364
STRATEJİ TƏHLİL Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal Say 7-8 • 2014

STRATEJİ TƏHLİL

  • Upload
    buicong

  • View
    369

  • Download
    20

Embed Size (px)

Citation preview

Page 1: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

1

STRATEJİ TƏHLİL Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal

Say 7-8 • 2014

Page 2: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

2

Mərkəzin qeydiyyat sayı: 1107-Q19-2445Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Jurnalın qeydiyyat sayı: 3236Tiraj: 500Sifariş: 117ISSN: 2078-8037

Elmi redaktor: Tahirə ALLAHYAROVA fəlsəfə elmləri doktoru

Redaktor: Aqşin Məmmədovfilologiya üzrə fəlsəfə doktoru

Dizayner:İntiqam MƏHƏMMƏDLİ

NƏŞRİYYAT:CBS PP MMC

STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN NƏŞRİ

Redaksiyanın ünvanı:

Strateji Araşdırmalar Mərkəzi,

Azərbaycan, Bakı şəhəri, AZ 1005 | M. İbrahimov küçəsi 8 | Tel.: (+99412) 596 82 36

Faks: (+99412) 437 34 58 | E-poçt: [email protected] | Veb ünvan: www.sam.az

© Strateji Araşdırmalar Mərkəzi, 2014

Page 3: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

3

Redaksiya Şurası

Redaksiya Şurasının sədri:

RAMİZ MEHDİYEV

AMEA-nın akademiki

Redaksiya Şurasının üzvləri:

URXAN ƏLƏKBƏROV

AMEA-nın akademiki

ZİYAD SƏMƏDZADƏ

AMEA-nın akademiki

BƏXTİYAR ƏLİYEV

AMEA-nın müxbir üzvü

ƏLİ HƏSƏNOV

tarix elmləri doktoru, professor

RƏBİYYƏT ASLANOVA

fəlsəfə elmləri doktoru, professor

SƏMƏD SEYİDOV

psixologiya elmləri doktoru, professor

HİCRAN HÜSEYNOVA

siyasi elmlər doktoru, professor

MUSA QASIMLI

tarix elmləri doktoru, professor

ELDAR İSMAYILOV

tarix elmləri doktoru, professor

FƏRHAD MƏMMƏDOV

fəlsəfə üzrə fəlsəfə doktoru

ZİYAFƏT ƏSGƏROV

hüquq elmləri üzrə fəlsəfə doktoru

RASİM MUSABƏYOV

fəlsəfə üzrə fəlsəfə doktoru

GÜLŞƏN PAŞAYEVA

filologiya üzrə fəlsəfə doktoru

STRATEJİ TƏHLİL

Page 4: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

4

MİLLİ İNKİŞAFIN STRATEJİ PRİORİTETLƏRİ

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Bəxtiyar ƏLİYEVSiyasətin tükənən romantikası (sosial-psixoloji yanaşma)

Elnur ASLANOVSiyasi modernləşmə proseslərinə xronopolitoloji baxış - yeni analitik metod kimi

Sahibə QAFAROVA Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gender siyasəti yüksək nəticələr verməkdədir

ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Emin ŞIXƏLİYEVErmənilərin “din” strategiyasının əsas istiqamətləri

QLOBAL VƏ MİLLİ İQTİSADİ SİSTEMLƏRİN AKTUAL MƏSƏLƏLƏRİ

Vüsal QASIMLIİqtisadi modernizasiyanın nəzəri-metodoloji əsasları

Ceyhun ABBASOVAzərbaycanın regional iqtisadi mövqeyinin xərclər-buraxılış modeli vasitəsi ilə təhlili Zaur VƏLİYEVDövlət büdcəsi xərclərinin səmərəliliyinin qiymətləndirilməsi

Mahir HÜMBƏTOV, Xanım ƏKBƏROVAAzərbaycanda lizinq bazarı

XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN APARICI MEYİLLƏRİ

Fətəli ABDULLAYEVBeynəlxalq miqrasiyanın geosiyasi aspektləri

Elçin MEHDİAvropa İttifaqının müasir enerji təhlükəsizliyində Azərbaycanın yeri

Aqil ƏHMƏDOVAzərbaycan - İsrail münasibətləri: reallıqlar və perspektivlər

Azad QƏRİBOV Mərkəzi Asiya-Çin münasibətləri: Çinin regionda yüksəlişi

Elnarə QƏRİBOVAAvropa İttifaqı üçüncü dövlətlərlə əlaqələrini necə qurur: assosiasiya sazişlərinin növləri, xüsusiyyətləri və hüquqi əsasları

8

13

39

55

65

85

93

107

129

153

165

181

197

209

MÜNDƏRİCAT

Page 5: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

5

227

239

249

261

279

289

303

311

323

335

343

355

MÜASİR HÜQUQİ VƏ SOSİAL DÖVLƏT QURUCULUĞU

Leyla ƏLİYEVAAvropa konstitusiyaları və dünyəvilik prinsipi

Adil VƏLİYEVCinayət məsuliyyətinin diferensiasiyasında cinayət hüququ prinsiplərinin yeri və rolu

Lalə SƏFƏRƏLİKorporativ investisiyalarda məşğulluq və sosial yönümlülüyün hüquqi şərtləri

Səadət MƏMMƏDOVAQaçqınlar və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial siyasətinin prioritet istiqaməti kimi

Nəcibə MUSTAFAYEVAAzərbaycanda hüquqi dövlət quruculuğunda qanunvericiliyin və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi

Natiq ABDULLAYEVMediasiya: beynəlxalq və milli təcrübə

TARİX, FƏLSƏFƏ, MƏDƏNİYYƏT: MÖVQELƏR, BAXIŞLAR

Məhərrəm ZÜLFÜQARLI Milli dəyərlər uğrunda mübarizənin tarixşünaslığı (1969 - 1982-ci illər)

Rəfail ƏHMƏDLİXX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühit və siyasi hərəkat

Ruhiyyə MƏMMƏDOVAMədəniyyətlərin ənənə və müasirlik prizmasından təhlili

KİV, SOSİAL ŞƏBƏKƏLƏR VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

Ramil VƏLİBƏYOVKİV-in və sosial şəbəkələrin kütləvi şüurun idarə edilməsində rolu

Almaz NƏSİBOVASosial şəbəkələrin ənənəvi mediadan üstünlüyü və media təmsilçilərinin sosial şəbəkələrdəki fəaliyyətinin müsbət və mənfi tərəfləri

MÖVQE

Rüfət ƏZİZOV Kiçik və orta sənaye biznesində gənc menecerlərin rolu(“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunur)

MÜNDƏRİCAT

Page 6: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

6

Page 7: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

7

MİLLİ İNKİŞAFIN STRATEJİ PRİORİTETLƏRİ

Page 8: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

8

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

- Hörmətli xanımlar və cənablar!Əziz həmvətənlər!

2013-cü il arxada qalır. 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli inkişafı davam etmişdir.

2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyi-miz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak etmişdir. Beynəlxalq hüququ, ədaləti müdafiə etmişdir.

Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. BMT Təhlükəsizlik

Page 9: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

9

Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Ancaq əfsuslar olsun ki, onlar icra edilmir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bü-tövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik.

Ordu quruculuğu işində böyük uğurlarımız vardır. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır. Bu istiqamətdə hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir sözlə, Ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güc-lü dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da fəal siyasət aparacağıq.

İqtisadi siyasətə gəldikdə, bu sahədə son on il ərzində Azərbaycan kimi inki-şaf edən ikinci ölkə olmamışdır. Bütün beynəlxalq maliyyə qurumları və statis-tik məlumatlar bunu təsdiqləyir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə art-mışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır.

Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Da-vos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük nailiyyətdir, çox böyük nəticədir, onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır, təkcə neft amilinə bağlı deyildir. Son illər ərzində apardığımız iqtisadi islahat-lar, iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə gətirib çıxarmış-dır. Əminəm ki, növbəti illərdə iqtisadi sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl şəkildə icra edilir.

Eyni zamanda, güclü iqtisadiyyat, əlbəttə ki, sosial məsələlərin həllinə də kömək göstərir. Azərbaycan bu sahədə də ardıcıl siyasət aparır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə, güclü sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə maaşlar, pensiyalar qaldırılmışdır, sovet vaxtla-

Page 10: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

10

rından qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilmişdir. Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz növbəti illərdə davam etdiriləcəkdir. Bunu deməyə əsas verən bizim güclü iq-tisadi potensialımızdır. İqtisadi müstəqillik olmadan heç bir ölkə özünü tam azad, müstəqil hesab edə bilməz. Ona görə, hesab edirəm ki, iqtisadi sahədə müstəqilliyin əldə olunması bizim ən böyük nailiyyətimizdir.

Eyni zamanda, ölkəmizdə siyasi islahatlar davam etdirilir və davam etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar vardır. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir.

Cəmiyyəti ən çox narahat edən korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə 2013-cü ildə daha da böyük miqyasda aparılmışdır. Biz daha da bö-yük uğurlara nail olmuşuq. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan yaratmışdır. İlin əvvəlində yaradılmış “ASAN xidmət”in fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış “ASAN xidmət” bu gün dünyada da özünü Azərbaycan brendi kimi təsdiqləyir. İl ərzində bu xidmətə beş yüz mindən artıq vətəndaş müraciət etmişdir. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı artırılacaq və eyni zamanda, elektron xidmətlərin sayı da artırılmalıdır.

Azərbaycan bu il dünyanın humanitar mərkəzi kimi özünü bir daha təsdiq etdi. Bu il Azərbaycanda Üçüncü Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu iki tədbir dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Azərbaycan artıq dinlərarası, millətlərarası dialoqun aparılması üçün özünü bir mərkəz kimi göstərir. Ölkəmizdə mövcud olan dini və milli dözümlülük, tolerantlıq, bütün xalqların bir ailə kimi yaşaması bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük üstünlüyümüzdür. Deyə bilərəm ki, ölkəmizin bu sahədə təcrübəsi dünyada öyrənilir və təqdir edilir.

Əlbəttə ki, neft-qaz sektoru da ölkəmizin gələcək inkişafı üçün çox böyük məna daşıyır. 2013-cü ildə bir neçə vacib məsələ öz həllini tapmışdır. Onlar-dan biri də Trans-Adriatik kəməri layihəsinin seçilməsidir. TAP layihəsi artıq əsas qaz ixrac marşrutu kimi təsdiq edilmişdir. 2012-ci ildə Trans-Anadolu qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir və bu il bu istiqamətdə böyük işlər görülmüşdür. Dekabrın 17-də “Şahdəniz-2” layihəsinə start verildi. Bu, ta-rixi layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük infrastruktur və ən böyük enerji layihəsidir. TANAP, TAP, “Şahdəniz-2” layihələri Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir. Bir daha Azərbaycan xalqını bu böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu layihə xal-

Page 11: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

11

qımızın uğurlu gələcəyi, yaşaması, ölkəmizin dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir layihədir.

Bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər azad, ədalətli şəkildə keçirilmişdir. Seçkiləri müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək qiymət vermişlər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət vermişdir. Seçkilərdə Azərbaycan xal-qının iradəsi tam şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam.

Bu il Azərbaycan kosmik dövlətə çevrildi. İlin əvvəlində “Azərspace-1” pey-kinin fəzaya buraxılması tarixi nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmiz böyük işlərə, böyük uğurlara imza atır. Kosmik sənayenin inkişafı ölkəmizin ümumi, intellektual və iqtisadi potensialını bir daha təsdiqləyir.

Əziz bacılar və qardaşlar, bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün azərbaycanlılar, əminəm, fəxr edirlər ki, bu gün güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz vətəndaşları üçün çalışır, vətəndaşlarının qayğıları ilə yaşayır. Müasir, dinamik, demokratik dövlət ki, bu gün bütün azərbaycanlıların Vətənidir.

Mən bütün Azərbaycan xalqını bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram.1

1 http://president.az/articles/10781

Page 12: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

12

x

Page 13: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

13

x

Açar sözlər: dünyanın qlobal fikir cərəyanı, siyasət, demokratiya, “humanizm” ideyası, geosiyasi məkan, milli dövlətçilik, Azərbaycan modeli

Key words: global mainstream, politics, democracy, the idea of “humanism”, geopolitical area, national governance, the model of Azerbaijan

Ключевые слова: политика, демократия, идея гуманизма, геополити-ческое пространство, национальная государственность, азербайджан-ская модель

Siyasətin tükənən romantikası

(sosial-psixoloji yanaşma)

Bəxtiyar ƏLİYEV

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, Milli Məclisin deputatı

[email protected]

Page 14: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

14

Giriş

Müasir dünyada baş verən proseslər bir daha göstərir ki, XX əsrin birinci ya-rısında yaşanmış iki böyük cahan savaşı bəşəriyyəti dünyanın gələcəyi haqqın-da yenidən düşünməyə vadar etsə də, insanın əsas dəyər olduğunu anlasa da, tarixin ibrət dərslərindən lazımınca nəticə çıxarılmamışdır. Hər gün dünyada minlərlə insan aclıq və xəstəlik nəticəsində öldüyü halda, inkişaf etmiş ölkələr milyardlarla ABŞ dollarını sürətlə silahlanmaya, silahlı müdaxilə vasitəsilə “demokratiyanın” müxtəlif ölkələrə yayılmasına xərcləyirlər. Tarixin müxtəlif dövrlərində dini fikirlər də zor gücünə, minlərlə insanı qətlə yetirməklə qəbul etdirilirdi. Ola bilər ki, Vladimir Lenin və İosif Stalinin sosialist inqilabını “eks-port” etmək ideyası buradan qaynaqlandığı kimi, “yeni demokratiya” ideoloq-ları da bu üsulu XXI əsrdə ən yaxşı vasitə hesab edirlər.

XX əsrin sonu XXI əsrin əvvəllərində “humanizm” ideyası əsas ideya kimi yaşadığımız dünyanın qlobal fikir cərəyanına çevrilmişdir. Parodoksal odur ki, dünyanın intibah dövrünü yaşamaqda olan Avropa ölüm hökmünü ləğv edərək insan həyatını ən böyük nemət, ən əsas dəyər olduğunu bəyan etdiyi halda, dünyanın super dövləti, demokratiyanın beşiyi missiyasını üzərinə götürmüş ABŞ-da ölüm hökmü cəmiyyətdəki hüquq münasibətlərinin tənzimlənməsinin əsas mexanizmlərindən biri, tərbiyə vasitələrindən isə ən təsirlisi kimi qiymətləndirilir.

Dünyada mövcud olan ikiqütblü siyasi sistem SSRİ dağıldıqdan sonra çox-qütblü xarakter daşımağa başladı. Belə olan halda güclü dövlətlər yeni yara-nan və ya inkişaf etməkdə olan dövlətlərin xarici siyasətlərini öz ölkələrindən maksimum dərəcədə uzaqda saxlamağı milli təhlükəsizlik konsepsiyalarının əsas məqsədi kimi qarşıya qoydular. Burada məqsəd yeni güc mərkəzlərinin yaran-masına imkan verməmək, dünya bazarını yenidən şəriksiz bölüşdürmək və im-kan yarandıqca mövcud rəqibləri sıradan çıxarmaq idi.

Azərbaycan Respublikasının son illər həyata keçirdiyi xarici siyasətin təhlilinin ümumi mənzərəsində qabarıq nəzərə çarpan əsas məqamlardan biri də onun artıq nəinki Cənubi Qafqaz, həmçinin Avropa və dünya siyasi məkanında fəal aktora çevrilməsidir. Bu mövqe həyata keçirilən siyasi-hüquqi, iqtisadi islahatların nəticələrinə və bunun əsasında təşəkkül tapmış siyasi nailiyyətlərə söykənir.

“Ötən əsrin 90-cı illərinin ortalarında Heydər Əliyev Azərbaycanda müstəqil dövlət yaradılması və dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi və milli iqtisadiyyatın durğunluq prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi dəyişikliklər həyata keçirməyə başladı. Milli tariximizin bu dövrü milli dövlətçiliyin qurulması üçün o vaxt zəruri olan qətiyyətli etatist yanaşmanın əsası, başlıca mənbəyi olmuş, bu yanaşmanın bazis konsepti isə Azərbaycan cəmiyyətinin siyasi, iq-tisadi və sosiomədəni modernləşməsinin prioritet komponenti kimi realpo-

Page 15: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

15

litik çıxış etmişdir. Bu yanaşma Azərbaycana maraqların toqquşması məkanı və müxtəlif kliyentalist qrupların eksperimentlər aparması üçün sınaq mey-danı kimi baxanların siyasi romantizmə və bəsirətsizliyə əsaslanan bütün cəhdlərinin üstündən qələm çəkir” (2). Heydər Əliyev irsinin və Azərbaycanda gedən ictimai-siyasi proseslərin, iqtisadi inkişafın elmi araşdırılmasının fəlsəfi əsaslarını nəzərdən keçirən akademik R.Mehdiyevdən gətirdiyimiz bu iqtibas Azərbaycan gerçəkliyinin ən dolğun və düzgün elmi şərhidir. Respublikanın sonrakı mərhələlərdə inkişafı, ölkənin demokratikləşməsinin dərinləşməsi, yeni seçki mədəniyyəti nümunəsinin ortaya qoyulması, milli maraqların xarici siyasətdə aparıcı olması, vətəndaş cəmiyyətinin möhkəm iqtisadi bazisinin ya-radılması 2003-cü ili milli transformasiya-nın yeni mərhələsinin başlanğıcına çevirdi.

Müasir dövrün səciyyəvi xüsusiyyətləri, xüsusən də qloballaşmanın ölkələr ara-sındakı münasibətlərə köklü düzəlişlər etməsi Azərbaycanın daxili və xarici siyasətində tam dəqiqliklə nəzərə alınır. Həmin siyasət nəticəsində Azərbaycanın yeni yaranan geosiyasi məkanda öz ye-rini müəyyənləşdirməsinə, beynəlxalq münasibətlərin nəinki fəal, hətta regional münasibətlər sistemində aparıcı dövlətə çevrilməsinə imkan vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün regionda sülhün, sabitliyin, iqtisadi yüksəlişin təminatçısı Azərbaycandır və Azərbaycansız heç bir genişmiqyaslı regional layihə həyata keçirilə bilməz.

Beynəlxalq münasibətlərin Cənubi Qafqazda mürəkkəbliyə, siyasi hadisələrin kulminasiya nöqtəsinə çatmasına baxmayaraq, Azərbaycanın tutdu-ğu mövqe və siyasi proseslərin gedişinə təsir imkanlarının güclənməsi bölgədə təhlükəsizliyi, sabitliyi təmin edən əsas amillərdən biridir. Nəzərə alsaq ki, son üç yüz ildə Qafqaz bölgəsi Yer kürəsində münaqişələrin əbədi yurd saldığı ən diqqəti çəkən nöqtələrdən biri olmuş və burada baş verən hadisələr ümumən dünyanın geosiyasi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir, onda bölgədə gedən siyasi hadisələrin, psixoloji cəhətlərin araşdırılmasının zəruri olduğunu görə bilərik.

Qafqaza sülhü kim gətirməlidir?

Azərbaycan dövləti bütün beynəlxalq qurumlarla əməkdaşlıq edir və sülhün əldə edilməsi istiqamətində yorulmadan nikbinliklə çalışır. Belə mübarizədə milli ruhun, milli əxlaqın qorunması və mədəni irsin inkişaf etdirilməsi dövləti gücləndirən, insanları vahid ideya ətrafında birləşdirən əsas psixoloji amillərdən biridir. Azərbaycan bir dövlət kimi inkişaf edir, bölgənin liderinə çevrilir. Bu gün

Azərbaycan Respublikasının son illər həyata keçirdiyi xarici siyasətin təhlilinin ümumi mənzərəsində qabarıq nəzərə çarpan əsas məqamlardan biri də onun artıq nəinki Cənubi Qafqaz, həmçinin Avropa və dünya siyasi məkanında fəal aktora çevrilməsidir.

Page 16: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

16

Azərbaycan dünya düzənində sözünü çəkinmədən deyən real qüvvədir. Bütün bu uğurlar insanların şüuruna müsbət təsir edir, onların psixoloji durumunda pozitiv dəyişikliklər yaradır və hər bir Azərbaycan vətəndaşı aydın dərk edərək görür ki, bölgədə həqiqi sülh uğrunda ən praqmatik addımlar Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən atılır.

Prezident İlham Əliyev bir fikri həmişə xüsusi vurğulayır: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir. Bunun müxtəlif səbəbləri vardır və bu, təkcə bugünkü siyasi mənzərə deyil, bu, əsrlər boyu belə olubdur. O ölkələr özünə dünyada layiq yeri tutar ki, o ölkələr öz hesa-bına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımın-dan. Azərbaycan bu ölkələrdəndir. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə,

bəlkə də, Azərbaycan ən ağır vəziyyətdə idi”.O zaman, doğrudan da, Azərbaycanın

daxilindəki siyasi vəziyyət barıt çəlləyinə bənzəyirdi. Qısa bir müddət ərzində anar-xiyadan sabitliyə keçidin təmin edilməsi ölkənin dövlət kimi güclənməsi, inamlı islahatların aparılması, insan azadlıqları-nın və fikir müxtəlifliyinin qorunması bü-tün siyasi və iqtisadi gərginliklərin aradan götürülməsinə imkan verdi. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna fəaliyyətinin nəticəsi idi.

Azərbaycana qarşı atılan təhlükəli ad-dımlar, bütün təpkilər və təzyiqlər heç bir nəticə verməyibdir. Xaricdən və daxildən Azərbaycanın inkişafını müxtəlif vasitələrlə ləngidiblər. İmkan verməyiblər ki ölkə daha da sürətlə inkişaf etsin. Amma bu təbii və tarixi proses artıq qanunauyğun xarakter aldığı üçün Azərbaycan öz inkişafından qal-mayacaq, addım-addım irəliləyəcək. Eyni za-manda, inkişaf etdikcə problemlər daha çox olacaq. İnkişaf yeni reallıqlar, yeni problemlər yaradır, keyfiyyətcə daha böyük, daha ağır, daha çəkili məsələlər gündəmə gələcəkdir. Lakin Azərbaycan artıq keçid dövrünü başa vuran, yeni siyasi alətlərə uğurla yiyələnərək özünə arxalanan bir dövlət kimi bir çox məsələləri həll etmək gücünə qadir dövlətdir.

Prezident İlham Əliyev bir fikri həmişə xüsusi vurğulayır:

“Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz

bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq

iqtidarında deyildir. Bunun müxtəlif səbəbləri vardır və

bu, təkcə bugünkü siyasi mənzərə deyil, bu, əsrlər boyu belə olubdur. O ölkələr özünə

dünyada layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya

bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı

olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi

baxımından. Azərbaycan bu ölkələrdəndir. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə, bəlkə də, Azərbaycan ən ağır

vəziyyətdə idi”.

Page 17: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

17

Dünya siyasətində özünü büruzə verən bəzi neqativ tendensiyalara bax-mayaraq, Azərbaycan xalqı öz hüquqlarının ədalətli müdafiəsini inamla da-vam etdirir. Artıq ölkə yüksək iqtisadi göstəricilərlə və sürətlə inkişaf etmək üçün çox böyük potensial imkanlara malikdir. Azərbaycan güclü orduya sahib olan sülhpərvər dövlətdir. Dünya səhnəsində baş verən siyasi proseslər və ar-tıq alışdığımız tarixi ədalətsizliklər Azərbaycan ordusuna imkan verir ki, xalqın ona verdiyi mandat əsasında işğal edilən torpaqların azad edilməsi ilə bağlı üzərinə düşən missiyanı yerinə yetirsin. Bu, Azərbaycan xalqının beynəlxalq hüquq normalarına uyğun gələn və ümumiyyətlə, bəşəri qanunlarla uz-laşan haqqı, vəzifəsi və borcudur. Artıq Azərbaycan xalqı bu seçimi etmək məcburiyyətindədir. Doğrudur, dövlətimiz və onun başçısı cənab İlham Əliyev sülh danışıqlarına önəm verir, bu səylərin davam etdirilməsi istiqamətində ciddi addımlar atır, amma davam edən ədalətsiz münasibətlər onu göstərir ki, Azərbaycan xalqı öz müqəddəratını özü həll etməkdə daha da israrlı ol-malıdır. 2008-ci ildə Cənubi Qafqazda baş verən hadisələrin acı təcrübəsi və Azərbaycan Prezidentinin bu münaqişənin Qafqaza yoluxmaması üçün göstərdiyi praqmatik və düşünülmüş səylər onu sübut edir ki, Azərbaycan nəinki bölgədə, həm də dünyanın siyasi səhnəsində real qüvvədir və onunla bir çox məsələlərin həllini müzakirə etmək, ədalətli və obyektiv çıxış yollarını razılaşdırmaq artıq siyasi zərurətdir. Həmçinin, həmin vaxt dünyanı silkələyən bu hadisələrlə bağlı düzgün, praqmatik və ehtiyatlı mövqe nümayiş etdirən yeganə dövlət Azərbaycan idi. Necə olur ki, ağır vəziyyətə düşən Gürcüs-tana heç kim kömək edə bilmədiyi halda Azərbaycan ona hərtərəfli kömək göstərdi? Ona görə ki, dünya miqyaslı siyasətçi İlham Əliyev aydın görürdü ki, bu münaqişə lokal xarakter daşımır. O, alovlanaraq nəinki bütün Cənubi və Şimali Qafqazı, həm də daha geniş regionları əhatə edə bilər. Bu isə bəşəriyyət üçün çox böyük fəlakətlərə gətirib çıxarardı. Azərbaycanın dövlət başçısı dünya güclərinə bu sadə həqiqəti anlada bildi.

Bütün bu sülhsevər addımlar ona dəlalət edir ki, Azərbaycan bölgədə bütün xalqların bərabər inkişafında maraqlıdır. Bu, dövlətin xarici siyasətinin qayəsini təşkil edir. Bölgədə zəif dövlət varsa, biz onun inkişafına təkan veririk, çünki iqtisadi cəhətdən regionda geri qalan dövlətin mövcudluğu ümumi balansın pozulması ilə yanaşı, bizim iqtisadi maraqlarımıza da uyğun gəlmir. Hər qayda-da bir istisna olduğu kimi, burada da öz destruktiv mövqeyi, işğalçılıq siyasəti ilə Ermənistan ciddi problemlər yaratmaqdadır.

Bu tendensiya seziləndir və ən diqqətəlayiqi odur ki, Azərbaycanın yürütdüyü siyasət ən sağlam siyasətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin titanik səylərlə həyata keçirdiyi, reallaşdırdığı praqmatik siyasəti güc dövlətləri, dünyanın nüfuzlu beyin mərkəzləri aşkar görürlər. Dünyaya yeni, sağlam bir siyasi gücün gəlməsi reallıqdır. Bu, barış, inkişaf, tərəqqi və stabillik gücüdür. Amma nədənsə yeni siyasi qüvvənin arenaya çıxmasını, bəşəriyyətin düzgün istiqamətdə inkişaf etməsinə təkan verən sağlam siyasi gücün özünü

Page 18: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

18

müasir dünya düzənində büruzə verməsini qısqanclıqla qarşılayanlar var. Açıq tərzdə bəyan edilməsə də, Azərbaycanın əl-qolunu bağlamaqla onun nüfuzuna xələl gətirən və imkanlarını məhdudlaşdıran səylər müşahidə olunur. Lakin etiraf edilməlidir ki, Azərbaycan artıq yeni güc mərkəzi kimi formalaşır və bu proses təbii tərəqqinin yeni mərhələsi kimi inkişafından qalmayacaq. Azərbaycan dünya siyasi sisteminin tərkib hissəsinə çevrilərək bölgədə tutduğu geosiyasi mövqeyinə, iqtisadi və siyasi nailiyyətlərinə görə artıq bu prosesin nüvəsinə çevrilməkdədir. Ona görə də bu təkamülün məhdudlaşdırılması qeyri-mümkündür. Onu müəyyən qədər uzatmaq və ya ləngitmək olar, amma onun qarşısı alına bilməz. Aparıcı dövlətlər bunu nə qədər dərindən anlasalar, nə qədər bu əməkdaşlığa önəm verməyin, onunla hesablaşmağın vacibliyini dərk etsələr, zənnimizcə, nəinki Cənubi Qafqazda, Rusiyada, Avropada, habelə bütün dünyada əksər münaqişələr, hətta İsrail-Fələstin problemi kimi ən ağrılı məsələ də öz həllini tapa bilər.

Azərbaycan - Qərb və Şərqin maraqlarının toqquşduğu nöqtə

Qərblə Şərqin maraqlarının Azərbaycan adlı bir kəsişmə nöqtəsi mövcud-dur. Birmənalı şəkildə bu iki qütbün kəsişmə nöqtəsində öz mənafelərini qo-rumağa çalışan Amerika adlı üçüncü bir nöqtənin görünməyən yerini tapmaq çətindir. Qərb və Şərq bir sistem kimi qəbul edilirsə, Amerika bizdən qərbdə yerləşməsinə baxmayaraq, burada görünmür.

Çünki Qərblə Amerika arasında bu gün müəyyən rəqabət, kəskin mübarizə mövcuddur. Bu rəqabətdən İngiltərə Avropa dövlətlərinə nisbətən kənarda durur və bu proseslərə Amerikanın tərəfdaşı kimi qatılmamağa çalışır. Bu mübarizənin mahiyyətini araşdırmaq asan olmasa da, belə bir paralel aparaq. Amerikanın vaxtilə Fransaya atom bombasını verməkdən imtina etməsi bu iki dövlətin münasibətlərinə soyuqluq gətirdiyi kimi, bu gün Fransanın təşəbbüsü ilə qurulan Avropa İttifaqı da Amerikanın bəzi siyasi-iqtisadi dairələrinin maraq-larına uyğun deyil. Ona görə də Amerika İraqa girəndə Avropa İttifaqı ölkələri bunun əleyhinə çıxdılar. Düzdür, sonra ümumi maraqlar hər iki tərəfə müəyyən razılıqlara gəlməyə imkan verdi. Necə ki, Minsk qrupunun həmsədrləri Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsində göz qırpımında bir araya gələ bildilər və yekdil mövqedən çıxış etdilər.

Lakin Əfqanıstanda biz tamamilə başqa bir ssenari müşahidə edirik. Pakis-tanda siyasi hakimiyyət dəyişdirildi, İranda bu alınmır, Çinin iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan, Çin və Sinqapur iqtisadiyyatları hazırda dünya iqtisa-diyyatının inkişafının əsas determinantlarıdır. Onların yaxınlaşması müəyyən iqtisadi proseslərin istiqamətini dəyişə bilər. Lakin söhbət bu birləşmənin ölçülərinin böyük və kiçikliyindən yox, çəkisindən gedir. Azərbaycan artıq elə bir diplomatik açara malikdir ki, onunla bir çox siyasi məsələləri açmaq və həmçinin bağlamaq mümkündür. Çinin iqtisadiyyatı bu gün bir nömrəli iqtisa-

Page 19: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

19

diyyatdır. Onun arxasınca Sinqapur və Cənubi Koreya gəlir. Bizim bu dövlətlərin hər üçü ilə iqtisadi əməkdaşlığımız, qarşılıqlı maraqlarımız var. Qərbə də, Şərqə də keçid buradandır. Bu keçidləri də şərtləndirən əsas amil Azərbaycandır.

Yəni bu, artıq təsdiqini tapmış bir reallıqdır. Dünyanın yeni düzümü deyilən bir anlayış var. Azərbaycan o yeni düzümü şərtləndirən amillərdən birinə çev-rilib. Necə ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qısa bir müddətdə aparıcı amilə çevrildi. Amma indi - XX əsrin sonunda və XXI əsrin əvvəlində Azərbaycan tamamilə başqa bir Azərbaycandır. Elmi, intellektu-al, siyasi, mədəni və üstəgəl böyük iqtisadi potensiala malikdir. Azərbaycan bölgədə problemlərin həlli istiqamətini dəyişə bilən ciddi faktor, həlledici amil kimi bir çox layihələrin gerçəkləşdirilməsini şərtləndirməklə yanaşı, bəzi güc mərkəzlərinin layihələrinin reallaşmasında da problemlər yaradır. Azərbaycan dün-yada sülhün, stabilliyin, iqtisadi inkişafın, yüksəlişin marağındadır. Sərhədlərimiz, iq-tisadiyyatımız, siyasətimiz, mədəniyyətimiz hamıya açıqdır. Bundan yaxşı nə ola bilər ki? Heç bir əlavə şərt qoymadan biz bir sistem kimi qapalı deyilik, işğalçılıq niyyətlərimiz yoxdur. Reallıq ondan ibarətdir ki, artıq dün-ya siyasətinin bir Azərbaycan çaları meyda-na gəlmişdir. Bu da çox təəssüf olsun ki, həm dostlarımız tərəfindən çətin başa dü-şülür, həm də siyasi rəqiblərimiz tərəfindən həzm olunmur.

Məhz güc mərkəzlərinin ədalətsiz mövqeyi, işğalçı dövlətə bütün beynəlxalq hüquq normalarını pozaraq yardım edilməsi Azərbaycanda dəyərlərin güclənməsinə, milli ruhun dirçəlişinə, insanların haqsızlığa qarşı vahid mövqedən çıxış etməsinə xidmət edir. Eyni zamanda, özlərini demokratik ənənələrin, sülhün qarantı kimi təqdim edən dövlətlərin nüfuzu nəinki Azərbaycanda, hətta bütün dünyada həllini gözləyən saysız-hesabsız münaqişələrdən əziyyət çəkən milyon-ların gözündə sürətlə çökməkdədir. Bu, inkarı mümkün olmayan psixoloji amildir. Onu da vurğulamaq vacibdir ki, artıq Qərbin siyasi şərhçiləri və analitikləri də NATO-nun və Qərbin bütünlükdə Qafqaz regionunda düşünülmüş, tarixi real-lıqları və bölgədəki xalqların maraqlarını təmin edən savadlı siyasəti yeritmək gücündə olmadıqlarını qeyd edirlər.

Amerikanın elə bir dövrü var idi ki, orada istənilən demokratik toxumlar cücərti verirdi, inkişaf edirdi, dünyada baş verən proseslərə ciddi təsir qüvvəsinə malik idi. İndi isə Amerika böhran keçirir, artıq orada əvvəlki münbit şərait yox-dur. Amerika cəmiyyətinin keyfiyyətcə dəyişməsi, siyasi və iqtisadi islahatların aparılmasının zəruriliyi və səhnəyə çıxan yeni qüvvələrin fəallığı bu dövləti öz

Onu da vurğulamaq vacibdir ki, artıq Qərbin siyasi şərhçiləri və analitikləri də NATO-nun və Qərbin bütünlükdə Qafqaz regionunda düşünülmüş, tarixi reallıqları və bölgədəki xalqların maraqlarını təmin edən savadlı siyasəti yeritmək gücündə olmadıqlarını qeyd edirlər.

Page 20: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

20

nüfuzunu qorumaq üçün ciddi addımlar atmağa vadar edir. Qlobal böhran psi-xoloji faktor kimi çox mürəkkəb fəsadlı tendensiya olduğundan, ilk növbədə, Amerika ilə qürrələnən hər bir sadə ABŞ vətəndaşına ağır zərbə kimi dəydi. Yeni mərhələ böhrandan çıxmağı, insanlara əvvəlki əminliyi qaytarmağı tələb edir. Bu gün orada insanlar dəyərdən düşür, bəşəri kriteriyalar itirilir. İnsanlar arasında olan münasibətlər də ali hisslərdən uzaqlaşaraq siyasi və iqtisadi tex-nologiyaların təsiri altına düşür, müxtəlif “güc və beyin mərkəzləri”nin alətinə çevrilir, getdikcə reallıqları qiymətləndirmək imkanları məhdudlaşır. Bunun ən bariz nümunəsi Qafqazda Azərbaycanın ədalətli mövqeyinin bütünlükdə Qərb tərəfindən həm cəmiyyətin sıravi insanları, həm də dövlət qurumları tərəfindən yetərincə dərk edilməməsidir. Ceymstaun fondunun elmi əməkdaşı Vladimir Sokor belə hesab edir ki, Qafqazdakı münaqişələr Qərb dövlətlərinin laqeyd-liyinin bəhrəsidir: “Etnik zəmində baş verən münaqişələrin dövlətlər arasında müharibələrlə davam etdirilməsi yalnız SSRİ-dən qalan miras deyildir. Bu həm də Qərb dövlətlərinin passivliyinin və laqeydliyinin nəticəsidir”.

Qafqazda işğalçı dövləti dəstəkləməkdən çəkinməyənlərə ötən əsrdə Avro-pada cücərməkdə olan faşizmi dolayısı ilə öz himayəsi altına alaraq onu “qırmı-zı kabusa” qarşı pərvazlandıran dövlətlər sonradan bunun onların dövlət ma-raqlarına necə böyük təhlükə yaratdığını dərk edib ikinci cəbhəni açaraq SSRİ ilə antifaşizm koalisiyasında necə birləşdiklərini xatırlatmaq yerinə düşərdi. Ola bilsin ki, bu narahatçılığımız qərbli dostlarımıza inandırıcı gəlməsin. Lakin mü-asir Avropada Almaniya kimi nəhəng bir dövlət bu təhlükələri real hesab edir və öz narahatlığını bildirir. Bundestaqın Qafqazla, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı son dövrlərdə yaydığı bəyanatlarda bölgədəki vəziyyətin nəinki qonşu dövlətlər, hətta bütün Avropa üçün real təhlükə ol-duğu birmənalı şəkildə ifadə edilir. Bu gün qlobal sülh istiqamətində atılan addımların kölgəsində böyük təhlükələrin cücərtiləri aşkar görünür. Fikrimizcə, çalınan həyəcan təbili Qərb dövlətləri tərəfindən işğaldan əziyyət çəkən dövlətin genetik narahatlıqları kimi yox, bəşəriyyətin II Dünya müharibəsindən də ağır təhlükələr qarşısında nümayiş etdirdiyi bağışlanılmaz biganəlik kimi dərk edilməlidir.

Əgər dünya birliyi siyasətin ağını qarasından ayıra bilmirsə, işğalçı-nı dəstəkləyərək işğaldan əziyyət çəkənin blokadasını görmək istəmirsə, münaqişələri qarımış qızların cehizi kimi əsrdən-əsrə ötürürsə, təbii ki, Azərbaycan da buna etirazını bildirməli, bölgədə müharibənin alovlanmaması, xalqlarımıza yeni faciələrin üz verməməsi üçün beynəlxalq qurumların siyasi biganəliyinə rəğmən sülhün təminatçısı missiyasını öz üzərinə götürməlidir. Bu missiya işğal altında olan ərazilərin separatçılardan təmizlənməsindən ibarətdir.

Qeyd etmək lazımdır ki, Ermənistanla Azərbaycan arasında olan münaqişənin, yəni Azərbaycan ərazilərinin işğalı probleminin həlli məsələsinə cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkə (Ermənistanla Türkiyə) ara-sındakı protokolların imzalanması mərasimində nümayiş etdirdikləri fəallıq

Page 21: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

21

ölkə ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Əslində, onların bu məsələyə heç bir aidiyyəti yox idi. Nə üçün burada Almaniya, İngiltərə iştirak etmirdi? Nə üçün Avropanın digər ölkələri bu məsələdən kənarda qaldılar? Niyə bu proseslərə Şərq ölkələrinin təmsilçiləri və ya bu tipli münaqişələrdən əziyyət çəkən dövlətlər qatılmadı? Üç həmsədr ölkənin təmsilçiləri işğalçıya mənəvi və siyasi arxa kimi çıxış etdilər. Son nəticədə yenə də bölgədə yüz illik münaqişələrin ilhamvericisi və aparıcı qüvvəsi kimi çıxış edən Ermənistan müka-fatlandırildı. Çünki ermənilər xristian, azərbaycanlılar isə müsəlman olduqlarına görə münaqişə dini çalara malik idi [4, s.155] və buna görə də Ermənistana xris-tian birliyinin dəstəyi göstərilirdi. Burada istər Qərb, istərsə də Rusiya mövcud münaqişəni deyil, əslində özləri üçün olduqca mühüm həyati məna kəsb edən geosiyasi problemi həll etməyə cəhd edirdilər. Türkdilli dövlət olan Azərbaycan Xəzər dənizi hövzəsindəki və türkdilli Orta Asiya respublikalarındakı zəngin neft və qaz ehtiyatlarının açarı kimi həm də öz ərazisindən boru kəmərlərini Türkiyə vasitəsilə Avropaya çıxarırıdı. Bu isə yeni nəhəng geosiyasi məkanın - “Türk etnolinqvistik zonasının” [4, s.164-165] yaranması demək idi ki, buna nə Rusiya və İran, nə də ki ABŞ və Avropa İttifaqı razı ola bilərdi. Deməli, geosiyasi maraqların təmin edilməsində vasitə və yeni geosiyasi məkanın yaranmasına maneə ola biləcək “bufer zonaya” - Ermənistana sevgi də buradan qaynaqla-nır və bu alətdən tarixin müxtəlif dövrlərində zaman-zaman istifadə edilmiş-dir. Hərçənd ki, ABŞ və Avropa İttifaqı ölkələri bu məsələdə özləri bir-birlərini rəqib kimi nəzərdən keçirirlər. Məhz bu baxımdan Azərbaycanın müstəqil, ba-lanslaşdırılmış siyasəti onun bu təhlükələrdən az itkilərlə çıxmasına və dünya düzənində əhəmiyyətli siyasi aktora çevrilməsinə imkan verir.

Təsadüfi deyil ki, Ermənistan Prezidenti Türkiyəyə səfəri ərəfəsində bu dövlətin ərazisində vaxtilə Ermənistan dövlətinin yerləşdiyini bəyan etdi. Bir dövlət başçısının başqa bir dövlətə qarşı belə bir bəyanat verməsi, işğalçılıq niyyətini açıq və çəkinmədən bildirməsi təsdiq edir ki, Ermənistan separatçı plan həyata keçirir. Dünya birliyi tarixdən ibrət dərsi alaraq Ermənistan rəhbərliyinin bu aqressiv siyasətinin qarşısını vaxtında almalı, işğalçı dövlətə layiq olduğu si-yasi qiyməti verməlidir. Əks halda, nəinki Qafqaz, bütünlükdə Avropanın və dün-yanın ağır faciələrə sürüklənmək şansları getdikcə arta bilər.

Müasir sülhün savaş problemləri

Günün reallığı ondan ibarətdir ki, Azərbaycan Avropa ailəsinin tam, bərabərhüquqlu bir üzvü kimi Avropada, ümumiyyətlə, dünyanın siya-si müstəvisində baş verən proseslərə köklü dərəcədə müdaxilə edə biləcək dövlətə çevrilib. Lakin Azərbaycanın dünya siyasətinə, dünya iqtisadiyya-tına verə biləcəyi bu töhfənin daha da geniş olmasına, bu fəallığın səmərəli bəhrəsini bütün xalqlarla, dünya birliyi ilə səxavətlə bölüşməsinə ciddi maneə olan ağrılı bir problem indiyədək öz həllini tapmamışdır. Azərbaycan Respubli-

Page 22: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

22

kasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsində xüsusi olaraq vur-ğuladı ki, bölgənin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında olmasıdır: “Bu məsələni kənarda qoyub hansısa başqa məsələni həll etmək, məncə, həm siyasi, həm də mənəvi cəhətdən düzgün deyildir”. Həqiqətən də, Azərbaycanı bir dövlət kimi daima sistemli təzyiqlər altında saxlayan və siyasi-iqtisadi dirçəlişində ciddi əngəllər yaradan ağrılı məqam Azərbaycan ərazilərinin işğalı ilə bağlıdır. Bu gün problem xüsusilə aktuallıq kəsb edir. Çünki baş verən qloballaşma prosesləri, ağır iqtisadi böhran dünyada artıq siyasi coğrafiyaların dəyişilməsi tendensi-yalarının güclənməsinə gətirib çıxarıb. Yəni dünyanın müəyyən güc mərkəzləri hərbi və siyasi münaqişələrin müzakirəsi zamanı ədalətli çıxış yollarının bütün variantlarını nəzərdən keçirmədən müəyyən dairələrin beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edən siyasi-iqtisadi maraqlarının təmin edilməsinə üstünlük verirlər. Bəzi hallarda isə, ümumiyyətlə, münaqişənin həllinə qoşulan tərəflərdə, yumşaq desək, obyektiv informasiya qıtlığı, reallıqları və təhlükələri yetərincə qiymətləndirə bilinməməsi münaqişələrin həllindən daha çox onların dərinləşməsinə rəvac verir.

Qafqazda sülh problemini araşdırıb müəyyən qənaətə gəlməmişdən öncə dünyanın ümumi siyasi mənzərəsini ötəri də olsa nəzərdən keçirək. 1914-cü ilə kimi müharibələr lokal xarakter daşıyırdı və Avropanın bir hissəsində vüsət alan-da o biri hissəsində səngiyirdi. Ümumiyyətlə, XX əsr bütünlükdə müharibələrin miqyaslarının qloballaşması ilə xarakterizə olunur. Birinci Dünya müharibəsinə 33, ikincisinə isə 72 dövlət qatıldı. Ölənlərin sayı birinci müharibədə 10 mil-yon, ikincisində isə 50 milyondan (bəzi mənbələrə əsasən 70 milyondan) artıq oldu. İkinci Dünya müharibəsində həlak olanların sayı Yer üzündə bugünədək baş verən bütün 902 müharibədə və 1615 hərbi münaqişədə, o cümlədən Bi-rinci Dünya müharibəsində həlak olanların sayından artıqdır. Ötən əsrin hərbi müstəvisində baş verən müharibələrin və onların ardınca davam edən siyasi proseslərin tarixini vərəqləyəndə bu gün bəzi məsələləri aydınlaşdırmaq asan-laşır. Belə ki, indi planetimizdə cərəyan edən hadisələrlə ötən əsrdə dünyanın si-yasi coğrafiyasının dəyişilməsini qarşısına məqsəd qoyan böyük müharibələrin cəhdləri arasında müəyyən oxşarlıqları aydın sezmək olur. Həmin dövrün qüdrətli dövlətləri bu və ya digər şəkildə - ya açıq işğalçı müharibələrlə, ya da ki müxtəlif pərdələnmiş siyası şüarlar altında - dünyanın siyasi coğrafiyasını dəyişməyə cəhdlər göstərirdilər.

Digər vacib bir məsələ Yer kürəsində ehtimal olunan ərzaq qıtlığı ilə bağlı-dır. Ekspertlərin təhlili onu göstərir ki, dünya əhalisinin sayı on milyarda yaxın-laşarsa, Yer sakinlərinin üçdə birini ciddi aclıq təhlükələri gözləyir. Planetimizdə bir milyarda yaxın insan artıq aclıqdan əziyyət çəkir. Enerji resurslarının nəqli və onların təhlükəsizliyinin təmin edilməsindəki problemlər də dünyada gedən hərbi və siyasi proseslərə, o cümlədən müxtəlif tipli münaqişələrə təsir edir.

Page 23: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

23

BMT-nin yalnız içməli su ilə bağlı məlumatına görə, “süst közərən” 300-dən çox münaqişənin 20-si artıq hərbi konfliktlə nəticələnmişdir. Göründüyü kimi, böhran, ərzaq qıtlığı, su ehtiyatlarının çatışmazlığı, iqtisadi təşəbbüsün ələ keçirilməsi cəhdləri münaqişələrin bazasını təyin edir.

Bu gün dünyada baş verən müharibələr və münaqişələr haqqında dəqiq məlumat vermək çətindir. Bu rəqəmlər ayrı-ayrı dövlətlərin elmi-tədqiqat mərkəzləri tərəfindən müxtəlif yanaşmalar əsasında hesablandığından son rəqəmlər də müxtəlifdir. Heldelberq İnstitutu (AFR) 2006-cı ildə Yer kürəsində 278 sərt təbiətli münaqişəni qeydə almışdır. ABŞ-ın Müdafiə Məlumatları Mərkəzinin hesablamalarına görə, dünyada yalnız 15 münaqişə mövcuddur. Stokholmlu ekspertlər isə həmin il 19 böyük münaqişəni qeydə alıblar. Rusi-yanın tədqiqat mərkəzləri ötən əsrin son 10 ilində belə münaqişələrin yalnız postsovet məkanında 160-a, dünyada isə həlak olanların sayının 10 milyona çatması haqqında məlumat verirlər. Bu rəqəm Birinci Dünya müharibəsində həlak olanların sayına bərabərdir. Bütün münaqişələrin tən yarısı Afrika-nın payına düşür. Beynəlxalq ekspertlərin bəzilərinin hesablamalarına görə, münaqişələrdə hər il 300 minə yaxın insan həyatına son qoyulur. Ölənlərin əksəriyyəti dinc sakinlərdir. Statistika isə Birinci Dünya müharibəsində ölənlərin yalnız 5 faizinin, İkinci Dünya müharibəsində isə artıq 70 faizinin dinc sakinlər olduğunu göstərir. Bütün faktiki müharibələr və münaqişələr nəticəsində dün-yanın siyasi xəritəsinin - sərhədlərin dəyişməsi planetimizə sülhü və arzu edilən stabilliyi gətirmək gücündə olmadı.

Siyasi coğrafiyanın belə dəyişdirilməsi, proseslərin süni, tarixi reallıqlar və dünya düzəninə yeni qoşulan dövlətlərin haqlı tələbləri nəzərə alınmadan, konfliktlərdə işğalçı tərəf kimi çıxış edən dövlətlərin ambisiyaları məcrasında istiqamətləndirilməsi arzuolunan hal deyil. Müasir qloballaşmanın miqyası və bəzi müəmmalı məqamları bu gün dünyanın yaşamış olduğu iqtisadi böhran-dan daha ağır, daha böyük miqyaslı faciələrə gətirib çıxara bilər.

Siyasi şahmatda pat situasiyası

Əgər Azərbaycan-Türkiyə iqtisadi əlaqələri Ermənistanın zəifləməsinə, onun işğalçı siyasətindən əl çəkməsinə xidmət edirsə, münaqişə həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin təcili açılması birmənalı şəkildə bölgədə sül-hün və iqtisadi tərəqqinin əleyhinə yönəlmiş olur. Eyni zamanda, ortaya belə bir sual da çıxır: Qafqazda bir dövlətlə sərhədin açılmasına önəm verilirsə, niyə digər dövlətlə sərhədin açılması, ümumiyyətlə, gündəmə çıxarılmır? Əslində, dünya birliyinin atdığı bu uğursuz addım heç bir siyasi məntiqə sığmamaq-la yanaşı, həm də bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına da qətiyyən xidmət etmir.

Amma biz nəyin, hansı reallıqların şahidiyik? Naxçıvan bir anklav olaraq 20 ilə yaxındır ki, iqtisadi blokadada saxlanılır, Ermənistan tərəfindən çox ciddi

Page 24: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

24

və sərt maneələrlə üzləşir, 100 minlərlə insan ağır vəziyyətdə yaşayır. Naxçı-van blokadada olmasaydı, Azərbaycan ona indikindən daha ciddi yardım edə bilərdi, bu bölgə uğurlarını birə on artırardı. Nə Türkiyənin Qars müqaviləsindən irəli gələn öhdəliklərini xatırladan var, nə də yumşaq tərzdə desək, dünya bir-liyi bir ölkənin muxtar respublikasının blokada şəraitindəki məhrumiyyətlərini görmək istəyir. İşğalçı dövlətin blokadası aradan qaldırılır, sərhədləri açılır, onun təcavüzünə məruz qalan muxtar respublikanın blokadasını heç kim dü-şünmür, xatırlamır. Bu iki faktı yanaşı qoyun və böyük güclərin işğalçı dövlətə göstərdikləri qəyyumluqla mühasirədə yaşayan yüz minlərlə insanın taleyinə nümayiş etdirdikləri biganəliyi müqayisə edin. Dünyada demokratik dəyərləri, insan haqlarını qorumağı ümdə vəzifəsi kimi elan edən dövlətlərin bu addım-larını qonşularının yüz illik işğallarından boğaza gələn Azərbaycan xalqı necə qiymətləndirməlidir? Bir milyon qaçqın Avropanın demokratik dəyərləri və sülh səyləri haqqında hansı qənaətə gəlməlidir? Bu halda bəşəri ədalət tərəzisinin hansı meyarlarla işləməsinin fərqində olan varmı?

Bu suallar, təbii ki, bizi düşündürən qədər də Avropa İttifaqını düşündürməli, narahat etməlidir. Həm Avropa İttifaqı, həm ABŞ və həm də qonşu dövlətlər münaqişələrin həllində elə konstruktiv mövqe nümayiş etdirməlidirlər ki, heç kimdə sülhün dalana dirənməsi, şahmatın siyasi taxtasında pat vəziyyətinin görüntüsü barədə təsəvvür yaranmasın.

Burada bir faktı xüsusi olaraq qeyd etmək istərdik. 2002-ci ildə Avropa Şurası Parlament Assambleyasında Ermənistanın konstitusiya islahatları ilə bağlı götürdüyü öhdəliklərin icrasının müzakirəsi keçirilirdi. O zaman məsələ qaldırıldı ki, Ermənistan öz konstitusiyasından qonşularına olan ərazi iddiaları ilə bağlı maddələri çıxarsın. Lakin ermənilər bunun əleyhinə getdilər, AŞ PA da buna göz yumdu. Onda kompromis kimi ikinci bir təklif irəli sürüldü ki, Ermənistan qonşu dövlətlərin sərhədlərini tanıması ilə bağlı bəyanatla çıxış etsin. Çox təəssüflər olsun ki, AŞ PA-nın monitorinq komitəsində 2 gün davam edən siyasi müzakirələrdə ermənilər ciddi müdafiə olundu. AŞ PA və ermənilərə dəstək verən digər dövlətlər belə qərara gəldilər ki, bu məzmunda bəyanatın verilməsinə heç bir ehtiyac yoxdur. Böyük dövlətlərin, AŞ PA kimi nüfuzlu təşkilatın Ermənistanın açıq şəkildə qonşu dövlətlərə qarşı ərazi iddialarına göz yumması necə başa düşülməlidir? Belə qənaətə gələ bilərik ki, bu, ədalətli siyasətdən daha çox münaqişələrin düşünülmüş şəkildə idarə olunmasına, tənzimlənməsinə və gələcəkdə lazımi məcraya yönəldilməsinə hesablanan addımdır.

Zənnimizcə, bu, Avropa İttifaqı qarşısında duran ən ciddi məsələlərdən biri olmalıdır. Çünki son illər Avropada yaşanan sosial-mədəni və enerji böh-ranı bir daha onu göstərdi ki, Avropanın böyük təhlükələrlə qarşılaşmaq eh-timalı yüksəkdir. Enerji ehtiyatlarının, onların nəqlinin təhlükəsizliyinin ən güclü təminatçısı sülhdür və buna başqa alternativ yoxdur. Dünya bunu dərk etməlidir. İşğalçı qüvvələrin və onların himayədarlarının həm Qafqazda, həm

Page 25: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

25

də dünyanın digər bölgələrində qarşısı nə qədər tez alınarsa, nə qədər tez onlar sülhə məcbur edilərsə, bu, vahid Avropa Evinin və bütün dünyanın təhlükəsizliyini bir o qədər artıracaqdır.

Yeganə müsbət hal kimi Almaniyanın və bir sıra Avropa dövlətlərinin sərhədlərin açılmasında fəal iştirak etməməsidir. Bu, Almaniyanın həm ehtiyatlı mövqeyi, həm də alman xalqının genetik yaddaşında yaşanılan faciələrin insan ağlına sığma-yan nəhəng miqyasları ilə bağlıdır. Dün-yanın siyasi xəritəsi alman xalqının faciəsi üzərində dəyişdirildi. Ona görə də bü-tün bu məsələlərdə Almaniya digər Qərb dövlətlərindən daha ehtiyatlıdır. Alma-niya hökuməti bütün incə məqamlara həssaslıqla yanaşır və bəyanatlarında sərhədlərin dəyişdirilməməsi prinsipinin pozulmaz olduğunu bildirir. Çünki Almaniya öz acı təcrübəsindən belə praktikanın bəşəriyyəti hansı faciələrə sürüklədiyini yaxşı bilir. Digər dövlətlərin də bunu unutmaması vacibdir.

Bütünlükdə dünya birliyinin Qafqazda sülhün tənzimlənməsi istiqamətində atdığı addımları şahmat dilinə çevirsək deyə bilərik ki, gedişlərin hamısı şahmat taxtasında heç kimin etiraf etmək istəmədiyi pat vəziyyətini xatırladır. Lakin güc mərkəzləri unutmamalıdırlar ki, dünya şahmat taxtası deyil və hər fiqurun arxa-sında bir xalqın faciəsi dayanır.

Təkrar səhvlərin təhlükələri

Bəzi məqamlarda dəqiq elmlərin müəyyən qanunlarının da münaqişələrə tətbiq edilməsi cəmiyyətdə baş verən siyasi prosesləri dərk etməyə imkan ve-rir. Nyutonun “Təsir əks təsirə bərabərdir” qanununun ən sadə izahı ondan ibarətdir ki, hər hansı bir cismə müəyyən qüvvə ilə təsir edilirsə, həmin cisim də ona təsir edən qüvvənin gücünə bərabər qüvvə ilə əks təsir göstərir. Müasir dünyanın siyasi mənzərəsinə düşünülməmiş və ya müəyyən maraqlara xidmət edən düzəlişlərin edilməsində israrlı olan güc mərkəzləri və bəzi dövlətlər gec-tez öz daxillərindəki siyasi proseslərdə Qafqazla bağlı atılan səhv addımların əks təsiri - ağır nəticələri qarşısında aciz qalacaqlar. Burada təhlükələr nədən ibarətdir? Birincisi, müasir dünyada müəyyən siyasi qüvvələr, güc mərkəzləri və superdövlətlər birmənalı şəkildə işğalçı dövlətin tarixi aqressivliyinə son qoy-malıdırlar.

Azərbaycan sülhün marağındadır. Dünya birliyi də sülhün, demokra-tik proseslərin keşiyində durduğunu bəyan edir. Bəs onda nə üçün biz

Bütünlükdə dünya birliyinin Qafqazda sülhün tənzimlənməsi istiqamətində atdığı addımları şahmat dilinə çevirsək deyə bilərik ki, gedişlərin hamısı şahmat taxtasında heç kimin etiraf etmək istəmədiyi pat vəziyyətini xatırladır. Lakin güc mərkəzləri unutmamalıdırlar ki, dünya şahmat taxtası deyil və hər fiqurun arxasında bir xalqın faciəsi dayanır.

Page 26: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

26

təhlükələrdən danışırıq? Bu təhlükələr doğrudandamı mövcuddur və on-lar hansı mənbələrdən bəhrələnirlər? Biz ötən əsrdə faşizmin tüğyan edib böyük müharibələrə səbəb olmasından danışdıq. Bu əsrin əvvəlində də belə təhlükələr özünü açıq şəkildə büruzə verməyə başlamışdır: birincisi, dünya birliyinin sülh səyləri gözlənilən nəticələri vermir, ikincisi, planetdə münaqişələrin sayı azalmır. Digər təhlükələr Avropanın bəzi dövlətlərində real qüvvə kimi faşist təmayüllü hərəkatların yenidən baş qaldırması ilə bağlıdır. Elə bu əsrin əvvəlində Fransada faşistlərin hakimiyyətə gəlmək şansları çox böyük idi. İsveçrə vətəndaşlarının 60 faizi özlərini qatı antisemit sayırlar. Avs-triyada faşist təmayüllü qüvvələrin hakimiyyətə gələrək “Avstriya avstriyalılar üçündür!” şüarı ilə başqa millətlərin nümayəndələrinin ölkədən çıxarılmasını proqramlarına daxil etmələrini xatırlasaq, bu təhlükələrin nə qədər real ol-duğunu təsəvvür edə bilərik. Beləliklə, Nyutonun adını çəkdiyimiz qanununa əsasən, müasir dünya düzəninə edilən anormal təsirlər, bir qayda olaraq, elə anormal da əks təzyiqlərə səbəb olacaq.

Axı, ötən əsrin 30-cu illərində dünyanın bir çox dövlətləri Almaniya-da hakimiyyətə gətirilmiş faşist rejimi ilə əməkdaşlıqda heç bir təhlükə görmürdülər. Hitler hakimiyyətə gəlməmişdən öncə də, hakimiyyətə gəldikdən sonra da öz işğalçı niyyətlərini gizlətməsə belə Avropa dövlətləri onunla açıq əməkdaşlığa getdilər, bu rejimin törədə biləcəyi faciələrin fərqinə varmadan onun iqtisadiyyatının inkişafına təkan verdilər. Hər bir Avropa dövlətinin və ötən əsrin Avropa və ABŞ oliqarxlarının öz şəxsi, siyasi və iqtisadi maraqlarını güdməsi birincisi alman xalqının, son nəticədə isə Avropa dövlətlərinin, Asiya ölkələrinin və bütün dünyanın faciəsi ilə nəticələndi. Yəni faşist ideologiyasının inkişafına verilən təkan faşizmin bütün dünyaya yayılmasına səbəb oldu.

Əlbəttə, biz bir dövlət kimi Avropa dəyərlərinə yüksək qiymət veririk, onların sülh səylərini alqışlayırıq, bütünlükdə Avropa İttifaqı ilə əməkdaşlıqda, ikitərəfli münasibətlərin inkişaf etdirilməsində, münaqişələrin birgə tənzimlənməsində maraqlıyıq. Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu əməkdaşlıq bütünlükdə sülh prosesinə təkan vermək əvəzinə münaqişənin dondurulma-sına yönəlmişdir.

İlk növbədə narahatlıq doğuran məqam ondan ibarətdir ki, tarixin yanlış-lıqları təkrar olunur: güc mərkəzləri keçmişin acı dərslərini unudaraq aqressoru bəşəriyyət üçün təhlükələrə səbəb ola biləcək işğaldan çəkindirmək əvəzinə, onu şirnikləndirməkdə, onun iqtisadi inkişafına təkan verməkdə sanki yarışır-lar. Bununla yanaşı, Azərbaycan tərəfinin zəruri təklifləri kifayət qədər nəzərə almamağı təbii sayırlar.

Təbii ki, qlobal dünyada gedən proseslər və bütünlükdə siyasi və hərbi təhlükələrin axarı nəzarətdən kənarda deyil. Baş verən hadisələr izlənilir, araşdı-rılır və analitiklər tərəfindən süzgəcdən keçirilir. Şərq və Qərb arasında maraqlı münasibətlər sistemi inkişaf etməkdədir. Bu proses açıq getmir, əsrlər boyu dünyanın siyasi müstəvisində müxtəlif variasiyalarda inkişaf edən hadisələr,

Page 27: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

27

konfliktlər və bütünlükdə beynəlxalq əlaqələr yeni bir məzmunda Şərq-Qərb müstəvisində gündəmə çıxarılır. Bunu qarşıdurma yox, iqtisadi ambisiyalardan irəli gələn siyasi ziddiyyətlər toplusu kimi qiymətləndirmək olar. Ziddiyyətin kökündə, təbii ki, tərəqqiyə, təkamülə gətirib çıxaran inkişaf durur. Amma bəzi hallarda bu ziddiyyət mahiyyətini dəyişmədən dərinləşərək münasibətlərin gərginləşməsinə, reqressə gətirib çıxaran qarşudurmaya çevrilir. Tarixən də belə olub: ziddiyyətlər inkişafın müəyyən bir mərhələsində münaqişəyə qo-şulan tərəflərin çökməsinə, mədəniyyətlərin dağılmasına səbəb olub. Mövcud dünya siyasətinin psixoloji analizi belə bir tendensiyanın yenidən gündəmə gəldiyini xəbər verir.

Qərb-Şərq ziddiyyəti dərinləşərsə, onun Qərb-Şərq qarşıdurmasına çevrilmək ehtimalı qaçılmazdır. Bunda maraqlı qüvvələr geniş vüsət alan ekstremizmə qarşı aparılan mübarizələrin səmərəsiz olduğunu dünya ictimaiyyətinin şüuruna yeritməyə çalışırlar. Guya ki biz onun qarşısını ala bilmirik, çünki bu, labüddür. Belə mövqenin insanların və cəmiyyətlərin şü-uruna yeridilməsi müəyyən düşünülmüş siyasi niyyətin dəstəklənməsinə xidmət etdiyi üçün özlüyündə təhlükəli addımdır. Bu mövqenin özülündə Darvinin təkamül nəzəriyyəsinin kobud və təhrif olunmuş mexaniki tətbiqini görmək olar: “Yaşamaq uğrunda mübarizə”. Yəni cəmiyyət təbiətin bir hissəsi kimi qəbul edildiyindən təbiətin qanunauyğunluqları ona da şamil edilir. Ona görə də bir çoxları tərəfindən normal qəbul edilən və dəstəklənən belə vəziyyət əslində siyasi psixologiyanın patologiyası kimi qiymətləndirilməlidir.

Təkamül nəzəriyyəsi inkişafa doğru aparır, məhvə doğru yox! Yəni həyat güclülərin yaşaması mənasında deyil, sağlamların daha çox olması mənasındadır. Çünki sağlamdan sağlam törəyir və həyat inkişaf edir. Güc-lünün daha da qüdrətli, güclü olması onun əbədi əzəmətinin təminatçısı ola bilməz! Əksinə, belə qiymətləndirmə, təəssüf ki, təkamül nəzəriyyəsini təhrif edir, güclülərin güclü olması uğrunda mübarizə tezisi irəli çıxır. Bu da bütünlükdə bəşəriyyətin sağlam inkişafına xidmət etmir. “Közərən münaqişə ocaqları”nın Yer kürəsində saxlanılması, dondurulması və müəyyən məqamlarda körükləndirilməsi həmin ərazilərə güc mərkəzlərinə istənilən məqamda müdaxilə etməyə, bu ərazilərdə iqtisadi, siyasi və hərbi prosesləri istədikləri məcrada inkişaf etdirməyə imkan verir. Belə təhlükələrin reallığı bizi bir sıra addımlar atmağa, mövqeyimizi açıq büruzə verməyə məcbur edir. Ona görə də hesab edirik ki, bu gün dünyanın diqqətini çəkən İraq münaqişəsindən Cənubi Qafqaz münaqişəsi daha qabarıq və aktualdır. Cənubi Qafqaz münaqişəsi zahirən lokal görünməsinə baxmayaraq, onun kökləri Çinə, Yaponiyaya qədər uzanır, Avropa məkanına toxunur. Çünki bu-radan tarixi İpək yolu keçir, böyük enerji ehtiyatları bu məkandan nəql olunur və buradan Avropaya daşınılması nəzərdə tutulan ciddi enerji layihələrinin həyata keçirilməsi müzakirə edilir. Münaqişənin bu bölgədə indiki vəziyyətdə

Page 28: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

28

dondurulması, həllinin yubadılması sonda dərinləşərək bütün sistemi iflic ha-lına sala bilər.

Cənubi Qafqazı enerji resurslarını ötürən dəhliz kimi nəzərdən keçirsək, münaqişənin dərinləşməsinin bütünlükdə enerji nəqlində və Avropanın stabil enerji resursları ilə Şərqdən təmin edilməsində təhlükələrin yaranma ehtimalı-nın kəskin surətdə artmasını müşahidə edəcəyik. Eyni zamanda, həmin ölkələr gözlənilməz siyasi gedişlərdən asılı vəziyyətə düşərək son nəticədə “yaşamaq uğrunda mübarizə”nin neqativ aspektləri ilə üzləşə bilərlər. Yəni enerji resurs-larının bölüşdürülməsi uğrunda aparılan mübarizə tamamilə başqa müstəviyə keçərək mahiyyət və məzmununu dəyişə bilər. Azərbaycan enerji resurs-larını sivil yolla ümumi enerji dəhlizinə birləşdirməklə öz inkişafı ilə bərabər bəşəriyyətin də inkişafına çalışdığı halda, güc mərkəzlərinin dünyanın siyasi qanunları ilə uzlaşmayan addımları və siyasi qərarları isə əksinə hadisələrin arzuolunmaz istiqamətə yönəlməsinə səbəb ola bilər.

Türkiyə ilə Ermənistan arasında təcili imzalanan protokollar, şübhəsiz ki, Azərbaycan üçün gözlənilməz oldu. Planetdə münaqişələrin yüzlərlə olması-na baxmayaraq, onların aqibətini həll etməyə çalışan güc mərkəzlərinin sayı həddən ziyadə azdır. Bu dövlətlər, təbii ki, problemlərin mahiyyətini araşdır-maqda, son qərarı verməkdə obyektiv və subyektiv çətinliklərlə üzləşir, bir çox hallarda münaqişəni törədənlə ondan əziyyət çəkən tərəf arasında fərqi aydınlaşdırmadan şablon və ya ədalətsiz qərarlar qəbul edirlər. Tərəfləri qar-şılıqlı kompromislərə məcburi sövq etməklə münaqişələrin tarixi səbəblərini, aqressoru və münaqişənin qurbanına çevrilən tərəfi təyin etmədən konfliktin dondurulmasına çalışırlar. Beləliklə, münaqişələrin müvəqqəti dayandırılması və atəşkəsin elan olunması bir sıra dövlətlər, güc mərkəzləri və beynəlxalq qu-rumlar tərəfindən sülhün əldə edilməsi kimi təqdim edilir.

Şübhəsiz ki, xalqlar, dövlətlər arasında dostluq bəşəriyyətin və sülhün qa-rantı kimi qiymətləndirilməli və inkişaf etdirilməlidir. Lakin burada əsas meyar kimi bu əlaqə və münasibətlər toplusunun bütünlükdə vahid siyasi mexanizm şəklində sülhə istiqamətləndirilməsi, aqressora qarşı siyasi və iqtisadi təpkilər çələngindən ibarət olması vacibdir. Bu münasibətlər dünya xalqlarının sosial rifahına, bütünlükdə meqoiqtisadi sistemlər toplusunun bəşəriyyətə xidmət etməsinə yönlənməlidir. Amma biz müasir dünyanın siyasi müstəvisində bunun əvəzində bəşəriyyət üçün təhlükəli köhnə siyasi modellərin tətbiq edilməsinin, elə yarandığı gündən işğalçılıqla məşğul olan bir dövlətin məzlum və əzabkeş qiyafəsində xüsusi təmtəraqla nəvazişlənməsinin şahidi oluruq.

İki dövlət arasında imzalanmış protokolların icrası Qafqazda müəyyən güc mərkəzlərinin əbədi dəyənəyi rolunu oynayan aqressor dövlətin iqtisadiyya-tının çiçəklənməsinə, onun işğalçı ordusunun daha da güclü olmasına xidmət edəcəkdir. Yarandığı gündən ərazilərini qonşularının hesabına genişləndirən və dövlət gerbinə Ağrı dağını həkk edən Ermənistanın sərhədlərin açı-la biləcəyi halda Türkiyədən yararlanacağı, iqtisadi şansların hesabına

Page 29: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

29

güclənəcəyi şəksizdir. Bu halda Türkiyəyə, Azərbaycana və Gürcüstana qarşı Ermənistanın ərazi iddialarında israrlı olmayacağına kimin təminat verəcəyi aydın deyil! İşğalçı dövlətin siyasi mövqeyinin, ordusunun güclənməsi, super dövlətlərin onu dəstəkləməsi tarixən Qafqazda üzücü müharibələrin davam etdirilməsinə səbəb olmuşdur. Ötən əsrin əvvəlində Almaniyada oxuyub, dünya proletar hərəkatında nüfuz qazanaraq, Qafqaza Leninin qurduğu so-sialist sisteminin komissarı timsalında ayaq basıb, faşist kimi Bakıda qırğınlar törədən Şaumyanı xatırlamaq kifayətdir. Tarix üçün bu, yaxın və ibrətamiz keçmişdir.

Başqa bir məqamı Qafqaz miqyasında nəzərdən keçirək. Əgər Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə dinamik inkişafı hər iki dövlət üçün faydalıdırsa, Azərbaycanın iqtisadi potensialı Türkiyənin iqti-sadi potensialının artmasına xidmət edirsə, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması da Ermənistanın iqtisadi dirçəlişinə böyük təkan verəcək. Ona görə də müəyyən güc mərkəzlərinin təzyiqi altında atılan bu addım da Türkiyə və Azərbaycanın milli maraqları ilə tam ziddiyyət təşkil etdiyindən, bilavasitə Ermənistana verilən ən ciddi iqtisadi dəstəkdir. Azərbaycan heç vaxt razı ola bilməz ki, onun iqtisadi nailiyyətlərindən işğalçı Ermənistan dövləti bəhrələnsin və inkişaf etsin! Buna nəinki Azərbaycan, hətta heç bir sivil dövlət nə yol verməli, nə də ki şərait yaratmalıdır. O cümlədən dəTürkiyə!

Dünyanın kütləvi informasiya vasitələrində (KİV) çıxış edən siyasətçilərin və ekspertlərin bir qismi Türkiyə ilə Ermənistan arasında protokolların imzalan-masını Cənubi Qafqazda sülhə, bölgədə stabilliyin yaranmasına xidmət edən amil kimi vurğulayırlar. Əslində, qeyd etdiyimiz kimi, bu, işğalçı dövlətə bü-tün müstəvilərdə, bütün istiqamətlərdə yandırılan yaşıl işıq, siyasi və iqtisadi dəstəkdir. Amma münaqişədə iştirak edən tərəflərin hər ikisi ilə yaxın dostluq əlaqəsi qura bilən və siyasi nüfuz qazanan üçüncü tərəf sülhün bərqərar olma-sında, konflikt iştirakçılarının barışa gətirilməsində ciddi rol oynaya bilər. Əgər elədirsə, Türkiyə ilə İsrail arasında, onların əsrlərə söykənən dostluğuna kölgə salmaqda kimlər maraqlıdır?

Rusiya ekspertlərindən Şərqə yaxından bələd olan, türk və Azərbaycan dillərini yüksək səviyyədə bilən BDU-nun şərqşünaslıq fakültəsinin məzunu Stanislav Tarasov belə yazır ki, əldə olan məlumatlara görə, xaricdəki erməni diasporu bu yaxınlarda tarixi erməni dövlətçiliyinin mərkəzini elan etmək məqsədilə “Mühacirətdə olan Ermənistan hökumətinin” formalaşdırıl-masına başlayacaq. Bu səbəbdən də belə qənaətə gəlmək olur ki, söhbət ermənilərin Yaxın Şərqə daha ciddi inteqrasiyasının başlanmasından gedir. İndiki Ermənistan tarixi resursları tükənmiş “Rus layihəsi” kimi nəzərdən keçirilir. Sərhədlərin açılması ilə bağlı protokolların Türkiyədə ratifikasiyası mərhələsində Ankaraya Qarabağ məsələsinin gündəmə gəlməsi ilə bağlı elə bir layihə təqdim oluna bilər ki, Qarabağ problemi ikinci dərəcəli məsələ kimi arxa plana çəkilər.

Page 30: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

30

Türkiyə-Azərbaycan münasibətləri bölgədə sabitliyin əsasıdır

Ermənistana yardımın Qarabağ probleminin həll olunmasına dəstək verən şüar kimi KİV-lərə sızdırılması da heç bir məntiqə sığmır. Eyni ssenari Türkiyə-Azərbaycan münasibətlərinə də gətirilir. Artıq bəzi “beyin mərkəzləri” iki dost, daha doğrusu, doğma, qardaş xalqın siyasi liderlərini qarşı-qarşıya qoymaq, münasibətləri korlamaq, düşmənçiliyə qədər dərinləşdirmək üçün analitik yazı-larla çıxış edirlər. Bu ideyanın ictimai şüura sırınması erməni KİV-ində özünü açıq büruzə verir. “Müstəqil” olduqlarını elan edən ekspertlərin analizlərində Türkiyə ilə Ermənistanın ortaq maraqları qabardılır, Azərbaycan-Türkiyə münasibətləri isə tədricən arxa plana sıxışdırılır. Belə siyasi “qiymətləndirmə” - Türkiyə-Azərbaycan dostluğunun zəifləməsini sübut etməklə iki qardaş dövləti toqquşdurmağa çalı-şan qüvvələrin son məqsədləri, təbii ki, aydındır. Müxtəlif “beyin mərkəzləri”nin reallıq kimi təqdim etməyə çalışdıqları ikinci mövzu yeni “xristian-müsəlman” birliyinin yaranmasını nümayiş etdirməkdir. Türkiyə-Ermənistan münasibətlərinin timsalında hələ formalaşmayan və özünü təsdiq etməyən “xristian-müsəlman” birliyi əldə bayraq edilir, Qafqazdakı münaqişə dünya ictimaiyyətinə artıq həllini tapmış ikinci dərəcəli münaqişə kimi təqdim olunur. Təəssüf ki, belə siyasi fokus-ların bəşəriyyət üçün, bütün dünyada real və hamının arzuladığı sülh üçün nə dərəcədə sarsıdıcı olduğunu başa düşmək istəyənlər azdır.

Avropanın yaxın tarixindən bir misala diqqət yetirək: Avropa İttifaqına üzv olmaq istəyən Türkiyəyə bir neçə il əvvəl Avropanın siyasi liderlərindən biri belə demişdi: “Türkiyə müsəlman dövlətidir və ona Avropa İttifaqında yer yoxdur”. Buna cavab olaraq Rəcəb Tayyib Ərdoğan ritorik bir sual vermişdi ki, məgər Av-ropa İttifaqı da bir xristian klubudurmu? “Xristian-müsəlman” birliyi dünyanın gələcək stabilliyi, sülhün təminatçılarından biri kimi diqqətəlayiq ideyadır və o inkişaf etdirilməlidir, lakin bu ideyanın siyasi fənd, diplomatik hiylə, eksperi-ment kimi təbliğ edilməsi yolverilməzdir!

Əslində, “xristian-müsəlman” birliyini və ümumiyyətlə, sivilizasiyalararası di-aloqu təmsil edən bariz nümunələri tarixdə istənilən qədər tapmaq mümkün-dür. Bunun ən sadəsi və yadda qalanı orta əsrlərdə əksər Avropa dövlətlərində yəhudilərin təqiblərdən, onlara tutulan divanlardan qaçaraq Şərqə üz tutma-sı, burada sığınacaq tapmasıdır. Orta əsrlərdə İspaniyadan qovulan 300 min yəhudini Türkiyənin qanadı altına alması bu gün süni şəkildə şüurlara yeridilən “Türkiyə-Ermənistan dostluğu”ndan daha diqqətəlayiq misal deyilmi?

Tarixi reallıqlardan bəhrələnməyən, müəyyən siyasi maraqların təmin edilməsini güdən belə ikili standartlar münaqişələrin dərinləşməsinə səbəb olur. Digər tərəfdən, Azərbaycan ərazilərini işğal edən bir dövlətlə əlaqələrin tənzimlənməsi və Türkiyəyə tarixi dostluğa sədaqətini qoruyan İsrail kimi dövlətlə münasibətlərin süni şəkildə korlanması, 6 əsrlik səmimi dostluğun şübhə altına alınması, görəsən, hansı maraqların təmin edilməsini güdür? Siyasi psixologiyada istinad nöqtələrinin belə kəskin dəyişməsi başadüşülən deyil və Türkiyəyə bu gedişlərinin hansı müsbət

Page 31: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

31

dividendləri gətirəcəyini də proqnozlaşdırmaq çətindir. Bütün bunların əvəzində Şərqdə Türkiyənin timsalında yeni bir güc

mərkəzinin formalaşması haqqında günün siyasi reallıqları ilə uzlaşmayan uto-pik və yanlış bir mövqe ortaya qoyulur. İraq vuruldu, Əfqanıstan çökdürüldü, İran yeganə güc mərkəzi kimi qalsa da, müttəfiqləri və rəqibləri arasında ba-lansın dəyişməsi onun üçün ciddi başağrıları və gözlənilməyən siyasi sürprizlərlə doludur. Türkiyə müəyyən güc mərkəzlərinin dəstəyi ilə Şərqdə sülhü dəstəkləyən, onun inkişa-fına çalışan yeni güc mərkəzinə çevrilmək niyyətində olduğunu büruzə verməkdədir. Hətta onun nüfuz dairəsinin Cənubi Qafqaz-dan sonra Orta Asiyaya kimi genişlənəcəyi nümayiş etdirilir. Siyasi niyyətlərin və ya müəyyən güc mərkəzlərinin süni texno-logiyalarının labüd reallıq kimi təqdim edilməsi cəhdləri yanlışlıqdır. Belə düşünülməmiş, sonadək götür-qoy edilməmiş tələskən siyasi gedişlər yeni münaqişə ocaqlarının meydana çıxmasına, sülhün bölgədə uzun müddət bərqərar olmamasına gətirib çıxaracaq.

Türkəyinin atdığı bütün mütərəqqi addımları biz dəstəkləyir, türk və Azərbaycan xalqlarının dostluğunu, tarixi qardaşlığını qeyd edir, bu münasibətləri kimsənin sarsıda bilməyəcəyini bəyan edirik. Türk əsgəri 1918-1919-cu illərdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin müstəqilliyi uğrunda, Azərbaycan Demokratik Respublikasının bayrağı altında vuruşub, Azərbaycan bayrağını türk əsgəri qoruyub. Təəssüflər olsun ki, 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulanda artıq Azərbaycan Xalq Cümhuriyyətinin süqu-tundan 3 il keçirdi. Azərbaycanın azadlığı uğrunda vuruşan türk və Azərbaycan əsgərlərinin qanı yerdə qaldı. Qaranlıq mətləblərə toxunmadan təəssüf hissi ilə qeyd edirik ki, bu cümhuriyyətin azadlığı uğrunda aparılan mübarizə süqut etdi. Halbuki Şərqdə yaranan ilk demokratik türk respublikasını, onun ucalan bayrağını biz göz bəbəyi kimi qorumalıydıq. Ümumiyyətlə, bütün türkdilli xalq-ların bayraqları bir türk bayrağı kimi hər birimiz üçün müqəddəs və əzizdir. İstər Türkiyə bayrağı, istər Azərbaycan bayrağı, istərsə qırğız bayrağı olsun!

Döyüşən “beyin mərkəzləri”

Bu gün planetimizdə aparılan müharibələrin xarakterinin və taktikalarının dəyişməsi xüsusi aktuallıq kəsb edir. Tankların, zirehlərin döyüşünü indi baş-qa tipli savaşlarla davam etdirirlər. Burada informasiya müharibəsinə, müxtəlif “beyin mərkəzləri”nin tətbiq etdiyi münaqişə və savaş texnologiyalarına xüsusi önəm verilir.

Ümumiyyətlə, “beyin mərkəzləri”nin yaranması İkinci Dünya müharibəsindən

Ümumiyyətlə, bütün türkdilli xalqların bayraqları bir türk bayrağı kimi hər birimiz üçün müqəddəs və əzizdir. İstər Türkiyə bayrağı, istər Azərbaycan bayrağı, istərsə qırğız bayrağı olsun!

Page 32: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

32

sonra ABŞ-da vüsət aldı. İndi isə Amerikada fəaliyyət göstərən belə müəssisələrin sayı 600-dən artıqdır. Belə “ağıl fabrikləri”nin bütün dünyada artması artıq tendensiya halını almışdır. Onların əsas məqsədi ictimai şüura təsir etmək, beynəlxalq siyasətdə müəyyən güc mərkəzlərinin siyasi maraq-larına, hərbi doktrinalarına uyğun siyasi mövqeni və ictimai şüuru formalaş-dırmaqdır. Bu mərkəzlər cəmiyyətdə və dünyada baş veren qlobal prosesləri analiz edir, əvvəlcədən baş verə biləcək hadisələrin perspektivini görməyə ça-lışır və müəyyən güc mərkəzləri üçün təkliflər hazırlayırlar. “Beyin mərkəzləri” hər hansı bir dövlətin və ya güc mərkəzinin siyasi strategiyasının intellektual bazasını təchiz edir, müəyyən siyasi texnologiyaların, diplomatik niyyətlərin re-allaşması istiqamətində analitik-elmi və informasiya dəstəyini həyata keçirirlər. Artıq ABŞ-da fəaliyyət göstərən siyasi partiyalar siyasi layihələrin işlənilib tətbiq edilməsində intellektual korporasiyalardan geri qalırlar. Yəni hər hansı bir “beyin mərkəzi” ən böyük və nüfuzlu partiyadan daha mobil, daha çevik və səlis işləmək qabiliyyətinə malikdir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araş-dırmalar Mərkəzi (SAM) xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu təşkilat yeni yaranmasına baxmayaraq, Azərbaycanın həm xarici, həm də daxili siyasətində ciddi rol oynayan nüfuzlu bir quruma çevrilmişdir. Onun fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq arenada ciddi hiss olunmaqdadır. Belə ki, SAM fəaliyyətinin elə birinci ili Amerika, Avropa və Asiyanın aparıcı böyük dövlətlərində əsasən həmin dövlətlərin nüfuzlu “beyin mərkəzləri” ilə birlikdə keçirdiyi “dəyirmi masa”larda, elmi-praktiki konfranslarda Azərbaycanın daxili və xarici siyasətinə həsr edilmiş ən aktual mövzularla məruzələr etmiş, eyni zamanda, Qərbin aparıcı mütəxəssislərini, politoloqlarını və ən nüfuzlu “beyin mərkəzləri”nin nümayəndələrini diskussiyalara dəvət etmişdir. Digər tərəfdən, SAM-ın ölkənin hüdudlarından kənarda keçirdiyi tədbirlərə aparıcı mətbuat orqanlarının nümayəndələrinin dəvət edilməsi Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə yeni siyasi texnologiyalarla əvvəlkindən fərqli və geniş məzmunda çatdırmağa imkan vermişdir.

“Cənubi Qafqazda təhlükəsizliyin maneələri: regional əməkdaşlığın re-allıqları və perspektivləri” mövzusunda SAM-ın təşkil etdiyi Bakı konfransın-da Ceymstaun Fondunun elmi işçisi Vladimir Sokor Qərb dövlətlərinin sülh səylərini bir cümlə ilə belə dəyərləndirib: “Regional təhlükəsizliyin təmin edilməsində Qərb siyasəti öz fəaliyyətsizliyini nümayiş etdirdi”. Fikrimizcə, artıq şərhə ehtiyac duyulmur.

Avropa sülhü, yoxsa savaşı qoruyur?

İstər Rusiya, istər Fransa, istərsə də Amerika dünyada ən güclü dövlət və həm də Minsk qrupunun həmsədrləri kimi Qarabağ münaqişəsinin həll olun-ması, Azərbaycanın işğal edilmiş ərazilərinin və məcburi köçkünlərin geri qay-

Page 33: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

33

tarılması üçün məsuliyyətli bir mandatın sahibidirlər. Onların əsas vəzifəsi, daha geniş anlamda tarixi missiyası Qafqazdakı münaqişə ocağını aradan götürmək, iki xalqın sülh şəraitində yaşamasına zəmin yaratmaqdır. Çox təəssüf olsun ki, bu missiyanı yerinə yetirmək əvəzinə Türkiyə Ermənistanla sərhədlərin açılma-sına məcbur edilir.

Maraqlı situasiyadır: Ermənistana xatırladan yoxdur ki, bugünədək o, bir dövlət kimi Türkiyənin ərazi bütövlüyünü tanımır, bu dövlətə qarşı israrlı ola-raq ərazi iddialarındadır və hətta öz konstitusiyasına bu maddələri həkk edib saxlayır. İmzalanan protokolların heç birində Ermənistanın qarşısında qon-şu dövlətlərə qarşı ərazi iddialarından imtina edəcəyi ilə bağlı müddəalar nəzərdən keçirilmədən sərhədlərin açılmasına razılıq verilir. Bu, sivil dün-yada baş verən beynəlxalq münasibətlərin təhlükəli siyasi potologiyası kimi qiymətləndirilməlidir.

Əgər bu gün - XXI əsrdə Avropanın gözü qarşısında işğalçı Ermənistan qoşunları və onlarla birlikdə olan muzdlular Azərbaycan kəndlərini atəşə tu-tursa, sərhəd bölgələrində öz torpaqlarını əkib-becərən sadə kəndliləri qətlə yetirirlərsə, bu o demək deyilmi ki, qonşu Ermənistan dövləti işğalçı kimi öz ideyalarından əl çəkmək niyyətində deyil? Belə aqressiya güc mərkəzləri tərəfindən dəstəklənirsə, deməli, bunun bölgədə münaqişələrin alovlanmasına gətirib çıxaracağına şübhə belə etmək lazım deyil! Təəssüflər olsun ki, dünya-nın demokratik dəyərlərini, sülhü qorumaq missiyasını ümdə vəzifələri kimi elan edən dövlətlər həm Qafqaz bölgəsi, həm də dünya üçün təhlükə doğuran böyük fəlakətlərə rəvac verirlər.

Avropa İttifaqına daxil olan dövlətlər öz aralarındakı sərhədləri açır, vahid valyutaya keçir, vahid enerji məkanı yaradır, bir-birlərinə qarşılıqlı ərazi iddia-ları sürmək əvəzinə vahid ordunun yaradılmasını müzakirə edirlər. Belə halda dünyanın digər bölgələrində “mürgüləyən münaqişə ocaqları”nın saxlanılması, sərhədlərin dəyişdirilməsi tələblərini irəli sürən qüvvələrin bilavasitə və do-layısıyla dəstəklənməsi hansı zərurətdən irəli gəlir? Ən təəccüblüsü odur ki, Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə daha böyük əhəmiyyət verilir. Maraqlısı odur ki, məsələnin mahiyyətini diqqətlə araşdırdıqda, ilk növbədə, böyük dövlətlərin və müxtəlif güc mərkəzlərinin bu məsələyə ikili münasibəti üzə çıxır. Təəccüblü deyilmi, Avropa ölkələri öz aralarında sərhədləri şəffaf saxladığı, qarşılıqlı ərazi iddialarının müzakirəsini siyasi diskussiya mövzusu kimi gündəmə gətirmədikləri halda, Qafqazda sərhədlərin dəyişdirilməsinə önəm verilir, bölgənin prioritet problemi kimi müzakirələrə çıxarılır. Halbuki Cənubi Qafqazda bütün xalqlar öz müqəddəratlarını həll ediblər. Dünyanın başqa bölgəsində belə problemin olmasına baxmayaraq, onun üzərindən sü-kutla keçilir, biz isə ikili standartların təzyiqi altında beynəlxalq diskussiyaların müntəzəm döyəclənən predmetinə çevrilirik, münaqişələr qızışdırılaraq uzadı-lır. Bu isə nə Azərbaycan, nə erməni, nə də ki digər xalqların xeyrinədir! Əgər biz Qafqazda yaşayan bütün xalqların birgə əməkdaşlığını, sülh şəraitində ya-

Page 34: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

34

şamasını və firavanlığını istəyiriksə, onda bu məsələlərə nöqtə qoymalı və xalq-lar arasında dostluğun, iqtisadi əməkdaşlığın yollarını birgə aramalıyıq.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə, azərbaycanlılara qarşı soyqırımı aktının törədilməsinə, etnik təmizləmələrin aparılmasına və bü-tün bunların nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, ABŞ-ın 907-ci düzəlişinə əsasən Azərbaycana qarşı tətbiq edilən iqtisadi sanksiyalar uzun müddətdir ki aradan götürülmür. Əksinə, işğalçı Ermənistanın silahlanması, ordusunun modernləşməsi və separatçıların ayaqda qalaraq “siyasi sifarişləri” həyata keçirmələri üçün geniş imkan yaratmaq, buna təkan vermək məqsədilə Türkiyədən təcili və qeyd-şərtsiz sərhədlərin açılması tələb edilir. Halbuki Ermənistan nəinki Türkiyənin ərazi bütöv-lüyünü tanımır, hətta ona qarşı olan ərazi iddialarını öz konstitusiyasında təsbit etmişdir. Gələcək münaqişəyə, seperatizmə, bölgədə stabilliyin birdəfəlik və uzunmüddətli pozulmasına gətirib çıxara biləcək “qondarma tarixi ərazi iddiasi” problemini çözmədən Türkiyə-Ermənistan münasibətlərinin pozitiv gələcəyi inan-dırıcı görünmür. Əlbəttə, belə bir “təsir vasitəsinin” hər zaman işə yaraya biləcəyini nəzərində saxlayan bəzi güc mərkəzləri bilərəkdən bu məsələnin üstündən sakitcə keçirlər. Bölgədə vəziyyətin belə böhran həddinə catmasına rəvac verən qüvvələr bu gün öz vətənində məcburi köçkün həyatı yaşayan azərbaycanlıları AŞ PA-nın 2002-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq doğma torpaqlarına qaytar-maq, Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının birgə sülh və dinc ya-şamalarını təmin etmək üçün bütün vasitələrdən yararlanmaq, bununla da qonşu xalqlar arasında inamı, etimadı və dostluğu möhkəmləndirmək əvəzinə, dünya-nın ən həssas regionunda qarşıdurmanı, tərəflər arasındakı düşmənçiliyi daha da dərinləşdirirlər.

Nəticə

Azərbaycan həm siyasi, həm də iqtisadi münasibətlərdə balansın qo-runmasına cəhd edən bir dövlətdir. Zahirən bu, sadə və praqmatik bir siyasi kurs kimi görünsə də, onun həyata keçirilməsi mürəkkəbdir və böyük siyasi dərrakə, praqmatik təfəkkür tələb edir. Qürurla qeyd etmək olar ki, bütün bu keyfiyyətləri Prezident İlham Əliyev öz siyasi gedişlərində kifayət qədər aydın nümayiş etdirmişdir.

İstənilən başqa siyasət, istənilən səhv atılan kiçicik addım belə Azərbaycan üçün ciddi maneələr yarada bilər. Qafqaz kimi tarixən münaqişələrdə boğulan bir bölgədə belə müdrik, sağlam və praqmatik siyasətin təkbaşına aparılma-sı üçün siyasi iradə və xarizma lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev mətin, siyasi iradəli lider kimi aparıcı qüvvəyə malikdir. Artıq bir çox diplomatlar açıq qeyd edirlər ki, Azərbaycanın bu artan qüvvəsi bəzi dairələrin maraqlarını təmin etmir. Ona görə ki, bir çox məsələlərdə Azərbaycana diktə etmək müm-kün deyil və siyasi reallıqlar bərabərhüquqlu tərəfdaşların danışıqlarını tələb

Page 35: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

35

edir. Bu gün bütün dünyanın diqqəti Cənubi Qafqaz bölgəsinə yönəlmişdir. Azərbaycan dünyanın siyasi sisteminə elə daxil olub ki, onu kənarlaşdırmaq, proseslərin axarına müdaxilədən təcrid etmək artıq qeyri-mümkündür. Bütün problemlərin həllində Azərbaycanın mövqeyinin ortaya qoyulması, onun milli maraqlarının təmin edilməsi zərurətə çevrilir.

Müəyyən qüvvələrin təsiri altında Türkiyə bölgədə güc mərkəzinə çevrilən real qüvvə kimi təqdim edilir. Mahiyyət etibarilə isə hərəkətə gətirilən siyasi mexanizmlərin fəaliyyətinin perspektivləri Türkiyənin zəiflədilməsini hədəfə al-dığı müşahidə edilir!

Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaşı onilliklərlə ölçülür. Beynəlxalq qurumların, inkişaf etmiş dövlətlərin, bütünlükdə Avropa İttifaqı və ABŞ-ın, ATƏT-in, İslam Konfransı Təşkilatı və Minsk qrupu-nun - bir sözlə, sülh istiqamətində öz sözünü demək istəyən bütün qurum-ların mövqelərinə Azərbaycan diqqətlə yanaşır və siyasi dialoqun davam etdirilməsində işğalçı tərəfdən daha maraqlı olduğunu nümayiş etdirir. Bu gün beynəlxalq qurumların əldə etdiyi ən böyük nailiyyət “münaqişənin qeyri-müəyyən müddətədək dondurulmasıdır”. Bu isə faktiki olaraq Cənubi Qafqaz-da beynəlxalq hüquq normalarının iflic edilməsi deməkdir. Çünki heç bir dövlət 20 illik münaqişənin tarixində beynəlxalq hüququn normalarına müraciət etməmişdir. Bu praktika isə yaxın zamanda Avropanın özündə əks-sədasını verəcək. Çünki siyasi müstəvidə, tibbi terminlə desək, belə “bədxassəli şişin” qarşısı vaxtında alınmırsa, onun bütün dünyaya yayılma ehtimalı labüddür.

Məlumdur ki, Ermənistan işğalçılıq mövqeyində dayanmaqla çox şey iti-rib və itirməkdə də davam edir. Artıq bunu erməni cəmiyyəti də başa düşür ki, Azərbaycansız Ermənistanın gələcəyi yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ müharibəsi Azərbaycana nə qədər böyük zərbə vurubsa, o qədər də Cənubi Qafqaza zərbə vurub: “Bu münaqişə nə qədər davam edərsə, bütövlükdə Avropa dəyərlərinə ciddi zərbədir. Qəbul edil-miş qərarların həyata keçirilməsi üçün danışıqların davam etdirilməsi zəruridir və eyni zamanda Azərbaycanın bir haqqıdır ki, öz torpaqlarını həmin qərarlara əsaslanaraq işğaldan azad etsin”.

Düşünürük ki, Azərbaycan öz tarixi missiyasını yerinə yetirərək Qafqazda sülhü bərqəqar edəcək və bu məsələdə Avropa İttifaqı Azərbaycana hərtərəfli dəstək verərək həm də Avropada təhlükəsizliyə və sabitliyə töhfə verəcəkdir.

Page 36: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

36

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Prezidenti İlham Əliyevin 28 May – Respublika Günü münasibətilə nitqi // “Dirçəliş XXI əsr” jurnalı, № 110-111, Bakı, 2007, s.37.

2. Mehdiyev R. Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti / “Azərbaycan” qəzeti, 16 yanvar 2008-ci il.

3. Алиев Б. Некоторые вопросы типологии личности политического лидера// “BDU-nun xəbərləri” jurnalı, № 3, 2009, s. 165-174.

4. Бжезинский З. Великая шахматная доска. М., 2002.5. Мехтиев Р. На пути к демократии: размышляя о наследии. Баку, 2007.6. Тойнби А. Постижение истории. М., 1991.7. Тоффлер Э. Третья волна. М.: АСТ, 2010.

Bakhtiyar AliyevExhausted romantics of politics (socio-psychological approach) In the late 20th century and early in the 21st century, the idea of «hu-

manism» emerged as one of the mainstream trends of the global political thought of the world. After the dissolution of the Soviet Union, the bipolar political system of the world transcended to multipolar global order. Thus, the powerful countries have been set a target to keep the foreign policy of the newly founded or developing countries at bay, as a main objective of their national security concept. The major goal is to prevent the emergence of new powerhouses, absolute re-division of the new global market and if it is pos-sible to weed out current opponents.

One of the main points of the foreign policy pursued by the Republic of Azerbaijan in recent years is becoming an actor not only in South Caucasus, but also in Europe and world arena. The position stems from the consequen-ces of politico-legal, economic reforms and political accomplishments refer-ring to these reforms.

Today Azerbaijan serves as a conduit between the West and the East. In fact, as a full and equal member of European family, Azerbaijan has become the state capable of fundamentally intervening processes in the world and Eu-rope. However, Armenia-Azerbaijan Nagorno Karabakh Conflict, the problem that hinders the expansion of Azerbaijan's contribution to global economy, distribution of the fruits of cooperation among the all nations, as well as inter-national community has not been solved yet.

The author concludes that Azerbaijan is bound to establish peace in the Ca-ucasus fulfilling his historical mission and by supporting Azerbaijan’s policies, European Union can contribute to security and stability in European continent.

Page 37: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

37

Бахтияр АлиевРомантика исчерпанной политики (социально-психологический

подход)

В конце ХХ - начале XXI веков гуманизм превратился в глобальное идейное течение. После распада СССР, существующая в мире биполярная политическая система начала приобретать многополярный характер. В сложившейся ситуации, основным направлением концепции националь-ной безопасности в сильных государствах стала нейтрализация новых си-ловых центров, распределение ресурсов мирового рынка и по мере воз-можности, вытеснение существующих конкурентов.

В статье отмечается, что за годы независимости Азербайджан превра-тился в ведущего игрока не только на Южном Кавказе, но и на мировом политическом пространстве. Результатом этого явились реализованные за последние десять лет политико-правовые и экономические реформы.

Сегодня Азербайджан является точкой стечения интересов Востока и Запада. Реальность такова, что Азербайджан, являясь в целом равно-правным членом европейской семьи, превратился в государство, которое имеет возможность влиять на процессы, происходящие в политическом пространстве мира.

Однако большему вкладу Азербайджана в мировую политику и эко-номику препятствует армяно-азербайджанский Нагорного Карабахский конфликт, который до сих пор остается неразрешенным.

Автор надеется, что мировое сообщество всесторонне поддержит Азербайджан в его исторической миссии установления мира на Кавказе и поддержания безопасности и стабильности в Европе.

Page 38: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

38

Page 39: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

39

Açar sözlər: modernləşmə, xronopolitoloji yanaşma, siyasi modernləşmə, siyasi zaman, inkişaf modelləri, postmodern nəzəriyyə

Key words: modernisation, chronopolitical approach, political modernization, political time, development models, postmodern theory

Ключевые слова: модернизация, хронополитический подход, полити-ческая модернизация, политическое время, модели развития, постмо-дернистская теория

Siyasi modernləşmə

proseslərinə xronopolitoloji

baxış - yeni analitik metod kimi

Elnur ASLANOV

siyasi elmlər üzrə fəlsəfə doktoru

[email protected]

Page 40: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

40

Giriş

Tarixi zaman, siyasi transformasiyalar və inkişaf prosesləri bir-biri ilə sıx bağ-lı olan fenomenlərdir. Siyasi sistemlər konkret məkanlarda fəaliyyət göstərir və burada müxtəlif məzmunlu təkamül və dəyişikliklər konkret zaman müddətində baş verir. Daha bir mühüm məqam ondan ibarətdir ki, dövlətçilik tarixində za-manın gedişini dəyişə bilən, onun yeni tarixini yaradan lider şəxsiyyətlər bu-rada həlledici rol oynayır. Hər bir dövlət dünya tarixindəki tutduğu yerinə görə öz tarixi liderlərinə borcludur [1].

Siyasi dinamikanın təhlilində zaman aspektinin önə çəkildiyi yeni nəzəri ya-naşma - xronopolitoloji baxış son dövrlərdə formalaşmağa başlasa da, hazırda tədqiqatçıların diqqətini cəlb etməkdə və geniş yayılmaqdadır.

Siyasi tarixin tədqiqinə xronopolitoloji baxış dünya ictimai-siyasi fikrində mövcud olan təsəvvürlər zəminində yaranmışdır. Onun politolioji elmin yeni istiqaməti kimi status qazanması və artıq özünü təsdiq etməsi qlobal miq-yasda baş verən siyasi transformasiyaların təhlilində yeni mövqe və baxış bucağını aşkarlamasında siyasi biliklərin diferensiasiyası və inteqrasiyası ilə şərtlənmişdir. Bu və ya başqa səviyyədə qlobal və milli siyasi tarixin dinamika-sında həm ümumi, həm də birmənalı olmayan fərqli meyillər baş verir ki, bu-nun da başlıca səbəbi kimi qloballaşma dövrü çıxış edir. Müasir dünya və kon-kret dövlətlərin siyasətini tədqiq edərkən, baş verən dəyişikliklərin mahiyyət və perspektivlərinin dərk edilməsi mərkəzi yerdə durur. Ötən əsrin sonlarından başlayan qlobal dəyişikliklərin müəyyən mənada “posttransformasion” dün-ya düzəninə istiqamət alması yeni siyasi reallığı formalaşdırmışdır. Bu da öz növbəsində proseslərə yeni baxışların tətbiq edilməsini şərtləndirmişdir.

Xronopolitoloji baxış nəzəri politologiyanın yeni istiqamətidir

Xronopolitologiya nəzəri politologiyanın yeni istiqaməti olub, siyasi tari-xin və reallığın zaman ölçüsünün (temporal aspektinin) tədqiqi ilə bağlıdır. Bu istiqamət çərçivəsində dünya siyasi proseslərinin mahiyyəti, milli quruculuq siyasəti, lider şəxsiyyəti və onun “siyasi zaman” duyumu, müxtəlif xalqların si-yasi təşkilatlanma təcrübəsi zaman amili baxımından müzakirə edilir.

Adından göründüyü kimi, xronopolitoloji yanaşma siyasətdə “zaman”, “temporallıq” xüsusiyyətini, “dövlətçilik və siyasi zaman münasibətlərini” tədqiq etməyi ön plana çəkir. Həm də burada söhbət siyasi tarixdə və real-lıqda universal-qlobal, həm də milli-lokal zamanların nə dərəcədə bir-biri ilə səsləşməsindən, proseslərin nə üçün sinxron və ya (yoxsa) asinxron formada baş vermə səbəblərinin aşkara çıxarılmasından gedir.

Xronopolitologiyanın (chronopolitics) daha geniş mənada “tarixi politolo-giya” (historical politology), yaxud da “temporal politologiya” kimi anlamı da məlumdur. Xronopolitologiya başqa sözlə “makrosiyasi tarixi yanaşma” kimi də başa düşülə bilər. Bu halda dünya siyasi xəritəsində mövcud olan dövlətlərin təcrübəsinə epoxal nəzər salmaq, nə üçün onlardan bəzilərinin Arnold Toynbi-

Page 41: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

41

nin müəllifi olduğu “Çağırış-Cavab” formulunun sınağından uğurla çıxa bilməsi, digərlərinin isə “xronopolitik pauzada” ətalətə qərq olaraq tarixin autsayderinə çevrilməsi kimi suallara da cavab almaq olur.

Digər son dərəcə maraqlı məsələ isə siyasətin, daha doğrusu, siyasətçi li-der şəxsiyyətinin zamana münasibəti, tarixin hər hansı xalqa verdiyi zaman fürsətini onun necə reallaşdıra bilməsi, başqa sözlə desək, siyasi liderin “zaman duyumunu, fəhmini” izləməyə və təhlil etməyə şərait yaratmasıdır.

Xronopolitoloji yanaşma siyasi zamanı önləyən, gələcəyə hesablanan stra-tegiyanın həyata keçirilməsini diktə edir. Dövlətçilik siyasətinı yaşanılan za-manın çağırışlarına və gələcək perspektivlərə uyğun olaraq qurmaqla qlobal rəqabətdə üstünlük əldə etmək məhz strategiyanın müəyyən edilməsini tələb edir. Eyni zamanda o, siyasi sistemin mərhələ və fazalarını zaman fokusunda, qarşılıqlı bağlılıqda təhlil etməklə, gələcək diaqnozunu verməyə imkan yaradır.

“Xronopolitologiya” termini ilk dəfə fransız postmodernizm məktəbinin təmsilçisi, tanınmış filosof və arxitektor, hazırda İsveçrədə Avropa Ali Məktəbinin professoru olan Pol Virilionun təsis və nəşr etdiyi “Tənqidi məkan” (“L’Espace Critique”) adlı jurnalda tətbiq edilmiş və geniş elmi dövriyyəyə daxil olmuşdur.

P.Virilionun bir sıra əsərlərində yeni za-man konsepsiyasının, siyasi fəlsəfəsinin bəzi məqamlarına nəzər salmaqla bu anla-yışı hansı məqsədlə elmə gətirməsini başa düşmək olar [11; 12; 13; 14; 15].Yeni baxışın təməlini “sürət, sürətli zaman” anlayışı təşkil edir: “Sürət postmodern zamanın ən böyük sərvəti, xəzinəsidir. Reallıq artıq “zaman və məkan” anlayışları ilə birlikdə başa düşül-mür və yalnız “virtual (işıq sürətli) zaman-dan” ibarətdir” [10].

O, bəşəriyyətin həyatını tənzimləyən ənənəvi - “keçmiş, indi və gələcək”, eləcə də “təqvim” formatlı xronologiyanın dünyada siyasi proseslərin sürətlənməsi fonunda yenidən nəzərdən keçirilməsini təklif etmişdir. P.Virilio həmçinin “sürətdən ibarət olan məkan” anlayışını geniş müzakirə etməyi zəruri hesab etmişdir. P.Virilioya görə, “sürətə hakim olmaq elə hakimiyyətə gətirib çıxarır”. O, “Sürət və siyasət” əsərində yeni siyasi fəlsəfəsini yunan sözü olan “dromos” (sürət) sözü ilə “dromokratiya” (sürətin hakimiyyəti) və ya “dromolo-giya” adlandırırdı [13].

Qeyd etmək lazımdır ki, P.Virilio yeni siyasi məkan, informasiya faktoru və informasiya müharibəsi kimi mövzuları da ilk dəfə dərindən dərk etməyə cəhd edən müəlliflərdəndir. Beynəlxalq birliyin yeni siyasi məkanda birgəyaşayış münasibətlərinin müəyyən etməsinin vacibliyini vurğulayan alim yazır: “XX

Xronopolitologiya nəzəri politologiyanın yeni istiqaməti olub, siyasi tarixin və reallığın zaman ölçüsünün (temporal aspektinin) tədqiqi ilə bağlıdır. Bu istiqamət çərçivəsində dünya siyasi proseslərinin mahiyyəti, milli quruculuq siyasəti, lider şəxsiyyəti və onun “siyasi zaman” duyumu, müxtəlif xalqların siyasi təşkilatlanma təcrübəsi zaman amili baxımından müzakirə edilir.

Page 42: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

42

əsrin sonlarında nüvə silahının (atom bombasının) tətbiq edilməməsi üçün beynəlxaq münasibətlərdə “qorxu tarazlığı” strategiyası mövcud idi. Hazırda yaranan yeni “informasiya silahı” (“informasiya bombası”) nüvə silahını artıq sıxışdırmağa nail olsa da, onun məhdudlaşdırılması ilə bağlı heç bir strategiya mövcud deyil [14]. P.Virilio informasiya müharibəsini “işıq sürətli müharibə” adlandırır və real məkanın virtual zaman tərəfindən arxa plana keçirilməsini xüsusi vurğulayır: “Yeni müharibə “işıq (informasiya) sürətli” müharibədir və ən təhlükəli meyildir” [15]. Bu və digər fikirlər onun “siyasət və zaman” münasibətlərini, siyasi tarixə zaman aspektindən baxmağın zəruriliyini önə çəkən yeni anlayışın politologiyaya gətirilməsini şərtləndirmişdir.

P.Virilionun “xronopolitologiya” anlayışının taleyi uğurlu olmuş, onun yeni elmi konsepsiya kimi formalaşması prosesi, predmetinin müəyyən edilməsi barədə müzakirələr indi də davam edir. Bu sahədə ilk akademik əsərlər isə ötən əsrin sonlarında - 80-90-cı illərdə işıq üzü görmüşdür. Dün-ya siyasi proseslərinin zaman faktoru ətrafında araşdırılmasına amerikalı alim G.Modelski ilk tədqiqatlarını həsr etmişdir. O, politologiyada mərkəzində za-man aspektinin durduğu analitik tədqiqat metodunun potensialından istifadə etməyin zəruriliyini vurğulamışdır [8; 9].

Digər alimlər – “dünya sistemləri” nəzəriyyəsinin yaradıcısı İ.Vallerstayn “zaman-məkan reallığı”nın (Time Space realities), K.Dark dəyişikliklər dalğası-nın, R.Mansbax və başqaları isə zaman paradiqmasının siyasi elmin əsas anla-yışlarından biri kimi qəbul edilməsini təklif etmişlər [6; 7; 16].

Cəmiyyətin siyasi sisteminə xronopolitoloji baxışın əsas məzmununu ifadə etmək istəsək, qeyd edə bilərik ki, bu, siyasi tədqiqatlarda siyasi proseslərin, münasibətlərin, dövlətin təşkilatlanma formalarının siyasi zaman prizma-sından nəzərdən keçirilməsini önə çəkən yeni analitik metoddur. Bu metod özündə proseslərin gedişində zaman fenomenini dərk etməyi nəzərdə tutan həm nəzəri-strateji, həm də təcrübi-taktiki prinsipləri cəmləyir. Eyni zamanda o, siyasi tarix və “real politik” formatında siyasi ritm və xronoqrafiyanı, dünya arenasında, milli məkanlarda siyasi liderlərin, qlobal güclərin, qüvvələr balan-sının, modernləşmə mərhələlərinin, faza və dalğaların bir-birini əvəzləməsini zaman fokusundan izləməyə imkan verir. Həmçinin siyasətin universal qanuna-uyğunluqlarının, siyasi sistemin təşkilatlanmasının keyfiyyət amillərinin zama-nın sınağından necə çıxması, uğurlara nail olması məsələsinə aydınlıq gətirir.

Xronopolitoloji yanaşma digər metodları da özündə sintez etməyə, siyasi inkişaf və dəyişikliklərə dair klassik, ənənəvi və yeni yanaşmaları, “keçmiş, indi və gələcək” formulunu da inkar etməyərək, proseslərin çoxçalarlılığını, qeyri-müəyyənliyini və dinamikasını izləməyə imkan verir. Beləliklə də, xronopolito-loji sintez siyasi dəyişikliklərə dair konsepsiyalar arasında mövcud olan fərqli və əks mövqelərin zaman aspektində aradan qaldırılmasına şərait yaradır.

“Siyasi zaman” kateqoriyasının dünya siyasətinə dair nəzəriyyələrin mü-hüm komponenti kimi götürülməsi, vurğulanması dəyişiklik mərhələlərinin nəinki keçmişini, eləcə də indiki mərhələsini təhlil etmək əsasında gələcəyə dair proqnozların irəli sürülməsinə imkan yaradır. Məhz bu cəhətlərinə görə

Page 43: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

43

onun ümumi siyasi nəzəriyyə çərçivəsində özünəməxsus yer tutması artıq şübhə doğurmur.

XXI əsrdə siyasi xəritənin “məkan ekspansiyası”cəhdlərinin birmənalı olaraq mümkünsüz olması bir reallıqdır. Bu baxımdan siyasi rəqabətdə əsas vurğu yenə də “zamanı önləmək, fəth etmək” (zamanın ekspansiyası) imperativinin üzərinə düşdüyü üçün yeni analitik metod - xronopolitoloji baxış tədqiqatçıların diqqətini cəlb edir. Yəni rəqabətədavamlı ölkə olmağın mühüm vasitələrindən biri siyasi zamandan ən rasional və optimal, həm də çevik və sürətli şəkildə istifadə etməyə nail olmaqdır.

Xronopolitologiya zamanı önə çəkməsinə baxmayaraq, məkan amilinin mühüm yer tutduğu geosiyasət elmi ilə ən sıx təmas nöqtələrinə malikdir. Yeni yanaşmanın digər konsepsiyalarla müqayisədə metodoloji üstünlükləri, prinsipləri aşağıda verilən sxemdə öz əksini tapmışdır:

Sxem: Nəzəri-politoloji baxışlar və onların metodoloji prinsipləri

Sxemdən göründüyü kimi, ümumi politoloji nəzəriyyədə siyasi sistemin tədqiqində tipoloji metod, geosiyasi nəzəriyyədə əsas prinsip məkan olduğu üçün müqayisəli metod, xronopolitoloji konsepsiyada isə zaman əsas prinsip olduğu üçün proseslərin təkamül və dinamikada izlənilməsi metodu əsas gö-türülür.

Ənənəvi metodologiyalar sürətlə dəyişən siyasi reallığı çevik və əhatəli təhlil etmək iqtidarında deyil. Bu baxımdan müasir siyasi elmdə də yeni ya-naşmaların ortaya çıxması təbiidir. Bəhs edilən yanaşma yeni olmaqla yana-şı, həm də müxtəlif metodların plüralizmini təmin edir. Hazırda politoloq və tədqiqatçılar tərəfindən siyasi dinamikanın müxtəlif xronopolitoloji konsepsi-yaları təqdim edilməkdədir. Ümumdünya siyasi prosesi və mili dövlətlərin siya-si inkişaf xüsusiyyətlərinin sistemli və əlaqəli şəkildə araşdırılması baxımından yeni baxış geniş tətbiq edilir. Bu gün Qərb-Avropa təhsil sistemində onun elmi fənn kimi tədrisinə mühüm yer verilir.

Qeyd edilən yeni yanaşmada ən mühüm məqamlardan biri də istər dün-ya, istərsə də milli səviyyədə siyasi modernləşmə proseslərinə xronopolitolo-ji yanaşmanın tətbiq edilməsidir. Modernləşmənin zaman hüdudları tarixən ölkədən-ölkəyə müxtəlif olmuşdur. Bir sıra Qərb cəmiyyətlərinin ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid müddəti daha az olmuşdur.

Page 44: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

44

Siyasi modernləşmə nəzəriyyələri çərçivəsində “müasirlik” anlayışı xronopolitoloji başa düşülən müasirliklə həmahənglik təşkil etmir

Ənənəvi yanaşmalarda cavab verilməsi mümkün olmayan bir sıra sualları yeni konsepsiya izah etməyə çalışır. Suallar isə çoxdur: Klassik modernləşmə dövründən fərqli olaraq XXI əsrdə hansı daha aktualdır – zaman, yoxsa məkan (ərazi) üzərində hökmranlıq? Modernləşən cəmiyyətlərdə müasir, yetkin cəmiyyət qurmaq nəyin sayəsində mümkün olur? İnkişafın düzgün modeli necə müəyyən edilir? Burada milyonlarla vətəndaşın əməyi sərf edilir, milli təbii və humanitar resurslar, insan kapitalı, sosial kapital səfərbər edilir. Bütün ölkələr bunlara rəğmən sonda birmənalı olaraq modernləşməyə nail ola bilirlərmi? Əgər cavab mənfidirsə, bu, konkret dövlətlərdə siyasi lider tərəfindən həm ta-rixi zaman fürsətinin itirilməsi, maddi və mənəvi itkilər, həm də inkişaf edən cəmiyyətlərdən əhəmiyyətli dərəcədə geri qalmağı və qət edilməsinə artıq heç bir ümid yerinin qalmadığı durumu şərtləndirir. Dünyanın qabaqcıl ölkələrinin qət etdiyi tarixi yol baxımından postmodern dövrə keçid modernləşmə proseslərinin davam etdiyi cəmiyyətlərə yenidən baxmağa vadar edir. Başlıca sual, təbii ki, modernləşmənin zaman faktoru ilə bağlıdır. Onun sürəti necə olmalıdır, bu yol ən çoxu və ya ən azı neçə il müddətinə qət edilməlidir? Siyasi modernləşməyə ölkədə neçə nəslin səyləri nəticəsində nail olmaq olar?

Suallar kimi cavablar da müxtəlifdir. Məsələn, qeyd edilir ki, Yaponiya təcrübəsində müharibədə dağılmış ölkənin dünyanın ikinci iqtisadiyyatına çevrilməsi kimi fövqəladə mürəkkəb problemin həlli cəmi bir nəslin həyat müddətində reallaşmışdır. Sonrakı, növbəti nəsil Yaponiyanı adambaşına düşən gəlir sahəsində dünyada birinci yerə çıxarmışdır.

Bu baxımdan modernləşmə proseslərinin zaman baxımından davamiyyəti, sonda müəyyən məqsədlərə nail olmaq və ya olmamaq məsələləri öz-özlüyündə təhlil tələb edən mühüm məqamlardır.

Qloballaşan dünyada siyasi modernləşmə proseslərinin tədqiqində yeni analitik metodun istifadə edilməsi mövcud təcrübənin nəzəri əsaslarını “siyasi zaman” amilini də nəzərə almaqla araşdırmağı zəruri edir. Siyasi modernləşmə proseslərinə xronopolitoloji baxış bir çox məqamlardan irəli gəlir. Burada keç-miş, indi və gələcəyin ümumi mənzərəsi və proseslərin inkişaf meyillərinin izlənilməsi ilə gələcəyə dair təsəvvürləri formalaşdırmaq, sivilizasiyanın gələcəyinə dair reallıq hissinə əsaslanan qənaətlər əldə etmək mümkün olur. Eyni zamanda tərəqqi anlayışının artıq ənənəvi başa düşülən mənası yenilənir. Ən vacibi isə bu cür yanaşma əldə edilən təcrübənin daha obyektiv dəyərləndirilməsinə imkan verir. Klassik və yeni demokratiya ölkələrinin eyni “zaman arşını” ilə ölçməyin düzgün olmadığını aşkara çıxarır. Siyasi zamanların ölkədən ölkəyə çoxçalarlı və çoxşaxəli axara malik olduğunu göstərir. Nəhayət, siyasi zamanın müxtəlif ölkələrdə alternativ variantlarda təzahür etməsini xüsusilə modernləşmə proseslərinin təhlilində müəyyən edir.

Başqa sözlə desək, bu yeni analitik metodun istifadə edilməsi modernləşmə nəzəriyyələrinin nə üçün bu dərəcədə müxtəlif olmasını və modernləşmə

Page 45: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

45

təcrübələrinin zaman parametrinə həssaslığını üzə çıxarır. Müasir dövrdə mövcud olan dövlətlərin nə üçün hamı-sının “müasir-modern” olmamasına, qlo-bal modern dalğasının çağırışlarına cavab verə bilməməsinə aydınlıq gətirir. Dünya birliyində qlobal və lokal (qlokal - U.Bek) modern mərhələsinin nə üçün çeşidli za-man templərinə və ritminə malik olmasına aydınlıq gətirir.

Xronopolitoloji yanaşmada müasir dövr “mürəkkəb zaman və mürəkkəb məkan” anlayışları ilə ifadə edilir. Onun səbəbi dün-ya dövlətlərinin müxtəlif məkanlarda, lakin eyni zamanda - bir-biri ilə yanaşı olan qlobal modern və postmodern zamanda mövcud olmasıdır. Bu, müxtəlif ölkələrin fərqli siyasi zaman duyumudur. Nəticə odur ki, bütün cəmiyyətlər heç də siyasi zamanı reallaşdırmaq potensialına, ba-carığına malik deyil. Zaman əvvəlki vaxtlarla müqayisəedilməz dərəcədə post-modern siyasi reallığın simvolu, atributudur.

Məsələ burasındadır ki, modern cəmiyyətlərin postmodernə transformasi-yasını təmin edən mexanizmləri başa düşmək nəzəri konseptuallaşma olmadan mümkün deyil. Belə ki, nisbətən son dövrlərdə ənənəvi cəmiyyət mərhələsindən yeni çıxmış və həmin an postmodern dövrə keçid vəziyyətində olan “yeni in-dustrial ölkələrin” təkamülü, eləcə də Şərqi Asiyanın (Yaponiya və s.) təcrübəsi onların təkamül spesifikasını izah edir. Bu ölkələr üçün postmodernə keçid həm də müasirliyə doğru hərəkətin bilavasitə davamı olmuşdur. Hər iki proses qarşılıqlı bağlılıq təşkil edir.

İnkişaf paradiqmalarının bu cür çulğaşması hazırda Azərbaycan üçün də səciyyəvidir. Bu mənada Azərbaycanda postmodernləşmə müasir dünyada gedən təkamül meyillərinin çoxşaxəli məcmusu, inkişafa mane olan ənənələrin tədricən tarixdə qalması və mütərəqqi təcrübədən bəhrələnmə kimi özünü büruzə verir.

Azərbaycanda siyasi modernləşmə proseslərinə xronopolitoloji yanaşmanın tətbiqi məsələləri

Azərbaycan əsrlər boyu tarixi-coğrafi mövqeyinə görə “geosiyasi konstan-ta” statusuna malik olmuşdur. XXI yüzillikdə onun bu statusda öz mövqeyini möhkəmlətməsi daha da uğurla davam edir. Azərbaycan dünyanın həm siyasi, həm də mədəni-mental “xəritəsində” özünəməxsus yerə malikdir.

Dövlətçilik tarixinin son bir əsrdən çox dövrü həm də modernləşmə1 tarixi olmuşdur. Bu proses heç yerdə asan və rəvan keçməmiş, miqyaslı sosial part-

1 Modernləşmə ən ümumi mənada, ümumavropa kontekstində götürüldükdə, orta əsrlərin son mərhələsində Avropadan başlanğıcını götürmüş ənənəvi cəmiyyətlərin müasir, “rasional sivilizasiyaya” çoxşaxəli və müxtəlif formalı keçidini ifadə edən proses kimi başa düşülür.

Azərbaycan əsrlər boyu tarixi-coğrafi mövqeyinə görə “geosiyasi konstanta” statusuna malik olmuşdur. XXI yüzillikdə onun bu statusda öz mövqeyini möhkəmlətməsi daha da uğurla davam edir. Azərbaycan dünyanın həm siyasi, həm də mədəni-mental “xəritəsində” özünəməxsus yerə malikdir.

Page 46: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

46

layış və inqilablara səbəb olan gərgin münaqişələrlə müşayiət edilmişdir. Bu proseslər Azərbaycanda da bu mənada istisnalıq təşkil etməmişdir.

Başlıcası odur ki, Azərbaycan son əsrlərdə modernləşmə səylərini yalnız Qərb-Avropa sivilizasiyasına daxil olmaq naminə deyil, öz dövlətçiliyini inkişaf etdirmək, möhkəmləndirmək, yaşatmaq və dünya birliyində öz yerini tutmaq yönündə davam etdirmişdir. Bu baxımdan, Azərbaycanda son bir əsrdən çox müddətdə siyasi modernləşmənin genezisinə və dalgalarının özünəməxsus cəhətlərinə daha dərindən nəzər salmaq lazım gəlir. Bu, həmin dalğaların həm dövlətimizin, həm də politoloji elmimizin indisi və gələcəyi üçün hansı əhəmiyyətə malik olduğunu aşkar etmək üçün önəmlidir.

XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində baş verən köklü dəyişikliklər təkcə dünyada cərəyan edən siyasi toqquşmaların nəticəsi deyil, həm də azərbaycanlıların o zamankı nəslinin siyasi modernləşmə meyillərinə həssaslığının təzahürü olmuşdur. XIX əsrin sonlarından başlayan “neft bumu” və Şərqdə ilk demokratik cümhuriyyətin yaranması ilə baş verən sənayeləşmə və modernləşmə prosesləri nəhəng ictimai və siyasi çevrilişlərə yol açmışdır. Ötən əsrin əvvəllərində baş verən bütün dramatik tarixi hadisələrə rəğmən müxtəlif imtiyazlı təbəqələrin və patriarxallığın üstünlük təşkil etdiyi bir cəmiyyətin yerində ilk dəfə universal demokratik dəyərlərə oriyentasiya alan, sürətli urbanizasiyanın və sənayeləşmənin getdiyi, daha dinamik inkişafa me-yilli cəmiyyət formalaşmışdır.

Azərbaycanda dövlətçilik və yeni müstəqillik tarixinin yaradılması, XX əsrin sonları və XXI əsrin əvvəllərini əhatə edən siyasi zaman müddətində qət edilən böyük yolun tədqiqinə yeni metodoloji yanaşmanın tətbiq edilməsi aktual ol-duğu qədər də yeni məqamları aşkar etməyə imkan verir. Milli politoloji elmdə yeni yanaşma hələlik geniş təhlil mövzusu olmasa da, Azərbaycanda milli qu-ruculuq və inkişaf proseslərinin politoloji tədqiqi sahəsində “zaman amilinin, siyasi zamanın” vacibliyinin nəzərə alınmasını vurğulayan əsərlər işıq üzü gör-müşdür [2; 3; 4; 5].

Qeyd edilən əsərlərdə siyasi zaman amilinin ölkənin siyasi sistemi-nin müasirləşməsində əhəmiyyəti, son illərdə qısa zaman intervalında əsrə bərabər yolun qət edilməsi, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsi, ictimai-siyasi həyatda baş verən proseslərin dərin elmi-siyasi təhlili öz əksini tapmışdır. O da vurğulanmışdır ki: ““Sürət sim-volu” ilə səciyyələnən iyirmi birinci yüzillikdə inkişafın başlıca meylinə çevrilən qloballaşma dalğası xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qar-şısında zamanla ayaqlaşmaq, onun çağırışlarına uyğun siyasət yeritmək, müa-sir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm tələblər qoymuşdur”.

Azərbaycan dövlətçiliyi, onun siyasi sistemi XX əsrdə və XXI əsrin əvvəllərində təsəvvüredilməz transformasiyalardan keçmişdir. Qeyd edilənlər baxımından Azərbaycan dövlətçilik tarixinə, konkret olaraq, siyasi sistemin modernləşməsinə xronopolitoloji yanaşma onun daha obyektiv dəyərləndirilməsinə, uğurları şərtləndirən amilləri üzə çıxarmağa imkan verir. Milli quruculuğun Azərbaycan

Page 47: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

47

təcrübəsi modelinin xüsusiyyətlərinin dərindən izah edilməsində, xüsusilə Azərbaycanın ən yeni siyasi tarixinin, inkişaf və transformasiyaların tədqiqində fərqli yanaşma kimi xronopolitoloji yanaşma çox dəyərlidir. Bu yanaşma siyasi dəyişikliklərin zaman mərhələlərinin miqyasına, obyekti və subyektinə, trans-formasiya formalarına yeni baxışa əsaslanır.

Yekunlar

Müstəqillik illərinin yekunlarının zaman və sürət aspektində təhlili göstərir ki, zamana həssas olan siyasi liderlərin fəhmi sayəsində dinamik inkişaf templəri milli məqsədlərə cavab vermişdir. Uğurların həlledici səbəblərindən biri məhz çeviklik və sürət olmuşdur. Postsovet məkanında milli quruculuğa işğalçı müharibə şəraitində, ən ağır start imkanları ilə başlayan ölkə inkişafın lideri səviyyəsinə yüksəlmişdir. Qarşıya qoyulan hər bir məqsəd ümummilli layihə, dövlət proqramları kimi müəyyən edilmiş, həyata keçirilmiş, son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. Beləliklə də, ən yeni tariximizə xronopolito-loji baxış məhz bu məqamların aşkarlanmasını və düzgün qiymətləndirilməsini təmin edir.

Yeni yanaşmada Azərbaycan dövlətçilik tarixinin, siyasi sisteminin inkişafın-da daha bir qanunauyğunluğun aşkarlanmasına nail ola bilərik. Belə ki, dünya iqtisadi və siyasi sistemində baş verən proseslərlə Azərbaycanda gedən siya-si modernləşmə prosesinin qarşılıqlı təsirinin dərk edilməsi heç də o demək deyil ki, burada daxili siyasi inkişafın həlledici rolu xarici faktorlardan asılıdır. Azərbaycan müstəqil daxili siyasət həyata keçirir və əldə edilən qələbələr onun məhz beynəlxalq aləmdə də nüfuzunu və uğurlarını təmin edir. Düz-gün xarici siyasət bu proseslərə təkan verir. Həmçinin qeyd edilən qarşılıqlı əlaqələrin dərk edilməsi Azərbaycanda siyasi modernləşmənin yaxın və uzaq perspektivlərinə yeni baxışla nəzər salmağa, hətta müəyyən mənada gələcək fazalarını və mərhələlərini proqnozlaşdırmağa imkan verir.

Siyasi sistemin zaman müddətində forma və mahiyyətcə dəyişməsi davamlı prosesə çevrilmişdir. On il əvvəlki və iyirmi il sonrakı sistem arasında böyük fərqlər, mütərəqqi dəyişikliklər məhz bu baxımdan önəmlidir. Bu olmadığı hal-da institusional transformasiyalar və modernləşmə haqqında danışmaq müm-kün deyil.

Azərbaycanda 1993-2003-cü illərdə demokratik istiqamətli siyasi modernləşməyə keçid dövrünə və ilkin fazasının həyata keçirilməsinə qədəm qoyulmuş, onun bütün istiqamətlərdə təməllərinin möhkəmləndirilməsinə nail olunmuşdur. 2003-2013-cü illərdə isə dinamik inkişaf və siyasi modernləşmənin bütün sahələrdə həyata keçirilməsi nəticəsində onun yekun fazasına keçid baş tutmuşdur. Bununla belə, qeyd edilən bu siyasi modernləşmə dövrlərinin, təbii olaraq, daha təfərrüatla araşdırılmasına ehtiyac var. Lakin bütövlükdə bu xro-nologiya keçilən obyektiv yolun mənzərəsidir. Onlara əsasən demək olar ki, Azərbaycan dövlətçiliyinin XX əsrdə və XXI əsrin əvvəllərində həlledici siyasi inkişaf mərhələlərini müəyyən etmək mümkündür.

Page 48: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

48

Qeyd edilən dövrlərin müddəti də fərqlidir. Bu zaman müxtəlifliyini şərtləndirən başlıca səbəb isə baş verən ictimai-siyasi proseslərin miqyası, mürəkkəbliyi, əhatə dairəsi və dərinliyi, bütövlükdə modernləşmənin ümumi dinamikasını şərtləndirən daxili və xarici faktorların qarşılıqlı təsiridir.

İstənilən dövlətin milli quruculuq strategiyası reallığın təhlili əsasında yaxın və uzaq gələcəyin dövlətçilik modelini özündə bütövlükdə əks etdirir və etdirməlidir. Yeni modelin yaradılması konkret milli layihələrin müəyyən edilməsindən başlanır. Ölkənin indiki və gələcək inkişaf modelini təqdim edə bilən, bu modeli konkret milli layihələrlə mərhələli və pilləli şəkildə həyata keçirən siyasi lider və onun təmsil etdiyi siyasi qüvvə isə milli siyasi məkanda aparıcı qüvvəyə çevrilir. Hər bir ölkədə modernləşmə strategiyası və prosesləri son nəticədə postmodern inkişafa keçid almaq üçün zəruri olan təməl əsaslar yaratmalıdır. Əks təqdirdə, ümumiyyətlə, inkişaf prosesləri mənasını və məqsədini itirir. Bu baxımdan milli inkişaf modeli həm də prosesləri önləyə bilən və sabaha ünvanlanan layihələrlə həyat keçirilir. Azərbaycan Respubli-kasının Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası postmodern mərhələdə siyasi modernləşmənin yaxın gələcək üçün modeli kimi çıxış edir.

Qeyd edilən analitik metodun Azərbaycanda siyasi modernləşmə proseslərinə tətbiqi məhz onun bir-birini əvəzləyən müxtəlif mərhələlərinin yaxın perspektivlər üçün dinamikasını ehtimal etməyə, qarşıdakı mərhələlərin daha mürəkkəb, eyni zamanda nəticələrinin daha möhtəşəm olacağını söyləməyə əsas verir. 1993-cü ildən başlayan modernləşmə xəttinin Azərbaycanı beynəlxalq birliyin bərabərhüquqlu dövlətləri sırasına daxil olmasını, müstəqil milli quruculuq missiyasının həyata keçirilməsini təmin etməsi həmin xəttin bu gün davam etdirilməsi nəticəsində siyasi sistemin postmodern-yüksək inkişafa malik olan dövlətlər sırasına daxil olacaq mərhələni də reallığa çevirəcəyinə böyük əminlik yaradır.

Nəticə:

Azərbaycanda modernləşmə proseslərinə yeni baxışla aşkarlanan əsas qənaətlər nədən ibarətdir? Ölkəmizdə milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini

təşkil edən siyasi modernləşmə proseslərinə yeni baxış geniş tədqiqatların mövzusudur və bir məqalə çərçivəsində tədqiqi qeyri-mümkündür. Bununla belə, aşağıdakı bəzi ümumi müddəalara nəzər salmaqla xronopolitoloji meto-dun aşkarladığı məqamları görmək olar: • Azərbaycan Şərq məkanında zamanın çağırışlarına, dünyada yaşanılan siyasi

zaman və dəyişikliklərə ən həssas münasibəti ilə fərqlənmiş, modernləşmə və demokratikləşmə kimi qlobal trendlərin Şərqdə ilk dəfə reallaşma təcrübəsinin baş verdiyi ölkə olmuşdur. Ölkəmizdə modernləşmənin dün-yada mövcud olan təcrübəsi ilə ümumi cəhətləri olsa da, eyni zamanda

Page 49: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

49

o, konkret hallarda özünəməxsus xüsusiyyətləri ilə də fərqlənmişdir. Ötən əsrdə Azərbaycanın siyasi modernləşmə tarixinin səciyyəvi xüsusiyyəti irəliyə doğru atılan addımların tamamilə əks proseslərlə əvəzlənməsi, modernləşmədə fasilələrin yaranması, əldə edilən nailiyyətlərin zərbə al-tında qalması olmuşdur. Eyni zamanda burada ənənəvi cəmiyyətin dayaq-larının laxlaması və müasir dövlətin formalaşması prosesləri xüsusilə ağrılı və ziddiyyətli olmuş, XX əsrdə hətta fəlakətli keçmişdir. Ölkədə bir əsrdə bir neçə siyasi quruluş bərqərar olmuşdur.

• Azərbaycanda modernləşmənin ən mühüm xüsusiyyətlərindən biri də on-dan ibarətdir ki, bir tərəfdən ölkədə mövcud olan siyasi sistem və ənənəvi cəmiyyətə adekvat olan dəyərlər sistemi baş verən qlobal transformasi-yalar gedişində qəfil dağılmağa məruz qalmışdır. Digər tərəfdən isə ta-rixi paralellər aparılarsa, ölkəmizdə siyasi sistemin yaşadığı dəyişikliklər prosesi presedenti olmayan “klassik modernləşmə” adlandırılan proseslərin hətta ən müxtəlif variantlarından heç birinə uyğun gəlməmişdir. Beləliklə, ərazi bütövlüyünün pozulması, işğalçı və təcavüzkar müharibə şəraitində milli qu-ruculuq missiyasına başlanılmışdır.

• Qeyd edildiyi kimi, siyasi modernləşmənin Şərq-müsəlman məkanında ilk dəfə başlamasına baxmayaraq, müxtəlif səbəblərdən fasilələrin yaranması və zaman baxımından ləngiməsinın qarşı-sı alınmış, nəhayət, XX əsrin sonlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs və onun hazırda yüksək səviyyədə davam etdirilməsi sayəsində dünyada rast gəlinməmiş sürətlə irəliləməsinə nail olunmuşdur.

• 1993-cü ildən başlayan tarixi mərhələdə dövlətçiliyin taleyi sual altında idi və proseslərin ən fəlakətli ssenari üzrə getməsi bir reallıq idi. Azərbaycan özünü təsdiq edərək dünya birliyinin bərabərhüquqlu obyekti statu-sunu bərpa etdi. Belə bir tarixi məqamda dövlətçiliyi xilas etmək üçün modernləşmənin bir dalğası çərçivəsində ilk baxışda həlli qeyri-mümkün görünən fövqəlmürəkkəb problemlərin dəf edilməsinə qadir siyasi lide-rin - ümumilli lider Heydər Əliyevin xalqın tələbi ilə rəhbərliyə qayıtması dövlətçiliyin üzləşdiyi tarixi çağırışlara cavab verməyi təmin etdi.

• Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyası əsrlər boyu xalqımızın neçə nəsillərinin arzusu olan müstəqilliyin təməlinin qoyulması və möhkəmləndirilməsi üçün ilk növbədə gələcəyə hesablan-mış siyasi kursu ənənəyə çevirmişdir. Zamanın çağırış və prioritetlərini

Qeyd edilən zaman intervalında Azərbaycanda modernləşmə proseslərinin uğurunu həm də belə bir amil təşkil etmişdir ki, onun hər bir dalğası çərçivəsində heç bir ölkədə həyata keçirilməsi mümkün olmayan miqyaslı məsələlər həllini tapmış, tarixi fürsətdən maksimum istifadə edilmiş, zamanın Azərbaycanın xeyrinə işləməsi təmin edilmişdir.

Page 50: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

50

düzgün müəyyən edərək hədəfə almaq, onları konkret milli proqram və layihələrlə icra etmək müstəqilliyin əldə edildiyi siyasi zamandan maksi-mum bəhrələnməyə imkan vermişdir.

• Dünya sistemində baş verən dəyişikliklərlə əlaqəli götürüldükdə Azərbaycanda da siyasi modernləşmə proseslərinin müəyyən məntiqi və struktur ardıcıllığını, onun mərhələ və dalğalarının ümumdünya inkişa-fının mütərəqqi məzmunlu dalğaları ilə ardıcıl olaraq səsləşən nisbətini müəyyən etmək, bir çox hallarda isə dövlətimizin müasir cəmiyyətə doğru inkişaf yolunda üzləşdiyi qəfil dönüşlərin və qeyri-müəyyən hadisələrin iza-hını tapmaq olar.

• Modernləşən cəmiyyətlərdə milli sosial-siyasi inkişafın dalğaları ilə ümum-dünya inkişafının dalğaları qarşılıqlı təsirdə olur. Eyni zamanda bir daha vur-ğulamaq lazımdır ki, aşkar edilən qarşılıqlı bağlılıq və təsirlər heç bir vəchlə Azərbaycanda siyasi modernləşmə proseslərinin daxili amilləri və potensia-lının həlledici əhəmiyyətə malik olmasını zərrə qədər də olsa nəinki azalt-mır, əksinə onların taleyüklü statusunu daha da çoxaldır.

• Azərbaycan dövlətçiliyinin qurulmasında “siyasi lider - zaman münasibətləri” birmənalı həlledici əhəmiyyətə malik olmuşdur. Dünya iqtisadi və siyasi sistemində baş verən proseslər, yaşanılan siyasi zaman müstəsna olma-dan bütün cəmiyyətlərə təsir edir. Adı çəkilən məşhur ingilis alimi Arnold Toynbinin dediyi kimi, siyasi zaman öz “çağırışlarını” irəli sürür. Lakin həmin çağırışlara “cavablar” da müstəsna olaraq daxili faktorlardan asılı olaraq müəyyən edilir.

• A.Toynbi formulu Azərbaycana tətbiq edildikdə məlum olur ki, daxili faktor ilk növbədə siyasi lider və onun formalaşdırdığı siyasi elita faktoru olmuş-dur. Dövlətçilik tarixində “siyasi lider - zaman münasibətləri”ndən ölkədə modernləşmənin sonrakı taleyi bilavasitə asılı olmuşdur. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyası islahatlar dalğası-na təkan verməklə müstəqilliyin təməlini qurdu. Azərbaycan öz dövlətçilik tarixində ilk dəfə dönməz və əbədi müstəqilliyinin əsaslarını yaratdı və möhkəmləndirdi, cəmiyyət köklü surətdə dəyişən yeni reallığa tədricən uy-ğunlaşdı və modernləşmə istiqamətində ardıcıl olaraq irəliləməyə başladı.

• 2003-cü ildən etibarən həyata keçirilən modernləşmə proseslərini səciyyələndirən başlıca xüsusiyyəti və simvolu ayırd etmək istəsək, bu, sürət və zaman faktorudur. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi inkişafının yeni mərhələsinə və modernləşmənin yeni fazasına daxil olmuşdur.

• Qeyd edilən zaman intervalında Azərbaycanda modernləşmə proseslərinin uğurunu həm də belə bir amil təşkil etmişdir ki, onun hər bir dalğası çərçivəsində heç bir ölkədə həyata keçirilməsi mümkün olmayan miqyaslı məsələlər həllini tapmış, tarixi fürsətdən maksimum istifadə edilmiş, zama-nın Azərbaycanın xeyrinə işləməsi təmin edilmişdir.

• Əgər siyasi modernləşmə proseslərində zaman aspektinin həlledici xarakterə malik olması tezisini Azərbaycan təcrübəsinə tətbiq etsək, onda tam

Page 51: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

51

əsasla deyə bilərik ki, 2013-cü ildən başlayaraq Azərbaycanda müstəqillik dövründən başlayan proseslər modernləşmənin son fazasına və eyni za-manda, postmodern - inkişaf etmiş ölkələr səviyyəsinə keçid mərhələsini əks etdirir. Bu mərhələ yeni modernləşmə tsiklinin - ən vacib fazasının baş-lanğıcıdır. Daha dəqiq desək, inkişaf etmiş ölkələrə çatmaq məqsədinə xidmət edən siyasi islahatların start nöqtəsidir. Bu fazanın davamı isə xal-qımızın dövlət başçısına etimadı və cəmiyyətin islahatlara hərtərəfli dəstəyi ilə təkamülün yeni vektorunu müəyyən edir.Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə müəyyən etdiyi müasirləşmə

siyasətinin bundan sonra da əsas xətt kimi yaşadılması əvvəlki dövrdə əldə edilmiş bütün nailiyyətlərin dəfələrlə artacağını sübut edir. Bu isə Azərbaycanın müasir və qüdrəli dövlətə çevrilməsinin qarantı və müqəddəm şərtlərindəndir.

Yeni baxış son onilliklərdə baş verən, milli quruculuq proseslərində əldə edilən və dünyada etiraf olunan böyük uğurların əsasında məhz siyasi liderlərin dövlətçiliyin daha güclü gələcəyini təmin etmək əzmini, ümummilli lider Heydər Əliyevin “zamanı önləyən” siyasi kursunun inkişaf strategiyası kimi müəyyən edilməsini, dövlət başçısı İlham Əliyev tərəfindən onun bu gün də davam etdirilməsini aşkara çıxarır.

Bu gün qloballaşan dünyada siyasi zaman Azərbaycanda milli maraqların təmin olunmasına, demokratik istiqamətli modernləşmənin, güclü dövlət qu-ruculuğuna aparan inkişafın xeyrinə işləyir.

Page 52: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

52

İstifadə edilmiş ədəbiyyat:

1. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. 1993-2013. http://heydaraliyev.preslib.az/musteq.html

2. Mehdiyev R. Azərbaycan - 2003-2008: reallığa çevrilən qeyri-adi zaman (zaman və sürətə qısa fəlsəfi baxış). Bakı, 2008.

3. Mehdiyev R. Gələcəyin strategiyasını müəyyənləşdirərkən: Modernləşmə xətti. Bakı, 2008.

4. Mehdiyev R. Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq. Bakı, 2009.

5. Мехдиев Р. Десять лет, изменившие Азербайджан (2003-2013). Москва, 2013. 6. Dark K.R. The Waves of Time: Long-Term Change in the International Politics. N.Y.,

1998. 7. Mansbach R.W., Vasques J.A. In Search of Theory: New Paradigm for Global Politics.

N.Y., 1981. 8. Modelski G. From Leadership to Organization: The Evolution of Global Politics // Jo-

urnal of World Systems Research. 1995, Vol.1, №7.9. Modelski G. Time, Calendars and International Relations: Evolution of Global Politics

in the 21st Century. Paper presented at the 37th annual convention of the Internatio-nal Studies Association in San Diego, April 16-20, 1996.

10. Osborne P. The Politics of Time // Radical Philosophy. 1994, № 68.11. Virilio Paul. Strategy of Deception. London: Verso, 2000. 12. Virilio Paul. From Modernism to Hypermodernism and Beyond. London: Sage, 2000.13. Virilio Paul. Speed and Politics: An Essay on Dromology. New York: Semiotext(e), 1977.14. Virilio Paul. The Information Bomb. London: Verso, 2000.15. Virilio Paul. Desert Screen: War at the Speed of Light. London: Continuum, 2002.16. Wallerstein I. SpaceTime as the Basis of Knowledge. Keynote address at Convergen-

cia/World Congress of Convergence, Cartagena, Colombia, May 31-June 5, 1997. http://binghamton.edu

Elnur AslanovСhronopolitical approach to processes of political modernization as a new analytical method

In the article the author analyzes the new chronopolitical approach of con-temporary theoretical politology in relation to the processes of political mo-dernization. The importance of the application in national political science is highlighted in this article. For the first time author attempts to view the politi-cal reality of Azerbaijan through the prism of a new scientific direction.

Genesis and extensive development of a new method in the past decade is also discussed. The importance of the investigation of the political system from chronopolitical perspective is explained, where the main printsiple is the time factor. The generalized understanding of the essence of chronopolitical knowledge, as well as methodological and strategic principles of new method are offered by the author in this article .

In this paper, a new scientific approach applies not only in theoretical but also practical aspect to the processes in Azerbaijan via the factor of political time.

Page 53: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

53

Investigates the differences and benefits of the new approach as a scien-tific concept of integrative research method with respect to the dynamics of political modernization.

In the final section of the article, the author summarizes the results of app-lying the new chronopolitical approach to modern national political history and leads recommendations.

Эльнур Асланов Хронополитический подход к процессам политической модернизации как новый аналитический метод

В статье анализируется новый хронополитический подход современ-ной теоретической политологии, применительный к процессам полити-ческой модернизации. Автор подчеркивает важность применения этого подхода в национальной политологической науке. В статье впервые де-лается попытка просмотреть политическую реальность Азербайджана сквозь призму нового научного направления.

В исследовании также анализируется генезис и причины широкого применения нового метода в последнее десятилетие. Разъясняется важ-ность исследования политической системы с хронополитической точки зрения, где основным принципом является фактор времени. Предлагает-ся обобщенное понимание сущности хронополитического знания, а так-же методологических и стратегических принципов хронополитики.

В данной работе новый научный подход применяется не только в тео-ретическом, но и в практическом аспектах к процессам, происходящим в Азербайджане с учетом фактора политического времени.

В работе выясняются различия и преимущества нового подхода к ин-тегративной научной концепции исследований, применительного к ди-намике политической модернизации. В заключении обобщаются резуль-таты применения нового хронополитического подхода к современной национальной политической истории и приводятся рекомендации.

Page 54: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

54

Page 55: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

55

Açar sözlər: Ümummilli lider, gender siyasəti, qadın hüquqları, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı, beynəlxalq təcrübə

Key words: national leader, gender equality, women`s rights, National Action Plan on Women`s Problems, international practice

Ключевые слова: Общенациональный лидер, гендерная политика, права женщин, Национальный План Действий по Проблемам Женщин, международная практика

Ümummilli lider Heydər Əliyev

tərəfindən əsası qoyulan gender siyasəti yüksək nəticələr verməkdədir

Sahibə QAFAROVA

Milli Məclisin deputatı,filologiya elmləri doktoru, professor

[email protected]

Page 56: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

56

Heç də təsadüfi deyildir ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olu-nur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən möv-cud olan yüksək dəyərlərin praktikada tətbiq olunması üçün səylərini ildən-ilə daha da gücləndirməlidirlər. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması səbəbindən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, qadınların ictimai həyata daha çox in-teqrasiya olunduğu müasir dövrdə zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsil olunmalarının artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən digər sahələrə doğru daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların po-tensialından səmərəli faydalanması və s. bu kimi tədbirlər bu gün daha bö-yük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir.

Bildiyimiz kimi, Azərbaycan sadəcə 22 ildir ki dövlət müstəqilliyini əldə edib. Təbii ki, bu, dövlətçilik tarixi baxımından o qədər də çox bir dövr deyil. Amma buna baxmayaraq, Azərbaycan Respublikası bu 22 illik dövr ərzində bir çox dövlətlərin əsrlərlə əldə edə bilmədiyi yüksəlişə, inkişafa nail olmuşdur. İqti-sadiyyat, sosial həyat, siyasət və beynəlxalq aləmdə mühüm nailiyyətlər qaza-nılmışdır. O cümlədən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər əldə olunmuşdur ki, bu da bütün beynəlxalq və yer-li müşahidəçilər, mütəxəssislər tərəfindən etiraf olunmaqdadır. Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşma-sında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını da təmin etmişdir.

Şübhəsiz ki, əgər biz bu gün Azərbaycanda qadın hüquqlarının ən yüksək səviyyədə təminatından, gender bərabərliyindən bəhs ediriksə, bu məsələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini mütləq şəkildə vurğulamalıyıq. Tam səmimi olaraq qeyd edə bilərik ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirmişdir. Yüzlərlə qadın Ulu Öndərin yaratdığı əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdir-miş, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1969-1982-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolu xeyli artmışdır. Bu sahədə işləyən qadınların ümumi sayında müəllimlər 47 %, həkimlər 60 %, tələbələr 43 %, elmi işçilər 37 % təşkil edirdi. Bu dövrdə yetişən ziyalılar içərisində Azərbaycan qadınlarının xüsusi çəkisi olmuşdur. Azərbaycan elminin şöhrətini ucaldan və onu dünyaya tanıtdıran bu ziyalı qadınlara ittifaq miqyaslı fəxri adların verilməsi Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri idi.

Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi

Page 57: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

57

məsələsini həmişə diqqət mərkəzində sax-lamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan Respublikasında qa-dın hüquqlarının qorunması üzrə çox mü-hüm addımlar atılmış, müvafiq qərarlar qəbul olunmuşdur. Bu qərarların da müəllifi yenə də ulu öndər Heydər Əliyev olmuş-dur. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensi-yaya, 2000-ci ildə isə onun Əlavə Protokolu-na qoşulmuşdur. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalanmışdır. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir. Heydər Əliyev bu Sərəncamla qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud köhnə bazanı demokratik şəkildə yeniləşdirdi. Məlumdur ki, Azərbaycan Res-publikası Konstitusiyasının 55-56-cı maddələrində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtsiz iştirak etmək hüququna malikdirlər.

Ulu öndərin 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı 289 saylı Fərman respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar ya-radılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlərə cəlb edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi ölkə prezidentinin res-publika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi.

2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qo-şulduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haq-qında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategi-

Azərbaycanda uğurlu gender siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirmişdir. Yüzlərlə qadın Ulu Öndərin yaratdığı əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdirmiş, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmışdır.

Page 58: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

58

yalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə yönəldilmiş beynəlxalq standartlara cavab verən dövlət sənədidir. “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” adlanan bu sənədi Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli 33 saylı qərarla təsdiq etmiş-dir. Bu sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formaları, qa-

dın ticarəti, istismarı və fahişəliyin qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilmişdir. Sənəddə qadın hüquqlarının po-zulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur.

Azərbaycan qadınlarının fəallığının art-ması istiqamətində önəmli hadisə olan Azərbaycan Respublikası Qadınlarının II Qurultayı Prezident Heydər Əliyevin razılığı ilə 27 sentyabr 2003-cü il tarixində keçiril-mişdir. Qurultaya 2070 nəfər nümayəndə seçilmişdir. Qurultayda başqa məsələlərlə

yanaşı, koordinatorların fəaliyyəti qiymətləndirilmiş, əldə edilmiş nailiyyətlərlə yanaşı çatışmazlıqlar da müəyyən edilmiş və inkişaf perspektivlərinin ilkin kon-turları dəqiqləşdirilmişdir.

Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın gender siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə müvafiq addımla-rın atılmasına şəxsən nəzarət edir. Prezident İlham Əliyevin 2010-cu ilin may ayında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının iştirakçılarına təbrik məktubunda müstəqil Azərbaycan Respublikasında gender məsələlərinə münasibəti bu cür ifadə et-mişdir: “Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafı-nın və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosi-al və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər”.

Azərbaycan Respublikasının bütün qanunları (Cinayət Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanı-

Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın gender

siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət

başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu

sahədə müvafiq addımların atılmasına şəxsən nəzarət edir.

Page 59: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

59

lır ki, bunlar bütövlükdə Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qa-nunlarda qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanlar cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunverici-lik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoru-yur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, problemlərin həllində beynəlxalq əməkdaşlıq həmişə mühüm rol oynamışdır. Azərbaycanda gender sahəsində bu gün sadaladığımız uğurların əldə olunmasında, başqa sözlə desək, düz-gün gender siyasətinin reallaşdırılmasıda beynəlxalq təcrübədən faydalan-mağın da müstəsna əhəmiyyəti olmuşdur. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq et-diyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondu-dur (UNIFEM). Ölkəmizin UNIFEM-lə əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” adlı regional layihə çərçivəsində həyata keçirilmişdir. Layihə əsasən hökumətlər, qadın koali-siya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilmiş, gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşımışdır. Eyni za-manda, Azərbaycan hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilmişdir. 2010-cu il 24-25 may tarixində Bakıda Avropa Şurasına üzv ölkələrin gender məsələlərinə məsul nazirlərinin “Gen-der bərabərliyinin de-yure və de-fakto təmin edilməsi” mövzusuna həsr edil-miş VII konfransı keçirilmişdir ki, həmin konfransda Avropa Şurasının üzv dövlətlərinə tövsiyələr və fəaliyyətlər üzrə Tədbirlər Planı qəbul edilmişdir. Həmçinin, Azərbaycan dövləti Avropa Şurası ilə də mütərəqqi əməkdaşlıq qurmuş, parlamentarilərimiz qurumun Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclaslarında fəal iştirakları ilə müsbət mənada seçilmişlər. Bildirmək yerinə düşər ki, komitənin növbəti iclasının məhz Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi gündəmdədir.

Tam məsuliyyətlə söyləyə bilərik ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sı-ralardadır. Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qa-dınlar təşkil edir. Hazırda ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyasının 3 həqiqi üzvü və 12 müxbir üzvü qadındır. Bütün bunlar Azərbaycan hökumətinin imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və

Page 60: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

60

ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Son illər qadınların həm də siyasi və ic-timai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərəçarpacaq dərəcədə artmışdır. Təbii ki, bu, görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını ar-tırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir.

Bir məsələni də xüsusilə qeyd etmək istərdim. Bildiyimiz kimi, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və at-dıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olmuş-dur. Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub sax-lanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan qadınının adı ilə bağ-lıdır. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr edən belə işguzar,

cəsarətli, vətənpərvər xanımlar vardır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin in-kişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və yalnız milli maraqla-rımıza söykənir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır.

Beləliklə, bir daha vurğulamaq lazımdır ki, bu gün iqtisadi qüdrəti, geo–strateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi ba-xımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.

Tam məsuliyyətlə söyləyə bilərik ki, bu gün Azərbaycan

qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri

özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların

üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət

(75 faiz) ən ön sıralardadır.

Page 61: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

61

Sahiba QafarovaSuccessful gender policy founded by the national leader

Haydar Aliyev gives its affirmative results

Women have their special status in the modern international law system. There is a broad system of guarantees for realizing their rights. The reforms realized in various areas in Azerbaijan, activation of citizens in civil society contributes the strengthening the role of women in society. Basis gender po-licy for protection of women’s rights in Azerbaijan, assuring gender equality in the society was laid by national leader Haydar Aliyev. After independence of Azerbaijan National Action Plan on women`s problems was adopted and women`s congress was held for achieving the goals set by gender policy.

The author mentions that today the gender policy successfully continues to be implemented by the President Ilham Aliyev. The head of the state pays special attention to this issue personally supervising work undertaken in the mentioned direction. The author concludes that the strongest state in South Caucasus, Azerbaijan also serves as a good example in providing gender equ-ality and protecting women`s rights.

Сахиба ГафароваУспешная гендерная политика, основы которой были заложены Гейдаром Алиевым, дает положительные результаты

В современном международном праве женщины имеют статус особого субъекта. Для реализации их прав существует широкая система гарантий.

В статье отмечается, что реформы, реализуемые в Азербайджане в раз-личных сферах деятельности, проводимые в целях активизации граждан в обществе, обеспечили усиление роли женщин в гражданском обществе. Обеспечение прав женщин в Азербайджане, гендерное равенство и ос-новы гендерной политики были заложены Общенациональным лидером Гейдаром Алиевым.

После восстановления независимости Азербайджаном, в стране был принят Национальный План Действий по Проблемам Женщин.

Автор отмечает, что сегодня гендерная политика в стране продолжа-ет успешно реализовываться Президентом Азербайджана Ильхамом Али-евым. Глава государства уделяет особое внимание этому вопросу, лично контролируя деятельность, реализуемую в данном направлении.

Автор приходит к выводу, что Азербайджан, как самое сильное государ-ство на Южном Кавказе, обладающее экономической мощью и стратегиче-ским весом, может выступать примером и в вопросе гендерного равенства и обеспечения прав женщин, как составной части прав и свобод человека.

Page 62: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

62

Page 63: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

63

ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Page 64: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

64

Page 65: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

65

Açar sözlər: ermənilər, din strategiyası, “ilk xristian dövlət” iddiası, “xristianlığın ilk şəhid milləti” iddiası, erməni kilsəsi, “Böyük Ermənistan” ideologiyası

Key words: The Armenians, religious strategy, “the first Christian state” claim, “the first martyr nation of Christianity” claim, the Armenian church, the ideology of “Great Armenia”

Ключевые слова: Армяне, религиозная стратегия, претензия “первого христианского государства”, претензия “первого народа-мученика в христианстве” армянская церковь, концепция Великой Армении

Ermənilərin “din” strategiyasının

əsas istiqamətləri

Emin ŞIXƏLİYEVAMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

[email protected]

Page 66: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

66

Giriş

Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu səbəbdən din siyasi müstəviyə gətirilir və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılır, mövzu ilə əlaqəli konfranslar təşkil olunur, sərgilər nümayiş etdirilir. Təşkil olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox “Nuhun xəzinələri”, “Nuh peyğəmbər və Ermənistan”, “dünyanın ilk xristian etnosu və dövləti, eyni zamanda xristianlığın ilk şəhid milləti” məsələləridir [18, s.114-115]. Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində qurulmuşdur. Dünyada bu cür millətçiliyin bənzərini tapmaq çox çətindir. Ümumiyyətlə, erməni kilsəsi erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu tarixən böyük məharətlə oynamış və bu gün də oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür etmək mümkün deyil [23, s. 57]. Ermənilərin fəaliyyətlərinin hər bir tarixi pilləsində erməni kilsəsinin rolu ilə bağlı erməni tarixçisi H.Basdırmacıyan “erməni kilsəsi erməni millətinin kilsə tərəfindən can verilən ruhunun təkrar dünyaya gəlmək üçün yaşadığı vücuddur” deyərək bu həqiqəti təsdiqləmişdir [8, s. 17].

Kilsə ənənələrinə görə, Hz. İsa Eçmiədzinə (ermənilər Eçmiədzinin mənasını “Allahın yeganə oğlunun yer üzünə endiyi məkan” kimi izah edirlər – E.Ş.) enərək erməni kilsəsini inşa etmiş və onu digər böyük məzhəblərin kilsələrindən fərqli olaraq müstəqil və daha ehtişamlı bir mövqeyə gətirmişdir [29, s. 126]. Ermənilərin iddialarına görə, bunun səbəbi onların Tanrı tərəfindən “seçilmiş millət” olmasıdır [19, s. 57]. Onlar eyni zamanda Şərqi Anadolu, Azərbaycan və ümumiyyətlə, bütün Qafqazın bir zamanlar məhz Hz. Nuh tərəfindən nəvəsinin nəvəsi olan Haya vəd edildiyini də önə sürürlər. Məhz bu baxımdan erməni ideologiyası “ermənilərin seçilmiş millət, Nuh peyğəmbərin erməni mənşəli olması və onun nəvəsinin nəvəsi Haya vəd edilən torpaqlar” iddiaları üzərində yaranıb möhkəmlənmişdir. Həmin ideologiyaya əsaslanaraq belə bir iddia ortaya atılır ki, Tanrı daim erməniləri sevdiyi və seçdiyi üçün kilsəni də məhz onların torpaqlarında qurmuşdur. Vatikan isə bu nəzəriyyəni rədd edərək, kilsənin ilk dəfə Romada inşa edildiyini və bu işin icrasının Hz. İsa tərəfindən müqəddəs St. Pierreyə tapşırıldığını irəli sürür. Katoliklərə görə, İsanın vəkili məhz bu şəxsdir [29, s.126]. Bu məsələ üzərində dayanmaq niyyətində deyilik və eyni zamanda məqsədimiz xristianlıqdakı məzhəblər arasında cərəyan edən ziddiyyətləri də aşkara çıxarmaq deyil. Şübhəsiz ki, bunlar dini-siyasi oyunlar müstəvisində baş verən məsələlərdir. Sadəcə olaraq bir cəhəti qeyd etmək kifayətdir ki, aralarındakı ziddiyyətlərə baxmayaraq, müəyyən məsələlərdə məqsəd eynidir.

Ermənilər tarixdə ilk dəfə xristianlığın rəsmi dövlət səviyyəsində Ermənistanda elan olunduğunu və bu hadisənin 301-ci ildə gerçəkləşdiyini iddia edirlər. “301-

Page 67: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

67

ci il” tarixinin ilk xristian dövlətinin quruluş ili olaraq göstərilməsinin və eyni zamanda “dünyanın ilk xristian etnosu və dövləti” şəklində önə sürülən iddiaların səbəbi tamamilə dini, siyasi mahiyyətdədir və qonşu ölkələr üzərində dini və mədəni üstünlüklər əldə etmək üçün aparılan təbliğatdır.

Erməni yurdunun tarixi və erməni etnosunun mənşəyi məsələsi kimi, onların xristianlıq tarixi də mübahisələrə və müxtəlif iddiaların ortaya çıxmasına səbəb olmuşdur. Xristianlığın ermənilər arasında yayılması məsələsi, “ilk xristian etnos və dövlət” iddiası müxtəlif rəvayətlərlə əsaslandırılmaqdadır. Erməni və fransız tarixçiləri (M.Ormanian. L’Eglise Armenienne. Antelias-Livan, 1954; S. Kaloustian. Saints and sacraments of the Armenian Church. New York, 1969; J.Sandalgian. Histoire documantaire de l’Armenie des ages du paganisme. Roma, 1917; H.Pasdermadjian. Histoire de l’Armenie. Paris, 1971; L.d’Edesse. Histoire d’Abgar. Paris, 1880; F.Tournebizne. His-toire politique et religieuse de l’Armenie. Paris, 1900; A.Houtin. Courte histoire du Chrisianisme. Paris, 1924 və s.) bu rəvayətlərdən birini bizim eranın əvvəllərində yaşamış Urfa (Edesse) kralı olan Abkarla (və ya Avkar), digərini isə müqəddəs Qriqorla əlaqələndirirlər. Həmin tədqiqatçıların göstərilən mənbələrinə istinadən qeyd olunan hər iki rəvayət Esat Uras, Əbdürrəhman Kiçik, Ərdal İltər, Fəxrəddin Kırzıoğlu kimi məşhur türk tarixçilərinin əsərlərində də yer almaqdadır [29, s. 51-52; 16, s. 36-37; 8, s. 18].

“Dünyanın ilk xristian etnosu və dövləti” iddiası ilə bağlı birinci rəvayət

Birinci rəvayətə görə, Urfa (Edesse) kralı Abkar cüzam xəstəliyinə tutulmuşdu. Yeddi il idi ki, bu xəstəlikdən əziyyət çəkirdi. Hz. İsanın varlığından və onun xəstələrə şəfa verməsindən xəbərdar olan kral mübtəla olduğu bu xəstəlikdən xi-las olmaq üçün Anan (və ya Hananya) adlı adamı ilə bu şəxsə bir məktub göndərir. O, məktubunda İsanın “Tanrı və ya Tanrının oğlu” olduğuna inanacağını bildirir və gəlib onu sağaltmasını xahiş edir. İsa da cavab məktubunda son dərəcə vacib bir vəzifəni yerinə yetirməklə mükəlləf olduğu üçün gələ bilməyəcəyini və tezliklə “Yaradan”ın yanına qayıdacağını yazaraq, ona şəfa vermək və xristianlığı yay-maq üçün öz həvarilərindən birini göndərəcəyini bildirir, üzünü sildiyi və üzünün izinin həkk olunduğu dəsmalı Tatios adlı həvariyə verərək onu Abkara göndərir. Göndərilən bu həvari dəsmal vasitəsilə Abkarı sağaldır, eyni zamanda İsanın adından şəhərdəki bütün xəstələrə və şikəstlərə şəfa verir. Bu möcüzədən olduqca

Erməni yurdunun tarixi və erməni etnosunun mənşəyi məsələsi kimi, onların xristianlıq tarixi də mübahisələrə və müxtəlif iddiaların ortaya çıxmasına səbəb olmuşdur. Xristianlığın ermənilər arasında yayılması məsələsi, “ilk xristian etnos və dövlət” iddiası müxtəlif rəvayətlərlə əsaslandırılmaqdadır.

Page 68: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

68

həyəcanlanan kral Abkar və xalqı xristianlığı qəbul edir [16, s. 36-37; 29, s. 52].Burada çox önəmli bir məqam diqqəti cəlb edir. Əvvəla, bu rəvayətdə Urfa

(Edesse) krallığı erməni krallığı kimi təqdim olunur. İkincisi, kral Abkar və onun xalqı erməni mənşəli və İsanın müasiri kimi göstərilir ki, bununla da ermənilərin xristianlığı qəbul etmələrinin tarixi bizim eranın əvvəllərinə, yəni 30-cu illərə qədər aparıb çıxarılır. Halbuki mənbələr kral Abkarın erməni mənşəli olması ilə bağlı iddiaları təkzib edir [29, s. 119].

Digər bir tərəfdən, əgər bu rəvayət reallığı özündə əks etdirirsə, onda hal-hazırda erməniləri xristianlığı qəbul etmələrinin 301-ci ildən etibarən başlanması ilə bağlı iddialar önə sürməyə nə vadar edir? Bu sualın cavabını erməni tədqiqatçısı, eyni zamanda rahib olan Malaçiya Ormanyanın “L’Eglise Armenienne” adlı kitabı-nın 6-cı səhifəsində (istinad edən: Əbdürrəhman Kiçik .“Erməni kilsəsi və türklər”) tapmaq mümkündür. Müəllif 301-ci il tarixindən əvvəl, yəni 300-cü il ərzində xris-tianlığın ermənilər arasında yayıldığını isbat edən heç bir tarixi sənədin olmadığını qeyd etmişdir [16, s. 39]. Belə bir vəziyyətdə 301-ci il tarixi birinci rəvayətdəki iddiaların əsassız olduğuna dəlalət edir.

“Dünyanın ilk xristian etnosu və dövləti” iddiası ilə bağlı ikinci rəvayət

İkinci rəvayətdə isə qriqorianlığın banisi müqəddəs Qriqorla kral Tridat arasında cərəyan edən hadisələrdən və ermənilərin kütləvi şəkildə xristianlığı qəbul etmələrindən bəhs edilir. Bu rəvayətə görə, Arşaki şahzadəsi Anağ öz yaxın qohumu kral Xosrovu öldürür və törətdiyi cinayətdən qaçarkən kralın mühafizəçiləri tərəfindən təqib edilir. O, ailəsi ilə birlikdə Araz çayından keçərkən suda boğulur, ailəsinin bütün üzvləri isə ələ keçirilərək öldürülür. Bu ölümdən yalnız süd analarının yanında olan iki uşağı xilas olur. Anağın uşaqlarının süd anası Kayseridən gəlmiş Sofiya adındakı xristian bir qadın idi. Xosrov ilə Anağ öldükləri zaman hər ikisinin övladları Tridat və Qriqor çox kiçik yaşlarında idilər. Kayseriyə aparılan Anağın oğlu Qriqor xristian,, Xosrovun oğlu Tridat isə əcdadlarının dini olan bütpərəst kimi yetişdirilir. Tridat bütpərəst mədəniyyəti ilə böyüdüyü üçün xristianlığa nifrət bəsləyirdi. Lakin bu iki şəxs bir-birinin kim olduğunu bilmirdilər. Sonralar Qriqor Tridatın ordusunda xidmət etməyə başlayır və qısa bir müddət içərisində də kralın sevgisini və hörmətini qazanır. Lakin bu hörmət uzun sürmür. Çünki bütpərəst olan Tridat əldə etdiyi bütün nailiyyətlərin və qələbələrin ilahə Anahita və digər tanrıların sayəsində olduğuna inanırdı. O, müəyyən günlərdə Eriza (Ərzincan) məbədində Anahitaya qurbanlar kəsərdi. Qriqora da Anahitaya qurban kəsməsi əmr edilir. Lakin o, bu əmri rədd edərək xristian dininə sitayiş etdiyini bildirir və insanların xilasının Tanrının yeganə oğlu İsaya inanmaqla mümkün ola biləcəyini açıqlayır. Qriqor eyni zamanda bütün kafirləri Tanrının əbədi cəzası ilə təhdid edir. Kral Tridat isə “mənim inanmadığım bir Tanrıya sitayiş etməyə necə cəsarətin çatır?” deyərək, Qriqora ağır işgəncələr verir. Bu əsnada Artavazd adlı bir

Page 69: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

69

əsilzadə krala xəbər verir ki, Qriqorun yaşamağa və günəşi görməyə haqqı yoxdur. İndiyə qədər xristian olduğunu bizdən gizlədib. Artıq onu tanıyırıq. Bu adam sizin atanızı öldürən, Ermənistanın süqutuna və əsir olaraq yaşamasına səbəb olan Anağın oğludur. Bu xəbərdən sonra kral Tridat müqəddəs Qriqoru “Xor-Virab” adıyla bilinən Artaşat qəsrinin dərin quyusuna atdırır. Qriqor bu quyuda 15 il qalır. Bu müddət içərisində Anna adlı bir qadın ona gizlincə yemək-içmək verir.

Qriqorun quyuda qaldığı müddətdə Roma imperiyasında xristianlara qarşı tətbiq olunan işgəncələrdən xilas olan müqəddəs Qayanenin rəhbərliyi altında “bakirə icması” Eçmiədzinə pənah gətirir. Bakirə icmasının içində misilsiz gözəlliyə sahib olan Ripsime adlı bir qız da var idi. Eçmiədzinə gəlməmişdən əvvəl Roma imperatoru Diokletian Ripsimeyə aşiq olmuş və onunla evlənmək istəmişdi. Bu və ya digər səbəblərdən bakirə icması şərqə qaçaraq Eçmiədzinə gəlir. Ripsimenin gözəlliyi kral Tridatı da valeh edir. O da Diokletian kimi bu qızla evlənmək istəyir, ancaq Ripsime kralın təklifini rədd edincə, Tridat onu və 32 rahibəni öldürtdürür. Bu faciəli hadisədən sonra kral Allahın qəzəbinə uğrayır və ruhi xəstəliyə düçar olaraq özünü heyvan kimi hiss etməyə başlayır. Ən yaxşı həkimlərə müraciət edilsə də və eyni zamanda əcdadlarının tanrılarından mədəd umulsa da, bunun heç bir nəticəsi olmur. Tridatın xəstəliyi onun bacısına son dərəcə pis təsir edir. O vaxtdan qəm-qüssə içərisində olan kralın bacısına bir gün yuxusunda mələk tərəfindən Tridatın xəstəliyinin çarəsinin yalnız Qriqorda olduğu deyilir. Şahzadə oyanaraq yuxusunu danışır, lakin heç kim ona inanmır. Çünki hər kəs Qriqorun çoxdan öldüyünü fikirləşirdi. Eyni yuxu ikinci və üçüncü dəfə təkrar olunandan sonra şahzadənin təkidi ilə Qriqorun atıldığı quyuya gedib baxırlar və sağ olduğunu görüncə onu böyük sevinc içərisində saraya gətirirlər. Qriqor kralın və onun kimi xəstəliyə tutulan digər şəxslərin sağalması üçün Tanrıya dua edir və onlar bu xəstəlikdən xilas olurlar. Bu hadisədən sonra kral Tridat xristianlığı qəbul edir və 301-ci ildə krallığın rəsmi dininin xristianlıq olduğunu elan edir.

Kral Tridatın ona verdiyi bütün səlahiyyətlərdən istifadə edən müqəddəs Qriqor xristianlığı yaymağa nail olur. Kralın bu yardımı ermənilər tərəfindən təqdirlə xatırlanmış və Tridat “böyük nurlandırıcıya canla-başla xidmət edən kral” adıyla anılmışdır. Xalqı İncilin işığı ilə aydınlandırdığı üçün Qriqora Lusavoriç, yəni “nurlandırıcı” ləqəbi verilir [8, s. 18; 16, s. 44]. O, xristianlığı yaymaq məqsədilə keçmiş məbədləri də yıxır və ermənilər tərəfindən Allahın yeganə oğlunun yer üzünə endiyi məkan olaraq qəbul edilən Eçmiədzinə gələrək burada kilsə tikdirir [16, s. 45]. Müqəddəs əmanətlərin də saxlanıldığı yer olaraq qəbul edilən Eçmiədzin müasir dövrdə ermənilərin dini mərkəzi olmaqla yanaşı, həm də siyasi mərkəzidir.

301-ci il tarixinin mahiyyəti və pərdə arxası

Ermənilər xristianlığı 301-ci il tarixində kütləvi şəkildə qəbul etdiklərini önə sürsələr də, tədqiqatlar nəticəsində bu tarixin ermənilərin xristianlığı qəbul və

Page 70: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

70

erməni kilsəsinin quruluş ili olmadığı ortaya çıxmışdır. Onların iddia etdiklərinin əksinə 301-ci ildə xristianlıq “Yuxarı ölkə” mənasına gələn və Hay qövmü ilə heç bir əlaqəsi olmayan Ermənistanda rəsmi din olmamışdır (bu barədə bax: 3, s. 70-72]. Eyni zamanda, heç bir siyasi müstəqilliyə malik olmayan erməni çarlığının xristianlığı rəsmi din olaraq qəbul etməsi və vassalı olduğu Roma imperiyasının icazəsi olmadan sərbəst fəaliyyət göstərməsi də mümkün deyildi. Bu da bir həqiqətdir ki, mənbələr müqəddəs Qriqorun 298-ci ildə həbsə atıldığını və 15 il həbsdə qaldığını sübut etməkdədir [9, s. 18]. Bu baxımdan onun 301-ci ildə həbsdən çıxmış olması məntiqi cəhətdən imkansızdır. Adi riyazi hesablama ilə Qriqor 313-cü ildə həbsdən çıxmış və bu tarixdən etibarən xristianlığı yaymağa başlamışdır. Əslində onun sərbəst buraxılması tarixi heç də təsadüfi deyildi. Qriqorun həbsdən çıxarılması və Ermənistanda xristianlığı geniş şəkildə yayması Roma imperatoru Konstantinin Milan fərmanını elan etdiyi tarixə, yəni 313-cü ilə təsadüf edir. Bilindiyi kimi, xristianlıq bu fərmanla Roma tərəfindən rəsmən tanınmışdı [10, s. 32]. Belə bir vəziyyətdə ilk ağla gələn sual bu olar: 1700 ildən çox davam edən bu fikir kifayət qədər güclü və köklü deyilmi? Eyni zamanda, bir neçə il az və ya çox olması ermənilərə nə kimi mənfəətlər gətirə bilər? Üzərində durmaq istədiyimiz məsələ ermənilərin xristianlığı qəbul etmələri və ya hansı səbəblərə görə xristian olduqları deyil. Əsl məsələ onların məhz 301-ci il tarixi üzərində bu qədər təkidlə dayanmalarının səbəbini araşdırmaqdır. Yuxarıda da qeyd edildiyi kimi, ilk xristian dövlətini ortaya atmaqda əsl məqsəd qonşu ölkələr üzərində siyasi, dini və mədəni üstünlüklər əldə etmək, bu ölkələri psixoloji təsir altına almaqdır. Halbuki ermənilər onların iddia etdikləri kimi dünyanın ilk xristian etnosu və dövləti deyillər. Diqqət yetirilməsi vacib olan məsələlərdən biri də budur ki, qriqorianlıq və bu məzhəbin qurucusu Qriqor da hay qövmünə - ermənilərə mənsub deyil. Görkəmli türk tarixçilərindən Əbdürrəhman Kiçik, Fəxrəddin Kırzıoğlu, tanınmış albanşünas alim Fəridə Məmmədova, məşhur avstriyalı alim Erik Fayql müqəddəs Qriqorun parfiyalı olduğu barəsində həmfikirdirlər [16, s. 9; 14, s. 49; 22, s. 217; 4, s. 34]. Mənbələrdə parfiyalıların türk olduqları və İranda Parfiya dövlətinin sakların soyundan olan Arsak türkləri tərəfindən qurulduğu göstərilməkdədir (bu barədə ətraflı məlumat üçün bax: 29, s. 91; 15, s. 19-23]. Digər məşhur türk tarixçisi Zəki Vəlidi Toqan part sülaləsinin Xorasanda meydana çıxdığını [26, s. 39] və türk qəbilələrindən olduğunu qeyd edir [26, s. 47].

Ermənilərin “dünyanın ilk xristian etnosu və dövləti”, “xristianlığın Qafqazdakı varisləri” kimi ortaya atdıqları iddialar tamamilə əsassızdır. Heç təsadüfi deyildir ki, ermənilər bu iddialarını əsaslandırmaq üçün albanların meydana gətirdiyi xristianlıq mədəniyyətinə də sahib çıxmağa çalışırlar. Erməni iddialarına görə, Albaniya “Böyük Ermənistan”ın ayrılmaz hissəsidir, Şərqi Ermənistan olaraq adlandırılır [30, s. 47-48, 67; 31, s. 40]. Bu iddialar “dənizdən-dənizə Böyük Ermənistan” ideologiyasının gerçəkləşməsi üçün qonşu ölkələrin torpaqları üzərində yoxdan var edilən uydurma ərazi iddialarıdır. Erməni iddialarını təkzib edən, eyni zamanda xristianlığın Albaniyada daha erkən yayılmasını sübut

Page 71: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

71

edən çox sayda faktlar mövcuddur. Moisey Kalankatuklunun əsərində dəlil kimi göstərilən erməni katolikosu Avraamın albanlara məktubunda bu sətirlər yer alır: “...Bizdən (ermənilərdən) qabaq mövcud olan alban kilsəsi bizimlə (ermənilərlə) razılaşırdı...” [11, s. 82].

Digər bir yerdə də müəllif Albaniyanın xristianlığı ermənilərdən 270 il əvvəl qəbul etdiyini göstərir [11, s. 81-82]. Bu məlumat son dərəcə qiymətlidir. 313-cü ildə xristianlığın Milan fərmanı ilə təsdiq olunduğunu və ermənilərin də məhz bu fərmandan sonra onu rəsmi din olaraq qəbul etdiklərini nəzərə alsaq, Albaniyada xristianlıq 43-cü ildə mənimsənilmişdir. Belə bir vəziyyətdə ermənilərin “dünyanın ilk xristian etnosu” iddiası təkzib edilmiş olur. Bundan başqa, heç bir siyasi müstəqilliyə sahib olmayan erməni çarlığının Roma imperiyasının icazəsi olmadan sərbəst fəaliyyət göstərməsinin mümkün ola bilməyəcəyini də yuxarıda qeyd etmişdik. Bu həqiqət də ermənilərin “dünyanın ilk xristian dövləti” iddiasını puç edir.

Aparılan təhlillərdən belə bir nəticəyə gəlmək mümkündür ki, Ermənistanın özünü xristianlığı mənimsəyən ilk dövlət adlandırmasının heç bir əsası yoxdur. Albaniyada isə xristianlıq apostollar (həvarilər) dövrü qədər qədimlərə gedib çıxır. Xristianlığın hələ ermənilər arasında bilinmədiyi zamanlarda Albaniyada və albanlar arasında bu barədə ictimai rəy artıq formalaşmışdı. Xaçpərəstliyi Hz. İsanın həvariləri olan Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün Albaniya kilsəsi ilk apostol kilsəsidir. Ermənilər isə xristianlığı 313-cü ildə qəbul etdiklərinə görə onların həvariyə (apostola) heç bir tərəfdən bağlılığı yoxdur.

Erməni mənbələrində Qafqaz Albaniyası erməni yurdu olaraq göstərilmiş, alban tarixinə aid hadisələr erməni tarixinə şamil edilmişdir. Bununla birlikdə ermənilər alban abidələrini silib üzərinə ermənicə mətnlər yazmış və xaç işarələri çəkmişlər [3, s. 88]. Şübhə yoxdur ki, alban abidələrində də xaç işarələri olmuşdur, amma bu işarələr erməni kilsəsindəki xaç işarələrindən olduqca fərqlənir. Yaşadığımız çağdaş zamanda qədim dövr alban tarixçisi olaraq bilinən tarixçilərin əksəriyyəti ermənilər tərəfindən mənimsənilmişdir. Erməni və alban kilsələrindəki memarlıq abidələri bir-birindən olduqca fərqlənirlər. Alban kilsələrində erməni müqəddəslərinin heykəlləri yoxdur, bu heykəllər ermənilər tərəfindən sonradan əlavə edilmişdir [9, s. 22].

“Xristianlığın ilk şəhid milləti” iddiası və onun beynəlxalq siyasətdə yeri

“Dünyanın ilk xristian etnosu və dövləti” iddiaları ilə kifayətlənməyən ermənilərin digər dini strategiyalarından biri də “xristianlığın ilk şəhid milləti” iddiasıdır. Bu iddia bilavasitə 1915-ci ildə baş vermiş hadisələrlə bağlıdır ki, həmin iddiaların arxasında erməni kilsəsi dayanır. Kilsə “qondarma erməni soyqırımı hekayəsi”ni əfsanələşdirmiş, uydurulan soyqırımı ilə Nuh Tufanı arasında məntiqsiz bir əlaqə quraraq, erməni-türk düşmənçiliyini daha da gərginləşdirmişdir. Bu əfsanəyə görə,

Page 72: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

72

guya Tanrı tərəfindən “seçilmiş bir millət” olan ermənilərin Tufan hadisəsindən sonra nə qədər dözümlü və əzmli bir xalq olduğu ortaya çıxmışdır. Yəni Tanrı onları Nuh Tufanı ilə sınağa çəkmiş, ermənilər də bu sınaqdan uğurla çıxmışlar. İddiaya görə, birinci imtahandan müvəffəqiyyətlə çıxan erməniləri Tanrı ikinci dəfə də imtahana çəkib ki, bu imtahan da əfsanələşdirilən “erməni soyqırımı” iddiasıdır. Guya ermənilər kütləvi surətdə məhv edilmək istənilmiş, amma bütün bunlara baxmayaraq öz iradəsi, dözümü və əzmi sayəsində millət olaraq tarix səhnəsindən silinməmişlər. Ermənilər arasında yayılan inanca görə, birinci fəlakət Tufandırsa, ikinci fəlakət türklərdir. Buna görə də türklər ermənilər tərəfindən insan kimi deyil, simvolik olaraq təbii fəlakətlərin meydana gətirdiyi hadisələrin sinonimi kimi qəbul

edilir [17, s. 41]. Erməni kilsəsi tərəfindən şüuraltına belə düşüncələr yerləşdirilmişdir ki, guya ermənilər Allahın lütfü ilə necə ki, Tufanda məhv olmamış və ardından bütün dünyaya yayılaraq ana vətənlərinə qayıtmaq gücünü özlərində tapa bilmişdilərsə, 1915-ci il hadisələrindən sonra da həyatda qalmağı bacarmışlar [20, s. 103]. Amerikan tədqiqatçısı Səmyuel Uimz bu barədə yazır: “Ermənilər xristian dünyasının içində dönə-dönə nağıllar söyləyərək, özlərinin İisus Xrist yolunda əzabkeş millət olması haqqında xristian dünyasında ictimai fikir yaratmaq istəmişlər. Ermənilər xristian olmayan hər şeyin xristianlığa qarşı ziyan, qorxu və nifrət olması təsəvvürünü formalaşdırırlar. Bu günlər ermənilərin danışdığı ən böyük nağıl isə bundan ibarətdir ki, guya 1915-ci ildə onların 1.5 milyon nəfər ulu babası türklər tərəfindən qətlə yetirilmişdir və bu, iyirminci əsrin ilk genosid nağılıdır...” [27, s. 62].

Daha sonra o yazır: “...Ermənilər iddia edirlər ki, onlar əvvəlcə öldürülmüş və sonra – onlar bu cür yaxşı xristian olduğundan – 1.5 milyon nəfəri İisus kimi zühur etmişdir. Hər şey bir yana, erməni liderləri xəyali genosidi

“çarmıxa çəkilmə”, yeni diktator ölkənin yaradılmasını isə İisus kimi “zühur etmək”lə müqayisə edirlər. Bu saxtakarlıqdır!...” [27, s. 177].

Bu soyqırımı əfsanəsindən bir amil olaraq istifadə edib millətin beynini zəhərləyən erməni kilsəsi terror təşkilatlarını da hər vəchlə dəstəkləmişdir. Ermənilərin milli psixologiyasına görə, dünyanın bütün xristian ölkələrinin ermənilərin haqq səsinə cavab və dəstək vermələri zəruridir. Hər şeydən əvvəl ona

Amerikan tədqiqatçısı Səmyuel Uimz bu barədə yazır: “Ermənilər xristian dünyasının

içində dönə-dönə nağıllar söyləyərək, özlərinin İisus

Xrist yolunda əzabkeş millət olması haqqında xristian dünyasında ictimai fikir

yaratmaq istəmişlər. Ermənilər xristian olmayan hər şeyin

xristianlığa qarşı ziyan, qorxu və nifrət olması təsəvvürünü

formalaşdırırlar. Bu günlər ermənilərin danışdığı ən

böyük nağıl isə bundan ibarətdir ki, guya 1915-ci ildə

onların 1.5 milyon nəfər ulu babası türklər tərəfindən qətlə

yetirilmişdir və bu, iyirminci əsrin ilk genosid nağılıdır...”

Page 73: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

73

görə ki, ermənilər “xristianlığın ilk şəhid milləti”dir. Bu metod da ermənilərin “din” strategiyasının əsas istiqamətlərindən biridir. “Xristianlığın ilk şəhid milləti” iddiası ilə ermənilər 1915-ci il hadisələri ilə yəhudi soyqırımı arasında əlaqə qurmağa çalışaraq, həmin metodla torpaq və təzminat almaq niyyətindədirlər.

Məlum olduğu kimi, faşistlərin idarəsi altında alman yəhudilərinin vətəndaşlıqları əllərindən alınmış və müxtəlif vəzifələrə gəlmələri qadağan edilmişdi. İkinci Dünya müharibəsinin başlanması ilə yəhudilərin kütləvi surətdə öldürülmələrinə hökm verilmiş və bu hökm dövlət siyasəti olaraq həyata keçirilmişdi [2, s. 381]. Kütləvi soyqırımı yəhudiləri vahid mərkəzdə birləşməyə aparıb çıxardı. Nəticədə onlar öz milli və dini birliklərini qorumaq üçün Yaxın Şərqdə bir dövlət qurdular. Bu dövlətin yaradılması eyni zamanda Qərb dövlətlərinin də maraqlarına uyğun idi. Yəhudilərin bu sayədə qazanclar əldə etdiyini fürsət bilən ermənilər 1990-cı illərdə “soyqırımı” kəlməsi ilə birlikdə “xolokost” kəlməsindən də istifadə etməyə başladılar. Onlar eyni zamanda beynəlxalq siyasətdə bu vəziyyətdən istifadə etməyi planlaşdıraraq tarixdə soyqırımına məruz qaldıqlarını iddia etməklə və tarixi ərazilər önə sürməklə heç bir zaman olmayan “Böyük Ermənistan” dövlətini bərpa etmək, həmçinin “məzlum və zavallı” xalq kimi müxtəlif imtiyazlar, güzəştlər və eyni zamanda təzminat almaq niyyətinə düşdülər. Bugünkü siyasət də o istiqamətdə aparılmaqdadır. Hər il dünya ölkələrinin parlamentlərinin müzakirəsinə çıxarılan “soyqırımı” iddialarının pərdə arxasında həmin niyyətlər dayanır. Diqqəti çəkən bir məsələ də ondan ibarətdir ki, ermənilər 1915-ci il hadisələri ilə yəhudi soyqırımı arasında paralellik aparmaq niyyətində olsalar da, tarixi həqiqətlər ermənilərin yəhudilərdən fərqli olaraq soyqırımına məruz qalmadığını, əksinə soyqırımı törətdiklərini isbat edir. Bu isə “qondarma erməni soyqırımı” ilə “yəhudi xolokostu” arasındakı oxşarlığı tamamilə təkzib edir.

İkinci bir tərəfdən, ermənilərdən fərqli olaraq yəhudi xolokostunda silahlı bir üsyan olmamış, yəhudilər ilə toplum içərisindəki qruplar arasında silahlı münaqişələr cərəyan etməmişdir. Bütün cinayətlər Faşist Almaniyasının təktərəfli şiddət siyasəti şəklində həyata keçirilmişdir. Eyni zamanda, ermənilərdən fərqli olaraq yəhudilərə heç bir dövlət tərəfindən siyasi və hərbi baxımdan dəstək də verilməmişdir.

Üçüncüsü, yəhudilər bir bölgədən digər bir bölgəyə köçürülməyə də məruz qalmamış, sırf məhv edilmələri planlaşdırılmışdır.

Dördüncüsü, yenə də ermənilərdən fərqli olaraq yəhudilər ilə alman dövləti arasında olduqca güc fərqi də vardı. Yəhudilər gizli yerlərdə silahlanaraq qruplar meydana gətirməmişdilər.

Bütün bunlar həqiqət olsa da, ermənilərin yeritdiyi siyasət dünya ictimaiyyətinə haqq-ədalətin öz yerini tapması şəklində təqdim olunur. Bəzi nüfuzlu elitalar guya Hitler tərəfindən söylənən “kim erməni soyqırımını xatırlayır ki?” sözlərindən hər fürsətdə istifadə etməkdə [32, s. 115] və Hitlerin bu soyqırımı fikrini türklərdən mənimsədiyini önə sürməkdə, eyni zamanda dünya ictimaiyyətinə faşistlər tərəfindən törədilən yəhudi soyqırımı ilə qondarma erməni soyqırımı arasında

Page 74: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

74

əlaqə qurmaq məqsədilə “türklərin gizli yazışmaları” adı altında ermənilərin vəhşicəsinə öldürülmələrini əmr edən saxta sənədlər təqdim etməkdədirlər [13, s. 62]. Həqiqətdə isə bu sənədlərin və Hitlerə aid edilən sözlərin heç bir əsası yoxdur. Əsas məqsəd “soyqırımı” iddialarını dünyanın aparıcı dövlətlərinin müzakirəsinə çıxarmaqla bu dövlətlərin dəstəyini qazanmaq və onların vasitəsilə Türkiyə üzərində təzyiq qura bilmək, nəticədə Türkiyəni üzr istəməyə məcbur etməklə torpaq və təzminat almaqdır. Ümumiyyətlə, ermənilərin “din” strategiyasının qaranlıq pərdəsi altında ərazi iddiaları və “dənizdən-dənizə Böyük Ermənistan” dövləti yatır. Bəs yaxşı, bu strategiyanın beynəlxalq siyasətdəki yeri nədir? Dünyanın aparıcı dövlətlərinin “soyqırımı” iddialarını gündəmə gətirmələrindəki əsas məqsədləri və hədəfləri nədən ibarətdir? Qənaətimizcə, bu iddiaların Qərb dünyasında dəstəklənməsi antitürk və antiislam münasibətlər çərçivəsində dəyərləndirilə bilər ki, bunun da səbəblərindən birini Qərb-Türk sivilizasiyalarının toqquşmasında axtarmaq lazımdır. Əvvəlki tədqiqatlarımızda bu məsələyə toxunduğumuzdan təkrar üzərində durmayacağıq (bu barədə bax: 24; 25, s. 43-56]. Digər bir səbəb Qərb-xristian dünyasının şüuraltında gizlənən “günahlardan arınma (təmizlənmə) psixologiyası”dır. Bu psixologiyanın pərdə arxasında gizlənən məqamlar nələrdir? Məlum olduğu kimi, xristian Avropa ölkələri yəhudiləri Hz. İsanın, dolayısı ilə Tanrının qatilləri (Godkiller) olaraq görmüş və bu səbəbdən ilk günah inancında olduğu kimi, bütün yəhudi nəslini məsul tutmuşlar [2, s. 381]. Beləliklə, Tanrının öldürülməsi günahından təmizlənməsi mümkün olmayan “qanı kirli ikinci dərəcəli insanlar sinfi” kimi adlandırılan yəhudilər ən aşağı millət olaraq qəbul edilmişlər. Qeyd edək ki, eramızdan əvvəlki dövrlərdə də Assuriya, Babil və Roma tərəfindən sürgünə məruz qalan yəhudilər 1290-cı ildə İngiltərədən, 1394-cü ildə Fransadan, 1492-ci ildə isə İspaniyadan deportasiya olunmuşdular. Yəhudilərin adı çəkilən ölkələrdən sürgün edilmələri xristianlar tərəfindən bu millətin dini səbəblərdən qovulması şəklində xarakterizə olunmuş və xristian dünyasının ən qaranlıq dövrlərindən biri kimi qəbul edilmişdir. Nəticədə antisemitizm ideologiyası formalaşmışdır. XX əsrin əvvəllərində də nasistlərin idarəsi altında alman yəhudilərinin vətəndaşlıqları əllərindən alınmış və müxtəlif vəzifələrə gəlmələri qadağan edilmişdir. İkinci Dünya müharibəsinin başlanması ilə yəhudilərin kütləvi surətdə öldürülmələrinə hökm verilmiş, bu hökm dövlət siyasəti olaraq mənimsənilmiş və həyata keçirilmişdir [21, s 13-31; 28, s. 13-40; 12, s. 236]. Beləliklə, yəhudilərin Nasist Almaniyası tərəfindən soyqırımı gerçəkləşdirilmişdir. Yəhudi soyqırımında məsuliyyət bilavasitə Almaniyanın üzərinə düşsə də, xristian olmaları səbəbi ilə ümumilikdə Qərb-xristian dünyası günahkarlıq duyğusuna qapılmışdır.

Yəhudilərə qarşı nifrətin müəyyən mənada digər səbəblərlə birlikdə dini antisemitizm – “antijudaizm”, yəni xristian-yəhudi düşmənçiliyi üzərində qurulduğunu etiraf edən Adolf Hitler “Mənim mübarizəm” (almanca adı “Mein Kampf” olan bu kitab Türkiyədə “Kavgam” adıyla nəşr edilmişdir) adlı kitabında yazırdı: “...İsa yəhudi milləti haqqında bəslədiyi düşüncələrini heç bir zaman

Page 75: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

75

gizlətməmişdir. Hətta lazım gəldiyi vaxt bəşəriyyətin düşməni olan bu yəhudiləri Allahın ibadətgahından qamçı ilə qovmuşdur... Yəhudilər bu gün olduğu kimi, keçmişdə də dindən vasitə kimi istifadə etmişlər. Məhz bu səbəbdəndir ki, İsa çarmıxa çəkilmişdir. Hər yəhudinin ruhu öz məzhəblərinin qurucusuna nə qədər yaddırsa, xristianlığa da o qədər yaddır...” [7, s. 314-315].

“Müqəddəs dəhşət: dini cinayətlər tarixi” kitabının müəllifi Ceyms A.Haut təkzibedilməz materiallar əsasında göstərir ki, insanlıq tarixinin ən bağışlanılmaz ləkələrindən olan nasistlər tərəfindən yəhudilərə qarşı tətbiq edilən soyqırımı cinayəti eyni zamanda dini zəmində də gerçəkləşdirilmişdir. Bu cinayət əsrlərdir xristianlığın musəvilik haqqındakı təlimlərinin acı meyvəsi idi. Əgər Tanrının adından musəvilərə qarşı nifrət aşılanmamış olsaydı, bu cinayətlər baş verməzdi. Nasistlər eyni xristian ənənələrinə görə hərəkət etdilər. Hitlerin törətdiyi soyqırımı musəvilərə qarşı uzun illərdən bəri qidalanan nifrətin ən yüksək həddi idi [6, s. 105-106].

Müəllif digər bir yerdə də qeyd edir ki, nasistlərin törətdikləri cinayətlər yeni bir canilik deyildi. Onlar sadəcə olaraq 2 min illik tarixi olan musəvi əleyhdarlığına əsaslanan xristian ənənələrini davam etdirdilər. Faşistlərin ölüm düşərgələrinin kökləri xristianlığın tarixi strukturunda axtarılmalıdır. Musəvilərin şeytani rolları ilə əlaqəli əfsanələr əsrlər boyunca xristianlığı onlara qarşı hücuma sövq etmişdir [6, s. 108].

Müəllif eyni zamanda vaxtilə rahib olan ilahiyyatçı alim Peter de Rosanın 1988-ci ildə nəşr olunan “Məsihin kəndli keşişləri” adlı kitabından sitat gətirərək yazır ki, Müqəddəs Papanın qəbul etdiyi qərarlarla qətliamlar, qaz otaqları və nasistlərin ölüm düşərgələrindəki insan sobaları arasındakı faciəvi əlaqələr inkar edilə bilməz [6, s. 108].

Xristian rahibləri və ümumilikdə kilsə tərəfindən insanların beyinlərinin musəvi düşmənçiliyi ilə doldurulduğunu da qeyd edən Ceyms A.Haut onu da göstərir ki, din xadimləri sizə kimi öldürəcəyinizi söyləməz, sadəcə kimdən nifrət edəcəyinizi deyərlər. Kilsə daim gənclərə onların ən həssas dövrlərində musəvilərin İsanı öldürdüyünü və bu səbəblə Tanrının yəhudiləri əbədiyyətə qədər lənətlədiyini öyrətmişdir. 2 min il boyunca musəvilərə qarşı törədilən bütün cinayətlərdə kilsənin barmağı vardır. Harada xristian kilsəsi varsa, orada musəvi düşmənçiliyi vardır. Nasistlər də hakimiyyətə gəldikləri zaman öz cinayətlərini məhz bu reallıq üzərində qurdular [6, s. 109-110].

Fikirlərimizi bir daha əsaslandırmaq üçün valideynləri İkinci Dünya müharibəsi dövründə nasistlər tərəfindən öldürülən yəhudi mənşəli amerikalı tarixçi Daqobert Ranesin sözlərinə müraciət etməyi məqsədəuyğun sayırıq. O, yəhudi soyqırımı barəsində xristian kilsəsini ittiham edərək deyirdi: “Hitlerin musəvilərə qarşı törətdiyi vəhşi cinayətlər onsuz da daha əvvəllər xristian kilsəsi tərəfindən yəhudilərə tətbiq edilirdi. Bu, ilk zərbə deyildi... Musəvi kitablarının və yəhudilərin yandırılması... Hitler bunların hamısını kilsədən öyrəndi. Keçmiş dövrlərdə kilsə yəhudi uşaqlarını və qadınları diri-diri yandırarkən, Hitler

Page 76: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

76

onlara daha sürətli ölüm bağışladı. Əvvəlcə qaz otaqlarında öldürdü, sonra da yandırdı” [6, s. 109].

Göründüyü kimi, yəhudi soyqırımında məsuliyyət bilavasitə Almaniyanın üzərinə düşmür. Bütün yəhudilərin düşüncəsinə görə, kilsə aşılamış olduğu fikirlərə görə yəhudi soyqırımından ötrü məsuliyyət daşıyır. Məhz bu baxımdan Qərb-xristian dünyası günahkarlıq duyğusuna qapılmışdır. Yəhudilərə qarşı törədilən xolokostun (yəhudi soyqırımının) Qərb-xristian şüuru üzərindəki təsirləri o qədər dərindir ki, onun səbəb olduğu dərin psixoloji gərginlik xristianların heysiyyətinə toxunmuş və bu təsir üstündən illər keçsə də, özlərini günahkar hiss etmələrinə yol açmışdır. Onların erməni məsələsinə baxışı daha çox bu şüurun bilavasitə tarixdən miras qalmış hadisələri ilə əlaqəlidir. Bu günahlardan tamamilə silkinib arınmaq üçün guya türklər tərəfindən törədilən qondarma “erməni soyqırımı”nın yəhudi soyqırımına öncüllük təşkil etdiyi iddiası ortaya atılmış, hətta musəvilərin məhv edildiyi qaz otaqlarının türklər tərəfindən icad edildiyi və Hitlerin belə bir addım atmasında türklərin başlıca rol oynadığı da iddia edilmişdir [34].

Almaniya Parlamentinin nəzdində fəaliyyət göstərən “Elmi Tədqiqat Xidməti” adlı təşkilatın 3 aprel 2000-ci il tarixli raportunda göstərilir: “Alman nasional-sosialistlərinin gerçəkləşdirdikləri kütləvi yox etmə metodları əslində 1915-ci ildə ermənilərə qarşı türklər tərəfindən həyata keçirilmişdir. Ermənilər ağır şərtlər altında işlədilərək məhv edilmiş, insanlar heyvan vaqonlarına dol-durulmuş və onların üzərində vəhşicəsinə tibbi təcrübələr aparılmışdır. Erməni əsgərləri və sivillər müxtəlif viruslara yoluxduruldular. Trabzonda erməni uşaq-ları hamama aparılmaq bəhanəsiylə onlar üçün təşkil edilmiş otaqlarda zəhərli qazla öldürülmüşdülər. Gəldiyimiz nəticə bundan ibarətdir ki, Adolf Hitler türklər tərəfindən törədilən soyqırımı barəsində mükəmməl məlumatlara sa-hib olmuş və bunu özü üçün nümunə kimi mənimsəmişdir” [1, s. 184-185].

Halbuki yuxarıda da sitat gətirdiyimiz yəhudi mənşəli amerikalı tarixçi Daqobert Ranesin sözləri bu iddiaları kökündən təkzib edir. Əgər Hitler həqiqətən türklərdən nümunə götürsəydi, o zaman Daqobert Ranes kilsəni deyil, türkləri ittiham edər, ya da ən azından bu barədə məlumat verərdi. “Hitler soyqırımını türklərdən öyrəndi” şüarı əsl həqiqətdə “biz əslində belə cinayətlərə yol vermərik, bu işdə müsəlman türklərin barmağı var” məntiqi ilə işləyən bir mexanizmlə günahlardan arınma metoduna baş vurulmuşdur [33]. Yəni burada musəvilərin düşməni olaraq xristianlar deyil, guya xristianlara yol göstərən və onları kütləvi cinayətlərə sövq edən müsəlman türklər göstərilir.

Yuxarıda da qeyd edildiyi kimi, yəhudilərlə xristianlar arasında keçmişdən miras qalan düşmənçiliyin hökm sürdüyü tarixi həqiqətdir. Lakin İsrailin milli dövlət olaraq ortaya çıxması “yəhudi məsələsi”nin fərqli yöndə aktuallaşmasına yol açmışdır. Qərb yüzillərlə Avropa məkanında yəhudi-xristian qarşıdurması kimi xarakterizə olunan yəhudi məsələsini müsəlman-yəhudi münaqişəsinə çevirərək Yaxın Şərqə ixrac etmişdir [2, s. 380]. Halbuki Avropada əsrlərlə

Page 77: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

77

davam edən yəhudi məsələsi xristian teologiyasından qaynaqlanan antisemit hərəkət olsa da, İkinci Dünya müharibəsindən sonra Yaxın Şərqə ixrac edilən İsrail məsələsinə qarşı bölgədəki müsəlman ictimaiyyətin göstərdiyi reaksiya antisemit deyil, siyasi əsası olan antisionist bir reaksiyadır [2, s. 381]. Yəni burada əsas məqsəd xristian-yəhudi düşmənçiliyinin tədricən unutdurulması və öz yerini yəhudi-müsəlman münaqişəsinə verməkdən ibarət olmuşdur. İsrail ilə Ərəb dövlətləri arasında yəhudi-müsəlman düşmənçiliyi yaradıldığı kimi, ermənilərlə türklər arasında da belə bir problem meydana gətirilmişdir. Erməni məsələsi bilavasitə türklərə qarşı tarixdən miras qalan səlibçilik zehniyyətindən qaynaqlanır ki, Qərb xristian dövlətlərinin bu məsələdə tutduğu mövqe həmin zehniyyətin bariz təcəssümüdür.

Qondarma erməni soyqırımı qərar layihələrinin nəyə görə hər il gündəmə gəlməsinin açıqlanmasında Qərb-xristian dövlətlərinin şüuraltında gizlənən günah duyğularının və səlibçi zehniyyətin payı olduqca böyükdür. Ancaq burada vacib bir sual ortaya çıxır: İkinci Dünya müharibəsindən sonra Qərb-xristian dünyasında “günahkarlıq, məzlumluq psixologiyası” atmosferinin yarandığı həqiqətdir, ancaq günahkarların və zərər çəkənlərin kimlər olduğuna hansı dövlətlər qərar vermişlər? Türk tədqiqatçısı Erol Göka haqlı olaraq yazır ki, həqiqi mənada məzlumluq psixologiyasından yararlananlar və yararlandıranlar bu psixologiyanın arxasında gizlənən Qərb-xristian dövlətləridir. Onlar istər Birinci Dünya müharibəsindən, istərsə də İkinci Dünya müharibəsindən, eyni zamanda milyonlarla insanın ölümündən ötrü məsuliyyət daşıyırlar. Məsələ burasındadır ki, əsl günahkarlar işlədikləri cinayətləri təmizə çıxarmaq üçün belə bir “məzlumluq” oyununu oynamaqdadırlar [5, s. 133].

Çox önəmli bir məsələni də vurğulamaq lazımdır ki, Birinci Dünya müharibəsinin baş verməsindən heç bir formada məsuliyyət daşımayan xalqlar arasına nifaq salanlar hal-hazırda hakimlik kürsüsünə əyləşərək türkləri ittiham etməkdədirlər. Heç kim “iki böyük dünya müharibəsinin başlanmasının əsl səbəbləri nə idi?”, “dünyadakı güc mübarizələri və rəqabətləri nə deməkdir?” kimi imperialist əməlləri və mövqeləri ortaya çıxaracaq suallar vermir, əksinə bunun yerinə “ermənilər türklər tərəfindən soyqırımına məruz qaldılar” şəklində ittihamlar yağdırırlar.

Məzlumluq psixologiyasının altında gizlənən həqiqət hər iki dünya müharibəsinin cavabdehlərinin günah və cinayət psixologiyasıdır. Ümumilikdə yəhudilərin tarix boyu başına gətirilənlərdən məsuliyyət daşıdıqları halda baş vermiş cinayətlərə bəraət qazandırmaq üçün Qərb-xristian dünyası “biz əslində belə cinayətlərə yol vermərik, bu işin arxasında müsəlman türklərin barmağı vardır” tezisini ortaya ataraq, gülünc yolla günahlarından təmizlənməyə ümid edirlər.

Ortaya çıxan məqam budur: müəyyən mənada Qərb-xristian dünyası günahlardan arınmaq və özlərinə bəraət qazandırmaq üçün tarixdə ilk soyqırımı törədənlərin xristianlar deyil, ilk dəfə məhz xristian erməniləri soyqırımına

Page 78: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

78

məruz qoyan müsəlman türklər olduğunu önə sürürlər. Bu baxımdan Qərb-xristian ictimaiyyətinin nəzərində öz dini və siyasi mənafelərinə uyğun olaraq ermənilərə xüsusi rəğbət yaratmaq məqsədi ilə “xristianlığı rəsmən qəbul edən ilk dövlət və millət Ermənistan və ermənilərdir. Tarixdə ilk dəfə xristian ermənilər müsəlman türklər tərəfindən soyqırımına məruz qalmışlar” şəklində təbliğatlara geniş yer ayırırlar.

Nəticə

Ermənilərin “Böyük Ermənistan”ın alt strukturunu təşkil edəcəyini düşündükləri “Böyük erməni tarixi”ni yaratmaq üçün “yer üzünün ilk xristian etnosu və dövləti”, “xristianlığın ilk şəhid milləti” kimi ortaya atdıqları iddialar və göstərdikləri cəhdlər tarixi reallıqların saxtalaşdırılmasına yol açmışdır. Bu cəhdlər öz növbəsində ermənilərin tarixini əfsanə və mifologiyalarla sıx surətdə birləşdirmişdir. Onlar “Tanrı tərəfindən seçilmiş üstün millət” olduqlarını önə sürərək bu vasitə ilə qonşu ölkələr üzərindəki ekspansionist əməllərini gerçəkləşdirmək niyyətindədirlər. Ermənilərin “din” strategiyasının qaranlıq pərdəsi altında müəyyən gizli planlar yatır. Qədim sivilizasiya, inzibati-ərazi və dini iddiaları özündə ehtiva edən bu strategiya ilə yola çıxan erməni kilsəsinin, millətçi ideoloqların qarşısında duran başlıca məqsəd və hədəf “Böyük Ermənistan” ideologiyasının reallaşmasıdır. “Din” strategiyası ermənilərlə Azərbaycan-Türkiyə ikilisi arasındakı qarşıdurmada Ermənistanın üstünlüyünü təmin edən amillərin başında gəlir və beynəlxalq arenada ermənilərin mövqeyini haqsız yerə gücləndirməsinə səbəb olur. Hər şeydən əvvəl ona görə ki, bu strategiya öz növbəsində Qərb dövlətlərinin də dini, siyasi maraqlarına xidmət edir ki, bu da bilavasitə tarixdən miras qalan səlibçilik zehniyyətindən və “günahlardan arınma psixologiyası”ndan qaynaqlanır. Azərbaycanın və Türkiyənin “erməni məsələsi” ilə bağlı beynəlxalq münasibətlər sistemində qarşılaşdıqları problemlər açıq şəkildə ortaya qoymuşdur ki, yeni strategiyaların müəyyən edilməsi və gücləndirilməsi qaçılmazdır. Bu mübarizədə uğurlar əldə etməyin başlıca yolu isə psixoloji müharibəyə daha yaxşı hazırlaşmaq və bunu qarşı tərəfə qəbul etdirə bilməkdir

Page 79: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

79

İstifadə edilmiş ədəbiyyat:

1. Aydoğan Metin. Bitmeyen oyun: Türkiye’yi bekleyen tehlikeler. İstanbul: Kumsaati ya-yınları, 2003, -422 s.

2. Davutoğlu Ahmet. Stratejik derinlik: Türkiye’nin uluslararası konumu. İstanbul: Küre yayınları, 2010, -584 s.

3. Feigl Erich. Ermeni milli kilisesinin zaferi ve trajedisi // Ermeni Araştırmaları Dergisi‚ 2001, sayı: 5, s. 65-88.

4. Feigl Erich. Ermeni mitomanyası. İstanbul, 2007, -168 s.5. Göka Erol. Ermeni sorununun (gözden kaçan) psikolojik boyutu // Ermeni Araştırma-

ları Dergisi, 2001, sayı: 1, s. 128-138.6. Haught James A. Kutsal dehşet: dinsel cinayetler tarihi. İstanbul: Aykırı yayınları, 1999,

160 s.7. Hitler Adolf. Kavgam. İstanbul: Toker yayınları, 1994, -728 s.8. İlter Erdal. Ermeni kilisesi ve terör. Ankara: Ankara Üniversitesi Osmanlı Tarihi Araştır-

ma və Uygulama Merkezi yayınları, 1996, -176 s. 9. Kalafat Yaşar, Sezgin Mahmut Niyazi. Albanlar tarihi ve ermeni kültür stratejisi // 2023

Dergisi, 2002, sayı: 12, s. 16-25. 10. Kalafat Yaşar, Sezgin Mahmut Niyazi. Ermeni kültür stratejisi ve albanlar meselesi //

Ermeni Araştırmaları Dergisi‚ 2002, sayı: 5, s. 28-47.11. Kalankatuklu Moisey. Albaniya tarixi. Bakı: “Elm”, 1993, -235 s.12. Kaya A. Vahap. Toplumsal değişme açısından karizmanın şiddeti: Atatürk, Hitler, Hu-

meyni. Ankara: Sis yayınları, 1998, -357 s.13. Kaya İbrahim. Ermenilerin yahudi soykırımıyla benzerlik kurma stratejisi // 2023 Der-

gisi‚ 2002, sayı: 12, s. 62-65.14. Kırzıoğlu M Fahrettin. Albanlar tarihi üzerine (M.Ö. IV.-M.S. X. yüzyıllar). “XI türk tarihi

konqresi bildirileri” kitabından ayrıbasım, Türkiye-Azerbaycan Dostluk Derneği yayını: 9, 67 s.

15. Kırzıoğlu M. Fahrettin. Dede Korkut Oğuznameleri. Ankara: Atatürk Kültür Merkezi Başkanlığı yayınları, 2000, -114 s.

16. Küçük Abdurrahman. Ermeni kilisesi ve türkler. Ankara: Ocak yayınları, 1997, -312 s.17. Laçıner Sedat. Türkiye-Avrupa ilişkilerinde kültür ve medeniyet: tarihsel ve ideolojik

kökenler // Liberal Düşünce Dergisi‚ 1999, cilt: 4‚ № 13, s. 39-57. 18. Laçıner Sedat, Bal İhsan. İngiltere ermenileri‚ lobicilik ve ermeni sorunu // Ermeni

Araştırmaları Dergisi‚ 2002, sayı: 7, s. 71-124.19. Laçıner Sedat. Ermeni kimlik bunalımı ve güç politikalarının bir ürünü olarak ermeni

sorunu // 2023 Dergisi, 2002, sayı: 12, s. 56-61.20. Laçıner Sedat. Ermeni iddiaları ve terör / Ermeni sorunu el kitabı. Ankara: Ankara Üni-

versitesi basımevi, 2003, s. 95-122.21. Marschalko Louis. Yahudi. İstanbul: Sebil yayınevi, 1993, -333 s.22. Məmmədova Fəridə. Albaniyanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı: Azərnəşr, 1993,

262 s.23. Özkan Zafer. Tarihsel akış içerisinde terörden poltikaya ermeni meselesi. İstanbul: Er Ofset San. ve Tic. AŞ, 2001‚ -282 s.24. Şıxəliyev Emin. Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər

kontekstində. Bakı: “Elm və təhsil”, 2011, -324 s.

Page 80: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

80

25. Şıxəliyev Emin. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Qərb və Türk si-vilizasiyalarının və geosiyasi maraqların toqquşması müstəvisində // “Strateji təhlil”, 2012, say: 5, s. 43-56.

26. Togan Zeki Velidi. Umumi Türk tarihine giriş. İstanbul: Enderun kitabevi, 1981‚ -539 s.27. Uimz Səmyuel A. Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri. Bakı: OKA Ofset

Azərbaycan-Türkiyə Nəşriyyat-Poliqrafiya şirkəti, 2004, -386 s.28. Uğur Ali. Dünya gündemindeki İsrail. İstanbul: Burak yayınevi, 1998, -224 s.29. Uras Esat. Tarihte ermeniler ve ermeni meselesi. İstanbul: Belge yayınları, 1987, 798 s.30. Мнацаканян А.Ш. О литературе Кавказской Албании. Ереван: Академия Наук

Армянской ССР, 1969, -220 с.31. Улубабян Б.А. Очерки историй Восточного края Армении (V—VII вв.). Ереван:

Изд-во АН АрмССР, 1982.32. Lowry Heath W. The U. S. Congress and Adolf Hitler on the Armenians // Institute of

Turkish Studies, Washington D.C.: Pre-Print from: Political Communication and Persu-asion, 1985, Volume: 3, Number: 2, p. 111-139.

33. http://www.doguturkistan.net/modules.php?name=AvantGo&file=print&sid=474134. http://www.1001kitap.com/Guncel/Tamer_Andrea_Bacinoglu/modern_alman_oryan-

talizmi/almanyaveermeni.html

Emin ShikhaliyevThe main directions of the Armenians’ “religion” strategy

It is well known that the biggest Armenian ideal either as a state or a diaspora and a church is to realize the ideology of “Great Armenia”. In every opportunity Armenians claim that the territories which include Eastern Anadolu and Caucasus are their homeland. They use religion as a major weapon in order to justify their claims against the regional states. The strategy includes: to depict Armenians as “the first Christian community and the state” in the eyes of international community, “the enclave and inheritance of Christianity in Caucasus region” and “the first martyr nation of Christianity”. Without doubt there are some secret plans behind this religious strategy. In this article the main directions of the Armenia’s religious strategy and its place in international politics is comprehensively analyzed and researched.

Эмин ШихалиевОсновные направления “религиозной” стратегии армян

Как общеизвестно, реализация политической концепции “Великая Ар-мения” является приоритетом армян. Армяне при каждом удобном случае заявляют о том, что как будто бы ряд земель, включая Восточную Анато-лию и Кавказ, являются их прародиной, историческими землями. Для ле-гитимизации своих территориальных претензий в отношении государств региона и для оправдания совершенных ими деяний, армяне используют

Page 81: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

81

религию как главнейшее оружие в своем арсенале. Основное содержа-ние этой стратегии в следующем: создание в глазах мировой обществен-ности образа первого христианского этноса и государства мира, символа “крепости” христианства на Кавказе, а также образа первого народа-му-ченика в истории христианства. Несомненно, что под завесой “религиоз-ной” стратегии скрываются определенные намерения. В статье со всеми подробностями и нюансами были изучены направления “религиозной” стратегии армян, а также роль и место этой стратегии в международных отношениях.

Page 82: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

82

Page 83: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

83

QLOBAL VƏ MİLLİ İQTİSADİ SİSTEMLƏRİN AKTUAL MƏSƏLƏLƏRİ

Page 84: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

84

Page 85: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

85

Açar sözlər: modernizasiya, innovasiya, elm, bilik iqtisadiyyatı, R&D

Key words: modernization, innovation, science, knowledge economy, R&D

Ключевые слова: модернизация, инновация, наука, экономика знаний, R & D

İqtisadi modernizasiyanın nəzəri-metodoloji

əsasları

Vüsal Qasımlı

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

[email protected]

Page 86: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

86

Modernləşdirilmə nəzəriyyəsinin yaradıcılarından biri sayılan alman mütəfəkkiri M.Veber ilk dəfə modern kapitalist cəmiyyəti üçün rasionallaşdırma konsepsiyasını hazırlamışdı [26]. Öz nəzəriyyəsində modernizm (modernism), modernləşdirilmə (modernization) və çağdaşlıq (modernity) paradiqmalarını fərqləndirən alman mütəfəkkiri M.Bermana görə, heç nə daimi deyil, hər bir mövcudiyyət “əriməlidir” ki yeniləri yaransın [2, s.15]. M.Berman hesab edirdi ki, modernləşdirilmə davamlı bir proses kimi sosial həyatı əbədi olaraq dəyişir [3].

Klassik modernləşdirilmə nəzəriyyələri əsasən fərqləndirmə (differentiati-on) və rasionallaşdırma (rationalization) meyarları üzərində qurulub. Klassik nəzəriyyəni tənqid edən N.Luhmann, N.J.Smelser, J.Habermas və V.Şluçter kimi alimlər bildirirdilər ki, fərqləndirməyə və rasionallaşdırmaya əks olan proseslər də (dedifferentiation and derationalization) modern cəmiyyətlər üçün xarakte-rikdir [10; 19; 25, s.113-30; 23]. Beləliklə, bu iki əks proses də bəzi tədqiqatçılar tərəfindən modernizasiyanın tərkib hissəsi kimi qəbul edilir.

Yarım əsrdən çoxdur ki, S.M.Lipsetin modernizasiya nəzəriyyəsi müxtəlif elmi mübahisələr doğurmaqdadır. Bu nəzəriyyəyə görə, modernizasiya - sənayeləşmə və iqtisadi inkişaf pozitiv sosial və siyasi dəyişikliklərə aparıb çı-xarır [18, s.69-105]. Lakin müasir dövrdə Çində modernləşmə heç də siyasi islahatlarla müşayiət olunmur və ya XIX əsrdə Argentina ən yüksək iqtisadi in-kişaf səviyyəsinə çatsa da, bu ölkənin siyasi həyatında ən yaddaqalan hadisələr siyasi islahatlar deyil, dövlət çevrilişləri oldu. Beləliklə, modernizasiyanın hər bir ölkədə özünəməxsus şəkildə baş verməsi S.M.Lipsetin modernizasiya nəzəriyyəsi ilə mübahisə etməyə imkan verir.

S.M.Lipsetin modernizasiya nəzəriyyəsini ilk tənqid atəşinə tutanlardan biri S.P.Hantinqton oldu. S.P.Hantinqton modernizasiya nəzəriyyəsinin tərəfdarları ilə o məsələdə razılaşırdı ki, istisadi inkişaf dərin sosial dəyişikliklərə gətirib çı-xarır. Lakin o, bu dəyişikliklərin heç də həmişə proqressiv və ziyansız olmadığını düşünürdü [12].

A.G.Frank, F.H.Kardoso və F.Enzo kimi alimlər isə modernizasiya nəzəriyyəsinin sosial tərəflərinə deyil, iqtisadi inkişafla bağlı hissəsinə etiraz edirlər. Onlar belə bir fakt gətirirlər ki, qeyri-Qərb ölkələri beynəlxalq iqtisadi müstəvidə asılı vəziyyətdədirlər və inkişafdan geri qalıblar [5; 9].

A.Przevorski bildirmişdi ki, modernizasiya nəzəriyyəsində demokratiya və davamlılıq anlayışları düzgün müəyyənləşdirilməyib. Onun fikrincə, iqtisadi in-kişaf davamlılığın təmin olunmasında həlledici olsa da, demokratiyanın inkişa-fına töhfə verə bilməyib [20, s.155-183].

İllərlə müxtəlif həmkarları ilə tədqiqat aparan R.İnglehart dünya dəyərlər sorğusunun (World Values Survey) çox sayda göstəricilərini emal edərək belə bir qənaətə gəlmişdi ki, müxtəlif mədəni və davranış dəyişiklikləri iqtisadi in-kişaf və siyasi nəticələrə təsir baxımından əhəmiyyətlidir [13]. Bunun əksinə olaraq D.Ruesçemeyer, E.Stephens və J.Stephens fikirləşirdilər ki, əsas amil cəmiyyətdəki siniflərin güc balansının dəyişməsidir [22].

Page 87: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

87

V.V.Rostounun modernizasiya nəzəriyyəsi iqtisadi inkişafı mərhələlərlə izah edir [21]. “Ənənəvi cəmiyyət” (traditional society) adlanan birinci mərhələdə istehsal tamamilə istehlak olunduğundan ticarət barter yolu ilə aparılır və tex-nologiya istifadəsi məhduddur. İkinci mərhələdə (preconditions for takeoff - yüksəliş üçün zəmin) ixtisaslaşma ticarət üçün izafi məhsul yaradır, güclü mərkəzi hakimiyyət özəl sektoru dəstəkləyir. Üçüncü mərhələdə (takeoff - yüksəliş) sənayeləşmə nəticəsində əmək qüvvəsi aqrar sahədən sənayeyə keçir, inkişaf bir neçə region və istehsal sahəsi üzərində təmərküzləşmiş olur. Dör-düncü mərhələdə (drive to maturity - kamilliyə doğru) iqtisadiyyat şaxələnir, innovasiyalar yeni investisiya imkanları yaradır və urbanizasiya güclənir. Beşinci mərhələdə (high mass consumption - yüksək kütləvi istehlak) kütləvi istehlak genişlənir, iqtisadi aktivlik artır, servis sektoru aparıcı olur və sosial rifah yax-şılaşır.

Modernizasiya paradiqması tarixi inkişaf prosesində özü də dəyişikliyə məruz qalır. Məsələn, XX əsrin 60-cı illərində modernizasiya postindustrial cəmiyyətə keçid kimi qiymətləndirilirdisə [7], hazırda onu bilik iqtisadiyyatına keçidi sürətləndirən bir paradiqma kimi qəbul edirlər.

Modernizasiyanın iki növünü fərqləndirmək mümkündür: üzvi və qeyri-üzvi. Üzvi modernizasiya o ölkələrdə baş verir ki, onlar yenilikləri özləri icad və tətbiq edirlər, mədəniyyət, mentallıq və dünyagörüşü sahəsində irəlidədirlər. Moder-nizasiya belə cəmiyyətlərdə mərkəzləşdirilmiş dövlət, burjua münasibətləri, sənayeləşmə, demokratiya və s. üçün zəmin olur.

Qeyri-üzvi modernizasiya isə xarici çağırışlara cavab kimi meydana çıxır və o cəmiyyətlərdə baş verir ki, onlar başqalarının yaratdığı elmi-texniki tərəqqinin nəticələrini tətbiq edirlər. S.N.Eysenştadt bu cür modernləşməni “gecikmiş” ad-landırır və göstərir ki, belə ölkələrdə modernizasiyanın uğuru cəmiyyətdə baş verən keyfiyyət dəyişikliyi ilə bağlıdır [8].

Modernizasiya inkişaf etmiş ölkələrdə yerli xüsusiyyətlərə və ənənələrə “uyğunlaşır”. Məsələn, Braziliyada San-Paulu və ya Rio-de-Janeyro sanki mo-dernizasiyanın yaratdığı anklavdır və ətraf bölgələrdən öz inkişaf səviyyəsinə görə kəskin fərqlənir. Bilik iqtisadiyyatına keçidlə informasiya və bilik resursa çevrildikcə, elmi işləmələr iqtisadiyyatın hərəkətverici qüvvəsi olduqca, daha çox işçinin təhsilinin keyfiyyət səviyyəsi, peşəkarlığı və kreativliyi qiymətləndirildikcə modernizasiya prosesi qlobal və yerli səviyyələrdə müşahidə edilən disproporsi-yaların yumşaldılmasında faydalı olacaq. Bunun üçün insanların, kapitalın, mal-ların və xidmətlərin azad hərəkəti təmin edilməlidir ki, modernizasiyanın eyni zamanda və hər yerdə baş tutması üçün bərabər imkanlar yaransın. Əlbəttə, bu mülahizəni irəli sürməklə biz qətiyyən o fikirdə deyilik ki, bilik iqtisadiyyatı şəraitində bütün dünyada modernləşmə səviyyəsi eyni olacaq. Təbii ki, bütün hallarda yerli institutların inkişaf səviyyəsi, mentalitet və s. yerli xüsusiyyətlər modernizasiya prosesinin sürətinə təsir göstərəcəkdir. Lakin bərabər imkanlar modernizasiyanın sürətinin bütün dünyada sinxronlaşdırılması istiqamətində

Page 88: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

88

əhəmiyyətli addım sayılmaqla konvergensiyaya xidmət edə bilər. Modernizasiya prosesini innovativ inkişaf olmadan təsəvvür etmək müm-

kün deyil. Çünki modernləşmə özlüyündə yeniliklərin - innovasiyaların tətbiqini ehtiva edir. Avstriya iqtisadçısı Y.A.Şumpeter innovasiyanın beş tipini müəyyənləşdirmişdir: - yeni məhsul;- yeni istehsal üsulu;- təklifin yeni mənbəyi;- yeni bazarlar;- biznesin təşkilinin yeni yolları.

İqtisadiyyatda əsas fokus ilk iki innovasiya tipinin üstündədir. Y.A.Şumpeter sahibkarların rolu, yaradıcı destruktivizm (creative destruction) və biznes tsiklinə əsaslanaraq bildirirdi ki, innovasiyalar iqtisadiyyatı tarazlıq halından çıxarır.

Y.A.Şumpeterin elmi məktəbinin ciddi təsiri altında olan Maklaurin texnoloji yeniliyə aparan beş addımı belə müəyyənləşdirib:- elm;- kəşf;- innovasiya;- maliyyə;- qəbul etmə (diffuziya).

Hazırda dünyada bəzi firmalar innovasiyaları yaradır, digərləri isə onu imi-tasiya edir. Beləliklə, R&D-nin elementləri - tədqiqat (R) və inkişaf (D) arasın-

da mübarizə gedir. Dinamik ümumi modelə əsaslanan hesablamalar göstərir ki, sosial rifah yalnız innovativ təşəbbüslərin davam-lı intensivliyi kritik həddi keçəndə yüksəlir [24]. R&D paradiqmasına yanaşmada iki model mövcuddur: 1. R&D-nin ilkin funk-siyası yeni məhsul yaratmaqdır; 2. R&D-nin ikinci funksiyası yeni bilik yaratmaqla yeni məhsul, proses və xidmətə dəstək verməkdir. İnvestisiyanın gəlirliliyi (return on investment (ROI)) prinsipinə zidd olaraq R&D müəssisənin fəaliyyətində mənfəət və yeniliklər arasında qızıl ortanın tapılması məqsədinə bir o qədər də xidmət etmir.

İnnovasiyaların tətbiqi müxtəlif təşkilati resursların aktiv və mütəşəkkil istifadəsini tələb edir [14, s.243]. Məsələn, A.C.Edmondson, R.Bohmer və G.P.Pisanonun həyata keçirdiyi 16 cərrah ko-mandasının yeni cərrahiyyə texnikasının tətbiqi üzrə sorğunun [6, s.685-716], K.J.Klein, A.B.Conn və J.S.Sorranın həyata keçirdiyi kompüterləşdirilmiş isteh-

Hazırda dünyada bəzi firmalar innovasiyaları yaradır, digərləri isə onu imitasiya edir. Beləliklə, R&D-nin elementləri - tədqiqat

(R) və inkişaf (D) arasında mübarizə gedir. Dinamik ümu-

mi modelə əsaslanan hesab-lamalar göstərir ki, sosial rifah yalnız innovativ təşəbbüslərin

davamlı intensivliyi kritik həddi keçəndə yüksəlir.

Page 89: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

89

sal texnologiyasının tətbiqi üzrə 39 müəssisə arasında sorğunun [16, s.811-824], P.J.Holahan, Z.H.Aronson, M.P.Jurkat və F.D.Şurmanın həyata keçirdiyi 69 məktəbdə kompüter texnologiyasının tətbiqinə dair sorğunun [11, s.31-50] nəticələrini ümumiləşdirsək, innovasiyaların tətbiqi üzrə əsas maneələri və səmərəli tövsiyələri aşağıdakı kimi qruplaşdıra bilərik:

a. Maneələr: 1.Əvvəla, innovasiyalar qeyri-təkmil dizayn olunduğundan onların ilk dəfə istifadəsi çətinlik yaradır; 2. Əksər innovasiyalar ilk istifadəçilərin müəyyən yeni texniki bilik və bacarıqlara malik olmasını tələb edir; 3. İnnova-siyaların tətbiqini, adətən, hədəf istifadəçilər deyil, iyerarxiyada daha yuxarıda olan menecerlər qəbul etdiklərindən müəyyən çətinliklər yaranır; 4. İnnovasi-yalar fərdlərin rollarının, bəzi normaların və qaydaların dəyişdirilməsini tələb edir. Fərdlərin buna hazırlığı həmişə arzuolunan səviyyədə qeydə alınmır; 5. İnnovasiyaların tətbiqi vaxt və pul tələb edən çətin işdir; 6. Təşkilati ətalətlilik innovasiyaların tətbiqini çətinləşdirir.

Bu səbəblərə görədir ki, Morgan Stanlinin 2002-ci il hesabatına görə, şirkətin hər il texnologiyalara xərclədiyi 2,7 trilyon ABŞ dollarının 500 milyon dolları in-novasiyaların tətbiqindəki çətinliklərə görə “havaya sovrulur” [15, s.244-245].

b. Tövsiyələr: 1. İnnovasiyaların tətbiqi üçün paket qərarlar (işçilərin inno-vasiyalardan istifadə edə bilməsi üçün treninqlər, innovasiyaları istifadə edən işçilərə ehtiyac yarananda texniki dəstək verilməsi, təşviqedici tədbirlər və s.) hazırlanmlaı və həyata keçirilməlidir [17, s.31-79]; 2. Komandanın innova-siyanı qavrama və qəbuletmə mühiti yaradılmalıdır; 3.İnnovasiyaların tətbiqi üçün sərmayə qoyulmalıdır; 4.İnnovasiyanın tətbiqinə hazırlaşan koman-da öyrənməyə meyilli olmalıdır; 5.Menecerlər innovasiyaları tətbiq edərkən qısamüddətli uğursuzluqlara görə ruhdan düşməməli, uzunmüddətli hədəflərə istiqamətlənməlidirlər. Beləliklə, menecerlərin “səbrliliyi” vacib şərtdir.

N.Eminov təklif edir ki, Azərbaycanda kiçik sahibkarlığa kömək infrastruk-turunun yaradılması və inkişafı məqsədilə ölkənin strateji innovasiya inkişafı modelini, eləcə də innovasiya sahibkarlığının inkişafı üzrə təşkilati-iqtisadi me-xanizmi işləyib hazırlamaq olar. Bu mexanizm kiçik innovasiya müəssisələrinin inkişafının stimullaşdırılması üçün metod, üsul və alətlərin məcmusu kimi təkcə bütövlükdə ölkə üzrə deyil, həm də onun ayrı-ayrı iqtisadi rayonları üzrə tətbiq oluna bilər [1, s.111-112].

Cənubi Koreyanın iqtisadi möcüzəsinin əsasında aşağı əmək haqqına əsaslanan ixracyönümlü sənayeləşmə kursundan innovativ və sahibkarlıq təşəbbüsünə söykənən bazar modelinə keçid həlledici rol oynamışdır [4].

Modernləşdirilmənin qarşısında duran nəzəri-metodoloji çağırışları belə qruplaşdırmaq mümkündür:

- Nəzəri olaraq modernləşdirmənin əsas meyarlarının müəyyənləşdirilməsində çağırışlar qalmaqdadır;

- İqtisadi modernizasiyanın həmişə pozitiv demokratik islahatlarla müşayiət

Page 90: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

90

olunması açıq müzakirə mövzusudur;- Bilik iqtisadiyyatına keçid modernizasiya paradiqmasına yeni baxış bucağı

tələb edir;- Modernləşdirilmə və innovativ inkişaf arasında dialektik vəhdətin nəzəri-

metodoloji əsasları hazırlanmalıdır;- Modernizasiya zamanı qlobal, regional, milli və lokal səviyyədə

bərabərsizliklərin yaranması problemi qloballaşmanın tələblərinə uyğun şəkildə təhlil edilməli və çıxış yolları göstərilməlidir və s.

Modernləşdirilmənin əsas xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:- Modernləşdirilmə bir proses olaraq daimi xarakter daşıyır;- Modernləşdirilmə cəmiyyətin siyasi, iqtisadi, sosial, mədəni və dini həyatını

əhatə edir;- Modernləşdirilmə tarixin inkişaf mərhələlərinə uyğun olaraq formasını

dəyişir;- Modernləşdirilmə qlobal, regional, milli və lokal səviyyələrdə qeyri-bərabər

paylanılıb;- Modernləşdirilmə bir proses olaraq cəmiyyətin institutlarının harmoniyasına

çalışır;- Modernləşdirilmə əmək qüvvəsinin kəmiyyət və keyfiyyət dəyişikliklərinə yol

açır;- İqtisadi modernləşdirilmə iqtisadiyyatın əsas çağırışı olan minimum resurs-

larla maksimum nəticə əldə etməyə, başqa sözlə, iqtisadi səmərəliliyi artır-mağa xidmət edir və s.

İstifadə edilmiş ədəbiyyat:

1. Eminov N.O. İnnovasiya yönümlü iqtisadi inkişafın əsasında müasir sahibkarlığın inki-şaf istiqamətləri. Az.ETKTİ və Tİ-nin Elmi Əsərləri, 3/2012, s.111-112.

2. Berman M. All That Is Solid Melts into Air: The Experience of Modernity, Penguin Bo-oks, Reissue edition, 1988.

3. Berman M. All That Is Solid Melts into Air: The Experience of Modernity, Penguin Bo-oks, Reissue edition, 1988.

4. Branscomb L. M., Choi Y.H. Korea at the turning point: Innovation-Based Strategies for Development, Greenwood Publishing Group Inc., London, 1996.

5. Cardoso F.H., Enzo F. Dependency and Development in Latin America, University of California Press, 1979.

6. Edmondson A.C., Bohmer R., Pisano G.P. Disrupted routines: Team learning and new technology adaptation, Administrative Science Quarterly, 46, 2001, pp. 685-716.

7. Eisenstadt S. N. Modernization. Protest and Change, Prentice Hall, 1966. 8. Eisenstadt S. N. Revolution and the Transformation of Societies: A Comparative Study

of Civilizations, N.Y., The Free Press, 1978.

Page 91: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

91

9. Frank A.G. Latin America: Underdevelopment and Revolution, Monthly Review Press, 1970

10. Habermas J. Theorie des kommunikativen Handelns , Frankfurt: Suhrkamp, 2 vols, 1981.

11. Holahan P.J., Aronson Z.H., Jurkat M.P., Schoorman F.D. Implementing computer technology: A multiorganizational test of Klein and Sorra’s model, Journal of En-gineering and Technology Management, 21, 2004, pp. 31-50.

12. Huntington S.P. Political Order in Changing Societies, (The Henry L. Stimson Lectures Series), Yale University Press, 2006.

13. Inglehart R., Welzel C. Modernization, Cultural Change, and Democracy: The Human Development Sequence, Cambridge University Press, 2005.

14. Klein J.K., Andrew P., Knight Innovation Implementation, Overcoming the Challenge, Current Directions in Psychological Science, Vol. 14, No. 5 (Oct., 2005).

15. Klein J.K., Andrew P., Knight Innovation Implementation, Overcoming the Challenge, Current Directions in Psychological Science, Vol. 14, No. 5 (Oct., 2005), pp. 244-245.

16. Klein K.J., Conn A.B., Sorra J.S., Implementing computerized technology: An organi-zational analysis, Journal of Applied Psychology, 86, 2001, pp. 811-824.

17. Klein K.J., Rails R.S., The organizational dynamics of computerized technology imple-mentation: A review of the empirical literature, L.R. Gomez-Mejia & M.W. Lawless (Eds.), Greenwich, CT: JAI Press, Implementation management of high technology, 1995, pp. 31-79.

18. Lipset S.M., Some Social Requisites of Democracy, American Political Science Review 53, no. 1, 1959, pp. 69-105.

19. Luhmann N., The differentiation of society, Columbia University Press, New York, 1982.20. Przeworski A., Limongi F. Modernization: Theories and Facts, World Politics 49, 1997,

pp. 155-183.21. Rostow W.W. The Stages of Economic Growth: A Non-Communist Manifesto, Camb-

ridge University Press, 3 edition, 1991.22. Rueschemeyer D., Stephens E., Stephens D. J. Capitalist Development and Democracy,

University of Chicago Press, 1992.23. Schluchter W. The rise of Western rationalism: Max Weber’s developmental history,

Berkeley: University of California Press, 1981.24. Segerstrom P.S. Innovation, Imitation, and Economic Growth, Journal of Political Eco-

nomy, The University of Chicago Press, Vol. 99, No. 4, Aug., 1991. 25. Smelser N. J. Evaluating the model of structural differentiation in relation to educa-

tional change in the nineteenth century, Neofunctionalism, ed. J. Alexander, Beverly Hills: Sage, 1985, pp. 113–30.

26. Weber M. The Protestant Ethic and the Spirit of Capitalism, CreateSpace Independent Publishing Platform, 2012.

Page 92: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

92

Vusal GasimliTheoretical and methodological basis of economic modernization

Modernization is an adaptation of an object to new requirements and stan-dards, technical specifications and quality in order to accelerate development process. Macro-theory modernization has historical and sociological roots. Modernization theories explain the changing ways of communication and media use in traditional and (post)modern societies. As a research object, the aricle only considered economic modernization. However, there are also types of modernization such as modernization of political and social spheres and culture.

Вусал ГасымлыТеоретические и методологические основы экономической модернизации

Модернизация - процесс адаптации объекта к новым стандартам с це-лью улучшения развития. Как макроэкономическая теория, модерниза-ция имеет исторические и социологические корни. Теория модернизации дает возможность объяснить причины появления новых видов коммуни-каций и изучить способы использования средств массовой информации в традиционных обществах.

Несмотря на то, что автор уделил внимание анализу экономической модернизации, последняя также имеет политический и социальный ха-рактер.

Page 93: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

93

Açar sözlər: xərclər-buraxılış modeli, diversifikasiya əmsalı, seçmə müşahidə, aralıq məhsul, ümumi buraxılış, ümumi əlavə dəyər, son məhsul

Key words: Input-Output table, diversification coefficient, sample observation, intermediate goods, gross output, gross value added, final product

Ключевые слова: межотраслевая таблица, диверсификация коэффи-циента, выборочное наблюдение, промежуточные товары, валовая продукция, валовая добавленная стоимость, конечный продукт

Azərbaycanın regional iqtisadi

mövqeyinin xərclər-buraxılış modeli vasitəsi

ilə təhlili

Ceyhun ABBASOV İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı

[email protected]

Page 94: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

94

Giriş

Qloballaşan dünyada planetin iqtisadiyyatı çox qısa zaman kəsiyində dəyişir, fərqli şəkillərə düşür. Son bir neçə onillikdə baş verən iqtisadi böhranlar dünya iqtisadiyyatında müşahidə edilən keyfiyyət dəyişikliklərinin nəticəsidir. Təbii ki, öz-özünə baş verməyən bu dəyişikliklər dünya dövlətlərinin qarşılıqlı iqtisadi münasibətlərinin təzahürüdür. Azərbaycan son dövrlərdə dünya iqtisadiyyatına uğurla inteqrasiya edən və bu qarşılıqlı iqtisadi münasibətlərdə kifayət qədər müstəqil iqtisadi siyasət yürütməsi ilə seçilən dövlətlərdən biridir. Bu baxımdan Azərbaycanın qarşılıqlı iqtisadi münasibətlərinin təhlili çox böyük önəmə malikdir. Bu münasibətlərin təhlilində fərqli yanaşma və üsullar ola bilər. Biz isə təhlili iqtisadiyyatın riyazi üsullarının çox əhəmiyyətli bir bölməsi olan sahələrarası balans (İnput-Output) modelləri vasitəsilə aparmağa çalışmışıq. Bu modellər və onların xüsusiyyətləri haqqında müvafiq bölmələrdə ətraflı danışacağıq. Burada isə işin qısa məzmunu və məqsədimiz barədə qeydlər aparmaq istəyirik. İşdə Azərbaycan və dünyanın aparıcı ölkələri də daxil olmaqla 70 dövlət təhlil obyekti kimi götürülmüşdür. Sahələrarası balans modellərinin cədvəllərində balans olması üçün dünyanın yerdə qalan dövlətləri “qalan dünya” adı altında verilmişdir. Qeyd edək ki, bu tip təhlilin daha dolğun olması üçün bütün dünya dövlətlərinin modelə daxil edilməsi daha məqsədəmüvafiqdir. Lakin ölkələrin iqtisadi göstəricilərinin, xüsusilə ölkələrin milli hesablarına daxil olan göstəricilərin toplanmasında bir sıra çətinliklər vardır. Sahələrarası balans modellərinin dövlətlərin qarşılıqlı iqtisadi münasibətlərinin təhlilində tətbiqi üçün Milli Hesablar Sisteminə (MHS) daxil olan aralıq istehlak, aralıq məhsul, ümumi daxili məhsul, ümumi buraxılış, ümumi əlavə dəyər və son tələb kimi makroiqtisadi göstəricilərin olması vacibdir. Məlum olduğu kimi, bu tip göstəricilərin statistik məlumatlarının toplanılması iqtisadi tədqiqatların başlıca problemidir. Tədqiqat işi 2011-ci ilin statistik məlumatları əsasında aparılmışdır. Bu məlumatlar Beynəlxalq Millətlər Təşkilatının (BMT) rəsmi internet saytlarından əldə edilmişdir. Statistik göstəricilərin konkret mənbələri mətndə yeri gəldikcə göstəriləcəkdir.

Ümumi olaraq məqsədimiz sahələrarası balans modelləri vasitəsilə Azərbaycanda və tədqiq olunan digər dövlətlədə baş verən iqtisadi dəyişikliklərin qalan dünyaya və ümumilikdə dünya iqtisadiyyatına necə təsir etməsinin müəyyənləşdirilməsidir. Daha dəqiq desək, əsas məqsədimiz Azərbaycanın əsas partnyor ölkələrində baş verən iqtisadi dəyişikliklərin ölkəmizin iqtisadiyyatında hansı dəyişikliklərə səbəb ola biləcəyini təhlil etməkdir.

1. İ-O modelinin nəzəri, metodoloji əsasları, onun tətbiqi və nəticələrin təhlili1.1. İ-O modelinin nəzəri əsasları

Xərclər-buraxılış modeli (İnput-Output) ilk dəfə “sahələrarası balans” adı ilə 1926-cı ildə keçmiş SSRİ-nin Mərkəzi Statistika Komitəsi tərəfindən Fransua

Page 95: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

95

Kennenin “İqtisadi cədvəl”inə və Karl Marksın “Geniş təkrar istehsal sxemi”nə əsaslanaraq tərtib edilmişdir [1, s.96]. Ümumiyyətlə, sahələrarası balans vasitəsi ilə aparılan təhlillər (interindustry analysis) SSRİ-də anadan olmuş Sankt-Peterburq Universitetinin məzunu və sonralar ABŞ-da yaşamış Vasili Leontyev tərəfindən yaradılmışdır. Bu elmi işlə əlaqədar olaraq o, 1973-cü ildə Nobel mükafatı almışdır [1, s.96].

Ümumi şəkildə sahələrarası balans cədvəli aşağıdakı kimi verilir:

Cədvəl 1. Sahələrarası balans

Sahə

lərin

sıra

say

ı

Aralıq istehlak

Cəm

i ara

lıq

məh

sul (

AM

)

Son

tələ

b (d

)

Son

tələ

bin

kom

pone

ntlə

ri

Üm

umi b

urax

ılış

(X)

1 … j … n

1 x11 … x1j … x1n d1 X1

… … … … … … … …

i xi1 … xij … xin di Xi

… … … … … … … …

n xn1 … xnj … xnn dn Xn

Cəmi aralıq istehlak (AI) AI 1 … AI j … AI n d X

Ümumi əlavə dəyər (ƏD) ƏD1 … ƏDj … ƏDn ƏD

Xalis vergilər (XV) XV1 … XVj … XVn XVÜmumi daxili məhsul (ÜDM)

ÜDM1 … ÜDMj … ÜDMn ÜDM

Ümumi buraxılış (X) X1 … Xj … Xn X

Bu hissədə MHS-dən məlum olan bəzi bərabərliklərin verilməsi və qısa şəkildə izah olunması sonrakı bölmələrdə verilmiş praktik məsələnin tədqiqi zamanı metodoloji baxımdan səmərəli hesab edilə bilər. Bu baxımdan, aşağıda veriləcək MHS-in bir neçə əsas eyniliyinə diqqət yetirsək görərik ki, xərclər-buraxılış modelinin sətir və sütunlarında yerləşən elementlər arasında mövcud olan əlaqələr elə bu eyniliklərin ifadəsidir.

Cədvəl 1-də verilmiş xərclər-buraxılış modelinin 1-ci bölməsi aralıq istehlak və ya aralıq məhsulların sahələrarası hərəkətindən, 2-ci bölməsi son tələbin komponentlərindən, 3-cü bölməsi isə əlavə dəyərin tərkibindən ibarətdir [2, s.21] və cədvəlin hər bir sətri üzrə aşağıdakı eynilik doğrudur: [3, s.5]

Page 96: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

96

(1.1.1)

Cədvəlin sütunları üzrə isə aşağıdakı eynilik doğrudur:

(1.1.2)

(1.1.1) bərabərliyini j-ə görə, (1.1.2) bərabərliyini isə i-ə görə cəmləsək,

(1.1.3)

(1.1.4)

Axırıncı ifadələrdən,

olduğuna görə

eyniliyini almış olarıq. Deməli, ölkədəki iqtisadi fəaliyyət sahələrində yaranan ümumi əlavə dəyərlə

bu fəaliyyət sahələrinin cəminin son tələbləri bir-birinə bərabərdir. bərabərliyini (1.1.1)-də nəzərə alsaq,

(1.1.5)

ifadəsini əldə etmiş olarıq. Məlumdur ki, bu ifadənin açılışı bir tənliklər sistemidir və tənliklər sisteminin matris şəklində yazılışı mümkündür. Beləliklə, (1.1.5) bərabərliyi, [3, s.5]

Page 97: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

97

(1.1.6)

matrisi ilə eyni mənanı ifadə edir. Bəzi sadə çevrilmələr vasitəsilə bu bərabərliyin aşağıdakı çevrilmiş formasını almaq olar [3, s.5].

(1.1.7)

İşin bu bölməsində MHS-in bəzi göstəriciləri və balans tənlikləri verilir. Bu balans tənlikləri sonrakı bölmələrdə praktik məsələnin həllində istifadə olunacaqdır. Ümumi buraxılış (ÜB) vahid vaxt ərzində təsərrüfat vahidlərinin - rezidentlərin təsərrüfat fəaliyyətinin nəticəsi olan əmtəə və xidmətlərin məcmu dəyəridir [4, s.24]. MHS-in bir çox balans tənlikləri vardır ki, bunlardan ikisi bu məsələnin həllində istifadə olunmuşdur:

1. İstehsal hesabının balans tənliyi [4, s.29] ÜB=Aİ+ÜƏD (1.1.8)

Burada, ÜB - ümumi buraxılışı, Aİ - aralıq istehlakı, ÜƏD - ümumi əlavə dəyəri ifadə edir.

2. Məhsul və xidmətlər hesabının balans tənliyi [4, s.29] ÜDM=ÜB-Aİ+VER-SUB=İST(C+G)+YIĞ(İ)+XİX (1.1.9)

Burada, ÜB - ümumi buraxılışı, Aİ - aralıq istehlakı, ÜDM - ümumi daxili məhsulu, VER - vergiləri, SUB - subsidyanı, İST - istehlakı, YIĞ - yığımı, XİX - xalis ixracı ifadə edir.

Əlavə olaraq xərclər-buraxılış modelinin nəzəri müddəaları ilə elmi ədəbiyyatda [5; 6] daha ətraflı tanış olmaq olar.

1.2. Modelə daxil olan dövlətlərin makroiqtisadi mənzərəsi

Təhlilə daxil olan bir sıra dövlətlərin makroiqtisadi vəziyyətləri barədə bəzi məlumatların verilməsi informativ baxımdan əhəmiyyət daşıyır. Bu ölkələrin ÜDM-i, əhali sayı, işsizlik səviyyəsi, insan inkişafı indeksi onların inkişafı haqqında daha real təsəvvürün yaranmasında yaxından kömək etmiş olar. Cədvəl 2-də qeyd olunan statistik göstəricilər haqqında məlumatlar verilmişdir [7].

Page 98: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

98

Cədvəl 2. Ölkələrin statistik göstəriciləri

Ölkələr Əhali, mln. nəfər

Adambaşına düşən ÜDM, ABŞ dolları İşsizlik,% İnsan inkişafı

indeksi

Fransa 65.3 40591 9.3 0.87

Çin 1.3 mlrd. 4382 4.3 0.68

Almaniya 81.4 40512 7.1 0.89

Meksika 113.7 8959 5.4 0.75

Cənubi Koreya 48.7 20590 3.7 0.88

İtaliya 61 33828 8.4 0.85

ABŞ 313.2 47132 9.6 0.9

Yaponiya 126.4 42820 5 0.88

Birləşmiş Krallıq 62.7 36298 7.9 0.85

İspaniya 46.7 29400 20.1 0.86

Mənbə: Dünya Bankı [7].

Cədvəldə verilmiş məlumatlara əsasən qeyd etmək olar ki, əsas makroiqtisadi göstərici hesab edilən adambaşına düşən ÜDM-in həcminə görə ilk dörd yeri müvafiq olaraq ABŞ, Yaponiya, Fransa və Almaniya bölüşdürmüşlər. Bu model vasitəsi ilə biz hər hansı bir ölkədə bu və ya digər iqtisadi göstəricinin dəyişməsinin digər ölkələrin iqtisadiyyatlarında nə ilə nəticələnəcəyini təhlil edə biləcəyik. BMT tərəfindən çox böyük əhəmiyyətə malik olan insan inkişafı indeksi hesablanılır. Cədvəl 2-nin məlumatlarına diqqət yetirsək, insan inkişafı indeksinə (İİİ) görə, ilk dörd yerin müvafiq olaraq ABŞ, Almaniya, Yaponiya və Cənubi Koreyaya aid olduğunu görərik. İşsizlik səviyyəsinə diqqət yetirsək, İspaniyada məşğulluğun vəziyyətinin elə də yaxşı olmadığı qənaətinə gələ bilərik. Belə ki, bu ölkədə işsizlik 20.1% səviyyəsində qeydə alınmışdır. İspaniyadan sonrakı yerləri isə müvafiq olaraq ABŞ, Fransa və İtaliya tutur. Bu ölkələr arasında Çin diqqəti cəlb edir. Belə ki, Çinin əhalisi 1.3 milyard nəfər təşkil etsə də, bu ölkədə işsizlik cəmi 4.3% səviyyəsində qeydə alınmışdır.

Seçilmiş dünya ölkələrinin qarşılıqlı iqtisadi münasibətləri təhlil olunarkən daha ümumi təsəvvür yaratmaq üçün diversifikasiya əmsalından istifadə edilir. Bu parametrin mahiyyəti təhlil olunan dövlətlərin timsalında diversifikasiya baxımdan mövcud vəziyyətin nə dərəcədə qənaətbəxş olmasından ibarətdir. Diversifikasiya əmsalı D ilə işarə edilir və kriterya kimi bu ölkələrin ümumi buraxılışları götürülmüşdür [8].

Əgər,

(1.2.1)və vəziyyət normal

Page 99: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

99

(1.2.2)olarsa, qeyri-normal hesab edilməlidir [1, s.76].Cədvəl 3-də verilmiş məlumatlardan istifadə etməklə aşağıdakı düstur vasitəsilə diversifikasiya əmsalını hesablamaq olar.

(1.2.3)

Burada, Si- i-ci ölkənin ümumi buraxılışının həcmini göstərir.

Cədvəl 3. Diversifikasiya əmsalı

Si

ÖlkələrÜmumi buraxılış (mln. dollar)

Si

ÖlkələrÜmumi buraxılış (mln. dollar)

Si Si2 Si S

i2

S1 Albaniya 23979.06 574995504.55 S36 Latviya 56371.12 3177702822.64S2 Argentina 742556.06 551389504553.6 S37 Litva 73813.12 5448377162.92S3 Ermənistan 14402.87 207442727.27 S38 Lüksemburq 149359.41 22308231989.08S4 Avstraliya 2963320.1 8781265924733 S39 Malayziya 581812.15 338505381012.79S5 Avstriya 782761.57 612715677768.6 S40 Malta 18000.45 324016298.53S6 Azərbaycan 87968.03 7738373461.2 S41 Meksika 1957984 3833701061119.5S7 Belarus 130737.27 17092233394.37 S42 Niderland 1594045.1 2540979695315.7

S8 Belçika 1082851 1172566192791 S43Yeni Zelandiya

320810.32 102919262173.41

S9 Braziliya 4281377.3 18330191913518 S44 Norveç 832806.78 693567139039.21S10 Bolqarıstan 114795.37 13177977302.23 S45 Pakistan 404027.36 163238107564.26S11 Kanada 3158154 9973936535220.5 S46 Peru 337901.31 114177298532.54S12 Çili 452562.59 204812894655.72 S47 Filippin 383568.59 147124862565.39S13 Çin 21401408 458020249511686 S48 Polşa 1008780.4 1017637922426S14 Kolumbiya 572424.48 327669782373.34 S49 Portuqaliya 448523.2137 201173073230.67S15 Kipr 40537.59 1643296229.65 S50 Koreya Resp. 2500140.887 6250704453010.60S16 Çex Resp. 575479.06 331176143464.73 S51 Moldova 14905.53667 222175023.44S17 Danimarka 613319.72 376161080180.71 S52 Rumıniya 363058.0833 131811171878.75S18 Misir 353263.11 124794821639.11 S53 Rusiya 3201973.067 10252631523174.50S19 Estoniya 47143.14 2222476036.07 S54 Serbiya 81913.31739 6709791565.56S20 Finlandiya 530474.64 281403344518.11 S55 Singapur 498220.8595 248224024830.75S21 Fransa 4933430.83 24338739770150.90 S56 Slovakiya 226706.6559 51395907810.55S22 Gürcüstan 21386.58 457385743.92 S57 Sloveniya 99138.86825 9828515198.49S23 Almaniya 6482619.18 42024351493144.80 S58 Cənubi Afrika 813532.7787 661835581994.12S24 Yunanıstan 452787.62 205016626438.25 S59 İspaniya 2900075.909 8410440277018.35S25 Macarıstan 297433.27 88466551138.03 S60 Şri Lanka 96756.04789 9361732802.72S26 İslandiya 27179.44 738722095.34 S61 İsveç 1005070.746 1010167204856.90S27 Hindistan 3430062.26 11765327132659.90 S62 İsveçrə 1218479.927 1484693332515.44S28 İndoneziya 1725393.77 2976983658222.39 S63 Tayland 906461.3827 821672238313.23S29 İran 799776.35 639642217798.37 S64 Tunis 75666.34627 5725395958.02S30 İrlandiya 463531.75 214861684680.48 S65 Türkiyə 1462989.087 2140337069741.17S31 İsrail 443490.45 196683775287.28 S66 ABŞ 28955448.2 838417980732656.00S32 İtaliya 4284202.72 18354392929286.00 S67 Ukrayna 376333.9534 141627244467.01S33 Yaponiya 10532208.81 110927422513958.00 S68 Birləşmiş ƏƏ 590234.7599 348377071747.10S34 Qazaxıstan 302450.15 91476094934.92 S69 Böyük Britaniya 4283635.323 18349531581770.60S35 Qırğızıstan 12941.91 167493109.19 S70 Venesuela 457619.1064 209415246525.36

Mənbə: http://comtrade.un.org/

Page 100: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

100

(1.2.2) bərabərliyinə əsasən

(1.2.4)

olduğuna görə diversifikasiya baxımından bu ölkələr arasında mövcud vəziyyət qeyri-qənaətbəxş hesab edilməlidir.

1.3. İ-O modelinin bu dövlətlərin qarşılıqlı iqtisadi münasibətlərinə tətbiqinin bəzi xüsusiyyətləri və alınmış nəticələrin təhlili

Yuxarıda qeyd edildiyi kimi, xərclər-buraxılış modelinin balans cədvəli 3 hissədən ibarətdir. Birinci hissə aralıq məhsulların bizim misalda dövlətlərarası axınını, ikinci hissə bu dövlətlərin son tələblərini və onun komponentlərini, üçüncü hissə isə əlavə dəyərlərini və onun tərkibini xarakterizə edir. Qeyd edək ki, təhlilə daxil edilmiş 70 dövlət üzrə xərclər-buraxılış modelinin cədvəlləri həddən artıq iri həcmli alındığı üçün bu cədvəllərin mətnə daxil edilməsi məqsədəuyğun deyil və biz təhlilə bu modelin konkret nəticələrini daxil etmişik.

Balans cədvəlinin 3-cü hissəsi tərtib edilərkən aralıq məhsul və aralıq istehlakın statistik göstəriciləri BMT-nin “UNcomtrade” elektron statistik məlumat bazasından əldə olunmuşdur [8]. Lakin bu mənbədə cəmi dünya üzrə ümumi buraxılışın məbləği barədə məlumat əldə etmək mümkün olmasa da, burada dünya üzrə ÜƏD və ÜDM məbləğləri verilmişdir1. Cəmi dünya üzrə ümumi buraxılış aşagıdakı qaydada müəyyən edilmişdir.

1. Modelə daxil edilmiş 70 dövlətin əlavə dəyər normaları (hər bir ölkə üzrə əlavə dəyərin ümumi buraxılışda payı) tapılmış,

2. Tapılmış əlavə dəyər normalarının ədədi ortası müəyyənləşdirilmiş,3. Müəyyənləşdirilmiş ədədi orta dünya üzrə əlavə dəyər norması kimi

götürülmüş,4. Dünya üzrə əlavə dəyərin məbləği bu normaya bölünərək dünya üzrə

ümumi buraxılış alınmışdır.Aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, 99.7% inamla

söyləmək olar ki, ana kütlədəki kəmiyyət əlamətinin ortası intervalına daxildir. Deməli, modelə daxil olan ölkələrin əlavə dəyər normalarının ədədi ortası dünya üzrə mövcud olan əlavə dəyər normasına böyük ehtimalla yaxın olacaqdır. Statistik baxımdan əsaslandırma ilə bərabər bunu iqtisadi cəhətdən də izah etmək olar. Belə ki, əlavə dəyər norması elə bir iqtisadi kateqoriyadır ki, o, son məhsulların reallaşma qiymətləri ilə birbaşa əlaqədardır. Bundan alınmış məhsulun istehsalında istifadə olunmuş aralıq məhsulların da böyük əksəriyyəti beynəlxalq ticarət vasitəsilə əldə olunur. Alıcılıq qabiliyyəti paritetinə görə dünya ölkələrində məhsulların qiymətləri ancaq qısa dövrdə fərqli ola bilər, uzun müddətdə onların qiymətləri həmişə bir-birinə uyğunlaşır.

1 http://unstats.un.org/unsd/snaama/resQuery.asp

Page 101: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

101

Satılan son məhsulların satış qiymətlərinin tərkibində onun maya dəyərinin, istehsal xərclərinin və istehsalçının mənfəətinin dəyəri vardır. Deməli, dünya bazarında bərabərləşməyə can atan əmtəə və xidmətlərin qiyməti əlavə dəyər normalarını da bir-birinə uyğunlaşdırır.

Artıq modelin izahına keçmək olar. Təhlilə keçməmişdən əvvəl qeyd edək ki, xərclər-buraxılış modelinin balans cədvəli və onun simuliyasiyaları böyük həcmdə olduğuna görə onu tam şəkildə mətinə daxil etmək mümkün deyil. Modelin balans cədvəllərinin hissələri əlavələrdə artıq verilib. Cədvəl 4-də isə ölkələr üzrə bəzi əmsallar verilmişdir. Cədvəldə GO - ümumi buraxılışı (Gross Output), D - son tələbi (Final Demand), GVA (Gross Value Added) - ümumi əlavə dəyəri bildirir. ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Meksika, Argentina, Kanada, Kipr, Gürcüstan, Yunanıstan, Hindistan, Qazaxıstan, Azərbaycan, Misir, Norveç, Filippin, İsveçrə, Tunis, BƏƏ və Venesuelada son məhsul və ümimi əlavə dəyər ümumu buraxılışın 50 faizdən çox hissəsini təşkil edirsə, qalan ölkələrdə bu göstərici 50 faiz və ya 50 faizdən aşağı səviyyədə qərarlaşmışdır (Cədvəl 4).

Cədvəl 4. Əmsallar

Ölkələr

Son məhsulların

ümumi buraxılışda

payı,%

Əsas qiymətlərlə ƏD norması

əmsalıÖlkələr

Son məhsulların

ümumi buraxılışda

payı,%

Əsas qiymətlərlə ƏD norması əmsalı

D/GO GVA/GO D/GO GVA/GO

Albaniya0.492836 0.485600 Latviya 0.458115 0.452700

Argentina 0.552726 0.551971 Litva 0.509222 0.521700Ermənistan 0.642447 0.645237 Lüksemburq 0.363481 0.360700Avstraliya 0.477081 0.476000 Malayziya 0.491904 0.490000Avstriya 0.481981 0.484000 Malta 0.440671 0.435826Azərbaycan 0.683336 0.680887 Meksika 0.582434 0.582700Belarus 0.354918 0.379982 Niderland 0.467411 0.470378Belçika 0.423016 0.424400 Yeni Zelandiya 0.468848 0.468994Braziliya 0.494926 0.493000 Norveç 0.521764 0.519872Bolqarıstan 0.402440 0.401540 Pakistan 0.490536 0.490000Kanada 0.516583 0.517000 Peru 0.492475 0.490000Çili 0.500113 0.503600 Filippin 0.589674 0.585954Çin 0.339607 0.341000 Polşa 0.447351 0.447496Kolumbiya 0.533290 0.531800 Portuqaliya 0.461680 0.462257Kipr 0.570072 0.560000 Koreya Resp. 0.403119 0.402299Çex Resp. 0.340875 0.340000 Moldova 0.398173 0.399815Danimarka 0.465040 0.465000 Rumıniya 0.459883 0.460192Misir 0.621465 0.625000 Rusiya 0.490702 0.492340Estoniya 0.420101 0.409875 Serbiya 0.433185 0.432253Finlandiya 0.457871 0.428200 Singapur 0.490687 0.490000Fransa 0.501290 0.504100 Slovakiya 0.384374 0.383806Gürcüstan 0.584850 0.585555 Sloveniya 0.444389 0.441687Almaniya 0.497030 0.496950 Cənubi Afrika 0.452204 0.452078

Page 102: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

102

Yunanıstan 0.583085 0.581500 İspaniya 0.467844 0.467989Macarıstan 0.396255 0.396011 Şri Lanka 0.615019 0.611587İslandiya 0.454084 0.450000 İsveç 0.472545 0.471316Hindistan 0.516164 0.514300 İsveçrə 0.514127 0.512854İndoneziya 0.492009 0.490806 Tayland 0.411083 0.410141İran 0.657679 0.658200 Tunis 0.565807 0.572077İrlandiya 0.432719 0.432131 Türkiyə 0.470515 0.469692İsrail 0.497869 0.501600 ABŞ 0.523487 0.522713İtaliya 0.456280 0.458667 Ukrayna 0.392260 0.393590Yaponiya 0.553609 0.552600 Birləşmiş ƏƏ 0.600339 0.597475

Qazaxıstan 0.589493 0.587500Böyük Britaniya

0.501893 0.501433

Qırğızıstan 0.436167 0.418700 Venesuela 0.639597 0.637657

Mənbə: Müəllif hesablamaları

Bu o deməkdir ki, qeyd olunan ölkələrdə daxili resurslar nisbətən daha çoxdur və ixrac üçün əlavə üstünlüklər mövcuddur.

Məlumdur ki, dünya iqtisadiyyatında böhranların tsikli çox qısalmışdır. Qısaca desək, iqtisadi böhranlar son dövrlərdə daha tez-tez baş verir. Sonuncu dünya maliyyə böhranını xatırlasaq, bu böhranın məhz ilkin olaraq ABŞ-da təzahür etdiyi qənaətinə gələ bilərik. Təbii ki, bu böhran özünü ilk olaraq bank sektorunda göstərsə də, sonra o, ABŞ-ın makroiqtisadi göstəricilərinə də öz mənfi təsirlərini göstərməyə başlamışdır. Bunun nəticəsində isə ABŞ-la qarşılıqlı iqtisadi əlaqələrdə olan ölkələr də müəyyən itkilərə düçar olmuşlar. Bu bölmədə ABŞ və ya Azərbaycanın digər partnyor ölkələrində baş verə biləcək itkilərin ölkəmizin iqtisadiyyatında nələrə səbəb olduğunu təhlil etməyə çalışacağıq. Eyni zamanda, Azərbaycanla müqayisədə digər region ölkələrində baş verə biləcək dəyişikliklərə də nəzər salmaqla müqayisəli bir təhlil aparmağa çalışacağıq. Hesab edək ki, böhran nəticəsində ABŞ-ın son məhsulunda 5 faizlik bir azalma müşahidə olunmuşdur. Belə olan halda bunun bəzi ölkələr üzrə nəticələri aşağıdakı cədvəldə verilmişdir (bax: cədvəl 5).

Cədvəl 5. ABŞ-ın son məhsulunun 5 faiz azalmasının nəticələri

ÖlkələrÜmumi buraxılışın həcmindəki itkilər (dollarla)

Cəmi dünyaya nisbətən faizlə

ABŞ -1445705221556,8 99,69129589248Azərbaycan -3330,5 0,00000022966Gürcüstan -549324,7 0,00003787971Ermənistan -210559,2 0,00001451950Rusiya -98847467,5 0,00681621121Kanada -676672999,5 0,04666124685Çin -1098831167,6 0,07577194952Böyük Britaniya -205107045,7 0,01414353831Niderland -121347514,8 0,00836774387

Page 103: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

103

Meksika -286689608,1 0,01976921583Fransa -325160503,3 0,02242204805Cəmi dünya üzrə -1450181992935,6 100,00000000000

Mənbə: Modeldən alınmış nəticələr

Qeyd edək ki, əsas simulyasiya cədvəlində 69 dövlət içərisində ən az itki məhz Azərbaycanda qeydə alınmışdır. Biz mətndə ancaq cədvəl 5-də verilmiş dövlətlərin nəticələrini verməklə kifayətlənmişik. Göründüyü kimi, region ölkələrindən ən çox itki ilə üzləşən Gürcüstan və Ermənistandır ki, ABŞ-ın son məhsulunun 5 faiz azalması nəticəsində bu ölkələrdə ümumi buraxılış müvafiq olaraq təqribən 550 min və 210 min dollar təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, bu rəqəm Azərbaycan üzrə 3300 dollar qeydə alınmışdır.

Azərbaycanın əsas tərəfdaşlarından biri də Rusiya Federasiyasıdır. Analoji olaraq bu dövlətin son məhsulunda baş verən 5 faizlik azalmanın MDB dövlətlərində hansı nəticələrə səbəb olduğunu nəzərdən keçirsək faydalı olardı (bax: cədvəl 6).

Cədvəl 6. Rusiyanın son məhsulunun 5 faiz azalmasının nəticələri

ÖlkələrÜmumi buraxılışın həcmindəki itkilər (dollarla)

Cəmi dünyaya nisbətən faizlə

Rusiya -159010544532,0 99,62466413851Azərbaycan -976971,6 0,00061210069Gürcüstan -49012,2 0,00003070757Ermənistan -8229865,1 0,00515624642Belarus -13331362,4 0,00835248068Qazaxıstan -738870,5 0,00046292356Qırğızıstan -303366,7 0,00019006794Moldova -5955969,3 0,00373158548Ukrayna -30392355,2 0,01904168173

Cəmi dünya üzrə -159609616661,8 100,00000000000

Mənbə: Modeldən alınmış nəticələr

Cədvəldə verilənlərə əsasən söyləmək olar ki, Rusiyanın son məhsulunun 5 faiz azalması nəticəsində ən az itki ilə məhz Gürcüstan üzləşmişdir. Qeyd edək ki, bu, Gürcüstanla Rusiya arasında baş vermiş məlum müharibədən sonra iki dövlət arasında iqtisadi əlaqələrin kəsilməsi ilə izah oluna bilər. Digər MDB dövlətləri üzrə isə ən az itki Qırğızıstan, Qazaxıstan və Azərbaycanda qeydə alınmışdır (bax: cədvəl 6). Rusiyanın son məhsulunda baş verən 5 faizlik azalma nəticəsində Ermənistanın ümumi buraxılışında baş verən itkinin məbləği Azərbaycanla müqayisədə 8.4 dəfə çox qiymətləndirilmişdir.

Page 104: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

104

İndi isə təhlili Azərbaycanın son məhsulunda 10 faizlik bir artımın tərəfdaş ölkələrdə və ümumilikdə dünya üzrə ümumi buraxılışın həcmində hansı dəyişikliyə səbəb olmasının müəyyən edilməsi ilə davam etdirək (bax: cədvəl 7). Bununla Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı iqtisadi əlaqələrdə rolunu təhlil etmiş oluruq.

Cədvəl 7. Azərbaycanın son məhsulunun 10 faiz artmasının nəticələri

ÖlkələrÜmumi buraxılışın həcmindəki dəyişiklik (dollarla)

Cəmi dünyaya nisbətən faizlə

Azərbaycan 8794233205,6 99,44185434Türkiyə 5246122,1 0,059321159Gürcüstan 3166536,7 0,035805996Avstriya 2443803,7 0,027633605Çin 5101823,6 0,057689486Almaniya 3430378,0 0,038789414İtaliya 1920830,7 0,021720025Qazaxıstan 2349758,3 0,026570176Rusiya 14251969,5 0,161155867Ukrayna 4325105,4 0,048906652Cəmi dünya üzrə 8843593338,2 100

Mənbə: Modeldən alınmış nəticələr

Azərbaycanın son tələbinin (məhsulunun) 10 faiz həcmdə artması dünyanın ümumi buraxılışının 8843593338,2 dollar artmasına səbəb olur ki, bunun da 99.4%-i Azərbaycanın özündə, 0.16%-i Rusiyada, 0.059%-i Türkiyədə, 0.057%-i Çində, 0.049%-i Ukraynada, 0.039%-i Almaniyada, 0.036%-i Gürcüstanda və s. yaranır. Azərbaycanın son tələbindəki dəyişiklik özündən sonra ən çox Rusiyaya təsir edir. Bu isə Azərbaycanın Rusiya üçün hələ də vacib iqtisadi tərəfdaş olmasını əsaslandırır. Qeyd edək ki, Rusiyanın son tələbinin (məhsulunun) 10 faiz həcmdə artması dünyanın ümumi buraxılışının 136670215922350.0 dollar artmasına səbəb olur. Azərbaycanın ümumi buraxılışında yaranan artımın isə dünya üzrə yaranan artımda payı 0.064% təşkil edir.

Nəticə

Azərbaycan iqtisadiyyatı dünyada baş verəcək hər hansı böhrandan ən az təsirlənən iqtisadiyyatlardan biridir. Aparılan təhlillərdən belə bir qənaətə gəlinmişdir ki, dünya ölkələrinin əlavə dəyər normalarının artması nəticəsində qiymətlərin səviyyəsi region ölkələrindən ən az Azərbaycanda artır. Belə ki, əgər dünya üzrə əlavə dəyər norması 1% artsa (Azərbaycan, Gürcüstan və Ermənistanda sabit qalmaqla), onda Azərbaycanda qiymətlərin səviyyəsi 0.008%, Gürcüstanda 0.032%, Ermənistanda isə 0.02% artar. Göründüyü kimi, əhalinin həyat tərzində çox önəmli yerə malik olan qiymətlərin səviyyəsi

Page 105: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

105

xarici iqtisadi əlaqələrdən ən az Azərbaycanda təsir görür. Bundan başqa, Azərbaycanın son tələbinin 10% artması Ermənistanın ümumi buraxılışında 0.000011%-lik artıma səbəb olur. Əksini nəzərdən keçirsək, Ermənistanın son tələbinin 10% artması Azərbaycanın ümumi buraxılışında, demək olar ki, heç bir dəyişikliyə səbəb olmur. Deməli, Ermənistan iqtisadiyyatı dolayı yollarla belə Azərbaycandakı iqtisadi artımdan nisbətən daha çox asılıdır. Eyni zamanda, bu ölkənin iqtisadiyyatı Azərbaycan iqtisadiyyatı ilə müqayisədə digər dövlətlərdə baş verən dəyişmələrə daha çox həssasdır.

İstifadə edilmiş ədəbiyyat:

1. Həmzəağa Orucov, Yadulla Həsənli, Vilayət Vəliyev. Xətti cəbr və iqtisadi modellər. Bakı: Qafqaz Universiteti nəş., 2009.

2. Həsənli Y. Azərbaycan iqtisadiyyatının sahələrarası əlaqələrinin modelləşdirilməsi. Bakı, 2011.

3. Iris Jensen. The Leontief Open Production Model or Input-Output Analysis. December 15, 2001 http://msemac.redwoods.edu/~darnold/math45/laproj/Fall2001/Iris/lapaper.pdf

4. İmanov Q., Həsənli Y. Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri. Bakı, 2001.5. Carl P. Simon, Lawrence Blume. Mathematics for economists.6. Leontief, Wassilly. Environmental Repercussions and the Economic Structure: An

Input-Output Approach. // Review of Economics and Statistics 52, No 3(Avqust 1979) pp.262-271.

7. Dünya bankının rəsmi internet saytı // http://datacatalog.worldbank.org/ 8. BMT-nin “UNcomtrade” elektron statistik məlumat bazası // http://comtrade.

un.org/

Jeyhun AbbasovAnalyzing the regional economic position of Azerbaijan by using Input-Output table

Economic relations between Azerbaijan and the world’s countries have been analyzed by input-output table in this research work. Ten percent increase of the final demand in our country raises the gross output of the world countries up to 8843593338,2 US dollars. The change in final demand of Azerbaijan raises gross output up to 14251969,5 US dollars in Russia, 5246122,1 US dollars in Turkey, 5101823,6 US dollars in China, 4325105,4 US dollars in Ukraine, 3430378,0 US dollars in Germany and so on. It is defined that one percent increase in ratio of gross value added of world’s countries raises the prices in Azerbaijan by 0.008%. It should be noted that this fact is more satisfactory in Azerbaijan than other region countries.

Page 106: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

106

Джейхун АббасовАнализ региональной экономической позиции Азербайджана на основе модели межотраслевого баланса

Экономические отношения Азербайджана с другими государствами мира были проанализированы в таблице межотраслевого баланса. Повышение конечного спроса в нашей стране на 10% приводит к повышению стоимости валовой продукции в мире до 8843593338,2 долларов. Повышение конечного спроса в Азербайджане приводит к повышению стоимости валовой продукции до 14251969,5 долларов в России, 5246122,1 долларов в Турции, 5101823,6 долларов в Китае, 4325105,4 долларов в Украине, 3430378,0 долларов в Германии, и так далее. Было определено, что один процент величения валовой добавленной стоимости в мировой экономике приводит к росту цен в Азербайджане на 0,008%. Следует отметить, что этот показатель является наиболее удовлетворительным в Азербайджане, чем в других странах региона.

Page 107: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

107

Açar sözlər: dövlət büdcəsi, büdcə xərcləri, məqsədli proqram büdcəsi, səmərəlilik, nəticəlilik, Gəlir-Xərc Təhlili, Gəlir-Nəticəlilik Təhlili

Key words: state budget, budget expenditures, program budgeting, effectiveness, efficiency, Cost-Benefit Analysis, Cost-Effectiveness Analysis

Ключевые слова: государственный бюджет, бюджетные расходы, целевые бюджетные программы, эффективность, результативность, Анализ Выгоды-Затраты, Анализ Выгоды-Результативност

Dövlət büdcəsi xərclərinin

səmərəliliyinin qiymətləndirilməsi

Zaur VƏLİYEVAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru

[email protected]

Page 108: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

108

Giriş

Həm iqtisadi nəzəriyyədə və həm də praktikada iqtisadi fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi bütün dövrlərdə iqtisadçı alimləri düşündürən aktual məsələlərdən biri olmuşdur. 2003-cü ildən hazırkı dövrədək xam neftin satışından böyük gəlirlər əldə etməyə başlayan Azərbaycan üçün dövlət fondlarının həcminin böyüməsi və aktivlərin artması fonunda dövlət büdcəsi xərclərinin səmərəliliyi xüsusilə əhəmiyyət kəsb edir.

2003-2012-ci illərdə dövlət büdcəsinin xərclərinin həcmi orta hesabla hər il 35.7% artmışdır. Ayrı-ayrı bölmələr üzrə götürdükdə funksional təsnifat üzrə ümumi dövlət xidmətləri 2012-ci ildə 2003-cü illə müqayisədə 7.6 dəfə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 7.7 dəfə, təhsil 6.2 dəfə, səhiyyə 11 dəfə, sosial müdafiə və sosial təminat 11 dəfə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 7.7 dəfə, mənzil və kommunal təsərrüfatı 14.9 dəfə, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 8.9 dəfə, sənaye, tikinti və faydalı qazıntılar 56.1 dəfə, nəqliyyat və rabitə 1.9 dəfə artmışdır. Nəticədə hələ 1995-ci ildə 431 milyon manat olan dövlət büdcəsi 2000-ci ildə 804 mln. manata, 2003-cü ildə 1234 mln. manata, 2012-ci ildə isə 17 416 mln. manata çatmışdır.

Büdcə xərclərinin həcminin artması, bir tərəfdən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının mərhələlərlə artı-rılması, həmçinin onların orta aylıq əmək haqları ilə ölkədə mövcud olan orta aylıq əmək haqqı arasındakı fərqin azalması istiqamətində tədbirləri həyata keçirməklə ölkədə minimum əmək haqqı həddinin artırılması, sosial siyasətin ardıcıl həyata keçirilməsi məqsədilə yoxsulluğun azaldılması istiqamətində işlərin davam etdirilməsinə xidmət etmişdir. Digər tərəfdən, dövlət əsaslı vəsait qoyuluşunun həcmini artırmaqla, ölkənin daxili maliyyə ehtiyatlarının daha çox cəlbinə, regionlar üzrə inkişafa, sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və bərpasına yönəldilmişdir.

A.Nəzəri yanaşma

Faydalılıq nəzəriyyəsinin yaradıcıları olan Avstriya məktəbi belə hesab edir-di ki, dəyər hər hansı bir xərclərlə deyil, yalnız son faydalılığın səmərəsi ilə ölçülə bilər. Bu faydalılıq insanın sərəncamında olan məhsulun kəmiyyəti art-dıqca azalmağa doğru meyil edir. Avstriya məktəbinin banilərindən biri Bem-Baverkin iqtisadi tədqiqatlarının əsas istiqamətlərindən birini “gözləmələr nəzəriyyəsi” təşkil edirdi [1]. Həmin nəzəriyyəyə görə, bütün sərvətlər iki yerə bölünür. Bunlardan birincisi şəxsi tələbatların ödənilməsinə xidmət edən is-tehlak nemətlərindən, ikincisi isə istehsal vasitələrinin aid edildiyi istehsal sərvətlərindən ibarətdir.

Page 109: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

109

Bem-Baverk göstərirdi ki, istehsal nemətləri öz müstəqil dəyərinə malik deyillər, belə ki, insan tələbatını bilavasitə ödəmirlər. Bem-Baverk onları “gələcək sərvət” adlandırır, həmin sərvətlərin fayda-sını isə “hazırkı sərvət” kimi çıxış edən isteh-lak nemətlərinin faydası ilə müəyyən edirdi. O, kapitalist iqtisadiyyatı şəraitində hazırkı sərvətin əldə edilməsində fəhlənin aldığı əmək haqqının müstəsna əhəmiyyətindən çıxış edərək onu “hazırkı sərvət” kimi səciyyələndirirdi. Bem-Baverkin mənfəət və faiz haqqında düşüncələri də bilavasitə onun “gözləmələr nəzəriyyəsi” ilə müəyyən edilir. “Kapital və mənfəət” əsərində sahibkarın mənfəət əldə etmək hüququ sübut edilirdi. Bem-Baverk göstərirdi ki, insanlar öz istehlakında bu gün istifadə etdikləri hazırkı sərvətlərə daha çox üstünlük verirlər, belə ki, hazırkı dövrdə onların səmərəsi gələcək sərvətlərin səmərəsindən daha çoxdur.

Klassik məktəbin davamçısı, görkəmli iqtisadçı Alfred Marşall iqtisadi fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi üçün aşağıdakı göstəriciləri təklif etmişdir:1. “istehlakçı artıqlığı” – fərdin alınan məhsula (xidmətə, işə) görə ödəmək

istədiyi maksimal məbləğlə bu məhsulun alınmasına çəkdiyi real xərcin fərqi;

2. “istehsalçı artıqlığı” – istehsalçının mənfəəti, yəni onun gəliri ilə məhsulun istehsalına çəkdiyi xərcləri arasında fərq;

3. “məcmu istehlakçı artıqlığı” – istehlakçı artıqlığı ilə istehsalçı artıqlığının məcmusu.İctimai nəzəriyyə elmində səmərəlilik anlayışı eyni zamanda italyan alimi

Paretonun adı ilə bağlıdır. Maksimum ictimai faydaya nail olunmasının əsas meyarını Pareto resursların düzgün bölüşdürülməsində görürdü. Pareto opti-mumu o vaxt baş verir ki, hər hansı dəyişikliyin qiymətləndirilməsi ya hamının rifah halının yaxşılaşmasını, ya da hamının rifah halını pisləndirməməklə heç olmasa bir nəfərin rifah halının yaxılaşdırmasını əks etdirir. Paretonun optimal müvazinət nəzəriyyəsində əsas yeri həm ayrı-ayrı fərdlərin, həm də əhalinin ri-fah halının yaxşılaşdırılması tutur. Rifah halının yaxşılaşdırılması əgər hər hansı dəyişiklik şəraitində baş verirsə və belə halda heç kəsin vəziyyəti pisləşmirsə, bu hal optimal müvazinətə nail olunmaq kimi götürülür. Əgər iqtisadiyyatda gedən dəyişikliklər birinin vəziyyətinin yaxşılaşmasına, digərinin isə vəziyyətinin pisləşməsinə səbəb olursa, deməli, maksimum ictimai fayda əldə olunmur. Bu vəziyyət qeyri-optimal hesab olunur. Çünki ictimai rifah halı fərdi rifah halı ilə qiymətləndirilir.

Əgər iqtisadiyyatda gedən dəyişikliklər birinin vəziyyətinin yaxşılaşması-na, digərinin isə vəziyyətinin pisləşməsinə səbəb olursa, deməli, maksimum ictimai fay-da əldə olunmur. Bu vəziyyət qeyri-optimal hesab olunur. Çünki ictimai rifah halı fərdi rifah halı ilə qiymətləndirilir.

Page 110: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

110

Müasir iqtisadi nəzəriyyədə fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi üçün aşağıdakı meyarlardan istifadə olunur:1. Kaldor-Xiks meyarı – bölgü sistemi o zaman səmərəlidir ki, hər hansı bir

fəaliyyət nəticəsində zərər çəkən tərəflər tam kompensasiya alır, cəmiyyətin digər hissəsinin isə vəziyyəti yaxşılaşır;

2. Skitovski meyarı – Kaldor-Xiks meyarı ödənildikdə əhalinin iqtisadi rifah halı yaxşılaşır və zərər çəkən tərəfin mənfəət əldə edən tərəfə təsir imkanı yoxdur;

3. Littl meyarı – fəaliyyətin səmərəliliyinin təmin edilməsi üçün Skitovski me-yarı təmin edilir və rifahın paylanmasında mənfi dəyişiklik baş vermir.

Xüsusən keçən əsrdə dövlətin milli iqtisadiyyatlarda rolunun artması dövlət büdcəsi xərclərinin səmərəliliyinin qiymətləndirilməsi məsələsinin ak-tuallığını daha da artırmışdır. Əksər ölkələrdə dövlət xərclərinin səmərəliliyini qiymətləndirmək məqsədilə nəticəyə hədəflənmiş büdcə metodundan istifadə edilməyə başlanılmışdır. Bu isə öz növbəsində dövlət büdcəsi xərclərinin məqsədli proqramlar səviyyəsində icrasını təmin etməklə həmin vəsaitlərin daimi (aylıq, rüblük və illik) monitorinqi və büdcə xərclərinin məqsədli, ünvanlı, səmərəli istifadəsini qiymətləndirmək imkanı verir.

Büdcə xərclərinin səmərəliliyinin nəticəyə hədəflənmiş büdcə metodu əsasında qiymətləndirilməsi iki mərhələdən – büdcə prosesinin monitorinqindən və qiymətləndirmədən ibarətdir. Monitorinq – qoyulan hədəflərə çatmaq üçün nailiyyətlərin mütəmadi olaraq izlənilməsi və bu haqda hesabatların təqdim edilməsidir. Qiymətləndirmə – həm proqramların icrasının nəticələrinin strateji məqsəd və hədəflərlə müqayisə və müzakirə edilməsi, həm də strateji məqsəd və hədəflərin uyğunluğunun və münasibliyinin təhlil edilməsidir.

B.Səmərəlilik anlayışının mahiyyəti

Nəticəyə hədəflənmiş büdcə metodunun üstünlüklərindən maksimum ya-rarlanmaq üçün aşağıdakı məqamların nəzərə alınması zəruridir. İlk növbədə dövlət xərclərinin səmərəliliyi anlayışının (xüsusilə haqqında danışılan metod çərçivəsində) mahiyyətini açmağa çalışaq.

Rusiya alimi A.Ulyukayevə görə, bu anlayışın iki tərkib hissəsi var: nəticəlilik (effectiveness) – planlaşdırılan nəticənin icra səviyyəsi; effektivlik və ya səmərəlilik (efficiency) – vahid məhsula (və ya xidmətə, işə)

çəkilən məsrəflərin minimuma endirilməsi.Bir sıra tədqiqatlarda səmərəlilik (efficiency) termininin daha iki - allokativ

və texniki forması qeyd edilir. Allokativ səmərəlilik dedikdə sərəncamda olan resursların maksimal şəkildə səmərəli istifadə edilməsi (və ya məhsulların opti-mal bölüşdürülməsi) nəzərdə tutulur [16, s.3-4; 17, s.5].

M.Afanasyev dövlət strukturlarının fəaliyyətinin yekun qiymətləndirilməsi üçün aşağıdakı göstəriciləri təklif edir [2, s.22-28]:

Page 111: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

111

sosial səmərə – qarşıya qoyulan sosial hədəflərin nail olma səviyyəsi (faiz və ya mütləq ifadədə);

iqtisadi səmərə – vahid məhsula çəkilən məsrəflərin həcmi; sosial-iqtisadi səmərə – əldə edilən sosial səmərə ilə məsrəflərin nisbəti; qənaətlilik – əmək, maliyyə və maddi resursların alınması və istifadə olun-

masının iqtisadi rentabelliliyi.A.P.Kovalevski səmərəlilik və nəticəlilik terminləri ilə yanaşı daha iki - il-

kin və yekun (son) nəticə terminlərindən istifadə edir. İlkin nəticə (Output) − təqdim edilən xidmətlərin həcmi, yekun nəticə (Outcome) − təqdim edilən xidmətlərin nəticəsidir.

Şəkil 1. Səmərəlilik və nəticəliliyin konseptual çərçivəsi

Mənbə: The effectiveness and efficiency of public spending, Ulrike Mandl, Adriaan Dierx, Fabienne Ilzkovitz, Economic Papers 301/February 2008

Sadə bir nümunə ilə yuxarıdakı çərçivəni izah edək. Misal üçün, şagirdlərin təhsil alması üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına məktəbin tikilməsi “daxilolma”dır. Məktəbdə uşaqların dərs keçməsi “ilkin məhsul”dur. Şagirdlərin təhsil alaraq savadlılıq dərəcəsinin artması “aralıq nəticə”, təhsil al-manın ölkədə yoxsulluğun azaldılması və iqtisadi artımın yüksəlməsinə təsiri “yekun nəticə”dir [15, s.161].

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının metodikasına görə, səmərəliliyin qiymətləndirilməsi aşağıdakı parametrlərlə xarakterizə olunur:- sadə göstəricilərdən istifadə səviyyəsi, göstəricilər sisteminin formalaşdı-

rılması;- kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərindən də istifadə

olunması;- fəaliyyət, proses və təşəbbüslərin qiymətləndirilməsi;- qiymətləndirmənin prioritet parametrlərinin müəyyənləşdirilməsi

(səmərəlilik, xidmətin keyfiyyəti, qənaətlilik, nəticəlilik).

C.Səmərəliliyin qiymətləndirilməsinin metod və üsulları

Beynəlxalq təcrübədə səmərəliliyin qiymətləndirilməsi məqsədilə daha çox yayılmış aşağıdakı əsas metodlardan istifadə olunur.

Page 112: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

112

1.İndekslərin təhlili (Ratio analysis) metodunun mahiyyəti hər hansı bir təsərrüfat subyektinin əvvəlki illərlə və eyni sahədə olan digər təşkilatların fəaliyyətinin nəticələri ilə müqayisəli təhlilindən ibarətdir. Bu məqsədlə dövlət tərəfindən təqdim edilən xidmətlərin maya dəyəri, həmçinin istehsal göstəricisi kimi daxil olan ehtiyatların dəyərinin istehsal xərclərinə nisbəti göstəricilərindən istifadə olunur. Bu, bir tərəfdən çox sadə metod olsa da, digər tərəfdən dövlət təşkilatının idarəetmə strukturuna təsir edən obyektiv amilləri nəzərə almağa imkan vermir. Məhz bu səbəbə görə bu metodun xidmət sahəsinə deyil, isteh-sal strukturlarına tətbiqi daha məqsədəuyğundur.

2.Reqressiya təhlili zamanı səmərəlilik göstəricisi kimi orta göstəricidən kənarlaşma həddi qiymətləndirilir. Lakin səmərəliliyin maksimum həddinin qiymətləndirilməsi üçün ən yüksək “nəticəliliyə” hədəflənmək lazımdır ki, bu metodun köməkliyi ilə qeyd olunanları etmək mümkün deyil. Göründüyü kimi, bu metodun da öz çatışmazlıqları vardır.

3.Proqramların reytinq qiymətləndirilməsi (PART) metodu. Beynəlxalq təcrübədə dövlət büdcəsi xərclərinin 85%-ə qədər hissəsinin (xüsusilə məqsədli) proqramlar əsasında icra edilməsi nəzərə alınmaqla proqramların özlərinin nəticələrinin qiymətləndirilməsi məqsədilə bu metoddan istifadə edilir. 2002-2009-cu illərdə ABŞ-da (hazırda Şotlandiya və Cənubi Koreyada) tətbiq edilən bu metodun mahiyyəti hər bir proqram çərçivəsində həyata keçirilən tədbirlərin və ümumən proqram komponentlərinin xüsusi çəkisinə uyğun əmsalların müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu əmsallara uyğun da müvafiq qiymətləndirmə həyata keçirilir. PART metodu üzrə qiymətləndirmə hazırlanmış anketlər əsasında aparılır. Bu anketlərdə 25 və bəzən daha artıq sual olur. İl ərzində seçmə üsulla ümumi proqramların 20%-i yoxlanılır. Büdcə qərarlarının qəbul edilməsində Konqres bu metoddan istifadə etməsə də, dövlət təşkilatları tərəfindən federal büdcə layihəsinin hazırlanması zamanı istifadə edilir.

Cədvəl 1. PART metodu üzrə proqramların nəticələrinin qiymətləndirilməsi

BALSəmərəli 85-100“Mülayim” səmərəli 70-84Adekvat 50-69Səmərəsiz 0-49

PART metodu əsasında qiymətləndirmə proqramların 7 kateqoriyaya bölünməsini şərtləndirir: Birbaşa federal proqramlar (xidmətin bilavasitə dövlət qulluqçuları

tərəfindən göstərilməsi); Müsabiqə əsasında qrantların verilməsi;

Page 113: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

113

Subsidiyaların verilməsi ilə bağlı proqramlar; Tənzimləyici proqramlar; Əsas fondların alınması və bölüşdürülməsi ilə bağlı proqramlar; Kreditlərin verilməsi ilə bağlı proqramlar; Elmi tədqiqatların aparılması ilə bağlı proqramlar.

Yuxarıda göstərilən 3 metod daha çox ümumi xarakterli və proqramların səmərəliliyinin qiymətləndirilməsinə hədəflənmiş metodlardır. Sadalanan 3 metodla yanaşı digər metod və üsullardan da istifadə edilir. Bunlar iqtisadi səmərə ilə yanaşı həm də sosial səmərənin, eyni zamanda, büdcənin konkret istiqamətlərinin qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab olunur.

Büdcə xərclərinin sosial səmərəsinin qiymətləndirilməsi istiqamətində apa-rılan tədqiqatlar daha çox sosial səmərəni həyat səviyyəsinin və ictimai rifahın yüksəlməsi kimi qəbul edir. Rifahın yüksəlməsi dedikdə alimlər aşağıdakı ob-yektiv və subyektiv meyarlara üstünlük verirlər:• Obyektiv meyar: maddi nemətin istehlakı, ərzaq məhsulları, xidmət sekto-

runun inkişafı, təhsil və mədəniyyət.• Subyektiv meyar: işdən məmnunluq, sosial statusdan məmnun olma,

həyat şəraitindən razı olma.Bu əsasda sosial səmərənin qiymətləndirilməsi ön plana gəlir. Bir qay-

da olaraq, sosial səmərənin və büdcə xərclərinin ayrı-ayrı istiqamətlərinin əhəmiyyətliliyinin qiymətləndirilməsi üçün 8 metod tətbiq edilir.

Cədvəl 2. Dövlət büdcəsi xərclərinin səmərəliliyinin qiymətləndirilməsinin metod və üsulları

I. Ümumi xarakterli metodlar1. İndekslərin təhlili Ratio analysis2. Reqressiya təhlili Regression analysis

3. Proqramların reytinq qiymətləndirilməsi

Program Assesment Rating Tool (PART)

II. Ayrı-ayrı xərclərin qiymətləndirilməsi metodlarıA. İnvestisiya xərcləri4. Xərc – Gəlir Təhlili Cost – Benefit Analysis (CBA)B. Səhiyyə və təhsil xərcləri5. Xərc – Nəticəlilik Təhlili Cost – Effectiveness Analysis (CEA)6. Xərc – Faydalılıq Təhlili Cost – Utility Analysis (CUA)

7. Xərclərin Minimallaşdırılmasının Təhlili

Cost Minimization Analysis (CMA)

8. Xəstəliyə Çəkilən Xərcin Təhlili Cost Of İllness (COI)C. Məktəbəqədər təhsilə ayrılan xərclər

9. Məktəbəqədər təhsil göstəricilərinin Müqayisəli Təhlili

Page 114: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

114

D. Orta təhsilə ayrılan xərclər

10. Riyaziyyat və təbiət fənləri üzrə biliyin qiymətləndirilməsi sistemi

Trends in Mathematics and Science Study (TIMSS)

11.Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram

Programme for International Student Assessment (PISA)

12.Oxuma və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq qiymətləndirmə tədqiqatı

Progress in International Reading Literacy Study (PIRLS)

E. Əmək haqqı xərcləri

13.Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi əsasında nəticələrə hədəflənmiş əmək haqqı sistemi A. Özünü qiymətləndirmə. B. Müsahibə əsasında rəhbərlik

tərəfindən qiymətləndirmə.C. “360 dərəcə” qiymətləndirmə.

Mənbə: Cədvəl müəllif tərəfindən tərtib edilmişdir

1.Xərc–Gəlir Təhlili. Beynəlxalq təcrübədə dövlət (o cümlədən, dövlət büdcəsindən ayrılan) investisiyalarının sosial-iqtisadi səmərəsinin qiymətləndirilməsi məqsədilə xərc-gəlir (Cost-Benefit Analysis) metodundan istifadə edilir. Metodun mahiyyəti sadədir: diskontlaşdırılmış məcmu gəlirlərlə diskontlaşdırılmış məcmu məsrəflər müqayisə olunur və təbii ki, layihə o zaman qəbul olunur ki, birinci ikincidən böyük olsun. Gəlir – fundamental hədəflər baxımından layihənin müsbət nəticələri, məsrəflər – resursların daha səmərəli istifadə olunduğu halda əldə oluna biləcək xeyir kimi götürülür. Bu metod həm infrasturktur, həm də təhsil və səhiyyə sahəsində istifadə edilə bilər. Mahiyyət ondan ibarətdir ki, hər hansı bir layihənin xərcləri gəlirlərini üstələyərsə, bu halda layihə səmərəsiz hesab edilir (və ya əksinə). Bu prinsipin təmin edilməsi məqsədilə aşağıdakı formuldan istifadə edilir:

Bu halda, Bt – 1 il ərzində layihədən əldə olunan gəlir, Ct – 1 il ərzində layihəyə çəkilən xərcr – diskontlama dərəcəsi,n – layihənin əhatə etdiyi müddət.CBA metodundan istifadə zamanı maliyyə və iqtisadi təhlil anlayışların-

dan istifadə edilir. Maliyyə təhlilində əsas məqsəd pul ifadəsində mənfəətin

Page 115: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

115

əldə edilməsidirsə, iqtisadi təhlildə layihənin fundamental sosial və iqtisadi hədəfləri əsas götürülür. İnvestisiya layihələrinin qiymətləndirilməsinin öz spe-sifikliyi vardır – birincisi, “iqtisadi” (bazar) qiymətlərdən, ikincisi, “diskontlama dərəcəsindən” istifadə edilir [4, s.144]. Diskontlama (diskontlaşdırma) – bir tərəfdən, sahibkarın qoyduğu kapitaldan əldə etmək istədiyi gəlirlilik nor-ması, digər tərəfdən isə investorun layihənin eyni xarakterli, analoji riski olan digər layihə ilə müqayisədə cəlbediciliyini qiymətləndirməsidir. Diskontlama dərəcəsinin tərkib komponentləri aşağıdakılar hesab edilir: Gəlirliliyin minimal dərəcəsi; İnflyasiya səviyyəsi; Konkret investisiya layihəsinin risk dərəcəsi.

Bir qayda olaraq, diskontlama dərəcəsi kimi kredit dərəcəsi, uçot dərəcəsi, istiqrazların gəlirlilik dərəcəsi və s. göstəricilər əsas götürülür. Lakin bir məqama xüsusilə diqqət yetirmək istərdik ki, dövlət investisiyalarının diskontlaması ilə özəl sektorda müəssisə və təşkilatların həyata keçirdiyi layihələr üzrə diskontla-ma dərəcəsi bir qədər fərqlənir. Dövlət, xüsusilə büdcə sektoru üçün götürdükdə bu, Xalis Diskontlaşdırılmış Dəyər (NPV), özəl sektor (bir sıra hallarda dövlət müəssisələri) üçün götürdükdə Cari Diskontlaşdırılmış Dəyər (PDV) adlanır [8, 9]. Özəl sektorun məqədi mənfəət əldə etməkdirsə, dövlət sektorunun məqsədi bazarın uğursuzluqlarını aradan qaldırmaq və ictimai nemət yaratmaqdır. Dövlət tərəfindən həyata keçirilən layihələr daha çox sosial xarakterli olduğu üçün dövlət sektoru üçün diskont dərəcəsi sosial diskont dərəcəsi adlanır.

Nümunə. Diskontlama anlayışının mahiyyətini bir qədər də açmağa çalı-şaq. Təsəvvür edək ki, bizim 1 manatımız var. Biz bu manatı bankda əmanət kimi yerləşdirmiş olsaq, bir ildən sonra (şərti olaraq götürsək) 1 manat 10 qəpiyimiz olacaq. Əgər biz 1.10 manatımızı bankda yerləşdirmiş olsaq, bir ildən sonra 1.21 manat əldə etmiş olacağıq. Bu halda, bizim qazandığımız 10 qəpik diskontlama dərəcəsi (r) adlanır. Layihələrin gəlir və xərc təhlilinin apa-rılması zamanı növbəti illərdə əmsallardan istifadə edilir. Belə olduğu təqdirdə, diskontlama əmsalı 1/1+r bərabərdir. r- bu halda bank faizinin dərəcəsidir. Dis-kontlama əmsalı 1/1.1= 0.9 olacaqdır. İki ildən sonra 1/(1+r) (1+r) = 1/(1+r)². Yəni bizim qiymətləndirmə üzrə götürsək 1/1.21 manat. Bugünkü dəyər 100 manatdırsa, deməli, iki ildən sonra dəyər 82.60 manat təşkil edəcəkdir. Son-ra biz növbəti illərdə əldə ediləcək məbləğləri də aldığımız rəqəmin (82.60) üzərinə gəlirik. Alınan ümumi məbləğ Cari Diskontlaşdırılmış Dəyər adlanır. Əgər Rt bizim tapmaq istədiyimiz məbləğin t müddətində xalis dəyəridirsə, o zaman r – faiz dərəcəsidir. O halda, biz N il üzrə qiymətləndirmə aparmaq istəyiriksə, NPV aşağıdakı kimi olacaqdır:

Page 116: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

116

Qiymətləndirməmizi bir qədər dərinləşdirək. Daha konkret misalı nəzərdən keçirək. Hər il üzrə biz xalis dəyəri diskonlama əmsalına vururuq. Digər tərəfdən, cədvəldən göründüyü kimi, ilkin mərhələdə gəlir əldə edilə bilməzdi, məhz bu səbəbdən birinci ildə gəlir sıfırla göstərilmişdir.

Xərcin həcmi 3000 manat olduğu üçün sonrakı illərdə əldə edilən xalis dis-kontlaşdırılmış gəliri biz yuxarıdakı formula uyğun olaraq bu məbləğdən çı-xırıq. Sonda 169 manat alırıq. Diskontlaşdırılmamış dəyərlə diskontlaşdırılmış dəyər arasındakı fərqə baxdıqda biz onun 1000 və 169 manat olduğunu gö-rürük. Burdan belə nəticəyə gəlmək olar ki, layihənin müddəti nə qədər uzun olarsa, xalis diskontlaşdırılmış gəlir də bir o qədər az olacaqdır.

Sosial, yəni büdcə (ictimai) sektoru üçün diskont dərəcəsinin müəyyən edilməsi məqsədilə 3 metoddan istifadə edilir. Haqqında danışılan metodlardan fərqli olaraq bu metodlar ümumi təhlili və qiymətəndirməni deyil, təhlil zamanı istifadə edilən dərəcənin özünü müəyyən etmək üçün aparılır [5, s. 4, 13]. Bu me-todların sayı üçdür: a)Zamanlararası üstünlüklərin müəyyən edilməsi üçün sosial diskont metodu (Social rate of time preferences − SRTP), b)Kapitalın alterna-tiv dəyərinin müəyyən edilməsi üçün sosial diskont metodu (Social opportu-nity cost of capital − SOC), c)Kapitalın “kölgə qiyməti”nin müəyyən edilməsi üçün sosial diskont metodu (Shadow price of capital − SPC).

Cədvəl 3. Xalis diskontlaşdırılmış gəlirin hesablanması

İllər Gəlir Xərc Xalis gəlir

Diskontlama əmsalı

Xalis

diskontlaşdırılmış

gəlir1 0 3000 -3000 1 -30002 1200 200 1000 1/1.1 = 0.909 9093 1200 200 1000 1/(1.1)2 = 0.826 8264 1200 200 1000 1/ (1.1)3 = 0.751 7515 1200 200 1000 1/ (1.1)4 = 0.683 683

Cəmi 4800 3800 1000 169

SRTP metodunun əsas hipotezi − cəmiyyət gələcəkdə istehlak etmək niyyəti ilə hazırkı istehlakından imtina etməyə hazırdır. Yəni bu metod insanla-rın konkret zaman çərçivəsində üstünlük verdiyi məsələləri müəyyən edir. SOC metodunun əsas xüsusiyyəti ondan ibarətdir ki, sosial dərəcə investor üçün alternativ gəlirlilik kimi götürülür. Bu metod həm dövlət, həm də özəl sektor üçün tətbiq edilir. SPC metodu SRTP və SOC metodları özünü doğrultmadığı halda tətbiq edilir. Bu 3 metod arasında daha çox üstünlük SRTP metoduna verilir, SOC isə köməkedici metod kim qəbul edilir.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, diskontlama dərəcəsi ölkə, zaman,

Page 117: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

117

hətta sahələrə görə dəyişir. Məsələn, İtaliyada bütün layihələr üçün bu dərəcə 5%, İspaniyada investisiya qoyulan sektordan asılı olaraq 4-6%-dir (tikinti – 6%, su sektoru – 4%). ABŞ-da da müxtəlif dərəcələr (ictimai layihələr üçün 7%-dir, dövlət borcu ilə bağlı olduqda isə xəzinədarlıq tərəfindən müəyyənləşdirilir) tətbiq edi-lir. Dünya Bankı bu göstəricini 10% həddində qəbul edir. MDB ölkələrində bu göstəricinin əvəzinə investisiya deyflyatorundan istifadə nəzərdə tutulur.

Ümumiyyətlə, büdcə layihələrinin qiymətləndirilməsi üçün tətbiq olunan sosial diskontlaşdırma dərəcəsi büdcə sektoruna qoyulan vəsaitlərin gəlirliliyi ilə müəyyənləşdirilir. Bir çox ölkələrdə mərkəzi bankın uçot dərəcəsindən də istifadə olunur. İnvestisiya proqramlarının səmərəliliyinin CBA metodu əsasında qiymətləndirilməsi bir neçə mərhələdə aparılır.

Cədvəl 4. Müxtəlif ölkələrdə diskont dərəcəsiSDR %Filippin 15Hindistan, Pakistan 12Yeni Zelandiya 8 (1982-2008=10)Kanada 8 (1976-2007=10)Çin 8CAR 8 (3, 12)ABŞ 7 (1992-ci ilə qədər 10)Avropa Birliyi 10 (2001-2006=6)İtaliya 5Niderland 4Fransa 4 (1985-2005=8)Birləşmiş Krallıq 3.5 (1969-1978=10)Norveç 3.5 (1978-1998=7)Almaniya Federativ Respublikası 3 (1999-2004=4)

Mənbə: Harrison, M. 2010, Valuing the Future: the social discount rate in cost-benefit analysis, Visiting Researcher Paper, Productivity Commission, Canberra.

2.Xərc – Nəticəlilik Təhlili. Xərc - Nəticəlilik (Cost Effectiveness) Me-todu CBA metodu ilə oxşarlıq təşkil edir. Lakin əsas fərq ondan ibarətdir ki, qiymətləndirmə yalnız pul ifadəsində deyil, həm də natural ifadədə aparılır. Metodun kifayət qədər populyar olmasına baxmayaraq, daha çox (dövlət) səhiyyə sektorunda tətbiq edilir.

Xərc səmərəlilik metodunun hesablanma qaydası aşağıdakı formulda ve-rilmişdir:

Page 118: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

118

C c/e – səmərəlilik əmsalıdır (vahid səmərəyə düşən xərc nisbətini hesablayır, misal üçün, 1 xəstəyə düşən nisbət)

TC – (total cost) – hər bir alternativ müalicə üsulunun tətbiqi zamanı yara-nan birbaşa və dolayı xərclərin həcmi

E – müalicənin səmərəsi (misal üçün, müalicə olunmuş xəstələrin sayı)C – cost – xərclər birbaşa xərclər – bura tibbi yardım göstərildiyi müddətdə yaranan birba-

şa xərclər (diaqnostika, reabilitasiya və profilaktik tibbi xidmətlə bağlı xərclər, dərman preparatlarının alınması, xəstənin qidalanması, tibbi avadanlıqdan istifadə, tibbi, o cümlədən, avadanlığın və binanın amortizasiya xərcləri) aiddir

dolayı xərclər – bura daha çox “itirilmiş imkanlar üzrə xərclər” aiddir. Misal üçün, xəstənin ailə üzvlərinin xəstəyə xidmətlə bağlı işə getməməsi nəticəsində “itirilmiş zamanın dəyəri”, xəstənin özünün işə çıxmaması və ya əlil qalması səbəbindən yaranan xərclər.

Bir sıra hallarda artım göstəricisi olaraq istifadə edilir. Məhz bu səbəbdən qiymətləndirmə metodu bəzən CEA deyil, ICEA (Icremental Cost Effectivness Analysis) olaraq adlandırılır.

ICER (Icremental Cost Effectiveness Ratio) – Xərc-Səmərəliliyi nisbətinin artım əmsalı

ΔC – xərclərdəki dəyişməΔE – (sosial səmərə) nəticəliliyin dəyişməsiFormulun interpretasiyası belədir ki, ICER nə qədər kiçikdirsə, bu istiqamətdə

nəticəliliyin əldə edilməsi üçün bir o qədər az xərc həyata keçirilir. Nümunə. Metodun mahiyyətini açmaq üçün sadə bir misalı nəzərdən

keçirək. 3 preparatdan istifadə etməklə 100 nəfər xəstənin müalicəsinin dəyəri müvafiq olaraq 30000 avroya qədərdir. 3 nümunənin müqayisəsi C preparatın-dan istifadə nəticəsində xilas edilən ömürlərin sayının daha yüksək, B prepara-tından istifadə etməklə isə C c/e əmsalının daha aşağı olduğunu göstərir. Sadə formuldan istifadə etməklə əlavə səmərəlilik vahidinin qiymətini hesablaya bilərik. Konkret olaraq bu misalda əlavə səmərəlilik vahidi (22 000 – 6 000)/5-3 = 8000 manat təşkil edəcəkdir. Deməli, C preparatından istifadə edən xəstə 5 ildən artıq yaşayarsa, o zaman onun hər yaşadığı il üçün maliyyələşmənin həcmi 8000/5=1600 manat təşkil edəcəkdir.

Cədvəl 5. Xərc-Səmərəlilik nisbətinin hesablanması

100 nəfər xəstənin müalicəsinin

dəyəri, manat

100 xəstənin müalicəsi nəticəsində “xilas edilən”

insanların sayı, nəfərXərc-Səmərəlilik Nisbəti (əmsalı)

Page 119: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

119

A 30 000 1 30 000B 6 000 3 2 000C 22 000 5 4 400

Mənbə: Применение анализа «затраты-эффективность» для выбора препаратов из группы аналогов, А. С. Бекетов, Качественная клиническая практика, 2002

Bir məqama aydınlıq gətirmək lazımdır. Səhiyyə sektorunda tətbiqi təcrübəsinin populyar olmasına baxmayaraq eyni metodu təhsil xərclərinin səmərəliliyinin qiymətləndirilməsi üçün də tətbiq etmək mümkündür.

3.Xərclərin Minimallaşdırılmasının Təhlili. Xərclərin Minimallaşdırıl-ması Metodu Xərc-Səmərəlilik Metodunun bir forması olaraq alternativ qiymətləndirmə üsulu kimi istifadə edilir. Eyni səmərəliliyi xarakterizə edən iki və daha artıq müdaxilə nəticəsində məsrəflərin minimuma endirilməsi məqsədilə istifadə olunur. Yəni müxtəlif dəyərlərdə olan, lakin eyni nəticəni verən iki və daha artıq variantın nəticələrinin təhlili üçün tətbiq edilir. Çox nadir hallarda eyni kliniki nəticələri olan alternativ texnologiyalar tapmaq mümkün olduğu üçün bu metod çox az hallarda istifadə edilir. Bir qayda olaraq aşağı-dakı kimi qiymətləndirilir:

CMA = (DC1+IC1) – (DC2–IC2)

CMA – xərclərin fərq göstəricisi DC1 və DC2 – 1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində pul ifadəsində

yaranan birbaşa xərclərIC1 və IC2 – 1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində pul ifadəsində

yaranan dolayı xərclər4.Xərc–Faydalılıq Təhlili. Xərc-Faydalılıq (Cost Utility) Metodu. Bu iki me-

todun davamı olaraq Xərc-Faydalılıq (Cost Utility) Metodunda QALY (quality adjusted life years) – “keyfiyyətli həyat səviyyəsinin saxlanılması illəri” (KHSİ) göstəricisindən istifadə olunur. Bu göstəricinin hesablanması daha çox sosio-loji sorğular vasitəsilə həyata keçirilir. Tətbiq edilən metod sosiologiya elminin metodologiyasına əsaslanır. Bu indikatorun tətbiqi zamanı öncədən müəyyən edilmiş dəyər parametrlərinin kəmiyyət ifadəsi xüsusilə əhəmiyyət kəsb edir. Əhəmiyyətlilik parametrləri (Ut) tam sağlamlıq nisbətindən (1.00) tam “huşsuz-luq” vəziyyətinə qədər sıralanır.

Müalicənin alternativ metodları olaraq aşağıdakı formuldan istifadə edilir:

Page 120: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

120

CUA – keyfiyyətli yaşanan 1 ilin dəyəri Ut1 və Ut2 – 1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində yararlılıq və ya

əhəmiyyətlilik.5. Xəstəliyə Çəkilən Xərcin Təhlili [Cost Of İllness (COI)]. Bir xəstəliyin

müxtəlif mərhələlərdə maliyyələşdirilməsinə çəkilən xərc təhlil edilir. Qeyd olu-nan göstərici bilavasitə səhiyyə sektoru üçün nəzərdə tutulmuşdur və yalnız bir səhiyyə təşkilatı çərçivəsində qiymətləndirmə aparmaq üçün istifadə edilir. Lakin bu metod keyfiyyəti qiymətləndirməyə imkan vermir [10, s.229].

COI = (DC + IC)

N – xəstələrin sayıdır.Təhsilə dövlət büdcəsindən ayrılan xərclərin səmərəliliyinin qiymətləndirilməsi

məqsədilə bir sıra göstəricilərdən istifadə edilir. Cəmiyyətin, demək olar ki, bütün təbəqələrini əhatə etməsi və ümumən hər bir ölkədə hökumətin əsas məqsədinin keyfiyyətli təhsil xidməti təqdim etməyə hədəflənməsini nəzərə alaraq təhsilin hər bir pilləsi üzrə fərqli səmərəlilik göstəricilərindən istifadə edilir. Məktəbəqədər təhsildə ərazidə yaşayan uşaqların məktəbəqədər təhsillə təmin edilmə əmsalı (nisbəti), orta təhsildə üç fənn (riyaziyyat, oxu və təbiət elmləri) üzrə toplanan bal-lar, ali təhsildə təhsili bitirərək həmin ildə işlə təmin edilmə əmsalı əsas götürülür.

6.Məktəbəqədər təhsilə çəkilən xərclərin səmərəliliyi. Bu və ya digər ra-yonun ərazisində çoxlu sayda məktəbəqər təhsil müəssisəsi fəaliyyət göstərir. Hansı inzibati ərazi vahidinin daha səmərəli şəkildə büdcə vəsaitlərini istifadə etməsini müəyyələşdirmək üçün iki əsas göstərici a) Məktəbəqədər təhsilə çəkilən büdcə xərclərinin səmərəlilik əmsalı və b) Məktəbəqədər təhsilə çəkilən büdcə xərclərinin səmərəlilik nisbəti istifadə edilə bilər [5, s. 57-62].

Ce = A/B

Ce− Məktəbəqədər təhsilə çəkilən büdcə xərclərinin səmərəlilik əmsalı,A – uşaqların məkəbəqədər təhsillə təmin edilmə nisbəti, %-ləB – hər bir uşağa büdcədən məktəbəqədər təhsil alması üçün çəkilən xərc, mln.

manat

Er − Məktəbəqədər təhsilə çəkilən büdcə xərclərinin səmərəlilik nisbəti, %-ləCmax – inzibati ərazi vahidləri arasında daha yüksək paya malik olam subyekt, %-lə

Daha sonra hər iki göstərici nəzərə alınmaqla daha yüksək səmərəliliyə ma-

Page 121: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

121

lik rayon və ya əyaləti müəyyənləşdirmək mümkündür.7.Riyaziyyat və təbiət fənləri üzrə orta təhsildə biliyin qiymətləndirilməsi

sistemi [Trends in Mathematics and Science Study (TIMSS)]. Bu proqra-mı ABŞ-ın Boston Kollecinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil Mərkəzi reallaşdırır. Proqram orta təhsildə keyfiyyətin qiymətləndirilməsinə yönəldilməklə yanaşı bir neçə ildən bir aparılmaqla nəticələrin dinamikasını müqayisə etməyə imkan verir.

Əsas xüsusiyyəti orta təhsil proqramının şagirdlər tərəfindən mənimsənilməsi dərəcəsini müəyyən etməkdir. Sistem 1995-ci ildən başlayaraq hər 4 ildən bir tətbiq olunur. Sonuncu dəfə TIMSS 2007-ci ildə 500000-dən artıq şagird ara-sında 1000-dən artıq dərslik üzrə qiymətləndirilmişdir. Bir qayda olaraq 4-cü, 8-ci və sonuncu buraxılış sinifləri üzrə qiymətləndirmə aparılır [18].

Bu proqram çərçivəsində həmçinin şagirdlərin hər bir fənn üzrə “savadlılıq dərəcəsi” müəyyən edilir: Aşağı səviyyə. Şagirdlərin fənn üzrə baza biliklərinin olması, şəkil və rəsmləri

izah etmək qabiliyyəti əsas götürülür. Orta səviyyə. Şagirdlərin fənn üzrə bilikləri nümayiş etdirmək qabiliyyəti

şərtdir. Yuxarı səviyyə. Şagirdlərin fənni dərindən mənimsəmək qabiliyyəti, qazanı-

lan bilikləri tətbiq etməsi mühüm şərtdir. “İrəliləmiş” səviyyə. Daha dərin biliklərə malik olmaqla çoxmərhələli

məsələləri həll etmək qabiliyyətinin aşkarlanmasıdır. 8.Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proq-

ram [Programme for International Student Assessment (PISA)] İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı reallaşdırır. Bu proqram TIMSS-dən fərqli ola-raq şagirdin təhsil proqramını mənimsəməsi ilə kifayətlənməyərək daha çox bu (riyaziyyat, təbiət və oxu) fənlərin dünyada və ümumən həyatda rolunu və istifadə yerini müəyyən etməyə hədəflənmişdir. Bir sözlə, PISA daha çox şagirdin mühakimə yürütmək qabiliyyətini müəyyən etməyə yönəlmişdir [19]. Əsas sual “Şagirdlərin icbari 15 illik təhsil aldığı dövrdə qazandığı biliklər on-lara cəmiyyətdə “fəaliyyət göstərməyə” imkan verirmi?” Proqram 2000-ci ildən başlayaraq hər 3 ildən bir tətbiq olunur. 15 yaşlı şagirdlərin testlər vasitəsilə qiymətləndirilməsi zamanı onların “səriştəlilik dərəcəsi”nin aşağıdakı şərtləri ödəməsi zəruridir: Bu və ya digər fənn vasitəsilə ətrafda baş verən problemlərin həll edilməsinə

çalışmaq; Bu fənlərin dilində həmin problemləri keçirtmək; Bu problemləri öz “ bilik alətləri” vaistəsilə həll etmək; Tətbiq edilən metodları təhlil etmək; Qoyulan problem üzrə əldə edilən nəticələri şərh etmək; Əldə edilən nəticələri sistemləşdirmək, qeydlər aparmaq.

9.Oxuma və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq

Page 122: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

122

qiymətləndirmə tədqiqatı [Progress in International Reading Literacy Study (PIRLS)] hər 5 ildən bir IV sinif şagirdləri arasında aparılır. Bu tədqiqat Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosia-siya (IEA) tərəfindən həyata keçirilir [20].

10.Nəticələrə hədəflənmiş əmək haqqı sistemiBir qayda olaraq dövlət qulluqçusunun əmək haqqı (dövlət məvacibi) 3

əsas komponentdən ibarət olur. Bura kollektiv razılaşma əsasında ümumi ta-arif cədvəli üzrə müəyyən edilən baza əmək haqqı (vəzifə maaşı), peşəkarlıq, səriştəlilik və digər amillər nəzərə alınmaqla verilən əlavələr (staja görə əlavə və s.), işçinin əldə etdiyi nailiyyətlərdən asılı olaraq aldığı mükafatlar (kollektiv və fərdi) aid edilir.

Cədvəl 6. Nəticələrə görə dövlət qulluğunda əmək haqqının müəyyənləşdirilməsi təcrübəsi

1.Qiymət-ləndirmə meyarları

hansı sənəddə öz əksini tapır?

2.Qiymətləndirmə meyarlarının

müəyyələşdirilməsi səlahiyyətləri kimə

məxsusdur?

3.Nəticəliliyin qiymətləndirilməsi

və mükafatların verilməsi

səlahiyyətləri

4.Qiymət-ləndirmə metodları

hansılardır?

Birləşmiş Krallıq

Nəticəlilik haqqında razılaşma

Bilavasitə rəhbərlik

Bilavasitə rəhbərlik dövlət qulluqçularının

əmək haqqı üzrə komitə ilə razılaşdıraraq

Özünü qiymətləndirmə.

Müsahibə əsasında qiymətləndirmə.

“360 dərəcə” qiymətləndirmə

KanadaNəticəlilik haqqında razılaşma

Bilavasitə rəhbərlik Xüsusi şuranın qərarı

Özünü qiymətləndirmə.

Müsahibə əsasında qiymətləndirmə. Yuxarı rəhbərliyin

mövqeyi

ABŞNəticəlilik haqqında razılaşma

Bilavasitə rəhbərlikBilavasitə rəhbərlik dövlət nəticəlilik üzrə komissiya ilə

razılaşdıraraq

Müsahibə əsasında qiymətləndirmə.

Yeni Zelandiya

Nəticəlilik haqqında razılaşma

Bilavasitə rəhbərlik Dövlət Qulluğu üzrə Komissiya

Müsahibə əsasında qiymətləndirmə.

Niderland Əmək müqaviləsi Bilavasitə rəhbərlik Bilavasitə rəhbərlik Müsahibə

Avstraliya Fərdi plan Bilavasitə rəhbərlik Bilavasitə rəhbərlik Müsahibə

Fransa Dövlət orqanının planı Bilavasitə rəhbərlik Bilavasitə rəhbərlik Müsahibə əsasında

qiymətləndirmə.

BelçikaNəticəlilik haqqında razılaşma

Bilavasitə rəhbərlik Bilavasitə rəhbərlik

Özünü qiymətləndirmə.

Müsahibə əsasında qiymətləndirmə.

“360 dərəcə” qiymətləndirmə

Page 123: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

123

Cənubi Koreya

Nəticəlilik haqqında razılaşma

“360 dərəcə” qiymətləndirmə

Mənbə: “Техническая поддержка реализации основных направлений повышения качества управления общественными финансами в РФ на период 2007-2008 годов”, “Техническое содействие реформе бюджетной системы на региональном уровне”, Москва, 2010

İlk iki element daha çox sabit məbləğ olduğu üçün üçüncü komponent xüsusilə əhəmiyyət kəsb edir. Əsas şərt dövlət qulluqçusunun faəliyyətinin nəticələrinə uyğun mükafatlandırılmasıdır. Bu tip mükafatlandırma müxtəlif ölkələrdə əmək haqqının 3-50%-i nisbətində müəyyənləşdirilir.

Bu halda, iki əsas meyara üstünlük verilir: 1.vəzifəyə qoyulan tələblərə uy-ğun qiymətləndirmə (criteria for job) və 2.məqsədlərin qoyulmasına uyğun qiymətləndirmə (goal setting). Əsas mükafatlandırma metodları aşağıdakılardır:

A. Mükafatlandırmanın [birinci forması] işçinin rəhbərliyi (line manager) tərəfindən aparılır. Rəhbərliyin qiymətləndirilməsi və bu əsasda mükafatların verilməsi çoxsaylı meyarlar əsasında müəyyənləşdirilir ki, bu da ölkələrdən asılı olaraq fərqlənir. Bir qayda olaraq rəhbərlik dövlət qulluqçusunun fəaliyyətini müsahibə yolu ilə qiymətləndirir.

B. Daha bir yanaşma “360 dərəcə” prinsipidir ki, (Avstraliya, Kanada, ABŞ, Danimarka, Fransa, Skandinaviya ölkələri və s.) rəhbərliklə yanaşı işçinin həmkarları və rəhbərliyi altında çalışan işçilərinin mövqeyi əsas götürülməklə qiymətləndirmə aparılır.

Sadalanan metod və üsullardan heç biri mütləq şəkildə dövlət büdcəsi xərclərinin səmərəliliyinin qiymətləndirilməsi üçün tam obyektiv hesab edil-mir. Məhz bu səbəbdən bu metodlar arasında seçim edərkən daha çox sin-tetik qiymətləndirmə metodlarına üstünlük verilməsi məqsədəuyğundur. Misal üçün, biz bir tərəfdən reqressiya təhlili aparmaqla, eyni zamanda, ayrı-ayrı xərclərin əsaslandırılmasının rasionallığını və səmərəli istifadə edilməsini qiymətləndirə bilərik.

D. Beynəlxalq təcrübədə dövlət sektorunda səmərəliliyin artırılması ilə bağlı aparılan islahatlar

Son illərdə hər bir ölkə üzrə istifadə olunan qiymətləndirmə metodları və göstəricilər fərqlidir. Böyük Britaniyada səmərəliliyin əsas göstəricisi kimi məhsulun planlaşdırılan qiymətinin cari dövrdəki qiyməti ilə müqayisəsi əsas götürülür. Lakin bu halda çəkilən məsrəflər nəzərə alınmır. Dövlət müəssisə və təşkilatlarının təqdim etdiyi məhsul və xidmətlərin səmərəlilik göstəricisi

Page 124: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

124

də son dövrlərdə geniş tətbiq edilir. Sonuncu göstəricinin qiymətləndirmə metodu kimi vətəndaşlara təqdim edilən xidmətin keyfiyyəti ilə bağlı su-alları özündə əks etdirən anketlərdən istifadə edilir. Həmçinin, bu məqsədlə bir sıra statistik göstəricilər – təqdim edilən xidmətin keyfiyyəti ilə bağlı şikayətlərin sayı, vətəndaşların məmnunluq səviyyəsinin qiymətləndirilməsi aparılır.

Avstraliyada prosesin qiymətləndirilməsindən nəticənin qiymətləndiril-məsinə keçid daha məqsədəuyğun hesab edilir. Bir qayda olaraq istifadə olunan səmərəlilik göstəriciləri kimi qoyulan vaxt müddətinə uyğunluq, qərarın qəbul edilmə müddəti, müştəri ilə ünsiyyətdə olma standartına uyğunluq, təqdim edilən xidmətin keyfiyyəti ilə bağlı şikayətlərin sayı və bir əməliyyatın aparılma müddəti istifadə olunur. Yeni Zelandiya daha çox məsrəflərin hesablanmasında maraqlıdır. İndikatorlar sisteminin qurulması ilə yanaşı istifadə edilən metodlar da bir-birindən fərqlənir. Niderlandda ictimai xidmətin keyfiyyətinin monito-rinqi sistemi daha üstün hesab edilir. Bu model əsasında yerli proqramların səmərəliliyi qiymətləndirilir. Göstəricilər kimi sosial və iqtisadi səmərəlilikdən istifadə edilir.

Kanadada dövlət xərclərinin idarə olunması üçün (DXİ) xüsusi proqram hazırlanmışdır. Eyni zamanda, DXİ çəkilən xərclərin qiymətləndirilməsinə imkan verir. Nəticədə çəkilən xərclərin ictimaiyyət üçün təsir imkanlarını qiymətləndirmək və əhalini məlumatlandırmaq mümkündür. İsveçdə ilk dəfə dövlət xərclərinin idarə edilməsində səmərəliliyin və məsuliyyətliliyin artırılması 1980-ci ildə yaradılmış xüsusi işçi qrup tərəfindən aparılan tədqiqatda öz əksini tapırdı. Bu tədqiqatın nəticəsi olaraq xüsusi komissiya (ESO) yaradıldı. ESO-nun əsas vəzifələri dövlət xərcləri ilə bağlı yuxarıda göstərilən prinsiplərin təmin edilməsi istiqamətində Maliyyə Nazirliyinə təkliflərin verilməsidir. ESO-nun fəaliyyətinin nəticəsi olaraq dövlət xərclərinin səmərəliliyi qiymətləndirilməyə başlandı.

Tailand və Cənubi Koreya proqram çərçivəsində xərclənən vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi üçün ABŞ-da son dövrlərdə tətbiq edilən PART sistemindən istifadə edir. 2010-cu ildə RF-də “2012-ci ilə qədər büdcə xərclərinin səmərəliliyinin artırılması” Proqramı qəbul edilmişdir. Proqramın məqsədi – ölkənin sosial-iqtisadi hədəfləri nəzərə alınmaqla dövlət funk-siyalarının həyata keçirilməsi məqsədilə cəmiyyətin tələblərini ödəyəcək xidmətlərin, həmçinin onların keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsidir. RF-də 2011-2013-cü illərdə dövlət xərclərinin səmərəliliyinin ar-tırılması məqsədilə hər bir qurum tərəfindən bu istiqamətdə görüləcək işlər planı hazırlanır. 3 il ərzində dövlət qulluqçularının sayının 20% azaldılması hədəflərdən biri kimi müəyyən edilmişdir. Ümumiyyətlə isə federal xərclərin ÜDM-ə faiz nisbətinin hər il 1% azaldılması nəzərdə tutulur.

Page 125: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

125

Nəticə

Səmərəliliyin qiymətləndirilməsi məqsədilə “səmərəlilik” və “nəticəlilik” göstəricilərindən istifadə olunur. Həmçinin, ilkin nəticə (Output) − təqdim edilən xidmətərin həcmi, yekun nəticə (Outcome) − təqdim edilən xidmətlərin nəticəsi indikatorlarından da istifadə edilir. Sosial səmərənin qiymətləndirilməsi yuxarıda qeyd olunan metodlar çərçivəsində mümkün olmadıqda (həmçinin, ənənəvi statistik göstəricilər kifayət etmədikdə) dövlət xidmətlərindən ya-rarlanan əhalinin məmnunluq səviyyəsi xüsusi sosialoji sorğular əsasında müəyyənləşdirilir. İqtisadi səmərənin əsas məqsədi vahid məhsula çəkilən məsrəflərin minimuma endirilməsidir. Sosial və iqtisadi səmərənin qiymətləndirilməsi nəticəyə hədəflənmiş büdcə metodu çərçivəsində məqsədli proqram alətlərindən istifadə çərçivəsində həyata keçirilir.

Bu məqsədlə sınaqdan çıxmış bir çox (o cümlədən, indekslərin təhlili, reqressiyalı təhlil, PART, CBA, CUA, CMA, CEA, COI və s.) metodların tətbiqi məqsədəuyğun hesab edilir. Sadalanan metodları, əsasən, iki qrupa bölmək olar. Birinci qrupa ümumi xarakterli metodlar, ikinci qrupa isə sosial səmərəni və ayrı-ayrı xərc istiqamətləri üzrə maliyyələşmənin səmərəsini ölçməyə imkan verən metod və üsullar aid edilir. Daha populyarı bir qayda olaraq büdcə sek-torunda dövlətin əsaslı vəsait qoyuluşu üzrə ayrılan xərcləri qiymətləndirmək üçün tətbiq edilən Gəlir-Xərc Təhlili (CBA) metodudur. Ümumiyyətlə, bu metod-ların hər birinin müəyyən çatışmazlıqları olduğu üçün sintetik qiymətləndirmə metodunun seçilməsi məqsədəuyğundur.

İstifadə edilmiş ədəbiyyat:1. Meybullayev M. İqtisadi təlimlər tarixi. Bakı, 2002. 2. Афанасьев М.П., Кривогов И.В. Модернизация государственных финансов.

Москва: Изд. дом ГУ ВШЭ, 2006. 3. Бекетов А.С. Применение анализа “затраты-эффективность” для выбора

препаратов из группы аналогов, Качественная клиническая практика, 2002. 4. Лаптев С.В. Основы теории государственных финансов. Москва, 2010. 5. Марков С.Н. Повышение эффективности бюджетных расходов на образование.

Омск, 2013. 6. Кнобель А., Соколов И., Худько Е. Влияние государственных расходов на

качество образования в России, Под ред. С. Г.Синельникова-Мурылева. Москва: “Издательство Института Гайдара”, 2011.

7. Щелунцова М.А. Оценка социальной ставки дисконтирования в проектах общественного сектора, Москва, 2011.

8. Томсон С., Фобстер Т., Моссиалос Е. Финансирование здравоохранения в Европейском союзе, Проблемы и стратегические решения, 2010.

9. Субпроект RFTAP/QCBS/1.6, “Техническая поддержка реализации основных направлений повышения качества управления общественными финансами в

Page 126: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

126

Российской Федерации на период 2007-2008 годов”, “Техническое содействие реформе бюджетной системы на региональном уровне”, Москва, 2010.

10. Стиглиц Д.Ю. Экономика государственного Сектора. Москва: издательство МГУ: ИНФРА-М, 1997.

11. Уйба В.В. Экономические методы управления в здравоохранение, 2012.12. Anwar Shah. Budgeting and budgetary institutions, The World Bank, 2007.13. Anwar Shah. Public Expenditure Analysis, The World Bank, 2009. 14. Afonso A. Schuknecht L., Tanzi V. Public sector efficiency: an international compa-

rison, ECB, 2003. 15. Beyond the annual budget, The World Bank, 2013. 16. Mandl Ulrike, Dierx Adriaan, Ilzkovitz Fabienne, The effectiveness and efficiency of

public spending, Economic Papers 301, 2008. 17. Herrera S., Pang G. Efficiency of public spending in developing countries: an effici-

ency frontier approach, The World Bank, 2005. 18. www.timss.bc.edu19. www.pisa.oecd.org20. http://edu.gov.az/view.php?lang=az&menu=363

Zaur Valiyev Evaluation of the effectiveness of state budget expenditures The article considers the effectiveness of budget expenditures and optimi-

zation of budget resource management. Furthermore, it sheds light on certain points related to the effectiveness and efficiency of budget spending. As a general rule, several methods are employed to assess public spending such as PART, CBA, CUA, CMA, CEA, COI. In the case of the evaluation of investment projects, the most commonly used method is net present value.

One of the methods widely used by policymakers is Cost-Benefit Analysis. The aim of cost-benefit analysis (CBA) is to provide a framework for assessing the ability of a project or regulation to offer a potential Pareto improvement. In undertaking a CBA, the analyst estimates all costs and benefits of a policy proposal in monetary terms for simplifying the comparison. If the benefits are greater than the costs — if there is a net social benefit — then in theory the the proposal can be considered as rewarding.

The CBA method considers the flow of real resource costs and benefits, and excludes, for example, taxes and subsidies, which are regarded as transfer payments from one part of the economy to another. CBA attempts to measure the value of all costs and benefits that are expected to result from the activity.

Page 127: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

127

Заур ВелиевОценка эффективности расходов государственного бюджета

В данной статье анализируется повышение эффективности расходов государственного бюджета.

В статье указываются соответствующие моменты, связанные с эффек-тивностью и результативностью бюджетных расходов. Как правило, для оценки государственных расходов применяется несколько методов, таких как PART, CBA, CUA, CMA, CEA, COI. В случае с оценкой инвестиционных проектов наиболее часто применяется чистый приведенный доход.

Один из распространенных методов, которым пользуются полиси-мейкеры является анализ затрат и выгод (CBA). Целью CBA является обе-спечение основы для оценки способности проекта или предложения по-тенциального улучшения по Парето. Если выгоды превышают затраты, то проект может быть реализован.

CBA пытается измерить стоимость всех затрат и выгод, которые будут являться результатом деятельности.

Page 128: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

128

Page 129: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

129

Açar sözlər: lizinq, maliyyə lizinqi, operativ lizinq, Azərbaycan, lizinq bazarı, İslam lizinqi

Key words: leasing, finance lease, operating lease, Azerbaijan, leasing market, Islamic leasing

Ключевые слова: лизинг, финансовый лизинг, оперативный лизинг, Азербайджан, лизинговый рынок, Исламский лизинг

Azərbaycanda lizinq bazarı

Mahir HÜMBƏTOV

Xanım ƏKBƏROVA

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işç[email protected]

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təcrübəçisi

Page 130: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

130

Giriş

Son 10 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmişdir. 2003-2012-ci illər ərzində iqtisadiyyatın bir çox sahələrində əldə olunmuş uğurların hərəkətverici qüvvəsi neft sektorundan gələn gəlirlər olmuşdur. Ölkənin iqtisadi inkişafının neft sənayesi gəlirlərindən asılılığını azaltmaq məqsədilə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin başlıca istiqamətlərindən birinə çevrilmişdir. Nəticədə, ölkədə qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafı, xarici bazara çıxış üçün rəqabətqabiliyyətli məhsul istehsalı maliyyə mənbələrinə və əsas kapitala olan tələbatı daha da artırmışdır. Tələbatın bu şəkildə artması Azərbaycanda lizinq bazarının inkişafını zəruri etmişdir. Müəssisənin maliyyə dayanıqlılığının iki göstəricisindən biri əsas vəsaitlərin vəziyyətinin göstəricisidir (daimi aktiv indeksi, uzunmüddətli borc vəsaitlərinin daxil edilməsi dərəcəsi, köhnəlmələrin yığılma dərəcəsi, mülkiyyətin real dəyəri dərəcəsi) ki, onun da yüksək olması lizinq xidmətinin inkişafından xeyli dərəcədə asılıdır. Məhz bu amilləri nəzərə alaraq bu tədqiqatda “Azərbaycanda lizinq bazarı hansı səviyyədədir, onun problemləri və inkişaf perspektivləri nələrdən ibarətdir” suallarına cavab tapmağa çalışılmışdır.

Lizinq haqqında məlumat

Azərbaycanda lizinq bazarının vəziyyətini təhlil etməmişdən əvvəl lizinq, onun növləri və üstünlüyü haqqında qısa məlumatın verilməsi məqsədəuyğundur.

Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən və uzunmüddətli xarakter daşıyan üçtərəfli münasibətlər kompleksidir. Eyni zamanda, lizinq sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarında əsas maliyyə mənbəyi və alətidir.

Bəzi tarixçi və iqtisadçılara görə, lizinq sövdələşmələrindən hələ qədim Şumerdə istifadə olunmuşdur. Belə ki, qədim Şumerin Ur adlı şəhərinə aid gildən hazırlanmış cədvəllər tapılmışdır. Bu cədvəllərdə həmin dövrdə kənd təsərrüfatı alətlərinin, torpağın, su mənbələrinin, mal-qaranın və başqa heyvanların icarəyə verilməsi haqqında məlumatlar əks olunmuşdur. Hətta bəzi tarixçilər bildirirlər ki, Aristotel e.ə. 350-ci ildə yazdığı “Sərvət mülkiyyət hüququnda yox, ondan istifadədədir” adlı əsərində lizinq ideyasına toxunmuşdur. Amma ingilis müəllifi T.Klark iddia edir ki, lizinq münasibətlərinin tarixi daha qədimdir. O, miladdan öncə yazılmış Hammurapi qanununda icarəyə aid bir neçə müddəanı müəyyən etmişdir. XI əsrdə isə venesiyalılar o zamanlar baha sayılan lövbərlərini ticarət gəmilərinin sahiblərinə icarəyə verirdilər. Səyahət başa çatdıqdan sonra isə lövbərlər sahiblərinə geri qaytarılır və yenidən icarəyə verilirdi [1].

Page 131: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

131

Lizinqin (ingiliscə “lease” – icarəyə vermək) iqtisadi termin kimi formalaşması isə “Bell” telefon şirkəti rəhbərliyinin 1877-ci ildə öz telefonlarını satmaq əvəzinə onları icarəyə vermək qərarına gəlməsi ilə bağlıdır. Lakin fəaliyyəti lizinq əməliyyatları olan ilk cəmiyyət 1952-ci ildə San-Fransisko şəhərində yaradılmış “United States Leasing Corporation”-dır (hazırkı adı “United States Leasing International Inc”) [2]. Beləliklə, Amerika Birləşmiş Ştatları yeni bir biznes növünün vətəni olmuşdur. Lizinq əməliyyatları ötən əsrin 50-ci illərinin sonlarında Avropada1, 1962-ci ildən isə Yaponiyada istehsalın texniki təchizatında geniş istifadə edilmişdir. Hal-hazırda İEÖ-də kapital yatırımlarının 30-40%-i lizinq yolu ilə həyata keçirilir.

Lizinq- lizinq verənlə lizinq alan arasında imzalanan maliyyə sazişidir və həmin sazişin obyektiv əsasını aşağıdakılar təşkil edir:

- Lizinq subyektləri;- Lizinq obyekti;- Lizinq müqaviləsinin müddəti;- Lizinq ödənişləri;- Lizinq üzrə təklif olunan xidmətlər.Lizinq subyektləri lizinq alan, lizinq verən, satıcı (birbaşa iştirakçılar), lizinq

verəni kreditləşdirən və müqavilənin zamini rolunda çıxış edən kommersiya və investisiya bankları, sığorta şirkətləri, broker və digər vasitəçi şirkətlərdir (dolayı iştirakçılar).

Lizinq obyektləri isə sərbəst dövriyyə qabiliyyətinə malik olan əsas vəsaitlərdir (daşınan və daşınmaz).

Bəzi ədəbiyyatlarda lizinqi icarənin bir növü kimi qiymətləndirirlər. Belə olan halda icarə müddətindən asılı olaraq müqavilələrin 3 növü müəyyənləşdirilir:1. İcarə müddəti 1 gündən 1 ilə qədər olan qısamüddətli icarə (ing.: renting);2. İcarə müddəti 1 ildən 3 ilə qədər olan ortamüddətli icarə (ing.: hiring);3. İcarə müddəti 3 ildən 20 ilə qədər olan uzunmüddətli icarə (ing.: leasing).

Göründüyü kimi, icarə müqaviləsinin müddətinə görə uzunmüddətli icarə (3-20 il) real olaraq lizinq adlanır.

Lizinq ödəmələrinin iqtisadi strukturunu aşağıdakılar təşkil edir:- Lizinq obyektinin dəyəri;- Normativ istismar müddəti;- Amortizasiya norması;- Ssuda faizi; - Fəaliyyət növü; - Vergi güzəştləri;- Lizinq şərti (lizinq müddəti başa çatdıqda obyektin alışı və ya qaytarılması);- Lizinq xidmətlərinin tələb və təklifi.Lizinq ödənişinin məcmu məbləğinin tərkibinə onun aşağıdakı əsas elementləri

daxil olmalıdır [3]:

1 Amerika maliyyə lizinqinin yaradıcısı Henri Şonfeld olub. O, bu fəaliyyəti ancaq dəmiryolu nəqliyyatı sahəsinə tətbiq edib, daha sonra “United States Leasing Corporation” lizinq şirkətini yaradıb.

Page 132: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

132

- cari ildə amortizasiya ayırmalarının dəyəri (beynəlxalq təcrübədə lizinqin müddəti, adətən, amortizasiya müddətindən az olur və bu, aşağıdakı cədvəldə (1) öz əksini tapır);

Cədvəl 1.Amortizasiya müddəti 3 4 5 6-7 8 9-10

Lizinqin minimal müddəti 3 3 4 5 6 7

- müqavilənin lizinq verən tərəfindən həyata keçirilməsi üçün istifadə olunan resursların ödənişi;

- lizinq marjası- bura lizinq verənin göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlir daxildir (1-3%);

- riskin mükafatı- bu məbləğ lizinq verənin aid olduğu müxtəlif risklərin səviyyəsindən asılıdır.Resursların qiymətini Q, lizinq marjasını M və risk məbləğini R ilə işarə

etsək, onda lizinq faizinin mahiyyəti aşağıdakı formulda öz ifadəsini tapacaq:

LF= Q+M+R

Lizinq ödəmələrinin məbləğinin hesablanması üçün daha çox annuitet (konkret borc üzrə illik məcburi ödəmələr) düsturundan istifadə olunur ki, bu da lizinq müqaviləsinin bütün şərtləri üzrə lizinq ödəmələrinin faktiki qiymətini, xüsusilə də müqavilənin məbləğini, müddətini, ödəmələrin dövriliyini və borcların verilməsini daha aydın əks etdirir.

Annuitet borcun aylıq bərabər hissələrdə ödənilməsidir. Annuitet ödəniş zamanı lizinq alan, qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ ödəyir. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, lizinqin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Lizinq şirkətləri üçün annuitet ödənişinin tətbiq edilməsi daha sərfəlidir. Çünki bu zaman onlar faizlərdə daha çox mənfəət qazanırlar. Borcalanlar üçün isə annuitetin təqdim etdiyi yeganə üstünlük aylıq ödənişlərin bərabər olmasıdır, yəni onlar konkret olaraq hər ay nə qədər pul ödəməli olduqlarını bilirlər. Bu, hər ay fərqli məbləğ ödəməkdən daha asandır [4].

Annuitet formuluna əsasən, mütəmadi aylıq ödənişlərin miqdarı aşağıdakı kimi müəyyən olunur:

Burada, Aö - aylıq annuitet ödəniş, Km - kredit məbləği,

Page 133: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

133

Aə - annuitet əmsalıdır.Annuitet əmsalı aşağıdakı düstura uyğun müəyyən edilir [5]:

Burada, i - faiz məbləği, aylıq paylar üzrə, məsələn, illik nominal faiz dərəcəsi 24%

olarsa, i = 0,24/12, n - kreditin götürüldüyü ayların sayıdır.Bu metoddan Almaniya, Avstriya,

Yaponiya, Fransa, İtaliya və Rusiyanın lizinq kampaniyalarında istifadə olunur [6].

Beynəlxalq səviyyədə lizinqin əsas 2 növü fərqləndirilir: maliyyə lizinqi və operativ lizinq. Belə bölünmə üçün meyarlar bunlardır [7]:

- avadanlığın istismar müddəti;- lizinq verənin vəzifələrinin həcmi.Maliyyə lizinqində avadanlığın

uzunmüddətli icarəyə verilməsi və müqavilə müddətinin sonunda bu avadanlığın müqavilədə əvvəlcədən nəzərdə tutulmuş simvolik bir dəyərlə lizinq alana satılması nəzərdə tutulur. Maliyyə lizinqinin və ya tam ödənilən lizinqin mahiyyəti ondadır ki, müqavilə müddəti ərzində əmlak tamamilə amortizasiyaya uğrayır və lizinq verən lizinq tədiyyələri hesabına əmlakın dəyərini və onun əsas hissəsini geri qaytarır. Adətən, maliyyə lizinqinə yüksək texnoloji avadanlıq verilir. Maliyyə lizinqində icarə müddəti, bir qayda olaraq, avadanlığın xidmət müddətinə (amortizasiya müddətinə) bərabər olur. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir. Lizinq şirkəti alınacaq avadanlıq haqqında heç bir məlumata sahib deyil. Hətta çox zaman alınan avadanlıq satıcı tərəfindən birbaşa müştəriyə (lizinq alana) təqdim edildiyi üçün lizinq şirkəti avadanlığı görmür. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Müqavilənin müddəti bitdikdə, operativ lizinqdə olduğu kimi, lizinq alan sövdə obyektini qalan bazar qiyməti ilə ala, bir qədər az müddətə və daha güzəştli dərəcələrlə yeni müqavilə imzalaya, obyekti lizinq verənə qaytara bilər [8].

Operativ (istismar) lizinqdə avadanlıq lizinq şirkəti tərəfindən müştərinin (lizinq alanın) əvvəlcədən razılığı olmadan alınır və bununla bağlı bütün riskləri (avadanlığın saxlanılması, təmiri və xidməti üzrə öhdəlikləri və bu xərclər lizinq ödənişlərinə əlavə edilir) lizinq şirkəti öz üzərinə götürür. Buna görə də, operativ

Maliyyə lizinqi sazişindən fərqli olaraq operativ lizinq sazişləri kreditin alınması vasitəsi deyil, investisiya edilməsi yolu ilə problemin həllini nəzərdə tutur. Bu, tam amortizasiya-nı və mülkiyyət hüqu-qu ilə bağlı risklərin lizinq alanın hesabına yazılmasını nəzərdə tutmur.

Page 134: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

134

lizinqə bəzən servis lizinqi də deyilir. Operativ lizinqlə məşğul olan lizinq şirkətləri, adətən, investisiya malları bazarının konyunkturunu və dinamikasını yaxşı bilirlər. Bu lizinq növündə müqavilə sonunda avadanlığın mülkiyyəti lizinq şirkətində qalır. Operativ lizinqdə müqavilə müddəti avadanlığın normativ xidmət müddətindən qısa olur və lizinq alan tərəfindən ödənilən lizinq ödənişləri avadanlığın dəyərini tam əhatə etmir. Lizinq şirkətləri operativ lizinqə verdikləri avadanlıqları ya ikinci dəfə lizinqə verməklə, ya da satmaqla avadanlığın tam qiymətini əldə edirlər. Müəssisələr tərəfindən operativ lizinq, əsasən, çox sürətlə inkişaf edən texnika vasitələrinin əldə edilməsində istifadə olunur. Belə ki, bəzi avadanlıqların texniki cəhətdən işlək vəziyyətdə olmasına baxmayaraq, bazara yeni modellərin təqdim edilməsi ilə bu avadanlıqların mənəvi köhnəlməsi hadisəsi baş verir və nəticədə bir müəssisə üçün istehsal avadanlıqlarının hamısının yenilənməsi böyük ölçüdə maliyyə vəsaitləri tələb edir. Operativ lizinqdə isə bu avadanlıqlar icarəyə götürülərək rahatlıqla belə vəziyyətlərdən çıxış yolu əldə edilir [9].

Lizinqin üstünlükləri:

1. Lizinq 100% maliyyələşmədir [10]. Lizinqdən istifadə zamanı birdəfəlik şəxsi maliyyə xərcləri çəkmədən, kapital qoyuluşları etmədən və borc, xüsusilə bank krediti almadan istehsal genişləndirilə, mənəvi aşınmış avadanlıqlar müntəzəm olaraq yeniləşdirilə və avadanlıqlara qulluq həyata keçirilə bilər.

2. Qərar qəbul etmə sistemi çevikdir. Müqavilənin imzalanması zamanı müştərini narahat edən bütün nüanslar nəzərə alınır. Bank kreditinin tərtib edilməsi zamanı bu, praktiki olaraq mümkün deyil.

3. Lizinq alanın likvid vəsaitlərinin məhdudlaşdırılması probleminin kəskinliyi nisbətən azalır, avadanlıqların alınması üçün xərclər lizinq müqaviləsinin qüvvədə olacağı bütün dövr ərzində bərabər bölüşdürülür.

4. Müəssisənin balansında şəxsi və borc kapitalının optimal nisbəti (proporsiyası) müəyyən edilir və saxlanılır, belə ki, yeni əlavə borc vəsaitləri cəlb edilmir.

5. Lizinq əməliyyatlarına tətbiq edilən vergi güzəştləri (məsələn, lizinq obyektinin ƏDV-dən azad olması) və başqa investisiya üstünlükləri lizinqin bank faizindən aşağı olmasına səbəb olur ki, bu da lizinqi bankçılıqdan üstün edir.

6. Lizinq əsas kapitalı təzələməklə istehsalın müəyyən sahələrində bazar konyunkturunun cari dəyişməsinə operativ reaksiya vermək imkanı yaradır. Operativ lizinqin burada rolu böyükdür. Bu zaman avadanlığın alınmasına sərf olunmayan xərclər vəsait şəklində dövriyyə kapitalının artırılmasına, cari xərclərin ödənilməsinə və marketinqə yönəldilə bilər.

7. Qiymətqoymanın adekvatlığı təmin edilir, belə ki, lizinq şirkətlərinin sənaye avadanlıqlarını tədarükçü firmalardan optimal qiymətlər üzrə

Page 135: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

135

alması elə tədarükçü firmaların özləri üçün də maraqlıdır.8. Beynəlxalq Valyuta Fondunun qaydalarına görə, icarə müqavilələrindən

irəli gələn məcmu ödəniş öhdəlikləri ölkənin məcmu xarici borcları göstəricisinə daxil edilmir. Buna əsasən lizinqdən istifadə ölkənin xarici ödəniş mövqeyini və ödəniş balansını pozmur.

9. Lizinq makrosəviyyədə də ölkə iqtisadiyyatına dolayı yolla müsbət təsir göstərir, belə ki, ölkədə əmtəə və xidmət istehsalı genişlənir, ixrac potensialı artır, yeni iş yerləri açılmaqla işsizliyin səviyyəsi və büdcədən maliyyə investisiyasına ayrılan vəsaitin miqdarı azalır.

10. Lizinq maliyyələşdirmənin əlavə resursudur (vasitəsidir) ki, bu da banklar və onların lizinq təşkilatları (müəssisələri) üçün müntəzəm fəaliyyət sahələrinin fəallaşdırılması və diversifikasiyası üçün çox vacibdir.

11. Lizinq maliyyələşdirilməsində girov təminatı tələb olunmadığından uzunmüddətli bank ssudalarından daha az risklərlə bağlıdır [11].

12. Avadanlıq istehsalçıları ilə daha sıx əlaqələr lizinq verənlər üçün işgüzar tərəfdaşlıq üçün yeni imkanlar yaradır.

13. Lizinq bir ideyadır. Lizinq yolu ilə ölkəyə gətirilən yeni texnika və texnologiya yerli sahibkarlar üçün həm də yeni ideyadır. Yerli sahibkarlar həmin tip məhsulların nümunəsinə əsasən ya onun elə özünün, ya da alternativinin istehsalını həyata keçirə bilərlər.

14. Lizinq bir alternativdir. Lizinq bankçılıq və sığorta ilə sıx bağlı olan fəaliyyət növüdür. Lizinq xidmətləri icarə və bank kreditləşməsi ilə bağlıdır. Elə Azərbaycanda bu gün lizinq şirkətlərinin təsisçilərinin əksəriyyəti banklardır.

Ümumiyyətlə, bankçılıqdan fərqli olaraq, lizinq birbaşa sahibkarlığın inkişafının stimullaşdırılmasına hesablanıb.

Azərbaycanda lizinq münasibətləri

Azərbaycanda “Lizinq haqqında” Qanun 29 noyabr 1994-cü ildə qəbul edilmişdir [12]. Qeyd edilməlidir ki, Azərbaycan MDB ölkələri arasında lizinq haqqında qanunu qəbul edən ilk ölkədir. Qanunun qəbul olunduğu illərdə ölkədə lizinq münasibətləri haqqında hələ tam təsəvvür yox idi. Bu Qanun lizinq münasibətlərini tənzimləyə bilmədiyi üçün 2003-cü ilin avqustunda qüvvədən düşmüşdür. Ona görə də daha sonra lizinq münasibətləri Mülki Məcəllə (XXXVIII fəsil), Vergi Məcəlləsi (140-cı maddə) və digər qanunverici aktlar ilə tənzimlənmişdir. Bundan başqa, Mülki Məcəllənin 747-751-ci maddələri lizinq münasibətlərinin spesifik xüsusiyyətlərini tam tənzimləyə bilmədikdə, elə 751-ci maddəyə əsasən, lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin qaydaları tətbiq olunur.

Lizinq münasibətlərinin inkişafına kömək və lizinq şirkətlərinin əlaqələrinin gücləndirilməsi məqsədilə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) yaradılmışdır. Assosiasiya 2004-cü il oktyabrın 27-də Beynəlxalq Maliyyə

Page 136: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

136

Korporasiyasının (İFC) dəstəyi ilə “Ataleasing”, “Unileasing”, “Muganleasing” şirkətləri tərəfindən yaradılmışdır. ALŞA-nın tərkibinə aşağıdakı lizinq şirkətləri daxildir: Joint Lizinq, Unilizinq, Ansar Lizinq, Turan Lizinq, Standard Lizinq, AG Lizinq, Ata Lizinq, Dəmir Bank, Qafqaz Lizinq, ASB Bank, Nikoil Lizinq (son iki şirkət müşahidəçi qismində çıxış edir). ALŞA beynəlxalq səviyyədə Rusiya, Türkiyə, Belarus və Avropa ölkələrinin lizinq assosiasiyaları ilə əməkdaşlıq edir [13].

Cədvəl 2-də Azərbaycanın ilk onluğa daxil olan lizinq şirkətlərinin nizamnamə kapitalı göstərilmişdir. Azərbaycanda lizinq şirkətləri üçün minimum nizamnamə kapitalı tələb olunmur. Ölkədəki lizin şirkətləri arasında 5 lizinq şirkəti daha aktiv fəaliyyətə malikdir. Bunlar “Joint Leasing Company”, “Unilizinq”, “Ansar Lizinq” “MBC Lizinq” və “Turan Lizinq”dir.

Növbəti cədvəldə (3) isə Azərbaycanın lizinq bazarındakı mövcud vəziyyət əks olunmuşdur. Joint Leasing Company nüfuzlu “Business Time” jurnalı tərəfindən “İlin lizinq şirkəti” nominasiyasında “Azeri Business Award” milli mükafatına layiq görülmüşdür. 2012-ci il dekabrın 31-nə olan məlumata görə, şirkətin lizinq portfeli 35,312 mln. AZN, maliyyələşdirdiyi lizinq müqavilələrinin ümumi sayı isə 520 olmuşdur.

Cədvəl 2.Şirkətin adı Nizamnamə kapitalının həcmi (mln., AZN)Ansar Lizinq 5,0

Standart Lizinq 4,0Unilizinq 1,8

Finans Lizinq 1,2AG Lizinq 1,0

MBC Lizinq 0,842Joint Leasing Company 0,7

Ata Lizinq 0,5Turan Lizinq 0,1

Parex Leasing&Factoring 0,05

Mənbə: Şirkətlərin rəsmi saytları İlkin ödənişi 30%-dən çox olan müştərilər üçün lizinq üzrə faiz dərəcələri

17%-dən başlayaraq verilir. Lizinq portfelinin 40%-i tikinti sektorunun, 33%-i nəqliyyatın, 20%-i istehsalın və 7%-i isə digər sahələrin payına düşmüşdür. Cədvəldəki (3) vəziyyətlə bağlı nəticəyə görə, Azərbaycanda lizinq əməliyyatlarının orta müddəti 36 ay, orta illik faiz dərəcəsi 20%, avans ödənişləri 18-25%-dir.

Buna baxmayaraq, ölkənin lizinq bazarındakı vəziyyət istənilən səviyyədə deyildir. Buna birinci səbəb lizinq haqqında qanunun işləməməsi və bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 38-ci fəsli ilə Vergi Məcəlləsinin 140-cı maddəsinin ziddiyyət təşkil etməsidir. Vergi Məcəlləsinin 140-cı

Page 137: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

137

maddəsində əmlak icarəsi maliyyə lizinqinə aid edilir ki, bu da Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən maddəsi ilə üst-üstə düşmür. Ümumiyyətlə, Vergi Məcəlləsi lizinq münasibətlərinin hüquqi tənzimləmə elementlərini deyil, lizinqin vergi ilə bağlı olan məsələlərinin elementlərini, vergi güzəştlərini müəyyən etməlidir [14].

Lizinqin icarənin bir növü kimi qiymətləndirilməsi isə Azərbaycan qanunvericiliyinə uyğun deyildir. Çünki Azərbaycan Respublikasında icarə münasibətləri ayrıca olaraq Mülki Məcəllənin XXXIV fəsli (“İcarə” adlı) və lizinq münasibətləri XXXVIII fəsli (“Lizinq” adlı) ilə tənzimlənir. Lizinq münasibətlərində tərəflərin hüquq və vəzifələri isə xüsusi hallarda Mülki Məcəllənin XXXIII fəsli (Əmlak kirayəsi) ilə nizamlanır. Azərbaycan qanunvericiliyinə əsasən, bizim icarə və lizinq terminləri müvafiq olaraq “operativ lizinq” və “maliyyə lizinqi” (lizinqin əsas iki növü) beynəlxalq anlayışlarına uyğun gəlir. Lizinqin maliyyə lizinqi kimi qiymətləndirilməsi ölkədə operativ lizinqin inkişafına mane olur.

Cədvəl 3.

Şirkətin adıMinimum və maksimum

məbləğ

İllik faiz dərəcəsi

İllik avans

ödənişi

Lizinq müddəti

Lizinq obyektləri

Joint Leasing Company 10 000 AZN

17-21%-dən

başlayaraq

layihə dəyərinin 20-30%-i

10 ilədək

tikinti, sənaye texnikası, nəqliyyat vasitələri

Unilizinq (daşınmaz

əmlak xaric)

obyekt növündən asılı olaraq dəyişir

21% 20-30% 2-5 il

tikinti, sənaye texnikası, nəqliyyat vasitələri

MBC Lizinqşirkətin

investisiyası-60%-ə qədər

17-20% 30% 3-7 il

nəqliyyat vasitələri, istehsal avadanlığı, tibbi avadanlıq, tikinti

texnikası

Qafqaz Lizinq

min. 15 000 AZN, maks.

800 000 AZN18-26% min. 20%

min. 3 ay, maks.

8 ay

minik avtomobilləri

Ata Lizinq (daşınmaz

əmlak xaric)

min. məbləğ 5000 ABŞ

dolları20-30% 30%-dən

yuxarı

12 aydan 60

ayadək

ikinci əl avadanlıqları

Finans Lizinq

min. məbləğ 10 000 AZN,

50-60%-ə qədəri ödənir

20-25%-dən

başlayaraq40% 12-60 ay

nəqliyyat, inşaat, istehsalat, k/t avadanlıqları,

iaşə

Parex Leasing & Factoring

10 000 AZN 20-35%

obyekt növündən asılı olaraq

dəyişir

30-60 aya

qədər

xüsusi təyinatlı texnika,

avadanlıq, minik avtomobilləri

Mənbə: Şirkətlərin rəsmi saytları

Page 138: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

138

Lakin buna baxmayaraq, son zamanlar xüsusilə avtolizinq bazarında avtomobillərin daha çox 5 illik lizinq yolu ilə əldə edilməsi, avtomobilə lizinq şirkətləri tərəfindən xidmətlərin (sığorta, texniki servis və s.) göstərilməsi operativ lizinqin az da olsa fəaliyyətini sübut edir.

Mülki Məcəllənin lizinq haqqında 747-1.2-ci maddəsində qeyd olunur: “Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir” [15]. Mülki Məcəlləyə (152.3, 159-cu maddələri) əsasən, sahiblik hüququ əşyaya faktiki sahib olmağı nəzərdə tutur və buna görə də istifadə hüququndan təcrid olunmuş halda lizinq obyektinin lizinq alanın yalnız sahibliyinə verilməsi lizinq müqaviləsinin mahiyyətini əks etdirmir. Bu anlaşılmazlığın aradan qaldırılması üçün bir sıra xarici ölkələrin mülki qanunvericiliyində, məsələn, Rusiya Federasiyasının Mülki Məcəlləsinin 576-cı maddəsində olduğu kimi, “sahibliyə və ya istifadəyə” sözləri “sahibliyə və istifadəyə” sözləri ilə əvəz olunsa, daha yaxşı olar. Mülki Məcəllənin 747-1.3 müddəasında lizinq obyektinin lizinq müqaviləsinə uyğun olaraq müəyyən müddətə, müəyyən haqla lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilməsinin qeyd olunması da lizinq verənin hüquqi vəziyyətinin Mülki Məcəllədə düzgün göstərilmədiyini təsdiq edir.

Bundan başqa, Mülki Məcəllədə lizinq verənin əsas vəzifələrindən biri təkcə lizinq obyektini əldə etmək deyil, həm də onu hazırlamaqdır. Düzdür, bəzi ölkələrdə bunu “birbaşa lizinq” adı altında həyata keçirirlər, belə olan halda özlərinin broker şirkətlərini yaradırlar. Lakin Mülki Məcəllədə lizinq verən lizinq obyektini özü hazırladığı halda o, satıcı olacaqdır ki, bu da lizinq münasibətlərinə ziddir. Çünki lizinq verən sadəcə əmlakın əldə edilməsini maliyyələşdirən şəxsdir. Lizinq verənin üzərinə lizinq obyektini əldə etmək vəzifəsinin qoyulması 747-5.1 maddəsinə əsasən, lizinq münasibətlərinin hüquqi formasını pozur. Ona görə ki, lizinq üçtərəfli münasibətdir (747-1.1, 747-5.1 maddələrinə uyğun olaraq) və lizinq subyektlərindən biri olmadığı halda onu lizinq münasibətləri adlandırmaq olmaz. Buradan ümumi şəkildə sual yarana bilər ki, bəs onda nəyə görə “qaytarılan lizinq”də ikitərəfli münasibət mövcud olduğu halda onu lizinq münasibətlərinə daxil edirik? Çünki qaytarılan lizinq növündə lizinq alan həm də satıcı qismində çıxış edir və sanki üçüncü tərəf olur.

Qərbi Avropanın bəzi ölkələrində də (Böyük Britaniya, Almaniya, Danimarka) lizinq üzrə xüsusi qanun yoxdur. Lakin Fransa, Portuqaliya, İsveçrə kimi ölkələrdə isə lizinq alan və lizinq verənin hüquqlarını, onların arasında baş vermiş münasibəti müəyyən edən qanun mövcuddur.

Ölkədə lizinq münasibətlərinin növbəti problemi lizinqin mühasibat uçotu ilə bağlıdır. Milli mühasibat uçotu standartlarında lizinq üçün xüsusi standart yoxdur və lizinq uzunmüddətli icarə kimi qeydə alınaraq lizinq alanın balansında

Page 139: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

139

əks olunur. Bu isə Mülki Məcəllə ilə uyğunlaşmır. Çünki Mülki Məcəllədə lizinq obyekti əsas vəsait kimi tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında qeydə alınmalıdır.

Əvvəllər tətbiq olunan sürətli amortizasiyanın (əvvəllər bu, 2 əmsalla hesablanırdı) ləğv edilməsi lizinq sektorunda əsas vəsaitlərin yenilənməsinin qarşısını alır. Qeyd edək ki, Rusiyada lizinq münasibətlərində sürətləndirilmiş amortizasiya (bu, Rusiyada 3 əmsalla hesablanır) tətbiq olunur və onlar xərclər kimi çıxılır, bu da vergi bəyannaməsi zamanı nəzərə alınmır [16].

Lizinq obyektinə vergi qanunvericiliyinə əsasən qoyulan ƏDV (18%) əmlakın qiymətinə daxil edilir, nəticədə əmlakın maya dəyəri artır. Belə olan halda müştəri lizinq şirkətlərinin rəqibi olan banklara kredit götürməyə üz tutur.

Əsas etibarilə operativ lizinq şirkətlərinin gəlirləri tam şəkildə lizinq müqaviləsinin müddəti bitdikdən sonra geri qaytarılan əmlakın ikinci dəfə lizinqə verilməsi və satılması zamanı formalaşır və bu zaman ƏDV-nin tətbiqi operativ lizinq sövdələşməsinin qiymətini bahalaşdırır. Ona görə də Azərbaycanda operativ lizinq inkişaf edə bilmir.

Qeyd olunan səbəblərə görə Azərbaycan malik olduğu lizinq potensialından tam istifadə edə bilmir. Məsələn, Qərbdə şirkətlər əsas vəsaitlərin yenilənməsini, demək olar ki, 80 %-ni, Avstraliya sənaye kapital qoyuluşunun 33%-ni, Qazaxıstan isə 6%-ni lizinq yolu ilə həyata keçirdiyi halda, Azərbaycanda bu göstərici 1%-dən bir qədər çoxdur.

Qrafik 1.

Mənbə: Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası

Yuxarıdakı qrafikdə (1) göründüyü kimi, 2003-2008-ci illərdə ölkədə lizinq portfelinin həcmi ilbəil artmışdır. Lakin 2008-ci ildən sonra lizinq bazarında azalma müşahidə olunur ki, bunun da əsas səbəbi həmin ildən etibarən vergi qanunvericiliyinə əsasən lizinq obyektlərinə ƏDV-nin qoyulmasıdır.

Azalma anoloji olaraq ümumi investisiya qoyuluşunun tərkibində də əks olunur. 2010-cu ildə ölkəyə 17,6 mlrd. ABŞ dolları ümumi investisiya qoyuluşu

Page 140: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

140

olub ki, onun tərkibində lizinq yolu ilə investisiya qoyuluşu 0,17 mlrd. ABŞ dollarına bərabər olmuşdur. 2011-ci ildə isə ümumi investisiya qoyuluşunun həcmi artaraq 21,66 mlrd. ABŞ dolları olub, lakin belə artımın tərkibində lizinq yolu ilə investisiya qoyuluşunun həcmi 2010-cu ilə nisbətən azalaraq 0,15 mlrd. ABŞ dolları olmuşdur. Bunu aşağıdakı qrafikdə (2) daha aydın görmək olur.

Lizinq münasibətlərini tənzimləyən xüsusi orqanın yoxluğu bu sektorun zəif inkişaf etməsinin səbəblərindən biri kimi qiymətləndirilir. Hətta Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycanın lizinq bazarının inkişafı üçün belə bir orqana ehtiyacı olduğunu müəyyən etmişdir [17]. Çünki ölkənin lizinq bazarı hələ də tam formalaşmadığından inkişaf üçün dövlət tərəfindən gələn dəstək və tənzimləyici tədbirlər geniş imkanlar aça bilər. Məhz tənzimləyici orqanın olmamasının nəticəsi idi ki, 2009-cu ildən tətbiq edilən kapitallaşmaya yönəldilmiş gəlirə edilən vergi güzəştləri yalnız banklara və sığorta şirkətlərinə aid edilmiş və lizinq şirkətləri burada nəzərə alınmamışdır. Lizinq bazarları üçün tənzimləyici orqan kimi ideal seçim müxtəlif qurumlar ola bilər.

Ümumiyyətlə, hər bir ölkədə lizinq münasibətlərinin dövlət tərəfindən tənzimlənməsinin özünəməxsus xüsusiyyətləri vardır. Lizinqin bankların spe-sifik xidməti kimi fəaliyyət göstərdiyi ölkələrdə (İtaliya, Fransa) dövlət yalnız bankları deyil, həm də lizinq münasibətlərini tənzimləyir. Böyük Britaniya və Al-maniyada banklar yalnız lizinq əməliyyatlarının o hissəsini tənzimləyir ki, həmin hissə onların strukturlarına tabe olsun. Fransada isə lizinq fəaliyyəti banklar kimi çox ciddi şəkildə dövlət tərəfindən tənzimlənir. İtaliya, ABŞ və Fransa qa-nunvericiliyi lizinq mexanizminə xüsusi tələb irəli sürür. Belə ki, lizinq müqaviləsi məhkəmə orqanlarından qeydiyyatdan keçməlidir. Böyük Britaniya, Almaniya, Danimarka və Niderlandda, bir qayda olaraq, lizinq fəaliyyəti tənzimlənmir və məhdudlaşdırılmır. Lakin belə ölkələrdə lizinqə dövlət tərəfindən investisiya fəaliyyətinin mühüm forması kimi dəstək verilir. Məsələn, İrlandiyada lizinq kampaniyalarının stimullaşdırılması məqsədilə dövlət tərəfindən subsidiyalar təqdim edilir, sürətləndirilmiş amortizasiya tətbiq edilir və s. imtiyazlar verilir. Nəticədə, İrlandiya dünyada təyyarələrin lizinqi üzrə mərkəz olmuşdur [18].

Qrafik 2.

Mənbə: www.stat.gov.az

2010 2011Lizinq yolu ilə investisiya qoyuluşu (mlrd. dollar) 0.17 0.15

Ümumi investisiya qoyuluşu (mlrd. dollar) 17.6 21.66

Page 141: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

141

Cədvəl 4-ə nəzər salsaq görərik ki, ölkəmizdə fəaliyyət göstərən bir çox lizinq şirkətlərinin təsisçiləri yerli banklar və xarici şirkətlərdir. Bu, onu göstərir ki, ölkənin lizinq bazarında problemli məsələlərdən biri də maliyyələşdirmə mənbələridir. Hal-hazırda lizinq şirkətlərinin güclü maliyyələşdirmə mənbələrinə ehtiyacı vardır. Belə ki, son maliyyə böhranı ilə əlaqədar olaraq xarici kapitalın yerli lizinq bazarına cəlb edilməsi çətin məsələdir. Yerli bankların maliyyələşdirmə mənbəyi kimi çıxış etməsinin əsas səbəbi isə onların pul kapitalına malik olması və lizinq xidmətinin bu pul kapitalına olan tələbatı ilə bağlıdır.

Bəzi yerli bankların lizinq xidməti göstərməsi lizinq şirkətlərinin inkişafına mane olur. Bankların daha çox pul kapitalına malik olması onları bazarda liz-inq şirkətlərinin güclü rəqiblərinə çevirir. Zəif inkişaf edən lizinq şirkətləri isə bu rəqabət mühitində tab gətirə bilmirlər. Nəticədə, ölkədə lizinq portfelinin həcmi aşağı olur.

Bu gün kənd təsərrüfatı sektorunda rəqibsiz lider lizinq şirkəti “Aqrolizinq ASC”-dir. Kənd təsərrüfatının inkişafı ilə bağlı olan dövlət sifarişləri yalnız bu şirkətə verilir. Aqrolizinq ASC-yə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi üçün 2005-2012-ci illər üzrə dövlət büdcəsindən və digər mənbələrdən 370,63 milyon manat maliyyə vəsaiti ayrılmışdır (Cədvəl 5).

Bundan başqa, “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Sərəncamına (11 fevral 2013-cü il) əsasən, xaricdən damazlıq heyvanların idxal olunmasının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satılmasının təmin edilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat vəsait ayrılmışdır [19].

Cədvəl 4.Şirkətin adı Təsisçilər

Ansar Leasing Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (100%)

Qafqaz Lizinq MMC Türkiyənin NAB şirkətlər qrupu (100%)

Joint Leasing Company BB-nın DH Leasing LTD (52,4%)Azərbaycan Beynəlxalq Bankı (47,6%)

AG Leasing

AG Bank (35%)İngilis şirkəti - Hiperion Capital Managemnet (30%)

Amerikan şirkəti - Delta Trans LTC (25%)İngilis firması – Milio Leasing Limited (10%)

Unileasing QSC Unibank (66,67%) AYİB (33,33%)Parex

Leasing&FactoringLatviyanın Parex Bankı (əvvəl)

Hollandiyanın SWITLAR Investments (indi)MCB Lizinq QSC Pakistanın MCB Bank Limited, Yerli rezident

Mənbə: Şirkətlərin rəsmi saytları

Page 142: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

142

Dövlət tərəfindən güzəştli imtiyazların “Aqrolizinq”ə verilməsi kənd təsərrüfatı sektorunun inkişafına səbəb olmuşdur. Belə ki, ayrılmış və təkrar istifadə olunan vəsait hesabına 2005-2012-ci illər ərzində müxtəlif markalı 1033 ədəd taxılbiçən kombayn, 4252 ədəd traktor, 164 ədəd ekskavator, 8960 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları (kotanlar, kultivatorlar, ot biçən texnika, ot və küləş presləyən, malalar, taxıl səpən, gübrə səpən, çiləyicilər, traktor qoşquları və s.), 9 dəst süd zavodu avadanlıqları, 23 dəst soyuducu kameraları, 8 dəst qarışıq yem istehsal zavodu avadanlıqları, kənd təsərrüfatı texnikalarına lazım olan ehtiyat hissələri, dəzgahlar alınmışdır. Nəticədə, kənd təsərrüfatı müəssisələrində əsas istehsal fondlarının strukturunda maşın və avadanlıqların payı 2003-cü ildə 10,2% olduğu halda, 2011-ci ildə bu göstərici artaraq 17,2% olmuşdur. Kənd təsərrüfatının inkişafına baxmayaraq, “Aqrolizinq” ASC-nin 2012-ci il maliyyə hesabatına əsasən, cəmiyyət 2012-ci ili 1 mln. 340 min 905 manat zərərlə başa vurmuşdur. Qeyd edək ki, 2011-ci il üçün zərər 801 min 148 manata bərabər olmuşdur [20]. Buna görə də digər lizinq şirkətlərinin də bu istiqamətdə fəaliyyətinin artırılması məqsədəuyğundur. Kənd təsərrüfatı sektorunda lizinq xidmətinin daha da geniş yayılması, digər lizinq şirkətlərinin də potensial müştərilərinin reallaşdırılması, eyni zamanda “Aqrolizinq” şirkətinin sağlam rəqabət mühitində daha da inkişaf etməsi üçün, yaxşı olardı ki, Prezidentin ehtiyat fondundan ayrılan vəsait bərabər səviyyədə olmasa da, müəyyən hissələrlə digər lizinq şirkətləri arasında da bölüşdürülsün. Təbii ki, vəsaitin bölüşdürülməsi zamanı həmin lizinq şirkətlərinin fəaliyyətinin hansı səviyyədə olmasını nəzərə almaq məqsədəuyğun olardı. Belə olan halda sağlam rəqabət mühiti formalaşar, nəticədə, lizinq şirkətləri güclü rəqabət şəraitində kənd təsərrüfatı sektorunda daha da inkişaf edərlər. Belə ki, lizinq şirkətlərinin daha çox müştəri qazanmaq həvəsi onların əlavə xidmətlər göstərməsinə gətirib çıxaracaq ki, bu da birbaşa operativ lizinqin inkişafı deməkdir.

Cədvəl 5.İllər Dövlət büdcəsi və digər mənbələrdən ayrılmış vəsaitlər (mln., AZN)2005 25,02006 41,02007 37,52008 72,52009 48,232010 44,62011 46,82012 55,0

Mənbə: Aqrolizinq.com

Azərbaycanda lizinq şirkətlərinin lisenziya verilmədən yaradılması, mini-mum nizamnamə kapitalının tələb olunmaması, bankların da lizinq xidməti göstərməsi lizinq bazarına istənilən şəxsin daxil olmasına səbəb olur. Bu məsələ

Page 143: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

143

də lizinq şirkətlərinin rəqabət mühitinə mənfi təsir göstərir. Bu problemin mey-dana gəlməsi yenə də nəzarətedici orqanın olmamasına söykənir.

Lizinq xidmətindən istifadənin aşağı səviyyədə olmasına digər bir səbəb yerli sahibkarların və əhalinin bu xidmət haqqında kifayət qədər biliyə malik olmamasıdır. Bu gün KİV-də bankların işıqlandırılması əhalinin daha çox kreditə yönəlməsinə səbəb olur. İnformasiya qıtlığı əhalini, xüsusilə də sahibkarları liz-inq xidmətinin avantajlarından məhrum edir. Belə ki, kiçik və orta sahibkarlığın kredit qabiliyyəti aşağı olur və onlar likvid girovun təklif edilməsi imkanına ma-lik olmadıqlarına görə maliyyə aləti kimi lizinqdən istifadə həm KOM-lar (kiçik və orta müəssisələr), həm də lizinq portfelinin həcminin artımı üçün yararlı ola bilər. KOM-lara daha çox maliyyə lizinqi sərf edir ki, hal-hazırda da elə lizinqin adı çəkilən növü ölkədə daha böyük paya malikdir.

Ümumiyyətlə, gəliri birbaşa ən müasir texnikadan asılı olan, əsas resurslarını qısa müddət çərçivəsində mütəmadi yeniləşdirən şirkətlərə isə operativ lizinq sərf edir. Nəzərə alsaq ki, artıq Azərbaycanda belə şirkətlərin sayı artmaqdadır, onda həmin şirkətləri “operativ lizinq xidmətinin potensial müştəriləri” adlandırmaq olar. Düzgün marketinq potensial müştəriləri real müştərilərə çevirə bilər. Bu həm lizinq bazarının, həm də iri şirkətlərdə korporativ idarəetmənin inkişafına səbəb olar.

Lizinq xidmətinin üstünlüyü haqqında informasiya qıtlığı, göründüyü kimi, sosial-psixoloji problemin də yaranmasına gətirib çıxarır. Müştəri lizinq xidmətinə deyil, alternativ maliyyə mənbələrinə üz tutur.

Bu gün Avrozonada lizinq bazarı inkişaf etdiyindən, o, büdcə balansına təsir göstərir və hətta beynəlxalq lizinq zamanı artıq vergidə və qanunda qeyri-müəyyənlik müşahidə olunur. Rusiyada isə lizinq şirkətlərində baş vermiş geriləmə və ya irəliləyiş həmin şirkətlərlə birgə işləyən digər kampaniyaların (lizinq şirkətlərini kreditləşdirən banklar və digər investisiya şirkətləri, sığorta şirkətləri, lizinq alan qismində çıxış edən firmalar, tədarükçü və ya satıcı şirkətlər) fəaliyyətinə təsir göstərir. Rusiyada lizinq şirkətlərinə verilmiş imtiyazlar (sürətləndirilmiş amortizasiyanın tətbiqi, beynəlxalq lizinqdə vergi güzəştləri və s.) nəticəsində şirkətlər artıq öz filial şəbəkələrini genişləndirirlər, məsələn, “ВЭБ Лизинг” Belarusda özünün lizinq fondunu yaratmışdır [21].

Cədvəl 6.Dünya tendensiyası Rusiyadakı vəziyyət Azərbaycandakı vəziyyət

İştirakçıların sayı azalır İştirakçıların sayı azalır Bazarın regionlarda da formalaşması məsləhətdir

Qlobal və regional ekspansiya gedir

Kampaniyalar filial şəbəkəsini aktiv inkişaf

etdirir

Proseslər daha çox paytaxtda baş verdiyindən

bazar paytaxta konsentrasiya olunur

Marja azalıb Anoloji olaraq marja azalır

Şirkətlərdən asılı olaraq dəyişkəndir

Page 144: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

144

Bazel III standartlarına yaxınlaşıb

Bazel II və riskin keyfiyyətli

qiymətləndirilməsinə keçib

Risklərin qiymətləndirilmə sisistemi praktiki olaraq

yoxdur

Operativ lizinqin aktiv hərəkəti:

-inkişaf etmiş bazarlarda 33%-inkişafda olan bazarlarda 5%

Operativ lizinqin aktivliyi daha çox dəmiryolu və

aviasiyada artıb

Operativ lizinq inkişaf etməyib və bunun üçün müvafiq baza yaratmaq

lazımdır

Büdcə disbalanslığına nəzərəçarpacaq dərəcədə

təsir vardır

Kampaniyaların bəzilərində ağır maliyyə

böhranı olur

Sistemli problemlər elə lizinq bazarının özünün zəif

inkişafına təsir edir

Vergidə və qanunda qeyri-müəyyənlik

“Əsassız varlanma” səbəbindən

sürətləndirilmiş amortizasiyanın və digər imtiyazların ləğvi təhlükəsi

Güzəştli imtiyazlar yoxdur və lizinq haqqında qanun aktiv

deyil

Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (IFRS) yeni standartları

ilə qeyri-müəyyənlik

Köhnə standartlar və BMHS-nə keçidin

gözlənilməsiBMHS yoxdur

Mənbə: “Эксперт РА” reytinq agentliyi

Hal-hazırda Avropada lizinq bazarındakı payına görə Rusiya 5-ci yerdədir, digər 1, 2, 3 və 4-cü yerləri müvafiq olaraq Almaniya, Fransa, Böyük Britaniya və İtaliya bölüşür [22]. Cədvəl 6-da Azərbaycanın lizinq bazarının vəziyyətini dünya və Rusiya tendensiyaları ilə müqayisədə daha aydın görmək olur. Bu cədvəldə qeyd olunanları daha açıq şəkildə ölkələrin lizinq bazarının həcmini (2011-ci il) əks etdirən qrafikdə (3) izləyə bilərik [23].

Qrafik 3.

Mənbə: Leaseurope.org

Page 145: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

145

Azərbaycanda (2012-ci il) lizinq bazarının strukturunda 37%-lə tikinti sek-toru ilk sırada, 5%-lə isə yüngül və yeyinti sənayesi son sıradadır (Qrafik 4).

Qrafik 4.

Mənbə: Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası Azərbaycanda lizinq bazarı üçün geniş perspektivlər vardır: qeyri-neft

sektorunun inkişafı, kiçik və orta sahibkarlığın stimullaşdırılması, ölkədə dünya səviyyəli yarışların, tədbirlərin həyata keçirilməsi məqsədilə tikinti və yenidənqurma işlərinin artması bunun üçün real zəmin yaradır. Belə ki, Azərbaycanda tikinti sektorunda bina, yol, körpülərin tikintisi və təmiri, kənd təsərrüfatının inkişafi, nəqliyyat sektorunda yüklərin daşınması, ictimai nəqliyyata və avtomobilə olan tələbatın artması, yeyinti və yüngül sənaye sektorunda xarici bazarlara çıxışın zəruriliyi, səhiyyə sektorunda isə son zamanlar yeni klinikaların açılması, poliklinikaların təmiri lizinq bazarının inkişafı üçün geniş imkanlar açmışdır.

Bundan başqa, Azərbaycanda lizinq bazarının inkişafı üçün lizinq şirkətlərinin istiqrazlar buraxmasına da şərait yaradılmışdır. Məsələn, 2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Finans Lizinq” ASC-nin ümumi dəyəri 500 min manat olan təmin edilməmiş, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata almışdır. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 1000 istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti illik 14 faiz gəlirlilik və faiz ödənişinin müddəti 90 gün olmaqla 720 gün təşkil edir. Yerləşdirmənin anderrayteri qismində “Texnika Kapital Menecment” MMC çıxış edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası tərəfindən keçiriləcək [24].

Azərbaycanda yalnız İslam lizinqini (İcara) təmsil edən yeganə şirkət Ansar Lizinqdir. Ansar Lizinq şəriətin haram buyurduğu sahələrə (spirtli içki istehsalı, qumar oyunları və s.) xidmət göstərmir. Maraqlıdır ki, həmin şirkət ölkəmizdə səhiyyə sektoruna investisiya qoymur. Bunun səbəbi səhiyyə sektorunun qeyri-likvid olmasıdır. Bu, icaranın tətbiqində əsaslı səbəbdir. Çünki ənənəvi lizinqdən fərqli olaraq İslam lizinqində faiz olmur və ödənişlərin gecikdirilməsi zamanı əldə olunan cərimələr (cərimələr günə 1%-dir, bu proses cəmi bir ay davam edir, bir aydan sonra dayandırılır və müştəri cəmi 30% cərimə olunur) gəlir kimi istifadə olunmur. Həmin vəsait xeyriyyə məqsədilə istifadə olunur.

Page 146: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

146

Lakin buna baxmayaraq, Azərbaycan Respublikasının Vergi qanunvericiliyinə əsasən, həmin məbləğ gəlir şəklində vergiyə cəlb olunur. Bu da icara fəaliyyəti göstərən şirkət üçün xərc deməkdir ki, onun üçün çətinlik yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində bildirib: “Avrozonada baş verən hadisələr və böhran göstərir ki, dövlətin müdaxiləsi və tənzimləməsi olmadan davamlı inkişafı təmin etmək çox çətin olacaq” [25]. Məhz bu düşüncənin əməli təsdiqi özünü Azərbaycan Respublikasının qəbul etdiyi bir çox qanunlarda da göstərir. Belə ki, Prezident İlham Əliyev 11 dekabr 2012-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında” sazişin təsdiq edilməsi barədə Sərəncam imzalamışdır. Bu saziş hər iki ölkədə beynəlxalq lizinqin inkişafı üçün perspektiv imkanlar açır.

Azərbaycanın lizinq bazarının təhlilindən irəli gələn təkliflər

Burada bütün qeyd olunanlardan irəli gələn bir neçə təklif vardır ki, bu təkliflər Azərbaycanda lizinq bazarının inkişafı üçün faydalı ola bilər:- Lizinq haqqında yeni qanun bazasını yaratmaq;- Hüquqi bazanın yaradılması zamanı dünya təcrübəsindən istifadə etmək;- Lizinq şirkətlərini lisenziyalaşdırmaq;- Bu sahədə ixtisaslı kadrlar yetişdirmək;- Lizinq münasibətlərinə nəzarət edən xüsusi tənzimləyici orqan yaratmaq;- Operativ lizinqin inkişafına şərait yaratmaq;- Operativ lizinqin inkişafı üçün İslam maliyyə sisteminin tətbiqinə daha

geniş yer ayırmaq, buna dair qanunvericilik formalaşdırmaq və bunu insan-lara aşılamaq;

- Maliyyə lizinqində nadir və iri obyektlərin icarəsi zamanı müqavilələrin hazırlanmasına sərf olunan vaxt və vəsaiti azaltmaq;

- Mühasibat uçotu sisteminin Mülki Məcəlləyə uyğunlaşdırılmasını təmin etmək;- Beynəlxalq Mühasibat Uçotu Standartlarını lizinq sektorunda tətbiq etmək;- Dövlət sifarişlərini bu sahə üzrə artırmaq (məsələn, 2015-ci ildə Avropa

Olimpiya Oyunlarının təşkili üçün lazım olan əsas vəsaitlərin əldə edilməsinə yerli lizinq şirkətlərinin cəlb edilməsi);

- Regionlarda lizinqin inkişafına kömək məqsədilə dövlət proqramları hazırlamaq (“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında li-zinqin inkişafına toxunulması bu xidmətin regionlarda inkişaf etməsi üçün dövlət proqramlarının işlənib hazırlanması və tətbiqinə imkan yaradır);

- Lizinq bazarının inkişafı üçün lizinq ödəmələri zamanı sürətləndirilmiş amortizasiyanın tətbiq olunmasını yenidən bərpa etmək;

- 2015-ci il yanvarın 1-də banklarda minimum nizamnamə kapitalının (hal-hazırda 10 mln. AZN) 50 milyon manatadək artırılması bank sektorunda

Page 147: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

147

boşluqlar yaradacaqdır ki, bu boşluqdan istifadə edərək lizinq şirkətləri yaratmaq (hərçənd ki, hazırda lizinq şirkətləri üçün minimum nizamnamə kapitalı da tələb olunmur);

- ƏDV ilə bağlı çətinliyi aradan qaldırmaq üçün vergi qanunvericiliyində də düzəlişlər etmək;

- Xaricdən gətirilən nadir və bahalı lizinq obyektlərini qismən və ya tamamilə gömrük rüsumlarından azad etmək;

- Lizinq şirkətlərinin marketinq və menecment departamentlərinin işlərini gücləndirmək;

- Maliyyələşmə mənbələrində daxili investorların payını çoxaltmaq;- Lizinq şikətlərində müştərilərə elektron xidmətlər göstərmək;- Lizinq şirkətlərinin xarici bazarlarda fəaliyyəti üçün müxtəlif kanallara

çıxışlarına dövlət tərəfindən dəstək vermək;- ALŞA-nın fəaliyyətini gücləndirmək;- Daha spesifik assosiasiyalar və ya ittifaqlar yaratmaq;- Lizinq Fondu yaratmaq (bu, maliyyələşdirmə mənbələri ilə bağlı çətinliyi

aradan qaldıra bilər);- Bankların lizinq fəaliyyəti ilə məşğul olması məsələsini nəzərdən keçirmək;- Tənzimləmə məqsədilə lizinq şirkətləri üçün minimum nizamnamə kapitalını

müəyyən etmək;- Lizinq birjası yaratmaq (bu, imkan verəcək ki, lizinq şirkəti və lizinq alan

haqqında tam informasiya əks olunsun, elektron baza əsasında və lizinq bazarının bu şəkildə tam təsvir olunması onun digər fondlarla müqayisəsinə də imkan yaradacaqdır);

- Sahibkarların maariflənməsi məqsədilə lizinq mövzusunda təlimlər təşkil etmək;

- Strateji Araşdırmalar Mərkəzi tərəfindən bir beyin mərkəzi olaraq ölkədə lizinq bazarının inkişafı ilə bağlı tədqiqat aparmaq, təlimlər keçirmək və mühazirələr təşkil etmək.

Nəticə

Lizinqin bir maliyyə aləti kimi üstün cəhətləri çoxdur. Bu üstünlüklər ölkə iqtisadiyyatının inkişaf etməsi üçün geniş imkanlar açır. Lizinq bazarının canlanması ölkədə maliyyə bazarının, KOM-lərin, qeyri-neft sektorunun inkişafına səbəb olacaqdır ki, bu da lizinqin dolayısilə ölkə iqtisadiyyatının neft iqtisadiyyatından asılılıq dərəcəsini azaldacaqdır. Azərbaycanda li-zinq şirkətlərindən hal-hazırda minimum nizamnamə kapitalının tələb olunmamasına pozitiv yanaşsaq, o zaman bu imkan verir ki, müflisləşmə təhlükəsi olacaq banklar bu fəaliyyətlə məşğul ola və nəticədə maliyyə bazarında yarana biləcək təhlükələr qismən də olsa aradan qalxa bilər. Belə olan halda, dövlət tərəfindən lizinq bazarına olan diqqət daha da

Page 148: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

148

artırılaraq mövcud problemlər aradan qalxacaq və onun inkişafı üçün daha münbit şərait yaranacaqdır. Bu müsbət təsir özünü ölkənin əmək və kapital bazarında da göstərəcək və işsizliyin azalmasına, idxal-ixrac əməliyyatlarının daha da aktivləşməsinə, beynəlxalq iqtisadi əlaqələrin güclənməsinə səbəb olacaqdır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi əsasında yaranan dövlət proqramlarının reallaşdırılması zamanı maliyyə resurslarına, eyni zamanda əsas kapitala olan tələbatın ödənilməsində liz-inqin böyük dəstəyi ola bilər. Bu isə öz növbəsində banklar, investisiya və sığorta şirkətləri ilə lizinq şirkətləri arasındakı əlaqələri gücləndirəcək ki, onun da nəticəsi ölkədə korporativ idarəetmənin funksiyalarının düzgün fəaliyyət göstərməsinə gətirib çıxaracaqdır.

İstifadə edilmiş ədəbiyyat:

1. http://whatisaleasing.blogspot.com/ (15.03.2013), Whatisleasing2. http://bugabooks.com/book/783-lizing/3-1-obshhaya-xarakteristika-lizinga-

kak-raznovidnosti-finansovyx-uslug.html (18.03.2013), Общая характеристика лизинга как разновидности финансовых услуг

3. http://www.audit-it.ru/articles/account/contracts/a69/43382.html (19.03.2013), Лизинговые платежи

4. http://www.mrmz.ru/article/v3/article1.htm (25.03.2013), Leasingpayments5. http://dengifinance.ru/annyitet/formula-i-raschet-annuiteta.html (25.03.2013),

Аннуитет: формула, расчет. Видыаннуитета: пенсионный, пренумерандо, бессрочный, кредит

6. http://accountlearning.blogspot.com/2010/07/concept-of-annuity-method-of.html (15.04.2013), Concept And Meaning Of Annuity Method Of Depreciation, Its Advantages And Disadantages

7. http://www.fla.org.uk/business/types-of-leasing (20.04.2013), Types of Leasing8. http://www.transfin-m.ru/leasing/notion/ (25.04.2013), Основные понятия о

финансовом лизинге9. http://www.1kredbrok.ru/analytics/leazingtypes/(29.04.2013), Основные поня-

тия о финансовом лизинге10. http://banker.az/aze/index.php/bank-isi/bank-isi/3725-lizinqin-kreditl-mueqayis-

d-uestuenlueyue (31.04.2013), Lizinqin kreditlə müqayisəsi11. http://www.fajr.az/leasing-az/advantages-of-leasing-az/(10.05.2013), Advantages

of leasing12. http://www.e-qanun.az (15.05.2013), Azərbaycan qanunvericiliyi13. http://azerbaijanleasing.com/site/ (25.05.2013), Şirkət barədə məlumat14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 11 iyul 2000-ci il15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, 26 may 2000-ci il16. http://fingazeta.ru/consultations/182208/ (30.05.2013), Применяется ли уско-

ренная норма амортизации предмета лизинга?17. http://banker.az/aze/ (30.05.2013), Lizinq və digər xidmətlər18. http://avtomobil.az/ (30.05.2013), Avtomobil lizinqi19. http://www.aqrolizinq.com/ (02.06.13), Aqrolizinqin maliyyə hesabatları20. http://agrolizing.gov.az/upload/untitled%20folder/untitled%20folder/hesabat2.

pdf (02.06.2013), Şirkət barədə hesabat

Page 149: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

149

21. http://veb-leasing.ru/investors/ratings/(03.06.2013), Долгосрочные кредитные рейтинги

22. http://www.raexpert.ru/(04.06.2013), Kредитные рейтинги23. http://www.leaseurope.org/(04.06.2013), Leaseurope Research Programme24. http://www.milli.az/news/economy/159629.html(05.06.2013), Azərbaycan

iqtisadiyyatı25. http://azinterkom.com/news/politics/202212-prezident-lham-liyev-qbl-rls-il-bal-

msl-azrbaycan-v-rusiyann-ikitrfli-mnasibtlrind-he-bir-narahatlq-yaratmr.html (05.06.2013), Prezident İlham Əliyevin çıxışı

26. http://www.stat.gov.az/indexen.php (05.06.2013), Azərbaycanda maliyyə sahəsi27. Azərbaycandakı bütün lizinq şirkətlərinin rəsmi saytları.28. http://www.stat.gov.az/indexen.php (06.06.2013), Maliyyə xidmətləri

Mahir Humbatov, Khanum AkbarovaLeasing market in Azerbaijan

In this article, it was mainly investigated current situation, advantages, disadvantages and perspectives of leasing market in Azerbaijan. At present, problems that occur in the local market are related to economic, socio-psy-chological, administrative and legal factors. However, in general rapid pace of economic development in the country creates perspectives for the leas-ing market. While comparing the leasing market of Azerbaijan with the world tendency one can clearly witness the above mentioned, and it is one of the main purposes of this analytical articleto show comparative advantages and disadvantagesof the market. Theoretical, practical, comparative analysis of the leasing market allows writers to state about its positive impact on the other markets also.

Махир Гумбатов, Ханум АкбероваЛизинговый рынок в Азербайджане

В этой статье был исследован лизинговый рынок Азербайджана, его текущее положение, преимущества, недостатки и перспективы. Проблемы, в настоящее время возникшие на местном лизинговом рынке, связаны с экономическими, социально-психологическими, административными и юридическими причинами. Несмотря на это, ускоренный темп экономического развития в стране создаёт перспективы для улучшения состояния лизингового рынка. Вышеуказанные причины себя проявляют, в основном, при сравнении состояния азербайджанского лизингового рынка с мировой тенденцией. Теоретический, практический и сравнительный анализы лизингового рынка дают возможность говорить о его положительном влиянии на другие рынки и являются одной из основных задач данной статьи.

Page 150: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

150

Page 151: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

151

XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN APARICI MEYİLLƏRİ

Page 152: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

152

Page 153: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

153

Açar sözlər: beynəlxalq miqrasiya, emiqrantlar, imiqrantlar, miqrasiya siyasəti, miqrasiya prosesi, miqrasiya axınları, itirilən və qazanılan insan kapitalı, reseptor ölkələr

Key words: international migration, migrants, migration policy, migration process, migration flows, human capital, migrant receiving countries

Ключевые слова: международная миграция, мигранты, миграционная политика, процесс миграции, миграционные потоки, человеческий ка-питал, страны принимаюшие мигрантов

Beynəlxalq miqrasiyanın

geosiyasi aspektləri

Fətəli ABDULLAYEV

AMEA, siyasi elmlər üzrə fəlsəfə doktoru

[email protected]

Page 154: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

154

Giriş

Müasir dövrdə sosial-iqtisadi, mədəni və siyasi məkanın birləşməsi şəraitində həm qlobal, həm də ayrı-ayrı dövlətlər səviyyəsində miqrasiya proseslərinin sürətlənməsi müşahidə olunur. Dünyada baş verən geosiyasi dəyişikliklər yeni miqrasiya dalğalarının yaranmasını qaçılmaz edir, miqrasiya qlobal təzahürə çevrilir və özü ilə bağlı bir çox problemlərin, o cümlədən qaçqınlar probleminin qlobal səviyyəyə qalxmasına səbəb olur. Bu, həmin proseslərə bilavasitə, yaxud dolayısı ilə cəlb edilmiş regionların və ölkələrin siyasi həyatına təsir edir.

XX əsrin ortalarında ABŞ, Qərbi Avropa və digər dövlətlərlə müqayisədə respublikamızda həm könüllü (əmək), həm də məcburi (qaçqınlar) miqrasiya prosesləri daha zəif idi. Lakin XX əsrin 80 – 90-cı illərində bu vəziyyət dəyişdi. XX əsrin 80-cı illərinin sonlarında cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin SSRİ-nin süqutu Azərbaycanda qaçqın-lar və məcburi köçkünlər problemini aktuallaşdırdı. Bununla yanaşı, Azərbaycan həm də mühacirlərin qəbulu və tranziti ölkəsidir, yəni sosial-iqtisadi, siyasi və digər səbəblərdən bəzi insanlar öz ölkəsini tərk edərək yeni ərazilərə köçərkən ölkəmizin ərazisindən tranzit kimi istifadə edirlər.

Ölkəmizin təcrübəsindən çıxış edərək deyə bilərik ki, miqrasiya proseslərinin qloballaşması və fəallaşması ilə bağlı genişlənən daxili və xarici miqrasiya təsirli siyasi nəticələrə gətirib çıxarır. Bu baxımdan miqrasiya dalğalarının, amillərinin, mexanizmlərinin aşkar edilməsi və politoloji biliklər prizmasından təhlili xü-susi aktuallıq kəsb edir. Belə ki, miqrasiya axınları dövlətin siyasi, demoqra-fik, sosial-iqtisadi vəziyyətinə əsaslı təsir göstərir. Miqrasiya qanuni və qeyri-qanuni ola bilər. Bununla əlaqədar olaraq, siyasi nizamın dəstəklənməsinə yönələn siyasi idarəetmə qərarlarının rolu yüksəlir, miqrasiya siyasi nəzarət və tənzimləmə obyektinə çevrilir. Miqrasiya dalğalarının siyasi prosesə və siyasi prosesin miqrasiya axınlarına təsiri xüsusiyyətlərinin və qanunauyğunluqlarının aşkar edilməsi məsələsi aktuallaşır.

Tarixi inkişafın ən yeni mərhələsində miqrasiya sosial-iqtisadi səviyyədən siyasi səviyyəyə keçməkdədir. Bu baxımdan miqrasiyanın demoqrafik, sosial-iqtisadi çərçivədə, siyasi proseslərdən ayrı şəkildə öyrənilməsi miqrasiya pro-sesinin dərk edilməsinə imkan vermir. Hazırkı dövrdə siyasi proseslərin və miq-rasiyanın qarşılıqlı əlaqəsinin dərk edilməsi, həmçinin onların qarşılıqlı təsirinin mahiyyətinin, xüsusiyyətlərinin və istiqamətlərinin aşkar edilməsi milli və regi-onal təhlükəsizliyin əldə edilməsinin vacib elementinə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, ənənəvi yanaşmalar çərçivəsində müasir siyasi prosesdə miqrasiyanın rolunu və yerini öyrənmək qeyri-mümkündür. Miqrasi-ya və siyasi proseslərin qarşılıqlı əlaqəsinin təhlili ilə bağlı konseptual əsasların işlənməsi politologiyada bir sıra ənənəvi anlayışların yenidən nəzərdən keçirilməsini tələb edir və siyasi elmlərdə yeni elmi istiqamətin formalaşdırıl-ması zərurətini yaradır. Bu sahədə lazımi nəticələrə nail olmaq üçün uyğun elmi istiqamətlərin inkişaf etdirilməsi zəruridir.

Page 155: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

155

Beynəlxalq miqrasiya prosesi

Postindustrial sivilizasiya və qloballaşma dünyaya yeni çətinliklər və münaqişələr gətirmişdir. Şübhəsiz ki, XX əsrin sonu – XXI əsrin əvvəllərində müasir inkişafın kəskin siyasi və sosial-iqtisadi probleminə çevrilmiş miqrasi-ya da bu siyahıya daxildir. Hazırkı dövrdə qlobal problemə çevrilmiş miqrasi-yanın mürəkkəb sosial, iqtisadi və siyasi amilləri həm milli, həm də beynəlxalq səviyyədə diqqət mərkəzindədir və bir çox ölkələrdə ciddi narahatlıqlar doğurur.

Miqrasiya prosesləri müxtəlif istiqamətlərdə inkişaf edir. Onlar daxili, yəni mövcud dövlət sərhədlərini keçməyən və xarici, yəni miqrasiya ilə bağlı mühacirlərin bir ölkədən, yaxud ölkələr qrupundan digər ölkəyə, yaxud ölkələr qrupuna keçməsi ilə bağlı olur. Beynəlxalq miqrasiya qloballaşma prosesi, ka-sıb və varlı ölkələrdə həyat səviyyəsinin qeyri-bərabərliyi ilə bağlı olub, əhalinin ölkələr arasında yerdəyişməsi kimi təzahür edir [1]. İnsanların ölkə sərhədlərini tərk etməsi ilə bağlı beynəlxalq miqrasiyası əhalinin sayına və miqrasiya proseslərinin tarazlaşdırılmasına təsir edir. Miqrasiya tarazlığı mövcud ölkənin sərhədlərini tərk edən insanların (emiqrantlar) sayı ilə həmin ölkəyə gələn in-sanların (imiqrantlar) sayı arasındakı fərqin hesablanması əsasında müəyyən edilir. Miqrant axınlarının fərqləndirilməsi üçün emiqrasiya və immiqrasiya an-layışları istifadə edilir.

Əvvəllər miqrasiyanın əsas səbəbləri əhalinin artım sürətindəki fərqlər, iqti-sadi şərait, müharibələr və müstəmləkəçilik idisə, qloballaşma prosesi əhalinin irimiqyaslı miqrasiyasını doğurdu.

Miqrantlar itirilən və qazanılan insan kapitalı kimi

Miqrasiya prosesində donor ölkələr və reseptor ölkələr iştirak edir. Donor ölkələrdə beynəlxalq miqrasiya insan ehtiyatlarının itirilməsi ilə nəticələnir, millətin ziyalı təbəqəsi azalır. İnkişaf etməkdə olan ölkələrdə beynəlxalq miq-rasiyanın doğurduğu əsas narahatlıq yüksək ixtisaslı kadrların, xüsusilə də səhiyyə və Minilliyin Bəyannaməsində göstərildiyi kimi, inkişafa nail olunması üçün çox əhəmiyyətli olan xidmət sahələrində çalışan insanların emiqrasiyası ilə bağlıdır [8]. Bu ölkələr peşəkar mütəxəssislərin getməsi nəticəsində həm də iqtisadi itkilər verirlər, çünki bu mütəxəssislərin hazırlanmasına sərf edilən sərmayə itirilmiş olur. Yüksək miqrasiya mobilliyi olan ölkələrdə xoşagəlməz demoqrafik şərait yarana bilir.

Reseptor ölkələrdə isə əksinə, işçi qüvvəsinin keyfiyyəti yüksəlir, əmək bazarında ahəngdarlıq yaranır və mütəxəssislərin hazırlanmasına qənaət edilir. Miqrantların böyük bir hissəsi onları qəbul edən ölkələrin inkişafı-na əhəmiyyətli töhfə verirlər. Reseptor ölkələr kimi çıxış edən inkişaf etmiş ölkələrdə sosial yönümlü iqtisadiyyat işsizliyin yüksəlməsinin qarşısının alın-ması, əmək haqqının dinamikası, səhiyyə və təhsilin səviyyəsi və etnik siyasət

Page 156: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

156

əsasında əmək bazarının sabitliyini təmin edir. Əsas miqrasiya axını inkişaf etməkdə olan ölkələrin hesabına formalaşır. Belə ki, varlı Şimal və kasıb Cənubdakı əmək haqqı arasındakı fərq on dəfələrlədir [4]. Rusiyalı iqtisadçı-alim Gennadi Starçenkov Qərbi Avropadakı “miqrasiya bumeranqı”nı belə şərh edir: “İkinci Dünya müharibəsindən sonra bir çox Avropa ölkələri böyük maddi və insan itkisi ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığını hiss edirdilər. Bu zaman Asiya və Afrika ölkələrindən Qərbə işçi qüvvələrinin kütləvi axını başlandı. Bu işçi qüvvəsinə tələb nisbətən yüksək əmək haqqı və miqrantla-rın vətənlərindəki işsizliklə bağlı idi. 1973-cü ildə başlanan neft böhranına qədər əmək immiqrasiyası üçün şərait nisbətən yaxşı idi. Sonrakı illərdə nef-tin qiymətinin 16 dəfə yüksəlməsi istehsalın tənəzzülünə və bir çox Avropa ölkələrində immiqrasiya siyasətinin sərtləşməsinə səbəb oldu. Lakin bütün məhdudiyyətlərə baxmayaraq immiqrantların sayı artmaqda davam edirdi. Belə ki, elmi-texniki tərəqqi əlavə, daha yaxşı ixtisaslaşmış işçi qüvvəsinin olmasını tələb edirdi. 2001-ci il sentyabrın 11-də Amerikanın iqtisadi gücü-nün simvolları olan binalar dağıdıldıqdan sonra immiqrasiya siyasəti daha da sərtləşdirildi. Bir sıra ölkələrdə “şübhəli şəxslərin” deportasiyası başladı, lakin bu, xarici işçilərin sayının əhəmiyyətli dərəcədə azalmasına təsir etmədi. XX əsrin sonunda Avropaya hər il bir milyona yaxın immiqrant köçürdü, 90-cı illərdə Avropada xarici əhalinin sayı 8,6 milyondan 10 milyon nəfərə, təxminən 3%-ə qədər artmışdı”.

Müasir dövrdə də Qərbi Avropa immiqrantların işçi qüvvəsi kimi cəlb edilməsində dünya lideri hesab olunur. Belə ki, Qərbi Avropa ölkələrində əhalinin təbii artımının aşağı düşməsi və uzunömürlülüyün yüksəlməsi ilə bağlı immiqrasiya böyük əhəmiyyət kəsb edir.

Cədvəl 1. Beynəlxalq immiqrasiyanın göstəriciləri [9].

Xarici vətəndaşlarMilyon nəfər Əhalinin ümumi sayı, %-lə1990 2000 1990 2000

Avstriya 0,5 0,8 7,4 10,5Belçika 0,9 0,8 9,1 8,4Fransa 3,6 3,3 6,3 5,6Almaniya 5,3 7,3 8,4 8,9İtaliya 0,8 1,1 1,4 2,4Lüksemburq 0,1 0,2 29,4 37,3Niderland 0,7 0,7 4,6 4,2İsveçrə 1,1 1,4 16,3 19,3Böyük Britaniya 1,7 2,3 3,2 4,0

Page 157: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

157

Avropada imiqrantların sayına görə Alma-niya liderlik edir, burada xarici vətəndaşların sayı 7,3 milyon nəfərdən çoxdur. Avropa əhalisinin ümumi faiz nisbətində Lüksem-burq və İsveçrə fərqlənir. Bu ölkələrdə xarici vərtəndaşlar 2000-ci ildə 37,3% və 19,3% olmuşdur. Bu ölkələr xaricilərin işçi qüvvəsi kimi ümumi göstəricisinə - 57,3% və 18,3% - görə də qabaqdadırlar. Bu göstərici Fransa və Belçikada 9% olmuşdur.

Miqrasiya prosesinin əmək bazarı və so-sial sahə üçün mənfi nəticələri də mümkün-dür. Belə ki, miqrantlar onları qəbul edən ölkələrdə iqtisadi çətinliklərə və sosial-siyasi gərginliyə səbəb ola bilirlər.

1994-cü ildə əhalinin yerləşməsi və in-kişafı ilə bağlı keçirilmiş beynəlxalq kon-fransda qeyd edildiyi kimi, tənzimlənmiş beynəlxalq miqrasiya həm çıxış ölkələrinə, həm də qəbul edən ölkələrə müsbət təsir göstərə bilər. Belə ki, miqrasiya biliklərin ötürülməsinə və mədəni zənginləşməyə kömək edə bilər [3].

Diasporların yaranmasının əsasları

Miqrasiya sosial, iqtisadi, siyasi, mədəni, demoqrafik, həmçinin sosial-psixoloji, humanitar, kriminoloji və geosiyasi əsaslara malikdir. Yüksək inki-şaf etmiş ölkələrdə Cənubi və Şərqi Asiya, Şimali Amerika və Şərqi Avropa ölkələrindən köçənlərin çox sayda etnik birlikləri yaradılmışdır. Miqrantlar “qara işlərlə”, nüfuzu olmayan peşələrlə məşğul olur, yerli sosiuma assimilya-siya olunmayan qapalı birliklər yaradırlar. Bu birliklər çox zaman etnik kriminal biznesin və kölgəli iqtisadiyyatın formalaşmasına əsas olur.

Miqrasiya prosesləri ilə bağlı təcrübə göstərir ki, müəyyən bir ölkə ərazisində işçi mühacirlərin say göstəriciləri 30%-i keçdikdə miqrantlarla bağlı problemlər kəskinləşir. Eyni zamanda, əgər mühacirlər ölkə əhalisinin nəzərə çarpmayan bir hissəsini təşkil edirlərsə və burada öz “milli ərazilərini” yarada bilmirlərsə, onların assimilyasiyası mümkündür. Əks-təqdirdə qetto tipli birliklər yaranır, gəlmələr yerli mədəniyyəti mənimsəmək istəmirlər və çalışırlar ki, öz adət və ənənələrini, ailə modellərini, məhkəmə sistemlərini, mədəniyyətlərini yeni ya-şayış yerində tətbiq etsinlər. Beləliklə, ayrı-ayrı etnik birliklərə məxsus “çayna-taun”lar (Çin məhəlləsi) formalaşır.

Miqrasiyanın geosiyasi aspekti həm də “qlobal diasporlar”ın yaranması ilə bağlıdır [1]. Mühacir olan etnik azlıqların nümayəndələrinə əvvəllər qrup kimi

Avropada imiqrantların sayına görə Almaniya liderlik edir, burada xarici vətəndaşların sayı 7,3 milyon nəfərdən çox-dur. Avropa əhalisinin ümumi faiz nisbətində Lüksemburq və İsveçrə fərqlənir. Bu ölkələrdə xarici vərtəndaşlar 2000-ci ildə 37,3% və 19,3% olmuşdur. Bu ölkələr xaricilərin işçi qüvvəsi kimi ümumi göstəricisinə - 57,3% və 18,3% - görə də qa-baqdadırlar. Bu göstərici Fran-sa və Belçikada 9% olmuşdur.

Page 158: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

158

yanaşırdılar. Hazırda bu, rəsmi səviyyədə də kütləvi və açıq xüsusiyyətli hal kimi qəbul edilir. Belə bir münasibət neytral, mənfi, yaxud müsbət əsaslı ola bilər, lakin bütün hallarda bu vəziyyət mühacirlərin birləşməsinə və özlərini fərqli keyfiyyətdə görməsinə gətirib çıxarır. Bütün bu amillər etnikliyin struktur-yaratma, milli özünütəyinetmə mahiyyətini radikal şəkildə yüksəldir, diasporal özünüdərk formalaşdırır, diasporların qurulmasına təkan verir. Əvəllər mövcud olan etnik əsaslı strukturlar və şəbəklər genişlənir, onların mahiyyəti (sağ qal-

maq, işgüzar və sosial uğur resursları kimi) radikal olaraq dəyişir. Başqa sözlə desək, diasporların qurulması prosesi sürətlənir, “yeni diasporlar” yaranır.

Sosial orqanizmdə hər hansı bir yeni elementin təzahür etməsi mövcud tarazlı-ğın qaçılmaz pozuntusu kimi çıxış edir. Eyni zamanda, miqrantları qəbul edən ölkələrdə kütləvi antimiqrasiya əhval-ruhiyyəsinin ya-ranması, miqrantlardan siyasi mobilləşmə, hakimiyyət və ehtiyatlar uğrunda mübarizə aləti kimi istifadə edilməsilə bağlı edilən cəhdlər də etnik birliklərin diaspora çevrilməsinin əsası kimi çıxış edir. Bu, miq-rantların siyasi mübarizənin həm obyektinə, həm də tədricən subyektinə çevrilməsi ilə bağlıdır. Seçkilərə qatılan siyasətçilər öz an-timiqrant nitqləri ilə siyasi mübarizəni qa-zanmağa çalışırlar. Bu məsələ seçkilərdən sonra səngisə də, miqrantafobiya ictimai

təcrübəyə daha çox siyasi mobilləşmə və hakimiyyət uğrunda mübarizə aləti kimi daxil olur. Bu vəziyyət etnoslararası gərginlik yaradır və Qərbi Avropa ölkələrində immiqrasiya siyasətinin kəskinləşməsinə səbəb olur.

Müasir mərhələdə bir çox donor ölkələr emiqrant icmalarının, yaxud “diasporlar”ın cəlb edilməsi istiqamətində novator yollar axtarır, müəyyən layihələrin dəstəklənməsi üçün kollektiv pul köçürmələri kimi vasitələrdən istifadə edirlər. İqtisadi inkişaf və iş yerlərinin yaradılması ilə bağlı kapi-tal çatışmazlığı hiss edən bəzi donor ölkələr öz miqrantlarının dəstəyinin mobilləşdirilməsi imkanlarını nəzərdən keçirir və bu məqsədlə xaricdəki “dias-porları üçün istiqrazlar” buraxırlar. Sərmayəçilər üçün belə istiqrazlar çıxdıqları ölkələrinə kömək vasitəsi olub, kapital qoyuluşu məqsədilə istifadə edilir. İsra-il, Hindistan, Nepal, Ruanda, Salvador, Filippin, Efiopiya və Şri-Lanka “diaspor üçün istiqrazlar” buraxan, yaxud buraxmağa hazırlaşan belə ölkələr sırasına aiddir [2].

Sosial orqanizmdə hər hansı bir yeni elementin təzahür

etməsi mövcud tarazlığın qaçılmaz pozuntusu kimi

çıxış edir. Eyni zamanda, miq-rantları qəbul edən ölkələrdə kütləvi antimiqrasiya əhval-

ruhiyyəsinin yaranması, miq-rantlardan siyasi mobilləşmə, hakimiyyət və ehtiyatlar uğ-

runda mübarizə aləti kimi istifadə edilməsilə bağlı edilən

cəhdlər də etnik birliklərin diaspora çevrilməsinin əsası

kimi çıxış edir.

Page 159: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

159

Miqrantların hüquqlarının təmin edilməsi ilə bağlı tədbirlər

Miqrasiya siyasəti dövlət, regional qruplaşmalar və digər beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir. Hazırda miqrasiya siyasəti Avropa İttifaqı-nın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Hələ XX əsrin ortalarında müxtəlif ölkələrdə əmək miqrasiyası və mühacirlərin inteqrasiyası ilə bağlı güclü və təsnif edilmiş sistem mövcud idi. Bunun əsasında dövlət himayəsi, hakimiyyətin yalnız miqrasiya axınlarına nəzarət etməsi deyil, həm də onları idarə etmək cəhdləri dururdu. Dövlət çərçivəsində təqdim edilən strategiya və imkanlar əsasında mühacirlərin problemlərini (məşğulluq, yaşa-yış yeri, uyğunlaşma, akkulturasiya) həll etmək üçün maksimal işlər görülürdü. Bu mənada mühacirlərin seçim etmək imkanları məhdud idi və buna cəhd də edilmirdi. Bundan başqa, miqrasiyanın dövlətdaxili xüsusiyyəti, vahid məktəb, ordu, KİV, ana dili kimi vahid institutların səmərəli funksiyalaşması adaptasiya ilə bağlı problemlərin kəskinliyini zəiflədirdi.

XX əsrin sonlarından etibarən miqrantların çıxış ölkələrinin hökumətlərinin, həmçinin insan hüquqları məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının verdiyi məlumatlara əsasən, yeni ərazilərdə mühacirlər ayrı-seçkiliyə məruz qalır, onlara qarşı insana layiq olmayan və sərt münasibətlərin miqyası genişlənirdi. Bununla əlaqədar olaraq, 1997-ci ildə BMT-nin İnsan hüquqları üzrə Komissiyasında miqrantların hüquqla-rı üzrə Xüsusi məruzəçisi təyin edilmişdir. Həmin Komissiya miqrantların hüquqlarının hərtərəfli və səmərəli müdafiəsi ilə bağlı mövcud maneələr haqqında informasiyaya münasibət bildirən və miqrantların hüquqlarının təbliği, müdafiəsi və həyata keçirilməsi ilə bağlı məsləhətlər hazırlayan ekspertlərdən ibarət İşçi qrupunu yaratdı. İşçi qrupunun əsas nəticələri belədir ki, dünyanın bir çox regionlarında hökumətlər miqrantların hüquq-larının pozulması haqqında məlumatlıdırlar, lakin onlar belə bir vəziyyətin aradan qaldırılması ilə bağlı görülən tədbirlər haqqında nadir hallarda məlumat verirlər. Nəticədə miqrantlara münasibətdə insan hüquqlarını pozan şəxslər cəzalandırılmırlar. İctimai rəyə əsasən və həmçinin siyasəti müəyyən edən bir sıra şəxslərin fikrincə, miqrantların hüquqlarının təmin edilməsi ölkənin şəxsi vətəndaşlarının hüquqlarının təmin edilməsi kimi ciddi qəbul edilmir [2].

Mövcud vəziyyət həm müəyyən dərəcədə antimiqrant əhval-ruhiyyəsini, həm də ayrı-ayrı ölkələrdə cəmiyyətin miqrantlara daha aşağı hüquqi və sosial status verməsini əks etdirir. Belə ki, sənədləri olan miqrantlara münasibətdə də insan hüquqlarının pozulması müşahidə edilir. Dövlət orqanları çox zaman miqrantların sənədlərinin olmamasını dövlət qanunlarının pozulması kimi qəbul edirlər. Qeyd etmək lazımdır ki, hökumətin fəaliyyət proqramında qeyri-qanuni miqrasiya ilə bağlı məsələlər aparıcı yer tutduqda bu məsələ xüsusi əhəmiyyət kəsb etmiş olur.

Page 160: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

160

Hazırda beynəlxalq miqrasiya problemləri BMT-nin gündəliyindəki aparıcı məsələlər sırasındadır. Beynəlxaq miqrasiya meyillərinin və perspektivlərinin təhlili üçün əsas informasiya mənbəyi kimi BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin əhalinin məskunlaşması ilə bağlı bölməsinin miqrasiya haqqında qlobal göstəricilər bazası istifadə edilir.

Hələ 2006-cı ilin sentyabrında BMT-nin Baş Assambleyasında ilk dəfə ola-raq beynəlxalq miqrasiya və inkişaf haqqında yüksək səviyyəli dialoq aparıl-mışdı və 2013-cü ildə eyni səviyyəli ikinci görüşün keçirilməsi planlaşdırılmışdı.

Hazırda BMT-nin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ixtisaslaşmış təsisat kimi əmək miqrasiyasının tənzimlənməsi ilə məğul olur. DB, BMB kimi beynəlxalq maliyyə ins-titutları və Ümumdünya Ticarət Təşkilatı, BƏT beynəlxalq iqtisadi münasibətləri tənzimləyən “dünya nazirlikləri” birliyidir. Miqrantlara münasibətdə BƏT ümumilik (universallıq) və üçtərəfli nümayəndəlik prinsipindən çıxış edir. Ümumilik prinsi-pi Nizamnaməyə uyğun olan öhdəlikləri üzərinə götürən bütün dövlətlərin BƏT-ə daxil olmasına imkan yaradıldığını ifadə edir. Ümumi Toplantı, İnzibati Şura və Beynəlxalq Əmək Bürosu BƏT-nın əsas orqanları-dır. Hər il iclaslar keçirən Ümumi Toplantı (Beynəlxalq Əmək Toplantısı) ali orqan he-sab edilir. Toplantının bütün nümayəndələri bərabər hüquqlara malikdirlər. İnziba-ti Şura BƏT-nın icraedici orqanıdır, onun

üzvlərinin əksəriyyəti Ümumi Toplantıda seçilir, bir neçəsi isə böyük dövlətlərin hökumətləri tərəfindən təyin edilir. BƏT-in fəaliyyəti müddətində yüzdən çox bəyannamə və çox sayda məsləhətlər qəbul edilib. Bu sənədlərin ehtiva et-diyi əmək haqqında beynəlxalq normalar əmək münasibətlərinin müxtəlif istiqamətlərini əhatə edir:- məcburi əməyin qadağan edilməsi;- zəhmətkeşlərin ayrı-seçkiliyə məruz qalmasının qadağan edilməsi;- analığın və gənclərin əməyinin mühafizəsi;- həmkarlar ittifaqlarının azadlığının təmin edilməsi;- kişi və qadınların əməklərinin ödənilməsində hüquq bərabərliyi;- əmək haqqına və s. zəmanət verilməsi.

BƏT inkişaf etməkdə olan ölkələrə texniki köməklik göstərir, hökumətlərin xahişi ilə əməyin təşkili və müəssisələrin idarə edilməsi, əmək qanunvericiliyi-nin hazırlanması üzrə ekspertləri yönəldir.

Hazırda beynəlxalq miq-rasiya problemləri BMT-

nin gündəliyindəki aparıcı məsələlər sıra-

sındadır. Beynəlxaq miq-rasiya meyillərinin və

perspektivlərinin təhlili üçün əsas informasiya mənbəyi

kimi BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamen-

tinin əhalinin məskunlaşması ilə bağlı bölməsinin miqrasiya

haqqında qlobal göstəricilər bazası istifadə edilir.

Page 161: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

161

BƏT tərəfindən qəbul edilmiş Fəaliyyət Proqramına əsasən, işçi qüvvəsinin toplanmasının təşkili ekspertlərin və işçi qüvvəsi ixrac edənlərin sosial-iqtisadi tələblərini nəzərə alan iki və çoxtərəfli müqavilələr əsasında həyata keçirilməlidir [3].

Beynəlxalq miqrasiyanın tənzimlənməsi ilə bağlı irəli sürülən strategiyalar

Hazırda ictimai rəy və siyasi hakimiyyətlər miqrasiya prosesinin idarə edilməsi ilə bağlı strategiya və modellər yaradırlar. Bu modellər lazımi səviyyədə olmasa da (əsasən şifahi xüsusiyyətli olsa da) mövcuddur. Bu modellərdən biri təcridolunma (izolyasionizm) siyasətidir. Onun məntiqi çox sadədir – xarici miqrasiya tezliklə ciddi çətinliklər və problemlər yaradacağına görə onu ötüb keçmək, sıfıra endirmək lazımdır. Bu prinsiplərdən azacıq belə imtina edilərsə, bütün inzibati məhdudiyyətlər və qadağalar tam səmərəsiz olacaq. Bazar iq-tisadiyyatı şəraitində belə bir siyasət əvvəlcədən uğursuzluğa məhkumdur. Onun ölkə üçün yeganə nəticəsi miqrasiya axınlarının hüquqi məkandan uzaq-laşması, immiqrant birliklərinin tam olaraq kriminallaşması və hakimiyyət üçün keçilməz olması, hakimiyyət orqanlarının kütləvi korrupsiyalaşması, dövlət büdcəsinin vergilər alınmadığına görə böyük itkilər verməsi, kapital axını, əmək bazarının deformasiyası və s. olacaq. Məntiqi nəticə kimi etnoslararası münaqişə yaranacaq. Miqrasiya prosesi davam edəcək, lakin qeyri-qanuni ola-caq və kriminallaşacaq.

Əks strategiya dərk edilmiş strategiyadan uzaqlaşmaq, problemə laqeyidliklə yanaşmaq, mövcud gerçəkliyə təsir etməkdir. Bu siyasət son illərdə çox tez-tez nümayiş etdirilir. Belə ki, 90-cı illərin əvvəllərindəki miqrasiya vahiməsindən sonra əsas diqqət çinlilərin miqrasiyası probleminə yönəldi. Belə ki, artıq miq-rasiya axını azalmış və sabitləşmiş, cəmiyyət və hakimiyyət bu axınlara vərdiş etmiş, miqrasiya ilə bağlı daha kəskin problemlər həll edilmişdi [8].

Optimal və ən çətin variant prosesin idarə edilməsidir. Bu model xarici miq-rasiyanın qaçılmaz və regionun inkişafı üçün zəruri olmasının dərk edilməsi əsasında qurulur. Lakin o, çoxsaylı təhlükələrlə müşayiət edilir və bu təhlükələrə əvvəlcədən hazır olmaq lazımdır. Bunun üçün cəmiyyəti hazırlamaq, ictimai rəy formalaşdırmaq, qanunvericilik və institusional baza yaratmaq lazımdır. Bu strategiya özündə aşağıdakı prinsipləri birləşdirə bilər:- prosesin hərtərəfli və daimi monitorinqi;- miqrasiya proseslərinin təsnifatını genişləndirmək, xarici işçi qüvvələri

mənbələrindən maksimum sayda çox istifadə etmək, əmək bazarında daimi rəqabət şəraiti yaratmaq;

- miqrantların və onların uşaqlarının sosial-mədəni adaptasiyası, akkulturasi-yası, bəzən assimilyasiyası ilə bağlı kompleks sistemi yaratmaq;

- naturalizasiya (yurddaşlığa qəbul) mexanizmlərinin hazırlanması sadiq və

Page 162: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

162

qanuna tabe vətəndaşların təlimləndirilməsi aləti ola bilər;- çevik, əhatəli və daxilən ziddiyyətli olmayan qanunvericilik bazasının və ilk

növbədə miqrasiya qanunvericiliyinin hazırlanması;- institusional sistemin təkmilləşdirilməsi;- müsafir işçilərin dövlət tərəfindən vətəndaş və əmək hüquqlarının səmərəli

müdafiə edilməsi, əks-təqdirdə onların keyfiyyətsiz əməyi ümumilikdə əmək bazarını eybəcərləşdirəcək;

- qanunvericiliyi pozanlarla sərt mübarizə;- miqrasiya prosesinin tənzimlənməsi üçün hüquq və səlahiyyətlərin düşü-

nülmüş şəkildə mərkəzi və yerli hakimiyyət orqanları arasında bölgüsü;- müsafir işçilərin əməyinin mümkün qədər qanuniləşdirilməsi dövlətin

vəziyyətə nəzarət etməsinə, vergilər yığmasına, immiqrant icmalarının kri-minallıq miqyasını azaltmağa və dövlət idarəetmə aparatında korrupsiyanı sosial qəbul ediləcək səviyyəyə salmağa imkan verəcək;

- qəbul edən ölkənin yeni miqrasiya vəziyyətinə və onun qlobal nəticələrinə uyğunlaşdırılması [6]. Bu qeyd edilənlər miqrasiya prosesinin idarə edilməsi ilə bağlı strategiyanın

çox kiçik bir hissəsidir. Lakin sadalanan tədbirlər də onun nə qədər mürəkkəb və çətin həyata keçirilən olduğunu göstərir. Bu proses gündəlik böyük əmək tələb edir və yalnız bu strategiya inkişafa zəmanət verə bilər.

Nəticə

Müasir dünyada miqrasiya ilə bağlı yaranmış vəziyyət ölkələrin mil-li təhlükəsizliyi üçün ciddi və uzunmüddətli problemə çevrilir. Miqrasiya prosesində donor ölkələr sərmayə qoyduğu ixtisaslı kadr itkisi ilə bağlı iqtisadi zərərə uğrayırlar, həmçinin millətin ziyalı təbəqəsi zəifləyir. Reseptor ölkələrdə isə əksinə, işçi qüvvəsinin keyfiyyəti yaxşılaşır, əmək bazarında ahəngdarlıq ya-ranır, mütəxəssislərin hazırlanmasına qənaət edilir. Bununla yanaşı, miqrasiya mobilliyinin yüksək olduğu ölkələrdə xoşagəlməz demoqrafik şərait yarana bilər.

Əmək miqrasiyasının əsas səbəbləri əhalinin fərqli inkişaf sürəti, iqtisadi şərait, etnomilli və etnodini münaqişələrdir. Müasir dünyada istehsal və maliyyə kapitalının sərhədlərarası yerdəyişməsi əmək ehtiyatlarının yerdəyişməsi ilə müqayisədə daha böyük sürətlə həyata keçirilir. İnkişaf etmiş ölkələrdə sosial yönümlü iqtisadiyyat işsizliyin artmasının qarşısının alınması, səhiyyə və təhsilin səviyyəsi və etnik siyasət əsasında əmək ehtiyatları bazarında sabitliyi təmin edir. Əsas miqrasiya axınları inkişaf etməkdə olan ölkələrin hesabına formalaşır. Gələcək bilavasitə bu problemin həlli ilə bağlı strategiyadan asılı olacaq [7].

Qeyd etmək lazımdır ki, miqrasiya ilə bağlı yaranan sosial və mədəni xüsusiyyətli dəyişikliklər sahibkarlıq fəaliyyətinə, icma normalarına və siyasi qurumlara ciddi təsir göstərə bilər və bu proseslər bir neçə nəsil ötdükdən sonra öz real bəhrəsini verəcək.

Page 163: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

163

İstifadə edilmiş ədəbiyyat:

1. Дергачев В.А. Международные экономические отношения. Учебник для вузов, М.: ЮНИТИ-ДАНА, 2005, -368 с.

2. Доклад о мировом социальном положении “Социальная уязвимость: источники и задачи”. Департамент ООН по экономическим и социальным вопросам. A/58/153/Rev.1 2003.

3. Доклад Генерального секретаря “Международная миграция 2002”. Генеральная Ассамблея Организации Объединенных Наций. A/65/203.

4. Khalid Koser, “The impact of the global financial crisis on international migration”, The Whitehead Journal of Diplomacy and International Relations, vol. XI, No.1, win-ter/spring 2010, pp. 13-20.

5. Резолюция 56/203 Генеральной Ассамблеи Организации Объединенных Наций от 21 декабря 2001 года.

6. Щербакова Е.М. Международная миграция: тенденции и перспективы// “ДемоскопWeekly”, № 399-400, 23 ноября – 6 декабря 2009 г.

7. Trends in international migrant stock: the 2008 revision, United Nations Depart-ment of Economic and Social Affairs, POP/DB/MIG/Rev.2008.

8. United Nations Population Division, Health Workers, International Migration and Development (Population Facts No. 2010/2/E), March 2010. United Nations Popula-tion Division, Health Workers, International Migration and Development (Populati-on Facts No. 2010/2/E), March 2010].

9. World Development Indicators. — Wash., 2003.

Fatali Abdullaev Geopolitical aspects of international migration

Modern political process on global and state levels proceeds against inten-sification of migratory processes in a situation of unification of world social, economic, cultural and political spaces. Geopolitical changes in the modern world inevitability lead to new waves of migration, make migration by the global phenomenon and generate problems accompanying it, including a problem of refugees. It has impact on political life in the various regions and the countries, directly and indirectly involved in these processes. As a result of globalization and activization of migratory processes, external and internal migration produces considerable political consequences.

Nowadays, migration passes into the political category from category of social and economic phenomenon. The migrant-phobia enters public practice as the instrument of political mobilization and race for power.

In this regard, understanding of interrelation of political processes and migration, as well as identification of essence, character and orientation of their interaction becomes a necessary element of achievement of national and regional security.

Page 164: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

164

Фатали АбдуллаевГеополитические аспекты международной миграции

Современный политический процесс как на глобальном, так и на госу-дарственном уровнях протекает на фоне интенсификации миграционных процессов в ситуации унификации мирового социально-экономического, культурного, политического пространства. Геополитические изменения в современном мире с неизбежностью приводят к новым миграционным волнам, делают миграцию глобальным явлением и возводят все сопут-ствующие ей проблемы, в том числе проблему беженцев, в ранг глобаль-ных. Это оказывает влияние на политическую жизнь в регионах и странах, напрямую и косвенно задействованных в этих процессах. В результате глобализации и активизации миграционных процессов внешняя и вну-тренняя миграция приобретает значительные политические последствия.

В настоящее время миграция переходит из разряда социально-эконо-мического феномена в разряд политического. Мигрантофобия все больше входит в общественную практику в качестве инструмента политической мобилизации и борьбы за власть. На тесную связь анти-иммигрантской риторики с политической борьбой указывает то обстоятельство, что она как правило стихает сразу же после очередных выборов.

В связи с этим, понимание взаимосвязи политических процессов и миграции, а также выявление сущности, характера и направленности их взаимодействия становится необходимым элементом достижения наци-ональной и региональной безопасности.

Page 165: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

165

Açar sözlər: geosiyasət, enerji siyasəti, enerji təhlükəsizliyi, milli təhlükəsizlik, suverenlik, Böyük Qara dəniz regionu, Avropa İttifaqı, “Nabukko” boru kəməri

Key words: geopolitics, energy policy, energy security, national security, sovereignty, Wider Black Sea region, European Union, Nabucco pipeline

Ключевые слова: геополитика, энергетическая политика, энергетиче-ская безопасность, национальная безопасность, суверенитет, Большой Черноморский регион, Европейский Союз, трубопровод “Набукко”

Avropa İttifaqının müasir enerji

təhlükəsizliyində Azərbaycanın yeri

Elçin MEHDİBakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi,siyasi elmlər üzrə fəlsəfə doktoru

[email protected]

Page 166: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

166

Giriş

Energetika müasir dövrdə bir çox səbəbə görə elmi ictimaiyyətin və siyasətçilərin diqqət mərkəzindədir. Bu həm enerji qiymətlərinin kəskin dəyişikliklərə məruz qalması, həm təhlükəsiz təchizat məsələləri, həm də geniş mənada ölkənin enerji təhlükəsizliyinin təmin olunması, yeni enerji mənbələrinin tətbiqi, onların qənaətlə işlədilməsi, enerji resurslarından israf-çılıqla istifadənin və ətraf mühitə təsirinin idarə edilməsi və s. məsələləri də gündəmə gətirir.

Beynəlxalq aktorların xarici siyasətlərini və əsas prioritetlərini müəyyənləşdirən post-bipolyar beynəlxalq münasibətlər sisteminin yaranması kontekstində enerji məsələləri getdikcə mühüm amilə çevrilir.

Avropa İttifaqının enerji siyasətinin xüsusiyyətləri

Ötən 20 il ərzində enerji siyasətinin əhəmiyyəti həm regional, həm də qlobal məsələyə çevrilmişdir. Xüsusilə üç əsas amil – geniş və üst-üstə düşən iqtisadi maraqlar, təhlükəsizlik və ətraf mühit – həmişə xarici bazarlarda dövlətlərin enerji siyasətini müəyyən etmişdir. Ənənəvi olaraq bunun mehvərini isteh-lakçılarla enerji regionları arasında tapmaq olar. 1970-ci illərdə baş verən neft böhranları dövründən etibarən enerji siyasəti xam neft təchizatının təhlükəsizliyinə əsaslanır. O zamanlar “enerji təhlükəsizliyi” terminini əsasən

enerji təminatının münasib qiymətlərlə həyata keçirilməsi ilə bağlayırdılar [1, s. 461]. Bu cür təhlükəsiz enerji təminatı məntiqinə əsasən, energetika sahəsindən asılı qalan dövlətlərin mahiyyəti ilə bu tələblər “enerji siyasəti” tərifi ilə əlaqələndirilir və istehlak-çıların maraqları üzərində dayanaraq, enerji təhlükəsizliyinin xüsusiyyətini formalaşdırır. Bu mövzuda həm də Avropa İttifaqının (Aİ) siyasəti istisna deyil.

Aİ-nin enerji siyasəti anlayışının özü də çoxkonsepsiyalı və çoxsahəlidir. O, müxtəlif yollarla təmsil oluna bilər. Bunun özü, ümumiyyətlə, Avropanın enerji ehtiyacla-

rı ilə təmin edilməsi xüsusiyyətlərinə əsaslanır və mənbələrinin müxtəlifliyinə malik olmasından irəli gəlir. Lakin son zamanlar təbii qazın prioritet hala gəlməsinin əsas səbəbi ondadır ki, digər yanacaq növləri ilə müqayisədə onun istifadəsinin üstünlükləri göz qabağındadır. Eyni zamanda qeyd etmək lazım-dır ki, bu günə olan texnoloji nailiyyətlər bir enerji mənbəyi kimi karbohidro-gen ehtiyatlarından tam imtina edilməsinə də əsas vermir. Çünki bərpa olunan

Aİ-nin enerji siyasəti anlayı-şının özü də çoxkonsepsiyalı

və çoxsahəlidir. O, müxtəlif yollarla təmsil oluna bilər. Bunun özü, ümumiyyətlə,

Avropanın enerji ehti-yacları ilə təmin edilməsi

xüsusiyyətlərinə əsaslanır və mənbələrinin müxtəlifliyinə malik olmasından irəli gəlir.

Page 167: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

167

enerji mənbələri mövcud vəziyyətdə Aİ-nin yanacaqla təchizat problemlərinin həllində yalnız yardımçı amil kimi xidmət edə bilər. Mütəxəssislərin fikrincə, bərpa olunan enerji mənbələri yalnız 2030-cu ildə Aİ-də ümumi enerji istehsa-lının ən optimist proqnozlarına əsasən 25%-ə yaxın bir rəqəm verməyə qadir olacaq (bax: cədvəl 1).

Cədvəl 1. Aİ-də ilkin enerjidə yanacaq enerjisinin payı, %-lə

Müəyyən olunmuş ssenari

Cari siyasi təşəbbüslər

Dekarbonlaşmassenarisi

2005 2030 2050 2030 2050 2030 2050Bərk 17.5 12.4 11.4 12.0 9.4 7.2-9.1 2.1-10.2Neft 37.1 32.8 31.8 34.1 32.0 33.4-34.4 14.1-15.5Qaz 24.4 22.2 20.4 22.7 21.9 23.4-25.2 18.6-25.9Atom 14.1 14.3 16.7 12.1 13.5 8.4-13.2 2.6-17.5Alternativ 6.8 18.4 19.9 19.3 23.3 21.9-25.6 40.8-59.6

Mənbə: Avropa Parlamenti, Avropa Şurası, Avropa İqtisadi və Sosial Komitəsi və Regionlar Komitəsinə Komissiyanın hesabatı. 2050-ci ildə enerji sektoru. Proqnoz. Brüssel, 2011 [2, s. 19]

Qarşıdakı bir neçə il ərzində kömür istisna olmaqla Aİ enerji balansında bərpa olunan enerji mənbələrinin neft və qaz kimi bir sistemyaradan daşıyı-cılara sıxıntı gətirəcəyi gözlənilmir. Hətta enerji istehsalçıları və onun isteh-lakçıları arasında olan güc balansının pozulması səbəbindən son iki onillik ərzində bu xüsusiyyətlər əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, adekvat və münasib qiymət artıq daha çox sərt dünya bazarının və neft qiymətlərindəki dəyişikliklərin ağlabatan əhatəsindən kənarda qalıb. Enerji təhlükəsizliyinin təminatı ənənəvi üsuldan kompleks üsullar istiqamətinə doğru transforma-siya olunur və yeni karbohidrogen ehtiyatları sayılan, əhatə dairəsinə görə qlobal olan təbii qazla əvəz olunur. Belə bir nəticəyə gəlməyə həmçinin bir sıra hökumətlərin nüvə texnologiyalarından imtina etməsi barədə və ya nüvə enerjisi üzrə moratoriumun tətbiq etməsilə bağlı qərarların qəbul edilməsi, Fukuşimada baş verən fəlakət və daxili siyasi mülahizələr imkan yaratmış-dır. Əlbəttə ki, Amerika Birləşmiş Ştatlarında “Şist inqilabı” və Amerikaya qaz idxalının azaldılması, Avropa bazarına çatdırılan şist təbii qazın (ŞTG) artırıl-ması buradakı vəziyyətə öz təsirini göstərəcək. Lakin, ekspertlərin fikrincə, bu, 2035-ci ildə qazın qiymətinin nə qədər olacağını proqnozlaşdırmağa imkan vermir. Hesablamalar daim dəyişir. Bu qənaətə gəlmək olar ki, tələb artacaq. Belə olan halda təbii qaz qlobal enerji sənayesinin əsasını təşkil edəcək. Bu səbəbdən, ayrı-ayrı bazarlarda inkişaf etmiş boru kəməri infrast-rukturunun yaradılması aktuallığını qoruyub saxlayır və mayeləşdirilmiş təbii

Page 168: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

168

qaz (LNG) kanalları ilə daha yaxından əlaqələndirilir.Bəs Avropada bu strateji məhsul ilə bağlı işlərin cari vəziyyəti necədir? Sta-

tistikaya istinad edərək qeyd edə bilərik ki, Aİ-nin mühüm təbii qaz ehtiyatları Şimal dənizində yerləşir. Ən böyük istehsalçılar Böyük Britaniya, Hollandiya və Norveçdir. Regiona idxal olunan qazın üçdə iki hissəsi isə dünyanın ən böyük təbii qaz təchizatçısının – Rusiyanın inhisarçı “Qazprom” şirkətinin payına dü-şür. Bu həcmin 80%-i Ukraynaya məxsus olan boru kəmərləri və Baltik dənizinin dibində çəkilən yeni yaradılmış “Nord Stream” kəməri vasitəsilə nəql olunur. Digər hissəsi isə kiçik boru şəbəkələri ilə Belarus üzərindən Polşa və Almaniya istiqamətində keçir. Avropaya idxal edilən qazın qalan hissəsi Əlcəzairdən gəlir.

Avrostatın 2011-ci ildəki məlumatına görə, təbii qazın istehsalı Aİ-nin 27 üzv ölkəsində 2010-cu illə müqayisədə 9,8% azalaraq 153.7 milyon ton neft ekvivalentində olmuşdur. Aİ-17 (“avro” pul vahidinin işləndiyi ölkələr – avro-zona ölkələri) üçün isə azalma 4,3% təşkil edib və istehsal 84,9 milyon ton neft ekvivalentində olmuşdur. Təbii qazın əsas Aİ istehsalçıları arasında Böyük Britaniyada istehsalın azalması 20,7%-ə qədər, Danimarkada 13,5%, Almaniya-da 5,4%, Hollandiyada 4,6% və Macarıstanda 1,5% qeydə alınıb. Polşada isə əksinə, təbii qazın istehsal olunmasında 3,3% artım müşahidə edilmişdir.

Toplam olaraq Aİ-nin 27 ölkəsində 391,2 milyon ton neft ekvivalentində olan təbii qaz idxalı 0,9% azalmışdır. Avrozonaya daxil olan 17 ölkədə bu idxal 302,8 milyon ton neft ekvivalentində olmuş, istehsal 3,5% azalmışdır. Rusiya Federasiyası təbii qazın əsas qaynaq ölkəsi olduğundan idxalda 33,0% (daxi-li Aİ ticarəti istisna edilməklə), Norveç 26,6%, Əlcəzair 12.9%, Qətər 11.0% və Nigeriya 4.3% verir.

Statistikanın verdiyi məlumatlara əsaslanaraq belə bir ümumi nəticəyə gəlmək olar ki, daxili resurs bazasının məhdud olması səbəbindən Aİ xarici ener-ji təchizatından əhəmiyyətli dərəcədə asılıdır. Bəzi hesablamalara görə, növbəti 20 il ərzində Aİ-nin enerjiyə olan tələbatı daha 35-40% arta bilər. Beləliklə, bu gün Aİ-nin enerji təminatı bazar konyekturasından, geosiyasi amillərdən, tranzit və hasilatçı ölkələrdəki siyasi sabitlikdən əhəmiyyətli dərəcədə asılıdır.

Böyük Qara dəniz məkanının formalaşması

Enerji balansında olan bu dəyişiklik müasir Avropanın geosiyasi prioritetlərində necə öz əksini tapmışdır? Məlumdur ki, ötən əsrin ortalarında elektroenergetikanın istehsalında kömürdən neftə keçilməsi iqtisadi və siyasi sistemlərə özünəməxsus bir inqilabi dəyişiklik gətiridi. Gələcəkdə isə “üstün tutulan yanacağ”ın seçimi nəticəsində istehsalın neftdən təmiz qaza və bunun nəticəsində təmiz energetikaya keçid üçün şərait yaradılmalıdır. Onillər ərzində formalaşdırılmış və inkişaf etdirilmiş neftə söykənən enerji təhlükəsizliyinin təbii qaza keçidi ilə yenicə inkişaf edən enerji təhlükəsizliyinin daha dinamik və regional təmayüllü olacağı görünür. Bundan əlavə, enerji təhlükəsizliyinin

Page 169: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

169

formalaşmasına və müzakirəsinə təsir edən maraqlı tərəflərin artan sayı ilə neftdən qaza baş verən keçid qaçılmaz olaraq regional enerji siyasətinin ortaya çıxmasına səbəb olacaq. Belə ki, təbii qaz əsasında yaranan enerji siyasətinin regional ölçüsü üçün xüsusi olaraq səmərəliliyini nəzərə alaraq, texnoloji, ge-osiyasi, iqtisadi aspektlərinin kəsişməsi Aİ-nin müasir enerji siyasətinin fərqli cəhətlərinə öz töhfəsini verir.

Yuxarıda qeyd etdiyimiz bu aspekt, Slavomir Raşevski kimi müasir geosiyasətin bir çox yeni tədqiqatçılarına əsasən, Avropa və onun yaxın qon-şularını, o cümlədən Rusiya, Orta Şərq, Şimali Afrika, “Böyük Qara dəniz” adı altında birləşdirilən Qara və Xəzər dənizləri regionları kimi böyük bir coğ-rafi ərazini əhatə edən sahənin birləşdirilməsinə imkan vermişdir. Dünyanın təsdiq edilmiş ən böyük qaz ehtiyatlarının eyni zamanda ümumi bir qonşu-luqda yerləşməsi təbii qazın əldə edilməsi üçün siyasi fəaliyyətin dinamika vektorunu qaçılmaz olaraq inteqrasiyaya hədəfləyir və müvafiq tədbirlər görməyi tələb edir. Geosiyasətdə və enerji sənayesinin siyasi iqtisadiyyatında Böyük Qara dəniz regionu-nun yeni siyasi əhəmiyyəti müvafiq qərarlar gəbul etməyə təkan verir. Tədqiqatçılar açıq dənizlərə çıxış imkanları məhdud olan Xəzər regionunun coğrafi spesifikasını, neft və qaz ehtiyatlarının zənginliyi əsasında for-malaşmış regional eyniliyini qəbul edərək, eyni zamanda enerjini istehsal edən Qafqaz, Mərkəzi Asiya regionlarını və Avropa ilə is-tehlak ölkələr arasında tranzit məkanı kimi Qara dəniz regionunu, xüsusilə Türkiyəni və Xəzəri vahid bir məkanda birləşdirirlər. Bö-yük Qara dəniz regionunun genişləndirilmiş ərazisi buradaki enerji istehsalçılarının, Azərbaycan da daxil olmaqla, eləcə də tranzit ölkələrin, xüsusilə Türkiyənin bir “ümumi evi”dir [3, s. 295].

Ancaq istehlakçılar və enerji istehsalçıları arasındakı mövcud balansda əks tərəfin üstünlük qazanması prosesinin davam etməsi səbəbindən maraqlı tərəflər kimi satıcıların və xüsusən enerji resurslarının tranzitinə malik olan dövlətlərin bu danışıqlar prosesində çəkiləri artır. Ümumiyyətlə, Raşevskinin nəticələri ilə razı-laşaraq onu da əlavə etməliyik ki, biz bu yenicə təyin edilmiş geosiyasi məkan komponentlərinin mövcudluğu kimi müstəqil aktorların meydana gəlməsini də unutmamalıyıq. Nəticədə, beynəlxalq hüquqda dövlətlərin suverenliyi məsələsi prioritet müzakirə obyektindən çıxmasına baxmayaraq, qlobal resurs və siya-si, eyni zamanda, təhlükəsizlik məsələlərinin özünəməxsus məhdudiyyətlərinə

Tədqiqatçılar açıq dənizlərə çıxış imkanları məhdud olan Xəzər regionunun coğrafi spesifikasını, neft və qaz ehti-yatlarının zənginliyi əsasında formalaşmış regional eyniliyini qəbul edərək, eyni zamanda enerjini istehsal edən Qafqaz, Mərkəzi Asiya regionlarını və Avropa ilə istehlak ölkələr ara-sında tranzit məkanı kimi Qara dəniz regionunu, xüsusilə Türkiyəni və Xəzəri vahid bir məkanda birləşdirirlər.

Page 170: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

170

görə, istehsal edən və tranzit ölkələri dün-ya siyasətində ayrı-ayrı dövlətlərin uğurla-rına özlərinə xas təsirlərini göstərə bilərlər. Buna görə də dünyada həmin aktorların maraqları ilə hesablaşmaq lazım gələcək. Fikrimizcə, suverenliyinin təbiətinə nisbətən onların həyata keçirilmə xarakteri və üsulla-rı dəyişir. Yeni dünya siyasətində bu aspekt inkişaf etməkdə olan ölkələrə milli maraqla-rının üzləşdiyi problemləri həll etmək üçün cəlbedici görünür. Milli enerji təhlükəsizliyi məsələlərinin həyata keçirilmə üsullarının qloballaşması ümumi prosesə cəlb olunmuş ayrı-ayrı dövlətlərin öz milli təhlükəsizlik problemlərinin yerli səviyyədə həyata keçirilməsini daha da aktuallaşdırır. Başqa sözlə desək, müasir dünyada enerji istehlak edən ölkələrin enerji təhlükəsizliyini qoru-ması məsələsi qlobal proqramların həyata keçirilməsi komponentlərindən birinə çevrilib. Bu çərçivədə Aralıq dənizi, Qara

dəniz və Xəzər dənizi regionlarını əhatə edən geniş coğrafi ərazinin Avropa ilə əlaqələrinin təbiəti və əhəmiyyəti müasir siyasi və beynəlxalq münasibətlər elmində geniş müzakirə edilir [4, s. 2-4]. Bu elmi müzakirələr əsasən regionda təbiət və xarakterlərinə görə müxtəlif olan siyasi rejimlərin qaçılmaz inteqrasiya istiqamətləri üzərində aparılır və beynəlxalq münasibətlərdə realizm və liberaliz-min ümumi müzakirəsinə bağlıdır. Bu diskurs real siyasi həyatın xaricində görünə bilər, amma üçtərəfli “ümumi qonşuluq” dünyanın təsdiq edilmiş ən böyük qaz ehtiyatlarının aktual iştirakı ilə yeni həllər qəbul edilməsini tələb edir.

Bundan başqa, hər üç bölgənin enerji təhlükəsizliyinin təmin edilməsi möv-zusunda aparılan müzakirələrdə məsafənin əsas element olması haqqında Sla-vomir Raşevskinin səsləndirdiyi fikir ilə razılaşmamaq mümkün deyil. Məlumdur ki, enerji təhlükəsizliyi enerji mənbələrinin hasilatı sahələrini, onun emalını və elektrik enerjisi istehsalı üçün əsas mərkəzlərini, eləcə də mürəkkəb infrast-rukturunu əhatə edir. Həmçinin bura enerji ehtiyatlarının istehsalçıları ilə tran-zit sahələri vasitəsilə enerji bazarlarını birləşdirən əsas boru kəmərləri də daxil edilir [5, s.105-106]. Həqiqətən də, iqtisadi nəzər-nöqtəsindən yanaşdıqda, is-tehsalçı ilə enerji istehlakçıları arasında nisbətən qısa məsafənin mövcud olması hər üç coğrafi bölgəni formalaşdırmışdır. Beləliklə, yuxarıda təsvir edilmiş coğ-rafi cəhətdən yaxın olan üç enerji regionuna təhlükələr onları birlikdə bağlayan nəqliyyat infrastrukturları boyunca baş verə bilər. Bu təhlükələrin dərk edilməsi isə regionda yerləşən dövlətlərin müəyyən müəssisələrində özünü büruzə verir.

Bunun sübutu kimi, 2013-cü ilin oktyabrın 29-da Prezi-

dent İlham Əliyev Azərbaycan qazının dünya bazarına

nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədilə “Şahdəniz”

qaz-kondensat yatağının tam-miqyaslı işlənilməsi, Cənubi

Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-

Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri

(TAP) layihələrinin həyata keçirilməsi üzrə Dövlət Komis-

siyasının yaradılması barədə sərəncam imzalamışdır.

Page 171: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

171

Qaz ticarətinin xüsusiliyi səbəbindən, istehsal və nəqliyyat vasitələrinin – burada təbii qaz boru kəmərlərinin – idarə edilməsi və nəzarəti üçün lazım olan əsas təşkilati strukturlar təbii inhisarçılıqdır ki, bunsuz sənaye fəaliyyət göstərə bilməz. Başqa sözlə, boru kəmərlərində olan təbii inhisarçılıq qaz sənayesi şəbəkəsinin əsasını təşkil edir. Enerji təhlükəsizliyinin tənzimlənməsinin təmin edilməsi üçün qazötürmə və paylaşma sistemləri, xüsusilə uzunməsafəli boru kəmərləri və bir neçə ikinci dərəcəli şəbəkəni mərkəzi boru ilə birləşdirən əlaqələndirici boru kəmərləri əsas idarəetmə obyektləridir. Bunun sübutu kimi, 2013-cü ilin oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan qazının dün-ya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə Dövlət Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır [6, s.1].

TANAP “Cənub enerji dəhlizi”nin əsas hissəsi kimi

2011-ci il oktyabrın 25-də Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisi ilə əlaqədər Azərbaycanla Türkiyə arasında imzalanmış İzmir Memorandumu-nun əhəmiyyətini yuxarıda qeyd etdiyimiz vahid “Böyük Qara dəniz məkanı” adlı geosiyasi törəməsi kontekstində qiymətləndirmək düzgün olardı. Bu saziş qlobal əhəmiyyəti ilə yanaşı, bölgədə bu ölkələrin mövqeyinin, həmçinin Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi üçün töhfəsini verməkdədir. Lakin TANAP layihəsi regional status-kvonun qorunmasında əlavə sabitləşdirici ele-ment kimi qəbul edilə bilər. Nəticədə, bu, regionun postsovet ölkələrində milli suverenliyin gücləndirilməsinə gətirib çıxarır. Potensial stabilləşdirici funksiya prizmasından bu layihənin fərqləndirici xüsusiyyəti Azərbaycan və Türkiyənin daxili regional qüvvələr kimi burada əsas iştirakçılar qismində çıxış etməsidir. Qeyd edək ki, regionun sabitliyinə öz proyeksiyasını salan bütün digər əvvəlki layihələr (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Qərb enerji şirkətlərinin müəyyənləşdirilən iştirakı ilə həyata keçirilirdi.

TANAP Avropa tərəfindən irəli sürülən və rəsmi Bakı tərəfindən fəal şəkildə dəstəklənən “Cənub Qaz Dəhlizi” layihələr zəncirində vacib bağlantılarından birinə çevrilməlidir.

Bu müqavilənin imzalanmasına gedən yol çətin olmuşdur. Regionda cərəyan edən hadisələr Xəzər regionunu Zbignev Bzejinskinin “Böyük şahmat taxtası”nı xatırladırdı.

TANAP layihəsi qəbul olunmamışdan bir neçə il öncə enerji mənbələrinin diversifikasiyası məqsədilə Aİ “Nabukko” (Nabucco) qaz kəmərinin tikinti-sini dəstəkləmişdi. “Aİ Moskvadan olan güclü asılılığından qorxur. Brüssel, ilk növbədə enerji məsələləri üzrə komissar Guenther Oettinger alternativ təchizatçılar və təchizat marşrutları uğrunda uzun illərdir ki mübarizə aparır...”

Page 172: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

172

[7]. Aİ-nin “Nabukko”nu reallaşdırmaqda məqsədi bu boru kəməri vasitəsilə Rusiyadan yan keçməklə, Cənubi və Mərkəzi Avropanı Xəzər dənizi regionunun qaz yataqları hesabına təmin etməkdir.

“Nabukko” üçün potensial qaz tədarükçüləri Azərbaycan, Türkmənistan, Qazaxıstan, İraq və İran hesab edilir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ümumi potensialı 13-15 trilyon m3 qiymətləndirilən və İran təbii qazının ümumi ehtiyatlarının 50%-ni və dünyadakı bu tipli ehtiyatların 8%-ni təşkil edən, dünyada ən böyük qaz-kondensat ehtiyatlarından biri sayılan “Cənubi Pars” yatağı əsasında İrandan qaz kəməri inşa edilməsi Aİ-nin ilkin böyük planına daxil idi. Heç şübhəsiz, İran təbii qazının bu həcmdəki poten-sialı Rusiya qazına alternativ mənbələr axtaran və buna çox ehtiyacı olan Aİ komissiyası üzvlərinin və digər vəzifəli şəxslərin diqqət mərkəzindən kənarda qala bilməzdi. Lakin bu layihə ABŞ-ın ciddi müqavimətinə tuş gələndən sonra Aİ rəsmiləri diqqəti layihədəki digər qaz istehsalçılarına yönəltdilər. Bu da da-nışıqlar prosesinə yeni təkan verdi. Alternativ variant kimi İraqla Azərbaycan nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Prezidentinin fikrincə, “Azərbaycan çox böyük qaz ehtiyatlarına malikdir - hazırda 2,6 trilyon m3 təsdiq edilmiş qaz ehtiyatları vardır” [8, s.1]. Beynəlxalq Enerji Agentliyinin (BEA) hesablamalarına görə, 2012-ci ildə Xəzər regionunda sübut və ehtimal olunan neft ehtiyatları 48 milyard barel, qaz ehtiyatları isə 8.268 trilyon m3

olmuşdur.Bundan əlavə, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi

məlumata görə, regionda texniki cəhətdən bərpa edilə bilən 20 milyard barel neft və 6,88 trilyon m3 qaz ehtiyatları hələ öyrənilməmişdir [9].

Mənbə: B.Ş. Enerji Məlumatlandırılma Administrasiyası, IHS EDIN, Eastern Bloc Energy, Rigzone and Rystad Energy

Qeyd: Neft istehsalı üzrə məlumatlara kondensat neft və qaz daxildir. İran və Özbəkistan siyahıdan çıxarılır, çünki Xəzər hövzəsində heç bir neft hasilatları yoxdur.

Page 173: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

173

Onun 1,6 trilyon m3 həcmində olan bir hissəsinin inkişafı üçün hələ 1996-cı il iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspek-tivli strukturunun istismarı ilə bağlı “istehsal-şerring” kimi tanınan (PSA tip-li) müqavilə imzalanmış və bu müqavilə parlament tərəfindən də ratifikasiya olunmuşdur. Beləliklə, 2007-ci ildə “Şahdəniz” layihəsi çərçivəsində kommersi-ya istehsalına başlanılmışdır. Hal-hazırda yatağa daxil olan beş quyuda hasilat davam edir. Hər quyudan sutkada 5 milyon m3-dən çox qaz çıxarılır. Başla-dığı tarixdən bu günədək hasilatın həcmi 50% artmışdır. 2013-cü ilin birinci rübündə “Şahdəniz”dən gündəlik orta hesabla 27 milyon m3 təbii qaz istehsal olunmuşdur. 2012-ci ilin sonunda “Şahdəniz”dən 7,73 milyard m3 qaz istehsal olunub ki, bu da 2011-ci ilin göstəricisindən 15,9% çoxdur. Qeyd edək ki, yal-nız “Şahdəniz” yatağından hasil edilən qazın həcmi Azərbaycan Respublika-sının Dövlət Neft Şirkəti (ARDNŞ) və digər əməliyyat şirkətlərinin bütövlükdə qurudakı hasilatından çoxdur. 2013-cü ilin yanvar-mart aylarında “Şahdəniz” çərçivəsində 2,42 milyard m3 qaz hasil edilib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 420 milyon m3 çoxdur [10]. Layihənin genişləndirilməsinə maraqlı tərəflərin niyyətləri isə aydındır. Prezident İlham Əliyevə təbrik məktubunda Böyük Britaniyanın Baş naziri Devid Kemeron “Şahdəniz-2” çərçivəsində rəsmi Londonun danışıqların uğurla başa çatdırmaq niyyətini vurğulamışdır.

Qeyd edək ki, dünyanın ən zəngin qaz-kondensat yataqlarından biri sayı-lan “Şahdəniz”dən təbii qazın hasilatına 2006-cı ilin dekabrında başlanılmış-dır. 2007-ci ilin fevral ayından etibarən isə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə əvvəlcə Gürcüstana, sonra isə Türkiyəyə nəql olunmuşdur. Müqaviləyə əsasən, “Şahdəniz”də “Mərhələ 1” çərçivəsində Türkiyənin öhdəlikləri ildə 3,3 milyard m3 qaz təşkil edir. Lakin Türkiyə Azərbaycan ilə qaz sahəsində başqa bir kommersiya müqaviləsini də imzalayıb (bu dəfə “Mərhələ 2”-nin bir hissəsi kimi). Bu sənədə görə, Türkiyəyə 2018-ci ildən 2020-ci ilədək “Şahdəniz” yata-ğından çıxarılması planlaşdırılan 16 milyard m3–dən əlavə 6 milyard m3 qazın da idxalı həvalə edilmişdir.

Belə ki, qaz hasilatı, mövcud infrastrukturu, kommersiya təklifləri və məhsulun satışı şərtlərinə görə Azərbaycan qonşularından fərqli olaraq çox yaxşı və əlverişli vəziyyətdədir. Daha da önəmlisi odur ki, Azərbaycan Mərkəzi Asiyadan böyük həcmdə xam qaz qəbul etmək üçün daha çox adaptasiya olu-nub. Bunun üçün isə Mərkəzi Asiya, Qafqaz və Türkiyənin türk xalqları ilə bağ-lı olan elitalarından siyasi cəhətdən hazırlıqlı olmaları tələb edilir. Qazaxıstan və Türkmənistanın da “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaları bu layihəni daha real və əhəmiyyətli edərdi.

İstənilən halda Trans-Xəzər boru kəmərinin taleyi, çox güman ki, qabaqca-dan həll olunub. Türkmənistan və Azərbaycan arasında cəmi 200 km sualtı boru kəmərinin inşa edilməsi “Cənub Qaz Dəhlizi” üçün resurs dəstəyi sahəsində mənzərəni əsaslı şəkildə dəyişmiş olur.

Page 174: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

174

Göründüyü kimi, Avropa Komissiyası Trans-Xəzər layihəsinə böyük ümid bəsləyir. Azərbaycan da bu layihədə həlledici rol oynayır.

Regionda TAP kompromisi

Əldə olunan sonuncu məlumatlara əsasən, TANAP-ın 2018-ci ildə başa çat-dırılması planlaşdırılır. Qeyd edək ki, bu boru kəməri Trans-Adriatik boru kəməri (Trans Adriatic Pipeline – TAP) ilə bağlı olacaq. İlkin mərhələdə bu kəmərlə 16 milyard m3 qazın 2019-cu ildə ötürülməsi gözlənilir. Sonrakı mərhələlərdə isə boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması planlaşdırılır (müva-fiq olaraq 2020-ci ildə 23 milyard m3, 2026-cı ildə isə 31 milyard m3). İlkin mərhələdə Azərbaycan qazının 10 milyard m3-nin Avropaya və 6 milyard m3-nin isə Türkiyəyə satılacağı qeyd olunur [11].

TAP layihəsinin əhəmiyyəti getdikcə artır. 2013-cü il iyunun 28-də Trans-Adriatik boru kəməri üzrə əvvəlki tərəflər (İsveçrənin “Axpo”, Norveçin “Statoil” şirkətləri, hərəsi 42,5% və Almaniyanın “E.ON Ruhrgas” şirkəti, 15%) və 2-ci mərhələdən olan Azərbaycan qazının ixracı üçün “Şahdəniz” yatağı konsorsiu-mu üzvləri arasında nəqliyyat sazişinin imzalanması Avropa istehlakçıları üçün qazın birbaşa satışını asanlaşdıra bilər.

Azərbaycanın “Nabukko”ya rəqib olan TAP-ın lehinə seçim etməsindən sonra Aİ tərəfindən dəstəklənən “Nabukko” qaz kəməri layihəsi uğursuzluq kimi qəbul edildi.

Beləliklə, Trans-Xəzər boru kəmərinin həyata keçirilməsi Aİ-nin artan enerji tələbatlarını tam şəkildə ödəməyə qadirdisə, TANAP ilə TAP layihələrinin birgə istismarı bu ixrac planlarını daha da gücləndirəcəkdir. Bununla da bu mərhələdə geosiyasi nəticələri ilə fərqlənən uzun bir mübarizə tamamlanmış oldu.

Azərbaycandan Avropaya qaz nəqlinə imkan verilməsi üçün marşrut seçiminə dair qərarın qəbul olunması asan olmadı. Bu marşrutun seçilməsi haqqında qərar texnokratik kimi görünür, lakin o, Avropanın enerji təchizatı üzrə çoxillik, uzun mübarizə və müzakirələrin bir hissəsi idi. “Nabukko” qaz kəmərinin 1300 kilometrlik uzunluğunda nəzərdə tutulan “Nabukko Qərb” (Nabucco West) adlı qısaldılmış versiyası Avstriya, Bolqarıstan, Rumıniya və Macarıstandan keçməli idi. Türk-yunan sərhədindən başlayan və uzunluğu 800 kilometr olan Trans-Adriatik kəməri isə Yunanıstan və Albaniyanın ərazisindən, həmçinin Adriatik dənizindən keçərək İtaliyada başa çatacaq.

Bu layihənin gerçəkləşməsinə mane olmağa çalışan tərəf Rusiyadır. Heç şübhəsiz, “Şahdəniz” konsorsiumunun iştirakçıları müstəqil iqtisadi aktor-lar kimi bu layihəni texniki və iqtisadi faydası olduğu üçün seçiblər. Məsafə, kiçik tariflər imkanı, qaz kəmərinin inşasının müqayisəli ucuzluğu, əsas satış bazarlarının müəyyənliyi – bütün bu amillər satılıb pula çevrilə bilən qazın rəqabət qabiliyyətli yekun qiymətinə öz təsirini göstərmişdir. Lakin qaz baza-rında yuxarıda qeyd etdiyimiz iştirakçıların özünəməxsus xüsusiyyətlərini xatır-

Page 175: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

175

ladaraq, Rusiya tərəfi özünün “Qazprom” şirkəti vasitəsilə layihənin qarşısının alınması üçün səy göstərmiş və külli miqdarda maliyyə vəsaiti sərf etmişdir. Bu məqsədlə Rusiya cari qaz infrastrukturuna alternativ bir neçə qaz boru kəmərinin çəkilməsi üzrə müqavilələr imzalamışdır. Hal-hazırda bu layihələr həyata keçirilməkdədir. Onlardan biri 2012-ci il dekabrın 7-də Qara dənizin altından çəkilən “Cənub axını” layihəsidir. İl ərzində 63 milyard m3 qaz tutumu olan bu rus-italyan-fransız-alman qaz kəməri layihəsinin təxmini dəyəri 16 mil-yard avrodur [12].

Rusiyanın bu seçimi ilk növbədə geosiyasi əhəmiyyətinə görə başa düşüləndir. Məsələ ondadır ki, Rusiyanın “Qazprom” şirkəti ilə Avropa tərəfdaşlarının birgə inşa etdikləri “Cənub axını” marşrutu üçün “Nabukko-Qərb” layihəsinə bənzər yol seçib. O, həmçinin Bolqarıstan və Macarıstan ərazisindən keçir. Qeyd edək ki, Rusiyanın təqdim etdiyi bu layihənin gerçəkləşməsi müstəqil yollarla gedən ayrı-ayrı Avropa ölkələrinin davamlı parçalanması və birgə ümumi xarici enerji siyasətinə əməl etməmələrindən irəli gəlir. Belə ki, vaxtilə “Nabukko” ilə məşğul olan ölkələrin çoxu 2007-ci ildə Romada imzalanmış “Cənub axını” layihəsinin yaradılması və inşası üzrə birinci memorandum çərçivəsində Rusiyanın “Qazprom” və İtaliyanın “Eni” şirkətləri ilə də əməkdaşlıq edirlər. Beləliklə, Qara dənizin dibindən Bolqarıstan vasitəsilə keçəcək bu boru kəmərinin inşası İtali-yanın Tarvisio şəhərində başa çatmalıdır.

“Nabukko” layihəsinin strateji xarakteri

2015-ci il TAP qaz kəmərinin tikintisinin başlanması üçün gözlənilən tarixdir. Lakin “Nabukko” layihəsinin və onun qolu olan “Nabukko Qərb”in əhəmiyyətini nəzərə almamaq düzgün deyil. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin bu yaxınlarda bildirdiyinə görə, “Nabukko Qərb” qaz kəməri layihəsi öz əhəmiyyətini itirməmişdir və hələ də həyata keçirilə bilər. Onun qeyd etdi-yi kimi, “Bu iki layihə (“Nabukko Qərb” və Trans-Adriatik Boru Kəməri – E.M.) müxtəlif məqsədlərə malikdir və TAP seçimi “Nabukko”nun həyata keçirilməsini istisna etmir”. Onun sözlərinə görə, əsas məsələ bu ehtiyatların həcmidir. “Nabukko”nun həyata keçirilməsi təbii qazın həcmindən, onun resurs baza-sının genişləndirilməsindən asılı olacaq. TAP layihəsinin həyata keçirilməsinə yalnız qaz istehsalına bir təkan kimi baxılmamalıdır. Bu layihə eyni zamanda yeni ehtiyatların kəşfinə yardım edəcək [13, s.3]. Bu layihə istər iqtisadi, istərsə də siyasi və geosiyasi üstünlüklərə malikdir.

Aşkar iqtisadi səmərə qazın miqyasyönümlü reallaşdırılmasından irəli gəlır. Aydındır ki, əhatə etdiyi ölkələrin sayına görə “Nabukko Qərb” (Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya, Serbiya, Xorvatiya, Almaniya, Bosniya və Her-seqovina) TAP-dan (Yunanıstan, Albaniya, İtaliya, Çernoqoriya, Bosniya və Her-seqovina) böyükdür. “Nabukko”nun əhatə etdiyi ölkələrin əhalisinin ümumi sayı 135603305-ə çatırsa, TAP ölkələrinin əhalisi 75087005 nəfərdir. “Nabukko

Page 176: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

176

Qərb” vasitəsilə təbii qazın satılıb pula çevrilməsindən əldə edilən əsas iqtisa-di gəlir onun sürətlə inkişaf edən Almaniya bazarına birbaşa çıxışından sonra reallaşa bilərdı. Hər iki boru kəmərinin buraxılış gücü də müxtəlifdir (müva-fiq olaraq “Nabukko”da 31 milyon m3, TAP-da isə 21 milyon m3). “Nabukko Qərb”in faydaları, xüsusən də İtaliyada iqtisadi böhran və Yunanıstanın iqti-sadi cəhətdən dağılması fonunda, planlaşdırılmış istismarın başlanması za-manı İtaliyanın bazar faydaları ilə birlikdə TAP-ın verdiyi vədləri inkar edir. Bu faydalar onun tikintisi üzrə gözlənilən xərcləri artıqlaması ilə kompensasiya etmək gücündədir. Yunanıstan və İtaliyada bundan sonra da gözlənilən siyasi qeyri-sabitlik TAP layihəsinin reallaşmasını uzun bir müddətə süründürməçilik vəziyyətinə sala bilər.

Yunanıstanın keçmiş sənaye naziri Andreas Andrianopoulos 2013-cü il fev-ralın 19-da DW-yə verdiyi müsahibəsində qeyd edib ki, Bosfor və Çanaqqa-la boğazlarından yan keçməklə, Bolqarıstandan Yunanıstana, Aralıq dənizinin sahillərinə qədər Rusiya neftinin nəql olunması üçün qərara gəlinməsi, yəni digər bir sensasiyalı nəqliyyat və enerji layihəsinin – Burqas-Aleksandrupolis neft boru kəmərinin inşası hələ də həyata keçirilməyib. Bu siyasətçinin haqlı xatırlamasına görə: “Bu layihənin başlanması yeddi dəfə ucadan elan olunmuş-du, lakin layihədə boru kəmərinin əsas sahibi kimi iştirak edən Rusiya öz nef-tinin müvafiq məbləğdə tədarükünə zəmanət verilməməsi səbəbindən buna mane olmuş, nəticədə layihə hələ də dondurulmuş vəziyyətdə qalmışdır”.

Andreas Andrianopoulos TAP layihəsi üçün daha bir risk faktorunu - Yuna-nıstanın sol təmayüllü müxalifətini də xatırladıb. Axı Afinada hökumətlərarası müqavilənin imzalanmasından bir neçə saat sonra SYRIZA partiyası bu layihənin parlamentdən kənar ötüb keçməsini qeyd edərək, sənədi rədd et-mişdi [14]. Lakin sonradan bunun yalnız müxalifət ritorikası olduğu bildirilsə də, biz müasir Yunanıstanın siyasi təsisatlarının həddindən artıq qeyri-sabit mövqe nümayiş etdirdikləri fikri ilə razılaşmaya bilmərik.

Hər bir layihənin funksional təyinatı onun geosiyasi əhəmiyyətini müəyyən edir. Əhatə etdiyi ölkələrin sayı, maraqlı olan tərəflərin səviyyəsi, cəlb edilən investisiyaların həcmi və nəhayət, regiondakı digər qaz daşıyan ölkələr üçün geostrateji əhəmiyyəti – bütün bu dəlillər “Nabukko Qərb” layihəsinin geosiya-si prioritetlərini müəyyən edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respub-likasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayevanın “Nabukko” ilə bağlı dediyi: “Bu, Mərkəzi və Şimali Avropa, həmçinin Balkan ölkələri üçün strateji bir layihədir və başqa ölkələrin bazarla-rına daxil olmaq üçün daha çox imkanlar verir”, – fikri ilə razılaşmamaq olmaz. “Nabukko” digər daha yaxşı interkonnektor ölkələr ilə bağlı olan dövlətlərin ərazisindən keçir. Bu interkonnektorlar artıq 80-90% hazırdır və fəaliyyət göstərirlər. Yəni yeni bazarlara daxil olmaq üçün əlavə sərmayələrin qoyulma-sına ehtiyac yoxdur. “Hələlik isə TAP Yunanıstan və Albaniya ərazilərindən keçir, İtaliyanın cənubunda bitir. Lakin əmin edilir ki, Balkanlara, xüsusilə Bolqarıstan

Page 177: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

177

və digər ölkələrə də öz çıxışını təmin edə bilər. Hazırda Yunanıstan və İtaliya Balkanlar interkonnektorları ilə çox da yaxşı bağlı deyil. Yeni boru kəmərlərinin tikintisi qazın qiymətini daha da artıra bilər...” [15]. Amma mütəxəssisin doğru olaraq daha sonra qeyd etdiyinə əsasən, “Nabukko”nun “Şahdəniz” konsorsi-umu vasitəsilə alqı-satqısına dair danışıqların başa çatdırılmasının əhəmiyyəti ondadır ki, burada qiymət, qiymətləndirmə və tədarük həcmi məlumdur. Lakin TAP çərçivəsində bu danışıqlar hələ də davam etməkdədir. Həqiqətən, bütün bu amilləri nəzərə aldıqda hər hansı bir nəticəyə gəlmək hələ tezdir. Şübhəsiz, təbii qazın hansı xətt üzrə daha sərfəli ixrac ediləcəyi danışıqlar başa çatdıqdan sonra məlum olacaq”.

Azərbaycanın seçimi və Azərbaycanda keçirilən seçkilər

Müşahidəçilərə istinadən qeyd edə bilərik ki, bu vəziyyətin qali-bi Azərbaycandır [14]. Avropa Komissiyasının Sədri Jose Manuel Barroso-nun dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il iyunun 21-də Brüsseldə işgüzar səfərdə olmuş, Aİ-nin Prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının Sədri Jose Manuel Barrozu ilə görüşlər keçirmiş, müasir dövrdə aktual olan Avropa təhlükəsizlik siyasəti ilə bağlı fikirlərini onlarla bö-lüşmüşdür. Ümummilli lider Heydər Əliyevin balanslaşdırılmış siyasətinin varisi kimi İlham Əliyev həyata keçirdiyi sistemli, praqmatik siyasətlə 9 oktyabr 2013-cü il tarixində keçirilmiş növbəti prezident seçkilərində böyük səs çoxluğu ilə rəqiblərinə qalib gəlmişdir. Bu seçkilərin legitimliyi və demokratikliyi avropalı rəsmilər tərəfindən verilən bəyanatlarda da öz təsdiqini tapmışdır.

ABŞ rəsmiləri də bu Cənubi Qafqaz dövlətinə rəğbətini və əməkdaşlıqda maraqlı olduqlarını zaman-zaman nümayiş etdirirlər. ABŞ prezidenti Barak Obamanın 7 noyabr 2013-cü il tarixli məktubunda da bu özünü əksini tap-mışdır. Bundan əlavə, Azərbaycanla əlaqələrin qurulması istəyində olan neyt-ral İsveçrə Federal Şurasının üzvləri Bakıya səfər ediblər. Həmçinin Avstriya və İsveçrə də Azərbaycanda öz diplomatik nümayəndəliklərini gücləndiriblər.

Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı vaxtilə Aİ tərəfindən öz enerji siyasətinin prioritet məsələsi kimi elan edilən “Nabukko” layihəsinin “ümumi maraq” anlayışının əksinə olaraq, Barrozo TAP layihəsinə “vahid blo-kun marağı” statusunu verməklə yeni boru kəmərinin strateji əhəmiyyətini vur-ğulamışdı. Böyük Britaniyanın Baş naziri Devid Kemeron da Prezident İlham Əliyevə təbrik məktubunda “Şahdəniz-2” layihəsi çərçivəsində rəsmi Londo-nun danışıqların uğurla başa çatdırılmasında maraqlı olduğunu qeyd etmişdir. Beləliklə, bir daha aydın olur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz vacib aktor rolunu saxlamaqda davam edir və Aİ bu layihəyə böyük önəm verir.

Bütün bunlar Azərbaycana “Cənub dəhlizi” layihəsinin həyata keçirilməsində aparıcı rol oynamaq və enerji qovşağında İstanbul ilə birlikdə Bakı ötürülmə

Page 178: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

178

nöqtəsinin də çevrilmə imkanlarını maksimallaşdırmaq üçün geniş im-kanlar verir. Burada bir məqam da aydındır ki, Avropa enerji layihələrinin həyata keçirilməsində Cənubi Qafqaz nəqliyyat dəhlizinin oynadığı rolun gücləndirilməsi Azərbaycan və Türkiyənin öz şərtlərini və tələblərini irəli sürməyə imkan yaradacaq və heç şübhəsiz, Aİ də istər-istəməz bunları nəzərə almaq məcburiyyətində qalacaq. Belə olacağı təqdirdə bu da hər iki dövlətin mövqelərinin güclənməsinə təsir edəcək, regional və hətta qlobal geosiyasətdə ciddi dəyişikliklərin baş verməsinə gətirib cıxaracaq.

Bütün yuxarıda qeyd olunanlar Aİ-nin Böyük Qara dəniz-Xəzər dənizi regi-onunda daha aktiv fəaliyyət göstərməsi, ABŞ-dakı mövcud administrasiyanın isə əksinə Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə siyasətinin ləng aparılması fonunda baş verir. Bu, danılmaz faktdır ki, ümumi büdcə kəsiri şəraitində ön plana praqmatik mülahizələr çıxır. O da görünür ki, Rusiya kimi amansız amil qarşısında Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın güclənməsi Vaşinqtondakı siyasətçilər tərəfindən getdikcə dəstəklənir. Bunun nəticəsi kimi onların regiondakı nüfuzu getdikcə güclənir. Müəyyən bir layihənin seçilməsi işində onların daha çox müstəqil olması öz töhfəsini verir. Hazırda regionda Vaşinqtonun əsas marağı özünün hücum və kommunikasiya funksiyaları ilə Cənubi Qafqazda hərbi dayaq nöqtəsini yaratmaqdır.

İstifadə edilmiş ədəbiyyat:

1. Haghighi, Sanam S. Энергетическая безопасность и разграничение компетен-ций между европейским сообществом и его членами. European Law Journal 14, no. 4, 2008, pp. 461–482.

2. Energy Roadmap 2050 / Communication from the Commission to the European Parliament, the Council, the European Economic and Social Committee and the Committee of the Regions. Brussels, 2011. Part 2/2. http://ec.europa.eu/energy/energy2020/roadmap/doc/sec_2011_1565_part2.pdf]

3. Triantaphyllou, Dimitrios. Energy Security and Common Foreign and Security Policy (CFSP): TheWider Black Sea Area Context, Southeast European and Black Sea Studies, 7 (2), June, 2007. pp. 289-302.

4. Raszewski, S. The Weakest Link? Hedging Energy Security Challenges and Opportunities within the Eastern Neighborhood, The Mediterranean and the Black Sea/Caspian Region. Neighbourhood Policy Paper 7 (February), Centre for International amd European Studies / The Black Sea Trust for Regional Cooperation, Istanbul/Bucharest, 2013, pp. 2-4.

5. Raszewski, Slawomir. In Dynamics of Energy Governance in Europe and Russia, edited by Caroline Kuzemko, Andrei V. Belyi, Andreas Goldthau and Michael F. Keating, 130–148. Basingstoke: Palgrave Macmillan. 2012.

6. Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında // “Xalq qəzeti” 30.10.2013. http://www.xalqqazeti.com/az/news/ordinaces/39184

7. Hans-Jürgen Moritz, Boris Reitschuster. Das miese Spiel um sicheres Gas Freitag. // von FOCUS. Berlin, 05.2013. http://www.focus.de/politik/ausland/pipeline-in-aserbaidschan-wie-russland-die-deutschen-um-guenstiges-gas-bringen-will_aid_986759.html

Page 179: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

179

8. Azərbaycan və Latviya prezidentlərinin mətbuat konfransı. // “Azərbaycan” qəzeti 25 aprel 2013-cü il. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=22973

9. Oil and natural gas production is growing in Caspian Sea region. http://www.eia.gov/todayinenergy/detail.cfm?id=12911

10. 2012-2013-cü illər üçün BP-Azərbaycan məlumatı.11. Over 15,000 people to work to build TANAP // Hürriyet. Ankara, 05.12.2013 http://

www.hurriyetdailynews.com/over-15000-people-to-work-to-build-tanap.aspx?pageID=238&nID=59032&NewsCatID=348

12. http://www.caspianbarrel.org/index.php/az/2013-04-29-16-54-53/2170-c-nub-ax-n-layih-sinin-probleml-ri-art-r

13. Фуад Ализаде. “Жестокий удар по амбициям России” // “Зеркало” 08 сен. 2013.14. Яннис Пападимитриу, Андрей Гурков. “TAP заручился господдержкой в борь-

бе с Nabucco за каспийский газ”. // http://3view.az/articles/14338/1/

15. “Баку и Брюссель начинают материализацию проекта Южного коридора – экс-перт ЦСИ” // “Новости-Азербайджан” агенство международной информации, 24/06/2013. www.newsazerbaijan.ru/expert/20130624/299034092.html

16. Gerald Hosp. Nabucco gescheitert. Die lange Leitung// “Neue Zuercher Zeitung” 27. Juni 2013. http://www.nzz.ch/aktuell/startseite/pipeline-projekt-nabucco-schaut-in-die-roehre-1.18106244

Elchin MehdiAzerbaijan’s role in the energy security of the European Union

European Union is looking for new energy sources to satisfy its demands. It is known that among European countries, only United Kingdom, Netherlands and Norway have significant hydrocarbon reserves. As a result, Europe’s reli-ance on foreign energy supplies may reach 70% during the upcoming 20-30 years. Especially its oil and gas imports can increase significantly.

Economic interests are closely interrelated with the political ones in the modern globalized world. Taking into account the mentioned factor, the EU tries to implement a number of projects to meet its demand for hydrocarbons and diversify its sources of energy. TAP and TANAP are among these pro-jects that can be significant in facilitating European energy security. The article analyzes the EU energy policy in detail and examines Azerbaijan’s place in the energy security of the EU.

Эльчин МехдиМесто Азербайджана в энергетической безопасности Европейского Союза

Для удовлетворения своих энергетических потребностей Европейский Союз находится в поиске новых источников. Как известно, среди евро-пейских стран лишь Великобритания, Нидерланды и Норвегия обладают

Page 180: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

180

существенными запасами углеводородов. В общем, ЕС удовлетворяет свои энергетические потребности за счёт импорта. В результате предпри-нимаемых мер, в течении предстоящих 20-30 лет этот показатель может достичь 70%. Особенно может значительно возрасти импорт нефти и газа.

В современном глобальном мире экономические интересы тесно вза-имосвязаны с политическими. Учитывая данный фактор в целях удовлет-ворения собственных потребностей в углеводородах и диверсификации своих источников энергии ЕС стремится реализовать ряд проектов. TAP и TANAP находятся в числе этих проектов. В статье подробно проанали-зированы отличительные стороны энергетической политики ЕС и вопрос места Азербайджана в энергетической безопасности ЕС.

Page 181: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

181

Açar sözlər: Azərbaycan, İsral, xarici siyasət, Yaxın Şərq, qarşılıqlı əməkdaşlıq, diplomatik münasibətlər, ikitərəfli əlaqələr, beynəlxalq təşkilatlar, hərbi əməkdaşlıq

Key words: Azerbaijan, Israel, foreign policy, Middle East, mutual cooperation, diplomatic relations, bilateral ties, international organizations, military cooperation

Ключевые слова: Азербайджан, Израиль, внешняя политика, Ближний Восток, взаимное сотрудничество, дипломатические отношения, дву-сторонние связи, международные организации, военное сотрудниче-ство

Azərbaycan-İsrail münasibətləri:

reallıqlar və perspektivlər

Aqil ƏHMƏDOVAMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutununBeynəlxalq əlaqələr şöbəsinin böyük elmi işçisi

[email protected]

Page 182: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

182

“Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir”.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Giriş

Çoxəsrlik tarixi və mədəniyyəti olan Azərbaycanda ötən on illər ərzində tolerantlıq mühiti formalaşmışdır. Yaşadığımız müasir dövrdə də Azərbaycan dövləti zəngin təcrübəsindən yararlanaraq ərazisində yaşayan müxtəlif kon-fessiyalara məxsus xalqların hüquqlarının qorunması sahəsində aktiv siyasət yürüdür. Azərbaycanda tolerantlıq nümunəsinin şamil edildiyi xalqlardan biri də Bakı və Sumqayıt şəhərlərində, həmçinin ölkənin Quba, Göyçay, Oğuz kimi müxtəlif bölgələrində məskunlaşmış yəhudilərdir. Yəhudilərin Azərbaycanda daha kompakt şəkildə yaşadığı bölgə Quba şəhərinin “Qırmızı qəsəbə” ad-landırılan ərazisidir. Sovet İttifaqı süqut etdikdən sonra Azərbaycanda ya-şayan yəhudilərin çox hissəsi İsrailə, Amerikaya və Avropa ölkələrinə mühacirət etmişlər. Qeyd etmək lazımdır ki, hər iki dövlətin diplomatik-siyasi münasibətlərinin inkişafında Azərbaycan və İsrail diaspor təşkilatları az rol oynamır. Bu səbəbdən Azərbaycandan İsrailə köçmüş yəhudilər yaşadıq-ları dövlətin diaspor qurumlarında Azərbaycan-İsrail münasibətlərinin in-kişafına dəstək verməkdədirlər. Azərbaycanı tərk etmiş məşhur yəhudi əsilli azərbaycanlılardan biri İosif Şaqal İsrail Knessetində deputat olmuş və hazırda İsrailin Belarusdakı səfiri vəzifəsində fəaliyyətini davam etdirir, paralel olaraq Azərbaycan həqiqətlərinin təbliğ olunmasında yaxından iştirak edir. Bunlarla yanaşı, Azərbaycan-İsrail diplomatik münasibətlərində canlanma əsas etibarilə dövlət başçıları və hökumət nümayəndələrinin həm Azərbaycanda, həm də beynəlxalq təşkilatların təşkil etdiyi görüşlərdə baş vermişdir.

Yəhudilərin Azərbaycanda məskunlaşma tarixinə gəldikdə isə Qubada ya-şayan yəhudilər bu ərazidə məskunlaşmalarını 2500 illik bir tarixə bağlayırlar. Avropa yəhudiləri sayılan aşkenazların Bakıda ilk məskunlaşma tarixi isə 1810-cu ilə təsadüf edir. İllər keçdikcə Azərbaycanda yəhudi icması genişlənmiş və 1832-ci ildə yəhudilərin Bakıda ilk ibadət evi – sinaqoq inşa edilmişdir [1].

Sırf dövlətlərarası əlaqələr, yəni müasir dövrdə diplomatik münasibətlərin qurulması və dinamik inkişafın təməli 21 il əvvəl atılmışdır. Hal-hazırda iqti-

Page 183: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

183

sadi münasibətlərdə ticarətin həcmi kifayət qədər yüksəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan-İsrail əlaqələri məhdud çərçivədə olsa da hələ sovet dövründə də mövcud olmuşdur. Son on ildə isə Azərbaycan Respublikasının İsrail dövləti ilə münasibətlərinin genişlənməsi və əlaqələrinin gün keçdikcə irəliləməsi ikitərəfli əməkdaşlığın möhkəmlənməsində vacib amilə çevrilmişdir. Bu illər ərzində Azərbaycanın xarici siyasətinin genişlənməsi, dünya birliyində siyasi və iqtisadi baxımdan yüksək səviyyədə təmsil olunması respublika-nın Yaxın və Orta Şərq siyasətində həm İsrail, həm də Fələstin ilə diplomatik münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu əks etdirir.

Hazırkı dövrdə müsəlman ölkələrinin əksəriyyətinin İsrail ilə diplomatik münasibətlər qurması mümkün olmamışdır. Bu ölkələr (məsələn: İran, İraq, Li-van, Misir, Suriya, Pakistan və s.) İsraili təcavüzkar dövlət kimi tanıdığını bəyan edir və rəsmi Tel-Əviv ilə əməkdaşlığı islam həmrəyliyinə hörmətsizlik və ya birmənalı şəkildə zərbə adlandırırlar. Lakin qeyd olunan dövlətlərdən fərqli olaraq Azərbaycanın İsrail ilə müxtəlif sahələrdə əməkdaşlığa müsbət yanaş-ması sivil, dünyəvi təcrübəyə əsaslanır. Bu baxımdan Azərbaycan İsraili qarşı-sında bir təhdid kimi görmür və müsəlman dünyasında baş verən ictimai-siyasi hadisələrin mürəkkəb hal almasında İsrail ilə bağlı mövcud stereotiplərin ara-dan qalxmasına nümunə təşkil edir.

Məsələ burasındadır ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) si-yasi, iqtisadi və mədəni həyatında aktiv rol oynadığı kimi İsrail ilə diplomatik əlaqələrin qurulmasının da islam həmrəyliyinə kölgə salmadığını, əksinə Orta Şərqdə həllinin yaxın zamanda mümkün olmadığı məlum olan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəf kimi çıxış etdi-yini hər zaman bildirmiş və bu istiqamətdə BMT, İƏT və ATƏT kimi nüfuzlu beynəlxlaq təşkilatlarda Fələstinin haqq işini dəstəklədiyini bəyan etmişdir.

Azərbaycan Yaxın Şərqdəki maraqları ilə bağlı müstəqil siyasət yürüdür. Bax-mayaraq ki, Azərbaycanın qonşusu olan Türkiyənin İsrail ilə münasibətlərində soyuqluq hələ də qalmaqdadır və ya İran İsraili sionist rejim elan edərək təhdid dolu bəyanatlar səsləndirir, bütün bunlar Bakının Tel-Əviv ilə diplomatik münasibətlərinə təsir göstərməmişdir. Bu məsələdə heç bir dövlətin diqtəsi olmadan Azərbaycanın beynəlxalq maraqlarına uyğun şəkildə həyata keçirdiyi xarici siyasətində nəinki İsrail, həmçinin Fələstin ilə diplomatik münasibətlərin qurulması və dinamik inkişafın əldə olunması aktual səslənir.

Məqalə Azərbaycan Respublikasının İsrail dövləti ilə diplomatik-siyasi, sosial-iqtisadi, səhiyyə, kənd təsərrüfatı, təhsil, elmi-mədəni və hərbi olmaq-la həyatın bütün sahələrində əməkdaşlığa açıq olduğuna, bununla yanaşı, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi Yaxın Şərqdə baş verən münaqişələrin tənzimlənməsində siyasi təcrübəsinin bu işdə əhəmiyyət kəsb edəcəyi və bu işə töhfə verə biləcəyinə, nəzəri ümumiləşdirmələr apararaq yuxarıda qeyd olunan sahələrdə Azərbaycan Respublikasının İsrail dövləti ilə gələcək əməkdaşlıq perspektivlərinə həsr olunmuşdur.

Page 184: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

184

Azərbaycan ilə İsrail arasındakı diplomatik, iqtisadi və mədəni münasibətlərin əsas aspektləri

“Qeyd edə bilərəm ki, ölkənizə səfərimdən öncə Azərbaycana vurğun idim. Lakin bu gün Sizinlə apardığım söhbətdən sonra anladım ki, bu sözlər hamı tərəfindən deyilə bilər”.

Şimon PERES İsrail Dövlətinin Prezidenti

Azərbaycan Respublikasının İsrail ilə rəsmi münasibətlərinin tarixi 6 ap-rel 1992-ci il tarixindən başlasa da dövlət müstəqilliyinin bərpasından dərhal sonra, 1991-ci il dekabrın 25-də İsrail Azərbaycanın suverenliyini tanıyan ilk dövlətlərdən olmuşdur. Onu da qeyd edək ki, Azərbaycan MDB məkanında İsrail tərəfindən tanınan ilk dövlətlərdəndir. İsrailin atdığı bu diplomatik addım gələcəkdə Azərbaycan ilə münasibətlərinin inkişafına təkan vermiş, 1994-cü ilin mart ayında Bakıda İsrail dövlətinin səfirliyi fəaliyyətə başlamışdır. İsrailin Azərbaycanda ilk diplomatik missiyasına səfir Eliezer Yotvat rəhbərlik etmişdir [21].

Dövlət müstəqilliyinin yenidən bərpasından sonra, 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycanın İsrail ilə münasibətlərinin in-kişafına xüsusi diqqət ayırmış, nəticədə ikitərəfli əlaqələrin qurulması və gələcək perspektivləri üçün zəmin yaranmışdır. Heydər Əliyev müstəqil dövlətin başçı-sı kimi ilk dəfə 1995-ci il yanvarın 28-də İsveçrədə (Davos) keçirilən Dünya İqtisadi Forumunda İsrailin o dövrdə xarici işlər naziri olmuş Şimon Pereslə, həmin ilin oktyabrın 22-də isə BMT Baş Məclisinin toplantısında baş nazir İs-haq Rabinlə rəsmi görüşlər keçirmiş, Azərbaycan-İsrail münasibətlərinin in-kişaf perspektivlərini müzakirə etmişdir [1]. Heydər Əliyevin İsrail rəsmilərilə baş tutan hər iki görüşü Azərbaycan Respublikasının bu dövlət ilə diploma-tik münasibətlərinin təməlini qoymuşdur. Bu görüşlərin ardınca 1996-cı ildə səhiyyə naziri Efraim Sneh İsrailin Azərbaycanda ilk rəsmi səfərdə olan hökumət nümayəndəsi olmuşdur. Həmin ilin yanvarın 11-də Fransanın keçmiş preziden-ti Fransua Mitteranın dəfn mərasimində İsrailin o vaxtkı baş naziri Ş.Pereslə, dekabrın 2-də isə ATƏT-in dövlət başçılarının Lissabonda keçirilən sammi-ti çərçivəsində İsrailin yeni baş naziri olmuş Benyamin Netanyahu ilə Heydər Əliyevin görüşləri zamanı dövlətlərarası əlaqələrin genişlənməsi məqsədilə müxtəlif sahələri əhatə edəcək məsələlər ətrafında müzakirələr aparılmış-dır. 1997-ci il avqustun 29-da İsrailin baş naziri B.Netanyahunu qəbul edən Heydər Əliyev İsrailin Yaxın Şərqdə mühüm rola malik olduğunu qeyd etmiş, münasibətlərin inkişaf etdirilməsini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində İsrailin Azərbaycana siyasi dəstək verməsinin

Page 185: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

185

əhəmiyyətini vurğulamışdır. Həmçinin görüşdə iki ölkə arasında əməkdaşlığın dinamik inkişafına nail olmaq üçün işçi qrupunun yaradılmasına qərar veril-mişdir. B.Netanyahu ilə görüşü zamanı Heydər Əliyev Azərbaycanda bir çox millətlərin mehriban şəraitdə yaşadığını, ölkənin tolerantlıq nümunəsi kimi yəhudilərə də qucaq açdığını bildirmişdir: “Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır” [1].

Çox keçmədən 1999-cu il noyabrın 18-də Heydər Əliyev ATƏT-in Türkiyə Respubli-kasında keçirilən sammitində İsrailin keçmiş baş naziri Ehud Barakla görüşmüş və son illər ərzində müxtəlif ölkələrdən, həmçinin də İsraildən Azərbaycana rəsmi səfərə gəlmiş hökumət nümayəndələri ilə keçirdiyi müzakirələri hər iki dövlət arasında mövcud olan əlaqələrin genişlənməsi baxımından yüksək qiymətləndirdiyini dilə gətirmişdir: “Xaricdə yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir”. Diplomatik təmasların davamı kimi Heydər Əliyev 2000-ci il sentyabrın 6-da ABŞ-da yenidən baş nazir E.Barakla görüşmüşdür [1]. Budəfəki görüş daha məhsuldar ol-muş və beləliklə də, Heydər Əliyev İsrail rəsmilərinin diqqətini Azərbaycana çəkmiş, ölkənin xarici siyasətində bir nömrəli məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qa-rabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq yəhudi lobbi və diaspor təşkilatlarının məsələyə münasibətinin va-cib olduğunu vurğulamışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının xarici syasətində Yaxın Şərq ölkələri və bu ölkələr sırasında İsrail, həmçinin Fələstin ilə münasibətlərin inkişaf etdirilməsini və gələcək əmkəkdaşlıq perspektivlərinin müəyyən olunmasını Prezident İlham Əliyev də diqqətdən kənarda qoymamışdır. Bu səbəbdən Prezident İlham Əliyevin istər Azərbaycanda, istərsə də xarici ölkələrə etdiyi səfərlərdə İsrailin yüksək səviyyəli hökumət nümayəndələri, ən başlıcası isə İsrail prezidenti ilə keçirdiyi bir sıra rəsmi görüşlər diqqət cəlb edir.

B.Netanyahu ilə görüşü zamanı Heydər Əliyev Azərbaycanda bir çox millətlərin mehriban şəraitdə yaşadığını, ölkənin tolerantlıq nümunəsi kimi yəhudilərə də qucaq açdığını bildirmişdir: “Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır”.

Page 186: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

186

Bu ikitərəfli görüşlər İsrailin Azərbaycana olan marağını daha da artırmışdır. İlham Əliyev prezidentliyinin üçüncü ilində, daha dəqiq desək, 2006-cı ilin iyu-nunda Qazaxıstanın paytaxtı Astanada İsrailin o dövrdə baş naziri postunda fəaliyyət göstərmiş Ş.Peres ilə görüşmüşdür. Ardınca 2008-ci il avqustun 10-da Çinin paytaxtı Pekində olimpiya oyunlarının açılışı zamanı, 2009-cu il yanva-rın 30-da isə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda artıq İsrailin prezidenti olmuş Ş.Peres ilə görüşlər keçirməyə müvəffəq olmuş, bununla da ikitərəfli münasibətlərin inkişafı üçün yeni zəmin yaranmışdır. Azərbaycan-İsrail münasibətlərinin gələcək inkişafına dəstək verən amillərdən biri də Prezident İlham Əliyevin dəvəti ilə 2009-cu ilin 28-29 iyun tarixlərində İsrail dövlətinin başçısı Ş.Peresin Azərbaycan Respublikasına rəsmi səfərinin nəticələri olmuşdur. Bununla da Azərbaycan-İsrail münasibətlərinin yaxın tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 iş adamı ilə Bakıda təmsil olunmuş, prezidentlərin iştirakı ilə iki mühüm sənəd - 1) kommunikasiya; 2) təhsil-elm və texnologiya sahələrində - imzalanmışdır. Bu yüksək səviyyəli görüşdən sonra Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifə açılmış və ikitərəfli münasibətlər pozi-tiv istiqamətdə inkişaf etməyə başlamışdır [12, 26-27].

2010-cu il oktyabrın 3-də Bakıda yəhudi məktəbinin açılışında iştirak etmək üçün Azərbaycana gələn beynəlxalq yəhudi icmalarının başçılarını qəbul edən Prezident İlham Əliyev bu məktəbin timsalında milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirmişdir [9]. 2012-ci il aprelin 22-də isə Prezident İlham Əliyev Bakıda İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüşmüş, həmin il Azərbaycan-İsrail diplomatik münasibətlərinin 20-ci ildönümü kimi yadda qalmış və ötən illər ərzində dövlətlərarası əlaqələrin möhkəmlənməsinə zəmin yaradan bir çox məsələlər və gələcək əməkdaşlıq münasibətləri müzakirə olunmuşdur. 2013-cü il mayın 3-də Prezident İlham Əliyev İsrailin baş naziri olmuş E.Barakı qəbul etmiş, ikitərəfli münasibətlərin gün keçdikcə inkişaf etməsi bir daha müzakirə olunmuş və Bakıda həmin ərəfədə baş tutan I Cənubi Qafqaz Forumunun Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində əhəmiyyətli olacağı bildirilmişdir [10; 13].

Son illər Azərbaycan-İsrail iqtisadi əlaqələri də inkişaf edən sahələrdəndir. Azərbaycanın enerji resursları İsraili cəlb edir. Qeyd edək ki, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir. 2010-cu ilin statistikasına əsasən, İsrail neftə olan tələbatının 30 faizini Azərbaycan nefti hesabına ödəyir. Bununla yanaşı, İsrail ölkəmizdən neft məhsulları da idxal edir və Azərbaycan qazının ölkəsinə nəqli üçün əlverişli yollar axtarır. Azərbaycanın hava yolları şirkəti “AZAL” 1993-cü ildən etibarən Bakı ilə Tel-Əviv arasında reyslər həyata keçirir. Digər tərəfdən, 1994-cü ildə İsrailin tanınmış telekommunikasiya şirkəti “Bezeq” Azərbaycanda bu sahəyə ilk sərmayə yatıran şirkət olmuş və həmin il “Bakcell” İsrailin ilk mobil operatoru kimi ölkədə fəaliyyətə başlamışdır [11]. 2007-ci ilin fevralında Azərbaycan və İsrail arasında ilk iqtisadi sənəd olan “İnvestisiyaların

Page 187: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

187

qorunması və təşviqi haqqında” razılaşma əldə olunmuşdur. 7-8 iyul 2009-cu il tarixində 6 İsrail şirkətinin iştirakı ilə İsrail-Azərbaycan tikinti forumu, həmin ilin iyunun 29-da isə hər iki ölkə başçısının iştirakı ilə Azərbaycan-İsrail Biznes Forumu keçirilimişdir. Bundan əlavə, Bakı-Şamaxı-Yevlax yolunun 156 km.-lik Muğanlı-Yevlax hissəsinin yenidən bərpa olunması layihəsində İsrailin “Binui” və “Shikun” şirkətləri də iştirak etmişdir [2]. Əgər 1992-ci ildə Azərbaycanla İsrail arasında ticarət həcmi 60-70 milyon dollar təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 4 milyard dollara qədər yüksəlmişdir [3].

Azərbaycanla İsrail arasında mədəniyyət sahəsindəki əlaqələrə gəldikdə isə qeyd olunmalıdır ki, bu sahədə hər iki ölkənin daspor təşkilatları yaxından iş-tirak edirlər. Azərbaycanda yaşayıb fəaliyyət göstərən yəhudi icmaları ölkədəki ən fəal icmalardandır. Bu icmalar 3 qrupa bölünür: 1) Bakı və Qubada (Qırmızı qəsəbə) yaşayan dağ yəhudiləri icması; 2) Əsasən Bakı və Sumqayıtda yaşayan Avropa yəhudiləri (aşkenazlar) icması; 3) Azərbaycanın Gürcüstanla sərhədində yaşayan Gürcüstan yəhudiləri icması.

Bakıda fəaliyyət göstərən “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-l-Xetzola” komitələri Azərbaycanda yaşayan yəhudilər üçün yəhudi tari-xi, mədəniyyəti və adət-ənənələrinin təbliği və qorunmasında, eləcə də Azərbaycan-İsrail mədəni əlaqələrinin genişlənməsində maraqlı tərəf kimi çıxış edirlər. Eyni zamanda, “Yeva” qadın və “Hesed-Gerşon” xeyriyyə cəmiyyətləri, “Alef”, “Kilel” gənclər klubu, “Mişpaxa” videoklubu, dini “İeşivlər” və “Xabad or-Avner” orta məktəbləri yəhudi uşaqlarının öz ana dilində təhsil almalarına ciddi dəstək verirlər. Bununla da Azərbaycan öz ərazisində yəhudi dini və ya dünyəvi təhsil verən məktəblərin fəaliyyət göstərdiyi yeganə müsəlman ölkəsidir. Av-ropanın ən böyük sinaqoqlarından biri 2003-cü ildə Bakıda fəaliyyətə başla-mışdır. Qubanın “Qırmızı qəsəbə” adlı kəndində isə Mikva (ibadətdən əvvəl yuyunma yeri) çoxdan fəaliyyət göstərir.

Azərbaycanda “Azİz”, “Qüllə”, “Amişav” kimi rus və yəhudi dillərində qəzetlər də nəşr olunmaqdadır [1]. Ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən yəhudi qurumları Azərbaycan-İsrail mədəni əlaqələrinin inkişafı və möhkəmləndirilməsində fəallığı ilə digər xalqların icmalarından seçilirlər.

Hazırda İsrailin müxtəlif şəhərlərində Azərbaycandan köçmüş yəhudilər müxtəlif mədəni təşkilatlar təsis etməklə xalqlararası mədəni əlaqələrin genişlənməsinə şərait yaratmaqdadırlar. Məsələn, İsrailin Afula şəhərində Azərbaycan Mədəniyyəti Mərkəzi, Bakıda isə İsrail Mədəniyyət Mərkəzi fəaliyyətini davam etdirir. 1991-ci ildə Hayfada “Hayfa-Bakı Cəmiyyəti” təsis edilmiş, 2005-ci il mayın 25-də isə Azərbaycan əsilli tanınmış cazmen və pi-anoçu Leonid Ptaşka həmkarı Şlomo Qronixlə birgə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında maraqlı konsert proqramı ilə çıxış etmiş-dir. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası sayılan “Azİz” 2007-ci il aprelin 12-də İsraildə yaradılmış və hazırda iki ölkə arasında mədəni, elmi və iqtisadi əlaqələrin inkişafına dəstək verməkdə davam edir. Assosiasiyanın İsraildə 50

Page 188: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

188

mindən çox üzvü var. Bu qurumun dəstəyi və təşkilatçılığı ilə 2007-ci il iyu-nun 21-də Bakıda Azərbaycan-İsrail diplomatik münasibətlərinin 15 illiyinə həsr olunmuş muğam gecəsi keçirilmiş, 2008-ci ilin noyabrında isə İsraildə M.Maqomayevin xatirə gecəsinə həsr olunmuş konsert baş tutmuşdur [1].

Göründüyü kimi, Azərbaycan-İsrail diplomatik, iqtisadi və mədəni münasibətləri ötən illər ərzində inkişaf yolu keçmişdir. Bu gün də ikitərəfli münasibətlərin dinamik inkişafı nəzərə çarpmaqdadır. Əslində yuxarıda qeyd olunan sahələrlə bağlı iki dövlət arasında əməkdaşlıq və rəsmi görüşləri bəyan edən daha çox məqamlar geniş şərh oluna bilərdi, lakin bu bölmədə Azərbaycan-İsrail münasibətlərinin əsas aspektləri təhlil olunmuş və gələcək perspektivlərin araşdırılmasında möhkəm diplomatik-siyasi, iqtisadi və mədəni bazanın olduğu müəyyən edilmişdir.

Azərbaycan-İsrail münasibətləri kontekstində Fələstin-İsrail münaqişəsinə baxış

Azərbaycan Respublikasının İsrail dövləti ilə münasibətlərində tədqiqatçı və diplomatların ən çox üzərində durduğu məsələ Azərbaycanın Yaxın Şərq siyasətində müsəlman ölkələri ilə paralel olaraq İsrail ilə də diplomatik əlaqələrə son dərəcə diqqət yetirməsidir. Bunlarla yanaşı, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verən Azərbaycan hökuməti

beynəlxalq ictimaiyyətin nəzərini öz üzərinə çəkməkdədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Fələstinə dəstəyini sözdə deyil əməldə də yerinə yetirməkdədir. Beynəlxalq təşkilatlarda, xüsusilə də BMT-nin yüksək səviyyəli toplantılarında Azərbaycan Fələstinin haqq işini dəstəkləyən dövlətlər sırasında yer almaqdadır. Bununla da Azərbaycan istənilən dövlət ilə sivil qay-dalara əsaslanan və beynəlxalq maraqlarına cavab verən mehriban qonşuluq siyasətinə sadiq qaldığı kimi digər dünya dövlətləri ilə də qısa müddət ərzində müstəqil və balans-laşdırılmış siyasət yürütməyə nail olmuşdur. Ən əsası isə Azərbaycanın beynəlxalq hü-quq çərçivəsində Fələstinə dəstək verməsi İsrail ilə əməkdaşlığına kölgə salmamışdır. Hal-hazırda Azərbaycan hər iki dövlət ilə çoxtərəfli münasibətlər qurmaqda maraqlı olduğunu bəyan etməkdədir.

Görkəmli dövlət xadimi Heydər Əliyev

Azərbaycan Respublikası Fələstinə dəstəyini sözdə deyil

əməldə də yerinə yetirməkdədir. Beynəlxalq təşkilatlarda, xüsusilə

də BMT-nin yüksək səviyyəli toplantılarında Azərbaycan

Fələstinin haqq işini dəstəkləyən dövlətlər sırasında yer almaq-dadır. Bununla da Azərbaycan

istənilən dövlət ilə sivil qaydalara əsaslanan və beynəlxalq ma-

raqlarına cavab verən mehriban qonşuluq siyasətinə sadiq qaldı-ğı kimi digər dünya dövlətləri ilə

də qısa müddət ərzində müstəqil və balanslaşdırılmış siyasət yürütməyə nail olmuşdur.

Page 189: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

189

1997-ci ilin 9-11 dekabr tarixlərində İran İslam Respublikasının paytax-tı Tehranda baş tutan İKT (hazırda İƏT) dövlət başçılarının VIII zirvə toplan-tısı çərçivəsində Fələstin lideri Yasir Ərafatla keçirdiyi rəsmi görüşü zamanı Azərbaycanın müstəqil Fələstin dövlətinin yaradılmasına tərəfdar çıxdığını bil-dirmişdir. Görüşdə hər iki xalqın zəngin islam ənənələri ilə bağlılığı xüsusilə vur-ğulanmışdır [7, s.200]. Eyni mövqe hazırda Prezident İlham Əliyev tərəfindən də dəstəklənməkdədir.

Münaqişənin BMT Təhlükəsizlik Şurasının və eləcə də ATƏT kimi nüfuzlu təşkilatın dəstəyi ilə həll ediləcəyinə böyük inamla yanaşan Fələstinin Amerika və İsrailin etirazlarına baxmayaraq 2011-ci il oktyabrın 31-də lehinə 107 səslə BMT-nin mədəniyyət təşkilatı sayılan UNESCO-ya tamhüquqlu üzv seçilməsi İs-lam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin ciddi dəstəyi nəticəsində reallaşdı [7, s.201]. Fələstinin UNESCO-ya tamhüquqlu üzv seçilməsi bu dövlətin dünya birliyi tərəfindən tanınması istiqamətində atılan növbəti addım oldu. Qeyd edək ki, Azərbaycan da İƏT üzv olan və Fələstinin lehinə səs verən ölkələr sırasında yer almışdı.

Ümumilikdə son illər ərzində Azərbaycan-Fələstin diplomatik münasibətlərində də inkişaf nəzərə çarpır. Lakin İsrail Fələstindən fərqli olaraq 1991-ci ildən Azərbaycanla münasibətlər qurmağa başlamış və 1994-cü ildə Bakıda səfirliyini açmağa müvəffəq olmuşdur [15]. Azərbaycan-İsrail diploma-tik münasibətləri yaxın tarixdə 20 illik bir dövrü əhatə etsə də, Fələstin dini bir olan Azərbaycan ilə diplomatik səviyyədə bir neçə ildir münasibətlər qura bilmişdir. Prezident İlham Əliyev 2009-cu il oktyabrın 29-da Fələstinin xari-ci işlər naziri Riyad Əl-Malikini qəbul etmiş və bu görüş ikitərəfli diplomatik münasibətlərin inkişafında əhəmiyyətli rol oynamışdır [20]. Belə ki, R.Əl-Maliki Fələstin rəhbərliyi adından Azərbaycan Prezidentinə məktub təqdim edərək ölkəsinin Azərbaycanda səfirlik açmaq niyyətində olduğunu bildirmişdir. Ar-dınca 2011-ci il iyunun 27-də Fələstin muxtariyyətinin rəhbəri Mahmud Ab-bas Azərbaycanda rəsmi səfərdə olmuş, Prezident İlham Əliyevlə görüşmüş və Fələstinin Bakıdakı səfirliyinin açılışında iştirak etmişdir. Bu səfərə böyük əhəmiyyət verən Fələstin rəhbərliyi Azərbaycan ilə diplomatik münasibətlərin daha intensiv şəkildə inkişaf etdiriləcəyinə inandığını bildirmişdir [6].

Qeyd etmək lazımdır ki, M.Abbasın Bakıya səfəri zamanı Azərbaycanın hər iki dövlət - İsrail və Fələstin arasında mövcud oaln gərginliyin aradan qaldırılması və müstəqil Fələstin dövlətinin yaradılmasına verdiyi ən böyük dəstək Prezident İlham Əliyevin mətbuat üçün verdiyi bəyanatında Fələstinin adının çəkildiyi za-man dövlət ifadəsini işlətməsi olmuşdur: “Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fələstin Dövlətinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir” [6]. Əslində bu, Azərbaycan hökumətinin Fələstin və İsrail xalqları arasında sülh və əmin-amanlığın bərqərar olunmasına bildirilən ən böyük səmimi möv-qe kimi qəbul olunmalıdır. Prezident İlham Əliyevin aşağıdakı sözləri Fələstin dövlətinin yaradılması istiqamətində Azərbaycanın verdiyi dəstəyin qardaşlıq

Page 190: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

190

borcu və beynəlxalq hüquq normalarına əsaslandığını təsdiq edir: “Sizinlə çox geniş şəkildə Fələstin-İsrail danışıqlarının indiki mərhələsi ilə əlaqədar fikir mübadiləsi apardıq. Bir daha demək istəyirəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcu-muzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır” [6].

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İƏT və BMT Təhlükəsizlik Şurasının toplantılarında, xarici ölkələrə səfərləri zamanı Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlara Azərbaycanın tərəfdar çıxdığını dəfələrlə bəyan etmiş və bu işdə hökumətin birmənalı mövqeyini ortaya qoymuşdur. 2011-ci il yanvarın 10-da Küveytin “Əl-Ray” qəzetinə müsahibəsində E.Məmmədyarov Fələstin-İsrail münaqişəsinə toxunmuşdur. Jurnalistin “Rəsmi Bakı ərəb və islam dövlətləri ilə əlaqələr və İs-rail ilə sıx diplomatik və iqtisadi əməkdaşlıq arasında orta mövqe tutmağı necə bacarır” sualına cavab verərkən E.Məmmədyarov qeyd etmişdir: “Bizim islam dövlətləri ilə xüsusilə Türkiyə və İKT ilə özəl münasibətlərimiz var. Əgər biz BMT-də keçirilən səsvermələrə nəzər salsaq, Azərbaycanın daim islam və ərəb dövlətlərinin problemlərilə əlaqədar dəstək mövqeyində durduğunu görərik. İsrailə gəlincə, bizim bu ölkə ilə diplomatik əlaqələrimiz var və İsrailin Bakıda səfirliyi fəaliyyət göstərir. Belə ki, ölkəmizdə böyük yəhudi icması vardır. Bizim İsraillə möhkəm iqtisadi əlaqələrimiz də mövcuddur.... Mən Fələstinin BMT-də tam üzvlük və digər dövlətlərlə yanaşı tam mandat əldə etməsinin vacibliyinə inanıram” [16]. İsrail və Fələstin dövlət başçılarının Azərbaycana rəsmi səfərləri əslində Azərbaycanın hansı mövqedən çıxış etdiyini aydın əks etdirir. Buna əlavə olaraq, E.Məmmədyarov Türkiyə və İƏT dövlətləri ilə münasibətlərin yüksək səviyyədə olduğunu, eləcə də İsrail ilə möhkəm iqtisadi əlaqələrin qu-rulduğunu şərh etməklə Azərbaycanın xarici siyasətində hər zaman diplomatik tarazlığa diqqət yetirildiyini diqqətə çatdırmışdır.

2013-cü ilin fevral ayında İƏT dövlət başçılarının XII zirvə toplantısında çıxışı zamanı E.Məmmədyarov Fələstin-İsrail münaqişəsindən bəhs edərək bir daha Azərbaycanın dəyişməz mövqeyini bəyan etmişdir: “Biz qardaş Fələstin xalqı-nın sülh, əmin-amanlıq və özlərinin müstəqil dövlətinin yaradılması uğrunda apardığı mübarizəsini tam dəstəkləyirik. Biz artıq bu istiqamətdə müəyyən irəliləyişin olduğunu, xüsusilə də Fələstin Dövlətinin UNESCO-ya qəbul olun-ması, həmçinin BMT-də qeyri-üzv müşahidəçi statusu əldə etməsini müsbət nailiyyət kimi qəbul edirik” [19]. Qeyd olunduğu kimi, Fələstin diplomatiyasının

Page 191: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

191

son illər siyasi fəaliyyətində kifayət qədər irəliləyiş müşahidə olunmaqdadır. Fələstinin beynəlxalq səviyyədə müdafiəsi və müstəqil dövlət kimi dünyaya açılması yolunda İƏT dövlətləri və bu dövlətlər sırasında yer alan Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində həm də BMT Təhlükəsizlik Şura-sının (TŞ) qeyri-daimi üzvü kimi fəaliyyətində də təsbit olunmuşdur.

Azərbaycan 2011-ci ilin oktyabrında BMT Baş Assambleyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-nin 155 üzv dövlətinin dəstəyini qazanaraq Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçil-mişdir. Növbəti ilin may ayından etibarən ölkəmiz BMT TŞ-də rotasiya qay-dasına əsasən prezidentlik etmişdir. Bu səbəbdən BMT TŞ-nin səlahiyyətli nümayəndəsi kimi Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov 2013-cü ilin aprel ayında Fələstin və İsraildə rəsmi səfərlərdə olmuş, hər iki dövlətin başçıla-rı və hökumət nümayəndələri ilə keçirdi-yi görüşlərdə Azərbaycanın Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar çıxdığını və tezliklə müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini vur-ğulamışdır. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev 2012-ci il yanvarın 24-də TŞ-nin növbəti toplantısın-da çıxışı zamanı Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində Azərbaycan hökumətinin mövqeyini bütün dünyaya bəyan etmişdir: “Azərbaycan Fələstin-İsrail danışıqlarını alqışlayır, bu danışıqların ədalətli və da-vamlı həllə gətirib çıxaracağına ümid edir” [5]. A.Mehdiyev Azərbaycanın Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını tam dəstəklədiyini, müstəqil Fələstin dövlətinin yaradılmasının da Yaxın Şərq regionunda sülhün bərqərar olunması baxımından vacib olduğunu bildirib və dünyada mövcud olan bütün hərbi işğal vəziyyətlərində müvafiq hüquqi normaları tətbiq etməyə və işğalın davam etməsi üçün atılan bütün addımların qarşısını dərhal almağa çağırıb: “Təhlükəsizlik Şurası bu cür qa-nunsuz hərəkətlərə son vermək üçün öz sözünü deməlidir” [4]. A.Mehdiyevin İsrailin qanunsuz şəkildə Fələstin ərazilərində həyata keçirdiyi tikintiyə işarə etməsi Azərbaycan tərəfinin beynəlxalq hüquq normaları ilə razılaşdırılmış şəkildə hərəkət etməyin vacib olduğu mövqeyini ortaya qoymuşdur. Bu möv-qe Azərbaycan-İsrail yaxınlaşmasına müsbət yanaşmayan qüvvələrə dövlət

Azərbaycan-Türkiyə çoxtərəfli münasibətləri kifayət qədər yüksək səviyyədədir və bu əməkdaşlığın Azərbaycan-İsrail yaxınlaşması ilə zəifləyəcəyi də həqiqətə uyğun deyil. İrandan fərqli olaraq Türkiyə İsrailə ciddi düşmən gözü ilə baxmır, əksinə Yaxın Şərq siyasətini günbəgün yeniləmək və inkişaf etdirmək niyyətindədir. Bu səbəbdən həm Türkiyə, həm İran, həm də Azərbaycan müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək ifadə etməkdə davam edirlər.

Page 192: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

192

tərəfindən verilən tutarlı cavabdır. Hazırkı vaxtda bu, mümkün olmasa da, gələcəkdə Orta Şərqdə Fələstin dövlətinin elan olunması regionda sülh və əmin-amanlığın qarantına çevriləcək. İsrailin Azərbaycanda fəaliyyət göstərmiş sabiq səfiri Artur Lenk 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “İsrail-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” mövzusunda keçirdiyi üçüncü görüşündə ölkəsinin baş naziri B.Netanyahunun Fələstinlə bağlı mövqeyini şərh edərək “iki millət, iki dövlət” prinsipi üzrə bir-biri ilə qonşuluq şəraitində yaşayacaq İs-rail və Fələstin dövlətlərinin mövcudluğuna tərəfdar olduqlarını vurğulamışdır [14]. Bu səbəbdən Azərbaycanın da dəstək verdiyi bu məsələdə İsrail və Ame-rikanın Fələstin məsələsində BMT-nin rolunun artırılmasına tərəfdar çıxmaları çox vacibdir.

Azərbaycan və İsrail arasında strateji əməkdaşlıq məsələləri: Türkiyə və İran

Azərbaycan Respublikasının xarici siyasətində tutduğu yol, tarazlaşdır-ma siyasəti ölkənin Yaxın və Orta Şərq siyasətinin inkişafına dəstək verən amillərdəndir. Bu səbəbdən qonşuları Türkiyə və İrandan fərqli olaraq Azərbaycanın İsrail ilə münasibətlərinin qurulması və ya İsrail ilə diplomatik əməkdaşlığın həyata keçirilməsində heç bir təsir mexanizmi axtarılmamalıdır. Bəzi ölkələr Azərbaycanın İsraildə səfirliyinin açılmamasını İranın siyasi təzyiqi kimi təhlil etməyə cəhd etsə də, əslində məsələ heç də ekspertlərin şərh et-diyi kimi deyil. 1997-ci ildə İsrailin baş naziri B.Netanyahunun Azərbaycana rəsmi səfəri zamanı İranın nüvə silahı istehsal etməsinə qarşı Azərbaycan-İsrail və Türkiyə birgə əməkdaşlığını təklif etməsi sonrakı gedişatda icra olunma-sa da, İran tərəfinin ciddi narazılığına səbəb olmuşdu [11]. Bununla yanaşı, İran hökuməti çox yaxşı anlamaqdadır ki, Azərbaycan qonşuları ilə daim sülh şəraitində yaşamış və eyni siyasəti davam etdirməkdədir. Azərbaycan İsraildə səfirliyini təsis etməsə də, İsrail Bakıda öz səfirliyini açmış və Azərbaycan bu məsələdə İranın məsləhətinin sivil qanunlara uyğun olmadığını sübut etmiş-dir. Lakin 2009-cu ildə İsrail prezidenti Ş.Peresin Azərbaycana rəsmi səfərinə İran sərt reaksiya vermiş, hətta səfirini geri çağıraraq Azərbaycanın daxili siyasətinə müdaxilə etmək istəmiş, buna nail ola bilməyincə səfirin şəxsi işləri ilə əlaqədar ölkəsinə döndüyünü açıqlamaqla kifayətlənmişdir [7, s.205]. Digər tərəfdən, İran üzərinə hücum olacağı təqdirdə Azərbaycanı İsrailə ərazisindən istifadə etməyə icazə verməsi ilə də ittiham etməyə cəhd etmişdir. Lakin 2012-ci ilin mart ayında İranda rəsmi səfərdə olan Azərbaycanın keşmiş müdafiə naziri Səfər Əbiyev hücum olacağı təqdirdə Azərbaycanın öz ərazisindən İran əleyhinə istifadə olunmasına heç vaxt yol verməyəcəyini bəyan etmişdir [11].

Göründüyü kimi, Azərbaycan mehriban qonşuluq siyasətinə sadiq qaldığını açıq şəkildə bildirsə də, İran Azərbaycan-İsrail əməkdaşlığına qısqanc yanaş-

Page 193: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

193

maqda davam edir. İranın Ermənistana siyasi və iqtisadi dəstəyini artırmaq-da davam etməsinə baxmayaraq, Azərbaycan rəsmi Tehrana təzyiqlər etmək vasitəsilə məsələnin həll olunması yolunu seçmir.

Azərbaycan sovet hakimiyyətinin Qafqazda süquta uğraması ilə müstəqilliyini tez bir zamanda bərpa edə bildiyi kimi, xarici və daxili siyasətinin də perspektiv istiqamətlərini təyin edə bilmişdir. Respublikanın beynəlxalq aləmdə tanınması və bugünkü gündə uğurla fəaliyyət göstərən diplomatiyası görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı olmuş və bir konsepsiya şəklində Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə da-vam etdirilməkdədir. Qeyd olunduğu kimi, Azərbaycan Yaxın Şərq siyasətində İsrail və Fələstin ilə diplomatik münasibətlərinə böyük əhəmiyyət verir. İsraildə səfirliyin açılmaması isə ölkənin müsəlman dünyasında, yəni İƏT-də aktiv siyasət yürütməsi ilə də izah oluna bilər. Başqa sözlə, Azərbaycan bütün sivil dövlətlər kimi həm milli, həm də beynəlxalq maraqlarını qorumağı bacardığı və daxili siyasəti olduğu üçün bunu İranla müzakirə etmək niyyətində deyil. İƏT ölkələri, ümumilikdə müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına müvafiq şəkildə həll olunmasının tərəfdarıdır. E.Məmmədyarov Küveytin “Əl-Ray” qəzetinə yuxarıda qeyd olunan müsahibəsində Azərbaycan-İsrail münasibətlərindən danışarkən jurnalistin İsrail ilə təhlükəsizlik sahəsində əməkdaşlığın qonşularla əlaqələrə təsiri və səfirliyin açılması sualına belə cavab vermişdir: “Biz indiyədək Tel-Əvivdə səfirliyimizi açmamışıq. Çünki biz iki dövlət – İsrail və Fələstin dövlətinin olmasının tərəfdarıyıq... Bizim İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığımızın səbəbi işğala məruz qalmağımız, bəzən isə Azərbaycana silah satılması ilə əlaqədar bir sıra problemlərlə üzləşməyimiz ol-muşdur. Məsələ silahlı qüvvələrimizin bərpa olunması istiqamətində Müdafiə Nazirliyinin xarici tərfdaşlara ehtiyacından doğmuşdur. Biz o zaman ordu-muzun silahlandırılması ilə əlaqədar bir sıra dövlətlərə müraciət etmişdik və müraciətimizi ilk olaraq İsrail cavablandırmışdı. İranla münasibətlərə gəlincə, bizim İsraillə əlaqələrimiz bu münasibətlərə heç vaxt təsir edə bilməz. Biz qonşuyuq, İranda eyni dildə danışdığımız böyük Azərbaycan icması vardır, biz müştərək adət-ənənələrə malikik və mehriban qonşuluq siyasətinə ina-nırıq” [16]. E.Məmmədyarov “bəzi ölkələr Azərbaycanın İsraillə İran arasında platsdarma çevrildiyini güman edirlər” fikrinə münasibətdə qeyd etmişdir ki, “Mən bizim kimsə tərəfindən istifadə olunmağımızın mümkün olduğunu düşünmürəm. Biz iki ölkə arasında münasibətlərdə vəziyyəti idarə etmək im-kanına malikik” [16]. Qeyd edildiyi kimi, Azərbaycan istər qonşu ölkələr, istərsə də digər dövlətlərlə diplomatik-siyasi, iqtisadi, mədəni və müxtəlif sahələrdə münasibətlər qurmaq baxımından siyasi təcrübəyə malik müasir müsəlman ölkəsidir.

Türkiyəyə gəldikdə isə qeyd etmək lazımdır ki, “Davos” və “Mavi Mərmərə” hadisələrindən xeyli vaxt keçməsinə baxmayaraq, Türkiyə-İsrail münasibətlərində

Page 194: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

194

soyuqluq hələ də müşahidə edilməkdədir. Son Misir hadisələri və Suriyada kimyəvi silahın istifadəsi nəticəsində insanların kütləvi şəkildə tələf olması ilə bağlı Türkiyə baş nazirinin dolayı da olsa İsrailə işarə etməsinə rəğmən iki ölkə arasındakı münasibətlərdə kritik hədd yaşanmasa da, iki ölkə arasında hələ uzun müddət soyuqluğun davam edəcəyi aydın görünür. Belə olduğu halda “İsrailin müsəlman aləmində strateji əməkdaşlıqda maraqlı olduğu tək dövlət Azərbaycandır” desək, yanılmarıq. Digər tərəfdən, Azərbaycan-Türkiyə çoxtərəfli münasibətləri kifayət qədər yüksək səviyyədədir və bu əməkdaşlığın Azərbaycan-İsrail yaxınlaşması ilə zəifləyəcəyi də həqiqətə uyğun deyil. İran-dan fərqli olaraq Türkiyə İsrailə ciddi düşmən gözü ilə baxmır, əksinə Yaxın Şərq siyasətini günbəgün yeniləmək və inkişaf etdirmək niyyətindədir. Bu səbəbdən həm Türkiyə, həm İran, həm də Azərbaycan müstəqil Fələstin dövlətinin yaradıl-masına dəstək ifadə etməkdə davam edirlər. Lakin bu məsələdə İranın bir qədər emosional mövqedə dayanması və keçmiş İran iqtidarının İsraili yer üzündən silmək kimi qeyri-diplomatik, təhdidlərlə dolu bəyanatlar səsləndirməsi və sanki Orta Şərqdə böyük güc kimi görünmək istəyi rəsmi Tehranın dünya birliyi tərəfindən ciddi qınanması ilə nəticələnmişdir. Hazırda İranda yeni iqtidar for-malaşmış və bu iqtidarın Azərbaycan-İsrail münasibətləri haqqında hər hansı sərt reaksiya verməsi gələcəkdə İsrail rəsmilərinin Azərbaycana səfərləri zama-nı gündəmə gələ bilər.

Nəticə

Azərbaycan-İsrail münasibətləri üçüncü ölkəyə qarşı heç bir təhdid yarat-madığı kimi bu əməkdaşlığa mane olmaq istəyən qüvvələr də anlamalıdırlar ki, Azərbaycan bir müsəlman ölkəsi olaraq müsəlman dünyasında İsrailə qarşı mövcud olan stereotipləri qırmış və İsrailin heç də qorxunc bir qüvvə olma-dığını, əksinə Orta Şərq regionunda daimi sülh və əmin-amanlığın bərqərar olunması baxımından bu dövlət ilə münasibətlərin qurulmasının vacib oldu-ğunu göstərmişdir.

Bu, bir həqiqətdir ki, İsrail həm region dövlətləri ilə, həm də beynəlxalq səviyyədə rəqabət apara biləcək müasir elm, təhsil sistemləri və texnologiya-lara malikdir. İsrail son zamanlar səhiyyə, nanotexnologiya, müdafiə sənayesi və kosmik tədqiqatlar sahələrində də yeni uğurlara imza atmışdır. Bu gün Azərbaycanın Yaxın Şərq siyasətində İsrail ilə əməkdaşlıq etməsinə mane ola biləcək ciddi bir əsas yoxdur. Çünki müasir Azərbaycan Respublikasının qu-rucusu və görkəmli dövlət xadimi Heydər Əliyevin təyin etdiyi xarici siyasət nəticəsində ölkədə hərtərəfli, davamlı inkişafa nail olunmuşdur. Hazırda Prezi-dent İlham Əliyevin rəhbərliyi və müdrik siyasətinin nəticəsi olaraq Azərbaycan Respublikası daha da böyük zirvələri fəth etməkdədir. Bu səbəbdən İsrail ilə əməkdaşlıq Azərbaycan Respublikasının bu ölkənin qeyri-neft sektorundakı potensialından, siyasi və hərbi təcrübəsindən yararlanmaq baxımından və qeyd

Page 195: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

195

olunan sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün əlverişlidir. Nəticə etibarilə İsrail ilə müxtəlif sahələri əhatə edən əməkdaşlıq və mübadilə Azərbaycanın müsəlman dünyasının bir parçası olaraq islam həmrəyliyinə kölgə salmadan beynəlxalq maraqlarına cavab vermiş olur.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan-İsrail münasibətləri / http://lib.aliyev-heritage.org/az/8269149.html 2. Azərbaycan-İsrail münasibətləri / http://www.mfa.gov.az/files/file/Az%C9%99rbaycan%20

-%20%C4%B0srail3. Aqşin Mehdiyev: “Azərbaycanın xarici siyasətinin prioritetləri TŞ-yə sədrliyi dövründə

də əvvəlki kimi qalır” / http://www.topnews.az/ru/archive/146852/Aqshin-Mehdiyev-Azarbaycanin-xarici-siyasatinin-prioritetlari-TSh

4. Azərbaycanın BMT-dəki səfiri Fələstində qeyri-qanuni məskunlaşmadan narahatlığını bildirib / http://anspress.com/index.php?a=2&lng=az&nid=142611

5. Azərbaycan İsrail-Fələstin danışıqlarını alqışlayır, bu danışıqların ədalətli və davamlı həllə gətirib çıxaracağına ümid edir / http://apa.az/az/print/248946

6. Azərbaycan və Fələstin prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər / http://www.president.az/articles/2550

7. Əhmədov A. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Yaxın Şərq siyasətində İsrail-Fələstin münaqişəsi: müasir vəziyyət // “Bakı Universitetinin Xəbərləri” jurnalı, № 2, 2012, s. 199-207.

8. Həmidov S. Yaxın Şərqdə siyasi çevrilişlər və İran // “Strateji təhlil” jurnalı, № 3, noyabr, 2011, s. 45-60.

9. İlham Əliyev Azərbaycana gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir / http://www.president.az/ar

10. İlham Əliyev İsrailin baş nazirinin müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir / http://www.president.az/articles/4748

11. İsmayılov E. Azerbaycan-İsrail stratejik ortaklığı / www.bilgesam.org/tr/index.php?option=com_content&view

12. İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev və İsrail prezidenti Şimon Peres mətbuat üçün bəyanatlarla çıxış etmişlər // “Dirçəliş XXI əsr” jurnalı, № 6-7, 2009, s. 26-31.

13. İlham Əliyev İsrail dövlətinin keçmiş baş nazirini qəbul etmişdir / http://www.president.az/articles/8004

14. “İsrail-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” / http://sam.gov.az/events/meetings/677.ht

15. Məmmədli M. Bakıda Azərbaycan-İsrail diplomatik əlaqələrinin 20 illiyi qeyd olunub / http://anspress.com/ind

16. Nazir E. Məmmədyarovun Küveytin “Əl-Ray” qəzetinə verdiyi müsahibənin tərcüməsi / http://www.mfa.gov.az/index.php?options=news&id=13&news_id=393

17. Nazir Elmar Məmmədyarov Fələstinin baş naziri Salam Fayad ilə görüşmüşdür / http://www.mfa.gov.az/index.php?options=news&id=13&news_id=1551&language=az

18. Nazir Elmar Məmmədyarov Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşmüşdür / http://www.mfa.gov.az/index.php?options=news&id=13&news_id=1550&language=az

19. Ömərov V. Azərbaycan və Yaxın, Orta Şərq dövlətləri / http://sia.az/ru/news/fashi-on/338526

20. Prezident İlham Əliyev Fələstin Muxtariyyətinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir / http://archive.president.az/articles.php?item_id=20091030051932174&sec_id=10

21. Израиль и Азербайджан – общие сведения / www.mfa.gov.il/MFARUS/BilateralRelati-ons/IsraelFSU/Azerba

Page 196: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

196

Agil AkhmedovRelations of Azerbaijan with Israel: realities and future prospects

Though the settlement of Jews in Azerbaijani territory has ancient history, Azerbaijani-Israeli diplomatic relations is only 21 years old. However, during the previous years numerous bilateral visits were paid by the officials of the both countries and a number of mutually beneficial documents were signed in the fields of politics, economics and culture. Visit of Shimon Perez, the Pre-sident of Israel to Azerbaijan in 2009, contributed to the strengthening of bi-lateral relations which developed new prospects for political and economic cooperation.

In article also investigated Azerbaijani-Israel cooperation and prospects of these relations.

Агиль АхмедовОтношения Азербайджана с Израилем: реалии и будущие перспективы

Несмотря на древнюю историю расселения евреев в Азербайджане, азербайджано-израильским дипломатическим отношениям только 21 год. Однако проведенные в минувшие годы двусторонние официальные визиты, подписанные документы в политической, экономической и куль-турной сферах были полезны для азербайджано-израильского сотрудни-чества. Визит Президента Израиля Шимона Переса в 2009 году в Азер-байджан способствовал оживлению двусторонних отношений, в которых возникли новые перспективы политического и экономического сотруд-ничества.

В статье были исследованы азербайджано-израильское сотрудниче-ство и нынешние перспективы этих отношений.

Page 197: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

197

Açar sözlər: Mərkəzi Asiya, Çin, Rusiya, iqtisadi böhran, enerji resursları, kredit və sərmayələr, siyasi təsir, rəqabət

Key words: Central Asia, China, Russia, economic crisis, energy resources, credit and investment, political influence, competition

Ключевые слова: Центральная Азия, Китай, Россия, экономический кризис, энергетические ресурсы, кредит и инвестиции, политическое влияние, конкуренция

Mərkəzi Asiya-Çin münasibətləri: Çinin regionda

yüksəlişi

Azad QƏRİBOVAzərbaycan Respublikasının Prezidenti yanındaStrateji Araşdırmalar Mərkəzinin elmi işçisi

[email protected]

Page 198: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

198

Giriş

Son illər ərzində Çin Xalq Respublikasının Mərkəzi Asiyadakı mövqelərini xeyli möhkəmləndirdiyi müşahidə edilməkdədir. Əgər region dövlətlərinin müstəqilliklərini əldə etməsindən sonrakı ilk önillikdə Çinin Mərkəzi Asiyada diqqəti, əsəsən, regiondan gələ biləcək təhlükəsizlik təhdidlərinin qarşısının alınmasına yönəldilmişdisə, rəsmi Pekin son illər ərzində, xüsusən də 2008-2009-cu illər böhranının yaratdığı əlverişli şəraitdən istifadə edərək region-da mövqelərini gücləndirməyə başlamışdır. Çin hazırda region dövlətləri ilə münasibətlərində daha çox iqtisadi əlaqələrin gücləndirilməsinə diqqət yetirsə də, eyni zamanda müxtəlif ikitərəfli və çoxtərəfli təşəbbüslərlə də çıxış edərək Mərkəzi Asiya dövlətləri ilə siyasi münasibətlərini inkişaf etdirir. Çin Prezidenti Si Çzinpinin 2013-cü ilin sentyabr ayında Mərkəzi Asiyaya 10 günlük səfəri çərçəvəsində 4 region ölkəsini ziyarət etməsi və onlarla ümumilikdə 100 mil-yard ABŞ dolları dəyərində sərmayə və kredit sazişi imzalaması Mərkəzi Asiya-Çin münasibətlərinə diqqəti artırmış və ekspert dairələrində ciddi müzakirələrə səbəb olmuşdur. Bu kredit və sərmayə sazişləri bəzi ekspertlər tərəfindən II Dünya müharibəsindən sonra ABŞ-ın Qərbi Avropa dövlətlərinə yardım göstərdiyi, eyni zamanda bu dövlətləri Vaşinqtonun təsir dairəsinə salan “Mar-şal planı”na bənzədilmişdir. Hadisələrin mövcud inkişaf tempi davam edəcəyi təqdirdə regionun tezliklə Çinin iqtisadi asılılığına düşəcəyi və bunun istər re-gionu, istərsə də Mərkəzi Asiyanı özünün “üstün maraqlar zonası” hesab edən Rusiya üçün ciddi nəticələrə gətirib çıxaracağı gözləniləndir.

Hazırkı dövrdə Çinin Mərkəzi Asiya siyasətinin əsas xüsusiyyətləri və müəyyənedici amilləri hansılardır və bu siyasət regionda Çinin əsas rəqibi olan Rusiyanın maraqlarına necə təsir edir? Qeyd edək ki, Çin Mərkəzi Asiya ilə münasibətlərini həmişə praqmatik əsaslarla qurur və bu münasibətlərdə re-gion dövlətlərinin maraqlarını və siyasi ambisiyalarını daima nəzərə alır. Rəsmi Pekin, həmçinin regionda söz sahibi olan digər dövlətlərlə, xüsusən də Rusiya ilə açıq toqquşmaya getməyə xüsusi səy göstərir. Lakin Çinin Mərkəzi Asiyada-kı yüksəlişi digər böyük güclərin regiondakı mövqelərinin zəifləməsi anlamına gəlir və bunun Rusiyada ciddi narahatlıq doğurması qaçılmazdır.

Mərkəzi Asiyanın Çin üçün əhəmiyyəti

Çin üçün Mərkəzi Asiyanın əhəmiyyəti təhlükəsizlik, iqtisadi və siyasi priz-malardan nəzərdən keçirilməlidir. Təhlükəsizlik maraqları baxımından Mərkəzi Asiya dövlətləri ilə sərhədlərin delimitasiyası məsələləri, regionda qeyri-sabitliyin Çinin Mərkəzi Asiya xalqları ilə eyni etnik və dini kökə malik Sintzyan-Uyğurustan Muxtar Vilayətinə yayılması təhlükəsi, ekstremizm və terrorizm təhdidi və s. amillər Çinin Mərkəzi Asiya siyasətinin əsas müəyyənedici faktorları rolunu oynayırdı. Həmçinin Çin 2001-ci ildən sonra NATO və ABŞ-ın Əfqanıstan

Page 199: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

199

müharibəsi ilə regionda aktivləşməsindən və Çinin qərb sərhədlərinin yaxınlı-ğında ABŞ hərbi bazalarının yaradılmasından narahat idi [1].

İqtisadi prizmadan Çinin regiondakı marağı ölkənin artan enerji və digər xammal tələbatını ödəmək, həmçinin enerji idxalatını şaxələndirərək dəniz yol-larından asılılığını azaltmaq siyasəti, o cümlədən yeni satış bazarları əldə etmək istəyindən irəli gəlir. Belə ki, Çinin bütün ticarətinin 85%-i, enerji daşıyıcıları idxalatının isə 80%-i dəniz yolları vasitəsilə həyata keçirilir [2]. Çinin XX əsrin 80-ci illərindən başlayan iqtisadi yüksəlişi özü ilə bərabər enerji istehlakının artımını gətirmişdir. Hal-hazırda Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük neft is-tehlakçısıdır və 2017-ci ildən isə bu sahədə ABŞ-ı geridə buraxaraq dünyada ən böyük enerji istehlakçısına çevriləcəkdir [3]. 2010-cu ildə Çinin illik neft istehlakı 9 mln. barelə çatmışdır ki, bunun yalnız yarısı yerli isteh-sal hesabına ödənmişdir. Bu artımın qarşı-dakı illərdə də davam edəcəyi və 2020-ci ildə Çinin neftə olan tələbatının 70 %-ni id-xal hesabına ödəyəcəyi gözlənilir [4]. Çinin təbii qaza olan tələbatının isə 2035-ci ildə 2008-ci ildəki 85 mld. kubmetrdən 395 mld. kubmetrə çatacağı gözlənilir ki, bunun da əksər hissəsi idxal hesabına ödəniləcəkdir [5]. Hazırda idxal olunan neftin 50%-i Körfəz ölkələrindən alınır və Çin “Ərəb baharı” və ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda destablizasiya riskləri yüksək olan bu regiondan asılılığını azaltmağa və enerji daşıyıcılarının idxal mənbələrini şəxələndirməyə çalışır. Çin həmçinin idxa-lın həyata keçirildiyi dəniz yollarına nəzarət edə bilmir və böhranlı dövrdə bu yolların ABŞ tərəfindən blokadaya alına biləcəyi ehtimalı Çin ekspertləri tərəfindən daima diqqət mərkəzində saxlanılır. Bu səbəblərdən Çinin Mərkəzi Asiyadan enerji daşıyıcılarının ən etibarlı idxal variantı hesab edilən yeni boru kəmərləri layihələrini reallaşdırması çoxdan gözlənilən və başa düşülən addımdır.

Çin regionda yalnız neft və qazın çıxarılması və daşınması sahəsinə in-vestisiya yatırmır. Rəsmi Pekin həmçinin digər mineral xammal ehtiyaclarının qarşılanmasında Mərkəzi Asiyanın payını artırır, həmçinin bu resursları Çinə, əvəzində isə Çində istehsal edilmiş sənaye mallarının bu ölkələrin bazarlarına daşınmasına şərait yaradacaq digər iri nəqliyyat layihələrini reallaşdırmaqda-dır. Çin eyni zamanda çoxsaylı əhalisi üçün ərzaq təhlükəsizliyini təmin etmək

Qərb dövlətlərinin regionda maraqlarının azaldığı, buna uyğun olaraq qərb şirkətlərinin region ölkələrinin iqtisadiyyatına yeni sərmayələrin yatırılmasında maraqlı olmadığı bir dövrdə Çinlə münasibətlər Mərkəzi Asiya dövlətləri üçün ən ideal balanslaşdırıcı element rolunu oynayır. Son dövrlər Çin iri layihələri qısa müddət ərzində və effektiv şəkildə reallaşdıran, həmçinin dövlətlərin daxili işlərinə qarışmayan etibarlı tərəfdaş imici qazanmışdır.

Page 200: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

200

məqsədilə regionun, xüsusən də Qazaxıstanın əkinə yararlı geniş torpalarına maraq göstərir, bu torpaqları icarəyə götürərək fermer təsərrüfatları yaradır.

Mərkəzi Asiya ölkələri üçün isə Çinlə əlaqələr yeni investisiya mənbəyinin əldə edilməsi, həmçinin ABŞ-ın regiondan çəkildiyi bir vaxtda Rusiyanın təsirini balanslaşdırmaq baxımından vacibdir. Qərb dövlətlərinin regionda maraqla-rının azaldığı, buna uyğun olaraq qərb şirkətlərinin region ölkələrinin iqtisa-diyyatına yeni sərmayələrin yatırılmasında maraqlı olmadığı bir dövrdə Çinlə münasibətlər Mərkəzi Asiya dövlətləri üçün ən ideal balanslaşdırıcı element ro-lunu oynayır. Son dövrlər Çin iri layihələri qısa müddət ərzində və effektiv şəkildə reallaşdıran, həmçinin dövlətlərin daxili işlərinə qarışmayan etibarlı tərəfdaş imici qazanmışdır. Lakin qeyd edilməlidir ki, artan Çin sərmayəsi və kreditləri Mərkəzi Asiya dövlətlərinin rəsmi dairələri ilə Pekini bir-birinə yaxınlaşdırsa da, bu, ölkələrin ictimaiyyətləri daxilində “sinofobiya”nı gücləndirməkdədir. Məsələn, Qırğızıstan və Qazaxıstanda Çin tərəfindən fermer təsərrüfatlarının yaradılması üçün icarəyə götürülən torpaqların becərilməsində, Qırğızıstanda neft emalı zavodu (Kara Balta), dəmiryolu və boru kəmərlərinin tikintisində çinli işçi qüvvəsinin cəlb edilməsi, həmçinin kreditlərin əvəzində ölkənin təbii sərvətlərinin çıxarılması hüququnun Çinin dövlət şirkətlərinə verilməsi ölkə daxilində ciddi narazılıq mənbəyi olaraq qalır.

2008-ci il dünya maliyyə böhranından sonra Çinin regionda fəallaşması

Son dövrlərə kimi Çin Mərkəzi Asiyaya, əsasən, milli təhlükəsizlik para-diqmasından yanaşırdı və regionda ciddi fəallıq göstərmirdi. Müasibətlərini əsasən siyasi səviyyədə qurur, stabilliyə və qarşılıqlı sərhədyanı ticarətin inkişa-fına diqqət yetirir, ektremizmin yayılmasına qarşı mübarizə aparırdı. Lakin Çinin öz qarşısına davamlı iqtisadi inkişafın yeni xammal mənbələri və satış bazarla-rına sahib olmaqla təmin etməyi strateji məqsəd kimi qoyması rəsmi Pekinin Mərkəzi Asiyaya marağını artırmışdır. Eyni zamanda, 2008-ci ildən başlanan iqtisadi böhran nəticəsində digər dövlətlərin Mərkəzi Asiyadakı mövqelərinin zəifləməsi Çinin Mərkəzi Asiya siyasətində əhəmiyyətli dəyişikliklərə getməsi və regionda fəallaşması ilə nəticələnmişdir [5]. Belə ki, son bir neçə il ərzində Çin, xüsusən də dövlətə məxsus Çin Milli Neft Korporasiyası (ÇMNK) vasitəsilə Mərkəzi Asiyaya dövlətlərinin enerji sektoruna iri həcmdə kapital yatırmaq-da və əhəmiyyətli neft və təbii qaz ixrac boru kəmərləri layihələri reallaşdır-maqdadır. Hazırda ÇMNK Qazaxıstanın ən önəmli neft istehsalçılarından olan “AktobeMunaiQaz” və “MangistauMunaiQaz” şirkətlərinin səhmlərinin əsas hissəsini satın almışdır. Çin şirkətlərinin Türkmənistanın zəngin qaz yataqları-nın işlədilməsinə cəlb edilməsi də son illərə təsadüf edir. Bu dövr ərzində Çinlə Türkmənistan arasında “Baktıyarlıq” qaz yatağında hasilatın pay bölgüsü razı-laşması imzalanmışdır. Lakin rəsmi Pekinin Mərkəzi Asiyadakı ən önəmli uğurla-

Page 201: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

201

rı isə regiondan Çinə neft və qaz kəmərlərinin çəkilişi olmuşdur. Müvafiq olaraq 2009 və 2010-cu illərdə Qazaxıstan-Çin neft və Türkmənistan-Özbəkistan-Çin qaz kəmərləri tikilib istifadəyə verilmişdir. Bu kəmərlərin reallaşması ilə ilk dəfə Mərkəzi Asiyanın karbohidrogen resurslarının dünya bazarına çıxarılması üçün Rusiya istiqamətinə real alternativ yaranmışdır.

Çin sərmayəsi Qırğızıstan və Tacikistana da yol tapmışdır. Kiçik və orta həcmli layihələrdən əlavə, təkcə 2012-ci ilin yayında Emoməli Rəhmonın Çinə səfəri zamanı Tacikistan iqtisadiyyatına 1 milyard ABŞ dolları həcmində investi-siya yatırılması barədə razılıq əldə edilmişdir. Çin Qırğızıstanda 250 milyon ABŞ dolları dəyərində neftayırma zavodunun tikintisini davam etdirməkdədir. Çin Mərkəzi Asiyaya regionunu öz iqtisadiyyatı ilə bağlayan nəqliyyat infrastruk-turunun yaradılmasına xüsusi önəm verir. Hazırda Qazaxıstanı Çinlə bağlayan 2 dəmiryolu xəttinin, Qırğızıstan və Tacikistana isə yeni şose yollarının çəkilişi başa çatmışdır. Çin Qırğızıstan və Özbəkistanla daha bir irihəcmli investisiya layihəsinin - 2 milyard ABŞ dollarına başa gələcək və bu 3 ölkəni birləşdirəcək dəmiryolunun tikintisi barəsində razılaşma əldə etmişdir.

Çinin region ölkələri üzərindəki əsas təsir vasitələrindən biri də bu ölkələrə, xüsusən də, böhran illərində verilən və hazırkı dövrdə də həcmi ilbəil artmaqda olan borclardır. Çin hələ böhrandan qabaq 2005-ci ildə Türkmənistana 4 mlrd. ABŞ dolları həcmində kredit vermişdir. Böhran illərində Çin tərəfindən Qaza-xıstanın dövlətə məxsus Qazaxıstan İnkişaf Bankı və “QazMunaiQaz” şirkətinin hər birinə 5 mlrd. ABŞ dolları həcmində kredit verilmişdir [6]. Həmçinin “Cənubi Yolotan” yatağının inkişaf etdirilməsi üçün Türkmənistana 4 mld. ABŞ dolları həcmində kredit ayırmışdır [5]. Bunun ardınca, 2011-ci ildə rəsmi Pekinlə Aş-qabad arasında Tükmənistana daha 4,1 mld. dollarlıq kredit ayrılmasına dair razılaşma imzalanmışdır [1]. Hazırda Tacikistanın Çinin İxrac-İdxal Bankına olan borcu 880 milyon ABŞ dollarına çatmışdır ki, bu da Tacikistanın bütün xarici borcunun 40%-i deməkdir. 2012-ci ilin dekabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti zamanı isə Çin Mərkəzi Asiya ölkələrinə ümumilikdə 10 milyard ABŞ dolları həcmində borc və investisiya paketi təklif etmişdir.

Çin prezidentinin regiona son səfərindən sonra Çin-Mərkəzi Asiya münasibətləri

Çin prezidenti Si Çzinpinin Mərkəzi Asiyanın 4 ölkəsinə son səfərini isə rəsmi Pekinin regionla münasibətlərinin keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoyduğunun göstəricisi kimi qəbul etmək olar. Si Çzinpin 3-13 sentyabr 2013-cü il tarixində Mərkəzi Asiya regionunda səfərdə olmuş, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı ziyarət edərək bu ölkələrin dövlət başçı-ları ilə görüşmüş, eyni zamanda Bişkek şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 13-cü sammitində iştirak etrmişdir. Səfər çərçivəsində 4 region

Page 202: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

202

dövləti ilə təxminən 100 mld. ABŞ dolları dəyərində sərmayə və kredit sazişi imzalanmışdır. Türkmənistana 2 günlük səfər zamanı S.Çzinpin Çinin 8 mld. ABŞ dolları ayırdığı “Qalxınış” yatağının açılışında iştirak etmiş, tikilməkdə olan Türkmənistan-Çin qaz kəmərinin 3-cü xəttinin açılışından sonra (2014-cü ildə) Türkmənistandan Çinə illik qaz idxalını 40 mld. kubmetrə çatdırmaq barədə müqavilə imzalamışdır. Tərəflər həmçinin 2020-ci ilədək kəmərin 4-cü xəttinin tikilişi və qaz ixracının illik 65 mld. kubmetrə çatdırılması barədə razı-lıq əldə etmişlər [7]. Bu kəmər həm də layihənin digər 3 xəttindən fərqli ola-raq Qırğızıstan ərazisindən keçəcək və beləliklə, Qırğızıstanı Özbəkistanın qaz monopoliyasından da xilas edəcəkdir. Razılaşdırılan layihələrin ümumi dəyəri tam açıqlanmasa da, bütövlükdə bu ölkə ilə 50 mld. ABŞ dolları dəyərində müqavilələrin imzalandığı güman edilir [8].

Daha sonra Sankt-Peterburqda keçirilən “Böyük İyirmilik” (G20) sammitində iştirak etmək üçün regionu tərk edən S.Çzinpin Rusiyadan birbaşa Qazaxıs-tana qayıtmışdır. Səfər çərçivəsində 2020-ci ilədək başa çatacaq 22 layihənin maliyyələşdirilməsi üçün 30 mld. ABŞ dolları məbləğində sərmayə yatırılması-na dair sazişlər imzalanmışdır [8]. Bunların sırasında Qazaxıstanın dövlət neft şirkəti “QazMunaiQaz”ın “Kaşaqan” yatağındakı “KonokoFilips”dən aldığı 8,33 %-lik payı 5 mld. ABŞ dollarına Çinin Milli Neft Korporasiyasına (MNK) sat-ması və Aktauda yeni neft emalı zavodunun tikilməsinə dair razılaşma xüsusilə qeyd edilməlidir. Qeyd edək ki, hazırkı dövrdə Çinin Qazaxıstan iqtisadiyyatına yatırdığı sərmayənin ümumi həcmi 20 mld. ABŞ dollarına çatmışdır.

S.Çzinpinin Özbəkistana səfəri zamanı isə iki dövlət arasında 15 mld. ABŞ dolları dəyərində investiya yatırılmasına dair 31 razılaşma imzalanmışdır [7]. Bu razılaşmalar sırasında Türkmənistan-Çin qaz kəmərinin 3-cü xəttinin Özbəkistan ərazisindən keçən hissəsinin tikintisi, eyni zamanda Çin-Özbəkistan dəmiryolunun üzərindəki bəzi infrastruktur layihələrinin reallaşdırılması xüsusilə qeyd edilməlidir. Özbəkistandan sonra Qırğızıstanı ziyarət edən Çin prezidenti Bişkekdə daha 3 mld. ABŞ dolları dəyərində sərmayə yatırılmasına dair saziş imzalamışdır. Bu layihələr sırasında Qırğızıstana illik 40 mln. ABŞ dol-ları tranzit gəlirləri gətirəcək Türkmənistan-Çin qaz kəmərinin 3-cü xəttinin ti-kintisi xüsusilə qeyd edilməlidir. Sərmayə sazişləri ilə bərabər ölkədə neft ema-lı zavodu və ölkənin şimalını cənubuna bağlayacaq yeni avtomobil yolunun tikintisinə kredit ayrılmasına dair də razılaşma əldə edilmişdir [7]. Qeyd edək ki, hazırda Çinin Qırğızıstan iqtisadiyyatına yatırdığı sərmayənin ümumi həcmi 1.7 mld. ABŞ dollarına çatmışdır.

Çinin region ölkələri ilə əlaqələrinin xüsusi prinsipləri

Çinin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini nəzərdən keçirərkən uğurlu əlaqələrin qurulmasına zəmin yaradan və onu regionda marağı olan digər böyük dövlətlərdən fərqli edən bir sıra cəhətləri ayırd etmək mümkün-

Page 203: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

203

dür.Belə ki, Çin birbaşa dövlət başçıları və rəsmilərlə praqmatik əsasda əlaqələr qurur, dövlətin daxili işlərinə qarışmır və daxili siyasi proseslərə təsir etmək üçün cəhdlər göstərmir. Rəsmi Pekin həmçinin Mərkəzi Asiyada irihəcmli meqalayihələri qısa müddətə və effektiv şəkildə reallaşdıran etibarlı tərəfdaş imici qazanmışdır.

Rusiyadan fərqli olaraq, Çin region dövlətlərinə kreditlər verərkən onların digər ölkələrlə ticarət əlaqələrini məhdudlaşdıracaq ticarət razılaşması tələb etmir, daxili siyasi proseslərin gedişindən kənar dayanır. O, Mərkəzi Asiya dövlətlərini hər hansı bir təşkilata (Gömrük İttifaqı və ya Avrasiya Birliyi kimi) üzv olmağa məcbur etmir, regionda hərbi bazalar yaratmaq kimi tələblər irəli sürmür. ABŞ və Avropa-dan fərqli olaraq isə Çin irihəcmli kredit verilməsi barədə danışıq apararkən region dövlətlərindəki daxili siyasi vəziyyət və de-mokratiyanın durumu, insan haqları, iqtisa-diyyatın liberallaşdırılması kimi məsələləri müzakirə mövzusu etmir, heç bir islahat tələbi qoymur [9].

Əksinə, Çin rəsmiləri regionla dialo-qun yüksək səviyyədə saxlanılmasını dai-ma diqqət mərkəzində saxlamışdır. Çinin yüksək rütbəli dövlət rəsmiləri periodik ola-raq Mərkəzi Asiyanı ziyarət edir. Məsələn, indiyədək heç bir ABŞ prezidenti Mərkəzi Asiyanı ziyarət etməmişdir, lakin hələ 1994-cü ildə baş nazir Li Peng Mərkəzi Asiyaya səfər etmiş, 1996-cı ildə isə prezident Yiang Zemin regionda səfərdə olmuşdur. 2009-cu ildə prezident Hu Cintao Mərkəzi Asiya-nı ziyarət etmiş,Qazaxıstan, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə görüş-müşdür.

İndiyədək Qərb ölkələri Transxəzər neft və qaz kəmərləri və TAPI daxil olmaqla Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Rusi-ya istiqamətinə alternativ bir çox layihələr təklif etmiş və bu istiqamətdə regi-on dövlətləri ilə uzun sürən danışıqlar aparmışdılar. Lakin region dövlətlərinin enerji ixrac marşrutlarının şaxələndirmə məqsədlərini reallaşdıran yeganə ak-tor Çin olmuşdur. Mərkəzi Asiyada uzun müddət inteqrasiya layihələri uğur-suzluğa düçar olmuş, region dövlətləri öz aralarındakı əmədaşlıqdan daha çox

Rusiyadan fərqli olaraq, Çin region dövlətlərinə kreditlər verərkən onların digər ölkələrlə ticarət əlaqələrini məhdudlaşdıracaq ticarət razılaşması tələb etmir, daxili siyasi proseslərin gedişindən kənar dayanır. O, Mərkəzi Asiya dövlətlərini hər hansı bir təşkilata (Gömrük İttifaqı və ya Avrasiya Birliyi kimi) üzv olmağa məcbur etmir, regionda hərbi bazalar yaratmaq kimi tələblər irəli sürmür. ABŞ və Avropadan fərqli olaraq isə Çin irihəcmli kredit verilməsi barədə danışıq apararkən region dövlətlərindəki daxili siyasi vəziyyət və demokratiyanın durumu, insan haqları, iqtisadiyyatın liberallaşdırılması kimi məsələləri müzakirə mövzusu etmir, heç bir islahat tələbi qoymur.

Page 204: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

204

xarici dövlətlərlə iqtisadi əlaqələr qurmuşdular. Nəticədə region daxilində və region ölkələrini bir-birnə bağlayan infrastruktur layihələri gerçəkləşməmişdir. İlk dəfə Çinin təşəbbüsü ilə region ölkələrinin bir neçəsinin ərazisindən keçən boru kəməri layihələri reallaşdırılmış, yeni avtomobil və dəmiryolu xətlərinin tikintisinə dair razılaşmalar əldə edilmişdir. Bu irəhəcmli nəqliyyat infrastruk-tur layihələrinin reallaşdırılması isə həm bu dövlətləri bir-birinə, həm də onları Çinlə bağlamışdır [10].

Eyni zamanda, Çin Mərkəzi Asiyadakı siyasi-iqtisadi təsirini gücləndirmək məqsədilə regiondakı “yumşaq güc”ü artırmağa, mədəni-humanitar sahələrdə nüfuzunu gücləndirməyə çalışır. Belə ki, rəsmi Pekin regionda Çin dilini və mədəniyyətini təbliğ etmək üçün ayırdığı resursları ilbəil artırır. Bu məqsədlə region ölkələrində “Konfutsi məktəbləri” açılır. Bu regiondan olan istedadlı gənclərin Çində təhsil almaları maliyyələşdirilir. Məsələn, prezident S.Çzinpin yalnız Qazaxıstana səfəri zamanı Çin dilini örənmək üçün qazaxıstanlı 200 müəllim və şagirdin 2014-cü ilin yayında Çinə səfər xərclərinin rəsmi Pekin tərəfindən qarşılayacağını qeyd etmişdir. Bütövlükdə isə rəsmi Pekin növbəti 10 il ərzində Mərkəzi Asiyadan olan tələbələrin Çində təhsil almaları üçün 30000 dövlət təqaüdü ayırmağı planlaşdırır. Eyni zamanda, Çinin Mərkəzi Asi-ya dövlətlərində təsis etdiyi Konfutsi universitetlərinin tələbə və müəllimləri üçün Çinə 10000 qısamüddətli təhsil səfərinin xərclərinin qarşılanması nəzərdə tutulur [9].

Çinin regionda güclənməsi və Rusiya

Çinin Mərkəzi Asiyadakı rolunu gücləndirməsi Rusiyanın maraqlarına ciddi şəkildə təsir göstərir. Təxminən 150 il müddətində regionu idarə etmiş Ru-siya son dövrlər Çinin regiona gəlişinə qədər Mərkəzi Asiyada açıq-aşkar ən güclü təsirə malik böyük dövlət idi. Bu mənada Pekin kimi güclü rəqibin or-taya çıxması rəsmi Moskvanı narahat etməyə biməz. Qeyd edilməlidir ki, Çi-nin regionda güclənməsinin Rusiya ilə münasibətlərə xələl gətirməməsi üçün rəsmi Pekin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində heç bir siyasi ambi-siya irəli sürməyərək Rusiya ilə açıq maraq toqquşması yaratmamağa xüsusi diqqət göstərir. Xüsusən də regiona dair münasibətlərini Rusiya və Mərkəzi Asiya dövlətləri ilə birgə üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə tənzimləməyə çalışır. Rusiya ilə münasibətdəki ehtiyatlılıq S.Çzinpinin Mərkəzi Asiyaya səfəri ilə üst-üstə düşən “Böyük İyirmilik” (G20) ölkələrinin Sankt-Peterburq sammitində də özünü göstərdi. Təsadüfi deyil ki, S.Çzinpin regiona səfərini məhz Rusiyadakı sammitdə iştiraka görə bölmüş və Sankt-Peterburqa səfər edərək V.Putinlə görüşmüşdür. Bu görüşdən 2 gün sonra isə Rusiyanın “Novatek” şirkəti Sibirdən Çinə çəkiləcək yeni qaz kəmərinin maliyyələşdirilməsi üçün Çin banklarının 20 milyard ABŞ dolları məbləğində kredit ayıracağına dair razılaşma əldə etdiklərini bildirmişdir [8]. Bununla belə, Çin prezidentinin

Page 205: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

205

regiona səfəri Rusiya mətbuatında elə ciddi ajiotaj yaratmışdır ki, xarici işlər nazirinin müavini İqor Morqulov mətbuat konfransı keçirərək Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıqlarının davam etdiyini, “Çinli dostlarının onların regiondakı ənənəvi rolunu qəbul etdiyini və heç bir regional rəqəbat problemi görmədiklərini” bəyan etmişdir [11]. Bunun ardınca sentyabrın 13-də Qırğı-zıstanda baş tutan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin sonun-da qəbul edilmiş “Bişkek deklarasiyası”nda Rusiyanın xarici siyasət məsələləri mərkəzdə dayanmışdır. Siyasətin təhlili göstərir ki, Çin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini ikitərəfli əsasda qurmağa üstünlük verir, ŞƏT kimi təşkilatdan isə ümumi təhlükəsizlik və həmçinin Rusiya ilə münasibətlərin qorunub saxlanıl-ması üçün istifadə edir.

Qeyd edilməlidir ki, Çinin hazırkı iqtisadi potensialını və Rusiyanın yaşadı-ğı iqtisadi çətinlikləri nəzərə alan rəsmi Moskva uzunmüddətli perspektivdə region uğrunda Çinlə rəqabətin çətinliyini başa düşür. Bu səbəbdən hazırkı dövrdəki hərbi və siyasi sahədəki üstün təsirindən istifadə etməklə Rusiya Mərkəzi Asiya dövlətlərini Gömrük İttifaqına cəlb etmək, bununla da regionun Çinlə ticarətini məhdudlaşdırmaq və özü üçün bu sahədə əlverişli şərtlər yarat-maqla regional ticarətdəki liderliyini qoruyub saxlamağa çalışır.

Nəticə

Çin Prezidenti X.Jinpingin Mərkəzi Asiyaya səfəri və 4 ölkə ilə ümumi dəyəri 100 mld. ABŞ dolları dəyərində sərmayə sazişləri imzalaması regionda son dövrlər baş vermiş ən önəmli hadisə kimi dəyərləndirilməlidir. Rusiyanın regi-ondakı siyasi və təhlükəsizlik məsələlərində üstün təsiri hələ bir müddət davam edəcək kimi görünsə də, səfər nəticəsində razılaşdırılmış layihələrin reallaşması yaxın zamanlarda Çinin iqtisadi təsirinin Rusiyanın iqtisadi təsirini üstələcəyini deməyə əsas verir. Bu dövrdə region ölkələrindən Qırğızıstan və Tacikistanın da Gömrük İttifaqına cəlb edilməsi Rusiyanın Mərkəzi Asiyadakı iqtsadi təsirini qoruyub saxlamağa kömək edəcək ən effektiv vasitə ola bilər. Çinin regionla əlaqələrə yanaşmasında üç fərqləndirici cəhət xüsusilə nəzərə çarpır:

• Çinin təklif etdiyi layihələr bariyerlər yaratmır (məsələn, Rusiyanın “Gömrük İttifaqı” layihəsindən fərqli olaraq), əksinə nəqliyyat infrastrukturunu inkişaf etdirərək hamı ilə və hərtərəfli ticarətin canlanmasına xidmət edir.

• Çinin layihələri sırf iqtisadi xarakterli olur, Rusiya və Qərbin şərtli yardımla-rından fərqli olaraq özü ilə bərabər heç bir digər siyasi tələb ortaya qoymur.

• Çin özünün nəhəng kapital imkanları ilə ümumdünya iqtisadiyyatının o qədər də parlaq günlər yaşamadığı bir dövrdə Mərkəzi Asiya ölkələrinin istədiyi iri məbləğli kreditləri və sərmayəni təmin edə biləcək, bəlkə də, yeganə dövlət kimi qəbul edilir.

Page 206: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

206

Çin açıq şəkildə regionda ağalıq etmək, hərbi bazalar yaratmaq, ən azın-dan yatırdığı milyardlarla dollar investisiyasının təhlükəsizliyini təminat altına almaq üçün regionda hərbi təsirinin güclənməsi istiqamətində addımlar atmır. Mərkəzi Asiya dövlətləri də Çinin timsalında öz xarici əlaqələrini və bazarlarını diversifikasiya etməyə, Çin vasitəsilə Rusiyanın təsirini balanslaşdırmağa müsbət yanaşırlar. Lakin Çin hər vəchlə regiondakı siyasi və təhlükəsizlik məsələlərində birbaşa iştirakdan çəkinir. Çünki bu, Mərkəzi Asiyada həm elita, həm də əhali arasında Çin fobiyasını gücləndirə, həm də Rusiyanın Mərkəzi Asiyada Çinə qarşı daha aqressiv mövqe tutmasına gətirib çıxara bilər. Çin hələ ki region-da iqtisadi ekspansiyasını genişləndirməklə mövqelərini möhkəmlətməyə və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsi ilə Rusiya ilə regiondakı münasibətlərini balanslaşdırmağa çalışır.

İstifadə edilmiş ədəbiyyat:

1. Petersen A., Barysch K. Russia, China and the geopolitics of energy in Central Asia, Center for European Reform, Noyabr 2011, http://carnegieendowment.org/files/Petersen_CER_Eng.pdf

2. Stratfor, Chinese Growing Interest in Central Asia, 27 sentyabr 2013, http://www.stratfor.com/video/chinas-growing-interest-central-asia

3. Horta L., Central Asia’s new silk road, paved by China, East Asia Forum, 26 okt-yabr 2013, http://www.eastasiaforum.org/2013/10/26/central-asias-new-silk-road-paved-by-china/

4. International Energy Agency, World energy outlook 2010, Noyabr 2010.5. Qəribov A. Mərkəzi Asiyada enerjinin geosiyasəti: Rusiya və Çin əsas oyunçular kimi.

// “Strateji təhlil” jurnalı, say 4, Bakı, 2012, s. 73-84. 6. Blank S. China’s Recent Central Asian Energy Moves // Central Asia-Caucasus Insti-

tute Analyst, 20 may 2009, http://www.cacianalyst.org/?q=node/51107. Sabyrbekov A., Bishkek Hosts The 2013 SCO Summit, The Central Asia-Caucasus

Analyst, 18 sentyabr 2013, http://www.cacianalyst.org/publications/field-reports/item/12810-bishkek-hosts-the-2013-sco-summit.html

8. Brooke J., China’s Central Asia Bazaar, The Moscow Times, 29 sentyabr 2013, http://www.themoscowtimes.com/mobile/article/486780.html

9. Olcott M., China’s Unmatched Influence in Central Asia, Carnegie Endowment,18 sentyabr 2013, http://carnegieendowment.org/2013/09/18/china-s-unmatched-influence-in-central-asia/gnky

10. Rickleton C., Central Asia: Can Chinese Cash Glue the Region Together?, Eurasinet, 10 oktyabr 2013, http://www.eurasianet.org/node/67614

11. Interfax, Moscow and Beijing not to try to compete in Central Asia, Russian diplo-mat, 9 sentyabr 2013, http://www.interfax.kz/?lang=eng&int_id=10&news_id=6144

Azad GaribovCentral Asia-China Relations: Rise of China in the Region

During recent years we have witnessed activation of China in the Central Asia and Beijing applies the complex strategy towards the region combined

Page 207: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

207

of both political and economic means of influence. Taking advantage of the difficulties encountered by the regional countries at the result of the world financial crises, Chine intensified its penetration into the region and with al-locating large amount of credits and investments to the regional countries strengthened its positions throughout the Central Asia. Rapid economic grows of China acts as a main driver for Beijing to invest in the region to get much needed mineral resources and export markets.

Chinese president Xi Jinping’s visit to the region in September of 2013 and signing agreements for the amount of about 100 billion USD has taken the relations to a new level of development. Chinese advantages in the region with regards to Russia and US is that Beijing’s credits and investments do not come together with political demands such as membership in certain organizations, allocation territory for a military base or conduction of reforms. China has acquired an image of reliable and pragmatic partner that does not interfere into domestic political affairs and who is capable of effectively realizing mega-projects.

China is also investing in building strong soft power leverages in the regi-on. Even though Russia is still the strongest powers in the Central Asia in terms of political and security influence, Chinese economic power in the region is overtaking that of Russia and Moscow is expected to face the serious challen-ge by Beijing for the influence over the region in the coming years.

Азад ГарибовОтношения между Китаем и Средней Азией: подъем Китая в регионе

В последние годы мы наблюдали активизацию Китая в регионе Сред-ней Азии и за тем, как Пекин применяет комплексную политику полити-ческих и экономических мер в отношении данного региона. Пользуясь трудностями, с которыми столкнулись страны региона в результате миро-вого финансового кризиса, Китай интенсифицировал свое проникнове-ние в регион и с помощью щедрых кредитов и инвестиций, укрепил свои позиции в Центральной Азии. Стремительный экономический рост Китая является основным импульсом к инвестициям Пекина в регион для полу-чения доступа к необходимым ему минеральным ресурсам и экспортным рынкам.

Визит китайского президента Си Цзиньпина в регион в сентябре 2013 года и подписание соглашений на общую сумму в 100 млрд. долларов США возвели отношения на качественно новый уровень развития. Пре-восходство Китая в регионе над той же Россией или США заключается в том, что кредиты и инвестиции Пекина не предполагают каких либо встречных политических обязательств, таких как, например, участие в

Page 208: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

208

определенных организациях, предоставление территорий под военные базы или проведение реформ.

Китай приобретает имидж надежного и прагматичного партнера, кото-рый не вмешивается во внутриполитические дела государств, способного эффективно реализовывать мега-проекты. Китай также инвестирует и в создание в регионе своих рычагов мягкой силы. Хотя Россия по прежнему является сильнейшим игроком в сфере политики и безопасности региона Средней Азии, экономическая сила Китая начинает перевешивать и ожи-дается, что Москва в будущем столкнется с серьезным вызовом Пекина по влиянию в регионе.

Page 209: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

209

Açar sözlər: Avropa İttifaqı, üçüncü dövlətlər, assosiasiya sazişləri

Key words: European Union, Third Countries, Association Agreements

Ключевые слова: ассоциативные соглашения, третьи страны, Европейский Союз

Avropa İttifaqı üçüncü dövlətlərlə əlaqələrini necə qurur: assosia-

siya sazişlərinin növləri, xüsusiyyətləri və

hüquqi əsasları

Elnarə QƏRİBOVAAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi

elnara.garibova@ sam.gov.az

Page 210: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

210

Giriş

Avropa İttifaqı (Aİ) üçüncü dövlətlərlə - Aİ-yə üzv olmayan ölkələrlə olan əlaqələrini müxtəlif assosiasiyalar vasitəsilə qurur. Assosiativ əlaqələr belə dövlətlərlə üzvlükdən kənar əməkdaşlıq zərurətindən yaranmışdır və assosi-asiya sazişləri vasitəsilə təsis edilir. Aİ-nin tarixi prosesdə üçüncü dövlətlərlə yaratdığı əlaqələr dövrün tələblərinə və ölkələrin ictimai-siyasi, hüquqi vəziyyətinə görə formalaşmışdır. Aİ-nin üçüncü dövlətlərlə qurduğu əlaqələri qiymətləndirmək lazım gələrsə, iki əsas assosiasiya növünün əsas götürül-düyü qeyd edilə bilər. Azərbaycanın siyasi-hüquqi terminologiyasında bu növlər ümumilikdə “assosiasiya” anlayışı kimi təfsir edilsə də, ingilisdilli orijinal mətnlərdə həmin əlaqə formaları “association” və “partnership” (tərəfdaşlıq) adlandırılır. Hüquqi nöqteyi-nəzərdən Aİ-nin üçüncü ölkələrlə əlaqələrini əks etdirən bu iki anlayış arasında mühüm fərqlər vardır. Belə ki, “partnership” (tərəfdaşlıq) yalnız ticarət və iqtisadi inkişaf məqsədli əməkdaşlığı ehtiva et-diyi halda, “assosiasiya” anlayışı daha sıx və çoxşaxəli əlaqələrin qurulmasını nəzərdə tutur. Bu növ assosiasiyalar ticarət sahəsindəki əməkdaşlıqla yanaşı siyasi, ictimai, hüquqi və bəzi digər sahələrdə də inteqrasiyanın yaradılmasına və inkişafına xidmət edir və Aİ-yə üzvlüyə doğru atılan mühüm addım hesab olunur. Məhz buna görə də təsis müqavilələrində hər iki əməkdaşlıq növünə dair fərqli müddəalar mövcuddur.

Eyni zamanda, “assosiasiya” anlamı verən assosiativ birliklər arasında da fərqlər vardır. Bu fərqlər assosiasiyanın təsis edildiyi üçüncü dövlətin möv-qeyi, siyasi quruluşu, inkişaf səviyyəsi, tarixi, coğrafi və siyasi vəziyyəti, daxili problemləri və s. nəticəsində yaranmışdır. Məqalənin birinci bölməsində Aİ ilə üçüncü ölkələr arasındakı əlaqələrin yaranması həm tarixi, həm də hüqu-qi aspektdə izah olunmuşdur. Növbəti bölmədə bu əlaqələrin tarixi proseslər nəticəsində aldığı forma və növləri təhlil edilmişdir.

1. “Assosiasiya” anlayışının yaranması və hüquqi əsasları

Aİ-də assosiativ əlaqələrin yaradılması ilk dəfə 1951-ci ildə Avropa Kömür və Polad Cəmiyyətinin (AKPC) təsis müqaviləsində (Paris Sazişi) nəzərdə tu-tulmuşdur. İngiltərə həmin cəmiyyətə üzv olmaq istəmədiyini bəyan etdikdən sonra Cəmiyyət bu ölkə ilə daha yaxın əlaqələr qurmaq üçün onunla assosi-asiya sazişi vasitəsilə assosiativ əlaqə yaratdı. 21 dekabr 1954-cü il tarixində Birləşmiş Krallıq və Şimali İrlandiya ilə AKPC əlaqələri haqqında saziş imzalan-mışdır [1, s.297].

İngiltərə ilə yaxın və daimi əməkdaşılığı nəzərdə tutan sazişin hazırlanmasında AKPC-nin təsis müqaviləsinin 98-ci maddəsinə istinad edilmişdir. Bu əməkdaşlıq kömür və polad sənayesi sahəsində ortaq mənfəətlərlə bağlı məlumat mübadiləsini əhatə edirdi və tərəflər arasındakı əlaqələr assosiasiya əlaqələri kimi xarakterizə edilmişdir. Beləliklə, tərəflər arasındakı əməkdaşlıq, onların tam üzvlüyünə eh-tiyac olmadan institusional əməkdaşlıq xarakteri kəsb edirdi. İngiltərə bu yolla tərəfdaş dövlətlərin AKPC-nin təsis müqaviləsində müəyyən etdikləri hədəflərin həyata keçirilməsi prosesinə qoşulmuşdur [2, maddə 238/1].

Page 211: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

211

Assosiasiya sazişləri sayəsində Aİ-yə üzv olmayan ölkə İttifaqdan kənarda qalsa da, Aİ-nin hədəflərinə çatması prosesində məhdud ölçüdə olsa da iştirak edirdi. Tərəflər qarşılıqlı hüquq və öhdəliklərinin koordinasiya ediləcəyi daimi əlaqə mühitinə daxil olurdular. Buna görə də tərəflərin nümayəndələri arasında sistemli əlaqələrin qurulması lazım gəlirdi. Əlaqələr institusi-onal xarakter kəsb edir, bütövün bir hissəsi olma mənasında assosiativ əlaqələr yaranır-dı [3, s.246].

Roma Sazişinin 238-ci maddəsinə əsasən, Avropa İttifaqı, bir və ya bir neçə dövlət və ya beynəlxalq təşkilatla qarşılıqlı hüquq və öhdəlik əsasına söykənən assosiasiya sazişləri imzalaya bilər. Bu sazişlərdə ortaq fəaliyyətlər və xüsusi metodlar nəzərdə tutula bilər [2, m. 238/1].

Yekun variant kimi Avropa İttifaqının Təsis Müqaviləsinin 310-cu maddəsi aşağıdakı kimi müəyyən edilmişdir: “Aİ bir və ya daha çox dövlət və ya beynəlxalq təşkilatlarla qarşılıqlı hüquq və öhdəliklər, ortaq fəaliyyətlər və xü-susi metodlar işləyib hazırlayan assosiasiyaların təsis edildiyi sazişlər imzalaya bilər” [4, m.310].

Aİ-nin Təsis Müqaviləsinin 300-cü maddəsi ilə bu ittifaqın imzalayacağı sazişlərin müzakirə, təsdiq və icra üsulları tənzimlənir. Buna əsasən, Avropa İttifaqı Şurasına və Avropa İttifaqı Komissiyasına lazımi müzakirələri aparmaq üçün icazə verilir. Komissiya isə öz növbəsində Şuraya öz tövsiyələrini verir [4, m. 300/1]. Şura Avropa Birliyinin Təsis Müqaviləsinin 310-cu maddəsi ilə tənzimlənən assosiasiya sazişləri məsələsində ümumi razılığa əsasən hərəkət edir [5, m.218].

2. Assosiasiya sazişlərinin növləri

2.1. Avropa İttifaqına qoşulmağı nəzərdə tutan assosiasiya sazişləri“Assosiasiya” kontekstində imzalanan assosiasiya sazişləri üçüncü

dövlətlərin Aİ-yə qoşulmasını təmin etmə məqsədi daşıyır. Bu kateqoriyadan olan ilk assosiasiya sazişi 1961-ci ildə Yunanıstanla imzalanan Afina Sazişi-dir. Başqa sözlə desək, Afina Sazişi “assosiasiya” anlamının tələblərinə cavab verən assosiasiya sazişi idi. Bu saziş tərəflər arasında azad ticarət sahəsindəki maneələrin aradan qaldırılmasını, insanların sərbəst hərəkətini, sərmayənin və malların maneəsiz dövriyyəsini, aqrar, ticarət və iqtisadi siyasətin bir-biri ilə uzlaşdırılmasını nəzərdə tuturdu [3, s.454].

Bu növ assosiasiya sazişlərinin bir başqa nümunəsi Türkiyə ilə 1963-cü ildə imzalanan Ankara Sazişidir [6, s.359]. Afina və Ankara sazişləri arasında oxşar cəhətlər çoxdur. Belə bənzərlik İttifaq müddəasından irəli gəlir və eyni hüquqi normaya əsaslanır. Türkiyə Avropa İqtisadi Birliyinə üzv olmaq üçün 1959-cu il iyulun 31-də - Roma Sazişinin qüvvəyə minməsindən 19 ay sonra Avropa İqtisadi Birliyi Şurasına müraciət etmişdir. Ankara Sazişi də analoji Afina Sazişi

Aİ bir və ya daha çox dövlət və ya beynəlxalq təşkilatlarla qarşılıqlı hüquq və öhdəliklər, ortaq fəaliyyətlər və xüsusi metodlar işləyib hazırlayan assosiasiyaların təsis edildiyi sazişlər imzalaya bilər.

Page 212: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

212

kimi Roma Sazişinin 238-ci maddəsinə əsasən imzalanmışdır. Ankara Sazişinin 28-ci maddəsi və Afina Sazişinin 72-ci maddəsi eyni

müddəanı ehtiva edir. Buna əsasən, Aİ-nin Təsis Müqaviləsindən irəli gələn vəzifələrin hamısının Türkiyə (Yunanıstan) tərəfindən öhdəliyə götürülə biləcəyi bəyan edildikdən sonra Saziş Tərəfləri Türkiyənin (Yunanıstanın) İttifaqa üzv ol-ması imkanını nəzərdən keçirəcəklər [8]. Başqa sözlə, bu sazişlərdə “mümkün qoşulma” prosesindən bəhs edilir. Buna görə də Aİ-nin Türkiyə və Yunanıstan ilə yaratdığı əlaqələrin perspektivdə İttifaqa qoşulmanı da nəzərdə tutduğu məlum olur. Bu iki əlaqə “assosiativ əlaqə” adlandırılsa da, bunları digər asso-siasiyalardan fərqləndirən əsas cəhət qoşulmanın gözləntisini özündə ehtiva etməsidir [10, m.72].

Qeyd edilən bu iki assosiasiya sazişi Roma Sazişinin 238-ci maddəsinə əsaslanırdı və ikisinin də hədəfi tam üzvlük idi. Lakin bu maddə ümumi xarak-terlidir, assosiativ əlaqələrin intensivliyi və gələcəyi haqqında aydın təsəvvür ya-ratmır. Bu şəkildə eyni xarakterli iki assosiasiya sazişi Aİ-də gedən proseslərdən asılı olaraq müxtəlif nəticələr doğurdu. Yunanıstan ilə imzalanan assosiasiya sazişi bu dövlətin Aİ-yə üzvlüyü ilə nəticələndiyi halda, Türkiyə ilə bağlanan assosiasiya sazişi hələ də üzvlüklə bağlı qeyri-müəyyənliklərlə müşaiyət olunur.

Avropa Ədalət Məhkəməsi Məryəm Dəmirəl qərarında Ankara Sazişinin üzvlüklə bağlı mahiyyətini xüsusi qeyd etmişdir. Lakin hələ də bəzi diplomatla-ra görə, Türkiyənin Aİ-yə üzvlük məsələsi şübhəli olaraq qalır. Halbuki hüquqi nöqteyi-nəzərdən Türkiyə ilə imzalanan assosiasiya sazişi İttifaqa qoşulmanı hazırlayan ilkin mərhələ kimi planlaşdırılmışdır. Avropa Ədalət Məhkəməsinin qərarlarından irəli gələn nəticəyə əsasən, bu ölkə və Aİ arasındakı assosiativ əlaqə “imtiyazlı əlaqə” xarakterlidir. Buna görə də Aİ-nin bəzi siyasətçilərinin Türkiyə ilə bağlı irəli sürdükləri “imtiyazlı tərəfdaşlıq” təklifi əslində mövcud olan bir vəziyyəti təkrarlamaq mahiyyətini daşıyır [11].

Təsis müqavilələrində assosiasiya sazişlərinin məzmunu ilə bağlı heç bir müddəa yoxdur. Lakin Aİ-nin orqanları Yunanıstan və Türkiyə ilə imzalanan sazişlərə təsis müqavilələrində öz əksini tapan mövzularla əlaqəli müddəaların daxil olunacağına əminlik bildirmişlər. Hər iki sazişdə Avropa İqtisadi Birliyi Sazişində nəzərdə tutulan Gömrük İttifaqı, malların, xidmətlərin, işçi qüvvəsinin və sərmayələrin sərbəst hərəkəti və dövriyyəsi, ortaq aqrar siyasət kimi məsələlərlə bağlı müddəalar öz əksini tapmışdır. Avropa Ədalət Məhkəməsi də belə bir yanaşmanı dəstəkləmişdir [1, s.305].

Malta və Kipr (Cənubi Kipr Yunan İdarəçiliyi) ilə 1970 və 1972-ci illərdə imzalanan assosiasiya sazişlərinin üzvlüyə hazırlıq xarakterli sazişlər olub-olmadığı mübahisə mövzusuna çevrilmişdir. Bir doktrinaya görə, bu assosiasi-ya müqavilələri gələcək üzvlüyə hazırlıq sazişləri kimi hazırlanmışdır [1, s.305]. Bunun səbəbi sənədlərin Ankara Sazişi ilə oxşarlığı, ticarətlə bağlı məsələləri və eyni əməkdaşlıq sahələrini əhatə etməsidir. Bundan başqa, mərhələli şəkildə Gömrük İttifaqının reallaşdırılması da nəzərdə tutulmuşdur. Avropa assosiasiya-larının əksinə olaraq, ilk assosiasiya sazişlərində siyasi dialoqa yer verilməmişdir. Siyasi dialoq Ümumi İşlər Şurasının xüsusi qərarı əsas götürülməklə Kipr və Malta ilə, Türkiyə ilə isə Tərəfdaşlıq Şurasının xüsusi qərarları və Helsinki Avro-pa Şurasının yekun aktı üzrə həyata keçirilir [16].

Page 213: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

213

Başqa bir mövqeyə görə isə bu assosiasiyalar ticarət xarakterli məqsədlər güdən, yəni ikinci növ assosiasiya sazişi hesab olunan imtiyazlı tərəfdaşılıq müqavilələridir. Bu sazişlər üzvlük məsələsini nəzərdə tutmadığı üçün onla-rı Türkiyə və Yunanıstan ilə imzalanan assosiativ sazişlərdən fərqləndirmək məqsədilə “azad ticarət assosiasiya sazişləri” adlandırmışlar. Lakin bu növ sənədlərin izahına keçməzdən əvvəl inkişaf məqsədli assosiasiya sazişlərindən bəhs etmək istərdik.

2.2. İnkişaf məqsədli assosiasiya sazişləri

Belə sazişlər tərəflərin iqtisadi və sosial inkişafını nəzərdə tutur. Aİ ona üzv dövlətlərin keçmiş müstəmləkələri ilə bu cür assosiativ sazişlər imzalamaqla onlarla imtiyazlı əlaqələr qurmağa çalışmışdır. Qeyd edilən assosiasiya sazişləri hüquqi baxımdan Roma Sazişinin 131-138-ci maddələrinə (IV fəsil) söykənir. Həmin sazişin 131-ci maddəsinə əsasən, Avropa İqtisadi Birliyinin və Aİ-nin xarici ölkələrlə əlaqələri müəyyən dərəcədə assosiativ münasibətləri əks etdirir. Lakin perspektivdə bu birliyə üzvlüyü nəzərdə tutmur. 1997-ci il Amsterdan Sazişində xa-rici ölkə və ərazilərin hansı bölgələri əhatə etdiyi göstərilsə də, əslində üzv ölkələrin keçmiş müstəmləkələrindən bəhs olunur [2, m.131-138]. Bu növ assosiasiya sazişləri 1960-cı illərdə imzalanmışdır. Assosiasiya sazişlərinin məqsədi dəniz aşırı ölkələrin (Afrika, Karib dənizi və Sakit okean hövzəsi ölkələrinin və s.) Aİ-yə qoşulmasını təmin etmək deyil, yalnız iqtisadi əməkdaşlığı inki-şaf etdirməkdir. Aİ və bu növ tərəfdaşlıq sa-zişini imzalayan ölkələr arasında məhsulların öz bazarlarına daxil olmasını təmin edəcək azad ticarət zonası yaradılmışdır. 1995 və 1996-cı illərdə Latın Amerikası ölkələri ilə qurulan assosiasiyalar da imtiyazlı tərəfdaşlığı nəzərdə tuturdu.

İnkişaf məqsədli assosiasiyalarda tam üzvlük nəzərdə tutulmur, əsas məqsəd əlaqədar ölkələri inkişafa təşviq etməkdir. Belə xarakterli ilk saziş Kamerun ilə imzalanmışdır. Bu növ assosiasiya sazişi bir vaxtlar çox əhəmiyyətli olmuşdur. Aİ-nın Aralıq dənizi siyasəti çərçivəsində imzalanan əməkdaşlıq sazişləri də belə assosiasiya sazişlərindən hesab olunur [1, s.302-305].

2.3. Azad ticarət zonalarının yaradılmasını nəzərdə tutan tərəfdaşlıq sazişləri

Belə tərəfdaşlıq sazişlərinə azad ticarətin təşkili və inkişafın təmin olunması məqsədini daşıyan müqavilələrin elementləri daxil edilmişdir. Ümumilikdə, bu-radakı məqsəd Gömrük İttifaqının yaradılmasıdır. Bu növ tərəfdaşlıq sazişləri əvvəlcə Malta və Kipr ilə imzalanmışdır. Həmin sazişlərdə üzvlük nəzərdə

Qeyd edilən assosiasiya sazişləri hüquqi baxımdan Roma Sazişinin 131-138-ci maddələrinə (IV fəsil) söykənir. Həmin sazişin 131-ci maddəsinə əsasən, Avropa İqtisadi Birliyinin və Aİ-nin xarici ölkələrlə əlaqələri müəyyən dərəcədə assosiativ münasibətləri əks etdirir.

Page 214: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

214

tutulmadığından bunları Türkiyə və Yunanıstan ilə imzalanan assosiativ sazişlərdən fərqləndirmək məqsədi ilə “azad ticarət sahəsində tərəfdaşlıq sazi-şi” terminindən istifadə olunmuşdur.

Avropa İqtisadi Birliyi ilə Türkiyə arasında bağlanan sazişdən sonra imzala-nan sazişlərdə (Kipr və Malta ilə imzalanan sazişlər istisna olmaqla) “tərəfdaşlıq” anlayışından istifadə edilməmişdir. Üzv dövlətlər bu anlayışı açıq şəkildə asılı-lıq ifadə edən anlayış hesab etdikləri üçün onu istifadə etməkdən çəkinməyə başladılar. Mərkəzi və Şərqi Avropa ölkələri ilə imzalanan sazişlərdə Avropa İttifaqı “tərəfdaşlıq” anlayışını tətbiq etməkdən çəkinmişdir. 1990-cı illərdə bu ölkələrlə imzalanan sazişlər “Avropa sazişləri” adlandırılmışdır. Avropa sazişləri tərəfdaşlıq sazişi kimi müəyyən edilməsə də, Roma Sazişinin 238-ci maddəsinə əsaslanır. Başqa sözlə, “assosiasiya” mənasında tərəfdaşlıq əlaqələri qurmuş olurlar [12].

Aİ ilə Orta və Şərqi Avropanın on namizəd ölkəsi arasındakı əlaqələrin əsas hüquqi sənədi olan Avropa sazişləri ticarətlə bağlı məsələləri, siyasi dialoqu,

hüququn yaxınlaşdırılması kimi əməkdaşlıq sahələrini əhatə edir. Avropa sazişləri Bol-qarıstan, Macarıstan, Polşa, Rumıniya, Çex və Slovakiya respublikaları üçün 10 il, Litva və Sloveniya üçün 6 il, Latviya üçün isə 4 il davam edəcək maksimum müddət ərzində Aİ ilə ortaq ölkələr arasında azad ticarət əlaqələri yaratmağı nəzərdə tutur. Hər bir Avropa sazişinin qüvvəyə minmə tarixindən başlayaraq, Aİ ilə ortaq ölkələr arasındakı ticarət əlaqələrində istənilən yeni gömrük vergisi və ya məhdudiyyət tətbiq olunma-yacaqdır. Avropa sazişləri digər sahələrdə aşağıda qeyd edilən maksimum keçid döv-rünü əhatə edir: Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Çex və Slovakiya respub-

likaları üçün bu müddət 10 il, Sloveniya üçün 6 il, Latviya və Litva üçün ən geci 1999-cu il dekabrın 31-i nəzərdə tutulmuşdu. Estoniya üçün keçid döv-rü nəzərdə tutulmamışdı. Avropa sazişlərində İttifaq qaydaları ilə və kapital dövriyyəsi, rəqabət qaydaları, əqli və sənaye mülkiyyəti hüquqları və dövlət satınalınmaları kimi sahələrdə bəzi xüsusi müddəalarla mərhələli şəkildə eyni səviyyəyə çatmaq nəzərdə tutulurdu [13, s.273]. Bu sazişlərin məqsədi Aİ ilə azad ticarət zonasında yerləşən ölkələr arasında mal, xidmət, işçi qüvvəsi və kapitalın sərbəst şəkildə dövr edə biləcəyi bazarın yaradılması idi. SSRİ-dən ayrılan və azad ticarət zonasında yerləşən, demək olar ki, bütün ölkələr Aİ-yə qoşulmaq üçün müraciət ediblər.

1993-cü ilin iyun ayında keçirilən Kopenhagen Sammiti bu ölkələrin Aİ-yə inteqrasiyası məsələsini qətiləşdirdi. Bu sammitdə həmin ölkələrin üzvlük üçün yerinə yetirməli olduqları şərtlər müəyyənləşdirildi. Orta və Şərqi Avropa ölkələri ilə inteqrasiya sazişləri 2003-cü ildə Afinada imzalanmış və 2004-cü ildə isə bu ölkələr Aİ-yə üzvlük statusu qazanmışdılar [1, s.156].

Avropa İqtisadi Birliyi ilə Türkiyə arasında bağlanan sazişdən

sonra imzalanan sazişlərdə (Kipr və Malta ilə imzalanan sazişlər

istisna olmaqla) “tərəfdaşlıq” anlayışından istifadə

edilməmişdir. Üzv dövlətlər bu anlayışı açıq şəkildə asılılıq ifadə

edən anlayış hesab etdikləri üçün onu istifadə etməkdən

çəkinməyə başladılar

Page 215: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

215

Başlanğıcda azad ticarət zonası yaradaraq yalnız ticarət məqsədi daşıyan belə “assosiasiyalar” sonradan bu ölkələrin Aİ-yə üzv olmalarını təmin etdi. Başqa sözlə, xüsusi tərəfdaşlıq növü olduğu halda, yenə də əsas məqsəd Aİ-yə üzvlüyü təmin edəcək assosiasiya xarakteridir. Belə sazişlər vasitəsilə Aİ-yə üzv dövlətlər tərəfdaşlıq əlaqələri qurulan ölkələrdə islahatları dəstəkləməyi və bu sahədə lazımi köməklik göstərməyi öhdələrinə götürdülər. Aİ ilə tərəfdaş ölkələr arasında iqtisadi, ticari, mədəni və telekommunikasiya sektorlarında əməkdaşlıq əlaqələri bu şəkildə daha da genişləndirildikdən və azad ticarət zonası yaradıldıqdan sonra Aİ-yə üzvlük mərhələsinə keçilmişdir [1. s.156]. Beləliklə, assosiasiya sazişləri Aİ-yə qoşulma strategiyasının ən mühüm vasitəsi olmuşdur.

2.4. Sabitlik və assosiasiya sazişləri

Sabitlik və assosiasiya sazişləri Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiya-sını təmin etmək məqsədi ilə imzalanmışdır. Aİ yenə də yalnız “assosiasiya” anlayışından istifadə etmədən birbaşa yeni assosiasiya növü yaratmağa çalış-mışdır. Bu assosiasiya Aİ-yə qoşulmağı açıq şəkildə nəzərdə tutmasa da, bunun nəticəsinin qoşulma olacağı dəfələrlə ifadə edilmişdir. Nəticədə bu növ assosi-asiya sazişlərində də “assosiasiya” anlayışından istifadə olunmuş, lakin bunun yanına “sabitlik” anlayışı da əlavə edilmişdir.

Eyni zamanda, bu növ assosiasiyalar qoşulmanı nəzərdə tutan klassik asso-siasiyaların xüsusiyyətlərinin böyük bir hissəsini özündə daşıyır. Məsələn, siyasi diaoq, azad ticarət, əməkdaşlığın inkişaf etdirilməsi, assosiasiya orqanlarının ya-radılması kimi elementləri əhatə edir. Bu növ assosiasiyalar yalnız Qərbi Balkan ölkələri ilə yaradılmışdır. Bunun səbəbi də bu ölkələrin Avropa qitəsi ərazisində olması və buradakı qeyri-sabitliyin hər dəfə Aİ-yə təsir etməsidir. Göründüyü kimi, Aİ-nin prioritet məqsədi bu regionda sabitliyi bərqərar etməkdir. Sabitlik təmin edilib lazımi standartlara çatıldıqda diktatura rejimlərindən yeni yaxa qurtaran və azad bazar iqtisadiyyatına daxil olan Qərbi Balkan ölkələrinə tam üzvlük haqqı tanınacaqdır.

Avropada sabitlik və assosiativ əlaqə Qərbi Balkan ölkələrini Aİ-yə aparan ilkin mərhələ kimi qiymətləndirilir. Lakin həmin assosiasiya növünü təsbit edən assosiativ saziş bu məqsədə çatmaq üçün ayrılıqda götürüldükdə kifayət he-sab edilmir. Sabitlik və assosiasiya sazişinin imzalanıb tətbiq edilməsi Aİ-yə üzvlük üçün lazım olan və məcburi hesab edilən tələb olduğu halda Aİ-yə üzv-lüyü qətiləşdirmir və aşkar şəkildə belə bir öhdəliyin yaranmasına səbəb olmur.

2.5. Müstəqil Dövlətlər Birliyi ilə tərəfdaşlıq və əməkdaşlıq sazişləri

Aİ Müstəqil Dövlətlər Birliyi (MDB) üzvü olan ölkələrlə də assosiasiya ya-ratmağa cəhd göstərmişdir. MDB ölkələrinin Aİ ilə assosiativ əlaqələrinin hü-quqi çərçivəsini tərəfdaşlıq və əməkdaşlıq sazişləri təşkil edir. İlk tərəfdaşlıq sazişlərində “tərəfdaşlıq” anlayışını ifadə etmək üçün Aİ “assosiasiya” sözündən istifadə etmişdi. Bundan əvvəl də qeyd edildiyi kimi, həmin anlayış üzvlüklə

Page 216: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

216

bağlı açıq və ya güman edilən öhdəlik ehtiva edir. Lakin MDB ilə imzalanan “assosiasiya” sazişlərindən bəhs edildiyi zaman gələcəkdə hər hansı bir ehti-mal olunan üzvlükdən danışmaq mümkün deyildir. Buna görə də onu əvvəlki sazişlərdən fərqləndirmək üçün “assosiasiya” əvəzinə “tərəfdaşlıq” anlayışın-dan istifadə edilmişdir [3, s.225].

Qeyd edilən tərəfdaşlıq əməkdaşlığı inkişaf etdirməyi hədəfə alır və o, “klas-sik tərəfdaşlıq” münasibətləri ilə qarışdırılmamalıdır. Çünki Aİ hüququnda klas-sik tərəfdaşlıqların yaradılmasının xarakteri Roma Sazişinin 238-ci maddəsi ilə tənzimlənmiş və bu tərəfdaşlıqlar üçün “qarşılıqlı hüquq və öhdəliklərin, ortaq hərəkətlərin və xüsusi üsulların” mövcudluğu əsas götürülmüşdür. Lakin MDB ölkələri ilə imzalanan sazişlərin əksəriyyəti assimmetrikdir və institusional ba-xımdan tərəfdaşlıq orqanı əvəzinə əməkdaşlıq orqanını formalaşdırır. Bununla yanaşı, Rusiya, Ukrayna, Moldova, Belarus və Qazaxıstan ilə imzalanan bu növ sazişlərin on ildən sonra azad ticarət sazişlərinə çevrilməsi ehtimalı nəzərdən qaçırılmamalıdır [2, m.238].

2.6. Avropa sazişləri ilə sabitlik və assosiasiya sazişlərinin müqayisəsi

Hər iki növ assosiasiya sazişi arasında oxşarlıqlar vardır. Dialoqun vacib-liyi və iqtisadi əməkdaşlıq sazişlərin ikisində də vurğulanır. Slovenya ilə im-zalanan Avropa sazişi Makedoniya ilə imzalanan sabitlik və assosiasiya sazişi kimi funksional bazar iqtisadiyyatını nəzərdə tutur. Lakin yenə də Sloveniya ilə imzalanan Avropa sazişi Makedoniya ilə imzalanan sabitlik və assosiasiya sazişi ilə məzmun baxımından oxşar olsa da, bir-birindən fərqli cəhətləri də vardır. Makedoniya ilə imzalanan sazişdə regional əməkdaşlıqdan bəhs edi-lir, lakin bu məsələ Sloveniya ilə imzalanan sənəddə öz əksini tapmır. Sabitlik və assosiasiya sazişinin əsas elementlərindən biri regional yaxınlaşmanı təmin etməkdir. Burada digər region ölkələri ilə əməkdaşlıq və mehriban qonşuluq siyasəti prinsipləri də öz əksini tapmışdır. Bu ölkələr arasında azad ticarət zona-sının təşkil olunması da nəzərdə tutulur. Sabitlik və assosiasiya sazişində, eyni zamanda, hüquq və daxili işlər sahəsində əməkdaşlıq nəzərdə tutulduğu hal-da, Polşa ilə imzalanan Avropa sazişində belə müddəa yoxdur. Bundan başqa, sənəddə qanuni miqrasiya ilə bağlı müddəalar da mövcuddur. Bu məsələ isə Polşa ilə imzalanan Avropa sazişində tənzimlənməmişdir.

Aİ-nin Təsis Müqaviləsində nəzərdə tutulan dörd azadlıq prinsipi ortaq ba-zarın işləməsi üçün hüquqi bazanı təşkil edir. Bu dörd azadlıq prinsipi (insanla-rın, malların, xidmətlərin və sərmayənin sərəbəst hərəkət etməsi) istiqamətində assosiasiya sazişlərində də tənzimləmələr aparılmışdır. İşçilərin sərbəst hərəkəti hər iki saziş növündə də tənzimlənmişdir.

Həm Avropa sazişi, həm də sabitlik və assosiasiya sazişi mərhələli şəkildə azad ticarət zonalarının təşkil olunmasını nəzərdə tutur. Yəni gömrük tarifləri də mərhələli şəkildə azaldılacaqdır. Avropa sazişlərini imzalayan ölkələr CEFTA (The Central European Free Trade Agreement - Mərkəzi Avropa Azad Ticarət Sazişi) azad ticarət zonasını yaratdılar. Sabitlik və assosiasiya sazişini imzalayan

Page 217: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

217

ölkələrdə vəziyyət bir qədər fərqlidir. Bu ölkələrin Aİ ilə azad ticarət sazişi imza-laya bilmələrinin ilkin şərti əvvəlcə öz aralarında azad ticarət sazişlərinin imza-lanmasıdır. Aİ tərəfindən Qərbi Balkan ölkələrinə təklif edilən ticarət sərbəstliyi assimmetrikdir və tərəfdaş ölkələrin ortaq bazara daxil olmalarını asanlaşdır-mağı nəzərdə tutur. Başqa sözlə, Aİ bu ölkələrə onlardan əvvəl öz bazarını açacaqdır. Təbii ki, bundan əvvəl iki şərt yerinə yetirilməlidir: bu ölkələr öz aralarında sərbəst ticarət sazişləri imzalamalı və dialoq qurmalıdırlar.

Avropa sazişlərinin mahiyyətində əldə edilən təcrübənin yayılması prinsipi də vardır. Başqa sözlə, Aİ hüququnun ölkədaxili hüquqda tətbiqi nəzərdə tutul-muşdur. Sabitlik və assosiasiya sazişlərində bu vəziyyət bir qədər fərqli şəkildə tənzimlənmişdir. Makedoniya ilə imzalanan sabitlik və assosiasiya sazişində əldə edilən təcrübənin yaxınlaşdırılması üçün müxtəlif qaydalar nəzərdə tutul-muşdur. Əvvəlcə bu mövzu ilə bağlı sabitlik və assosiasiya sazişində yalnız bir müddəa mövcud idi. İkincisi, yaxınlaşma üçün sazişdə müvəqqəti müddətlər də nəzərdə tutulmuşdur. Eyni zamanda, daxili bazarla əlaqədar Aİ hüquq siste-minin tətbiqi üçün son tarix müəyyənləşdirilmişdir. Xorvatiya ilə imzalanan sa-bitlik və assosiasiya sazişi də əldə olunan təcrübənin yaxınlaşdırılması ilə bağlı müddəanı ehtiva edir.

Avropa sazişləri təcrübələrin yaxınlaşdırılması mərhələləri və ya meto-du ilə bağlı heç bir açıqlama vermir. Bu məsələlər milli proqramlar şəklində sənədlərdə tənzimlənmişdir. Lakin sabitlik və assosiasiya sazişlərində bu məsələlər ilə bağlı müvafiq müddəalar mövcuddur. Bu növ sazişləri imzalayan ölkələr öz hüquq sistemlərini mərhələli şəkildə Aİ-nin təcrübəsinə uyğunlaşdır-mağa dair öhdəlik götürürlər. Makedoniya ilə imzalanan sabitlik və assosiasiya sazişinin 68-ci maddəsində bu prosesin sazişin imzalanmasından başlayacağı və 10 ildən sonra başa çatacağı nəzərdə tutulmuşdur. Bunun icra metodu ilə əlaqədar isə bir neçə amil əsas götürülmüşdür: 1) Milli hüququ Aİ hüququna əsasən şərh etmək; 2) Mövcud hüququ Aİ hüququna uyğun dəyişdirmək və ya ləğv etmək; 3) Zərurət olduqda yeni hüquq normaları işləyib hazırlamaq.

Sazişlərin tətbiqi onların ölkədaxili hüquqdakı birbaşa təsir gücü ilə də əlaqəlidir. Daha doğrusu, dövlətlərin daxili hüququ beynəlxalq hüquqla olan əlaqəsinə bağlıdır. Çünki nəticə etibarilə bu növ assosiasiya sazişləri beynəlxalq xarakterlidir. Lakin Avropa Ədalət Məhkəməsinin rəyinə görə, imzalanan bu növ assosiasiya sazişlərində aydın və qəti öhdəlik olarsa, bu müddəa birba-şa tətbiq oluna bilər. Məsələn, Çex Respublikası Avropa İttifaqı ilə assosiasi-ya sazişində mövcud olan bəzi müddəaları birbaşa tətbiq etmişdir. Doktrina-ya görə, Avropa sazişi və sabitlik və assosiasiya sazişində mövcud olan aydın və qəti müddəaların birbaşa tətbiq edilməsini milli məhkəmələrin də qəbul etməsi lazım gəlir. Bəzi ölkələrin milli hüquqi aktlarını təhlil etdikdə belə ya-naşma tərzinin konstitusional xarakter kəsb etdiyi məlum olur. Hətta narazılıq yarandığı hallarda, beynəlxalq saziş ilə milli hüquq bir-birinə zidd olduqda beynəlxalq sazişə üstünlük verilir. Həm Avropa sazişi, həm də sabitlik və as-sosiasiya sazişində Assosiasiya Şurası və ya Sabitlik və Assosiasiya Şurası kimi sazişlərin tətbiqini təmin edəcək assosiativ orqanlar təsis edilmişdir.

Page 218: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

218

3. Assosiasiya sazişlərinin formalaşdırdığı hüquq

3.1. Ümumi baxışAssosiasiya sazişləri beynəlxalq saziş xarakterindədir, buna görə də qüvvəyə

minməsi və tərəflər baxımından məcburi ola bilməsi üçün sazişin tərəfləri olan dövlətlərin bunları təsdiq etməsi lazım gəlir [14, s.113-118].

Assosiasiya Sazişləri Aİ və üzv olmayan üçüncü ölkələr arasında imzalanır. Assosiasiyaya dair prinsip, qayda və üsullardan ibarət assosiasiya hüququ, hər şeydən əvvəl, beynəlxalq hüquqa tabedir. Çünki Assosiasiyanın təsis edilməsi beynəlxalq sazişə əsaslanır. Bu səbəbdən assosiasiya hüququ qaydalarının tətbiqi və şərhində beynəlxalq hüququn ümumi prinsipləri nəzərə alınmalıdır. Assosiativ əlaqə beynəlxalq sazişə əsaslanan və spesifik hüquq sistemi for-malaşdırır. Assosiasiya sazişləri bir tərəfdən beynəlxalq hüquq sistemi, digər tərəfdən də tərəflərin daxili hüquq sistemi kontekstində qiymətləndirilməlidir [15, s. 289.].

Assosiasiyanın hüquqi əsasları Aİ hüququna söykənir. Bunun nəticəsi kimi üçüncü dövlət sazişdən irəli gələn öhdəliklər səbəbindən müəyyən dərəcədə Aİ hüququna tabedir. Lakin belə tabelilik Aİ hüququ mənasında de-yil, yalnız beynəlxalq hüquq mənasındadır və beynəlxalq hüququn əsasları ilə məhdudlaşır. Buna görə də beynəlxalq hüquqdan üstün xarakterə ma-lik olan Aİ hüququnun müvafiq müddəalarının üçüncü dövlətin hüquqi sistemində birbaşa hüquqi nəticələr doğurması onların konstitusional daxili tənzimləmələrindən asılıdır. Həmçinin Assosiasiya hüququ normalarının tətbiqi baxımından Aİ hüququ normalarının şərh və boşluğu doldurmaq üçün əsas götürülüb-götürülməyəcəyi mübahisə mövzusudur [15, s. 289].

3.2. Assosiasiya hüququnun mənbələriAssosiasiya hüququ normaları ümumilikdə birinci və ikinci dərəcəli hüquqi

mənbələr olmaqla iki qrupa ayrılır. Hər iki mənbə arasında ierarxik əlaqə möv-cuddur və birinci dərəcəli hüquqi mənbələr daha üstün hesab edilir. Buna görə də Assosiasiya hüququnun ikinci dərəcəli mənbələri birinciyə zidd ola bilməz. Lakin ümumilikdə assosiasiya sazişlərində bu mənbələrin hüquqi uzlaşmasını yoxlayan mexanizm nəzərdə tutulmamışdır. Bu vəzifə tərəflərin öz məhkəmə orqanları tərəfindən öhdəliyə götürülmüşdür.

3.2.1. Birinci dərəcəli hüquqi mənbələrAssosiasiyanın birinci dərəcəli hüquqi mənbələrinə ona aid olan, tərəflər

arasında imzalanan saziş mətnləri və saziş xarakterli protokol, bəyanat və ya əgər olarsa, əlavələr daxildir. Assosiasiya sazişinin mətninin digər birinci dərəcəli hüquqi normalara nisbətən üstün olub-olmadığı mübahisə mövzusu-dur. Çünki digər birinci dərəcəli hüquqi mənbələr assosiasiya sazişindən ayrı deyil, əksinə onun ayrılmaz tərkib hissələri hesab olunur.

3.2.2. İkinci dərəcəli hüquqi mənbələrİkinci dərəcəli hüquqi mənbələr Assosiasiya orqanları tərəfindən sazişin

tətbiqi ilə bağlı qəbul edilən hüquqi qərarlardır. Həmin bu hüquqi qərarlar,

Page 219: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

219

xarakterləri səbəbindən törəmə hüquqi mənbələr hesab edilir. Assosiasiya Şuraları-nın qərarları saziş tərəfləri üçün məcburidir. Qərarlarının tətbiqini təmin etmək üçün tərəflər lazımi tədbirləri görürlər. İkinci dərəcəli hüquqi mənbələr arasında Assosi-asiya Şuralarının qərarları, tövsiyələri qeyd edilə bilər. İkinci dərəcəli mənbələr də arala-rında məcburi və məcburi olmayan qərarlar olmaqla iki qrupa ayrılır. Orqanların qərarları beynəlxalq hüquq çərçivəsində məcburi olduğu halda, tövsiyələrin məcburilik xüsusiyyəti yoxdur.

3.3. Assosiasiya hüququ normala-rının məcburi xarakteri və Avropa İttifaqı hüququnda yeriAssosiasiya sazişlərinin müddəaları, beynəlxalq hüquq nöqteyi-nəzərindən

bir qayda olaraq yalnız sazişi imzalayan tərəflər üçün məcburidir. “Pact sunt ser-vanda” (“müqavilələr icra olunmalıdır“) prinsipinə əsasən, sazişi imzalayanlar bir tərəfədən saziş ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir, digər tərəfdən onun məqsədlərinin reallaşdırılmasını təhlükə altında qoya biləcək hər növ qərarlardan çəkinirlər. Tərəflər sazişin qaydalara uyğun şəkildə tətbiqinə görə cavabdehlik daşıyırlar [15, s. 299].

Assosiasiya sazişi çoxtərəfli əlaqənin xüsusiyyətlərini əks etdirən qarışıq struktura malik sənəddir. Lakin sazişin tərəfləri olan bütün üzv dövlətlərin adla-rı bir-bir sadalandığından sonradan Aİ-yə qoşulan ölkələr üçün bu saziş özünə birbaşa tətbiq sahəsi tapa bilməz. Aİ-nin yeni üzv dövlətlərinin sazişə qoşul-maları hər dəfə yalnız uyğunluq protokolları əsasında mümkündür [15, s. 300].

Aİ-nin imzaladığı beynəlxalq sazişlər yalnız İttifaq və digər tərəf arasında qarşılıqlı hüquq və öhdəlikləri formalaşdırmaqla qalmır, eyni zamanda yeni hü-quqi mənbənin yaranmasına səbəb olur. Aİ sazişinin 300-cü maddəsinə görə, Aİ orqanları ilə yanaşı üzv dövlətlər də Aİ-nin beynəlxalq sazişlərinin nəzərə alınmasına, milli hüquq sistemlərində tətbiqinə məsuldurlar. İttifaqın imza-ladığı beynəlxalq sazişlər üzv dövlətlərin hüquq sistemlərində Aİ hüququ xa-rakteri kəsb edir. Aİ sazişinin 300-cü maddəsinin 7-ci bəndi Aİ-nın imzaladığı beynəlxalq sazişlərin Aİ-nin orqanları və üzv dövlətlər üçün məcburi xarakter daşıyacağını nəzərdə tutur. Aİ-nin hüquqi sistemində assosiasiya hüququnun tətbiqi üzv dövlətlər vasitəsilə həyata keçirilir. Üzv dövlətlər sazişə uyğun ola-raq milli müstəvidə assosiasiya hüququnun nəzərə alınmasını təmin etməyə məcburdurlar [4, m.300].

Assosiasiya sazişlərinin Aİ hüququnun norma ierarxiyasındakı yerinə nəzər salsaq, Aİ-nin tərəf olduğu beynəlxalq sazişlərin (başqa sözlə, assosi-asiya sazişləri də daxil olmaqla) bu ali qurumun hüquq sistemində “orqan qərarları” kimi bir mövqeyə malik olduğunu görərik. Bu səbəbdən bu sazişlər Aİ-nın ikinci dərəcəli hüququna daxildir. Aİ sazişinin 300-cü maddəsinin 5-ci və 6-cı bəndlərinə görə, Aİ-nin tərəf olduğu beynəlxalq sazişlər və bunlardan

Assosiasiyanın hüquqi əsasları Aİ hüququna söykənir. Bunun nəticəsi kimi üçüncü dövlət sazişdən irəli gələn öhdəliklər səbəbindən müəyyən dərəcədə Aİ hüququna tabedir. Lakin belə tabelilik Aİ hüququ mənasında deyil, yalnız beynəlxalq hüquq mənasındadır və beynəlxalq hüququn əsasları ilə məhdudlaşır.

Page 220: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

220

irəli gələn orqan qərarları Aİ-nin birinci dərəcəli hüquqi mənbələrinə zidd ola bilməz, onunla ahəngdar olması vacibdir. Belə olan halda, həmin beynəlxalq sazişlər Aİ-nin birinci dərəcəli hüquqi mənbələrindən aşağıda mövqe tutur və Aİ-nin təsis sazişlərinə uyğun olduğu müddət ərzində tətbiq olunur. Digər tərəfədən, beynəlxalq sazişlər Aİ-nin ikinci dərəcəli hüquqi mənbələri qarşısın-da üstünlüyə malikdir. Bu üstünlük Aİ sazişinin 300-cü maddəsində öz əksini tapmışdır. Buna əsasən Aİ-nin tərəf olduğu beynəlxalq sazişlər Aİ-nin orqan-ları və üzv dövlətlər üçün məcburidir. Başqa sözlə, deyə bilərik ki, beynəlxalq sazişlər “Aİ-nin birinci və ikinci dərəcəli hüquqi mənbələri arasında yer tutur” [15, s. 317].

3.4. Assosiasiyaların Avropa İttifaqına üzvlüyə təsiri Aİ-nin təsis edildiyi tarixdən başlayaraq, fəaliyyət göstərdiyi dövrlər ərzində

üzvlük prosesi və assosiasiyalar məsələsi ilə bağlı müxtəlif yanaşmalar olmuş-dur. Bəzi ölkələr ilə imzalanan assosiasiya sazişləri Aİ-yə qoşulma məqsədi ilə imzalanmışdır. Lakin belə olduğu halda bu ölkələrin bəziləri tam üzv ola bildiyi halda (Yunanıstan kimi), bəzilərinin üzvlüyü haqqında isə müraciət tarixindən

uzun müddət keçməsinə baxmayaraq hələ də qəti bir fikir söylənilmir (məsələn, Türkiyədə olduğu kimi) [12].

Aİ-yə üzv olan bəzi ölkələrin üzvlük prosesinə nəzər saldıqda görürük ki, onlar hər hansı bir assosiasiya sazişi imzalanma-dan birbaşa Aİ-yə qoşulma sazişi ilə üzv ol-muşlar (məsələn, İspaniya 1986-cı ildə bu şəkildə Aİ-yə üzvlük haqqı qazana bilmiş-dir) [ 1, s.22].

Lakin İspaniyadan 9 il sonra üzv olan Avstriya assosiasiya sazişi vasitəsilə Aİ-yə üzv olmuşdur. Belə ki, müəyyən dərəcəyə qədər assosiasiya sazişinə təkrar qoşulma-nın ilkin mərhələsi kimi baxılmışdır. Digər

tərəfdən assosiasiya sazişləri Aralıq dənizi ölkələri və Aİ üzvləri arasında imti-yazlı əlaqələr də qurmuşdur [1, s.320]. Belə hallarda onsuz da üzvlükdən bəhs edilə bilməz.

Tədricən müxtəlif ölkələr üçün müxtəlif assosiasiya növləri formalaşdırılmış-dır. Məsələn, Orta və Şərqi Avropa ölkələri ilə imzalanan sazişlər assosiativ de-yil, Avropa sazişi kimi xarakterizə edilmişdir. Açıq şəkildə tam üzvlüyü nəzərdə tutan assosiasiya hesab edilməsə də bu sazişlər Aİ-yə qoşulmağı təmin edə bilmişdir. Qərbi Balkan ölkələri ilə assosiasiyalar isə sabitlik və assosiasiya sazişi adlandırılan assosiativ saziş vasitəsilə yaradılmışdır. Belə assosiasiyalar da aşkar şəkildə üzvlüyü nəzərdə tutmadıqları halda həmin ölkələrin İttifaqa qoşulmala-rı artıq qəti xarakter daşımağa başlamışdır.

Bütün bunlara ümumi qiymət vermək lazım gələrsə, belə bir nəticəyə gəlinə bilər ki, Aİ üzvlüyünə qəbul edilmə ilə assosiasiya sazişləri arasında birbaşa əlaqə yoxdur. Assosiasiya sazişləri ya Aİ-yə üzvlüyü, ya da imtiyazlı əlaqələr

Aİ sazişinin 300-cü maddəsinə görə, Aİ orqanları ilə yanaşı üzv

dövlətlər də Aİ-nin beynəlxalq sazişlərinin nəzərə alınmasına,

milli hüquq sistemlərində tətbiqinə məsuldurlar.

İttifaqın imzaladığı beynəlxalq sazişlər üzv dövlətlərin hüquq

sistemlərində Aİ hüququ xarakteri kəsb edir.

Page 221: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

221

yaradılmasını təmin etmişdir. Lakin son illərdə assosiasiya sazişləri Aİ-yə üzvlük üçün atılması vacib olan mühüm addım kimi qarşımıza çıxır.

Nəticə

Aİ üçüncü dövlətlərlə olan əlaqələrini əsasən müxtəlif assosiasiyalar vasitəsilə qurur. Aİ-də assosiasiya sazişlərinin imzalanması ilk dəfə Avropa Kömür və Polad Cəmiyyətinin təsis müqaviləsində (Paris Sazişi) nəzərdə tu-tulmuşdu. Sonradan Roma Sazişində bu məsələ ilə bağlı tənzimləmələr edil-mişdi. Buna əsasən, Roma Sazişinin 238-ci maddəsinə görə, Aİ bir və ya bir neçə dövlət və ya beynəlxalq təşkilatla qarşılıqlı hüquq və öhdəlik prinsipinə əsaslanan assosiasiya sazişləri imzalaya bilər. Bu sazişlərdə ortaq fəaliyyətlər və xüsusi fəaliyyət prinsipləri nəzərdə tutula bilər. Yekun variant kimi Aİ-nin Təsis Müqaviləsinin 310-cu maddəsi aşağıdakı kimi müəyyən edilmişdir: “Aİ bir və ya daha çox dövlət və ya beynəlxalq təşkilatlarla qarşılıqlı hüquq və öhdəliklər, ortaq fəaliyyətlər və xüsusi metodlar işləyib hazırlayan assosiasiyaların təsis edildiyi sazişlər imzalaya bilər”.

Aİ-nin üçüncü dövlətlərlə qurduğu assosiasiya növlərindən bəhs edilərsə, iki əsas assosiasiya növü qeyd oluna bilər. İngilis dilindəki terminlər bu reallığı daha yaxşı ifadə edir. Başqa sözlə, “association (assosiasiya)” və “partnership (tərəfdaşlıq)” mənasında assosiasiyalardan bəhs edilə bilər. Aİ-nin təsis edildiyi tarixdən başlayaraq yaranan bütün vəziyyətlər və formalaşdırılan yeni şəraitlər istiqamətində bu iki əsas assosiasiya növü özlüyündə müxtəlif daxili alt növlərə ayrılmışdır.

Assosiasiyalar beynəlxalq sazişlər vasitəsilə yaradılır və Aİ hüququ-nun bir hissəsinə çevrilir. Buna görə də onlar üç hüquq sistemi baxımından qiymətləndirilə bilər. Aİ hüquqi sənədi kimi Aİ-nin hüquq sisteminin bir hissəsi olur, beynəlxalq saziş kimi də beynəlxalq hüquqa tabedir, həmçinin üçüncü dövlət baxımından məcburi xarakter daşıdığı üçün üçüncü dövlətdə tətbiq edilməsi dövlətin daxili hüquqi tənzimləmələrinə tabedir.

Assosiativ üzvlük və üzvlük arasındakı əlaqədən bəhs edildikdə aralarında birbaşa əlaqənin olduğu deyilə bilməz. Çünki üzvlük geniş prosesdir, lakin as-sosiativ əlaqə üzvlük prosesi üçün lazımlı və mühüm addım kimi qarşımıza çıxır.

İstifadə edilmiş ədəbiyyat:

1. Karluk Rıdvan. AB ve Türkiye. Ankara: Beta, 2005, s. 22-320.2. The Treaty of Rome, 1951, maddə 131-238.3. Desmond Dinan, Encyclopedia of the European Union Lynne Rienner Pub; Updated

edition, 2000, 454 s.4. The Treaty Establishing the European Community, 2007, maddə 300-310.5. Treaty of Lisbon amending the Treaty on European Union and the Treaty establis-

hing the European Community, signed at Lisbon, 2007, maddə 218.6. Bozkurt Enver, Özcan Mehmet, Köktaş Arif. AB Hukuku. Ankara: Seçkin, 2006, 359 s.10. The Treaty of Athena 1961. Maddə 72.11. http://curia.europa.eu/juris/showPdf.jsf?text=&docid=94569&pageIndex=0&do

Page 222: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

222

clang=en&mode=lst&dir=&occ=first&part=1&cid=858974 (20.11.2013) / Judg-ment of the Court of 30 September 1987. Meryem Demirel v Stadt Schwäbisch Gmünd. Reference for a preliminary ruling: Verwaltungsgericht Stuttgart - Germany. Association agreement between the EEC and Turkey - Freedom of movement for workers. Case 12/86.

12. http://www.easternpartnership.org/community/debate/association-agreement-versus-partnership-co-operation-agreement-what-difference (05.12.2013) / As-sociation agreement versus partnership an co-operation agreement. What is the difference? Eastern Partnership Community

13. Fındıkçı Aydın, Orta ve Doğu Avrupa Ülkelerinin Avrupa Birliğine Tam Üyeliklerinin Dünü, Bugünü ve Geleceği, Mülkiye Dergisi, Cilt: XXV, Sayı: 228, Ankara, 2001, s 273.

14. Hüseyin Pazarcı. Uluslararası Hukuku. Ankara: Turhan, 2007, s. 113-118.15. Hacı Can ve Çınar Özen. Türkiye-Avrupa Topluluğu Ortaklık Hukuku. Ankara: Gazi

Kitapevi, 2005, s.289-317.16. http://www.eesc.europa.eu/documents/publications/pdf/booklets/EESC-2009-01-

IT.pdf

Elnara GaribovaHow does the European Union establish relations with third countries: Types, properties and legal basis of association agreements

Association agreements between the EU and third countries have become one of the most recognizable brands of the EU external policy. The way to comprehend the scope and content of an association or partnership under EU law is to study the EU’s founding treaties, the case law of the European Court of Justice (ECJ) and the bilateral association & partnership agreements concluded by the EU with other countries. In short, one may say that an associ-ation and a partnership differ in their specific legal bases in the EU’s founding treaties and special procedures. The legal base for concluding association ag-reements under EU law is Article 217 of the Treaty on the Functioning of the European Union (TFEU). It states that: The Union may conclude with one or more third countries or international organizations agreements establishing an association involving reciprocal rights and obligations, common action and special procedure. Some features of association agreements make this form of bilateral contractual relations particularly beneficial for a third country. These are: reciprocal rights & obligations, and the prospect of full EU membership. If the former feature constitutes a core of an association between the EU and a third country, the latter feature means that the fact of signing of an asso-ciation agreement does not automatically imply the eventual membership of that third country in the EU. EU law considers entering into association rela-tions with the EU and obtaining full EU Member State status as two different processes, although it is true that most of the EU Member States entered into association with the EU prior to acquiring full EU membership.

Page 223: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

223

Эльнара ГарибоваКак Европейский Союз устанавливает отношения с третьими стра-

нами: виды, свойства и правовая основа ассоциативных соглашений

Ассоциативные соглашения, заключаемые между Европейским со-юзом и третьими странами превратились в наиболее узнаваемую внеш-неполитическую тенденцию ЕС. Чтобы уяснить степень охвата и суть этих соглашений или партнерства в рамках европейского права, необходимо изучить договора, лежащие в основе создания Европейского союза, пре-цедентное право европейского правосудия, двусторонние соглашения Европейского союза об ассоциации и партнерстве с другими государства-ми. Если говорить коротко, то можно отметить, что ассоциативное согла-шение и партнерство отличаются по своей специфической юридической основе, содержащейся в основополагающих договорах и специальных процедурах Европейского союза. Юридической основой для заключения ассоциативного соглашения в рамках европейского права является статья 217 Договора о функционировании Европейского союза. В ней говорит-ся: «Европейский союз может заключить соглашение с государствами не-членами или международными организациями, в рамках которого будет установлена ассоциация, включающая в себя взаимные права и обязан-ности, совместные действия и особый порядок».

Некоторые аспекты ассоциативных соглашений придают им форму двусторонних договорных отношений, приносящих государству не-члену определенную выгоду. К ним относятся: взаимные права и обязанности, а также перспектива полного членства. Если взаимные права и обязанно-сти составляют стержень ассоциации, то перспектива членства означает, что факт подписания ассоциативного соглашения не подразумевает авто-матического последующего членства государства-участника договора в Европейском Союзе. В соответствие с европейским правом, вхождение в ассоциативные отношения с Европейским Союзом и приобретение ста-туса полноправного члена являются различными процессами. Однако большинство государств-членов Европейского Союза вступили в ассоци-ацию до приобретения полноправного членства.

Page 224: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

224

Page 225: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

225

MÜASİR HÜQUQİ VƏ SOSİAL DÖVLƏT QURUCULUĞU

Page 226: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

226

Avropa konstitusiyaları

və dünyəvilik prinsipi

Page 227: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

227

Açar sözlər: Avropa konstitusiyaları, dövlət-din münasibətləri, dinin deprivatizasiya prosesi, dünyəvilik prinsipi, tolerantlıq, kilsə vergitutması, kilsə hüququ

Key words: European Constitutions, relationship between religion and state, the deprivatization of religion, the principle of secularism, tolerance, church tax, the right of church

Ключевые слова: конституция европейских стран, отношения религии и государства, процесс деприватизации религии, принцип секуляризма, толерантность, церковное налогообложение, церковное право

Avropa konstitusiyaları

və dünyəvilik prinsipi

Leyla ƏLİYEVA Bakı Dövlət Universitetinin Konstitusiya və bələdiyyə hüququ kafedrasının doktorantı

[email protected]

Page 228: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

228

Ötən əsrin 90-cı illərindən başlayaraq, Qərbi Avropada dinin deprivatizasiya prosesi, onun vətəndaş cəmiyyətinə daxil olması başlandı ki, bu da konstitusiya nəzəriyyəsində sekulyarizm və din arasında əlaqələrlə bağlı müasir problemlərə gətirib çıxarmışdır. Hər üç səmavi din – xristianlıq, islam və yəhudilik dün-ya haqqında təsəvvür yaratmaqla yanaşı, öz doktrinalarında sosial idarəçiliyin əsaslarını formalaşdırır və bununla da ictimai həyatın tənzimlənməsində dinin rolunun mümkünlüyü və mövcudluğunu təsbit edir. Həm dövlət, həm də din səni nizamlayan və sənin nəzarət edə bilmədiyin təbiət ilə qarşılıqlı əlaqələrin qurulması qaydalarını müəyyənləşdirən hakimiyyət modelləridir. İlk Avropa respublikaları kilsə tərəfindən Allahın suverenliyinin qəsbkarlığı kimi qəbul edilirdi. Dövlətlərin dünyəviliyi kilsə kosmologiyasına ciddi zərbə vurdu. Belə ki, bu nəzəriyyədə dövlətlər də daxil olmaqla hər şey Allahın iradəsinə tabe idi və Avropa monarxları “Allahın mərhəməti” ilə hökmranlıq edirdilər.

Təmiz teokratiyada (məsələn, XIX əsrin sonunda Sudanda mövcud ol-muş mehdilik idealogiyasında) ali dini rəhbər (Məhəmməd Əhməd Mehdi) eyni zamanda ali siyasi lider idi. Teokratiya ilə sıx bağlı olan eklessiokratiyada (məsələn, Vatikanda) institusional dini liderlər dövlət hakimiyyətinin sükanı ar-xasında olsalar da, bu zərurətin ilahi sənədlərdən qaynaqlandığını bildirmirlər.

Dinin yalnız müsəlman əhalisinin yaşadığı dövlətlərdə dövlət quruluşu və kollektiv eyniliyi müəyyənləşdirdiyini bəyan etmək yanlış olardı. Qustav Men-şiq yazır: “Əgər teokratiya ruhanilərin hakimiyyəti anlamına gəlirsə, o halda islam teokratiya deyil, çünki islam ruhani tanımır. İslam həmçinin hakimiyyətin qaynaqlanacağı təkmilləşmiş kilsəyə sahib deyil. Bununla belə, teokratik hakimiyyət forması həm islam, həm Tibet buddizmində, həm də orta əsrlər xristianlığında təmsil olunur” [1].

Əgər Rene Xirşl tərəfindən təklif olunan “ideal model” növbəti 4 başlıca elementi fərqləndirməklə əsas götürülsə, o halda bu göstəricilərin əksəriyyəti, 4-cünü çıxmaqla (bəzi Avropa ölkələrində kilsə nikahlarının məhkəmələr tərəfindən təsdiq edilməsi nəzərə alınmasa), bir sıra Avropa ölkələrində mövcuddur: 1) müasir konstitusiya nəzəriyyəsinin bütün və ya bir sıra əsas elementlərinə riayət etmək, eləcə də siyasi və dini hakimiyyət arasında formal hakimiyyət bölgüsü və bu və ya digər formada məhkəmə nəzarətinin möv-cudluğu; 2) dövlət tərəfindən “dövlət dini” kimi təsdiqlənmiş din və ya inamın olması; 3) dini mətn, direktiv və təfsirlərin hüququn mənbəyi və qanunların məhkəmə təfsirinin əsası kimi konstitusion təsdiqi; 4) öz yurisdiksiyasına sahib olan və mülki məhkəmələrlə tandemdə fəaliyyət göstərən və ya onları əvəz edən dini təşkilatların və dini məhkəmələrin qarşılıqlı əlaqəsi [2].

Reallıq ondan ibarətdir ki, Qərbi Avropanın 200 ildən çox keçmiş Böyük Fran-sa inqilabının dinə münasibətinin varisi olması anlayışı şərhsiz yalnız Fransaya şamil edilə bilər. Fransız sistemi (laisizm - laïcité) kilsə və dövlət arasında tam bölgünü özündə ehtiva edir. Dövlət vicdan azadlığını tanıyır, lakin heç bir dini təşkilatı dəstəkləmir. Din Fransa vətəndaşlarının şəxsi işi hesab edilir (bu qayda

Page 229: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

229

Elzas və Lotaringiyaya şamil edilmir). Oxşar sistem Türkiyədə də mövcuddur. İrlandiya Konstitusiyasının preambulasında, onun qəbulu ilə bağlı deyilir:

“Bütün hakimiyyətlərin gəldiyi və son ümidimiz kimi insanın və dövlətin bü-tün hərəkətlərinin getməli olduğu Müqəddəs Üçlüyün adıyla, biz, Eyri xalqı, bizim atalarımızı çoxsaylı imtahanlarda dəstəkləmiş Müqəddəs Allahımız İsus Xristos qarşısındakı öhdəliklərimizi tanıyırıq…”. İsveçrə Konstitusiyası “Qüdrətli Allahın adı ilə! İsveçrə xalqı və kantonları yaradıcı qarşısındakı məsuliyyəti dərk edərək…” sözləri ilə başlayır.

Bununla yanaşı, bir çox Avropa ölkələrində dinə rəsmi status verilir. Mal-ta Konstitusiyasının 1-ci bölməsinin 2-ci maddəsinə əsasən “Maltanın dini Roma katolik apostol dinidir”. Bundan əlavə, onun mənəviyyat və tərbiyədəki prioriteti konstitusion qaydada müəyyən edilir: “Roma katolik apostol kilsəsi orqanları hansı prinsiplərin ədalətli, hansıların isə yanlış olduğunu tədris etmək öhdəliyinə və hüququna malikdirlər”. Bununla da, “Roma ka-tolik apostol kilsəsinin dini təlimləri bütün dövlət məktəblərində icbari təhsil çərçivəsində tədris edilməlidir”. Norveç Konstitusiyasının 2-ci maddəsində deyilir: “Evangelist-lüterant dini rəsmi dövlət dinidir. Ona ibadət edən sakinlər öz uşaqlarını bu çərçivədə tərbiyələndirməlidirlər”. 12-ci maddə tələb edir ki, Norveç dövlət Şurası üzvlərinin yarısından çoxu dövlət kilsəsinə ibadət edənlər olsun. Norveç kralı kilsə rəhbəri hesab edilir. Evangelist-lüterant kilsəsi həmçinin Danimarka, Finlandiya və İslandiyanın da “dövlət kilsəsidir”. Norveçlə yanaşı, Danimarka və Böyük Britaniyada da dövlət başçısı üçün dini məhdudiyyət müəyyən edilib. İsveç, Danimarka və Böyük Britaniyada monarx dini rəhbər kimi çıxış edir, kilsə isə dövlət aparatının bir hissəsi hesab edilir. Rəsmi din statusu Lixtenşteyn, Monako və Kiprin konstitusiyalarında da bəyan edilib. Kipr Konstitusiyası zəmanət verir ki, “Kiprin avtokefal yunan provaslav kilsəsi müqəddəs qanunları və nizamnaməsinə uyğun olaraq, öz daxili işləri və əmlakı üzərində müstəsna idarəçilik və sərəncam hüququnu özündə sax-layır. Yunan ictimaiyyəti Kiprin yunan pravoslav kilsəsinin sözügedən hüqu-quna zidd hərəkət edə bilməz” (maddə 110). Kipr Konstitusiya səviyyəsində pravoslavlığı rəsmi din kimi tanıyır və faktiki olaraq, əhalinin dini baxışlara görə bölünməsini məcburi edir. Yunanıstan Konstitusiyasının 3-cü maddəsinə əsasən, “Yunanıstanda əsas din şərqi-pravoslav xristian kilsəsidir”. Yunanıstan Konstitusiyası pravoslav dininin əsas din kimi tanınması ilə yanaşı, ənənəvi olaraq, teologiyaya aid məsələləri də tənzimləyir: “Müqəddəs yazıların mətni dəyişməz qalır. Yunanıstanın Aftokefal Kilsəsi və Ali Konstantinopol Kilsəsinin icazəsi olmadan onların başqa dilə rəsmi tərcüməsi qadağan edilir” (maddə 3). Bundan əlavə, Yunanıstan Konstitusiyasının 13-cü maddəsinə əsasən, prozelitizm də qadağan edilir. İtaliya və İspaniya konstitusiyalarında katolik kilsəsi xüsusi qeyd olunur. Bu, onunla əlaqədardır ki, 1982-ci ilədək İtaliyada, 1978-ci ilədək isə İspaniyada katolisizm rəsmi din idi.

Əhalisinin əksəriyyəti xristian dininə etiqad edən keçmiş sosialist dövlətləri

Page 230: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

230

də din məsələsini sükutla keçməmişlər. Bolqarıstan Konstitusiyasının 13-cü maddəsinə əsasən, “Bolqarıstan Respublikasında ənənəvi din şərqi-pravoslav etiqadıdır”. Makedoniya Konstitusiyasında Makedoniya pravoslav kilsəsi xüsusi vurğulanır (maddə 19). Polşa Konstitusiyası müəyyən edir ki, Polşa Respubli-

kası və katolik kilsəsi arasında münasibətlər Apostol Paytaxtı ilə imzalanmış beynəlxalq müqavilə ilə tənzimlənir (maddə 25). Qeyd olunmalıdır ki, əhalisinin əksəriyyəti müsəlman olan keçmiş sosialist ölkələrinin - Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qa-zaxıstan, Bosniya və Herseqovina – konsti-tusiyalarında hər hansı rəsmi, dövlət və ya digər konkret dinlər əks olunmur.

Hər hansı dinə dövlət statusunun verilməsi konstitusion düzəliş deyil. Bu və ya digər ölkələrdə müvafiq konstitusiya nor-malarının təcəssümü dövlət başçısı və kilsə başçısı vəzifələrinin birləşməsi, bəzi vəzifəli şəxslərin kilsəyə zəruri bağlılığı, kilsə hü-ququnun ölkənin hüquq sisteminə daxil edilməsi, kilsənin daxili strukturu və idarəçilik məsələlərinin dövlət tərəfindən nizamlan-ması, kilsə xidmətçilərinin müxtəlif dövlət orqanlarına təyin edilməsi, kilsənin dövlət tərəfindən maliyyələşdirilməsi, vətəndaşlar tərəfindən kilsə vergilərinin verilməsi, kilsə

xidmətçilərinin dövlət qulluqçusu kimi nəzərdən keçirilməsi, kilsə tərəfindən bəzi dövlət funksiyalarının həyata keçirilməsi, kilsənin təhsil sisteminə maneəsiz çıxışı, kilsə yurisdiksiyasının mövcudluğu, dövlət kilsəsinin statusunun digər dini təşkilatların statusundan fərqləndirilməsi mahiyyəti daşıyır.

Kilsə vergitutması Danimarka, Finlandiya, İtaliya, İspaniya, Estoniya, Avstriya və İsveçrədə mövcuddur. Yalnız Almaniyada kilsə vergiləri dövlət vergi orqan-ları tərəfindən yığılır və bəzi mənbələrə görə, kilsəyə illik 4 milyard avro gəlir gətirir. “Ümumi hüquq əsasında Korporasiya” kimi qeydiyyatdan keçmiş bütün dini təşkilatlar vergidən azad edilir və ikili hüquqdan istifadə edirlər, hansılar ki digər hallarda dövlətin müstəsna hüququ olur: vergiləri təyin etmək və dinin əsaslarını məktəblərdə tədris etmək. Bununla yanaşı, “Ümumi hüquqa uyğun Korporasiya” statusunun əldə edilməsi üçün dini təşkilatlara bir sıra tələblər (dövlətə sədaqət də daxil olmaqla) irəli sürülür. “Yehovanın Şahidləri”nə “Ümu-mi hüquqa uyğun Korporasiya” statusu verilmir. Belə ki, bu dini təşkilat dövlətə qeyri-loyal kimi tanınır (öz üzvlərinə dövlət orqanlarına seçkilərdə iştirakı qa-dağan edir).

Aİ üzvlərinin əksəriyyətinin konstitusiyalarında olduğu kimi

Almaniya Konstitusiyasında da Azərbaycan Respublikası

Konstitusiyasının 7-ci maddəsində əks olunmuş

müddəaya analoji ifadə mövcud deyil: Azərbaycan

dövləti – dünyəvi dövlətdir. Bunun əksinə olaraq, Almaniya

Konstitusiyasına əsasən, “dini təlimlər qeyri-konfessial

məktəblər istisna olmaqla, dövlət məktəblərində, dövlət nəzarətinə xələl gətirmədən,

məcburi fəndir” .

Page 231: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

231

Aİ üzvlərinin əksəriyyətinin konstitusiyalarında olduğu kimi Almaniya Kons-titusiyasında da Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində əks olunmuş müddəaya analoji ifadə mövcud deyil: Azərbaycan dövləti – dünyəvi dövlətdir. Bunun əksinə olaraq, Almaniya Konstitusiyasına əsasən, “dini təlimlər qeyri-konfessial məktəblər is-tisna olmaqla, dövlət məktəblərində, dövlət nəzarətinə xələl gətirmədən, məcburi fəndir” (maddə 7). Beləliklə də, Əsas qanu-na uyğun olaraq dövlət məktəblərində di-nin tədrisi xüsusi deyil, ictimai məsələ kimi qeyd olunur və riyaziyyat, biologiya, fizika və s. dərslərdən fərqli olaraq, konstitusiya qaydasında məcburidir.

Yuxarıda qeyd olunan dövlətlərin ha-mısı kifayət qədər dünyəvi dövlətlərdir və onları dini radikalizmi yetişdirməkdə it-tiham etmək düzgün olmazdı. Lakin dini dövlət prinsiplərinə zidd olan normalar bu dövlətlərin konstitusiya qanunlarında yer almaqda davam edir və ehtimal var ki, bu normalar yaxın gələcəkdə dəyişməz olaraq qalacaqlar. Avropa İnsan Hüquq-ları Məhkəməsinin qərarına baxmayaraq, xüsusilə də Yunanıstan öz konstitusiyasın-da dəyişiklik etmək niyyətində deyil. Yunan təbəəsi Minos Kokinakis “Yehovanın Şahi-di” olduğu 1936-cı ildən başlayaraq prozelitizmə görə 60 dəfədən çox həbsə məruz qalmışdır ki, sonuncu həbs də 1986-cı ildə baş vermişdir. 1993-cü il mayın 25-də Avropa məhkəməsi prozelitizm məsələsi ilə əlaqədar Yunanıs-tana münasibətdə hər hansı təzyiqə və ya digər qeyri-qanuni hərəkətlərə yol vermədiyinə görə orada prozelitizmi həyata keçirən yunanlının məhkum edilməsinin yolverilməzliyini bildirən qərar qəbul etmişdir [3].

Ümumilikdə, Avropa konsepsiyasına əsasən, dini təşkilatlar peşəkar ittifaq-lardan fərqli olaraq “təzyiq qrupu” kimi xarakterizə olunmurlar (hətta Fransa-da). Etiraf etmək yerinə düşər ki, dini təşkilatlar dövlətin maraqlarında olan vacib ictimai funksiyaları yerinə yetirirlər. Avropa ölkələrində bu funksiyaların dairəsi kifayət qədər genişdir (məktəb, ordu və islah müəssisələrində mənəvi təsəlli vermək, ailə dəyərlərini mühafizə etmək və s.)

Avropada din və dövlət arasındakı qarşılıqlı münasibətlərin nizamlanma-sının dərin tarixi kökləri mövcuddur. Burada IX əsrdə dövlət deyil, daha çox dövlət formasında olan kilsə meydana çıxmışdır. Dövlətəbənzər kilsələr, eləcə də dünyəvi hakimiyyətlər arasında əməkdaşlıq və rəqabət yer alırdı ki, sonuncu

Avropa konsepsiyasına əsasən, dini təşkilatlar peşəkar ittifaqlardan fərqli olaraq “təzyiq qrupu” kimi xarakterizə olunmurlar (hətta Fransada). Etiraf etmək yerinə düşər ki, dini təşkilatlar dövlətin maraqlarında olan vacib ictimai funksiyaları yerinə yetirirlər. Avropa ölkələrində bu funksiyaların dairəsi kifayət qədər genişdir (məktəb, ordu və islah müəssisələrində mənəvi təsəlli vermək, ailə dəyərlərini mühafizə etmək və s.).

Page 232: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

232

da bəzi hallarda öz kəskinliyi ilə fərqlənirdi. Avropa tolerantlıq konsepsiyası ilə bağlı Marqarit Moor yazır: “Tolerantlıq sözü, adətən, hörmət ifadəsi ilə eyni vaxtda səsləndirilir, lakin XVI-XVII əsrlərə gedib çıxan tolerantlığımızın əsasında bir damla da hörmət dayanmır. Əksinə, biz digər dinlərə nifrət etmişik, katoliklər və kalvinistlər bir-birinin gözündə heç bir hörmətə sahib deyildilər. Bizim 80 illik müharibəmiz isə tək İspaniyaya qarşı üsyan deyil, katolisizmə qarşı orto-doksal kalvinistlərin qanlı cihad idi” [4]. Avropa dünyəviliyi və tolerantlığının təməli məhz bu cür qoyulmuşdur. Digər dinlərə qarşı dözümlülük Avropada uzunmüddətli qanlı müharibələr nəticəsində yaranmışdır. Bu Avropa xalqla-rının xilası idi ki, bu da 1648-ci il Vestfal sülh sazişində normativləşdirilmişdir. Fikrimizcə, bu tolerant modelinin tarixən təhkimli kimi qəbul edilməsi bir sıra Avropa ölkələrinin konstitusiyalarında dünyəvilik prinsipinə zidd normaların yer almasının izahı ola bilər.

Azərbaycan dözümlülük modeli öz mahiyyət göstəricilərinə görə Avropa-dakından fərqlənir. Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, dövlətin hər hansı dinə neytral münasibəti ardıcıl şəkildə həyata keçirilir. Azərbaycanın dünyəvi mahiyyəti Konstitusiyanın 7-ci maddəsinin I hissəsində və 18-ci

maddəsinin I hissəsində əks olunmuşdur. Cənubi Qafqazın digər iki dövlətində dövlət və din arasındakı qarşılıqlı münasibət-lərin nizamlanması Azərbaycandakından fərqlənir. Məsələn, Gürcüstan Konstitusi-yası ənənəvi din statusunu qeyd edir. Bu-nun əsasında dövlət “Gürcüstan dövləti və Gürcüstan aftokefal pravoslav apostol kilsəsi arasında konstitusiya sazişi”ni im-zalayaraq, ona bir sıra üstünlüklər təqdim etmişdir. Ermənistanın “Vicdan və dini təşkilatlar haqqında” Qanununun preambu-

lasında və 17-ci maddəsində Ermənistan apostol kilsəsi erməni xalqının mil-li kilsəsi kimi göstərilir. Qanuna əsasən, ölkə hüdudları xaricində də fəaliyyət göstərən Ermənistan apostol kilsəsi beynəlxalq hüquq normaları çərçivəsində Ermənistan Respublikası tərəfindən mühafizə olunur.

Azərbaycanın dinə bitərəf münasibətinin öz dərin mədəni və tarixi kökləri var. Azərbaycan xalqının tolerantlığı mədəni fenomen olmaqla yanaşı, sistem-formalaşdıran sivilizasiya faktorudur. Azərbaycan tarixən üç dinin – islam, xris-tianlıq və yəhudilik kəsişməsi olmuşdur. IV əsrdən başlayaraq, parfların xris-tian missionerlərinin səyi ilə Azərbaycanda xristianlıq yayılmağa başlamışdır. Azərbaycanın şimalı rəsmi dini yəhudilik olan Xəzər xaqanlığının tərkibinə daxil olmuşdur. Bu günə kimi Azərbaycanın şimal şərqində yaşayan əhalinin müəyyən hissəsi yəhudiliyə etiqad edir. VII əsrdə Azərbaycanın ərəblər tərəfindən işğa-lından sonra əhalinin əksəriyyəti islamı qəbul etmişdir. Bununla belə, bundan

Azərbaycanın dinə bitərəf münasibətinin öz dərin mədəni və tarixi kökləri

var. Azərbaycan xalqının tolerantlığı mədəni

fenomen olmaqla yanaşı, sistemformalaşdıran

sivilizasiya faktorudur.

Page 233: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

233

sonrakı 1000 ildən artıq müddətdə, XIX əsrin birinci yarısına kimi xristian Alban kilsəsi öz muxtar (aftokefal) statusunu saxlayırdı. 1828-ci ilədək 10 Azərbaycan dövləti (xanlığı) Rusiya imperiyasının tərkibinə daxil edildi və artıq 1836-cı ildə erməni qriqorian kilsəsinin müraciəti əsasında alban aftokefal kilsəsi çar hakimi tərəfindən ləğv edildi və onun əmlakı erməni katolikosuna ötürüldü. Bu şərait dövlət və din arasındakı qarşılıqlı münasibətlərin həm konstitusiya, həm də qa-nunvericilik səviyyəsində hüquqi təsbitində və müvafiq olaraq da bu sahədəki Azərbaycan qanunvericiliyinin anlaşılmasında əsas rol oynamışdır.

Siyasi hakimiyyətin dinin qəyyumluğundan qurtarılması prosesi Avropa-da Böyük Fransa inqilabının başlaması ilə öz kulminasiya nöqtəsinə çatmış-dır. Dövlət hakimiyyətinin legitimləşdirilməsi problemi Avropada konfessi-al dağınıqlığının dünyəvi plüralizmin inkişafına gətirməsi və getdikcə siyasi hakimiyyəti “ilahi mərhəmətdən” məhrum etməsi nəticəsində meydana çıx-mışdır. Yeni dövlət üçün sistemformalaşdıran iki faktor mövcud idi: dövlət hakimiyyəti suverenliyinin monarx görkəmində cəmlənməsi, habelə dövlət və cəmiyyət bölgüsünün milli suverenliklə əvəzlənməsi (fiziki şəxslər zəruri olan minimum subyektiv azadlıqlar ilə təmin edilirdilər), təbəələrin hüquqları isə in-san və vətəndaş hüquqlarına, başqa sözlə, liberal və siyasi vətəndaş hüquqları-na çevrilmişdir. Dünyəvi dövlətə digər legitimlik mənbələri axtarmaq zəruri idi.

Bu gün sabit və səmərəli, ən vacibi isə le-gitim idarəçilik sisteminin yaradılması Avro-pa İttifaqının gələcək mövcudluğu baxımın-dan əsas məsələdir. 1973-cü ildən etibarən Aİ qanunlarının üstünlüyü prinsipinin ardıcıl tətbiqi və onların dərin şəkildə milli hüquq sistemlərinə inkorporasiyası nəticəsində Aİ-yə üzv dövlətlərin milli suverenliklərinin məhdudlaşdırılması prosesi başlanmışdır. Prosesin məntiqi davamı olaraq, 2001-ci ilin dekabrında Konstitusiya Komissiyası təsis edilmiş və sonuncu da 20 iyun 2003-cü il tarixində Aİ-nin Salonikidə keçirilmiş Sammitində Avropa Konstitusiyasının layihəsini təqdim etmişdir. Sonradan Aİ öz idarə struktur-ları üçün maksimum dərəcədə legitimlik almağa və Aİ üzvlərinin maksimum dəstəyinə çalışmışdır. 2004-cü ildə 450 maddədən və 300 səhifədən ibarət olan kifayət qədər geniş bir sənəd referenduma çıxarılmışdır. Sadə “hə” və ya “yox” cavabı ilə, həcminə görə dünyanın ən böyük konstitusiyası olan Hin-distan Konstitusiyası ilə müqayisə oluna biləcək sənədin qiymətləndirilməsi gözlənilən uğursuzluqla yekunlaşmışdır. Lakin sənədin bəzi xüsusiyyətləri dinin konstitusiya nəzəriyyəsindəki rolu ilə bağlı müzakirələr baxımından əhəmiyyət kəsb edir. Avropa Konstitusiyasının preambulasında qeyd olunur ki, Avropa xalqları “milli kimlikləri və tarixləri ilə fəxr edirlər” və “öz köhnə narazılıqlarını həll etmək və daha da sıx biləşərək öz ümumi gələcəklərini müəyyən etmək qətiyyətindədirlər”. Bununla da “çoxtərəflilikdə yeganə olaraq” Avropanın “in-

Bu gün sabit və səmərəli, ən vacibi isə legitim idarəçilik sisteminin yaradılması Avropa İttifaqının gələcək mövcudluğu baxımından əsas məsələdir.

Page 234: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

234

san ümidlərinin xüsusi sahəsinə” çevirmək layihəsini həyata keçirəcəklər. Eyni zamanda, preambulanın ilkin variantına əsasən, təməl prinsip kimi “yəhudi-xristian dəyərləri” çıxış etməlidirlər.

Funksional inteqrasiyanın maksimumluğuna çatmış və Avropa demosları-nın formalaşması bitməmiş Aİ Konstitusiyasının əsasının inkişaf etdirilməsinin davam edən prosesində ümumi xristian mədəniyyətinə və ənənələrinə çağı-rış Avropa layihəsinin inkişafı üçün vətəndaşların həmrəyliyinin zəmanət al-tına alınmasının sonuncu ümid kimi görünə bilər. Bəyan edilmiş dünyəviliyə baxmayaraq qeyd olunmalıdır ki, Avropanın milli konstitusiyalarının maddi və institutlaşdırılmış müddəaları və Avropa konstitusionalizminin əsasında duran xristian dəyərləri Avropanın sekularizminin, o cümlədən maarifçilik layihəsinin ümumilikdə sonunun başlanğıcı idi.

Mövcud olan konstitusiyaların təcrübəsinə uyğun olaraq dövlət və din ara-sında olan əlaqələrin tənzimlənməsinin beş əsas modelini qeyd etmək olar. Onlar aşağıdakılardır: 1) dinin ictimai sahədən tam istisna edilməsi (məsələn, fransız və Azərbaycan modeli); 2) dünyəvi aqnostisizm modeli, dövlət dinlərə qarşı neytral mövqe saxlamağa çalışsa da, ateizm və qeyri-dini təlimlərlə müqayisədə dinə üstünlük verilməsi (bu Amerika konstitusiyanın hüquq spe-sifikasıdır); 3) dünyəvi konfessional model, əhalinin böyük əksəriyyətinin əsas dininin dövlət tərəfindən tənzimləməsinin elementlərini özündə ehtiva edir və konstitusional dövlət quruluşuna dini üstünlüklərin daxil edilməsi (məsələn, İtaliyada və Bavariyada çarmıxa çəkilmə milli kimliyin dünyəvilik rəmzi kimi tanınır); 4) dini azlıqlara münasibətdə institutlaşdırılmış dözümlülük ilə rəsmi dinin mövcudluğu (məsələn, Böyük Britaniya və Skandinaviya ölkələri) və 5) ilk növbədə diqqətin hər bir dini icmanın kollektiv özünüidarəetməsinə verilməsi, bu da dövlət quruluşunda öz əksini tapır (məsələn, Kipr); 6) əksəriyyətin dininin dövlət tərəfindən sərt dəstəklənməsi modeli, həmçinin prozelitizmin qadağan edilməsi yolu ilə (Yunanıstan).

Yuxarıda qeyd olunduğu kimi, Avropada sekularizm qeyri-sivilizasiya fakto-rudur və bütün bu modellərdə istənilən digər süni konstruksiyalarda olduğu kimi boşluqlar var ki, bunlar da kifayət qədər əhəmiyyətli boşluqlardır. Onlar sekularizmin idealı olmamaqla yanaşı, eyni zamanda dini və dünyəvi sahələrdə, həmçinin dini azlıqlara münasibətdə qarşıya qoyulan məqsədlərə nail olmurlar. Birinci model dinə münasibətdə neytral mövqe güdür, lakin cəngavər sekula-rizm hüquqi dini azlıqlara qarşı fəal istifadə oluna bilər (Fransada - müsəlman azlıqlara qarşı). İkinci model ayrı-seçkilik etməsə də, o, inamı olmayanları pis vəziyyətdə qoyur və onun çərçivəsində digər dinlərə münasibətdə bəyan olunmuş neytrallığa baxmayaraq güclənən dini azlığa münasibətdə əsas dinə güzəştlər verir. Üçüncü model dünyəvilik konfessionalizasiyasına və əhalinin dindar hissəsi ilə mübarizəyə gətirib çıxara bilər: bəziləri ictimai sahənin dini simvolizm ilə dolu olduğunu, digərləri isə onların dini hislərinə hörmət edilmədiyini hesab edəcək. Bundan başqa, üçüncü model dördüncü model

Page 235: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

235

kimi azlıqların dini hörmətsizliyi və sıxışdırılması ilə yanaşı, dövlətin inanclara qarşı bərabər olmadığı məqamlar ilə doludur. Beşinci model sekulyarizmdən uzaqlaşma ilə yanaşı, bir fərd üzərində qrupun həddindən artıq güclü olması-na, eyni zamanda digər konfesiyaların tanınmamasına gətirib çıxarır. Nəhayət, altıncı model qeyri-dövlət dinlərin nümayişkaranə ayrı-seçkiliyindən başqa bir şey deyil.

Buna baxmayaraq, Avropa üçün dövlət və ya siyasi partiyalar tərəfindən ədalət duyğusunun verilməsi, yaxud təməl xidmətlər ilə təmin edilməsi müm-kün olmadıqda əmələ gələn boşluqların digər təşkilatlar tərəfindən doldurul-ması barədə Şeri Bermanın nəticəsi aktual olaraq qalır [6]. Dində hazır olan legitimlik mənbəyi artıq mövcuddur. Dinin ən aktual suallara əsrlərlə sübut olunmuş cavabları var və buna görə də o, cəmiyyətin tam səfərbərliyi üçün rahat və effektiv vasitəsidir. O, ideologiyadan fərqli olaraq populyarlaşmasına böyük xərclər tələb etməyən bahalı olmayan vasitədir. Onun siyasi platfor-malara, partiyaların proqramlarına, həyata keçirilməli olan seçkiqabağı vədlərə ehtiyacı yoxdur. Bütün zəruri məqamlar artıq müqəddəs mətnlərdə qeyd olu-nub.

Dinin deprivatizasiyası ilə birlikdə universal rifahlı dövlətin yaranması dövlət sahəsi və şəxsi həyat arasında olan ənənəvi sərhədi getdikcə pozur. Bir tərəfdən, dövlət bütün müasir siyasi sistemdə daha da çox iştirak edir. O, dövlət təhsilini, səhiyyəni, dövlət tərəfindən tibbi tədqiqatların maliyyələşdirilməsini və icti-mai, o cümlədən individual malların paylaşdırılması ilə təmin edir. Eyni zaman-da, müasir dövlət ənənəvi hesab olunan sırf özəl sahəyə daha da dərindən müdaxilə edir. Həyat yoldaşları, valideynlər və uşaqlar arasında olan əlaqələr kimi, valideynlərin şəxsi həyatlarının ən özəl aspektləri də tənzimlənilir.

Digər tərəfdən, din ictimai sahədə daha fəal olmağa çalışır. Dini nikahla-rın hüquqi tanınması ən diqqətəçarpan nümunədir (İspaniya, Kipr və s.). Dini təşkilatlar dünyəvi ictimai sahədə olan abort mövzusunda müzakirələr, evta-naziya, gövdə hüceyrələrin tədqiqatı, klonlama və digər bir çox məsələlər üzrə olduqca fəal işləyirlər. Bundan başqa, bu prosesdə ən maraqlısı odur ki, dini təşkilatlar dövlətin öz dini ənənələrindən və təəssüratlarından irəli gələn, digər dini hərəkatlar və dünyəvi idarəçiliyin davamçıları ilə qəbul olunmayan norma-tiv məhdudiyyətlərin tətbiq edilməsi kimi öz dini mövqelərinə uyğun bütün ic-timai sahəni dəyişdirməyə çalışırlar. Bu isə insanların sırf şəxsi işlərinə qarışmaq deməkdir. Din ilk öncə dünyagörüşü və dünya hissidir, özünün cəmiyyətdə qəbul edilməsidir, yəni insanın mövcud olan ən özəl sahəsidir.

Dövlətin bu sahəyə qarışması cəmiyyətdə maraqların balansını, ədalətli və neytral, bütün vətəndaşlar ilə bərabər davranan dövlət prinsipini pozur. Məntiqli hüquqi təhlil aparmaq imkanı verməyən xüsusi dini üstünlüklər qa-nun səviyyəsinə qaldırılır. Müvafiq olaraq, digər etirafların quraşdırmalarına riayət etməyən dini və ya dünyəvi azlıq ilahinin ayrı mənada tanınmasından başqa qanunun pozulmasında ittiham olunacaq. İctimai sahədə dinin fəal rolu-

Page 236: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

236

nun artırılması nəticəsində dövlətin dini üstünlüklərin məcburi tətbiq edilməsi vasitəçisinə çevrilməsi ilə yanaşı, eyni zamanda dövlətin özəl sahəyə qarışma-sının güclənilməsi tendensiyalarını nəzərə alaraq, sual yaranır: neytral, sekulyar dövlətin Avropa layihəsinin canlandırılması üçün heç bir cəhd etmədən orta əsrin kilsə vergisinin və dövlət məktəblərində məcburi dini təhsilin saxlanılması, özəl və ictimai prozelitizmin dəqiq bölgüsü olmadan onun qadağan edilməsi şəraitində ateizm, din və dövlət arasında konstitusiya balansının əlaqələrinin axtarışının hələ də bir mənası varmı?

İstifadə edilmiş ədəbiyyat:

1. Gustav Mensching. Soziologie der Grossen Religionen. Bonn: Luwing Röhrscheid, 1966, p. 73.

2. Ran Hirschl .The Rise of Constitutional Theocracy. - Harvard International Law Jo-urnal v.49 (2008) , p.73-74.

3. Kokkinakis V. Greece (application №14307/88 ECHR 25 May 1993).4. Margriet de Moor. Alarmglocken, die am Herzen hängen. In: - Thierry Chervel ,Anja

Seeliger (Hg.). Islam in Europa. Frankfurt a. M.: Suhrkamp , 2007, p. 211.5. J. H. Weiler. The Constitution of Europe. Cambridge: Cambridge University Press.

1999, pp.19–45, 96–99.6. Sheri Berman. The Primacy of Politics: Social Democracy and the Making of Europe’s

Twentieth Century. Cambridge: Cambridge University Press 2006 , p.209.

Leyla AliyevaEuropean Constitutions and the principle of secularism

The deprivatization of religion and its emergence in the European civil so-ciety coincides with the 90’s of 20th century. This have led to a number of problems between secularism and religion

The article mentions that it would not be appropriate to declare that politi-cal system and collective identity is determined by religion only in the Moslem countries. There have been a number of countries (namely Ireland, Switzer-land, Sweden, Malta, Norway, Denmark, Lichtenstein, Greece, Cyprus etc.) that declared the official religious status in their constitution.

There is no any official or other kind of religious mentions in the cons-titutions of the post-socialist Moslem countries like Azerbaijan, Kyrgyzstan, Kazakhstan, and Bosnia and Herzegovina.

The author has pointed out 5 main models of regulations between state and religion according to the Constitutions of European countries and has thoroughly analyzed the issue.

The model of tolerance in Azerbaijan is distinguished from that of in Euro-pean countries. Azerbaijan is the sole state in the Southern Caucasus region that maintains a neutral attitude towards any religion. The neutralist attitude

Page 237: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

237

towards religions has deep cultural and historical roots. The tolerance of Azer-baijani nation is both a cultural as well as system-forming factor of civilization.

Лейла АлиеваКонституции европейских стран и принцип секуляризма

Процесс деприватизации религии в Западной Европе и ее вхождение в гражданское общество приходится на 90-е годы ХХ века. В конститу-ционной теории это приводит к современным проблемам, связанным с секуляризмом и религиозными отношениями.

В статье отмечается, что было бы ошибочным заявлять о том, что ре-лигия определяет государственное строительство и коллективную иден-тичность только в государствах с мусульманским населением. Так, офи-циальный статус религии отмечен во многих конституциях европейских стран (в том числе в Ирландии, Швеции, Мальте, Норвегии, Дании, Лих-тенштейне, Монако, Греции, Кипре и т. д.). В конституциях бывших соци-алистических стран (Болгария, Македония, Польша), большинство насе-ления которых составляют христиане имеются соответствующие статьи, связанные и с религией.

В конституциях бывших социалистических стран, большинство насе-ления которых составляют мусульмане (Азербайджан, Кыргызстан, Узбе-кистан, Казахстан, Босния и Герцеговина) любые официальные, государ-ственные и иные конкретные религии не отражаются.

Автор провел исследование и отметил пять ключевых моделей регу-лирования связи между государством и религией в соответствии с суще-ствующими конституциями европейских стран.

Азербайджанская модель толерантности по своей природе отличается от Европейской. Азербайджан является единственной страной на Южном Кавказе, где нейтральное отношение правительства к вероисповеданию осуществляется в последовательном порядке. Нейтральное отношение Азербайджана к религии имеет свои глубокие культурные и историче-ские корни. Толерантность Азербайджанского народа будучи культурным феноменом является системообразующим фактором цивилизации.

Page 238: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

238

Cinayət məsuliyyətinin diferensiasiyasında

cinayət hüququ prinsiplərinin

yeri və rolu

Page 239: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

239

Açar sözlər: prinsip, cinayət hüququnun prinsipləri, cinayət-hüquq siyasətinin prinsipləri, ədalətlilik prinsipi, məsuliyyətin və cəzanın fərdiləşdirilməsi prin-sipi

Key words: principle, principles of criminal law, principles of criminal-legal policy, principle of justice, principle of an individualization of responsibility and punishment

Ключевыеслова: принцип, принципы уголовного права, принципы уголовно-правовой политики, принцип справедливости, принцип индивидуализации ответственности и наказания

Cinayət məsuliyyətinin diferensiasiyasında

cinayət hüququ prinsiplərinin

yeri və rolu

Adil VƏLİYEV Bakı Dövlət Universitetinin doktorantı

[email protected]

Page 240: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

240

Giriş

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla da-vam etdirilən hüquqi dövlət quruculuğu və islahatlar nəticəsində ölkəmizdə qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun mütərəqqi, əvvəlkindən köklü surətdə fərqlənən hüquq-mühafizə siyasəti for-malaşmışdır.

Məlumdur ki, qeyd edilən sahədə islahatların uğurunun vacib şərtlərindən biri də cinayət-hüquq siyasətinin prinsiplərinin, daha dəqiq deyilsə, ədalətlilik prinsipinin təmin edilməsidir.

Son on ildə dövlət başçısının ölkəmizdə ədalət prinsipinin bərqərar edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata ke-çirdiyi tədbirlər nəticəsində hüquqi islahatlar yeni mərhələyə keçmiş, hüquq-mühafizə siyasətinin təkmilləşdirilməsində dönüş mərhələsi olmuşdur.

Prezident İlham Əliyev Bakıda Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilita-siya Mərkəzinin açılışında söylədiyi nitqində qeyd etmişdir: “Ədalət prinsipinin təmin edilməsi cəmiyyətdə ən mühüm meyar-lardan biridir. Azərbaycan dövləti bundan sonra da bu istiqamətdə öz siyasətini apa-racaqdır. Hər bir sahədə ədalət əsas prinsip olacaqdır. Bəzi hallarda ədalət pozulur. Ən böyük problem odur ki, beynəlxalq hüquq-da, ölkələrarası münasibətlərdə ədalət po-zulur”.

Cinayət-hüquq siyasəti özünəməxsus prinsiplərə malikdir. Həmin prinsiplər dövlətin daxili və xarici siyasət prinsiplərinin

ayrılmaz tərkib hissəsi olmaqla ümumi bir məqsədə – cinayətkarlıqla mübarizəyə xidmət edir. Cinayət hüququnun (qanununun) prinsiplərinin öz məzmun və mahiyyətinə görə cinayət-hüquq siyasətinin prinsiplərinə çox yaxın olduğunu görmək olar. Bu yaxınlıq onların eyni məqsədə xidmət etmələrindən irəli gəlir. Lakin həmin prinsipləri eyniləşdirmək olmaz.

Hüququn ümumi nəzəriyyəsinə görə, hüququn prinsipləri dedikdə onun əsas mənbələri, hüququn mahiyyətini müəyyən və ifadə edən əsas ideyalar başa düşülür. Prinsip dedikdə nəyinsə başlanğıc, ideya mənbəyi nəzərdə tutu-lur [13, s.149].

Prinsiplər hüququn obyektiv xassəsidir. Onlar ictimai inkişafın qanunauy-ğunluqlarını, müvafiq cəmiyyətin köklü tələbatlarını əks etdirirlər. Prinsiplərin sosial şərtiliyi, real həyat şəraitindən asılılığı da məhz bundan ibarətdir. F.Engels

Son on ildə dövlət başçısının ölkəmizdə ədalət prinsipinin

bərqərar edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirdiyi

tədbirlər nəticəsində hüquqi islahatlar yeni mərhələyə keçmiş, hüquq-mühafizə

siyasətinin təkmilləşdirilməsində dönüş mərhələsi olmuşdur.

Page 241: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

241

özünün “Anti-Dürinq” əsərində yazırdı: “Prinsiplər yalnız təbiətə və tarixə mü-vafiq olduqları qədər həqiqi olurlar” [9, s.34].

Cinayət hüquq-siyasətinin prinsipləri Cinayət-hüquq siyasətinin prinsipləri, adətən, cinayətkarlıqla mübarizənin

əsasında duran ideyaları səciyyələndirən əsas müddəalar kimi müəyyən edilir. Cinayət-hüquq siyasətinin prinsiplərinin özünəməxsus ideoloji əsası vardır. Həmin ideoloji əsas dövlət siyasətinin təməlində duran, onun başlı-ca istiqamətlərini müəyyən edən strategiya ilə bağlıdır. Bu strategiya bütün ümumdövlət məsələlərinin həllində tətbiq edilir.

Cinayət qanunvericiliyi cinayətkarlıqla mübarizənin əlahiddə sahəsidir. Bu mübarizə cinayət-hüquqi vasitələrlə aparılır. Cinayətkarlıqla ümumi mübarizədə isə cinayət-hüquqi vasitələrdən savayı, sosial-iqtisadi, siyasi, mədəni-tərbiyəvi və ideoloji vasitələrdən də istifadə olunur.

Hüquq ədəbiyyatında cinayət hüququnun prinsipləri dedikdə, adətən, cinayət hüquq sisteminin və bütövlükdə cinayət-hüquqi tənzimetmənin qurulduğu əsas, ön-cül başlanğıclar başa düşülür [10, s.46].

Cinayət qanununun prinsipləri hü-quq normalarında təsbit edilən, hüqu-qun məzmununu səciyyələndirən, dövlət orqanlarının normayaratma və hüququ tətbiqetmə fəaliyyətində obyektivləşdirilən rəhbər ideyalardan ibarət olan əsas prinsiplərdir [15, s.37]. Cinayət hüququnun prinsiplərinin belə başa düşülməsi hüququn ümumi nəzəriyyəsində göstərilən hüquq prinsiplərinin tərifinə tam uyğun-dur [11, s.22]. Hüququn ümumi nəzəriyyəsinə görə, hüquq prinsipləri həmişə özünəməxsus müəyyən konstruksiya qismində çıxış edirlər [11, s.23].

Hüquqi prinsiplər durğun halda olmurlar və ola da bilməzlər. Qanunun normalarında təsbit edilən hüquqi prinsiplər yeni status və yeni normativ məzmun əldə edirlər ki, bu da onları işlək bir mexanizmə çevirir. Ona görə də hüquq prinsiplərini gerçəkliyin passiv əksi kimi təsəvvür etmək olmaz. Hü-quq ədəbiyyatında düzgün olaraq göstərilir ki, hüquqi prinsiplər mücərrəd müddəalardan ibarət deyil, onlar hüquqi münasibətlərin tənzimlənməsinin mühüm alətləridir [10, s.23]. Həqiqətən də məhz hüquqi prinsiplər hüquqi münasibətlərə həyat verir, onları hərəkətə gətirir.

Bu baxımdan cinayət hüququnun da prinsipləri, həqiqətən, hüququn bu sahəsinin məzmununu, onun mahiyyətini və cəmiyyətdəki təyinatını səciyyələndirən əsas başlanğıclardır. Hüququn hər hansı bir sahəsinin

İdeoloji əsas dövlət siyasətinin təməlində duran, onun başlıca istiqamətlərini müəyyən edən strategiya ilə bağlıdır. Bu strategiya bütün ümumdövlət məsələlərinin həllində tətbiq edilir.

Page 242: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

242

prinsipləri bilavasitə həmin sahənin tənzimləyici amili rolunu oynayır, onun hü-quqi təbiətini ifadə edir. Bu nöqteyi-nəzərdən cinayət hüququnun prinsipləri də istisnalıq təşkil etmir. Cinayət hüququnun prinsipləri – - birincisi, cinayət hüququnun inkişafının ümumi qanunauyğunluqları-

nı ifadə edir, onun təkmilləşdirilməsinin yeni istiqamətlərini və yollarını müəyyənləşdirir;

- ikincisi, bu prinsiplər hüquqi tənzimetmənin bu sahəsində qüvvədə olan ən ümumi normalardan ibarətdir.Cinayət hüququnun prinsipləri cinayət hüquq normalarının təkmilləşdirilməsi

yollarını müəyyənləşdirməklə qanunvericilik üçün rəhbər ideyalar qismində çıxış edir. Bundan başqa, cinayət hüququnun prinsipləri cinayət qanununun tətbiqi fəaliyyətinin əsas istiqamətlərini təyin edir.

Cinayət məsuliyyətinin diferensiasiyasının cinayət hüququnun prinsipləri ilə qarşılıqlı əlaqəsi

Cinayət məsuliyyətinin diferensiasiyasının cinayət hüququnun prinsipləri ilə qarşılıqlı əlaqəsi barəsində danışarkən qeyd etmək lazımdır ki, belə qarşılıq-lı əlaqəni, hər şeydən əvvəl, ədalətlilik prinsipi ilə bağlayırlar. Fikrimizcə, bu,

düzgün mövqedir. Məsələn, N.F.Kuznetsova göstərir ki, Rusiyanın cinayət qanunvericili-yinin yeniləşdirilməsi daha çox diferensia-siyanın dərinləşdirilməsi yolu ilə gedir. “Bu, tam mənada ədalətlilik prinsipinə, cinayət-hüquq siyasətinin başlıca istiqamətlərinə uyğundur: ağır cinayətlərə görə sərt məsuliyyət və yaxud ağır olmayan əməllərə görə və təsadüfi cinayətkarlara münasibətdə belə məsuliyyətin realizə edilməməsi” də [6, s.25] ədalətliliyə uyğundur.

Fikrimizcə, bu halda ədalətlilik prinsipi bu prinsipin cinayət-hüquqi əhəmiyyəti nöqteyi-nəzərindən nəzərdən keçirilməlidir.

Məlumdur ki, ədalətlilik (eynilə də digər qanunçuluq, vətəndaşların qa-nun qarşısında bərabərliyi prinsipi və s.) ümumhüquqi prinsipdir. Belə ki, hü-quq nəzəriyyəsinin problemləri baxımından ədalətlilik sosial kateqoriyadır. S.S.Alekseyev qeyd edir ki, insan və ya sosial qrup cəmiyyətin həyatındakı prak-tik rolu ilə sosial statusları, hüquq və vəzifələri, cinayət və cəzanı cəmiyyətin mənafeləri baxımından ifadə edir [2, s.253].

Məlum olduğu kimi, fəlsəfi baxımdan ədalətlilik, hər şeydən əvvəl, əxlaqi-hüquqi və sosial-siyasi şüur kateqoriyasıdır. O, insanın şəksiz hüquqları barədə tarixən dəyişən təsəvvürlərlə bağlı anlayışdır [4, s.145].

Ədalətlilik insanın əməli ilə onun sosial və hüquqi nəticələri arasında uy-

Ədalətlilik insanın əməli ilə onun sosial və hüquqi nəticələri

arasında uyğunluğun olmasını tələb edir. Cinayət hüququnun

əsas məzmunu törədilmiş cinayətin cəzaya uyğun

olması ilə bağlıdır.

Page 243: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

243

ğunluğun olmasını tələb edir. Cinayət hüququnun əsas məzmunu törədilmiş cinayətin cəzaya uyğun olması ilə bağlıdır [3, s.60]. Həqiqətən də törədilmiş cinayətlə təyin edilmiş cəza arasında uyğunsuzluq aşkar edildikdə təbii olaraq ədalətsizlik meydana gəlir. Ona görə də cəzanın törədilmiş əmələ uyğunlu-ğu həm də ədalətliliyin təntənəsidir. Hüquqi ictimaiyyətin böyük əksəriyyəti ədalətliliyi məhz bu cür qəbul edir.

Cinayət-hüquq ədəbiyyatında, bir qayda olaraq, ədalətli cəzanın təyin edilməsi haqqında danışılır. Şübhəsiz ki, ağır cinayətə görə tətbiq edilən cəza da nisbətən sərt və ədalətli olmalıdır. Yəni törədilmiş cinayətin xarakteri və icti-mai təhlükəlilik dərəcəsi, eləcə də işin konkret halları və cinayətkarın şəxsiyyəti haqqında məlumatlar cəzanın ağırlıq dərəcəsi ilə tam uyğunluq təşkil etməlidir.

Müəlliflərin bir çoxu ədalətlilik prinsipinin məzmununa başqa mövqedən də yanaşırlar. Əvvələn, qeyd edək ki, ədalətlilik prinsipinin yeganə məzmunu “haqqı nahaqqa” verməməkdir. İkincisi, ədalətlilik prinsipi hüquq tətbiq edəndən onun məzmununun komponentlərinə insanpərvərlik nöqteyi-nəzərindən yanaşmağı nəzərdə tutur. Belə ki, ədalətli olmağı heç kəsdən tələb etmək mümkün deyil. Ədalətlilik insanın daxili əxlaqi keyfiyyətidir və onu baş-qasından yalnız təvəqqe etmək olar. Bəzi müəlliflər isə ədalətlilik prinsipinin məzmununu nəzərdən keçirərkən qeyd edirlər ki, o, məsuliyyətin və cəzanın diferen-siasiyasına deyil, bunların fərdiləşdirilməsinə yönəlmişdir. Məsələn, A.V.Naumov yazır: “Ədalətlilik prinsipi o deməkdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi təsir tədbiri ədalətli olma-lıdır, yəni cinayətin ağırlığına, törədilmiş cinayətin konkret hallarına və cinayətkarın şəxsiyyətinin xüsusiyyətlərinə uyğun olmalı-dır. Bu prinsip məsuliyyətin və cəzanın mak-simum dərəcədə fərdiləşdirilməsi deməkdir [10, s.51].

Digər tədqiqatçı - A.İ.İqnatov yazır: “Məsuliyyətin və cəzanın fərdiləşdirilməsi prinsipi ədalətlilik prinsipinin xüsusi təzahürüdür” [16, s.8]. O, daha sonra qeyd edir: “Ədalətlilik prinsipi məsuliyyətin və cəzanın fərdiləşdirilməsini müəyyən etməlidir” [16, s.11]. Ədalətlilik prinsipinin izahı yalnız cinayət məsuliyyətinin fərdiləşdirilməsinə xasdır və bu, bir çox müasir əsərlər üçün xarakterikdir [1, s.26].

Fikrimizcə, cinayət məsuliyyətinin fərdiləşdirilməsi həmişə təqsirləndirilən insanın şəxsiyyətilə əlaqələndirilir, ədalətlilik isə həm şəxsi və ictimai mənafeləri, bərabərliyi, həm də cinayət məsuliyyətini, həmçinin cəzanın diferensiasiyasını və fərdiləşdirilməsini nəzərə alan geniş anlayışdır.

Ədalətlilik prinsipi (həm də bir anlayış kimi) tarixi əxlaqi kateqoriyadır. O, in-sanların uzun yüzilliklər boyu təşəkkül tapmış ilk istək və arzularından doğmuş,

Ədalətlilik prinsipi (həm də bir anlayış kimi) tarixi əxlaqi kateqoriyadır. O, insanların uzun yüzilliklər boyu təşəkkül tapmış ilk istək və arzularından doğmuş, daha sonra isə cəmiyyətdə ictimai şüura təsir göstərən ideya olaraq formalaşmışdır.

Page 244: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

244

daha sonra isə cəmiyyətdə ictimai şüura təsir göstərən ideya olaraq formalaş-mışdır, müasir dövrdə isə sosial həyatın ən mühüm və vacib prinsiplərindən birinə çevrilmişdir. F.Y.Səməndərov haqlı olaraq yazır: “Ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin diferensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı ro-luna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir” [1, s.26]. Deməli, cinayət hüququ sahəsində ədalətlilik prinsipi dövrün inkişaf səviyyəsinə adekvat, dəyişən sosial şəraitin düzgün dərk edilməsi ilə əlaqəli olan, bu zəmində intellektual fəaliyyətə əsaslanan cinayət-hüquq yaradıcılığına və cinayət qanunlarının tətbiqi prak-tikasına hüquqi şüurla haqq qazandırılan istiqamətdir. Ədalətlilik prinsipinin tələbləri zəminində formalaşmayan cinayət-hüquq norması real həyatdan uzaq düşür, özünün qoruyucu funksiyasını yerinə yetirə bilmir.

S.Q.Kelina və V.N.Kudryavtsev qeyd edirlər ki, ədalətlilik prinsipi cəzanın təyin edilməsi ilə birgə ifadə olunur. Bu zaman cinayətkar əməllərin dairəsinin müəyyənləşməsində əmələ görə ədalətli sanksiya da məhz cinayət qanunun-da formalaşır [5, s.134]. Yeni ictimai təhlükəli əməl bir növ özünün əvəzini – ədalətli cəzanı doğurur. Cinayətkar əmələ görə cəzanın tətbiqi zəruri və labüd olduğu qədər də ədalətlidir və ədalətli cəza mütləq tətbiq edilməlidir. Burada idrak fəaliyyəti təzahür etdiyinə görə ədalətli cəza həmişə pozitiv nəticələr do-ğurur. Beləliklə, hüquq ədəbiyyatında göstərildiyi kimi, ədalətlilik prinsipi həm hüququ tətbiqetmə sahəsini, həm də hüquqyaratma (hətta ilk növbədə) sfera-sını əhatə edir [17, s.92].

S.Q.Kelina və V.N.Kudryavtsev ədalətli sanksiya dedikdə, nəinki qanunda nəzərdə tutulmuş əməlin ağırlığına uyğun olan, həm də digər cinayətlərə görə nəzərdə tutulan razılaşdırılmış sanksiyanı nəzərdə tuturlar [5, s.136]. Fikrimizcə, bu, məhkəməyə real gerçəklikdə törədilmiş cinayətin bütün variantlarını nəzərə almaqla cinayət cəzasını fərdiləşdirməyə imkan verir.

Qeyd etmək lazımdır ki, ədalətlilik tarixi-əxlaqi bir kateqoriya kimi son dərəcə geniş və zəngin spektrə malikdir. O, bəşər tarixinin ilkin inkişaf mərhələlərindən başlayaraq insanların ümdə istəklərindən biri olmuşdur. Ədalətlilik ictimai həyatın bütün sahələrində yaranır. Bunu cinayət hüququna müncər etdikdə isə ədalətlilik prinsipinin nə dərəcədə qiymətli bir mənəvi sərvət olduğu bütün dolğunluğu ilə təzahür edir. Belə ki, məhkum olunmağa, cəzaya məruz qalmağa düçar olmuş bir insan ədalət mühakiməsindən ədalətdən başqa nə uma bilər?

Cinayət mühakimə icraatında ədalətlilik prinsipinin tələblərinə əməl edilməsi (cinayət-hüquqi baxımdan) cəmiyyətdə hüquq düşüncəsinin forma-laşmasının düzgün məcraya yönəldilməsində vacib şərtlərdən biridir. Ədalət mühakiməsinin ədalətini görməyən (gözlədiyi və buna əmin olduğu halda)

Page 245: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

245

fərd nə düşünə bilər? F.Y.Səməndərov haqlı olaraq yazır ki, ədalətlilik prinsi-pinin tələblərinə uyğun cinayət məsuliyyətinin diferensiasiyası və cəza təyini fəaliyyətinin həyata keçirilməsi, ədalətlilik haqqında hüquqi şüurun inkişafına müntəzəm təsir göstərir, vətəndaşları özünə və cəmiyyətə qarşı tələbkar edir, cinayət-hüquq yaradıcılığında cəzanın tətbiqində yol verilən ədalətsizliyə qar-şı barışmazlıq ruhu tərbiyə etməyə imkan verir. Ancaq bu yolla cəmiyyətdə onu yüksək pilləyə doğru inkişafa yönəldən qabaqcıl dünyəvi hüquq qaydaları təsdiq edilə bilər [1, s.26-27].

Cinayət məsuliyyətinin diferensiasiyası haqqında müddəanın bilavasitə cinayət qanununda tənzim edilməsi, şübhəsiz ki, bu hüquqi ideyaya tamamilə başqa bir status verir. Özünün qanunvericilik təsbitini əldə edən hüquqi prin-sip (hansı hüquqi prinsip olursa-olsun) qanunun daha da təkmilləşdirilməsinin, onun inkişaf etdirilməsinin mühüm amillərindən biri kimi çıxış edir. Bu amil qanu-nun təcrübədə tətbiqini asanlaşdırmaqla yanaşı, onun işləkliliyinə müsbət təsir göstərir, son həddə isə cinayətkarlıqla mübarizənin səmərəliliyini daha da artırır.

Qanunvericilik bu və ya digər hüquqi prinsipi qanunvericilik statusuna ma-lik olan prinsip kimi tanımaqla ona yeni impuls verir və sanki özünü həmin prinsipə “bağlayır”, öz üzərinə bir növ onu rəhbər tutmaq vəzifəsini götürür. Qanunvericilik statusuna malik olan belə prinsiplər sonradan qüvvədə olan cinayət-hüquqi qanunlara və normalara dəyişikliklər etmək, yaxud zərurət ol-duqda onları ləğv etmək imkanı verir, o cümlədən də cinayət məsuliyyətinin diferensiasiyası prinsipi cinayət qanununun “Xüsusi hissəsi”nin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cəzaların fərqləndirilməsi istiqamətinə xidmət edir. Bundan başqa, ədalətlilik prinsipi qanunvericiliyin və hakimlərin səlahiyyətlərinin qarşılıqlı əlaqəsinin müəyyən edilməsi zamanı istiqamətverici olmalıdır.

M.Yakovlev düzgün olaraq qeyd edir ki, bu məsələnin həlli cinayət qa-nunvericiliyinin “Xüsusi hissəsi”nin normalarının dispozisiyalarının və on-lara müvafiq olan cəzaların müfəssəlləşdirilməsi, o cümlədən sanksiyala-rın genişliyi dərəcəsindən asılıdır [14, s.92]. Müəllif daha sonra göstərir ki, cinayət məsuliyyətinin əsaslarının, cəzaların növlərinin və hüdudlarının, hü-ququ tətbiqetmə orqanlarının diskresion səlahiyyətlərinin zəruri minimuma endirilməsi, daha tam qanunvericilik tənzimlənməsinin maksimum inkişafı, cinayət məsuliyyətinin diferensiasiyasının və cəzanın fərdiləşdirilməsinin qabaq-cadan qanunda (hüququ tətbiqetmə fəaliyyətinin gedişinin başlanmasınadək) həyata keçirilməsi prioritet istiqamətdir [17, s.94].

Cinayət məsuliyyətinin diferensiasiyasının və ədalətlilik prinsipinin qarşılıqlı əlaqəsi haqqında yuxarıda deyilənlər heç də o demək deyildir ki, diferensi-asiya digər cinayət-hüquq prinsiplərilə bağlı deyildir. Bu zaman ilk növbədə vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi haqqında danışmaq olar. Cinayət törətmiş şəxslərin qanun qarşısında bərabərliyi prinsipi törədilmiş eyni ictimai təhlükəli əmələ görə cinayət məsuliyyətinin eyni əsaslarla

Page 246: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

246

və eyni həddə yaranmasında, cinayət məsuliyyətindən və cəzadan azad etmənin, məhkumluğun ödənilməsinin və götürülməsinin eyni əsaslarla həll edilməsində ifadə olunur. Beləliklə, cinayət məsuliyyətinin ciddi diferensiasiya-sında vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi də öz ifadəsini tapır.

Qeyd etmək lazımdır ki, ədalətlilik prinsipini bir çox hallarda ümumiləşdirilmiş prinsip olan humanizmə aid edirlər. V.V.Maltsev yazır ki, ədalət iki prinsipin – bərabərliyin və humanizmin məcmusudur [8, s.98]. Müəllif o cümlədən qeyd edir: “Ədalətlilikdə elementlər (tərəflər) qismində vətəndaşların qanun qarşısın-da bərabərlik prinsipi və humanizm prinsipi birləşir. Onlardan birincisi cinayətin ictimai təhlükəliliyi baxımından məsuliyyətə uyğun surətdə ifadə edilir. İkincisi isə cinayətin subyektinə daha humanist yanaşmanı əks etdirir...” [8, s.99].

V.V.Maltsev öz mövqeyini möhkəmləndirmək üçün Aristotelin ədalətə dair mülahizələrinə istinad edir. Məlum olduğu kimi, Aristotel ədalət anlayışında müəyyən bir “quruluş” sxemi irəli sürmüşdür. Mütəfəkkir ədaləti iki kateqoriya-ya bölürdü: a) bərabərləşdirici ədalət; b) bölüşdürücü ədalət. Bərabərləşdirici ədalət mübadilənin ekvivalenti kimi çıxış edirdi. Bölüşdürücü ədalət isə fəaliyyətdə olan fərdlərin xasiyyətini ön plana çəkirdi.

Cinayət məsuliyyətinin diferensiasiyası prinsipinin qarşılıqlı əlaqədə oldu-ğu cinayət-hüquq prinsiplərindən biri də qanunçuluqdur. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilməməsi bu prinsipin nüvəsini təşkil edir. Qa-nunçuluq prinsipi cinayət haqqında təlimin müddəalarına, o cümlədən cinayət anlayışının definisiyasına xidmət edir. Yalnız cinayət qanununda nəzərdə tutul-muş əməl (hərəkət və ya hərəkətsizlik) cinayət sayılır.

Nəticə

Fikrimizcə, cinayət məsuliyyətinin diferensiasiyası cinayət hüququnun prinsiplərinə aiddir. O, cinayət qanununun ədalətlilik prinsipi çərçivəsində qa-nunvericilik yolu ilə bilavasitə reqlamentləşdirilməlidir.

Cinayət-hüquq prinsiplərinin müəyyən edildiyi reqlamentləşdirilmiş yer bilavasitə cinayət qanunudur. Qanunun hər bir müddəası təkmilləşdirilə və yaxşılaşdırıla bilər və şübhəsiz ki, qanunvericilik yolu ilə cinayət hüququ-nun prinsiplərinin yerinin və rolunun müəyyən edilməsi də istisnalıq təşkil etməməlidir.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası (prof. F.Y.Səməndərovun redaktəsi ilə). Bakı: “Digesta”, 2001.

2. Алексеев С.С. Проблемы теории государства и права. М., 1979.3. Анашкин Г.З. Справедливость назначения уголовного наказания // “Советское

государство и право”, №7, 1980.4. Fəlsəfə ensiklopedik lüğəti (İ.Rüstəmovun redaktəsi ilə). Bakı, 1997.

Page 247: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

247

5. Келина С.Р., Кудрявцев В.Р. Принципы советского уголовного права. M., 1988.6. Кузнецова Н.Ф. Классификация преступлений с Общей части Уголовного кодекса

// Дифференциация формы и содержания в уголовномсудопроизводстве. Ярославль, 1965.

7. Ласточкина Р.Н. О понятии справедливости наказания. Ярославль, 1981.8. Мальцев В.В. Принципы уголовного законодательства и общественно-опасное

поведение // “Государство и право”, 1997, №2.9. Маркс К., Энгельс А. Соч. т. 20.10. Наумов А.В. Российское уголовное право. Общая часть. Курс лекций. M., 1996.11. Общая теория государства и права. Академический курс. В 2-х томах, т.2. (Под

ред. М.Н.Марченко). М.: “Зеркало”, 1999.12. Российское уголовное право. Общая часть. Учебник (Под ред. В.Н.Кудрявцева

и А.В.Наумаова). М., 1996.13. Теория государства и права курс лекций (Под ред. Матузова Н.И., Малько А.В.).

M.: “Юристь”, 1999.14. Уголовный закон. Преступление. Уголовная ответственность. Екатеринбург,

1991.15. Уголовный закон. Опыт теоретического моделирования. М., 1993.16. Уголовное право России: Учебник для вузов (под ред. А.Н.Игнатов и

Ю.Ф.Красикова). Т.1, М., 1998.17. Яковлев А.М. Принципы социальной справедливости и основания уголовной

ответственности // “Советское государство и право”, 1982, №3.

Adil ValiyevRole and place of the principles of criminal law in differentiation of criminal responsibility

Differentiation of criminal responsibility belongs to the principles of crimi-nal law. It has to be regulated on the basis of the legislation and in side-altars of the principle of justice. The criminal and legal principles are regulated by laws, and there are no doubts that each article of laws can be improved. The-refore definition and a role of the principles of criminal law can change.

The criminal and legal principles define ways of improvement of legal norms and act as leading ideas of the legislation. The principles of criminal law define the main directions of practical action of criminal laws.

The criminal and legal principles on the contents and sense are very close to the principles of criminal-law policy. It is connected with that they adhere to the uniform purpose – fight against a crime. But they arenot identical.

Адил ВалиевРоль и место принципов уголовного права в дифференциации

уголовной ответственности

Дифференциация уголовной ответственности относится к принципам уголовного права. Он регламентируется на основе законодательства и в рамках принципа справедливости. Уголовно-юридические принципы

Page 248: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

248

регламентируются посредством законов и каждая статья закона может быть в последствие усовершенствована. Поэтому определение и роль принципов уголовного права могут меняться.

Уголовно-юридические принципы определяют возможности совершенствования юридических норм и выступают как ведущие идеи законодательства. Вместе с этим, принципы уголовного права определяют основные направления прикладного действия уголовных законов.

Уголовно-юридические принципы по содержанию и смыслу очень близки к принципам уголовно-юридической политики. Это связано с тем, что они придерживаются единой цели – борьбы с преступлениями.

Korporativ investisiyalarda

məşğulluq və sosial yönümlülüyün

hüquqi şərtləri

Page 249: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

249

Açar sözlər: transmilli korporasiyalar, sosial yönümlülük, korporativ inves-tisiyalar, məşğulluğun təminatı

Key words: transnational corporations, social orientation, corporative in-vestments, assurance of employment

Ключевые слова: транснациональные корпорации, социальная направленность, корпоративные инвестиции, обеспечение занятости

Korporativ investisiyalarda

məşğulluq və sosial yönümlülüyün

hüquqi şərtləri

Lalə SƏFƏRƏLİ AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun dissertantı

[email protected]

Page 250: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

250

Giriş

Tarixən transmilli korporasiyalara (TMK) qarşı bərqərar olmuş mənfi imicin aradan qaldırılmasının bir vasitəsi də onların sərmayə siyasətinə məşğulluğun təminatı və sosial istiqamətin verilməsidir. Məşğulluq və so-sial təminat məsələsi insan hüquqları problemi və dövlətin məqsədi ol-duğu üçün (Azərbaycan Respublikasının Konstitusiyası, m.12) xarici in-vestisiyaların qəbulu və tənzimlənməsi həmin məqsəd üçün bir vasitədir. Buna görə də xarici sərmayənin uzunmüddətli və sosial istiqamətli olması mühüm əhəmiyyət kəsb edir. Bu sahədə müxtəlif proqramlar və tədbirlər həyata keçirilməkdədir. Proqramlar əsasən TMK-larla qəbuledən dövlətlər arasında qarşılıqlı əməkdaşlıq əsasında həyata keçirilir. Lakin bu hal yetərli sayıla bilməz. Prosesin dönməz xarakter alması və TMK üçün bu sahədə məsuliyyətin formalaşması üçün qanunvericilik qaydasında məsələnin həlli təmin edilməlidir. İlk növbədə bu sahədə qeyd etdiyimiz proqram xarakterli tədbirlərə müraciət etməli olsaq, inkişafın qarışıq mexanizmləri diqqəti cəlb edir. TMK-ların dünya siyasətinə və dövlətdaxili proseslərə təsiri ona gətirib çıxarıb ki, milli hakimiyyətlərlə TMK-lar qarşılıqlı fəaliyyət mexanizmlərini ax-tarmalı olurlar. İnkişaf siyasəti adı almış tərəfdaşlıq (public-private partners-hip) dövlət qurumları ilə yanaşı qeyri-dövlət qurumlarını, TMK ilə birlikdə mülki cəmiyyətin institutları kimi qeyri-hökumət təşkilatlarını nəzərdə tutur. Dövlət tərəfdaşlığa qanunilik xüsusiyyəti verirsə, TMK tərəfdaşlığın maliyyə və digər resurslarını təmin edir, qeyri-hökumət təşkilatları (QHT) isə TMK ilə dövlət arasındakı münasibətlərdə vasitəçi və nəzarətedici funksiyanı həyata keçirir. TMK ilə dövlət arasında münasibətlərin şəffaf və ümumiyyətlə, mülki cəmiyyətin qurulması üçün QHT-lərin rolu olduqca yüksəkdir.

Qarışıq tərəfdaşlıq mexanizmlərinə inkişaf etməkdə olan neft hasilat-çısı dövlətlərdə daha çox zərurət duyulur. Əksər hallarda korrupsiyanın yüksək səviyyəsi, kriminal biznes-hakimiyyət əlaqələri iri layihələrin həyata keçirilməsinə imkan vermir. Bu ölkələrdə müstəqil məhkəmə sisteminin ol-maması da QHT-lərin bu sahədəki nəzarət funksiyasına xüsusi önəm verir. Belə bir nəzarət mexanizmi TMK-lar üçün də əlverişlidir. TMK-lar müştərilərini itirməmək üçün qlobal mülki cəmiyyət institutlarının təsirini qəbul edirlər. Bu təsir onların sosial istiqamətli tədbirlərini məhdudlaşdırır.

Sosial inkişaf siyasəti və transmilli korporasiyalar

İnkişaf siyasəti üzrə tərəfdaşlıq mexanizmləri Birləşmiş Millətlər Təşkilatı (BMT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və digər qurumlar tərəfindən təşviq edilməkdədir və əksər hallarda bu proqramların təşəbbüskarı kimi çıxış edirlər. BMT-dən fərqli olaraq İƏİT-in fəaliyyəti daha məsuliyyətlidir. Belə ki, təşkilatın 2000-ci ildə hazırladığı TMK-nın fəaliyyətinin əsas prinsipləri

Page 251: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

251

(6) məcburi hüquqi sənəd olmasa da, TMK-nın məsuliyyətinin artırılmasına yönəlib. 2006-cı ildə yenə də İƏİT-in Dünya Bankı ilə birgə hazırladığı Xüsu-si sektorun inkişafı üzrə dövlət-xüsusi sektor dialoqunun düzgün fəaliyyət Xartiyası (5) biznes strukturları ilə dövlətin əməkdaşlığının prinsiplərinə həsr edilib.

BMT çərçivəsində TMK ilə dövlətin sosial inkişaf istiqamətli proqramla-rı, əsasən, Baş Katiblik tərəfindən həyata keçirilir. Tərəfdaşlıq istiqamətində fəaliyyətin artmasını nəzərə alaraq 2000-ci ildə BMT-nin Baş katibi BMT və biznes cəmiyyətinin əməkdaşlığının əsas prinsipləri adlı sənədi qəbul edib (6). Yenə həmin ildə sosial cəmiyyət tərəfdarları tərəfindən ciddi tənqid edilən (9) “Qlobal razılaşma” (Global compact) (12) mexanizmi təsis edilir. Bu razılaşma inkişaf məsələləri üzrə biznes-dövlət əməkdaşlıq ilə bərabər korporativ sosial məsuliyyət məsələlərinə həsr edilib.

Qeyd edilən proseslərin təsiri ilə huma-nitar sfera tədricən TMK-ların təsiretmə mexanizmlərindən birinə çevrilməkdədir. Belə bir təsiretmə sosial təminat sferası-nı, o cümlədən səhiyyəni, təhsili, mənzil təminatını və s. bütövlükdə TMK-dan ası-lı etməlidir. Əslində ifadə edilən sənəddə nə qədər müsbət məqamlar olsa da, ciddi mənfi nüans da mövcuddur. Belə ki, bu proses TMK-ya son halda beynəlxalq hüquq sübyektliyi vermək tendensiyasına malikdir. Belə olan halda dövlətlərin sosial təminat istiqamətli funksiyası öz əhəmiyyətini itir-miş olar. TMK üçün əsas məqsəd kommersiya, ticarət mənfəətidir. Dövlətin isə əsas məqsədi insan hüquqlarının qorunmasıdır. Buna görə də sosial in-kişaf siyasəti nə qədər tərəfdaşlıq mexanizmləri tələb etsə də, dövlətin rolu TMK ilə eyniləşdirilə bilməz. TMK dövlətin qanunvericilik siyasətinin obyek-tini təşkil etməlidir.

Bu baxımdan inkişaf siyasətinin ilkin təminat vasitəsində maliyyə, iqtisadi resurslar ilə yanaşı hüquqi, qanunvericilik meyarları əsas faktor kimi qəbul edilməlidir. İnsan hüquqlarını, eləcə də sosial təminat problemini həll etmək üçün dövlət özünün iqtisadi resurslarından, təbii sərvətlərindən istifadə edir. İri layihələrin işlədilməsi zamanı ciddi kommersiya riskləri yarandığı üçün dövlət xarici sərmayəyə, TMK-lara müraciət etməli olur. Sərmayələr də transsərhəd xarakteri kəsb etdiyi üçün problemin beynəlxalq hüquq müstəvisində həlli zərurəti yaranır. Xarici sərmayələr üzrə inkişaf siyasəti, o cümlədən insan hüquqları həm maddi, həm də prosessual anlamda dövlətin daxili və beynəlxalq hüququndan qaynaqlanır.

Dövlətin isə əsas məqsədi insan hüquqlarının qorunmasıdır. Buna görə də sosial inkişaf siyasəti nə qədər tərəfdaşlıq mexanizmləri tələb etsə də, dövlətin rolu TMK ilə eyniləşdirilə bilməz. TMK dövlətin qanunvericilik siyasətinin obyektini təşkil etməlidir.

Page 252: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

252

Məşğulluğun və sosial yönümlülüyün təmin olunmasında TMK-ların rolu

TMK istehsal etdiyi məhsulun və ya xidmətin müəyyən hissəsini yerli ba-zarda realizə etməli və yaxud da dövlətdə müəyyən istehsal sahələrini inkişaf etdirməlidir. İxracla bağlı tələbə görə TMK növbəti sadalanan şərtlər daxilində istehsal etdiyi məhsulu ixrac edə bilər: a) istehsal olunmuş məhsulun müəyyən edilən minimal sayından; və ya b) son məhsulun müəyyən mütləq sayından; və yac) xarici investorun idxal satınalmalarını kompensasiya edən sayından; və yad) elə bir ölçüdə ki, xarici TMK-nın bütün valyuta xərcləri bağlanmış olsun.

Xarici TMK üçün tələblər həm də qeyri-ticarət xarakterli ola bilər. Bunlardan: investisiyanı qəbul edən dövlətin təsərrüfat subyektlərinə yeni texnologiya-

dan istifadə etmək imkanının verilməsi ilə bağlı tələbin; müvafiq investisiya layihələrində bərabər iştirak prinsipinin təmin olun-

ması öhdəliyinə görə xarici TMK ilə bərabər qəbul edən dövlətin təsərrüfat subyektlərinin qanunvericilik qaydasında minimum iştirakın nəzərdə tutulması;

yerli işçi qüvvəsindən və idarəçilikdən istifadə, yerli maliyə resurslarının cəlb edilməsi üzrə tələblər və s. qeyd edilə bilər. Bu tələblərin böyük əksəriyyəti TMK ilə dövlət arasında bağlanan

neft müqavilələrində də təsbit edilir. Azərbaycan Respublikası Dünya Ticarət Təşkilatının (DTT) üzvü olmasa da və TRİMS-ə qoşulmasa da, özü-nün beynəlxalq müqavilələrində sosial inkişaf siyasətini ifadə etməkdədir. Məsələn, Azərbaycan Respublikasında “Pirsaat” neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, SENQ Lİ və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında 2003-cü ildə bağlanmış sazişdə işlərin yerinə yetirilməsinə aid xüsu-si şərtlərdən biri neft-qaz əməliyyatlarının həyata keçirilməsində Əməliyyat şirkətinin Azərbaycan vətəndaşlarının işə qəbul edilməsinə üstünlük verilməsi müddəasıdır. Saziş üzrə qüvvəyəminmə tarixində 50-80%, bundan beş il son-ra isə 90-95% işçi azərbaycanlı olmalıdır (m.9.7(c)(vı)). Podratçı və əməliyyat şirkəti ağlabatan və mümkün hədlərdə, əməliyyatın səmərəliliyini nəzərə almaq şərti ilə azərbaycanlı işçilərə üstünlük verirlər, həmin vətəndaşlar isə şirkətin tələblərinə cavab verən lazımi biliyə, ixtisasa və təcrübəyə malik ol-malıdırlar (m.9.7(c)).

TMK və Əməliyyat şirkəti öz işçilərinə münasibətdə Azərbaycan Respub-likası qanunvericiliyində işəgötürən üçün nəzərdə tutulan bütün hüquqlara malikdir (m.9.7(b)). Eyni zamanda, işçilərə əmək münasibətləri Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Əmək Məcəlləsinin qaydalarına əsaslanan və beynəlxalq enerji sferasında tətbiq olunan ümumqəbuledilmiş standartlara müvafiq həyata keçirilməlidir. Bu, Azərbaycan Respublikasında işçilərin əmək

Page 253: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

253

və sosial hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Lakin müqavilələrin hamısı üçün xarakterik olan ifadə etdiyimiz 9.7-ci

maddənin (b) bəndi nöqsanlı sayılmalıdır. Həmin norma “Azərbaycan Respub-likası qanunvericiliyində işəgötürən üçün nəzərdə tutulan bütün hüquqlara malikdir” deyil, “bütün vəzifələri daşıyır”, ən pis halda isə “bütün səlahiyyətlərə (yəni hüquq və vəzifələrə) malikdir” kimi ifadə edilməlidir.

Digər tələb neft-qaz əməliyyatlarının yerinə yetirilməsində istifadə üçün Azərbaycan tədarükçülərinin mallarına üstünlük verilməsidir. Bu üstünlük o şərtlə verilir ki, malların qiyməti xarici tədarükçünün müqavilə qiymətindən 10%-dən çox deyil və keyfiyyət baxımından xarici tədarükçülərlə rəqabət aparmaq qabiliyyətinə malikdir (m.21.1(a)). Sazişin müddəaları burada bir növ beynəlxalq normalarla Azərbaycan Respublikası qanunvericiliyinin müddəalarını özünəməxsus formada uzlaşdırır. Saziş üstünlük tələbi qoysa da, bunun rəqabət prinsipi əsasında edilməsini nəzərdə tutur (m.21.1(a)). Digər tərəfdən, saziş şirkəti qeyd olunan malların idxal və ixracına qoyulan, habelə istehsalçı ölkələrə dair Azərbaycan Respublikasında qüvvədə olan xarici ticarət qaydalarında nəzərdə tutulan məhdudiyyətlərdən azad edir (m.21.4).

Şirkətlər illik iş proqramı ilə yanaşı illik sığorta proqramını da hazırlayırlar. Bu proq-rama əsasən, əsas fondlara, ətraf mühitə, üçüncü tərəfin mülkiyyətinə dəyən zərər, işçilər qarşısında məsuliyyət, təmizləmə əməliyyatları və s. ilə bağlı risklər beynəlxalq neft-qaz sənayesinin adi sığorta təcrübəsinə uyğun şəkildə Azərbaycan Respublikasında yaradılmış nüfuzlu sığorta şirkətində sığor-talanmalıdır (2003-cü il Sazişi, m.23.1).

Tarif və Ticarət üzrə Baş Sazişin (GATT) 20-ci maddəsi insan hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq ticarət öhdəliklərinin məhdudlaşdırılmasını nəzərdə tutur. Sosial hüquqların və məşğulluğun təminatı ilə bağlı Beynəlxalq Əmək Təşkilatı (BƏT) isə BMT-nin əsas qurumu kimi çıxış edir. Beynəlxalq ticarət dövriyyəsini (GATT-ın 20-ci maddəsinə uyğun olaraq) insan hüquqla-rına uyğunlaşdırmaq üçün BƏT-in bir sıra (məsələn, məcburi əmək (№29 və 105), əmək haqqının ödənilməsində bərabərhüquqluluq (№100), məşğulluq sahəsində ayrı-seçkilik (№111), əmək fəaliyyəti üçün minimum yaş həddi (№138) və s. ilə bağlı) konvensiyaları implementasiya edilməlidir.

İnsan hüquqlarının, eləcə də əmək hüquqlarının gözlənilməsi beynəlxalq hüquqi sanksiyalarla təmin edildiyi halda beynəlxalq ticarət normalarının pozulmasına görə sanksiya isə kompensasiya məqsədinə deyil, beynəlxalq

Tarif və Ticarət üzrə Baş Sazişin (GATT) 20-ci maddəsi insan hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq ticarət öhdəliklərinin məhdudlaşdırılmasını nəzərdə tutur. Sosial hüquqların və məşğulluğun təminatı ilə bağlı Beynəlxalq Əmək Təşkilatı (BƏT) isə BMT-nin əsas qurumu kimi çıxış edir.

Page 254: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

254

ticarət hüquq normaları ilə nəzərdə tutulan ticarət münasibətlərinin bərpasına istiqamətlənir. Bu halda beynəlxalq ticarət hüququnda insan hüquqlarının təminat mexanizmi beynəlxalq ticarət dövriyyəsinin tarif tənzimlənməsinə tabe etdirilməlidir. Yalnız dövlətlərin fərqli iqtisadi inkişaf səviyyəsi aradan qalxdıqca problemin insan hüquqlarının beynəlxalq hüquqi aspektinə tabe etdirilməsi mümkün ola bilər. Bunun üçün ayrı-ayrı ölkələrdə əhalinin yoxsulluq, insanın inkişaf indeksi beynəlxalq hüquqi tənzimetmənin obyektini təşkil etməlidir. İn-kişafda olan dövlətlərdə əhalinin gəlir və məşğulluq standartları insanın nor-mal inkişaf indeksindən dəfələrlə aşağıdır.

Məşğulluğun təminatı ilə bağlı həyata keçirilməli olan tədbirlər və TMK-ların öhdəlikləri

Beynəlxalq iqtisadi münasibətlər sferasında əhalinin məşğulluq və gəlirlərinin tənzimlənməsi sahəsindəki ümumi standartlar mühüm əhəmiyyət kəsb edir. Xüsusən də, İnsan hüquqlarının Ümumi Bəyannaməsi (1948), İqtisa-di, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt (1966), Sosial tərəqqi və inkişaf Bəyannaməsi (1969) və s. sosial-iqtisadi standartlar, o cümlədən ədalətli əmək şəraiti, ləyaqətli həyat səviyyəsi və digər bu yönümlü müddəalar sonradan BƏT-in konvensiyalarının qəbulunu təmin etmişdir.

BƏT normalarına istinad TMK-nın Davranış Məcəlləsində də öz ifadəsini tapmışdır. “Transmilli korporasiyaların fəaliyyəti” bölməsində Məcəllə BƏT-in çoxmillətli müəssisələrə və sosial siyasətə aid prinsiplərin üçtərəfli Bəyannaməsinin tətbiq edilməsi öhdəliyini nəzərdə tutur. Bəyannamə Beynəlxalq Əmək Bürosunun İnzibati Şurasında 1977-ci ildə qəbul olunmuş, 2000-ci ildə isə ona dəyişikliklər edilmişdir. Qəbul edilən bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, o, bilavasitə maraqlı tərəflərin, o cümlədən dövlətlərin, işəgötürənlərin, əməkçilərin təşkilatlarının və TMK-nın iştirakı ilə hazırlanmışdır.

Bəyannamədə TMK-ların beynəlxalq iqtisadi münasibətlərdə məşğulluğun təminatında oynadığı rol və buna dövlətlərin, işəgötürənlərin və əməkçilərin müvafiq təşkilatlarının verdiyi əhəmiyyət qiymətləndirilir. Bəyannamədə həmçinin məşğulluq, peşə hazırlığı, əmək münasibətləri, əmək şəraiti və əmək məişəti üzrə prinsiplər ifadə edilib. Bu prinsiplərə hökumətlərin, işəgötürənlərin və əməkçilərin təşkilatlarının, TMK-ların könüllü surətdə riayət etmələri zərurəti ifadə edilir. Bəyannamənin müddəaları heç bir halda BƏT-in bu sahədə kon-vensiyalarının ratifikasiyası üzrə öhdəlikləri məhdudlaşdırmır və onlara təsir etmir. Başqa sözlə, bu prinsiplər proqram xarakteri kəsb edir.

Bəyannamə məşğulluq və sosial təminat məsələsində beynəlxalq hüquq normalarının prioritetini tanımaqla, eyni zamanda dövlət suverenliyinə hörmət etməyi, daxili qanunvericiliyə tabe olmağı və zəruri səviyyədə yerli təcrübənin nəzərə alınmasının vacibliyini ifadə edir. Beynəlxalq hüquq aktlarından İnsan hüquqlarının Ümumi Bəyannaməsinə (1948), BƏT Nizamnaməsinə, BƏT-in

Page 255: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

255

1988-ci il Əmək sferasında əsas prinsiplər və hüquqlar haqqında və onun realizəsi ilə bağlı 1998-ci il Bəyannaməsinin müddəalarına istinad edilir.

Beynəlxalq əmək konfransının 1998-ci ildə qəbul olunmuş Əmək sfe-rasında əsas prinsip və hüquqlar haqqında Bəyannaməsində əməkçi və işə götürənlərin birləşmə və kollektiv danışıqlar azadlığı hüququnu “gözləmək, onun tətbiqinə və vicdanla həyata keçirilməsinə yardım etmək”, əməyin ic-bari və ya məcburi formasının ləğv edilməsi, əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin tamamilə aradan qaldırılması istiqamətində fəaliyyət göstərmək qətiyyəti təsdiq olunur. Bəyannamədə qeyd olunur ki, dövlətlər müvafiq kon-vensiyaları təsdiq edib-etməməsindən asılı olmayaraq bu prinsipləri gözləmək öhdəliyi daşıyır.

TMK-ların məşğulluq və sosial məsuliyyət sahəsində fəaliyyətini genişləndirmək üçün dövlətlərə BƏT-in bir sıra konvensiyalarını (o cümlədən Assosiasiya azadlığı və təşkilati müdafiə haqqında 1948-ci il 87 saylı; Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 1958-ci il 111 saylı; Məşğulluq sahəsində siyasət haqqında 1964-cü il 122 saylı və s.) ratifikasiya etmək təklif edilir. Demokratik inkişaf proseslərinin zəif olduğu dövlətlərdə konvensiyalar ratifikasiya edilsə də, onların lazımi formada implementasiyası problem olaraq qalır. Bu halda TMK-ların korporativ sosial məsuliyyət institutunun işləməsinə nəzarət konvensiya üzvü olan mənsubiyyət dövləti tərəfindən həyata keçirilə bilər. Təsadüfi deyil ki, Bəyannamədə bu istiqamətdə fikir də ifadə edilib. Qeyd edilir ki, yerləşmə ölkəsinin hökuməti qəbul edən ölkənin sosial və əmək qa-nunvericilik normalarını və praktikasını, həmçinin beynəlxalq hüquq normala-rını nəzərə alaraq bu Bəyannamədə sosial sfera üçün ifadə edilən prinsiplərin pozitiv tətbiqi praktikasını təşviq etməlidirlər. Bu məsələ ilə bağlı həm qəbul edən, həm də yerləşmə ölkəsi müəyyən məsləhətləşmələr apara bilərlər.

TMK-lar üçün fəaliyyət göstərdikləri ölkədə məşğulluğun təminatı üzrə qəbuledən ölkənin bu sahədəki siyasətini nəzərə almaq öhdəliyi müəyyən edi-lir. Xüsusən də, inkişafda olan ölkələrdə məşğulluq, gəlirlərin bölgüsü, sosial tərəqqi və beynəlxalq əmək bölgüsü üzrə 1976-cı ildə üçtərəfli dünya konfran-sında qəbul edilmiş yekun qərarın nəzərə alınması zərurəti qeyd edilir.

Məlum olduğu kimi, qəbuledən dövlətlər uzunmüddətli sərmayə qoyulu-şunda maraqlı olurlar. Bəyannamədə də bu məsələyə xüsusi yer verilir. Yal-nız uzunmüddətli kapital qoyuluşu məşğulluğun davamlı təminatına çevrilir. Bu halda qanunvericilik qaydasında xarici TMK-lar üçün qəbuledən dövlətin güzəştlər sistemi fəaliyyət göstərməlidir (3, s.199; 4, s.23-24).

Qeyd etdiyimiz Bəyannamə normaları da tövsiyə xarakterli olduğundan TMK-ların məşğulluq sahəsində fəaliyyətini genişləndirmək üçün ən yaxşı vasitələrdən biri qəbuledən dövlətin qanunvericilik güzəşt sistemi ola bilər. Digər bir istiqamət isə konkurs-müsabiqə qaydasında müqavilə bağlanarkən insan hüquqları üzrə standartları daha yüksək olan layihələr seçilərsə, məşğulluğun təminatı həll edilə bilər. Bəyannamədə qeyd edilir ki, istər birba-

Page 256: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

256

şa, istərsə də dolayısı ilə iş yerləri yaradılacaqsa, korporasiyalar hasilatçı, inki-şafda olan ölkələrə kapital qoyuluşu kimi texnologiyanın istifadəsi zərurətini nəzərə almalıdırlar. Texnologiyanın mübadiləsinin iqtisadi təhlükəsizliklə əlaqələndirilməsinə baxmayaraq, bir çox beynəlxalq müqavilələrdə qabaqcıl texnologiyanın mübadiləsi üzrə normalar öz ifadəsini tapıb.

Enerji Xartiyası üzrə Müqavilənin 8-ci maddəsində deyilir ki, Müqavilə tərəfləri əqli mülkiyyət hüquqlarının müdafiəsini, hüquqları və tənzimetmə qaydalarını gözləməklə enerji materialları və məhsullarının ticarətində və in-vestisiyaların həyata keçirilməsində ayrı-seçkilik olmadan enerji texnologiyala-rının mübadiləsini kommersiya qaydasında təmin edirlər (10, s.59).

Məşğulluğun təminatı ilə bağlı həyata keçirilməli olan əsas tədbirlərdən biri yerli resursların, avadanlığın istifadəsinə keçidi təmin etməkdir. Bəyannamədə bu istiqamətdə yumşaq öhdəlik nəzərdə tutulur. Qeyd edilir ki, tamamla-yıcı avadanlıqların istehsalı üzrə yerli şirkətlərlə müqavilələr bağlamaqla məşğulluğu təşviq etmək olar. Əvvəldə qeyd etdiyimiz kimi, TRİMS yerli re-sursların istifadəsi üzrə öhdəlik də nəzərdə tutur (7, s.480-485).

TRİMS-in bu qaydası inkişaf etmiş dövlətlər, xüsusilə ABŞ tərəfindən tənqid edilmişdir. Hesab edilir ki, bu hal investisiya axınına maneə yaradır. Əksinə in-kişaf etməkdə olan ölkələr bildirirlər ki, milli iqtisadi müstəqilliyə nail olmaq üçün daha çox investisiya tədbirlərinə zərurət duyulur. Məşğulluğun, yerli bazarın inkişafı istiqamətində inkişafda olan ölkələr üçün daha əlverişli re-jimi nəzərdə tuta biləcək yeni bir sazişin qəbul edilməsi istənilir. Buna kimi isə TRİMS-dən istifadə edilməsi nəzərdə tutulur. İnkişafda olan neft ölkələri bildirirlər ki, GATT yalnız dövlətlərarası münasibətləri tənzimləyir. Əgər TRİMS TMK-lara şamil edilməsə, o zaman beynəlxalq xüsusi hüquq istiqamətli inves-tisiya münasibətlərinin böyük bir kompleksi hüquqi tənzimetmədən kənarda qalacaq (11, s.166-167). Haqlı olaraq hesab edilir ki, TRİMS bilavasitə xarici in-vestisiyaları tənzimləməklə beynəlxalq hüquqi akt olaraq iqtisadi təhlükəsizlik meyarına (məzmununa) malikdir (2, s.99-100).

İqtisadi təhlükəsizlik, enerji resursları ilə təminat məşğulluq, sosial-iqtisadi təminat məzmununa malik olmaqla qəbuledən dövlətin daxili bazarının qorun-ması, yerli əhalinin hüquqlarının davamlı müdafiəsini ehtiva edir və beynəlxalq hüquq, o cümlədən GATT (m.XX, XXI), Enerji Xartiyası üzrə Müqavilə (m.7) və s. aktlar milli iqtisadi təhlükəsizlik məzmununa istinad edir.

Doğrudan da, TRİMS-in məşğulluq üzrə (birbaşa bu terminə istinad etməsə də) normaları “inkişaf hüququnu” (İnkişaf hüququ haqqında 1986-cı il Bəyannaməsinin 3.3 maddəsində qeyd edilir ki, …dövlətlər özlərinin hüquqla-rını və öhdəliklərini elə formada həyata keçirməlidirlər ki, suveren bərabərliyə, qarşılıqlı asılılığa, həmçinin insan hüquqlarının müdafiəsinə və həyata keçirilməsinə əsaslanan yeni beynəlxalq iqtisadi qaydanın bərqarar edilməsi təmin edilmiş olsun) (1, s.58) təşviq etməklə xarici investisiyaları tənzimləyir. İddia edildiyi kimi, TRİMS GATT-1947-yə ziddiyyət də yaratmır. Belə ki, GATT-

Page 257: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

257

ın XX maddəsi insan hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq ticarət dövriyyəsi üzrə öhdəliklərdən istisnaya həsr edilib. Digər tərəfdən, GATT-a münasibətdə digər sazişlər Lex specialis statusuna malikdirlər.

GATT və digər spesifik saziş (məsələn, GATT və TRİMS arasında kolliziya baş verdikdə məsələ sonuncunun xeyrinə həll edilir. Bu da spesifik sazişlərin daha konkret məzmun kəsb etməsilə bağlıdır. Dünya Ticarət Təşkilatının təsis olunması haqqında Sazişə 1A Əlavəsinə edilmiş ümumi qeyd-şərtə görə, prob-lem GATT-1994-ün və Dünya Ticarət Təşkilatı sisteminin digər çoxtərəfli ticarət normaları arasında xüsusinin ümumiyə kontekstində həll olunur. Başqa sözlə, GATT-1994-ün normaları lex generalis (kurs. – müəll.), digər çoxtərəfli saziş normaları isə lex specialis (kurs. – müəll.) kimi nəzərdən keçirilməlidir (8, s.329-341).

TMK-lar üçün belə bir öhdəlik də müəyyən edilir ki, məşğulluq sahəsində tarixən formalaşmış ayrı-seçkilikləri bərabər imkanlar və bərabər davranış prinsipinə uyğun olaraq qəbuledən dövlətin vətəndaşlarından seçilmək şərti ilə istənilən vəzifələrə irəli çəkmək və peşə hazırlığını təmin etməklə aradan qaldı-rırlar. TMK-lar işə qəbul, peşə hazırlığı və öz işçilərini vəzifə həlqələrində təşviq etdikləri zaman onların peşəkar ustalığını, təcrübəsini nəzərə almalıdırlar.

Bu və ya digər korporasiyanın qovuşması, birləşməsi və ya istehsalın baş-qa bir yerə köçürülməsi halında öncədən hökumət qurumları, əməkçilərin nümayəndələri və ya təşkilatları xəbərdar edilməlidirlər. Müvafiq proses elə həyata keçirilməlidir ki, onun nəticələri daha az təsirli olsun. Xüsusən də, müəssisənin bağlanması halında məşğulluğun ciddi problemlərinin yaranma-ması üçün məsləhətləşmələr genişləndirilməlidir. Əmək münasibətləri kəsildiyi halda hakimiyyət orqanı yerli şirkətlər də daxil olmaqla TMK ilə əməkdaşlıq etməklə əməkçilərin gəlirlərinin müdafiə formalarını təmin etməlidir.

Bəyannamədə qeyd edlilir ki, hökumət bütün maraqlı tərəflərlə əməkdaşlıq şəraitində məşğulluğun təmin edilməsi məqsədilə peşə-texniki hazırlığı üzrə milli siyasəti hazırlayır. TMK-lar da bilavasitə peşə hazırlığı istiqamətində öz siyasətlərini həyata keçirməlidirlər. İqtisadi, sosial və mədəni hüquqlar haq-qında Beynəlxalq Paktın 6-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, Paktda iştirak edən dövlətlər tərəfindən bu hüququn tam təmin olunması məqsədilə gördüyü tədbirlərə texniki-peşə təhsili və hazırlığı proqramları, insanların əsas siyasi və iqtisadi hüquqlarının təmin olunduğu şəraitdə durmadan iqtisadi, so-sial və mədəni inkişafa, tam və məhsuldar məşğulluğa nail olmağın yolları və üsulları daxildir.

Paktın göstərilən 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin təhlilindən görü-nür ki, bu hüququn əsas elementləri (ən mühümləri): bu hüququ həyata keçirmək məqsədilə peşə-texniki təlimi, sosial-iqtisadi

inkişaf və tam səmərəli məşğulluq proqramlarının reallaşdırılmasına dair dövlətin vəzifəsidir.

Page 258: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

258

Nəticə

Beləliklə, TMK-ların məşğulluq üzrə gözləməli olduqları öhdəlikləri fərqləndirsək görərik ki, ilk növbədə, bu sahədə kifayət qədər geniş məzmunlu beynəlxalq hüquq normaları fəaliyyət göstərir. Bunların bir qismi proqram xa-rakterli, bir qismi yumşaq hüquq (soft law), böyük bir qismi də bərk hüquq (hard law) normalarıdır. Tələb olunan odur ki, TMK-lar dövlətin qanunvericiliyinə və tərəfdar çıxılan beynəlxalq hüquq normalarına riayət etsinlər. Bu məsələnin həllində daxili qanunvericiliyin üzərinə böyük iş düşür. Bir tərəfdən beynəlxalq hüquq normalarının implementasiyası təmin edilirsə, digər tərəfdən müvafiq öhdəliyin təmin edilməsi qaydaları nəzərdə tutulur.

Məşğulluq sahəsində müəyyən prinsip və normalar Azərbaycan Respubli-kasının Konstitusiyasında, Azərbaycan Respublikasının qanunlarında və baş-qa dövlət sənədlərində əks olunmuş və özünü mövcud bazar iqtisadiyyatının reallığında təzahür etdirmişdir. Belə ki, bu prinsip və normalar 2 iyul 2001-ci il tarixində qəbul edilmiş “Məşğulluq haqqında” Azərbaycan Respublika-sı Qanununda nəzərdə tutulmuşdur. Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Məşğulluq haqqında” Qanununda təsbit olunmuş müddəalar BƏT-in “Məşğulluq xidmətinin təşkili haqqında” 88 saylı, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı konvensiyalarında müəyyən olunmuş norma və standartlara uyğun təsbit olunmuşdur.

İstifadə edilmiş ədəbiyyat:

1. Sadıqov Ə. İ. Beynəlxalq iqtisadi hüquq: Dərslik. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, -396 s.

2. Лабин Д.К. Некоторые проблемы международно-правового регулирования инвестиций / ГиП. 1998. №10, с.99-100.

3. Фархутдинов И. З. Международное инвестиционные право: теория и практика применения. М.: Волтерс Клувер, 2005, -432с.

4. Чебанов С. Международное регулирование прямых иностранных инвестиций: тенденции и проблемы / МЭиМО, 2001, №12, с.23-24.

5. Clarke B. ‘International Corporate Governance – A comparative Approach’ (Routled-ge – NY; 2007), p.232.

6. Guidelines on Cooperation between the United Nations and the Business Commu-nity. // [электронный ресурс] URL: http://www.un.org/partners/business/otherpa-ges/guide.htm (дата обращения: 12.08.2009)

7. Keneth V. Remark to: Toward and Effective International Investment Regime / 91 Proceging of the American Society of International Law 1997. Washington: The

Page 259: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

259

American Society of International Law, 1998, p.480-485. 8. Kwaw E. M. Trade Related Investment Measures in the Uruguay Round: Towards a

GATT for Investment (Norts Caroline Journal of International Law and Commercial Regulation) №16, 1990-1991, p. 329-341.

9. Soederberg S. Taming Corporations or Buttressing Market-Led Development? A Critical Assessment of the Global Compact. // [электронный ресурс] URL: http://www.globalpolicy.org/reform/business/2007/12taming.pdf (дата обращения: 12.08.2009)

10. The Energy Charter Treaty and Related Documents. Printed with the support of the Synergy Programmer of the European Union. The Charter Secretariat. D. 1996, 231 p.

11. The Multilateral Agreement on Investment Report by the MAT Negotiating Croup. P., 1997, p.166, 167.

12. UNGlobalCompact. // [электронный ресурс] URL: http :// www . unglobalcompact. org / Languages / russian / index . html (дата обращения: 12.08.2009)

Lala SafaraliLegal conditions of social orientation and employment in corporative investment

The article is dedicated to the assurance of employment in the general policy of transnational corporations and their social orientation. The article analyzes the norms of ILO and partnership mechanisms in the framework of OECD and UN. The article also points out the importance of reflecting the matters of using local labor force and other similar problems arising within implementation of contracts between governments and TNCs in the Cons-titution of the Republic of Azerbaijan and relevant legislation. The ongoing problems in the field of social welfare as a result of company liquidation or other restructuring of the company are also reflected in the work. Among the example, the relationship of SOCAR with foreign operating companies jointly exploiting oil fields within the territory of the Republic of Azerbaijan was exa-mined. The approach of the government is also illustrated with regard to the abovementioned example.

Лала СафаралиПравовые условия социальной направленности и занятости в корпоративных инвестициях

Статья повествует об обеспечении занятости политики инвестирова-ния и социальной направленности в деятельности ТНК. Проводится ана-лиз впервые принятых со стороны МОТ в этой сфере норм, механизмов партнерства в рамках ОЭСР и ООН. Даются рекомендации о необходи-мости отражения решений вопросов об использовании местной рабо-

Page 260: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

260

чей силы и других подобных вопросов в договорах между государством и ТНК, в законах и Конституции Азербайджанской Республики. Отобра-жаются актуальные проблемы сферы социального обеспечения, наблю-даемые в связи с ликвидацией, либо иной реструктуризацией компаний. В качестве примеров приводятся взаимоотношения ГНКАР с иностран-ными операционными компаниями, совместно разрабатывающие не-фтяные месторождения на территории Азербайджана. Рассматриваются требования государства в рамках указанных взаимоотношений и прочие вопросы.

Qaçqınlar və məcburi köçkünlərin vəziyyətinin

yaxşılaşdırılması Azərbaycan

Respublikasının sosial siyasətinin

prioritet istiqaməti kimi

Page 261: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

261

Açar sözlər: qaçqın və məcburi köçkünlər, sosial siyasət, sosial müdafiə, məşğulluq, səhiyyə, təhsil

Key words: refugees and forced immigrants, social policy, social security, employment, health, education

Ключевые слова: беженцы и вынужденные переселенцы, социальная политика, социальная защита, занятость, медицина, образование

Qaçqınlar və məcburi köçkünlərin vəziyyətinin

yaxşılaşdırılması Azərbaycan

Respublikasının sosial siyasətinin

prioritet istiqaməti kimi

Səadət MƏMMƏDOVA AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi,sosiologiya üzrə fəlsəfə doktoru

[email protected]

Page 262: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

262

Giriş

Müasir tarixi inkişaf mərhələsində bəşəriyyətin qlobal xüsusiyyət almış problemlərindən biri də qaçqın və məcburi köçkünlərlə bağlıdır. XXI əsrdə dünya xəritəsində siyasi və ideoloji sərhədlərin yenidən müəyyənləşdirilməsi cəhdləri artıq bir çox ölkələrin məcburən yaşamalı olduğu müharibə şəraitini də qlobal problemə çevirib. Bəzi ölkələrdə müharibə şəraiti hətta bir neçə nəslin dəyişməsindən asılı olmayaraq davam edir və bu, qaçqın və məcburi köçkünlər probleminin davamlı həllini gözləyən bir məsələyə çevrilməsinə gətirib çıxarıb.

Diaqram 1. Yeni köçkünlərin orta göstəricisi [23]

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) statistik məlumatına əsasən, 1994-cü ildən etibarən dünyada qaçqınların və daxili köçkünlərin sayı artmağa başlamışdır. Suriya böhranı isə qlobal yerdəyişmənin ən əsas amillərindən birinə çevrilmişdir. Təşkilatın təqdim etdiyi hesabatda 2012-ci ildə 45,2 milyon insanın qaçqın və onlardan da 28,8 milyonunun daxili məcburi köçkün kimi yaşamağa məcbur olduğu göstərilir. Hesabatda o da vurğulanır ki, hazırda hər 4,1 saniyədə yeni bir qaçqın və ya daxili köçkün qeydə alınır. Onu da qeyd etmək lazımdır ki, dünyada hər 4 qaçqından 1-i əfqandır [23].

Bu vəziyyətin başlıca səbəblərindən biri ölkələrin məcburən cəlb edildiyi müharibələr, yaxud planlı şəkildə həyata keçirilən “idarə edilən münaqişələr”dir. Qaçqınlıq və məcburi köçkünlük qlobal problem kimi insanların həyatının yaxşılaşdırılması istiqamətində, yəni onların yaşayış yeri, məşğulluq, qidalanmaq, səhiyyə, təhsil və s. ilə bağlı bir çox çətinliklərinin həllini tələb edir. Bu sırada vərdiş etdiyi həyat şəraitini (əsasən də müharibə və münaqişə vəziyyəti ilə əlaqədar) tərk etməli olan insanların psixoloji reabilitasiyaya olan ehtiyacları danılmaz fakt kimi qarşıya çıxır.

Müasir dövrdə qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin həllində bütün dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar da maraqlıdırlar.

Page 263: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

263

İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə Qaçqınlarla İş üzrə Beynəlxalq Təşkilat yaradılmışdır. Bu təşkilat 1952-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əvəz edilmişdir [22]. Hazırda bu istiqamətdə geniş fəaliyyət göstərən təsisatlar sırasında Beynəlxalq Əmək Təşkilatı, Miqrasiya üzrə Beynəlxalq Təşkilat və başqalarını göstərmək olar. Qeyd edilən beynəlxalq təşkilatlar qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı müxtəlif istiqamətli sənədlər qəbul etmişlər. 1951-ci ildə BMT Qaçqınların Statusu haqqında Konvensiya qəbul etmişdir ki, burada əsasən qaçqın statusunu müəyyən edərkən nəzərə alınması zəruri olan amillər qeyd edilirdi. 1966-cı ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Cenevrədə keçirilən regional konfransda qəbul edilmiş Fəaliyyət Proqramında isə qaçqınlarla yanaşı ölkə daxilində köçürülmüş şəxslərin müdafiəsi və bu sahədə beynəlxalq təşkilatların və dünya ölkələrinin əməkdaşlığı məsələləri geniş şəkildə açıqlanırdı. 1967-ci ildə BMT qaçqınların statusu ilə bağlı protokol qəbul etmişdi. 1997-1998-ci illərdə BMT-nin “İnsan hüquqları, kütləvi tərketmə və yerini dəyişmiş şəxslər” başlıqlı məruzəsi və “Ölkə daxilində yerini dəyişmiş şəxslər üzrə rəhbər müddəaları” hazırlanaraq bütün üzv ölkələrə göndərilmişdi.

Azərbaycan Respublikasında qaçqınlar və məcburi köçkünlər problemi

Azərbaycan Respublikası 1992-ci ildə BMT-yə üzv olduqdan sonra bu ali qurumun Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna qoşuldu, 1996-cı ildə Azərbaycan Hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında saziş bağlandı. 1998-ci ildə BMT-nin tövsiyəsi nəzərə alınaraq qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı ümumrespublika müşavirəsi keçirildi və həmin il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalandı. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının köməyi ilə 1992-ci ildə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə yenidən işləndi və Prezident Heydər Əliyev tərəfindən imzalandı [26, s.9].

Müasir dövrdə qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin həllində bütün dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar da maraqlıdırlar. İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə Qaçqınlarla İş üzrə Beynəlxalq Təşkilat yaradılmışdır. Bu təşkilat 1952-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əvəz edilmişdir.

Page 264: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

264

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq, Azərbaycan 2012-ci il aprelin 26-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmişdir [27, 4].

Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Konvensiyasına görə, “qaçqın” “…irqi, dini və vətəndaşlıq əlamətlərinə, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunmasına tamamilə

əsaslandırılmış təhlükə yarandığı üçün vətəndaşı olduğu ölkədən kənara çıxan və bu ölkənin müdafiəsindən istifadə edə bilməyən və ya bu təhlükələr səbəbindən belə müdafiədən istifadə etmək istəməyən və yaxud müəyyən bir ölkənin vətəndaşlığına malik olmayan və belə hadisələr nəticəsində özünün ilkin adi yaşayış yerinin mənsub olduğu ölkədən kənara çıxan, bu cür təhlükələrin qorxusundan ora qayıda bilməyən və ya qayıtmaq istəməyən” şəxsdir [17, s.11].

Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının 1992-ci il tarixli “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunu [28, s.43] təkmilləşdirilərək 1999-cu ildə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” başlığı ilə imzalanmışdır. Bu Qanunda qaçqın və məcburi köçkünlərin statusu aşağıdakı kimi müəyyənləşdirilib:- qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə,

milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir;

- məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir [25, s.32].

1999-cu ildə “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun qəbul edilmişdir. Bu qanuna görə, “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər”:

- “Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanılması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər;

- Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü

siyasətin nəticəsi olaraq, Azərbaycan 2012-ci il aprelin

26-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə

Komitəsinə tamhüquqlu üzv seçilmişdir.

Page 265: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

265

nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər” hesab edilir [16, s.37].Bu gün Azərbaycan qaçqınlar və məcburi köçkünlərin öz doğma yurdlarında

yerləşdirilməsi problemi ilə üzləşən ölkələrdəndir. Qeyd edildiyi kimi, Azərbaycanda müasir miqrasiya vəziyyətinin formalaşması Sovet İttifaqının dağılması ilə respublikanın siyasi və iqtisadi həyatında baş verən dəyişikliklərlə bağlı olmuşdur. SSRİ-nin süqutu və 1988-ci ildə Qarabağ münaqişəsinin başlanması, millətlərarası münasibətlərin kəskinləşməsi və Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğal edilməsi kütləvi daxili və xarici miqrasiyaya səbəb oldu. Azərbaycan postsovet məkanında qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşən ilk ölkə olmuşdur. Bu dövrdə 59,1%-i Dağlıq Qarabağ və yaxın rayonların ərazilərindən, 12,2%-i Ermənistanla sərhəd ərazilərdən, 23,9%-i Ermənistandan, 4,8%-i Orta Asiya ərazisindən olan 1 milyondan çox qaçqın və məcburi köçkün daimi yaşayış yerini tərk edərək Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşmalı oldular [21, s.90-102].

Hal-hazırda ölkədə 1 milyon nəfər qaçqın və məcburi köçkün vardır ki, bunlardan 250 min nəfəri 1988-1993-cü illərdə Ermənistandan qovulmuş qaçqınlar, 50 min nəfəri 1990-cı ildə Orta Asiyadan didərgin salınmış məshəti türkü qaçqınları və 700 min nəfərədək Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan, eləcə də ona bitişik olan 7 rayondan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərdir. Bütün qaçqın və məcburi köçkünlər ölkənin 69 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar [10].

Bu gün Azərbaycan Hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davamlı iş aparmaqla yanaşı, qaçqın və məcburi köçkünlərin problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib.

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin əsas istiqamətləri

1999-cu ildə qəbul edilmiş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri” aşağıdakı kimi müəyyənləşdirilib:

- müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi;- məşğulluğun təmin edilməsi;- sosial təminat;- tibbi təminat;- təhsil hüququnun təmin edilməsi;- nəqliyyat, mənzil-kommunal və digər güzəştləri”.

Page 266: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

266

Qanunda o da qeyd edilib ki, “Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər” [16, s.28].

Azərbaycan Hökuməti 2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” [26, s.33] və Tədbirlər Planı qəbul etmişdir. Proqramda əsasən “Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi” məsələlərinin “daim dövlətin diqqət mərkəzində” olması vurğulanır və qeyd edilir ki, bilavasitə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir” [10].

Onu da qeyd etmək lazımdır ki, hər il dövlət büdcəsinin müəyyən faizi bilavasitə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə ayrılır. Belə ki, 2001-ci ildə bu məqsədlə dövlət büdcəsindən 954,9 milyon manat [2, s.122], 2002-ci ildə 1184,7 milyon manat [3, s.132], 2003-cü ildə 1389,5 milyon manat [4, s.143] ayrılıb. 2005-ci ildə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (qaçqınların və məcburi köçkünlərin yemək və məskunlaşdırılması xərcləri) büdcədən ayrılan vəsait 374 225,6 milyon manat [5, s.135], 2006-cı ildə 86591354,0 manat [6, s.147], 2007-ci ildə 889474,0 manat [7, s.125], 2009-cu ildə 1 322 079,0 manat [8, s.154], 2010-cu ildə 182 278 354,0 manat [9, s.133], 2012-ci ildə 200,9 milyon manat [17, s.10] olub.

2012-ci ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin aşağıdakı istiqamətlər üzrə istifadəsi nəzərdə tutulmuşdu:- Məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq

müavinətlərin ödənilməsinə 99 milyon manat;- Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin kommunal xidmət

haqlarının büdcə vəsaitləri hesabına kompensasiyasına 95,6 milyon manat. Həmin xidmətlər üzrə büdcə ayırmalarının proqnozlaşdırılan məbləği aşağıdakı kimidir:

- Elektrik enerjisi haqlarının ödənilməsi – 61,1 milyon manat;- Qaz haqqının ödənilməsi - 14 milyon manat;- Su və kanalizasiya haqqının ödənilməsi – 11,6 milyon manat;- İstilik enerjisi haqqının ödənilməsi – 7 milyon manat [32, s.42].

Qaçqınlar və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənov “2004-2012-ci illər ərzində qaçqın və məcburi köçkünlərin sosial

Page 267: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

267

problemlərinin həlli üçün 2,8 milyard manat həcmində vəsait, o cümlədən 1,481 milyard manat dövlət büdcəsindən, 1,099 milyard manat Dövlət Neft Fondundan, 219 milyon manat isə beynəlxalq humanitar təşkilatlar tərəfindən xərcləndiyini bildirmişdir. Hazırda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 49 beynəlxalq, 43 yerli humanitar təşkilatın xətti ilə müxtəlif layihələr həyata keçirilir” [27, s.4].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 fevral 2013-cü il tarixli Sərəncamına əsasən “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 (on dörd) milyon manat vəsait” ayrılmışdır [17, s.12].

Qaçqınların və məcburi köçkünlərin mənzil təminatı

Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən əsas tədbirlərdən biri də onların mənzillərlə təmin edilməsidir. Dünya Bankının məlumatına görə, Azərbaycanda 595,000 insan (və ya ümumi əhalinin təxminən 7 %-i) məcburi (ölkədaxili) köçkündür. 2007-ci ilin sonunda Azərbaycan sonuncu məcburi köçkün düşərgələrini bağladı və ən ağır şəraitdə yaşayan təxminən 100,000 məcburi köçkünün xüsusi inşa edilmiş qəsəbələrə köçürülməsini başa çatdırdı. Rəsmi statistik məlumatlara əsasən, Azərbaycandakı məcburi köçkünlərin 86 %-i şəhərlərdə, əsasən Bakı və Sumqayıtda yaşayır. Məcburi köçkünlərin təxminən 35 %-i yeni tikilmiş qəsəbələrdə məskunlaşıb və 10 %-dən az hissəsi isə onlara məxsus olan və ya olmayan evlərdə və ya mənzillərdə yaşayır [31, s.6; 7, s.13-18].

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “2001-2010-cu illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması istiqamətində onların müvəqqəti məskunlaşması üçün 20 min ailəlik 67 yeni qəsəbə və fərdi evlər tikilərək onların istifadəsinə verilmişdir. Bununla belə, hazırda məcburi köçkünlərin 50 min nəfəri yataqxanalarda, 25550 mini fin evlərdə, qalanlar isə ictimai binalarda, tikintisi yarımçıq qalmış binalarda, sanatoriya, pansionat və sair kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır, olduqca dözülməz bir şəraitdə yaşayırlar” [10].

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “2001-2010-cu illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması istiqamətində onların müvəqqəti məskunlaşması üçün 20 min ailəlik 67 yeni qəsəbə və fərdi evlər tikilərək onların istifadəsinə verilmişdir.

Page 268: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

268

2011-ci ilin oktyabr ayına olan məlumata əsasən, Azərbaycanda 21600 ailədən (107,000 insan) ibarət olan ikinci ən böyük məcburi köçkün qrupu, əsasən, kənd yerlərində inşa edilmiş və bəziləri tərəfindən ucqar və ya təcrid olunmuş kimi təsvir edilən xüsusi təyinatlı evlərə köçürülmüşdür. Bəzi məcburi köçkünlər özlərinə evlər tikdiriblər, lakin onların çoxu məskunlaşdıqları yerlərdə rəsmi məcburi köçkün statusunu və bununla əlaqədar olan bütün sosial imtiyazları qoruyub saxlamaq üçün bu evləri qohumlarının adına sənədləşdiriblər [31, s.23-25].

2012-ci ildə 4553 ailə və ya 22765 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır [10].

Ümumiyyətlə, Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2001–2012-ci illərdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 2 milyon kvadrat metr sahəsi olan, 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmışdır. Həmin yeni yaşayış məntəqələrində 43 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi, 37 rabitə evi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz, 13 kilometr istilik xətləri çəkilmiş, 671 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır. Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə (6740 nəfər məcburi köçkün) dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində yeni mənzillərə köçürülmüşdür. Beləliklə, indiyədək 31 min ailənin (140 min nəfərədək qaçqın və məcburi köçkünün) mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır [14, s.124].

26 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərancamda “məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin davam etdirilməsi”nin əsas məqsəd olduğu göstərilir [17, s.12].

Qaçqın və məcburi köçkünlərin məşğulluq problemləri

Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində həyata keçirdiyi siyasətin əsas hissəsi həm də əhalinin bu qrupunun məşğulluq problemləri ilə bağlıdır. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən, “hal-hazırda Azərbaycan Respublikasının ərazisində 378 min 505 nəfər əmək qabiliyyətli məcburi köçkündən 35 min 872 nəfər işsizdir. İş yerlərinin azlığından, maddi vəsait olmadığından yeni iş yerlərinin yaranması sahəsində problemlərin mövcudluğu, aqrar sənayedə görülən işlərə baxmayaraq işsizlik probleminin tamamilə aradan qaldırılması bir sıra maneələrlə üzləşir”.

Qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması məqsədilə dövlət

Page 269: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

269

tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə ki, onların bir qisminə işsizlik statusu və işsizlik müavinəti verilib, bir qismi ünvanlı sosial yardım alır, digər qismi haqqı ödənilən ictimai işlərə cəlb edilir, yaxud peşə-hazırlıq kurslarına göndərilir. 2001-2010-cu illərdə 286 min 739 nəfər qaçqın və məcburi köçkün işlə təmin olunmuş, 3134 nəfər işsizlik statusu almış, 803 nəfərə işsizlik müavinəti verilmiş, 1498 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 1946 nəfər isə peşə-hazırlıq kurslarına göndərilmişdir.

Hazırda 63% əməkqabliyyətli məcburi köçkündən 52% kişilər (197322 nəfər) və 48% qadınlar (181183 nəfər) işlə təmin edilmişdir ki, bunlardan da 42% (160895 nəfər) daimi, 48 % (181738 nəfər) isə mövsümü işlərə cəlb olunmuşlar.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və ona Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş əlavələrin icrası nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75%-dən 23%-ə enmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2000-ci il tarixli 204 nömrəli “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi Qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq 2001-2002-ci illərdə büdcədən ayrılmış 2 milyard manat vəsait hesabına 1000 nəfərdən çox məcburi köçkünə kənd təsərrüfatı ilə məşğul olmaq üçün mikrokreditlər verilmişdir. Ötən müddət ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən 950 məcburi köçkün ailəsinə 2,5 mld. manat, Sahibkarlığa Yardım Milli Fondu tərəfindən isə 150 ailəyə 3,4 mld. manat kredit verilmişdir [10].

Aparılan uğurlu sosial siyasət nəticəsində qaçqın və məcburi köçkünlər arasında yoxsulluq həddi 2006-cı ildə 75 % olduğu halda 2012-ci ilin sonuna bu rəqəm 15 %-ə enmişdir [27, s.4].

Qaçqınlar və məcburi köçkünlərə səhiyyə xidməti

Azərbaycan hökumətinin qaçqınlar və məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində həyata keçirdiyi əsas tədbirlərdən biri də bu qrupa aid olan insanların tibbi təminatı ilə bağlıdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsində göstərildiyi kimi: “Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir” [14, s.120].

Digər tərəfdən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun məcburi köçkünlərin tibbi təminatı ilə

Page 270: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

270

bağlı 10-cu maddəsində göstərilir ki, “Məcburi köçkünlərə tibbi xidmət bilavasitə məskunlaşdıqları ərazidə yerləşən tibb müəssisələri tərəfindən göstərilir. Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Məcburi köçkünlər dövlət tibb müəssisələrində birinci növbədə yerləşdirilirlər və tibbi xidmətin bütün növlərindən pulsuz istifadə edirlər. Məcburi köçkünlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları ilə pulsuz təmin edilirlər” [18, s.72].

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərin səhiyyə xidmətlərindən istifadəsi imkanlarını və səviyyəsini öyrənmək məqsədilə 2011-ci ildə Dünya Bankının apardığı tədqiqatın nəticələri ilə bağlı təqdim edilmiş hesabatda verilən məlumatlara əsasən, “əksəriyyətini məcburi köçkünlər təşkil edən böyük icmalar öz doğma torpaqlarında mövcud olmuş poliklinika və məktəblərin təşkilati strukturunu qoruyub saxlayıblar. Bu cür poliklinika və məktəblər çox vaxt yerli poliklinika və ya məktəblərdə onlar üçün ayrılmış bölmələrdə fəaliyyət göstərir. Yeni salınmış məcburi köçkün qəsəbələrində hökumət onları digər sosial müəssisələr kimi yeni binalarla təmin etmişdir. Məcburi köçkünlərə xidmət göstərən bu müəssisələrdə çalışan işçilərin böyük əksəriyyəti məcburi köçkünlərdir, çünki iş üçün müraciət etdikdə onlara münasibətdə imtiyazlı yanaşma tətbiq olunur. Məcburi köçkünlərin ehtiyaclarının qarşılanması üçün xidmət göstərən ayrıca təhsil və səhiyyə müəssisələrinin qorunub saxlanılması hökumətin gələcəkdə məcburi köçkünlərin qayıdış prosesini asanlaşdırmağa yönəlmiş siyasətinin tərkib hissəsidir”. Tədqiqatın nəticələri göstərmişdir ki, “məcburi köçkünlər, o cümlədən kənd yerlərində yaşayan ən kasıb və ən müdafiəsiz kiçik icmalar qanunun tələbinə baxmayaraq tibbi xidmətə görə qeyri-rəsmi formada ödəniş edirlər, məcburi köçkünlərin ölkədə mövcud olan digər səhiyyə müəssisələrinin xidmətlərindən istifadə etmələrinə heç bir məhdudiyyət yoxdur; bu baxımdan onlar qeyri-məcburi köçkün əhali ilə eyni imkanlara malikdirlər. Səhiyyə müəssisələrinə çıxış imkanları baxımından şəhərlərdə yaşayan məcburi köçkün və yerli sakinlərin vəziyyəti kəndlərdə və kiçik məcburi köçkün icmalarında və ya digər ucqar ərazilərdə yaşayanlarla müqayisədə daha yaxşıdır” [31, s.23-25].

Qaçqın və məcburi köçkünlərin səhiyyə xidmətlərinin yaxşılaşdırılması məqsədilə 2001–2012-ci illərdə onların məskunlaşdığı yeni yaşayış məntəqələrində 51 tibb məntəqəsi istifadəyə verilmişdir [14, s.57].

Qaçqın və məcburi köçkünlərin təhsil almaq imkanları

Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərin sosial problemləri istiqamətində həyata keçirdiyi tədbirlərdən biri də təhsil siyasəti ilə bağlıdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 11-ci maddəsində göstərildiyi kimi: “Yaşayış məntəqələrindən kənarda

Page 271: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

271

yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkün uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqlar dərsliklərlə və dərs ləvazimatı ilə pulsuz təmin olunurlar. Dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Qeyri-dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər” [17, s.10].

BMT-nin məlumatına əsasən, dünya üzrə qaçqınların 46%-i 18 yaşına çatmamış uşaqlardır [23]. Azərbaycanda qaçqın statusu ilə yaşayan uşaqların sayı 300 min nəfərə qədərdir [13]. Statistik göstəricilərə görə, qaçqın və məcburi köçkün uşaqların 86.000-dən çoxu məktəbəqədər yaş həddində, 98.000 nəfərdən çoxu isə məktəblidir. Uşaqların məktəbə cəlb edilməsi məqsədi ilə 703 məktəb təşkil olunmuşdur. Bunların bəziləri vaqonlarda, qurma evlərdə, qeyri-münasib obyektlərdə fəaliyyət göstərir [20, s.5].

Qanunda göstərildiyi kimi, Azərbaycan hökuməti qaçqın və məcburi köçkün uşaqların təhsil alması üçün lazımi şəraitin yaradılmasında maraqlıdır və bu qrupa aid olan uşaqların pulsuz dərs ləvazimatları ilə təchiz edilməsinə şərait yaradır. Tədrisin yaxşılaşdırılması məqsədilə 2001-2012-ci illər ərzində qaçqın və məcburi köçkünlərin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası salınmışdır [17, s.1].

Dünya Bankının araşdırmalarına görə, məcburi köçkünlərin yerli məktəblərdə təhsil almalarına heç bir məhdudiyyət yoxdur. Əksər məcburi köçkünlər övladlarının təhsil səviyyəsinin qaneedici olduğunu ifadə etmişlər. Bəziləri hətta onların məktəblərindəki təhsil səviyyəsinin yerli məktəblərdəki təhsil səviyyəsindən daha yaxşı olduğunu iddia etmişdir. Məsələn, Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, 2011-ci ildə Qubadlı məktəblərinin məzunları arasında universitetlərə qəbul göstəricisi 41 faiz təşkil etmişdir.

Məlumdur ki, orta təhsildən sonra ali təhsil almaq imkanları getdikcə çətinləşir Belə ki, kasıb əhali övladlarının universitetlərdə təhsil ala bilmələrini təmin etməkdə çətinlik çəkirlər. Bununla belə, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri öz müsahibələrinin birində qeyd etmişdir ki, universitetlərə müraciət edən məcburi köçkün məzunların sayı getdikcə artır və son illər onların qəbul imtahanlarında yığdıqları balların sayında da artım müşahidə edilmişdir. Dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün tələbələr təhsil haqqından azaddırlar. Özəl ali təhsil müəssisələrində isə məcburi köçkünlər üçün təhsil haqlarının azaldılması nəzərdə tutulmur [31, s.23-25].

BMT-nin məlumatına əsasən,

dünya üzrə qaçqınların 46%-i

18 yaşına çatmamış uşaqlardır

[23]. Azərbaycanda qaçqın

statusu ilə yaşayan uşaqların

sayı 300 min nəfərə qədərdir.

Page 272: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

272

Böyük Repatriasiya (“Böyük Qayıdış”) proqramı

Bu gün Azərbaycan hökuməti sosial inkişaf sahəsində zaman-məkan, sosial reallıq amillərini nəzərə alan sosial siyasət həyata keçirir. Qəbul edilən dövlət proqramlarında ölkənin xüsusi vəziyyəti – müharibə şəraiti, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər xüsusilə nəzərə alınır. Azərbaycan dövlətinin qəbul etdiyi inkişaf proqramları yalnız cari sosial inkişaf imkanlarına deyil, həm də inkişafın gələcək istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlib. Bu baxımdan “Azәrbaycan - 2020: gәlәcәyә baxş” İnkişaf Konsepsiyasında qaçqın və “məcburi köçkünlərin mənzil-məişәt şәraitinin yaxşılaşdırılması, onların sıx məskunlaşdığı mәkanlarda sosial infrastrukturun təkmilləşdirilməsi, hәmçinin mәşğulluğun artırılması mәqsdi ilә yeni iş yerlәrinin yaradılması, mikrokreditlərin verilməsi, mәcburi köçkün

gənclərin dәstәklәnmәsi, peşә tәlimi vә s. kimi tәdbirlərlә yanaşı, icmaların inkişafı, tәhsil, sәhiyyә proqramlarının genişlәndirilmәsi, yararsız binalarda fәaliyyәt göstәrәn tәhsil, sәhiyyә müәssisәlәri üçün yeni binaların tikintisi vә müvafiq avadanlıqlarla tәchiz edilmәsi” məsələlərinin hәyata keçirilməsi, həmçinin “Beynәlxalq maliyyə qurumları, BMT-nin agentliklәri, xüsusәn BMT-nin QAK-la vә digәr beynəlxalq humanitar yardım tәşkilatları ilә birlikdә Böyük Repatriasiya (“Böyük Qayıdış”) proqramının” hazırlanması nəzərdə tutulur [1].

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən,

Böyük Repatriasiya (“Böyük Qayıdış”) proqramının layihəsinin hazırlanması ilə bağlı 32 dövlət orqanından və 14 beynəlxalq təşkilatdan müvafiq təkliflər alınmışdır [11]. Komitənin sədri Əli Həsənovun qeyd etdiyi kimi, münaqişə nəticəsində ölkəmizə dəyən “ümumi ziyan 60 milyard dollardan çoxdur”. “Böyük Qayıdış” proqramına əsasən işğal edilmiş ərazilər “mərhələli şəkildə boşaldıldıqca, bərpa prosesi aşağıdakı ardıcıllıqla, mərhələlərlə aparılacaq: - minadan təmizləmə əməliyyatları; - rayonlar üzrə ayrı-ayrılıqda dəymiş ziyanın və aparılacaq bərpa işlərinin

yenidən qiymətləndirilməsi; - üçüncü mərhələdə infrastrukturun – yol, kommunikasiya qurğularının və s.

bərpası, sonra isə yeni qəsəbələrin tikintisi başlanacaq. - Qəsəbələrin tikintisi başa çatdıqdan sonra məcburi köçkünlərin qaytarılması

prosesi nəzərdə tutulur. - Sonuncu mərhələdə isə yeni iş yerlərinin yaradılması həyata keçiriləcək”

[17, s.1, 5].

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsinin məlumatına əsasən, Böyük

Repatriasiya (“Böyük Qayıdış”) proqramının layihəsinin hazırlanması ilə bağlı 32 dövlət orqanından və 14

beynəlxalq təşkilatdan müvafiq təkliflər alınmışdır

Page 273: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

273

Azərbaycanın işğaldan zərər çəkmiş əraziləri, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Ermənistanla bütün sərhəd boyu uzanır. Buraya 45-i şəhər statusuna malik olmaqla 1765 yaşayış məntəqəsi daxildir. Bilavasitə, yaxud dolayı yolla zərərçəkmiş 772 yaşayış məntəqəsi hal-hazırda Azərbaycanın nəzarəti altındadır, 993-ü isə işğal altındakı ərazilərdə qalmaqdadır. Münaqişənin tənzimlənməsi üzrə yekun qərarlar verildikdən sonra Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından savayı keçmiş DQMV-nin inzibati sərhədləri daxilində yerləşən daha dörd rayon (Ağdam, Xocalı, Xocavənd və Şuşa) və bir şəhər (Xankəndi), bunlardan başqa, Qazax rayonu, habelə Qazax və Sədərək rayonlarının Ermənistan ərazisində yerləşən üç anklav bölgəsi “konfliktsonrası ərazilər” hesab olunacaqdır.

Postkonflikt ərazilərin bərpasına yönəldiləcək dövlət xərcləri inflyasiya amili nəzərə alınmaqla 22,7 mlrd. manat və ya 28,4 mlrd. ABŞ dolları təşkil edəcəkdir. Bütün gözlənilən xərclərin 58,0%-i həyat təminatı sistemlərinin bərpasının, 39,4%-i infrastrukturun yenidən tikilib-qurulmasının və cəmi 2,6%-i postkonflikt rayonlarda iqtisadiyyatın dirçəldilməsinin payına düşür [21, s.50, 265]

Nəticə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, Azərbaycanda mövcud olan 1,468 milyon qaçqın BMT tərəfindən yardım almışdır. Azərbaycandakı qaçqınların 135 nəfəri BMT-dən sığınacaq istəmişdir. Qaçqınların 600,336 nəfəri BMT tərəfindən müdafiə, yaxud yardım almışdır.

Cədvəl 1. Azərbaycanda qaçqınların vəziyyəti [34].

Ölk

ə/sığ

ınac

aq ə

razi

Qaç

qınl

ar

Qaç

qınl

ığa

bənz

ərvə

ziyyə

tdə

olan

insa

nlar

Ümum

i qaç

qınl

ar v

ə qa

çqın

lığa

bənz

ər

vəziy

yətd

ə ol

anla

r

Sığı

naca

q ax

tara

n şə

xslə

r (b

əzi h

alla

rda

gözlə

yən)

BMT

QAK

-ın y

ardı

m

göst

ərdi

yi şə

xslə

r

BMT

QAK

-ın m

əcbu

ri kö

çkün

lərə

məc

buri

köçk

ün v

əziy

yətin

də o

lan

in

sanl

ara

daxi

li ya

rdım

ı

Qay

ğı g

östə

rilən

büt

ün

qaşq

ınla

r

Azərbaycan 1,468 - 1,468 1,468 135 600,336 605,524

Bu gün Azərbaycan hökuməti ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və nəticələrinin aradan qaldırılması istiqamətində geniş iş aparır. Bir tərəfdən dünya ölkələrinin bu münaqişəyə düzgün münasibətinin formalaşdırılması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün insan hüquqlarının bərpa olunması, digər

Page 274: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

274

tərəfdən isə işğal olunmuş ərazilərimizin geri qaytarılması Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas məğzini təşkil edir.

Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlər qlobal problemə çevrilmiş bu məsələnin aradan qaldırılmasında nümunə kimi istifadə edilə bilər. Belə ki, ölkə prezidenti tərəfindən həyata keçirilən siyasət həm yerli, həm də beynəlxalq təşkilatların qaçqın və məcburi köçkünlərin probleminə daha həssas yanaşmasına səbəb olub. BMT və Dünya Bankı kimi bir sıra beynəlxalq təşkilatlar bu qrup insanların sosial müdafiəsi istiqamətində kömək göstərməyə çalışırlar.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul etmişdir. Lakin Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək, münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunması mövqeyini seçdilər. AŞ PA-nın 2001 – 2010-cu illər arasında keçirilən çoxsaylı plenar sessiyalarında və ayrı-ayrı tədbirlərində Azərbaycan nümayəndəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu və ya digər aspektini əks etdirən onlarla mühüm sənəd yaymışdır. Buna baxmayaraq, Avropa Şurası hələ də Ermənistanı işğalçı dövlət kimi qəbul etməmişdir.

2003 - 2010-cu illərdə Prezident İlham Əliyev Ermənistan prezidentləri ilə təkbətək, ATƏT-in Minsk qrupunun həmsədrləri, yaxud Rusiya prezidentinin iştirakı ilə 20-dən çox görüş keçirmiş, Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı məsələləri müzakirə etmişdir [15, s.320, 324].

Lakin göründüyü kimi, ATƏT kimi siyasi təşkilatlar Azərbaycanda qaçqın və məcburi köçkünlərin probleminə ciddi yanaşmır, onların öz doğma yurdlarına qaytarılması üçün işğal edilmiş 20% torpaqlarımızın qaytarılmasında maraqlı olmadıqlarını nümayiş etdirirlər.

İstifadə edilmiş ədəbiyyat:

1. “Azәrbaycan - 2020: gәlәcәyә baxış” İnkişaf Konsepsiyası http://azertag.com/sites/default/files/Bolmeler/inkishaf-konsepsiyasi_2020.pdf.

2. “Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 28 noyabr 2000-ci il, № 422. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 12. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 11.

3. “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 26 dekabr 2001-ci il, № 612. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 12.

4. “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası

Page 275: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

275

Prezidentinin Fərmanı. 26 dekabr 2002-ci il, № 827. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 12.

5. “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 29 dekabr 2004-cü il, № 161. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 12.

6. “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 16 noyabr 2005-ci il, № 311. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 11.

7. “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 dekabr 2006-cı il, № 494. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 12.

8. “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 10 dekabr 2008-ci il, № 37. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, 12.

9. “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 21 dekabr 2009-cu il, № 187. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 12.

10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatları. http://www.refugees-idps-committee.gov.az

11. Bərpa və Repatriasiya (“Böyük Qayıdış”) Proqramı Məcburi köçkünlərin repatriasiyası. http://www.refugees-idps-committee.gov.az/az/pages/21.html

12. Children by the numbers. http://www.unicef.org/azerbaijan/overview.html13. Dövlət sektoru və beynəlxalq təşkilatlar. Dövlət Neft Fondu. http://www.refugees-

idps-committee.gov.az/14. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının

Qanunu. 26 iyun 1997-ci il, № 360-IQ. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, 6.

15. Həsənov Ə. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı: “Letterpress” nəşriyyat evi, , 2011, s.320, 324.

16. Həsənov Ə. Torpaqların boşaldılması Füzuli rayonundan başlanmalıdır. “525-ci qəzet”, 22 aprel 2010-cu il, №.70, s.1, 5

17. İnsan hüquqları və qaçqınlar. Baki: “İnam” plüralizm mərkəzi, 1999 (Tərcüməçi: Tehran Vəliyev), s.10

18. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 may 1999-cu il, № 669-IQ Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 7.

19. “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. http://www.president.az/articles/7446

20. Məcburi köçkün qadın və uşaqların hüquqi vəziyyətinə dair təhlil. “PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı, 2007, s.5.

21. Müzəffərli N., İsmayılov E. Azərbaycanın postkonflikt ərazilərinin bərpası. Konseptual əsaslar. Bakı: “Qafqaz”, , 2012, s.50, 265.

22. Международная Организация по делам беженцев. http://ru.wikipedia.org/wiki/

Page 276: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

276

23. New UNHCR report says global forced displacement at 18 year high. http://www.unhcr.org.uk/news-and-views/news-list/news-detail/article/new-unhcr-report-says-global-forced-displacement-at-18-year-high.html;

24. Рагимова З. и Мамедова М. “Mиграционная ситуация в Aзербайджане”. Международная миграция населения на постсоветском пространстве: двад-цать лет удач, ошибок и надеж., Научная серия “Международная миграция населения: Россия и современный мир”, Выпуск 25, М.: Верди, 2011, стр. 90-102.

25. Thomas de Waal “BLACK GARDEN Armenia and Azerbaijan through Peace and War”, New York University press. New York and London, p.285

26. “Qaçqınlar və məcburi köçkünlərlə sosial iş kursu” üzrə ali təhsil məktəblərində (universitetlərdə və institutlarda) bakalavr hazırlığı üzrə proqram. Tərtib edənlər: M.A.Balayev, A.S.Rüstəmov. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2012.

27. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti daha da yaxşılaşdırılır. Nazirlər Kabinetində müşavirə keçirildi. R.Kamalqızı, “Səs” qəzeti, 12 yanvar 2013-cü il, №5, s.4.

28. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə. 29 sentyabr 1992-ci il, № 312. Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, №18.

29. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 may 1999-cu il, № 668-İQ. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 07.

30. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında. 01 iyul 2004-cü il, № 298. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 07.

31. Qureyeva-Əliyeva Y., Hüseynov T. “İyirmi il məcburi köçkünmü olar?” Azərbaycanda məcburi köçkünlər və yerli əhalinin ehtiyaclarına və məcburi köçkünlük probleminə olan münasibətin müqayisəli təhlili. Brukinqs İnstitutu və London İqtisadiyyat İnstitutunun məcburi köçkünlük üzrə birgə layihəsi tərəfindən nəşr edilmişdir. Bakı, dekabr 2011-ci il, s. 6, 7, 13-18, s. 23-25.

32. Vətəndaşın büdcə bələdçisi. Bakı: “ANS Press” mətbəəsi, 2012, s.42.33. UNHCR (2012). Global Trends 2011. Geneva: UNHCR, http://www.unhcr.org/

cgibin/texis/vtx/home/opendocPDFViewer.html?docid=4fd6f87f9&query=global%20trends%20 2011, plus statistical annexesat http://www.unhcr.org/globaltrends/2011-Global Trends-annex-tables.zip

34. UNHCR 2012 refugee statistics: full data. http://www.guardian.co.uk/news/datablog/2013/jun/19/refugees-unhcr-statistics-data

Saadat Mammadova Improvement of life conditions of refugees and displaced persons as

a priority direction of social policy of the Azerbaijan Republic

In modern times the question of refugees and the forced immigrants is one of the important global problems. In the ХХI century there has been attempts re-defining political and ideological borders in the world map through military means. In many countries military operations continued for several generations and a problem of refugees and internally displaced persons (IDPs) remained unresolved. According to the UN data today there more than 45

Page 277: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

277

million refugees and displaced persons in the world. More than one million Azerbaijanis were forced to leave their native lands in 1988-1993 years and become refuges and IDPs as a result of Armenia-Azerbaijan Karabakh conflict. Today Azerbaijan conducts permanent policy for solution of this conflict and social protection of refugees and displaced persons is one of the main directions of social policy of the state.

Policy of the President of the country Ilham Aliyev facilitated formation of more sensual attitude of the international organizations to a problem of refugees and displaced persons in Azerbaijan. However, political organizations such as OSCE seem uninterested in solution of Armenia-Azerbaijan Nagorno Karabakh conflict, and returning of refugees and displaced persons to their native lands.

Саадет МамедоваУлучшение состояния беженцев и вынужденных переселенцев, как

приоритетное направление социальной политики Азербайджанской Республики

В современное время вопрос беженцев и вынужденных переселенцев является одним из глобальных. В ХХI веке попытки установления новых политических и идеологических границ на карте мира стали причиной вынужденного переселения и его тяжелых последствий во многих странах мира. Зачастую, такие последствия продолжаются при последующих поколениях и проблема беженцев и вынужденных переселенцев не находит своего разрешения. По данным ООН сегодня в мире более 45 миллион беженцев и вынужденных переселенцев. В Азербайджане число беженцев и вынужденных переселенцев составляет около 1 миллиона человек. Это люди, которые покинули свой родной кров в 1988-1993 г.г. в результате армяно-азербайджанского Нагорно-Карабахского конфликта. Сегодня Азербайджан продолжает проводить соответствующую политику в целях разрешении этого конфликта и социальная защита беженцев и вынужденных переселенцев является одним из основных направлений социальной политики государства.

Политика президента страны Ильхама Алиева помогла сформировать более чуткое отношение международных организаций к проблеме беженцев и вынужденных переселенцев в Азербайджане. Но такие политические организации как ОБСЕ демонстрируют незаинтересованность в справедливом разрешении армяно-азербайджанского Нагорно-Карабахского конфликта, которое привело бы к возвращению 20% оккупированных территорий Азербайджана, а также беженцев и вынужденных переселенцев в родные края.

Page 278: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

278

Azərbaycanda hüquqi dövlət

quruculuğunda qanunvericiliyin və insan hüquqlarının

müdafiəsinin təkmilləşdirilməsi

Page 279: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

279

Açar sözlər: hüquqi dövlət, vətəndaş cəmiyyəti, insan hüquqları, hüquqi islahatlar

Key words: legal state, civil society, human rights, legal reforms

Ключевые слова: правовое государство, гражданское общество, права человека, правовые реформы

Azərbaycanda hüquqi dövlət

quruculuğunda qanunvericiliyin və insan hüquqlarının

müdafiəsinin təkmilləşdirilməsi

Nəcibə MUSTAFAYEVA Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi-eksperti

[email protected]

Page 280: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

280

1991-ci il oktyabrın 18-də təkrarən müstəqilliyini elan edən Azərbaycan Res-publikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında qarşısına hüquqi dövlət quruculuğu ideyasını həqiqətə çevirmək məqsədini qoydu. Belə ki, Konstitusiya Ak-tının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması təsbit olunmuşdur.

Həmin sənədin III fəslinin 19-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”yə, Helsinki Assamleyasının Yekun Aktına və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən, milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa hər hansı formada məhdudlaşdırıla bilməz.

Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulunda hüquqi baza rolunu oynamışdır.

Məlumdur ki, hüquqi dövlətin qurulmasının birinci şərti insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunmuş prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavan-lığının təmin edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini dərk edərək, suveren hüququndan istifadə edərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə öz milli Konstitu-siyasını qəbul etmişdir [7, s. 11].

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan, bir tərəfdən insan və dövlət, digər tərəfdən isə insan və cəmiyyət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir neçə normativ-hüquqi aktda - əsas qanunlarda cəmlənə bilər. Həmin normalar çox-saylı normativ-hüquqi aktlardan, eləcə də məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.

Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş verən köklü ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması zərurəti ilə şərtlənirdi [6, s. 49].

Müstəqilliyini elan etmiş və beynəlxalq hüququn subyekti olan Azərbaycan Respublikasında demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qay-dalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli

Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu

ölkədə baş verən köklü ictimai-siyasi və iqtisadi

dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması

zərurəti ilə şərtlənirdi .

Page 281: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

281

Konstitusiyaya ehtiyac duyulurdu. Müa-sir dünyada hər hansı cəmiyyətin, dövlətin demokratik xarakteri xeyli dərəcədə ölkədə şəxsiyyətin konstitusiya yolu ilə təsbit edil-miş hüquq və azadlıqları sisteminin miq-yası, təbiəti və təminatı mexanizminin səmərəliliyi ilə müəyyən edilir.

Demokratik, hüquqi dövlətdə konstitusi-ya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən əsas qa-nundur [10, s. 36]. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıq-larını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.

Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqla-rının və azadlıqlarının təmin edilməsi dövlətin əsas məqsədi kimi təsbit olun-muşdur.

Azərbaycan Respublikasının Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya qu-ruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyası onun konstitusion quruluşunun əsaslarını, insan və vətəndaşların hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunveri-ci, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarını təsbit edir.

Azərbaycan Respublikasının ilk milli Konstitusiyası “İnsan hüquqlarının Ümumi Bəyannamə”sində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutul-muş insan hüquq və azadlıqları ideyasına əməl etmək istəyindən xəbər verir.

Azərbaycan Respublikasının Konstitusiyasında şəxsiyyətin azadlıq, toxunul-mazlıq hüququ, söz, fikir, mətbuat, vicdan azadlığı, sərbəst toplaşmaq hüququ, mülkiyyət və azad sahibkarlıq hüququ kimi vətəndaş hüquqları təsbit edilmişdir.

Konstitusiyada özünün əksini tapmış insan hüquqlarının digər mühüm qrupunu sosial hüquqlar təşkil edir. Dövlət şəxsiyyətin əmək, sosial təminat, sağlamlıq, təhsil, yaradıcılıq və digər mühüm hüquqlarına təminat verməklə ölkədə insan hüquq və azadlıqlarının tam sisteminin yaradılmasının əsasını qoymuşdur.

Ölkənin Əsas Qanununun 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir [1, s. 7].

Konstitusiyada təsbit olunmuş bu ali məqsədin təmin edilməsi istiqamətində bir sıra hüquqi islahatlar həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və

Azərbaycan Respublikasının

Konstitusiyasında insan və

vətəndaş hüquqlarının və

azadlıqlarının təmin edilməsi

dövlətin əsas məqsədi kimi

təsbit olunmuşdur.

Page 282: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

282

vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti bu sahədə mühüm fərman və sərəncamlar imzala-mışdır. Belə ki, 21 fevral 1996-ci il tarixində “Azərbaycan Respublikası Preziden-ti yanında hüquqi islahatlar komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdı. Həmin Sərəncama əsasən, ölkədə geniş hüquqi islahatların həyata keçirilməsi planlaşdırılmışdı.

22 fevral 1998-ci il tarixində insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində vacib bir Fərman imzalandı. Fərmanda insan hüquq-larının müdafiəsinə dair Dövlət Proqramı layihəsinin, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iq-tisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar və insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazır-lanması, həmçinin hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlu-ğunun təmin edilməsi və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “İnsan və vətəndaş hüquqları-nın və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanından irəli gələn məqsəd və vəzifələri nəzərə ala-raq, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqla-rının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 saylı Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Dövlət Proqramında İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlan-ması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.

Azərbaycan 220-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur ki, bunla-rın təxminən yarısı insan hüquq və azadlıqları ilə bağlıdır [5, s.7]. Dövlət Proq-ramında təsbit olunmuş məsələlərin həlli istiqamətində Azərbaycan beynəlxalq hüquq normalarının üstünlüyü prinsipini qəbul edərək, öz milli qanunvericili-yinin təkmilləşdirilməsi sahəsində geniş islahatlar həyata keçirmişdir. İslahatlar nəticəsində insan hüquq və azadlıqlarının təmin olunmasını müəyyən edən və beynəlxalq hüquq normalarına müvafiq normativ hüquqi baza yaradılmış, yeni mütərəqqi hüquq müdafiə mexanizmləri təsis edilmişdir. Belə səmərəli hüquq müdafiə mexanizmlərindən biri də Azərbaycan Respublikasının İnsan Hüquq-

Page 283: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

283

ları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır. 28 dekabr 2001-ci il tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları

üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş-dir. Müvəkkil təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza yaradılmışdır [4, s.101-102].

Azərbaycan Respublikası insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmini, respublikada məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunması məqsədilə 2002-ci il avqus-tun 24-də referendum keçirilmişdir. Referendum nəticəsində həyata keçirilən bir sıra mütərəqqi dəyişikliklərlə yanaşı ölkəmizdə davam edən məhkəmə hü-quq islahatının nəticələri, üçpilləli məhkəmə sisteminin, xüsusilə də apelyasiya məhkəmələrinin hakimlərinin Parlament tərəfindən təyin olunması, Konstitusi-ya məhkəməsinə hər kəsin şikayət verə bilməsi, məhkəmələrə müraciət etməsi kimi mühüm müddəalar da Konstitusuyada öz əksini tapmışdır.

Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını po-zan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin norma-tiv aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikası Konsti-tusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət vermək hüququ təsbit olunmuşdur.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi dava-mı kimi 24 dekabr 2002-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublika-sında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haq-qında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, əsasən, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini “İnsan hü-quqlarını və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya uyğunlaşdırmaq məqsədini daşıyır [2].

28 dekabr 2006-ci il tarixində “Azərbaycan Respublikasında insan hüquqları-nın müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq, qüvvəyə minmişdir. Sərəncama əsasən, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir [3, s.1].

Qeyd olunmalıdır ki, Milli Fəaliyyət Planında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası inkişaf etdirilərək müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icra-sı, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi, qarşıya

Page 284: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

284

qoyulan məqsədlər müəyyən edilib. Ölkəmizdə insan hüquq və azadlıqları-nın müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulub. Belə ki, proqramda qanun-vericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artı-rılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur.

18 mart 2009-cu il tarixində Azərbaycanda daha bir referendum keçi-rilmişdir. Qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında

dəyişikliklər edilməsi haqqında” referen-dum aktına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatları nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edirdi. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib.

Məhz insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olaraq, insan hüquq və azad-lıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin in-kişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 de-kabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.

Qeyd etmək lazımdır ki, Milli Fəaliyyət Proqramı konseptual və geniş-miqyaslı xarakter daşıyır. Proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində qarşıya qoyulan məqsəd və vəzifələr kontekstində nəzərdən keçirilməlidir [7, s. 13].

6 fəsil və 75 bəndi əhatə edən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qrupla-rının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin

Qeyd etmək lazımdır ki, Milli Fəaliyyət Proqramı konseptual

və genişmiqyaslı xarakter daşıyır. Proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf

Konsepsiyası çərçivəsində qarşıya qoyulan məqsəd və vəzifələr kontekstində

nəzərdən keçirilməlidir.

Page 285: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

285

həyata keçirilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə ehtiva edir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı 28 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının bir növ məntiqi davamı olmaqla, bu planın bəzi maddələrinin icrasının tamamlandığı nəzərə alınaraq dövlət orqanları üzərinə insan hüquq-larının müdafiəsi sahəsində yeni vəzifələr də müəyyən etmişdir.

Bu vəzifələr həmçinin ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icra-sı baxımından da əhəmiyyətli olmaqla, mövcud prioritetlərə əsaslanaraq gələcəyə yönəlmişdir. Məsələn, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanu-nunun qəbul edilməsi, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə cinayət pro-sessual qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi, uşaqların cinsi is-tismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyinin beynəlxalq hüquq standartlarına uyğunlaşdırılması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onların cinayət məsuliyyətinin müəyyən edilməsinə dair təkliflərin hazırlanması, diffamasiya-ya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericili-yin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, miqrantların hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi layihəsinin hazırlanması üzrə işin yekunlaşdırılması, işləyən qadınların və ailə vəzifələri olan işçilərin əmək hüquqları ilə əlaqədar əmək qanunvericiliyinin təkmilləşdirilməsi, valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi və digər vəzifələr də bu qəbildəndirlər.

Respublikada keçirilən hüquqi islahatlardan danışarkən ölkədə korrup-siyaya qarşı aparılan mübarizəni xüsusi olaraq qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsi-yaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət Planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılı-ğının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olmuşdur. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin

Page 286: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

286

iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsidir. Açıq Hökumət tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər müəyyən edir.

Hər iki fəaliyyət planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ha-zırlanmışdır. Komissiyanın sədri cənab Ramiz Mehdiyev bildirmişdir: “5 sen-tyabr 2012-ci il tarixli sərəncam dövlətin bu sahədə siyasətinin davamlı xarak-ter daşıdığını göstərir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. Fəaliyyət planlarının qəbul edilməsi Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək və vətəndaşların dövlətə etimadını daha da artıra-caqdır”.

Fəaliyyət Planlarının mühüm bir cəhəti ondan ibarətdir ki, onların hazır-lanmasında dövlət orqanları ilə yanaşı, ictimai dinləmələrdə fəal iştirak etmiş vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınmışdır [9, s.9]. Eyni zamanda, Fəaliyyət Planlarının icrasına və onların dəyərləndirilməsi prosesinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Göründüyü kimi, müstəqilliyin bərpasından bu günə kimi demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilmiş hüquqi islahatlar nəticəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi və qorunması sahəsində Azərbaycanda mühüm hüquqi baza yaranmışdır.

Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsində insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsi, qarşı-dan gələn illər üçün dövlətin normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin in-kişaf etdirilməsi vəzifələri prioritet istiqamətlər kimi müəyyən edilmişdir.

Page 287: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

287

İstifadə edilmiş ədəbiyyat: 1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: “Qanun”, 2009.2. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin

tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 24 de-kabr 2002-ci il.

3. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Pla-nının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı, 2007.

4. “Azərbaycan Respublikasında insanların əsas hüquq və azadlıqlarının müdafiəsi. Hü-quq ədəbiyyatı, Bakı, 2005.

5. Əliyev Ə. İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi. Bakı, 2009.6. Əsgərov Z., Nəsirov E., İsmayilov M. Azərbaycan Respublikasının Konstitusiyası və

hüququn əsasları. Bakı: “Qapp-Poliqraf”, 2005.7. Hüseynov Ə. İnsan hüquqlarının qorunması əsas prioritet kimi. // “Strateji təhlil”

jurnalı, № 4, Bakı, 2012. 8. İnsan hüquq və azadlıqlarının təmini. Azərbaycan seçimi. Bakı, 2004.9. İnsan hüquqları üzrə Milli Fəaliyyət Planlarına dair Məlumat Kitabçası. BMT-nin İn-

san Hüquqları üzrə Ali Komissarının İdarəsi. Nyu-York-Cenevrə, 2002.10. Головистикова А.Н., Грудцина Л.Ю. Права человека. Москва: “Эксмо”, 2008.

Najiba MustafayevaImprovement of legislation and protection of human rights in process of construction of legal state in Azerbaijan

The article deals with the concept of the state ruled by law in Azerbaijan Republic, improvement of the national legislation and protection of human rights and freedoms. The list of basic documents, related to the protection of human rights in Azerbaijan Republic is considered by the author. The main articles of national Constitution dedicated to protection of human rights and freedoms, as well as the changes and amendments to the Constitution of the Republic of Azerbaijan are examined in the article.

The main goals and activity directions for state bodies formulated by the National Action Plan on Protection of Human Rights in the Republic of Azer-baijan are also analyzed by the author.

The mechanism of the protection of human rights, particularly the legal bases of the activity of the Commissioner for Human Rights (Ombudsman) of the Republic of Azerbaijan are also considered.

The main directions of the future law reforms in the Republic of Azerbai-jan, building of the democratic society, particularly strengthening of the state ruled by law, bringing national human rights legislation into accord with inter-national standards, as well as reinforcement of the civil society and its inter-connection with the governmental states are contemplated in the conclusion of the article.

Page 288: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

288

Наджиба МустафаеваУсовершенствование законодательства в сфере защиты прав человека в процессе построения правового государства в Азербайджане

Статья посвящена процессу построения правового государства в Азер-байджане и усовершенствованию законодательной базы в сфере защиты прав и свобод человека.

Автором рассматривается основной перечень нормативно-правовых актов, регулирующих сферу защиты прав и свобод человека, приводят-ся основные статьи Конституции Азербайджанской Республики, посвя-щенные правовому статусу личности, защите ее основных прав и сво-бод. Кроме этого, рассматриваются изменения и поправки к Конституции, принятые в результате референдумов, проведенных в республике в 2002 и 2009 годах.

Подробно анализируются задачи и основные направления деятель-ности, поставленные Национальным Планом Действий по защите прав человека перед органами государственной власти.

В статье также исследуются механизмы реализации защиты прав и свобод, в частности, правовые основы деятельности Уполномоченного по Правам Человека (Омбудсмана) Азербайджанской Республики.

В заключении содержатся основные направления проведения после-дующих правовых реформ, а именно, укрепление правового государства, построение демократического общества, приведение нормативно-пра-вовых актов по правам человека в соответствие с международными стан-дартами, а также усиление роли гражданского общества и его взаимосвя-зи с органами государственной власти.

Mediasiya: beynəlxalq və milli təcrübə

Page 289: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

289

Açar sözlər: münaqişə, danışıqlar, vasitəçilik, mediator

Key words: conflict, agreement, mediation, mediator

Ключевые слова: конфликт, договоры, посредничество, медиатор

Mediasiya: beynəlxalq və milli təcrübə

Natiq ABDULLAYEV AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı

[email protected]

Page 290: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

290

Müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demok-ratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur. Azərbaycan xalqının ümum-milli lideri Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyanın qəbul edilməsi mütərəqqi məhkəmə-hüquq islahatlarının əsasını qoy-muşdur. Ardıcıl şəkildə həyata keçirilən isla-hatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının eti-barlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, istər dünya təcrübəsində tətbiq edilən hüquqi novasi-

yalar, istərsə də cəmiyyətimizin dinamik inkişafı və ölkə həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələrin həyata keçirilməsini tələb edir.

Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda tarixi nailiyyətlər əldə etmiş, miqyaslı məhkəmə-hüquq islahatlarını həyata keçir-miş, vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatları forma-laşdırmışdır. Demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilmişdir. Milli qanunveri-cilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizdə qəbul edilən qanunlar, hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qal-dırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquqi müdafiəsinə təminat almışdır”.

Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məhkəmə-hüquq isla-hatlarının mahiyyətini vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi: “Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. Qa-nunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi isla-hatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və apa-rılmalıdır” [1]. Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq

Ümummilli lider Heydər

Əliyevin qeyd etdiyi kimi:

“Ölkəmizdə qəbul edilən

qanunlar, hüquq islahatları

nəticəsində hər bir insan

şəxsiyyət azadlığı və

toxunulmazlığına, barəsində

qaldırılmış işin müstəqil və

qərəzsiz məhkəmə tərəfindən

ədalətlə və açıq şəkildə

araşdırılmasına, hüquqi

müdafiəsinə təminat almışdır”.

Page 291: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

291

dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də milli qa-nunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilmişdir. Res-publikamızda pakta sunt servanda (“müqavilələr icra olunmalıdır”) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi vacib hesab edilir. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, məhkəmə siste-minin müasirləşdirilməsinə xidmət edir.

Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya prosedurunun üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi məhz bu baxımdan aktuallıq kəsb edir. Müasir şəraitdə mübahisələrin səmərəli həlli məqsədilə üçüncü tərəfin müdaxiləsi zərurətə çevrilmişdir. Hazırda hüqu-qi, siyasi-diplomatik vasitə kimi mediasiya münaqişələrin uğurlu həlli yolu he-sab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun inkişafına geniş şərait yaradılır.

Mediasiya bəşəriyyətin təcrübəsi ilə ərsəyə gələn barışıq strategiyasının və hüquqi praktikanın növlərindən biridir. Mediasiya çoxəsrlik tarixə malikdir. Onun kökləri qədim dövrlərə gedib çıxır. Belə deyim var ki, insan yaranan kimi, daha doğrusu, üç insan dünyaya gələndən mediasiya da yaranmışdır. Çünki insanların qrup halında birgəyaşayışı mübahisələr olmadan mümkün deyildir.

Barışıq qədim dövrlərdə də, indiki zamanda da ən mürəkkəb, həssaslıq, müdriklik və təcrübə tələb edən prosesdir. Buna görədir ki, hələ daş əsrindən başlayaraq barışdırıcı insanlar qismində ehtirama layiq, müdrik başçılar, ağsaq-qallar, kahinlər, ruhanilər çıxış etmişlər.

Mediasiya fəaliyyətin xüsusi növü olub, prosesdə üçüncü tərəfin iştira-kı ilə münaqişədə olan tərəflərin probleminin həllinə imkan verən yolların tapılmasının optimallaşmasını ifadə edir. Hazırkı dövrdə məhkəmə qərarları münaqişədə olan tərəflərin yalnız birini təmin edir. Digər tərəf isə narazı, uduz-muş vəziyyətdə qalır. Bu da sonrakı uzunmüddətli şikayət prosesinə səbəb olur. Mediasiya hüquqi və fiziki şəxslər arasında kompromis qərarların əldə edilməsini təmin edə bilir. Bu da nəticədə mübahisələrin gərginlik səviyyəsini aşağı salmağa, onu şəxsi münaqişə müstəvisindən tərəflərin maraqlarının müzakirə edildiyi dialoq prosesinə çevirməyə kömək edir.

Mediasiya hüquq ədəbiyyatında “münaqişə tərəfləri arasında danışıq-lar aparmaqla onlara qarşılıqlı şəkildə öz mövqelərini müqayisə etməyə və münaqişənin qəbul edilən və sağlam həllini tapmağa kömək edən üçün-cü bitərəf və nüfuzlu bir şəxsin vasitəçiliyi ilə keçirilən rəsmi proses kimi” müəyyənləşdirilir. Həm məhkəmə, həm də danışıqlar əsasında keçirilən me-diasiya arbitrajdan, barışıqdan və tranzaksiyadan fərqlənir. Belə ki, arbitraj tərəflər arasında üçüncü tərəf olan arbitrin qanuni səlahiyyətlərinin reallaş-dırılması ilə bağlı olan hüquqi normalar əsasında keçirilir. Münaqişənin həlli yollarının tapılmasına yönəlmiş barışıq prosesində üçüncü tərəfin iştirakı vacib olmur. Tranzaksiya tərəflərin mübahisəni sona çatdırmaq məqsədilə qarşılıqlı

Page 292: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

292

güzəştə getməsi prosesidir. Beləliklə, mediasiya sosial sülhün keyfiyyət aləti kimi çıxış edir: tərəflər qarşıdurmaya son qoyaraq yaxınlaşma prosesinə da-xil olurlar və şəxsi cəhdlər əsasında maksimum dərəcədə onları qane edən qərarı tapmağa çalışırlar və bütün bunlar tərəflər arasında bərabər və inandırıcı münasibətlər yaradan, qərarların qanuniliyini təmin edən mediatorun nəzarəti altında baş verir. Danışıqlar münaqişənin alternativ həlli üsulu kimi qəbul edi-lir. Münaqişənin alternativ həlli üsulu kimi qəbul edilən mediasiya meydana çıxmamışdan çox-çox əvvəl bəşər tarixində mübahisələrin neytral arbitrlər tərəfindən həlli nümunələrini tapmaq mümkündür.

Hələ 1899 və 1907-ci illərdə qəbul edilmiş Haaqa bəyannaməsində, sonra isə BMT Nizamnaməsinin 33-cü maddəsində vasitəçilik mübahisələrin alter-nativ həlli metodu kimi qəbul edilmişdir. XX əsrin 90-cı illərində dünyada so-yuq müharibənin sona çatması beynəlxalq, yaxud dövlətlərarası münaqişə və mübahisələrin tənzimlənməsində mediasiyanın geniş tətbiq edilməsinin əsas şərtlərindən biri oldu. Mövcud ideoloji qarşıdurmanın sona çatması nəticəsində BMT-nin vasitəçilik cəhdləri genişləndi və regional təşkilatların müvafiq imkan-larının möhkəmlənməsinə şərait yarandı [3].

Mediasiya ilə bağlı “Harvard konsepsiyası”na görə, mediasiya reqlamentləşdirilmiş danışıqlar texnikasıdır. Bu konsepsiya müəyyən prinsiplər üzərində qurulur və münaqişələrin həlli ilə bağlı danışıqlarda tətbiq edi-lir. Bu konsepsiyaya görə, mediasiya xüsusi prosedurdur, hakim və dövlət məhkəmələri ilə heç bir əlaqəsi yoxdur. Mediasiyanın əsas fərqləndirici cəhəti tərəflərin yüksək səviyyəli müstəqilliyə malik olması, ümumi mövqelərin seçilməsi və əlverişli nəticələrin əldə edilməsi ilə bağlıdır. Bu əlaqəlilik üç fəaliyyətlə bağlıdır:

1) dövlət, yaxud qeyri-dövlət hakimlərinin iştirakı ilə aparılan danışıqlar; 2) moderasiya;3) danışıqlarda üçüncü tərəfin münaqişənin həlli məqsədilə iştirak etməsi.Mediasiya müasir dövrdə olduqca intensiv inkişaf edən sahədir və

beynəlxalq birlik tərəfindən mübahisələrin həllinin dövrün çağırışlarına cavab verən, insanların hüquqi dövlətdə birgəyaşayış tələblərinə və özünü reallaşdır-masına uyğun gələn universal üsulu kimi qəbul edilir. Mediasiya mürəkkəb ta-rixi təkamül yolu keçərək qarşıdurma və mübahisələrin aradan qaldırılmasının elə bir metodu kimi formalaşmışdır ki, tərəflərin vəziyyətdən çıxış yolunu axtar-masında özlərinin fəal və maraqlı olmalarını şərtləndirir, buna nail olmaq üçün qüvvə və nüfuzlarından istifadə etməyə sövq edir. Ən vacibi mübahisələrin opponentin ziyanına və onun hesabına həll edilməsi prosesi olmayıb, əksinə, tərəflərə öz maraq və hüquqlarını təmin etmək üçün bərabər imkanlar verir.

Mediasiya praktikası Qərb ölkələrində geniş yayılmışdır. Mediasiya mübahisədə olan tərəflər arasında qarşılıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən dərk edilmiş qərara gəlmək yoludur. Mediasiya mübahisələrin həlli prosedurunda üçüncü tərəfin - mediatorun iştirakını nəzərdə tutur və

Page 293: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

293

vasitəçiliyin özünəməxsus bir forması-dır. Uğurla başa çatacağı təqdirdə medi-asiya prosesində nə qalib, nə də məğlub tərəf olur. Mübahisədə olan bütün tərəflər udur. Mediator - mübahisə edən tərəflərin məhkəməyə müraciət etdikləri halda vasitəçi şəxs kimi qəbul etdikləri və tərəfləri barışdı-ra biləcək, ümumi razılığın əldə edilməsinə nail ola bilən fiziki şəxsə deyilir. Mediator nə hökm verən hakim, nə də arbitrdır, mediator tərəflərin konsensusa gəlməsinə nail olan vasitəçidir.

Mediasiya institutunun Azərbaycanda yaranması və tətbiqini zəruri edən aşağıdakı bir neçə amili vurğulamaq yerinə düşər:

1.Qeyd edildiyi kimi, Avropa Şurasının və digər çoxsaylı mötəbər beynəlxalq təşkilatların üzvü olan Azərbaycanda vahid hüquq məkanının yaradılması, beynəlxalq qanunvericiliyin unifikasiyası mövcud mütərəqqi hüquqi praktika-ların ölkəmizdə tətbiq edilməsini gündəmə gətirir.

2. Mediasiya tolerantlıq və konsensus institutu kimi, adətən, dialoq və ünsiyyət mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə daha intensiv inkişaf edir. Azərbaycan dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanınır. Azərbaycanda mübahisəli məsələlərin ağsaqqalların iştirakı ilə məsləhətləşmələr yolu ilə həlli qədim tarixi köklərə malikdir. Buna görə də ölkədə mübahisələrin məhkəməyə qədərki həlli praktikasının fəal tətbiqi imkanları böyükdür. Belə ümumi qənaət mövcuddur ki, “mediasiya bütün hüquqi cəmiyyətin gələcəyinin institutudur”. Mediasiya institutu bu gün nəinki məhkəmə-hüquq sistemi, eləcə də bütövlükdə hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Cəmiyyətdə insan-lar təşəbbüslərini öz üzərlərinə götürməli, dialoq və barış şəraitində yaşamağı öyrənməlidirlər. Azərbaycan müasir dünyanın hüquqi praktikasında mövcud olan başlıca meyillərin tətbiqinə, vətəndaş cəmiyyəti qurumlarının daha da in-kişaf etdirilməsinə, müstəqil məhkəmə sisteminə dayaqlanan hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş siyasət həyata keçirir. Müstəqillik illərində həyata keçirilmiş məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə dinamik və mütərəqqi institut olan mediasiyanın hüquqi mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün möhkəm təməl rolunu oynayır, cəmiyyətin müxtəlif institutlarının fəal iştirakı və sosial tərəfdaşlığı sayəsində ictimai sabit-liyi təmin edir.

3. Müstəqil Azərbaycanın vətəndaşları məhkəmə-hüquq sisteminə öz tələbləri ilə daha çox mütaciət etməyə başlayıblar. Artıq 2000-ci illər üçün məhkəmə sisteminin olduqca yüklənməsi reallıq olmuşdur. Belə hallar-da qanunçuluğun keyfiyyətinin təminatı məsələsi gündəmə gəlmişdir. “Bir məqamı vurğulamaq kifayətdir ki, son dövrlərədək Bakı şəhərinin rayonların-da məhkəmələrin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət

Mediasiya praktikası Qərb ölkələrində geniş yayılmışdır. Mediasiya mübahisədə olan tərəflər arasında qarşılıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən dərk edilmiş qərara gəlmək yoludur.

Page 294: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

294

və digər işlərin olması faktı hakimlərin nə qədər gərgin iş şəraitində işlədiyinin bariz göstəricisi idi. Belə olan halda hər hakim bir gündə 2, bəzən hətta 3 işə baxmaqla in-san taleyi baxımından həlledici qərar qəbul etməli idi. Məhz bu səbəbdən də hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması bəzən səthi olur, vaxtın azlığı tam və obyek-tiv məhkəmə araşdırmasının aparılmasına imkan vermirdi. Apelyasiya şikayətlərinin çoxluğu bir çox hallarda birinci instansi-ya məhkəmələrində işlərə ədalətli və ob-yektiv baxılmaması ilə bağlı olurdu. Bu isə müəyyən hallarda əsassız və yolverilməz məhkəmə qərarlarının qəbuluna gətirib çı-xarırdı” [12].

Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublika-

sında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik akt-larına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respubli-kası Qanununun tətbiq edilməsi barədə” Fərmanı respublikanın məhkəmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi yönündə mühüm addımlardan biri oldu. Prezidentin 2006-cı il 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdik-siyasının müəyyən edilməsi haqqında” Fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır. Görülən məqsədyönlü tədbirlərlə yanaşı, Azərbaycanda hər vətəndaşa düşən hakimlərin sayı Avro-pa ölkələrindəki göstəricilərlə müqayisədə çox aşağıdır. Avropa ölkələrində mübahisələrin 80 faizi barışdırıcı prosedurların vasitəsi ilə həll edilir. Məhkəmələrdə hakimlərin sayca azlığı ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olaraq qalır. Statistikaya görə, “Azərbaycanda 800-dən çox vəkil fəaliyyət göstərir ki, bu da əhalinin sayına görə azdır. Həmçinin dünya standartla-rından qat-qat aşağıdır. Yəni ölkədə hər 12 min nəfərə cəmi 1 vəkil düşür. Hüquqşünaslar dünya üzrə orta göstəricinin hər 2 min nəfərə bir vəkil oldu-ğunu deyirlər. Bu hesabla Azərbaycan vəkillərin sayına görə dünya üzrə orta göstəricidən 6 dəfə geridədir. Azərbaycanda vəkillərin sayı 3500, 4000 olma-lıdır. Vəkillərin Azərbaycanda azlıq təşkil etməsi beynəlxalq aləmdə məhkəmə sistemi haqda müsbət rəy yaratmır. Beynəlxalq təşkilatlar Azərbaycanda ildə nə qədər məhkəmə prosesinin və bu proseslərdə nə qədər vəkilin iştirak et-diyini müəyyənləşdiriblər. Nəticədə bəlli olub ki, eyni gündə bir vəkil bir neçə məhkəmə prosesində iştirak edir. Bu da Azərbaycanda ədalət mühakiməsinin

Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli

“Azərbaycan Respublikasında məhkəmə sisteminin

müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr

edilməsi haqqında” Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi barədə” Fərmanı

respublikanın məhkəmə sisteminin əsaslı şəkildə

təkmilləşdirilməsi yönündə mühüm addımlardan biri oldu

Page 295: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

295

keyfiyyətinə təsir edən amil kimi qəbul edilir və zəif təşkil olunması təsəvvürünü yaradır. İnkişaf etmiş, məhkəmə hakimiyyətinin güclü olduğu ölkələrdə vəkillərin sayı dünya üzrə orta göstəricidən bir neçə dəfə yuxarıdır. Məsələn, son məlumatlara görə, İsraildə hər 175, ABŞ-da hər 260, İtaliyada isə hər 280 adama bir vəkil düşür. Azərbaycanda vəkillərin sayı az olsa da, vəkilliyə maraq artır” [13]. Digər meyil bundan ibarətdir ki, Azərbaycanda şikayətlərin 15%-dən çoxu məhkəmə sisteminə aiddir.

4. Mediasiyanın ən mühüm əhəmiyyətindən biri də onun cəmiyyətdə hü-quqi şüur və hüquq mədəniyyətinin yüksəldilməsinə kömək etməsidir. Bu gün Azərbaycanda mediasiyanın mübahisələrin həllinin məhkəmədənkənar meto-du kimi qanunverici əsaslarının möhkəmləndirlməsini və mediasiya institutu-nun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə sosial sifariş mövcud-dur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin müəyyən hissəsini vətəndaşlarına ötürməyə və bununla eyni vaxtda cəmiyyətin bu səlahiyyətləri qəbul etməyə hazır və qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət daşımasına imkan verən humanist, eyni zamanda praqmatik yanaşmadır. Beləliklə, mediasiya nəinki hüquqi, həmçinin sosial baxımdan əhəmiyyətli bir institut olduğunu sübut etmişdir. Bu, dünya təcrübəsində me-diasiyanın hüquqi mədəniyyətə və ümumilikdə cəmiyyətə tətbiqinə ildən-ilə artan diqqət və onun inkişafına göstərilən dəstəkdə özünü büruzə verir. Medi-asiyanın Azərbaycanda inkişafına təkan vermək üçün ən mühüm tədbirlərdən biri mediasiyanın institusionallaşması və qanunverici bazasının yaradılmasıdır.

5. Məlumdur ki, müasir dövrün münaqişələrinin mürəkkəbliyi və çoxşaxəli olması beynəlxalq ictimaiyyətdən ən yeni vasitəçilik strategiyalarının tətbiq edilməsini gündəmə gətirməyi tələb edir. Hazırda mübahisələrin mediasiya əsasında həll edilməsi dünya ictimaiyyəti tərəfindən münaqişələrin həllinin uğurlu vasitəsi kimi qəbul edilir. Beynəlxalq münasibətlərdə qeyri-hökumət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələrinin ro-lunun genişlənməsi onların bir çox beynəlxalq münaqişələrin tənzimlənməsində vasitəçi rolunda çıxış etməsinə şərait yaradıb.

Eyni zamanda, mediasiya həm də qabaqcıl ölkələrin milli qanunvericiliklərində tətbiq edilir. Çünki o, iqtisadi nöqteyi-nəzərdən səmərəli, daha qənaətcil vasitədir. Müasir dövrdə beynəlxalq münasibətlərlə yanaşı siyasi, iqtisadi, ticarət, ailə, məktəb, ağır cinayətlər və s. sahələrdə mübahisələrin həllində də media-siyanın tətbiqi genişlənməkdədir. Qanunvericilikdə mediasiyanın tətbiqi mülki hüquq münasibətlərində yaranan mübahisələrin tənzimlənməsində, eləcə də cinayət-hüquq münasibətlərində - orta ağır və xırda cinayət törədildiyi hallar-da nəzərdə tutulur. Mediasiyanın tətbiqinin zəruriliyi ilk növbədə məhkəmələrin həddən artıq yüklənməsinin yüngülləşdirilməsi üçün vacibdir. Mediasiya institutunun tərəfdarları da hesab edir ki, bu, məhkəmələrin həddindən ar-tıq yüklənməsinin qarşısını alır və ölkədə münaqişələrin həllinə yeni yanaş-manın inkişaf etdirilməsinə şərait yaradır. Mediasiyanın tətbiqi sahələri, qeyd

Page 296: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

296

edildiyi kimi, “əmək, ailə-nikah, mülki-hüquq münasibətləri”dir. Pozitiv hüquq sistemində qanun və ədalətin mükəmməl balansının və düzgün həllinin ta-pılması çətin olur. Məhkəmə sisteminin prosedurlarının gedişatı, mübahisədə olan tərəflərin mövqeyi və məhkəmə çəkişmələrinin “mənəvi yükü” də ağır olur. Əksər hallarda insanlar məhkəməyə müraciət etməyə çəkinirlər. Proseslərin so-nunda tərəflər bir çox hallarda barışıq əldə edə bilməyərək düşmən kimi ayrılırlar. Yəni bu halda barışıq heç bir əhəmiyyət kəsb etmir. Cinayət Məcəlləsi elə tərtib edilmişdir ki, burada cinayət faktının qeydə alınmasından başlayaraq, artıq əsas olan “zərərçəkən” və “təqsirkar” adlanan tərəflərin bir-birinə iddiası və məhz cinayəti faktı olur.

Məhz bu qeyd edilən və digər məsələlərin həlli çərçivəsində mediasiya-nın ardıcıl və daimi olaraq tətbiqinin zəruriliyi gündəmə gəlmişdir. Beynəlxalq təcrübəyə əsasən, mediasiya institutunun səmərəli tətbiqi mübahisələrin həllinin alternativ yolu kimi bu vəziyyətin aradan qaldırılmasına ciddi kömək edə bilər.

Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyəti demokratik, hüquqi dövlətin in-kişafı mərhələsini yaşayır. Bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi islahatlar prosesi davam edir. Bazar münasibətlərinə keçid iqtisadi və onun-la sıx bağlı olan digər sahələrdə (ticarət, siyasi-hüquqi, məhkəmə və s.) yeni qanunların tətbiq edilməsini, beynəlxalq bəyannamələrə qoşulmağı və ölkə qanunvericiliyində əsaslı dəyişikliklər edilməsini tələb edir.

Müasir dövrdə Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması istiqamətində də geniş islahatlar aparılır. Böhran və münaqişəli vəziyyətlərin məhkəmədənkənar və məhkəməyə qədər tənzimlənməsi ilə bağlı alternativ həll yollarının seçilməsi məsələsinin xüsusi aktuallıq kəsb etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının, xüsusilə də mediasiya-nın tətbiqi bir sıra postsovet məkanı ölkələri ilə müqayisədə ilkin formalaş-ma mərhələsindədir və hüquqi əsasları tam formalaşmayıb. Azərbaycan Res-publikasında mediasiya institutunun inkişaf etdirilməsinin hüquqi əsasları kimi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıx-dığı beynəlxalq aktlar və s. normativ aktları göstərmək olar.

Qeyd etdiyimiz kimi, müasir şəraitdə məhkəmə sistemində mübahisə və münaqişələrin alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. Belə ki, mübahisələrin alternativ həlli yollarının tətbiq edilməsi insanlar üçün hü-quq və azadlıqlarının tam təmin edilməsi, onların heç bir təzyiq və məcburiyyət olmadan razılığa gəlməsi və son nəticədə ədalət məhkəməsindən fərqli olaraq əməkdaşlıq münasibətlərinin saxlanması imkanlarını açır. Vasitəçiliyin üstün tərəflərindən biri də odur ki, mübahisə tərəfləri proseduru müstəqil şəkildə tənzimləmək imkanı əldə edirlər.

Page 297: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

297

Beləliklə, münaqişələrin mediasiya prosedurunda tənzimlənməsi nəticəsində tərəflər arasında əməkdaşlıq münasibətlərinin saxlanması, həmçinin mübahisəyə, münaqişəyə, yaxud böhrana gətirə biləcək vəziyyətlərin qarşısı-nın alınması əsas məqsədə çevrilir. Təkrarlana biləcək mübahisə, münaqişə, yaxud böhran şəraitində qarşılıqlı əlaqəli iki davranış prinsipi – münaqişənin həlli zamanı tərəflərə müəyyən bir mövqenin məcburi şəkildə qəbul etdirilməsi və münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə güc tətbiq edilməsinin yolverilməzliyi – əsas götürülür.

Münaqişənin alternativ vasitələrlə tənzimlənməsi yeni, hər bir münaqişə tərəfi üçün qəbul edilə bilən kompromis yolunun tapılmasını nəzərdə tutur. Münaqişələrin alternativ vasitələrlə həlli zamanı əsas qəbul edilən qaydalardan biri də odur ki, vasitəçilər münaqişənin mürəkkəbləşməsinə və genişlənməsinə səbəb olmamalı və münaqişənin tənzimlənməsi itkisiz və bütün tərəflərə (mübahisə tərəfləri və mediatora) zərər gətirmədən sona çatmalıdır. Əgər belə bir şərait yaranarsa, tərəflər bu haqda bir-birini xəbərdar etməli, fikir mübadiləsi aparmalı və mediasiya vasitəsilə razılıq əldə etmədikdə yeni bir tənzimləmə yolu seçməlidirlər.

Alternativ həll vasitələrilə keçirilən prosedurların iqtisadi cəhətdən daha qənaətcil olması, daha qısa zaman müddətində səmərəli nəticələr əldə edilməsi məqsədini daşıması, həmçinin bir sıra digər üstünlükləri müasir dünyada bu vasitələrin tətbiqini aktuallaşdırmışdır.

Qeyd etmək lazımdır ki, indiyə qədər mediasiya proseduru hətta beynəlxalq-hüquqi əsaslarda da kompleks təhlil edilməmişdir. Mediato-run da iştirak etdiyi mübahisələrin alternativ həlli yollarının mahiyyəti və tətbiqinə dair elmi-hüquqi cəhətdən kompleks əsaslandırılmasına həsr edilən tədqiqatların sayı hələlik çox deyil. Müxtəlif dövlətlərdə mediasiya-nın hüquq sisteminə inteqrasiyasına dair əhəmiyyətli təcrübənin olmasına baxmayaraq, milli qanunvericiliklərdə bu təcrübə az öyrənilən sahə olaraq qalmışdır. Mediasiyanın müxtəlif sahələrdə, o cümlədən müqayisəli-hüquqi aspektdən öyrənilməsinə hələlik cəhd edilməmişdir. Ənənəvi olaraq medi-asiyaya dair tədqiqatlar mübahisələrin alternativ həlli üsulları çərçivəsində nəzərdən keçirilir. Ayrı-ayrı barışıq prosedurlarının tədqiqinə müəyyən yer verilmişdir.

Azərbaycana gəldikdə isə milli hüquqşünaslıq elmində müstəqilliyin əldə edilməsi ilə mediasiyanın mülki yurisdiksiyada bir neçə istiqaməti təcrübi ola-raq inkişaf etməyə başlamışdır. Eyni zamanda qeyd edilməlidir ki, mediasi-ya xüsusilə elmi-hüquqi, nəzəri aspektdə Azərbaycanda hələlik sistemli və kompleks təhlil edilməmiş sahələrdən biridir. Milli hüquqşünaslıq elmində, mülki və arbitraj hüququna dair tədqiqatlarda mübahisələrin alternativ həlli üsullarına dair ədəbiyyat o qədər çox deyil. Müəlliflər əsasən ayrı-ayrı üsulla-rı və onların xaricdə tətbiqi təcrübəsini tədqiq etmişlər. Bu, mediasiyaya dair mövcud ədəbiyyatın izlənilməsində də aşkar görünür.

Page 298: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

298

Azərbaycanda mübahisələrin məhkəmədənkənar və yaxud məhkəməyə qədər həlli vasitəsi kimi mediasiyanın bəzi istiqamətlərinin arbitraj məhkəməsində, xarici iqtisadi mübahisələrin həllində və s. tədqiqi son dövrlərdə aktuallaşmışdır.

İstifadə edilmiş ədəbiyyat:

1. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının təntənəli açılışı mərasimində nitqi // AzərTAc, 12 may 2009-cu il.

2. Abdullayev N. Mediasiya (mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi). Bakı: “CBS”, 2009.

3. Ales Zalar. Towards primary dispute resolution system: global trends in civil and family mediation. An overview of the best practices in Europe // http://camera ar-bitrale. odc.mi.it/allegati/utenti

4. Веренко И.С. Конфликтология. Москва: “Просвещение”, 1987. 5. Понятие и принципы медиации. http//www.arbimed.ru6. Ракитина Л.Н., Львова О.А. Медиация (посредничесто). Как урегулировать

спор, не обращаясь в суд. Москва: “Эксмо”, 2008.7. Бесемер Х. Медиация – посредничество в конфликтах. Калуга: “Духовное

познание”, 2004.8. Медиация в нотариальной практике (Алтернативные способы разрешения

конфликтов). Москва: Волтерс Клувер, 2005.9. Медиация – искусство разрешать конфликты. Знакомство с теорией, методами

и профессинальными технологиями. Составители: Г.Мета, Г.Похмелкина. Москва: “VERTE”, 2004.

10. Медиация в нотариальной практике (Алтернативные способы разрешения конфликтов). Москва: Волтерс Клувер, 2005.

11. http://www.mediacia.com/wordmed.htm12. http://www.jlc.gov.az/ Meqaleler/21.12.2010-2.pdf.13. http://www.humanrights-jwg.org/metbuat/olkede/324-h601r-12-min601-c601mi-

1-v601kil.html

Natig AbdullayevDefinition of the term of mediation and historical formation of mediation

The article dedicated to the analysis of history of development of media-tion. The author gives his vision on definition of the notion of mediation and history of the creation of mediation and underlines that there are alternative ways of the conflict resolution. According to him mediation is a process of conflict resolution involving a third party. In modern times the use of mediati-on in the settlement of conflicts, as an alternative method of settling interna-tional disputes has become a tradition.

Page 299: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

299

Натиг АбдуллаевПосредничество: международный и национальный опыт

Статья посвящена анализу истории развития медиации. Автор пред-лагает свое определение понятия посредничества, рассказывает об ее истории создания и отмечает, что существуют альтернативные способы разрешения конфликтов.

Посредничество - это процесс урегулирования конфликтов с участием третьей стороны.

В наше время использование посредничества в урегулировании кон-фликтов в качестве альтернативного метода разрешения международных споров стало традицией.

Page 300: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

300

Page 301: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

301

TARİX, FƏLSƏFƏ, MƏDƏNİYYƏT: MÖVQELƏR, BAXIŞLAR

Page 302: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

302

Milli dəyərlər uğrunda mübarizənin

tarixşünaslığı (1969 - 1982-ci illər)

Page 303: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

303

Açar sözlər: adət-ənənə, milli dil, milli münasibətlər, xalqlar dostluğu, tarixşünaslıq

Key words: traditions, national language, national relations, friendship of nations, historiography

Ключевые слова: традиция, национальный язык, национальные отно-шения, дружба народов, историография

Milli dəyərlər uğrunda mübarizənin

tarixşünaslığı (1969 - 1982-ci illər)

Məhərrəm ZÜLFÜQARLIAzərbaycan Turizm İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru

[email protected]

Page 304: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

304

Giriş

Azərbaycanın üç min ildən artıq dövlətçilik tarixinin təxminən min ili müstəqillik, iki min ili isə istilalar və yadelli əsarəti dövrünə aid edilir. Azərbaycan tarixində şərəfli yer tutan 20-dən artıq müstəqil dövlətin tarixi-nin tədqiqi ilə yanaşı, xarici təcavüz nəticəsində dövlət müstəqilliyinin itirildi-yi dövrlərin də obyektiv araşdırılması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Belə dövlətlərdən biri də 27 aprel 1920-ci il tarixində XI qızıl ordunun işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaradılmış və 1920-1991-ci illəri əhatə edən Azərbaycan Sovet Sosialist Respublikasıdır. Digər dövrlərdə olduğu kimi 1969-1982-ci illərdə də milli dəyərlərin, milli di-lin qorunması uğrunda mübarizə getmişdir. Bu dövrdə XX əsrin 20-30-cu və 40-50-ci illərindən fərqli olaraq mübarizənin forma və metodları fərqli olmuş-dur. Məhz bu mübarizə nəticəsində 1969-1982-ci illərdə Azərbaycanın milli dəyərləri, ədəbi dili daha da inkişaf etmişdir. Bu dövr haqqında çoxlu sayda məqalə və kitab yazılsa da, dövrün tarixşünaslıq baxımından tədqiqi diqqətdən kənarda qalmışdır. Bu səbəbdən təqdim olunan bu məqalə dövrün tarixşü-naslığına həsr olunub. Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra respublika-da milli kadrların yetişdirilməsi, milli dəyərlərin qorunması sahəsində görülmüş mühüm işlər işıqlandırılmış, həmçinin bu dövrə aid yazılmış kitablar tarixşünas-lıq baxımından təhlil edilmişdir.

Milli dəyərlər uğrunda mübarizənin təşkili

Müasir dövrdə Azərbaycan tarixinin digər dövrləri kimi XX əsr tarixinin də yenidən, obyektiv şəkildə tədqiqi aktuallıq kəsb edir. Ümummili lider Heydər Əliyev Azərbaycanın XX əsr tarixinin yenidən yazılmasının aktuallığı haqqında demişdir: “Azərbaycanın XX əsr tarixi yazılmalıdır… Bu əsrdə dünyada və respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur” [10, s.369].

Azərbaycanın XX əsr tarixinin digər dövrləri kimi 1969-1982-ci illərin tədqiqi də müasir dövrdə öz aktuallığı ilə diqqəti cəlb edir. Bu dövrdə digər məsələlərlə yanaşı, Moskvanın yeritdiyi siyasətin əksinə olaraq, milli adət-ənənənin, milli dilin qorunması sahəsində mühüm işlər görülsə də, bu məsələlər indiyə qədər tarixşünaslıq baxımından tədqiq olunmayıb.

T.Qaffarovun 1999-cu ildə nəşr olunmuş 279 səhifəlik “Azərbaycan tarixi” (1920-1991) kitabının 10-cu paraqrafı “70-80-ci illərdə Azərbaycanda milli oyanış, iqtisadi və sosial tərəqqi” adlanır. Dövrün bu cür bölgüsü digər kitab və məqalələrdəki bölgülərdən köklü şəkildə fərqlənir və fikrimizcə, reallığı əks etdirir.

Page 305: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

305

1969-1982-ci illərdə Moskva tərəfindən “sovet xalqının formalaşması” pərdəsi al-tında yeridilən ruslaşma siyasətinə qarşı mübarizə, çətinliklə də olsa, davam etdi-rilmişdir. Həmin dövrdə kommunist reji-minin ideoloji inhisarçılığına baxmayaraq milli dəyərlərin qorunması Azərbaycan rəhbərliyinin diqqət mərkəzində olmuş-dur. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə milli hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, Moskva tərəfindən uzun illər təbliğinə qadağalar qoyulmuş görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun adının əbədiləşdirilməsi, repressiyaya məruz qalmış şair və yazıçıların əsərlərinin təbliğ edilməsi, Hüseyn Cavidin nəşinin Sibirdən gətirilərək Naxçıvanda dəfn olun-ması, azərbaycanlı tələbələrin SSRİ-nin müxtəlif ali məktəblərinə təhsil almağa göndərilməsi, Moskvanın palanlarının əksinə olaraq iri sənaye müəssisələrinin Bakıda inşa edilməsi, ruslaşdırma siyasətinin əksinə olaraq Azərbaycan dilinin inkişafına xüsusi qayğı göstərilməsi və s. işlər bunun bariz nümunəsidir.

Bu dövrdə milli dilin, milli dəyərlərin qorunmasında, milli kadrların hazırlan-masında, həmçinin bu dövrün tarixşünaslığının formalaşmasında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin göstərdiyi səylərin, müxtəlif çıxış və məruzələrində irəli sürülən ideyaların mühüm əhəmiyyəti olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası-nın hazırladığı “Heydər Əliyev” elektron sənədlər toplusunda olan “Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin nitqlərindən, məruzələrindən, çıxış-larından, müsahibələrindən seçmələr” kitabında müxtəlif məsələlərə aid 37 sənəd verilib ki, bunlar da problemin öyrənilməsində mühüm rol oynayır. Bu kitabda Heydər Əliyevin “Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr edilmiş təntənəli yığıncaqda nitqi” (1 noyabr 1969-cu il), “İdeoloji işi daha da gücləndirmək sahəsində Respublika partiya təşkilatlarının vəzifələri haqqında Azərbaycan KP MK Plenumunda məruzəsi” (29 oktyabr 1971-ci il), “Azərbaycan Yazıçılarının V qurultayında nitqi” (1 iyun 1972-ci il), “Nəriman Nərimanovun abidəsinin açlışında nitqi” (6 iyun 1972-ci il), “Nəriman Nərimanovun 100 il-lik yubiley mərasimindəki məruzəsi” (29 iyun 1972-ci il), “Bərabər ittifaqda” “Literaturnaya qazeta”ya müsahibəsi (16 avqust 1972-ci il), “Qoy ədalət zəfər çalsın” “Literaturnaya qazeta”ya müsahibəsi (18 noyabr 1981-ci il) , “Şuşa-da Vaqifin məqbərəsinin açlışı mərasimində çıxışından” (14 yanvar 1982-ci il), “Xankəndidə (Stepanakertdə) Dağlıq Qarabağ Muxtar Vilayətinin Parti-

Ümummili lider Heydər Əliyev Azərbaycanın XX əsr tarixinin yenidən yazılmasının aktuallığı haqqında demişdir: “Azərbaycanın XX əsr tarixi yazılmalıdır… Bu əsrdə dünyada və respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur”.

Page 306: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

306

ya fəallarının yığıncağındakı nitqindən” (14 yanvar 1982-ci il) və digər tari-xi materiallar 1969 – 1982-ci illər ictimai-siyasi proseslərin tarixşünaslığının tədqiqində müstəsna əhəmiyyətə malikdir.

Bu çıxışlarında Heydər Əliyevin Azərbaycan elm və ədəbiyyatının inkişa-fına, Azərbaycan ədəbi dilinin saflığının qorunub saxlanılmasına aid dediyi fikirlər müasir dövrdə də aktuallığını qoruyub saxlayır. Heydər Əliyev həmin dövrdə qeyd edirdi ki, “dahi rus şairi M.Y.Lermontov Azərbaycanın tarixi ilə yaxından maraqlanmış və Azərbaycan dilini yüksək qiymətləndirmişdi. O, dos-tu Rayevskiyə yazmışdı: “Azərbaycan dilini öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə, Asiyada zəruridir” [9, 7 oktyabr 1972-ci il].

Digər çıxışında Heydər Əliyev bu fikri davam edirərək deyir: “Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin jarqon, dialekt ifadələri ilə zibillənməsinə yol vermək olmaz. Yazıçı di-lin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır. Təəssüf, elə yazıçılar var ki, bu tələblər səviyyəsində dura bilmirlər. Üstəlik ayrı-ayrı yazıçılar təkcə danışıqlarında yox, həm də əsərlərində dil xətalarına yol verirlər. Bununla əlaqədar olaraq mətbuat, radio, televiziya, teatr, kino işçilərinə, mühazirəçilərə və müəllimlərə xüsusi tələbkarlıqla yanaşmaq lazımdır. Mən ümid edirəm ki, bu problemlər sizin yaradıcılıq fəaliyyətinizdə özünün praktik həllini tapacaqdır” [11, 13 iyun 1981].

Azərbaycan rəhbərliyinin 1969 – 1982-ci illərdə yeritdiyi siyasətə aid çoxlu sayda kitab və məqalələr yazılmışdır. Bunlardan F.Abdullazadənin 2003-cü ildə rus dilində nəşr olunmuş “Heydər Əliyev: siyasi portret”, Y.Mahmudovun 2005-ci ildə nəşr olunmuş “Azərbaycan: qısa dövlətçilik tarixi”, İ.V.Andriyanovun 2005-ci ildə Moskvada rus dilində nəşr olunmuş “Heydər Əliyev”, R.Mehdiyevin 2 kitabdan ibarət “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: məqalələr, çı-xışlar, müsahibələr”, A.Xələfovun 2006-cı ildə nəşr olunmuş “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, M.Qasımlının 2006-cı ildə nəşr olunmuş “Heydər Əliyev - istiqlala gedən yol: 1969-1987-ci illər”, Ə.Qasımovun 2009-cu ildə nəşr olunmuş “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublika-sı: XX əsrin 70-80-ci illəri” və digər kitab və məqalələri göstərmək olar.

Akademik R.Mehdiyevin 2 kitabdan ibarət, iyun 1971 - iyun 2001 və yanvar 2002 – dekabr 2006-cı illəri əhatə edən “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: məqalələr, çıxışlar, müsahibələr” kitabı mənbəşünaslıq və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb edir. Birinci kitabda digər materiallarla yanaşı Heydər Əliyevin 1971-ci ilin iyun ayından etibarən etdiyi çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr nəşr olunub ki, bu da dövrün tədqiqi üçün əhəmiyyətlidir.

Azərbaycan tarixinin 1969-1982-ci illərə aid tarixşünaslığının tədqiqi üçün birinci növbədə bu dövrün siyasi kursunu müəyyən etmiş Sov.İKP sənədlərinə, ən başlıcası isə Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il və 29 oktyabr

Page 307: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

307

1971-ci il plenumlarının materiallarına xüsusi diqqət yetirmək lazımdır. 1969-1982-ci illərdə əvvəlki illərə nisbətən müxtəlif problemlərə aid daha çox kitab çap olunub ki, bunların da əksəriyyəti Azərbaycan dilində olmuşdur. Məsələn, Azərbaycan SSR-də 1979-cu ildə 12,9 milyon nüsxə kitab nəşr olunub ki, bu-nun da 8,1 milyonu Azərbaycan dilində idi [12,s.311]. 1978-1981-ci illərdə üç-cildlik “Müasir Azərbaycan dili” kitabı nəşr olunmuş və Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan KP MK Bürosunun “Bakı şəhərində Asiya və Afrika xalqları ilə IV həmrəylik konfransının keçirilməsi haqqında” 20 aprel 1976-cı il tarixli qərarına müvafiq olaraq 13-15 may 1976-cı il tarixində 200 sovet nümayəndəsinin, Asiya və Afrika ölkələrindən gəlmiş 25 nümayəndənin iştirakı ilə bu tədbirin həyata keçirilməsinin digər məsələlərlə yanaşı milli dəyərlərin də qorunmasın-da müəyyən rolu olmuşdur [2].

Bu dövrdə ermənilərin müxtəlif üsullardan istifadə etməklə Azərbaycan ərazilərini ələ keçirmək cəhdlərinin qarşısı çətinliklə də olsa alınmışdır. Moskvanın təzyiqi nəticəsində Azərbaycan SSR Ali Sovetinin 2 min hektar-dan çox Azərbaycan torpağının ermənilərə verilməsi haqqında 7 may 1969-cu il tarixli qərarının icrası Heydər Əliyevin göstərişi ilə dayandırılmışdır. Erməni separatçılığının qarşısını almaq üçün Azərbaycan rəhbərliyi DQMV-də gedən prosesləri daima nəzarətdə saxlayırdı. Buna görə də 1973-cü ildə Stepanakertdə Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnsti-tut açılmış, 1979-cu ildə Bakı-Ağdam dəmiryolu Stepanakertlə birləşdirilmişdi. Ermənilərin respublika rəhbərliyinə qarşı əvvəlki yersiz iddialarını aradan qal-dırmaq üçün DQMV əhalisinin təminatı Azərbaycan SSR üzrə orta göstəricidən yüksəyə qaldırılmışdı [8].

Kommunist rejimi 1970-1980-ci illərdə milli dəyərlərin tədricən aradan qal-dırılmasına və beynəlmiləlçilik ideyalarının təbliğinə daha çox fikir verdiyinə görə sovet tarixşünaslığında bu mövzuda yazılan əsərlər də çoxluq təşkil et-mişdir.

XX əsrin 70–80-ci illərində ABŞ alimləri SSRİ-də, o cümlədən Azərbaycan SSR-də mövcud olmuş millətlərarası münasibətləri daim diqqət mərkəzində saxlamışlar. Məsələn, ABŞ-da bu mövzuda 1971-ci ildə 245, 1982-ci ildə isə 258 dissertasiya müdafiə edilmiş, təkcə 1979 - 1980-ci illərdə “Millətçilik və Zaqafqaziyada sosial dəyişikliklər” mövzusunda iki böyük konfrans keçirilmiş-dir [14, s.9].

Bu dövrdə Azərbaycan SSR-də əhalinin tərkibi çoxmillətli olduğu üçün bu problem daim diqqət mərkəzində olmuşdur. Bu illərdə respublika əhalisinin 73,8 %-ni azərbaycanlılar, yerdə qalanını isə digər millət və xalqlar təşkil edir-di [13,s.47]. Bu dövrdə Azərbaycan SSR-də 100-dən çox, o cümlədən Bakıda 90-dan çox, Kirovabadda (indiki Gəncə) 40-dan çox [16, s.92], Naxçıvanda 15-dən çox [15, s.113] millət və xalqın nümayəndəsi yaşayırdı. Milli münasibətlər sahəsində elmi-tədqiqat işlərini gücləndirmək üçün Azərbaycan SSR EA-nın

Page 308: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

308

Fəlsəfə və Hüquq İnstitutunda “Milli münasibətlərin və beynəlmiləl tərbiyənin nəzəri problemləri” şöbəsi, sonradan isə Akademiyanın ayrıca institutu yara-dılmışdı.

Milli münasibətlər və xalqlar dostluğuna aid 70-80-ci illərin birinci yarısında Azərbaycan alimləri tərəfindən əsərlərin yazılmasında Azərbaycan KP MK-nın “Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin işinin yaxşılaşdırılması haqqında” (oktyabr 1976), “Sov.İKP XXV qurultayı qərarlarını həyata keçirmək sahəsində Azərbaycan, Ermənistan və Gürcüstan Kommu-nist Partiyaları Mərkəzi Komitələrinin birgə ideoloji tədbirlər planı haqqında” (oktyabr 1976) [4],““Dostluq” teatrının yaradılması haqqında” (avqust 1977) [5], “SSRİ xalqları dostluğu Respublika Sarayının yaradılması haqqında” (aprel 1979) [6], “Kutaisi, Leninakan və Kirovabad şəhərləri zəhmətkeşlərinin sosia-lizm yarışının 30 illiyi haqqında” (may 1979) [3], “Azərbaycan zəhmətkeşlərinin qardaş sovet respublikaları zəhmətkeşləri ilə beynəlmiləl əlaqələrini daha da inkişaf etdirmək tədbirləri haqqında” (4 noyabr 1981) [1,s.32-48], Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin “Televiziya və radio vasitəsilə zəhmətkeşlərin beynəlmiləl tərbiyəsi haqqında” (30 mart 1978) [7] və s. qərarlarının böyük təsiri olub. Bu dövrdə yazılan kitab və məqalələrdə əsas məqsəd Kommunist Partiyasının qərarlarından irəli gələn vəzifələri, ideyaları müdafiə etmək və onların təbliğinə kömək göstərməkdən ibarət idi. Lakin bu əsərlərdə xalqlar dostluğu pərdəsi altında sovet rejiminin yeritdiyi ruslaşdırma siyasətinin əksinə olaraq milli dəyərlərin qorunması, milli dilin inkişafı məsələlərinə də geniş yer verilirdi. Müəlliflər bu məsələlərdə Azərbaycan rəhbərliyinin məruzə və çıxışla-rında irəli sürülən fikirlərə istinad edir, bu fikirlərə arxalanırdılar.

Azərbaycan KP MK-nın 4 noyabr 1981-ci il tarixli qərarı ilə bu mövzuda ən yaxşı ictimai-siyasi və publisistik əsərlərin müəlliflərinə təqdim etmək üçün N.Nərimanov adına medal da təsis edilmişdi. Bu dövrdə Azərbaycan rəhbərliyi erməni şovinizminə qarşı mübarizədə xalqlar dostluğu ideyalarından səmərəli istifadə edərək DQMV-də erməni separatizminin qarşısını ala bilmişdi. Fakt-lar göstərir ki, erməni separatçıları 1969 –1982-ci illər istisna olmaqla sovet hakimiyyətinin bütün dövrlərində Azərbaycana qarşı yersiz ərazi iddiaları ilə çıxış etmişlər. Bu illərdə Azərbaycan rəhbərliyinin yeritdiyi məqsədyönlü güclü siyasət milli dəyərləri, milli dili qorumaqla yanaşı, Azərbaycan ərazisinə qarşı bəd niyyətlərin həyata keçilməsinin də qarşısını almışdır.

Nəticə

Azərbaycan tarixinin digər dövrləri kimi 1969 –1982-ci illərin yenidən tədqiqi dövlətçiliyin inkişafında müsbət rol oynaya bilər. Müxtəlif çətinlik və təzyiqlərə baxmayaraq o dövrdə formalaşmış kadrlar Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə və dövlətçiliyin möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmişlər. Azərbaycan tarixinin 1969 –1982-ci illərə

Page 309: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

309

aid tarixşünaslığının tədqiqi göstərir ki, bu dövrün yenidən, obyektiv şəkildə araşdırılması aktual olaraq qalır. Bu dövrün yenidən tədqiqi milli dəyərlərin qorunmasına aid yeni-yeni faktların üzə çıxmasına da kömək edə bilər.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan KP MK-nın “Azərbaycan zəhmətkeşlərinin qardaş sovet respublika-ları zəhmətkeşləri ilə beynəlmiləl əlaqələrini daha da inkişaf etdirmək tədbirləri haqqında” (4 noyabr 1981-ci il) qərarı. Актуальные вопросы прoпагандской, массово-политической работы в документах Компартии Азербайджана. Баку: Азернешр,1984,134 с.

2. Azərbaycan Respublikası SPİH MDA. f.1, siy. 428, iş 30, v. 16.3. Azərbaycan Respublikası SPİH MDA f.1, siy. 444, iş 34, v. 11.4. Azərbaycan Respublikası SPİH MDA f.1, siy. 428, iş 60, v. 13, 18.5. Azərbaycan Respublikası SPİH MDA f.1, siy. 433, iş 46, v. 40.6. Azərbaycan Respublikası SPİH MDA f.1, siy. 444, iş 32, v. 2.7. Azərbaycan Respublikası Naxçıvan MR SPİH MDA f.1, siy.9, iş 15, v.24.8. Azərbaycanı kimlər idarə edib? ( may 1918 – oktyabr 2003). Bakı, 2006, 136 s.9. Əliyev H.Ə. Azərbaycan yazıçılarının VII qurultayında nitq (12 iyun 1981-ci il).

“Ədəbiyyat və incəsənət” qəzeti.10. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Bakı: Azərnəşr, 1998, 488 s.11. Əliyev H.Ə. Azərbaycanda RSFSR ədəbiyyatı və incəsənəti günlərinin açılışında nitq

(3 oktyabr 1972-ci il). “Kommunist” qəzeti.12. Народная хозяйства Азербайджанской ССР за 60 лет. Юбилейный стат.

сборник. Баку: Азернешр, 1980, 375 с.13. Саядов С.А. По законам интернационализма. Москва: Мысль,1983, 269 с.14. Tağıyev Ə. Lenin milli siyasəti və antikommunizm. Bakı: Azərnəşr, 1988, 102 s.15 Sovet Naxçıvanı. Bakı: Azərnəşr, 1984, 136 s.16. Yetkin sosializm şəraitində zəhmətkeşlərin beynəlmiləl tərbiyəsi məsələləri. Bakı:

“Elm”, 1984, 180 s.

Maharram ZulfugarliHistoriography of the struggle for the national values (1969 - 1982)

The article studies the historiography of the struggle for the protection and development of national culture, traditions and national language in 1969-1982. History of the Azerbaijan of the period from 1969 to 1982 is characte-rized with the name of the famous politician and the statesman Haydar Ali-yev. From 1969 to 1982 Haydar Aliyev leaded Azerbaijan SSR. Haydar Aliyev’s works are one of the important sources for studying the historical process in the period from 1969 to 1982. In that period, despite of the russification policy of the Moscow, under the leadership of the Haydar Aliyev the national specialists, language and culture developed in the country. Throughout all his activity, Haydar Aliyev advocated the protection and development of the Azer-baijani language, national originality, national consciousness, mentality, and he highly appreciated the labor of the people working in this area.

Page 310: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

310

Магеррам ЗульфугарлыИсториография борьбы за национальные ценности( 1969 – 1982 гг.)

В статье анализируется историография 1969-1982 годов в борьбе за со-хранения и развития национальной культуры, обычаев, национального язы-ка в Азербайджане. История Азербайджана этого периода связана с именем выдающегося государственного и политического деятеля Гейдара Алиева. С 1969 по 1982 годы Гейдар Алиев руководил Азербайджанской Советской Социалистической Республикой. Труды Гейдара Алиева являются одним из важнейших историографических источников для изучения исторических процессов того времени. В этот период несмотря на политику Москвы по русификации населения союзных республик, в Азербайджане при поддерж-ке руководителя республики Гейдара Алиева развивались национальные ка-дры, язык и культура. На протяжении всей своей деятельности Гейдар Алиев постоянно ратовал за сохранение и развитие азербайджанского языка, на-родной самобытности, национального самосознания и менталитета, высоко оценивал труд людей, работавших в этой области. В статье также приводятся выступления руководителя республики в контексте их роли в формирова-нии историографии исследуемого периода.

XX əsrin əvvəllərində Azərbaycanda

ictimai-siyasi mühit və siyasi hərəkat

Page 311: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

311

Açar sözlər: Quzey Azərbaycan, ziyalı, maarifçilik, siyasi proseslər, inqilab, sosial-demokratiya, hümmətçilik, bolşevizm

Key words: Northern Azerbaijan, intellectual, educational, political processes, revolution, social democracy, gummatstvo, bolshevism

Ключевые слова: Северный Азербайджан, интеллигент, просвещение, политические процессы, революция, социальная демократия, гума-низм, большевизм

XX əsrin əvvəllərində Azərbaycanda

ictimai-siyasi mühit və siyasi hərəkat

Rəfail ƏHMƏDLİfəlsəfə elmləri doktoru

[email protected]

Page 312: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

312

Giriş

XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Quzey Azərbaycanda çoxsaylı və güclü ziyalı kadrları yetişmişdir. Bu ziyalıların əksəriyyəti daha çox maarifçilik sahəsində çalışmış, xalqın yazıb-oxuya bilməsinə xüsusi diqqət yetirmişlər. Bu səbəbdən tədqiqatçılar onlara “maarifçilər” adı vermişlər.

Azərbaycan xalqının maddi və mənəvi inkişafı üçün çalışmış bu maa-rifçi ziyalılar həm də xalqı gələcək azadlıq uğrunda mübarizəyə hazırlamış-lar. Onlar bütün bu işləri çar Rusiyasının sərt rejimi ilə mübarizə şəraitində həyata keçirmişdilər. Bu dövrdə Azərbaycanda hələ ki müəyyən proqram və nizamnaməyə malik siyasi bir təşkilat yaradılmamışdı. Belə bir dövrdə Peter-burq inqilabi hərəkatında iştirak etdikləri üçün Bakıya sürgün edilən rus sosial-demokratları 1901-ci ildə burada ilk rus “Sosial-demokrat dərnəyi” və Tiflisdən Bakıya gələn qeyri-leqal sosial-demokrat təşkilatından olan gürcülər də bir “Sosial-demokrat təşkilatı” yaratdılar. Beləliklə, 1901-ci ildə Bakıda Rus Sosial-Demokrat Partiyasının Bakı Komitəsi fəaliyyət göstərməyə başladı.

Bakı fəhlələrinin rəğbətini qazanan sosial-demokratlar bu partiyanın nəzdində 1904-cü ildə türklərin sosialist yönümlü “Hümmət” adlı siyasi par-tiyasını yaratdılar. “Hümmət” 1905-ci il rus inqilabından sonra yarımmüstəqil partiya kimi fəaliyyətə başladı. Bu ilk türk siyasi təşkilatının yaradılmasında Məmmədəmin Rəsulzadə və Stalin əsas rol oynamışdı. Nəriman Nərimanov ilə Məşədi Əzizbəyov sonralar, 1905-ci ildə bu təşkilata daxil olmuşdular [1, s.73].

“Hümmət” təşkilatı bir çox siyasi məsələlərdə RSDFP-nin Bakı Komitəsi ilə birgə fəaliyyət göstərmiş, bolşevik-daşnak birləşməsi tərəfindən törədilən qırğın və talanların dayandırılmasında müəyyən rol oynamışdı. Təşkilatın or-qanı olan “Hümmət” qəzeti bağlandıqdan sonra hümmətçilər “Təkamül” və onun davamı olan “Yoldaş” qəzetlərini nəşr etmişdilər. Hümmətçilərin bir qru-pu çar Rusiyasının tərkibindəki bütün xalqların zəhmətkeşlərini mütləqiyyətə və kapitalistlərə qarşı mü-barizədə birləşməyə çağırırdısa, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, M.Hacınski kimi siyasi xadimlər mil-li vəhdət və öz müqəddəratını təyin etmək uğrunda mübarizədə müsəlman xalqlarının birliyi ideyasına üstünlük verirdilər.

“Hümmət” təşkilatının bolşeviklərə qoşulan qrupu 1917-ci il fevral burjua inqilabından sonra Azərbaycan Kommunist Partiyasını yaratmışdı [1, s.71-74].

Siyasi partiyaların yaranması və fəaliyyəti

1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhaliyə qarşı törətdikləri qırğın zamanı Əhməd bəy Ağayev (Ağaoğlu) tərəfindən Azərbaycanda “Di-fai” adlı partiya yaradılmışdı. Bu partiya ermənilərin hücumunu dəf etmək, onlara qarşı mübarizə aparmaq, Azərbaycan xalqını erməni qırğınından qo-rumaq kimi vacib məsələləri qarşısına ilkin məqsəd qoymuşdu. Məhz bu təşkilatın əzmkar fəaliyyəti sayəsində ermənilərin türklərə qarşı törətdikləri qırğınların qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındı. “Difai”

Page 313: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

313

partiyasının Bəyannaməsində qeyd olunur: “Mütəşəkkil hərbi qüvvəyə malik, eyni za-manda yeni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası bir tərəfdən silah gücü ilə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini (Qafqaz rus cani-şinliyi nəzərdə tutulur - R.Ə.) özünə tabe edib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Ermənilərin əsas məqsədləri Qafqaz-da yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilərin məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli müstəqil bir dövlət yaratmaqdır. Par-tiyamızın (“Difai” partiyası nəzərdə tutulur - R.Ə.) əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak par-tiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramlarını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz qanlı səhnə halına düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik” [1, s.121-122].

Əhməd bəy Ağaoğlunun təfəkkürünün məhsulu olan bu Bəyannamə Qaf-qaz müsəlmanlarının “olum, ya ölüm” mübarizəsini açıq şəkildə ortaya qoya-raq partiyanın siyasi platformasını elan etmişdir. Çox keçmədən Azərbaycanın əksər bölgələrində “Difai” təşkilatının yerli şöbələri yaradılmış, dövrün millətçi ziyalıları bu təşkilat ətrafında birləşərək erməni silahlı dəstələrinə və onlara köməklik edən rus generalları, hərbi məhkəmə prokurorları və polis rəislərinə qarşı ciddi mübarizə aparmışlar. Təəssüflər olsun ki, imperiyanın hər yerində irticanın qüvvətlənməsi nəticəsində Əhməd bəy Ağaoğlu Türkiyəyə mühacirət etməyə məcbur olmuş, başsız qalan “Difai” təşkilatı dağılmış və fəaliyyətini da-yandırmışdır. Bu partiya yarandığı gündən xalqımız üçün böyük işlər görmüş, Azərbaycanın siyasi tarixində “Müdafiə Təşkilatı” kimi bir iz buraxmışdır.

Məlumdur ki, XX əsrin əvvəllərində Rusiyanın Yaponiya qarşısında məğlubiyyəti çarizmin qüdrət və əzəmətini sarsıtmış, ölkə daxilində inqilab baş vermiş, çar “Manifest” imzalamağa məcbur olmuş və 18 fevral 1905-ci il tarixində “Dövlət Duması” layihəsinin hazırlanmasına dair bəyanat vermişdi. Bundan istifadə edən Azərbaycanın o dövrdəki millət xadimləri 15 mart 1905-ci il tarixində Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıye-

1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhaliyə qarşı törətdikləri qırğın zamanı Əhməd bəy Ağayev (Ağaoğlu) tərəfindən Azərbaycanda “Difai” adlı partiya yaradılmışdı. Bu partiya ermənilərin hücumunu dəf etmək, onlara qarşı mübarizə aparmaq, Azərbaycan xalqını erməni qırğınından qorumaq kimi vacib məsələləri qarşısına ilkin məqsəd qoymuşdu.

Page 314: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

314

vin evində toplaşaraq Əlimərdan bəy Topçubaşov, Fəxrəddin bəy Vəzirov və Əhməd bəy Ağayevin birgə hazırladıqları memorandum mahiyyətli bir layihəni müzakirə etmişdilər. Bu layihədə müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquqların verilməsi və iqtisadi haqlarının tanınması ilə yanaşı hökumətin yardımı ilə pay torpaqlarının kəndlilər tərəfindən satın alınması, boş qalan xəzinə torpaqlarından torpaqsız və aztorpaqlı kəndlilərə pay verilməsi, vaxtilə zorla dövlətin ixtiyarına keçirilmiş vəqf torpaqlarının müsəlman ruhanilərə qaytarılması, vergilərin yerli şəraitə görə təyin edilməsi və s. kimi tələblər irəli sürülmüşdü. Bakıda tanınmış ziyalıların, tacirlərin, kənd nümayəndələrinin məclisində yekdilliklə qəbul edilən 15 bənddən ibarət “Ümummilli haqq istəyi” adlı memorandum mahiyyətli bu layihə ilə yanaşı digər buna bənzər layihələr Dumada müsəlman deputatlar tərəfindən səsləndirilmişdir. Lakin bütün bu layihələr rus millət vəkilləri tərəfindən hiddətlə qarşılandığından müsəlman ziyalıları - hüquqşünaslar, millət vəkilləri, müəllimlər, müxtəlif qəzetlərin naşir və mühərrirləri, müsəlman üləmaları bir araya gələrək “Rusiya Müsəlmanları

İttifaqı”nı yaratmışdılar [1, s.112-115].Beləliklə, Azərbaycanın siyasi tarixində

mühüm rol oynayan üçüncü siyasi parti-ya 1906-cı il avqustun 16-dan 21-nə kimi Tatarıstanın Nijni Novqorod şəhərində keçirilən Rusiya Müsəlmanlarının III Qurul-tayının qərarı ilə proqramı hazırlanan Ru-siya Müsəlmanları İttifaqıdır. Azərbaycan və Ümumrusiya müsəlmanlarının siyasi həyatında mühüm rol oynayan bu partiya ilk qurultayını 1905-ci il mayın 20-də Peter-burqda, Zakir Həzrətin qızı Aliyə xanımın ni-kah mərasimində, ikinci qurultayını 1906-cı il yanvarın 22-də Peterburqda Həsən Əfəndi Həbibullanın evində, üçüncü qurultayını isə

1906-cı il avqustun 15-də Nijni Novqorodda Oka çayındakı “Qustav Struve” gəmisində keçirmişdi. Üçüncü qurultaya Əlimərdan bəy Topçubaşov sədr se-çilmişdi. Qurultaya 7 proqram layihəsi təqdim edilmişdi. Bunlar Yusif Akçura-nın, Rza Əfəndinin, Həsən Ata Qazının, Başqurd vəkillərinin, ufalıların və Ufa layihəsinə müfti Məhmədyar Əfəndi Sultanov tərəfindən edilən dəyişikliyi əks etdirən layihə və Əlimərdan bəy Topçubaşovun 79 maddədən ibarət proqram layihələri idi. Qurultay bütün layihələri nəzərdən keçirmiş, müzakirə etmiş və Əlimərdan bəy Topçubaşovun layihəsini gündəliyə çıxararaq qəbul etmişdi.

Bu proqramda 2 maddədən ibarət “Siyasi məqsədlər”, 13 maddədən ibarət “Əhalinin hüququ”, 8 maddə və bir qeyddən ibarət “Dövlət quruluşu”, 3 maddə 4 bənddən ibarət “Dini faydalar”, 9 maddədən ibarət “Məhəlli muxtariyyət”, 10 maddədən ibarət “Məhkəmə”, 8 maddədən ibarət “Maarif”, 4 maddədən ibarət “Maliyyə işləri”, 6 maddədən ibarət “Torpaq məsələləri” və 9 maddədən ibarət “Fəhlə məsələsi” öz əksini tapmışdı [1, s.130-162]. Əlimərdan bəy Top-

Azərbaycanın siyasi tarixində mühüm rol oynayan üçüncü

siyasi partiya 1906-cı il avqustun 16-dan 21-nə kimi Tatarıstanın Nijni

Novqorod şəhərində keçirilən Rusiya Müsəlmanlarının

III Qurultayının qərarı ilə proqramı hazırlanan Rusiya

Müsəlmanları İttifaqıdır.

Page 315: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

315

çubaşovun uzaqgörənliklə hazırladığı bu proqram türk xalqlarının gələcək milli müstəqilliyinə doğru atılan ilk addım idi. Hüquqşünas Əlimərdan bəy Topçuba-şov tərəfindən rusca mükəmməl şəkildə hazırlanan və Rusiya müsəlmanlarının III qurultayında qəbul edilən 72 maddədən ibarət “bu proqram əslində rus imperatorluğunu konstitusiyalı monarxiyadan daha çox türklərdən və slavyan-lardan ibarət konfederasiyalı dövlət sisteminə uyğunlaşdırmağa yönəlmişdi” [2, s.249]. Qurultay tərəfindən tarixdə ilk dəfə avqustun 15-nin bütün Rusiya müsəlmanlarının bayram günü kimi qeyd edilməsi qərara alınmışdı. Qurultay-da Bakı şəhəri bütün Rusiya müsəlmanlarının siyasi qüvvələrinin müvəqqəti mərkəzi elan edilmişdi [8, s.17].

Qurultay həmçinin təşkilati məsələlərə baxaraq Əlimərdan bəy Topçu-başovu partiyanın sədri seçmiş, 15 nəfərdən ibarət Mərkəzi İdarə Heyətinin üzvlərini müəyyənləşdirmişdi. Tədqiqatçıların fikrincə, “İttifaq” partiyasının mərkəzinin müvəqqəti olaraq Bakı şəhərinin seçilməsi proqramın hazırlanma-sında Azərbaycan türklərinin siyasi rəhbərlərindən olan Əlimərdan bəy Topçu-başovun bir hüquqşünas kimi oynadığı önəmli roldan irəli gəlmişdi [1, s.158].

Bu qurultaya hələ sovet dövründə siyasi qiymət verən Azərbaycan alimi D.B.Seyidzadə bu fikirləri qeyd etmişdir: “Ümumrusiya Müsəlmanlarının Qurul-tayı” lazımınca öyrənilməmiş və layiqli qiymətini almamışdır. Azərbaycan bur-juaziyasının bu hərəkatdakı iştirakı və rəhbər rolu elmi yöndən çox az tədqiq edilmişdir” [4, № 1].

Qurultaya ən obyektiv qiyməti isə hələ 1906-cı ildə onun işində yaxın-dan iştirak edən və qurultay tərəfindən Mərkəzi İdarə Heyətinə üzv seçilən, türkçülük ideologiyasının rəhbərlərindən sayılan məşhur Yusif Akçuraoğlu vermişdir. O, “Kazan müxbiri” qəzetinin 1906-cı ildə nəşr edilmiş 155-ci sa-yında yazmışdır: “Qurultay iştirakçılarının hamısı eyni siyasi görüşlü deyil. On-lar bir-birinə tamamilə əks siyasi və iqtisadi fikir sahibləri idilər. Ancaq onları bir-birinə bağlayan iki tel mövcuddur - eyni dindən və türk olmaları. Üzvlərin hamısı səlahiyyətli vəkillər deyildilər. Ancaq nümayəndələr bir yerin, yaxud bir sinfin ideyasını və istəklərini irəli sürənlər idi. Xülasə, bu toplantı nə mitinq, nə də qurultay idi, bəlkə, Rusiyadakı müsəlmanların dini və milli müşavirə məclisləri, “Şurayi-ümmətləri”, fransız anlamı ilə qarşılığını söyləsək bir “Milli Parlamentləri” idi [5, № 155].

Qurultayda Rusiya müsəlmanlarının növbəti - IV Qurultayının 10 av-qust 1907-ci il tarixində yenə də Nijni Novqorodda keçirilməsi qərara alındı. Onu da qeyd edək ki, III Qurultayda bir sıra qətnamə qəbul edilmiş və bu qətnamələrin surətlərini teleqrafla Peterburqda nəşr olunan “Reç”, “Oka”, “To-variş”, “Strana”, “Novıy put”, Moskvada nəşr olunan “Russkoye slovo” və “Russ-kiye vedomosti” qəzetlərinə göndərilmişdi. Qurultay həmçinin 23 maddədən ibarət nizamnaməsini müzakirə edərək qəbul etmişdi [1, s. 144, 140, 143].

Stolıpinin irtica və istibdad rejimi hakimiyyətə gəldikdən sonra Ümumrusiya müsəlmanlarının ictimai-siyasi həyatında mühüm rol oynayan bu partiyanın fəaliyyəti tamamilə qadağan edilsə də, o, artıq Rusiyada yaşayan türk və digər müsəlman xalqlarının həyatına güclü təsir etmiş, onların beyinlərinə öz hüquq-

Page 316: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

316

ları uğrunda mübarizə toxumunu səpmişdi.Azərbaycanda dördüncü siyasi partiya 1911-ci ildə vaxtilə Sosial Demokrat

Partiyasının “Hümmət” təşkilatında çalışan “Nağı oğullarından Tağı, Rəsulzadə Məmmədəli, Kazımzadə Abbas bəylərin yaratdığı “Müsavat” partiyasıdır. Bu üç dost Bakıda “Müsavat” adı altında siyasi-milli bir firqənin ilk üçlüyünü yaratmış, ilk proqramını hazırlayaraq ilk bəyannaməsi ilə birlikdə nəşr etmişdilər” [3, s.5].

1905-ci il oktyabrın 17-də çar II Nikolay tərəfindən elan olunan azadlıq bəyannaməsini 1907-ci il iyulun 3-də Stolıpin ləğv etmişdi. 1907-ci il irticası-nın nəzəriyyəçisi və həyata keçirəni - çar Rusiyasının baş naziri Stolıpin inqi-labçıların bir hissəsini güllələtmiş, bir hissəsini həbs etdirmiş, çox hissəsini isə Sibirə sürgün etdirmişdi. Əlimərdan bəy Topçubaşov Stolıpin irticasına qar-şı bəyannaməni imzaladığı üçün bütün hüquqlardan məhrum edilərək həbs edilmiş, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusif Akçura və Məmmədəmin Rəsulzadə Türkiyəyə müraciət etmək məcburiyyətində qalmışdılar.

Stolıpin irticasının bütün təzyiqlərinə baxmayaraq 1905-ci il inqilabının Azərbaycana gətirdiyi iki illik hürriyyət havası unudulmamışdı. Həmin illərdə açılan məktəblərin bir hissəsi öz fəaliyyətini davam etdirmiş, Azərbaycan ziya-lıları mətbuat vasitəsilə xalqa xitab edərək onları mübarizəyə səsləmişdi. Çar senzurası tərəfindən qəzet və jurnalların bağlanmasına baxmayaraq, bir həftə keçməmiş başqa-başqa adlar altında eyni ideyanı təbliğ edən qəzet və jurnal-lar nəşr olunmağa başlamışdı. 1910-cu ilə qədər Rusiyada rus liberalizmi ilə rus sosializmi arasında gedən siyasi mübarizədən fərqli olaraq Azərbaycanda üçüncü bir müstəqil siyasi cərəyan meydana gəlmişdi ki, “bu da milli demokra-tizm və milli inqilab məfkurəçiliyindən ibarət idi. Sonradan Müsavat firqəsində açıq bir şəkildə özünü göstərən bu məfkurə ilk dəfə olaraq Qafqaz türklüyünün siyasi müqəddəratını Rusiya əlaqələri xaricində müstəqil olaraq düşünmüşdür. Bu şərəf isə türkçülüyə aiddir” [7, s.40-41].

“Müsavat” partiyasının qəbul etdiyi 8 maddədən ibarət ilk proqramın-da islam dini ön planda olmuşdu. Bu proqramın islam təmayüllü olmasını tədqiqatçılar “Müsavat partiyasının yaradılması vaxtının Qərbi Trablis (Liviya - R.Ə.) və Balkan müharibələri zamanına təsadüf etməsi” ilə bağlayırlar [1, 185]. Həqiqətən də, bu müharibələr haqqında partiyanın nəşr etdirdiyi bir bəyannamədə qeyd olunur: “Bu vaxta qədər özlərini mədəni sayan avropalılar islam aləminin cəmi üzvlərini əzir və müxtəlif yollarla təhqir edirdilər. Ümid edirdilər ki, islam aləminin qəlbi kimi tanınan Osmanlı xilafəti (1518-1923-cü illərdə Osmanlı-türk sultanları həm də dünya müsəlmanlarının xəlifəsi sayıl-mışdı - R.Ə.) “xəstə adam” kimi bu qədər zərbədən sonra çarəsiz qalacaq və davam gətirməyib yıxılacaqdır. Ancaq məşrutiyyətin (1908-ci il iyulun 24-də Sultan II Əbdülhəmid tərəfindən elan edilən “İkinci Məşrutiyyət” nəzərdə tutu-lur - R.Ə.) elanından sonra onlar özlərinin yanıldıqlarını, Osmanlı xilafətinin yenidən qüvvətləndiyini görərək qorxuya düşdülər və islam aləminin getdikcə tərəqqi edəcəyinə inandılar”. Bəyannamədə bütün dünya müsəlmanlarına xitabən deyilirdi: “Dindaşlar, bilin və inanın ki, yeganə ümidimiz və qurtuluş yolumuz Türkiyənin istiqlal və tərəqqisindədir” [3, s.45, 46].

Page 317: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

317

“Müsavat” partiyası az vaxt ərzində görünməmiş bir inkişaf yoluna qədəm qoymuşdu. Bu işdə 1913-cü ildə Roma-novlar sülaləsinin 300 illiyi münasibətilə çar tərəfindən elan edilən siyasi amnisti-yadan istifadə edərək İstanbuldan Bakıya dönən Məmmədəmin Rəsulzadənin əvəzsiz xidmətləri olmuşdur. Bakıya döndükdən sonra “Müsavat” partiyasına daxil olaraq tezliklə liderliyi əlinə alan Məmmədəmin Rəsulzadə İstanbulda mənimsədiyi türkçü-lük ideologiyasını partiyanın ideologiya-sı olaraq qəbul etdirmiş və bu ideologi-yanı 1915-ci ildə nəşr etdirdiyi “Açıq söz” qəzetinin ruporuna çevirmişdi. Artıq “1917-ci ilə doğru Azərbaycanda xüsusi bir “Açıq sözçülər” nəsli yaranmışdı” [3, s.53].

Qırx milyona yaxın türkü öz əsarəti altında saxlayan, onların heç bir hüqu-qunu tanımayan çar Rusiyası ilə Osmanlı dövləti arasında müharibə başladığı zaman türklərlə yanaşı Rusiyadakı bütün məhkum millətlər də çar Rusiyasının məğlub olmasını arzulayır və qurtuluş yolunu bunda görürdülər. Rəsulzadə bu vəziyyətdən istifadə edərək Azərbaycan ziyalıları arasında təbliğat apara-raq özünə tərəfdarlar toplamış, Azərbaycan ziyalılarını, o cümlədən Əhməd bəy Ağayevdən sonra başsız qalmış “Difai” partiyasının və öncədən yaratdığı “Hümmət” təşkilatının xeyli üzvünü “Müsavat” partiyası ətrafında birləşdirməyə nail olmuşdu.

Azərbaycanda beşinci siyasi partiya 1917-ci il fevral-burjua inqilabının baş-ladığı dövrdə Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən yaradılan “Türk ədəmi-mərkəziyyət” partiyasıdır. Bir zamanlar Krımda məşhur İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetində çalışan və onun “türkçülük” məfkurəsini qəbul edən, bir müddət İstanbulda yaşayıb oradakı “türkçülər”lə yaxından tanış olan, 1908-ci ildə İstanbulda yaranan “Türk dərnəyi” cəmiyyətinin ilk üzvlərindən biri olan Nəsib bəy Yusifbəyli Azərbaycana qayıdandan sonra “Açıq söz” ailəsinə daxil olaraq Məmmədəmin Rəsulzadə ilə yaxından tanış olmuşdu. Onun Gəncədə yaratdığı “Ədəmi-mərkəziyyət” firqəsi “Açıq söz”ün yaydığı milli nəzəriyyəyə əsaslanırdı və millət məsələsini “Müsavat” kimi düşünürdü. O da federalistlər kimi Rusiyanın milli muxtariyyətlərə bölünməsini, federalizm əsasları üzərində qurulmasını, bütün millətlərə, o cümlədən də Azərbaycana, Türküstana, İdil-Urala və Krıma milli-məhəlli muxtariyyət verilməsini tələb edirdi. Dövlətin şəkli məsələsində də Nəsib bəy cümhuriyyətçi idi [3, s.54].

Nəsib bəy Yusifbəyli “Açıq söz” qəzetində millətçiliyi təbliğ edən yazılar yazırdı.1917-ci il aprel ayının əvvəllərində Bakıda Qafqaz müsəlmanlarının böyük

bir qurultayı çağırılmış və bu qurultayda Azərbaycan, Ermənistan, Gürcüstan türkləri ilə yanaşı Şimali Qafqaz müsəlmanlarının nümayəndələri də iştirak etmişdi. Qurultayın gedişatınta Qafqaz müsəlmanlarının fevral inqilabından

1917-ci il aprel ayının əvvəllərində Bakıda Qafqaz müsəlmanlarının böyük bir qurultayı çağırılmış və bu qurultayda Azərbaycan, Ermənistan, Gürcüstan türkləri ilə yanaşı Şimali Qafqaz müsəlmanlarının nümayəndələri də iştirak etmişdi.

Page 318: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

318

nə istədikləri müzakirə olunmuş, onların siyasi hərəkat xətləri və taktikaları müəyyənləşdirilmişdi. Qurultaya Rusiya Müsəlmanları İttifaqının lideri və rus əsiri olan millətlərin “Muxtariyyətçilər Birliyi”nin sədr müavini Əlimərdan bəy Topçubaşov rəhbərlik etmişdi.

Qurultayın ilk günlərindən etibarən “Müsavat” və “Türk adəmi-mərkəziyyət” partiyaları hakim mövqe tutmuşdular. Başda Əlimərdan bəy Topçubaşov ol-maqla “Bitərəf demokratik qrup” da bu milliyyətçi cərəyana qoşulmuşdu. Qurultay iki bənddən ibarət aşağıdakı çox əhəmiyyətli siyasi qərarları qəbul edərək öz işini bitirmişdi:

1) Qafqaz Müsəlmanları Qurultayı milli, siyasi məqsədlər haqqında məsələni müzakirə edərək müsəlman qövmlərinin mənafeyini ən çox təmin edən Rusiya idarə şəklinin məhəlli federasiya əsasında qurulan Xalq Cümhuriyyəti olduğu-nu qərara alır.

2) İslam dinindən olan bütün millətlərin dini və mədəni əlaqələrini nəzərə alaraq Qafqaz Müsəlmanları Qurultayı bütün Rusiya müsəlmanlarından ötrü qanunverici səlahiyyətə malik ümumi bir idarə qurulmasını lazım bilir.

Qurultayda günlərlə davam edən münaqişə və mübahisələrə baxmayaraq bu iki maddəlik qərarın böyük səs çoxluğu ilə qəbul olunmasında “Müsavat”, “Türk ədəmi-mərkəziyyət” partiyalarının və “Bitərəf demokratik qrup”un birgə səylərinin böyük rolu olmuşdur [3, s.187-188].

Bu qurultayın ən önəmli məsələlərindən biri də Rusiyanı federasiya əsasında qurmaq istəyən, millətlərə ərazi muxtariyyəti tələb edən və türk millətinin mənfəətlərini nəzərə alan “Müsavat” partiyası ilə “Türk ədəmi-mərkəziyyət” partiyasının elə oradaca rəsmən vahid bir təşkilat halında birləşməyi qərara almaları idi. Bu anlaşmaya əsasən, birləşmiş partiyanın adı “Türk ədəmi-mərkəziyyət Müsavat Xalq firqəsi” olmuşdu. Qurultayda bu birləşmiş partiya öz proqramını elan etmiş və bütün mübahisələr bu proqram ətrafında cərəyan etmişdi.

Qafqaz Müsəlmanları Qurultayında qəbul edilən müddəalar sonradan 1917-ci ilin may ayında Moskvada çağırılan bütün Rusiya türklərinin böyük qurultayında da müzakirə edilmiş, günlərlə sürən mübahisə və müzakirələrdən sonra bu qurultay da “Müsavat” partiyasının tezislərini qəbul etmişdi.

“Türk ədəmi-mərkəziyyət Müsavat Xalq firqəsi” adını aldıqdan sonra sadəcə “Müsavat” deyə tanınan və anılan bu partiya ideologiya baxımından artıq formalaşmış, Azərbaycan cəmiyyətini təmsil edən, onun arzu və istəklərinin tərcümanı olan bir siyasi-ideoloji təşkilat halına gəlmişdi. Partiya 1917-ci ilin oktyabr ayında Bakıda çağırılan I qurultayında öz proqramını minimum əsaslar üzərində qurduğundan ilk öncə ərazi və regional muxtariyyət prinsipini irəli sürmüş [3, 188-189], lakin ildırım sürəti ilə inkişaf edən Rusiyanın süqutu onu maksimum proqrama keçməyə sövq etmiş və partiya tam istiqlal mövqeyinə keçmiş, nəhayət, Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmişdi.

Page 319: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

319

Nəticə

O dövr Azərbaycan ziyalılarının böyük əksəriyyəti məhz bu adı çəkilən si-yasi təşkilatlarda öz ictimai və siyasi fəaliyyətlərini davam etdirmişdilər. Bütün ideoloji və siyasi fərqliliklərinə baxmayaraq bu siyasi təşkilatları çarizmə və çar istibdadına qarşı mübarizə amalı birləşdirmişdi. Bu siyasi təşkilatların hər biri-nin özünəməxsus siyasi-ideoloji orqanları var idi. Bu mətbu orqanlar vasitəsilə onlar öz ideologiyalarını, dini və fəlsəfi dünyagörüşlərini, siyasi platforma və proqramlarını açıqlayırdılar.

İstiqlal mübarizəsinə aparan yolda bu siyasi təşkilatlarla yanaşı, Azərbaycan toplumunun maarif və sosial problemlərinin milli təməl üzərində qurulma-sında və xalqın ehtiyacına uyğun şəkildə həll edilməsində, toplumun millət kimi formalaşmasında milli mətbuatın, romantizm və realizm ədəbi cərəyanı nümayəndələrinin, maarif və xeyriyyə cəmiyyətlərinin də əvəzsiz rolu olmuş-dur.

Çar Rusiyası hökumətinin milli oyanışa qarşı bütün jandarm və po-lis qüvvələrini hərəkətə gətirməsinə, milli mətbuat üzərində güclü senzu-ra tətbiq etməsinə, yuxarıdan başlayan rus şovinizminin ucqar vilayətlərin hürriyyətçiliyinə qarşı görülən zorakı tədbirlərinə baxmayaraq, yerlərdə milliyyətçilik dalğası daha da güclənmiş, fırtına işçi sinfini də bürümüşdü.

Bu dövrdə ədəbi-bədii maarifçiliyə siyasi maarifçilik də qoşulmuş, inqilabi hərəkatların təsiri ilə bir-birinin ardınca yeni-yeni mətbu orqanlar yaranmış-dı. 1900-1918-ci illər ərzində “Hümmət”, “Təkamül”, “Dəvət” kimi sol sosia-list, “Həyat”, “Füyuzat”, “İrşad”, “Tazə Həyat”, “Kaspi”, “Yeni Füyuzat”, “Şəlalə”, “Aşıq söz”, “Dirilik” kimi türkçü və milliyyətçi, “Molla Nəsrəddin”, “Dəbistan”, “Bəhlul” kimi xalqçı qəzet və jurnallar nəşr olunaraq müxtəlif yönlü və müxtəlif dünyagörüşlü Azərbaycan ziyalılarını öz ətraflarında birləşdirməyə müvəffəq olmuşdular. Müxtəlif siyasi və ideoloji baxışlarından asılı olmayaraq bütün bu qəzet və jurnallar dövrün mühüm və rəngarəng ictimai-siyasi, elmi-fəlsəfi və ədəbi-bədii məsələlərini əks etdirən, ümummilli oyanışa çağıran tribunaya çevrilmişdilər.

Bu dövrün ən mühüm xüsusiyyətlərindən biri də milli burjuaziya ilə milli zi-yalıların birləşməsi idi. Bu iki təbəqənin birləşməsindən milliyyətçilik doğmuş və qısa bir müddətdə bu hadisə siyasi hərəkata çevrilmişdi. Milli burjuaziya ilə milli ziyalıların həmrəyliyi ilə çap olunan “Kaspi”, “Həyat”, “Füyuzat”, “Tazə Həyat”, “İr-şad”, “Tərəqqi” kimi qəzet və jurnalların sahibləri Hacı Zeynalabdin Tağıyev və İsa bəy Aşurbəyli, imtiyaz sahibi Əlimərdan bəy Topçubaşov, müdir və baş redaktor-ları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu olmuşdur. Beləliklə, Azərbaycan ziyalıları, burjuaziyası və mətbuatı keçmiş düşüncələrdən uzaqlaşaraq müasir milliyyətçi ideologiyaya yiyələnmiş və yeni milli kimlik ətrafında birləşərək milləti də vahid düşüncə ətrafında birləşdirməyə çalışmışdılar.

Bu dövrdə milli mədəniyyət və milli maarif sahəsində də böyük qeyrət nü-mayiş etdirən “Nicat”, “Səadət”, “Səfa”, “Ədəb yurdu”, “Nəşri-maarif” kimi yarı siyasi, yarı milli mədəniyyət cəmiyyətlərinin də xidmətləri diqqətəlayiqdir. Bu

Page 320: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

320

cəmiyyətlər xalqın yardımı ilə Azərbaycanın müxtəlif bölgələrində ana dilində təhsil verən “Üsuli-cədid” adlı müasir məktəblər açaraq milli hərəkata önəmli köməkliklər göstərmişdilər.

İstər romantik ədəbi cərəyanın Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əhməd Cavad kimi qabaqcıl nümayəndələri, istər tənqidi realizm ədəbi cərəyanının Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Eynəli Sultanov, Ömər Faiq Nemənzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov, Firudin bəy Köçərli kimi əvəzsiz xadimləri, istərsə də Azərbaycan xalqının siyasi-ideoloji təfəkkürünün formalaşması və inkişafın-da xüsusi rolu olan Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məmmədəmin Rəsulzadə kimi siyasi mütəfəkkirlər Azərbaycan xalqının maariflənməsi və istiqlal mübarizəsinə qo-şulması sahəsində misilsiz xidmətlər göstərmişlər. Ümumiyyətlə, XX əsrin birin-ci və ikinci onillikləri Azərbaycan cəmiyyətinin mədəni və siyasi-ideoloji intibah dövrüdür. Bu dövrdə elə bir Azərbaycan ziyalısı tapmaq olmaz ki, o, bu və ya digər dərəcədə imperiyada və dünyada gedən proseslərə öz münasibətini bildirməsin. Bu dövrdə fəaliyyət göstərən milli siyasi xadimlər kimi romantik cərəyanın nümayəndələri də, maarifçi və sosial demokratlar da rus çarizminin irtica və istibdad rejiminə, müstəmləkəçi siyasətinə qarşı birgə və çox kəskin mübarizə aparmışlar. Ona görə də həm milli siyasi-ideoloji liderlərin, həm romantiklərin, həm də realistlərin birgə səyi nəticəsində Azərbaycan milli ide-ologiyası formalaşmışdı.

Üzünü sabaha, tərəqqiyə yönəltmiş bu milli, siyasi-ideoloji, romantik və realist cərəyan nümayəndələrinin, demək olar ki, hamısı Azərbaycan ictimai təfəkkürünün qarantı rolunda çıxış etmiş və Azərbaycan dövlətçiliyinin məhək daşları olmuşlar. Mirzə Bala Məmmədzadə bu haqda qeyd edir: “Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi, Azərbaycan istiqlal bəyannaməsi də 50 il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır” [6, s.67].

Azərbaycanın bu milli, siyasi-ideoloji, romantik və realist cərəyan nümayəndələri bədii, elmi, siyasi və ideoloji fəlsəfə əsasında bir demokra-tik cəmiyyət formalaşdırmaq, milli dəyərlərə söykənən, milli ideologiyaya əsaslanan bir dövlət yaratmaq üçün çalışmış, buna nail olmuş, Şərqdə ilk demokratik dövlət qurmuş və qısa müddətdə olsa da bu demokratik dövləti Əli bəy Hüseynzadə tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi formulə edilən ideoloji əsasda idarə etməyə başlamışdılar. Onlar bütün həyatları boyu mənsub olduqları millətin, ölkənin ağır dövrlərində ön cəbhədə olmuş və mübarizə aparmışlar.

İstifadə edilmiş ədəbiyyat:

1. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1992.2. Əhmədli R. Azərbaycan dövlətçilik fəlsəfəsi. Bakı: “Nurlan”, 2008.3. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: “Nicat”, 1992.

Page 321: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

321

4. Seyidzadə D.B. Azərbaycan burjuaziyası və 1905-ci il milli azadlıq hərəkatı. // “Tarix, fəlsəfə, hüquq” jurnalı, № 1, Bakı ,1972.

5. “Kazan muxbiri” qəzeti, Kazan, № 155, 1906 (kazan türkcəsində).6. Mehmedzade Mirze Bala. Azerbaycan müsaki-millisi. Ankara, Türk Dünyası araştır-

maları, 1995.7. Resulzade M.E. Kafkasiya Türkleri. İstanbul, 1993.8. Мусса Джаруллах Биги. Основы реформы. Петербург, 1915.

Rafail AhmadliThe socio-political situation and political movements in Azerbaijan in the early 20th century

The article is devoted to some peculiarities of the socio-political situation in Azerbaijan in the early 20th century and the current political processes in the mentioned period. The author analyzes the problems of ideological iden-tification of the Azerbaijani people in this period.

The article draws attention to the work of an intelligent body to strengthen advocacy of nationalism and modernity in Northern Azerbaijan, adequately evaluates the life and work of some activists of this case with a modern view-point and the comparative analysis.

It is noted that due to the efforts of Azerbaijani leaders of the political movements of the period, important ideological direction such as Islamism, Turkism, modernism and Azerbaijanism became the basis of political views of the population of Azerbaijan.

Рафаил АхмедлиОбщественно-политическая ситуация и политические движения в Азербайджане в начале XX века

Статья посвящена некоторым особенностям общественно-политиче-ской ситуации в Азербайджане в начале ХХ века и происходящим полити-ческим процессам в этот период. В частности, автор анализирует вопросы идеологической идентификации азербайджанского народа в этот период.

Автор также обращает внимание на работу интеллигенции в усилении просветительской деятельности в Северном Азербайджане, оценивает жизнь и творчество некоторых активистов этого корпуса с современных позиций, проводит сравнительный анализ.

В статье отмечается, что благодаря усилиям азербайджанских лидеров политических движений того периода, такие важные идеологические на-правления как исламизм, тюркизм, модернизм и “азербайджанство” ста-ли основами политических воззрений населений Азербайджана.

Page 322: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

322

Mədəniyyətlərin ənənə və müasirlik

prizmasından təhlili

Page 323: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

323

Açar sözlər: mədəniyyət, sivilizasiya, ənənə, arxetip, mentallıq, din, tarix, monoteist

Key words: culture, civilization, tradition, archetype, mentality, religion, history, monotheist

Ключевые слова: культура, цивилизация, традиция, ментальность, ре-лигия, история, монотеист

Mədəniyyətlərin ənənə və müasirlik

prizmasından təhlili

Ruhiyyə MƏMMƏDOVA AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunundoktorantı

[email protected]

Page 324: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

324

Yeni dövrdən etibarən sosioloji fikirdə mədəniyyətin dini və substansional ideyanı əsas götürən fəlsəfi mahiyyətdən uzaqlaşdırılaraq cəmiyyətin zahiri inkişafının əsaslarının axtarışına doğru yönləndirilməsi əsas məsələyə çevrilir. Yəni mədəniyyətin tarixdən kənar mahiyyətinin əlindən alınması və tarixin em-pirik fəlsəfi dərki ilə cəmiyyətin dəyişməz əsaslarının laxlaması və cəmiyyətə dəyişən zaman, onunla birlikdə də dəyişən cəmiyyət kontekstində yanaşma müşahidə olunur. Bununla birlikdə tarixin mahiyyətin dərki üçün vasitəyə deyil, mahiyyətin özünə çevrilməsi prosesi baş verir. Bu zaman tarix tarixdənkənarın dərkinə yönəlmir, əksinə, tarixin özü ilə kifayətlənmiş olur. Bəzi filosofların da qeyd etdiyi kimi, beləliklə də, “təbiətin fəlsəfəsi” ilə “tarixin fəlsəfəsi” bir-birinin tamamlayıcısı kimi çıxış etməyə başlayır [3, s.13]. Dini baxışlara əsasən isə təbiət İlahi qaydaların dərki üçün bir məkan kimi çıxış edirsə, tarix Allahın özünün dərki üçün insana verilən zamanı əks etdirir.

Mədəniyyətin tarixdənkənar mahiyyət kəsb etməsi, sakrallığı onun son-suzluğuna və əbədiliyinə aparıb çıxartdığı kimi, məhz cəmiyyətin özünə

doğru yönəlmə sonda fərdin özü ilə kifayətlənməsinə səbəb olur. Bu zaman istər Mütləq olanın, istərsə də fərdin, cəmiyyətin mütləqliyi ideyasının qorunub saxlanılması hər hansı bir toplumu və onun baxışlarını qoruyub saxlaya biləcək ənənələrin möv-cudluğunu tələb edir. Mədəniyyətin daşı-yıcıları olan fərdin və toplumun qarşılıqlı münasibətlərinə gəldikdə isə onu qeyd etməliyik ki, dini düşüncədə fərdlə cəmiyyət arasında uzlaşdırılmış münasibətlər müşahidə olunduğu halda, bu oriyentasiya-

dan kənarlaşdıqca düşüncələrdə ya toplumun, ya da ki fərdin üstünlüyü öz əlinə alma cəhdi müşahidə edilməyə başlayır. Misal üçün, Qoldtsierinin in-terpretasiyasına əsasən, ərəblərdə nəsli anlayışların təsiri ilə yalnız bütöv vahid kimi çıxış edə bilərdi. Bu baxımdan ərəb tayfalarında etika ənənə vasitəsilə işıq-landırılan vəzifələrə riayətdən ibarət idi [4, s.2.] Yəni əksər toplumlarda olduğu kimi ərəblərdə də adət və ənənələr rasional dərketməyə deyil, nəsli qaydaların qorunub saxlanılmasına xidmət edirdi. Ümumiyə itaətin kortəbiiliyinə islamın münasibəti ilə bağlı Qoldtsieri yazır: “İndi isə bu bütövdən ayrıca insan ayrıldı, öz şəxsi vəzifələri və məsuliyyəti ilə birlikdə fərdi mahiyyət əldə etdi” [4, s.11]. Bəşəriyyətin ən kiçik hissəsi olan fərd müəyyən toplumların bəsit qaydalarının tabeçiliyindən çıxaraq İlahi dərketmənin subyektinə çevrildi. İslam məsuliyyəti cəmiyyətin üzərindən götürərək fərdin üzərinə qoymaqla düşüncələrin aydın-laşmasına, fərdin dərketmə imkanlarını genişləndirərək cəmiyyətdə iştirakına səbəb oldu ki, bu meyarlara əsaslanan toplumlarda da cəmiyyət fərdin olduğu kimi fərd də cəmiyyətin yaradıcısına çevrilir.

Şərqdə baş verən dəyişikliklərə adekvat olaraq F.Tyonnis Qərbdə şəhəri onun təşkil olunduğu sosial birliklərə əsasən qruplaşdırmaqla icmaya (gemaynşaft)

Mədəniyyətin tarixdənkənar mahiyyət kəsb etməsi,

sakrallığı onun sonsuzluğuna və əbədiliyinə aparıb çıxartdığı kimi, məhz

cəmiyyətin özünə doğru yönəlmə sonda fərdin özü ilə kifayətlənməsinə səbəb olur.

Page 325: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

325

və cəmiyyətin özünə (gezelşaft) əsaslanan şəhər tiplərinə ayırır [2, s.21]. Qədim dövrdə formalaşan icmaya əsaslanan şəhər tipinin legitimliyi ənənəvi ritual qaydalara əsaslanırdı ki, bu ittifaqların da ritual formalarını nəsil, hərbi ittifaq, siyasi tayfa ittifaqı təşkil edirdi. M.Veber qədim dövrdə mövcud olan şəhərlərin nəsli qaydalara əsaslanmasını vurğulayaraq yazır: “Antik polisdə də hər bir in-san şəhərli hesab olunurdu, lakin ilk növbədə nəslin üzvü olmaqla” [2, s.35]. Sonrakı inkişaf prosesində - orta əsrlərdə Avropada şəhərlərin yaranması nəsli əlaqələrin qırılması əsasında baş verir ki, tədqiqatçı bu hadisəni xristian dininin birbaşa təsiri ilə əlaqələndirir. Beləliklə də, fərdin şəhər sakininə çevrilməsini və bu ittifaqda iştirakını artıq nəslə, tayfaya məxsusluq müəyyənləşdirmirdi. Bu dövrdə İlahi qanunları əsas götürən fərdin düşüncəsi özündən bəşəriyyətə və nəhayət, Allaha - sonsuza qədər idisə, müəyyən cəmiyyətin qaydalarının aliliyini qəbul edən düşüncə isə bütövlüyün mahiyyətini dərk etmədiyindən yalnız özü ilə kifayətlənmək gücündədir. Maraqlı olan həm də odur ki, qay-daları özündən doğan cəmiyyət özündən kənara çıxmaq gücündə olmadı-ğından məhdudluğa yiyələnərək tədricən bütövlüyünü və genişliyini itirdiyi halda, İlahi qanunları əsas götürən düşüncə bütün bəşəriyyəti birləşdirərək, bütövə çevrilərək genişlənmək əzmindədir. Bu baxımdan, E.Frommun qeyd etdiyi kimi, hətta ani-mizm və totemizm kimi bəsit sistemləri, qeyri-teist, fəlsəfi və ən nəhayət, monoteist dini sistemləri əhatə edən özündən kənara yönlənmə əqli mühakimələrdən fərqli ola-raq həyatın mənasını axtaran insana cavab vermək iqtidarındadır. E.Fromm insanın əqli inkişafından daha çox onun ruhi sağlamlığının təminatçısı kimi çıxış edən müəyyən oriyentasiya sisteminin işlənib hazırlanmasını zəruri hesab edir [9, s.326]. Onun fikirləri bizdə belə bir düşüncə formalaşdırır ki, əslində əqlin inki-şaf imkanları ilə ruhun genişlənmə imkanları heç də üst-üstə düşmür. Tarixdə onların tərs mütənasib hərəkət forması ilə yanaşı, adekvatlıq təşkil etməsi də izlənilməkdədir. Lakin bu o zaman baş verir ki, cəmiyyət özü özünə yadlaşma-dan, həyati gücünü itirmədən axtarışda iştirak edir. E.Fromm monoteist dinlərin bütpərəstliyə qarşı çıxmasının səbəbini də öz həyati gücünü ona güc vermək imkanında olmayan predmetə doğru yönəldən cəmiyyətin sonda tükənməyə gətirib çıxaran yadlaşmasında axtarır [10, s.373]. Bu baxımdan o, bəşəriyyətdə hər zaman yadlaşmanın mövcudluğu ilə yanaşı, ona qarşı mübarizənin möv-cudluğu fikrini də irəli sürür, Qərb mədəniyyətində insanın öz yaratdıqlarının əsirinə çevrilməsini müasir bütpərəstliyin doğurduğu və geriyədönməz hal alan yadlaşma kimi dəyərləndirir.

Hər hansı bir mədəniyyətdə düzgün istiqamətin itirilməsi insanın, cəmiyyətin həyati gücünün yox olmasına gətirib çıxarır ki, nəticədə də yara-dılanların bütləşməsi prosesi baş verir. Mədəniyyəti insan ruhunun hərəkəti

Hər hansı bir mədəniyyətdə

düzgün istiqamətin itirilməsi

insanın, cəmiyyətin həyati

gücünün yox olmasına

gətirib çıxarır ki, nəticədə

də yaradılanların bütləşməsi

prosesi baş verir.

Page 326: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

326

kimi səciyyələndirdikdə insan ruhunda baş verən durğunluğu ya düzgün ol-mayan oriyentasiya, ya da ki düzgün yönəlmədə yanlış hərəkət istiqamətləri ilə izah etmək mümkündür. Başlanğıcda hər hansı bir toplum üçün gərəkli olan qaydaların zaman keçdikcə öz daxilində hərəkətliliyi itirərək cəmiyyətin var olmasında əngələ çevrilməsi də bu səbəbdən irəli gəlir. Müəyyən dövrdə münasib düşüncənin, ictimai strukturun formalaşdırdığı həyat tərzi tarixi in-kişaf prosesində dəyişikliyin getdiyi ana qədər həyati əhəmiyyətli olduğu halda, düşüncələrin dəyişən tələblərə adekvat cavab verə bilməməsi onun gərəksizliyi düşüncəsinə gətirib çıxarır. Mədəniyyətlərdəki ətalətin səbəbini də düşüncənin lazım olan zamanda gerçəkliyə hər zaman düzgün reaksiya vermək imkanının olmamasında axtarmaq lazım gəlir. Bu baxımdan, tarixi inkişaf prosesində ənənəviliklə müasirlik bir-birinə zidd olan və eyni zamanda bütövlük təşkil edən fenomenlər kimi təzahür edir. Məhz bunların birindən digərinə keçid etmənin mümkünlüyü tarazlığın qorunub saxlanılmasının təminatçısı olaraq özünü göstərir. Tarixdə keçmişə yönəlmə ənənəsi əsasən iki formada təzahür edir: şüuraltı və dərkolunan fəaliyyət forması kimi. Monote-ist dinlərin düşüncələrdən bütlərə tapınmanın silinməsini gerçəkləşdirməsinə baxmayaraq, sonda hər bir mədəniyyətin qalıqlarının bütləşdirilməsi cəhdlərini keçmişəyönümlülüyün şüuraltı formasının təzahürü kimi təhlil etmək müm-kündür. Keçmişə rasional şəkildə yönəlmə isə həmin mədəniyyətin bütləşmiş qalıqlarını deyil, həyat enerjisini özündə ehtiva edən nüvədən qidalanmanı nəzərdə tutur. Müasir dövrdə keçmişə yönəlmə özünü təbiətə oriyentasiya olunmuş mədəniyyətə qarşı duran dini düşüncənin, həyat tərzinin yenidən yaşanma cəhdində göstərməkdədir. Onu da inkar etmək olmaz ki, ənənəvi dinə qayıdış ilk növbədə onun düşüncənin ətalətinə gətirib çıxaran, cəmiyyətin mütəhərrikliyini əlindən alan bütləşmiş qalıqlardan təmizlənməsini tələb edir. Yəni keçmişə yönəlmə irrasional deyil, rasional avtoritetin təsiri ilə baş verən hadisəyə çevrilməlidir. Ənənələrin qorunub saxlanılmasını şüuraltı hadisə kimi xarakterizə etməklə, biz onu obyektiv dərketmənin nəticəsi deyil, ictimai nor-manın və maraqların əksi də hesab edə bilərik. Substansionallıq prinsipindən çıxış edən fəlsəfi düşüncədə ictimai strukturun qorunub saxlanılması cəhdləri isə insan təbiətinin dəyişməzliyi düşüncəsi ilə izah olunurdu. Antropologiya və psixologiya elminin insan təbiətinin dəyişkənliyi ilə bağlı gəldiyi nəticə isə ictimai norma və institutların səbəb kimi deyil, nəticə kimi təzahürünə şərait yaratmış oldu ki, bu da sonsuza qədər davranış modifikasiyalarının yaranma-sı ehtimalına yol açmış oldu. Eyni zamanda bununla da cəmiyyətin inkişafın-da dini dəyərlərin substansiya kimi çıxış etməsi düşüncəsi də tədricən aradan qalxmağa başladı. Belə ki, cəmiyyətin əsasında dayanmalı olan sabit insan düşüncəsinin dəyişkən insanla əvəzlənməsi prosesi baş verir. Prosesin belə istiqamət alması isə cəmiyyətin daimi kataklizmalarla üzləşməsi deməkdir. Bu baxımdan yanaşdıqda insan düşüncəsinin, duyğularının dəyişkənliyi və azadlı-ğı sonsuza qədər yaşam dəyişikliyi yaratmaq gücündədir ki, bu dəyişikliklərin fonunda sağlam cəmiyyətin var olması sual altında qalmış olur. E.Fromm göstərir ki, insanda həm öz təbiətini qoruyub saxlamaq, həm də mühitə uy-

Page 327: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

327

ğunlaşa bilmək xüsusiyyətlərinin mövcudluğu həm onun var olmasını, həm də mədəniyyətlərin mövcudluğunu şərtləndirən amildir. Onun fikirlərinə əsasən, insanın istər öz təbiətindən imtina etməməsinin, istərsə də tamamilə imtina-nın əsasında cəmiyyətin formalaşması tarixin gərəksizliyinə gətirib çıxara bilər [11, s.45]. Yəni hər biri ayrı-ayrılıqda götürüldükdə daimilik və dəyişkənlik mədəniyyətin durğunluğu ilə nəticələnməsinə səbəb olan amilə çevrilir.

Müasir dövrdə mədəniyyətin futurizm prinsipi əsasında mövcudluğu düşüncəsinin əksinə olaraq, deyə bilərik ki, əslində inkişafı yalnız gələcəyə doğru baxan baxışlarda axtarmaq heç də düzgün fikir deyildi. Özündə geriyə - keçmiş nəsillərin həyat tərzinə yönəlməni əhatə edən arxaizmin məqsədi heç də hər zaman keçmiş yaşantını statik qaydada qoruyub saxlamaq deyildir. Belə ki, Toyn-binin də ifadə etdiyi kimi, bəzi hallarda mimesis (insan təbiətinə məxsus mexa-nikilik) aktı yaradıcılıq aktına çevrilmək gücündədir [9, s.437]. Mədəniyyətlərin keçmişinə, bu gününə və gələcəyinə olan münasibətlər isə yalnız mədəniyyətin varlığını qoruyub saxlamağa xidmət etməməli, həm də bu varlığın qorunub sax-lanılması əbədi olan həqiqətlərin axtarışı ilə müşayiət olunmalıdır.

A.Toynbi mədəniyyətlərdə keçmişə və gələcəyə yönəlməni mədəniyyətlərin mövcud vəziyyətinin qənaətbəxş olmaması ilə izah etməyə çalışır. Zelinskinin fikrincə isə insanları ayrılmaz şəkildə birləşdirən ümumi həyat tərzi olduğu kimi Avropa xalqlarını da onların milli və hətta tayfa fərqlərinin olmasına baxmaya-raq bütövə çevirən onların keçmişə - antik mədəniyyətə yönəlik baxışlarıdır. O, antik mədəniyyəti əbədiyaşar ideyalar mərkəzi kimi səciyyələndirərək göstərir ki, bütün digər mədəniyyətlər yalnız bu ideyalardan bəhrələnməklə var olmaq gücündədir [6, s.65] Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, əslində mədəniyyətlərdə varislik məsələsi iki aspektdə özünü ifadə etmək gücündədir: birincisi, toplumun mental xüsusiyyətlərinin arxetiplər formasında, ənənəyə çevrilərək qoruyub saxlanılması cəhdidirsə; ikincisi, hər bir mədəniyyətin daim keçmişə - əbədiyaşar həqiqətlərə üz tutaraq bəhrələnməsidir. Bu baxımdan, hər hansı bir toplumun özümlülüyünün qorunub saxlanılması məsələsinə H.Quliyev mentallığın güzgüsündən baxmağa cəhd göstərir. O, istənilən etnosun mü-asir şəraitdə varlığının mühafizəsinin ənənələr vasitəsilə qorunub saxlanılan arxetiplərin yaxşı və pis olmasından asılı olmadan dərketmənin süzgəcindən keçirilməsi ilə mümkünlüyü fikrini irəli sürərək yazır: “Demək olar ki, iki yüz il ərzində ənənəyə “gözübağlı” inamın sayəsində biz mentallığımızı müstəmləkəçilik və sovet totalitarizmi təhlükələrindən qoruyub saxlaya bilmişik. Lakin hal-hazırda mentallığımız daha təhlükəli sınaqlar sahəsinə daxil olur: üstümüzə bütün xalqlara “tarixin dəhşətləri”ni, tərəqqinin yeniliklərini zorla qəbul etdirən güclü sivilizasiya gəlir” [5, s.338-339]. Belə bir şəraitdə o, ənənələrə kortəbii itaət vasitəsilə toplumların öz mentallıqlarını qoruyub saxlamalarının mümkünsüz-lüyünü iddia edir. Məsələ burasındadır ki, əvvəlki toqquşmalarda toplumlarda bir mədəniyyətin digər mədəniyyətə itaəti göz qabağında olsa da, toplumun düşüncəsində və yaşantısında özünə önəmli yer tutan “biz” və “o” fərqləndirməsi mədəniyyətin assimilyasiyasının qarşısını alan amilə çevrilirdi. Lakin mövcud vəziyyətdə müasir Qərb sivilizasiyasının hamı üçün ümumi olan həqiqətlər adın-

Page 328: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

328

dan çıxış etməsi və nəticədə Qərbin baxış-larını ümumiləşdirməsi digər toplumların bu “universal həqiqətləri” öz süzgəcindən keçirtmədən bütləşdirməsinə şərait yaratmış olur. Digər tərəfdən isə bu toplumlar əsasını müəyyənləşdirmədiyi “həqiqətlər”i yaşantı-larına çevirməklə mentallıqlarından imtina sayəsində özləri ilə gerçək həqiqətlər arasın-dakı əlaqənin yaradılması imkanını da əldən vermiş olurlar. Nəticədə də ümumi həqiqətlər hər bir toplumla bağlılıq təşkil etmədən ümumi ideyalar kimi dövr etməkdə davam edirlər. Ənənələr mental xüsusiyyətlərimizin qoruyucusu kimi çıxış etdiyindən keç-mişi həm mühafizə edən, həm də onun mahiyyətinin itməsinə səbəb olan element kimi çıxış edir. Məsələ burasındadır ki, ənənə hər hansı bir toplumun həqiqətlərini zaman və məkanın sərhədlərindən kənara çıxararaq onu ümumiləşdirməklə qoruyub saxlayır və bunun da nəticəsində toplumun “dəyişməz həqiqətləri”nin dəyişən zaman və məkanla bağlılığı izlənilmir.

Mədəniyyətlərin keçmişə yönümlülü-yünü onun əsaslılığının, gücünün ifadəsi

kimi səciyyələndirən F.Brodel sivilizasiyaların daha az təsirə məruz qalmasının, dəyişikliyə uğramamasının səbəbini onun dövrün ictimai, siyasi və təsadüfi hadisələrinin məhsulu olmasında deyil, keçmiş nəsillərin düşüncələrinin, hisslərinin, yaşantılarının üzə çıxardığı və nəsildən-nəslə ötürdüyü simptom-larda axtarır. Bu baxımdan din cəmiyyətin keçmişi və bu gününü də əhatə etdiyindən sivilizasiyanın daha dayanıqlı əsası kimi çıxış edir [1, s.52]. Tarixi inkişafda ənənələrin, keçmişin əsas dayaq kimi çıxış etməsi qənaətinə gələn F.Brodel daha geniş zaman intervalında baş verən hadisələr götürülməklə sivilizasiyaların dayanıqlı əsaslarının müəyyənləşdirilməsinin mümkünlüyü fikrini irəli sürür [1, s.64]. Sivilizasiyalardan keçid etməklə isə bəşər tarixinin əsas aparıcı xəttini müəyyənləşdirmək nisbətdə daha asan görünür. Eyni za-manda mədəniyyətlərə daha geniş zaman intervalında yanaşma tendensiya-sını əsas götürən müəllif rassionallaşma ilə dindən azad olmanı eyniləşdirmə prinsipindən cıxış edərək, yunan mədəniyyəti ilə müasir Qərb mədəniyyətinin eynixətli və ardıcıl inkişafı fikrini irəli sürür və dindən azad olmanı bu mədəniyyətin özünəməxsus xüsusiyyəti kimi açıqlayır [1, s.53]. Əslində isə yu-nan fəlsəfi təfəkküründə transsendental aləmə açılışın özünü qabarıq şəkildə büruzə verməsi yunan cəmiyyətində dini yaşantı üçün əlverişli mühitin olma-sından, eyni zamanda uzun bir dövr ərzində dini şüurun hakim olduğu Qərb

Mədəniyyətlərin keçmişə yönümlülüyünü onun

əsaslılığının, gücünün ifadəsi kimi səciyyələndirən F.Brodel

sivilizasiyaların daha az təsirə məruz qalmasının,

dəyişikliyə uğramamasının səbəbini onun dövrün

ictimai, siyasi və təsadüfi hadisələrinin məhsulu

olmasında deyil, keçmiş nəsillərin düşüncələrinin, hisslərinin, yaşantılarının üzə çıxardığı və nəsildən-

nəslə ötürdüyü simptomlarda axtarır. Bu baxımdan din

cəmiyyətin keçmişi və bu gününü də əhatə etdiyindən

sivilizasiyanın daha dayanıqlı əsası kimi çıxış edir.

Page 329: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

329

cəmiyyətinin dini buxova çevirməsi və sonra da bu “buxovları” üzərindən ata-raq fərqli inkişaf istiqaməti seçməsi isə dini düşüncənin özü üçün münbit zəmin tapmamasından xəbər verir. F.Brodelin yazdığı kimi, təxminən bütün dünyəvi sivilizasiyalara dini hissin hakimliyi müşahidə olunduğu bir vəziyyətdə Qərb sivilizasiyası tarixin bu ənənəsini pozaraq özünə fərqli yol seçir. “Sivilizasiya hər zaman keçmişdir, müəyyən olunmuş canlı keçmiş” [1, s.54] yazan Brodel əslində əsası alman-roman mədəniyyətinə gedib çıxan Qərb mədəniyyətinin öz tarixi keçmişini yaşatmasını təsdiqləmiş olur. Xalqın mentalitetindən irəli gələn xüsusiyyətlər ilk baxışdan nəzərə çarpmasa da, tədricən sivilizasiya-nın mahiyyətinin ifadəçisinə çevrilir. Bu baxımdan sivilizasiyanın nədənsə imtina edərək nələrisə qoruyub saxlamasını onun öz təbiətindən irəli cələn xüsusiyyətlərlə izah etmək mümkündür.

Ümumilikdə götürdükdə, hər bir əvvəlki dövrün yeni dövrlə əvəzlənməsində ictimai inkişaf prinsiplərinin dəyişməsini istər həqiqətin, istərsə də mahiyyətin dəyişkənliyi ilə izah etmək düzgün deyildir. Bu dəyişiklikləri alman tayfala-rında izləyən Dr. Kaufman hesab edir ki, digər toplumlarda olduğu kimi al-manlarda da sıx şəkildə yaradılan qohumluq əlaqəsi nəslin möhkəmliyinə və qorunub saxlanılmasına xidmət edirdi ki, sonuncu da öz növbəsində hər bir üzvünün mühafizəsini öz üzərinə götürürdü. Nəsli quruluşda isə azadlığı şərtləndirən qanunlar deyil, ənənələr idi. Yəni ənənələr qanun rolunda çıxış edirdi. Bununla bağlı deyə bilərik ki, cəmiyyətin təşkili foması onun qanunlarını da müəyyənləşdirdiyindən başlanğıcda bu cəmiyyətlərdə inkişaf qanunauy-ğunluğunun pozulduğu müşahidə olunmur. Tədricən mülkiyyət artımı daha geniş azadlıqların əldə edilməsi ilə izlənir ki, bu da təbii olaraq digərlərinin mülkiyyət və azadlıqlarının məhdudlaşması sayəsində meydana çıxır. Sonun-cular yenidən və daha çox mülkiyyət əldə etmək məqsədilə yenidən öz azad-lıqlarından imtina edərək, güc və söz sahibərinin yaxınlarına – zadəganlara çevrilərək tədricən nəsli əlaqələri zəiflədirlər [8, s.139]. Xristianlığın birbaşa təsiri ilə əməyin və zəhmətin azad insanın meyarına çevrilməsi Avropanın yeni inkişafını şərtləndirən amillərdən biri oldu ki, bunun da nəticəsində azadlıq başlanğıcda olduğu kimi qəhrəmanlıq, nəsil və mülklə müəyyənləşmirdi. Mülk hər zaman sonda azadlığın şərtləndiricisi kimi çıxış etsə də, insani qabiliyyət və dəyərlər yenidən onu müəyyənləşdirən amilə çevrilməyə başladılar. Gör-düyümüz kimi, bütün cəmiyyətlərdə olduğu kimi Qərb cəmiyyətlərində də qeyd etdiyimiz anlamda azadlığı şərtləndirən amil öncə insani dəyər oldu-ğu halda, sonda bu amilin mülkiyyətlə əvəzlənməsi prosesi baş verir. Dövrün hərəkətverici qüvvələrinin dəyişməsi ilə bağlı isə N.İ.Konrad yazır: “Məsələ bu prinsiplərin öz-özlüyündə pis olmasından daha çox onların müəyyən formada donaraq insan düşüncəsini buxovlayan ehkama çevrilməsində idi” [7, s.507].

Onu da qeyd etməliyik ki, bir zamanlar inkişafın əsası kimi çıxış edən prinsiplərin tənəzzülə səbəb olmasını prinsiplərin özündə deyil, həyati gü-cünü itirmiş cəmiyyətdə və yaxud da toplumda axtarmaq lazımdır. Bununla da belə bir nəticəyə gələ bilərik ki, hər bir gerçək inkişaf həqiqətin axtarışının məhsuludur. Yəni ayrı-ayrı zaman və məkan daxilində inkişafı şərtləndirən üsul-

Page 330: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

330

ların müxtəlifliyi inkişafın əsasında duran həqiqətin birliyini və dəyişməzliyini təkzib etmir. Həqiqətin axtarışı isə öz növbəsində axtarış və tapılan Həqiqətin qorunması ənənəsinin mövcudluğunun zəruriliyini tələb edir. Tarixin bu cür tədqiqi isə inkişafın dairəvi deyil, ziqzaqvariliyini ortaya qoymuş olur.

İstifadə edilmiş ədəbiyyat:

1. Грамматика цивилизаций/Фернан Бродель; Предисл. М.Эмара; Пер. с фр.- М.: Издательство “Весь Мир”, 2008.

2. Вебер М. Аграрная история Древнего мира./ Пер. с нем.; Под ред. Д.Петрушевского; Вступ. ст. Ю.Давыдова. - М.: “КАНОН-прес-Ц”, “Кучково поле”, 2001.

3. Г.В.Ф.Гегель. Лекции по философии истории. Санкт-Петербург: “Наука”, 2005. 4. Императорское общество востоковедения. Ислам. И.Гольдциэра. перевод

И.Крачковскаго под редакцией и с предисловием прив. доц. А.Э.Шмидта. С-Петербург: “Восточная” типография И.Бораганскаго, В.О., Средний пр., 1-10. 1911.

5. Quliyev Həsən. Arxetipik azərilər: mentalitetin simaları. Bakı: “Qanun”, 2010.6. Древний мир и мы. Лекции читанные ученикам выпускных классов С.-

Петербургских гимназий и реальных училищ весной 1903 г. Профессором С.-Петербургского Университета Ф.Зелинским. С.-Петербург: Сенатская типография ,1903.

7. Н.И.Конрад. Запад и Восток. Cтатьи. Главная редакция восточной литературы. Москва, 1966.

8. Конради. Средневековая культура Азии. Пер. С.М.Филипповой. 9. Тойнби А.Дж. Постижение истории: Сборник / Пер. с англ. Е.Д.Жаркова. – М.:

Айрис-пресс, 2003. 10. Психоанализ и культура: Избранные труды Карен Хорни и Эриха Фромма. –

М.: Юрист, 1995.11. Фромм Э. Психоанализ и этика. – М.: ООО “Издательство АСТ- ЛТД”, 1998.

Ruhiyya MammadovaAnalysis of cultures from the traditional and modern point of views

Cultures are analyzed by their character of being past-prone or future-prone. It is noted that conservatism and futurism emerge in totally different ways, but at the same time as parts of same system. Social phenomenon and the possibility of transformation between these two serves as a means for maintaining balance.

Though it is stressed that the power of cultures is determined by the past, the overprotection of the past traditions that have lost power may lead to inertia. Thus, the traditions that function as heirs may also be characterized as the ele-ments that create idolization. And at the end, the author comes to the conclusi-on that any real development is the result of search of the truth. So the diversity of methods that stipulate development under certain circumstances does not refute the solitariness.

Page 331: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

331

Ругия МамедоваАнализ культур через призму традиций и современности

В статье предлагается анализ культур через призму прошлого и будущего и отмечается, что в процессе исторического развития, традиции и современность являются как противоречивыми по отношению друг к другу явлениями, так и феноменами одного целого. Возможность переключения одного явления на другое является гарантом сохранения стабильности.

Следует отметить, что, несмотря на то, что силу культур определяет прошлое, оно же выступает причиной инерции культур. Таким образом, обычаи, являющиеся наследием культур, также характеризуются как элемент, формирующий феномен фетишизма культур.

В конце статьи следует вывод о том, что каждое реальное развитие есть результат поиска истины. То есть, в разное время и на различном пространстве предпосылки для развития различных методов не исключают единства истины.

Page 332: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

332

Page 333: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

333

KİV, SOSİAL ŞƏBƏKƏLƏR VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

Page 334: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

334

Page 335: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

335

Açar sözlər: kütləvi şüur, kütlə, homoinformatikus, manipulyasiya, dəstə şüuru, kütləvi kommunikasiya vasitələri, media, sosial şəbəkə, simvolik siyasət, mif, mozaik mədəniyyət

Key words: mass consciousnesses, mass, manipulation, consciousnesses of crowd, mass communication means, mussel, symbolical policy, myth, mosaic culture

Ключевые слово: массовое сознание, масса, манипуляция, сознание толпы, СМИ, символическая политика, миф, мозаичная культура

KİV-in və sosial şəbəkələrin

kütləvi şüurunidarə edilməsində

rolu

Ramil VƏLİBƏYOV

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı

[email protected]

Page 336: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

336

Giriş

Müasir qloballaşma və informasiya əsrində informasiya-kommunikasiya vasitələrinin sürətli inkişafı ənənəvi kütləvi informasiya ötürücülərindən daha mürəkkəb struktura malik, lakin daha geniş auditoriyaya təsir etmək gücündə olan kütləvi informasiya vasitələrinin (KİV), sosial şəbəkələrin meydana gəlməsi kütlənin və kütləvi şüurun idarə olunmasını, onun siyasi manipulyasiyasını yenidən diqqət mərkəzinə gətirir. Xüsusilə də, kütləvi şüurun müxtəlif metod və texnologiyalar vasitəsilə aqressivləşdirilməsi və onun daşıyıcılarının maraq qruplarının mənafeləri naminə cinayətə sürüklənməsi nəticəsində ortaya çıx-mış yeni faktlar problemə yeni yanaşma tələb edir. Şimali Afrika, Yaxın və Orta Şərq regionlarında böyük ideoloji və siyasi-psixoloji təsir gücünə malik KİV-lərin, həmçinin sosial şəbəkələrin sadə insanların düşüncəsinə təzyiqlər etməsi, onları müxtəlif siyasi oyunların alətinə çevirməsi, davranışlarına nəzarət etməsi və s. kimi faktorlar da sözügedən problemi daha da aktuallaşdırır.

KİV-lər və sosial şəbəkələr kütləvi şüura təsiredici faktor kimi

Müasir ictimai-siyasi proseslərin təhlili onu deməyə əsas verir ki, hazırkı dövrdə kütlələrin, ayrı-ayrı fərdlərin düşüncəsində, davranışında və psixologi-yasında köklü dəyişikliklər baş verir. Əlbəttə ki, burada söhbət insanların real dünya çərçivəsindən çıxaraq virtual aləmə daxil olmasından, düşüncəsində və davranışında özlərini standartlaşdırmasından gedir. Sözügedən proseslər içərisində yeni insan tipinin – “homoinformatikus”ların formalaşdığını da artıq aydın sezmək mümkün olur. Bu prosesdə isə əsasən KİV-lər və sosial şəbəkələr mühüm rol oynayır.

Əlbəttə ki, KİV vasitəsilə kütləvi şüura təsiretmə mexanizmləri bəşəriyyətə çoxdan bəllidir. Çünki dəstə xüsusi düşüncəyə sahib deyil və istənilən ide-yanı tezliklə qəbul edir. E.Kanetti yazırdı ki, xaricdən daxil olan istənilən yad ideya kütləni asanlıqla kor edir [1, s. 128]. Burada fərdin rasional düşüncəsilə ziddiyyətdə olan dəstə şüurunun xüsusiyyətləri kütlənin manipulyativ təsir vasitəsilə asanlıqla idarə olunmasına imkan yaradır. XX əsrin böyük manipul-yatorlarından olmuş Adolf Hitler deyirdi ki, mən xalqı qarışdırıram və onunla kütləyə çevrilmədən öncə ünsiyyətə girmirəm.

KİV-in kütləvi şüurun manipulyasiyasında oynadığı rol birbaşa olaraq insan-ların psixoloji vəziyyətilə bağlıdır. Bu mənada Q.Lebon göstərirdi ki, kütlənin qeyri-ixtiyari davranışı yeni eranın əsas göstəricilərindəndir. Kütlə fenomeninin idarə edilməsinin ciddi problem olduğunu deyən Lebon yazırdı ki, kütlələrin getdikcə ictimai-siyasi proseslərə güclü təsir etməsi, cəmiyyətin həyatında mü-hüm rol oynaması bu sahədə araşdırmaları daha da aktuallaşdırır [2, s. 95].

Z.Freyd kütlə pisixologiyasını təsvir edərkən yazırdı ki, kütlənin idarə olun-ması təsir və hipnoz üzərindən həyata keçirilir. Yəni kütlələrin manipulyasiyası

Page 337: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

337

sırf kütləvi şüurun psixoloji xüsusiyyətləri üzərində qurulur [3, s. 34]. S.Moskoviçi də vurğulayıb ki, kütlələrin başçıları manipulya-siya üçün hipnoz, təbliğat, təlqin və azdırma metodlarından istifadə edir [4, s. 122].

Kütlənin psixoloji xüsusiyyətlərilə yanaşı, kütləvi şüurun formalaşdırılması və mani-pulyasiyasında əsas rolu informasiya və ona sahib olan generatorlar oynayırlar. V.Çörçil deyib ki, informasiya kütləsinə nəzarət edənlər dünyanı idarə edənlərdir. Müasir dövrdə siyasi proseslərdə kütləvi şüurla ma-nipulyasiyanı dövlət və qeyri-dövlət kanal-ları ilə yanaşı, hüdudsuz imkanlara malik olan KİV-lər də həyata keçirir. Media insanların həyatına o dərəcədə daxil olub ki, kütləvi şüuru istənilən istiqamətə yönləndirmək bacarığına nail olunub. Bu isə əlbəttə ki, istər KİV, istərsə də me-diakratorlar tərəfindən xüsusi metodlarla reallaşdırılır. Bu gün əminliklə demək olar ki, KİV-ləri idarə edənlər aktiv şəkildə insanların düşüncəsinə, davranışına təsir edir, kütləvi şüurla manipulyasiyanı həyata keçirir, siyasi prosesləri lazımi istiqamətə yönəldir və qarşıya qoyulmuş siyasi maraqları təmin edirlər.

Hesablamalara görə, modernləşən dünyada 20 ay ərzində ötən 50 ilin informasiyası emal olunur və dövriyyəyə buraxılır. İnformasiya yükünün də həddindən artıq çoxalması yeni-yeni ünsiyyət formalarının meydana gəlməsini sürətləndirir. Beləliklə də, eyni məzmunlu informasiyanın böyük əraziyə yayıl-masını həyata keçirən müasir KİV-lər kütləvi şüur daşıyıcısı olan sosial qrupla-ra, bütövlükdə cəmiyyətə təsir etmək imkanlarını artırırlar. Məhz mətbuat və kütləvi kommunikasiya vasitələri şəxsiyyətin kütləviləşməsini, insanların ba-xışlarının və davranışlarının standartlaşdırılmasını həyata keçirir, onların siyasi proseslərə eyni aspektli reaksiyasını təşkil edir.

İnformasiya kanalları vətəndaşlarda mühüm siyasi keyfiyyətləri formalaşdırarkən yalnız fərdi təsirlə məhdudlaşmır, həmçinin ümumi cəmiyyət miqyasında da fəaliyyət göstərirlər. Ənənəvi cəmiyyətlərdən fərqli olaraq müasir sosiumlarda KİV-lər məhz sosial yaddaşı yeniləyir və baş verən hadisələrə sosial-siyasi qiymət verir. Bu baxımdan media insanların nəinki indiki, hətta gələcək siyasi düşüncə və davranışlarını da proqramlaşdırır. Müxtəlif siyasi proseslər za-manı KİV-lər təsir vasitələrilə cəmiyyətdə konkret dəyər və ya şəxsiyyət modeli formalaşdırmaqla kütləvi şüuru bir məqam üzərində cəmləyə bilir.

Medianın insanların davranışına təsiri müəyyən ictimai rəyin formalaşdırıl-ması yolu ilə baş tutur. İctimai rəyə kütləvilik xüsusiyyəti vermək və onu ma-nipulyasiya etmək üçün isə KİV-lərin geniş imkanları var. Bu baxımdan seçki proseslərində, müharibəyə hazırlıq və ya “informasiya müharibəsi”ndə atılan addımlar buna misal ola bilər.

Ənənəvi cəmiyyətlərdən fərqli olaraq müasir sosiumlarda KİV-lər məhz sosial yaddaşı yeniləyir və baş verən hadisələrə sosial-siyasi qiymət verir. Bu baxımdan media insanların nəinki indiki, hətta gələcək siyasi düşüncə və davranışlarını da proqramlaşdırır.

Page 338: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

338

KİV-lərin daxili və xarici siyasətdə rolu

KİV-lərə daxili və xarici siyasətə nəzarət aləti kimi də baxmaq olar. Media dünya siyasətində dövlətin aparıcı mövqe tutmasını təmin edən başlıca fak-tor kimi “dünya ağalığının üçüncü nəsil vasitəsi”nə çevrilib. Bu mənada KİV-lərin dövlətin xarici siyasətində, beynəlxalq münasibətlər sistemində dövlətin maraqlarının və mövqeyinin müdafiə edilməsi işində, ölkənin müsbət imicinin formalaşdırılmasında rolu əhəmiyyətli dərəcədə böyükdür. Azərbaycanın tim-salında söyləmək olar ki, xüsusilə də yenicə müstəqillik əldə etmiş və dünya güclərinin geosiyasi və geoiqtisadi maraqlarının kəşişmə nöqtəsində yerləşmiş dövlət üçün medianın rolu danılmazdır. Elə “Eurovision-2012” musiqi yarış-ması ərəfəsində Azərbaycanın kütləvi şəkildə Qərb, erməni və İran mətbuatı tərəfindən şantaja məruz qoyulduğu zaman ölkə mətbuatının bir hissəsinin tutduğu mövqe nəticəsində bütün əsassız fikirlərin ictimai rəyə çevrilməsinə imkan verilmədi. Yəni Azərbaycanın aparıcı mətbuat orqanları ölkədə kütləvi şüurun kənar təzyiqlər altında deformasiyaya uğramasının qarşısını aldı.

KİV-lərin ölkənin daxili siyasətində də rolu böyükdür. Siyasi hakimiyyətin daxili siyasətinin əhəmiyyətli və səmərəli olması üçün media ictimai rəyin formalaşdırılması işi ilə məşğul olur. Akademik Ramiz Mehdiyevin sözlərilə desək, kütləvi informasiya vasitələri ədəbi dilin yaranması və inkişafında, xalqın maariflənməsində, mədəniyyətin, milli-mənəvi dəyərlərin təbliğində, həmrəylik ideyalarının yayılmasında əvəzsiz rol oynayırlar. Bundan başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlərin hazırlanması da KİV üçün daim prioritet istiqamətlər olublar [5, s. 3-4].

Göründüyü kimi, media orqanları dövlətin atacağı addımlarla bağlı diaq-nostik müayinə keçirir, kütləvi şüuru veriləcək yeni qərarlara uyğunlaşdırır və son nəticədə cəmiyyətdə düşüncə və davranış harmoniyası formalaşdırır.

Mozaik mədəniyyət və simvolik siyasət

KİV həmçinin cəmiyyətdə mozaik mədəniyyətin formalaşdırılmasında da xüsusi rol oynayır. Qloballaşan dünyada gündəlik mövzuların sürətlə dəyişməsi nəticəsində insanlarda qısafraqmentli düşüncə stilləri yaranır. Bu mənada mətbuatı daimi izləməyən insanlarda yalnız təsəvvür xarakterli fikirlər mey-dana gəlir. Bunun yekununda da cəmiyyətdə mozaik mədəniyyət formalaşır. Əlbəttə ki, medianın bu funksiyası da manipulyasiya üçün xüsusilə əhəmiyyətli platforma yaradır.

Məhz KİV-lərin, eyni zamanda sosial şəbəkələrin yuxarıda qeyd olunan keyfiyyətlərinin mövcud olması elitaya və siyasi dairələrə kütləvi şüurun mani-

Page 339: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

339

pulyasiyası vasitəsilə idaəetmənin həyata keçirilməsi və siyasi maraqların təmin olun-ması üçün real şanslar yaradır. Bu mənada, xüsusilə də XX əsrdə müəyyən siyasi qərarların qəbulu və ya addımın atılma-sı üçün əvvəlcədən düzgün formada icti-mai rəyin formalaşdırılması istiqamətində uzunmüddətli və dərin tədqiqatlara baş vu-rulub. Amerikalı tədqiqatçılar manipulyasiya prosesinin elmi əsaslarını işləyib hazırlayıblar.

Harold Lassuellin tədqiqatları manipulya-siyanın əsaslarını təşkil edən media təsirinin, xüsusilə də təbliğatın xüsusiyyətlərinin öyrənilməsində əsas rol oynayıb. O deyib ki, təbliğat fəaliyyətinin əsaslarını öyrənmədən kütləvi şüur fenomeninin tədqiqatı və onun manipulyasiyası texnologiyasını müəyyənləşdirmək olmaz. Bu mənada H.Lassuell cəmiyyətdə kommunikasiyanın 3 əsas funksiyasını göstərirdi:

- insan kütləvi kommunikasiya vasitəsilə dünyada baş verən hadisələr haq-qında daha ətraflı məlumat əldə edə bilər;

- kütləvi media kütlələrə hadisələrə yanaşmanı və onun təhlilini göstərir;- KİV vasitəsilə yaşlı və gənc nəsil arasında təcrübə və mədəni irsin

mübadiləsi gedir [6, s. 133].Görünən odur ki, təbliğat prosesi özündə kütləvi şüurun uzun müddət ha-

zırlanmasını ehtiva edir. Burada insanları tədrici olaraq bu və ya digər qərarların qəbulu üçün hazırlamaq prosesi mərhələli şəkildə öz əksini tapır. H.Lassuellin təbirincə desək, bunun üçün təbliğatçıların ideyanı qəbul etdirmək üçün in-sanların şüuruna təsir edən vasitələri və strategiyası olmalıdır.

Təbliğat sahəsində nəzəriyyəçi kimi tanınan Uolter Lippmann hesab edirdi ki, təbliğatın mövcudluğu üçün auditoriya ilə baş verən hadisələr arasındakı səddi müəyyənləşdirmək lazımdır. Yəni ictimai rəyin formalaşdırılması üçün mərkəzi anlayış “stereotip”dən istifadə olunur. Bu, insanlar arasında ünsiyyətin xüsusiyyətlərini və reallığı qəbuletmə səviyyəsini müəyyənləşdirir. U.Lippmann hesab edirdi ki, insanlar reallıqda gördüklərinə deyil, daha çox “beyinlərində formalaşdırdıqları şəklə” reaksiya verirlər. Bu səbəbdən də kütlə böyük infor-masiya axını içərisində idarə olunmaya ehtiyac duyur [7, s. 285].

Aparılan araşdırmaların məntiqi ondan ibarətdir ki, daxili və ya xarici sfe-rada siyasi fəaliyyətin həyata keçirilməsindən öncə ictimai qınaqla və kütləvi mənfi rəylə üzləşməmək üçün əvvəlcədən kütləvi şüur məqsədli şəkildə ya-yılmış informasiyalar vasitəsilə formalaşdırılır. ABŞ-ın Əfqanıstana, İraqa və ya NATO qüvvələrinin Liviyaya hərbi müdaxilə etməsi prosesində KİV ilə hücumu dəstəkləyən beynəlxalq ictimai rəy formalaşdırılmışdı. Burada isə KİV vasitəsilə miflərin yaradılmasına daha çox yer verilmişdi.

Qloballaşan dünyada gündəlik mövzuların sürətlə dəyişməsi nəticəsində insanlarda qısafraqmentli düşüncə stilləri yaranır. Bu mənada mətbuatı daimi izləməyən insanlarda yalnız təsəvvür xarakterli fikirlər meydana gəlir. Bunun yekununda da cəmiyyətdə mozaik mədəniyyət formalaşır

Page 340: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

340

Mediada miflər vasitəsilə kütləvi şüurun manipulyasiyası probleminə kon-septual yanaşmanı Q.Şiller ortaya qoyub. O, ABŞ-da kütləvi manipulyasiya tex-nologiyasının elementlərinə toxunaraq yazırdı ki, bu proses çərçivəsində, birin-cisi, individualizm və şəxsi seçim, ikincisi, neytrallıq, üçüncüsü, insan təbiətinin dəyişməzliyi, dördüncüsü, sosial münaqişələrin mövcud olmaması və beşin-cisi, KİV-də plüralizmin olması haqqında miflərin yaradılması ilə cəmiyyətin aktivliyinə deyil, əksinə passivliyinə nail olunur [8, s. 145]. Bu prosesdə passivlik özünü həm fiziki, həm də intellektual olaraq nümayiş etdirir.

Kütləvi şüurun manipulyasiyası eyni zamanda KİV-də siyasi proseslərin işıqlandırılması texnologiyası ilə də bağlıdır. Bir çox hallarda siyasi proseslərin mahiyyətini özündə əks etdirən siyasi polemikaların və qərarların qəbulu əvəzinə simvolik tədbirlərin keçirilməsi ilə qarşılayırıq. Bu simvolik siyasət o siyasi məkanlarda həyata keçirilir ki, orada hakimiyyət istər siyasi, istərsə də so-sial həyatda köklü dəyişikliklərin baş verməsini istəmir, insanların gözləntilərini nəzərə almır. Buna misal olaraq, Ermənisan dövlətini göstərə bilərik. Burada psevdohadisələr və proseslər vasitəsilə cəmiyyət üçün vacib olan əhəmiyyətli hadisələrə və tənqidi düşüncəyə gedən yol bağlanır. Bu baxımdan KİV sahəsində çalışanlar həqiqət əvəzinə daha çox uydurulmuş hadisələri qələmə alır, sensasiya axtarışında olurlar. Buna görə də son illər ərzində siyasi real-lıqları nəzərə alaraq demək olar ki, audiovizual effektlər vasitəsilə auditoriya-da rasional düşüncə əvəzinə sabit artefaktlar formalaşdıran simvolik siyasət diqqət mərkəzinə gəlir. Nəzərə alınmalıdır ki, cəmiyyəti manipulyasiya etməyə yönəlmiş istənilən siyasi fəaliyyətin və ya davranışın simvolik tərəfləri olur. Bir sözlə, simvolik siyasət anlayışlar reallığa uyğun olduqda sözlər vasitəsilə yara-dılan həqiqətdir. Bu baxımdan simvolik hakimiyyət real mövcud olan obyektləri aşkarlamaq və gizlətmək xüsusiyyətlərinə malikdir.

Nəticə

Araşdırmanın yekunu olaraq demək olar ki, kütləvi informasiya vasitələri və sosial şəbəkələr müasir dövrdə kütləvi şüurla manipulyasiya edilməsi və siyasi idarəetmənin effektinin artırılması baxımından əhəmiyyətli rol oynayır. Dövlətin daxili və xarici siyasətində milli gücün mühüm komponentlərindən biri kimi çıxış edən KİV-lər siyasi maraqların təmin edilməsi, cəmiyyətdə siyasi aktivliyin və ya passivliyin formalaşdırılması, sosiumun perspektiv düşüncə və davranış formalarının yaradılması baxımından ən effektli vasitədir. Tədqiqatın nəticəsi onu deməyə imkan verir ki, gələcəkdə də KİV-lərin kütləvi şüurun ma-nipulyasiyasında, siyasi qərarların qəbulu prosesinin asanlaşdırılmasında, milli maraqların qorunmasında və cəmiyyətin səfərbər edilməsində xüsusi rolu ola-caq.

Page 341: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

341

İstifadə edilmiş ədəbiyyat:

1) Канетти Э. Масса и власть. Москва: “M.Ad Marginem”, 1997. 2) Ле Бон. Психология народов и масс. Москва: “Макет”, 1995.3) Фрейд З. Массовая психология. Москва: “Азбука”, 2008. 4) Московичи С. Психология масс. Москва: “Прогресс-Академия”, 1996.5) Mehdiyev Ramiz. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”./ “Azərbaycan”

qəzeti, 2009.6) Лассуэлл Г. Структура и функции коммуникации в обществе // М.М. Назаров.

Массовая коммуникация в современном мире: методология анализа и практика исследований. Хрестоматия. Москва: “УРСС”, 2002.

7) Липпманн У. Общественная мнения. Москва: “Наука”, 2004. 8) Шиллер Г. Манипуляторы сознанием. Москва: “Мысль”, 1980.

Ramil ValibayovRole of mass media and social networks in ruling of mass consciousness

Importance of the capability of mass media to influence and shape mass consciousnesses were noticed long ago. The crowd tends not to have its own opinion and is not inclined to theoretical thinking; therefore any opinion is mainly imposed on it from outside and under pressure.

During information era the role of mass media in formation of values, ori-entation and views has considerably increased. Media began to get more de-eply into life of people and have dynamic and purposeful impact on mass consciousness.

Today it is possible to speak with confidence about that who supervises mass media, is capable to actively influence views of people, their behavior and in general on mass consciousness in society.

Рамиль ВелибековРоль средств массовой информации в социальных сетей в управлении массового сознания

Способность СМИ существенно влиять на массовое сознания была подмечена давно. Толпа не имеет собственного мнения, поскольку она не приспособлена к теоритическому мышлению, поэтому любое мнение в нее приходится втискивать извне и нередко под давлением.

В информационную эпоху роль СМИ в формировании ценностей и воззрений в обществе значительно возрастает. СМИ стали все глубже проникать в жизнь людей и оказывать динамичное и целенаправленное воздействие на массовое сознание.

Сегодня можно с уверенностью сказать о том, что тот кто контролиру-ют СМИ, способен активно влиять на воззрения людей, их поведение и в целом на массовое сознание в обществе.

Page 342: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

342

Page 343: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

343

Açar sözlər: sosial şəbəkə, Facebook, Twitter, informasiya azadlığı, sosial media, media təmsilçisinin sosial şəbəkədəki rolu

Key words: Social Network, Facebook, Twitter, freedom of information, social media, media representatives' activities in the social networks

Ключевые слова: социальная сеть, Facebook, Twitter, свобода инфор-мации, социальные медиа ресурсы, роль представителей СМИ в соци-альных сетях

Sosial şəbəkələrin ənənəvi mediadan

üstünlüyü və media təmsilçilərinin

sosial şəbəkələrdəki fəaliyyətinin müsbət və

mənfi tərəfləri

Almaz NƏSİBOVA

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dissertantı

[email protected]

Page 344: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

344

Giriş

İnformasiya texnologiyalarının sürətli inkişafı kütləvi informasiya vasitələrinə (KİV), o cümlədən elektron mediaya ciddi təsir göstərməkdədir. Təsadüfü deyil ki, internetin, xüsusilə də sosial şəbəklərin meydana çıxması jurnalistikanın yeni dövrünün başlanması kimi xarakterizə edilir.

Bu gün dünyanın aparıcı KİV təmsilçilərini narahat edən ən aktual məsələlərdən biri “Facebook”, “Twitter” və digər sosial şəbəkələrin ciddi me-diaya köklü şəkildə təsir göstərməsidir. Hazırda sosial şəbəkələr mediaya nəinki təsir göstərir, hətta operativlik baxımından onu vurub sıradan çıxarmaq səviyyəsinə qədər gəlib çatıb. Sosial şəbəkələrdə heç bir qadağa, redaksiya nəzarəti və ya kənar müdaxilə yoxdur. Tam sərbəstlik media ilə müqayisədə sosial şəbəkəni daha cəlbedici edir və nəticədə oxucu auditoriyasının diqqətini ikincinin xeyrinə dəyişir.

Bəzi mütəxəssislərin qənaətincə, əsl informasiya azadlığını elə ilk baxışdan sosial şəbəkələrdə görmək olar. Statistika göstərir ki, sosial şəbəkələrin 90%-nin ictimai-siyasi proseslərə köklü təsiri var. Əgər müstəqil media mətbuatın və jurnalistikanın qəbul olunmuş standartlarına əməl edərək hər hansı siyasi təbliğatdan, kütləvi çağırışlardan mümkün qədər uzaq durursa və ya qütbləşmiş media yalnız öz maraqlarına uyğun çərçivədə buna gedirsə, sosial şəbəkələrin istənilən çağırışları etmək üçün hər hansı önləyici məhdudiyyəti yoxdur.

Məsələnin ciddiliyinə diqqət yetirən ölkələr artıq bu prosesi nəzərə al-maq, gündəmdə saxlamaq, hətta nəzarətə götürmək üzərində iş aparır, çı-xış yolları axtarırlar. Əgər güc mərkəzləri, ABŞ, Avropa ölkələri əvvəllər öz siyasətlərini ənənəvi medianın əldə etdiyi informasiyalar üzərində qururdu-larsa, indi onlar özləri də sosial şəbəkələrdə yayımlanan məlumatlara daha çox meyilli olublar. Hazırda ABŞ Prezidenti Barak Obama Administrasiyasının fəaliyyət istiqamətlərindən biri də sosial şəbəkələri əhatə edir. Administrasiya xüsusilə “Twitter” sosial şəbəkəsindən geniş istifadə edir. Məsələn, ABŞ Dövlət Departamentində hər gün keçirilən birifinqdə mətbuat katibi Viktoriya Nuland son vaxtlar sualları mətbuat üzvlərindən deyil, dünyanın hər yerindən “Twitter” vasitəsilə qəbul edir. Dövlət Departamenti bunun üçün “Twitter”də “AskSta-te” hesabı da yaradıb. Hətta Viktoriya Nulanda verilən suallar operativ şəkildə tərcümə olunub Dövlət Departamentinin “Twitter” səhifəsində 10 rəsmi dildə - ərəb, çin, ingilis, fars, fransız, hind, portuqal, rus, ispan və urdu - sosial media şəbəkəsinə göndərilir və bu, ABŞ diplomatiyasının genişləndirilməsi planının bir hissəsi kimi gerçəkləşdirilir. ABŞ Dövlət Departamenti yeni texnologiyalardan istifadəni bütün dünyada xarici siyasətinin əsas hissəsi kimi müəyyənləşdirib. Hətta Dövlət Departamentinin sosial media şəbəkələrində 193 müxtəlif hesabı var ki, bunların 100-ü ayrı-ayrı ölkələrdəki səfirliklərə məxsusdur [4]. Sosial şəbəkələrdə informasiyaların ənənəvi mediadan daha operativ şəkildə yayım-lanması ilə bağlı Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direk-

Page 345: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

345

toru Aslan Aslanov qeyd edir ki, müxbir xəbəri yazaraq redaktora, o da öz növbəsində buraxılış redaktoruna verməlidir. Bu, xeyli dərəcədə vaxt aparır. Sosial şəbəkədə iştirak edən, ancaq heç bir jurnalist təhsili və jurnalistika ilə əlaqəsi olmayan istənilən şəxs isə hadisə baş verən kimi onunla bağlı hər hansı bir cümləni öz səhifəsində yerləşdirir: “Bu cümlə baş-ayaq olacaq və orada heç bir dil və üslub qaydalarına əməl olunmayacaq. Lakin buradakı ən vacib olan fakt insanları cəlb edəcək. Bir dəqiqənin içərisində 4-5 min adam bu xəbərə baxacaq. AzərTAc-ın və ya Azərbaycanda olan istənilən informasiya agentli-yinin və yaxud elektron mətbuatın nümayəndəsinin buraxdığı xəbər isə gün ərzində özünə 1000-2000 oxucu toplamayacaq” [5].

Sosial media üzrə beynəlxalq ekspert Piter Svalenin sözlərinə görə, sosial media siyasi rejimlərin planlarını alt-üst edib və buna nəzarət olunmur: “Hər hansı siyasi liderin gündəliyində olan vacib məsələdən adi bir video ictimai diqqəti daha çox cəlb edir. Artıq bütün xalqlar sosial jurnalistə çevrilib. Daha cəmiyyəti liderlər inandıra bilmirlər” [3].

Media təmsilçilərinin sosial şəbəkələrdəki rolu

Sosial şəbəkələrdə olmaq media təmsilçiləri üçün nədir? İşdən sonra şəxsi həyatlarının bir hissəsi, beyin dincliyi, yoxsa təmsil etdikləri medianın işçi-si olaraq gündəlik fəaliyyətlərinin davamı? Media təmsilçisinin öz işini sosial şəbəkədə davam etdirməsi məcburidirmi? Təsadüfi deyil ki, sosial şəbəkələrin operativlik baxımından üstünlüyünü nəzərə alan və vəziyyəti müəyyən qədər tarazlaşdırmaq, bu geriliyi nisbətən azaltmaq üçün media rəhbərləri öz əməkdaşlarına informasiyalarını sosial şəbəkələrdəki səhifələrində yaymalarını tövsiyə edirlər. Bununla onlar rəhbərlik etdikləri media orqanının məlumatlarını öz oxucuları, dinləyiciləri, tamaşaçıları ilə yanaşı, həm də digərlərinin diqqətinə çatdırmış olurlar. Sosial şəbəkələrin hər hansı qütbləşmədən kənar qalması, siyasi mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq hamının diqqət mərkəzində olması onların ən böyük üstünlüyüdür. Təkcə ixtisaslaşmış deyil, adi media qurumlarının da izləyiciləri müəyyən qədər bəlli bir dairəni əhatə edir. Tutaq ki, dünyanın ən nüfuzlu, tanınmış mətbu orqanları internet vasitəsilə bütün ölkələrə yayılır. Amma onları həmin ölkələrdə heç də hamı izləmir. Çünki maraqlar müxtəlifdir, sosial şəbəkələr isə bütün bu müxtəlif maraqları özündə birləşdirir. Elə ona görə də bugünkü media paralel olaraq həm də sosial şəbəkələrdə mövcud olmaq məcburiyyətindədir. Sosial şəbəkələr məlumatları mediadan daha sürətlə yaymaqla yanaşı, həm də ikinci ciddi bir missiyanı - adi insanları jurnalistə (peşəkar olmasalar belə) çevirmək missiyasını da yerinə yetirirlər. Yaxın vaxtlara qədər kompüterdə yazmağı bilməyən adamlar belə artıq özləri də hiss etmədən nəinki mətnlər, hətta videosüjetlər hazırlamağı, onları montaj etməyi və öz səhifələrində yerləşdirməyi də öyrənirlər. İnsan-larda buna həvəsi, əlbəttə ki, sosial şəbəkələr yaradır. Bununla yanaşı, sosial

Page 346: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

346

şəbəkələr adi insanlara siyasi liderləri, onla-rın tərəfdarlarını da tanıtdırır, onlar haqqın-da müəyyən fikir formalaşdıra bilir.

Sosial şəbəkələr bir çox media qurum-ları kimi yalnız hər hansı fərdin təbliğatı və ya antitəbliğatı imkanını yaratmır. Bu-rada kimsə özünü təbliğ etməklə yanaşı, həm də rəqiblərinin, əleyhdarlarının və ya opponentlərinin hücumundan da müdafiə olunmaq məcburiyyətindədir. Bütün imkan-ların hamı üçün bərabər tanındığı məkanlar isə, əlbəttə ki, auditoriya üçün daha cəlbedicidir. AzərTAc-ın direktoru Aslan As-lanov hesab edir ki, reallıqla razılaşmaqla bərabər, əgər ənənəvi media təcili tədbirlər görməsə, innovasiyalı texnologiyaların im-kanlarından yüksək, daha yaradıcı səviyyədə istifadə etməsə, onda bu mübarizədə əsaslı

surətdə geri qalacaq və uduzacaq. Səbəb odur ki, insanlar innovasiya texno-logiyalarının yeniliklərindən çox ağılla, dərrakə ilə istifadə edərək həm görün-tülü, həm səsli, həm də infoqrafik xəbərlər göndərir, bir-birləri ilə xəbərləşirlər. Ənənəvi media bu operativlikdən xeyli geri qalır.

Mediadan fərqli olaraq sosial şəbəkələrdə yayılan informasiyalara nəzarət etmək, demək olar ki, mümkün deyil. Sosial şəbəklərdə informasiyaları daha çox adi insanlar yayır və odur ki, həmin informasiyaların obyektivliyinə görə də onlardan bu məlumatlarla bağlı ictimai məsuliyyət tələb etmək absurddur. Heç şübhəsiz ki, bu məqam media mənsublarının da diqqətindən kənarda qalmır. Ona görə də sosial şəbəklərdə adi insanlardan, dövlət və hökumət qurumla-rından fərqli olaraq media qrumları və onların təmsilçiləri daha fəal olurlar və ya olmalıdırlar. Media qurumları sosial şəbəkələrdə öz səhifələrini yaratmaqla informasiyalarını paylaşır, media təmsilçiləri də fərdi qaydada sosial şəbəklərdə iştirak edirlər.

Azərbaycan dilində yayımlanan xarici radioların sosial şəbəkələrdəki fəallığı

Sosial şəbəkələrdə dünyanın bütün media orqanları kimi “Amerikanın səsi”, “Azadlıq” radiolarının Azərbaycandilli büroları, BBC-nin Azərbaycan xidməti və onların təmsilçiləri də fəaldırlar. Heç şübhəsiz, bununla onlar təkcə təmsil etdikləri media qurumunun auditoriyasını genişləndirmir, həm də hazırladıq-ları materiallarla öz fəaliyyətlərinin səviyyəsini təqdim etmiş olurlar. Yəni hər kəs öz hazırladığı xəbəri, reportajı, süjeti paylaşmaqla özünün daha peşəkar,

Sosial şəbəkələr bir çox media qurumları kimi yalnız

hər hansı fərdin təbliğatı və ya antitəbliğatı imkanını

yaratmır. Burada kimsə özünü təbliğ etməklə yanaşı, həm də

rəqiblərinin, əleyhdarlarının və ya opponentlərinin

hücumundan da müdafiə olunmaq məcburiyyətindədir. Bütün imkanların hamı üçün

bərabər tanındığı məkanlar isə, əlbəttə ki, auditoriya üçün

daha cəlbedicidir.

Page 347: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

347

daha maraqlı, daha operativ olduğunu da göstərməyə çalışır. Sözsüz ki, bu, bü-tün jurnalistlərə xas olan xüsusiyyətdir və normal haldır. Burdan belə nəticəyə gəlmək olur ki, sosial şəbəkələr təkcə paylaşım üçün yox, həm də rəqabət üçün çox münbit ərazidir. Bəs əməkdaşların radioların tələblərinə zidd hər hansı bir informasiya yaymalarına nə dərəcədə icazə verilir?

“Amerikanın səsi”nin jurnalist kodeksinə görə, rəsmi işlər haqqında məlumatı təqdim edən zaman burada çalışan jurnalistlər öz siyasi baxışlarını kənarda qoyurlar. Burada çalışanlar iş zamanı və ya işdən kənardakı davranışla-rının bütövlükdə “Amerikanın səsi”nə təsir etdiklərini dərk edirlər və jurnalistika sənətinin bütün standartlarına sadiq qalmalıdırlar. Onlar iş yerində komanda şəklində işləməyə, xeyirxahlığa, nəzakətli davranışa şərait yaratmaq və dün-yanın hər yerində “Amerikanın səsi”nə inamı və onun effektivliyini artırmaq üçün işləməlidirlər. Bir sözlə, bu media qurumunda çalışan təmsilçi işdən son-ra hara gedirsə-getsin, nə edirsə-etsin birmənalı olaraq radionun işçisi hesab olunur və bununla da həmin əməkdaşlardan davranışlarına nəzarət etmək və radionun prinsiplərinə xələl gətirəcək heç bir neqativ hala yol verməmək tələb olunur.

“Azadlıq” radiosunun Azərbaycan redaksiyasının (Bakı bürosu) marke-tinq üzrə meneceri Rafiq Məmmədli deyir ki, onlarda da əslində “Amerikanın səsi”ndəki kimidir, yəni işçilər sosial şəbəkələrdə (fərqi yoxdur nə zaman, iş vaxtı, işdən sonra) siyasi hadisələrə dair öz mövqeyini nümayiş etdirə bilməzlər. Bunun da səbəbi odur ki, “Azadlıq” radiosunun işçiləri harda çıxış etmələrindən asılı olmayaraq tərəfsiz görünməlidirlər. Rafiq Məmmədli bəzən istisnalar ol-duğunu da bildirir. Məsələn, bəzi radio əməkdaşları nəinki mövqe nümayiş etdirir, hətta siyasi proseslərin mərkəzində olur ki, nəticədə bu, cəmiyyətdə birmənalı qarşılanmır, yəni radionun mövqeyi kimi qəbul edilir. Radionun keç-miş əməkdaşı İlqar Rəsul isə deyir ki, vaxtilə o da burada müqavilə əsasında çalışıb. Amma ona və müqavilə əsasında çalışan digərlərinə bu qayda ciddi şəkildə tətbiq olunub. İlqar Rəsul hətta sözügedən qaydanı pozanların işdən kənarlaşdırılması faktlarının da şahidi olduğunu bildirir: “Bir vaxtlar sosial şəbəkədə siyasi düşüncəsini bölüşən, amma, əlbəttə ki, açıq-aydın mövqe ortaya qoyan müxbir radio ilə əməkdaşlıqdan kənarlaşdırılırdı. Amma son vaxtlar “Azadlıq” radiosunun müxbirlərini etiraz aksiyalarında iştirakçı kimi təqsirləndirilən bu və ya digər şəxsi dəstəkləmək məqsədilə məhkəmə bina-sının qarşısına yığışanların arasında da görmək olur”. İlqar Rəsulun sözlərinə görə, bəzən radionun əməkdaşlarının hansısa siyasi müraciətə imza atmaq hal-ları da olub ki, bunlar da sonradan arzuolunmaz nəticələrə gətirib çıxarıb: “Bir dəfə radionun üç əməkdaşı beynəlxalq təşkilatlara ünvanlanan müraciətə imza atmışdılar. Həmin müraciətdə Azərbaycanda ictimai, siyasi və dini baxımdan bir neçə məsələyə kəskin münasibət bildirilir, beynəlxaq təşkilatlardan yar-dım istənilirdi. Xeyli insanın imza atdığı bu müraciət yetərincə səs-küyə səbəb olmuşdu. Nəticədə mən canlı efirdə veriliş apararkən din sahəsində studiya-

Page 348: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

348

ya dəvət olunmuş mütəxəssis radionu tərəfkeşlikdə ittiham etdi. Səbəb kimi də əməkdaşların həmin siyahıya imza atmasını göstərdi”. “Azadlıq” radiosu Azərbaycan redaksiyasının digər sabiq əməkdaşı Rövşən Əliyevin qənaətincə, reportyorların sosial şəbəkələrdə istənilən mövzu ilə bağlı fikir bildirmələri on-ların çalışdıqları xəbər mediasının tərəfsizliyini şübhə altına qoyur və bu, ciddi xəbər mediasının nizamnaməsində öz əksini tapır.

Əslində, bu cür faktlar media qurumunun obyektivliyinə şübhə yaradır. Bu ziddiyyətli məqamdan danışan media ekspertləri vəziyyəti belə izah edirlər ki, bu cür halların baş verməsi özünü obyektiv və qərəzsiz adlandıran media qu-rumlarının nüfuzuna xələl gətirir. Əgər media rəhbərliyi belə hallara qarşı konk-ret tədbirlər görmürsə, onların qarşısının alınmasına məhəl qoymursa, deməli, bu məsələdə hansısa maraqlar rol oynayır. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının (Bakı bürosu) marketinq üzrə meneceri Rafiq Məmmədli radio rəhbərliyinin əməkdaşlara (siyasi hadisələrə münasibət bildirməkdən başqa) işlədikləri xəbəri, videosüjeti sosial şəbəkədəki səhifələrində yaymağı tövsiyə etdiyini deyir. Amma o, təəssüflə çox az hallarda əməkdaşların paralel olaraq informasiyalarını öz sosial şəbəkələrində yaydıqlarını da bildirir.

“Amerikanın səsi” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Fərhad Tapdıqoğlu isə sosial şəbəkələrdə çox sərbəst şəkildə fəaliyyət göstərdiyini, istənilən ictimai-siyasi hadisəyə münasibət bildirdiyini və mövqe nümayiş etdirdiyini deyir: “Mən burda “Amerikanın səsi”nin adından çıxış etmirəm. Bu, mənim şəxsi sosial şəbəkəmdir və istədiyim kimi hərəkət edirəm”. BBC Azərbaycan xidmətinin (radio online şəklində fəaliyyətini davam etdirir) pro-düseri Elçin Xəlilov BBC-nin qaydalarına zidd fikrin qəbuledilməz olduğunu vurğulayır. CNN kanalının ərəb xidmətinin əməkdaşının Fələstin lideri Yasir Ərafata öz sosial şəbəkəsində xoş sözlər yazdığını və İsrailə yaxın dairələrin onu paylaşdığını xatırladan Elçin Xəlilov həmin əməkdaşın işdən uzaqlaşdı-rıldığını deyir. Elçin Xəlilov təmsil olunduğu BBC-də buna oxşar hər hansı bir hadisənin indiyədək baş vermədiyini, amma olarsa, nəzərəalınma ehtimalının da mümkünlüyünü vurğulayır.

Bir sözlə, əməkdaşların sosial şəbəkələrdə tam sərbəstliyi və təmsil etdiyi media qurumuna zidd fəaliyyətləri cəmiyyətdə həmin medianın əməkdaşlarının tərəf kimi qəbul olunmaq təhlükəsi yaradan hallardan hesab oluna bilər.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı əməkdaşların agentliyin in-formasiyalarının sosial şəbəkələrdə də paralel şəkildə yaymalarının xüsusi öhdəlik kimi qoyulmadığını deyir. Müxbirlər yazılarının daha çox oxunması və sosial şəbəkədəki dostlarının rəyini öyrənmək üçün bunu özləri edirlər. Onun sözlərinə görə, “APA Holding”in əməkdaşları üçün peşə-davranış kodeksi qəbul edilib və əməkdaşlar bu kodeksə əməl edirlər (6).

Vüsalə Mahirqızı əməkdaşların sosial şəbəkələrdə özlərini ifadə etməkdə tam sərbəst olduqlarını da vurğulayır. Amma o da hesab edir ki, əməkdaş APA-nı təmsil etdiyi üçün harda olmasından asılı olmayaraq onun formatın-

Page 349: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

349

dan kənara çıxa bilməz: “Müxbirlər diqqətlərini çəkən istənilən məsələyə şərh yaza, istənilən informasiya və qeyri-informasiya vasitəsinin məlumatını paylaşa bilərlər. Şirkətin buna hər hansı müdaxiləsi yoxdur. Amma bir istisna var ki, müxbir əldə etdiyi informasiyanı sayta ötürməmişdən əvvəl onu ilk olaraq so-sial şəbəkədə paylaşa bilməz”.

Onu da qeyd edək ki, sosial şəbəklərin əhəmiyyətini nəzərə alan dünya-nın “Sinxua”, “Assoşieyted Press”, “Röyter”, “Kiodo” kimi aparıcı informasiya agentlikləri artıq sosial şəbəkələrlə iş şöbələri yaradıblar (5).

Azərbaycanda yalnız “APA Holding”in və “AzərTAc”ın sosial şəbəkələrlə iş şöbəsi fəaliyyət göstərir.

“Assoşieyted Press” İnformasiya Agentliyinin xəbər xidməti müxbirlərinə “Twitter”də öz fikirlərini bildirməyi, başqalarının yazdıqlarını orada təkrar pay-laşmağı (retweet) qadağan edib. “Assoşieyted Press”də düşünürlər ki, jurna-listin “Twitter”də başqalarının yazdıqlarını paylaşmasını oxucular həmin fikri onun bəyənməsi kimi anlaya bilərlər.

Hərçənd jurnalistlərin çoxu öz “Twitter” hesablarındakı bioqrafiya hissəsinə belə bir qeyd əlavə edir: “Retweetlər bəyənilmə kimi qəbul edilməməlidir”. An-caq, görünür, “Assoşieyted Press”in xəbər xidməti üçün bu cür qeyd kifayət etmir (2).

CNN-in baş redaktoru və Yaxın Şərq üzrə eksperti Oktavia Nasr “Hizbullah” terrorçusunun ölümü haqqında yazdığı tvitə görə 20 illik işini itirməli olub. “Kas-pi” qəzetinin baş redaktoru Natiq Məmmədli də hesab edir ki, rəhbərlik etdiyi qəzetdə çalışan jurnalistin mövqeyi qəzetin mövqeyi ilə üst-üstə düşməlidir.

“Assoşieyted Press” İnformasiya Agentliyinin direktor müavini Tomas Kentə görə, bəzən informasiya agentliyində çalışan jurnalist xəbəri peşə prinsiplərinə uyğun yaydıqdan sonra sosial şəbəkələrdə bununla bağlı öz fikirlərini bölüşür. Onun fikrincə, bunun özü də mübahisəli məsələdir. Bunu nəzərə alan “Asso-şieyted Press” öz müxbirlərinə yazdıqları xəbərlərlə bağlı sosial şəbəkələrdə məlumat yaymağı qadağan edib.

Nəticə

Müşahidələr göstərir ki, bütün yeni yaradılan sosial şəbəkələrə əvvəl cəmiyyətlər, sonra dövlətlər (dövlət qurumları) inteqrasiya edirlər. Əgər birincilər virtual aləmin bu müstəvisinə transfer olunmaqla özlərinin məlumat almaq, paylaşmaq və fəaliyyət imkanlarını artırmaq istəklərini reallaşdırmış olurlarsa, ikincilər bu prosesdən kənarda qalmamaq, yaranmış tarazsızlığı ba-lanslaşdırmaq və əlbəttə ki, mövcud vəziyyəti nəzarətdə saxlamaq məqsədi güdürlər. Məhz bu və ya digər maraqlar çəmiyyətin və dovlətin, rəsmi struk-turlarla qeyri-rəsmi qurumların, sadə insanların istər-istəməz bir araya gəlməsi zərurətini yaradır. Özü də hansısa qapalı və ya məhdud mühitdə yox, birba-şa hər kəs üçün açıq olan sosial şəbəkələrdə. Odur ki, medianın da bu sosial

Page 350: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

350

şəbəklərdə fəaliyyəti daha çox aktivlik və opretivlik tələb edir. Bütün təhlillər onu deməyə əsas verir ki, media təmsilçisi sosial şəbəkədə olduğu zaman unutmamalıdır ki, o, burda heç də sərbəst deyil. Yəni çalışdığı media qurumu-nun maraqlarına, profilinə əks hər hansı bir məlumat yaya bilməz. “Amerika-nın səsi”nin nizamnaməsində deyildiyi kimi: ““Amerikanın səsi”nin müxbiri hər yerdə “Amerikanın səsi”nin müxbiridir”.

Yeri gəlmişkən, APA İnformasiya Agentliyinin bu yaxınlarda qeyd olu-nan yubileyində əksər media qurumları agentliyi təbrik etməklə yanaşı, onu ölkənin bir saylı informasiya agentliyi adlandırmışdılar. Bu, artıq həmin media təmsilçilərinin bilmədən APA-nı reklam etməsi, özlərinin təmsil etdikləri media qurumunun isə antireklamı kimi xarakterizə oluna bilər.

İstifadə edilmiş ədəbiyyat:

1. Mahmudov N. Azərbaycanda sosial şəbəkələr və informasiya təhlükəsizliyi. // “Stra-teji təhlil” jurnalı, Bakı: CBS PP MMC, № 3, noyabr 2011, s. 151-163.

2. “Twitter” və jurnalistika: sərhəd haradan keçir? “Kaspi” qəzeti, 12 may 2012-ci il.3. Jovan Kurbalija. Internet Governance.5th Edition.4. http://www.amerikaninsesi.org/content/us-tvitter-diploma

cy-1-07-2011-136871168/725925.html (07.01.2012)/ ABŞ-ın Tvitter diplomatiyası5. http://gun.az/interview/68077 (30.03.2013)/ Aslan Aslanov: “Qloballaşan dünya

mass-mediada yeni trendlər yaradır”6. http://apaholding.az/az/page/14/ Этический кодекс7. www.azadliq.org8. www.bbc.co/uk/azeri

Almaz Nasibova The advantage of social networks over the traditional media and the

positive and negative aspects of media representatives’ activities in the social networks

Today, one of the most important issues that concerns the representatives of leading mass media of the world is the profound impact of social networks such as Facebook, Twitter and others on serious media outlets. If the power centers, the United States, European countries built their policies on the basis of information received from traditional media sources, today, they are too, inclined to information made available on social networks. The Azerbaijani lingual bureau and representatives of radio Voice of America, Liberty and the BBC are active in social networks as well, much like the rest of the media out-lets of the world. Correspondents post on their web pages materials that are prepared for radio, regardless of whether it is a news piece or a video clip, and share materials and other news of their colleagues. There is no doubt that these do not only expand the radio audience, but also present the level of acti-

Page 351: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

351

vity of correspondents with help of their prepared materials. However, there is also the fact that media representatives are not completely free in their social networks. According to media experts, expression by reporters of thoughts concerning any subjects on social networks calls into question the impartiality of news media in which they serve.

Алмаз НасибоваПревосходство социальных сетей над традиционными СМИ. Положительные и отрицательные стороны деятельности представителей СМИ в социальных сетях

Сегодня один из актуальных вопросов, беспокоивших представителей ведущих СМИ мира – это большое влияние таких социальных сетей как Facebook, Twitter и других на медиа ресурсы. Если США и Европейские страны раньше строили свою политику на основе информации, получен-ной из традиционных медиа источников, то теперь они сами тоже стали склоняться к информации, распространяемой в социальных сетях. В со-циальных сетях как и все медиа органы мира активны и азербайджано-язычные бюро и представители радио Голос Америки, Свобода и ВВС. Корреспонденты медия-холдингов размещают на своих страницах мате-риалы и видеосюжеты, делятся материалами и другими новостями своих коллег. Таким образом они не только расширяют аудиторию, но и повы-шают тем самым качество своей деятельности. Вместе с тем представи-тели СМИ не вполне свободны в своих действиях в социальных сетях. По мнению медиа экспертов, выражение репортерами в социальных сетях своих мыслей ставит под сомнение беспристрастность новостных медиа, которым они служат.

Page 352: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

352

Page 353: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

353

MÖVQE

Page 354: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

354

Page 355: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

355

Açar sözlər: menecer, karyera, təhsil, kiçik və orta biznes, istehsal

Key words: manager, career, education, small and medium-sized businesses, production

Ключевые слова: менеджер, карьера, образование, малого и среднего бизнеса, производство

Kiçik və orta sənaye biznesində gənc

menecerlərin rolu (“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunur)

Rüfət ƏZİZOV Avropa Milli Mühəndislər Assosiasiyaları Federasiyasının Mərkəzi Şurasının üzvü, “Unimetal”MMC şirkətinin baş direktoru, kimya üzrə fəlsəfə doktoru

[email protected]

Page 356: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

356

Azərbaycanda neft sənayesinin inkişafı digər sənaye sahələrinin inkişafına da təsir göstərir. Hal-hazırda özəl sektorda kiçik və orta sənaye şirkətlərinin yaranmasında çoxlu sayda təşəbbüslər müşahidə edilir. Təcrübə göstərir ki, əksər hallarda kiçik və orta biznesdə biznes təhsili olmayan əsas idarə edənlər ya təsisçilərin özləri, ya da onlara yaxın adamlar olur. Lakin həmin insanların şəxsi həyat təcrübələri və geniş əlaqələri olur. Bu şəxsi təcrübələrin əsas hissəsi satışlarla bağlı olur. Belə bir ifadə var ki, mal istehsal etmək üçün həmin malın satışında təcrübənin olması vacibdir.

Son 2-3 il ərzində bu sahədə dəyişikliklər müşahidə edilir. Belə ki, kiçik və orta sənaye şirkətləri muzdlu idarəçilər axtarmağa başlayıblar. Fikrimizcə, belə vəziyyət 10-15 il davam edəcək. Getdikcə daha peşəkar kadrlar, xüsusilə menecerlər, yaxşı texniki təhsili və idarəetmə bacarığı olan mühəndislər tələb olunacaq. Bu, biznesdə azad rəqabətin tələbidir. Çünki menecerin hər bir kiçik səhvi böyük itkilərə səbəb ola bilər. Burda belə bir sual yaranır: Orta və kiçik sənaye şirkətləri üçün bu qədər peşəkar mühəndis-menecer hardan tapılacaq? Çünki, demək olar ki, bu kiçik şirkətlər təcrübəsi olmayan şəxsləri işə qəbul etmirlər, gənc kadrların kiçik şirkətlərdə sıfırdan başlamalarına fürsət verilmir, işçi heyətin inkişaf proqramları yoxdur. Bu, o deməkdir ki, öz şirkətində (kiçik və orta biznesdə) zəruri peşəkar kadr əldə etmək çətindir. Müşahidələr göstərir ki, belə kadrların əsas mənbəyi iri sənaye müəssisələridir. Xoşbəxtlikdən Azərbaycanda belə iri şirkətlər mövcuddur və gənc kadrların yetişdirilməsində onların böyük rolu var.

1994-ci ildə neft müqavilələrinin imzalanması təkcə ölkənin dinamik iqtisadi inkişafının təməlini qoymadı, eyni zamanda gənc kadrların yetişdirilməsi üçün də geniş imkanlar yaratdı. Bu, ümummilli lider Heydər Əliyev tərəfindən olduqca vacib və vaxtında atılmış strateji addım idi. “BP”, “Statoil”, “Halliburton”, “Shlumberger” və digər bu cür beynəlxalq şirkətlərin fəaliyyəti gənc kadrların yetişdirilməsi üçün geniş imkanlar yaratdı. Bu şirkətlərin proqramlarında minlərlə menecer uğurlu karyera qura bildi. Bu gün isə həmin menecerlər yerli kiçik və orta sənaye şirkətləri tərəfindən işə dəvət olunur. Yüksək məvacib, aparıcı vəzifə kimi üstünlüklərlə bərabər, gənc menecerlər bəzən qeyri-adi hadisələrlə də rastlaşırlar. Misal üçün, sistemli strukturdan qarma-qarışıq struktura, bürokratiyadan dinamikaya və yaxud demokratiyadan diktator sahibkarın əlinə düşürlər. Belə olan halda bu gənc kadrların bir çoxu iş yerlərini dəfələrlə dəyişir, bəziləri yenidən iri şirkətlərə qayıdır, amma nəticədə orta və kiçik biznesin əsl liderləri qalır. Onların fikrincə, “okeanda kiçik balıq olmaqdansa, kiçik akvariumda iri balıq olmaq yaxşıdır”. Onlar başa düşürlər ki, iri şirkətlərdə onlar böyük kompressorun kiçik boltuna bənzəyirlər və bu bolt hər an dəyişdirilə bilər. Bir sözlə, belə proseslər zamanı orta və kiçik biznes sahibləri çətin şəraitdə işləməyə öyrəşən peşəkar menecerləri əldə etməklə qabağa düşürlər.

Gəlin, kiçik və orta sənaye biznesində baş menecerin üzərinə düşən vəzifələrə nəzər salaq və iri şirkətlərdəki kadrlar ilə müqayisə edək.

Page 357: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

357

Kiçik şirkətlərdə əksər hallarda istehsalat ilə bağlı problemlərin həlli üçün qısa bir zamanda tez qərar qəbul etmək zərurəti yaranır. Misal üçün, kompressorun motoru sıradan çıxıb, ehtiyatda da yoxdur, hətta avadanlığın xüsusiyyətlərinin məlumat bazası və qeydiyyat nömrəsi yoxdur, onun pasportunu tapmaq çətindir, hətta ola bilər ki avadanlığın üstündə birkası da olmasın. Bütün bunlara baxmayaraq problemi həll etmək lazımdır, istehsalı dayandırmaq olmaz. Bu cür hallarda iri şirkətlərdən olan gənc menecerlər tez hərəkətə keçməyə çətinlik çəkirlər, çünki standart və prosedur üzrə işləməyə, birgə qərar verməyə öyrəşiblər. Hər hansı bir avadanlığın və ya onun ehtiyat hissəsinin sifarişini vermək üçün mütəxəssislərdən bir neçə təsdiq almağa öyrəşdiklərinə görə onlar bəzən məsuliyyəti üzərlərinə götürməkdən çəkinirlər. Neft senayesindən gələn menecerlər istehsalat prosesinin və işçi heyətinin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirirlər. Sözsüz ki bu, çox vacib amildir, amma həddindən artıq ehtiyatlı davranış işin kecikməsinə səbəb ola bilər. Şübhəsiz, bu, təsisçilər tərəfindən yaxşı qarşılanmır. Amma bir müddət keçəndən sonra həmin menecerlər yeni, müasir struktur tətbiq edir və hər kəsə vəzifəsini bildirirlər. Bunun üçün qısa yollardan istifadə etmək və artıq kağız işindən çəkinmək lazımdır.

Baş menecer (baş direktor) şirkətin strateji planlaşmasına məsul şəxsdir. O, təkcə istehsalat prosesinin planlaşdırılmasına görə deyil, eyni zamanda satış, marketinq, maliyyə, təchizat, filialların açılması, bağlanması və digər məsələlərə görə də cavabdehdir. Texniki təhsilli, iri sənaye şirkətlərindən olan menecerlər bu məsələlərdə daha inamlıdırlar. Çünki onlar əvvəlki iş yerlərində (transmilli korporasiyalarda) təkcə bir istiqamətdə yox, bir neçə istiqamətdə hazırlanırlar. Təcrübə göstərir ki, qısa müddətə (1-2 ilə) böyük şirkətlərdən gələn mühəndis-menecerlər orta və kiçik biznesdə baş direktor kimi şirkəti strateji inkişafa aparmağa qadirdirlər. Bunun üçün hər bir kiçik detal barəsində fikirləşib, hər şeyi mükəmməl yerinə yetirməyə ehtiyac yoxdur. Əsas amil təsisçiləri bütün sahələr üzrə strateji inkişaf planının hazırlanmasının vacibliyinə inandırmaqdır.

Baş menecer şirkətin maraqlarını təmsil edən əsas şəxsdir. Qeyd etmək lazımdır ki, gənc mühəndis-menecerlər şirkətin maraqlarını lazımi qaydada təmsil etməyi bacarırlar. Yaşlı nəsildən fərqli olaraq, gənc menecerlər ünsiyyət qaydalarını, danışıqlar aparmağı bacarır və etimadı doğruldurlar. Sovet dövrünün təcrübə məktəbini keçmiş menecerlərin özlərinə məxsus danışıq aparmaq üsulları var. Onlar hər zaman fikirləşirlər ki, tərəfdaşları onları aldadır. Onlar danışıq protokollarını qeyd etmir, işçilərə vəzifələrini tam bildirmir, hətta komanda üzvlərinə bütün məlumatı açıqlamırlar. Belə məsələlərdə gənc menecerlər diqqətli olmalı və yaşlı nəslin nümayəndələri ilə mübahisədən çəkinməlidirlər.

Gənc baş menecer üçün şirkətin idarəetmə və inkişaf konsepsiyasını hazırlamaq çox vacibdir. Köhnə sistem ilə işləyib, ona alışmaq əksər hallarda nəticə vermir. Yeni konsepsiyada informasiya texnologiyaları, müasir marketinq

Page 358: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

358

üsulları, müştərilərlə iş qaydası, təchizat sistemi, ölkədə və dünyada mövcud olan iqtisadi böhranlar nəzərə alınmalıdır. Konsepsiyaya kiçik və uzunmüddətli məqsədlər daxil edilməlidir. Baş menecer kifayət qədər qərarlı və güclü insan olmalıdır ki, lazım gələndə təsisçiləri çətin strateji qərarın verilməsinə vadar edə bilsin (misal üçün, yeni sənaye xətlərinin açılması, gəlir gətirməyən köhnə sahələrin bağlanması və s. məsələlərdə). Konsepsiya həmçinin şirkət daxilində sosial amilləri və davranış normalarını müəyyən etməlidir. Şirkət daxilində işçi heyəti üçün nəzarət, təhsil və inkişaf sistemlərinin yaradılması zəruridir. Çox vaxt kiçik və orta şirkətlər bunlardan məhrum olurlar.

Uğurlu karyera üçün gənc menecerə və ya baş menecerə texniki təhsil ilə bərabər, MBA dərəcəsini almaq zəruridir. Onun innovasiyaların idarə edilməsi, strateji idarəçilik, kreativ həll yolları, kollektivin idarə edilməsi, marketinq, satış, investisiya, vergilər və s. kursları keçməsi vacibdir.

Kiçik biznesdə baş menecer olmaq istəyən gənc mühəndis-menecer bir amili də anlamalıdır ki, müasir şirkətin əsas məqsədi öz istehsalının satışıdır. Müasir dövrdə yaxşı satışa nail olmaq üçün yaxşı istehsalat xəttinin olması və standart marketinq kampaniyası həyata keçirmək kifayət deyil. Burada şou-biznesdə olduğu kimi şirkət simalarının piarı da vacib amillərdəndir.

Tendensiya göstərir ki, mühəndis-menecerin uğurlu karyerası üçün tanınmış iri şirkətdə orada çox qalmamaq şərti ilə gənc mütəxəssis kimi fəaliyyətə başlamaq, əsas treyninqləri keçib, 4-5 il təcrübə toplayandan sonra kiçik və ya orta biznesdə menecer vəzifəsinə yönəlmək olar. 10-15 il təcrübəsi olan şəxs artıq öz kiçik istehsalat biznesini aça və ya orta biznesli şirkətin baş meneceri işləyə bilər.

İstifadə edilmiş ədəbiyyat:

1. Jeffrey K. Likers - Gary L. Convis. Toyota Way to Lean Leadership. Optimist, 2013.2. Schoemaker, Paul J.H, with Robert E. Gunther. Profiting from Uncertainty: Strategies

for Succeeding No Matter What the Future Brings. New York: Free Press, 2002.3. Day, George, and Paul J.H. Schoemaker.Peripheral Vision: Detecting the Weak

Signals That Will Make or Break Your Company. Boston, Mass: Harvard Business School Press, 2006.

4. Josh Kaufman. The personal MBA, 2010.5. Maxwell, John C.Thinking for a Change: 11 Ways Highly Successful People Approach

Life and Work. Warner Business, 2003.

Rufat AzizovThe role of young managers in middle and small size industrial business

The “contract of century” in 1994 marked the beginning of a new era for the Azerbaijan oil industry development, which also fueled the development of other industrial segments. The small and middle size industrial companies

Page 359: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

359

are usually managed by owners, but the last 2-3 years they have started to employ professional general directors. According to observations, the key source of these managers is big industrial organizations such as BP, Statoil, Halliburton, Schlumberger and a lot others, as in these companies there are extensive opportunities for young professionals to develop themselves. Based on development programs of these companies many managers have already done successful carriers. Usually such managers are employed by local small and middle industrial companies. In this article, the responsibilities of managers in small and middle industrial business are widely discussed and how a professional coming from big companies capable of carrying out these responsibilities is comprehensively examined.

It is very important for a manager to act very quickly in case of production problems in the facility. The lead manager (General Director) is also responsible for strategic planning in the company. The lead manager is the main person representing company interests. Young managers from big companies with technical background, seem to be very successful in all these questions. The experience shows that managers – engineers are capable to understand and work out strategic development plan of small and middle size companies. They usually establish new conception of management system, assuming information technologies, modern methods of marketing, client services, procurement, and economic crisis within region and in the world.

Руфат АзизовРоль молодых управляющих в среднем и малом промышленном

бизнесе

Подписание «контракта века» в 1994 году стало началом бурного раз-вития нефтяной промышленности Азербайджана, что в свою очередь потянуло за собой развитие и других отраслей промышленности. В по-следние 2-3 года малые и средние промышленные предприятия начали искать наемных управляющих, в то время как раньше ими управляли сами учредители. Наблюдения показывают, что основным источником этих ка-дров являются крупные промышленные организации, такие как BP, Statoil, Halliburton, Schlumberger и многие другие, которые профессионально подготавливают молодых кадров к дальнейшей карьере. В программах этих компаний сделали удачные карьеры тысячи менеджеров. Именно эти менеджеры на сегодняшний день охотно нанимаются средним и ма-лым звеном местного бизнеса. В статье широко обсуждаются функции главного управляющего в малом и в среднем промышленном бизнесе

В малых предприятиях менеджерам в большинстве случаев надо дей-ствовать очень быстро в решении проблем связанных с производством. Главный управляющий (генеральный директор) – это также ответствен-

Page 360: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

360

ный за стратегическое планирование в компании. Главный управляющий является человеком представляющим интересы компании. Опыт пока-зывает, что за короткий срок (1-2 года) менеджеры-инженеры способны понять и разработать план полного стратегического развития малого и среднего бизнеса. В большинстве случаев, они разрабатывают свою соб-ственную концепцию управления, в которой принимаются во внимание информационные технологии, современные методы маркетинга, работа с клиентами, система снабжения, экономические кризисы в регионе и мире.

Page 361: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

361

Jurnal haqqında

“STRATEJİ TƏHLİL” jurnalı 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3236 qeydiyyat nömrəsi ilə dövlət reyestrinə alınmışdır.

Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata alınmış (ISSN 2078-8037) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 aprel 2010-cu il tarixli (protokol № 10-R) qərarı ilə “tarix, antropologiya və siyasi elmlər” üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.

Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.

Jurnalın elmi məqsədi “Strateji təhlil” jurnalında əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat,

hüquq, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və psixologiya kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.

Ümumi qaydalar

Məqalələrin məzmunuMəqalələr aktual mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik

tələblərə cavab verməlidir. Elmi məqalənin “Giriş” hissəsində mövzunun aktuallığı əsaslandırılmalı, “Mətn” hissəsində tədqiq edilən məsələlər, qaldırılan problemlər bölmələr üzrə ətraflı şərh edilməli, “Nəticə” hissəsində elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməli, təklif və tövsiyələr irəli sürülməlidir.

1. Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmiRedaksiyaya təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi

nəşrlərin qarşısında qoyduğu tələblərə (http://aak.gov.az) və Strateji Araşdırmalar Mərkəzinin qaydalarına (www.sam.gov.az) tam cavab verməlidir.

1) Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:- UOT indekslər və ya PACS tipli kodlar;- “Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”,

“Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”; - “Açar sözlər” (Azərbaycan, ingilis və rus dillərində - 5 söz və söz birləşməsindən az

olmayaraq), - “Giriş”, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat

siyahısı” - “Xülasə” (Azərbaycan, ingilis və rus dillərində - 6-7 cümlədən az olmayaraq)

göstərilməlidir.2) Əlyazmaların mətni Microsoft Office Word proqramında A4 (210 x 297mm)

formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm, soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır.

3) Məqalənin başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük

MÜƏLLİFLƏR ÜÇÜN YADDAŞ

Page 362: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

362

olmaqla, qalın şriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.

4) Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.

Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli, “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.

Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop, CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.

Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılmalıdır. Əlyazmada istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır.

5)Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələrin həcmi 8 səhifədən az olmamalıdır.6) Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin

sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlinən ardıcıllıqla (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalı), ya da əlifba ardıcıllığı ilə nömrələnməlidir. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam, dəqiq və orjinalın dilində olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.

Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş ədəbiyyat” siyahısında aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:a) Kitablar: Adilov M.İ., Həsənov İ.C. Qloballaşma və milli mənəvi dəyərlər. Bakı: “Elm”, 2012,

-476 s.b) Jurnallar: Şixəliyev E.İ. Ermənilərin “din” strategiyasının əsas istiqamətləri. // “Strateji təhlil”

jurnalı, №7(35), Bakı: “Elm”, 2013, s. 32-45. c) Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər): “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli

inkişaf modelinin formalaşması problemləri”. / Respublika elmi-praktiki konfransının materialları. Bakı: “Şərq-Qərb”, 2010, s. 314-316.

ç) Dissertasiyalar və avtoreferatlar: Məmmədov H.B. Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin

aktoru kimi. Elmlər doktoru dissertasiyasının avtoreferatı, Bakı: “Elm”, 2013, - 44 s.d) Müəlliflik şəhadətnamələri və patentlər: Алиев С.Г., Джалалов К.Х. А.С. 163514, СССР // Б.И. 1988, № 4, c.50 Langsam M., Savoca A. C.L. Pat. 4759776, USA, 1988.e) İnternet səhfələri (internet səhfələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə

Page 363: STRATEJİ TƏHLİL

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL

363

olunduğu tarix göstərilmək şərtilə tam ünvan şəklində olmalıdır): http://www.stat.gov.az/# (15.11.2013) / 2013-cü ilin yanvar-oktyabr aylarında

ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə,

monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir. Mətndə istifadə edilməyən mənbələr “İstifadə edilmiş ədəbiyyat” hissəsində

göstərilməməlidir.

2. Məqalənin redaksiyaya təqdim edilmə qaydası Məqalənin orijinalı 2 nüsxədə (həmçinin elektron forması kompakt diskdə)

tədqiqatın aparıldığı müəssisənin göndəriş məktubu və elmi şurasının müvafiq iclas protokolundan çıxarış ilə birgə müəllif(lər)in özü tərəfindən redaksiyaya (AZ 1005, Bakı şəhəri, M.İbrahimov küçəsi 8. Strateji Araşdırmalar Mərkəzi) təqdim edilməlidir. Əlyazma mütləq müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir.

Müəlliflər redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq “Müəllif anketi”ni doldurmalıdırlar. Göndəriş məktubu və müəllif anketinin nümunəsini jurnalın internet səhifəsindən (www.sam.az) və ya redaksiyadan götürmək olar.

Məqalələrin elektron qaydada təqdim edilməsi də mümkündür. Bunun üçün müəlliflər məqalələrini jurnalın elektron poçtuna ([email protected]) göndərməlidirlər.

3. Məqalələrin resenziyalaşdırılması və dərci Redaksiyaya təqdim edilən məqalələr (əlyazmalar) mütəxəssislər (resenzentlər)

tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa tövsiyə və ya təqdim edilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Məqalələr resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə dərc edilir.

4. Müəlliflik hüquqları Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin

bütün nəşr hüquqları “Strateji təhlil” jurnalına aiddir. Jurnalda çap edilmiş məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə göstərilmək şərti ilə yol verilir.

Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.

Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr çap edilmir.

5. Nəşrin müəlliflərə təqdim edilməsi Dərc olunmuş məqaləyə görə müəllifə qonorar və jurnalın bir nüsxəsi verilir.6. Redaksiyanın ünvanı AZ 1005, Bakı şəhəri, M.İbrahimov küçəsi 8. Strateji Araşdırmalar Mərkəzi.7. Ələqə telefonları 596-82-36/37 (daxili 130/137).

“STRATEJİ TƏHLİL” jurnalının redaksiyası

Page 364: STRATEJİ TƏHLİL

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014

364

QEYD ÜÇÜN