11
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°88 DEKABR 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 8

Inforex Weekly#88

  • Upload
    inforex

  • View
    223

  • Download
    0

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#88: treyderler ucun heftelik online Forex icmali

Citation preview

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°88 DEKABR 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ8

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Cütlük eniş trendi daxilindəki hərəkəti bərpa edib.Bayramlarla əladədar dinamikanın o qədər də güclü olacağı gözlənilmir.Gəlirlərin fiksasiyası fonunda nisbi artım gözləmək olar.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

UBS avro/dolların perspektivləri barədə

UBS strateqləri hesab edirlər ki,bayramlarla əlaqədar gəlirlərin fiksasiyasına ma-raq arta bilər,bu da avro/dolların dinamikasında pozitiv əksini tapa bilər.Hələ ki,tendensiya ayıların xeyrinədir,bank $1.2405 ətrafına qalxışı satışlar üçün istifadə etməyi məsləhət görür.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Tarix ucuz enerji ilə ağr dərs verir

J.Ellenin müvəqqəti effekt adlandırdığına Amerikalı istehlakçı sürpriz hədiyyə kimi baxır.FRS sədri infliyasiyanın neft qiymətlərindən asılı vəziyyətə düşə biləcəyinə ehtimallarının üzərindən xətt çəkdi.Həmişə olduğu kimi diqqət qida və enerji istisna olan qiymətlərə yönəlib.Bu məhsullarda qiymətlərin aşağı düşməsi əhalidə sevinclə qarşılanıb.

Analitiklər neft qiymətinin enişindən alınan mənfəəti tez hesablayıblar.Tək ben-zinin qiymətinin aşağı düşməsi istehlkaçıların pul kisələrinə $125 əlavə edib.Amma bu o demək deyil ki,deyilən ucuzlaşma cümə axşamı dərc olunacaq şəxsi istehlak xərclərində öz əksini tapacaq. Ötən təcrübə göstərir ki,enerji daxil olmaqla real iste-hlak xərclərinin artımı yavaşıya bilər.Amma Goldman Sachs analitikləri hesab edirlər ki,neftin qiymətinin aşağı düşməsi infliyasiya artımına impuls verməyəcək.

WSJ materiallarıa əsasən

Cari həftənin fundamental xəbərləri

Başladığımız həftə Milad tətilləri səbəbindən xəbər baxmından o qədər də zəngin olmayacaq.

Çərşənbə axşamı Fransa ÜDM rəqəmləri dərc olunacaq.ABŞ-da uzunmüddətli məhsul sifarişləri ,ÜDM,Miçiqan universiteti məlumatları və daşınmaz əmlak satışları açıqlanacaq.Kanada aylıq ÜDM rəqəmlərini,Yeni Zellandiya illik və aylıq ticarət balansını dərc edəcək.

Çərşənbə günü Ştatlar işsizliyə görə müavinət ərziələrini açıqlayacaq.

ABŞ və Avrozona cümə axşamı Milad bayramını qeyd edəcək .

Cümə günü Milad tətili ilə əlaqədar iqtisadi məlumatlar yalnız Yaponiya tərəfindən veriləcək.

Səudiyyə Ərəbistanı odla oynayır

1973cü ilin avqustunda Misir prezidenti Ənvər Sadat Səudiyyənin paytaxtı Ər Riya-da gizlin gələrək Kral Feysalla görüşdü.Sadat İsraillə müharibəyə başlamaq istəyirdi və Səudiyyənin ona neftlə yardım edəcəyini gözləyirdi.Əvvəlcə Kral Feysal OPEK ölkələrinin neftdən silah kimi istifadə etməsinə qarşı çıxdı,ama sonra ərəb israil mühraibəsi başlayandan sonra ərəb neft istehsalçı ölkələri Ştatları İsrailə kömək etdiyinə görə cəzalandırmaq üçün neftin istehsal həcmini azaltdılar,qiymətini qaldırdılar və ixracata embarqo qoydular.Amma Səudiyyə Ərəbistanının köməyi ol-madan onların yardımı mənasız olardı.Bu gün Səudiyyə Ərəbistanı öz neft silahını

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

BU siyasətin nəticələrinə etinasız yanaşmaq olmaz.İki il neftin qiyməti 105-110 usd aralığında hərəkət edirdi,indi isə ki dəfə ucuzlaşaraq 60 dollara düşüb.Nəyə görə Birləçmiş Ştatlar və bəzi başqa öıkələr nefti ucuzlaşdırır? sualı bir çoxlarını düşündürür.Venesuela prezidenti bu suala belə cavab verir:”Rusiyaya zərər vermək üçün.”Bəli bu ümumiyyətlə belədir,amma Səudiyyə Ərəbistanı daha mürəkkəb oyun oynayır,belə ki,krallııq bu oyunda iki məqsəd qarşıya qoyub:Amerika neftini bazardan sıxışdırıb çıxarmaq və İranla Rusiyanı cəzalandırmaq.

Həm Rusiya,həm də İran neftdən asılıdırlar,qiymətləndirməyə görə Rusiyada iqtisadiyyatın dəsətklənməsi üçün neftin qiyməti 100 dollar olmalıdır.İran qərb sanksiyaları şəraitində yaşayır və ona daha yüksək qiymət lazımdır və bu ucuzlaşmadan artıq əziyyət çəkir.Krallıq inanır ki,aşağı qiymət periodunu yaşaya biləcək,istənilən halda gəlirlərin azalmasını ya istehsalı artırmaq,ya da valyuta rezervlərin istifadə etməklə kompensasiya edəcək.Amma Səudiyyə təhlükəli oyun oynayır,İran və Rusiya çətin ki,hazırki siyasəti dəyişsinlər,Səudiyyə Ərəbistanı isə Rusiya və İranla neft müharibəsi aparır və böyük ehtimalla Səudiyyə bu müharibəni udacaq,amma uzunmüddətli periodda onun hərəkətləri elə bir konflikt yarada bilər ki,istənilən an vəziyyətə nəzarət əldən çıxa bilər.

Reuters materialları əsasında

Ötən həftə valyuta dinamikalarına dair icmal

Həftənin ortasına qədər ABŞ dolları digər əsas valyutalara nəzərən bahalaşdı.Amma Almaniyanın dərc etdiyi makrostatistika avro/dollara möhkəmlənməyə kömək etdi. FRS 2 günlük iclas nəticələrini açıqladı,requlyator ÜDM göstəricisini yüksək qiymətləndirdi.

Həftə sonu avro/dollarda eniş tendensiyası gücləndi,buna görə qısamüddətli qalxışı satışların genişləndirilməsi üçün istifadə etmək olar.

Böyük Britaniyada CPİ indeksinin proqnozdan aşağı olmasına baxmayaraq funt/dollar tələblə alınıb.Həftənin axırında “britaniyalı” nsbətən ucuzlaşıb.

Dollar/yenada buğaların saatı gəlib.Tacirlər artıq alışlar açmağa başlayıb,həftənin axırında cütlük qalxış aksenti ilə çatıb.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Trendin potensialının təyin edilməsi: neft “Brent”, qızıl, eur/usd, gbp/usd

Həftəlik qrafik: Ossilyatorun həddindən artıq satış zonasında olması və güclü ayı təzyiqi müşahidə edilir.Sual mümkün korreksiyanın ola biləcəyi nöqtədir.Bu nöqtə orta Bollincer xətti 69.21, və ya 90.00 ola bilər. Lokal satış siqnallarının formalaşması müşahidə olunarsa,hədəflər 54.48 və 51.87 olmaqla satmaq olar.

Qizil

Günlük qrafik: Aşağı Bollincer xəttində dəstək müşahidə edilir (1173.83).Həmçinin qalxış potensialı 1227.19 səviyyəsi ilə məhdudlaşa bilər

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

EUR/USD - Hədəf 1.2589

Günlük qrafik:Avro buğa konvergensiyasına məhəl qoymayaraq Bollincerin aşağı konvertini qırıb,bu da birbaşa eniş yarada bilər.Amma ADX trend zonasından uzaqdır,ona görə də əvvəlcə orta xəttə (1.2387 ) sapma müm-kündür.

EUR/USD - Hədəf 1.2589

Günlük qrafik: ADX aktiv deyil,amma ayılar tendensiyanı 1.5544 səviyəyə qədər davam etdirməyə meyllidirlər.Amma görürük ki,cütlük ümumiyyətlə ortamüddətli periodda dönüş etməyə hazırlaşır.).

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

EUR/USD və GBP/USD: Texniki baxış EUR/USD

Cütlük eniş trendinə qayıdıb və enişi davam etdirib.Yaxın zamanda bu tendensiyanın saxlanacağını gözləmək olar.Yaxın eniş hədəfi kimi 1.2040 və 1.1875 səviyyəsini götürmək olar.İlkin dəstəkdən qiymətin dönüş etməsi mümkündür.

GBP/USD

Cütlük diapazondadır ,diapazon sərhədləri 1.5500 dəstəyi və 1.5850 müqavimətindən ibarətdir.Hazırki dina-mika qeyri-müəyyənlik doğurur.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Hesabda itkini çoxaltmaqdan necə qaçmaq olar?

Ticarətdə böyük itkilərdən necə ya keçmək olar?Sual olduqca aktual və çoxmənalıdır,təcrübəli və peşəkar trey-dinq ustaları bunun üçün müxtəlif məsləhətlər verirlər,amma bunlar arasında oxşarlıq mövcuddur və biz burada hesabda itkiləri çoxaltmamaq üçün nə etmək lazım olduğuna baxacağıq. Əvvəlcə psixoloji aspektdən başlamaq olar,sonra isə texniki tərəflərə keçə bilərik.İnsan faktoru və treyder psixologiyasının ticarətə güclü təsiri var,yeni başlayan bir çox treyderlər üçün itki bütün pulların itirilməsinə bərabər olur.

Ticarətə başlamazdan əvvəl özünü daxildən tərbiyyə etmək ,psixoloji möhkəm olmaq,ticarətə kiçik vəsaitdən başlamaq,əməliyyat açarkən depozitə uyğun həcm seçmək lazımdır və belə etsəniz nəticədə hər şey alınacaq.

Ən məşhur treydinq ustaları bir ağızdan deyirlər ,elə günlər var ki,ticarət alınmır və itkilər yaranır,belə olan hal-da ən pis qərar treydinqi davam etdirməkdir.Ona görə də uğursuz gündə itkinin çoxalmaması üçün bir -iki gün ticarətdən ayrılmaq və istirahət etmək lazımdır.

Тexniki tərəfə baxaq.Hər bir treyder money-managament qaydalarına riayət etməyi bacarmalıdır.Risk özlüyündə yaxşı işdir,amma Forexdə yox.Çox risk edən treyderin depozitini bazar sonunda udur. Ticarət strategiyası hazırlayarkən ilk növbədə depozitin saxlanması,sonra gəlir gətirməsi faktorları nəzərə alınmalıdır.

Hər treyderin strategiyası unikaldır və bir birinə bənzəmir,amma strategiyaların oxşar cəhəti onların təhlükəsizliiyindədir.Depoziti qorumaq üçün isə ilk lazım olan funksiya Stop-loss dan istifadədir.Stop-lossun bir neçə müxtəlifliyi var,onu hansı halda işlətməyi ,qiymətdən hansı uzaqlıqda qoymağı,dalğalanan stop-lossdan düzgün istifadə etməyi öyrənərək depoziti qorumaq lazımdır.

Kiçik itkini necə böyütməməli?

Əəgər treyder orderin mənfiyə getdiyini və itki yaranmağa başladığını müşahidə edirsə,ölk edəcəyi iş sakit olmaqdır,çünki əsəbiləşməkdən heç nə alınmayacaq.

Sonra bazarın hazırki vəziyətini analiz etmək ,hesabatlarda düzəliş aparmaq,çıxan xəbərlərə və proqnozlara baxmaq,bazarın hansı xəbəri gözlədiyini və gözləmələrin bazarda yaratdlığı reaksiyanı izləmək lazımdır,ola bilsin ki,hazırki əks hərəkət fletdir və ya korreksiyadır.

Amma əgər itki heç nəyə baxmayaraq artmağa davam edirsə,onda vəziyyəti qiymətləndirərək aşağıdakı iki addımdan birini atmaq laızmdır:

1) Əgər valyutanın necə hərəkət edəcəyini proqnzolaşdıra bilmrisinizsə,əməliyyatı tam bağlayaraq sonrakı dinamikanı izləyin.

2) Əks istiqamətli order açaraq lok edin və hər iki əməliyyatı ya 0 ,ya da plyusla bağlamaq məqamını gözləyin.

Həmçinin treyderlər hər hansı bir cütlükdə işləyərkən vacib xəbər vaxtı diqqətli olmalıdırlar,çünki hansısa nüfuz-lu maaliyyə rəsmisinin şərhlərə bazarda güclü əks səda yaradaraq istiqaməti tam əks tərəfə dəyişə bilər,ona görə də belə məqamlarda ən yaxşısı stop alış və satış orderlərindən istifadə etmək,sonra isə stop-loss təyin etmək lazımdır.Bundan başqa üzən stop-lossdan istifadə də nəzərəçarpan gəlir əldə etməyə kömək edir.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY 2014-cü il avqust ayı üçün

EUR/USD

Mümkün variantlardan biri , (E) of [B] eniş ziqzaqının yaranmasını ehtimal edir.Hazırda A of (E) korreksiyasının başa çatması və B of (E) qalxış korreksiyasının inkişaf etməsi ehtimal olunur.

GBP/USD

İri (С) diaqonalının 4 of (C) ziqzaqının inkişaf etməsi ehtimal olunur . [a] of 4 eniş diaqonalının başa çatmasından sonra [b] of 4 qalxış korreksiyasının başlaması gözlənilir.

INFOREX WEEKLY09 DALGA ANALIZI

USD/CHF

Mümkün sıralamalardan birinə görə E son qalxış dalğası yaranır və iri ziqzaq forması ala bilər. [a] of E impulsu başa çata bilər və sonra [b] of E eniş korreksiyasının başlaması mümkündür.

USD/JPY

(A) qalxış impulsunun başa çatması ehtimal olunur.Bu ehtimala üstünlük verilərsə, (B) iri eniş korreksiyası gözləmək olar.

INFOREX WEEKLY 10DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal