16
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°63 IYUL 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 12

Inforex Weekly#63

  • Upload
    inforex

  • View
    218

  • Download
    1

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#63: treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#63

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°63 IYUL 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ12

Page 2: Inforex Weekly#63

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Avro/dollar 1.3510 dəstəyindən uzaqlaşmağa nail olub ,hazırda diqqətlər 200 və 50 günlük MA-nın aralığı olan 1.3680 ətrafına yönəlib,əgər cütlük buradan yuxarıda möhkəmlənməyə nail olarsa,1.3780 yaxınlığına qalxış gözləmək olar.Hazırda Günlük qrafikdə dəstək 1.3580 səviyyəsindədir.Əsasən hərəkət dinamikasını AMB iclası və NFP rəqəmləri təyin edəcək.

Page 3: Inforex Weekly#63

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Həftəlik fundamental icmal 30 iyun – 4 iyul

Xəbərlərlə zəngin həftə bazara volatillik söz verir

Qlobal bazarlar verbal sərtləşdirmənin təsiri altındadır.Analitiklər qeyd edirlər ki,ABŞ statistikasının ciddi olmaması ötən həftənin sonunda Sent-Luis FRS sədri Bullardın çıxışını diqqət mərkəzinə gətirib,o bildirib ki,infliyasiya və işsizlik səviyyəsi hədəfləri artıq bu ilin sonunda əldə oluna bilər. Bu açıqlamaya dünya maaliyyə indeksləri enişlə reaksiya verib.Valyuta bazarında da,əlamətdar dəyişikliklər qeydə alınıb. Yeni başlayan həftə bazarda dolğunluq olacağına söz verir.Analitiklər hesab edirlər ki,bazarın diqqət 3 iyun AMB iclasına yönəlib.Bankın monetar siyasətdə hansısa dəyişiklik edəcəyi ehtimalı azdır,əsas qərarlar artıq qəbul edilib,hələ ki,görülən tədbirlər heç bir effekt verməyib,ona görə də Mərkəzi Bank aktiv addımlara fasilə verə bilər.

Avrozona statistikasından ÜDM,infliyasiya,işgüzar aktivlik ,pərakəndə ticarət və Almaniyada işsizlik səviyyəsi rəqəmlərini qeyd etmək olar.Bu maroiqtisadi statistikanın pozitiv rəqəmlər ifadə etmə ehtimalı kiçikdir.ABŞ məlumatlarından ADP məşğulluq hesabatı,işsizlik səviyyəsi və NFP rəqəmləri bazarın diqqət mərkəzində olacaq.Eyni zamanda daşınmaz əmlak bazarı,işgüzar aktivlik,sənaye sifarişləri hesabatlarına da diqqət etmək lazımdır.Cümə günü,4 iyulda ABŞ müstəqillik gününü qeyd edəcək.

1 iyulda Avstraliya MB faiz dərəcələri ilə bağlı qərarını açıqlayacaq.Faiz dərəcələrinin əvvəlki səviyyədə qalacağı gözlənilir.Bu həftə Yaponiyada Tankan işgüzar aktivlik rəqəmləri açıqlanacaq.Kanada ÜDM rəqəmləri də diqqət mərkəzində saxlanmalıdır.

Page 4: Inforex Weekly#63

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Forex: Avro həftəyə 2-həftəlik maksimumlar yaxınlığında başlayıb

EUR/USD cütlüyü həftəyə güclü buğa əhvalı ilə başlayıb. Fxstreet analitiki V.Bednarik bildirir : “Cütlük yavaş-yavaş,amma əminliklə 1,3502 səviyyəsindən bərpa olunmaqdadır.Cütlük AMB-nin bu həftə gözlənilən iclasından sonra qalxışa davam edə biləcəkmi ? Bu həftə AMB-nin monetar siyasəti dəyişdirməyəcəyi ehtimal edilir və əsas hərəkət ABŞ NFP rəqəmlərindən sonra mümkündür.Qalxış hələ ki 1,3680 səviyyəsi ilə məhdudlaşır,1.3610 səviyyəsinin qırılması isə 1.3570 ətrafına enişə səbəb olacaq.”

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Nordea: Avro/dolların yaxın zamanda artım ehtimalı var

Nordea analitikləri qeyd edirlər ki, AMB-nin hazırki mövqeyi avro/dollara təsir edə biləcək tək faktor deyil.Avropada aşağı səviyyəli faiz dərəcələrini artıq qiymət nəzərə alıb və hərəkətin davamını ABŞ-dan alınan məlumatlar təyin edəcək.Bu məlumatlar isə dollar üçün o qədər də dəstək verici deyil,belə ki,Ellenin son çıxışında yumşaq tonun üstünlüyü aydın görünürdü. Nordea-da məzənnənin yaxın aylarda $1.40 ətrafıəna qalxışını istisna etmirlər.

Barclays Capital bu həftə avro/dollarda taktiki satış əmrləri açmağı tövsiyyə edir

Barclays Capital -dan bildirirlər ki,taktiki ticarət strategiyalarına üstünlük verən in-vestorlar bu həftə avronu dollara qarşı satacaqlar.Satışlar AMB iclasına ayı ,ABŞ əmək bazarına isə buğa baxışını nümayiş etdirəcəl.Adı çəkilən hər iki hadisə bu həftə gözlənilir.Gözləmələrə görə ABŞ iqtisadiyyatı ay ərzində 208 000 yeni iş yeri yaratmalıdır. Barclays Capital -ın fikrincə isə NFP rəqəmi 250 000 olacaq. Bank avro/dollarla bağlı proqnozu 1.3200 -dən 1.2800-ə salıb.

Credit Suisse anlitiklərindən bir neçə cütlüyə dair şərhlər

USD / JPY: 200-günlük MA -nın keçdiyi 101.70/61 səviyyəsinin qırılması neqativ perspektivləri gücləndirib.Hazırda cütlüyün zəifləməyə davam etməsini və dia-pazonun aşağı sərhədinin 100.84/76 nöqtəsində yoxlanmasını gözləmək olur.Bu səviyyədən aşağıda 100,44 və 99.63/57 dəstəkləri müşahidə olunur. Yaxın müqavimətlər 101,52, 101.75/88. Strategiya: Satış,stop 102,41 səviyyəsində,hədəf 100,85.

AUD / USD: 0,9463 səviyyəsindən yuxarı qalxış üçün davamiyyət modeli formalaşmalıdır. AUDUSD cütlüyü 0,9447 səviyyəsinə qalxışa davam edir.

GBP/USD: 1,7063 səviyyəsinin qırılmasını və 1,7118 ətrafının test olunmasını gözləyirik; Ardınca ortamüddətli hədəf далее 1,7332 nöqtəsində götürülür. GB-PUSD cütlıüyü 1,7118 müqavimətini yoxladıqdan sonra enişə başlaya bilər. Sonra isə 1.7330/32 ətrafına istiqamətlənmiş hərəkət başlaya bilər.

Page 5: Inforex Weekly#63

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

AMB narahatlıqla gözləmə mövqeyində dayanıb

Avropa MB qarşısında elə də asan olmayan gözləmə periodu dayanıb. Bu ay MB de-flyasiya risklərinin qarşısını almaq üçün monetar siyasətdə yeni tədbirlər seriyasına start verib .Pul-kredit siyasəti gecikmə ilə işləyir,amma AMB gördüyü tədbirlərinin nəticələrini görmədən yeni addımlara başlayarsa,bu tələskənlik olacaq. AMB-ni nara-hat edən iki məqam var.Əvvəla ,bu Avrozonanın ikinci iri iqtisadiyyatı olan Fransanın vəziyyətidir.İkinci narahatlıq yaradan səbəb isə valyuta zonasında davam edən aşağı infliyasiya vəziyyətidir.

Qızıl FRS-in yumşaq siyasətinin davamı və İraqdakı qeyri-stabillik fonunda mövqelərini saxlayır

Texniki baxımdan qızıl 50,100 və 200 günlük SMA-nın keçdiyi 1280.00-1300.00 dəstəyindən yuxarıda ticarət aparır və bu vəziyyət davam etdikcə diqqətlər 1330.00 ətrafına yönələcək. Bu müqavimətin keçilməsi qalxış trendinin inkişafını təstiq edəcək və 1392.00, 1433.00 müqavimətlərinə yol açacaq. Yalnız 1280.00-1300.00 səviyyəsinin aşağı əminliklə qırılması aktivin 1240.00 , 1200.00 ətrafına enişini təmin edə bilər.

Bildiyimiz kimi Fransa iqtisadiyyatı çətinliklər yaşayır.İqtisadiyyat birinci rübdə artmaylıb,son rəqəmlər isə re-sessiya ola biləcəyini göstərir.Bunlar ümumilikdə Fransada infliyasiyanın demək olar ki,donduğunu nümayiş et-dirir.Amma infliyasiya “dirçələn” iqtisadiyyatlarda da zəifləməkdədir- İspaniyada qiymətlər iyun ayında ötən ilin eyni vaxtı ilə müqayisədə dəyişməyib,Avrozonanın ən güclü dövləti olan Almaniyada isə cəmi 1% artıb.Ola bilsin ki,yaxın aylarda infliyasiya artmağa başlayar,amma bu hazırki deflyasiya tendensiyasını dəyişmək üçün kifayət deyil.Ümumiyyətlə,əgər bazarda AMB-nin gördüyü son tədbirlərə inam yaranmazsa,müvafiq nəticələrin əldə edilməsi də çətin olacaq.

Nəzərə alaq ki,AMB intervensiyaların keçirilməsi hüququna özündə saxlayıb,bundan başqa bank aktivlərin alışını mümkün sayır.Amma kütləvi zəiflədilmə addımları siyasi baxımdan mürəkkəb addımlardır və effekt əldə edilməsi üçün o çox böyük həcmdə həyata keçirilməlidir.Bu riskli addımı həyata keçirmək üçün Avropa MB əmin olmalıdır ki,gördüyü digər tədbirlər effektli olmayıb.Amma bu əminlik yaranana qədər Avrozona iqtisadiyyatı da çətin vəziyyətə düşə bilər.

Page 6: Inforex Weekly#63

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Page 7: Inforex Weekly#63

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

EUR/USD cütlüyü təzyiq altındadır. Qiymət 1,378 müqavimətindən aşağıda qalıb və hədəflər 1,345 , 1,33 olmaqla satışlar üstün ola bilər.

1,378 səviyyəsinin yuxarı qırılması isə 1,4 və 1,4245 yaxınlığına qalxışa yol açar.

Əsas dəstək/müqavimətlər:

1,4245 1,4 1,378 1,3541 1,345 1,33 1,31

EURUSD

Page 8: Inforex Weekly#63

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

GBP/USD-ortamüddətli periodda 1,665 zonası dəstəkdir.

Cütlük bu səviyyədən yuxarıda ticarət apardıqca hədəflər 1,74 və 1,79 olmaqla alışa üstünlük vermək olar.1,665 dəstəyi aşağı qırılarsa 1,645 və 1,62 ətrafına eniş mümkündür.

Əsas dəstək/müqavimətlər:

1.8471,79 1,74 1,704 1.6651,645 1,62 1,587

GBPUSD

Page 9: Inforex Weekly#63

08INFOREX WEEKLYTEXNIKI ANAlİZ

USD/JPY Dönüş nöqtəsi və dəstək: 100,3.Qiymət rtamüddətli periodda bu dəstəkdən yuxarıda ticarət apararsa hədəf nöqtələri 103,7 və 105,45 olmaqla alışlar üstün olacaq.

100,3 dəstəyinin aşağı qırılacağı halda 97,7 və 96 ətrafına eniş mümkündür.

Əsas dəstək/müqavimətlər:

107,5 105,45 103,7 102,095 100,3 97,7 96

USDJPY

Page 10: Inforex Weekly#63

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Qızıl 1332 ətrafından aşağıda ticarət aparmaqda davam edərsə, hədəflər 1235, 1180 olmaqla satışlar üstün olacaq.

1332 səviyyəsinin yuxarı qırılması 1390 və 1434 ətrafına qalxışa yol açacaq.

Əsas dəstək/müqavimətlər:

1434 1390 1332 1281,35 1235 1180 1080

QIZIL

Page 11: Inforex Weekly#63

10INFOREX WEEKLYTEXNIKI ANAlİZ

“Üçbucaq“ patterniİstənilən maaliyyə bazarında bu fiqur yarana bilər.Üçbucağın qurulması üçün ən azı 1 nöqtə :2 maks və 2 min nöqtə lazımdır. Üçbucağın bir neçə forması var:

1) Qalxış üçbucağı: Onun fiqur forması yuxarı istiqamətlənib. Müqavimət xətti üfüqi və ya qalxışa meylli olur .

2) Eniş üçbucağı: Fiqurun forması aşağı istiqamətlənib.Aşağı xətt müqavimət xəttidir və üfüqi və ya enişə meylli olur.Bu üçbucağın qırılması aşağı istiqamətli hərəkəti gücləndirir .

3) Simmetrik üçbucaq. Onun qurulması zamanı trend xətləri bir birinə istiqamətlənir.Trend xətti bu üçbu-caqda fiqurun mərkəzinə istiqamətlənmiş olur.Adətən qırılma trendin davamı istiqamətində olur .

Page 12: Inforex Weekly#63

INFOREX WEEKLY TEXNIKI ANAlİZ11

FACEBOOK

Page 13: Inforex Weekly#63

INFOREX WEEKLY 12

2014, iyul ayı üçün EUR/USD, GBP/USD, USD/CHF, USD/JPY cütlüklərinin dalğa sıralaması

EUR/USD - Aylıq

[A]-[B]-[C] of V of (a) iri qalxış ziqzaqının formalaşması ehtimal olunur, onun [B] of V eniş korreksiyasının isə üfüqi üçbucaq şəklində başa çatması gözlənilir.

DALGA ANALIZI

EUR/USD - Həftəlik

Mümkün sıralama variantlarından birinə görə [B] üçbucağının (D) of [B] qalxış ziqzaqı hazırda başa çatıb və (E) of [B] son eniş ziqzaqı yaranmaqdadır.

Page 14: Inforex Weekly#63

GBP/USD - Aylıq

“b” ziqzaqının [A] of b qolunun başa çatması , formalaşan [B] of b korreksiyasının ziqzaq formasını alması ehti-mal olunur. Hazırda onun (B) of [B] eniş korreksiyasının meylli üçbucaq formasında yaranması gözlənilir.

INFOREX WEEKLYDALGA ANALIZI13

GBP/USD - Həftəlik

[B] qalxış korreksiyasının ziqzaq formasını alması ehtimal olunur. Onun eniş korreksiyasının (B) of [B] meylli üçbu-caq formasında sona çatması gözlənilir və bu ehtimala üstünlük verilərsə, E of (B) son eniş ziqzaqının yaranması mümkündür.

Page 15: Inforex Weekly#63

INFOREX WEEKLY 14DALGA ANALIZI

USD/JPY - Aylıq

Mümkün sıralama variantlarından biri hazırda son V of (a) eniş ziqzaqının yaranmasını və onun [4] of V of (a) qalxış korreksiyasının ziqzaq formasını ala biləcəyini ehtimal edir .

USD/JPY - Həftəlik

[4] qalxış korreksiyasının ziqzaq formasını alması ehtimal edilir və hazırda onun (A) of [4] qolunun impuls şəklində inkişafı gözlənilir.

Page 16: Inforex Weekly#63

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal