33
Vladimir Lenin Karl Marks (Qısa bioqrafik oçerk, marksizmin izahı ilə) 1914–cü ilin iyul avqust aylarında yazılmışdır. İlk dəfə 1915–ci ildə Qranat ensiklopedik lüğətinin 1–ci nəşrinin 28–ci cildində nəşr edilmişdir. İmza: V.İlyin Müqəddimə 1918–ci ildə yazılmışdır. 1918–ci ildə V.Lenin “Karl Marks” broşurasında “Priboy” nəşriyyatında Moskvada nəşr edilmişdir. MÜQƏDDİMƏ Karl Marks haqqında indi ayrıca kitabça şəklində nəşr olunan məqaləni (yadımdadırsa) 1913-cü ildə Qranat lüğəti üçün yazmışdım. Məqalənin axırında, başlıca olaraq xaricdə, Karl Marks haqqında nəşr olunan ədəbiyyatın çox müfəssəl siyahısı əlavə edilmişdi. İndiki nəşrdə bu ixtisara salınmışdır. Sonra lüğətin redaksiyası Marks haqqındakı məqalənin axırında, Marksın inqilabi taktikasının şərhinə görə çıxarıb atmışdı. Təəssüf ki, məqalənin həmin son hissəsini burada yenidən yazmağa imkanım yoxdur, çünki onun qarası Krakovdamı, yoxsa İsveçrədə - harada isə kağızlarımın içində qalmışdır. Ancaq yadımdadır ki, məqalənin bu son hissəsində mən Marksın Engelsə yazdığı 16.IV.1856-cı il tarixli məktubun bir yerini sitat gətirmişdim. Məktubun həmin yerində Marks yazırdı: Almaniyada hər şey proletar inqilabını kəndli müharibəsinin bir növ ikinci nəşri ilə möhkəmləndirməyin mümkün olub-olmayacağından asılı olacaqdır. Bu mümkün olarsa, iş çox yaxşı olar. İndi yuvarlanıb sosializmə tam xəyanət dərəcəsinə, burjuaziyanın tərəfinə keçmək dərəcəsinə çatan bizim menşeviklər 1905-ci ildən bəri məhz bunu anlamamışlar.

Vladimir Lenin – Karl Marks

  • Upload
    vodien

  • View
    252

  • Download
    2

Embed Size (px)

Citation preview

Page 1: Vladimir Lenin – Karl Marks

Vladimir LeninKarl Marks

(Qısa bioqrafik oçerk, marksizmin izahı ilə)1914–cü ilin iyul avqust aylarında yazılmışdır. İlk dəfə 1915–ci ildə Qranat ensiklopedik lüğətinin 1–ci nəşrinin 28–ci cildində nəşr edilmişdir. İmza: V.İlyinMüqəddimə 1918–ci ildə yazılmışdır.1918–ci ildə V.Lenin “Karl Marks” broşurasında “Priboy” nəşriyyatında Moskvada nəşr edilmişdir.

MÜQƏDDİMƏ 

Karl Marks haqqında indi ayrıca kitabça şəklində nəşr olunan məqaləni (yadımdadırsa) 1913-cü ildə Qranat lüğəti üçün yazmışdım. Məqalənin axırında, başlıca olaraq xaricdə, Karl Marks haqqında nəşr olunan ədəbiyyatın çox müfəssəl siyahısı əlavə edilmişdi. İndiki nəşrdə bu ixtisara salınmışdır. Sonra lüğətin redaksiyası Marks haqqındakı məqalənin axırında, Marksın inqilabi taktikasının şərhinə görə çıxarıb atmışdı. Təəssüf ki, məqalənin həmin son hissəsini burada yenidən yazmağa imkanım yoxdur, çünki onun qarası Krakovdamı, yoxsa İsveçrədə - harada isə kağızlarımın içində qalmışdır. Ancaq yadımdadır ki, məqalənin bu son hissəsində mən Marksın Engelsə yazdığı 16.IV.1856-cı il tarixli məktubun bir yerini sitat gətirmişdim. Məktubun həmin yerində Marks yazırdı: Almaniyada hər şey proletar inqilabını kəndli müharibəsinin bir növ ikinci nəşri ilə möhkəmləndirməyin mümkün olub-olmayacağından asılı olacaqdır. Bu mümkün olarsa, iş çox  yaxşı olar. İndi yuvarlanıb sosializmə tam xəyanət dərəcəsinə, burjuaziyanın tərəfinə keçmək dərəcəsinə çatan bizim menşeviklər 1905-ci ildən bəri məhz bunu anlamamışlar.

  N.Lenin Moskva,14.V.1918 

Marks Karl  1818-ci ildə yeni üsulla mayın 5-də Trir şəhərində (Reynboyu Prussiya) anadan olmuşdur. Onun atası vəkil olub 1824-cü ildə protestantlığı qəbul etmiş yəhudi idi. Ailəsi varlı və mədəni bir ailə idi, lakin inqilabçı ailə deyildi. Marks Trirdə gimnaziyanı qurtaran kimi, əvvəlcə Bonnda, sonra isə Berlində universitetə daxil olub hüquq elmlərini, ən çox isə tarix və fəlsəfəni öyrənirdi.1841-ci ildə Epikür fəlsəfəsi haqqında universitet dissertasiyası yazıb oranı bitirmişdir.O zamanlar Marks öz baxışları cəhətdən hələ hegelçi-idealist idi.O, Berlində Hegelin fəlsəfəsindən ateist və inqilabi nəticələr çıxarmağa çalışan sol hegelçilər  dərnəyinə (Bruno Bayer və başqaları) qoşulmuşdu.     Universiteti qurtardıqdan sonra, Marks professor olmaq ümidi ilə Bonna köçür.Lakin 1832-ci ildə Lüdviq Feyerbaxı kafedradan məhrum edən,1836-cı ildə onu yenə də universitetə buraxmayan,1841-ci ildə gənc professor Bruno Bayeri Bonnda mühazirə oxumaq hüququndan məhrum edən hökumətin

Page 2: Vladimir Lenin – Karl Marks

mürtəce siyasəti Marksı alimlik yolu ilə getməkdən əl çəkməyə məcbur edir.Bu zaman Almaniyada sol hegelçilik baxışları çox sürətlə inkişaf edirdi.Lüdviq Feyerbax xüsusilə 1836-cı ildən etibarən teologiyanı tənqid etməyə və materializmə tərəf dönməyə başlaayır və 1841-ci ildə Feyerbaxın baxışlarında materializm tamamilə üstün gəlir (“Xristianlığının mahiyyəti”); 1843-cu ildə yenə onun “Gələcəyin fəlsəfəsinin əsas müddəaları”  adlı əsəri çıxır. Sonralar Engels Feyerbaxın bu əsərləri haqqında yazmışdır ki,bu kitabların azadedici təsirini hiss etmək lazım idi. “Biz” (yəni sol hegelcilər,o cümlədən Marks) “dərhal feyerbaxçı olduq”. Sol hegelçilərlə yaxınlığı olan Reyn  radikal burjuaları bu zaman Kölndə “Reyn Qəzeti” adlı müxalifətçi bir qəzet təsis etdilər (1842-ci il yanvarın 1-dən çıxmağa başlamışdı). Marks və Bruno Bayer bu qazetə baş əməkdaş sifətilə dəvət olunmuşdular;1842-ci ilin oktyabr ayında isə Marks baş redaktor olur və Bondan Kölnə köçür. Qəzetin inqilabçı-demokratik məsləki Marksın redaktorluğu vaxtı gündən-günə daha müəyyən bir şəkil alırdı,odur ki,hökumət əvvləcə bu qəzeti iki və üçqat senzuradan keçirirdi,sonra isə 1843-cü il yanvarın 1-dən tamamilə bağlamaq qərarına gəldi. Marks bu zaman redaktorluqdan əl çəkməli olur,lakin onun getməsi kömək etmir və qəzet 1843-cü ilin mart ayında bağlanır.Engels, Marksın “Reyn Qəzeti” ndə çap olunmuş böyük məqalələrindən əlavə, bir də Mozel vadisindəki şərabçı kəndlilərin vəziyyəti haqqındakı məqaləsini qeyd edir. Marks qəzetdə işləyərkən siyasi iqtisadı kifayət qədər bilmədiyini görür və böyük bir səylə siyasi iqtisadı öyrənməyə başlayır.     1843-cü ildə Marks Kreytsnaxda, uşaq yaşlarından dostluq elədiyi və hələ tələbə ikən nişanlandığı Cenni fon Vestfalenlə evlənmişdir. Onun arvadı Prussiyanın irticaçı zadəgan ailəsindən idi. Cenni fon Vestfalenin böyük qardaşı ən şiddətli irtica dövrlərindən birində,1850–1858-ci Prussiyada daxili işlər naziri olmuşdu.1843-cü ilin payızında Marks Parisə gəlir ki, xaricdə Arnold Ruge(1802–1880; sol hegelçi idi,1843-cü ildən sonra mühacir, 1866–1870-ci illərdən sonra bismarkcı olmuşdur) ilə birlikdə radikal bir jurnal çıxartsın. Bu “Alman-Fransız Salnaməsi”  jurnalının ancaq birinci nömrəsi çıxmışdır. Jurnalı Almaniyada gizli yaymaq çətin olduğuna və Marks ilə Ruge arasında ixtilaf əmələ gəldiyinə görə jurnal daha çıxmadı. Marks bu jurnaldakı məqalələrində artıq bir inqilabçı kimi çıxış edir, “mövcud olan nə varsa, hamısını amansız tənqid etmək”, xüsusən  “silahla tənqid etmək”  fikrini irəli sürür, kütlələrə və proletariata müraciət edir.      1844 – cü ilin sentyabr ayında Fridrix Engels bir neçə günlüyə Parisə gəlir və bu zamandan etibarən Marksın ən yaxın dostu olur. Onlar ikilikdə Parisin inqilabçı qruplarının o zamankı coşğun fəaliyyətində ən qızğın  surətdə iştirak edirdilər (o zamanlar Prudon təliminin xüsusilə böyük əhəmiyyəti  vardı və Marks 1847-ci ildə çıxan “Fəlsəfə yoxsulluğu” adlı əsərində bu təlimi qətiyyətlə darmadağın etdi) və xırda burjua sosializminin müxtəlif təlimlərinə qarşı kəskin mübarizə apararaq, inqilabçı proletar sosializminin  və ya kommunizmin (marksizmin) nəzəriyyə və taktikasını hazırladılar (Marksın bu dövrdəki,1844–1848-ci illərdəki əsərlərinə dair Ədəbiyyata bax). 1845-ci ildə Marks Prussiya hökumətinin tələbi ilə, təhlükəli bir inqilabçı kimi Parisdən sürgün edilir. O, Brüsselə köçür.1847-ci ilin yazında Marks və Engels gizli təbliğat cəmiyyəti olan “Kommunistlər ittifaqı” na qoşulur,bu ittifaqın II qurultayında (1847-ci ilin noyabrında, Londonda) ən fəal surətdə iştirak edir və ittifaqın tapşırığı ilə 1848-ci ilin fevral ayında çıxmış olan məhşur “Kommunist  Partiyasının Manifesti” ni tərtib edirdilər. Bu əsərdə yeni bir dünyagörüşü, ictimai həyat sahəsini də əhatə edən ardıcıl materializm, inkişaf haqqında ən müfəssəl, ən dərin bir təlim olan dialektika, sinfi mübarizə nəzəriyyəsi və yeni cəmiyyətin, kommunizm cəmiyyətinin yaradıcısı olan proletariatın bütün dünya tarixində oynadığı inqilabi rol haqqında nəzəriyyə dahiyanə bir aydınlıqla şərh edilmişdir.     1848-ci il fevral inqilabı başlandıqda Marks Belçikadan sürgün edilir. O, yenə Parisə gəlir, oradan da mart inqilabından sonra Almaniyaya, Kölnə köçür. Orada 1848-ci il iyunun 1-dən 1849-cu il mayın 19-dək  “Yeni Reyn Qəzeti” çıxırdı və onun baş redaktoru Marks idi.Sonralar bütün dünya

Page 3: Vladimir Lenin – Karl Marks

ölkələrində baş verən bütün proletar hərakatı və demokratik hərakat bu yeni nəzəriyyənin doğruluğunu təsdiq etdiyi kimi, 1848–1849-cu illərdəki inqilabi hadisələrin gedişi də onu tamamilə təsdiq edir.Qalib gələn əksinqilab Marksı əvvəlcə məhkəməyə verir(1849-cu il fevralın 9-da bəraət qazanır), sonra isə (1849-cu il mayın 16-da) Almaniyadan sürgün edir. Marks əvvəlcə Parisə gedir,1849-cu il iyunun 13-dəki nümayişdən sonra buradan da sürgün edilib Londona köçür və ömrünün axırına qədər orada yaşayır.     Marksla Engelsin bir-birinə yazdıqları məktublardan (1913-cü ildə nəşr edilmişdir) xüsusilə aydın göründüyü kimi,Marks mühacirətdə çox ağır şəraitdə yaşamışdır.Ehtiyac Marksı və onun ailəsini tamamilə boğurdu;Engels böyük bir fədakarlıqla daim ona pul göndərib kömək etməsəydi, Marks nəinki  Kapital ı yazıb başa çatdıra bilməzdi,hətta yoxsulluğu üzündən hökmən həlak olub gedərdi.bundan başqa, xırda burjua sosializminin və ümumiyyətlə qeyri-proletar sosializminin bir çox təlim və cərəyanları Marksı daim amansız mübarizə aparmağa ,bəzən ən quduzcasına və vəhşilikləedilən şəxsi hücumların qarşısını almağa məcbur edirdi ( “Nerr Vogt”).Marks mühacir dərnəklərindən kənarda duraraq, bir sıra tarixi əsərlərində öz materialist nəzəriyyəsini hazırlayır və əsasən öz qüvvəsini siyasi iqtisadı öyrənməyə həsr edirdi.Marks bu elmi Siyasi iqtisadın tənqidinə dair (1859) və  (I cild,1867) əsərlərində inqilabiləşdirmişdir (aşağıda Marksın təliminə bax).     50-ci illərin axırlarında və 60-cı illərdə demokratik hərəkat canlandığı dövr Marksı yenidən əməli fəaliyyətə sövq edir. 1864-cü ildə (sentyabrın 28-də) Londonda məhşur I İnternasional, “Beynəlxalq Fəhlə Birliyi” yaradılır. Marks bu cəmiyyətin ilhamçısı, onun ilk “Müraciət”inin və bir çox qətnamə, bəyanat və manifestlərinin müəllifi idi.Marks müxtəlif ölkələrin fəhlə hərəkatını birləşdirərək, qeyri-proletar sosializminin, marksizmdən əvvəlki sosializmin müxtəlif formalarını (Madzini, Prudon, Bakunin, ingilis liberal tred-yunionizmi,Almaniyada sağ lassalçı təmayülləri və sairəni) birgə fəaliyyət yoluna salmağa çalışaraq, bütün butəriqət və məktəbciklərin nəzəriyyələrinə qarşı mübarizə apararaq,müxtəlif ölkələrdə fəhlə sinfinin apardığı proletar mübarizəsi üçün vahid bir taktika hazırlayırdı.Marksın olduqca dərin,sərrast,parlaq və təsirli, inqilabi bir qiymət verdiyi Paris Kommunası(“Fransada vətəndaş müharibəsi”  1871) məğlub olduqdan (1871) və bakuninçilər İnternasionalda Haaqdakı konqresindən sonra(1872) Marks İnternasional Baş şurasının nyu-Yorka köçürülməsinə nail oldu. I İnternasional öz tarixi rolunu başa çatdıraraq öz yerini dünyanın bütün ölkələrində fəhlə hərəkatının ölçülməz dərəcədə daha çox artması dövrünə, bu hərəkatın məhz eninə artması dövrünə, ayrı-ayrı milli dövlətlərdə kütləvi sosialist fəhlə partiyalarının yaranması dövrünə verdi.     İnternasionalda çox gərgin işlədiyinə və nəzəri məsələlərlə daha gərgin məşğul olduğuna görə Marksın səhhəti tamamilə pozulmuşdu. O, çoxlu yeni material toplayıb bir sıra dilləri (məsələn, rus dilini0 öyrənərək, siyasi iqtisadı yenidən işləyib hazırlamaq və “Kapital”ı başa çatdırmaq işini davam etdirirdi, lakin xəstəlik onun Kapital”ı qurtarmasına imkan vermədi.     1881-ci il dekabrın 2-də Marksın arvadı vəfat etdi.1883 cü il martın 14-də Marks öz kreslosunda sakitcə oturarkən gözlərini əbədi olaraq yumdu. Marks öz arvadı ilə bir yerdə, Londonun Heygeyt qəbiristanında dəfn edilmişdir. Marksın uşaqlarından bir neçəsi hələ kiçik yaşlarında Londonda, ailəsi yoxsul olub çox korluq çəkdiyi zaman ölmüşdür. Üç qızı: Eleonora Evelinq, Laura Lafarq və Cenni Longe–İngiltərə və Fransa sosialistlərinə ərə getmişdir. Cenni Longenin oğlu fransız sosialist partiyasının üzvüdür.                                             MARKSIN  TƏLİMİ 

Page 4: Vladimir Lenin – Karl Marks

     Marksizm – Marksın baxışları və təlimi sistemidir.Marks, XIX əsrdə bəşəriyyətin üç ən qabaqcıl ölkəsindəki üç əsas ideya cərayanı:klassik alman fəlsəfəsini,klassik ingilis siyasi iqtisadını və ümumiyyətlə fransız inqilabi təlimləri ilə əlaqədar olan fransız sosializmini davam etdirmiş və dahiyanə bir surətdə başa çatdırmışdır.Marksın hətta əlehdarları da etiraf edirlər ki, onun baxışlarında mükəmməl bir ardıcıllıq və bütövlük vardır, bu baxışlar bütünlükdə götürüldükdə müasir materializm və müasir elmi sosializmdir, dünyada bütün mədəni ölkələrin fəhlə hərəkatının nəzəriyyəsi və proqramıdır,odur ki,biz marksizmin əsas məzmununu, yəni Marksın iqtisadi təlimini şərh etməzdən əvvəl, onun ümumiyyətlə dünya görüşünün müxtəsər xülasəsini verməliyik.                                                     FƏLSƏFİ MATERİALİZM      Marksın baxışları müəyyən bir şəkil aldığı zamandan,1844-1845-ci illərdən başlayaraq Marks materialist və xüsusən L.Feyerbaxın tərəfdarı olmuş və sonralar da belə hesab etmişdir ki, L.Feyerbaxın zəif cəhətləri yalnız onun materializminin lazımınca ardıcıl və hərtərəfli olmamasıdır.Marks, Feyerbaxın   ümumdünya-tarixi əhəmiyyətini, “tam bir dövr təşkil edən”  əhəmiyyətini məhz Hegel idealizmindən tamamilə uzaqlaşmasına və materializmi irəli sürməsində görürdü ki, bu materializm də hələ “XVIII əsrdə xüsusən Fransada yalnız mövcud siyasi təsisata qarşı deyil, həm də... hər cür metafizikaya” (“ayıq fəlsəfədən”  fərqli olaraq “sərxoş spekulyasiya” mənasındakı metafizikaya) “qarşı mübarizə demək idi”  ( “Əbədi Mirasdakı”   “Müqəddəs ailə”). Marks yazırdı: “Hegelin ideya adı ilə hətta müstəqil subyektə çevirdiyi təfəkkür prosesi, onun fikrincə, gerçəkliyin demiurqudur (yaradıcısıdır,qurucusudur)... Mənim fikrimcə isə, əkisinə, ideal olanlar insanın başına köçürülmüş və orada yeni şəkil almış maddi varlıqdan başqa bir şey deyildir” (“Kapital”, I, 2-ci nəşrə müqəddimə). Fr.Engels Marksın bu materialist fəlsəfəsinə tamamilə uyğun olaraq və bu fəlsəfəni şərh edərək “Anti Dürinq”də (bax) belə yazırdı: –Marks bu əsərin əlyazmasını oxuyub tanış olmuşdu – “...Dünyanın vəhdəti onun varlığından ibarət deyil,onun maddiliyindən ibarətdir ki,bunu da... fəlsəfənin və təbiətşünaslığın uzun zaman ərzində çətin inkişafı sübut edir... Hərəkət materiyanın varlıq formasıdır.Heç yerdə və heç bir zaman hərəkətsiz materiya və materiyasız hərəkət olmamışdır və ola da bilməz... Əgər belə bir sual versək ki, təfəkkür və idrak nədir və bunlar insan beyninin məhsuludur və insan özü də müəyyən bir təbii şəraitdə və təbiətlə birlikdə inkişaf etmiş təbiət məhsuludur.Buna görə özlüyündə aydındır ki, insan beyninin məhsulları da nəticə etibarilə təbiət məhsulu olub təbiətin başqa rabitəsinə zidd deyil,ona uyğundur”.”Hegel idealist idi,yəni beynimizdəki fikirlər onun nəzərində həqiqi şeylərin və proseslərin az-çox mücərrəd inikasları (Abbilder, əksləri, Engels bəzən “surətləri”  deyir) deyildi, əksinə, şeylər və bunların inkişafı, Hegelin nəzərində dünya əmələ gəlməzdən əvvəl harada isə mövcud olan bir ideyanın inikasları idi” .Fr.Engels “Lüdviq Feyerbax”  adlı əsərində, Feyerbax fəlsəfəsi haqqında öz baxışlarını və Marksın baxışlarını şərh edir və Hegel ilə Feyerbax haqqında,habelə tarixi materialistcesinə anlamaq məcələsinə dair 1844-1845-ci  illərdə Marksla birlikdə yazdığı köhnə əlyazmasını bir də oxuduqdan sonra çapa göndərdiyi  bu əsərondə bele yazır: “Hər  bir fəlsəfənin və xüsüsən ən yeni fəlsənənin ən böyük əsas məsələsi, təfəkkürün varlığa,ruhun təbiətə münasibəti məsələsidir...bunlardan hansı o birindən əvvəldir:ruh təbiətdən,yoxsa təbiət ruhdan... Filosoflar bu suala verdikləri cavaba görə iki böyük cəbhəyə ayrılmışlar. Ruhun təbiətdən əvvəl mövcud olduğunu iddia edən və deməli, dünyanın yaradılmış olduğunu bu və ya başqa şəkildə qəbul edənlər... idealist cəbhəni təşkil etdilər. Təbiəti əsas başlanğıc hesab edənlər isə materializmin müxtəlif məktəblərinə mənsub oldular”. İdealizm(fəlsəfi idealizm) və materializm anlyışlarını hər hansı bir başqa mənada işlətmək dolaşıqlıq yarada bilər.Marks yalnız,həmişə bu və ya başqa bir

Page 5: Vladimir Lenin – Karl Marks

şəkildə dinlə əlaqədar olan idealizmi deyil, xüsusilə bizim zəmanəmizdə geniş geniş yayılan Yum və Kant nöqteyi-nəzərini,müxtəlif növ aqnostisizmi,kritisizmi,pozitivizmi də qəti rədd edərək hesab edirdi ki,belə bir fəlsəfə “mürtəcelik edib”  idealizmə güzəştə getmək və olsa-olsa “camaatın gözü qabağında pozulan materializmi utana-utana dal qapıdan içəri buraxmaq” deməkdir.Bu barədə,Engelsin və Marksın göstərilən əsərlərindən başqa 1866-cı il dekabrın 12-dən Marksın Engelsə yazdığı məktuba bax:bu məktubda Marks məşhur təbiətşünas T.Hekslinin adi hallarda olduğundan daha”artıq materialistcəsinə”  çıxışını qeyd edir və onun: “biz həqiqətən müşahidə edib düşündüyümüzə görə,heç bir zaman materializm zəminindən uzaqlaşa bilmərik” sözlərini misal gətirib onu aqnostisizmə və yumizmə tərəf qaçmaq üçün “gizli yol”  saxlaması üstündə töhmətləndirir.Xüsusən azadlığın zərurətə münasibəti məsələsinə Marksın necə yanaşdığını qeyd etmək lazımdır: “zərurət dərk edilmədikcə,kordur.Azadlıq zərurəti dərk etmək deməkdir” (Engels”Anti-Dürinq” də)=təbiətin obyektiv qanunauyğunluğunu və zərurətin dialektik yolla azadlığa çevrilməsini(dərk edilməmiş,lakin dərk edilə bilən “özündə şeyin” “bizim üçün şeyə” , “şeylərin mahiyyətinin” “təzahürlərə”  çevrilməsi ilə bərabər)qəbul etməkdir. “Köhnə” materializmin,o cümlədən Feyerbax materializminin(xüsusilə Buxner-Foqt-Moleşottun bayağı  materializminin) əsas nöqsanı Marks və Engelsin fikrincə ondan ibarətdir ki,1) bu materializm “başlıca olaraq mexaniki”  materializm idi,kimyanın və biologiyanın(bizim zəmanəmizdə isə bunu da əlavə etmək lazım gələrdi:materiyanın elektrik nəzəriyyəsinin) ən son inkişafını nəzərə almırdı; 2) ondan ibarətdir ki,köhnə materializm qeyri-tarixi və qeyri-dialektik bir materializm idi(dialektikanın ziddinə olan metafizik materializm idi), inkişaf nöqteyi-nəzərini ardıcıl və hərtərəfli yeritmirdi;) ondan ibarətdir ki, onlar “insanın mahiyyətini” “bütün ictimai münasibətlərin”(müəyyən konkret tarixi münasibətlərin) məcmusu  kimi deyil,abstrakt mənada anladılar və buna görə də dünyanı ancaq izah edirdilər,halbuki məsələ bu dünyanı “dəyişdirmək”  üstündədir, yəni onlar “inqilabi əməli fəaliyyətin əhəmiyyətini”  anlamırdılar. 

                                                              DİALEKTİKA      Marks və Engels inkişaf haqqında ən mükəmməl, dərin və məzmunca zəngin bir təlim ola Hegel dialektikasını klassik alman fəlsəfəsinin ən böyük nailiyyəti hesab edirdilər.İnkişaf,təkamül prinsipinə verilən hər hansı başqa bir tərifi onlar birtərəfli,məzmunca yoxsul bir tərif,təbiətdə və cəmiyyətdəki inkişafın həqiqi gedişini (çox vaxt sıçrayışlarla, sarsıntılarla,inqilablarla olan gedişini) eybəcər bir hala salıb qol-qanadını sındıran bir tərif hesab edirdilər. “Marksla mən şüurlu dialektikanı” (idealizm və o cümlədən hegelçilik tərəfindən darmadağın edilməkdən) “xilas etmək və təbiəti materialistcəsinə anlamaq zəmininə keçirmək vəzifəsini öz qarşısına qoyan demək olar yeganə adamlarıq”. “Təbiət dialektikanı təsdiq edir,həm də məhz ən yeni təbiətşünaslıq təbiətin bunu son dərəcə zəngin bir şəkildə təsdiq etdiyini” (bu sözlər radium,elektron,elektronların çevrilməsi və i.a kəşf ediləndən qabaq yazılmışdır!), “gündən-günə çoxlu material topladığını göstərir və sübut edir ki,nəticə etibarilə təbiətdə hər şey metafizik yolla deyil,dialektik yolla əmələ gəlir”.     Engels yazır: “Böyük əsas fikir, yəni: dünya hazır və mükəmməl cisimlərdən ibarət olmayıb, proseslərin məcmusundan ibarətdir,həm də zahirən dəyişilməz kimi görünən cisimlər, habelə bu cisimlərin insan beynindəki fikri şəkilləri, anlayışlar həmin proseslər məcmusunda fasiləsiz surətdə dəyişir,gah törəyir, gah da məhv olub gedir deyən bu böyük əsas fikir Hegel zamanından bəri hamının şüurunda o qədər möhkəm yer tutmuşdur ki, ümumi şəkildə bu fikri bəlkə də heç kəs inkar etməyə qalxışmaz. Lakin bu fikri sözdə qəbul etmək bir şey,ayrı-ayrı hallarda və hər bir müəyyən

Page 6: Vladimir Lenin – Karl Marks

tədqiqat sahəsində tətbiq etmək isə başqa şeydir”. “Dialektik fəlsəfə üçün həmişəlik bərqərar olan, şərtsiz və müqəddəs olan heç bir şey yoxdur. Dialektik fəlsəfə hər şeyin üzərində və hər bir şeydə onun labüd olan süqut əlamətini görür, həm də arası kəsilməz törəmə və məhv olma prosesindən başqa, ibtidaidən aliyə doğru sonsuz yüksəlmə prosesindən başqa heç bir şey dialektik fəlsəfə qarşısında dura bilməz. Dialektik fəlsəfənin özü yalnız, bu prosesin düşünən beyində inikasıdır”. Beləliklə, Marksın fikrincə, dialektika “həm xarici aləmin,həm də insan təfəkkürünün ümumi hərəkət qanunları haqqında elmdir”.       Marks Hegel fəlsəfəsinin bu inqilabi cəhətini götürüb inkişaf etdirmişdir.Dialektik materializmin “başqa elmlərdən yüksəkdə duran heç bir fəlsəfəyə ehtiyacı yoxdur”.Əvvəlki fəlsəfədən “təfəkkür və onun qanunları haqqında təlim-formal məntiq və dialektika qalır”. Dialektikaya isə, Marksın fikrincə, habelə Hegelə görə indi idrak nəzəriyyəsi, qnoseologiya adlandırılan nəzəriyyə daxildir ki, bu nəzəriyyə öz obyektini tarixi cəhətdən də təsdiq edib idrakın törəməsi və inkişafını, bilməzlikdən dərk etməyə keçilməsini öyrənib ümumiləşdirməlidir.     Bizim zəmanəmizdə inkişaf,təkamül ideyası,demək olar,bütünlüklə ictimai şüurda özünə yer etmiş,lakin oraya Hegel fəlsəfəsi vasitəsiylə deyil,başqa yolarla daxil olmuşdur.Lakin Marks və Engelsin Hegelə əsaslanaraq,bu ideyaya verdikləri tərif yayılmış təkamül ideyasından olduqca mükəmməl və məzmunca çox zəngindir.Keçilmiş pillələri sanki təkrar,lakin bunları başqa cür,daha yüksək bir əsas üzərində təkrar edən bir inkişaf(“inkarı inkar”) düz xətt üzrə deyil,spiral xətt üzrə olan inkişaf;-sıçrayışlı,sarsıntılı,inqilabi bir inkişaf;- “tədriciliklə fasilələr” ;kəmiyyətin keyfiyyətə keçməsi;-müəyyən bir cismə təsir göstərən və ya müəyyən bir hadisə içərisində,yaxud müəyyən bir cəmiyyət daxilində hərəkət edən müxtəlif qüvvələr və təmayüllərin ziddiyyəti və toqquşmasının inkişafa içəridən verdiyi təkanlar;-hər bir hadisənin bütün cəhətləri(həm də tarix daim yeni-yeni cəhətlər meydana çıxarır) arasındakı qarşılıqlı asılılıq və olduqca sıx,möhkəm bir əlaqə,həm də vahid və qanunauyğun bir dünya  hərəkəti prosesini yaradan əlaqə;-inkişaf haqqında(adi təlimə nisbətən) daha məzmunlu bir təlim olan dialektikanın bəzi cəhətləri bunlardır.(Müqayisə et: 1868-ci il yanvarın 8-də Marksın Engelsə yazdığı məktub;burada Marks Şteynin “quru trixotomiyalarına” iztehza edir ki, bunları dialektik materializmə qarışdırmaq mənasız olardı).

 TARİXİ  MATERİALİSTCƏSİNƏ ANLAMAQ

      Köhnə materializmin ardıcıl olmadığını,natamam və birtərəfli olduğunu başa düşdükdən sonra Marks bu qənaətə gəlmişdi ki,”cəmiyyət haqqındakı elmi materializm zəmininə uyğunlaşdırmaq və bu zəminə uyğun surətdə yenidən qurmaq” lazımdır.Materializm ümumiyyətlə varlığın şüurdan deyil,əksinə,şüurun varlıqdan doğduğunu izah edirsə,onda materializmi bəşəriyyətin ictimai həyatında tətbiq etmək, ictimai  şüurun ictimai  varlıqla izah olunmasını tələb edir. Marks deyir ( “Kapital”,1): “Texnologiya insanın təbiətə olan fəal münasibətini,insan həyatını,habelə onun ictimai həyat şəraitinin və bundan doğan mənəvi təsəvvürlərin bilavasitə istehsal prosesini meydana çıxarır”. Marks insan cəmiyyətinə və onun tarixinə tətbiq edilən materializmin əsas müddəalarına “Siyasi iqtisadın tənqidinə dair”  adli əsərinin müqəddiməsində aşağıdakı sözlərlə belə mükəmməl tərif vermişdir:     “İnsanlar öz həyatının ictimai istehsalında öz iradəsindən asılı olmayan müəyyən,zəruri münasibətlərə-öz maddi məhsuldar qüvvələrinin müəyyən inkişaf pilləsinə uyğun olan istehsal münasibətlərinə girirlər.     Bu istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi quruluşunu, real bazisini təşkil edir, hüquqi və siyasi üstqurum bu bazis üzərində yüksəlir və müəyyən ictimai şüur formaları bu bazisə

Page 7: Vladimir Lenin – Karl Marks

uyğun olur.Maddi həyatın istehsal üsulu ümumiyyətlə həyatın sosial,siaysi və mənəvi prosesləri üçün şərt olur.İnsanların varlığını onların şüuru müəyyən etmir,əksinə,insanların ictimai varlığı onların şüurunu müəyyən edir.Cəmiyyətin maddi məhsuldar qüvvələri öz inkişafının müəyyən pilləsində mövcüd istehsal münasibətlərinə,yaxud içərisində məhsuldar qüvvələrin indiyə qədər inkişaf etdiyi-və istehsal münasibətlərinin ancaq hüquqi ifadəsi olan-münasibətlərinə zidd gəlir.Bu münasibətlər məhsuldar qüvvələrin inkişaf formalarından dönüb onlar üçün buxov olur. Onda sosial inqilab dövrü başlanır. İqtisadi əsas dəyişdikdə bütün böyük üstqurumda çox və ya az surətdə çevriliş əmələ gəlir. Belə çevrilişləri tədqiq edərkən istehsalın iqtisadi şəraitində baş verən vətəbii-elmi bir dürüstlüklə müəyyən edilən maddi çevrilişi həmişə hüquqi,siyasi,dini,bədii və ya fəlsəfi formalardan, qısası:bu toqquşmanı insanların dərk etdikləri və onunla mübarizə apardıqları ideoloji formalardan ayırd etmək lazımdır.     Ayrıca bir insan haqqında onun özünün və barəsində nə düşündüyünə əsasən fikir yeritmək mümkün olmadığı kimi,belə bir çevriliş dövrü haqqında da həmin dövrün şüuruna görə fikir yeritmək olmaz.Əksinə,bu şüurun səbəbini maddi həyatın ziddiyyətlərində,ictimai məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı toqquşmada görmək lazımdır”... “Ümumi şəkildə desək, Asiya, antik, feodal və müasir, burjua istehsal üsullarını, iqtisadi-ictimai formasiyanın mütərəqqi dövrləri adlandırmaq olar”. (Müqayisə et, 1866-ci il iyulun 7-də Marksın Engelsə yazdığı məktubdakı qısa tərif: “Əmək təşkilini istehsal vasitələri ilə müəyyən etmək haqqındakı nəzəriyyəmiz”)     Tarixi materialistcəsinə anlamağın kəşf edilməsi və ya,daha doğrusu,materializmin ardıcıl davam etdirilib ictimai hadisələr sahəsinə tətbiq edilməsi əvvəlki tarix nəzəriyyələrində olan iki başlıca nöqsanı aradan qaldırdı. 1-cisi,bu nəzəriyyələr olsa-olsa insanların tarixi fəaliyyətinin ancaq ideya motivlərini nəzərdən keçirir,lakin bu motivlərin nədən irəli gəldiyini tədqiq etmirdi,ictimai münasibətlər sisteminin inkişafındakı obyektiv qanunauyğunluğu tapa bilmirdi,bu münasibətlərin köklərini maddi istehsalın inkişaf dərəcəsində görmürdü; 2-cisi, əvvəlki nəzəriyyələr məhz əhali kütlələrinin hərəkətlərini əhatə etmirdi,halbuki tarixi materializm ilk dəfə olaraq,kütlələrin ictimai həyat şəraitini və bu şəraitdəki dəyişiklikləri təbii-tarixi bir dürüstlüklə tədqiq etmək imkanı verdi.Marksdan əvvəlki sosialogiya  və tarixşünaslıq olsa-olsa ora-buradan götürülüb işlənilməmiş toplayır və tarixi prosesin ayrı-ayrı cəhətlərini təsvir edirdi.Marksizm bütün ziddiyyətli meyllərin məcmusunu tədqiq edərək,bunları cəmiyyətin müxtəlif siniflərinin həyat və istehsalının dürüst müəyyən edilə bilən şəraiti kimi götürərək,ayrı-ayrı “üstün”  ideyaları seçməkdə və ya bunların şərhində subyektivizmi və özbaşınalığı aradan qaldıraraq,istisnasız olaraq bütün ideyaların və meyllərin köklərinin  maddi məhsuldar qüvvələrin vəziyyətindən asılı olduğunu aşkara çıxararaq, ictimai-iqtisadi formasiyaların törəməsi,inkişafı və dağılması prosesinin mükəmməl,hərtərəfli öyrənmək yolunu göstərmişdir. İnsanlar özlərinin tarixini özləri yazırlar,lakin insanların və məhz insan kütlələrinin arzularını müəyyən edən nədir,bir-birinə zidd ideyalar və cəhdlər nəyə görə toqquşur,bütün insan cəmiyyətlərində bütün bu toqquşmaların məcmusu nədən ibarətdir,maddi həyat istehsalının obyektiv şəraiti,yəni insanların bütün tarixi fəaliyyəti üçün zəmin yaradan bu şərait nədən ibarətdir,bu şəraitin inkişaf qanunu nədən ibarətdir,-Marks bütün bu məsələlərə diqqət vermiş və tarixi, son dərəcə müxtəlif cəhətləri və ziddiyyətləri olan vahid və qanunaqanunauyğun bir proses kimi elmi surətdə öyrənmək yolunu göstərmişdir. 

                                                            SİNFİ MÜBARİZƏ      Müəyyən bir cəmiyyətin üzvlərindən bəzilərinin cəhdləri o birilərinin cəhdlərinə zidd gəlir,ictimai həyat ziddiyyətlərlə doludur,tarix bizə xalqlar və cəmiyyətlər arasında,habelə bunların öz içərisində

Page 8: Vladimir Lenin – Karl Marks

mübarizə olduğunu, bundan başqa inqilab və irtica,sülh və müharibə,durğunluq və sürətli tərəqqi və ya tənəzzül dövrlərinin bir-birini əvəz etdiyini göstərir,-bunlar hamıya məlum faktlardır.Marksizm bu zahiri dolaşıqlıq və hərcmərclik içərisindəki qanunauyğunluğu aşkara çıxarmağa imkan verən rəhbər yolu göstərmiş,yəni sinfi mübarizə nəzəriyyəsini vermişdir.Ancaq müəyyən bir cəmiyyətdə və ya cəmiyyətlər qrupunda bütün üzvlərin cəhdlərinin məcmusunu öyrəndikdə,bu cəhdlərin nəticəsini elmi surətdə müəyyən etmək olar.Bir-birinə zidd cəhdlərin mənbəyi isə, hər bir cəmiyyəti təşkil edən siniflərin vəziyyət və həyat şəraitindəki fərqlərdir.Marks “Kommunist Manifesti” ndə: “İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi (sonralar Engels əlavə edir:-ibtidai icmanın tarixindən başqa),-siniflər mübarizəsi tarixi olmuşdur. Azad insanla qul, patritsi ilə plebey,mülkədar ilə təhkimli kəndli,usta ilə usta əlaltısı,qısası,zalım ilə məzlum arasında əbədi bir antaqonizm olmuş,onlar gah gizli, gah da açıq şəkildə daim bir-biriləri ilə arası kəsilmədən mübarizə aparmışlar və bu mübarizə həmişə bütün cəmiyyət binasının inqilab yolu ilə yenidən qurulması və ya mübarizə edən siniflərin hamısının məhv olması ilə nəticələnmişdir... Dağılmış feodalizm cəmiyyətinin içərsindən meydana çıxan müasir burjua cəmiyyəti sinfi ziddiyyətləri məhv etmədi.Bu cəmiyyət ancaq köhnə sinifləri yeni siiflərlə, köhnə zülm şəraitini yeni zülm şəraiti ilə və köhnə mübarizə formalarını yeni mübarizə formaları ilə əvəz etdi.Lakin bizim dövr, burjuaziya dövrü bununla fərqlənir ki, bu dövr sinfi ziddiyyətləri sadələşdirmişdir: cəmiyyət getdikcə daha artıq dərəcədə bir-birinə düşmən olan iki böyük cəbhəyə, bir-birinə qarşı duran iki böyük sinfə: burjuaziya və proletariata ayrılır”. Böyük Fransa inqilabı zamanından bəri avropa tarixi bir sıra ölkələrdə hadisələrin bu əsl səbəbini, siniflər mübarizəsini xüsusilə aydın bir şəkildə açıb göstərirdi.Hələ Fransada monarxiyanın bərpası dövründə meydana çıxan bir sıra tarixçilər (Tyerri, Gizo, Minye, Tyer) baş verən hadisələri ümumiləşdirərkən,etiraf etməli olmuşdular ki, bütün Fransa tarixini anlamaq üçün sinfi mübarizə bir açardır..Ən yeni dövr,burjuaziyanın tam qəələbə qazandığı dövr ,nümayəndələi orqanlar, (ümumi olmasa da) geniş seçki hüququ,kütlələr arasında yayılan ucuz gündəlik mətbuat və i.a. dövrü, daha çox genişlənən güclü fəhlə ittifaqları və sairə dövrü isə(bəzən olduqca birtərəfli, dinc, “konstitusiyalı”  bir şəkildə olsa da) daha aydın göstərdi ki, sinfi mübarizə hadisələrə hərəkət verən bir qüvvədir.Marksın “Kommunist Manifesti” ndən gətirdiyimiz aşağıdakı parça,hər bir sinfin inkişaf şəraitini təhlil etməklə əlaqədar olaraq, müasir cəmiyyətdə hər bir sinfin vəziyyətini obyektiv surətdə təhlil etmək üçün Marksın ictimai elm qarşısına qoyduğu tələbləri bizə göstərir: “İndi burjuaziyaya qarşı çaxan bütün siniflərdən yalnız proletariat həqiqətən inqilabçı sinifdir. İri sənaye inkişaf etdikcə bütün başqa siniflər pozulub məhv olur; proletariat isə iri sənayenin öz məhsuludur.Orta silklər: xırda sənayeçi, xırda alverçi, sənətkar və kəndli-bunların hamısı burjuaziya ilə ondan ötrü mübarizə edir ki, orta silk olmaq etibarilə öz varlığını məhv olmaqdan xilas etsin. Deməli, onlarda inqilabi əhvali-ruhiyyə deyil, mühafizəkar əhvali-ruhiyyəsi vardır, hətta daha artıq, onlarda mürtəce əhvali-ruhiyyə vardır: onlar tarixin çarxını geri döndərməyə çalışırlar. Əgər onlarda inqilabi əhvali-ruhiyyə varsa, bu ancaq o halda olur ki, onlar proletariat sıralarına keçməli olsunlar, onlar özlərinin hazırkı mənafeyini deyil, gələcək mənafeyini müdafiə etsinlər, öz nöqteyi-nəzərlərini tərk edib proletariatın nöqteyi-nəzərinə keçsinlər”. Marks bir sıra tarıxı əsərlərində (Ədəbiyyata bax) materialist tarixşünaslığa dair, hər bir ayrıca sinfin, bəzən də sinif daxilində müxtəlif qrup və ya təbəqələrin vəziyyətini təhlil etməyə dair parlaq və ciddi nümunələr verərək,nə səbəbə və necə “hər bir sinfi mübarizənin siyasi mübarizə olduğunu”  açıq-aydın göstərmişdir.Yuxarıda verdiyimiz parça göstərir ki,Marks tarixi inkişafın bütün əvəzləyici qüvvəsini nəzərə almaq üçün ictimai münasibətlərin və bir sinifdən başqasına , keçmişdən gələcəyə keçid pillələrini nə qədər mürəkkəb şəbəkəsini təhlil edir.     Marks nəzəriyyəsini ən dərindən, mükəmməl və ətraflı təsdiq edən və onun tətbiqini göstərən, Marksın iqtisadi təlimidir.

Page 9: Vladimir Lenin – Karl Marks

                                                MARKSIN İQTİSADİ TƏLİMİ      Marks “Kapital” ın müqəddiməsidə deyir: “Əsərimin son məqəsdi, müasir cəmiyyətin”, yəni kapitalizm cəmiyyətinin, burjua cəmiyyətinin “iqtisadi inkişaf qanununu aşkara çıxarmaqdır”. Marksın iqtisadi təliminin məzmunu tarixcə müəyyən,mövcud cəmiyyətin istehsal münasibətlərini,bunların meydana gəlməsi,inkişafı və dağılması halında tədqiq etməkdən ibarətdir.Kapitalizm cəmiyyətində əmtəə istehsalı hökm sürür,buna görə də Marks əmtəənin təhlilindən başlayır.                                                                      DƏYƏR  Əmtəə, 1-cisi, insanın müəyyən təlabatını ödəyən şeydir; 2-cisi, başqa bir şeylə mübadilə edilən şeydir. Şeyin faydalı olması onu istehlak dəyəri edir. Mübadilə dəyəri(və ya sadəcə dəyər),hər şeydən əvvəl,bir növdən olanmüəyyən miqdar istehlak dəyərlərinin başqa növdən olan müəyyən miqdar istehlak dəyərləri ilə mübadilə edilməsindəki nisbətdir,proporsiyadır.Gündəlik təcrübə bizə göstərir ki,milyonlarla və milyardlarla bu kimi mübadilə,bir-birilə müqayisə edilə bilməyən hər cür və ən müxtəlif istehlak dəyərlərini daim bir-birinə bərabərləşdirir.Bəs müəyyən ictimai münasibətlər sistemində daim bir-birinə bərabərləşdirilən bu müxtəlif şeylərin ümumi cəhəti nədən ibarətdir? Bunların ümumi cəhəti ondan ibarətdir ki, bunlar əmək məhsullarıdır. İnsanlar məhsulları mübadilə edərkən,ən müxtəlif əmək növlərini bir-birinəbərabərləşdirirlər.Əmtəə istehsalı elə bir ictimai münasibətlər sistemidir ki,burada ayrı-ayrı istehsalçılar müxtəlif məhsullar yaradırlar (ictimai əmək bölgüsü) və bütün bu məhsullar mübadilə zamanı bir-birini bərabərləşdirir.Deməli,bütün əmtəələrdə olan ümumi cəhət,müəyyən istehsal sahəsindəki konkret əmək deyil,bir növdən olan əmək deyil, mücərrəd  insan əməyidir,ümumiyyətlə insan əməyidir.Mövcud cəmiyyətin bütün əmtəə dəyərləri məcmusunda təmsil olunan bütün iş qüvvəsi,eyni dərəcədə insan iş qüvvəsidir:milyardlarla mübadilə faktı bunu sübut edir.Deməli,hər bir ayrıca əmtəə ictimai-zəruri  iş vaxtının yalnız müəyyən bir hissəsidir. Dəyərin miqdarı ictimai-zəruri əməyin miqdarı ilə,yaxud müəyyən bir əmtəəni,müəyyən bir istehlak dəyərini istehsal etmək üçün lazım gələn ictimai-zəruri iş vaxtı ilə müəyyən olunur. “Adamlar, mübadilə zamanı özlərinin müxtəlif məhsullarını bir-birinə bərabərləşdirməklə, öz müxtəlif növ əməklərini bir-birnə bərabərləşdirirlər. Onlar bunu dərk etmirlər, lakin bunu edirlər”. Köhnə bir iqtisadçı demişkən, dəyər iki şəxs arasındakı münasibət deməkdir; həmin iqtisadçı yalnız bunu da əlavə edib gərək deyəydi: şey pərdəsinə bürünmüş münasibət deməkdir.Dəyərin nə olduğunu yalnız cəmiyyətin müəyyən bir tarixi formasiyasının ictimai istehsal münasibətləri sistemi nöqteyi-nəzərindən anlamaq olar. “Dəyər olmaq etibarilə əmtəələr yalnız müəyyən miqdar yığılmış iş vaxtıdır” .Marks  əmtəələrdə təcəssüm edən əməyin ikili xarakterini müfəssəl təhlil etdikdən sonra, dəyər formasının və pulun təhlilinə keçir.Həm də burada Marksın başlıca məqsədi dəyərin pul formasının mənşəyini  tədqiq etməkdir,mübadilənin ayrı-ayrı, təsadüfi hallarından başlamış ( “dəyərin bəsit,ayrıca və ya təsadüfi forması”: müəyyən miqdar bir əmtəə müəyyən miqdar başqa bir əmtəəyə mübadilə olunur),ta bir sıra müxtəlif əmtəələrin eyni bir müəyyən əmtəəyə mübadilə edildiyi ümumi dəyər formasınadək və dəyərin pul formasınadək,yəni həmin müəyyən əmtəənin,ümumi ekvivalentin,qızıldan ibarət olduğu formasınadək mübadilənin genişlənməsinin tarixi prosesini  tədqiq etməkdir.Mübadilə və əmtəə istehsalı inkişafının ən yüksək məhsulu olan pul xüsusi işlərin ictimai xarakterini,bazarın birləşdirdiyi ayrı-ayrı istehsalçılar arasındakı ictimai əlaqəni pərdələyib gizlədir. Marks pulun müxtəlif vəzifələrini son dərəcə ətraflı təhlil edir, həm də

Page 10: Vladimir Lenin – Karl Marks

(ümumiyyətlə Kapital ın ilk fəsillərində olduğu kimi) burada da xüsusi olaraq bu cəhəti qeyd etmək mühümdür ki,bəzən sırf deduktiv görünən abstrakt ifadə tərzi əslində mübadilə və əmtəə istehsalının inkişaf tarixinə aid olan külli miqdarda fakt materialını göz qabağına gətirib canlandırır. “Pul əmtəə mübadiləsinin müəyyən bir yüksəklikdə olmasını tələb edir. Pulun müxtəlif formaları- ya sadə əmtəə ekvivalenti, ya tədavül vasitəsi, ya ödəniş vasitəsi,sərvət və ümumdünya pulu olmaq formaları- bu fraksiyalardan birinin müxtəlif miqyaslarda tətbiq edilməsindən,bu funksiyalardan birinin nisbətən üstün olmasından asılı olaraq,ictimai istehsal prosesinin olduqca müxtəlif pillələrini göstərir”  (“Kapital”, I).                                                              İZAFİ DƏYƏR      Əmtəə istehsalının müəyyən inkişaf pilləsində pul dönüb kapital olur.Əmtəə tədavülü formulu belə idi: Ə (əmtəə) – P (pul) – Ə (əmtəə), yəni bir əmtəə satıb başqa bir əmtəə almaq.Kapitalın ümumi formulu isə,əksinə belədir: P- Ə – P, yəni alıb (mənfəətlə) satmaq.Marks dövriyyəyə buraxılan pulun ilk dəyərinin belə artmasını izafi dəyər adlandırır. Kapitalist dövriyyəsində pulun belə “artması”  faktı hamıya məlumdur.Pulun məhz belə “artması”  onu xüsusi, tarixən müəyyən bir ictimai istehsal münasibəti olan kapitala  çevirir. İzafi dəyər əmtəə tədavülündən törəyə bilməz,çünki burada ancaq ekvivalentlər mübadilə olunur,qiymətin artırılmasından da törəyə bilməz,çünki burada da alıcılarla satıcıların qarşılıqlı surətdə itirdikləri ilə qazandıqları bir-birinin yerini doldurar;burada isə fərdi bir hadisədən deyil,məhz kütləvi,orta və ictimai bir hadisədən bəhs olunur. İzafi dəyər əldə etmək üçün “əmtəə sahibi bazarda elə bir əmtəə tapmalıdır ki, bunu istehlak dəyərinin özü, dəyər mənbəyi olmaq kimi orijinal bir xassəyə malik olsun”, yəni elə bir əmtəə tapmalıdır ki, bunun istehlak prosesi eyni zamanda dəyər yaratmaq prosesi olsun. Belə bir əmtəə isə vardır. Bu, insanın iş qüvvəsidir.Bu qüvvənin istehlak edilməsi əməkdir, əmək isə dəyər yaradır. Pul sahibi iş qüvvəsini onun öz dəyərinə alır,iş qüvvəsinin dəyəri isə,hər bir başqa əmtəənin dəyəri kimi,onun istehsalı üçün lazım olan ictimai-zəruri iş vaxtı ilə (yəni fəhlənin və onun ailəsinin dolanacaq xərclərinin dəyəri ilə) müəyyən olunur.Pul sahibi iş qüvvəsini alandan sonra onu istehlak edə bilər, yəni bütün gün, məsələn, 12 saat işlədə bilər.Halbuki fəhlə 6 saat ərzində (“zəruri”  iş vaxtı) öz dolanacaq xərcini ödəyəcək qədər məhsul yaradır,o biri 6 saat ərzində isə (“izafi”  iş vaxtı), kapitalist tərəfindən əvəzi ödənilməyən “izafi”  məhsul və ya izafi dəyər yaradır. Deməli, istehsal prosesi nöqteyi-nəzərindən kapitalın iki hissəsini bir-birindən fərqləndirmək lazımdır: bunlardan biri sabit kapitaldır ki, istehsal vasitələrinə (maşınlara, əmək alətlərinə, xammala və sairəyə) sərf olunur və bunun dəyəri dəyişmədən (bir dəfədə və ya hissə-hissə) hazır məhsula keçir; o birisi isə dəyişən kapitaldır ki, iş qüvvəsinə sərf olunur. Bu kapitalın dəyəri dəyişməz qalmır, əmək prosesində artaraq, izafi dəyər yaradır. Buna görə də iş qüvvəsini kapitalın nə dərəcədə istismar etdiyini ifadə etmək üçün izafi dəyəri bütün kapitalla deyil, yalnız dəyişən kapitalla müqayisə etmək lazımdır.Marksın izafi dəyər forması adlandırdığı bu nisbət, bizim misalımızda, məsələn, belə: 6:6, yəni 100% olacaqdır.     Kapitalı meydana gətirən tarixi ilk şərait,1-cisi, ümumiyyətlə əmtəə istehsalı nisbətən yüksək səviyyədə inkişaf edirkən ayrı-ayrı şəxslərin əlində müəyyən məbləğ pulun yığılmış olmasıdır və 2-cisi iki mənada “azad”  fəhlənin mövcud olmasıdır, yəni həm öz iş qüvvəsini heç bir sıxıntı və ya məhdudiyyət olmadan azad satan ,həm də torpaqdan  və ümumiyyətlə istehsal vasitələrindən azad olan sahibsiz fəhlənin, yaşamaq üçün öz iş qüvvəsini satmaqdan başqa heç bir vasitəsi olmayan “proletar” fəhlənin mövcud olmasıdır.     İzafi dəyər iki əsas üsulla artırıla bilər: iş gününü uzamaq yolu ilə (“mütləq izafi dəyər”), bir də zəruri iş gününü qısaltmaq yolu ilə (“nisbi izafi dəyər”). Marks birinci üsulu təhlil edərək,iş gününü qısaltmaq uğrunda fəhlə sinfinin mübarizəsi və dövlət hakimiyyətinin işə qarışıb iş gününü uzatmağa (XIV-XVII- əsrlər) və onu qısaltmağa çalışması (XIX-əsrdəki fabrik qanunları) kimi çox böyük bir

Page 11: Vladimir Lenin – Karl Marks

mənzərəni geniş təsvir edir. “Kapital” meydana gələndən sonra dünyada bütün mədəni ölkələrin fəhlə hərəkatının tarixi bu mənzərəni aydınlaşdıran minlərlə yeni faktlar vermişdir.     Marks nisbi izafi dəyər istehsalını təhlil edərək, kapitalizmin əmək məhsuldarlığını yüksəltməsindəki üç əsas tarixi mərhələni: 1) bəsit kooperasiyanı; 2) əmək bölgüsü və manufakturanı; 3)maşınları və iri sənayeni tədqiq edir. Kapitalizmin inkişafının əsas, tipik cəhətlərini  burada Marksın nə qədər dərindən aşkara çıxardığı bir də ondan görünür ki, Rusiyanın “kustar”  sənayesi deyilən sənayesinin tədqiq edilməsi həmin üç mərhələdən birinci ikisini aydınlaşdırmaq üçün olduqca zəngin material verir. İri maşınlı sənayenin 1867-ci ildə Marks tərəfindən təsvir edilmiş inqilabiləşdirici təsiri isə o vaxtdan bəri keçən yarım əsr ərzində bir sıra “yeni” ölkələrdə (Rusiyada, Yaponiyada və başqalarında) özünü göstərmişdir.     Sonra Marksın təlimində son dərəcə əhəmiyyətli və yeni olan cəhət, kapital yığımını , yəni izafi dəyərin bir hissəsinin kapitla çevrildiyini, kapitalistin şəxsi ehtiyac və qəribə arzularına deyil, yeni istehsala sərf edildiyini təhlil etməsindən ibarətdir.Marks (adam Smitdən başlayaraq) bütün keçmiş klassik siyasi iqtisadın səhvini göstərmişdir; keçmiş klassik siyasi iqtisad belə zənn edirdi ki,kapitala çevrilən bütün izafi dəyər dəyişən kapitala sərf olunur. Həqiqətdə isə izafi dəyər istehsal vasitələrinə, bir də dəyişən kapitala bölünür. Sabit kapital (bütün kapital məbləğində) dəyişən kapitala nisbətən daha çox sürətlə artır ki, bunun da kapitalizmin inkişafı və sosializmə çevrilməsi prosesində çox böyük əhəmiyyəti vardır     Kapital yığımı maşının fəhlələri sıxışdırıb aradan çıxarmasını sürələndirərək, bir qütbdə sərvət,o biri qütbdə isə yoxsulluq yaradaraq, “ehtiyat fəhlə ordusu”  deyilən bir ordu, “nisbi fəhlə artıqlığı” və ya “kapitalist əhali artıqlığı” törədir ki, bu da son dərəcə müxtəlif şəkillər alır və kapitala  istehsalı son dərəcə sürətlə genişləndirmək imkanı verir. Bu imkan,həmçinin kreditlə və kapitalın istehsal vasitələri şəklindəki yığımı ilə əlaqədar olaraq, kapitaslist ölkələrində əvvələr orta hesabla hər 10 ildə bir, sonralar isə daha uzun və az müəyyən olan fasilələrlə vaxtaşırı baş verən həddindən artıq istehsal böhranlarını başa düşmək üçün bir vasitədir.Kapitalizm zəminindəki kapital yığımından ilkin yığımı, yəni işçinin istehsal vasitələrindən zorla ayrılmasını,kəndlilərin torpaqdan qovulub çıxarılmasını,icma torpaqlarının oğurlanmasını, müstəmləkələr, dövlət borcları, himayəçi gömrük vergiləri sistemini və sairəni fərqləndirmək lazımdır. İlkin yığım bir qütbdə azad  proletarlar, o biri qütbdə isə pul sahibi, kapitalist yaradır.     “Kapitalist yığımının tarixi meylini”  Marks aşağıdakı məhşur sözləri ilə təsvir edir: “Bilavasitə istehsalçılar ən amansız bir vəhşiliklə və ən alçaq, ən çirkin, ən iyrənc və ən qızğın ehtirasların təzyiqi altında mülkiyyətdən məhrum edilirlər.Mülkiyyətçinin”  (kəndli və sənətkarın) “öz əməyi ilə əldə etdiyi və ayrıca müstəqil bir işçinin öz əmək alətləri və vasitələri ilə, necə deyərlər, qovuşmasına əsaslanan xüsusi mülkiyyəti, özgələrin iş qüvvəsini, lakin rəsmən azad olan iş qüvvəsini istismar etmək üzərində qurulmuş kapitalist xüsusi mülkiyyəti tərəfindən sıxışdırılıb aradan çıxarılır... Daha indi, özü müstəqil təsərüffatla məşğul olan fəhlə deyil, çoxlu fəhləni istismar edən kapitalist mülkiyyətdən məhrum edilməlidir. Kapitalistin mülkiyyətdən məhrum edilməsi kapitalist istehsalının özünə xas olan qanunların təsiri ilə, kapitalların mərkəzləşməsi yolu ilə əmələ gəlir.Bir kapitalist bir çox kapitalisti məğlub edir.Bu mərkəzləşmə və ya bir neçə kapitalistin bir çox kapitalisti mülkiyyətdən məhrum etməsi ilə yanaşı olaraq,əmək prosesinin kooperativ getdikcə daha geniş və daha böyük miqyasda inkişaf edir, elmin texnikada şüurlu surətdə tətbiqi, torpaqdan müəyyən planla istifadə olunması, əmək vasitələrinin yalnız birlikdə işlədilə bilən əmək vasitələrinə çevrilməsi, bütün istehsal vasitələrini quraşıq ictimai əməyin istehsal vasitələri kimi işlətmək yolu ilə bu vasitələrə qənaət edilməsi, bütün xalqların dünya bazarına cəlb edilməsi və bunula birlikdə kapitalist rejiminin beynəlmiləl xarakterdə olması inkişaf edir.Bu çevrilmə prosesinin bütün faydalarını qəsb edib inhisara alan kapital maqnatlarının sayca daim azalması ilə bərabər, kütləvi yoxsulluq, zülm, əsarət,

Page 12: Vladimir Lenin – Karl Marks

cılızlaşma və istismar artır, bununla birlikdə isə, kapitalist istehsalı prosesinin öz mexanizminin öyrətdiyi,birləşdirdiyi və təşkil etdiyi fəhlə sinfinin hiddəti də artır. Kapital inhisarı onunla birlikdə və bu inhisar şəraitində əmələ gəlib böyümüş istehsal üsulu üçün bir buxov olur. İstehsal vasitələrini mərkəzləşməsi və əməyin ictimailəşməsi elə bir nöqtəyə gəlib çatır ki, daha öz kapitalist qabığına sığa bilmir.Bu qabıq partlayır.Mülkiyyətdən məhrum edənlərin özlərini mülkiyyətdən məhrum edirlər” (“Kapital”I)     Sonra bütünlüklə götürülmüş ictimai kapitalın təkrar istehsalına “Kapital” -ın II cildində Marksın verdiyi təhlil son dərəcə mühüm və yeni bir şeydir. Marks burada da fərdi bir hadisəni deyil, kütləvi hadisəni, cəmiyyət iqtisadiyyatının bir hissəciyini deyil, bu iqtisadiyyatı bütünlükdə götürür. Marks klassiklərin yuxarıda göstərilən səhvini düzəldərək bütün ictimai istehsalı iki böyük şöbəyə: 1) istehsal vasitələri istehsalına və 2) istehlak şeyləri istehsalına bölür və rəqəmlər şəklində götürdüyü misallara əsasən, həm əvvəlki ölçüdə olan təkrar istehsal şəraitində, həm də yığım şəraitində bütün ictimai kapitalın tədavülünü ətraflı tədqiq edir. “Kapital” -ın III cildində dəyər qanununa əsasən, orta mənfəət normasının əmələ gəlməsi məsələsi həll edilmişdir.İqtisad elmində Marksın irəliyə doğru atdığı böyük addım ondan ibarətdir i, o təhlil edirkən bayağı siyasi iqtisadın  və ya “faydalı olmağın son həddi nəzəriyyəsi  kimi müasir nəzəriyyənin tez-tez kifayətləndiyi nöqteyi-nəzəri deyil, rəqabətin ayrı-ayrı qəribə halları və ya zahiri cəhəti nöqteyi-nəzərini deyil, kütləvi iqtisadi hadisələr, bütün ictimai təsərüffat nöqteyi-nəzərini əsas götürür. Marks əvvəlcə izafi dəyərin əmələ gəlməsini təhlil edir, sonra isə onun mənfəətə, faizə və torpaq rentasına bölünməsinə keçir. Mənfəət ,izafi dəyərin müəssisəyə qoyulmuş bütün kapitala olan nisbətidir. “Üzvi quruluşu yüksək” olan kapital (yəni sabit kapitalı dəyişən kapitala nisbətən ictimai orta dərəcədən yüksək olan kapital) orta dərəcədən aşağı mənfəət norması verir. “Üzvi quruluşu aşağı”  olan kapital isə orta dərəcədən yuxarı mənfəət norması verir. Kapitallar arasındakı rəqabət, bunların sərbəstdə bir sahədən başqa sahəyə keçməsi hər iki halda mənfəət normasını gətirib orta dərəcəyə çıxaracaqdır. Mövcud cəmiyyədəki bütün əmtəə dəyərlərinin məcmusu əmtəə qiymətlərinin məcmusuna uyğun gəlir, lakin ayrı-ayrı müəssisələrdə və ayrı-ayrı istehsal sahələrində rəqabətin təsiri altında əmtəələr öz dəyərinə deyil, istehsal qiymətlərinə (və ya istehsalat qiymətlərin) satılır ki, bu qiymətlər də sərf edilmiş kapitalla orta mənfəətin məcmusuna bərabərdir. Beləliklə, hamıya məlum və şübhəsiz olan faktı, yəni dəyərlərdən və mənfəətin bərabərliyindən kənara çıxması faktını Marks dəyər qanunu əsasında tamamilə izah etmişdir, çünki bütün əmtəə dəyərlərinin məcmusu qiymətlərin məcmusuna uyğun gəlir.Lakin dəyər (ictimai dəyər) qiymətlərə (fərdi qiymətlərə) sadə və bilavasitə yolla deyil, çox mürəkkəb yolla çevrilmiş olur:tamamilə təbiidir ki,bir-birilə ancaq bazar vasitəsiylə əlaqədə olan dağınıq əmtəə istehsalçıları cəmiyyətində qanunauyğunluq ,yalnız bu və ya başqa bir tərəfə edilən fərdi meyllərin bir-birini tarazlaşdırması yolu ilə, orta, ictimai, kütləvi bir qanunauyğunluq şəklində meydana çıxa bilər.     Əmək məhsuldarlığının yüksəlməsi sabit kapitalın dəyişən kapitala nisbətən daha sürətlə artması deməkdir. İzafi dəyər isə yalnız dəyişən kapitalın funksiyası olduğuna görə aydındır ki, mənfəət norması (izafi dəyərin təkcə dəyişən kapitala deyil, bütün kapitala olan nisbəti) azalmağa meyl göstərir. Marks bu meyli və bunu pərdələyən və ya buna əks-təsir göstərən bir sıra cəhətləri ətraflı təhlil edir. III cildin sələmçi, ticarət və pul kapitalına həsr edilən son dərəcə maraqlı bölmələrini şərh etmək üzərində dayanmayıb, ən başlıca məsələyə: torpaq rentası nəzəriyyəsinə keçək. Kapitalist ölkələrində ayrı-ayrı sahibkarların tutduğu torpaq sahəsi məhdud olduğuna görə, əkinçilik məhsullarının istehsal qiyməti məhsul orta torpaqda deyil,pis torpaqda əldə edilərkən, bazara orta şəraitdə deyil, pis şəraitdə gətirilərkən çəkilən istehsal xərcləri ilə müəyyən olunur.Bu qiymətlə daha yaxşı torpaqlardakı (və ya ən yaxşı şəraitdəki) istehsal qiyməti arasında olan fərq təfavüt rentasını və ya differensial rentanı əmələ gətirir.Marks bu rentanı ətraflı təhlil edərək onun ayrı-ayrı torpaq

Page 13: Vladimir Lenin – Karl Marks

sahələrinin məhsuldarlığındakı fərq şəraitində ,torpağa qoyulan kapitalın miqdarındaı fərq şəraitində əmələ gəldiyini göstərərək, Rikardonun belə bir səhvini tamamilə aşkara çıxarmışdır( habelə bax: “İzafi dəyər nəzəriyyələri” ,burada Rodbertus haqqındakı tənqid xüsusilə diqqətəlayiqdir)ki,guya diferensial  renta yalnız yaxşı torpaqlardan yavaş-yavaş pis torpaqlara keçdikdə əmələ gəlir.Əksinə, bunun tərsi də olur, bu cür torpaqlar (kənd təsərüffatında texnikanın tərəqqisi, şəhərlərin böyüməsi və sairə nəticəsində) başqa cür torpağa çerirlir,buna görə də bədnam “torpağın münbitliyinin azalması qanunu”  böyük bir səhvdir, kapitalizmin nöqsanlarını, məhdudiyyət və ziddiyyətlərini təbiətin üzərinə yıxmaq deməkdir.Sonra, bütün sənaye və ümumiyyətlə xalq təsərüffatı sahələrindən bərabər mənfəət götürmək üçün gərək rəqabət tamamilə azad olsun,kapital bir sahədən başqa sahəyə sərbəst axıb gedə bilsin. Halbuki torpaq üzərində xüsusi mülkiyyət inhisar yaradır,kapitalın bu cür sərbəst axıb getməsinə mane olur. Kapitalı aşağı quruluşlu olan və deməli,fərdi cəhətdən daha yüksək mənfəət norması verən kənd təsərüffatının məhsulları həmin inhisar üzündən, mənfəət normasınıtamailə azad şəkildə bərabərləşdirən prosesə girmir; bir inhisarçı olan torpaq sahibi qiyməti ortadan yuxarı səviyyədə saxlaya bilir,bu inhisar qiyməti isə mütləq renta yaradır.Kapitalizmin mövcud olduğu şəraitdə diferensial yox edilə bilməz, mütləq renta isə yox edilə bilər- məsələn, torpaq milliləşdirildikdə, dövlət mülkiyyətinə keçdikdə yox edilə bilər.Torpağın dövlət mülkiyyətinə keçməsi xüsusi mülkiyyətlərin inhisarını pozmaq demək olardı,əkinçilikdə rəqabət azadlığının daha ardıcıl, daha dolğun şəkildə həyata keçirilməsi demək olardı.Marks qeyd edir ki, buna görə də radikal burjualar tarixdə dəfələrlə bu mütərəqqi burjua tələbini, yəni torpağın milliləşdirilməsi tələbini irəli sürmüşlər, lakin bu tələb burjuaziyanın əksəriyyətini hürküdür, çünki zəmanəmizdə xüsusilə mühüm və “təsirli” olan başqa bir inhisara da: ümüumiyyətlə istehsal vasitələri inhisarına da çox bərk “toxunur”.(Marks özü 1862-ci il avqustun 2-de Engelsə göndərdiyi məktubda, kapitaldan əldə edilən orta mənfəət və mütləq torpaq rentası nəzəriyyəsini çox anlaşıqlı bir dillə, yığcam və aydın şərh etmişdir. Bax: “Yazışma”, III cild, səh 77-81.Habelə müqayisə et: 1862-ci il avqustun 9-da göndərdiyi məktub, yenə orada, səh, 86-87). –Torpaq rentasının tarixinə dair bu cəhəti də qeyd etmək mühümdür ki, Marks verdiyi təhlilində işləyib ödəmə rentasının (bu halda kəndli öz əməyi ilə mülkədar torpağına izafi məhsul yaradır) məhsulla və ya natura ilə alınan rentaya çevrildiyini ( bu halda kəndli öz əməyi ilə mülkədar torpağında izafi məhsul yaradıb bunu “qeyri-iqtisadi məcburiyyət” üzündən mülkədara verir), sonra pul rentasına (əmtəə istehsalı inkişaf etdiyinə görə , pula çevrilmiş olan həmin natural rentadır, köhnə Rusiyadakı “töycüdür”) və nəhayət, kapitalist rentasına çevrildiyini göstərir ki,bu halda torpağı muzdlu əməklə becərən sahibkar əkinçilikdə kəndlinin yerinə keçir. “Kapitalist torpaq rentası mənşəyinin” bu təhlili ilə əlaqədar olaraq əkinçilikdə kapitalizmin təkamülünə dair Marksın bir sıra çox dərin ( və Rusiya kimi geri qalmış ölkələr üçün son dərəcə mühüm olan) fikirlərini qeyd etmək lazımdır.”Natural rentanın pul rentasına çevrilməsi ilə yanaşı olaraq, pulla işə götürülən günəmuzdçu yoxsullar sinfi hökmən , nəinki əmələ gəlir, hətta ondan əvvəl ortaya çıxır. Bu sinif meydana gəldiyi dövrdə, hələ yalnız dağınıq şəkildə ortaya çıxdıqda, töycü verməli olan nisbətən varlı kəndlilər arasında təbii olaraq, öz hesabların muzdlu kənd fəhlələrini istismar etmək adəti əmələ gəlir ki, bu da tamamilə feodalizm zamanı varlı təhkimli kəndlilərin özlərinin də təhkimli kəndli saxladıqlarına bənzəyir.Beləliklə, həmin kəndlilər müəyyən əmlak toplamaq və özləri də gələcəkdə dönüb kapitalist olmaq imkanı əldə edirlər. Deməli, müstəqil təsərüffatı olan köhnə torpaq sahibləri arasında kapitalsit icarədarları icarədarları yaradan bir şərait meydana gəlir ki, bu icarədarların da inkişafı kənd təsərüffatından kənarda kapitalist istehsalının ümumi inkişafından asılıdır”.( “Kapital”, III, 332) ...”Kənd əhalisinin bir hissəsini mülkiyyətdən məhrum edilib kənddən qovulması, sənaye kapitalı üçün lazım olan fəhlələri, onların yaşayış vasitələrinin və əmək alətlərinin nəinki təkcə “azad edir”, hətta daxili bazar da yaradır”(“Kapital”, I, 778).Kənd əhalisinin yoxsullaşıb var-yoxdan çıxması eyni zamanda kapital üçün ehtiyat fəhlə ordusu

Page 14: Vladimir Lenin – Karl Marks

yaradılmasında rol oynayır.Hər bir kapitalist ölkəsində “bu səbəbdən kənd əhalisinin bir hissəsi daim şəhər və ya manufaktura əhalisinə ( yəni əkinçi olmayan əhaliyə) çevrilmək halında olur.Bu nisbi artıq əhali bulağı daim axmaqdadır... Kənd əhalisinə ən az əmək haqqı verilir və bu fəhlənin bir ayağı həmişə dilənçilik bataqlığında olur”(“Kapital”, I, 668). Kəndlinin öz becərdiyi torpaq üzərindəki xüsusi mülkiyyəti xırda istehsalın əsasıdır,onun tərəqqi etməsi və klassik bir şəkil alması üçün bir şərtdir.Lakin bu xırda istehsal yalnız istehsalın və cəmiyyətin məhdud və ibtidai bir çərçivədə olduğu yerdə yaşaya bilər. Kapitalizm şəraitində “kəndlilərin istismar edilməsi sənaye proletariatının istismar edilməsindən yalnız forma cəhətdən fərqlənir.Burada da istismarçı həmin kapital özüdür. Ayrı-ayrı kapitalistlər ayrı-ayrı kəndliləri hipoteklər və sələmçilik vasitəsilə istismar edirlər;kapitalistlər sinfi kəndlilər sinfini dövlət vergiləri vasitəsiylə istismar edir”(“Fransada sinfi mübarizə”). ”Kəndlinin parsellasını (bir parça torpaq sahəsini) əlində bir bəhanə edən kapitalist torpaqdan mənfəət,faiz və renta götürür,bu torpaq sahibinin özünü isə öz mək haqqını könlü necə istəyirsə, elə əldə etməyə vadar edir”(“18 brumer”). Kəndli adətən öz əmək haqqının bir hissəsini hətta kapitalist cəmiyyətinə, yəni kapitalistlər sinfinə verib, “xüsusi mülkiyyətçi adı ilə, irlandiyalı icarədar dərəcəsinə”(“Fransada sinfi mübarizə”) enir. “Xırda kəndli torpaq sahibliyinin üstün olduğu ölkələrdə taxıl qiymətinin,kapitalist istehsal üsuluna malik ölkələrdəkindən aşağı olması səbəblərindən biri” (“Kapital”, III, 340) nədir? Budur ki, kəndli izafi məhsulun bir hissəsini cəmiyyətə( yəni kapitalistlər sinfinə) müftə verir.” Deməli,belə bir aşağı qiymət (taxılın və başqa kənd təsərüffatı məhsullarının aşağı qiyməti0 heç də istehsalçıların əmək məhsuldarlığının nəticəsi deyil, onların yoxsulluğunun nəticəsidir”(“Kapital”, III, 340).Xırda torpaq mülkiyyəti, xırda istehsalın normal forması kapitalizm şəraitində tənəzzül edir, puça çıxıb məhv olur. “Xırda torpaq mülkiyyəti öz mahiyyətinə görə: əməyin ictimai məhsuldar qüvvələrinin inkişafına,ictimai əmək formalarına, kapitalların ictimai təmərküzünə, böyük miqyasda maldarlığa, elmin getdikcə daha çox tətbiq edilməsinə yol vermir. Sələmçilik və vergi sistemi labüd olaraq, hər yerdə xırda torpaq mülkiyyətinin yoxsullaşmasına səbəb olur. Kapitalın torpaq almağa sərf edilməsi bu kapitalı torpağın becərilməsinə sərf etməyə qoymur. İstehsal vasitələri son dərəcə xırdalanır və istehsalçılar özləri bir-birlərindən ayrı düşürlər”(Kooperasiyalar, yəni xırda kəndli şirkətləri, son dərəcə böyük bir mütərəqqi burjua rolu oynayaraq, bu təmayülü aradan qadırmaq deyil, ancaq zəyiflədir; bunu da yaddan çıxarmaq olmaz ki, bu kooperasiyalar varlı kəndlilərə çox şey , yoxsul kütləsinə isə çox az şey verir, demək olar heç bir şey vermir, sonra isə şirkətlərin özləri muzdlu əməyi istismar edir). “İnsan qüvvəsi çox böyük bir dərəcədə israf edilir. İstehsal şəraitinin getdikcə ağırlaşması və istehsal vasitələrinin bahalanması parsella mülkiyyətinin ( xırda mülkiyyətin) qanunudur”. Kapitalizm, sənayedə olduğu kimi, əkinçilikdə də istehsal prosesini yalnız “istehsalçıların çəkdiyi əzablar” bahasına yenidən qurur. “Kənd fəhlələrinin geniş sahəyə səpələnməsi onların müqavimət gücünü sarsıtdığı halda , şəhər fəhlələrinin bir yerə toplanması onların müqavimət gücünü artırır. Müasir sənayedə olduğu kimi, müasir kapitalist əkinçiliyində də əməyin məhsuldar qüvvəsiin yüksəlməsi və daha artıq əmək intensivliyi, iş qüvvəsinin özünün dağılması və tükənməsi bahasına əldə edilir. Bundan başqa kapitalist əkinçiliyindəkihər bir tərəqqi nəinki təkcə fəhlələri talamaq məharətinin, hətta torpağı qarət etmək məharətinin də tərəqqisi deməkdir... Beləliklə, kapitalist isetehsalı ictimai istehsal prosesinin texnika və kombinasiyasını yalnız elə inkişaf etdirir ki, eyni zamanda hər bir sərvətin mənbəyinin: yəni torpağı və fəhləni də sarsıdır” (“Kapital”, I, 13-cü fəslin sonu).

SOSİALİZM

Page 15: Vladimir Lenin – Karl Marks

Yuxarıda deyilənlərdən görünür ki, Marks kapitalizm cəmiyyətinin sosializm cəmiyyətinə çevrilməsinin labüdlüyünü tamamilə və ancaq müasir cəmiyyətin inkişafı qanunundan doğan bir nəticə kimi göstərir.Sosializmin labüd olaraq gəlib çatacağının başlıca maddi əsası əməyin ictimailəşməsidir ki, bu ictimailəşmə də minlərlə şəkillərdə get-gedə daha böyük sürətlə irəliləyir və Marksın vəfatından bəri yarım əsr ərzində iri istehsalın, kapitalist kartelləri, sindikatları və trestlərinin artmasında, habelə maliyyə kapitalının həcm və qüdrətinin son dərəcə böyüməsində xüsusilə aydın nəzərə çarpır.Bu çevrilməyə hərəkət verən əqli və mənəvi qüvvə, onu icra edən fiziki qüvvə, kapitalizmin özünün yetişdirdiyi proletariatdır. Proletariatın burjuaziyaya qarşı mübarizəsi, məzmunca get-gedə daha zəngin olan formalarda meydana çıxaraq, labüd surətdə siyasi hakimiyyəti proletariatın ələ alması (“proletariat diktaturası”) uğrunda gedən siyasi mübarizəyə çevrilir. İstehsalın ictimailəşməsi istehsal vasitələrinin dönüb cəmiyyətin mülkiyyəti olması ilə, “mülkiyyətdən məhrum edənlərin özlərini mülkiyyətdən məhrum etməklə” nəticələnməyə bilməz. Bu kimi keçidin bilavasitə doğurduğu nəticələr əmək məhsuldarlığının son dərəcə yüksəlməsindən, iş gününün qısaldılmasından, xırda, ibtidai, dağınıq istehsal qalıqları və xarabalıqlarını təkmilləşmiş kollektiv əməyin əvəz etməsindən ibarətdir. Kapitalizm əkinçiliyin sənaye ilə olan əlaqəsini büsbütün qırır, lakin eyni zamanda kapitalizm yüksək dərəcədə inkişaf etməklə bu əlaqənin yeni ünsürlərini hazırlayır, elmdən şüurlu surətdə istifadə etmək və kollektiv əmək əsasında sənayenin əkinçiliklə birləşməsi, bəşəriyyətin yeni bir şəkildə yerləşməsi (istər kəndlərin başlı-başına qalmasını, qalan aləmdən ayrı düşməsini və avamlığını, istərsə də qeyri-təbii bir hal olaraq böyük şəhərlərdə olduqca çox insan kütlələrinin bir yerdə toplanmasını aradan qaldıran) ünsürlərini hazırlayır. Yeni ailə formasını, qadının vəziyyətində və böyüməkdə olan nəsillərin tərbiyəsindəki yeni şəraiti müasir kapitalizmin yüksək formaları hazırlayır: qadın və uşaq əməyi, kapitalizmin patrialxal ailəni dağıtması müasir cəmiyyətdə labüd olaraq ən dəhşətli, fəlakətli və iyrənc şəkillər. Bununla bərabər “iri sənaye qadınları və hər iki cinsdən olan yeniyetmələrə və uşaqlara ailə ocağından kənarda, ictimai cəhətdən mütəşəkkil istehsal prosesində həlledici rol verməklə ailənin və hər iki cins arasındakı münasibətlərin daha yüksək forması üçün iqtisadi təməl yaradır. Aydındır ki, xristian-alman ailə formasını, eləcə də qədim Roma və ya qədim yunan və ya Şərq formasını, bir-biri ilə bağlı olub tarixi inkişaf cəhətdən vahid bir silsilə təşkil edən bu formalardan birini ailə üçün mütləq bir forma hesab etmək eyni dərəcədə mənasızdır. Bu da aydındır ki, birgə işləyən fəhlələrin hər iki cinsdən olan müxtəlif yaşlı şəxslərdən ibarət olması, onun kortəbii, kobud, kapitalist formasında, yəni istehsal prosesi fəhlə üçün deyil, fəhlə istehsal prosesi üçün mövcud olduğu formada fəlakət və köləliyin iyrənc mənbəyi olduğu halda, münasib şərait gəlib çatdıqda, əksinə, hökmən dönüb insani inkişafın mənbəyi olmalıdır” (“ Kapital”, I, 13-cü fəslin sonu). Fabrik sistemi bizə “gələcək dövrün tərbiyəsi rüşeymlərini göstərir ki, o zaman müəyyən yaşdan yuxarı bütün uşaqların məhsuldar əməyi dərs və gimnastika ilə birləşdiriləcək və yalnız ictimai istehsalı artırmaq vasitələrindən biri kimi deyil, həm də hərtərəfli inkişaf etmiş adamlar hazırlamağın yeganə vasitəsi kimi birləşdiriləcəkdir” (yenə orada). Marksın sosializmi cəmiyyət və dövlət məsələlərinin də, eyni tarixi əsasda, yalnız keçmişi izah etmək mənasında deyil, habelə gələcəyi əvvəlcədən sürətlə görmək və onun həyata keçirilməsi üçün sürətlə əməli fəaliyyət göstərmək mənasında irəli sürür. Millətlər ictimai inkişafın burjua dövrünün labüd məhsulu və labüd formasıdır.Buna görə də fəhlə sinfi “milli çərçivə daxilində öz işlərini qurmadan”, “ milli” olmadan ( “ heç də burjuaziyanın anladığı mənada milli deyil”) bərkişib möhkəmləşə bilməz, yetkinləşə bilməz, təşəkkül tapa bilməzdi. Lakin inkişafı getdikcə milli səddləri dağıdıb atır, milli ayrılığı aradan qaldırır və milli antoqonizmi sinfi antoqonizmlə əvəz edir.Buna görə də inkişaf etmiş kapitalist ölkələrində bu tamamilə bir həqiqətdir ki, “fəhlələrin vətəni yoxdur” və heç olmazsa mədəni ölkələrdəki fəhlələrin göstərdiyi “səyin birləşməsi” “proletariatın azad olmasının ilk şərtlərindən biridir” (“Kommunist Manifesti”). Mütəşəkkil zorakılıqdan ibarət

Page 16: Vladimir Lenin – Karl Marks

olan dövlət, cəmiyyətin müəyyən bir inkişaf pilləsində, yəni cəmiyyət barışmaz siniflərə parçalandığı zaman, cəmiyyətin guya fövqündə duran və ondan müəyyən dərəcədə ayrılmış olan bir “hakimiyyət” olmadan cəmiyyətin yaşaya bilmədiyi bir zamanda labüd olaraq meydana gəlmişdir.Sinfi ziddiyyətlər içərisində meydana gələn dövlət dönüb “iqtisadi cəhətdən hökmranlıq edən ən güclü sinfin dövləti olur, bu sinif dövlətin yardımı ilə siyasi cəhətdən də hökmranlıq edən bir sinif olur, beləliklə də məzlum sinfi itaət altına almaq və istismar etmək üçün yeni vasitələr əldə edir. Məsələn, antik dövlət, hər şeydən əvvəl, qulları tabe etmək üçün qul sahiblərinin dövləti idi, feodal dövləti- təhkimli kəndliləri tabe etmək üçün zadəganların orqanı idi, müasir nümayəndəli dövlət isə kapitalistlərin muzdlu fəhlələri istismar etmək üçün bir alətdir” (Engels, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”; Engels bu əsərdə özünün və Marksın baxışlarını şərh edir). Burjua dövlətinin hətta ən azad və mütərəqqi forması olan emokratik respublika da, bu faktı əsla aradan qaldırmayıb onun yalnız şəklini dəyişdirir ( hökümətin birja ilə əlaqəsi, istər bilavasitə , istərsə dolayı yolla məmurların və mətbuatın satqınlığı və i.a.). Sosializm sinifləri yox etməyə doğru getməklə, eyni zamanda dövləti də yox etməyə doğru gedir. Engels “Anti-Dürinq” əsərində yazır: “Bütün cəmiyyətin həqiqi nümayəndəsi olaraq dövlətin görəcəyi birinci iş – istehsal vasitələrini bütün cəmiyyyətin xeyrinə müsadirə etməsi, - eyni zamanda onun bir dövlət olaraq görəcəyi son müstəqil iş də olacaqdır. Dövlət hakimiyyətinin ictimai münasibətlərə qarışdığı sahələr bir-bir azalaraq bu müdaxilə gərəksiz olacaq və öz-özünə aradan qalxacaqdır. İnsanları idarə etmək işinin yerini şeyləri idarə etmək və istehsal prosesini nizama salmaq işi tutacaqdır. Dövlət “ləğv” edilməyəcək, ölüb gedəcəkdir”. “İstehsalı istehsalçıların azad və bərabər assosiasiyaları arasında təşkil edəcək cəmiyyət dövlət maşınını o zaman layiq olduğu yerə: qədim şeylər muzeyinə, iy və tunc baltanın yanına qoyacaqdır” (Engels, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”). Nəhayət, mülkiyyətdən məhrum edənlərin özlərini mülkiyyətdən məhrum ediləcəyi dövrdə də qalacaq xırda kəndlilərə Marksın sosializminin necə yanaşdığı məsələsinə gəldikdə, Marksın fikrini ifadə edən Engelsin aşağıdakı sözlərini göstərmək lazımdır: “Biz dövlət hakimiyyətini ələ aldığımız zaman iri torpaq sahiblərini zorla mülkiyyətdən məhrum etməyə məcbur olduğumuz halda, xırda kəndliləri (fərqi yoxdur, əvəzini verməklə, ya verməməklə) mülkiyyətdən məhrum etməyi heç fikrimizə də gətirməyəcəyik. Xırda kəndlilər haqqında bizim vəzifəmiz ən əvvəl, onların xüsusi istehsalını və xüsusi mülkiyyətini müştərək mülkiyyətə çevirməkdən ibarət olacaqdır, lakin zorla deyil, nümunə göstərmək və bu məqsəd üçün ictimai yardım etmək yolu ilə. Belə bir istehsala keçməyin bütün üstünlüklərini kəndliyə sübut etmək üçün o zaman əlimizdə, əlbəttə, kifayət qədər vasitə olacaqdır; bu üstünlükləri elə indidən kəndliyə izah etmək lazımdır” ( Engels: “Qərbdə aqrar məsələsiə dair”, Alekseyevanın nəşriyyatı, səh. 17, rusca tərcüməsində səhvlər vardır. Əsli bax: “Neue Zeit”).

PROLETARİATIN SİNFİ MÜBARİZƏ TAKTİKASI

Marks köhnə materializmin əsas nöqsanlarından birini, yəni onun şəraiti anlaya bilməmək və inqilabi əməli fəaliyyətin əhəmiyyətini qiymətləndirə bilməməkdən ibarət olan nöqsanını hələ 1844-1845-ci illərdə aydınlaşdırıb, bütün ömrü boyu nəzəri məşğələləri ilə yanaşı olaraq, proletariatın sinfi mübarizə taktikası məsələlərinə daim diqqət vermişdir. Marksın bütün əsərləri, xüsusilə onun Engelslə 1913-cü ildə çap edilən dörd cildlik yazışması bu barədə böyük material verir. Bu material hələ tamamilə yığılmamış, bir yerə toplanmamış, öyrənilməmiş və üzərində işlənilməmişdir. Buna görə də biz burada yalnız ən ümumi və müxtəsər qeydlərlə kifayətlənməli və göstərməliyik ki, bu cəhətə malik olmayan materializmi Marks tamamilə haqlı olaraq yarımçıq, birtərəfli və ölgün

Page 17: Vladimir Lenin – Karl Marks

materializm hesab edirdi. Marks proletariat taktikasının əsas vəzifəsini öz materialist-dialektik dünyagörüşünün bütün əsaslarına tam uyğun bir şəkildə müəyyən edirdi. Yalnız müəyyən cəmiyyətin istisnasız olaraq bütün siniflərinin qarşılıqlı əlaqələri məcmusunu obyektiv surətdə nəzərə almaq və deməli, bu cəmiyyətin inkişafının obyektiv dərəcəsini də nəzərə almaq və bu cəmiyyətlə başqa cəmiyyətlər arasındakı qarşılıqlı əlaqələri nəzərə almaq- qabaqcıl sinfin düzgün taktikası üçün dayaq ola bilər. Həm də burada bütün siniflər və bütün ölkələr statik şəkildə deyil, dinamik şəkildə götürülür, yəni hərəkətsiz halda deyil, hərəkət halında götürülür (bu hərəkətin qanunları isə hər bir sinfin iqtisadi həyat şəraitindən irəli gəlir). Hərəkət də təkcə keçmiş nöqteyi-nəzərindən deyil, habelə gələcək nöqteyi-nəzərindən götürülür. Həm də yalnız tədrici dəyişmələri görən “təkamülçülərin” anladığı bayağı mənada deyil, dialektik mənada götürülür. Marks Engelsə yazırdı:”Böyük tarixi inkişaflarda 20 il bir günə bərabərdir, hərçənd gələcəkdə elə günlər ola bilər ki, bunların hər biri 20 ilə bərabər olsun” (“Yazışma”, III cild, səh 127). İnkişafın hər bir pilləsində, hər bir anda proletariatın taktikası bəşər tarixini obyektiv cəhətdən labüd olan bu dialektikasını nəzərə almalı və bu zaman bir tərəfdən , siyasi durğunluq dövründəki və ya “dinc” inkişaf deyilən tısbağa yerişli inkiaşaf dövründəki qabaqcıl sinfin şüurunu, qüvvəsini və döyüş qabiliyyətini inkişaf etdirmək üçün bundan istifadə etməlidir, digər tərəfdən də, bundan istifadə etmək işini elə istiqamətdə görməlidir ki, həmin sinfin hərəkatının “son məqsədinə” uyğun olsun bu sinifdə “hər biri 20 ilə bərabər” olan böyük günlərdə böyük vəzifələri əməli surətdə yerinə yetirə bilmək bacarığı yaratsın. Bu məsələdə Marksın iki mülahizəsinin xüsusilə böyük əhəmiyyəti vardır, bunlardan biri “Fəlsəfə yoxsulluğu” əsərində proletariatın iqtisadi mübarizəsi və iqtisadi təşkilatları haqqında, o biri isə “Kommunist Manifesti”ndə proletariatın siyasi vəzifələri haqqındadır. Birinci mülahizədə deyilir: “İri sənaye bir-birini tanımayan xeyli adamı bir yerə toplayır. Rəqabət onların mənafeyi arasında ayrılıq yaradır. Lakin əmək haqqını qorumaq, onların öz sahibkarına qarşı bu ümumi mənafe, onları ümumi bir müqavimət, koalisiya ideyası ilə birləşdirir. Əvvəlcə bir-birində ayrı olan koalisiyalar qruplar şəklini alır və daim birləşmiş kapitala qarşı fəhlələrin öz ittifaqını qoruması onlar üçün əmək haqqını qorumaqdan daha vacib olur... Əsl vətəndaş müharibəsi olan bu mübarizədə, gələcək vuruşma üçün lazım gələn bütün ünsürlər birləşib inkişaf edir. Bu nöqtəyə çatdıqda koalisiya siyasi xarakter almış olur”. Burada biz proletariatın qüvvələrini “gələcək vuruşmaya” hazırlayacaq bütün uzun bir dövr üçün, on illər üçün verilən iqtisadi mübarizə və həmkarlar hərəkatı proqramı və taktikasını görürük. Marks və Engelsin ingilis fəhlə hərakatını misal gətirərək verdiyi bir çox göstərişləri bununla tutuşdurmaq lazımdır; bu göstərişlərində onlar aşağıdakıları qeyd edirlər: necə olur ki, sənaye “tərəqqisi” “fəhlələri pulla ələ almaq” (“Engelslə yazışma”, I, 136), onları mübarizədən uzaqlaşdırmaq cəhdləri doğurur, necə olur ki, bu tərəqqi ümumiyyətlə “fəhlələri mənəvi cəhətdən korlayır” (II, 218), necə olur ki, ingilis proletariatı “burjualaşır”- “bütün millətlər içərisində ən çox burjua olan bir millət” (ingilis milləti) “görünür, ən nəhayət, işi o yerə çatdırmaq istəyir ki, burjuaziya ilə yanaşı olaraq burjua aristokratiyası və burjua proletariat da olsun”(II, 290), necə olur ki, ingilis proletariatının “inqilabi səyi” yox olur (III, 124); nə səbəbə az-çox uzun müddət lazım gələcəkdir ki, “ingilis fəhlələri zahiri burjua pozğunluğundan xilas olsunlar” (II, 127); necə olur ki, ingilis fəhlə hərəkatında “çartist coşğunluğu çatımır (1866; III, 305); necə olur ki, ingilis fəhlə rəhbərləri “radikal burjua ilə fəhlə arasında” orta mövqe tutuan bir adam kimi yaranır (Holiok haqqında,IV, 209); nə səbəbə, İngiltərə inhisarçı olduğuna görə və bu inhisar partlayıb dağılana qədər “Britaniya fəhlələri ilə heç bir şey etmək olmaz” (IV, 433). Burada fəhlə hərəkatının ümüumi gedişi (və nəticəsi) ilə əlaqədar olaraq, iqtisadi mübarizə taktikası olduqca geniş, mükəmməl, dialektik və həqiqətən inqilabi nöqteyi-nəzərindən tədqiq edilir. “Kommunist Manifesti”ndə siyasi mübarizə taktikası haqqında marksizmin aşağıdakı əsas müddəası irəli sürülmüşdür: “kommunistlər fəhlə sinfinin ən yaxın məqsəd və mənafeyi uğrunda

Page 18: Vladimir Lenin – Karl Marks

mübarizə edirlər, lakin eyni zamanda onlar hərəkatın gələcəyini də müdafiə edirlər”. Məhz bunun üçün Marks 1848-ci ildə Polşada “aqrar inqilabı” partiyasına, “1846-cı ildə Krakov üsyanına səbəb olan həmin partiyaya” tərəfdar çıxmışdı. Marks 1848-1849-cu illərdə Almaniyada ifrat inqilabçı demokratiyaya tərəfdar çıxmışdı və o zaman taktika haqqında söylədiyi sözləri sonralar heç vaxt geri götürməmişdir. Marks alman burjuaziyasına “lap əvvəldən xalqa xəyanət etməyə” burjuaziya yalnız kəndlilərlə müttəfiq olduqda öz vəzifələrini tamamilə yerinə yetirə bilərdi) “ və köhnə cəmiyyətin tacdar nümayəndələri ilə sazişə girməyə meyl edən” bir ünsür kimi baxırdı. Burjua-demokratik inqilabı dövründə alman burjuaziyasının sinfi vəziyyəti haqqında Marksın verdiyi təhlilin yekunu budur ki, bu təhlil, bir də, cəmiyyəti hərəkət halında götürən, həm də bu hərəkətin yalnız keçmişə aid olan tərəfini nəzərdə tutmayan materializm nümunəsidir: “...özünə inanmaz, xalqa etibar etməz; yuxarılar qarşısında donquldanar, aşağılar qarşısında titrəyər; ... dünya fırtınasından hürkər; heç yerdə səy göstərməz, hər yerdə kələyə əl atar;... heç bir təşəbbüs göstərməz;... cavan və sağlam bir xalqın ilk gənclik coşğunluğuna özünün qartımış mənafeyi xatirinə rəhbərlik etməyə məhkum olan məlun bir qoca” (“Yeni Reyn Qəzeti” 1848-ci il, bax: “Ədəbi Miraz”, III cild, səh.212). Marks təxminən 20 il sonra Engelsə yazdığı məktubda (III, 224) göstərirdi ki, 1848-ci il inqilabının müvəffəqiyyət qazanmasının səbəbi burjuaziyanın köləliklə sülh bağlamağı gələcəkdə azadlıq uğrunda mübarizə aparmaqdan üstün tutması idi. 1848-1849- cu illərdəki inqilab dövrü qurtardıqda Marks hər cür inqilab oyunu oynamağa qarşı çıxdı( Şanner- Villix və onlarla mübarizə) və guya “dinc bir yolla “ yeni inqilablar hazırlayan yeni dövrdə işləyə bilməyi tələb etdi. Marksın bu işi nə cür görməyi tələb etdiyini Almaniyanın 1856-cı ildə ən ağır bir irtica dövründəki vəziyyətinə verdiyi bu qiymətdən görmək olar: “Almaniya hər şey proletar inqilabına kəndli müharibəsinin bir növ ikinci nəşri ilə kömək etməyin mümkün olub-olmayacağından asılı olacaqdır” (“Engelslə yazışma”, II, 108). Nə qədər ki, Almaniyada demokratik (burjua) inqilabı hələ başa çatmamışdı, Marks sosialist proletariatın taktikasında bütün diqqətini kəndlilərin demokratik səylərini inkişaf etdirməyə verirdi. Marks Lassalı “Prussiyanın xeyrinə olaraq, fəhlə hərəkatına obyektiv surətdə xəyanət” edən bir şəxs hesab edirdi (III, 210), həm də məhz ona görə ki, Lassal mülkədarlara və Prussiya millətçiliyinə güzəştə gedirdi. 1865-ci ildə engels, yaxın bir zamanda Marksla birlikdə mətbuatda çıxış edəcəkləri haqqında onunla fikir mübadiləsi edərkən belə yazmışdı: “Əkinçilik ölkəsində sənaye fəhlələri adından ancaq burjualar üzərinə hücum edərək, feodal zadəganların kənd fəhlələrini patriarxal bir üsulla “çubuq zoruna istismar etdiklərini” unutmaq alçaqlıqdır” (III, 217). 1864-1870- ci illərdə, Almaniyada burjua-demokratik inqilabını başa çatdırmaq dövrü, Prussiya və Avstriyanın istismarçı siniflərinin həmin inqilabı bu və ya başqa bir üsulla yuxarıdan başa çatdırmaq uğrunda mübarizə etdikləri dövr axıra çatdığı zamanlarda Marks,nəinki təkcə Bismarka yaltaqlıq edən Lassalı pisləyir, hətta “avstriyapərəstliyə” və partikulyarizmi müdafiə etməyə meyl göstərən Libknextin səhvlərini düzəldirdi; Marks həm Bismarkla, həm də avstriyapərəstlərlə eyni dərəcədə amansız mübarizə aparan bir inqilabi taktika tələb edirdi, elə bir taktika tələb edirdi ki, “qalib gələn” Prussiya yunkerlərinə uyğunlaşmaq deyil, Prussiyanın hərbi qələbələri nəticəsində yaranmış zəmin üzərində də onlara qarşı dərhal yenidən inqilabi mübarizəyə başlasın(“Engelslə yazışma”, III, 134, 136, 147, 179, 204, 210, 215, 418, 437, 440-441). Marks İnternasionalın 1870-ci il 9 sentyabr tarixli məhşur müraciətində, fransız proletariatını vaxtsız usyandan çəkindirirdi, lakin bu üsyan yenə də baş verdikdə (1871-ci ildə) Marks “ göylərə hücum edən” kütlələrin inqilabi təşəbbüsünü fərəhlə alqışlamışdı (Marksın Kugelmana məktubu). Marksın dialektik materializm nöteyi-nəzərincə, belə bir vəziyyətdə, habelə bir çox başqa vəziyyətlərdə inqilabi çıxışın məğlub olması, tutulan mövqedən əl çəkməyə, bu mövqeyi döyüşsüz təslim etməyə nisbətən, proletar mübarizəsinin ümumi gedişi və nəticəsi üçün az zərərli idi, çünki döyüşsüz təslim olmaq proletariatı mənəvi cəhətdən korlaya bilər , onun mübarizə bacarığına zərbə vurardı. Marks siyasi durğunluq və burjua leqalçılığının hökm sürdüyü dövrdə leqal

Page 19: Vladimir Lenin – Karl Marks

mübarizə vasitələrindən istifadə etməyi tamamilə qiymətləndirərək, 1877-1878-ci illərdə, yəni sosialistlərə qarşı müstəsna qanun verildikdən sonra, Mostun “inqilabi ibarələrini” kəskin tənqid edirdi, dərhal mətanət, möhkəmlik, inqilabçılıq göstərməyən, müstəsna qanuna cavab olaraq, gizli mübarizəyə keçməyə hazır olmayan rəsmi sosial-demokrat partiyasinda o zaman bir müddət hökm sürmüş opportunizmə də eyni dərəcədə, bəlkə daha kəskin hücum edirdi(“Marksın Engelslə yazışması”, IV, 397, 404, 418, 422, 424. Habelə müqayisə et: Zorgeyə məktublar).