18
1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA ELMİ PEDAQOJİ KİTABXANASI KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ CƏHƏTDƏN İŞLƏNMƏSİ QAYDASI Metodik vəsait 2015

KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

  • Upload
    others

  • View
    23

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

RESPUBLİKA ELMİ PEDAQOJİ KİTABXANASI

KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ CƏHƏTDƏN İŞLƏNMƏSİ

QAYDASI

Metodik vəsait

2015

Page 2: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

2

Page 3: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

3

Təkmilləşdirilmiş yeni nəşr

Tərtibçi: Məmmədova Səyyarə Nazim qızı Əsədova Həqiqət Qeybulla qızı Redaktorlar: Məmmədova Ülkər İzbail qızı Əhmədova Gülər Akif qızı

Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik vəsaitin və ya onun hər hansı bir hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

Müəllif hüquqları

Page 4: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

4

Kitabların elmi cəhətdən işlənməsi

Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi

kitabxana kataloqlarının yaradılması prosesi hesab olunur.

Kataloqlaşdırma işinə sənədlərin analitik sintetik işlənməsi,

kataloqların təşkili, tərtibi, redaktə və idarəedilməsi prosesləri

daxildir.

Kataloqlaşdırma işinin əsas proseslərindən birini biblioqrafik

təsvirlərin tərtibi təşkil edir.

Biblioqrafik təsvir-sənədə dair biblioqrafik məlumatların

məcmusunu özündə əks etdirir. Biblioqrafik təsvirin tərtib

edilməsinin obyektini bütün dərc edilən sənəd növləri və müxtəlif

daşıyıcılarda dərc edilmiş sənədlər – kitablar, seriyalı və digər nəşri

davam edən resurslar, not, kartoqrafik, audiovizual, təsviri incəsənət,

normativ-texniki sənədlər, mikrofilmlər, elektron informasiya

resursları, sənədlərin tərkib hissəsi, eyni tipli və müxtəlif tipli

sənədlər qrupu təşkil edir. Təsvirin quruluşundan asılı olaraq

birsəviyyəli (monoqrafik) və çoxsəviyyəli biblioqrafik təsvirlər

müəyyən edilir.

Birsəviyyəli təsvir bir səviyyədən ibarət olur. Bu təsvir bir

hissəli sənədə, tamamlanmış çox hissəli sənədə verilə bilər.

Çoxsəviyyəli təsvir iki və daha artıq səviyyədən ibarətdir. Bu

təsvir çox hissəli sənədə (çoxcildli və ya komplekt sənədə, seriyalı

və ya ardı davam edən resuslara), çoxcildli sənədin bir və ya bir neçə

cildinə tərtib edilə bilər.

Page 5: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

5

Biblioqrafik təsvirin tərkibinə aşağıdakı sahələr daxildir: 1-sərlövhə və məsuliyyətlik haqqında məlumat; 2-nəşr sahəsi; 3-xüsusi məlumatlar sahəsi; 4-buraxılış məlumatları sahəsi; 5-fiziki xarakteristika sahəsi; 6-seriya sahəsi; 7-qeyd sahəsi; 8-standart nömrə (və ya onun alternativi) və əldə olunma şərtləri sahəsi.

Biblioqrafik yazıda (təsvirdə) ayrı-ayrı sahə və ünsürlər

müəyyən edilmiş ardıcıllıq üzrə əks etdirilir. Ayrı-ayrı sahə və

ünsürlər təkrarlana bilər.

Müəyyən sənəd növlərinin təsviri üçün (təsviri, incəsənət,

audiovizual materiallar, kartoqrafik sənədlər, not nəşrləri, seriyalı və

digər ardı davam edən resurslar, normativ və texniki sənədlərin ayrı-

ayrı növləri, elektron informasiya resursları və s.) xüsusi ünsürlər və

spesfik məlumatlar sahəsi müəyyənləşdirilmişdir. Burada müəyyən

sənəd növü xarakterik olan informasiyanın xüsusiyyətləri, onun

fiziki daşıyıcısı, nəşrin tipi və s. məlumatlar əks etdirilir.

Biblioqrafik təsvirdə durğu işarələri iki funksiyanı yerinə

yetirir- adi durğu işarələri və biblioqrafik təsvirin sahə və

ünsürlərinin fərqləndirilməsi üçün tətbiq edilən durğu işarələri.

Təsvirdə aşağıdakı bölgü işarələrindən istifadə olunur: .- nöqtə tire . nöqtə , vergül

Page 6: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

6

: qoşa nöqtə ; nöqtəli vergül ... nöqtələr (və yaxud üç nöqtə) / yan xətt // iki yan xətt () kiçik mötərizə [] kvadrat mötərizə + üstəgəl işarəsi = bərabərlik işarəsi Təsvir üçün əsas mənbə titul vərəqidir. Əgər kitabın titul

vərəqi yoxdursa, onda kitabın cildi əsas götürülməlidir. Kitab

haqqında lazımi məlumatları almaq üçün titul vərəqinin arxasına,

cildinə, kitabın axırıncı səhifəsinə, əgər bunlar kifayət deyilsə

kitabın mətninə müraciət edilməlidir.

Birsəviyyəli biblioqrafik təsvir

1.Təsvirin başlığı Başlıqda müəllifin, tərtibçinin, hazırlayanın, rəssamın,

redaktorun, tərcüməçinin, fotoqrafın və s. adı ola bilər. Təsvirin başlığında bir müəllifin adı yazılır. İki və üç müəllif olduqda, bir qayda olaraq birinci müəllif göstərilir. Əgər dörd və daha artıq müəllif olarsa, onda başlıq yazılmır, yəni sənəd sərlövhəyə görə təsvir olunur. Başlıqda şəxs adı ən çox tanınmış formada yazılır: - soyadı;

- soyadı və inisialı (atasının adının baş hərfləri ilə);

- soyadı, şəxsin tam adı ilə (adları);

- soyadı, şəxsin tam adı və atasının adı ilə

- təxəllüs;

- şəxsin adı;

Page 7: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

7

- şəxsin və atasının adı;

- şəxsin adı və soyadı;

- şəxsin adı və ləqəbi;

- şəxsin adı sıra sayı ilə və ikinci adla, soyadı və ya ləqəbi.

Başlıqda ilkin olaraq müəllifin soyadı yazılır və vergüllə (,) müəllifin adından və atasının adından ayrılır. Cabbarlı, Cəfər. Axundov, Mirzə Fətəli Məmmədquluzadə, Cəlil Ordubadi, M.S. Mir Cəlal Nizami Gəncəvi İbn Sina Sent-Ekzüperi, Antuan de.

Başlıqda eyni soyadlı müəlliflərə aid bir neçə fərqləndirici əlamət ola bilər, yəni müəllifin anadan olduğu il, “ata”, “oğul”, “qız”, “böyük”, “kiçik” sözləri, titul və s. Bu əlamətlər müəllifin soyadından və adından sonra kiçik mötərizədə yazılır. Düma, Aleksandr (ata). Düma, Aleksandr (oğul).

İdarə və Təşkilatın adını əks etdirən təsvirin başlığı Təsvirin başlığında daimi və müvəqqəti təşkilatların, ali və

yerli hakimiyyət orqanlarının, ictimai təşkilatların, siyasi partiyaların, dini təşkilatların, beynəlxalq təşkilatların və s. adları ola bilər. Məsələn,

Respublika Elmi Pedaqoji Kitabxanası Bakı Dövlət Universiteti 2.Sərlövhə və məsul şəxslər haqqında məlumat sahəsi Əsas sərlövhə Əsas sərlövhə sənəddə necə verilibsə olduğu kimi, yəni

mənbədə olan ardıcıllıq və həmin işarələrlə verilməlidir. Sərlövhə bir və ya bir neçə cümlədən ibarət ola bilər. İki və daha çox sərlövhə verilərsə hər iki sərlövhə yazılır və aralarında nöqtə işarəsi qoyulur.

Page 8: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

8

Öz xarakteri etibarilə əsas sərlövhə tematik / nəşrin məzmununu izah edən / məlumatlardan ibarət ola bilər.

Əsərlər Seçilmiş əsərlər Hesabat Xəritə Elektron Jurnal Materialın ümumi əlaməti Materialın ümumi əlaməti təsvirin obyektinə aid edilən

materialın sinfini (növünü ) bildirir. Bu terminlər aşağıdakılardır -Mətn -Əlyazması -Səsyazısı -Elektron resurs və s. Materialın ümumi əlaməti əsas sərlövhədən sonra böyük

hərflə kvadrat mötərizə içərisində yazılır. Asiya dövlətləri [Xəritə] Estrada musiqisi [Səsyazısı] Rus ədəbiyyatı Azərbaycan dilində [Mətn] Paralel sərlövhə. Paralel sərlövhə biblioqrafik təsvirin

ünsürlərindən biridir və kitabın başqa dildə olan sərlövhəsidir. Paralel sərlövhə əsas sərlövhədən sonra verilir və onlar birbirindən (=) işarəsi ilə ayrılırlar.

Sərlövhəyə dair məlumatlar. Sərlövhəyə dair məlumatlar əsas sərlövhəni, həmçinin digər

sərlövhəni aydınlaşdıran məlumatlar və izah edən məlumatları, əsərin təyinatını, növünü, janrı, sənədin digər dildən tərcüməsi haqqında məlumatları əks etdirir.

Sərlövhəyə aid məlumatdan əvvəl qoşa nöqtə (:) işarəsi tətbiq edilir. Məsələn,

Azərbaycan yazıçıları [Mətn]: Ensiklopediya Səfillər [Mətn]: Roman Əgər sərlövhəyə dair bir neçə məlumat olarsa, təsvirdə

hamısı göstərilir və onlar arasnda qoşa nöqtə (:) işarəsi yazılır.

Page 9: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

9

Dərslik və dərs vəsaitlərinin biblioqrafik təsvirində nəşrin yalnız oxucu istiqaməti verilir, digər məlumatlar isə (Əsərin nəşrə təsdiqi, əlyazmanın bəyənilməsi) verilmir. Məsələn,

Əliyev Z. Ümumi biblioqrafiyaşünaslıq [Mətn]: Dərs vəsaiti Əsas sərlövhəni izah edən məlumatlar kvadrat mötərizə

içərisində verilir. Hüseyn Cavid [Mətn]: [Hüseyn Cavidin anadan

olmasının 120 illik yubileyi münasibətilə] Məsul şəxslər haqqında məlumatlar. Məsul şəxslər haqqında məlumatlarda təsvirin obyektini

təşkil edən bədii və digər xarakterli əsərlərin yaradılmasında iştirak edən şəxslər və iştirakçılar haqqında məlumat əks etdirir.

-müəlliflər haqqında məlumatlar - digər şəxslər haqqında məlumatlar (tərtibatçılar, redaktorlar,

tərcüməçilər və s.) İlkin məsul şəxslərdən haqqında məlumatlardan əvvəl yan

xətt yazılır. Sonrakı məlumatlar qrupu bir-birindən nöqtəli vergül (;) işarəsi ilə ayrılır.

Fəlsəfə [Mətn]: Ali məktəblər üçün dərslik/ Elmi red.

H.R. İmanov; Rəyçilər: A.M.Şükürov, A.A.Rəhimov Burada ardıcıllıq aşağıdakı kimi aparılır. -məsul şəxs, digər şəxslər, idarə və təşkilatlar. Əsərdə müəllif

olmasa əgər birinci idarə və təşkilat verilir. ; -nöqtəli vegül - məsul şəxslər, redaktorları və s. bir-birindən

ayırmaq üçün və s. , - vergül – bir neçə müəllif və redaktorları bir birindən

ayırmaq üçün.

Page 10: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

10

Müəllifsiz kitabların təsvirilə məsul şəxslər haqqında məlumatda əvvəlcə idarə və təşkilat, sonra isə digər şəxslər haqqında məlumat verilir.

Cənubi Azərbaycan tarixi məsələləri / Azərb. Milli EA,

Şərqş. İn-tu; Ş.Ə.Tağıyev. Məsul şəxslər haqqında məlumatda bütün müəlliflərin soyadı

(familiyası) və inisialları göstərilir. (Əgər 3 müəllifdən artıq deyilsə). /X.İ.İsmayılov /F.S.Əmirova, M.B.Hüseynov /F.A.Axundov, M.N.Məmmədov, N.Ə. İmanquliyev Nəşrdə dörd, beş və daha artıq məsul şəxsin familyası

verilərsə müəlliflərin hamısı və ya birincisi göstərilir və kvadrat mötərizə içərisində [və başq.] sözü yazılır

/ V.M. Abbasov [və başq.] Titul vərəqində redaksiya heyəti verildikdə təsvirdə birinci

redaktorun familyası qeyd olunur. Məsələn: Kənd əməkçisinin təqvimi/ Red. heyəti: M. Babayev [və

başq.]; Rəs. Ə.Həsənov 3. Nəşr sahəsi Bu sahədə nəşri digər nəşrlərdən fərqləndirən xüsusiyyətləri

haqqında məlumatlar əks olunur. Nəşr haqqında məlumatlar müəyyən qayda üzrə ardıcıllıqla verilir.

2-ci nəşr 3-cü nəşr. İxtis. 5-ci nəşr və s. 4.Xüsusi məlumatlar sahəsi Bu sahə xüsusi daşıyıcılar çap edilən obyektlərin təsvirində

tətbiq edilir. Buraya not nəşrləri, normativ-texniki sənədlər və ya digər ardı davam edən resurslar aiddir.

Sənin adın [Notlar]: Fortepiano ilə oxumaq üçün

mahnılar/ R.Mirişli. –Partitura.

Page 11: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

11

5. Buraxılış məlumatları sahəsi. Bu sahədə təsvirin obyektini təşkil edən sənədin nəşr yeri,

nəşr, tarixi, nəşriyyat haqqında məlumat verilir.

Bakı - B Moskva – M Nəşriyyatın yalnız adı yazılır Nəgiz nəşriyyatı - Nərgiz Nəşr ili ərəb rəqəmləri ilə yazılır “il” sözü yazılmır. Nəşr

ilindən əvvəl (,) vergül işarəsi yazılır. Məsələn, B.: Azərnəşr, 1993. 6.Fiziki xarakteristika sahəsi. Bu sahə təsvirin obyektinin fiziki forması, sənədin ölçüsü,

illüstrasiya və qoşma material haqqında məlumatları əks etdirir. Fiziki xarakteristika sahəsində fiziki vahidlər (rəqəmlər) və materialın xüsusi əlaməti haqqında məlumat verilir. Sənədin ölçüsü haqqnda məlumatdan əvvəl nöqtəli vergül (;) işarəsi yazlır. Məsələn,

250 s. [15] v.ill. 30x20 Bu sahədə qoşma material haqqında məlumatdan əvvəl

üstəgəl (+) işarəsi tətbiq edilir. .- 221 s.; rəng. Şək., xəritələr+ 1 kitabça (52 s.) 7.Seriya sahəsi. Bu sahə konkret kitabın ayrı-ayrı buraxılışlarla seriyalar üzrə

nəşrinə dair məlumatları özündə əks etdirir. Seriya sahəsi çoxhissəli sənəd və ayrıca buraxılış haqqında məlumatları cəmləşdirir.

Seriya sahəsinə aid olan məlumatlar ancaq kitabda verilən məlumatlara əsaslanır, digər mənbələrə müraciət olunmur.

Seriya sahəsində təsvirin obyekti hesab edilən və seriya sahəsinə daxil olan sərlövhə və məsul şəxslər haqqında məlumatlar sahəsinin ünsürləri əks etdirilir. Məsələn,

(Məktəb kitabxanası)

Page 12: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

12

(Nağıllar aləmi) Seriya sahəsində bəzi sözlərin ixtisarına yol verilir. (Dünya ədəb. kitabx.) 8.Qeyd sahəsi. Qeyd sahəsində təsvirin digər sahələrində verilməyən əlavə

məlumatlar əhatə olunur. Bu sahədə bütün məlumatlar fakultativdir. Burada hər bir qeyddən sonra (.-) işarəsi verilir.

9.Beynəlxalq Standart Nömrəsi (və ya onun alternativi)

sahəsi və axtarış şərti təsvirin sonuncu sahəsidir. Sahə kitab mübadiləsi, kitab ticarəti və nəşriyyat statistikası, həmçinin də digər məqsədlər üçün zəruri məlumatları əks etdirir.

Standart nömrə sahəsində təsvirin obyektinə aid edilən beynəlxalq standart nömrələri verilir. Kitabın Beynəlxalq Standart Nömrəsi (İSBN- ) beynəlxalq və milli agentlik tərəfindən təyin edilərək kitabı digər nəşrlərdən fərqləndirən əsas əlamətlərdən biri hesab edilir. Məsələn, -İSBN 5-7975-0063-9

Biblioqrafik təsvirin sahələrinin kataloq kartoçkasında yazılışı :

Kitabın indeksi Müəllifin

Soyadı, və adı və atasının adının baş hərfi

Müəllif işarəsi

Əsas sərlövhə [Materialın ümumi əlaməti] =Paralel sərlövhə: Sərlövhəyə dair məlumatlar /

(roman) məsul şəxslər haqqında məlumatlar. (müəllif; müəllif; tərt.ed.: Red.:).- Nəşr haqqında (2-ci nəşr). məlumatlar -Buraxılış məlumatlar sahəsi (şəhər,) (Nəşrin yeri: nəşriyyat, nəşriyyat tarixi).- Fiziki xarakteristika sahəsi (Ölçülər, neçə səhifədən ibarətdir ). – Seriya sahəsi. Seriya haqqında məlumat beynəlxalq seriyalar. Beynəlxalq standart nömrəsi (İSBN) Seriyanın buraxılış nömrəsi

Kitabların yeni üsülla yazılış nümunəsi belədir.

Page 13: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

13

Bir müəllifli kitabların təsviri:

373 (072) Rəhimov, A.N. R 51 Ana dilinin tədrisi metodikası [Mətn]: İbtidai siniflərdə / A.N.Rəhimov ; Red.: F.A.Rüstəmov.- B.: Nurlan, 2003.- 408s.

İki müəllifli kitabların təsviri:

373:913(038) İsmayılov, Ç. İ-73 Məktəblinin coğrafiya lüğəti [Mətn] / Ç. İsmayılov, Y.Qəribov; Red.: İ.Qasımzadə.- B.:Ayna, 2006.-239s İSBN 9952-23-019-2.

Üç müəllifli kitabların təsviri:

373:50(038) Abbasov, M. A 13 Məktəblinin təbiət elmləri lüğəti [Mətn] /M. Abbasov, M. Məşədibəyova, R.İbadov; Red.: İ.Qasımzadə. - B.: Ayna, 2006.- 219 s. İSBN9952-23-039-7

Çox müəllifli əsərləri təsvir edərkən başlıqda kitabın adını yazır, yan xətdən sonra 1-ci müəllifin adı, soyadı və başq. yazılır, daha sonra təsvir davam etdirilir.

821.512.162 Qurban Səid Q 86 Əli və Nino [Mətn]: Roman / -B.:Şərq- Qə rb, 2006.-208 s.

Page 14: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

14

Çox müəllifli əsərlərin təsviri:

373 İnteraktiv kurikulum: mahiyyəti və İ-53 nümunələr [Mətn] : Müəllimlər üçün vəsait / F.Kərimova və başq.; Red.: M.M.Əmirov, A.M.Şiri-nova; Tərc.ed.: F.B.Abdullayeva.- B.: Adiloğlu, 2006. -234s. 94(479.24) Azərbaycan tarixi (ən qədim zamanlar- A 99 dan XX əsrədək) [Mətn] : Ali məktəblər üçün dərslik /Red.: Z.M.Bünyadov, Y.B.Yusifov. B.: Çıraq, 2005.-720 s. İSBN 5-552-01386-7.

Çox cildli əsərlərin təsvir qaydaları: Cildlərin hamısını kartoçkaya yerləşdiyi qədər (yəni yer çatdığı qədər) qalanını isə 2-ci kartoçka götürüb ardını yazırsınız.Əgər kitabın çap ili eynidirsə nəşriyyatın adından sonra ili yazır, aşağıda cilddən sonra səhifə (kitabın həcmi) yazılır. Kitabın nəşr ili müxtəlifdirsə onda təsvirdə nəşriyyatın adından sonra ili yazılmır.Hər bir cilddən sonra ili və həcmi (səhfəsi) qeyd edilir. Çox cildli əsərlərin təsviri: 82-1.512.162 Azərbaycan klassik ədəbiyyatından seçmə- A 99 lər [Mətn]: Ədəbiyyat antologiyası: 3 cilddə. - B.: Şərq-Qərb, 2005. c.1: VII-XII əsrlər Azərbaycan şeri-.424 s. c.2:XIII-XVI əsrlər Azərbaycan şeri.-408 s. c.3: XVII-XVIII əsrlər Azərbaycan şeri.-456s.

Page 15: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

15

Kitabların elmi və texniki işlənməsi qaydaları Kitabxanada kitablar Universal Onluq Təsnifat əsasında elm

sahələri üzrə təsnifləşdirilir və “İkirəqəmli müəllif cədvəli”nə əsasən

müəllif işarəsi verilir. Təsnifat sahəsinə görə kitabın indeksi və

müəllif işarəsi kitabların titul səhifəsinin sağ küncündə, kitab

formulyarlarının və kataloq kartoçkalarının sol küncündə yazılır.

Məsələn: 372.8 - kitabın indeksi Ə 82 - müəllif işarəsi

Əgər kitab iki və ya üç müəllif tərəfindən yazılıbsa ona

birinci müəllifin soyadı üzrə müəllif işarəsi veririk.

Çoxmüəllifli kitablara kitabın adı ilə işarə yazılır.

81.374 Azərbaycanca-rusca lüğət [Mətn]: 4 cilddə / M.T. Tağıyev [və başq.]; Red.: İ.M.Aydınov [və başq. ]. -2-ci nəşr.-B.: Şərq- Qərb, 2006.- C.1: A-D.-896 s. C.2: E-K.-848 s. C.3: Q-R.-840 s. C.4:-984 s.

031 (479.24) Azərbaycan Xalq Cumhuriyyəti Ensiklo-pediyası [Mətn]: 2 cilddə /Y.Məmmədov [və

A 99 başq.] -B.:Lider, C.1: -2004.-440s. C.2: -2005.-472s.

Page 16: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

16

Kitab kitabxanaya daxil olduqdan sonra, ilk növbədə, titul

səhifəsində nəşr edilən mətbuatın adının üstündə və 17-ci

səhifəsində ştamp qoyulur və sonra inventar kitabına yazılır. Kitabın

inventar kitabındakı nömrəsi kitaba yazılır. Kitaba ciblik və müddət

vərəqi yapışdırılır.

Kitaba indeks və müəllif işarəsi titul səhifəsinin sağ

küncündə karandaşla yazılır. Ondan sonra kitaba formulyar yazılır.

Müəllif işarəsi kitab müəllifinin soyadı, kitab müəllifsiz

olduqda sərlövhənin (yəni kitabın adının) ilk sözünün birinci hecası

ilə təyin olunur və hecanın baş hərfindən və iki rəqəmdən ibarət

olaraq yazılır.

Kitabın indeksi və müəllif işarəsi kitabların titul səhfəsinin

baş sağ küncündə, kataloq kartockaları və kitab formulyarlarının baş

sol küncündə yazılır. Formulyarın baş sağ küncündə kitabın inventar

nömrəsi yazılır.

Page 17: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

17

Respublika Elmi Pedaqoji Kitabxanası

Azərbaycan, AZ 1110 Tel/Fax: (+994 12) 465 20 16 Bakı, Koroğlu Rəhimovküç.108

[email protected]

www.repk.az Vəsaitin satışı qadağandır!

Page 18: KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ … · 4 Kitabların elmi cəhətdən işlənməsi Kitabxanaya daxil olan kitabların elmi cəhətdən işlənməsi kitabxana

18