticəəd avro zəifləməlidir. Amma digər tərəfdən əgər bu sadalananlardan heç biri olmazsa bazarda sarsıntı yarana bilər və avro bundan dəstək alara möhkəmlənə bilər.

Nonfarma reaksiya təəccüblüdür Hər şey gözlənilməz oldu. Həm NFP hesabatı rəqəmi, həm də bazarın reaksiyası. Belə demək olar ki, heç də bütün rəqəmlər yaxşı deyildi-iş həfətəsinin davamiyyəti və saatlıq əməkhaqqının azalmasını müşahidə etdik, amma hesabatın əsas parametrləri layiqli görünür. Dollar bundan o qədər də istifadə edə bilmədi və aşağı yuvarlandı. Bu hərəkətin arxasından nə olacağını bilmək olmur, amma texniki olaraq EUR/USD-də lokal dib yaranması ərəfəsində hər şey düzgün görünür. Qeyd edək ki, AMB-nin qarşıdakı iclası da bazarda oxşar reaksiya yarada bilər. Bu həftə ABŞ-da elə də ciddi xəbər gözlənilmir, ona görə də bütün hadisələr Avropa ətrafında dövr edəcək. Həftənin əvvəlində Avrozonada bəzi iqtisadi hesabatlar (Almaniyada sənaye istehsalı və sifarişləri, son ÜDM)- AMB-nin iclasda hansı tədbirlər görəcəyi ilə bağlı gözləmələri formalaşdıracaq. Əgər requlyatorun addımları investorları təsirləndirməsə avro yuxarı sıçrayacaq. Bu həftə daha iki requlyator-Kanada Bankı və Yeni Zellandiya Bankı iclas keçirəcək. Hər iki iclasdan cidid dəyişiklik gözləmək lazım deyil, ona görə də sürpriz baş verərsə, aktiv reaksiya qaçılmaz olacaq.

Diqqət, çıxış edir sehrbaz Mario - ING ING analitiki Kartsren Brjeski nəzərə çatdırır ki, həftə ərzində M.Draqi yenə bazarı əlinə alacaq və hamı onun nəsə sehrbazlıq edəcəyini izləyəcək:birdən şlyapadan dovşan çıxarar?! «AMB tədricən, amma davamlı olaraq belə bir fikrə gəlib ki, artıq yeni addımlar xeyirdənsə zərər gətirə bilər. Amma Bankın heç bir şey etməməsi ən pis variant olduğu üçün Bank yeni tədbirlər paketi təqdim edəcək, bu o ədər də geniş tədbir paketi olmasa da, bazarın gözləmələrini üstələyəcək. Bizim fikrimizcə, bu şlyapadan dovşan çıxarmaqdan da ucuz oyun olacaq».

Page 6: Inforex Weekly#151

05 INFOREX WEEKLYTEXNIKI ANALİZ

Amerikalı milyarder dolların «köpüyə» dönəcəyini hesab edirİnvestor Cim Rocers hesab edir ki, ABŞ iqtisadiyyatında bir il ərzində eniş başlayacağını gözləyir. Onun fikrincə təhlükə amerika valyutasını da hədələyir. O Bloomberg-ə bildirib ki, qarşıdakl 12 ayda tənəzzül güclənə bilər.“ABŞ-da son tənəzzüldən 7-8 il keçib. Bir qayda olaraq tənəzzül hər 4-5 ildən bir yenidən başlayır”, - Rocers qeyd edir. Onun sözlərinə görə, iqtisadi enişi bir sıra faktorlar yarada bilər. Rocersin sözlərinə görə, dünya iqtisadi börhanı nəticəsində dollar investorlar üçün daha cəlbedici olacaq, bu isə özü müəyəyn risk daşıyacaq. “Əgər dünya böhran yaşayarsa, hamı dollara üz tutacaq ki, bu da onu köpüyə çevirəcək “, - o əlavə edib.

İri taymfremdə işləməyin üstünlükləri Çox treyder elə hesab edir ki, taymfrem nə qədər kiçik olarsa, onların qazan-ma şansı da o qədər böyükdür. Həiqəqətən də, kiçik zaman intervalında siqnalların da sayı çox olur, amma vaxt məhdudluğu səbəbindən siqnalların hamısı təstiqini tapmır və yalnış siqnalların sayı da çox olur. Əslində isədaha iri taymferm daha dəqi siqnal almaq üçün şərait yaradır ki, bu da uğur qazanmaq şansı yüksək olur. Buna misal olaraq daxili bar yaranmasını göstərmək olar. Əgər biz saatlıq qrafikdə daxili bar görürüksə, bilirik ki, qiymət əvvəlki diapazondan 1 saat ərzində çıxa bilməyib. Amma biz əgər daxili barı günlük qrafikdə görürüksə, bilməliyik ki, qiymət əvvəlki günün diapazonundan çıxa bilməyib. Təbii ki, son 24 saatın verdiyi infor-masiya 1 saatın verdiyi informasiyadan daha dəqiq və etibralı olur, bu da siqnalın əhəmiyyətini yüksəldir. Bu faktorlar iri taymfremdəki siqnalların etibarlı olduğunu göstərir.

Həftə üçün ümumiləşmiş proqnoz

Dünyanın aparıcı dünya banklarının və broker kontorlarının analitiklərinin fikrincə aşağıdakıları demək olar.

■ EUR/USD haqqında ekspertlər yekdil fikrə gəliblər. 65% çoxluqla onlar enişin lehinə səs verirlər. Н1 və Н4 qrafiki onlarla həmfikridir və proqnoza görə əvvəlcə 1.0910 səviyyəsi yoxlanmalı, sonra isə 1.1010 səviyyəsinə qalxış baş verməlidir, bununla da müəyyən müddət üçün avro/dollar yan trendinə keçəcək.

■ GBP/USD – həftəlik və aylıq intervallarda ekspertlərin 60% eniş, 30% yan trendi, 10% qalxış gözləyir. İndikatorlarda vəziyyət başqa cürdür: Н1 – 100% , Н4 83%, D1 – 50% qalxışa meyllidir. Qrafik analizə gəldikdə 1.4070÷1.4375 diapazonunda hərəkət gözlənilir.

■ USD/JPY- bütün indikatorlar və Н4 yan trendinin 113.00÷114.50 diapazonunda davam edəcəyini göstərir. Analitiklərin 20%-i yan trendinin davam edəcəyini gözləyir. Çoxluq isə əvvəlcə 116.00÷116.50 səviyyəsinin əldə ediləcəyini, sonra isə 111.00 səviyyəsinə eniş gözləyir;

Bu həftə bazar nələri diqqətlə izləyəcək? - TDS TD Securities analitikləri hesab edirlər ki, həftənin iqtisadi təqvimi kifayət qədər dolğundur, amma FRS rəsmilərinin çıxışı daha maraqla izləniləcək. «Bu həftə diqqət mərkəzində Fişer və Breynardın çıxışını bazar izləyəcək. Çıxışların tonu böyük ehtimalla yumşaq olacaq və ehtiyatlı olmaq tövsiyyə olu-nacaq. Amma yəqin ki, hər ikisi ABŞ-da ümumi əmək bazarının yaxşılaşdığını nəzərə çatdıracaqlar».

Page 7: Inforex Weekly#151

06INFOREX WEEKLY TEXNIKI ANALİZ

Həftə üçün ümumiləşmiş proqnoz

Dünyanın aparıcı dünya banklarının və broker kontorlarının analitiklərinin fikrincə aşağıdakıları demək olar.

■ EUR/USD haqqında ekspertlər yekdil fikrə gəliblər. 65% çoxluqla onlar enişin lehinə səs verirlər. Н1 və Н4 qrafiki onlarla həmfikridir və proqnoza görə əvvəlcə 1.0910 səviyyəsi yoxlanmalı, sonra isə 1.1010 səviyyəsinə qalxış baş verməlidir, bununla da müəyyən müddət üçün avro/dollar yan trendinə keçəcək.

■ GBP/USD – həftəlik və aylıq intervallarda ekspertlərin 60% eniş, 30% yan trendi, 10% qalxış gözləyir. İndikatorlarda vəziyyət başqa cürdür: Н1 – 100% , Н4 83%, D1 – 50% qalxışa meyllidir. Qrafik analizə gəldikdə 1.4070÷1.4375 diapazonunda hərəkət gözlənilir.

■ USD/JPY- bütün indikatorlar və Н4 yan trendinin 113.00÷114.50 diapazonunda davam edəcəyini göstərir. Analitiklərin 20%-i yan trendinin davam edəcəyini gözləyir. Çoxluq isə əvvəlcə 116.00÷116.50 səviyyəsinin əldə ediləcəyini, sonra isə 111.00 səviyyəsinə eniş gözləyir;

Ötən həftə verilmiş ümumiləşmiş proqnozların nəticəsi

■ EUR/USD barədə verilən proqnozu tam olaraq doğrultmuş hesab etmək olar. Gözlənildiyi kimi avro/dollar əvvəlcə 1.0800 səviyyəsini yoxladı, sonra isə əsas ssenariyə keçdi -1.1043 səviyyəsini əldə etdi;

■ GBP/USD barədə qalxışa səs verən 50% ekspertlərin fikri özünü doğultdu. Amma Н1 qrafiki buğaların gücünü tam qiymətləndirmədi -1.3910 səviyyəsi qısa müddətdə müqavimətdən dəstəyə çevrildi və 1.4248 səviyyəsi əldə olundu;

■ USD/JPY. Həm ekspertlər, həm də indikatorlar neytral mövqedə idi və onlar haqlı oldu. Eyni zamanda qrafik analiz də haqlı oldu-yan kanalının sərhədləri 112.55 və 114.50 ilə təyin olundu;

Page 8: Inforex Weekly#151

INFOREX WEEKLYTEXNIKI ANALİZ07

Həftə ərzində iki səbəbdən alışlar açmaq olar: Birincisi, investorlar ötən həftə ABŞ energetika nazirli-yinin xam neft ehtiyatları barədə hesabatını etinasızlıqla qarşıladılar. İkincisi, ayn ikinci yarısı Rusiya-da dünya neft ixracatçılarının bazarı stabillşdirmək üçün danışıqları keçiriləcək. İlkin danışıqlar qalxış impulsu verdi, ola bilsin ki, indi də belə bir nəticə əldə olunar. Bu fonda Buy orderini 37.70/36.30 səviyyəsində yerləşdirmək, 39.60 səviyyəsində alışları bağlamaq olar.

BRENT-i birinci almağa tələsin

Həftə ərzində iki səbəbdən alışlar açmaq olar: Birincisi, investorlar ötən həftə ABŞ energetika nazirli-yinin xam neft ehtiyatları barədə hesabatını etinasızlıqla qarşıladılar. İkincisi, ayn ikinci yarısı Rusiya-da dünya neft ixracatçılarının bazarı stabillşdirmək üçün danışıqları keçiriləcək. İlkin danışıqlar qalxış impulsu verdi, ola bilsin ki, indi də belə bir nəticə əldə olunar. Bu fonda Buy orderini 37.70/36.30 səviyyəsində yerləşdirmək, 39.60 səviyyəsində alışları bağlamaq olar.

7-11 mart həftəlik proqnoz XAU/USD:

Page 9: Inforex Weekly#151

08INFOREX WEEKLY TEXNIKI ANALİZ

HƏFTƏLIK PROQNOZ - MORGAN STANLEY

Pul –vacib şeydir. Əsas da o olmayanda. Və ya az olanda. Və ya onunla nə edəcəyini bilməyəndə. İnsan psixikasında elə qanunauyğunluqlar vardır ki, onları investisiya strategiyasında nəzərə almaq lazımdır.

1. Hər bir insan iki faktordan asılı olan individual xarakterə malikdir:– genotip (valideynlərdən keçmə);– fenotip (içində olduğumuz cəmiyyətin bizə aşıladığı davranış xüsusiyyəti)

2. Hər birimiz müxtəlif emosional vəziyyətə düşür-bu biz öz pulumuzla, maaliyyəmizlə işləyəndə daha çox özünü göstərir. Qorxu və tamah bizi düşünülməmiş addımlar atmağa vadar edir. Buradan da in-vestorun birinci qanunu yaranır №1 – «Qorxunu al, tamahı sat».

3.İstənilən əməliyyatın həyata keçirilməsində başı itirməmək və özünə nəzaəti, nizam-intizamı qoruyub saxlamaq lazımdır. Başqa sözlə sizin emosiyalar və baş verənlərə reaksiyanız özünüzün yaratdığınız strategiyadan çıxmanıza gətirməməlidir.

4. Pis və axşı, uğurlu və uğursuz insan psixotipi yoxdur. Elmə məlum olan hər bir psixotip öz üstünlüklərinə malikdir və cəmiyyətə uğur qazanmış şəxsiyyət bəxş edib. Ona görə də bizim ən vacib addımımız öz şəxsi keyfiyyətlərimizi öyrənmək, bunlardan maaliyyə qərarlarının verilməsində necə istifadə edə biləcəyinizi müəyyən etməli, riskə nə qədər meylli olduğumuzu təyin etməiyik.

5. Yəqin ki, eşitmiş olarsınız, elə adamlar var ki, lotereyada qalib gəlib, amma sonra ya hər şeyi itiriblər, ya da sərxoşluqdan ölüblər. Bu onu göstərir ki, öz şəxsi maaliyyənizi idarə etmək və uğur azanma üçün pulla necə rəftar edəcəyinizi də əvvəldən bilməlisiniz.

6.Əgər insan öz qazancının bir hissəsini saxlayıb toplamağı bacarmırsa, hər zaman risk zonasında qalacaq. Bu prossesdə başqa faktorları da nəzərə almaq lazımdır.

1. Ağıllı investor fantastik qazanc arxasınca qaçmır.

2. O öz kapitalını tədricən artırır.

3.İnevstiaiyalaşmanın qayda-qanunları texniki analizi elə də qəbul etmir və uğur əldə etmək üçün maaliyyə bazarına azart oyun kimi yanaşmağı düzgün saymır.

Page 10: Inforex Weekly#151

INFOREX WEEKLYDALGA ANALİZI09

Dalğa analizi EUR/USD, GBP/USDEUR/USD

Ehtimala görə, ötən həftə avro/dollarda qalxış korreksiyası başlayıb. [ii] dalğasının ziqzaq forması alması və onun daxilində (a) dalğasının başa çatması ehtimal olunur. Lokal korreksiyadan sonra (c) of [ii] qalxışı davam edə bilər.

GBP/USD

Funt da korreksiya edir. Ehtimala görə, 4 dalası ziqza şəklini alır və onun daxilində [a] qalxış formalaşır. Qısamüddətli korreksiyadan sonra qalxış şansı yüksələ bilər.

Page 11: Inforex Weekly#151

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal